Məhkəmə qərarları › İş №1(091)-7/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-7/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-7/2024 04.04.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X14, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1992-ci ildə Balakən rayonunun Gərəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1974-cü ildə Balakən rayonunun Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Balakən Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Balakən rayonunun Qazma kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxx 1993-cü ildə Balakən rayonunun Hənifə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində çilingər vəzifəsində işləyən, Balakən rayonunun Hənifə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1994-cü ildə Balakən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Balakən şəhəri, N.ünvan 4 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 03 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Balakən rayonunun Qazma kəndinin ərazisində, həmin kənd sakini Təqsirləndirilən şəxs3 yaşadığı ünvanın qarşısında sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxs1 20 manat pulun müqabilində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə alaraq əldə edib daşımaqla üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,737 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan hissəsini istifadə etməsi məqsədi ilə Təqsirləndirilən şəxs3 əvəzsiz olaraq pay vermiş, qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram olan narkotik vasitə heroini isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisinə qoyub əynindəki qara rəngli cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamış, 03 yanvar 2023-cü il tarixdə Balakən RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Balakən RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 22:20 dəqiqədən saat 23:05 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 03 yanvar 2023-cü il tarixdə Balakən rayonunun Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 öz istifadəsindən ötrü narkotik vasitə heroin əldə etmək üçün Balakən rayonunun Qazma kəndinin ərazisində ona verdiyi 20 manat pulun müqabilində həmin tarixdə saat 17 radələrində Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 Balakən rayonunun Qazma kəndində yaşadığı ünvanın qarşısında qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,737 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 vermək məqsədi ilə həmin 20 manat pulun müqabilində alıb əldə edərək üzərində saxlayıb daşımış, qeyd olunan 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroini göstərilən tarixdə saat 17 radələrindən bir qədər sonra yaşadığı ünvanın qarşısında Təqsirləndirilən şəxs2 vermiş, həmin vaxt sonuncu 01 ədəd bükümdə olan narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram olan hissəsini özünə götürüb, qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan hissəsini istifadə etməsi məqsədi ilə ona qaytarıb əvəzsiz olaraq pay vermiş, o da Təqsirləndirilən şəxs2 pay verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə edərək əynindəki qara rəngli idman şalvarının sol yan cibində olan “West” markalı siqaret qutusunun içərisinə qoyub daşıyaraq üzərində saxlamış, 04 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev X17 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 01:10 dəqiqədən saat 01:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan “West” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, 2022-ci ilin dekabr ayının sonlarında Balakən rayonunun Hənifə kəndinin ərazisində yaşadığı evin yaxınlığında Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə 200 manat pulun müqabilində alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,401 qramdan artıq çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində daşıyaraq yaşadığı evə aparıb gizlədərək saxlamış, həmin narkotik vasitə heroinin istintaqa məlum olmayan hissəsini müxtəlif vaxtlarda istehlak etmiş, qalan hissəsini, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “Viceroy” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisinə qoyub öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxlamış, 05 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Layıcov X21 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 17:30 dəqiqədən saat 17:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 öz şəxsi istifadəsi məqsədi ilə alaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin əynində olan cins şalvarın sağ yan cibində olan “Viceroy” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,021 qramdan artıq çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini daşıyıb üzərində saxlamış, 2022-ci ilin dekabr ayının sonlarında qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qramdan artıq çəkidə olan hissəsini Balakən rayonunun Hənifə kəndinin ərazisində həmin kənd sakini olan tanışı Təqsirləndirilən şəxs4 200 manat müqabilində satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,021 qramdan artıq çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,737 qram olan hissəsini qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq 03 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Balakən rayonunun Qazma kəndinin ərazisində 20 manat pulun müqabilində həmin kənd sakini olan tanışı Təqsirləndirilən şəxs3 satmış, geriyə qalan, yəni 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram və 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 0,883 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini isə qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisinə qoyub daşıyaraq üzərində saxlamışdır. 03 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Balakən RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 22:20 dəqiqədən saat 23:05 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 03 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs3 satmış olduğu ümumi təmiz çəkisi 0,737 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram olan hissəsi Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 04 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev X17 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 01:10 dəqiqədən saat 01:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun 03 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 alaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,737 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindən Təqsirləndirilən şəxs2 ona pay verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan hissəsi Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan “West” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə, 05 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Layıcov X21 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 17:30 dəqiqədən saat 17:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun 2022-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs1 alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs4 əynində olan cins şalvarın sağ yan cibində olan “Viceroy” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. Bundan savayı, 05 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Quliyev X12 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 19:00 dəqiqədən saat 19:35 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq istintaqa məlum olmayan vaxta və mənbədən əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram və 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 0,883 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, istifadəsində 050 522-08-88 mobil telefon nömrəsi olmuş, əvvəllər narkotik vasitə heroindən istifadə etmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 rayon sakinləri kimi tanımış, lakin adları qeyd edilən şəxslərdən narkotik vasitə almamışdır. 03 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılmış, həmin vaxt üzərində narkotik vasitə heroin olmamış və qeyd olunan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları onu döydükləri üçün, habelə silahı onun üzərinə qoyacaqları ilə hədələdiklərinə görə narkotik vasitə heroinin özünə məxsus olması barədə yalan ifadə vermişdir. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədənində xəsarətlər yaranmış, lakin polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç kəsə məlumat verməmiş və hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmişdir. Polis şöbəsinə gətirildikdən sonra səhərisi gün həkimlər tərəfindən müayinə olunan zaman bədəni üzərində xəsarət aşkar edilmiş, lakin təsir-təzyiq altında olduğu üçün həmin xəsarətlərin yıxılması nəticəsində yarandığını demişdir. Daha sonra X6 daxil olan zaman bədənində xəsarətlər aşkar olunmuş, lakin təsir-təzyiq altında olduğu üçün həmin xəsarətlərin yıxılması nəticəsində yarandığını demişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrə oxumadan imza etmiş, polis əməkdaşlarının ona dediyi formada ifadəsi yazılmış və bu zaman polis əməkdaşlarının dediyi kimi Təqsirləndirilən şəxs3 narkotik vasitə aldığını bildirmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 3 ildir narkotik vasitələrdən istifadə edir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Balakən rayonunun Qazma kənd sakini Təqsirləndirilən şəxs3 rayon sakini kimi tanımış, aralarında şəxsi ədavət və düşmənçilik olmamış və sonuncunun narkotik vasitədən istifadə etdiyini bilmişdir. 03 yanvar 2023-cü il tarixdə təxminən saat 15 radələrində idarə etdiyi avtomobillə Balakən rayonunun Qazma kəndindən keçən zaman Təqsirləndirilən şəxs3 yaşadığı evin qarşısında küçədə dayandığını görmüş və çəkmək üçün narkotik vasitə heroin təşkil etməsini sonuncudan xahiş etmişdir. Təqsirləndirilən şəxs3 də onun bu təklifi ilə razılaşmış və narkotik vasitə heroin tapmağa çalışacağını ona bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs3 həmin narkotik vasitə heroini kimdən alacağını və ya aldığını bilməmiş, sonuncu bu barədə ona heç nə deməmişdir. O, narkotik vasitədən istifadə edən olduğuna görə birdəfəlik istifadə etmək üçün nəzərdə tutulmuş narkotik vasitə heroinin 10 manata satıldığını bilmiş, buna görə də alacağı narkotik vasitə heroindən Təqsirləndirilən şəxs3 pay verə bilməsi üçün 20 manat məbləğində pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs3 20 manat pul verdiyi vaxt sonuncunun ona narkotik vasitəni təşkil edəcəyini deməsinə görə həmin vaxt Təqsirləndirilən şəxs3 satmaq üçün narkotik vasitənin olmadığını düşünmüş və sonuncuya verdiyi 20 manat pulun Təqsirləndirilən şəxs3 çatmayacağını bilmişdir. O, Təqsirləndirilən şəxs3 narkotik vasitə satmadığını bilsə də sonuncunun özünün də narkotik vasitədən istifadə etməsi səbəbindən ona narkotik vasitə təşkil edəcəyini düşünmüş, lakin o, Təqsirləndirilən şəxs3 ona narkotik vasitə təşkil etməsi müqabilində sonuncuya həmin narkotik vasitədən bir hissəni pay verəcəyi və ya narkotik vasitə təşkil etməsi əvəzində Təqsirləndirilən şəxs3 hər hansı mənfəət, gəlir əldə edəcəyi ilə bağlı sonuncu ilə əvvəlcədən razılaşmamışdır. Bundan sonra o, 20 manat məbləğində pulu Təqsirləndirilən şəxs3 verərək bir-iki saat sonra qayıdacağını bildirmiş və oradan yaşadığı evə getmişdir. Həmin tarixdə təxminən saat 17 radələrində o, yenidən Təqsirləndirilən şəxs3 yaşadığı ünvanın qarşısına getmiş və həmin vaxt küçədə dayanmış Təqsirləndirilən şəxs3 01 ədəd gümüşü rəngli kağız bükümü ona verərək içərisində təxminən 01 qram narkotik vasitə heroin olduğunu ona bildirmişdir. O, həmin bükümdə olan narkotik vasitə heroini iki yerə bölüb bir hissəsini istifadə etməsi üçün Təqsirləndirilən şəxs3 pay vermiş, qalan 01 ədəd bükümdəki narkotik vasitə heroini isə özü istifadə etmək üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun arxa tərəfinə, yəni siqaret qutusunun üzərindəki sellofan paketinin içərisinə qoyub üzərində saxlamış və oradan uzaqlaşmış, lakin qeyd olunan narkotik vasitədən istifadə etməmişdir. Həmin tarixdə təxminən saat 21 radələrində Balakən şəhəri, H.Əliyev prospektində olan zaman Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyib onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə getmiş, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində 01 ədəd bükümdə narkotik vasitə heroin olan “Rothmans” markalı siqaret qutusu aşkar olunmuşdur. Bu zaman o, üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu və həmin heroini 03 yanvar 2023cü il tarixdə Balakən rayonunun Qazma kənd sakini Təqsirləndirilən şəxs3 20 manat məbləğində pulun müqabilində aldığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,44 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Sonradan araşdırma zamanı Təqsirləndirilən şəxs3 polis şöbəsinə gətirilməsi, üzərində şəxsi axtarış aparılarkən üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilməsi, sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə ilə onun, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinlərin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olması ona məlum olmuşdur. Bundan başqa o, bir neçə dəfə Təqsirləndirilən şəxs4 ilə birlikdə narkotik vasitə heroindən istifadə etmiş, lakin heç vaxt pul müqabilində sonuncudan narkotik vasitə heroin almamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, istifadəsində 051 715-03-23 mobil telefon nömrəsi olmuş, əvvəllər narkotik vasitə heroindən istifadə etmiş, Təqsirləndirilən şəxs1 rayon sakini kimi və taksi fəaliyyəti məşğul olan şəxs kimi tanımış, sonuncuya məxsus olan avtomobillə sərnişin qismində müxtəlif ünvanlara getmiş, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 rayon sakinləri kimi tanımışdır. 03 yanvar 2023-cü il tarixdə saat 00 radələrində yaşadığı fərdi yaşayış evində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılmış, həmin vaxt üzərində narkotik vasitə heroin olmamış və qeyd olunan narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları ayaqlarına zərbələr vuraraq onu döydükləri üçün narkotik vasitənin özünə məxsus olması və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 alması barədə yalan ifadə vermiş və sonuncu ilə aralarında üzləşdirmə keçirilən zaman bu barədə bildirmişdir. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində ayaqlarında xəsarətlər yaranmış, lakin polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç kəsə məlumat verməmiş və hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmişdir. Polis şöbəsində olan zaman həkim tərəfindən müayinə edilməmiş və həkin yalnız onun təzyiqinin olub-olmamasını yoxlamışdır. X6 8 gün sonra aparılmış və oraya qəbul olunan zaman ayaqlarında xəsarətlər aşkar olunmuş, lakin həmin xəsarətlərin böyrəklərində olan problemlə əlaqədar olaraq yarandığını demişdir. Son vaxtlar Təqsirləndirilən şəxs1 yeriyə bilmədiyinə görə 03 yanvar 2023-cü il tarixdə sonuncunun avtomobilini usta Elxan Xipiyevə məxsus olan Balakən rayonunun Qazma kəndində yerləşən təmir yerinə aparmış, bununla bağlı söhbət etmək üçün Təqsirləndirilən şəxs1lə mobil telefon vasitəsilə danışmış, eləcə də taksi fəaliyyəti ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs1 sifarişi əsasında sonuncunu müxtəlif ünvanlara aparmış, lakin avtomobil ustası Elxan Xipiyevlə mobil telefon vasitəsilə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitə almamış və Təqsirləndirilən şəxs2la görüşməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrə oxumadan imza etmiş və polis əməkdaşlarının ona dediyi formada ifadəsi yazılmışdır. O, Təqsirləndirilən şəxs2, sonuncu da ona zəng etməmişdir və ibtidai istintaq zamanı polis əməkdaşlarının təklifinə əsasən bu məzmunda ifadə vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Balakən rayonunun Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 uzun müddətdir tanımış və sonuncunun narkotik vasitədən istifadə etdiyini bilmişdir. 03 yanvar 2023-cü il tarixdə təxminən saat 15 radələrində Balakən rayonunun Qazma kəndində yaşadığı evin qarşısında küçədə dayanan zaman idarə etdiyi avtomobillə həmin küçədən keçən Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin istifadə etmək istədiyini bildirmiş və narkotik vasitə heroin tapmağa köməklik etməsini ondan xahiş etmişdir. O, Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığını bildiyi üçün Təqsirləndirilən şəxs2la razılaşmış və narkotik vasitə heroin tapmaqda köməklik edəcəyini sonuncuya bildirmişdir. Təqsirləndirilən şəxs2 onun həmin narkotik vasitə heroini kimdən alacağını bilməmiş və o, bu barədə sonuncuya hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə təşkil etməsi üçün ona 20 manat pul verən zaman bunun müqabilində ona təşkil edəcəyi narkotik vasitədən pay verəcəyi və ya narkotik vasitə təşkil etməsinin əvəzində ona hər hansı mənfəət, gəlir verəcəyi ilə bağlı əvvəlcədən hər hansı bir razılığa gəlməmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona 20 manat məbləğində pul verərək narkotik vasitə heroin alaraq əlaqə saxlamasını xahiş etmiş və həmin yeri tərk edib getmişdir. Bundan bir müddət sonra o, istifadə etdiyi 051 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadə etdiyi 051 ***-**-** və ya 050 ***- **-** mobil telefon nömrəsinə zəng edərək yaşadığı ünvana gətirmək şərti ilə ona 20 manat pulun müqabilində narkotik vasitə heroin verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs1 onunla razılaşaraq təxminən saat 17 radələrində onun yaşadığı ünvanın qarşısına gəlmiş, orada 01 ədəd bükümü çıxarıb ona vermiş və bu zaman bükümün içərisində təxminən 01 qram narkotik vasitə heroin olduğunu bildirmişdir. O da həmin bükümü götürüb Təqsirləndirilən şəxs2 narkotik vasitə almaq üçün ona verdiyi 20 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 vermiş və bundan sonra sonuncu həmin yeri tərk edib getmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs2 onun yaşadığı ünvanın qarşısına gəlmiş və bu zaman o, Təqsirləndirilən şəxs1 aldığı bükümü cibindən çıxarıb Təqsirləndirilən şəxs2 vermiş, daha sonra sonuncu bükümün içərisindəki narkotik vasitə heroini iki yerə bölüb bir hissəsini istifadə etməsi üçün ona pay vermişdir. O, narkotik vasitəni təşkil edib Təqsirləndirilən şəxs2 verən zaman sonuncu istifadə etməsi üçün narkotik vasitədən ona bir qədər pay vermiş, lakin o, narkotik vasitə təşkil etmək üçün Təqsirləndirilən şəxs2 narkotik vasitə və ya mənfəət əldə etməyi düşünməmiş, sonuncu onun narkotik vasitədən istifadə edən şəxs olduğunu bildiyi üçün verdiyi pul ilə onun aldığı narkotik vasitədən ona bir qədər pay vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitənin qalan hissəsini götürmüş və həmin yeri tərk etmişdir. O, Təqsirləndirilən şəxs2 verdiyi həmin narkotik vasitə heroini siqaretin gümüşü kağızına büküb əynindəki qara rəngli idman şalvarının sol yan cibində olan “West” markalı siqaret qutusunun içərisinə qoyub yaşadığı evə getmiş, lakin qeyd olunan narkotik vasitədən istifadə etməmişdir. 04 yanvar 2023-cü il tarixdə təxminən saat 00:10 radələrində yaşadığı evin qarşısında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu demişlər və onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə getmiş, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində 01 ədəd bükümdə narkotik vasitə heroin olan “West” markalı siqaret qutusu aşkar olunmuşdur. Bu zaman o, üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu və 03 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin alması üçün ona 20 manat pul verdiyini, həmin tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 20 manat məbləğində pulun müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroin aldığını və aldığı 01 ədəd bükümdə olan narkotik vasitən heroni Təqsirləndirilən şəxs2la yarı böldüyünü bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,52 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Sonradan araşdırma zamanı Təqsirləndirilən şəxs2 03 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-yə gətirilməsi, üzərində şəxsi axtarış aparılarkən üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilməsi, sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə ilə onun, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinlərin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, istifadəsində 050 ***-**-** mobil telefon nömrəsi olmuş, Təqsirləndirilən şəxs1 uşaqlıq vaxtlarından tanımış və sonuncudan narkotik vasitə almamışdır. 05 yanvar 2023-cü il tarixdə günortadan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılmış, həmin vaxt üzərində mobil telefon olmamış və hadisədən 3-4 gün əvvəl mobil telefonu yanmışdır. Polis Şöbəsinə aparılan zaman üzərində narkotik vasitə heroin olmamış və qeyd olunan narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları onu döydükləri üçün narkotik vasitənin özünə məxsus olması və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 alması barədə yalan ifadə vermiş və sonuncu ilə aralarında üzləşdirmə keçirilən zaman bu barədə bildirmişdir. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bel və ayaq nahiyələrində xəsarətlər yaranmış, lakin polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç kəsə məlumat verməmiş və hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmişdir. Əvvəllər narkotik vasitə heroindən istifadə etməmiş, lakin məhkəmə-narkoloji ekspertizasından keçirilən zaman onu müayinə edən həkimə narkotik vasitədən bir dəfə istifadə etməsi barədə yalan məlumat vermişdir. Heç vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitə satmamış, polis əməkdaşları ona qarşı zor tətbiq etdikləri üçün Təqsirləndirilən şəxs1 200 manat pulun müqabilində narkotik vasitə alıb Təqsirləndirilən şəxs2 250 manat pulun müqabilində satması barədə yalan ifadə vermiş və ibtidai istintaq zamanı polis əməkdaşlarının ona dediyi formada ifadəsi yazılmışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən istifadə etmiş, lakin lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kəsə narkotik vasitə heroin satmamışdır. Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 uzun müddətdir tanımış, aralarında şəxsi ədavət və düşmənçilik olmamış və sonuncunun narkotik vasitədən istifadə etdiyini bilmişdir. 2022-ci ilin dekabr ayının sonlarında narkotik vasitə heroin əldə etmək məqsədilə istifadə etdiyi 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadə etdiyi 050 ***-**-** mobil telefon nömrəsinə zəng edərək narkotik vasitə heroin təşkil etməsini sonuncudan xahiş etmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində 02 qram çəkidə 01 büküm narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroini ona 200 manat pulun müqabilində sata biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşdıqdan sonra sonuncu onun yaşadığı Balakən rayonunun Hənifə kəndinə getmiş və onun yaşadığı evin yaxınlığında küçədə Təqsirləndirilən şəxs1lə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 orada 01 ədəd bükümdə narkotik vasitə heroini ona vermiş və bükümün içərisində 02 qram narkotik vasitə heroin olduğunu bildirmişdir. O, həmin bükümü götürüb bunun müqabilində 200 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 vermiş və sonuncu həmin yeri tərk edib getmişdir. Bundan sonra o, yaşadığı evə gedərək Təqsirləndirilən şəxs1 aldığı 01 ədəd bükümdə narkotik vasitə heroinin üzərindən bir qədər götürüb istifadə etmiş, qalan narkotik vasitə heroini isə istifadə etmək məqsədi ilə yaşadığı evin yataq otağında saxlamışdır. O, 31 dekabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı kəndin ərazisində piyada hərəkət edən zaman Balakən rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 ilə rastlaşmış, sonuncunun da narkotik vasitədən istifadə etdiyini bildiyi üçün Təqsirləndirilən şəxs2 ona narkotik vasitə heroin qəbul etmək istədiyini bildirmiş və ondan narkotik vasitə heroin olduğu halda çəkmək üçün təşkil etməsini xahiş etmişdir. O da etiraz etməmiş, evdə saxladığı narkotik vasitədən bir qədər götürmüş və Təqsirləndirilən şəxs2la birlikdə yaşadığı evin həyətində narkotik vasitə heroin çəkmişlər. Daha sonra ardıcıl olaraq iki gün, yəni 01 yanvar 2023-cü il və 02 yanvar 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs2 onun yaşadığı ünvana gəlmiş və birlikdə narkotik vasitə heroin çəkmişlər. O, 05 yanvar 2023-cü il tarixdə təxminən saat 14 radələrində yaşadığı evdə olan zaman əvvəlcədən gizlədib saxladığı narkotik vasitə heroini istifadə etmək üçün gizlətdiyi yerdən götürüb əynindəki cins şalvarın sağ yan cibində olan “Viceroy” markalı siqaret qutusunun üzərindəki sellofan paketinin içərisinə qoymuş və yaşadığı evdən çıxıb piyada kənd ərazisində hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyib onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə getmiş, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan cins şalvarın sağ yan cibindən içərisində 01 ədəd bükümdə narkotik vasitə heroin olan “Viceroy” markalı siqaret qutusu aşkar olunmuşdur. Bu zaman o, üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu və qeyd olunan narkotik vasitəni 200 manat məbləğində pulun müqabilində Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Həmçinin həmin vaxt o, qorxu içərisində, həyəcanlı və gərgin olduğu üçün ona verilən suallara düzgün cavab verə bilməmiş və narkotik vasitənin bir hissəsini 03 dəfə olmaqla ümumilikdə 250 manata tanışı Təqsirləndirilən şəxs2 satdığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,47 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Sonradan araşdırma zamanı onun üzərindən aşkar olunmuş narkotik vasitə ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinlərin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olması ona məlum olmuşdur. Araşdırmanın gedişində izahat və ifadə verən zaman ifadəsini dəyişəcəyi halda polis əməkdaşının onu döyəcəyini və ya incidəcəyini düşünmüş, buna görə həqiqəti deməyə qorxmuş və üzərində şəxsi aparılan zaman dediyi sözləri izahat və ifadəsində də təsdiq edərək Təqsirləndirilən şəxs1 aldığı narkotik vasitə heroinin bir hissəsini 03 dəfə olmaqla ümumilikdə 250 manat pulun müqabilində Təqsirləndirilən şəxs2 satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 və ya başqa hər hansı şəxsə narkotik vasitə satmamış və belə niyyəti olmamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs2 avtomobilini təmir etdirmək üçün ondan 01 həftə müddətinə qaytarmaq şərtilə borc qismində pul almış və pul aldığı vaxtdan təxminən 10 gün keçməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək borcunu geri qaytarmadığı üçün o, 24 dekabr 2022-ci il tarixdə saat 18:48-də Təqsirləndirilən şəxs2 borcunu qaytarması ilə bağlı mesaj yazmışdır. Həmçinin 28 dekabr 2022-ci il tarixdə tanıdığı şəxslərdən bir nəfər Şəki rayonuna gedib-qayıtmaq üçün taksi avtomobili axtardığına görə o, 28 dekabr 2022ci il tarixdə saat 19:07 dəqiqədə bu fəaliyyətlə məşğul olan Təqsirləndirilən şəxs2 müvafiq məzmunlu mesaj yazmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, istifadəsində 051 689-46-46 və 050 717-54- 05 mobil telefon nömrələri olmuş, bel nahiyəsindən əməliyyat olunduğu üçün narkotik vasitədən istifadə etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs4 uşaqlıq vaxtlarından, Təqsirləndirilən şəxs2 rayon sakini kimi, Təqsirləndirilən şəxs3 isə taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış və həm özü, həm də ailə üzvləri sonuncuya məxus olan avtomobillə sərnişin qismində müxtəlif ünvanlara getmişlər. Tutulmamışdan bir neçə ay əvvəl onu, Təqsirləndirilən şəxs2 və tanımadığı digər şəxsləri birlikdə şübhəli şəxs qismində Balakən RPŞ-yə aparmışlar. Oraya gedən zaman polis əməkdaşları onu döymüşlər və cibinə bilmədiyi əşya qoymaq istəsələr də o, buna imkan verməmişdir. Balakən RPŞ-də onu döymüşlər, nəticədə sol ayağı şişmişdir. Daha sonra həm üzərində şəxsi axtarış aparılan zaman, həm də avtomobilinə baxış keçirilən zaman heç nə aşkar olunmamışdır. Daha sonra ictimai asayişi pozduqlarını əsas gətirib hər birinə 50 manat məbləğində cərimə tətbiq etmişlər və bundan sonra onları azad etmişlər. Ayağında yaranmış xəsarətlərə görə qiyməti 180 manat olan krem almalı olduğu üçün soyadı Xipiyev olan polis əməkdaşı ilə əlaqə saxlayıb ona vurulmuş ziyanın ödənilməyəcəyi təqdirdə şikayət edəcəyini demiş və nəticədə polis əməkdaşı 50 manat məbləğində cəriməni ödəmiş, habelə krem alması üçün 180 manat pulu aptekə vermişdir. Daha sonra həmin polis əməkdaşı bu barədə Balakən RPŞ-nin digər polis əməkdaşlarına demiş və həmin polis əməkdaşları narahat olmamasını, yaxın vaxtlarda onun başına oyun açacaqlarını demişlər. Qeyd olunan səbəblərə görə onun barəsində qanunsuz olaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş, 05 yanvar 2023-cü il tarixdə saat 15:00-16:00 radələrində işə getmək üçün avtomobilinə əyləşən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılmış, həmin vaxt qaçmağa cəhd etməmiş, bu zaman üzərində narkotik vasitə heroin olmamış və qeyd olunan narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə aparılan zaman qeyd olunanlar kərpic bazarında quraşdırılmış videomüşahidə kameraları tərəfindən qeydə alınmış, lakin sonradan atası qeyd olunan videogörüntüləri götürmək istədikdə atasına müvafiq videogörüntülərin polis əməkdaşları tərəfindən götürülüb aparılması barədə məlumat verilmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları əllərini və ayaqlarını lentlə bağlayıb onu döydükləri, ayağına zərbələr vurduqları, sifətinə kağız qoyub lentlə bağlayıb təpik zərbəsi vurduqları, yaşadığı evə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri və arvadının, qayınatasının, dostu X8 və övladının zirzəmidə olduğunu və onları buraxmayacaqlarını dedikləri üçün narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə vermiş, bundan sonra isə polis əməkdaşları arvadını, qayınatasını, dostu Rövşən Namazovu və uşağını azad etmişlər. Polis şöbəsinə onunla birlikdə dostu Rövşən Namazov da aparılmış və polis əməkdaşları dostunu da döymüşlər. Hal-hazırda dostu Rövşən Namazov xarici ölkədədir və Azərbaycan Respublikasına gəlməyə qorxur. Sonradan polis şöbəsində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la aralarında üzləşdirmə aparılan zaman adları qeyd edilən şəxslərə narkotik vasitə satmadığını demişdir. Bir müddət sonra polis əməkdaşı Şahid2 otağında olan zaman sonuncu ona bir müddət əvvəl baş vermiş hadisəyə görə polis əməkdaşından 180 manat pul aldığını və polis əməkdaşının cəriməni ödəməsini xatırlatmış və hazırki hadisənin qeyd olunan səbəblərə görə baş verdiyini demişdir. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində sifətində, qollarında, ayaqlarında və boyun nahiyəsində xəsarətlər yaranmış, ayağında olan xəsarətlər rezin dəyənəklə vurulma nəticəsində yaranmışdır. Ayağında olan xəsarətlərin sağalması üçün hər gecə krem, habelə sifətində olan göyərmələri aparmaq üçün hər 2-3 saatdan bir krem vurmuşlar, nəticədə 2-3 gün ərzində ayağında və sifətində olan izlər yoxa çıxsa da üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman xəsarətlər görünməsə də, sifətində parıltı müşahidə olunmuş, habelə bu zaman o, polis əməkdaşları tərəfindən saxlanılan zaman qaçmağa cəhd etmədiyini demişdir. X6 8-9 gün sonra aparılmış və oraya qəbul olunan zaman bədəni üzərində xəsarətlər aşkar olunmuş, lakin o, təsir-təzyiq altında olduğu üçün həmin xəsarətlərin yıxılması nəticəsində yarandığını demişdir. O, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı müdafiəçisinə məlumat vermiş, sonuncu isə heç nə edə bilməyəcəyini demişdir. Yazmağı bacarmadığı üçün hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman müvafiq şərait yaradılmadığı üçün heç nə deyə bilməmiş və ibtidai istintaq zamanı verdiyi ifadələrə oxumadan imza etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman qaçmağa cəhd etməsi və bu zaman xəsarətlər alması barədə tərtib olunmuş akta imza etməmiş və həmin aktda olan imza ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs3lə tanışlığı taksi fəaliyyəti göstərməsi ilə bağlı olmuş, sonuncudan avtomobilin təmiri ilə bağlı avtomobil ustası Elxan Xipiyevə ödəyəcəyi haqqın azaldılmasını xahiş etmiş və bununla bağlı aralarında telefon danışıqları olmuşdur. Elxan Xipiyevlə bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlamışdır, lakin 02 yanvar 2023-cü il tarixdə sonuncu ilə nə haqda danışdığını xatırlamır. 03 yanvar 2023-cü il tarixdə “Balaken r-nu, Talalar kendi” və “Balaken r-nu, Henife” anten əhatə dairələrində hansı səbəbdən müşahidə olunduğunu xatırlamır, lakin Təqsirləndirilən şəxs3lə çay içmək üçün getdiyini hesab edir. Elxan Xipiyev 04 yanvar 2023-cü il tarixdə ona zəng edərək Təqsirləndirilən şəxs3 zənglərə cavab vermədiyini demiş, avtomobili götürməsini təklif etmiş və o da Elxan Xipiyevə zəng edib avtomobili götürməyə gəldiyini demişdir. Elxan Xipiyevin fəaliyyət göstərdiyi təmir yerindən avtomobili 04 yanvar 2023-cü il tarixdə götürmüş və həmin təmir olunan yerə Təqsirləndirilən şəxs3lə birlikdə getməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, onurğa sütunundan əməliyyat olunduğu üçün bədənində olan ağrıların qarşısını almaq məqsədi ilə narkotik vasitə heroindən istifadə etmiş, narkotik vasitəni bir neçə dəfə Bakı şəhərində olan zaman tanımadığı şəxslərdən əldə etmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, hər hansı şəxsə narkotik vasitə satmamış və ya pay verməmişdir. Balakən rayonunun Qazma kənd sakini Təqsirləndirilən şəxs3 və Balakən rayonunun Hənifə kənd sakini Təqsirləndirilən şəxs4 rayon sakinləri kimi tanımış, aralarında şəxsi ədavət və dümənçilik olmamışdır. 05 yanvar 2023-cü il tarixdə təxminən saat 10 radələrində Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən Balakən bazarının yaxınlığında olarkən yolun kənarında yerdə içərisində narkotik vasitə heroin olan 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərin olduğunu görmüş və narkotik vasitədən istifadə edən olduğuna görə istifadə etmək məqsədilə həmin bükümləri götürüb cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisinə qoymuşdur. Həmin tarixdə günorta saatlarından sonra yaşadığı evin qarşısında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu demişlər və onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə getmiş, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində 02 ədəd bükümdə narkotik vasitə heroin olan “Rothmans” markalı siqaret qutusu aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitələr elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 1,09 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Sol qulaq, sol alın nahiyəsində və sağ əlinin üzərində olan xəsarətləri təxminən 3-4 yanvar 2023-cü il tarixdə yaşadığı evdə olan zaman pilləkəndən yıxılaraq almış, bel nahiyəsində təxminən 03 ay əvvəl əməliyyat olunması ilə bağlı yara-tikiş izləri olmuş, sağ ayağında isə hansı şəraitdə aldığını xatırlamadığı xəsarətlər olmuşdur. O, Təqsirləndirilən şəxs3 narkotik vasitə satmamış, 03 yanvar 2023-cü il tarixdə sonuncunu ümumiyyətlə görməmiş və sonuncunun narkotik vasitəni ondan almasını deməsinin səbəbini bilmir. Onun idarə etdiyi avtomobil Balakən rayonunun Hənifə kəndinə gedən yolda avtomobil ustası kimi fəaliyyət göstərən Elxan Xipiyevin işlədiyi yerdə təmirdə olmuş, Təqsirləndirilən şəxs3 də avtomobil ustası Elxan Xipiyevi tanıdığı üçün o, Təqsirləndirilən şəxs3 Elxan Xipiyevdən avtomobilin təmir xərclərinin azaldılması üçün xahiş etməsini bildirmiş, bu məqsədlə istifadəsində olan 051 ***-**-** və ***-***-**-** mobil telefon nömrələri vasitəsilə Təqsirləndirilən şəxs3 istifadə etdiyi 051 ***-**-** nömrəli mobil telefonla əlaqə saxlamışdır. Həmçinin o, heç vaxt Təqsirləndirilən şəxs4 narkotik vasitə heroin satmamış, 2022-ci ilin dekabr ayının sonlarında sonuncunun istifadə etdiyi 050 ***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefon nömrəsinə zəng olunub-olunmadığını xatırlamır. O, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 narkotik vasitədən istifadə etdiklərini bilməmiş və heç vaxt sonuncularla birlikdə narkotik vasitədən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Balakən rayonunun Hənifə kənd sakini Təqsirləndirilən şəxs4 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə 05 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs4 yaşadığı Balakən rayonunun Hənifə kəndinin ərazisində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan cins şalvarın sağ yan cibindəki 01 ədəd “Viceroy” markalı siqaret qutusunun içərisinə qoyduğu içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs4 narkotik vasitədən istifadə etdiyini və üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 7-8 gün əvvəl 200 manat pulun müqabilində Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,47 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və satması barədə 05 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın yaxınlığında saxlanılan zaman qaçmağa cəhd etmiş, lakin yerə yıxılaraq buna nail ola bilməmiş və Balakən RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs1 bədəni üzərində müxtəlif xəsarətlər olduğuna görə polis şöbəsinə gətirildikdən sonra müvafiq akt tərtib edilmiş və akt bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisinə qoyduğu içərisində narkotik vasitə heroin olan 02 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin kütlələrin narkotik vasitə heroin olduğunu, 05 yanvar 2023-cü il tarixdə səhər saatlarında Balakən şəhərinin ərazisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və belində ağrılar olan zaman istifadə etdiyini bildirmişdir. Daha sonra həmin narkotik vasitələr elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 1,09 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 sifətində və bədənində olan xəsarətlərin 2- 3 gün əvvəl öz ehtiyatsızlığından yıxılması nəticəsində yarandığını və belindən əməliyyat olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin PPXBnin polis nəfəri vəzifəsində işləyir. Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə 03 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs2 saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman üzərindən içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin kütlənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 03 yanvar 2023-cü il tarixdə 20 manat pulun müqabilində Balakən rayonunun Qazma kənd sakini Təqsirləndirilən şəxs3 aldığını bildirmişdir. Buna görə də, həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs3 04 yanvar 2023-cü il tarixdə təxminən saat 00:10 radələrində Balakən rayonunun Qazma kəndində yaşadığı ünvanın qarşısında saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki “West” markalı siqaret qutusunun içərisində saxladığı içərisində narkotik vasitə heroin olan gümüşü-ağ rəngdə olan kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 həmin kütlənin narkotik vasitə heroin olduğunu, Təqsirləndirilən şəxs2 ona narkotik vasitə almaq üçün verdiyi 20 manat pulu 03 yanvar 2023-cü il tarixdə saat 15-16 radələrində Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 verərək sonuncudan narkotik vasitə aldığını, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını və daha sonra isə narkotik vasitəni Təqsirləndirilən şəxs2la böldüklərini bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,52 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və satması barədə 05 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Balakən RPŞ-yə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisinə qoyduğu içərisində narkotik vasitə heroin olan 02 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin kütlələrin narkotik vasitə heroin olduğunu, 05 yanvar 2023-cü il tarixdə səhər saatlarında Balakən şəhərinin ərazisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və belində ağrılar olan zaman istifadə etdiyini bildirmişdir. Daha sonra həmin narkotik vasitələr elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 1,09 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 sifətində və bədənində olan xəsarətlərin 2- 3 gün əvvəl öz ehtiyatsızlığından yıxılması nəticəsində yarandığını və belindən əməliyyat olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin PPXBnin polis nəfəri vəzifəsində xidmət edir. Balakən rayonunun Hənifə kənd sakini Təqsirləndirilən şəxs4 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə 05 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs4 yaşadığı Balakən rayonunun Hənifə kəndinin ərazisində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan cins şalvarın sağ yan cibindəki 01 ədəd “Viceroy” markalı siqaret qutusunun içərisinə qoyduğu içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs4 narkotik vasitədən istifadə etdiyini və üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 7-8 gün əvvəl 200 manat pulun müqabilində Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,47 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə 03 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs2 Balakən şəhəri, H.Əliyev prospektində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisinə qoyduğu içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin kütlənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 03 yanvar 2023-cü il tarixdə 20 manat pulun müqabilində Balakən rayonunun Qazma kənd sakini Təqsirləndirilən şəxs3 aldığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,44 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra, həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitə aldığı Təqsirləndirilən şəxs3 04 yanvar 2023-cü il tarixdə təxminən saat 00:10 radələrində Balakən rayonunun Qazma kəndində yaşadığı ünvanın qarşısında saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki “West” markalı siqaret qutusunun içərisində saxladığı içərisində narkotik vasitə heroin olan gümüşü-ağ rəngdə olan kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 həmin kütlənin narkotik vasitə heroin olduğunu, Təqsirləndirilən şəxs2 ona narkotik vasitə almaq üçün verdiyi 20 manat pulu 03 yanvar 2023-cü il tarixdə saat 15-16 radələrində Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 verərək sonuncudan narkotik vasitə aldığını, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını və daha sonra isə narkotik vasitəni Təqsirləndirilən şəxs2la böldüklərini bildirmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,52 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və satması barədə 05 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvanın yaxınlığında saxlanılan zaman qaçmağa cəhd etmiş, lakin yerə yıxılaraq buna nail ola bilməmiş və Balakən RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs1 bədəni üzərində müxtəlif xəsarətlər olduğuna görə polis şöbəsinə gətirildikdən sonra müvafiq akt tərtib edilmiş və akt bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisinə qoyduğu içərisində narkotik vasitə heroin olan 02 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin kütlələrin narkotik vasitə heroin olduğunu, 05 yanvar 2023-cü il tarixdə səhər saatlarında Balakən şəhərinin ərazisindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və belində ağrılar olan zaman istifadə etdiyini bildirmişdir. Daha sonra həmin narkotik vasitələr elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 1,09 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 sifətində və bədənində olan xəsarətlərin 2- 3 gün əvvəl öz ehtiyatsızlığından yıxılması nəticəsində yarandığını və belindən əməliyyat olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs1 05 yanvar 2023-cü il tarixdə saat 16 radələrində işə getmək məqsədi ilə həyətə düşüb avtomobilin mühərrikini işə salmış, lakin avtomobilin mühərrikinin isinməsini gözlədiyi üçün hərəkətə başlamamışdır. Həmin vaxt o, həyətə düşmüş və bu zaman atası da evə gəlmişdir. Bir qədər sonra isə iki nəfər şəxs evə daxil olmuş və atasıın qolundan tutub aparmışlar. O, atasının arxası ilə çölə çıxdıqda orada iki ədəd avtomobilin dayandığını və əri Təqsirləndirilən şəxs1 tutularaq üzüüstə vəziyyətdə saxlanıldığını görmüş, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sistemi ilə əlaqə saxlamağa çalışmış, lakin polis əməkdaşları mobil telefonu onun əlindən aldıqları üçün buna nail ola bilməmişdir. Həmin vaxt evdə əri Təqsirləndirilən şəxs1 dostu X19 da olduğundan sonuncu da polis əməkdaşları tərəfindən saxlanılmış, orada olan zaman həm onun üzərində şəxsi axtarış aparılmış, həm də evə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Bundan sonra isə o, övladı, əri Təqsirləndirilən şəxs1 və ərinin dostu Rövşən Namazov birlikdə polis şöbəsinə aparılmışlar. Orada olan zaman övladını sanitar qovşağa apararkən ərinin polis əməkdaşları tərəfindən harasa aparıldığını görmüş və bu zaman sonuncunun səhhətinin yaxşı olmadığını görmüşdür. Həmin tarixdə saat 23 radələrində orada olan zaman onu atası ilə görüşdürmüşlər, saat 00 radələrində isə o və atası azad edilmişlər və onlar polis şöbəsinin inzibati binasını tərk etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-də məsul növbətçi vəzifəsində işləyir. Hər hansı şəxs polis şöbəsinə gətirildikdən sonra növbətçi hissədə şəxsin üzərində şəxsi axtarış aparılır, üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması yoxlanılır və müayinə olunan zaman üzərində bədəni üzərində xəsarətlər aşkar olunduğu halda akt tərtib olunur. Hazırki işlə bağlı təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış aparmışlar, lakin hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarətlər aşkar olunduğuna görə akt tərtib etmiş, aktda aşkar olunmuş xəsarətləri qeyd etmiş, həmin akta imza etmiş, habelə aktda adları qeyd edilmiş şəxslər, o cümlədən də Təqsirləndirilən şəxs1 akta imza etmişdir. Təqsirləndirilən şəxs1 xəsarətlərlə bağlı nə dediyini xatırlamır. Tutulan şəxs müvəqqəti saxlama yerinə yerləşdirilən zaman həkim tərəfindən müayinə olunur və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda həkim tərəfindən müvafiq qeydlər edilir. Təqsirləndirilən şəxs2 üzərində xəsarətlərin olub-olmamasını, xəsarətlər olduğu halda akt tərtib olunmamasının səbəbini bilmir və sonuncunun barəsində akt tərtib etmədiyi halda xəsarətlərin aşkar olunmadığını hesab edir. Tutulan şəxs polis şöbəsinə daxil olan vaxtdan sonra 24 saat ərzində tibbi müayinədən keçirilməlidir. “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda xəsarətlərin hamısının qeyd olunmamasını səbəbini və Təqsirləndirilən şəxs2 həkim tərəfindən neçə dəfə müayinə edildiyini bilmir. Polis şöbəsinə gətirilən şəxsi əvvəlcə o, müayinə edib akt tərtib edir, daha sonra isə həkim dəvət olunur. Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarətlərin sonradan hansı səbəbdən yaranması barədə məlumatı yoxdur. Yalnız şəxsin polis şöbəsinə gətirilməsində iştirak edən şəxslərin adları “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda müvafiq qrafada yazılır, həmin kitabda şəxsi gətirən üç nəfərin adının qeyd edilməsi kifayət edir və Şahid6 əməliyyat-axtarış tədbirində iştirak edib-etmədiyini bilmir. 05 yanvar 2023-cü il tarixdə X8 Balakən RPŞ-yə gətirilib-gətirilməməsini, Təqsirləndirilən şəxs1 Balakən RPŞ-yə gətirilən zaman sonuncunun yanında başqa şəxslərin olub-olmadığını və qeyd olunan tarixdə Sonuncunun ailə üzvlərinin Balakən RPŞ-yə gəlib-gəlməmələrini xatırlamır. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 növbətçi hissəyə gətirmişlər, o isə sonuncunun bədəni üzərində aşkar olunmuş xəsarətlərlə bağlı barədə akt tərtib etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-də məsul növbətçinin köməkçisi vəzifəsində işləyir. Hər hansı şəxs polis şöbəsinə gətirildikdən sonra növbətçi hissəyə təhvil verilir, növbətçi orada şəxsin üzərində şəxsi axtarış aparır, şəxs üzərində olan əşyaları onlara təhvil verir və adətən aktda qeyd olunur. Adətən şəxsin üzərində xəsarətlər aşkar olunduğu halda həmin gün həkim dəvət olunur və şəxsin üzərində xəsarətlər aşkar olunduğu təqdirdə mütləq akt tərtib olunur. Şəxsin üzərində aşkar olunanlar sənədləşdirilir və növbətçi hissədə şəxsin üzərində narkotik vasitə aşkar olunduğu halda qeyd olunanlar raportda qeyd olunur. 2023-cü ildə növbətçi hissədə Samir Çeerçiyevlə növbədə olan zaman Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirilmiş, bu zaman sifətində və qulağında xəsarətlər olmuş, habelə sonuncu axsamışdır. Növbətçi Təqsirləndirilən şəxs1 üzərində xəsarətlər aşkar etdiyi üçün növbətçi hissədə akt tərtib etmiş, bu zaman Təqsirləndirilən şəxs1 də orada olmuş, sonuncu saxlanılan zaman müqavimət göstərdiyini demiş və həmin akta həm Təqsirləndirilən şəxs1, həm də aktda adları qeyd edilmiş digər şəxslər imza etmişlər. Təqsirləndirilən şəxs1 hansı əşya və ya predmeti təqdim etdiyini, sonuncunun üzərindən aşkar olunan əşya və ya predmetləri aktda qeyd edib-etmədiklərini və həkimi nə vaxt dəvət etdiklərini xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyir. Onun və polis əməkdaşlarının keçirdiyi müayinənin hansının tez olduğunu bilmir. Polis şöbəsindən nə vaxt məlumat daxil olsa onda polis şöbəsinə gedilir. Gecə saat 02 və 03 radələrində polis şöbəsinə çağırıldığı hallar, habelə hər gün getdikləri vaxtlar olmuşdur. Müayinə olunan şəxslərdən xəsarətlərlə bağlı soruşulur və şəxs bədəni üzərində xəsarətlərin olduğunu dediyi halda polis şöbəsində tibb bölməsində şəxsin bədəni müayinə olunur. Xəsarətlər bir dəfə yazılır, lakin ikinci dəfə tibbi yardıma ehtiyac olduqda yenidən dəvət olunurlar. Samidin Quliyevi müayinə etdiyi tarixi və sonuncunun əlində xəsarətin olub-olmadığını xatırlamır. X1 soruşub yazmış və həmin vaxt cızılmış yaranı gördüyü üçün qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyir. Polis şöbəsindən nə vaxt məlumat daxil olsa onda polis şöbəsinə gedilir. “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda qeydlər onlar tərəfindən aparılır. Müayinə şəxsə xəsarətlər barədə suallar verilərək aparılır. Müayinə zamanı xəsarətlər aşkar olunduğu halda həmin xəsarətlərin hansı şəraitdə yaranması barədə şəxsin özündən soruşulur. Aşkar olunmuş xəsarətlə bağlı ancaq polis əməkdaşlarına məlumat verilir. Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarətlərlə bağlı qeydləri sonuncunun deməsinə əsasən o, etmiş və müayinə zamanı gördüklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 xəsarətlərlə bağlı nə dediyini və sonuncunun hansı səbəbdən ağrısının olduğunu xatırlamır. Ağrıkəsici olan analgin dərmanına bədənin reaksiya verməməsi üçün demidrol da vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, avtomobil ustası fəaliyyəti ilə məşğul olur, 050 362-08-54 və 055 568-08-54 mobil telefon nömrələrindən istifadə edir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 məxsus olan qırmızı rəngli “VAZ 2107” markalı avtomobili təmir üçün ona məxsus olan və işlədiyi yerə gətirən zaman tanımış, sonuncu həmin yerə bir dəfə gəlmiş, Təqsirləndirilən şəxs1 də avtomobili götürən zaman tanımış və sonuncu da həmin yerə bir dəfə gəlmişdir. Xatırlamadığı tarixdə və vaxtda Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 məxsus olan qeyd olunan avtomobili təmir üçün gətirmiş, avtomobil 1-2 gün ərzində ona məxsus olan təmir yerində təmir olunduqdan sonra Təqsirləndirilən şəxs1 günorta vaxtı oraya gəlmiş və avtomobili aparmışdır. Təqsirləndirilən şəxs1 avtomobili hansı tarixdə götürdüyünü, habelə Təqsirləndirilən şəxs3lə telefon vasitəsilə danışıb-danışmadığını xatırlamır. Təqsirləndirilən şəxs1 avtomobili götürəndən sonra ona zəng etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə Balakən rayonunun Gərəkli kəndində yaşayan Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Balakən rayonunun Gərəkli kəndində yaşayan Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması şübhəsi ilə həmin tarixdə Balakən şəhəri, H.Əliyev prospektində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisinə qoyduğu içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm aşkar olunmuşdur. Şəxsi axtarış aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitə heroini Balakən rayonunun Qazma kəndində yaşayan Təqsirləndirilən şəxs3 aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Balakən rayonunun Qazma kəndində yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitə satması və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması şübhəsi ilə həmin tarixdə saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında 04 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki “West” markalı siqaret qutusunun içərisində saxladığı içərisində narkotik vasitə heroinə bənzər maddə olan gümüşü-ağ rəngdə olan kağız büküm aşkar olunmuşdur. Şəxsi axtarış aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 04 yanvar 2023-cü il tarixli 17/17 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə.” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,306 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş kütlə.” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,431 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zərflərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərindən narkotik vasitə heroinin aşkar edilməsi faktı üzrə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə Balakən rayonunun Hənifə kəndində yaşayan Təqsirləndirilən şəxs4 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Balakən rayonunun Hənifə kəndində yaşayan Təqsirləndirilən şəxs4 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması şübhəsi ilə həmin tarixdə saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs4 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan cins şalvarın sağ yan cibindəki 01 ədəd “Viceroy” markalı siqaret qutusunun içərisinə qoyduğu içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm aşkar olunmuşdur. Şəxsi axtarış aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli raportdan görünür ki, ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə satması və üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Balakən Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Balakən şəhəri, N.Nərimanov küçəsi, ev 30 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə satması və üzərində narkotik vasitə saxlaması şübhəsi ilə həmin tarixdə Balakən şəhərində yerləşən evinin yaxınlığında saxlanılan zaman qaçmağa cəhd etmiş, bu zaman yıxılmış, nəticədə baş nahiyəsində və bədəninin digər nahiyələrində xəsarətlər yaranmış və daha sonra isə Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Balakən şəhəri, S.Gözəlov küçəsində saxlanılan zaman qaçmağa cəhd etmiş, bu zaman yıxılmış, nəticədə baş nahiyəsinin sol tərəfində və sol qulaq nahiyəsində xəsarətlər yaranmış, habelə sonuncu 2-3 gün əvvəl də xəsarət aldığını və 03 ay əvvəl bel nahiyəsindən sinir əməliyyatı olunduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisinə qoyduğu içərisində narkotik vasitə heroinə bənzər maddə olan 02 ədəd büküm aşkar olunmuşdur. Şəxsi axtarış aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 06 yanvar 2023-cü tarixli 17/22 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş 01 bükümdə narkotik vasitəyə bənzər kütlə.” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,401 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 üzərindən narkotik vasitə heroinin aşkar edilməsi faktı üzrə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 06 yanvar 2023-cü il tarixli 17/23 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə narkotik vasitə heroinə oxşar kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,437 qram və 0,446 qram olmaqla, ümumi çəkiləri 0,883 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroinlərin aşkar edilməsi faktı üzrə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət təqibi üzrə icraatın birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 barəsində istintaqı aparılan cinayət işləri Təqsirləndirilən şəxs1 barəsində istintaqı aparılan cinayət işinə birləşdirilmiş və Samidin Quliyevin əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 78 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 80 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 82 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 18 yanvar 2023-cü il tarixli 17/42 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 04 (dörd) ədəd zərfin içərisindəki ümumilikdə 05 (beş) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2023-cü il tarixli 170 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və əməlin tövsif edilməsi haqqında 04 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 əməli CM-in 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.4.2 və 234.4.3cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 10 yanvar 2023cü il tarixli PHŞ-6-27/2-10/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji və Psixiatriya kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 10 yanvar 2023cü il tarixli PHŞ-6-27/2-11/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 23 yanvar 2019-cu il tarixdən həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatdadır, lakin Psixiatriya kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 10 yanvar 2023cü il tarixli PHŞ-6-27/2-15/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji və Psixiatriya kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 10 yanvar 2023cü il tarixli PHŞ-6-27/2-16/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 01 avqust 2022-ci il tarixdən həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatdadır, lakin Psixiatriya kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Balakən rayonunun Gərəkli kəndində yaşamışdır, 07 avqust 2015-ci ildə doğulmuş Melisa Qardaşova və 20 noyabr 2017-ci ildə doğulmuş Səkinət Qardaşova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Qax Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli və Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmlərinin surətlərindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Balakən Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 08 fevral 2024-cü il tarixli 166/4 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Qax Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli hökmünə əsasən CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 19 yanvar 2021-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, o, Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin cəzanın icrasına 19 sentyabr 2022-ci il tarixdə başlanılmışdır və cəzasının çəkilməmiş hissəsi 02 il 08 ay 09 gün təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsindən daxil olmuş 14 sentyabr 2023-cü il tarixli 3-13-66/2- 20695/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülər yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 Balakən Rayon Polis Şöbəsinə 03 yanvar 2023-cü il tarixdə saat 21:40 radələrində gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Əliyev X17 Rayon Polis Şöbəsinə 04 yanvar 2023-cü il tarixdə saat 00:30 radələrində gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Layıcov X21 Rayon Polis Şöbəsinə 05 yanvar 2023-cü il tarixdə saat 16:50 radələrində gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Quliyev X12 Rayon Polis Şöbəsinə 05 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 03 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən bədən səthində hər hansı xəsarət aşkar edilməmiş, lakin 04 yanvar 2023-cü il tarixdə müayinə olunan zaman onun bədən səthində “sağ çiyin, sol kürək və sağ dirsək nahiyələrində sıyrılmış yaralar” xəsarətləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Əliyev X17 RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Layıcov X21 RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 06 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin müvəqqəti saxlama yerində müayinə olunmuş və bu zaman onun bədən səthində “bel nahiyəsində keçirilmiş əməliyyat yarası və sol qulağının cırılmış yaraları” xəsarətləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 X6 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “sol bazu nahiyəsində iri ölçülü saralmış qançır izləri, sağ dirsək nahiyəsində qartmaqlaşmış sıyrıq, qarın nahiyəsində, sağ kürək nahiyəsində qızartılı qançır” xəsarətləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs3 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 X6 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 X6 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində həbs olunmamışdan əvvəl aldığı “sağ baldır nahiyəsinin ön səthində qartmaqlaşmış yara və bel nahiyəsində 01 ədəd cərrahiyyə əməliyyatından sonrakı yara” xəsarətləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 oktyabr 2023-cü il tarixli 502 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “bel nahiyəsində cərrahi əməliyyatdan sonrakı çağıq toxuma, sağ diz oynağının aşağı ön hissəsində şişkinlik (içərisində maye olan), sağ baldırın yuxarı 1/3-də yaralardan sonrakı piqmentasiyalı sahələr” diaqnozlu xəsarətlər aşkar edilmişdir. Tibbi sənədlərə əsasən onun sol qulaq seyvanında və başın sol yan səthində sıyrıqlar qeyd olunmuşdur. Bel nahiyəsindəki çapıq toxuma cərrahi əməliyyat kəsiyinin izidir. Sağ baldırın ön yuxarı 1/3-də olan fluttasiyaedici şişkinliyin mənşəyini müəyyən etmək üçün xüsusi biliyə malik travmatoloqun müayinəsi məsləhət görülür. Tibbi sənədlərdə qeyd olunanlara əsasən sol qulaq seyvanında, başın sol yan səthində və sağ baldırında olan yaralar bərk-küt əşyaların təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətini dəqiq müəyyən etmək mümkün deyildir, lakin tibbi sənədlərdəki qeydlərə əsasən sıyrıqların təsirindən həbs olunma ərəfələrində yaranmaları inkar olunmur. Onun adına tərtib olunmuş tibbi sənədlərdə onun sağ baldırın ön səthində, sağ qulaq seyvanında və başın sol yan səthində olan sıyrıqlarların xarakterləri hərtərəfli təsvir olunmadığı üçün onların dəqiq yetirilmə mexanizmlərini, özü, yaxud başqası tərəfindən yetirilməsini, yıxılma zamanı əmələ gələ bilməsini dəqiq müəyyən etmək mümkün deyildir. Xəsarətlər bədənində əli çatan nahiyələrdədir, özü tərəfindən yetirilməsi, yıxılma zamanı əmələ gələ bilməsi, müqavimət zamanı əmələ gələ bilməsi, hər hansı küt alətlə vurulması, yaxud hər hansı küt alətə vurulması zamanı əmələ gələ bilmələri inkar olunmur və sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 oktyabr 2023-cü il tarixli 503 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibb ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Tibbi sənədlərdəki qeydlərə əsasən sol bazu nahiyəsində iri ölçülü sağalmış qançır izləri, sağ dirsək nahiyəsində qartmaqlaşmış sıyrıq, qarın nahiyəsində, sağ kürək nahiyəsində qızartılı qançırların xarakteri tibbi sənədlərdə hərtərəfli təsvir olunmadığı üçün onların dəqiq yetirilmə müddətlərini, yetirilmə mexanizmlərini, özü, yaxud başqası tərəfindən yetirilməsini və özünün deməsinə görə yıxılma zamanı xəsarətləri almasını dəqiq müəyyən etmək mümkün deyildir. Xəsarətlər bədənində əli çatan nahiyələrdədir, özü tərəfindən yetirilməsi, müqavimət zamanı əmələ gələ bilməsi, hər hansı küt alətlə vurulması, yaxud hər hansı küt alətə vurulması zamanı əmələ gələ bilmələri inkar olunmur və sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 31 oktyabr 2023-cü il tarixli 4/1637 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 6-cı vərəqində olan 05 yanvar 2023cü il tarixli aktın aşağı hissəsində “5” qrafasında “Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imza Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 522-08-88 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi vasitəsilə 03 yanvar 2023-cü il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsi vasitəsilə göstərilən tarixdə Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 715-03- 23 mobil telefon nömrəsi ilə telefon danışıqları aparılmamış, Təqsirləndirilən şəxs2 istifadəsində olan qeyd olunan mobil telefon nömrəsi 03 yanvar 2023-cü il tarixdə saat 13:19-da “Balaken r-nu, Mahamalar kendi”, saat 14:56-da və saat 14:58-də “Balakan sh., M.Asedov kuc 3”, saat 14:59-da və saat 15:02-də “Balaken r-nu, Mahamalar kendi”, saat 15:30-da “Balakan sh., M.Asedov kuc 3”, saat 15:43-də “Balaken r-nu, Mahamalar kendi”, saat 15:54-də, saat 15:58-də, saat 15:59-da və saat 16:00-da “Balakan sh., M.Asedov kuc 3”, saat 16:08-də və saat 16:12-də “Balaken r-nu, Mahamalar kendi”, saat 16:13-də “Balakan sh., M.Asedov kuc 3”, saat 16:25-də “Balaken sheheri”, saat 16:27-də “Balaken r-nu, Mahamalar kendi”, saat 16:31-də, saat 16:32-də, saat 16:42-də və saat 17:22-də “Balakan sh., M.Asedov kuc 3”, saat 17:25-də “Balaken r-nu, Talalar kendi”, saat 17:33-də, saat 17:43-də, saat 17:44-də, saat 18:08-də və saat 18:22-də “Balaken ray., Qazma kendi.”, saat 18:42-də və saat 18:54-də “Balaken r-nu, Mahamalar kendi”, saat 18:55-də “Balakan sh., M.Asedov kuc 3”, saat 18:56-da və saat 19:03-də “Balaken r-nu, Mahamalar kendi”, saat 19:05-də “Balakan sh., M.Asedov kuc 3”, saat 19:09-da, saat 19:11-də və saat 19:16-da “Balaken sheheri”, saat 19:47-də “Balakan sh., M.Asedov kuc 3”, saat 19:57-də isə “Balaken r-nu, Mahamalar kendi” anten əhatə dairələrində olmuş, son danışıq isə saat 19:16-da aparılmış və həmin vaxt göstərilən mobil telefon nömrəsi “Balaken sheheri” anten əhatə dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 715-03-23 mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi vasitəsilə 03 yanvar 2023-cü il tarixdə danışıqlar aparılmış, qeyd olunan mobil telefon nömrəsi vasitəsilə göstərilən tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 522-08- 88 mobil telefon nömrəsi ilə telefon danışıqları aparılmamış, Təqsirləndirilən şəxs3 istifadəsində olan qeyd olunan mobil telefon nömrəsi 03 yanvar 2023-cü il tarixdə saat 13:35-də, saat 13:37-də, saat 13:40-da, saat 13:41-də, saat 14:22-də və saat 14:28-də “Balaken r-nu, Talalar kendi”, saat 14:32-də “Balaken r-nu, Henife”, saat 14:37-də, saat 14:44-də və saat 14:50-də “Balaken r-nu, Talalar kendi”, saat 14:55-də “Balaken r-nu, Henife”, saat 14:56-da, saat 15:01-də, saat 15:06-da və saat 15:09-da “Balaken r-nu, Talalar kendi”, saat 16:04-də, saat 16:19-da, saat 16:26-da, saat 16:43-də, saat 16:47-də, saat 17:17-də, saat 18:08-də və saat 20:27-də “Balaken r-nu, Henife” anten əhatə dairələrində olmuş, son danışıq saat 20:27-də aparılmış və həmin vaxt göstərilən mobil telefon nömrəsi “Balaken r-nu, Henife” anten əhatə dairəsində olmuş, həmin mobil telefon nömrəsi ilə 03 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717- 54-05 və 051 689-46-46 mobil telefon nömrələri arasında bir neçə dəfə danışıqlar aparılmış, qeyd olunan tarixdə saat 13:35-də Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 715-03-23 telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717-54- 05 telefon nömrəsinə zəng olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs3 “Balaken r-nu, Talalar kendi”, Təqsirləndirilən şəxs1 isə “Balaken” anten əhatə dairəsində olmuş, göstərilən tarixdə saat 16:20-də və 16:48-də Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 715-03-23 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717-54-05 mobil telefon nömrəsinə zəng olunmuş, hər iki vaxtda Təqsirləndirilən şəxs3 “Balaken r-nu, Henife”, Təqsirləndirilən şəxs1 isə “Balaken” anten əhatə dairəsində olmuş, qeyd olunan tarixdə saat 17:18-də Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 715-03-23 mobil telefon nömrəsinə zəng olunmuş, bu zaman Təqsirləndirilən şəxs1 “Balaken r-nu, M.Asedov k.,3”, Təqsirləndirilən şəxs3 isə “Balaken r-nu, Henife” anten əhatə dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 və 050 717-54-05, habelə Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon mobil telefon nömrələrinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrələri vasitəsilə 03 yanvar 2023-cü il tarixdə danışıqlar aparılmış, 051 689-46- 46 mobil telefon nömrəsi göstərilən tarixdə saat 13:35-də, saat 16:34-də və saat 17:14-də “Balaken”, saat 17:17-də “Balaken r-nu, M.Asedov k.,3”, saat 17:19 və 17:21-də “Balaken” anten əhatə dairəsində, 050 717-54-05 mobil telefon nömrəsi qeyd olunan tarixdə saat 11:31-də, saat 13:22-də, saat 13:51-də, saat 13:54-də, saat 14:11-də, saat 16:19-da, saat 16:26-da və saat 16:47-də “Balaken”, saat 17:59-da, saat 18:00-da və saat 18:18-də “Balaken r-nu, Henife kendi”, saat 18:53-də, saat 19:13-də və saat 19:15-də “Balaken rnu, Talalar kendi” anten əhatə dairələrində olmuş, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan göstərilən mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 715-03-23 mobil telefon nömrəsi arasında bir neçə dəfə danışıqlar aparılmış, qeyd olunan tarixdə saat 13:35-də Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 715-03-23 telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717-54- 05 telefon nömrəsinə zəng olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs3 “Balaken r-nu, Talalar kendi”, Təqsirləndirilən şəxs1 isə “Balaken” anten əhatə dairəsində olmuş, göstərilən tarixdə saat 16:20-də və 16:48-də Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 715-03-23 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717-54-05 mobil telefon nömrəsinə zəng olunmuş, hər iki vaxtda Təqsirləndirilən şəxs3 “Balaken r-nu, Henife”, Təqsirləndirilən şəxs1 isə “Balaken” anten əhatə dairəsində olmuş, qeyd olunan tarixdə saat 17:18-də Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 715-03-23 mobil telefon nömrəsinə zəng olunmuş, bu zaman Təqsirləndirilən şəxs1 “Balaken r-nu, M.Asedov k.,3”, Təqsirləndirilən şəxs3 isə “Balaken r-nu, Henife” anten əhatə dairəsində olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsində olan göstərilən mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi arasında bir neçə dəfə danışıqlar aparılmış, 27 dekabr 2022-ci il tarixdə saat 17:04-də Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon nömrəsinə zəng olunmuş, bu vaxt Təqsirləndirilən şəxs1 “Balaken r-nu, M.Asedov k.,3”, Təqsirləndirilən şəxs4 isə “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuş, daha sonra saat 17:29-da Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon nömrəsinə zəng olunmuş, bu vaxt Təqsirləndirilən şəxs1 “Balaken ray., Qazma kendi.”, Təqsirləndirilən şəxs4 isə “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuş, daha sonra saat 17:34-də Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon nömrəsinə zəng olunmuş, bu vaxt Təqsirləndirilən şəxs1 “Balaken ray., Qazma kendi.”, Təqsirləndirilən şəxs4 isə “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuşdur. Bundan əlavə 29 dekabr 2022-ci il tarixdə saat 17:58-də Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717-54-05 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 ***-**-** telefon nömrəsinə zəng olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuşlar. Bundan savayı, 30 dekabr 2022-ci il tarixdə saat 14:18-də Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsinə zəng olunmuş, bu vaxt Təqsirləndirilən şəxs1 “Balaken r-nu, Mahamalar”, Təqsirləndirilən şəxs4 isə “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuş, saat 19:55-də Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsinə zəng olunmuş, bu vaxt Təqsirləndirilən şəxs1 “Balaken r-nu, Talalar kendi”, Təqsirləndirilən şəxs4 isə “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuş, saat 20:13-də Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsinə zəng olunmuş, bu vaxt Təqsirləndirilən şəxs1 “Balaken r-nu, Talalar kendi”, Təqsirləndirilən şəxs4 isə “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuş, saat 20:19-da Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsinə zəng olunmuş, bu vaxt Təqsirləndirilən şəxs1 “Balaken r-nu, Talalar kendi”, Təqsirləndirilən şəxs4 isə “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuş, saat 21:12-də Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsinə zəng olunmuş, bu vaxt Təqsirləndirilən şəxs1 “Balaken r-nu, Talalar kendi”, Təqsirləndirilən şəxs4 isə “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuş, saat 21:39-da Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon nömrəsinə zəng olunmuş, bu vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuşlar. Bunlarla yanaşı, 31 dekabr 2022-ci il tarixdə saat 16:46-da Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsinə zəng olunmuş, bu vaxt Təqsirləndirilən şəxs1 “Balaken ray., Qazma kendi.”, Təqsirləndirilən şəxs4 isə “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuş, saat 19:00-da Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46-46 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 mobil telefon nömrəsinə zəng olunmuş, bu vaxt Təqsirləndirilən şəxs1 “Balaken”, Təqsirləndirilən şəxs4 isə “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuş, saat 19:00-da Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717-54-05 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 ***-**-** telefon nömrəsinə zəng olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs4 “Balaken ray., Qazma kendi.”, Təqsirləndirilən şəxs1 isə “Balaken” anten əhatə dairəsində olmuş, saat 19:55-də Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717-54-05 mobil telefon nömrəsinə zəng olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs4 “Balaken ray., Qazma kendi.”, Təqsirləndirilən şəxs1 isə “Balaken rnu, M.Asedov k.,3” anten əhatə dairəsində olmuş, saat 20:55-də Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717-54-05 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 “Balaken ray., Qazma kendi.” anten əhatə dairəsində olmuşlar, saat 20:58-də Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717-54-05 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 “Balaken ray., Qazma kendi.” anten darirəsində olmuşlar, saat 23:04-də Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717-54-05 mobil telefon nömrəsinə zəng olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs4 “Balaken ray., Qazma kendi.”, Təqsirləndirilən şəxs1 isə “Balaken r-nu, M.Asedov k.,3” anten əhatə dairəsində olmuş, saat 23:51-də Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil 050 717-54-05 telefon nömrəsinə zəng olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs4 “Balaken ray., Qazma kendi.”, Təqsirləndirilən şəxs1 isə “Balaken r-nu, Talalar kendi” anten əhatə dairəsində olmuş, saat 23:57-də Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 ***-**-** istifadəsində olan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 717-54-05 mobil telefon nömrəsinə zəng olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs4 “Balaken ray., Qazma kendi.”, Təqsirləndirilən şəxs1 isə “Balaken r-nu, Talalar kendi” anten əhatə dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş anten əhatə dairəsində (dairələrində) yerləşməyə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Balakən rayonunun Qazma kəndi “Balaken ray., Qazma kendi.”, “Balaken r-nu, Talalar” və “Balaken r-nu, Henife”, Balakən rayonunun Hənifə kəndi isə “Balaken ray., Qazma kendi.”, “Balaken r-nu, Talalar”, “Balaken r-nu, Henife”, “Balaken” və “Balaken sheheri” anten əhatə dairələrində yerləşir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin isə külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin xeyli miqdar, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamlardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman təmiz çəkisi 0,306 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman təmiz çəkisi 0,431 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılan zaman təmiz çəkisi 0,401 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman təmiz çəkisi 0,437 qram və 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 0,883 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunmuş, habelə Təqsirləndirilən şəxs1 0,401 qram narkotik vasitə heroini Təqsirləndirilən şəxs4, 0,737 qram narkotik vasitə heroini isə Təqsirləndirilən şəxs3 satmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin isə külli miqdar təşkil etmişdir. Lakin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə təmiz halda 0,15 qram və daha artıq, lakin 2 qramdan az çəkidə narkotik vasitə xeyli miqdar, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin isə külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı, həmçinin bu Məcəllədə göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələr, habelə güclü təsir edən maddələrin külli və xüsusilə külli miqdarı qanunla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onlar tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməllərinə görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə ilk öncə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamla bağlı aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. CPM-in 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası (bundan sonra – Konvensiya) Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarının 2ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmaq və bu zaman Avropa Məhkəməsinin təcrübəsinə istinad etmək tövsiyə olunmuşdur. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxsə müəyyən ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və CPM-in tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası CPM-in 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, birbiri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 CM-in 234.1ci maddəsi ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs2 üzərindən maddi sübutun (narkotik vasitə heroinin) aşkar olunduğu 03 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokol, materialların məhkəmə ekspertizasının 04 yanvar 2023-cü il tarixli 17/17 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli 80 nömrəli rəyi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid3 və Şahid5 cinayət işi üzrə verdikləri şahid ifadələridir. Hazırki cinayət işi üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını 03 yanvar 2023cü il tarixli şəxsi axtarış aparılması haqqında protokol təşkil etmiş, həmin prosessual hərəkət cinayət işi üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (narkotik vasitə heroinin) aşkar olunmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahid ifadələr və s.) onların, yəni həmin sübutların ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs2 barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 qarşı CM-in 234.1-cüi maddəsi irəli sürülən ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrı-ayrılıqda münasibət bildirmədən öncə, 03 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokol tərtib olunanadək əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə diqqət yetirməyi zəruri saymışdır. Sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Belə ki, cinayət işinin materiallarında olan və cinayət işi üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar və s.) görünür ki, 03 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21 radələrində Balakən şəhəri, H.Əliyev prospektində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra qeyd olunan tarixdə müdafiəçi ilə təmin olunmaqla saat 21:50-də şübhəli şəxs qismində tutulmuş, göstərilən tarixdə saat 22:20-dən saat 23:05-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan, hazırki ittihamın əsasını təşkil edən bir büküm narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamın əsası qismində çıxış edən və onun barəsində hazırki cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitə heroinin aşkar olunması prosesinin etibarlılığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Balakən RPŞ-yə gətirilən zaman üzərində narkotik vasitə heroinin olmadığını, orada olarkən polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə heroinin yerləşdirilməsini, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmasını, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədənində xəsarətlərin yarandığını, lakin polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç kəsə məlumat vermədiyini və hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini, polis şöbəsinə gətirildikdən sonra səhərisi gün həkimlər tərəfindən müayinə olunan zaman bədəni üzərində xəsarətlərin aşkar edildiyini, təsirtəzyiq altında olduğu üçün həmin xəsarətlərin yıxılması nəticəsində yarandığını dediyini, daha sonra X6 daxil olan zaman bədənində xəsarətlərin aşkar olunduğunu, yenidən təsirtəzyiq altında olduğu üçün həmin xəsarətlərin yıxılması nəticəsində yarandığını dediyini, ibtidai istintaq zamanı verdiyi ifadələrə oxumadan imza etdiyini, polis əməkdaşlarının ona dediyi formada ifadəsinin yazıldığını qeyd edərək polis əməkdaşlarının onu döyməsi, habelə silahı onun üzərinə qoyacaqları ilə hədələmələri səbəbindən videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını deməsini bildirməsi və polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması səbəbindən ifadələr verməsi haqqında məsələ qaldırdığından, dolayısı ilə də müdafiə tərəfinin sübutlar bazasının məhz bu yolla yaradıldığını qeyd etdiyindən, məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə heroinin aşkar olunması ilə bağlı əsaslı şübhələr yaranmışdır və Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 qarşı CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyinə görə Təqsirləndirilən şəxs2 03 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Balakən rayonunun Qazma kəndinin ərazisində, həmin kənd sakini Təqsirləndirilən şəxs3 yaşadığı ünvanın qarşısında sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxs1 20 manat pulun müqabilində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə alaraq əldə edib daşımaqla üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,737 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşüağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan hissəsini istifadə etməsi məqsədi ilə Təqsirləndirilən şəxs3 əvəzsiz olaraq pay vermiş, qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram olan narkotik vasitə heroini isə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisinə qoyub əynindəki qara rəngli cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamış, 03 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Balakən RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 22:20 dəqiqədən saat 23:05 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,306 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası irəli sürülən ittihama münasibət bildirərək qeyd edir ki, həmin cinayət işi üzrə müəyyən olunan hallar Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” iş məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası Avropa Məhkəməsinin qəbul etdiyi qeyd olunan qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Konvensiyanın 3 və 6-cı maddələrinin pozuntularını müəyyən edərək göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərərçəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X2rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ). Məhkəmə, inter alia, qəsdən, bir neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərərçəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Həmçinin məhkəmə qeyd etmişdir ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87ci bənd). Məhkəmə əlavə olaraq göstərmişdir ki, “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009). Beləliklə, mövcud sübutları qiymətləndirən məhkəmə göstərmişdir ki, ərizəçinin pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir. Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 17 mart 2005-ci il tarixdə pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 20 mart 2005-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 17 mart 2005-ci il tarixə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Həmçinin həmin qərarda Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı da qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Eyni zamanda həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X20rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X16rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX). Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 17 mart 2005-ci il tarixdə polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında da xüsusilə vurğulanmışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, ibtidai istintaq orqanının ittiham aktında əks etdirdiklərinə əsasən Təqsirləndirilən şəxs2 əleyhinə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən sübutlar maddi sübutun (narkotik vasitə heroinin) aşkar olunduğu 03 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında istintaq hərəkətinin protokolu, polis əməkdaşları Şahid3 və Şahid5 şahid qismində dindirilən zaman verdikləri ifadələri və Təqsirləndirilən şəxs2 özünün etirafedici ifadəsidir. Qeyd olunanlarla bağlı ittiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs2 bədənində xəsarətlərin olması o, ilk dəfə 03 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən bir gün sonra, yəni 04 yanvar 2023-cü il tarixdə polis şöbəsinin müvəqqəti saxlama yerində müayinə olunan zaman və 10 yanvar 2023-cü il tarixdə X6 qəbul olunan zaman aşkar olunmuşdur və bu hal mübahisə doğurmur. Belə ki, cinayət işinin materiallarında olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 03 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən bədən səthində hər hansı xəsarət aşkar edilməmiş, lakin 04 yanvar 2023-cü il tarixdə müayinə olunan zaman onun bədən səthində “sağ çiyin, sol kürək və sağ dirsək nahiyələrində sıyrılmış yaralar” xəsarətləri aşkar edilmişdir. Habelə cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 X6 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “sol bazu nahiyəsində iri ölçülü saralmış qançır izləri, sağ dirsək nahiyəsində qartmaqlaşmış sıyrıq, qarın nahiyəsində, sağ kürək nahiyəsində qızartılı qançır” xəsarətləri aşkar edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 06 oktyabr 2023-cü il tarixli 503 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibb ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Tibbi sənədlərdəki qeydlərə əsasən sol bazu nahiyəsində iri ölçülü sağalmış qançır izləri, sağ dirsək nahiyəsində qartmaqlaşmış sıyrıq, qarın nahiyəsində, sağ kürək nahiyəsində qızartılı qançırların xarakteri tibbi sənədlərdə hərtərəfli təsvir olunmadığı üçün onların dəqiq yetirilmə müddətlərini, yetirilmə mexanizmlərini, özü, yaxud başqası tərəfindən yetirilməsini və özünün deməsinə görə yıxılma zamanı xəsarətləri almasını dəqiq müəyyən etmək mümkün deyildir. Xəsarətlər bədənində əli çatan nahiyələrdədir, özü tərəfindən yetirilməsi, müqavimət zamanı əmələ gələ bilməsi, hər hansı küt alətlə vurulması, yaxud hər hansı küt alətə vurulması zamanı əmələ gələ bilmələri inkar olunmur və sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 03 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Balakən şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 21:50-də şübhəli şəxs qismində tutularaq polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmış, 05 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və 10 yanvar 2023cü il tarixdə X6 qəbul olunmuşdur. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 saxlanılan zaman səhhətində heç bir problem olmamış, bədənində hər hansı xəsarət olmamış, nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Belə ki, nə sonuncunun saxlanılaraq polis şöbəsinə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid3 tərəfindən tərtib edilən 03 yanvar 2023-cü il tarixli raportda bu barədə heç bir məlumat əks etdirilməmiş, o cümlədən cinayət işi üzrə şahidlər olan polis əməkdaşları ifadələrində də belə bir halın baş verdiyini qeyd etməmişlər, həmçinin Təqsirləndirilən şəxs2 polis əməkdaşlarına qarşı zor işlətdiyi və ya tutulan zaman, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs2 saxlanıldığı 03 yanvar 2023-cü il tarixdən etibarən 10 yanvar 2023-cü il tarixdə X6 qəbul olunanadək polis əməkdaşlarının nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs2 03 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda onun bədən səthində hər hansı xəsarətin aşkar olunmaması barədə qeydin edilməsinə baxmayaraq, sonuncunun 04 yanvar 2023-cü il tarixdə polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılarkən müayinə olunması zaman onun bədən səthində “sağ çiyin, sol kürək və sağ dirsək nahiyələrində sıyrılmış yaralar” xəsarətlərinin, daha sonra 10 yanvar 2023-cü il tarixdə X6 qəbul olunan zaman müayinə olunması nəticəsində onun bədən səthində “sol bazu nahiyəsində iri ölçülü saralmış qançır izləri, sağ dirsək nahiyəsində qartmaqlaşmış sıyrıq, qarın nahiyəsində, sağ kürək nahiyəsində qızartılı qançır” xəsarətlərinin aşkar olunması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs2 03 yanvar 2023-cü il tarixdən 10 yanvar 2023-cü il tarixədək polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələrin yaranmasına səbəb olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Avropa Məhkəməsinin yaratdığı presedent hüququndan görünür ki, polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, şöbədən azad olunan zaman isə bədənində xəsarət müəyyən edildikdə, bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır. Hazırkı halda da cinayət işinin materiallarında mövcud olan sübutlar, xüsusən də Təqsirləndirilən şəxs2 Balakən RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunması zamanı bədəni üzərində hər hansı xəsarətin aşkar olunub-olunmamasını əks etdirən “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarış sonuncunun 03 yanvar 2023-cü il tarixdə polis şöbəsinə gətirilən zaman bədən səthində hər hansı xəsarətin aşkar olunmamasını əks etdirdiyi halda, həmin kitabda 04 yanvar 2023-cü il tarixdə edilmiş qeydlər sonuncunun polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılarkən müayinə olunması zamanı onun bədən səthində xəsarətlərin aşkar olunmasını, "xxxx"ndan çıxarış isə onun X6 qəbul olunması zamanı bədəni üzərində xəsarətlərin olmasını təsdiq edir. Digər tərəfdən isə “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda 04 yanvar 2023-cü il tarixdə edilmiş qeydlərə və Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyən X3 ifadəsinə əsasən polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs2 04 yanvar 2023-cü il tarixdə ağrıkəsici olan analgin dərmanının verilməsi və bədənin reaksiya verməməsi üçün demidrol vurulması polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı şübhələri daha da artırmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 03 yanvar 2023-cü il tarixdə polis şöbəsinə gətirilən zaman onun bədəni üzərində hər hansı xəsarət olmamış və sonuncu polis şöbəsinin müvəqqəti saxlama yerində olarkən müayinə olunan zaman, habelə sonradan 10 yanvar 2023-cü il tarixdə polis əməkdaşlarının nəzarətindən çıxıb X6 qəbul olunan zaman onun bədən səthində xəsarətlər aşkar olunmuşdur. CPM-in 9-cu maddəsində bu Məcəllənin 10-36-cı maddələrində cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin öz əksini tapdığı göstərilmiş, həmin prinsip və şərtlərin cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etdiyi, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etdiyi və hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etdiyi açıq şəkildə qeyd edilmişdir. CPM-in 9.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in qanunçuluq prinsipini təsbit edən 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Konstitusiyanın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Odur ki, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı yol verilən bu nöqsanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə məruz qalmışdır. Beləliklə, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs2 təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs2 polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt fiziki və psixi təsirə məruz qalması ehtimalı məhkəmə heyətində Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə heroinin aşkar olunması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddi sübutun (narkotik vasitə heroinin) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs2 qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Həmçinin CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs2 işə mahiyyəti üzrə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini əsaslı sayır və ona elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, polis əməkdaşları Təqsirləndirilən şəxs2 qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar Təqsirləndirilən şəxs2 qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin onun üzərinə yerləşdirilməsini və təsir nəticəsində qorxub etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edirdi. Odur ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən isə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən polis əməkdaşlarının da ifadələri əsaslı sübut növü kimi qəbul edilə və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə heroin olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə olmasını təsdiq edən sübut rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran məhkəmə-narkoloji ekspertizasının rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Bundan əlavə, “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 CPM-in 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirə təyin edilməməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 03 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 0,056 qram narkotik vasitə heroin onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli və ibtidai araşdırmanın davam etdirilməsi üçün saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktında cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş ümumilikdə 284,92 manat (iki yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində ekspertiza xərcinin olduğu göstərilmişdir və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Bununla bağlı məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, materialların məhkəmə ekspertizasının 04 yanvar 2023-cü il tarixli 17/17 nömrəli rəyi Təqsirləndirilən şəxs2 ilə yanaşı Təqsirləndirilən şəxs3 barəsində də sübut növü olduğundan həmin ekspertiza tədqiqatı üçün çəkilmiş 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat pulun yarısı, yəni 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs2 aid edilməli, lakin ona bəraət verildiyindən o, qeyd olunan məbləği təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Daha sonra məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamla bağlı aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, 03 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə Balakən rayonunun Gərəkli kəndində yaşayan Təqsirləndirilən şəxs3 qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, 04 yanvar 2023-cü il tarixdə şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 04 yanvar 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə heroini qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitə heroindən istifadə etdiyini, Təqsirləndirilən şəxs1 rayon sakini kimi və taksi fəaliyyəti məşğul olan şəxs kimi tanıdığını, sonuncuya məxus olan avtomobillə sərnişin qismində müxtəlif ünvanlara getdiyini, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 da rayon sakinləri kimi tanıdığını, 03 yanvar 2023-cü il tarixdə saat 00 radələrində yaşadığı fərdi yaşayış evində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparıldığını, həmin vaxt üzərində narkotik vasitə heroin olmadığını, qeyd olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirildiyini, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsirtəzyiqlərə, işgəncəyə məruz qaldığını, polis əməkdaşlarının ayaqlarına zərbələr vuraraq onu döymələri səbəbindən narkotik vasitə heroinin özünə məxsus olması və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 alması barədə yalan ifadə verdiyini və sonuncu ilə aralarında üzləşdirmə keçirilən zaman bu barədə bildirdiyini, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində ayaqlarında xəsarətlərin yarandığını, lakin polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç kəsə məlumat vermədiyini və hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini, polis şöbəsində olan zaman həkim tərəfindən müayinə edilmədiyini və həkimin yalnız onun təzyiqinin olub-olmamasını yoxladığını, X6 8 gün sonra aparıldığını, oraya qəbul olunan zaman ayaqlarında xəsarətlərin aşkar olunduğunu, lakin həmin xəsarətlərin böyrəklərində olan problemlə əlaqədar olaraq yarandığını dediyini, son vaxtlar Təqsirləndirilən şəxs1 yeriyə bilmədiyinə görə 03 yanvar 2023-cü il tarixdə sonuncunun avtomobilini usta Elxan Xipiyevə məxsus olan Balakən rayonunun Qazma kəndində yerləşən təmir yerinə apardığını, bununla bağlı söhbət etmək üçün Təqsirləndirilən şəxs1lə mobil telefon vasitəsilə danışdığını, eləcə də taksi fəaliyyəti ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs1 sifarişi əsasında sonuncunu müxtəlif ünvanlara apardığını, lakin avtomobil ustası Elxan Xipiyevlə mobil telefon vasitəsilə əlaqə saxlamadığını, Təqsirləndirilən şəxs1 narkotik vasitə almadığını və Təqsirləndirilən şəxs2la görüşmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadələrə oxumadan imza etdiyini və polis əməkdaşlarının ona dediyi formada ifadəsinin yazıldığını, özünün Təqsirləndirilən şəxs2, sonuncunun da ona zəng etmədiyini və ibtidai istintaq zamanı polis əməkdaşlarının təklifinə əsasən bu məzmunda ifadə verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə həm Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmasına nail olmaq, həm də özünün barəsində araşdırılan və Təqsirləndirilən şəxs1lə əlaqəli olan cinayət işi üzrə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, şahid ifadələri, üzləşdirmə protokolu və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs3 bu barədə heç kəsə məlumat verməmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Əliyev X17 Rayon Polis Şöbəsinə 04 yanvar 2023-cü il tarixdə saat 00:30 radələrində gətirilmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Əliyev X17 RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən hər hansı xəsarət aşkar edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs3 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 X6 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Eyni zamanda ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1lə aralarında üzləşdirmə keçirilən zaman sonuncudan narkotik vasitə heroin aldığını Təqsirləndirilən şəxs1 üzünə demişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də artıq məhkəmə yuxarı hissədə Təqsirləndirilən şəxs2 bəraət verilməsi qənaətinə gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs3 qarşı verilmiş ittihamdan Təqsirləndirilən şəxs2la bağlı bənd xaric olunmalıdır. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs3 qeyd olunan narkotik vasitəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,431 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 0,431 qram çəkidə narkotik vasitə heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır Belə ki, Təqsirləndirilən şəxs3 03 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 Balakən rayonunun Qazma kəndində yaşadığı ünvanın qarşısında qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat pulun müqabilində alıb əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki “West” markalı siqaret qutusunun içərisinə qoyub daşıyaraq üzərində saxlamış, 04 yanvar 2023cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Balakən RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 01:10 dəqiqədən saat 01:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan “West” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan sonra məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ittihamla bağlı aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, 05 yanvar 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinə Balakən rayonunun Hənifə kəndində yaşayan Təqsirləndirilən şəxs4 qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 05 yanvar 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə heroini qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 uşaqlıq vaxtlarından tanıdığını, sonuncudan narkotik vasitə almadığını, 05 yanvar 2023-cü il tarixdə günortadan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparıldığını, həmin vaxt üzərində mobil telefon olmadığını, hadisədən 3-4 gün əvvəl mobil telefonunun yandığını, polis şöbəsinə aparılan zaman üzərində narkotik vasitə heroinin olmadığını və qeyd olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirildiyini, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını, polis əməkdaşları onu döydükləri üçün narkotik vasitənin özünə məxsus olması və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 alması barədə yalan ifadə verdiyini və sonuncu ilə aralarında üzləşdirmə keçirilən zaman bu barədə bildirdiyini, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bel və ayaq nahiyələrində xəsarətlərin yarandığını, lakin polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç kəsə məlumat vermədiyini və hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini, əvvəllər narkotik vasitə heroindən istifadə etmədiyini, lakin məhkəmə-narkoloji ekspertizasından keçirilən zaman onu müayinə edən həkimə narkotik vasitədən bir dəfə istifadə etməsi barədə yalan dediyini, heç vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını və polis əməkdaşları ona qarşı zor tətbiq etdikləri üçün Təqsirləndirilən şəxs1 200 manat pulun müqabilində narkotik vasitə alıb Təqsirləndirilən şəxs2 250 manat pulun müqabilində satması barədə yalan ifadə verdiyini, ibtidai istintaq zamanı polis əməkdaşlarının ona dediyi formada ifadəsinin yazıldığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə həm Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmasına nail olmaq, həm də özünün barəsində araşdırılan və Təqsirləndirilən şəxs1lə əlaqəli olan cinayət işi üzrə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, şahid ifadələri, üzləşdirmə protokolu və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs4 bu barədə heç kəsə məlumat verməmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Layıcov X21 Rayon Polis Şöbəsinə 05 yanvar 2023-cü il tarixdə saat 16:50 radələrində gətirilmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Layıcov X21 RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1lə aralarında üzləşdirmə keçirilən zaman sonuncudan narkotik vasitə heroin aldığını Təqsirləndirilən şəxs1 üzünə demişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı heç vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaması, polis əməkdaşlarının ona qarşı zor tətbiq etməmələri səbəbindən Təqsirləndirilən şəxs1 200 manat pulun müqabilində narkotik vasitə alıb Təqsirləndirilən şəxs2 250 manat pulun müqabilində satması barədə yalan ifadə verməsi və ibtidai istintaq zamanı polis əməkdaşlarının ona dediyi formada ifadəsinin yazıldığını qeyd etməsi ilə bağlı göstərməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 narkotik vasitə satmasını qeyd etdiyi məsələ təqsirləndirilən şəxslərə verilmiş ittihamlarda öz əksini tapmadığından qeyd olunanlara münasibət bildirilməsinə zərurət yoxdur. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs4 qeyd olunan narkotik vasitəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,401 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkotik vasitədən istifadə etməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 0,401 qram çəkidə narkotik vasitə heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bunlarla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 ifadələrində üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, habelə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 narkotik vasitə satmadığını qeyd edərək həmin məsələləri mübahisələndirdiyindən məhkəmə əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə göstərdikləri ilə bağlı aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindənTəqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamın göstərilən bəndi üzrə əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 üzərindən maddi sübutun (narkotik vasitə heroinin) aşkar olunduğu 05 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokol, materialların məhkəmə ekspertizasının 06 yanvar 2023-cü il tarixli 17/23 nömrəli rəyi, Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid6 cinayət işi üzrə şahid qismində dindirilərkən verdikləri ifadələridir. Hazırki cinayət işi üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamın göstərilən bəndi üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını şəxsi axtarış aparılması haqqında 05 yanvar 2023-cü il tarixli protokol təşkil etmiş, həmin prosessual hərəkət cinayət işi üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (narkotik vasitə heronin) aşkar olunmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahid ifadələr və s.) onların, yəni həmin sübutların ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs1 barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamın göstərilən bəndi üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrı-ayrılıqda münasibət bildirmədən öncə, şəxsi axtarış aparılması haqqında 05 yanvar 2023-cü il tarixli protokol tərtib olunanadək əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə diqqət yetirməyi zəruri saymışdır. Sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Belə ki, cinayət işinin materiallarında olan və cinayət işi üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar və s.) görünür ki, 05 yanvar 2023-cü il tarixdə tarixdə Balakən Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs1 göstərilən tarixdə saat 18 radələrində Balakən şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra həmin tarixdə müdafiəçi ilə təmin olunmaqla saat 18:45-də şübhəli şəxs qismində tutulmuş, qeyd olunan tarixdə saat 19:00-dan saat 19:35-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan, hazırki ittihamın əsasını təşkil edən iki ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi 05 yanvar 2023-cü il tarixdə saat 18 radələri, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi qeyd olunan tarixdə saat 18:45 radələri göstərilsə də məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanılmasının hazırki cinayət işi üzrə rəsmi sənədlərdə göstərilənlərdən bir müddət öncə (təxminən 1-2 saat) olduğu müəyyən olunmuşdur. CPM-in 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq oluna bilər. CPM-in 147.2-ci maddəsinə əsasən isə tutulma şəxsin cinayət törətməsinə şübhə yarandıqda, bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda tətbiq edilir. Habelə CPM-in 147.4-cü maddəsində göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 153.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Habelə CPM-in 153.2-ci maddəsində tutulmuş şəxsin malik olduğu hüquqlar, həmçinin tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının vəzifələri sadalanmış və göstərilmişdir ki, tutulmadan dərhal sonra şəxsə tutulmanın əsasları bildirilməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməli, tutulmuş şəxs təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməli, tutulma faktı qeydə alınmalı, protokollaşdırılmalı və o, tutulma protokolu ilə tanış edilməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, bununla yanaşı tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq və s. hüquqları təmin edilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı nəticəsində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhz 05 yanvar 2023-cü il tarixdə saat 16 radələrində saxlanılması, yəni azadlığının faktiki məhdudlaşdırılması müəyyən olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, onun azadlığının faktiki məhdudlaşdırılması həmin tarixdə saat 18 radələrində, şübhəli şəxs qismində tutulması isə göstərilən tarixdə saat 18:45-də rəsmiləşdirilmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı gəlinən qənaətə əsasən Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən 05 yanvar 2022-ci il tarixdə saat 16 radələrində saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmuş, buna baxmayaraq qeyd olunan tarixdə saat 18:45-dək qanunla ona tanınan fundamental hüquqlardan istifadə edə bilməmiş, ona belə bir şərait yaradılmamış, yəni özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməmiş, tutulması barədə yaxınlarına xəbər vermək, müdafiəçi ilə təmin olunmaq və s. hüquqları təmin edilməmiş (yaxınlarına təxminən 2-3 saat sonra, yəni yalnız göstərilən tarixdə saat 18:50-də telefonla məlumat verilmiş), habelə tutulma faktı qeydə alınmamış, protokollaşdırılmamış, tutulma faktı barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməmişdir (ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora şəxs 05 yanvar 2023-cü il tarixdə saat 16 radələrində saxlanıldıqdan sonra həmin tarixdə saat 18:45-də məlumat verilmişdir). Məhkəmə istintaqı ilə bütün bu sadalanan halların müəyyən olunması, yəni Təqsirləndirilən şəxs1 faktiki olaraq 05 yanvar 2023-cü il tarixdə saat 16 radələrində saxlanılması, həmin faktın baş verməsi ilə onun qeydiyyata alınmaqla rəsmiləşdirilənədək olan təxminən 2-3 saata yaxın vaxt boşluğunun mövcudluğu və həmin müddət ərzində ona qanunla tanınan heç bir hüququnun realizə edilməsinə imkan yaradılmaması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittihamın əsası qismində çıxış edən və onun barəsində hazırki cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitə heroinin aşkar olunması prosesinin etibarlılığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Balakən RPŞ-yə gətirildikdən sonra uzun müddət orada saxlanılmasını, polis əməkdaşları tərəfindən tutulan zaman qaçmağa cəhd etməməsini, bu zaman üzərində narkotik vasitə heroinin olmamasını və qeyd olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirilməsini, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmasını, polis əməkdaşlarının əllərini və ayaqlarını lentlə bağlayıb onu döydüklərini, ayağına zərbələr vurduqlarını, sifətinə kağız qoyub lentlə bağlayıb təpik zərbəsi vurduqlarını, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində sifətində, qollarında, ayaqlarında və boyun nahiyəsində xəsarətlərin yarandığını, ayağında olan xəsarətlərin rezin dəyənəklə vurulma nəticəsində yarandığını, ayağında olan xəsarətlərin sağalması üçün hər gecə krem, habelə sifətində olan göyərmələri aparmaq üçün hər 2-3 saatdan bir krem vurduqlarını, nəticədə 2-3 gün ərzində ayağında və sifətində olan izlərin yoxa çıxdığını, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman xəsarətlər görünməsə də, sifətində parıltı müşahidə olunduğunu, habelə bu zaman polis əməkdaşları tərəfindən saxlanılan zaman qaçmağa cəhd etmədiyini dediyini, X6 8-9 gün sonra aparıldığını və oraya qəbul olunan zaman bədəni üzərində xəsarətlərin aşkar olunduğunu, lakin təsir-təzyiq altında olduğu üçün həmin xəsarətlərin yıxılması nəticəsində yarandığını, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı müdafiəçisinə məlumat verdiyini, sonuncunun isə heç nə edə bilməyəcəyini dediyini, yazmağı bacarmadığı üçün hər hansı dövlət orqanına (qurumuna) şikayət etmədiyini, barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman müvafiq şərait yaradılmadığı üçün heç nə deyə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadələrə oxumadan imza etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman qaçmağa cəhd etməsi və bu zaman xəsarətlər alması barədə tərtib olunmuş akta imza etmədiyini, həmin aktda olan imzanın ona məxsus olmadığını deyib polis əməkdaşlarının yaşadığı evə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələdikləri və arvadının, qayınatasının, dostu X8 və övladının zirzəmidə olduğunu və onları buraxmayacaqlarını dedikləri üçün narkotik vasitənin özünə məxsus olması barədə yalan ifadə verdiyini, bundan sonra polis əməkdaşlarının arvadını, qayınatasını, dostu Rövşən Namazovu və uşağını azad etdiyini, polis şöbəsinə onunla birlikdə dostu Rövşən Namazovun da aparıldığını, polis əməkdaşlarının dostu Rövşən Namazovu da döydüklərini, dostu Rövşən Namazovun xarici ölkədə olduğunu və Azərbaycan Respublikasına gəlməyə qorxduğunu, bir müddət sonra polis əməkdaşı Şahid2 otağında olan zaman sonuncunun ona bir müddət əvvəl baş vermiş hadisəyə görə polis əməkdaşından 180 manat pul aldığını və polis əməkdaşının cəriməni ödəməsini xatırlatdığını və hazırki hadisənin qeyd olunan səbəblərə görə baş verdiyini deyərək məhz qeyd olunan səbəblərə görə etirafedici ifadələr verməsi haqqında məsələ qaldırdığından, dolayısı ilə də müdafiə tərəfinin sübutlar bazasının məhz bu yolla yaradıldığını qeyd etdiyindən, məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs1 üzərindən 05 yanvar 2023-cü il tarixdə narkotik vasitə heroinin aşkar olunması ilə bağlı əsaslı şübhələr yaranmışdır və Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin cinayət işi üzrə müəyyən olunan hallar Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” iş və “Salayev Azərbaycana qarşı” iş üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası Avropa Məhkəməsinin qəbul etdiyi qeyd olunan qərarlarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarlarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə yuxarı hissədə “Layıcov Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarını ətraflı şəkildə təhlil etdiyindən həmin qərarın bu hissədə də əks olunmasına zərurət görmür və “Salayev Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 09 noyabr 2010-cu il qərarı təhlil edərək qeyd edir ki, məhkəmə həmin qərarında Konvensiyanın 5-ci maddəsinin pozuntularını müəyyən edərək göstərmişdir ki, 5-ci maddənin 1-ci bəndində yer alan “qanuni” və “qanunla müəyyən olunmuş qayda” ifadələri mahiyyətcə milli qanunvericiliyi bildirir və oradakı maddi və prosessual normalara riayət etmək öhdəliyini bəyan edir. Adətən daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə dövlət orqanlarının, xüsusən də məhkəmələrin vəzifəsi olsa da, 5-ci maddənin 1-ci bəndinə aid olan hallarda həmin qanunvericiliyə riayət edilməməsi Konvensiyanın pozuntusuna səbəb olduqda vəziyyət başqa cürdür. Belə hallarda Məhkəmə milli qanunvericiliyə riayət edilib-edilmədiyini yoxlamaq üçün müəyyən səlahiyyətini tətbiq edə bilər və etməlidir (digər qərarlar arasında bax: Duiyeb (Douiyeb) Niderlanda qarşı [Böyük Palatanın qərarı], № 31464/96, 44-45-ci bəndlər, 4 avqust 1999cu il). Lakin milli qanunvericiliyə riayət edilməsi kifayət deyil: 5-ci maddənin 1-ci bəndi bundan əlavə tələb edir ki, hər hansı azadlıqdan məhrumetmə 5-ci maddənin məqsədinə, yəni fərdləri özbaşınalıqdan qorumaq məqsədinə uyğun olmalıdır. Burada əhəmiyyət kəsb edən məsələ təkcə şəxsin “azadlıq hüququ” deyil, həm də “toxunulmazlıq hüququdur” (digər qərarlar arasında bax: Botsano (Bozano) Fransaya qarşı, 18 dekabr 1986-cı il, 54cü bənd, A Seriyaları, № 111; və Vassink (Wassink) Niderlanda qarşı, 27 sentyabr 1990-cı il, 24-cü bənd, A Seriyaları, № 185-A). Bu bir təməl prinsipdir ki, heç bir əsassız həbs 5-ci maddənin 1-ci bəndinə uyğun ola bilməz və 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan həbsin “əsassızlığı” anlayışının hüdudları həbsin milli qanunvericiliyə uyğunluğu anlayışından genişdir; belə ki, azadlıqdan məhrumetmə daxili qanunvericilik baxımından qanuni olsa da, əsassız ola və beləliklə də Konvensiyaya zidd ola bilər (bax: Saadi (Saadi) Birləşmiş Krallığa qarşı [Böyük Palatanın qərarı, № 13229/03, 67-ci bənd, AİHM 2008-...). Qeyd edilən işin konkret halına gəlincə məhkəmə qeyd etmişdir ki, birincisi, şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olduğunu müəyyən edəcək. İkincisi, o, şikayətçinin sözügedən müddətdə faktiki olaraq “azadlıqdan məhrum edilibedilmədiyini” müəyyən edəcək. Əgər belədirsə, sonda o, həmin azadlıqdan məhrumetmənin “qanunilik” tələblərinə uyğunluğunu müəyyən edəcək. Görünür, tərəflər razılaşırlar ki, şikayətçi könüllü surətdə 27 oktyabr 2005-ci ildə səhər MTN-in binasına gəlib. Lakin şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olması məsələsində tərəflər arasında fikir ayrılığı var, şikayətçi iddia edir ki, oraya saat 10-da daxil olub, Hökumət isə iddia edir ki, şikayətçi oraya saat 10:45-də daxil olub. Şikayətçinin MTN-in binasına daxil olduğu vaxtı müəyyən edərkən Məhkəmə belə hesab edir ki, Hökumətin mövqeyini təsdiqləyən hər hansı rəsmi sənəd olmadığı halda şübhə şikayətçinin xeyrinə həll olunmalıdır, çünki münasib və inandırıcı sübutlarla təsdiqlənən saatbasaat təfsilatlı hesabat təqdim etmək vəzifəsi öncə Hökumətin üzərinə düşür. Məhkəmə qeyd edir ki, bununla bağlı aydın müraciətinin olmasına baxmayaraq, Hökumət müvafiq sənədlərin hər hansı surətlərini, məsələn, şikayətçinin dindirilmək üçün MTN-in binasına gəlməsi barədə çağırış vərəqəsinin surətini, dindirmənin və sözügedən üzləşdirmənin protokolunun surətini, şikayətçinin şübhəli şəxs qismində həbsə alınması barədə protokolun tam surətini və ya şikayətçinin həbsə alınması ilə bağlı hər hansı digər sənədi təqdim etməyib. Beləliklə, Hökumətin öz faktoloji iddiasını təsdiq edən inandırıcı və münasib sübut təqdim edə bilmədiyini nəzərə alaraq, Məhkəmə razılaşır ki, şikayətçi faktiki olaraq MTN-in binasına 27 oktyabr 2005-ci ildə təxminən saat 10-da daxil olub. Daha sonra müəyyənləşdirmək lazımdır ki, orada olduğu müddətdə şikayətçi azadlıqdan məhrum edilmişdimi”? Bununla bağlı Məhkəmə bir daha bildirir ki, azadlıqdan məhrumetmənin baş verib-vermədiyini müəyyən etmək üçün başlanğıc nöqtəsi kimi müvafiq fərdin konkret vəziyyəti götürülməli konkret halda ortaya çıxan müxtəlif amillərin məcmusu, məsələn, sözügedən tədbirin növü, davametmə müddəti, nəticələri və tətbiq edilmə üsulu nəzərə alınmalıdır (bax: Qutsardi (Guzzardi) İtaliyaya qarşı, 6 noyabr 1980-ci il, 92-ci bənd, A Seriyaları, № 39). Мəhkəmə zahiri əlamətlərin arxasındakı məqamlara baxmalı və barəsində şikayət edilən situasiyanın reallıqlarını araşdırmalıdır (bax: Van Droogenbrok (Van Droogenbroeck) Belçikaya qarşı, 24 iyun 1982-ci il, 38-ci bənd, A Seriyaları, № 50). Hətta şəxs özü könüllü gələrək həbsə alınmasını istədikdə belə, azadlıq hüququ həmin şəxsin 5-ci maddənin müdafiəsindən yararlanmaq imkanını itirməsinə yol verməyəcək dərəcədə vacib hüquqdur (bax: De Vilde, Ooms və Versip Belçikaya (De Wilde, Ooms and Versyp) Belçikaya qarşı, 18 iyun 1971-ci il, 65-ci bənd, A Seriyaları, № 12). Мəhkəmə qeyd edir ki, şikayətçi dindirilmək üçün könüllü gəlib. Şikayətçinin MTN-in binasına gəlişindən sonra baş vermiş hadisələrə gəldikdə, şikayətçinin dindirilməsi və üzləşdirilməsi barədə hər hansı protokol olmadığına, yaxud onun MTN-in binasına gəlişindən sonra hər hansı prosessual hərəkətlər həyata keçirilmədiyinə görə bu hadisələrin dəqiq hallarını müəyyən etmək çətindir. Мəhkəmə daha sonra qeyd edir ki, şikayətçinin qolları qandallanmasa da, o, qapalı kameraya salınmasa da və ya hər hansı başqa formada fiziki məhdudiyyətlərə məruz qalmasa da, görünür, ailə üzvləri ilə və ya özünün seçdiyi vəkillə əlaqə yaratmaq imkanına malik olmayıb. Bu məsələ ilə bağlı Мəhkəmə Hökumətin belə bir arqumentini qəbul edə bilməz ki, şikayətçi şahid otağında yerləşdirilib və həmin otaqda telefon xətti olub. Hadisələrin bu fərziyəsi şikayətçinin dövlət tərəfindən təyin olunmuş vəkillə təmin olunması faktına və onun vəziyyəti ilə bağlı həmin vəkilin qeydlərinə ziddir (yuxarıda 33-cü bəndə bax). Üstəlik, Hökumət öz arqumentini təsdiqləyən hər hansı sübut təqdim etməyib. Məhkəmə həmçinin Hökumətin bu arqumentini də qeyri-real hesab edir ki, şikayətçinin şübhəli şəxs qismində qırx səkkiz saat müddətinə həbsə alınması barədə protokol tərtib edilənə qədər şikayətçi MTN-in binasını tərk etməkdə sərbəst olub. Konkret olaraq, şikayətçi MTN-in binasını tərk etməkdə həqiqətən sərbəst idisə, Hökumət şikayətçinin hər hansı səbəb olmadan nəyə görə saat 14:30-dan 17:10-dək (hadisələrə dair Hökumətin versiyasına əsasən, dindirmənin başa çatdığı vaxtdan üzləşdirmənin başlandığı vaxtadək olan dövr) MTN-in binasında qaldığına dair ağlabatan izahat təqdim etməyib. Uyğun olaraq, Məhkəmə hesab edir ki, 27 oktyabr 2005-ci ildə təxminən saat 10dan şikayətçi 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada “azadlıqdan məhrum edilib”. Uyğun olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub. Hazırki iş üzrə məhkəmənin gəldiyi qənaətə əsasən Təqsirləndirilən şəxs1 05 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, həmin vaxtdan saat 10:45-dək orada heç bir hüququ təmin edilmədən, saxlanılma faktı qeydiyyata alınmadan saxlanılmış, qeyd olunan tarixdə saat 10:45-də barəsində şübhəli şəxsin tutulması haqqında protokol tərtib olunmuş, göstərilən tarixdə saat 19:00-dan saat 19:35-dək olan müddət üzərində müdafiəçinin də iştirakı ilə şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu şəxsi axtarış onun saxlanıldığı vaxt deyil, saxlanılmasından təxminən 2-3 saat sonra aparılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və orada saxlanılması müddətini araşdıraraq və Avropa Məhkəməsinin “Salayev Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs1 Balakən RPŞ-yə gətirilməsi vaxtı və orada saxlanılması müddəti də mübahisə doğurur. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 05 yanvar 2023-cü il tarixdə saat 16 radələrində saxlanıldığı bildirmiş, habelə sonuncu saxlanılan saxlanılan zaman onun yanında olduğu şübhə doğurmayan X18 isə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ifadəsinə oxşar ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhz qeyd olunanlar da Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən 05 yanvar 2023-cü il tarixdə saat 18 radələrində deyil, həmin tarixdə saat 16 radələrində saxlanıldığını təsdiq edir. Eləcə də Balakən Rayon Polis Şöbəsindən daxil olmuş 14 sentyabr 2023-cü il tarixli 3-13-66/2-20695/2023 nömrəli məktubda Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin olmadığı qeyd olunmuşdur. Habelə Təqsirləndirilən şəxs1 və Fatma Dibirovanın ifadəsində qeyd etdiyi, Təqsirləndirilən şəxs1 saxlanılan zaman sonuncunun evində olduğunu bildirdikləri X8 da polis şöbəsinə aparılması xüsusatı ibtidai istintaq zamanı araşdırılmamışdır. Qeyd olunan səbəbdən məhkəmə tərəfindən müvafiq sorğu verilərək “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı götürülüb məhkəmə istintaqı zamanı tədqiq olunarkən həqiqətən də Rövşən Namazovun narkotik vasitə şübhəsi ilə 05 yanvar 2023-cü il tarixdə polis şöbəsinə gətirilməsi, həkim müayinəsindən keçirilməsi, bu zaman sərxoş vəziyyətdə olmasının müəyyən olunması və həmin tarixdə azad olunması öz əksini tapmışdır. Bundan sonra, X8 barəsində toplanmış müvafiq sənədlərin Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməsinin təmin oluması ilə bağlı sorğu verilmiş və sorğuya cavab olaraq Rövşən Namazovun qeyd olunan tarixdə şübhəli şəxs kimi Balakən RPŞ-yə gətirilməsi, fərdi profilaktiki söhbət aparıldıqdan sonra azad olunması, barəsində cinayət işinin istintaqının aparılmaması və inzibati məsuliyyətə cəlb olunmaması qeyd olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən 05 yanvar 2023cü il tarixdə saat 18 radələrində deyil, həmin tarixdə saat 16 radələrində saxlanılması şübhə doğurmur və bu halla bağlı mübahisə olmasına baxmayaraq, Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və orada saxlanılması zamanı polis şöbəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə müvafiq videogörüntülərin qeydə alınmaması məhkəmədə olan olan şübhələri daha da artırmışdır. Göstərilənlərlə məhkəmədə şübhə doğuran səmərəli şəkildə araşdırmanın aparılmaması, cinayət işi üzrə işin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından zəruri olan və Təqsirləndirilən şəxs1lə tanışlıq əlaqəsi olsa belə qohumluq əlaqələri olmayan və iş üzrə qərəzsizliyi şübhə doğurmayan X8 Təqsirləndirilən şəxs1lə birlikdə eyni vaxtda Balakən RPŞ-yə gətirilmələrinə baxmayaraq, izahatının alınmaması, şahid qismində dindirilməməsi, Təqsirləndirilən şəxs1lə aralarında üzləşdirmə aparılmaması və həmin şəxsin iş üzrə əhəmiyyətli ifadə verə biləcəyi ehtimalı yüksək olduğu halda, qeyd olunan şəxsin ümumiyyətlə bu prosesdən kənarda saxlanılmasıdır. Məhz yuxarıda qeyd olunanlar, habelə hazırkı halda Təqsirləndirilən şəxs1 saxlanılması ilə onun üzərində şəxsi axtarışın aparılması arasındakı təxminən 2-3 saat vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs1 Balakən Rayon Polis Şöbəsində olmaqla tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs1 saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən faktiki olaraq 05 yanvar 2023-cü il tarixdə saat 16 radələrində saxlanılmasını və üzərində şəxsi axtarış aparılanadək keçən müddət ərzində, yəni 2-3 saat müddət ərzində polisin nəzarətində qalmasını əsas götürərək, həmçinin üzərində aşkar olunmuş maddi sübutun (narkotik vasitə heroinin) onun barəsində həmin bənd üzrə ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs1 qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanının ittiham aktında əks etdirdiklərinə əsasən qeyd olunan bənd üzrə Təqsirləndirilən şəxs1 əleyhinə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən sübut maddi sübutun (narkotik vasitə heroinin) aşkar olunduğu şəxsi axtarış aparılması haqqında 05 yanvar 2023-cü il tarixli istintaq hərəkətinin protokolu, polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid6 şahid qismində dindirilərkən verdikləri ifadələri və Təqsirləndirilən şəxs1 özünün ilkin etirafedici ifadəsidir. Qeyd olunanlarla bağlı ittiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində baş nahiyəsinin sol tərəfində və sol qulaq nahiyəsində xəsarətlər, habelə 2-3 gün əvvəl almış olduğu xəsarətlər və 03 ay əvvəl bel nahiyəsindən sinir əməliyyatı olunması nəticəsində yaranmış xəsarətlər ilk dəfə o, 05 yanvar 2023-cü il tarixdə polis şöbəsinə gətirildikdən sonra raport və akt tərtib olunan zaman, “bel nahiyəsində keçirilmiş əməliyyat yarası və sol qulağının cırılmış yaraları” xəsarəti 06 yanvar 2023-cü il tarixdə polis şöbəsinin müvəqqəti saxlama yerində müayinə olunan zaman, “sağ baldır nahiyəsinin ön səthində qartmaqlaşmış yara və bel nahiyəsində 01 ədəd cərrahiyyə əməliyyatından sonrakı yara” xəsarətləri isə 10 yanvar 2023-cü il tarixdə X6 qəbul olunan zaman aşkar olunmuşdur və bu hal mübahisə doğurmur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saxlanılan zaman qaçmağa cəhd etmiş və bu zaman yıxılması nəticəsində baş nahiyəsində və bədəninin digər nahiyələrində xəsarətlər yaranmışdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Balakən şəhəri, S.Gözəlov küçəsində saxlanılan zaman qaçmağa cəhd etmiş, bu zaman yıxılması nəticəsində baş nahiyəsinin sol tərəfində və sol qulaq nahiyəsində xəsarətlər yaranmış, habelə sonuncu 2-3 gün əvvəl də xəsarət aldığını və 03 ay əvvəl bel nahiyəsindən sinir əməliyyatı olunduğunu bildirmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 06 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin müvəqqəti saxlama yerində müayinə olunmuş və “bel nahiyəsində keçirilmiş əməliyyat yarası və sol qulağının cırılmış yaraları” xəsarətləri aşkar edilmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 X6 qəbul olunan zaman müayinə olunmuş və bu zaman həbs olunmamışdan əvvəl aldığı “sağ baldır nahiyəsinin ön səthində qartmaqlaşmış yara və bel nahiyəsində 01 ədəd cərrahiyyə əməliyyatından sonrakı yara” xəsarətləri aşkar edilmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 oktyabr 2023-cü il tarixli 502 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “bel nahiyəsində cərrahi əməliyyatdan sonrakı çağıq toxuma, sağ diz oynağının aşağı ön hissəsində şişkinlik (içərisində maye olan), sağ baldırın yuxarı 1/3-də yaralardan sonrakı piqmentasiyalı sahələr” diaqnozlu xəsarətlər aşkar edilmişdir. Tibbi sənədlərə əsasən onun sol qulaq seyvanında və başın sol yan səthində sıyrıqlar qeyd olunmuşdur. Bel nahiyəsindəki çapıq toxuma cərrahi əməliyyat kəsiyinin izidir. Sağ baldırın ön yuxarı 1/3-də olan fluttasiyaedici şişkinliyin mənşəyini müəyyən etmək üçün xüsusi biliyə malik travmatoloqun müayinəsi məsləhət görülür. Tibbi sənədlərdə qeyd olunanlara əsasən sol qulaq seyvanında, başın sol yan səthində və sağ baldırında olan yaralar bərk-küt əşyaların təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətini dəqiq müəyyən etmək mümkün deyildir, lakin tibbi sənədlərdəki qeydlərə əsasən sıyrıqların təsirindən həbs olunma ərəfələrində yaranmaları inkar olunmur. Onun adına tərtib olunmuş tibbi sənədlərdə onun sağ baldırın ön səthində, sağ qulaq seyvanında və başın sol yan səthində olan sıyrıqlarların xarakterləri hərtərəfli təsvir olunmadığı üçün onların dəqiq yetirilmə mexanizmlərini, özü, yaxud başqası tərəfindən yetirilməsini, yıxılma zaman əmələ gələ bilməsini dəqiq müəyyən etmək mümkün deyildir. Xəsarətlər bədənində əli çatan nahiyələrdədir, özü tərəfindən yetirilməsi, yıxılma zamanı əmələ gələ bilməsi, müqavimət zamanı əmələ gələ bilməsi, hər hansı küt alətlə vurulması, yaxud hər hansı küt alətə vurulması zamanı əmələ gələ bilmələri inkar olunmur və sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 05 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutularaq polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmış, 07 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və 10 yanvar 2023-cü il tarixdə X6 qəbul olunmuşdur. Həmçinin cinayət işinin materiallarında olan 05 yanvar 2023-cü il tarixli raportdan və aktdan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılan zaman qaçmağa cəhd etmiş və bu zaman yıxılması nəticəsində xəsarətlər yaranmışdır. Yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs1 saxlanıldığı 05 yanvar 2023-cü il tarixdən etibarən 10 yanvar 2023-cü il tarixdə X6 qəbul olunanadək polis əməkdaşlarının nəzarəti altında olması, saxlanılarkən qaçmağa çalışması və bu zaman yıxılması nəticəsində xəsarətlər alması barədə polis əməkdaşları tərəfindən tərtib olunmuş 05 yanvar 2023-cü il tarixli raportda onun yıxılması zamanı baş nahiyəsində və bədəninin digər nahiyələrində xəsarətlərin yaranması barədə qeydin edilməsi, saxlanılarkən qaçmağa çalışması və bu zaman yıxılması nəticəsində xəsarətlər alması barədə polis əməkdaşları tərəfindən tərtib olunmuş 05 yanvar 2023-cü il tarixli aktda onun yıxılması zamanı baş nahiyəsinin sol tərəfində və sol qulaq nahiyəsində xəsarətlərin yaranması barədə qeydin edilməsi, sonuncunun 06 yanvar 2023-cü il tarixdə polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılarkən müayinə olunması zaman onun bədən səthində yalnız “bel nahiyəsində keçirilmiş əməliyyat yarası və sol qulağının cırılmış yaraları” xəsarətlərinin aşkar olunması, daha sonra 06 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilən zaman ona ünvanlanmış suallara cavab verərkən bədənində və sifətində aşkar olunmuş xəsarətlərin polis əməkdaşları tərəfindən saxlanılan zaman qaçmağa cəhd etməsi nəticəsində deyil, tutulmamışdan 2-3 gün əvvəl evdə olan zaman öz ehtiyatsızlığı nəticəsində alması ilə bağlı qeyd etdikləri, bundan başqa 06 yanvar 2023cü il tarixdə şübhəli şəxs qismində əlavə dindirilən zaman ona ünvanlanmış suallara cavab verərkən sol qulaq və sol alın nahiyələrində, habelə sağ əlinin üzərində aşkar olunmuş xəsarətlərin tutulmamışdan 2-3 gün əvvəl evdə olan zaman öz ehtiyatsızlığı nəticəsində alması ilə bağlı qeyd etdikləri məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs1 05 yanvar 2023-cü il tarixdən 10 yanvar 2023-cü il tarixədək polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələrin yaranmasına səbəb olmuşdur. Eləcə də qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı dindirilərkən verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmağa çalışması və bu zaman yıxılması nəticəsində xəsarətlər alması barədə polis əməkdaşları tərəfindən tərtib olunmuş 05 yanvar 2023-cü il tarixli akta imza etmədiyini və qeyd olunan aktda olan imzanın ona məxsus olmadığını bildirmişdir. Qeyd olunan hal məhkəmə kollegiyasında şübhə yaratdığından müvafiq məsələ ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və alınmış 31 oktyabr 2023-cü il tarixli 4/1637 nömrəli rəydə ekspertizaya təqdim edilmiş, cinayət işinin 6-cı vərəqində olan 05 yanvar 2023-cü il tarixli aktın aşağı hissəsində “5” qrafasında “Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imzanın Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu qeyd edilmişdir. Həmin xüsusatla bağlı müvafiq akta imza etmiş Samir Çeerçiyev, Elvin Hümbətov, Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdikləri ifadələrində Təqsirləndirilən şəxs1 göstərilən akta özünün imza etdiyini qeyd etsələr də müvafiq ekspert rəyi ilə həmin imzanın Təqsirləndirilən şəxs1 məxsus olmadığı qeyd edildiyindən məhkəmə həm aktda qeyd olunanlara, həm də guya Təqsirləndirilən şəxs1 saxlanılan zaman qaçmağa çalışmasına və bu zaman yıxılaraq xəsarət almasına şübhə ilə yanaşır. Digər tərəfdən polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 sağ əlinin üzərində xəsarətin olması yalnız sonuncu 06 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində əlavə dindirilən zaman ona ünvanlanmış suallara cavab verərkən məlum olmuş və həmin xəsarət nə “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışda, nə də saxlanılarkən qaçmağa çalışması və bu zaman yıxılması nəticəsində xəsarətlər alması barədə polis əməkdaşları tərəfindən tərtib olunmuş 05 yanvar 2023-cü il tarixli raportda və aktda, nə də digər rəsmi sənədlərdə öz əksini tapmamışdır. Habelə polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 06 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində əlavə dindirilməsi zamanı ona ünvanlanmış suallara cavab verərkən bildirdiyi sol alın nahiyəsində xəsarətin olması yalnız məhz bu dindirilmə zamanı məlum olmuş və həmin xəsarət “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışda ümumiyyətlə qeyd olunmamış, 05 yanvar 2023-cü il tarixli aktda isə baş nahiyəsinin sol tərəfində olan kimi qeyd olunmuşdur ki, bununla da sol alın nahiyəsində olan xəsarətlə baş nahiyəsinin sol tərəfində olan xəsarətin eyni xəsarət olub-olmamasını iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 sol qulaq, sol alın və sağ əlinin üzərində olan xəsarətlər "xxxx"ndan çıxarışda da yazılmamışdır. Görünür bunun da səbəbi artıq Təqsirləndirilən şəxs1 X6 gec aparılması səbəbindən artıq sağalması olmuşdur. Bu hissədə də qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmasına və barəsində Balakən Rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsinə baxmayaq, CPM-in 157.3-cü maddəsinə əsasən məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir (şəxsin nəqliyyat vasitələri ilə istintaq təcridxanasına aparılması müddəti göstərilən müddətə daxil deyildir) tələbi pozularaq, Təqsirləndirilən şəxs1 X6 10 yanvar 2023-cü il tarixdə aparılmışdır. Balakən Rayon Polis Şöbəsindən daxil olmuş 13 mart 2023-cü il tarixli 3-13-66/2- 6167/2024 nömrəli məktubla həmin şəxsin X6 aparılması COVİD-19 testinin alınması ilə əlaqələndirilsə də məhkəmə həmin arqumenti əsaslı hesab etmir. Eləcə də şəxsin bədəni üzərində kifayət qədər xəsarətlərin olmasına baxmayaraq, ibtidai istintaq orqanının yalnız Təqsirləndirilən şəxs1 məhkəmə-tibb ekspertizasından keçmək arzusunda olmamasına dair fikri ilə razılaşmış, CPM-in 91.8-ci maddəsinə əsasən ekspertiza aparılmasına məruz qalmağın təqsirləndirilən şəxsin vəzifəsi olmasına diqqət yetirməmiş, nəticədə məhkəməyə məlum olmayan səbəblərdən Təqsirləndirilən şəxs1 məhkəmə-tibb ekspertizasından keçirilməmişdir. Məhz qeyd olunan hal da ibtida istintaq zamanı Təqsirləndirilən şəxs1 pis rəftara məruz qalması ilə bağlı məhkəmədə olan şübhəni daha da artırmışdır. Odur ki, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı yol verilən bu nöqsanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə məruz qalmışdır. Beləliklə, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs1 təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşaraq qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs1 faktiki olaraq saxlanılmasının cinayət işinin materiallarına əsasən rəsmiləşdirildiyi vaxtdan, yəni 05 yanvar 2023-cü il tarixdə saat 18 radələrindən saatlar öncə (1-2 saat öncə) baş verməsinə dair gəlinən nəticə, habelə sözügedən zaman kəsiyində onun polis əməkdaşlarının nəzarətində, yəni Balakən Rayon Polis Şöbəsində olmaqla heç bir hüququ, hətta ən fundamental hüquq olan müdafiə hüququ təmin olunmadan polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt fiziki və psixi təsirə məruz qalması ehtimalı, eyni zamanda şəxsin polis əməkdaşları tərəfindən faktiki saxlanılması ilə onun saxlanılmasının rəsmiləşdirilməsi arasında keçən 1-2 saatlıq vaxt boşluğu məhkəmə heyətində Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə heroinin aşkar olunması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Həmçinin CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs1 işə mahiyyəti üzrə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə, habelə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Fatma Dibirovanın ifadəsi ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini əsaslı sayır. Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdikləri ifadələrində Təqsirləndirilən şəxs1 əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, polis əməkdaşları Təqsirləndirilən şəxs1 qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar Təqsirləndirilən şəxs1 qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin onun üzərinə yerləşdirilməsini və təsir nəticəsində qorxub etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edirdi. Odur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ona qarşı elan edilmiş ittihamın həmin hissəsi ilə bağlı sözügedən polis əməkdaşlarının ifadələrinin Təqsirləndirilən şəxs1 əleyhinə olan hissəsi əsaslı sübut növü kimi qəbul edilə və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə heroin olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə olmasını təsdiq edən sübut rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran məhkəmə-narkoloji ekspertizanın rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, qeyd olunan bənd üzrə Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, həmin bəndlə bağlı Təqsirləndirilən şəxs1 təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində həmin bənd üzrə ittiham hökmünün çıxarılması mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitənin aşkar olunması ilə bağlı sübutların mümkünlüyü haqqında CPM-in yuxarıda qeyd olunan maddələrinin müddəalarına əsasən təhqiqat orqanının həmin bənd üzrə əldə etdiyi qeyd olunan sübutu əsaslı saymır və hesab edir ki, həmin sübut qanunun tələbləri pozulmaqla əldə edildiyindən sübut kimi qəbul edilməməli, hüquqi qüvvəsi olmayan hesab edilməli, hər hansı halın sübut olunmasında istifadə edilməməli və qeyd olunan səbəblərə görə Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan həmin bənd xaric edilməlidir. Ona görə də məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittihamdan “Həmçinin, 05 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 19:00 dəqiqədən saat 19:35 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq istintaqa məlum olmayan vaxta və mənbədən əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,437 qram və 0,446 qram olmaqla, ümumi təmiz çəkisi 0,883 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür” bəndi xaric olunmalı və onun əməli tövsif olunmalıdır. Həmçinin məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülən ittihamda qeyd olunmuş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 narkotik vasitə satması bəndi ilə bağlı aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, artıq yuxarı hissədə həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs4 üzərindən narkotik vasitə heroinin aşkar olunması hallarına müvafiq hüquqi qiymət verildiyindən, habelə adları qeyd edilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər ətraflı şəkildə təhlil olunduğundan məhkəmə həmin məsələlərin təkrarən qeyd olunmasına zərurət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün gətirdiyi dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 narkotik vasitə heroin satmadığını qeyd edərək bildirmişdir ki, bel nahiyəsindən əməliyyat olunduğu üçün narkotik vasitədən istifadə etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs4 uşaqlıq vaxtlarından, Təqsirləndirilən şəxs2 rayon sakini kimi, Təqsirləndirilən şəxs3 isə taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış və həm özü, həm də ailə üzvləri sonuncuya məxus olan avtomobillə sərnişin qismində müxtəlif ünvanlara getmişlər. Tutulmamışdan bir neçə ay əvvəl onu, Təqsirləndirilən şəxs2 və tanımadığı digər şəxsləri birlikdə şübhəli şəxs qismində Balakən RPŞ-yə aparmışlar. Oraya gedən zaman polis əməkdaşları onu döymüşlər və cibinə builmədiyi əşya qoymaq istəsələr də o, buna imkan verməmişdir. Balakən RPŞ-də onu döymüşlər, nəticədə sol ayağı şişmişdir. Daha sonra həm üzərində şəxsi axtarış aparılan zaman, həm də avtomobilinə baxış keçirilən zaman heç nə aşkar olunmamışdır. Daha sonra ictimai asayişi pozduqlarını əsas gətirib hər birinə 50 manat məbləğində cərimə tətbiq etmişlər və bundan sonra onları azad etmişlər. Ayağında yaranmış xəsarətlərə görə qiyməti 180 manat olan krem almalı olduğu üçün soyadı Xipiyev olan polis əməkdaşı ilə əlaqə saxlayıb ona vurulmuş ziyanın ödənilməyəcəyi təqdirdə şikayət edəcəyini demiş və nəticədə polis əməkdaşı 50 manat məbləğində cəriməni ödəmiş, habelə krem alması üçün 180 manat pulu aptekə vermişdir. Daha sonra həmin polis əməkdaşı bu barədə Balakən RPŞ-nin digər polis əməkdaşlarına demiş və həmin polis əməkdaşları narahat olmamasını, yaxın vaxtlarda onun başına oyun açacaqlarını demişlər. Qeyd olunan səbəblərə görə onun barəsində qanunsuz olaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş və o, 05 yanvar 2023-cü il tarixdə saat 15:00-16:00 radələrində işə getmək üçün avtomobilinə əyləşən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə aparılmış, olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış, lakin buna baxmayaraq, sonradan polis şöbəsində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la aralarında üzləşdirmə aparılan zaman adları qeyd edilən şəxslərə narkotik vasitə satmadığını demişdir. Bir müddət sonra polis əməkdaşı Şahid2 otağında olan zaman sonuncu ona bir müddət əvvəl baş vermiş hadisəyə görə polis əməkdaşından 180 manat pul aldığını və polis əməkdaşının cəriməni ödəməsini xatırlatmış və hazırki hadisənin qeyd olunan səbəblərə görə baş verdiyini demişdir. Ona məxsus olan “VAZ 2107” markalı avtomobil Təqsirləndirilən şəxs3 tərəfindən avtomobil təmiri ustasının fəaliyyət göstərdiyi təmir yerinə qoyulmuş, o da avtomobilin təmiri ilə bağlı avtomobil ustası Elxan Xipiyevə ödəyəcəyi haqqın azaldılması ilə bağlı usta ilə danışmasını Təqsirləndirilən şəxs3 xahiş etmiş və bununla bağlı aralarında telefon danışıqları olmuşdur. Elxan Xipiyevlə bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlamışdır, lakin 02 yanvar 2023-cü il tarixdə sonuncu ilə nə haqda danışdığını xatırlamır. 03 yanvar 2023-cü il tarixdə “Balaken r-nu, Talalar kendi” və “Balaken r-nu, Henife” anten əhatə dairələrində hansı səbəbdən müşahidə olunduğunu xatırlamır, lakin Təqsirləndirilən şəxs3lə çay içmək üçün getdiyini hesab edir. Elxan Xipiyev 04 yanvar 2023-cü il tarixdə ona zəng edərək Təqsirləndirilən şəxs3 zənglərə cavab vermədiyini demiş, avtomobili götürməsini təklif etmiş və o da Elxan Xipiyevə zəng edib avtomobili götürməyə gəldiyini demişdir. Elxan Xipiyevin fəaliyyət göstərdiyi təmir yerindən avtomobili 04 yanvar 2023-cü il tarixdə götürmüş və həmin təmir yerinə Təqsirləndirilən şəxs3lə birlikdə getməmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə həm təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən yayınmasına nail olmaq, həm də özünün barəsində araşdırılan və adları qeyd edilən şəxslərlə əlaqəli olan cinayət işi üzrə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (üzləşdirmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə ibtidai istintaq zamanı həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1lə aralarında üzləşdirmə keçirilən zaman sonuncudan narkotik vasitə heroin aldıqlarını Təqsirləndirilən şəxs1 üzünə demişlər. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 715-03-23, Təqsirləndirilən şəxs4 istifadəsində olan 050 717-54-12 və Təqsirləndirilən şəxs1 istifadəsində olan 051 689-46- 46 və 050 717-54-05 mobil telefon nömrələrinə, habelə əhatə dairəsində (dairələrində) yerləşməyə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs1 arasında 27 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək, habelə sonrakı tarixlərdə danışıqlar aparılmış, habelə 03 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs1 arasında danışıqlar aparılmış və həmin vaxt anten dairə məlumatlarına əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 “Balaken r-nu, Talalar kendi” və “Balaken r-nu, Henife” anten dairələrində olmuşdur, eləcə də Balakən rayonunun Qazma kəndi “Balaken ray., Qazma kendi.”, “Balaken r-nu, Talalar” və “Balaken r-nu, Henife”, Balakən rayonunun Hənifə kəndi isə “Balaken ray., Qazma kendi.”, “Balaken r-nu, Talalar”, “Balaken r-nu, Henife”, “Balaken” və “Balaken sheheri” anten əhatə dairələrində yerləşir. Eləcə də Təqsirləndirilən şəxs1 ifadələrində 03 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3lə aralarında mobil telefon vasitəsilə aparılan danışıqların avtomobilin təmiri ilə bağlı olduğunu desə də Balakən rayonunun Qazma kəndində avtomobil ustası kimi fəaliyyət göstərən Elxan Xipiyevin yanına 04 yanvar 2023-cü il tarixdə getdiyini və avtomobili də həmin tarixdə götürdüyünü demişdir. 03 yanvar 2023-cü il tarixdə, yəni ona elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs3 narkotik vasitəni məhz həmin tarixdə satması və məhz qeyd olunan tarixdə yaşadığı Balakən şəhərini tərk edib Təqsirləndirilən şəxs3 yaşadığı Balakən rayonunun Qazma kəndinə getməsini isə Təqsirləndirilən şəxs3lə çay içmək məqsədi ilə əlaqələndirmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 18 yanvar 2023-cü il tarixli 17/42 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş 02 (iki) ədəd zərfin içərisindəki ümumilikdə 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məxsus olan “VAZ 2107” markalı avtomobil Elxan Xipiyevin fəaliyyət göstərdiyi təmir yerinə Təqsirləndirilən şəxs3 tərəfindən aparılmış, sonradan avtomobil 04 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən həmin təmir yerindən götürülmüş və Təqsirləndirilən şəxs1 yaşadığı Balakən şəhərini tərk edib Təqsirləndirilən şəxs3 yaşadığı Balakən rayonunun Qazma kəndinə getməsi avtomobilin təmiri ilə bağlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və digər şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 narkotik vasitə satıb-satmaması ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə həmin xüsusatla bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdikləri ifadələrinin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,832 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini daşıyıb üzərində saxlamış, 2022-ci ilin dekabr ayının sonlarında qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qram çəkidə olan hissəsini Balakən rayonunun Hənifə kəndinin ərazisində həmin kənd sakini olan tanışı Təqsirləndirilən şəxs4 200 manat pulun müqabilində satmış, daha sonra Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,832 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,431 qram olan hissəsini qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq 03 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Balakən rayonunun Qazma kəndinin ərazisində 20 manat pulun müqabilində həmin kənd sakini olan tanışı Təqsirləndirilən şəxs3 satmış, 04 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əliyev X17 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 01:10 dəqiqədən saat 01:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun 03 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 alaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,431 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki qara rəngli idman şalvarının sol yan cibində olan “West” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüş, habelə 05 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Layıcov X21 RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 17:30 dəqiqədən saat 17:55 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun 2022-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs1 alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs4 əynindəki cins şalvarın sağ yan cibində olan “Viceroy” markalı siqaret qutusunun üzərindəki sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. Bu hissədə qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmədə dövlət ittihamçısı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs1 qarşı CM-in 234.4.2-ci maddəsi ilə irəli sürülən ittihamdan imtina etmiş, həmin imtina məhkəmə tərəfindən qəbul edilmiş və 04 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.4.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə edərək sonradan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 satdığı narkotik vasitənin miqdarı 0,832 qram olduğundan onun qeyd olunan cinayət əməllərini törətməsi cinayət işi üzrə dindirilən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və biri digərinə uyğun gələn digər sübutların məcmusu ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməllər CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməlində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs3 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs4 əməlində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs4 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs1 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barələrində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Əliyev X17 rayonunun Qazma kəndində yaşamışdır, 11 iyun 2011-ci ildə doğulmuş Şumeysət Əliyeva onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Layıcov X21 rayonunun Hənifə kəndində yaşayır, 2015-ci ildə doğulmuş Ziya Layıcov və 2017-ci ildə doğulmuş Dəniz Layıcova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Quliyev X12 şəhəri, N.Nərimanov küçəsi, ev 30 ünvanında yaşamışdır, 22 noyabr 2018-ci ildə doğulmuş Sabir Quliyev onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən X5 adına tərtib olunmuş doğum haqqında şəhətnamənin surətindən görünür ki, həmin şəxsin atası Təqsirləndirilən şəxs1dur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Balakən Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Balakən Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 08 fevral 2024-cü il tarixli 166/4 nömrəli məktubdan görünür ki, Əliyev X17 Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin cəzanın icrasına 14 sentyabr 2022-ci il tarixdə başlanılmışdır və cəzasının çəkilməmiş hissəsi 01 il 02 ay 04 gün təşkil edir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək o, cəzasını çəkib qurtarmasa da azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edildiyindən və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 əməlində cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, əvvəllər də eyni qəbildən olan cinayət törətməsini, həmin cinayət əməlinə görə təyin olunmuş cəzanı çəkib qurtarmamasını, məhkumluğunun ödənilməməsini və götürülməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxs qeyd olunan cəzaı real olaraq çəkməklə islah oluna bilər. Habelə məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxs qeyd olunan cəzaı real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs4 əməlində cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-in 60-cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxs qeyd olunan cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1 və 234.2-ci maddələrində göstərilən cinayət əməlləri az ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 04 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 04 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə müvəqqəti saxlama yerindən azad olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 04 yanvar 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu 05 yanvar 2023-cü il tarixdən hesablanmalı və onların həbsdə saxlanıldıqları müddətlər cəzaçəkmə müddətlərinə daxil edilməlidir. Habelə cinayət işinin materiallarından da göründüyü kimi Əliyev X17 Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və həmin cəzasının çəkilməmiş hissəsi 01 il 02 ay 04 gün təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, CM-in 67.1-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 04 günü CM-in 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 07 (yeddi) ay 02 (iki) gün müəyyən olunaraq hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 04 (dörd) gün müəyyən olunaraq ona təyin ediləcək cəzadan çıxılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs3 isə yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 0,056 qram, habelə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 0,383 qram narkotik vasitə heroin onların əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli və ibtidai araşdırmanın davam etdirilməsi üçün saxlanılmalı, eləcə də Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 0,181 qram, habelə Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 0,151 qram narkotik vasitə heroin isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 284,92 (iki yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 284,92 (iki yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində məhkəmə məsrəfindən Təqsirləndirilən şəxs2 bəraət aldığı hissədə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat, Təqsirləndirilən şəxs1 isə təqsirsiz sayıldığı hissədə 69,10 (altmış doqquz manat on qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməli, habelə digər ekspertiza tədqiqatının dəyəri olan 179,85 (yüz yetmiş doqquz manat səksən beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birindən 40 (qırx) manat, habelə təqsirli bilindiyi hissədə Təqsirləndirilən şəxs1 isə 99,85 (doxsan doqquz manat səksən beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55- 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 04 günü Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 07 (yeddi) ay 02 (iki) gün müəyyən olunaraq hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs3 hökmlərin məcmusu ilə qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 tutulma və həbs qətimkan tədbirinin tətbiq edilməsi nəticəsində həbsdə olduğu müddəti aşmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 04 (dörd) gün müəyyən olunaraq hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin, cəzanın icrası onun yaşadığı yer üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla yaşadığı Balakən rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 0,056 qram, habelə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 0,383 qram narkotik vasitə heroin onların əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin və ibtidai araşdırmanın davam etdirilməsi üçün saxlanılsın, eləcə də Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 0,181 qram, habelə Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 0,151 qram narkotik vasitə heroin isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 284,92 manat (iki yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində məhkəmə məsrəfindən Təqsirləndirilən şəxs2 bəraət aldığı hissədə 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat, Təqsirləndirilən şəxs1 isə təqsirsiz sayıldığı hissədə 69,10 (altmış doqquz manat on qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin, habelə digər ekspertiza tədqiqatının dəyəri olan 179,85 (yüz yetmiş doqquz manat səksən beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birindən 40 (qırx) manat, habelə təqsirli bilindiyi hissədə Təqsirləndirilən şəxs1 isə 99,85 (doxsan doqquz manat səksən beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar