Məhkəmə qərarları › İş №1(091)-74/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-74/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-74/2021 04.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X4, zərər çəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi X6 iştirakları ilə xx xxxxx 1958-ci ildə Şəki şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Səttar oğlunun Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Səttar oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmadan xx xxxxxx 2020-ci ildə saat 16 radələrində ünvan 2 ünvanının qarşısından keçən daş örtüklü yolda idarə etdiyi «Mercedes Benz 308 DKA» markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla dayanan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücülük vəsiqəsi və etibarnaməsi olmadan nəqliyyat vasitəsini hərəkətə gətirməzdən əvvəl piyadanın yolu soldan sağa doğru keçməkdə olmasını nəzərə alaraq piyadanın yolun hərəkət hissəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı olduğu halda manevr təhlükəsizliyini təmin etməyib mikroavtobusu hərəkətə gətirən zaman yolu soldan sağa doğru keçən piyada, xx xxxxx 2016-cı ildə Şəki şəhərində anadan olmuş, ünvan 3 pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış X10 ehtiyatsızlıqdan vurmuş, nəticədə sonuncu başın kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına və qişalarına qansızma, baş beyinin ağır dərəcəli əzilməsi, uzunsov beyinə, beyin kötüyünə, baş beyinin yumşaq qişası altına və yan mədəciklərinə qansızma, burun və hər iki almacıq sümüklərinin sınığı, hər iki gözətrafı nahiyənin hematoması, sifətin sıyrıqları, döş qəfəsinin sağ tərəfinin İİİ, İV və V qabırğaların yerdəyişən sınığı, sağ budun aşağı 1/3-nin ön səthinin əzilmiş-sırılmış yarası, sağ baldırın ön səthinin geniş həcmli dərialtı hematoması, sağ çiyin qurşağının ıyrılmış yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maşını idarə etmək üçün sürücülük vəsiqəsinin müddəti bitmişdir. xx xxxxxx 2020-ci ildə saat 16 radələrində oğlu Murad Şəki şəhərində şəhərarası 17 nömrəli marşrutda idarə etdiyi Mercedes Benz 308 DKA markalı, ** BM *** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə etmək üçün ona vermişdir. Mikroavtobusun sahibi Şahid8dur. Şəki şəhərində sərnişin yığıb marşrut xətti üzrə Şəki şəhəri Təzə Bazar adlanan yerdən Şəki şəhəri Ə.Haqverdiyev küçəsi ilə hərəkətdə 2 nəfər sərnişini düşmüşlər. Avtomobilini işə salıb hərəkətə gətirmiş və təxminən 2 metr getmişdir ki, hay-həşir, qışqırıq düşmüşdür. Maşını saxlayıb maşından düşmüş, 1 nəfər azyaşlı, sonradan adını X7 təkərin qabağında üzüaşağı düşüb qalıb və ağzından qan gəlir. O, yola baxdığı üçün, yəni sağa və sola diqqət yetirmədiyi üçün uşağın haradan maşının qarşısına çıxmasını görməmiş və nəticədə uşağı vurmuşdur. Onun sol gözü 50 faiz, sağ gözü 100 faiz görür. Həm də şəkər xəstəsidir. Ayda 2 dəfə insulin vurur. Hadisə zamanı avtomobilinin sürəti az olmuş, yəni hadisə olan yer yoxuş olduğu üçün təxminən 10 km/saat olmuşdur. Tutduğu əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, Solmaz onun qızıdır. xx xxxxxx 2020-ci ildə azyaşlı qızı Solmaz ilə saat 16 radələrində bacısı Kəmalənin evindən öz evinə evə getmək istəyərkən həyətdə bacısı Kəmalə ilə söhbət etmiş, qapı açıq olmuş, bu vaxt azyaşlı qızı Solmaz küçəyə çıxmışdır. Solmazın yolun sol tərəfində dayandığını görmüşdür. Digər bacısı Vüsalə isə həmin vaxt Ə.Haqverdiyev küçəsi ilə üzüyuxarı daş düzülmüş yolla, yoxuşla hərəkətdə olan 17 nömrəli sərnişindaşıyan marşrut avtobusunu görüb maşını saxlatmışdır. Bacısı Kəmalə və Vüsalənin uşaqları da onların yanında olmuşlar. Həmin vaxt avtobusla sürücü yenidən hərəkətə başlayarkən birdən o Solmazın sol ayağı maşının sağ təkərinin altında qalmasını görmüş, qışqırmış, sürücüyə “saxla, saxla, uşağın ayağı maşının altında qaldı” demişdir. Ancaq sürücü onların qışqırığını, həmçinin içəridə olan şəxslərin qışqırığını və nə dediklərini eşitməmişdir. Avtomobili hərəkət etdirmişdir. Bu vaxt avtomobilin qabaq sağ təkəri yerdə olan azyaşlı qızının başının üstünə çıxmış və maşının təkəri qızının başında dayanmışdır. Həmin vaxt sürücü elə maşını həmin vəziyyətdə saxlayıb maşından düşmüş və maşından düşən kimi görmüşdür ki, maşının sağ təkəri qızının başında dayanıb. Uşaq qan içindədir və yerdə olan daşların üzəri də qanın içindədir. Sürücü Qafıl uşağı maşınla vurduğunu və uşağın maşının təkərinin altında qaldığını görüb demişdir ki, adə uşaq imiş ki. Maşını arxaya sürmüş və maşın uşağın üstündən yerə düşmüşdür. Qafıl uşağı təkərin altından götürüb bacısı Kəmaləyə vermiş və demişdir ki, o uşağı aparsın. O da maşını çevirib arxalarınca gələcək. Bacısı Kəmalə uşağı qucağına alıb həyətə keçmişdir. Yerə uzandırıb üzünə su vurmuş, qonşu isə uşağın dilini çıxarmağa çalışmışdır. Solmaz xırıldamış və nəfəs almaqda çətinlik çəkmiş, həmin vaxt evlərinin qarşısında olan Rizvan uşağın qanın içində olduğunu görüb maşını ilə xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi yoxdur. Şahid1 və Şahid2 məhkəmədə şahid X.M.Alxasovanın ifadəsinə uyğun ifadə vermişlər. Şahid3 ifadəsində ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 16 radələrində küçədə 2 dəfə qadın qışqırtısı eşitmişdir. Tez küçəyə çıxmış, görmüşdür ki, evindən təxminən 100 metr yuxarıda, yolun ortasında qadınlar yığışıb, ağlaşma və qışqırıq səsləri gəlmiş, tez piyada həmin yerə getmişdir. Təqsirləndirilən şəxs da orada olmuşdur. Maşını ilə uşağı xəstəxanaya aparmışdır. Şahid6 məhkəmədə ifadəsində ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə saat15:40 radələrində Şəki şəhərində olan bazarın yanında Şahid7 idarə etdiyi Mercedes Benz 308 DKA markalı, ** BM *** dövlət qeydiyyat nişanlı mikroavtobusa əyləşmişdir. Şahid7 idarə etdiyi mikroavtobusla evlərinin yanına gəlmiş, orada Təqsirləndirilən şəxs sükana əyləşmişdir. Təqsirləndirilən şəxs mikroavtobusu yoxuşla Ə.Haqverdiyev küçəsi ilə hərəkət etdirməyə başlamış, Kəmaləgilin evinin yanına Vüsalənin işarəsi ilə saxlamışdır. Qafıl mikroavtobusu hərəkətə gətirən zaman birdən Kəmalə və Vüsalə qışqırmışlar. “Saxla,saxla, uşaq maşının altında qaldı”demişlər. Qafıl maşını saxlayıb düşmüş, görmüşdür ki, təkərin altında azyaşlı uşaq var. Qafıl yenidən maşını arxaya vermişdir. Uşaq qanın içində olmuş, başından və bədəninin müxtəlif yerlərindən xəsarətlər almışdır. Şahidlər Şahid4 və Şahid5Şahid6 ifadəsinə uyğun ifadə vermişlər. Şahid7 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Şəki şəhərində şəhərarası sərnişindaşımada 17 nömrəli marşrut üzrə “Mercedes 308 DKA" markalı, **-BM-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edir. 2026-cı ilədək etibarlılıq müddət olan “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Mikroavtobus fərdi sahibkar Mütəllibov Vahid Şahid oğluna məxsusdur. 2020-ci ilin aprel-may aylarında qərara gəlmişdir ki, günorta yeməyini evdə yesin. Ona görə də atası Qafıllə razılaşmışdır ki, X21rşısında olan “Dəmirçibulağı” adlanan yerdən mikroavtobusu atası idarə etsin, günorta vaxtı yemək üçün evə düşsün. Atası mikroavtobusu idarə edib Ə.Haqverdiyev küçəsi ilə sərnişinləri aparsın. Küçənin yuxarısında təxminən 35-40 dəqiqə dayansın. Sonra sərnişinləri yığıb geriyə, onların evinin yanına gəlsin. Oradan mikroavtobusu özü idarə etsin. 3-4 ay razılaşdıqları kimi olmuşdur. xx xxxxxx 2020-ci ildə saat təxminən 16:45 radələrində razılaşdıqları qaydada mikroavtobusu atası Qafil idarə etmişdir. Bir az keçmiş Rizvanın avtomobili yüksək sürətlə gəldiyini, arxasınca isə atası Qafıl idarə etdiyi “Mercedes 308 DKA" markalı, **-BM-*** dövlət qeydiyat nişanlı mikroavtobusla sürətlə gəldiyini görmüşdür. Atası idarə etdiyi maşınla yanına çatanda mikroavtobusu saxlamış və düşmüş, atasının üst-başı qan içində olmasını görmüşdür. Atası ona “sür xəstəxanaya” demişdir. Xəstəxanada bilmişdir ki, atası mikroavtobusla Xəyalənin azyaşlı uşağını vurmuşdur. Atası Qafılin sürücülük vəsiqəsinin 2018-ci ildə etibarlılıq müddəti bitmişdir. Şahid8 məhkəmədə ifadəsində göstərmişdir ki, ona məxsus "Mercedes 308 DKA" markalı, **-BM-*** dövlət qeydiyat nişanlı mikroavtobusu 6-7 il olar ki, Şəki şəhərində şəhərarası marşruta 17 nömrəli marşrut xətti üzrə istifadəyə vermişdir. "Mercedes 308 DKA" markalı, **-BM-*** dövlət qeydiyat nişanlı mikroavtobusu idarə etmək üçün Şahid7 etibarnamə vermişdir. 26 avqust 2020-ci ildə saat 23 radələrində Şahid7 atası Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. Qafıl ondan xəbərsiz həmin avtomobili idarə etmişdir. Şahid Şahid9 məhkəmədə ifadəsində göstərmişdir ki, eşitmişdir ki, “Mercedes 308 DKA" markalı, **-BM-*** dövlət qeydiyat nişanlı avtomobili idarə edən Şahid7 atası Qafil xx.xx.2020-ci ildə azyaşlı uşağı vurmuşdur. Yol-nəqliyyat hadisəsi yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi xx xxxxxx 2020-ci ildə saat 16 radələrində ünvan 2 ünvanının qarşısından keçən daş örtüklü, yoxuş olan hissədə baş vermişdir.Belə ki, hadisə yerində yol quru, nahamar olmaqla görünüş kifayət qədərdir. Hadisə yeri yaşayış məntəqəsi, yəni şəhər daxilindədir. Hərəkət hissəsində yol nişanları və nişanlama xəttləri yoxdur. Yol örtüyünün eni 6 metrdir. Hərəkət zolaqlarının sayı 2-dir. Yol iki hərəkət istiqamətli olmaqla hər bir hərəkət hissəsinin eni hər tərəf üçün 3 metrdir. Hərəkət hissəsinə sağdan 2 metr enində ehtiyat hissə, soldan köməkçi yol, sonra sağdan əl darvazası, həyət darvazası və həyətin kənarı birləşir. Gün işığından görünüş məsafəsi 20 metrdir. Piyadanın vurulma yerindən "Mercedes 308 DKA" markalı, **-BM-*** dövlət qeydiyat nişanlı mikro avtobusa 1,90 metr, sağda olan əl darvazasına kimi 2 metr, yolun sol kənarına kimi 3,70 metr, yolun sağında olan işıq dirəyinə kimi 3 metr vardır. Piyada, mərhum Solmaz Alxasova hadisədən əvvəl yolun sol kənarından sağ kənarına hərəkətdə olmuşdur. Hadisədən sonra mikroavtobus daş yola paralel formada, piyadanı vurma nöqtəsindən 1,90 metr məsafədə dayanmışdır. Hadisə yerində tormozlama izləri və şin izləri aşkar olunmamış, hadisədən əvvəl sürücü Təqsirləndirilən şəxs bildirdiyinə görə o, mikroavtobusla Ə.Haqverdiyev küçəsi ilə Şəki şəhərinin yuxarı, şimal istiqamətində hərəkətdə olmuşdur. Hadisədən əvvəl "Mercedes 308 DKA" markalı, **-BM-*** dövlət qeydiyat nişanlı mikroavtobusda 2 nəfər sərnişin olmuş və əlavə yük olmamışdır. Şəki RMX-nin Narkoloji Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 412 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:27-də “Yupiter” alkotesti vasitəsilə yoxlanılmış və onun qanında alkoqol aşkar edilməmiş, ayıq olduğu müəyyən edilmişdir. xx.xx.2020-ci ildə zərərçəkmiş şəxsin hüquqi varisi X2 ŞRPŞ-nin İstintaq Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onun heç bir şikayət və tələbi yoxdur. xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs AA№991810 nömrəli, ”BCD” kateqoriyalı sürcülük vəsiqəsini, Mercedes Benz 308 DKA mikroavtobus markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin AB№860830 nömrəli qeydiyyat şəhadətnaməsini və Mütəllibov Vahid Şahid oğlunun xx.xx.2017-ci il tarixdə 8 il 3 ay 13 gün müddətinə, yəni xx.xx.2026-cı ilədək həmin mikroavtobusun ünvan 1-də yaşayan Şahid7 etibar edilməsi haqqında olan etibarnaməni istintaqa təqdim etmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən həmin sənədlərin surətləri cinayət işinə əlavə edilmiş, eyni zamanda zəruri olduğu üçün Təqsirləndirilən şəxs etibarlılıq müddəti 2018-ci il tarixdə bitmiş həmin sürücülük vəsiqəsi də cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli ***-**** nömrəli məktubdan görünür ki, şöbədə yaradılan mərkəzləşdirilmiş komputer bazasına əsasən xx.xx.1958-ci il təvəllüdlü, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək etibarlılıq müddəti olan “BCD” kateqoriyalı AA991810 saylı sürücülük vəsiqəsi almışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 41 nömrəli rəyindən görünür ki, X9 meyitinin məhkəmə-tibbi ekpertizası zamanı aşağıdakılar aşkar edilmişdir: başın kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına və qişalarına qansızma, baş beyinin ağır dərəcəli əzilməsi, uzunsov beyinə, beyin kötüyünə, baş beyinin yumşaq qişası altına və yan mədəciklərinə qansızma, burun və hər iki almacıq sümüklərinin sınığı, hər iki gözətrafı nahiyənin hematoması, sifətin sıyrıqları, döş qəfəsinin sağ tərəfinin İİİ, İV və V qabırğaların yerdəyişən sınığı, sağ budun aşağı 1/3-nin ön səthinin əzilmiş-sırılmış yarası, sağ baldırın ön səthinin geniş həcmli dərialtı hematoması, sağ çiyin qurşağının sıyrılmış yaraları. Mərhumə X9 meyitində aşkar edilmiş xəsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd eidlən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı avtomobilin vurması nəticəsində piyadada əmələ gəlməsi mümkündür. X1 meyitinin ölümünə səbəb kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur, dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölüm meyitin məhkəmə-tibbi ekspertizasından 2-3 saat əvvəl baş vermişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Şəki Regional Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 17-181 nömrəli məktubda göstərilmişdir ki, Şəki şəhərdaxili 17 nömrəli marşrutda fəaliyyət göstərən “Mercedes 308 DKA" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobus daşıyıcı (sahibkar) Mütəllibov Vahid Şahid oğluna məxsusdur. Bu xətt üzrə sərnişindaşıma sahəsində əlaqəli fəaliyyət haqqında müqavilə onunla bağlanmışdır. Sahibkarlara məxsus nəqliyyat vasitəsində sürücü qismində fəaliyyət göstərən şəxsin (şəxslərin) təyin edilməsi onların səlahiyyətindədir və yuxarıda qeyd edilən **-BM-*** dövlət qeydiyat nişanlı mikroavtobusun idarə edilməsi qanunamüvafiq qaydada etibarnamə verilməsi yolu ilə Şahid7 həvalə edilmişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi xx xxxxxx 2020-ci il tarixdə Şahid7 marşrut xəttinə çıxan zaman tibbi müayinədən keçmişdir. Yol nəqliyyat hadisəsi baş verən vaxt nəqliyyat vasitəsi Şahid7 tərəfindən yox, digər şəxs tərəfindən idarə edilmişdir. Həmin şəxs barədə bizdə heç bir məlumat yoxdur. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 17-181 nömrəli məktuba nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti, Mütəllibov Vahid Şahid oğlu ilə sərnişindaşıma sahəsində əlaqəli fəaliyyət haqqında müqavilənin surəti, Şahid7 sürücülük vəsiqəsi və etibarnaməsinin surəti, Şahid7 marşrut xəttinə çıxan zaman tibbi müayinədən keçməsi haqqında təsdiqedici sənədin surəti əlavə olunmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə-avtotexniki ekspertizasının 8/1642 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz 308 DKA markalı, ** BM *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə əsasən riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs mikroavtobusu sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi üçün onun hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 457 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli 599 nömrəli arayış, Şəki RMX X23 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2561 saylı arayış,) anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğlunda anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işində olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səttar oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3- cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onun heç bir tələbi və şikayətinin olmamasını, cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə CMnin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 45- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid olduğundan və ehtiyatsızlıqdan törədildiyindən CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbs edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakları hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişirilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Saxlanması üçün X12 təhvil verilməlidir. Hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 100 ( yüz) manat təşkil edir. Təqsirləndirilən şəxsdən tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3- cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi saxlandığı 2 gün təyin edilmiş cəzaya hesablanmaqla çıxılsın. Üzərində qəti cəza 5( beş) il 2(iki ) ay 28 (iyirmi səkkiz) gün saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Məhkəmə iclas zalından həbs edilsin. Saxlanması üçün X12 təhvil verilsin. Onun Şəki Penitensiar Müəssisəsinə çatdırılması X8 mühafizəsini həyata keçirən Mühafizə Taboruna həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan, yəni xx xxxx 2020-ci ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlansın. Maddi sübut olan «Mercedes Benz 308 DKA» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun istifadə üçün Şahid7 Qafıl oğluna təhvil verilməsi nəzərə alınsın. Ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxsdən tutularaq dövlət hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində X22 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar