Məhkəmə qərarları › İş №1(091)-72/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-72/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-72/2025 30.09.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü madddələri ilə təqsirli bilinərək 3 il 4 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə cəzadan 1 ay 3 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarında narkotik vasitələr əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi ilə “WhatsApp” ani mesajlaşma sistemindən tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Fərrux adlı şəxsin ona əvvəlcədən bildirdiyi yer olan Qax şəhəri, Şahmat məktəbinin yaxınlığında yerləşən futbol meydançasındakı divarın yanına qoyulmuş təmiz çəkisi 7170,0 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı, təmiz çəkisi 50,886 qram təşkil edən narkotik vasitə olan tiryəki və təmiz çəkisi 6,273 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşımış, 18 iyul 2024-cü il tarixdə saat 02 radələrində Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhəri ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə dəvət olunmuş, orada üstünə keçirilən şəxsi axtarış zamanı əlindəki parça çantasının içərisindən yapışqan lentlə sarınmış qara rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3315,0 qram və 3855,0 qram olmaqla ümumi təmiz çəkisi 7170,0 qram təşkil edən külli miqdarda narkotik vasitə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, yapışqan lentlə sarınmış 50,886 qram külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və şəffaf polietilen bükümdə təmiz çəkisi 6,273 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, hadisədən 4 ay əvvəl azadlığa çıxmış, daha sonra Rusiya Federasiyasına getmişdir. Rusiyadan Azərbaycana qayıtdıqdan 17 gün sonra həbs olunmuşdur. O, narkotik vasitə heroin istifadəçisi olduğuna görə “WhatsApp” ani mesajlaşma şəbəkəsində narkotik vasitə satan Fərrux adlı İran vətəndaşı ilə tanış olmuş və mütəmadi olaraq həmin şəxsdən narkotik vasitə almışdır. Fərrux adlı şəxsin mobil telefon nömrəsini digər narkotik istifadəçiləri ona vermişlər. Sonuncu dəfə Fərruxdan 5 qram narkotik vasitə almaq üçün onun bank kartına 120 manat pul göndərmişdir. O, üzərindən aşkar olunmuş həmin narkotik vasitələrdən sadəcə olaraq 5 qram narkotik vasitə götürməli olmuş, qalan narkotik vasitələrdən xəbəri olmamışdır. Fərrux ona narkotik vasitəni Bakıda verə bilməyəcəyini, amma Qax rayonuna narkotik vasitə göndərəcəyini deyərək əgər istəyirsə onun aldığı narkotik vasitəni də həmin göndərilən narkotik vasitə ilə birlikdə Qax şəhərindən qayıdan zaman verə biləcəyini bildirmişdir. Amma o, Fərruxa ağrıları olduğuna görə dözə bilmədiyini, buna görə narkotik vasitəni götürmək özünün də Qax rayonuna getmək istədiyini deyərək olduğu yerin məkanını (konumu) Fərruxa göndərmişdir. Fərrux da onun olduğu yerin məkanını narkotik vasitəni götürmək üçün Qax rayonuna gedən şəxslərə göndərmiş və o, həmin şəxslərlə birlikdə Qax rayonuna yollanmışdır. O, Bakı şəhərindən Qax rayonuna 5 qram heroini götürmək məqsədilə getmişdir. Qax rayonuna Valeh adlı şəxslə və adı istintaqa məlum olmayan digər şəxslə birlikdə **-BZ-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə getmişdir. O, əvvəlcə qabaq oturacaqda əyləşmiş, daha sonra isə avtomobildə olan şəxslər avtomobili növbəli şəkildə idarə etdikləri üçün arxa oturacağa keçmişdir. Onunla birlikdə Qax rayonuna gedən şəxslər də narkotik vasitə götürmək üçün getmişlər. Qax rayonunda narkotik vasitənin qoyulduğu yerə çatmamış avtomobildə olan şəxslər ona avtomobildən düşməsini deyərək özlərinin narkotik vasitəni götürdükdən sonra geri qayıdaraq ona məxsus olan 5 qram heroini ona verəcəklərini bildirmişlər. O, avtomobildən düşdükdən sonra heç bir dəqiqə keçməmişdir ki, 8-9 nəfər polis əməkdaşı onu saxlamışdır. Onunla birlikdə gələn şəxslər isə yoxa çıxmışlar, həmin şəxsləri bir daha görməmişdir. Ona narkotik vasitənin divarın dibinə qoyulacağı bildirilmiş, amma o, həmin yerə getməmiş, onun tutulduğu yerlə narkotik vasitənin qoyulduğu yer arasında təxminən 150-200 metr məsafə olmuşdur. Yəni, polis əməkdaşları onu saxlayan zaman onun üzərində ümumiyyətlə narkotik vasitə olmamış, o, narkotik vasitənin qoyulduğu yerə çatmadan tutulmuş, narkotik vasitələri yalnız polis şöbəsində görmüşdür. Şəxsi axtarış zamanı çantadan aşkar olunmuş marixuananın və tiryəkin ona heç bir aidiyyatı yoxdur. Belə ki, o, heroin istifadəçisi olmuş, heç vaxt marixuana və tiryək istifadə etməmişdir. Buna görə də aşkar olunmuş narkotik vasitələrdən yalnız 5 qram heroin ona məxsus olduğuna görə özünü yalnız Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, belə ki, həmin ifadəni fiziki təzyiq altında vermişdir. O, polis şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı Ombudsmana şikayət etmiş, buna görə polis əməkdaşları şikayətini geri götürəcəyi təqdirdə onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin maddəsini daha aşağı həddə cəza nəzərdə tutulan başqa maddə ilə əvəz edəcəklərini bildirmişlər, o da polis əməkdaşları ilə razılaşaraq həmin narkotik vasitələrin ona məxsus olmasına dair ifadə vermişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılarkən çantadan aşkar olunmuş bütün narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsini onunla izah edir ki, həmin vaxt narkotik vasitəyə ehtiyacı olduğu üçün polis şöbəsində ona istifadə etməsi üçün narkotik vasitə verilmiş, o da bunun müqabilində, həm də narkotik vasitənin təsirindən özündə olmadığından hər şeyi boynuna götürmüşdür. Polis şöbəsində fiziki təzyiqə və təsirlərə məruz qalmış, onun ayaqlarına xəsarət yetirilmişdir. Amma ona daha yüngül maddə ilə ittiham veriləcəyinə dair polis əməkdaşlarının vədinə inandığı üçün X4 həkim onu müayinə edərkən yıxıldığını bildirmişdir. Cinayət işinin materiallarında yazılıb ki, guya o, saxlanılan zaman telefonunu atmışdır. Necə ola bilər ki, o, narkotik vasitə olan çantanı atmasın, amma telefonu atsın?! Sonradan onu tutulduğu yerə aparmışlar və guya onun telefonunu oradan tapmışlar. Ona məxsus 5 qram heroin digər narkotik vasitələrlə birlikdə olmuşdur. Belə ki, çantada olan heroin ona məxsus olsa da, digər narkotik vasitələr onu Qax rayonuna aparan taksi sürücüsü Şahid4 və onun avtomobildəki digər şəxsə məxsus olmuşdur. Şahid4 adlı taksi sürücüsü polisin adamıdır. Həmin şəxs Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü ilə məhkum olunmuş X2 barəsindəki cinayət işində də eyni qaydada taksi sürücüsü kimi şahid qismində iştirak etmişdir. Fərrux onun olduğu yerin məkanını Valeh adlı taksi sürücüsünə göndərmiş, Valeh də onu Yasamaldakı evinin qarşısından götürmüşdür. O, Qaxa gəlməsi müqabilində taksi sürücüsünə ödəniş etməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, Fərrux adlı İran vətəndaşı ilə aralarında yalnız narkotik vasitənin alışı ilə bağlı yazışmalar olmuşdur. O, əvvəllər də Fərrux adlı şəxsdən 3-4 dəfə narkotik vasitə almışdır. O, artıq dözə bilmədiyi və tez bir zamanda narkotik vasitə istifadə etmək istədiyi üçün Qax rayonuna getmək təklifini şəxsən özü irəli sürmüşdür. Fərrux adlı şəxsin onun Qax rayonuna pulsuz gedib-gəlməsini təşkil etməkdə məqsədi o olmuşdur ki, o, 5 qram heroinin pulunu verərək narkotik vasitənin ona təcili verilməsini istəsə də Fərrux narkotik vasitəni dərhal verə bilməmiş və onun Qaxa pulsuz-gedib gəlməsini təşkil etməklə bunu kompensasiya etmək istəmişdir. Fərrux narkotik vasitənin olduğu yerin məkanını həm ona, həm də onunla birlikdə Qaxa gedən şəxslərə göndərmişdir. O, özü Fərruxa “bunlar məni qoyub çıxıb gedəcək, narkotik vasitənin şəklini mənə də at dediyi üçün” Fərrux içərisində narkotik vasitə olan çantanın şəklini ona da göndərmişdir. Narkotik vasitəni Bakı şəhərinə çatdırmaqla bağlı İran vətəndaşı ilə heç bir razılaşması olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər üç dəfə məhkum olunmuşdur. 2014-cü ildən narkotik vasitə qəbul edir. Sonuncu dəfə 2020-ci ildə oğurluq etdiyi üçün tutulmuş, 2024-cü ilin mart ayının 1-də həbsdən azad olunmuş, həbsdən çıxandan sonra hər gün narkotik vasitə olan heroin qəbul etmişdir. Həbsdə olan zaman Anar adlı şəxsdən narkotik vasitə əldə etmək üçün İran İslam Respublikası vətəndaşı olan Fərrux adlı şəxsin “WhatsApp” nömrəsini almışdır. Üstündən xeyli müddət keçdiyindən Fərruxun nömrəsini aldığı şəxsi xatrılamır. Həbsdən çıxandan sonra İran vətəndaşı olan Fərrux adlı şəxsdən narkotik almağa başlamış, onunla “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə danışmışdır. Fərrux ona narkotikin konumunu atmış, o da Fərruxun ona göndərdiyi karta pul göndərmiş, sonra isə gedib konumdan narkotiki götürərək istifadə etmişdir. Fərrux hər dəfə ona müxtəlif kartlar atmışdır. 17 iyul 2024-cü il tarixdə saat 14 radələrində Fərrux ona “WhatsApp”la səs yollayaraq heroin istəyib-istəmədiyini soruşmuş, o da istədiyini və pulunun olmadığını demişdir. Fərrux da ona “get Qax şəhərinə sənə göndərəcəyim konumda böyük çantanın içərisində iki bağlama marixuana, tiryək və 5 qram heroin var” deyərək heroini istifadə etməsini, digərlərini isə Bakıya gətirərək onun deyəcəyi yerə qoymasını və şəkilini çəkib ona yollamasını bildirmişdir. O, narkotik aludəçisi və xəstəsi olduğu üçün Fərruxun təklifi ilə razı olmuşdur. 18 iyul 2024-cü il tarixdə saat 01:30 radələrində **-BZ-*** dövlət qeydiyyat nişanlı taksi ilə Qax şəhərinə gəlmişdir. Qax şəhərini tanımadığı üçün Fərruxun ona göndərdiyi konuma gəlmiş və həmin konumda köhnə yarımtikiliyə qoyulan böyük bir çantanı götürmüşdür. Bir qədər çanta ilə hərəkət etdikdən sonra saat təxminən 02 radələrində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitənin qanunsuz gəzdirilməsində şübhəli olduğunu, buna görə Qax Rayon Polis Şöbəsinə gedərək üzərinə və çantaya baxış keçirəcəklərini bildirmişlər. Artıq polisdə onun qanunsuz narkotik vasitə daşımağı barədə məlumat olduğunu, buna görə etiraz etməyin boş olduğunu görüb onlarla birlikdə Qax Rayon Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində ona vəkillərin siyahısını təqdim etmişlər, o da Qax şəhərində fərdi fəaliyyət göstərən tanımadığı vəkil Yeganə Muradlını seçmişdir. Daha sonra ona bütün hüquq və vəzifələri izah edilmiş, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o isə üzərində heç bir əşya olmadığını deyərək ancaq çantanı təqdim etmişdir. O, çantanı açaraq narkotik vasitə olan marixuananı, heroini və tiryəki polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitələri İran vətəndaşı olan Fərrux adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra həmin narkotik vasitələr onların iştirakı ilə elektron tərəzidə çəkilmiş, heroin 8.77 qram, tiryək 51.45 qram, iki ədəd qara bağlamada olan marixuana isə ümumilikdə 7586 qram təşkil etmişdir. Bundan sonra narkotik vasitələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra protokol tərtib edilmiş, özü də vəkili ilə birlikdə həmin protokola imza etmişdir. Qax Rayon Polis Şöbəsinə gətirilərkən və Qax Rayon Polis Şöbəsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamışdır. Aşkar olunmuş narkotik vasitələri üzərində gəzdirməkdə məqsədi ondan istifadə etmək və İran vətəndaşı olan Fərrux adlı şəxsin dediyi yerə aparmaq olmuşdur. İlkin ifadəsində dəqiq xatırlamadığından Qax şəhərinə gəldiyi avtomobilin markasını və dövlət qeydiyyat nişanını xatırlamadığını bildirmiş, lakin sonradan fikirləşən zaman Qax şəhərinə gəldiyi avtomobilin **-BZ-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobil olduğu yadına düşmüşdür. Avtomobildə olan şəxslərin onun Qax şəhərinə narkotik vasitə əldə etmək və daşımaq üçün gəlməyindən xəbərləri olmamış, onlara bu barədə heç nə deməmişdir. İlkin ifadəsində dəqiq xatırlamadığından Fərrux adlı şəxsin nömrəsini cəzaçəkmə müəssisəsində tanış olduğu tanımadığı şəxs vasitəsilə aldığını bildirmiş, lakin sonradan fikirləşən zaman həmin şəxsin adını xatırlamışdır. Həmin şəxs onunla 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Anar Hüseyn adlı şəxs olmuşdur (cild 1, iş vərəqə 58-61, 176-179, 212-215). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Qax Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 18 iyul 2024-cü il tarixdə Qax Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinə Bakı şəhər sakini X6 narkotik vasitələrin daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbiri həyata keçirilərək 18 iyul 2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Qax Rayon Polis Şöbəsinin təhqiqat bölməsinə təhvil verilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun əlindəki çantadan 2 ədəd böyük bükümdə qurudulmuş marixuanaya bənzər kütlə, digər bükümlərdən isə heroinə və tiryəkə bənzər maddələr aşkar olunmuş, həmin maddələr tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs heç nəyə etiraz etməmiş, İran vətəndaşı olan Fərrux adlı şəxsin ona göndərdiyi konum əsasında Qax şəhərinə narkotik vasitə götürməyə gəldiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu əlindəki çanta ilə piyada tək hərəkətdə olmuş, orada hər hansı başqa bir şəxs və ya avtomobil olmamışdır. Saxlanılan zaman və polis şöbəsində Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qax Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, Bkı şəhərində özünə məxsus “Nissan” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 17 iyul 2024-cü il tarixdə axşam radələrində bir nəfər daimi müştərisini Şəki rayonuna aparmaq üçün yola düşmüşdür. Bakı şəhərində Yasamala gedilən yolun kənarında həmişə rayona gedən insanlar olur və onlar yolüstü taksi saxlayırlar. Həmin yoldan keçərkən tanımadığı bir şəxs əli ilə işarə edərək onun avtomobilini saxlatmış və 20 manat qarşılığında onu Qax rayonuna aparmasını xahiş etmiş, o da razılaşmışdır. Sonradan adının Fuad olduğunu bildiyi həmin şəxs avtomobildə söhbət əsnasında qardaşı oğlunun əsgərlikdən gəldiyini, onun yanına getdiyini bildirmişdir. O da həmin şəxsi Qax rayonu ərazisində dediyi ünvanda düşürtmüşdür. Fuadın deməsinə görə həmin ünvan onun qohumunun yaşayış evi olmuşdur. O, Fuadı düşürtdükdən sonra oraya polis əməkdaşlarının gəldiklərini görməmişdir. O, həmin vaxtdan 10-15 gün sonra belə bir hadisənin olduğunu bilmişdir. Şəki rayonuna apardığı Soltan adlı şəxs Bakı şəhərində onun daimi müştərisi olmuşdur. O, Soltanı Şəki rayonuna birinci dəfə həmin gün aparmış, bundan sonra heç vaxt aparmamışdır. Belə ki, Soltan Şəkidə toya getməli olduğunu deyərək onu Şəkiyə aparmasını xahiş etmiş, o da 80 manat qarşılığında onu Şəkiyə aparmışdır. Toyun hansı restoranda olacağı barədə heç bir məlumatı olmamış, o, Soltanı gecə saatlarında sonuncunun özünün göstərdiyi yaşayış evinin yanında düşürtmüşdür. Soltanın mobil telefon nömrəsini və yaşadığı ünvanı bilməsə də onun işlədiyi yeri bilir. Belə ki, Soltan Bakı şəhərində Lev Tolstoy küçəsində paltar dükanı işlədir. Yol üstü kimisə götürməyi Soltan özü ona təklif etmişdir ki, onun qazancı olsun. O, köhnə yolla gedərək əvvəlcə Qax rayonunda Fuadı düşürtmüş, sonra isə Şəkinin hansısa tanımadığı kəndində Soltanı düşürtmüş, oradan isə Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhərinin daxilində taksi fəaliyyəti ilə məşğul olduğu üçün Şəki və ya Qax yolu onun mütəmadi olaraq istifadə etdiyi yol olmamış, həmin yoldan ilk dəfə həmin gün istifadə etmişdir. Buna görə də yolu tanımadığından “Waze” proqramından istifadə etmiş və həmin proqramın göstərdiyi yolla hərəkət etmişdir. Avtomobildə Fuadın vəziyyəti normal olmuş, sonuncu qeyri-normal vəziyyətdə olmuş olsaydı onu avtomobilinə mindirib özünə problem yaratmazdı. Fuad avtomobildə Rusiyadan təzə gəlməsi, əvvəllər məhkum olunması, indi isə qohumu əsgərlikdən gəldiyi üçün onun yığıncağında iştirak etməyə getməsi barədə söhbətlər etmişdir. Avtomobildə narkotik vasitə barədə söhbət edilməmişdir. Əgər narkotik vasitə ilə bağlı söhbət açılsaydı o, həmin şəxsi avtomobildən düşürdər, 20 manata görə özünə problem yaratmazdı. Fuad Qax rayonuna getmək üçün razılaşdıqları 20 manat pulu ona vermişdir. O, yol boyu avtomobili özü tək sürmüş, avtomobili sürməsi üçün Soltana verməmişdir. Hadisədən təxminən 10 gün sonra müstəntiq ona zəng edərək avtoqəza ilə bağlı Qax Rayon Polis şöbəsinə yaxınlaşmasını istəmiş, oraya getdikdən sonra isə hadisə ona məlum olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Qax Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən həmin polis şöbəsinin rəisinə ünvanlanmış 18 iyul 2024-cü il tarixli raportdan görünür ki, Bakı şəhər sakini “Fuad” adlı şəxsin narkotik vasitə istifadəçisi olması və 18 iyul 2024-cü il tarixdə gecə saatlarında Qax şəhərində narkotk vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 3). Qax Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Azər Nəsirov tərəfindən həmin polis şöbəsinin rəisinə ünvanlanmış 18 iyul 2024-cü il tarixli raportdan görünür ki, barəsində narkotik vasitə istifadəçisi olması barədə əməliyyat məlumatı daxil olmuş Bakı şəhər sakini “Fuad” adlı şəxs 18 iyul 2024-cü il tarixdə saat 02:00 radələrində Qax şəhəri ərazisində saxlanılaraq gecə saatlarında Qax Rayon Polis Şöbəsinə gətirilmiş, həmin şəxsin ünvan 6 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 8). Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 18 iyul 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 02:54-dən 03:36-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əlindəki çantanın içərisində iki ədəd qara rəngli sellofan torba, bir ədəd sellofan büküm və bir tərəfi yapışqan şəffaf sellofan büküm aşkar olunmuşdur. Aşkar olunmuş həmin bükümlərə baxış keçiriləndə sellofan bükümün içərisindən heroinə bənzər kütlə, bir tərəfi yapışqan şəffaf sellofan bükümün içərisindən 4 ədəd bərk formada qara rəngli kütlələr, iki ədəd qara rəngli sellofan torbaların içərisindən isə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs çantadakı narkotik vasitələrin ona məxsus olduğunu, onları İran vətəndaşı olan Fərrux adlı şəxsin vasitəsilə əldə etdiyini, həmin şəxsin ona konum yollayaraq narkotikin yerini ona dediyini, həmin narkotiki Qax şəhərində olan konumdan götürüb apararkən polislər tərəfindən saxlanıldığını, həmin narkotik vasitələri ona deyiləcək yerə qoymalı olduğunu bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 26-31). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri götürdüyü yeri əyani olaraq göstərək marixuananı, tiryəki və heroini 18 iyul 2024-cü il tarixdə gecə təxminən 01:30 radələrində Qax şəhəri, Şahmat məktəbinin yanındakı futbol meydançasının yaxınlığında yerləşən köhnə yarımçıq tikilinin yanından götürdüyünü bildirmişdir. Həmin istintaq hərəkəti zamanı tikilinin yaxınlığındakı otluq sahədən Təqsirləndirilən şəxs məxsus mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs telefona baxaraq həmin telefonun ona məxsus “Redmi 8 Pro” markalı mobil telefon olduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 63-66). Fotoşəkil üzrə tanınmanın aparılması haqqında 03 sentyabr 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs 15 saylı cəzaçəkmə müəssisəsində tanış olaraq Fərrux adlı şəxsin əlaqə nömrəsini öyrəndiyi Anar adlı şəxsin müəyyən edilməsi üçün həmin cəzaçəkmə müəssisəsində olan iki nəfər şəxsin - X7 və X8 fotoşəkili digər dörd nəfər şəxsin fotoşəkili ilə birlikdə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, sonuncu həmin şəxslərin heç birinin onunla 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Anar adlı şəxs olmadığını bildirmişdir (cild 1, iş vərəqə 183-187). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən 03 avqust 2024-cü il tarixli, 3-13-3/2-1864/2024 saylı məktubla təqdim olunmuş Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsilə qeydə alınmış **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hərəkəti barədə məlumatların olduğu diskdən və həmin diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdən saat 21 radələrində Bakı-Qazax avtomobil yolunun 124.5-ci kmdən başlayaraq xx.xx.2024-cü il tarixdə saat 23:28 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Suçma kəndi ərazisində Zaqatala istiqamətində hərəkətdə olmuşdur (cild 1, iş vərəqə 117-148). Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi 8 Pro” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan və mobil telefondakı səs yazılarının köçürüldüyü diskdən görünür ki, mobil telefondakı “WhatsApp” proqramında Təqsirləndirilən şəxs məxsus mobil nömrə və “Fərrux İran” adı ilə qeydə alınmış +**********76 mobil nömrə arasında 17-18 iyul 2024-cü il tarixlərdə səsli mesajlaşmalar və telefon danışığı olmuşdur. Həmin səsli mesajlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Fərrux İran” adı ilə qeydə alınmış şəxsə “Fərrux mən çatmışam, bir şey qalmayıb. 20 km qalıb”, “Çatmışam bir dəqiqəyə ordayam fsyo”, “Səs at, eşidirəm mən təkəm”, “Ay Fərrux oxu, oxu mənə cavab ver, mən çatmışam”, “Fərrux yığ məni” məzmunlu səsli mesajlar göndərmişdir. “Fərrux İran” adı ilə qeyd olunmuş şəxs tərəfindən isə Təqsirləndirilən şəxs “”Nə qədər qalır ora?”, “Götürəndə mənə xəbər elə. Denen götürdüm”, “Zəng eləyirəm sənə zəng çatmır” məzmunlu səsli mesajlar göndərilmişdir. Eyni zamanda “İran Fərrux” adı ilə qeydə alınmış mobil nömrədən Təqsirləndirilən şəxs mobil nömrəsinə çantanın qoyulduğu yerin fotoşəkili və məkanı (konumu) göndərilmişdir (cild 1, iş vərəqə 67-69). Məhkəmə-bioloji ekspertizasının 18 iyul 2024-cü il tarixli 3-16-16-2-17/639 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd kütlələr” sözləri, adlar və imzalar yazılmış 01 ədəd parça çantanın içərisindəki, üzərləri yapışqan lentlə sarınmış 02 ədəd qara rəngli sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri - 3315,0 qram və 3855,0 qram, ümumi çəkiləri - 7170,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş kütlələr.” sözləri, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki, təmiz çəkisi 50,886 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş kütlə.” sözləri, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 6,273 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspert tədqiqatından sonra marixuanaların qalıq çəkisi 7169,60 qram, tiryəkin qalıq çəkisi 50,786 qram, heroinin qalıq çəkisi 6,223 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 103 manat 65 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 37-41). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 avqust 2024-cü il tarixli 1427 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin tədqiqi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ondan aşkar olunan narkotik vasitəni onlayn yolla tanımadığı İran vətəndaşından aldığını bildirmişdir (cild 1, iş vərəqə 171). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 iyul 2024-cü il tarixli 534 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi müşahidə olunmur. Onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Həmin rəyin tədqiqi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini ekspertiza zamanı da təkrar etmiş və müdafiə olunaraq “aşkar edilmiş narkotik vasitəni özümün istifadəm üçün saxlamışdım” deyə bildirmişdir (cild 1, iş vərəqə 173-174). Maddi sübut qismində tanınma haqqında 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əlindəki parça çantanın içərisindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7169,60 qram təşkil edən qurudulmuş marixuana, qalıq çəkisi 50,786 qram təşkil edən tiryək və qalıq çəkisi 6,223 qram təşkil edən heroin maddi sübut kimi tanınmışdır. Bundan başqa ibtidai istintaq orqanının 25 sentyabr 2024-cü il tarixli qərarı ilə şəxsi axtarış keçirilməsinin, mobil telefona baxış keçirilməsinin və Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsilə qeydə alınmış **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti barədə məlumatların əks olunduğu disklər maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqə 161). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 94-cü maddəsinin 1,3,4,6-cı bəndləri, 93-5-ci maddəsinin 2-ci hissəsi, 252-ci maddəsinin “V” bəndi, 105-ci, 246-cı maddənin “A” bəndi, 207-ci maddənin 3-cü hissəsi, 220-1-ci maddənin 2-ci hissəsi ilə (qəsdən adam öldürmə) təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30 yanvar 2015-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü madddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 3 il 9 aya endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qərarı ilə cəzadan 3 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş, 29 aprel 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış; - Abşeron rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü madddələri ilə təqsirli bilinərək 3 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə cəzadan 1 ay 3 gün vaxtından əvvəl şərti azad edilmiş, 01 aprel 2024-cü ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 97-99, 155-160). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənilsə də Abşeron rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında göstərilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli qərarında isə göstərilmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar, təmiz halda 50 qramdan artıq çəkidə narkotik vasitə tiryək külli miqdar, təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verərkən onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə əlaqədar ifadəsi yalnız özünün bildirdiklərindən ibarət olmaqla hər hansı dəlillə təsdiqini tapmır. Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyədək icraatı zamanı bununla bağlı hər hansı orqana şikayət etməmişlər. Şəxsi axtarış keçirilməsi prosesini əks etdirən, müdafiəçisinin də bilavasitə iştirak etdiyi videoçəkilişdən də aşkar görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq çantanın işərisindəki narkotik vasitə olan bükümləri çıxarıb masanın üzərinə qoymaqla təqdim edir, həmin narkotik vasitələri İran vətəndaşının ona göndərdiyi konum əsasında Qax şəhərindən götürdüyünü bildirir və kifayət qədər sərbəst olmaqla suallara rahat şəkildə cavablar verir. Təqsirləndirilən şəxs xarici görünüşündə, sərbəst hərəkətlərində ona qarşı hər hansı fiziki güc tətbiq olunmasını ehtimal etməyə əsas verə biləcək əlamətlər müşahidə olunmur. Məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zorakılıq göstərilməsi, döyülməsi, hədələnməsi və sair xüsusatlarla bağlı heç bir mötəbər dəlil əldə olunmamışdır. Məhkəmənin sorğusu əsasında alınmış “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X5 qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “qarında cərrahiyyə əməliyyatından sonrakı köhnə çapıq toxuma” aşkar olunmuş, döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda qurudulmuş marixuanadan və tiryəkdən məlumatının olmaması, Qax rayonuna 5 qram narkotik vasitə heroin götürmək üçün getməsi barədə dediklərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasları boyunca yalnız 5 qram heroin götürmək üçün getdiyini bildirsə də 18 iyul 2024-cü il tarixdə şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman o, çantadan aşkar olunan narkotik vasitələrin növünü və miqdarını mübahisələndirməmiş, həmin narkotik vasitələrin özünə məxsus olduğunu, onları İranlı şəxsin ona göndərdiyi konum əsasında Qax şəhərindən götürdüyünü bildirmiş və özünü müdafiə edərək “yer deyecəkdilər aparıb qoyacaqdım ora, başqa heç nə bilmirəm” deyə bildirmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsinə dair protokoldan görünür ki, ona məxsus “Redmi 8 Pro” markalı mobil telefonda “Fərrux İran” adı ilə qeydə alınmış şəxs tərəfindən “WhatsApp” vasitəsilə ona bir ədəd çantanın fotoşəkili göndərilmişdir. Şəxsi axtarış zamanı aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi çanta həmin fotoşəkildəki çanta ilə eynidir və kifayət qədər böyük olan həmin çantanın içərisində cəmi 5 qram heroin olmasının zənn edilməsi ağlabatan deyil. Bu səbəbdən təqsirləndirilən şəxsin yalnız 5 qram heroin götürməyə gəlməsi barədə mövqeyi mötəbər deyil. Məhkəmə Təqsirləndirilən şəxs onu Qax rayonuna gətirən Valeh adlı şəxsin polisin adamı olması, sonuncunun Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü ilə məhkum olunmuş X2 barəsindəki cinayət işində də eyni qaydada taksi sürücüsü kimi şahid qismində iştirak etməsinə dair dediklərinə münasibət bildirərək qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Zaqatala rayon Məhkəməsi tərəfindən verilmiş 25 iyin 2025-ci il tarixli məktubdan görünür ki, həmin məhkəmənin 11 dekabr 2019-cu il tarixli hökmü ilə təqsili bilinərək məhkum olunmuş X2 barəsindəki cinayət işi üzrə Şahid4 ibtidai istintaq zamanı şahid qismində dindirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitələrdən cəmi 5 qram heroin ona məxsus olsa da digər narkotik vasitələrin hamısının taksi sürücüsü Şahid4 və onun avtomobildə olan digər şəxsə məxsus olması, hadisə günü həmin şəxslərin ona avtomobildən düşməsini deyərək özlərinin narkotik vasitəni götürdükdən sonra geri qayıdaraq ona məxsus olan 5 qram heroini ona verəcəklərini deməsi, o, avtomobildən düşdükdən sonra heç bir dəqiqə keçmədən polis əməkdaşlarının onu saxlaması, narkotik vasitənin qoyulduğu yerə çatmadan tutulmasına dair ifadəsinə də münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş diskdəki səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs və onun mobil telefonunda “Fərrux İran” adı ilə qeydə alınmış şəxs bir-birilərinə qarşılıqlı olaraq müxtəlif səsli mesajlar göndərmişlər. Təqsirləndirilən şəxs tərəfindən Fərrux adlı şəxsə göndərilmiş “Fərrux mən çatıram bir şey qalmayıb, 20 km qalıb”, “çatmışam bir dəqiqəyə ordayam fsyo”, “Ay Fərrux oxu, mənə cavab ver, mən çatmışam” məzmunlu səsli mesajlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin qoyulduğu yerə çatmadan tutulmasına dair ifadəsi həqiqəti əks etdirmir. Bundan başqa, Təqsirləndirilən şəxs Fərrux adlı şəxsə “..mən çatıram..”, “Səs at, eşidirəm mən təkəm” məzmunlu, Fərrux adlı şəxsin isə Təqsirləndirilən şəxs “götürəndə mənə xəbər elə. Denən götürdüm” məzmunlu səsli mesajlar göndərməsi Fuadın narkotik vasitəni götürməyə məhz tək getməsini, onun Fərrux adlı şəxslə tək, yəni heç kimin eşitməyəcəyi şəraitdə danışmaq istəməsini sübut edir. Əlavə olaraq qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın bütün mərhələlərində ondan aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu bildirmiş, narkotik vasitələrin çəkisini və növünü heç bir ifadəsində və ya istintaq hərəkətlərində mübahisələndirməmiş, hətta Qax Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata baxılarkən əməlini etiraf edərək peşman olduğunu bildirmiş və təqdimatın təmin olunmamasını xahiş etmişdir. Bütün qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların hər hansı şəkildə təsdiqini tapmadığı, həmin iddiaların əsassız olmaqla özünümüdafiə mövqeyi ilə bağlı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq satış məqsədilə külli miqdarda qurudulmuş marixuna, heroin və tiryək əldə edib saxlayaraq daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti, mobil telefonundan aşkar olunmuş səsli mesajlar və fotoşəkillər, şahid ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə saat 02:40-da şübhəli şəxs qismində tutulmuş, Qax Rayon Məhkəməsinin 19 iyul 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 18 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəq 10-11, 76-79). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 iyul 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Qax Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 7169,60 qram təşkil edən qurudulmuş marixuana, qalıq çəkisi 50,786 qram təşkil edən tiryək və qalıq çəkisi 6,223 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsünün əks olunduğu disk, mobil telefondakı səs yazılarının əks olunduğu disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsilə qeydə alınmış **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti barədə məlumatların əks olunduğu disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 103 manat 65 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 18 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Qax Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 7169,60 qram təşkil edən qurudulmuş marixuana, qalıq çəkisi 50,786 qram təşkil edən tiryək və qalıq çəkisi 6,223 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsünün əks olunduğu disk, mobil telefondakı səs yazılarının əks olunduğu disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsilə qeydə alınmış **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti barədə məlumatların əks olunduğu disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 103 (yüz üç) manat 65 (altmış beş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar