Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-72/2021 03.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinnin Ağır Cinayətlər Məhkəmələrdə Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Yevlax şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respbulikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, Yevlax şəhəri Nizami prospekti ev 21 mənzil 3-də qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, 25 avqust 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2.3-cü və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X5 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etməklə 2020-ci ilin mart ayının sonlarında kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı bağ sahəsində qəsdən qanunsuz olaraq külli miqdarda 149 (yüz qırx doqquz) ədəd çətənə bitkilərini əkib yetişdirərək kultivasiya etmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində həmin çətənə bitkisinin yarpaqlarından yığıb qurudaraq qəsdən satış məqsədilə əldə etdiyi 01 ədəd sintetik kisədə təmiz çəkisi 1095 qram olan, eləcə də 5 ədəd sellofan, 4 ədəd isə kağız bükümlərdə təmiz çəkiləri: 9,88 qram, 50,51 qram, 35,28 qram, 58,46 qram, 29,51 qram, 7,97 qram, 4,88 qram, 0,78 qram və 6,57 qram olmaqla ümumi təmiz çəkisi cəmi - 1298,84 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində saxlamışdır. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirdiyi əməliyyat nəticəsində xx xxxxxx 2020-ci ildə, saat 12:30-da Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsindən qanunsuz olaraq qəsdən kultivasiya etdiyi 35 sm-dən - 330 sm-dək hündürlüklərdə, ümumi təmiz çəkisi 389 kiloqram 400 qram olan külli miqdarda cəmi-149 (yüz qırx doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin bitkilərin yarpaqlarını qurutmaqla qəsdən satış məqsədi ilə əldə edib qanunsuz olaraq 1 ədəd sintetik kisədə külli miqdarda təmiz çəkisi 1095 qram olan, eləcə də 5 ədəd sellofan, 4 ədəd isə kağız bükümlərdə təmiz çəkiləri: 9,88 qram, 50,51 qram, 35,28 qram, 58,46 qram, 29,51 qram, 7,97 qram, 4,88 qram, 0,78 qram və 6,57 qram olmaqla ümumi çəkisi cəmi - 1298,84 qram olan külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Mütəmadi olaraq qurudulmuş marixuanadan istifadə edir. 2020-ci ilin mart ayından ünvan 1 ünvanında kirayədə yaşayır. 2020-ci il mart ayının sonlarında həmin evin həyətyanı sahəsində münbit yer hazırlayıb özündə olan narkotik tərkibli çətənə toxumlarını torpağa basdırmışdır. Toxumlara mütəmadi olaraq qulluq etməyə başlamış, diblərini belləyib peyin töküb suvarmışdır. Həmin bitkilərin daha da yaxşı inkişaf etmələri və zərərverici həşəratların ziyan vurmaması üçün müxtəlif dərman preparatları və gübrələrdən istifadə etmişdir. Diblərini alaq otlarından təmizləmişdir. Qonşuların onu görməməsi üçün orada işləmək üçün müəyyən vaxtlar seçmişdir. Bunun sayəsində becərdiyi bitkilərdən 149 ədədi inkişaf edib 0,35 metrdən –dən 3,30 metrə qədər boy atmışlar. Bitkilərin böyüməsini görüb kollara qarovul çəkmişdir. Videokamera aparsa da, həmin yerə quraşdırmağa vaxtı çatmamışdır. 2020-ci ilin avqust ayının əvvəllərində həmin bitkilərin yarpaqlarından özü istifadə etmək və satmaq üçün yığıb günün altına tökməklə qurutmuşdur. xx xxxxxx 2020ci ildə saat 12:30 radələrində kirayə yaşadığı evdə olan zaman oraya polis əməkdaşları gəlib, video çəkilişlə baxış keçirilmiş, əkdiyi 149 ədəd çətənə kolu, öz istifadəsi və satış üçün sərib qurutduğu 1 kiloqramdan artıq çəkidə selofan, kağız bükülülərə doldurduğu narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Elektron nəzarət cihazı, 1 ədəd qaz açarı, 1 ədəd elektron tərəzi, videokamera cihazı, tanışı Faiq Məmmədova məxsus mühərrikində olan ehtiyat hissələri dəyişdirilməli olduğu sürməyi üçün həyətdə saxladığı «PEJO» markalı, A 6** CX *** Rusiya dövlət qeydiyyat nişanlı atomobil, 1 cüt ** EG *** avtomobilə aid dövlət qeydiyyat nişanı və ev sahibinə məxsus suvenir olan 1 ədəd xəncər götürülmüşdür. Tərəzini satacağı qurudulmuş marixuanaları çəkib ayrı-ayrı hissələr halında bükülülərə yığmaq üçün saxlamışdır. Kirayə yaşadığı evdən aşkar edilib götürülən 1 cüt ** EG *** dövlət qeydiyyat nişanı və 1 ədəd suvenir olan xəncər ona aid deyildir. Həmin nömrənin və xəncərin dəqiq kimə məxsus olmasını oraya necə gəlib düşməsini bilmir. Törətdiyi cinayət əməllərindən peşmandır. Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 11:40 radələrində Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyani sahəyə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmişdir. Baxış zamanı evin həyətində yerləşən 0.03 ha ərazidən 149 (yüz qırx doqquz) ədəd spesfik iyli, ətrafları alaq otlarından təmizlənmiş, dibləri yumşaldılıb suvarılmış, alaq otlarından təmizlənmiş, peyinlənmiş, xüsusi qaydada düzəldilmiş ləkdə sıra ilə əkilmiş hündürlükləri 45 santimetrdən – 3.30 metrə qədər olan narkotik xassəli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Bitkiləri nəzərdən keçirərkən onların xüsusi aqrotexniki qaydada qulluq edilməklə əkilib-becərilib yetişdirilmiş və kultivasiya edilmiş narkotik tərkibli çətənə bitkisi olmasını müəyyən etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs evin zirzəmisinin qarşısında yerə sərib qurutduğu, selofan, kağız bükülülərə doldurduğu 1 kiloqramdan artıq çəkidə naroktik vasitə - qurudulmuş marixuana aşkar edilmişdir. 1 ədəd qaz açarı, 1 ədəd elektron tərəzi, videokamera cihazı, «PEJO» markalı, A 6** CX *** Rusiya dövlət qeydiyyat nişanlı atomobil, 1 cüt ** EG *** dövlət qeydiyyat nişanı, suvenir olan 1 ədəd xəncər, 1 ədəd elektron tərəzi və 1 ədəd video kamera chazı da müvafiq qaydada qablaşadırıb götürülmüşdür. Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, 2020-ci il avqustun 25-də saat 11:00 radələrində Y Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində narkotik xassəli çətənə bitkilərini əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasındavideoçəkiliş aparılmaqla əməliyyat keçirilmiş və kollardan təmizələnərək 0,03 ha sahədə külli miqdarda 149 ədəd yaş halda tünd yaşıl rəngli, spesifik iyə malik olan təxminən 45 sm-dən- 3,30 metr hündürlüyə malik olan ətrafları alaq otlarından təmizlənmiş, xüsusi qaydada düzəldilmiş ləkdə sıra ilə əkilmiş, dibləri yumşaldılıb suvarılmış narkotik xassəli çətənə kollarına oxşar bitkilər, həmin ünvanda yerləşən evin birinci mərtəbəsinin qarşısınakı meydançada yerə sərilərək qurudulmaqla əldə olunan 1 ədəd sintetik kisədə, 5 ədəd sellofan, 4 ədəd isə kağız bükümlərdə külli miqdarda ümumi təmiz çəkisi - 1298,84 qram olan naroktik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Həmçinin fərdi yaşayış evindən nəzarət cihazı olan qolbaq, qolbağın telefonu, 1 ədəd qaz açarı, 1 ədəd elektron tərəzi, 1 ədəd videokamera cihazı, «PEJO» markalı, A 6** CX *** Rusiya dövlət qeydiyyat nişanlı atomobil, 1 cüt ** EG *** qeydiyyat nişanı və suvenir olan 1 ədəd xəncər də aşkar olunmuşdur. Şahidlər Şahid4 və Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. 2020-ci il 25 avqust tarixli mütəxəssis rəydən görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindən aşkar edilərək götürülmüş külli miqdarda 149 (yüz qırx doqquz) ədəd narkotik tərkibli çətənə bitkiləri tündyaşıl rəngli, spesifik iyə malik çətənə bitkisidir. Kollara xüsusi qaydada qulluq edilmiş, suvarılma üçün dibləri düzəldilmiş, kolların inikşafı üçün dibinə peyin verilmişdir. Hündürlükləri 45 santimetrdən 3,30 metr arasındadır. Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli 17/513 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş sintetik bağlamanın içərisindəki hündürlükləri 45 sm-dən 3,30 metrədək, ümumi təmiz çəkisi 389 kiloqram 400 qram olan 149 (yüz qırx doqquz) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Alim-aqronom Şahid1 xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən təqdim edilmiş 149 (yüz qırx doqquz) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş sintetik kisənin içrəsindəki təmiz çəkisi-1095,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş sintetik kisənin içərisindəki 04 (dörd) ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 9,88, 50,51, 35,28 və 58,46 qram ümumi təmiz çəkiləri 154.13 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş sintetik kisənin içərisindəki 01 (bir) ədəd sarı rəngli sellofan torban içrəsindəki 04 (dörd) ədəd kağız və 01 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 29,51, 7,97, 4,88, 078 və 6,57 qram ümumi təmiz çəkiləri 49,71 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 149 (yüz qırx doqquz) ədəd çətənə (kannabis) bitkiləri, 01 (bir) ədəd sintetik kisədə, 01 (bir) ədəd sintetik kisənin içərisindəki 04 (dörd) ədəd sellofan torbalarda və digər 01 (bir) ədəd sintetik kisənin içərsindəki 04 (dörd) ədəd kağız və 01 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə - qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 791 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən suiistifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əziyyət çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhəri rayonlararası ruhi-əsəb dispanserinin 10 sentyabr 2020-ci il tarixli 510 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və.s psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və.s psixi xəstəlik keçirmir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət hadisəsini törətdikdən sonra hər hansı formada heç bir psixi pozuntuya düçar olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xararkterini, ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında yəni, anlaqlı olmuşdur. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən isə çətənə bitkisi kolları 15 ədəddən çox olduqda külli miqdarı təşkil edir.Təqsirləndirilən şəxs aşkar edilən çətənə bitkisi kolları 149 ədəd olmuşdur ki, bu da külli miqdar təşkil edir. Eləcə də aşkar edilmiş 1298,84 qram olan narkotik vasitə - qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü və 234.4.3-cü maddələrinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsindən xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasından xx xxxxxx 2020-ci il tarixə 1(bir) il 6 (altı) ayını çəkmiş, 11 (on bir) ay 26 (iyirmi altı) gün çəkilməmiş cəzası qalmışdır. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 gün bir gün azadlıqdan məhrum etmə cəzası hesab edilməklə 5(beş) ay 28( iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası qalır. Ona CM-nin 66-cı və 67-ci maddələrinin tələblərinə əsasən cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və xx xxxxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edildiyindən CMnin 56.1.2-ci maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Ekspertiza xərci 65 (altmış beş) manat 15 (on beş ) qəpik təşkil edir. Həmin pul təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cəzahir oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və CM-nin 237.2.3-cü maddələri ilə təqsirli bilinsin. CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza 6 (altı) il 9 (doqquz ) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddət həmin cəzaya hesablansın. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11(on bir) ay 26 (iyirmi altı) gün cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 gün bir gün azadlıqdan məhrum etmə cəzası hesab edilməklə 5(beş) ay 28( iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası CM-nin 67-ci maddəsinə əsasən qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 65 (altmış beş) manat 15 (on beş ) qəpik Təqsirləndirilən şəxsdən tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan xalis çəkisi 389 kiloqram 397,02 qram çəkidə, 35 sm-dən - 330 sm-dək hündürlüklərdə, külli miqdarda 149 (yüz qırx doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, ekspertiza tədqiqatından sonra xalis çəkisi 1298,64 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi məhv edilsin. 2 ədəd disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X5 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-72/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-72/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver