Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-70/2024 07.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçilər – Bakı 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, 28 avqust 1964-cü ildə Zərdab rayonunun Pərvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Zərdab rayonunun Pərvanlı kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlamış, habelə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və onları toplamaqla kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında Zərdab rayonunun Pərvanlı kəndinin ərazisində su kanalının yaxınlığından yabanı halda bitən çətənə (kannabis) bitkisinin kollarının toxumlarını qanunsuz olaraq əldə edərək saxlamış, 2023-cü ilin mart ayının əvvəllərində yaşadığı Zərdab rayonunun Pərvanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində həmin toxumları satış məqsədilə əkməklə aqrotexniki qaydada qulluq edərək yetişdirib kultivasiya etmiş, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə və tikiliyə 15 iyul 2023-cü il tarixdə saat 10 radələrində baxış keçirilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, külli miqdar hesab olunan 19 ədəd kibrit qutularında, hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 9,12 qram, 9,07 qram, 8,90 qram, 6,92 qram, 9,45 qram, 6,83 qram, 8,34 qram, 8,60 qram, 7,71 qram, 8,83 qram, 8,10 qram, 10,12 qram, 8,17 qram, 8,28 qram, 8,45 qram, 7,14 qram, 9,29 qram, 9,40 qram və 8,82 qram olmaqla, ümumi təmiz çəkisi 161,54 qram, 01 (bir) ədəd şüşə bankada təmiz çəkisi 44,22 qram, 01 (bir) ədəd qara rəngli plastik zibil qabında təmiz çəkisi 610 qram və 01 (bir) ədəd həmin tikilinin döşəməsinə sərilmiş göy rəngli polietilen bezdə təmiz çəkisi 12 kiloqram 200 qram tərkibində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı Zərdab rayonunun Pərvanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi olaraq çəpərlə ayrılan və görülməsi məhdud olan ərazidə 2023-cü ilin mart ayının əvvəllərindən etibarən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, külli miqdar hesab olunan 441 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq 15 iyul 2023-cü il tarixədək aqrotexniki qaydada qulluq edərək əkmə, yetişdirmə və onları toplamaqla kultivasiya etmiş, 15 iyul 2023-cü il tarixdə saat 10 radələrində Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 220 kiloqram 905 qram olan, həmin 441 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bitkilər onun yaşadığı həyətin yanında olan kanalın yaxınlığında yabanı halda bitmiş, orada heç vaxt çəpər olmamış, həmin bitkilər narkotik tərkibli bitkilər olmamış, onlar yabanı halda yetişən çətənə bitkiləri olmuş və marixuana olmamışdır. O, bitkilərə qulluq göstərməmişdir, bitkilərin hündürlüyü xatirində deyil və kənardan baxan şəxslərin bitkiləri rahat şəkildə görə bilməsi mümkün olmuşdur. O, bitkilərin narkotik tərkibli olduğunu bilmədiyi üçün polis əməkdaşlarına məlumat verməmişdir. Polis əməkdaşları yaşadığı ünvana gəldikləri gün həyətdə işləyən fəhlə bitkiləri biçmiş və sonradan heyvanlara verilmək üçün örtüyün arasında saxlanılmışdır. O, bitkiləri qurutmamış və yemələri üçün heyvanlara vermiş, lakin heyvanlar həmin bitkiləri yeməmişlər. Bundan sonra o, həyəti tullantılardan təmizləmək üçün həmin bitkiləri tövlənin önündə yandırmaq qərarına gəlmiş, elə həmin vaxt səhər saatlarında polis əməkdaşları yaşadığı ünvana gəlmişlər və həmin vaxt o, baxış keçirilməsinə etiraz etməsə də ərizə yazmamışdır. Daha sonra o, polis əməkdaşlarını tövlənin yanına aparıb narkotik tərkibli bitkilərin olduğu yeri göstərmişdir. Müdafiəçi orada olmamışdır. Polis əməkdaşları həyətə baxış keçirilən zaman videoçəkiliş aparılmış, həmin vaxt kürəkəni X11 da iştirak etmişdir. Bitkiləri polis əməkdaşları saymışlar, o isə saymamışdır. Polis əməkdaşlarının bitkiləri düzgün sayıb-saymadığını xatırlamır. İttiham aktında 19 ədəd kibrit qutusunun içərisində 167 qram narkotik vasitə olduğu deyilsə də həmin sayda kibrit qutularının içərisinə qeyd olunan çəkidə narkotik vasitəni yığmaq mümkün deyildir. 19 ədəd kibrit qutusunun içərisində narkotik vasitə aşkar edilməmiş, kibrit qutularının sayı 4-5 ədəd olmuş, nəvəsi həyətdə oynayan zaman kibrit qutularının içərisinə göy rəngdə yarpaq və narkotik vasitə yığmış, lakin 19 ədəd kibrikit qutusu olmamışdır. Polis əməkdaşları həyətdə 2-3 saat olmuşlar, onun yanına polis əməkdaşı qoymuşlar və həmin hissəyə getməyə icazə verməmişlər. 3 kibrit qutusundan əlavə olan kibrit qutuları polislər əməkdaşları tərəfindən çətənə bitkisinin yarpaqlarından doldurmuşlar. Tullantıların yığılması üçün nəzərdə tutulmuş qabın içərisində kolların yarpaqları olmuş, onları da yeməsi üçün heyvanın önünə qoymuşdur. Həmin qabların içərisində narkotik tərkibli kolların baş hissələri olmamışdır. Tövlənin bir hissəsinə tullantı məişət əşyaları yığmış, həmin məişət qablarının qapağı olmamış, göstərilən məişət qabları da tullantıların yığılması üçün nəzərdə tutulmuş qabın yanında olmuş və məişət qablarının da içərisində narkotik vasitə olmamışdır. Ona məxsus olan fərdi yaşayış evindən narkotik vasitə aşkar edilməmiş, habelə tövlədə narkotik vasitə saxlamamış və polis əməkdaşları yarıdan biçdiyi bitkiləri çıxarmışlar. Polis əməkdaşlarının yanında gətirdikləri mütəxəssis-aqronom sahəyə daxil olmamış və kənardan baxaraq orada peyin olduğunu demişdir. Həyətdə olan torpaq şoran olduğu üçün o, 100 manat verib peyin almışdır. Əkin yerində və ya kolların dib hissəsində peyin olması narkotik vasitələri qulluq olunmasına dəlalət etmir. Qablaşdırma zamanı iştirak etmiş, bu zaman polis əməkdaşları kibrit qutularını sayını artıq qeyd etmişlər. Polis əməkdaşlarının həyətə kibrit qutuları qoyduqlarını görməsə də kibrit qutularını polis əməkdaşlarının yerləşdirdiklərini düşünür. 13 kiloqram çətənə kollarını polis əməkdaşları heyvanların qabağından yığmışlar. Videoçəkiliş aparılan zaman kibrit qutuları qabın içərisində olduğu üçün sayı görünməmişdir. Polis əməkdaşlarının təzyiqinə baxmayaraq, o, yenə də bitkilərin yabanı halda bitdiyini və həmin narkotik vasitələri heyvanlarına verdiyini bildirmişdir. Baxış keçirildikdən sonra saat 13:00-14:00 radələrində polis şöbəsinə aparılmış, orada stress keçirdiyi üçün huşunu itirmişdir. Polis şöbəsində tutulan zaman onun yanında müdafiəçi olmamış, o, latın qrafikalı əlifba ilə yazmağı və oxumağı bilməmiş, müstəntiq ona sənədlərə imza etməsini və həmin sənədlərdə narkotik vasitə ilə bağlı hər hansı sözün yazılmadığını bildirdiyi üçün o, sənədlərə imza etmişdir. Bu zaman onun yanında müdafiəçi olmamış və o, müdafiəçi Ehtibar Abdullayevi görməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2022-ci ilin sentyabr ayında yaşadığı Zərdab rayonunun Pərvanlı kəndində su kanalının kənarından yabanı halda bitmiş çətənə kollarından yığdığı toxumları 2023-cü ilin mart ayında yaşadığı evin həyətində ayırdığı və kənardan görünməməsi üçün çəpərlədiyi yerdə əkmiş, daha sonra həmin kollara su və peyin verərək onları yetişdirmiş, həmin çətənə kollarının yarpaqlarından yığıb yaşadığı evin həyətində yerləşən bir tərəfi tövlə, digər tərəfi isə usta kimi iş yeri olan tikilidə qurutmuş, həmin qurutduğu narkotik vasitəni özünün istifadə etməsi məqsədi ilə kibrit qutularına, çətənə bitkisinin yarpaqlarını isə orada olan zibil qutusuna və bir ədəd balaca bankaya yığmış, habelə çətənə kollarını yığıb həmin tikilidə yerə atıb qurutmuş, məqsədi həmin narkotik vasitə marixuanaları özünün istifadə etməsi olmuşdur. 15 iyul 2023-cü il tarixdə saat təxminən 10 radələrində yaşadığı fərdi yaşayış evində olan zaman polis əməkdaşları oraya gələrək evdə və evin həyətində qanunsuz olaraq narkotik vasitə saxlaması və tərkibində narkotik maddələr olan bitki kollarını qanunsuz olaraq əkib-becərməsi barədə məlumatlarının olduğunu, həyətinə və evinə baxış keçirmək istədiklərini demişlər. O, polis əməkdaşları ilə razılaşmış və evinə və həyətinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra evin həyətində yerləşən tikilidə olan, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 19 ədəd kibrit qutusu aşkar olunmuş və elektron tərəzi vasitəsilə çəkilmişdir, lakin çəkilərini xatırlamır. Bundan sonra 01 ədəd bankada saxladığı narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 365 qram olması müəyyən olunmuşdur. Bundan sonra zibil qutusunda yandırmaq üçün yığdığı çətənə bitkisinin yarpaqları aşkar olunmuş və elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 620 qram olması müəyyən olunmuşdur. Daha sonra yerdə olan çətənə kolları göy rəngli örtüyə bükülüb elektron tərəzi vasitələ çəkilən zaman çəkisinin 13,4 kiloqram olması müəyyən olunmuşdur. Daha sonra həyətində olan tərkibində narkotik maddələr olan çətənə kollarını təqdim etmiş, həmin bitki kolları kökündən çıxarılıb sayılan zaman sayının 441 ədəd olması müəyyən olunmuşdur. Bundan sonra qeyd olunanlar müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərdab Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 avqust 2023-cü il tarixdə saat 09 radələrində Zərdab rayonunun Pərvanlı kəndinin sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və həmin narkotik vasitələri Zərdab rayonunun Pərvanlı kəndində yerləşən yaşadığı fərdi yaşayış evində saxlaması barədə Zərdab RPŞ-yə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 10:15 radələrində Mürşüd Abullayevin yaşadığı fərdi yaşayış evinə çatmışlar və Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirləcəyini deyib etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs bununla bağlı hər hansı etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yardımçı tikilinin usta ləvazimatlarını saxladığı otağın döşəməsinə sərilmiş göy rəngli örtüyün üzərində qurudulmuş kollarda kibrit qutularına və müxtəlif məişət qablarına yığılmış marixuanaya bənzər bitki kütlələri aşkar olunmuş, kibrit qutularının hər biri ayrı-ayrılıqda tərəzi ilə çəkilən zaman 4-12 qram çəkisinin olması ona məlum olmuş və bundan sonra qablaşdırılmışdır. Daha sonra həmin yerdə zibil qutusunda, bir ədəd şüşə bankada və bir ədəd üzərində “Nescafe gold” sözləri şüşə bankada marixunaya bənzər kütlələr aşkar olunmuş, zibil qutusunda olan bitkinin kütləsinin təxmini 600 qram, şüşə bankada olan bitki kütləsinin çəkisinin 360 qram, “Nescafe gold” sözləri yazılmış bankanda olan bitki kütləsinin çəkisinin 180 qram olması müəyyən olunmuşdur. Daha sonra isə tikilinin döşəməsinə sərilmiş çətənə bitkisinə oxşar kollar çəkilən zaman çəkisinin 13 kiloqram olması müəyyən olunmuş və göy örtüyə bükülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin bitkilərin, bitki hissələrinin narkotik vasitə olan marixuana olduğunu, özünün istifadəsi üçün qablara və kibrit qutularına yığdığını və bütün bu bitkiləri həyətində özü əkib yetişdirərək əldə etdiyini bildirmişdir. Bundan sonra Mürşüd Abdullayav yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyi yeri təqdim etmiş, həmin yer evin həyətyanı sahəsində, kənardan görünməməsi üçün hər üç tərəfdən xüsusi olaraq çəpərlənərək ayırılmış yer olmuş, baxışda iştirak edən mütəxəssis Hüseyn Hüseynov orada bitmiş bitkilərə baxaraq həmin bitkilərə xüsusi olaraq aqrotexniki qulluq edilərək yetişdirildiyini bildirmiş, həmin bitkilərə təbii gübrə verildiyini görmüşlər. Çıxarılaraq sayılan zaman 441 ədəd çətənə bitkisinə bənzər bitkinin olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8, Şahid7, Hüseynov X5 Ülvü Mətləb oğlu və X3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1la eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, sonuncunun narkotik vasitə ilə hər hansı əlaqəsinin olduğunu görməmiş, çətənə bitkisini tanımamış, həyətdə çətənə bitkinin əkilməsinin və narkotik vasitənin saxlanılmasının şahidi olmamışdır. Hadisə baş verən tarixdə səhər saat 07:00 radələrində polis əməkdaşları yaşadığı evə gəlmişlər, lakin həmin vaxt o, polis əməkdaşlarının əlində çətənə bitkisinin olduğunu görməmişdir. Daha sonra polis əməkdaşları ona baxış keçirilən yerə yaxınlaşmağa icazə verməmişlər, bir müddət sonra saat 14 radələrində polis əməkdaşları evi tərk edib gedən zaman videomüşahidə kamerasını da söküb aparmışlar, daha sonra isə gətirib onlara təqdim etmişlər. İbtidai istintaq zamanı o, ifadə verməmiş və imza etməmişdir, cinayət işinin materiallarında olan imza ona məxsus deyil. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 15 iyun 2023-cü il tarixdə səhər saat 10 radələrində Zərdab rayonunun Pərvanlı kəndində yaşadıqları evdə olan zaman oraya polis əməkdaşları gəlmişlər və 1-2 saat ərazində həyətdə qalmışlar. Sonradan Təqsirləndirilən şəxs usta ləvazimatlarını saxladığı evdə narkotik vasitə saxlaması və həyətdə çoxlu sayda narkotik bitki əkməsi ona məlum olmuşdur. Həmin bitkinin narkotik vasitə olmasından onun xəbəri olmamış, qeyd olunan bitkilərin adi bitki olduğunu zənn etmiş, Təqsirləndirilən şəxs həmin bitkilərdən müalicə məqsədilə istifadə etdiyini ona demişdir. O, çəpərlərin arxasındakı həmin bitkiləri görmüş, lakin qeyd olunan bitkilərin yabanı şəkildə bitmiş hansısa bitki olduğunu düşünmüşdür. Bundan sonra polis əməkdaşları narkotik vasitəni, bitkiləri və Təqsirləndirilən şəxs özləri ilə aparıb getmişlər. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. O, həyətdə hər hansı narkotik vasitəni və ya narkotik tərkibli bitkini görməmişdir. Hadisə baş verən tarixdə səhər saat 07:00 radələrində polis əməkdaşları yaşadığı evə gəlmişlər. Daha sonra polis əməkdaşları ona baxış keçirilən yerə yaxınlaşmağa icazə verməmişlər, bir müddət sonra saat 15 radələrində polis əməkdaşları evi tərk edib gedən zaman videomüşahidə kamerasını da söküb aparmışlar, bir gün sonra isə gətirib onlara təqdim etmişlər, lakin videomüşahidə kamerasında olan videogörüntülər silinmiş halda olmuşdur. İbtidai istintaq zamanı o, ifadə verməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. 15 iyun 2023-cü il tarixdə səhər saat 10 radələrində Zərdab rayonunun Pərvanlı kəndində yaşadıqları evdə olan zaman oraya polis əməkdaşları gəlmişlər və 1-2 saat ərazində həyətdə qalmışlar. Sonradan Təqsirləndirilən şəxs usta ləvazimatlarını saxladığı evdə narkotik vasitə saxlaması və həyətdə çoxlu sayda narkotik bitki əkməsi ona məlum olmuşdur. Həmin bitkinin narkotik vasitə olmasından onun xəbəri olmamış, Təqsirləndirilən şəxs qeyd olunan bitkilərin adi bitki olduğunu demişdir. Bundan sonra polis əməkdaşları narkotik vasitəni, bitkiləri və Təqsirləndirilən şəxs özləri ilə aparıb getmişlər. Məhkəmə istintaqı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 16 iyul 2023-cü il tarixdə Zərdab rayonunda 1 nəfər vəkil olduğundan, həmin gün vəkil olmadığından və Zərdab rayonu Ağdaş rayonuna qonşu olduğu üçün Zərdab Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi həmin tarixdə saat 17 radələrində ona zəng edərək narkotik vasitə əkməsi və külli miqdarda daşıması ilə bağlı 1 nəfər şəxsin saxlanıldığını demiş, o da axşam saatlarında polis şöbəsinə getmişdir. Daha sonra orada Təqsirləndirilən şəxslə təklikdə görüşmüş, videoçəkilişə baxmış, sonuncudan hər hansı təsir-təzyiqə məruz qalmamasını soruşmuş, sonuncu isə narkotik vasitəni özünün əkdiyini bildirmişdir. 15 iyul 2023-cü il tarixli hüquq və vəzifələrə dair bildirişə oxumadan imza etmiş, imza etdiyi sənədlərin tarixinə baxmamış, təqsirləndirilən şəxsin dindirilməsində iştirak etmiş, sonradan gələrək hər hansı sənədə imza etməsi halı baş verməmişdir. Məhkəmə istintaqı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, qeyd olunan vaxt Zərdab Rayon Polis Şöbəsinin İstintaq qrupunun baş müstəntiqi vəzifəsində işləmişdir. Səhər saatlarında əməliyyat məlumatı daxil olduğu üçün axtarış aparmağa getmişlər və bu zaman mütəxəssisi də özləri ilə aparmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında küçədə öz razılığı ilə ərizəyə imza etmiş və bundan sonra evində axtarış aparılmışdır. Bu zaman narkotik vasitə və çətənə bitkisi aşkar olunmuşdur. Çətənə kolları kameranın qarşısında, Təqsirləndirilən şəxs həyətində sayılmış, daha sonra bu barədə orada protokol tərtib olunmuş və polis əməkdaşları özləri protokolu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparılmış və Zərdab rayonunda Asif adlı vəkil olduğundan, həmin vəkil xəstə olduğundan Ağdaş rayonundan Ehtibar Abdullayevi dəvət etmişlər. Vəkil Ehtibar Abdullayev gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxsin tutulması protokolunda texniki səhv edilərək saat düzgün yazılmamış, şübhəli şəxsin tutulması protokolu müdafiəçi gəldikdən sonra tərtib edilmiş, müdafiəçi Ehtibar Abdullayev 14:00-da polis şöbəsində olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman da həmin müdafiəçi iştirak etmişdir. Məhkəmə istintaqı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, hadisə günü səhər saat 06:30-07:00 radələrində yuxudan oyatmışlar və həyətdə 5-6 nəfər şəxsin olduğunu demişlər. Əməliyyat tədbiri ilə bağlı oraya gələn polis əməkdaşları onlara yaxınlaşmağa icazə verməmişlər, axtarışla bağlı hər hansı sənəd təqdim etməmişlər, axtarış aparmaq üçün icazə almamışlar. O, polis əməkdaşlarından arxada olduğu üçün gödüklərinə əsasən polis əməkdaşları başqa otaqları və yerləri 30 saniyə ərzində axtarıb həmin yerləri tərk etdikləri üçün narkotik vasitənin yerini bildiklərini düşünmüşdür. Daha sonra polis əməkdaşları həyətə avtomobili daxil edərək tapdıqları kolları avtomobilə yükləmişlər və həmin vaxt avtomobilon arxası onlar tərəfindən görünməyəcək şəkildə çevrilmişdir. Polis əməkdaşları saat 15:00-16:00 radələrində getmişlər. O, həyətdə polis əməkdaşlarının sənəd yazdıqlarını görməmişdir. Daha sonra Murad adlı şəxs həyətdə olan videomüşahidə kamerasını götürüb aparmış, məlumatları silmiş və geri qaytarmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 iyul 2023-cü il tarixli raportdan görünür ki, Zərdab Rayon Polis Şöbəsinə Zərdab rayonunun Pərvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq evində, evinb həyətyanı sahəsində narkotik vasitələr saxlaması və kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Polis Şöbəsinə Zərdab rayonunun Pərvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 iyul 2023cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Zərdab Rayon Polis Şöbəsinə ərizə yazaraq evdə və evin həyətyanı sahəsində axtarış və götürmə aparılmasına etirazının olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonunun Pərvanlı kəndində yerləşən fərdi yaşayış evinə, tikililərə və həyətanı sahəsinə baxış keçirilən zaman evin həyətində yerləşən tikilidə olan, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 19 ədəd kibrit qutusu, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd banka, içərisində narkotik tərkibli çətənə bitkisinin yarpaqlarına bənzər yarpaqlar olan zibil qutusu, habelə döşəmədə çətənə kollarına bənzər kollar, habelə evin həyətində olan çəpərlənmiş ərazidən tərkibində narkotik maddələr olan 441 ədəd çətənə kollarına bənzər kollar aşkar olunmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonunun Pərvanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahədində, həyətdə xüsusi ayrılaraq ətrafı kollarla çevrələnmiş yerdə 441 ədəd köküstə yaş halda narkotik vasitə hesab olunan çətənə bitkisinə bənzər bitkilər aşkar olunmuşdur. Həmin torpaq sahəsində bellənmə və suvarma işləri aparılmış, torpağın münbitliyinə görə təbii gübrə verilmiş, kimyəvi gübrələrin verilməsi ehtimal olunur. Orada olmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Torpaq sahəsindən köküstə, yaş halda, ayrı-ayrılıqda 0,7-1,66 metr uzunluğunda, 0,15-0,75 metr enində yaşıl rəngli, spesifik iyli, narkotik vasitə hesab olunan çətənə bitkisinə bənzər 441 ədəd bitkilər aşkar edilərək kökündən çıxarılaraq götürülmüşdür. Həmin torpaq sahəsində bitkilərin əkilib-becərilməsi üçün münbit şərait olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 16 iyul 2023-cü il tarixli 17/542 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birini üzərinə yapışdıırlmış kağızda “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş bitkilər.....” sözləri, adlar, imzalar, olan 19 (on doqquz) ədəd sintetik kisələrin içərisində ümumilikdə 441 (dörd yüz qırx bir) ədəd, uzunluqları 70 sm-dən 166 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 220 kq 905,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X10 15 iyul 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs həyətindəki tikilidən aşkar edilmiş .....” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd polietilen bağlamanın içərisindəki təmiz çəkisi 12 kq 200,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tikilidən aşkar edilmiş 19 ədəd kibrit qutularında bitki kütləsi .....” yazısı, adlar və imzalar olan sellofan bağlmanın içərisindəki 19 (on doqquz) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 9,12 qram, 9,07 qram, 8,90 qram, 6,92 qram, 9,45 qram, 6,83 qram, 8,34 qram, 8,60 qram, 7,71 qram, 8,83 qram, 8,10 qram, 10,12 qram, 8,17 qram, 8,28 qram, 8,45 qram, 7,14 qram, 9,29 qram, 9,40 qram və 8,82 qram olmaqla, ümumi təmiz çəkisi 161,54 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunalardır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs həyətində yerləşən tikilidən aşkar edilmiş bankanın içərisində olan bitki kütlələri .....” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd şüşə bankanın içərisindəki, təmiz çəkisi 44,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən tikilidə zibil qutusunda aşkar edilmiş bitki kütləsi .....” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi 610,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd böyük polietilen bağlamada, 01 (bir) ədəd sellofan torbada, 19 (on doqquz) ədəd kibrit qutularında, 01 (bir) ədəd şüşə bankada olan qurudulmuş marixuanalar və 441 (dörd yüz qırx bir) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılması haqqında Zərdab Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərarından görünür ki, Zərdab Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 15 iyul 2023-cü il tarixli qərarı qanuni hesab olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 08 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində əkdiyi həmin çətənə bitkilərinin toxumlarını, eləcə də yığıb qurutduğu kütlələri 2023-cü ilin mart ayında yaşadığı kəndin ərazisində, çöl sahədə təsadüf nəticəsində tapması və sonradan yaşadığı həyətdə əkməsi müəyyən edilmiş, onun həyətində əkdiyi 441 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) kollarını, müxtəlif qablarda yığıb saxladığı, eləcə də açıq halda saxladığı narkotik tərkibli bitki kütlələrini satış məqsədi ilə saxlaması barədə məlumatlar əldə olunsa da bu barədə əsaslı sübut əldə edilməmiş, həmçinin onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması və narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Bu Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ siyahısının 1.2-ci bəndinə əsasən, 16 ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısının 1.2-ci bəndinə əsasən, 16-800 ədəd (31-1550 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 13015,76 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş və saxlamış, habelə 441 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkmə, yetişdirmə və onları toplamaqla kultivasiya etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ siyahısının 1.2-ci bəndinə əsasən, 16 ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil etmiş, narkotik vasitələrin və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə 16-800 ədəd (31-1550 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməllərinə görə cəza, bu əməllərin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 15 iyul 2023-cü il tarixdə Zərdab Rayon Polis Şöbəsinə Zərdab rayonunun Pərvanlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq evində, evin həyətyanı sahəsində narkotik vasitələr saxlaması və kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı qeyd edilən ünvana baxış keçirilmiş və bu zaman torpaqda bitmiş halda narkotik tərkibli çətənə (kannabis) bitkiləri və narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 15 iyul 2023-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə, tikililərə və həyətanı sahəsinə baxış keçirilib narkotik tərkibli çətənə (kannabis) bitkilərinin və narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində külli miqdarda narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxladığını, habelə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və onları toplamaqla kultivasiya etdiyini etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bitkilərin onun yaşadığı həyətin yanında olan kanalın yaxınlığında yabanı halda bitdiyini, orada heç vaxt çəpər olmadığını, həmin bitkilərin narkotik tərkibli bitkilər olmadığını, yabanı halda yetişən çətənə bitkiləri olduğunu, marixuana olmadığını, bitkilərə qulluq göstərmədiyini, bitkilərin hündürlüyünün xatirində olmadığını, kənardan baxan şəxslərin bitkiləri rahat şəkildə görə bilməsinin mümkün olduğunu, bitkilərin narkotik tərkibli olduğunu bilmədiyi üçün polis əməkdaşlarına məlumat vermədiyini, polis əməkdaşları yaşadığı ünvana gəldikləri gün həyətdə işləyən fəhlənin bitkiləri biçdiyini, sonradan heyvanlara verilmək üçün örtüyün arasında saxlanıldığını, bitkiləri qurutmadığını, yemələri üçün heyvanlara verdiyini, lakin heyvanların həmin bitkiləri yemədiyini, bundan sonra həyəti tullantılardan təmizləmək üçün həmin bitkiləri tövlənin önündə yandırmaq qərarına gəldiyini, elə həmin vaxt səhər saatlarında polis əməkdaşlarının yaşadığı ünvana gəldiklərini, həmin vaxt baxış keçirilməsinə etiraz etməsə də ərizə yazmadığını, daha sonra polis əməkdaşlarını tövlənin yanına aparıb narkotik tərkibli bitkilərin olduğu yeri göstərdiyini, müdafiəçinin orada olmadığını, polis əməkdaşları həyətə baxış keçirilən zaman videoçəkiliş aparıldığını, həmin vaxt kürəkəni X8 da iştirak etdiyini, bitkiləri polis əməkdaşlarının saydıqlarını, özünün saymadığını, polis əməkdaşlarının bitkiləri düzgün sayıb-saymadığını xatırlamadığını, ittiham aktında 19 ədəd kibrit qutusunun içərisində 167 qram narkotik vasitənin olduğu qeyd olunsa da həmin sayda kibrit qutularının içərisinə qeyd olunan çəkidə narkotik vasitəni yığmağın mümkün olmadığını, 19 ədəd kibrit qutusunun içərisində narkotik vasitənin aşkar edilmədiyini, kibrit qutularının sayının 4-5 ədəd olduğunu, nəvəsi həyətdə oynayan zaman kibrit qutularının içərisinə göy rəngdə yarpaq və narkotik vasitə yığdığını, lakin 19 ədəd kibrit qutusunun olmadığını, polis əməkdaşlarının həyətdə 2-3 saat olduqlarını, onun yanına polis əməkdaşının qoyduqlarını, həmin hissəyə getməyə icazə vermədiklərini, 3 kibrit qutusundan əlavə olan kibrit qutularının polislər əməkdaşları tərəfindən çətənə bitkisinin yarpaqlarından doldurulduğunu, tullantıların yığılması üçün nəzərdə tutulmuş qabın içərisində kolların yarpaqlarının olduğunu, onları da yeməsi üçün heyvanın önünə qoyduğunu, həmin qabların içərisində narkotik tərkibli kolların baş hissələrinin olmadığını, tövlənin bir hissəsinə tullantı məişət əşyalarının yığdığını, həmin məişət qablarının qapağının olmadığını, göstərilən məişət qablarının da tullantıların yığılması üçün nəzərdə tutulmuş qabın yanında olduğunu, məişət qablarının da içərisində narkotik vasitənin olmadığını, ona məxsus olan fərdi yaşayış evindən narkotik vasitənin aşkar edilmədiyini, habelə tövlədə narkotik vasitə saxlamadığını, polis əməkdaşlarının yarıdan biçdiyi bitkiləri çıxardıqlarını, polis əməkdaşlarının yanında gətirdikləri mütəxəssis-aqronomum sahəyə daxil olmadığını, kənardan baxaraq orada peyin olduğunu dediyini, həyətdə olan torpaq şoran olduğu üçün 100 manat verib peyin aldığını, əkin yerində və ya kolların dib hissəsində peyinin olmasının narkotik vasitələrin qulluq olunmasına dəlalət etmədiyini, qablaşdırma zamanı iştirak etdiyini, bu zaman polis əməkdaşlarının kibrit qutularının sayını artıq qeyd etdiklərini, polis əməkdaşlarının həyətə kibrit qutuları qoyduqlarını görmədiyini, lakin kibrit qutularını polis əməkdaşlarının yerləşdirdiklərini düşündüyünü, 13 kiloqram çətənə kollarını polis əməkdaşlarının heyvanların qabağından yığdıqlarını, videoçəkiliş aparılan zaman kibrit qutuları qabın içərisində olduğu üçün sayının görünmədiyini, polis əməkdaşlarının təzyiqinə baxmayaraq, yenə də bitkilərin yabanı halda bitdiyini və həmin narkotik vasitələri heyvanlarına verdiyini bildirdiyini, baxış keçirildikdən sonra saat 13:00-14:00 radələrində polis şöbəsinə aparıldığını, orada stress keçirdiyi üçün huşunu itirdiyini, polis şöbəsində tutulan zaman onun yanında müdafiəçinin olmadığını, müdafiəçi Ehtibar Abdullayevi görmədiyini, latın qrafikalı əlifba ilə yazmağı və oxumağı bilmədiyini, müstəntiq ona sənədlərə imza etməsini və həmin sənədlərdə narkotik vasitə ilə bağlı hər hansı sözün yazılmadığını bildirdiyi üçün sənədlərə imza etdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, hadisə yerinə baxış keçirilən və götürmə aparılan zaman Təqsirləndirilən şəxs tərəfindən keçirilən prosessual hərəkətlərlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmin istintaq hərəkəti zamanı aşkar olunanlar da Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dediklərini təkzib edir. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılan zaman müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 iyul 2023-cü il tarixli mütəxəssis rəyində də Təqsirləndirilən şəxs Zərdab rayonunun Pərvanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində, həyətdə xüsusi ayrılaraq ətrafı kollarla çevrələnmiş yerdə 441 ədəd köküstə yaş halda narkotik vasitə hesab olunan çətənə bitkisinə bənzər bitkilərin aşkar olunduğu, həmin torpaq sahəsində bellənmə və suvarma işlərinin aparıldığı, torpağın münbitliyinə görə təbii gübrə verildiyi, kimyəvi gübrələrin verilməsinin ehtimal olunduğu, orada olmuş bitkilərə aqrotexniki qaydada qulluq edildiyi, torpaq sahəsindən köküstə, yaş halda, ayrı-ayrılıqda 0,7-1,66 metr uzunluğunda, 0,15-0,75 metr enində yaşıl rəngli, spesifik iyli, narkotik vasitə hesab olunan çətənə bitkisinə bənzər 441 ədəd bitkilərin aşkar edilib kökündən çıxarılaraq götürüldüyü və həmin torpaq sahəsində bitkilərin əkilib-becərilməsi üçün münbit şəraitin olduğu qeyd olunmuşdur. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 16 iyul 2023-cü il tarixli 17/542 nömrəli rəyində tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd böyük polietilen bağlamada, 01 (bir) ədəd sellofan torbada, 19 (on doqquz) ədəd kibrit qutularında, 01 (bir) ədəd şüşə bankada olan qurudulmuş marixuanalar və 441 (dörd yüz qırx bir) ədəd çətənə bitkilərinin tərkiblərinə görə eyni olduğu qeyd olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs tərəfindən Zərdab Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 15 iyul 2023-cü il tarixli ərizədən görünür ki, o, evinə və həyətinə baxış keçirilməsinə, orada axtarış və götürmə aparılmasına etirazının olmadığını qeyd etmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərdab Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, cinayət əməlini törətdiyini etiraf etmişdir. Bundan əlavə, Ehtibar Abdullayev məhkəmə istintaqı şahid qismində dindirilən zaman verdiyi ifadəsində 16 iyul 2023-cü il tarixdə Zərdab rayonunda 1 nəfər vəkil olduğundan, həmin gün vəkil olmadığından və Zərdab rayonu Ağdaş rayonuna qonşu olduğu üçün Zərdab Rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqinin həmin tarixdə saat 17 radələrində ona zəng edərək narkotik vasitə əkməsi və külli miqdarda daşıması ilə bağlı 1 nəfər şəxsin saxlanıldığını dediyini, axşam saatlarında polis şöbəsinə getdiyini, daha sonra orada Təqsirləndirilən şəxslə təklikdə görüşdüyünü, videoçəkilişə baxdığını, sonuncudan hər hansı təsir-təzyiqə məruz qalmamasını soruşduğunu, sonuncunun isə narkotik vasitəni özünün əkdiyini bildirdiyini, 15 iyul 2023-cü il tarixli hüquq və vəzifələrə dair bildirişə oxumadan imza etdiyini, imza etdiyi sənədlərin tarixinə baxmadığını, təqsirləndirilən şəxsin dindirilməsində iştirak etdiyini və sonradan gələrək hər hansı sənədə imza etməsi halının baş verməyini qeyd etmişdir. Həmin xüsusatla bağlı Seyfəddin Bağırov məhkəmə istintaqı şahid qismində dindirilən zaman verdiyi ifadəsində səhər saatlarında əməliyyat məlumatı daxil olduğu üçün axtarış aparmağa getdiklərini, bu zaman mütəxəssisi də özləri ilə apardıqlarını, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında küçədə öz razılığı ilə ərizəyə imza etdiyini, bundan sonra evində axtarış aparıldığını, bu zaman narkotik vasitə və çətənə bitkisinin aşkar olunduğunu, çətənə kollarının kameranın qarşısında, Təqsirləndirilən şəxs həyətində sayıldığını, daha sonra bu barədə orada protokol tərtib olunduğunu, polis əməkdaşlarının özlərinin protokola imza etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparıldığını, Zərdab rayonunda Asif adlı vəkil olduğundan, həmin vəkil xəstə olduğundan Ağdaş rayonundan Ehtibar Abdullayevi dəvət etdiyini, sonuncu gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu, şübhəli şəxsin tutulması protokolunda texniki səhv edilərək saatın düzgün yazılmadığını, şübhəli şəxsin tutulması protokolunun müdafiəçi gəldikdən sonra tərtib olunduğunu, müdafiəçi Ehtibar Abdullayevin 14:00-da polis şöbəsində olmadığını və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman da həmin müdafiəçinin iştirak etdiyini qeyd etmişdir. Eləcə də qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs arvadı Lalə Abdulayeva ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində 15 iyun 2023-cü il tarixdə səhər saat 10 radələrində Zərdab rayonunun Pərvanlı kəndində yaşadıqları evdə olan zaman oraya polis əməkdaşlarının gəldiyini, 1-2 saat ərazində həyətdə qaldıqlarını, sonradan Təqsirləndirilən şəxs usta ləvazimatlarını saxladığı evdə narkotik vasitə saxlaması və həyətdə çoxlu sayda narkotik bitki əkməsinin ona məlum olduğunu, həmin bitkinin narkotik vasitə olmasından onun xəbərinin olmadığını, qeyd olunan bitkilərin adi bitki olduğunu zənn etdiyini, Təqsirləndirilən şəxs həmin bitkilərdən müalicə məqsədilə istifadə etdiyini ona dediyini, çəpərlərin arxasındakı həmin bitkiləri gördüyünü, lakin qeyd olunan bitkilərin yabanı şəkildə bitmiş hansısa bitki olduğunu düşündüyünü və bundan sonra polis əməkdaşlarının narkotik vasitəni, bitkiləri və Təqsirləndirilən şəxs özləri ilə aparıb getdiklərini qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə ilə hər hansı əlaqəsinin olduğunu görmədiyini, çətənə bitkisini tanımadığını, həyətdə çətənə bitkinin əkilməsinin və narkotik vasitənin saxlanılmasının şahidi olmadığını, hadisə baş verən tarixdə səhər saat 07:00 radələrində polis əməkdaşlarının yaşadığı evə gəldiklərini, lakin həmin vaxt polis əməkdaşlarının əlində çətənə bitkisinin olduğunu görmədiyini, daha sonra polis əməkdaşlarının ona baxış keçirilən yerə yaxınlaşmağa icazə vermədiklərini, bir müddət sonra saat 14 radələrində polis əməkdaşlarının evi tərk edib gedən zaman videomüşahidə kamerasını da söküb apardıqlarını, daha sonra isə gətirib onlara təqdim etdiklərini, ibtidai istintaq zamanı ifadə vermədiyini, imza etmədiyini və cinayət işinin materiallarında olan imzanın ona məxsus olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs oğlu Şahid2 isə ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində 15 iyun 2023-cü il tarixdə səhər saat 10 radələrində Zərdab rayonunun Pərvanlı kəndində yaşadıqları evdə olan zaman oraya polis əməkdaşlarının gəldiyini, 1-2 saat ərazində həyətdə qaldıqlarını, sonradan Təqsirləndirilən şəxs usta ləvazimatlarını saxladığı evdə narkotik vasitə saxlaması və həyətdə çoxlu sayda narkotik bitki əkməsinin ona məlum olduğunu, həmin bitkinin narkotik vasitə olmasından onun xəbərinin olmadığını, Təqsirləndirilən şəxsun qeyd olunan bitkilərin adi bitki olduğunu dediyini və bundan sonra polis əməkdaşlarının narkotik vasitəni, bitkiləri və Təqsirləndirilən şəxs özləri ilə aparıb getdiklərini qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həyətdə hər hansı narkotik vasitəni və ya narkotik tərkibli bitkini görmədiyini, hadisə baş verən tarixdə səhər saat 07:00 radələrində polis əməkdaşlarının yaşadığı evə gəldiklərini, daha sonra polis əməkdaşlarının ona baxış keçirilən yerə yaxınlaşmağa icazə vermədiklərini, bir müddət sonra saat 15 radələrində polis əməkdaşları evi tərk edib gedən zaman videomüşahidə kamerasını da söküb apardıqlarını, bir gün sonra isə gətirib onlara təqdim etdiklərini, lakin videomüşahidə kamerasında olan videogörüntülərin silinmiş halda olduğunu və ibtidai istintaq zamanı ifadə vermədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs kürəkəni Vasif Əliyev isə məhkəmə istintaqı şahid qismində dindirilərkən verdiyi ifadəsində hadisə günü səhər saat 06:30-07:00 radələrində onu yuxudan oyatdıqlarını, həyətdə 5-6 nəfər şəxsin olduğunu dediklərini, əməliyyat tədbiri ilə bağlı oraya gələn polis əməkdaşlarının onlara yaxınlaşmağa icazə vermədiklərini, axtarışla bağlı hər hansı sənəd təqdim etmədiklərini, axtarış aparmaq üçün icazə almadıqlarını, polis əməkdaşlarından arxada olduğu üçün gördüklərinə əsasən polis əməkdaşlarının başqa otaqları və yerləri 30 saniyə ərzində axtarıb həmin yerləri tərk etdikləri üçün narkotik vasitənin yerini bildiklərini düşündüyünü, daha sonra polis əməkdaşlarının həyətə avtomobili daxil edərək tapdıqları kolları avtomobilə yüklədiklərini, həmin vaxt avtomobilin arxasının onlar tərəfindən görünməyəcək şəkildə çevrildiyini, polis əməkdaşlarının saat 15:00-16:00 radələrində getdiklərini, həyətdə polis əməkdaşlarının sənəd yazdıqlarını görmədiyini, daha sonra Murad adlı şəxsin həyətdə olan videomüşahidə kamerasını götürüb apardığını, məlumatları sildiyini və geri qaytardığını qeyd etmişdir. Məhkəmə Şahid3, Şahid2 və Vasif Əliyevin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, həmin şəxslər Təqsirləndirilən şəxs qohumları olduqları üçün sonuncunun cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadələr vermişlər. Çünki Şahid3 və Şahid2 sonradan ibtidai istintaq zamanı verdiyi ifadəsinin dəyişdirilməsi ilə bağlı ibtidai istintaq orqanına müraciət etməmişlər, Vasif Əliyev isə ibtidai istintaq zamanı ifadə verməmiş və bununla bağlı ibtidai istintaq orqanına müraciət etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməklə saxlamış, habelə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə və onları toplamaqla kultivasiya etmişdir Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsini, aşkarlanmış narkotik vasitə qurudulmuş marixuananın kütləsinin çox olmasını və ayrı-ayrı bağlamalarda olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan qurudulmuş marixuananı əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyalarına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab rayonunun Pərvanlı kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan narkotik vasitənin çəkisinin və narkotik tərkibli çətənə bitkilərinin sayının çox olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.4.3 və 237.2.3-cü maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərdab Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 15 iyul 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 15 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 1630 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinodilərdən epizodik istifadə etmə halları olub, lakin hal-hazırda hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zərdab Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 19 avqust 2023cü il tarixli PHŞ-6-79/2-117/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 sentyabr 2023-cü il tarixli 621 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və əqli gerilik əlamətləri yoxdur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər (“Zərdab Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən verilmiş 19 avqust 2023-cü il tarixli arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin (ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür, emosiya və intellekt pozuntularının aşkar edilməməsi, onda kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, düşmüş olduğu vəziyyətə tənqidi münasibət bəsləməsi, cinayət əməli törətdiyini və bu əmələ görə cəza almaq ehtimalını başa başa düşməsi, narkotik vasitədən istifadə etməsindən çox peşman olduğunu söyləməsi və s.) nəticələri sübut edir. O, ona şamil edilən cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmişdir, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Onun psixoloji, fiziki-intellektual və əqli inkişaf səviyyəsi yaşına uyğundur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zərdab Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 19 avqust 2023cü il tarixli PHŞ-6-79/2-117/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Psixiatriya kabinetində dispanser qeydiyyatında yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur və o, yaşayış yeri üzrə Psixiatrik kabinetdə qeydiyyata alınmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, 220 kiloqram 903,0 qram çəkisi olan 441 (dörd yüz qırx bir) ədəd çətənə (kannabis) bitkiləri və çəkisi 13014,66 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərdab Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 146-cı bəndinə əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Zərdab Rayon Polis Şöbəsində saxlanılan 220 kiloqram 903,0 qram çəkisi olan 441 (dörd yüz qırx bir) ədəd çətənə (kannabis) bitkiləri və çəkisi 13014,66 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Zərdab Rayon Polis Şöbəsində saxlanılan 220 kiloqram 903,0 qram çəkisi olan 441 (dörd yüz qırx bir) ədəd çətənə (kannabis) bitkiləri və çəkisi 13014,66 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-70/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-70/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver