Məhkəmə qərarları › İş №1(091)-71/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-71/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-71/2021 29.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət X3 prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxx 1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Günəş küçəsi ev 31-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Günəşli bağ massivi 3 küçədə yaşamış, xx xxxxxx 2020-ci ildən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı islas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 3-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində mişar daşından inşası başa çatdırılmamış yarımçıq evin içərisində əkib becərilməsi qadağan olunmuş xeyli miqdarda, yəni 8 ədəd 52-345 sm-dək hündürlüyündə narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etmiş və həmin narkotik tərkibli çətənə bitkilərini yetişdirdikdən sonra, satış məqsədi ilə qeyd olunan çətənə kollarının bir hissəsini doğrayaraq kultivasiya etdiyi çətənə bitkilərinin ətrafına töküb qurudaraq kustar üsulla qanunsuz olaraq hazırlayaraq, əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 4 kq 122,34 qram olan narkotik vasitə qurudulmuş marixuananın 4 kq 115 qram hissəsini çətənə bitkilərinin ətrafında, təmiz çəkisi 7,34 qram olan hissəsini isə bir ədəd plastik qutunun içərisinə qablaşdırmaqla yaşadığı evin yataq otağındakı çarpayının altında gizlətməklə qanunsuz olaraq saxlamışdır. xx xxxxxx 2020-ci ildə saat 18 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 8 ədəd 52-345 sm-dək hündürlüyündə narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ümumi təmiz çəkisi 4 kq 122,34 qram yəni külli miqdarda qurudulmuş marixuana yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində mişar daşından inşası başa çatdırılmamış yarımçıq tikilinin içərisindən və yaşadığı evin yataq otağındakı çarpayının alıtndan aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ( ibtidai araşdırma zamanı özünü təqsirli bilmişdir.) ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri,H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısından keçən zaman kağıza bükülmüş toxum tapmış və gətirib evində saxlamışdır. Narkotik vasitə olan marixuananın istifadəçisi olduğu üçün və toxumları tandığından həmin toxumların marixuana toxumu olduğunu bilmiş, buna görədə tapdığı marixuana toxumlarını özü istifadə etmək üçün yaşadığı evə gətirib saxlamışdır. Lakin narkotik vasitə hesab edilən çətənə kollarının toxumlarını 2020-ci ilin may ayının əvvəllərində yaşadığı həyət evində yeni tikdirdiyi yarımçıq evin içərisində əkmişdir. Həmin toxumları əkdikdən sonra gündəlik suyunu verib onlara qulluq edirmişdir. Əkdiyi toxumlardan 9 ədəd çətənə kolu yetişmişdir. Lakin həmin kollardan biri yararsız olduğu üçün kökündən çıxardıb həmin kolu yolub ağacların dibinə qoymuşdur. xx.xx.2020-ci ildə saat 18:30 radələrində polis əməkdaşları mütəxəssis aqronomun iştirakı ilə onun yaşadığı Mingəçevir şəhər, Əfqan bağ massivindəki həyət evinə gəlmişlər və evinə baxış keçirmişlər. Baxış zamanı əkib becərdiyi narkotik tərkibli kollar aşkar olunmuşdur. Həmin həyətyanı torpaq sahəsindən 8 ədəd yaşıl rəngli kəskin iyli narkotik tərkibli bitkiyə oxşar bitkilər və yerə tökülmüş halda qurudulmuş marixuana aşkar olunmuşdur. Yaşadığı mənzilə baxış keçirilən zaman evin mətbəxi sayılan onun yatdığı çarpayının altından bir ədəd qutuda içərisində qurudulmuş marixuana aşkar olunmuş, həmin narkotik vasitə mariuxuana qablaşdırılmış, möhürlənmiş və tərəzidə çəkilmişdir Şahid X7 məhkəmədə ifadəsində göstərmişdir ki,xx.xx.2020-ci ildə saat 18 radələrində məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 3-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə qarşısında olan yarımtikilinin içərisində narkotik tərkibli çətənə koluna bənzər kollar aşkar olunmuşdur. Fərdi yaşayış evinin həyətində içərisində narkotik tərkibli çətənə koluna bənzər kollar olan yarımtikilinin qarşısına baxış keçirilmişdir. Yaşayış evinin qarşısında olan yarımtikilinin içərisindəki kollara baxış keçirilmiş və həmin yarım tikilinin içərisindən 8 ədəd qulluq olunmuş narkotik tərkibli çətənə koluna bənzər kollar, eləcədə kolların dibində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Evin mətbəxində Təqsirləndirilən şəxs yatdığı çarpayının altında olan plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şahidlər Şahid2 və Şahid3 şahid Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Şahid4 Fidail oğlu məhkəmədə ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri, H.Əliyev prospekti Mərkəzi Bazarın yaxınlığında bərbər işləyir.Təqsirləndirilən şəxs mütəmadi olaraq onun yanına saçını kəsdirmək üçün gəlirmişdir. Həmçinin Təqsirləndirilən şəxs onunla Mingəçevir şəhəri, Günəşli bağ massivində qonşuluqda yaşayırmışdır. Hazırda istifadəsində ***-***-**-** mobil nömrə vardır. Həmin nömrəsində “Whatsapp” mobil proqramıda aktivdir. Ona təqdim olunan, Təqsirləndirilən şəxs narkotik vasitə istəməsini əks etdirən səs yazıları və smslər ona məxsusdur. Təxminən 5-6 ildir ki, narkotik vasitə marixuanadan istifadə edirmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq onun yanına saçını kəsdirmək üçün gəlmişdir. Rayiv onun narkotik vasitə marixanandan istifadə etdiyini bildiyi üçün ona lazım olan vaxt narkotik vasitə marixuana verə biləcəyini bildirmiş və arabir ona narkotik vasitə olan marixuana vermişdir. Təqsirləndirilən şəxs ona narkotik vasitə marixuananı həmişə pay vermişdir. O, isə bunun müqabilində Rayivin saçını həmişə pulsuz kəsmişdir. Rayivdən narkotik vasitəni pulsuz almışdır. Bunun müqabilində Rayivin saçını kəsmiş və arabir Rayivə bir paket siqaret alıb vermişdir. Rayivin narkotik vasitə olan marixuananı kimlərdən əldə etdiyini bilmirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasından xəbəri olmamışdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli,17/498 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış vərəqədə “Vət.Təqsirləndirilən şəxs evnin həyətindən aşkar olunmuş...qurudulmuş halda...” sözləri yazılmış 02 (iki) ədəd sintetik kisələrin içərisindəki, ayrı-ayrılıqda təmiz çəkiləri – 2kq 130 qram və 1 kq 985 qram, ümumi təmiz çəkisi – 4 kq 115 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş bir ədəd qabda olan..kütlə...”sözləri yazılmış 01 (bir) ədəd sellafon torbanın içərisindəki 01(bir) ədəd plastik qutuda,təmiz çəkisi -7,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış vərəqədə “Vət.Təqsirləndirilən şəxs yaşadığı...evindən aşkar olunmuş narkotik tərkibli bitkilər...”sözləri yazılmış 05 (beş) ədəd sintetik kisənin içərisindəki, ümumilikdə 08(səkkiz) ədəd hündürlükləri 52 sm-dən 345 sm-dək, yaş vəziyyətdə, ümumi təmiz çəkisi-25 kq 905 qram bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X1 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 08 (səkkiz) ədəd çətənə (kannabis) bittkiləri ilə 02 (iki) ədəd sintetik kisədə və 01 (bir) ədəd plastik qutuda qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 901 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-komputer texniki ekspertizasının xx.xx.2020-ci il tarixli,5/783 nömrəli rəyindən görünürki,təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 4.4.2” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy S4 mini” markalı “GT-İ9192” modeli “**********70987,**********70985” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy S4 mini”markalı “GT-İ9192” modelli mobil smartfonun yaddaşında mövcüd olan və yaddaşından pozulmuş (kontaktlar, multimedia (foto,video,audio) fayllar ”Whatsapp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş DVD-R diskə). xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Samsung S4 mini markalı mobil telefona tərəfimdən baxış keçirilən zaman mobil telefonda Whatsapp proqramında adı “X9” kimi qeyd olunan ***-***-**-** mobil nömrəli kontakla səs danışıqlarına baxış zamanı həmin şəxsin Təqsirləndirilən şəxs mütamadi olaraq hər hansı bir şey istəməsini əks etdirən səs yazıları müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, narkotik vasitə çətənə bitkilərini özü istifadə etmək üçün əkmiş və toplamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarı, 500 qramdan çox isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə qurudulmuş marixuana 4 kq 115 qram və 7,34 qram olmuşdur. Bitkilər isə 8 ədəd olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə çətənə bitkilərini özü istifadə etməsi üçün əkməsinə və toplayaraq saxlamasına dair ifadəsində göstərdiyi xüsusatları səmimi, obyektiv və həqiqi ifadələr kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi ilə saxlamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BSİİ- nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu barədə məlmat yoxdur. Eyni zamanda, məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdırlar. Azərbaycan Respublikası CM-nin 59-cü və 61-ci maddələinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri olmasa da, cinayət törədilərkən istifadə etdiyi telefon əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunmalıdır. Təqsirləndirilən şəxs CM-nin 56.1.2- ci maddəsinə əsasən təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, 14 avqust 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ekspertiza xərci 95 (doxsan beş) manat 91 (doxsan bir) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.1ci maddələri ilə təqsirli bilinsin. CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.1-ci maddəsi ilə 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 12 avqust 2020-ci ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 95 ( doxsan beş) manat 91 (doxsan bir) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan iki ədəd sintetik kisədə və bir ədəd plastik qutuda ekspertizadan sonra təmiz qalıq çəkisi 4 kq 122,19 qram olan narkotik vasitə – qurudulmuş marixuana, beş ədəd sintetik kisənin içərisində narkotik tərkibli çətənə (kannabis) bitki ekspertizadan sonra təmiz qalıq çəkisi 25 kq 904,60 qram yaş vəziyyətdə əkilib becərilməsi qadağan olunmuş 8 ədəd çətənə bitkisi məhv edilsin. Təqsirləndirilən şəxs məxsus Samsung Galaxy S4 mini markalı mobil telefon əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar