Məhkəmə qərarları › İş №1(091)-71/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-71/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-71/2025 17.09.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əfəndizadə Tural Qurbanəli oğlunun sədrliyi, hakimlər Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan tanışı, özünü Ramin adı ilə təqdim etmiş İran İslam Respublikası vətəndaşı ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməyə dair razılığa gələrək, qabaqcadan əlbir olub sonuncunun satdığı külli miqdarda narkotik vasitələrin şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə çatdırılması xidmətini həyata keçirilməsi üçün “WhatsApp” sosial şəbəkə vasitəsi ilə həmin istintaqa məlum olmayan şəxs tərəfindən narkotik vasitlələrin gizlədildiyi yerə dair yerləşmə məlumatları göndərildikdən sonra, 15 iyun 2024-cü il tarixdə, saat 20 radələrində cinayətdən xəbərsiz olan həyat yoldaşı X7 və yetkinlik yaşına çatmayan nəvəsi Təqsirləndirilən şəxs Ehtiram oğlu ilə birlikdə, taksi fəaliyyəti ilə məşğul olan qonşusu cinayətdən xəbərsiz olan Şahid4 məxsus və sonuncunun idarə etdiyi “Chevrolet cruze” markalı, **-ER-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Oğuz rayonuna gələrək, Oğuz şəhərində qəbirstanlığın yaxınlığında avtomobildən düşərək, orada olan dəmir konstruksiyaların arasından sellofan bağlamaları götürərək, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, saxlamaqla, Oğuz rayonu ərazisində daşımış, həmin gün Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz şəhəri ərazisində yerləşən Oğuz qəbirstanlığının yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 21:15-dən başlayaraq rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əlində olan 01 ədəd göy rəngli sellofan bağlamanın içərisindən 04 (dörd) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri -395,0 qram, 410,0 qram, 365,0 qram, 350,0 qram olmaqla ümumi təmiz çəkisi - 1520,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, dostu İran İslam Respublikasında xalçanın baha olduğunu demişdir. O da İran İslam Respublikasında yaşayan şəxsə xalça yollamışdır. Məhkumluğu bitdikdən sonra azadlığa çıxmışdır. Həmin vaxt İrana xalça yolladığı şəxs ona zəng etmişdir. Həmin şəxs ona zəng edərək xalçanın onda olduğunu, xalçanın hələdə satılmadığını, bunun əvəzinə ona 80 qram marixuana yollayacağını bildirmişdir. O da onunla razılaşmış və bundan sonra ailəsi ilə birlikdə maşınla Oğuz rayonuna gəlmişdir. Belə ki, İranda yaşayan şəxs marixuananı Oğuz rayonuna qoyacağını bildirmişdir. Həmçinin həmin şəxs Oğuz rayonuna çatmağa 10 dəqiqə qalmış, ona zəng etməyini və bundan sonra marixuananın yerini dəqiq deyəcəyini bildirmişdir. O da onunla razılaşmış və Oğuz rayonuna getmişdir. Oğuz rayonuna çatmağa 10 dəqiqə qalmış, həmin şəxsə zəng etmişdir. Həmin şəxs marixuananın yerini ona demişdir. Həmin ünvana gedib çatmış və yaxınlaşan zaman çantada çox sayda narkotik olduğunu görmüşdür. Çantanı götürüb, təkrar yerinə qoymuşdur. Bundan sonra həmin şəxsə zəng etmişdir. Elə həmin vaxt polis əməkdaşlarının ona doğru gəldiklərini görmüşdür. Polis əməkdaşları çantanı götürməyini bildirmişlər. O da eynən çantanı götürmüşdür. Ona demişdirlər ki, narkotik vasitəni boynuna almazsa, ailəsinin və taksi sürücüsünün boynuna narkotik vasitə qoyacaqlar. O da onlara ailəsini və qonşularını buraxmalarını bildirmişdir. Bundan sonra narkotik vasitəni boynuna almış və sənədlərə imza etmişdir. O, Oğuz rayonuna 80 qram marixuananın arxasınca gəlmişdir. Ünvana çatan zaman çantanın içində iri həcmdə narkotik vasitə olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İranlıya xalça yollamışdır. Həmin İranlı şəxs dostunun tanışı olmuşdur. Dostu İranda xalçanın baha olduğunu, İranda yaxşı qiymətə satılacağını demişdir. O da xalçanı İrandakı şəxsə yollamışdır. Sonra tutulub müəssisəyə getmişdir. Məhkumluğu bitəndən sonra İrandakı şəxs ona zəng edərək, xalçanın hələdə onda olduğunu və satılmadığını bildirmişdir. İrandakı şəxs xalçanın əvəzində ona 80 qram marixuana yollayacağını bildirmişdir. O da razılaşmışdır. İrandakı şəxs mesajda ona 500 manatda pul göndərəcəyini yazmışdır. Ancaq o, həmin mesajı oxumamışdır. Narkotik vasitədən istifadə edir. İran vətəndaşı xalçanın pulunu ona göndərməmişdir. İran vətəndaşı 500 manat pul göndərəcəyi ilə bağlı ona SMS yazmışdır. Ancaq o, həmin mesajı oxumamışdır. Pul məsələsini polis əməkdaşından öyrənmişdir. Bəlkədə İran vətəndaşı xalçanın pulunu göndərmişdir. Oğuz rayonuna getməzdən əvvəl İran vətəndaşı ilə telefonda danışmışdır. İran vətəndaşı xalçanın şəklini ona göstərmişdir. Həmin xalçanı evində asmışdır. İran vətəndaşı Oğuz rayonuna çatmağa 10 dəqiqə qalmış ona zəng etməyini və həmin vaxt narkotikin yerini ona deyəcəyini bildirmişdir. O da çatmazdan 10 dəqiqə əvvəl ona zəng edib, narkotikin yerini öyrənmişdir. Həmin vaxt İran vətəndaşı həmin yerə yarım kilo başqa narkotik vasitə qoyacağını demişdir. Sonra həmin narkotiki yolun kənarına atacağını bildirmişdir. O da həmin yarım kilo narkotik vasitəni yolun kənarına atmayacaq və özü götürüb istifadə edəcəkmiş. Çünki İran vətəndaşına 220 ilin xalçasını göndərmiş və həmin xalçanın dəyəri çox olmuşdur. Ona görə də, narkotiki götürüb özü istifadə edəcəkmiş. İran vətəndaşı ilə 2020-ci ildə tanış olmuşdur. Səhv etmirsə, COVİD-19-dan əvvəl olmuşdur. Dostu ona İranda xalçanın baha olduğunu demişdir. Həmçinin İranda tanışı olduğunu demişdir. O da xalçanı dostunun İrandakı tanışına göndərmişdir. Xalçanı dostu ilə birlikdə İran vətəndaşına göndərmişdir. Dostu onu İran vətəndaşı ilə danışdırmamışdır. Həbsdən çıxdıqdan sonra ona yerli nömrədən zəng gəlmişdir. Zəng edən şəxs özünü təqdim edərək, xalçanı yolladığı şəxs olduğunu bildirmişdir. İran vətəndaşı ona görüntülü zəng etmişdir. Həmin vaxt xalçanın İran vətəndaşının evində olduğunu görmüşdür. İran vətəndaşı xalçanın pulunu verməmişdir. Çünki xalça satılmamışdır. İran vətəndaşından soruşmuşdur ki, sizdə çəkməyə nə isə olurmu? O, da ona marixuana olduğunu bildirmişdir. O da ondan marixuana istəmişdir. İran vətəndaşıda onunla razılaşmışdır. İran vətəndaşı 20 qram marixuana tozunu, 80 qramda çətənə yollayacağını bildirmişdir. Ancaq İran vətəndaşı marixuana tozunu yollamamışdır. Həmin şəxs ona narkotik göndərəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Çünki narkotikdən istifadə edir. İran vətəndaşı ilə telefonda danışan zaman, sabah Oğuz rayonuna çıxacağını bildirmiş, o da çatmazdan 10 dəqiqə əvvəl ona zəng etməyini bildirmiş və o eynən Oğuz rayonuna çatmağa 10 dəqiqə qalmış ona zəng etmişdir. İran vətəndaşı narkotikin yerini göstərmişdir. İran vətəndaşı ona konum atmışdır. O da konuma getmişdir. Həmin vaxt çantada iri həcmdə narkotik olduğunu görmüşdür. Çantanı əlinə almış və sonra təkrar yerə qoyub İran vətəndaşına zəng etmişdir. Elə bu vaxt polis əməkdaşlarının ona yaxınlaşdığını görmüşdür. İran vətəndaşına zəng etmişdir. Çünki konum atılan yerdə narkotik iri həcmdə olmuşdur. Onun 68 yaşı var. Əvvəllər narkotik vasitə və odlu silaha görə məhkumluğu olmuşdur. 20-30 ildir narkotik vasitədən istifadə edir. Marixuana və “Kokos”dan istifadə etmişdir. İran vətəndaşı 500 manat pulla bağlı ona “SMS” yazmışdır. Ancaq o, həmin “SMS”-i açıb oxumamışdır. Həmin 500 manat məsələsini polis şöbəsində ona demişdirlər. Ona demişlər ki, 500 manat pulu boynuna alsa, taksi sürücüsü və ailəsini buraxacaqlar. O da narkotik vasitə və 500 manatı boynuna almışdır. Çantanı götürüb, içində iri həcmli narkotik olduğunu görüb yerə qoymuşdur. Həmin vaxt polis əməkdaşları gəlmişdir. Ailəni və taksi sürücüsünü qorumaq üçün bütün narkotik vasitəni boynuna almışdır. Konum atılan ünvana getmişdir. Maşından düşüb taksi sürücüsü və ailəsindən aralanmış və sonra konum atılan yerə doğru getmişdir. Ailəsində demişdir ki, Oğuz rayonunda ona pul verəcəklər. Ancaq məqsədi 80 qram marixuananı götürmək olmuşdur. İran vətəndaşı ona konum atmasaymış, həmin gün Oğuz rayonuna getməyəcəkmiş. Oğlunu görmək bəhanəsiylə Oğuz rayonuna gedəcəyini bildirmişdir. Ancaq məqsədi narkotiki götürmək olmuşdur. Ailəsini Oğuz rayonuna aparmışdır. Çünki istəmişdir ki, gedib Oğuz rayonunu gəzib görsünlər. Narkotiki Oğuz rayonuna qoymaq təklifi İran vətəndaşından gəlmişdir. Əvvəllər oğlunu görməyə gələn zaman Oğuz rayonunu görmüşdür. İran vətəndaşından narkotiki niyə Oğuz rayonuna qoymaq istədiyini soruşmuşdur. Ona Oğuz rayonunda adamı olduğu üçün narkotik vasitəni Oğuz rayonuna qoyacağını demişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyini, 80 qram narkotik vasitə marixuanaya görə Oğuz rayonuna gəldiyini, polislərin ona təyziq etdiklərini, bu təzyiqin nəticəsində etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, xx.xx.1957-ci il təvəllüdlü, Gəncə şəhəri, Nizami rayonu, Əlibəy Hüseynzadə küçəsi döngə 1 ev 5-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 15 iyun 2024-ci il tarixdə, saat 20 radələrində o, Şahid2 və Şahid3 ilə birlikdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Oğuz şəhəri ərazisində yerləşən qəbirstanlığının yaxınlığında saxlanılmış, sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edilmiş və Oğuz rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş və o, etiraz etmədən üzərində olan əşyaları çıxarıb stolun üzərinə qoymağa başlamışdır. Təqsirləndirilən şəxs ilk öncə sağ əlindəki göy rəngli sellofan paketi, paketin içərisində olan 4 ədəd hər biri qara rəngdə olan sellofan paketləri, əynindəki qara rəngli şalvarın sağ cibindən HUAVE markalı 1 ədəd mobil telefonunu, şalvarın sol cibindən 1 ədəd əl dəsmalını və 57 (əlli yeddi) manat pulunu çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan bükülünün içərisini açdıqda içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sellofan bükümün içərisindəki bitki kütlələri narkotik vasitə olan “nəşədir”, onun özünə məxsusdur və öz istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və onun çəkisinin 1,5742 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş kütlə dəqiq çəkisinin və tərkibinin müəyən edilməsi məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunla saxlanması və ya gəzdirilməsi qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3, habelə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Chevrolet cruze” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımış, Təqsirləndirilən şəxs onunla eyni küçədə uzun müddətdir ki, qonşu kimi yaşamışdır. O, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunduğunu bilmişdir. Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Qonşusu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ona bildirmişdir ki, Şəki şəhərindəki türmədə olan oğlu Ehtiramın yanına getmək istəyir, onu arvadı və nəvəsi ilə birlikdə Şəkiyə aparmaq lazımdır. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs Şəkiyə aparmaq üçün 100 manata razılaşmışdır. 15 iyun 2024-cü il tarixdə günorta saatlarında yola çıxmışlar. Təqsirləndirilən şəxs başqa onun avtomobilində Arifin həyat yoldaşı Ulduz Fərəcova və onların nəvəsi Arif də olmuşdur. O, Şəki istiqamətində gəldiklərini və Şəkiyə çatmağa az qalmış Təqsirləndirilən şəxs ona Oğuz rayonuna gedək sonra Şəkiyə qayıdarıq dediyini bildirmişdir. Təqsirləndirilən şəxs Oğuzda qohumunun qəbrini ziyarət etmək istədiyini bildirmişdir. Həmin qəbiristanlığın olduğu yeri ona izah etdikdən sonra o, avtomobili həmin qabirsanlığa sürmüşdür. Oraya çatanda avtomobili saxlamış, Ulduz xanım avtomobildən düşüb orada gözləmiş, Arif və Arifin azyaşlı nəvəsi isə bir qədər kənara getmişlər ki, təbii ehtiyaclarını ödəsinlər. Həmin vaxt onun özü də təbii ehtiyacını ödəmək üçün onlarla birlikdə hərəkət etməyə başlamışdır. Həmin vaxt o, Arifin yaxınlıqda yığılmış dəmir konsturksiyaların yanından əyilib nəsə götürdüyünü görmüşdür. O, isə həmin vaxt ayağındakı ayaqqabısı yerə ilişdiyi üçün onu düzəltmişdir. Elə həmin vaxt anidən bir neçə mülki geyimli şəxslərin onlara tərəf yaxınlaşdıqlarını görmüşdür. Onlara yaxınlaşan şəxslər özlərini təqdim edərək Oğuz RPŞ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib və onları RPŞ-nə dəvət etmişlər. Bundan sonra onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada o, şübhəli şəxs qismində tutulmuş və daha sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi-axtarış keçirilən zaman üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyi istənilmiş, o, da əlindəki pul qabını, bir ədəd “Redmi” və bir ədəd “İphone” markalı mobil telefonlarını və cibindəki əl dəsmalı ilə avtomobilinin açarını təqdim etmişdir. Daha sonra üzərinə şəxsi-axtarış davam etdirilsə də, üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onunla birlikdə Oğuz rayon Polis şöbəsinə gətirilmiş ona məxsus nəqliyyat vasitəsinə baxış keçirilmiş və nəqliyyat vasitəsindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı təkcə avtomobilində olan nəqliyyat vasitəsinə aid sənədləri götürülmüşdür. O, narkotik vasitə istifadə etmədiyini göstərmişdir. Polis əməkdaşları ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir neçə dəfə həbs olunmasını bilmiş, lakin Arif heç vaxt onun yanında narkotik vasitə qəbul etməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan yerdən narkotik vasitə qurudulmuş marixuana götürəcəyi barədə hər hansı bir məlumatı olmamışdır, Təqsirləndirilən şəxs cinayət əməlində iştirakı olmamışdır. Nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman Təqsirləndirilən şəxs hər hansı bir şəxslə mobil telefon vasitəsi ilə narkotik vasitə ilə əlaqədar danışıqlar aparmamış, lakin mobil telefonunda nə iləsə məşğul olmuşdur. Məhkəmə istintaqında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X7 ifadəsində göstərmişdir ki, övladı X16 rayonunda yerləşən PX müəssisəsində cəza çəkir. Həyat yoldaşı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ona bildirmişdir ki, gedək Ehtiramla göruşək. O, da hazırlaşmış və azyaşlı nəvəsi Arifi də özü ilə götürmüşdür. O, qonşuluqda yaşayan Zahidin avtomobili ilə günorta saatlarında yola düşdüklərini bildirmişdir. Zahidin Gəncə şəhərində taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. O, yolun bir hissəsində yatdığını bildirmişdir. Oyananda ərazini Şəki şəhərinə bənzətməmiş və Arifdən soruşmuşdur ki, bura Şəkiyə oxşamır. Onlar hara gedir. Arif bildirmişdir ki, Oğuz rayonunda əmisi nəvəsinın qəbrini ziyarət edəcək sonra onu dağlarda gəzdirəcək və qayıdan zaman Ehtiramla görüşüb qayıdacağıq. Oğuz rayonunda qəbirstanlığa çatanda Arif taksi sürücüsü Zahidə avtomobili saxlamağını demişdir. Zahid avtomobili saxlamış, onun özü avtomobildən düşüb gözləmiş, Arif isə təbii ehtiyacını ödəmək üçün kənara getmişdir. Həmin vaxt azyaşlı nəvəsi Arif də babası ilə getmiş və sürücü Zahid də onlar gedən istiqamətdə getmişdir. Bir neçə dəqiqədən sonra Arif getdiyi istiqamətdə bir neçə mülki geyimli şəxsin ora getdiyi görmüş və həmin vaxt onlardan biri də ona yaxınlaşıb özlərini təqdim edərək Oğuz RPŞ-in əməkdaşları olduqlarını, əri Arifin və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğlarını bildirib onları RPŞ-nə dəvət etmişlər. Bundan sonra onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Orada onun özü şübhəli şəxs qismində tutulmuş və videoçəkilişlə üzərinə şəxsi-axtarış keçirilən zaman ondan üzərində qanunsuz hər hansı əşya və ya predmet varsa təqdim etməyi istənilmişdir. Həmin vaxt o, qol çantasını və içərisində olan əşyalarını təqdim etmiş və çantasında qanunla qadağan edilmiş əşyalar aşkar olunmamışdır. Polis əməkdaşları ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, narkotik vasitə istifadə etməmişdir. Əri Arif bir neçə dəfə buna görə məhkum olunmuş, lakin heç vaxt onun yanında narkotik vasitədən istifadə etməmişdir. Həyat yoldaşı Arifin Oğuz rayonunda qəbiristanlıq ərazisindən göy rəngli selofan bağlamada narkotik vasitə götürməsi barədə Oğuz RPŞ-nə dəvət olunduqdan sonra məlumatı olmuşdur. O, yolda olduğu zaman yolun əksər hissəsində yatdığı üçün Arifin kiminləsə danışdığını eşitməmiş, həmçinin əvvəl də Arifin bu barədə kiminləsə danışdığını eşitməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Oğuz rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Oğuz RPŞ-yə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, X9 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirləri keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:06-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 23). 15 iyun 2024-cü il tarixli “Şəxsi-axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokol və ona əlavə edilmiş diskdən görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əlində olan 01 ədəd göy rəngli sellofan bağlamanın içərisindən 04 (dörd) ədəd sellofan bağlamalarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə olunmaqla əldə edilmiş video görüntülər DVD diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir (cild 01, iş vər. 28-29). Məhkəmə bioloji ekspertizasının 16 iyun 2024-cü il tarixli 3-16-16-2-17/545 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış vərəqdə “Şübhəli Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər bitki...” sözləri, adlar və imzalar yazılmış sellofan torbanın içərisindəki 04 (dörd) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 395,0 qram, 410,0 qram, 365,0 qram, 350,0 qram, ümumi təmiz çəkisi - 1520,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuananın 0,40 qramı tədqiqata sərf edilmiş, 1519,6 qramı qalıq qalmışdır (cild 01, iş vər. 81-85). Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 147-149). xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən Təqsirləndirilən şəxs tamah niyyəti və qazanc əldə etmək məqsədi ilə istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Ramil” adlı şəxsin Oğuz şəhərində yerləşən qəbiristanlığın qarşısındakı istifadə olunmayan dəmir konstruksiyaların yanına qoyduğu ümumi təmiz çəkisi 1520,0 qram təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qəsdən satış məqsədi ilə əldə edərək üzərində saxlmaqla daşımış, 15 iyun 2024-cü il tarixdə saat 20 radələrində Oğuz RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan həmin yerdə saxlanılaraq Oğuz RPŞ-nə gətirilib 15 iyun 2024-cü il tarixdə saat 21:15 dəqiqədən saat 21:35 dəqiqəyədək olan müddət ərzində orada videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan 01 ədəd göy rəngli sellofan bağlamanın içərisindən 04(dörd) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri -395,0qr., 410,0qr., 365,0qr., 350,0qr. olmaqla ümumi təmiz çəkisi - 1520,0 qram təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülməsindən sonra сонра narkotik vasitəni satış məqsədi ilə əldə etməsi müəyyən edilsə də, kimə və ya kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vər. 171). xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “HUAWEİ” markalı mobil telefonun göy rəngli olması, “smartfon” funksiyalı, iki simkart tipli, sensorlu (ekrana toxunuşla işləyən) mobil telefon olması müəyyən edildi. Mobil telefon işə salınaraq funksiyalarına baxıldıqda, zənglər siyahısında müxtəlif vaxtlarda və saatlarda müxtəlif nömrələrlə ilə adi qaydada danışıqlar və buraxılmış zənglər müəyyən edildi. “WhatsApp” proqram vasitəsinə baxış zamanı isə müxtəlif nömrələrlə, yəni dostları və qohumları ilə yazışması, həmçinin +**********29 nömrəsi ilə yazışması, həmçinin həmin nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi nömrəsinə “WhatsApp” proqram vasitəsi ilə İran ləhçəsinə oxşar səslə səs yazmalar göndərilmişdir. Həmin görüntülərə baxış keçirilərkən görünür ki, “+**********38” saylı nömrə qeyd edilmiş nömrə ilə yazılı və səsli danışıqlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı söhbətlər getmiş, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə narkotik vasitənin yerləşdiyi ərazinin konumu göndərilmişdir (cild 01, iş vər. 177-182). Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 67.1-ci maddələri ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir (cild 01, iş vər. 187-190). xx.xx.2024-cü il tarixli “telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” protokol və və ona əlavə olunan diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış zamanı Təqsirləndirilən şəxs İsmçayıl oğluna məxsus olduğu göstərilən ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən və SMS-lərin siyahısında iş üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. Həmçinin keçirilən baxış zamanı Hasil Cəlilovun istifadəsində olan «**********91» və «**********25» saylı mobil nömrələrinə aid anten dairələri müəyyən edilmiş, sonuncu olaraq xx.xx.2024cü il tarixli anten dairələrinə baxış keçirən zaman müəyyən olunur ki, anten məlumatlarında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri ərazisində olmağı öz əksini tapmışdır (cild 01, iş vər. 197-198). Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş 21 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlararası Narkoloji Dispanserində qeydiyyatda yoxdur (cild 01, iş vər. 200). Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 67.1-ci maddələri ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 203-206). Gəncə şəhər Nevroloji Dispanserindən daxil olmuş 05 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur (cild 01, iş vər. 210). Məhkəmə-narkoloji ekspertizasınınxx.xx.2024-cü il tarixli 1274 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 212). Gəncə şəhər İHB-nın 2 nömrəli SİƏD üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2024cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və bir oğlu ilə birlikdə ünvan 4 ünvanınmda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 213-214). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünün və dəqiqliyinin müəyyən edilməsi üçün onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərini yerində bir daha təsdiq etmişdir (cild 01, iş vər. 222-225). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid4 və X5 barəsində CM-in 234.4.1 və 307.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı əldə edilmə mənbəyinin və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan Ramin adlı şəxsin müəyyən edilməsi ilə əlaqədar olaraq cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılması və həmin cinayət işinə ********* nömrəsi qoyularaq icraata qəbul edilməklə ibtidai istintaqı aparılması, habelə cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş "HUAWEİ" markalı mobil telefonda olan məlumatların həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi zamanı əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq, qeyd edilən mobil telefonun ayrılmış ********* nömrəli cinayət işində saxlanılması qərara alınmışdır (cild 01, iş vər. 232-243). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 4521/2024 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinə zamanı qarının sağ tərəfində c/ə-dən sonrakı izlər və hər iki ayaqlarında, sol baldırın iç səthində 01 ədəd köhnə çapıq toxuma aşkar olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeylı, külli və xüsusilə külli miqdarlarına görə Siyahılarının 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən – təmiz halda 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə narkotik vasitə olan qurudulmuş marixuana - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkarlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əvəzli və ya əvəzsiz qaydada əldə edilməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, haradan, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Bunun əksinə olaraq ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi mənbəni, yəni onun İran İslam Respublikasının vətəndaşı olan “Ramin” adlı şəxsdən qeyd edilən narkotik vasitəni almasını əsas götürərək və qeyd edilən xüsusatla bağlı heç bir araşdırma aparmadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhz “Ramin” adlı şəxsdən qanunsuz olaraq narkotik vasitə əldə etmişdir. Başqa sözlə, ibtidai istintaq orqanının gəldiyi nəticə ancaq təqsirləndirilən şəxsin verdiyi məlumata əsaslanmışdır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, həmçinin onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi vaxtını mötəbər sübutlarla müəyyən etməli idi. Buna baxmayaraq, məhkəmə istintaqında 15 iyun 2024-cü il tarixdə əməliyyat orqanına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatının daxil olması, həmin gün onun barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi, həmin gün təxminən saat 21:06 radələrində onun şübhəli şəxs qismində tutulması, tutulduqdan sonra üzərinə şəxsi axtarışın keçirilməsi, həmin vaxt əlində olan 01 ədəd göy rəngli sellofan bağlamanın içərisindən 04 (dörd) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri -395,0 qram, 410,0 qram, 365,0 qram, 350,0 qram olmaqla ümumi təmiz çəkisi - 1520,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz şəkildə əldə edərkən saxlayaraq daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri, eləcə də bununla bağlı cinayət işinin materiallarında olan sübutların ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Belə ki, həmin əməliyyat məlumatında onun Oğuz rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması öz əksini tapmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər (polis əməkdaşları) öz ifadələrində göstərmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi Oğuz rayonu ərazisində məşğul olması barədə olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə tutulmamışdan əvvəl əməliyyat orqanında onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə dəqiq məlumat olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində İran İslam Respublikasının vətəndaşı olan “Ramin” adlı şəxslə narkotik vasitələrlə bağlı razılaşması, sonuncudan narkotik vasitələr alması, “Ramin” adlı şəxsin tapşırığına əsasən narkotik vasitələri lazımı yerlərə çatdıracağı, bunun müqabilində “Ramin” adlı şəxsdən 500 manat pul alacağı barədə ətraflı şəkildə məlumat versə də, məhkəmə istintaqında sərbəst şəkildə vermiş olduğu ifadəsində “Ramin” adlı İran İslam Respublikasının vətəndaşın tanıdığını, onunla razılaşaraq onun göndərdiyi konum əsasında Oğuz rayonuna, Oğuz şəhər qəbrstanlığına gəldiyini təsdiq etsə də, digər halları inkar edərək onun Oğuz rayonuna 80 qram marixuananın arxasınca gəldiyini, 500 manat pul məsələsini yalnız Oğuz rayon Polis şöbəsində gördüyünü və polislərin təzyiqi nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinin təsdiqi kimi onun ailəsinin və taksi sürücüsünün polis şöbəsinə aparılaraq orada saxlanımasına istinad etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin iddia etdiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən onunla bərabər Oğuz rayonuna gələn şəxslər Şahid4 və X1 və törədilmiş cinayət əməlində onların iştirakının olubolmamasının müəyyənləşdirilməsi üçün Oğuz rayon Polis şöbəsinə gətirilmişdir. Oğuz rayon Polis şöbəsində Şahid4 və Ulduz Fərəcova barəsində araşdırma aparılmış və onların Təqsirləndirilən şəxs cinayət əməllərini törətməsində hər hansı bir köməklikləri və təqsirli iştirakları müəyyən edilməmişdir. Ona görə də onların hərəkətlərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmaması ilə əlaqədar Şahid4 və Ulduz Fərəcova barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Habelə bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu halları təqzib etmişlər. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışı əks etdirən videogörüntüdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təyziqə məruz qalması halı müəyyən edilmir. Eyni zamanda cinayət işinin materiallarında Təqsirləndirilən şəxs iddia etdiyi halları təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici ifadə verənədək bircə dəfə də olsun məhkəmə istintaqında bildirmiş hallarla bağlı, ələlxüsus polis əməkdaşları tərəfindən təyziqə məruz qalması barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və həmin ifadəni yalan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verməklə əsl həqiqəti gizlətmək, qanunsuz əməllərinə haqq qazandırmaq, polis adına ləkə salmaq, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cinayət prosessual münasibətin subyektlərindən fərqli olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə olunmaq məqsədilə ifadə verməkdən imtina etmək və ya digər şəxslərin hüquqlarını pozmadan, qanunla qadağan olunmayan müdafiə üsullarından istifadə etmək hüququ olmaqla yanaşı şübhəli və təqsirləndirilən şəxsin cinayətin subyekti kimi yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi cinayət qanunvericiliyində nəzərdə tutulmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əlində olan 01 ədəd göy rəngli sellofan bağlamanın içərisindən 04 (dörd) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri -395,0 qram, 410,0 qram, 365,0 qram, 350,0 qram olmaqla ümumi təmiz çəkisi - 1520,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsini, o cümlədən aşkarlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın çəkisini həm ayrı-ayrılıqda, həm də məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması, daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri hər bir cinayət əməlinə nisbətdə başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal/hallar müəyyən edilmədi. Az ağır cinayət törətməyə görə məhkumluğu ödənilmədiyi müddət ərzində Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətməsi sadə residiv təşkil etdiyindən və Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətdiyindən, məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri tam sübuta yetirildiyindən, cəzanı ağırlaşdıran hal kimi residiv mövcud olduğundan və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş sanksiya həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən əməllər cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 15 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 27 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserinin 1274 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının 3-cü maddəsinin 7-ci bəndinə əsasən, 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs yaşının 60-dan çox olması müəyyən edildiyindən, onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Oğuz Rayon Polis şöbəsində saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1519,6 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Oğuz Rayon Polis şöbəsində saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1519,6 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Əfəndizadə Hakimlər Günay Aşurova Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar