Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-72/2024 09.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə İsmayıllı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İsmayıllı şəhəri H.Əliyev prospekti, ev 37, mənzil 23 ünvanında qeydiyyatda olmaqla İsmayıllı şəhəri, Natavan küçəsi, ev 1, mənzil 9 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq külli miqdarda, ümumilikdə 3105,11 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib 1 ədəd sellofan torbaya doldurmaqla qablaşdırıb yaşadığı İsmayıllı şəhəri, Natəvan küçəsi, ev 1, mənzil 9 ünvanda yerləşən mənzilə daşıyaraq, həmin narkotik vasitənin 3105 qram çəkidə olan hissəsini torbanın içərisində olmaqla mənzilin zalında divanla kreslonun arasında gizlədərək saxlamış, narkotik vasitə olan qurudulmuş marixuananın 0,11 qram çəkidə olan hissəsini isə istifadə etmək məqsədi ilə “Argo” markalı siqaret qutusunun içərisinə qoyaraq gizlətməklə qanunsuz olaraq üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi və 1 ədəd sellofan torbada saxladığı ümumilikdə külli miqdar təşkil edən 3105 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bunun davamı olaraq Təqsirləndirilən şəxs İsmayıllı Rayon Polis Şöbəsinə gətirilərək həmin gün, saat 16 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarın cibində olan “Argo” markalı siqaret qutusunun içərinində saxladığı, açıq şəkildə təmiz çəkisi 0,11 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir nəfər taksi sürücüsünə pul borcu olduğuna və həmin pulu qaytara bilmədiyinə görə İsmayıllı rayon Polis Şöbəsinə aparılmış, orada ona artıq hamını bezdirdiyini, ona görə də CM-in 234.1-ci maddəsi ilə gedib cəza çəkməsini bildirmişlər. Həmin vaxt özündə olmadığına görə polis əməkdaşları ilə razılaşmış, sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedib sonuncuların evinə qoyduqları narkotik vasitəni göstərib özünə məxsus olmasını bildirmişdir. Bundan sonra polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra siqaret qutusunda polis əməkdaşlarının ortaya qoyduğu cüzi miqdarda olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Onun barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işinin istintaq edilməsini hesab etdiyinə görə polislərin dedikləri ilə razılaşmış, yalnız ittiham aktını aldıqdan sonra ona CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürüldüyünü bilmişdir. Narkotik vasitələrin heç biri ona məxsus olmamış, polis əməkdaşları həmin narkotik vasitəni onun evinə və üzərinə qoymuşlar. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında əzgil yığmaq üçün getdiyi İsmayıllı rayonu Cülyan kəndinin meşə sahəsində qarşısına çıxan 3 ədəd yabanı şəkildə bitmiş çətənə bitkisinin hissələrini yığaraq orada sərmiş, təxminən 1 həftə sonra həmin yerə gedərək çətənə bitkisinin qurumuş hissələrini özü ilə gətirdiyi sarı rəngli üzərində “BMV” sözləri olan sellofan bağlamanın içərisinə yığaraq bağlamanı yaşadığı İsmayıllı şəhəri, Natavan küçəsi ev 1, mənzil 9-da yerləşən evə gətirib divanın altında gizlətmişdir. 2022-ci ilin sentyabr ayından 10-15 dəfə az miqdarda siqaretdə doldurub çəkməklə həmin marixuanadan istifadə etmiş, 22 iyul 2023-cü il tarixdə səhər saatlarında sellofan bağlamada olan marixuanadan siqaretə doldurub çəkdikdən sonra bağlamanı divanla kreslonun arasına qoymuşdur. Həmin gün saat 14 radələrində İsmayıllı şəhəri, Cavanşir küçəsində gəzərkən İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu bildirib yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Bu barədə heç bir etirazı olmadığını bildirdikdən sonra yaşadığı evə baxış keçirilən zaman mənzildə divanla kreslonun arasında olan olan bir ədəd sarı rəngli sellofan bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Çəkisi 3 kq 185 qram olan sellofan bağlama açıldıqda içərisində narkotik vasitə olan marixuana aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Bundan sonra İsmayıllı rayon Polis Şöbəsinə gələrək orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan bir ədəd mobil nömrəni, bir ədəd kibriti və bir ədəd Argo markalı siqareti təqdim etmiş, içərisində iki ədəd siqareti və bitki hissəcikləri olan siqaret qutusu qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İsmayıllı rayon X1 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə İsmayıllı şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X5, CAB-nin əməliyyat müvəkkili Şahid1 və NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 ibarət tərkibdə yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana tərəf getmiş, həmin vaxt Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, Cavanşir küçəsində olduğunu görüb sonuncuya yaxınlaşıb özlərini təqdim etməklə sonuncunun yaşadığı evdə, narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün evə baxış keçirəcəklərini bildirdikdə Şafiq baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmaması barədə ərizə aldıqdan sonra İsmayıllı şəhəri Natəvan küçəsi ev 1 mənzil 9-a baxış keçirilən zaman Təqsirləndirilən şəxs evdəki divanla kreslonun arasında olan bir ədəd sarı rəngli sellofan bağlamanı onlara təqdim edərək həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu, meşə ərazisindən tapdığı 3 ədəd yabanı halda bitmiş çətənə bitkisinin hissələrindən yığmaqla əldə etdiyini, şəxsi istifadəsi üçün evdə saxladığını bildirmişdir. Sellofan paketdə aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 3185 qram olması müəyyən edildikdən sonra qablaşdırılmaqla götürülmüşdür. Daha sonra rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd siqaret və bitki hissəcikləri olan siqaret qutusu qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon X1 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid3 və Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 23 iyul 2023-cü il tarixli 17/558 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı 1 ədəd sarı rəngli sellofan bağlamada aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi-3105,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülmüş ARGO markalı siqaret qutusu...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd “Argo” markalı siqaret qutusundakı açıq şəkildə, təmiz çəkisi – 0,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 02 (iki) ədəd papirosda ayrı-ayrılıqda təmiz çəkiləri- 0,62 qram, 0,58 qram, ümumi təmiz çəkisi- 1,20 qram olan tünd satımtıl qəhvəyi rəngli bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd sarı rəngli sellofan torbada olan qurudulmuş marixuana ilə 01 (bir) ədəd “Argo” markalı siqaret qutusunun içərisində olan qurudulmuş marixuana tərkibinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış vərəqədə “1,2,3 Təqsirləndirilən şəxs göstərdiyi İsmayıllı rayonu, Cülyan kəndində meşəlik sahədən tədqiqat üçün götürülmüş... torpaq nümunəsi...” sözləri, adlar və imzalar yazılmış 03 (üç) ədəd qara rəngli sellofan torbaların içərisindəki torpaq nümunələrinin hər birində narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Torpaq nümunələri olan çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin hissəciklərlə təqdim edilmiş qurudulmuş marixuanaların müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına” daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1796 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 iyul 2023-cü il tarixli baxış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri Natavan küçəsi ev 1, mənzil 9 ünvanındakı evin zal otağında olan divanla kreslonun arasında sarı rəngli sellofan torbada çəkisi 3 kq 185 qram olmaqla narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 22 iyul 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən içərisində iki ədəd siqaret və narkotik vasitəyə bənzər bitki hissəcikləri olan Arqo markalı siqaret qutusu aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Talıbov X2 rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən CM-in 127.1, 67.1-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən CM-in 128ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-in 221.1, 127.1, 66.2-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-nin 132, 126.1, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 05 il 03 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-in 132, 66.3-cü maddələri xaric edilməklə CM-in 67.1-ci maddəsi ilə cəzası 05 il 03 ay 20 gündən 05 il 20 günə endirilmiş, xx.xx.2015-də cəzasının sonu ilə azad edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 173 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Talıbov X2 şəhəri H.Əliyev prospekti 37/5 ünvanında qeydiyyatda olmaqla yaşayış yerindən müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi İsmayıllı rayon X3 Hüquqi Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli, 18-1-47/2-815/2023 nömrəli məktubdan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prosoekti, ev 37, mənzil 23 ünvanında qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü Talıbov X2 RMX-nin PHŞ-nin “Ruhi-Əsəb” və “Nevroloji” kabietlərində dispanser qeydiyyatda yoxdur. Lakin Talıbov X2 RMX PHŞ-nin Poliklinika Şöbəsinin “Narkoloji” kabinetində xx.xx.2018-ci ildən “Narkoman” diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 22 iyul 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1620-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə evinə keçirilən baxış və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilən zaman da özünü törətdiyi əməldə təqsirli bilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa müdafiə tərəfinin Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zamanı müdafiəçinin iştirak etməməsinə və buna görə həmin istintaq hərəkətinin sübutlar siyahısından çıxarılmasına dair dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, həmin istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs hələ şübhəli şəxs qismində tutulmadığına görə müdafiəçinin iştirakı məcburi olmamış, CPM-in 207.4-cü maddəsinə əsasən isə araşdırma aparan şəxs tərəfindən cinayət işi başlanmadan hadisə yerinə baxış keçirilməsi nəzərdə tutulduğundan bu hissədə də hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs ona qarşı CM-in 234.1-1-ci maddəsi ilə ittihamın irəli sürülməsindən işi ancaq məhkəməyə gəldikdən sonra məlumatı olduğunu bildirsə də iş materiallarında olan və onun tərəfindən yazılmış ərizədə barəsində CM-in 234.1-1-ci maddəsi olan işə ədalətli baxılmasını xahiş etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin ümumiyyətlə ona aid olmamasını və polis əməkdaşları tərəfindən onun üzərinə və evinə qoyulmasını bildirsə də iş üzrə onun ifadəsi yerində yoxlanılarkən yabanı halda bitmiş çətənə bitkisindən narkotik vasitəni topladığı yeri göstərdiyi yerdən götürülmüş torpaq nümunələrində narkotik tərkibli çətənə (kannabis) bitkiləri hissəciklərinin aşkar edilməsi onun məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli qeyri-səmimi ifadə verdiyini, onun məhkəməyədək icraat zamanı işin hallarına uyğun gəldiyinə görə daha səmimi və obyektiv ifadə verdiyini bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 65.2-c maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısındanaz ola bilməz. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 iyul 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 3104,9 qram və 0,09 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-72/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-72/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver