Məhkəmə qərarları › İş №1(091)-73/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-73/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-73/2021 17.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X9 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X5, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə xx xxxxx 1985-ci ildə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxxxxxxx 2020-ci ildən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X13 Məhkəməsinin 2 saylı iclas zalında məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bacısı X1 Yevlax rayon Xanabad kənd sakini Şahid3 ilə hadisədən bir neçə gün əvvəl gecə saatlarında atası Şahid2 məxsus evin giriş qapısında görüşdüklərinin şahidi olduğundan onların qadın-kişi münasibətlərində olduğunu düşünərək onu qəsdən öldürmək qərarına gəlib bu məqsədlə xx xxxxxxxx 2020-ci ildə saat 17:30 radələrində yaşadığı evdə olan mətbəx bıçağını götürüb, özünə məxsus olan tünd bənövşəyi rəngli uzunqol köynəyə bükərək sallofan torbanın içərisinə qoyub, bacısı Təqsirləndirilən şəxsnın digər bacısı X2 yaşadığı evdə olduğunu bildiyindən, onların yaşadığı Mingəçevir şəhəri, “Güllü bağ” adlanan əraziyə gələrək bacısının yaşadığı binaya qalxmaq istədikdə Midvarinin binadan düşdüyünü görüb, ona yaxınlaşaraq söhbət edəedə Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “Mingəçevir Mall” adlı ticarət mərkəzinin qarşısındakı istirahət parkına qədər piyada gələrək, ona bir qadın kimi tənha həyat tərzi sürməsinin ailələrinə yaraşmadığını bildirib, ailəsinin yanına qayıtmasını tələb etdikdə, M,Məmmədova rədd cavabı verdiyindən niyyətini həyata keçirmək və onu tez bir zamanda öldürmək üçün sonuncunun bədəninin müxtəlif nahiyələrinə üzərində gətirdiyi mətbəx bıçağı ilə vuraraq, cəmi 8 ədəd kəsilmiş-deşilmiş yaralar, o cümlədən sol saidində iki ədəd, sol əl barmaqlarında bir ədəd, sol mil-bilək oynağında bir ədəd dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda sağlamlığa yüngül zərər vurmaya aid kəsilmiş yaralar və kəskin qanitirməyə səbəb olan ürəyinin və ağciyərinin zədələnmələri ilə döş boşluğuna, döş qəfəsinin arxa səthindən sol plevra boşluğuna, döş qəfəsinin sağ ön səthindən döş boşluğuna, sağ böyrəyin zədələnməsi ilə sağ böyrək proyeksiyasından qarın boşluğuna dəlib keçən dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid dörd ədəd xəsarət yetirərək X3 qəsdən öldürmüş, yəni qəsdən həyatından məhrum etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bacısı Midvari təxminən 6-7 il əvvəl Elvin adlı şəxslə ailə həyatı qurmuş, onların ailə həyatı təxminən 6 ay davam etmiş və münasibətləri alınmadığından boşanmışlar. Midvari ərindən ayrıldıqdan sonra bir neçə il onlarla yaşamış, təxminən 2 il olar ki, Mingəçevir şəhərində yaşayır. Təxminən 3 gün əvvəl Midvari onların yaşadığı evdə qalan geyim əşyalarını götürmək üçün gəlmiş və həmin gecəni də onların evində keçirmişdir. Həmin gecə təxminən saat 03:00 radələrində Midvari yaşadıqları evin həyətinə düşərək həyətin qapısına tərəf getmişdir. Midvari həmin vaxt onun oyaq olduğunu və onu gördüyünü bilməmişdir. O, qapını açıb həmkəndlisi olan Elçin adlı şəxslə bir neçə dəqiqə söhbət etdikdən sonra yenidən qayıdıb evə gəlmişdir. O da bu barədə həmin vaxt Midvariyə hər hansı bir söz deməmişdir. xx xxxxxxxx 2020-ci ildə Midvariyə zəng edərək təxminən 3 gün əvvəl gecə hansı səbəbdən Elçin adlı şəxslə görüşüb söhbət etdiyini soruşmuş, Midvari də həmin telefon zəngi zamanı Elçin ilə hər hansı başqa məqsədlə görüşmədiyini, ona Mingəçevir şəhərində yaşadığı evin açarını verdiyini, Elçinin həmin açarı ev sahibinə çatdırmalı olduğunu bildirmişdir. Belə ki, o, bildiyi qədərilə Elçin Midvarinin kirayədə yaşadığı mənzilin sahibi ilə qohumluq əlaqələri olmuşdur. Lakin, Midvarinin bu cavabı da onu qane etməmişdir. Midvarinin gecə saat 03 radələrində başqa bir kişi ilə görüşüb söhbət etməsindən sonra onu öldürmək qərarına gəlmişdir. xx xxxxxxxx 2020-ci ildə saat 17:30 radələrində yaşadıqları evdə olan istifadə olunmayan mətbəx bıçağını özünə məxsus olan tünd bənövşəyi rəngli uzunqol köynəyə bükərək sellofanın içərisinə qoymuş və özü ilə birlikdə Mingəçevir şəhərinə gətirmişdir. Midvarinin həmin vaxt yeznəsi Ağasəfgilin evində olduğunu bilmişdir. O da bununla bağlı olaraq yeznəsigilin yaşadığı Mingəçevir şəhərinə, “Güllü bağ” adlanan əraziyə gələrək yeznəsigilin yaşadığı binaya qalxmaq isdədikdə Midvarinin binadan düşdüyünü görmüşdür. Midvari ilə söhbət etməyə başlamış və onlar söhbət edərək Mingəçevir şəhəri Nizami küçəsində “Mingəçevir Mall” adlı ticarət mərkəzinin qarşısına qədər piyada olaraq gəlmişdir. Həmin yerə çatdıqda orada olan parkda oturacaqda oturmuş və söhbətinə davam etmişdir. Onu öldürəcəyindən Midvaridə olan onlara məxsus qızılları harada olması barədə ondan məlumat almağa çalışmışdır. Söhbətin yekununda ona yaşadıqları evə getməyi təklif etmiş, belə ki, Midvari artıq 2-3 gün idi ki, ev kirayəsini ödəyə bilmədiyi üçün küçələrdə yaşamışdır. Lakin, Midvari onunla razılaşmayaraq ona “rədd ol” demişdir. O da söhbət əsnasında qabaqcadan planlaşdırığı fikri, yəni Midvarini öldürməyi həyata keçirmək məqsədilə sağ əlini əlində olan sellofanın içərisində olan bıçağın tiyəsindən tutmuşdur. Təxminən saat 20:30 radələrində söhbətləri sona çatdıqda o, sağ əli ilə tutduğu bıçağı çıxardaraq Midvarinin ürək nahiyəsindən onu öldürmək məqsədilə zərbə endirmişdir. Təxminən 5-6 bıçaq zərbəsindən sonra Midvarinin səsinin xırıldadığını eşitmiş və artıq öldüyünü düşünərək bıçaq zərbələrini sona çatdırmışdır. Bundan sonra Midvari oturduqları oturacağın qarşısında yerə yıxılmışdır. Bu zaman ora ətrafdan şəxslər yığılmağa başlamış, o da bundan sonra hadisə barədə xalası Natavana, dayısı Həsənağaya məlumat vermiş və ətrafda olan vətəndaşlara da polis şöbəsinə xəbər vermələrini bildirmişdir. Bundan sonra həmin ərazidə qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra o, əlində olan bıçağı onlara təhvil vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmədə ifadəsində bildirmişdir ki, bacısı Midvariın həmkəndlisi Elçin adlı şəxslə münasibətinin olmasını bilmişdir. Belə ki, onlar təxminən 3-4 il olardı ki, münasibət saxlamışdır. Lakin, Midvari ona onların dost münasibətində olduğunu bildirmişdir. Buna baxmayaraq onların arasında hər hansı yaxın münasibətin şahidi olmamışdır. Təxminən 2020-ci ilin sentyabr ayının 2-3 tarixlərində o, atasıgilin yaşadığı Yevlax rayonu, Xanabad kəndində qalmışdır. Həmin vaxt Midvari də onunla birlikdə gecəni orada qalmışdır. Daha sonra həmin günün ertəsi gün qardaşı Təqsirləndirilən şəxs ondan həmin gecə saat 03 radələrində Midvarinin yaşadıqları evin qapısının yanında həmkəndlisi Elçin adlı şəxs ilə birlikdə söhbət etdiyinin şahidi olduğunu bildirmişdir. Lakin, onun bu barədə məlumatı olmadığından Malikə hər hansı bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra Midvaridən bu barədə soruşduqda ona Mingəçevir şəhərinə getmək üçün Elçini çağırdığını bildirmişdir. Həmin vaxt Malik çox əsəbləşmişdir. Bundan sonra Midvari də, o da Mingəçevir şəhərinə qayıtmışdır. Bundan sonrakı vaxtlarda nə Malik nə də Midvari ona bu haqda hər hansı bir söz deməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində Midvari onun yaşadığı evə gəlmişdir. O, həmin vaxt onun övladları ilə biraz oynadıqdan sonra nahar etmişdir. Daha sonra təxminən 14 radələrində şəhərə çıxacağına bildirərək evdən çıxıb getmişdir. Daha sonra Midvari təxminən saat 17 radələrində onlarda qalan paltarlarını götürmək üçün yenidən onlara gəlmişdir. Həmin vaxtlarda qardaşı Malik ona zəng edərək ilk əvvəl hal əhval tutmuş, daha sonra Midvarinin onlarda olub-olmadığını soruşmuşdur. O da Midvarinin onlarda olduğunu ona demişdir. Daha sonra Malik telefon zəngini söndürərək ona “whatsapp” sosial şəbəkəsində yazaraq Midvarinin onlarda qalıb-qalmayacağını soruşmuş, daha sonra Midvariyə yemək verməyini ona bildirmişdir. Həmin telefon danışığı zamanı Malikin səs tonunda fərqlilik hiss etməmiş, o həmişəki kimi onunla danışmışdır. Təxminən saat 19 radələrində Midvarini yola salmaq məsqədilə qapını açdıqda Malikin həmin vaxt blokda olduğunu görmüşdür. Saat 20:45 radələrində anası Şahid1 ona zəng edərək Malik və Midvarinin telefonlarına cavab vermədiklərini, onun da onlara zəng etməyini bildirmişdir. Bundan sonra o da onlara zəng etsə də onlar telefonlara cavab verməmişlər. Bundan bir neçə dəqiqə sonra atası Yaşar ona zəng edərək Malikin dayısı Həsənalıya zəng edərək Midvarini öldürdüyünü dediyini bildirmişdir. Bundan sonra o da Midvarinin aparıldığı Mingəçevir ŞMX-na getmişdir. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, X7 ilə təxminən 2 ay əvvəldən münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs ölməmişdən təxminən 1 həftə əvvəl saat 23 radələrində ona zəng edərək Mingəçevir şəhərinə getdikdə onu da aparmağını bilmişdir. O da Midvari ilə razılaşmış və təxminən saat 04 radələrində onun yaşadığı Yevlax rayonu, Xanabad kəndində yerləşən evlərinin qarşısına gəlmişdir. Midvari ilə görüşmüşdür. Midvari ilə hər hansı bir görüşləri olmamışdır. xx xxxxxxxx 2020-ci ildə axşam saatlarında tanışı Zaur ona zəng edərək Midvarinin qardaşı Malik tərəfindən öldürüldüyünü bildirmişdir. Şahid2 ifadəsindəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Həsənalı zəng edərək Malikin Midvarini öldürdüyünü bildirmişdir. Malik bacısı Midvarinin yığılan borclarından təngə gəlmiş və utancından onu öldürmək qərarına gəlmişdir. Belə ki, onlar ailəlikcə Midvarinin səbəbini bildirmədən etdiyi borclardan təngə gəlmişdir. Bundan əlavə olaraq boşanmış bir qadının evindən kənarda başqa bir evdə yaşaması adət və əxlaq normalarına zidd olmuşdur. Onlar Midvarinin evdən kənarda Mingəçevir şəhərində yaşamasını özlərinə ayıb bilmişlər. Malikin Midvari öldürmək qərarına gəlməsindən onun məlumatı olmamışdır. Malik Midvari öldürməmişdən təxminən 3-4 gün əvvəl Midvarı onlarla birlikdə qalarkən saat 03 radələrində yaşadıqları evin qapısının yanında həmkəndliləri Elçin ilə birlikdə söhbət etməsindən onun məlumatı olmamışdır. Midvarının hər hansı şəxslə kişi-qadın münasibətində olması barədə məlumatı olmamışdır. Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri – Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən istirahət parkıdır. Parkın ərazisində insanların istirahəti üçün oturacaqlar vardır. Həmin parkda üzü “1941-1945” istirahət parkına tərəf durduqda solda H.Əliyev prospekti ilə N.Nərimanov prospektini birləşdirən magistral yol vardır. Yolun sol tərəfində üzərində “Yenilik” sözləri yazılmış geyim dükanı, “Restoran”, üzərində “ Mingəçevir Mall” sözləri yazılmış ticarət mərkəzi və yaşayış binaları vardır. Parkın sağ tərəfində isə yaşayış binaları müşahidə olunur. Həmin parkın ərazisində 12 saylı üçmərtəbəli binanın sol ön küncündə 2x30 sm olan oturacağın üzərində cəhrayi rəngli üzərində qara rəngli qulpları olan qadın çantası aşkar olundu. Həmin çanta zəncirbəndlə bağlıdır. Çantanın üzərində olan zəncirbənd açıldı. Çantanın içində qadın makiyaj ləvazimatları vardır. və 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edildi. Hadisə yerində qanabənzər ləkələr aşkar edilmədi. Hadisə yerində cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa əşya aşkar edilmədi və götürülmədi. Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 34 nömrəli rəyindən görünür ki, X1 ölümü meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X1 ölümünə səbəb, ürəyin açıq zədələnmələri nəticəsində inkişaf edən kəskin qanitirmə olmuşdur. 1986-cı ildə anadan olmuş X1 bədəni üzərində aşkar olunan xəsarətlər – ürəyin və ağciyərin zədələnmələri ilə döş boşluğuna dəlib keçən bir ədəd, döş qəfəsinin arxa səthindən sol plevra boşluğuna dəlib keçən bir ədəd, döş qəfəsinin sağ ön səthindən döş boşluğuna dəlib keçən bir ədəd, sağ böyrəyin zədələnməsi ilə sağ böyrək proyeksiyasından qarın boşluğuna dəlib keçən bir ədəd yara, sol saidində iki ədəd, sol əl barmaqlarının, sol mil-bilək oynağının kəsilmiş yaraları, deşici-kəsici əşyanın (alətin-lərin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişlər. Ağırlıq dərəcələrinə görə:-ürəyin və ağ ciyərin zədələnmələrilə döş qəfəsinin daxilinə dəlib-keçən 3 ədəd deşilmiş-kəsilmiş yaralar və böyrəyin zədələnməsi ilə qarın boşluğuna dəlib-keçən bir ədəd yara yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Yuxarıda göstərilən digər 4 ədəd kəsilmiş yaralar sağlam şəxslər üçün götürdükdə yüngül xarakterli bədən xəsarətlərinə aiddirlər. Xəsarətlərin yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl yetirilmişdir. X1 ölümünə səbəb ürəyin deşilmiş-kəsilmiş yarası nəticəsində kəskin qanitirmə fonunda inkişaf edən hipovalemik şok olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 507/A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmur. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 758/2020-MTBŞ saylı rəyindən görünür ki, X1 ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/ şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqələrinin kserosurətlərinə əsasən/. Ekspertizaya təqdim edilən X4 məxsus cins tipli şalvar, qısaqol mayka/kofta/, mayka, büstqalter, Təqsirləndirilən şəxs məxsus cins şalvar, qısaqol köynək və bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə X4 məxsus ola bilər. Ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi ilə inkar olunmur/əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa/. Təqdim edilən X4 məxsus cins tipli şalvar, qısaqol mayka/kofta/, mayka, büstqalter, təsdirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus cins şalvar, qısaqol köynək üzərindəki qan ləkələri periferik mənşəlidir. Təqdim edilən bıçaq üzərindəki ləkələrin ölçüləri və intensivliyi sitoloji tədqiqat aparmağa imkan vermir. Məhkəmə-lifli ekspertizasının xx.xx.2020-ci il tarixli 6/2064 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X4 məxsus olduğu qeyd edilən paltarlardan göy rəngli şalvarın üzərindən aşkar edilmiş mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs qırmızı rəngli köynəyi üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Midvari Məmmədovayanın köynəyinin tərkib liflərinə uyğun gəlir. Kompleks məhkəmə-trasoloji və məhkəmə-soyuq silah ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/1227, 3/1228 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus.......” yazı qeydləri olan bükülüdən aşkar edilmiş köynəyin və üzərində “X4 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş köynəyin, maykanın, büstqalterin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Üzərində “Təqsirləndirilən şəxs məxsus.......” yazı qeydləri olan bükülüdən aşkar edilmiş köynəyin səthində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyildir. Təqdim edilmiş üzərində “X4 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş köynəyin, maykanın, büstqalterin səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilib kəsilmə zədələridir. Lakin təqdim edilmiş üzərində “X4 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş köynəyin, maykanın, büstqalterin səthində olan zədələrdə xüsusi əalmətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “X4 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş köynəyin, maykanın, büstqalterin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim edilmiş üzərində “X4 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş köynəyin, maykanın, büstqalterin səthindəki zədələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya EET Birliyinin xx.xx.2020-ci il tarixli 34 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən “ürəyin və ağ ciyərin zədələnmələrilə döş qəfəsinin daxilinə dəlib-keçən 3 ədəd......” xəsarətləri ilə yerləşmə sahəsinə və sayına görə nisbi uyğunluq təşkil edir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş şalvarın və üzərində “X4 məxsus......” yazı qeydləri olan bükülülərdən aşkar edilmiş şalvarın səthində trasoloji zədə yoxdur. Kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 537/240 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdipsixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiyəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən adi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Məhkəmə-tibbi, məhkəmə-bioloji, kompleks məhkəmə-trasoloji, məhkəmə-fizikikimyəvi (lifli) və məhkəmə-soyuq silah, kompleks məhkəmə-psixiatriya və məhkəməpsixoloji və məhkəmə-narkoloji ekspertizaları üzrə alınmış rəylər ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X1 bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 8 bıçaq xəsarəti yetirərək sonuncunu qəsdən həyatından məhrum edərkən özü hər hansı xəsarət almamış və cinayət törədərkən tam anlaqlı olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Eyni zamanda, məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, razılıq əldə etməsini, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələri olması müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq edilməməlidir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan, CM-nin 56.1.3- cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə şübhəli şəxs kimi saxlanmış, xx xxxxxxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddə təyin eilmiş cəzaya hesablanmalıdır. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Ekspertiza xərci 258 manat 46 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 258( iki yüz əlli səkkiz) manat 46( qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Mingəçevir şəhər prokurorluğunda saxlanılan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd mavi rəngli cins şalvar, bir ədəd qırmızı rəngli qısaqol köynək, bir cüt qara rəngli ayaqqabı məhv edilsin X4 məxsus bir ədəd göy rəngli kətan materiala malik şalvar, bir ədəd açıq çəhrayı rəngli büstqalter, qara rəngli kofta, ağ rəngli mayka və bir cüt ipli idman ayaqqabısı zərəçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılsın. Mobil telefon vasitəsi ilə ötürülən məlumatları özündə əks etdirən 02 ədəd disk və ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokoluna əlavə edilmiş 01 ədəd disk cinayət işində saxlanılsın. Hökm çıxarıldığı, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X13 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar