Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-74/2022 12.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X13, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə idarəsinin ağır cinayətlərə məhkəmələrdə Dövlət İttihamını müdafiəsi şöbəsinin prokuroru X15, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X16, zərərçəkmiş şəxsin hüquqi varisi: X1 iştirakları ilə, xx.xx.1958-ci ildə Oğuz rayonu, Qarabulaq kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Oğuz rayonu Qarabulaq kəndində qeydiyyatda olmaqla Oğuz rayonu, Böyük Söyüdlü kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X11 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20.09.2021-ci il tarixdə saat 2000 radələrində Oğuz rayonu Böyük Söyüdlü kəndində yaşadıqları evdə orta dərəcə alkoqol sərxoşluğu vəziyyətində həmin gün günorta saatlarında evlərində qonaq olub getmiş kənar şəxsləri evə dəvət etməsinə görə gün ərzində ona dəfələrlə iradını bildirən və buna görə narazılıq edən arvadı X9 ilə bu zəmində aralarında yaranmış mübahisə zamanı sonuncuya qəsdən sillə, yumruq və təpiklə zərbələr endirərək qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, başın arxa ənsə nahiyəsinin əzilmiş yaraları, üzün sol və sağ tərəfinin dərialtı hematoması, sağ göz ətrafının dərialtı hematoması, sağ gözün buynuz qişasına qansızma, üst çənədə sağdan birinci dişin travmatik düşməsi, ikinci dişin əsasından sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, üst dodağın selikli qişasının əzilmiş yaraları, sağ çiyinin üst səthinin, sağ bazunun ön yuxarı, orta və bayır aşağı 1/3-nin, sağ dirsək oynağının arxa səthinin, sol bazunun bayır orta 1/3-nin, sol əlin üst səthinin, sol bel nahiyyəsinin, sol sağrının yuxarı, aşağı, sağ sağrının yuxarı hissələrinin qançırları, alının sağ hissəsinin, burunun, sol dizin ön içəri səthinin, sağ dizin bayır tərəfinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Gülgəz Muştaqova həmin tarixdə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, vəziyyəti ağırlaşdığından 21.09.2021-ci il tarixdə saat 0630 radələrində həmin xəstəxanadan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən almış olduğu sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri nəticəsində Oğuz rayonu Bayan kəndi ərazisində Oğuz rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilində ölmüş, nəticədə ehtiyatsızlıqdan Gülgəz Muştaqovanın ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Gülgəz Muştaqova onun arvadı olmaqla Oğuz rayonu Böyük Söyüdlü kəndində yerləşən evlərində birlikdə yaşamışlar. Birgə nikahlarından üç övladları olmaqla hər üç övladı evli olmaqla onlardan ayrı yaşamışlar. Gülgəzlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan aralarında söz-söhbətləri olmuşdur. Təxminən 2014-cü ildə arvadı Gülgəzi döyməsi ilə bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılaraq barışdıqlarına görə cinayət işi başlanılması rədd edilmişdir. 20.09.2021-ci il tarixdə saat 11 radələrində təxminən 250 qram araq içmiş, saat 12 radələrində "xxxx" ASC-nin Oğuz rayon şöbəsinin üç nəfər tanımadığı əməkdaşı onların yaşadığı evə gələrək qaz sayğaclarının plomblarını dəyişmişlər. Həmin şəxslərlə söhbət edən zaman əsgər yoldaşı Yaşarın iş yoldaşları olduqlarını bilmiş və buna görə də həmin şəxsləri evə dəvət etmişdir. Evdə olduqları təxminən on dəqiqə ərzində qonaqlara çay və yemək təklif etmiş, sonuncular yeməyəcəklərini bildirsələr də, Gülgəz stola yemək və çay gətirmişdir. Qonaqlar çay içib getdikdən sonra Gülgəz deyinməyə başlayaraq nəyə görə həmin şəxsləri evə dəvət etdiyini soruşmuş, o isə bunda qəribə nə isə olmadığını, həmin şəxslərin onun əsgər yoldaşı Yaşarın iş yoldaşları olduqlarını bildirmişdir. Gülgəz buna görə bütün günü deyinərək saat 20 radələrində yenidən deyinməyə başlayanda evə kimi istəsə gətirəcəyini, həmin şəxslərin onun qonaqları olduğunu, buna görə deyinməməsini deyib aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı bir dəfə Gülgəzi sillə ilə vuraraq itələmiş, sonuncu zərbənin təsirindən yıxılaraq başı tinə dəymişdir. Arvadı Gülgəzin hərəkətsiz olduğunu görüb kürəkəni Ceyhuna zəng edib Gülgəzin vəziyyətinin yaxşı olmadığını və təcili olaraq onlara gəlməsini bildirmişdir. Bundan bir qədər sonra qudası Soltanmurad onlara gəlmiş, daha sonra isə qızı Yetər və kürəkəni Təbriz gəlmişlər. Gülgəzin vəziyyəti yaxşı olmadığından “103” xidmətinə məlumat verilmiş, təcili yardımın əməkdaşları gəlib Gülgəzə ilkin tibbi yardım göstərərək Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Bu zaman o da onlarla birgə xəstəxanaya getmiş, xəstəxanada olarkən Oğuz RPŞ-nin əməkdaşları gələrək onu rayon polis şöbəsinə aparmışlar. Sonradan Gülgəzin xəstəxanada ölməsini eşitmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bilavasitə hadisənin baş verməsinə münasibətdə göstərmişdir ki, 20.09.2021-ci il tarixdə saat 11 radələrində gedən qonaqlara çay vermək üstündə aralarında mübahisə yarandıqdan sonra Gülgəzi döyməyə başlamış, əvvəlcə Gülgəzi hər iki əli ilə sillə və yumruqla vurduğuna görə sonuncu zərbələrin təsirindən yerə yıxılmışdır. Daha sonra yerdə olarkən Gülgəzə başının və bədəninin xatırlamadığı nahiyələrinə sillə, yumruq və təpiklə zərbələr endirmişdir. Bu zaman Gülgəz ona yalvarmamış və vurmaması üçün heç nə deməmişdir. Gülgəzin huşunun getdiyini və başının arxasından qan axdığını görüb qorxaraq kürəkəni Ceyhuna zəng edib Gülgəzin vəziyyətinin yaxşı olmadığını və təcili olaraq onlara gəlməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxs X5 hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, X9 onun doğma bacısı olmaqla Təqsirləndirilən şəxs ailə qurmuşdur. Təqsirləndirilən şəxs gənc yaşlarından spirtli içki qəbul etməyə başlamış, Vaqifin Gülgəzlə ailədaxili münasibətləri əvvəllər yaxşı olsa da sonralar pisləşmişdir. Belə ki, Vaqifin spirtli içki qəbul etdikdən sonra Gülgəzi döyməsini eşitmişlər. Sonuncu dəfə 2014-cü ild belə bir hadisə olduğunu bilmişdir. Bu hadisədən sonra nə o, nə də digər qardaşlar Vaqifgilin yaşadığı evə getməmişlər. 20 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində qonşuluqda yaşayan qardaşı Əlimüslüm onun yaşadığı evə gələrək Vaqifin yenə də Gülgəzi döydüyünü bildirmişdir. Onlar dərhal Gülgəzin yaşadığı evə getsələr də Gülgəzin Oğuz rayon mərkəzi xəstəxanasında olduğunu öyrənmişlər. Bundan sonra o, evdə qalmış, qardaşları Hüseyn və Əlimüslüm isə Oğuz RMX-na getmişlər. Orada isə ona Gülgəzin artıq vəfat etdiyini və meyitxanada olduğunu bildirmişlər. Təqsirləndirilən şəxsla barışmamış, qanuna müvafiq qaydada cəzalandırılmasını istəyir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, X9 və Təqsirləndirilən şəxs onun valideynləri olmaqla ailədə iki bacı, bir qardaş olmuşlar. Bacısı Dilbər ailə həyatı quraraq ailəsi ilə birgə Oğuz rayonu, Filfilli kəndində, qardaşı Pünhan da ailəli olmaqla Bakı şəhərində yaşamışdır. Özü isə Ceyhun Umarov ilə ailə həyatı quraraq Oğuz şəhərində yaşamışdır. 20 sentyar 2021-ci il tarixdə saat 20 radələrində atası Vaqif istifadəsində olan mobil telefona zəng edərək Gülgəzi döydüyünü, sonuncunun vəziyyətinin yaxşı olmadığını və təcili olaraq onlara gəlməsini bildirmişdir. Həmin vaxt ailəsi ilə Qəbələ rayonu, Nic qəsəbəsində olduğundan qaynanası Tutu Umarovaya zəng edib hadisə barədə məlumat verərək, onlar gələnədək təcili olaraq atasıgilin evinə getməsini demişdir. Təxminən 40 dəqiqə sonra Vaqifgilin Oğuz rayonu, Böyük Söyüdlü kəndində yaşadıqları evlərinə çatdıqda, evin içərisində qaynatası Soltanmuradı, qaynanası Tutunu, anası Gülgəzi və atası Vaqifi görmüşdür. Başqa heç kim olmamışdır. Anası bu zaman yerdə arxası üstdə uzanıqlı vəziyyətdə olmuş, sağ olsa da danışmamışdır. Anasının başının arxa hissəsindən qan gəlmiş, gözü şişmiş vəziyyətdə olmuşdur. Anasını yerdə həmin vəziyyətdə görəndən sonra atasından nəyə görə anasını döydüyünü soruşmuş, Vaqif isə ona həmin gün günorta saatlarında əsgər yoldaşının iş yoldaşları olan tanımadığı şəxsləri evə dəvət etdiyini, həmin şəxslər çıxıb getdikdən sonra isə Gülgəz tanımadığı adamları evə gətirdiyi üçün ona irad bildirdiyini, bu səbəbdən də içkili halda əsəbiləşərək Gülgəzi döydüyünü bildirmişdir. Ora çatdıqdan təxminən beş dəqiqə sonra əri Ceyhun Gülgəzin vəziyyətinin yaxşı olmadığını görüb X21 zəng etmişdir. Təcili yardımın əməkdaşları gəldikdən sonra anasını xəstəxanaya aparmışlar. Həmin gün xəstəxanada qalsa da növbəti gün, yəni 21.09.2021-ci il tarixdə saat 0630 radələrində anası onun və qardaşı Pünhanın da olduğu təcili yardım avtomobili ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparılan zaman yolda vəfat etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda gstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində gəlini Yetər arvadı Tutunun istifadəsində olan mobil telefona zəng edərək qudası Vaqifin Gülgəzə nə isə etdiyini, uzaqda olduqlarınan gələnə kimi təcili olaraq nə baş verdiyini öyrənmək üçün Vaqifgilin evinə getmələrini bildirmişdir. O və Tutu dərhal Vaqifgilin yaşadığı evə çatdıqda Vaqifi və Gülgəzi evlərinin içində birinci mərtəbədə, döşəmədə görmüşlər. Bu zaman Gülgəz arxası üstdə yerə uzanmış vəziyyətdə olmuş, Vaqif isə Gülgəzin başından qucaqlayaraq ağlamışdır. Gülgəz həmin vaxt xırıldamış, Vaqifdən niyə belə elədiyini soruşsa da, Vaqif ona cavab verməyərək Gülgəzə “mən sənə belə eləmək istəmirdim”-deyib ağlamağa davam etmişdir. Bundan sonra o və həyat yoldaşı Tutu evdən çölə çıxıb həyətdə gözləmiş, təxminən 30 dəqiqə sonra oğlu Ceyhun və gəlini Yetər oraya gəlmişlər. Onlar Gülgəzin vəziyyətinin yaxşı olmadığını görüb, X14 məlumat vermişlər. Təcili yardımın əməkdaşları gəldikdən sonra Gülgəzin vəziyyəti pis olduğuna görə xəstəxanaya aparmışlar. O və Tutu isə yaşadıqları evə getmişlər. 21.09.2021-ci il tarixdə saat 7 radələrində Gülgəzin öldüyünü bilmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Oğuz rayon Mərkəzi Xəstəxanasında acil şöbəsinin həkimi işləyən Şahid5 ifadəsində göstərmişdir ki, 20 sentabr 2021-ci il tarixdə saat 2208-də Oğuz rayon Mərkəzi Xəstəxanasına bir nəfər qadın cinsli şəxsin ağır vəziyyətdə daxil olması barədə məlumat almış, xəstə tibb işçiləri Arzu Hüseynova və feldşer Vüsal Sərkərov tərəfindən xəstəxanaya gətirilmişdir. Xəstənin vəziyyəti ağır olduğundan Acil şöbəsinin qırmızı otağına yerləşdirilmiş, orada olan xəstənin əri Təqsirləndirilən şəxs ona bildirməsinə görə arvadı X9 piləkəndən yıxılmışdır. Lakin xəstəyə baxanda başın tüklü hissəsindən qanaxma, huşsuz komotoz vəziyyət, qapalı kəllə-beyin zədəsi, dişlərin ovxalanması ilə daxil olduğundan üzərində olan xəsarətlərin pilləkəndən yıxılma nəticəsində almadığını başa düşmüşdür. Bundan sonra xəstəyə “beyin toxumasının qanaxma ilə müşayiət olunan ağır dərəcəli əzilməsi, kəllə-beyin əzilməsi, komotoz vəziyyət” diaqnozu qoyularaq tərəfindən yardım edilmişdir. Xəstənin sağ gözü şişib qaralmış, burnunun üzərində çoxlu sayda sıyrıqlar olmuş, həmçinin, başının arxası yarılmış və qan axmışdır. Bəzi dişləri qırılmışdı. Sağ üz nahiyyəsi şişkin, dodaqları əzilmiş vəziyyətdə olmuşdur. Xəstənin təzyiqi ölçülərək onun 220/120-ə olması müəyyən edilmişdir. Xəstəyə müvafiq dərman preparatları verilərək, həmçinin bədəninə iynə vasitəsi ilə inyeksiya edilərək yardım edilmişdir. Xəstəyə yardım edərkən oraya xəstənin qızı və kürəkəni gəlmiş, qızı Yetər ona anası Gülgəzi atası Vaqifin döydüyünü bildirmişdir. Səhər saat 0615-də xəstə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına göndərilmiş, bundan təxminən 15 dəqiqə sonra xəstənin təcili yardım avtomobilində öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Oğuz qaz İstismar sahəsinin X19 və Avtomatika üzrə çilingər işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Oğuz rayonu, Böyük Söyüdlü kəndi ərazisində iş yoldaşları Tağı Məmmədov və Şamxal Əlizadə ilə birgə qaz sayğaclarını dəyişərkən Təqsirləndirilən şəxs yaşadığı evdə çatmışlar. Təqsirləndirilən şəxs onlardan təxminən 15 metr kənarda əyləmiş və onları görüb evə doğru gəlmişdir. Bu zaman Vaqifin spirtli içki qəbul etdiyini anlamışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs onların iş yoldaşı Yaşar İslamovla birgə hərbi xidmətdə olmaları müəyyən olunmuşdur. Bundan sonra Vaqif onları evə çay içmək üçün dəvət etmiş və onlar da mənzilə daxil olmuşlar. Evdə Vaqifdən başqa sonuncunun həyat yoldaşı da olmuş, onlar çay içərkən Vaqif ləzgi dilində Gülgəzə nəsə demişdir. Bir qədər sonra isə Gülgəz stola yemək və çay gətirmiş, onlar çayı içib yemək yeməyəcəklərini deyərək evə girdikdən təxminən beş dəqiqə sonra oradan çıxmışlar. Bir gün sonra isə o, Vaqifin arvadı Gülgəzi onlar getdikdən sonra axşam saatlarında döyüb öldürdüyünü eşitmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 16.10.2021-ci il tarixli 03 nömrəli rəyindən görünür ki, vət. X5 meyitində qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, sol dirsək sümüyünün aşağı 1/3-nin köhnə sınığından sonrakı vəziyət, başın arxa ənsə nahiyəsinin əzilmiş yarası, üzün sol və sağ tərəfinin dərialtı hematoması, sağ göz ətrafının dərialtı hematoması, sağ gözün buynuz qişasına qansızma, üst dodağın selikli qişasının əzilmiş yaraları, üst çənədə sağdan birinci dişin travmatik düşməsi, ikinci dişin əsasından sınığı, sağ çiyinin üst səthinin, sağ bazunun ön yuxarı, orta və bayır aşağı 1/3-nin, sağ dirsək oynağının arxa səthinin, sol bazunun bayır orta 1/3-nin, sol əlin üst səthinin, sol bel nahiyyəsinin, sol sağrının yuxarı, aşağı, sağ sağrının yuxarı hissələrinin qançırları, alının sağ hissəsinin, burunun, sol dizin ön içəri səthinin, sağ dizin bayır tərəfinin sıyrıqları kimi xəsarəti vardır. Yuxarıda qeyd olunan xəsarətlərdən- qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, başın arxa ənsə nahiyəsinin əzilmiş yarası, üzün sol və sağ tərəfinin dərialtı hematoması, sağ göz ətrafının dərialtı hematoması, sağ gözün buynuz qişasına qansızma, üst dodağın selikli qişasının əzilmiş yaraları, üst çənədə sağdan birinci dişin travmatik düşməsi, ikinci dişin əsasından sınığı, sağ çiyinin üst səthinin, sağ bazunun ön yuxarı, orta və bayır aşağı 1/3-nin, sağ dirsək oynağının arxa səthinin, sol bazunun bayır orta 1/3-nin, sol əlin üst səthinin, sol bel nahiyyəsinin, sol sağrının yuxarı, aşağı, sağ sağrının yuxarı hissələrinin qançırları, alının sağ hissəsinin, burunun, sol dizin ön içəri səthinin, sağ dizin bayır tərəfinin sıyrıqları qərarda göstərilən tarixdə və şəraitdə, yəni 20 sentyabr 2021-ci il tarixdə törənməsinə uyğun gəlir. Sol dirsək sümüyünün aşağı 1/3-nin köhnə sınığından sonrakı vəziyyət müayinədən, yəni 20 sentyabr 2021-ci il tarixdən 1,5 ildən artıq müddətlərdə törənə bilər. X5 meyitində aşkar olunan xəsartlər - qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, sol dirsək sümüyünün aşağı 1/3-nin köhnə sınığından sonrakı vəziyət, başın arxa ənsə nahiyəsinin əzilmiş yarası, üzün sol və sağ tərəfinin dərialtı hematoması, sağ göz ətrafının dərialtı hematoması, sağ gözün buynuz qişasına qansızma, üst dodağın selikli qişasının əzilmiş yaraları, üst çənədə sağdan birinci dişin travmatik düşməsi, ikinci dişin əsasından sınığı, sağ çiyinin üst səthinin, sağ bazunun ön yuxarı, orta və bayır aşağı 1/3-nin, sağ dirsək oynağının arxa səthinin, sol bazunun bayır orta 1/3-nin, sol əlin üst səthinin, sol bel nahiyyəsinin, sol sağrının yuxarı, aşağı, sağ sağrının yuxarı hissələrinin qançırları, alının sağ hissəsinin, burunun, sol dizin ön içəri səthinin, sağ dizin bayır tərəfinin sıyrıqları küt alətin (əşyaların) təsirindən törənmələrinə uyğun gəlir. Sayca həmin xəsarətlər 28 ədəddirlər. Həmin xəsarətlər birlikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Ayrı-ayrılıqda dərəcələrinə görə qapalı kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Sol dirsək sümüyünün aşağı 1/3-nin köhnə sınığından sonrakı vəziyət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə, başın arxa ənsə nahiyəsinin əzilmiş yarası, üzün sol və sağ tərəfinin dərialtı hematoması, sağ göz ətrafının dərialtı hematoması, sağ gözün buynuz qişasına qansızma, üst çənədə sağdan birinci dişin travmatik düşməsi, ikinci dişin əsasından sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Üst dodağın selikli qişasının əzilmiş yaraları, sağ çiyinin üst səthinin, sağ bazunun ön yuxarı, orta və bayır aşağı 1/3-nin, sağ dirsək oynağının arxa səthinin, sol bazunun bayır orta 1/3-nin, sol əlin üst səthinin, sol bel nahiyyəsinin, sol sağrının yuxarı, aşağı, sağ sağrının yuxarı hissələrinin qançırları, alının sağ hissəsinin, burunun, sol dizin ön içəri səthinin, sağ dizin bayır tərəfinin sıyrıqları isə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Gülgəz Muştaqovanın bədənində aşkar edilmiş xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər. Gülgəz Muştaqovanın bədənində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyyələrinə, formasına, xarakterinə və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətləri öz-özünə yetirə bilməz, qeyd olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilməsinə xarakterikdir. Gülgəz Muştaqovanın bədənində aşkar edilmiş xəsarətlərin bəziləri, yəni qollarındakı xəsarətlər özünü müdafiə nəticəsində yarana bilərlər. Gülgəz Muştaqovanın bədənində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyyələrinə, formasına, xarakterinə və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətlər əllə, yumruqla və təpiklə yetirilə bilərlər. Gülgəz Muştaqovanın bədənində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyyələrinə, formasına, xarakterinə və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətlər hündürlükdən və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində törənməsinə uyğun gəlmir. Gülgəz Muştaqovanın bədənində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyyələrinə, formasına, xarakterinə və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətləri alan zaman onun özü ilə xəsarət yetirənin vəziyyətləri ayaq üstə üz-üzə, sonradan isə xəsarət alanın yerə yıxılmış vəziyyətdə xəsarət yetirənin isə ayaqüstə duruş və əyilmiş vəziyyətində olan zaman yetirilməsi mümkündür. Gülgəz Muştaqovanın ölümünə səbəb baş beyin qişalarına və toxumasına qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı ağır bədən xəsarətləri ilə birbaşa səbəbli əlaqəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 24.09.2021-ci il tarixli 79 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində sağ baldırın ön orta və sol baldırın bayır orta 1/3-nin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların-ağac və kol budaqlarının və sair) təsirindən müayinə olunan vaxtdan, yəni 21 sentyabr 2021-ci ildən 6-7 gün əvvəl törənməsinə uyğun gəlir. Həmin xəsarətlər sayca iki ədəd olub birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Təqsirləndirilən şəxs bədəni üzərində qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinə dair hər hansı bir xəsarət və ya onun izlərinin obyektiv əlamətləri aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 19.11.2021-ci il tarixli 735/2021-MTBŞ saylı rəyindən görünür ki, X5 ABO sistemi üzrə qan qrupu: O/İ/. /Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilən mərhumə X7 məxsus tamlığı pozulmuş gecə köynəyi, qısaqol uzunqol kofta, don, Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol köynək üzərindəki ləkələrdə və hadisə yerindən 02 ədəd kosmetik çubuğun hər iki ucuna sarınmış pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız O-alfa,beta/İ/ qrupunun əsasını təşkil edən H antigeni alındı. Beləliklə, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə X7 məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus jilet/qolsuz gödəkçə/ üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 25.10.2021-ci il tarixli 6/4273 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X7 məxsus olduğu qeyd edilən geyim əşyaları səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X7 məxsus olduğu qeyd edilən 01 ədəd donun səthi üzərindən aşkar edilmiş bozumtul göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamtlərinə görə X7 məxsus olduğu qeyd edilən 01 ədəd donun tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbikriminalistik ekspertizasının 29.11.2021-ci il tarixli 607-MTKŞ/2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X7 məxsus gecə köynəyinin arxa səthində sağda iki ədəd cırılma xarakterli zədələr vardır. Bu cırılmalar küt yaranma mexanizminə malikdirlər, gecə köynəyinin müvafiq nahiyələrinin kəskin dartılması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs X7 məxsus qısaqol köynəkdə və xalatda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın arxa səthinin sol yuxarı nahiyəsində iki ədəd (biri səthidir) məhdud cırılma xarakterli zədə vardır (onlardan biri səthidir). Bu cırılmalar küt yaranma mexanizminə malikdirlər, şalvarın müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib dartılması nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus qolsuz gödəkçənin ön səthinin sağ və sol daxili nahiyəsində yerləşən fabrik tikişlərin sökülməsi aşkar olundu. Bu sökülmələr küt qüvvə təsiri ilə gödəkçənin müvafiq nahiyələrinin gərilibdartılması nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus qısaqol köynəkdə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 03.11.2021-ci il tarixli 667/216 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xaraktereoloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgilər) baxmayaraq o, hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilik dərəcəsini dərk etmək, hərəkətlərini ölçübbiçmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb biçmək və onlara hesabat vermək, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur, o, hal hazırda da öz hərəkətlərini tam dərk edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərəçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci tarixdə saat 1100-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Oğuz rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 22 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 20.09.2021-ci il tarixli 197 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 29.09.2021-ci il tarixli, 10/25-479 və 10/25-481 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu, Böyük Söyüdlü kəndində yaşamışdır və ailə tərkibi arvadı-X4 (vəfat edib), oğlu Şahid2 (uzun müddətdir ki, Bakı şəhərində yaşayır) və gəlini X10 (uzun müddətdir ki, Bakı şəhərində yaşayır) ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan SSR-in CM-in 207-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Vartaşen rayon Xalq Məhkəməsinin 12.09.1978-ci il tarixli hökmü ilə əməyə mütləq cəlb olunmaqla iki il azadlıqdan şərti məhrum olunma cəzasına məhkum olunmuş və 04.08.1980-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs arvadı Gülgəz Muştaqovanı itələməsinə görə başının tinə dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə, məhkəmə-tibb ekspertizasının rəyi (...aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyyələrinə, formasına, xarakterinə və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətlər əllə, yumruqla və təpiklə yetirilə bilərlər. Gülgəz Muştaqovanın bədənində aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyyələrinə, formasına, xarakterinə və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətlər hündürlükdən və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində törənməsinə uyğun gəlmir...) və işdə olan digər sənədlər əsas verir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun gələn ifadə kimi qəbul edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM--in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən təqsirləndiriləm şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 21 sentyabr 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə ediləcək əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 154,16 AZN (yüz əlli dörd manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Oğuz rayon prokurorluğunda saxlanılan bir ədəd qısaqol köynək, bir ədəd şalvar, bir ədəd qolsuz gödəkçə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, bir ədəd gecə köynəyi, bir ədəd qadın koftası, bir ədəd xalat, eləcə də hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd boyunbağı zərərçəkmiş şəxsin hüquqi varisi X2 qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 21 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 154,16 AZN (yüz əlli dörd manat on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Oğuz Rayon Prokurorluğunda saxlanılan bir ədəd qısaqol köynək, bir ədəd şalvar, bir ədəd qolsuz gödəkçə məhv edilsin, bir ədəd gecə köynəyi, bir ədəd qadın koftası, bir ədəd xalat, bir ədəd boyunbağı zərərçəkmiş şəxsin hüquqi varisi X2 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-74/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-74/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver