Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-71/2020 04.06.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ x8 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu ( sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Şəki şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1980-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Zərdab rayonu Allahqulubağı kəndində daimi qeydiyyatda olmaqla yaşamış, 31 dekabr 2019-cu ildən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə x8 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs əxlaqsız olduğunu və övladlarını ona göstərmədiyini düşünüb 29 dekabr 2019-cu ildə gecə saatlarında onunla telefonda mübahisə etmiş, qısqanclıq və qisas zəminində Zərərçəkmiş şəxs sifətinin silinməz dərəcədə eybəcərləşdirərək onu cəmiyyət içində və övladlarının yanında rüsvay edəcək xəsarətlər yetirmək məqsədi ilə özü ilə iş yerindən soyuq silah hesab edilməyən üzərinə ağ rəngli izolent dolanmış, zavod üsulu ilə hazırlanmış metal parçası (armatur) və zavod üsulu ilə hazırlanmış, kəsici xassəyə malik, məişət təyinatlı, ülgüc (lezva) götürüb 30 dekabr 2019-cu ildə saat 22 radələrində Bakı şəhərindən taksi ilə birbaşa Zərdab şəhərinə, Zərərçəkmiş şəxs yaşadığı 51 saylı qəsəbədəki fərdi yaşayış evinin yaxınlığına gələrək küçədə gözləmişdir. 31 dekabr 2019-cu ildə saat 01:00-da Zərərçəkmiş şəxs xalası qızı Şahid5 kirayədə yaşadığı Zərdab şəhəri Qumlu qəsəbəsindən qayıdıb evinə yaxınlaşmaq istədikdə qaranlıqda qəflətən ona hücum edərək əlindəki metal parçası ilə qəsdən bir neçə dəfə qollarına və ayaqlarına ardıcıl zərbələr vuraraq sağ bazuda, sağ baldırda və sağ budda yumşaq toxumaların əzilməsi, qançırlarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, sonuncu yerə yıxıldıqdan sonra isə ülgüclə (lezva) sifət nahiyəsində sağ qulaq sırğalığında kəsilmiş yara və sifətin sağ yarısında kəsilmiş yara ilə müşayiət olunan xəsarət yetirməklə sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. 2008-ci il təvəllüdlü Natiq və 2010-cu il təvəllüdlü Nahid adlı 2 övladları vardır. 2016-cı ilin dekabır ayında Zərdab şəhəri 51 saylı qəsəbədə Ruhiyyə ilə birgə yaşadığı evə qayıdanda Ruhiyyənin VVAQ orqanında boşandığını bilmiş, ona boşanma barədə kağızı göstərmişdir. Həmin vaxt ondan nə üçün boşandığını soruşanda demişdir ki, anam deyib boşanmışam. Aralarında mübahisə olsa da dava-dalaş olmamışdır. Ona görə də Ruhiyyə ilə boşansa da bir müddət onunla bir yerdə Zərdab şəhəri 51 saylı qəsəbədə olan evdə yaşamış, həmin evin həyətində, yəni Ruhiyyənin anası və ögey atasının evinin həyətində hətta ev tikdirmişdir. Ancaq ev yarımçıq qalmış, Ruhiyyə bir müddət uşaqları da götürüb Bakı şəhərində işləmiş, orada hardasa çörək bişirib satmışdır. Aralarında gah onun uşaqları ona göstərməməsi üstündə, gah da müxtəlif səbəblərdən münaqişələr yaranmışdır. Eşidirmiş ki, Ruhiyyə pozğunluq edir. Ancaq bunun həqiqətən belə olub-olmadığını bilməmişdir. 2019-cu ilin oktyabr ayının əvvəlində yenə Bakı şəhərinə işləməyə getmiş, Nərimanov rayonunda qaynaqçı sexində qaynaqçı işləmiş, uşaqlar ikisi də anası ilə, yəni Ruhiyyə ilə onun anası evində yaşamışlar. Bu 3 ay müddətində Ruhiyyənin telefonuna zəng edib uşaqları soruşmaq istəsə də o, telefonu açmamışdır. Anası Vəsiqə telefonu götürsə də onun uşaqlarla telefonla danışmağına maneçilik törətmişlər. Uşaqları öyrətmişlər ki, atan pisdir. 30 dekabr 2019-cu ildə axşam vaxtı evə gələcəyini bildtirmişdir. Ruhiyyə isə telefonda ona nalayiq söyüşlər söymüş və telefonu söndürmüşdür. Həmin vaxt bundan sonra ona təxminən 20 dəfə zəng etsə də o telefonu açmamışdır.O da bundan əsəbləşmişdir. 29 dekabr 2019-cu ildə Ruhiyyəyə zəng edib uşaqları soruşanda demişdir ki, uşaqları anangilə göndərmişəm. Həmin vaxt Ruhiyyəyə inanmayıb anasına zəng etmişdir. Anası da uşaqların həqiqətən də onlarda olduğunu demiş, saat 03 radələrində anası Sənubər ona zəng edib demişdir ki, Ruhiyyə gəlib ki, uşaqları aparsın. Ruhiyyəyə zəng etmiş və demişdir ki, uşaqlara dəyməsin. Gecədir. Yatıblar. Qalsınlar. Səhər özüm gələcəm. Uşaqları gətirərəm. Ruhiyyə isə telefonda taksi sürücüsünün yanında ona qarşı olduqca nalayiq söyüşlər söymüş və demişdir ki, uşaqları sənə göstərməyəcəm. O, isə Ruhiyyəyə sabah axşam Zərdaba gələcəm, səni şikəst edəcəm demişdir. Ruhiyyə də cavabında “mənə heç nə eləyə bilməzsən” demişdir. 30 dekabr 2019-cu ildə saat 22 radələrində Bakı şəhərindən taksi ilə Zərdab şəhərinə gəlmək üçün çıxmış, Ruhiyyədən hirsli olduğu üçün iş yerindən uzunluğu təxminən 65-70 sm olan, üzərinə ağ skoç dolanmış dəmir armaturu götürmüş, həmin armaturla Ruhiyyəni vurub xəsarət yetirmək fikri olmuş, ancaq onu öldürmək məqsədi olmamışdır. 01 ədəd lezva da əynində olan qara rəngli qalın üst gödəkçəsinin döş cibində olmuşdur. Yol maşınına Zərdaba gəlmiş, Ruhiyyəgilin evlərinin yanına çatanda saat 01 radələri olmuş, qaranlıq olmuşdur. Həmin vaxt onların həyəti istiqamətinə gedərkən yolla tanımadığı, nömrəsini bilmədiyi ağ rəngli VAZ 2106 markalı avtomobil gəlib yolda saxlamış və içərisindən 2 nəfər düşmüş, maşın sürüb geri qayıtmışdır. Maşından düşənlər biri cavan oğlan, biri isə qadın olmuş, qaranlıq olsa da başa düşmüşdür ki, maşından düşən keçmiş həyat yoldaşı Ruhiyyədir. Həmin kişinin, yəni cavan oğlanın kim olduğunu bilmək üçün arxasınca qaçmış, həmin şəxs onu görüb qaçmış, ona çata bilməmiş və onun kim olduğunu bilməmişdir. Ruhiyyə həmin vaxt ona tərəf gəlmiş, Ruhiyyə yaxınlaşan kimi ona demişdir ki, mənim uşaqlarımı sən belə saxlayırsanmı? Ruhiyyənin armaturla hər iki ayaqlarına vurmuş, Ruhiyyə yerə yıxılmışdır. Ağlamış və demişdir ki, məni bağışla. O da onu bağışlamayacağını deyərək onu armaturla vurmağa davam etmişdir. Cibində olan lezvanı sol əlinə götürmüş və bir dəfə lezvanı möhkəm şəkildə sifətinin sağ tərəfinə çəkmişdir. Həmin vaxt öz əlindən də xəsarət almışdır. Ruhiyənin ciddi xəsarətlər aldığını görüb onu orada qoyub çıxıb piyada Zərdab şəhərinə, oradan da Allahqulubağı kəndinə, evlərinə getmişdir. Valideynlərinə Ruhiyyəni vurmasını demişdir. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş. Tutduğu əməldən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, 2016-cı ildə Namiqlə qarşılıqlı razılıq əsasında boşanmışlar. Boşandıqdan sonra da bir yerdə yaşamışlar. Aralarında uşaqlarla bağlı münaqişə olmuşdur. 30 dekabr 2019-cu ildə xalası qızıgildə olan zaman Elşəndən xahiş etmişdir ki, onu evinə aparsın. Elşən də saat 00:30 radələrində Faiq ilə gəlib onu aparmışdır. Evə catan zaman saat 01 radələri olmuş, maşından düşəndə evlərinin yaxınında Namiqi görmüşdür. Namiq onu görən kimi “mənim uşaqlarımı sən belə saxlayırsanmı? “ deyib əlində olan dəmirlə onun hər iki ayaqlarına bir neçə dəfə vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxılanda Namiq yerdə də onu armaturla bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bu vaxt Namiq əlindəki ülgüclə, yəni lezva ilə bir dəfə möhkəm şəkildə onun sifətinin sağ tərəfinə vurmuş, sifətindən qan açılmış və o, oradakı içində su olmayan kanala düşmüşdür. Namiq onun ciddi xəsarət aldığını və anasının qışqıraraq oraya gəldiyini görüb qaçıb getmişdir. Evləri onun xəsarət aldığı yerə yaxın olduğundan həmin vaxt anası oraya çatmış, anası Elşənə zəng etmiş, Elşən də təxminən 5-10 dəqiqə sonra öz maşını ilə gəlib onu Zərdab RMX-na aparmışlar. Telefonla Namiqlə hadisədən bir gün qabaq danışarkən o da Namiqi söymüş, Namiq də demişdir ki, gəlib səni şikəst eləyəcəm. Ona hədə-qorxu gəlmişdi. Namiq demişdir ki, uşaqları mənə göstərmirsən. Namiq ilə barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmədə Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Şahid2 ifadəsində göstərmişdir ki, 30 dekabr 2019-cu ildə saat 21 radələrində kafedə olarkən Ruhiyyə ona zəng edib Zərdab şəhərində xalasıgildə olmasını, onu evlərinə aparmasnı bildirmişdir. Ancaq kafedə müştəri olduğuna görə saat 00:30 radələrində Ruhiyyəni Faiqlə birlikdə evlərinə aparmış, evlərinin yanında düşürmüşdür. Bir müddət keçdikdən sonra Ruhiyyənin anasının zəngi ilə gəlib onu xəstəxanaya aparmışdır. Xəstəxanada bilmişdir ki,ona xəsarət yetirən şəxs keçmiş əri Namiqdir. Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Şahid4 ifadəsində göstərmişdir ki, 29 dekabr 2019-cu ildə saat 03 radələrində Ruhiyyə taksi ilə uşaqları onların yanından aparmaq üçün gəlmiş və aparmışdır. 31 dekabr 2019-cu ildə saat 07:30 radələrində Namiq evə gəlmişdir. Onun əlləri qan içində olmuşdur. Namiq ona Ruhiyyəni vurduğunu demişdir. Polislər gəlib Namiqi aurmışdır. Şahid5 məhkəmədə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 30 dekabr 2019cu ildə axşam saatlarında onlara gəlmiş, həmin gün o, uşaqları və qardaşının ailəsi də onlarda olmuşdur. Ruhiyyə həmin gün bir neçə saat onlada qalmış, söhbətləşmişlər. Saat 12-dən sonra Ruhiyyə taksiyə zəng etmişdir ki, gəlib onu aparsın. Bir azdan taksi gəlmiş, Ruhiyyəni evdən yola salmış, arxasınca çıxmamış, ona görə də taksinin də kim olduğunu bilməmişdir. 31 dekabr 2019-cu ildə saat 09 radələrində işlədiyi gözəllik salonunu açmaq üçün işə getdikdə salonun yanında qonşu mağazada işləyən oğlanın deməsindən bilmişdir ki, Ruhiyyəyə xəsarət yetirilmişdir. 31 dekabr 2019-cu il tarixdə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, hadisə yeri Zərdab şəhəri 51 saylı qəsəbədə “köhnə RTS”-in həyəti” deyilən açıqlıq ərazidə, Zərərçəkmiş şəxs anası Şahid1 ilə birgə yaşadığı həyətin yaxınlığında yerləşir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən 01 ədəd armatur (metal parçası), 01 ədəd ülgüc (lezva) və otun üzərindən qan nümunələri aşkar edilib götürülmüşdür. 03 fevral 2020-cu il tarixli 27-MTKŞ/2020 saylı rəyində görünür ki, maddi sübutların məhkəmə-tibbi kriminalistik tədqiqinə əsasən Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 1 nömrəli predmet zavod üsulu ilə hazırlanmış məişət təyinatlı təraş alətinin ülgücüdür və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş 2 nömrəli predmet zavod üsulu ilə hazırlanmış təsərrüfatməişət təyinatlı armatur alətidir və soyuq silah hesab edilmir. 03 fevral 2020-ci ildə 2463 nömrəli məktubla «xxxxxxxxxxxxxxxx» MMC-dən daxil olmuş, məktuba əlavə edilmiş CD diskinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan 29 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla danışıqlar olmuşdur. ***-***-**-** nömrəli mobil telefonla ***-***-**-** nömrəli mobil nömrə arasında mesajlaşma olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə 29.12.2019-cu il tarixdə saat 17:59:23-də mesaj yazmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri arasında telefon danışıqları və mesajlaşmalar müəyyən edilməmişdir. 04 fevral 2020-cu il tarixli 38/2020 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0(İ)–dir. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A/H(İİ)-dir.Ekspertizaya təqdim olunmuş ülgüc, dayaq dəmiri, bir yığım ağac çöpü, Zərərçəkmiş şəxs məxsus köynək(gödəkçə), N.A. Abdullayevə məxsus cins şalvarın üzərində olan ləkələrdə insan qanı aşkar olundu. BU qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda dayaq dəmiri, bir yığım ağac çöpü, və Zərərçəkmiş şəxs məxsus köynək(gödəkçə) üzərində olan ləkələrdə yalnız H antigeni alındı.H antigeni 0(İ) qrupun əsasını təşkil etdiyi üçün yalnız onun alınması ləkələrdə həmin qruplu qanın olmasını göstərir. Bu halda göstərilən qan ləkələri AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ülgüc və Təqsirləndirilən şəxs məxsus cins şalvarın üzərində olan ləkələrdə isə qan qrupunun təyini zamanı A və H antigenləri alındı. Belə ki, ləkələrin bir şəxsə məxsus olduğu halında həmin qan A/H/(İİ) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Qan ləkələrinin bir neçə şəxsin qanı hesabına yaranması halında ləkələrdə A/H(İİ), A(İİ),0(İ) qruplu şəxslərin qarışmış qanlarının olması mümkündür. Bu halda isə ləkələrdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarışmış qanlarının olması inkar olunmur. 19 fevral 2020-ci il tarixli 88 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli jaketin və Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins şalvarın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 N-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins şalvarın səthi üzərindən tapılmış qara rəngli elastan kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli jaketin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli jaketin səthi üzərindən tapılmış açıq-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. 20 fevral 2020-ci il tarixli 89 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən metal parçası zavod üsulu ilə hazırlanmışdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən predmet (ülgüc) zavod üsulu ilə hazırlanmış, kəsici xassəyə malik, məişət təyinatlı ülgücdür, soyuq silah hesab edilmir. Məhkəmə tibbi ekspertizasının 26 fevral 2020-ci il tarixli, 34 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ qulaq sırğalığında kəsilmiş yara, sifətin sağ yarısında kəsilmiş yara, sağ bazuda, sağ baldırda və sağ budda yumşaq toxumaların əzilməsi, qançırlar. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən sağ qulaq seyvanında və sifətin sağ yarısında olan kəsilmiş yaralar –iti kənarlı əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən lezva ilə vurularaq yetirilməsi üçün xarakterikdir, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir. Qeyd edilən kəsilmiş yara xəsarətlərinin yetirilmə müddəti 31 dekabr 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs sifət nahiyəsində olan xəsarət üzün sağ yarısında asimmetriya əmələ gətirdiyi və sifətdə yerləşdiyi üçün silinməz hesab olunur, belə ki, onun aradan götürülməsi üçün cərrahi müdaxilə zəruridir. Zərərçəkmiş şəxs sağ bazu, sağ baldır, və sağ bud nahiyyələrində olan qançırlar və yumşaq toxumaların əzilməsi –küt əşya təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş dəmir armaturla vurulma nəticəsində əmələ gələ bilərdi, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir. Qeyd edilən qançır və yumşaq toxumaların əzilməsi xəsarətlərinin yetirilmə müddəti 31 dekabr 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən o müxtəlif duruş vəziyyətlərində ola bilərdi, lakin daha çox ehtimal olunan duruş vəziyyəti onun və ona xəsarət yetirən şəxsin ayaqüstə və üzbəüz olduqları vəziyyətdir. 05 mart 2020-ci il tarixli 153 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə olunan xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, törətmiş olduğu əməli düzgün qavrayıb, həmin hadisə barəsində düzgün ifadə verə bilər, hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Hazırda, ekspertiza zamanı öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. CD diskinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan 29 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə 29.12.2019-cu il tarixdə saat 17:59:23-də mesaj yazmışdır. ***-***-**-** nömrəli mobil telefonla ***-***-**-** nömrəli mobil nömrə arasında mesajlaşma olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsi arasında müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri arasında telefon danışıqları və mesajlaşmalar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla bacısı x1 istifadəsində olan ***-***-**-** nömrəli və yeznəsi x5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonlarla 31 dekabr 2019-cu il tarix saat 03:24:04-dən başlayaraq 07:59:52 saatına kimi müddətlərdə 5 dəfə telefon danışıqları olmuşdur. 21 sentyabr 2019-cu il tarixli AZ № 328235 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə x4 arasında bağlanmış nikah 22 noyabr 2016-cı il tarixdə ləğv olunmuş, sonuncuya “Abuzərova” soyadı verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 təqdim edilmiş 13 yanvar 2020-ci il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Təqsirləndirilən şəxs 2007- ci il təvəllüdlü Nihalə adlı və 2008-ci il təvəllüdlü Natiq adlı iki azyaşlı uşaqları vardır. Zərərçəkmiş şəxsin ərizəsi və iş materialından görünür ki, həmin uşaqların Təqsirləndirilən şəxs faktiki atası olsa da, onun himayəsində olmamış, onların qayğısına qalmamış, onların alimentini belə verməmişdir. 22 noyabr 2016-cı ildə isə Ruhiyyə ilə olan nikahları pozulmuşdur. Məhkəmə hesab edir ki, uşaqla Odur ki, məhkəmə Təqsirləndirilən şəxs iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmir. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs ilə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin heç bir tələbi və şikayəti olmaması onun cəzasını yüngülləşdirən hallardar. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x3 tələbnaməsindən görünür ki,Təqsirləndirilən şəxs Zərdab rayon Məhkəməsinin 28.06.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 03 il azadlıqdan məhrum edilmiş, 16.04.2005-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Daha sonra 17.10.2007-ci ildə Zərdab rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 152-ci, 128-ci maddələri ilə təqsirli bilinib 02 il 10 ay müddətinə azadlıqdan məhrum edilmiş, 17.08.2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə CM-nin 60-cı maddəsinin “təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” müddəası nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Ekspertiza xərci 102 manat 54 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs AzərbaycanRespublikası CM-nin126.1-ci maddəsi ilətəqsirlibilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbs edildiyi vaxtdan 31 dekabr 2019-cu ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən gücündə saxlanılsın. Maddi sübut olan və ZərdabrayonPŞ-də saxlanılan 01 ədəd metal parçası, 01 ədəd məişət təyinatlı ülgüc, qan nümunələri məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli jaket və Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli cins şalvar sahiblərinə qaytarılsın. Ekspertiza xərci 102 (yüz iki) manat 54 (əlli dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində ŞəkiAğır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-71/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-71/2020
04.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver