Məhkəmə qərarları › İş №1(091)-71/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-71/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-71/2023 15.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax şəhəri Nizami prospekti ev 53, mənzil 11-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,540 qram külli miqdarda psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda, həmçinin 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə ümumi təmiz çəkisi 2,823 qram külli miqdarda narkotik vasitə olan heroini 16 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Yevlax şəhəri C.Cabbarlı küçəsində 135 manat pul müqabilində X3 qəsdən satış məqsədi ilə qanunsuz olaraq alaraq əldə edib saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 1730 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Yevlax şəhəri C.Cabbarlı küçəsində Yevlax RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib orada həmin günü saat 1845-dən saat 1910-dək olan müddətdə videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi-axtarış keçirilərkən onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 4,540 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və qəsdən satış məqsədi ilə qanunsuz olaraq Rizvan Abbasovdan 135 manat pul müqabilində əldə edib saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,450 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,373 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin olmaqla cəmi təmiz çəkisi 2,823 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadə verməkdən imtina etmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, tutulmamışdan təxminən 8-10 gün əvvəl axşam saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrosunun yaxınlığında olarkən əvvəlcədən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitə təklif etmiş, həmin şəxsə 100 manat verərək bir büküm psixotrop maddə olan metamfetamin almışdır. 16 sentyabr 2022-ci il tarixdə Yevlax şəhərində olan zaman Yevlax şəhər sakini olan tanışı X7 ilə əlaqə saxlayaraq sonuncudan özü istifadə etmək üçün narkotik vasitə olan heroin istədikdən sonra həmin gün axşam saatlarında Yevlax şəhəri, C.Cabbarlı küçəsində Rizvanla görüşüb 135 manat verərək iki bükümdə narkotik vasitə olan heroin almışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Yevlax şəhəri, C.Cabbarlı küçəsində Bakı şəhərində tanımadığı şəxsdən aldığı metamfetamin və Yevlax şəhərində X3 aldığı heroinlər üzərində hərəkət edən vaxt Yevlax rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək rayon polis şöbəsinə getməsini təklif etmiş, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Yevlax RPŞ-nə getmişdir. Yevlax Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cizgili şalvarının sağ yan cibində saxladığı 02 (iki) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinləri və 01 (bir) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxardaraq təqdim etmişdir. Aşkar olunan narkotik vasitə və psixotrop maddə qablaşdırıldıqdan sonra götürülmüş, polis əməkdaşlarına metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən, heroini isə Yevlax şəhər sakini Bəhruz adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsində əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə Yevlax şəhəri Nizami prospekti ev 53, mənzil 11-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Post Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid2 ilə birlikdə saat 1730 radələrində Yevlax şəhəri C.Cabbarlı küçəsində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Yevlax rayon Polis Şöbəsinə gəlmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə və 02 (iki) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs metamfetamini Bakı şəhərində tanımadığı şxsdən, heroini isə Yevlax şəhər sakini Rizvan adlı şəxsdən şəxsi istifadəsi üçün alığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X11 Patrul Xidmət Bölüyündə polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 17/737 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 02 (iki) ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroinə və 01 (bir) ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddə 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 4,540 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,450 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,373 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli 1892 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 20 sentyabr 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən üç ayrı-ayrı bükümlərdə iki bükümdə çəkiləri müvafiq olaraq 2,56 qram və 4 qram narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd bükümdə çəkisi 4,78 qram olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 29, 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X5 rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1584 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon narkoloji kabinetində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon X1 Kabinetindən daxil olmuş 26 sentyabr 2022-ci il tarixli PHŞ-6392/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1730-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin miqdarı, ayrı-ayrı olmaqla üç bükümdə, iki çeşiddə olması və işdə olan digər sənədlər əsas verir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutlduğu 20 sentyabr 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 102,12 AZN (yüz iki manat on iki qəpik) ekspertiza xərci təqsirləndirilən şəxs X4 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 102,12 AZN (yüz iki manat on iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 4,490 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1,350 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1,273 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar