Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-71/2024 28.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İ instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X6, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi4 iştirakları ilə xx.xx.1986-cı ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ali təhsilli, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, xx.xx.1976-cı ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarında, yəni 0,34 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı və külli miqdarda ümumilikdə 2,376 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək üçün 24 iyul 2023-cü il tarixdə saat 07 radələrində Ağsu rayonu ərazisinə gəlib Ağsu dolaylarından Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədilə külli miqdarda, yəni 1100,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda, yəni 1050,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və külli miqdarda, yəni 510,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından əldə etmiş, həmin tarixdə saat 07 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu dolaylarında Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılıb rayon X15 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada qeyd edilən tarixdə saat 0740-də üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən, əyninə geydiyi göy rəngli cins şalvarın sağ yan cibindən istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi bir ədəd kağız bükümdə 0,34 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd selofan və bir ədəd kağız bükümdə ümumilikdə 2,376 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, eləcə də həmin tarixdə saat 0850də idarə etdiyi Kia Cerato markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə hərəkətləri aparılarkən avtomobilin yük yerindən 24 iyul 2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından əldə etdiyi bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 1100,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 1050,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 510,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 əvvəlcədən tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək üçün Ağsu rayonu ərazisinə gəlmiş 24 iyul 2023-cü il tarixdə saat 07 radələrində Ağsu dolaylarında satış məqsədilə külli miqdarda, yəni 1100,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 1050,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psxiotrop maddə olan metamfetamini və 510,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmiş, həmin tarixdə saat 07 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu dolaylarında Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılıb rayon X15 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada qeyd edilən tarixdə saat 0850-də Təqsirləndirilən şəxs1 idarə etdiyi Kia Cerato markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə hərəkətləri aparılan zaman avtomobilin yük yerində bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 1100,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 1050,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada 510,0 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, taksi sürücüsü olmaqla həmkəndlisi və uzaq qohumu olan Təqsirləndirilən şəxs2 ona zəng vuraraq Ağsu rayonunda türmə yoldaşı ilə görüşəcəyini bildirmiş, bunun müqabilində əgər axşama kimi gözləyəcəyi halda sonuncu ona 200 manat verəcəyini demişdir. Ağsu rayonuna çatan zaman İlqar ona az miqdarda narkotik vasitə götürəcəyi yer olduğunu demiş, səhər saat 06 rədələrində həmin yer olan Ağsu dolaylarındakı restoranın qabağına çatmışlar. İlqar onun mobil telefonundan istifadə etməklə İran İslam Respublikasının vətəndaşından götürəcəyi narkotik vasitənin konumunu götürmüş, sonuncu ona ancaq 300 qram marixuanaya görə getdiyini bildirmişdir. Həmin əraziyə çatan zaman İlqar xəstə olduğu üçün avtomaşından düşərək orada böyük qutunu görmüş, həmin vaxt polis əməkdaşları biri onun istiqamətinə, digəri isə göyə olmaqla iki dəfə atəş açmışdır. İlqarı tutub yerə yıxmış, sonra isə onu tutmuşlar. 15 dəqiqə sonra post-patrul xidmətinin avtomaşını oraya gəlmiş, onu da həmin avtomaşına mindirmişlər. Ağsu rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 orada olan qutunu onların avtomaşınının arxa yük yerinə qoymuş, onları post-patrul avtomaşını ilə rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində avtomaşınında narkotik vasitə aşkar olunduğunu bildirmiş, bu işi boynuna almayacağını dedikdə onu döyərək bir-iki şillə vurmuşlar. Ailəsi ilə hədələyib qorxutduqlarına görə İlqarla birlikdə 300 qram narkotik vasitə almalarına dair sənədə imza edəcəklərinə razılıq vermiş, saat 13 radələrində avtomaşına keçirilən baxış zamanı da oradan aşkar olunmuş qutudan məlumatı olmadığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 23 iyul 2023-cü il tarixdə axşam vaxtlarında Bakı şəhərində həmkəndlisi Təqsirləndirilən şəxs2lə görüşən zaman sonuncu ona gecə saat 0400 radələrində Biləcəri qəsəbəsində qaldığı hoteldən götürüb, Ağsu rayonuna aparmasını tapşırmış, 24 iyul 2023-cü il tarixdə saat 04 radələrində icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olduğu Kia Cerato markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 qaldığı hoteldən götürüb Ağsu rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Yolda İlqar ona Ağsu rayonunda olan tanışı ilə görüşmək istədiyini, oradan 1-2 qram narkotik vasitə götürüb qayıdacağını bildirmişdir. Yolda gələrkən İlqar özünə məxsus telefonun enerjisinin bitdiyinə görə ondan telefonunu verməsini xahiş etmiş, İlqar mobil telefonu ondan aldıqdan sonra kiminləsə danışmağa başlayaraq həmin şəxsə “çatıram, gəlirəm, yoldayam” kimi sözlər demişdir. Saat 07 radələrində Ağsu dolaylarına çatan zaman mobil telefonunu İlqardan alıb telefonunun mesajlarına baxarkən telefonunda tanımadığı şəxsdən ona konum yeri atıldığını görmüş, İlqardan bu barədə soruşduqda sonuncu ona həmin yerdə bir az narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni götürüb gedəcəklərini bildirmişdir. Bundan sonra konumun qeyd edildiyi yerə getmiş, İlqar ona ayağı ağrıdığına görə gedib narkotik vasitəni götürüb gətirməsini bildirmişdir. Bundan sonra o, yarımçıq tikilinin yanında yerdə, selofan torba görmüş, torba böyük olduğundan torbaya toxunmadan İlqarı çağıraraq, onu hara gətirdiyini soruşmuşdur. Bu vaxt Ağsu rayon Polis Şöbəsinin əməkdaşları həmin yerə yaxınlaşaraq onların hər ikisini rayon Polis Şöbəsinə aparmışlar. Ağsu rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ cibindən, bir ədəd kağız bükümdə olan marixuananı, bir ədəd kağız bükümdə olan metamfetamini, iki ədəd selofan bükümdə olan metamfetamini çıxararaq təhvil vermişdir. Daha sonra polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilən zaman avtomobilinin yük yerindən bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada olan qurudulmuş marixuana, bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada olan psixotrop maddə - metamfetamin və bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetamini tutulmamışdan bir gün qabaq Bakı şəhərindən tanımadığı şəxsdən almışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tik-Tok sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə 300 qram marixuananı sonuncunun dediyi yerdən götürüb dediyi yerə aparacağını razılaşaraq uzaq qohumu və həmkəndlisi İbrahm Quliyevə sonuncuya məxsus avtomobil ilə onu Ağsu rayonuna aparmasını xahiş etmiş, 23 iyul 2023-cü il tarixdə saat 0630-da Ağsu dolaylarında İranlının İbrahimin mobil telefonuna göndərdiyi konumun göstərdiyi yarımtikilinin qarşısına gəlmişlər. Onun səhhətində narahatçılıq olduğuna görə İbrahimdən düşüb 300 qram marixuananı götürməsini bildirmiş, İbrahim avtomaşından düşdükdən sonra iki dəfə atəş açıldığını eşitmişdir. Polis əməkdaşları meşənin içərisində onları gözləmiş, həmin vaxt iki nəfər polis əməkdaşı ona tərəf gələrək avtomaşının sürücü tərəfdən oturacağından onu dartıb çölə çıxartmışlar. Polislər onu döyərək orada nə işləri olduqlarını soruşmuş, Şahid1 adlı polis əməkdaşı yerdəki qutunu götürüb İbrahimin avtomaşınının yük yerinə qoymuşdur. Sonra onları polis şöbəsinə apararaq Şahid1 ona türməyə gedəcəyini bildirmiş, video-çəkiliş zamanı həmin yerə 300 qram narkotik vasitə olan marixuanaya görə gəldiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 23 iyul 2023-cü il tarixdə saat 2330 radələrində Bakı şəhərində olarkən, İran İslam Respublikasının vətəndaşı ona zəng edərək, Təqsirləndirilən şəxs1 da dediyini, Ağsu dolaylarında 300-400 qram narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni götürüb Bakı şəhərində deyəcəkləri yerə atmağını, qeyd olunanları etdikdən sonra ona pul verəcəklərini bildirmişdir. Bundan sonra həmkəndlisi Təqsirləndirilən şəxs1 qaldığı hotelə gələrək ona birlikdə Ağsu dolaylarına getməyi, orada olan narkotik vasitə qurudulmuş marixuananı götürüb Bakı şəhərinə gətirməsini təklif etmişdir. X16 Respublikasının vətəndaşının ona da zəng etdiyini, gedib narkotik vasitəni götürüb gətirməsini bildirmişdir. Bundan sonra İbrahimin idarə etdiyi Kia Cerato markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib, birlikdə Ağsu rayonuna getmiş, yolda olarkən İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs narkotik vasitənin olduğu yerin konumunu mesaj formasında İbrahimin telefonuna göndərmişdir. 24 iyul 2023-cü il tarixdə saat 07 radələrində Ağsu dolaylarına çataraq konumun göstərildiyi yerə getdikdən sonra İbrahim özü avtomobildən düşüb narkotik vasitəni gətirməyə getmiş, bir qədər sonra polis əməkdaşları həmin yerə gələrək onları Ağsu rayon Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşları onları saxlayan zaman İbrahim özünə məxsus mobil telefonu qırmağını dediyi üçün o da İbrahimin mobil telefonunu sındırmışdır. Ağsu rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində hansısa qanunsuz əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs2 məxsus avtomobilə baxış keçirilən zaman isə avtomobilinin yük yerindən bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada olan qurudulmuş marixuana, bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada olan psixotrop maddə-metamfetamin və bir ədəd üzəri yapışqan lentlə sarınmış selofan torbada olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 23 07.2023-cü il tarixdə Beyləqan rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağsu rayonu ərazisində narkotik vasitə və psixotrop maddələr əldə etmələri, daşımaları, üzərində saxlamaları və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın rəisi Şahid2, əməliyyat müvəkkilləri Şahid3, Şahid4, İTB-nin rəisi Şahid5, İTB-nin sahə rəisi Şahid6, PPXB-nin manqa komandiri Şahid7, manqa komandiri Şahid8 və polis nəfəri Şahid9 ilə birlikdə Ağsu rayonu ərazisində yerləşən Ağsu dolaylarına getmiş, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağ rəngli Kia Cerato markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobillə dolaylarda hərəkətdə olduqlarını, sonra dolaylarda yarımçıq tikili olan yerə daxil olub avtomobili döndərərək yol istiqamətində saxlamasını görmüşlər. Avtomobili idarə edən Təqsirləndirilən şəxs1 avtomobildən yerə düşərək avtomobili söndürmədən yarımçıq tikiliyə getmiş, həmin yerdən bir ədəd qara rəngli torbanı götürərək gətirib avtomobilin yük yerinə qoymuşdur. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli sellofan torbanı avtomobilin yük yerinə qoyduqdan sonra avtomobilinin sükanı arxasına əyləşmək istəyərkən onlar dərhal avtomobilə yaxınlaşaraq Təqsirləndirilən şəxs1 avtomobilə əyləşməsinə icazə verməmiş, hər iki şəxsi saxlayıb rayon polis şöbəsinə gətirimişlər. Rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli, cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan marixuanaya, 3 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim edərək həmin kütlələri Bakı şəhərindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddə elektron tərəzidə çəkilmiş və narkotik vasitə olan marixuananın çəkisi, bükümlə birlikdə 1,34 qram, kağız bükümdə olan psixotrop maddə olan metamfetaminin çəkisi, bükümlə birlikdə 0,25 qram, selofan bükümlərdə olan psixotrop maddə olan metamfetaminlərin çəkiləri müvafiq olaraq, bükümlərlə birlikdə 0,41 və 2,77 qram təşkil etmişdir. Sonra Təqsirləndirilən şəxs1 məxsus avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən qara rəngli sellofan torbanın içərisində yapışqan lentlə sarınmış çəkisi 1,235 kq olan içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, çəkisi 1,140 kq olan içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə, çəkisi 0,540 kq olan içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Təqsirləndirlən şəxslərə heç bir zor tətbiq edilməmiş, hər ikisi narkotik vasitənin özlərinə məxsus olmasını etiraf etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi işləyən Şahid2, əməliyyat müvəkkilləri Şahid3, Şahid4, X1 rəisi işləyən Şahid5, sahə rəisi işləyən Şahid6, Post Patrul Xidmət Bölüyünün manqa komandiri işləyən Şahid7, Şahid8 və polis nəfəri işləyən Şahid9 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon X9 Qrupunun təhqiqatçısı işləyən X11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqları faktiki olaraq polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 0730-da məhdudlaşdırıldığına görə hər iki şəxsin şübhəli şəxs kimi tutulmalarına dair protokola da qeyd olunan saatlar qeyd edilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir zor tətbiq edilməmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Protokoldakı saatlar protokolda qeyd olunan vaxtda aparılmış, video-çəkiliş zamanı onun mobil telefonunda saat 0958 görünməsi isə onun mobil telefonunun saatının səhv işləməsi ilə bağlı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/562 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş kütlələr” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,104 qram və 0,376 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 (bir) ədəd şəffaf sellofanın içərisindəki 03 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,634 qram, 0,614 qram və 0,648 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin bükümdə, təmiz çəkisi-0,53 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs1 idarə etdiyi ** AG *** d.q.n-lı Kia Cerato markalı avtomobildən götürülmüş kütlələr” sözləri, adlar və imzalar yazılmış 01 ədəd sintetik torbanın içərisindəki 01 (bir) ədəd üzəri yapışqan lentlə sarınmış sellofan torbada, təmiz çəkisi 1100,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. 01 (bir) ədəd üzəri yapışqan lentlə sarınmış sellofan torbada, təmiz çəkisi 1050,0 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 01 (bir) ədəd üzəri yapışqan lentlə sarınmış sellofan torbada, təmiz çəkisi-510,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş kütlələr” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki metamfetaminlər öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olub, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs1 idarə etdiyi ** AG *** d.q.n-lı Kia Cerato markalı avtomobildən götürülmüş kütlələr” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik torbanın içərisindəki metamfetamindən kimyəvi tərkib komponentlərinə görə fərqlənirlər. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə fərqlidirlər. Marixuana (kannabis) və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1690 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1691 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 26 avqust 2023-cü il tarixli, 2416 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının 26 avqust 2023-cü il tarixli, 2417 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə-tibb ekspertizasının 15.05.204-cü il tarixli 210 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 adına tərtib olunmuş tibbi sənədlərdə aşağıdakı xəsarətlər – hər iki bazu nahiyəsində saralmış qançır izləri, sol bilək nahiyəsində sıyrılmış səthi yara, hər iki daban nahiyəsində çatlar, sağ üz nahisəyində sıyrıq izi və hər iki ətrafda çoxsaylı postinyeksion yara izləri aşkar olunmuşdur. Tibbi sənədlərdə qeyd olunan xəsarətlər, məqsədyönlü şəkildə müxtəlif vəziyyətlərdə və şəraitdə özü tərəfindən özü-özünə yetirə bilərdi, özünün bədənində əlinin çatdığı nahiyələrdədir, yetirilmə müddətləri həbs olunma ərəfələrinə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 209 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş tibbi sənədlərdə onun sağ dirsək nahiyəsində bir ədəd sıyrıq xəsarəti olması qeyd olunmuşdur, xəsarəti məqsədyönlü şəkildə müxtəlif şəraitdə və vəziyyətdə özü-özünə yetirə bilərdi, xəsarət özünün əli çatan nahiyəsindədir, kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur. Yetirilmə müddəti həbs olunma ərəfələrə uyğun gələ bilər, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Məhkəmədə şahid qismində dindirilmiş məhkəmə-tibb eksperti X7 ifadəsində göstərmişdir ki, tibbi sənədlərdə təqsirləndirilən şəxslərin bədən səthində aşkar olunan xəsarətlərin əlçatan nahiyələrdə olduqlarına görə rəydə şəxslərin özləri tərəfindən yetirilə bilməsi qeyd edilmiş, həmin şəxslər şəxslərin özü və kənar şəxslər tərəfindən yetirilə bilməsi istisna olunmamışdır. Dabandakı dəri qalın olduğuna görə dabanı hər-hansı bir yerə vurduqda, həmçinin hansısa yerə vurduqda əmələ gəlməsi istisna olunmamış, əgər zərbə nəticəsində olsa ətrafında və dərinliyində mütləq qansızmalar olması nəzərdə tutulmuşdur. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Kia Cerato markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən bir ədəd bükümdə, bükümlə birlikdə çəkisi 1,235 kq psixotrop maddə olan metamfetamin, bir ədəd bükümdə, bükümlə birlikdə çəkisi 1,140 kq narkotik vasitə olan marixuana və bir ədəd bükümdə, bükümlə birlikdə çəkisi 0,540 kq olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd kağız bükümdə, bükümlə birlikdə çəkisi 1,34 qram narkotik vasitə olan marixuana, bir ədəd kağız bükümdə, bükümlə birlikdə çəkisi 0,25 qram psixotrop maddə olan metamfetamin, bir ədəd sellofan bükümdə, bükümlə birlikdə çəkisi 0,41 psixotrop maddə olan metamfetamin və bir ədəd sellofan bükümdə, bükümlə birlikdə çəkisi 2,77 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus Luck markalı qara rəngli mobil telefonun zənglər olan bölməsinə daxil olduqda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə saat 00:17 dəqiqədə, 00:58 dəqiqədə, 01:18 dəqiqədə, 01:43 dəqiqədə, 02:33 dəqiqədə, 03:37 dəqiqədə, 03:52 dəqiqədə və sair vaxtlarda danışıqlar aparılması müəyyən olunmuşdur. Bundan başqa mobil telefonun Whatsapp olan bölməsinə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə İran adı ilə qeyd olunmuş +**********30 saylı mobil nömrə arasında olan yazışmalarda +**********30 saylı mobil nömrə sahibinin Təqsirləndirilən şəxs2 istifadəsinə olan mobil nömərəyə Whatsapp ani mesajlaşma proqramı vasitəsilə konum yeri və şəkillər göndərməsi, həmin konum yerində Ağsu rayonu ərazisində yerləşən Ağsu dolaylarının qeyd olunması, şəkillərdə isə 24 iyul 2023-cü il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ağsu dolaylarında yerləşən yarımçıq tikilinin yanından əldə etdikləri narkotik vasitə və psixotrop maddələrin olduğu yerin görüntüləri göstərilmişdir. Bundan başqa şəkillərin altından “Bakıdan gələndə Ağsuya çatmamış işarələnən yerdən dönsün 100 metr qabaqda yarımtikili bina var onun arxasındadı” və “ bu işarə qoyduğum yerdə” sözləri yazılmışdır. Bundan başqa mobil telefonun Whatsapp olan bölməsinə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif şəxslərin istifadəsində olan Azar adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə, Yaşar adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə, Ceun Qaqa adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə, Batıdya adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə, Anar adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə, Man adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrələr arasında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə bağlı olan yazışmalar və danışıq səsləri aşkar olunmuşdur. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 1005 nömrəli arayışdan görünür ki, Quliyev X8 rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamışdır. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1006 nömrəli arayışdan görünür ki, Quliyev X4 rayonu Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamış, himayəsində 2015-ci il tarixdə doğulmuş Teymur Quluzadə və 2017-ci ildə doğulmuş Turqut Quluzadə adlı iki azyaşlı uşaqları vardır. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlığın məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhəkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 il 02 ay 03 gün vaxtından əvvəl azad edilmişdir. CM-in 18.2.2-ci maddəsinə əsasən ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivi müəyyən edilir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 0730-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 0730-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağsu rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağsu rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1, 234.4.2 və 234.4.3, Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3- 1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin 13 qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 də özünün etiraf etdiyi kimi İran İslam Respublikasının vətəndaşı ilə sonuncunun dediyi yerdən narkotik vasitəni götürməyə dair razılığa gəldikdən sonra bu barədə tanışı Təqsirləndirilən şəxs1 bildirmiş, hətta sonuncunun mobil telefonu vasitəsilə həmin şəxslə əlaqə saxlayaraq həmin telefona narkotik vasitənin olduğu yerin konumu atılmışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 Ağsu rayonuna narkotik vasitə götürmək üçün getmələrindən məlumatı olmamasına dair ifadəsini özünü müdfiə xarakterli olmaqla məsuliyyətdən yayınma məqsədilə verilən ifadə kimi qəbul edir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslərin narkotik vasitə psixotrop maddənin onlara məxsus olmamaqla polis əməkdaşları tərəfindən avtomaşına qoyulmasına və polis əməkdaşlarının təsir-təzyiqi nəticəsində etrafedici ifadlər vermələrinə dair ifadələrini məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxslərin heç biri onlara qarşı zor tətbiq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış və baxış zamanı aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin özlərinə məxsus olmalarını bildirmişlər. İstintaq təcridxanasına daxil olan zaman da təqsirləndirlən şəxslər izahatlarında aşkar olunmuş xəsarətləri polis əməkdaşları tərəfindən deyil, başqa şəraitlərdə aldıqdlarını bildirmişlər. Bundan başqa məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə-tibb ekspertinin də rəyindən göründüyü kimi həmin xəsarətlər təqsirləndirilən şəxsin özü tərəfindən yetirilməsi istisna olmamaqla məhkəmə-tibb ekspertinin qeyd etdiyi kimi şəxsin dabanında aşkar olunmuş çatlar kənar təsir nəticəsində baş verəcəyi halda həmin çatların ətrafında qançırların olması zəruridir ki, tibbi sənədlərdə bu barədə heç bir qeyd aparılmamışdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 üzərində heç bir narkotik vasitə aşkar edilməmiş, narkotik vasitə əsasən Təqsirləndirilən şəxs1 üzərindən və avtomaşınından aşkar olunmuşdur ki, sonuncu da avtomaşına baxış zamanı avtomaşının yük yerindən aşkar olunan narkotik vasitədən məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraart zamanı və məhkəmə icraatı zamanı demək olar ki, eyni məzmunlu ifadə verərək həqiqətən də Ağsu rayonuna narkotik vasitə dalınca gəldiyini bildirmişdir ki, bu zaman polis əməkdaşlarının onu hansısa etirafedici ifadə verməyə və ya narkotik vasitəni özünə məxsus olmasını qəbul etməyə məcbur etməsi məhkəmə üçün inandırıcı görünmür. Təqsirləndirilən şəxslərin üzərinə keçirilən şəxsi axtarış zamanı təhqiqatçının qolundakı saatla protokolda qeyd olunmuş saatın fərqli olmasına gəlincə isə məhkəmə tərkibi qeyd edir ki, təhqiqatçının özünün də qeyd etdiyi kimi onun mobil telefonun saatının səhv işləməsi tamamilə qəbul olunan haldır və məhkəmə burada şəxslərin təqsirliliyini şübhə altına alan hansısa hal müşahidə etmir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.4.1, 234.4.2 və 234.4.3, Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olmasıdır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal yoxdur. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə üçdə ikisindən az ola bilməz. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları xx.xx.2023-cü il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 93-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əzab çəkdiklərinə görə barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üç manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 51,83 AZN (əlli bir manat səksən üç qəpik), Təqsirləndirilən şəxs2 isə 51,82 AZN (əlli bir manat səksən iki qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Ağsu rayon Polis Şöbəsində saxlanılan 1100,12 qr. miqdarında narkotik vasitə qurudulmuş marixuana, 509,800 qr. miqdarında narkotik vasitə olan heroin, 1051,776 qr. psixotrop maddə olan metamfetamin məhv edilməli, Redmi markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1, Luck markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən olunmadı. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 24 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üç manat, altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 51,83 AZN (əlli bir manat səksən üç qəpik), Təqsirləndirilən şəxs2 isə 51,82 AZN (əlli bir manat səksən iki qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlsin. İş üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan 1100,12 qr. miqdarında narkotik vasitə qurudulmuş marixuana, 509,800 qr. miqdarında narkotik vasitə olan heroin, 1051,776 qr. psixotrop maddə olan metamfetamin məhv edilsin, Redmi markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1, Luck markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-71/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-71/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver