Məhkəmə qərarları › İş №1(091)-74/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-74/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-74/2025 27.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi barədə) Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2009-cu ildə İsmayıllı rayonunun İstisu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, əvvələr məhkum edilməmiş, natamam-orta təhsilli, İsmayıllı rayonunun İstisu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2024cü il tarixli qərarı ilə prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunan, barəsində polisin nəzarəti altına vermə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməlləri anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü həmkəndlisi Zərərçəkmiş şəxs qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlmiş, bu məqsədlə o, İsmayıllı rayonunun İstisu kəndinin ərazisində 8 yaşlı həmkəndlisi Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunu atasına siqaret çəkməsini deyəcəyi ilə hədələyərək onunla seksual xarakterli hərəkətlər etməyə vadar etmiş, öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə o, Zərərçəkmiş şəxs yaşadıqları kəndin təpəliklər adlanan hissəsinə apararaq orada fənd tətbiq edib zor tətbiq etməklə sonuncunu yerə yıxmış, daha sonra edilən hərəkətlərin xarakterini və mahiyyətini başa düşməyən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs şalvarını fiziki qüvvə tətbiq etməklə aşağı çəkərək zor tətbiq etməklə, habelə azyaşlı olması ilə əlaqədar köməksiz vəziyyətdə olmasından istifadə etməklə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxsla qəsdən qeyri-təbii yolla cinsi əlaqədə olub uşaqbazlıq formasında seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan və yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə cinayət-prosessual fəaliyyəti olmayan hesab edildiyindən məhkəmə istintaqı zamanı dindirilməmiş, onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və o, həmin ifadələrində göstərmişdir ki, İsmayıllı rayonu İstisu kəndində vaildeynləri ilə birlikdə yaşayır, məktəblidir. Zərərçəkmiş şəxs tanıyır, onun həmkəndlisidir. O, xx.xx.2023-cü il tarixdə 18 radələrində əmisi Aydın Musayevin yaşadığı ünvanda olmuş, oradan çıxdıqda küçədə həmkəndlisi Zərərçəkmiş şəxs və dostu Nahidi görüb onlara yaxınlaşmış, o, onların yanına çatıb söhbət etməyə başlamış, bir müddət sonra Nahid oradan uzaqlaşıb getmişdir. Bu zaman o, Hüseyinə “gəl dağa gedək, gəzək biraz” demiş, Hüseyin də onunla razılaşmış və onlar birlikdə təpəliklər olan yerə getmişlər. O, orada olanda Hüseyinə “gəl tərbiyəsiz şeylər edək yoxsa atana deyəcəm ki, siqaret çəkirsən” demiş, Hüseyin ona etiraz edib “mən də anama deyəcəm” dedikdə isə o, Hüseyinin qolundan tutub dartaraq bir qədər də irəliyə aparmışdır. Onlar bir qədər getdikdən sonra o, Hüseyinin şalvarını aşağı çəkib ayağından badalaq verərək qarnı üstə yerə yıxmış, daha sonra isə özü də şalvarını aşağı çəkərək Hüseyinin üzərinə gəlmiş və Hüseyinin üzərinə uzanmış, daha sonra o, cinsiyyət orqanını Hüseyinin arxasına salaraq irəli və geriyə hərəkət etdirmiş, həmin vaxt Hüseyin evə getmək istədiyini demiş, o isə sonuncuya “100-ə kimi say, qurtaracaq” demiş, bir qədər sonra Hüseyin təkrarən getmək istədiyini bildirmiş, o isə Hüseyinə dediyi müddət ərzində sakit durmasa atasına xəbər verəcəyini bildirmişdir. Hüseyin təxminən 21-22-ə kimi sayandan sonra təkrarən getmək istədiyini bildirmiş, o, bu zaman Hüseyinin üstündən qalxaraq şalvarını yuxarı çəkmiş, eyni vaxtda Hüseyin də ayağa qalxaraq əynini düzəldib getməyə başlamışdır. O isə oradan uzaqlaşıb məktəbin həyətinə gedərək orada uşaqlarla futbol oynamağa başlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, oğlu 8 yasında iki dəfə xəstəlik keçirmişdir. Bundan sonra oğlunu rayona xəstəxanaya aparmışlar. Oğlu bir müddət müalicə aldıqdan sonra səhhəti yaxşılaşmışdır. Daha sonra oğlu duş alan vaxt başı daşa dəymişdir. Bundan sonra psixi problemləri yaranmışdır. Elə olurdu ki, oğlu evdən çıxıb gedirmiş və evə gəlmirmiş. Çıxıb onu axtarırlarmış. Bundan sonra oğlu Şəki şəhərində müalicə almışdır. Sonra İsmayıllı rayonunda müalicə almışdır. Oğlunun psixi vəziyyəti arada yaxşılaşırmış. Hadisənin axşamı günü məlumatı olmuşdur. Belə ki, onu polis şöbəsinə dəvət etmişlər. Oğlu ağlayırmış və heç nə demirmiş. Hadisə barədə soruşduqda, belə bir hadisə törətdiyini, daha sonra isə sözügedən hadisəni törətmədiyini bildirmişdir. Hər dəfə ona fərqli cavablar verirmiş. Oğlu deyirmiş ki, ümumiyyətlə zərərçəkmiş şəxsi görməmişdir. Sonra deyirmiş ki, 3 nəfər bu hadisəni törətmişdir. Yəni hər dəfə hadisə barədə fərqli cavablar verirmiş. Oğlunun hərəkətləri barədə onu deyə bilər ki, onun psixi vəziyyəti arada yaxşılaşırmış. Sonra isə psixi vəziyyəti pisləşirmiş. Oğlu 8 yaşında sudurqa xəstəliyi keçirmişdir. Sonra duş alan vaxt başı daşa dəymiş və həmin vaxtdan sonra psixi vəziyyəti pisləşmişdir. Oğlunun psixi problemi vardır. Oğlunun öz mənafeyi üçün nəyisə əsaslandırdığını və normal adamlar kimi cavablar verdiyini görməmişdir. Oğlunun bu hadisəni necə törətdiyini bilmir. Onların nəslində irsi olaraq psixi problemləri olan insanlar olmuşdur. Anasının atası və qardaşında psixi problemlər olmuşdur. Hazırda oğlu yaddaşına görə həblər qəbul edir. Oğlu 2 dəfə Maştağa kəndində xəstəxanada mülaicə almışdır. Bir dəfə Şəki şəhərində xəstəxanada müalicə almışdır. Müalicələrdən sonra oğlu bir müddət yaxşılaşırmış. Sonra isə psixi problemləri davam etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsındə göstərmişdir ki, İsmayıllı rayonu İstisu kəndində valideynləri ilə birlikdə yaşayır, məktəblidir. Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə 18 radələrində dostu Nahidlə birlikdə onun yaşadığı evin qarşısında oturub günəbaxan tumu çırtlamışlar. Bu zaman Təqsirləndirilən şəxs əmisi Aydın Musayevin həyətindən çıxaraq onlara tərəf gəlmiş, bir qədər sonra Nahid çıxıb evə getmiş, bu zaman Zəfər ona “gəl dağa gedək, gəzək biraz” demiş, o da Zəfərlə razılaşmış və onlar birlikdə təpəliklər olan yerə getmişlər. Zəfər orada olanda ona “gəl tərbiyəsiz şeylər edək, əvəzində sənə pul verəcəm, yoxsa atana deyəcəm ki, siqaret çəkirsən” demiş, o, sonuncuya etiraz edib “mən də anama deyəcəm” dedikdə isə Zəfər, onun qolundan tutub dartaraq bir qədər də irəliyə aparmış, onlar bir qədər getdikdən sonra Zəfər onun şalvarını aşağı çəkib ayağından badalaq verərək qarnı üstə onu yerə yıxmış, daha sonra isə özü də şalvarını aşağı çəkərək onun üzərinə gəlmişdir. Bu zaman Zəfər, onun üzərinə uzanaraq “100-ə kimi say, qurtaracaq” demiş, həmin an o, arxa nahiyyəsində ağrı hiss etmiş, sanki arxa nahiyyəsindən nəsə içəri girmiş, o, 25-ə kimi sayandan sonra ağrıdan ağlamağa başlamış və Zəfərə “bəsdi, ağrıyır, əl çək” deyə bildirmişdir. Zəfər isə ona özünün dediyi müddət ərzində sakit durmasa atasına xəbər verəcəyini bildirmişdir. Daha sonra o, ağladığı və Zəfərə müqavimət göstərdiyi üçün sonuncu, onun üzərindən qalxmış və üst-başını düzəldərək kənarda dayanmışdır. O isə ayağa qalxıb evə getmək istədikdə, ona “gözlə, telefonuma kontur vurum, zəng edib atana deyəcəm ki, siqaret çəkirsən” demiş, o isə qaça-qaça evə gəlmiş, evə çatdıqda anası onu görmüş, anası ondan niyə ağladığını və qaçaraq gəldiyini soruşduqda o, anasına baş verənləri danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu İstisu kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı ünvanda təndirdə çörək bişirən zaman 2014-cü il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs həyətdə olmadığını görmüş, bir neçə dəfə Hüseyini çağırsa da, cavab verməmiş, o isə çörək bişirdiyi üçün işini yarımçıq qoyub Hüseyini axtara bilməmiş, çörəyi bişirib qutardıqdan sonra əl-üzünü yumaq istəmiş, bu zaman Hüseyinin ağlaya-ağlaya pilləkənlə qalxdığını görmüş, sonuncuya çatıb niyə ağladığını soruşmuş, həmin zaman Hüseyinin üst-başının toz-torpaqlı olduğunu görmüş, sonuncu, ona “ana, arxa hissəmə tərbiyəsiz hərəkət ediblər” deyə bildirmişdir. O, bu sözdən hiddətlənərək kimin etdiyini soruşduqda Hüseyin, ona “Pıstım” edib deyə bildirmişdir. O, həmin Pıstım deyilən şəxsin kənd sakini Qurbanın oğlu Zəfər olduğunu bilmiş, çünki onu kənddə bir neçə dəfə görmüşdür. Bu zaman Hüseyinin babası Bəylər Mahmudov da gələrək ondan nə olduğunu soruşmuş, o isə utandığı üçün ona heç bir şey deyə bilməmiş, belə olduqda isə qaynatası Hüseyinlə ləzgi dilində danışaraq nə olduğunu öyrənmişdir. Bundan sonra o, həyat yoldaşı Alvi Mahmudova zəng edərək məlumat vermiş, bir qədər sonra Alvi gəlmiş və hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək müraciət etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, hadisə günü həyətdə olmuşdur. Uşaq ağlayaraq evə gəlmiş və anasına şikayət etmişdir. Sonra uşaq Zəfərin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirdi. O da həmin vaxt əsəbləşmişdir. Çünki Zəfər nəvəsini zorlamışdır. Zəfər nəvəsini zorlayan vaxt demişdir ki, 100-ə qədər say bitəcək. Uşaq həmin vaxt ağlamışdır. Nəvəsi Zəfərin hərəkətləri barədə anasına məlumat vermişdir. O da onun dediklərini eşitmişdir. Uşaq ağlayaraq anasına hadisə barədə məlumat vermişdir. Uşaq anasına hadisə barədə məlumat verən vaxt orada olmuşdur. Hüseyin demişdir ki, Zəfər ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin (barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 18:58 dəqiqədə Azərbaycan Respublikası DİN-in 102 xidmətindən məlumat daxil olmuş və daxil olmuş məlumatda ismayıllı rayonu İstisu kənd sakini Qanuni nümayəndə2 küçədə tanımadığı şəxsin onun 9 yaşlı oğlu Zərərçəkmiş şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirmişdir (cild 01, iş vər. 02). Сinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, həmin tarixdə saat 18 radələrində X8 ərizə ilə İsmayıllı RPŞ-yə müraciət edərək İsmayıllı rayonu İstisu kəndində həmkəndlisi Təqsirləndirilən şəxs 2014-cu il təvəllüdlü azyaşlı oğlu Zərərçəkmiş şəxs qarşı məcburi və zorakı şəkildə seksual xarakterli hərəkətlər edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirmiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 03). Сinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zorakı şəkildə seksual xarakterli hərəkətlər edərək, sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğu yer İsmayıllı rayonunun İstisu kəndində “təpələr” adlanan yerdir (cild 01, iş vər. 22- 28). Сinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 sentyabr 2023-cü il tarixli Səhiyyə Nazirliyinin MTE və PAB-yi X10 alınmış məhkəmə-tibbi ekspertizasının 416 nömrəli rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:

1. Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hasnı xəsarət və xəsarət izi aşkar edilmədi. 2.3.4. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi.

5. 1 saylı X11 tərəfindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 81 saylı arayışa əsasən, ona zöhrəvi xəstəliklər aşkar edilmədi (cild 01, iş vər.36-39). Сinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-dən alınmış, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2603 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirilməsinin çətin olması, onda aşkar edilən əqli geriliyin ifadə dərəcəsini müəyyən etmək və törətdiyi əməl zamanı və halhazırda anlaqlı olub-olmamasını, simuliyativ davranışın olub-olmamasını müəyyən etmək məqsədi ilə daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəməpsixiatrik ekspertizasından keçməsi zəruridir (cild 01, iş vər. 40-42). Сinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Səhiyyə Nazirliyinin MTE və PAB-yi X16 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının 463 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, laborator tədqiqata, qərarın təsviri hissəsində qeyd olunanlara əsasən və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirik:

1. 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar edilmədi.

2. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Törənmə müddəti Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən 1-2 gün əvvələ uyğun gəlir.

3. Zərərçəkmiş şəxs arxa keçəcək möhtəviyyatı olan tampon və yaxmanın məhkəmətibbi tədqiqi zamanı spermatazoidlər aşkar olunmamışdır. (xx.xx.2023-cü il tarixli, 9/148 saylı məhkəmə-tibbi bioloji akta əsasən) (cild 01, iş vər.43-46). Сinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı göstərərək bir daha təsdiq etmişdir (cild 01, iş vər.126-128). Сinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli İsmayıllı RİHB-nin İstisu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə İsmayıllı rayonu İstisu kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur (cild 01, iş vər. 129-130). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 oktyabr 2023-cü il tarixli İsmayıllı rayon X6 Hüquqi Şəxsindən daxil olmuş 18-1-47//2-947/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonunun İstisu kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2007-ci il təvəllüdlü Musayev X3 RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Lakin İsmayıllı RMX-nin Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində xx.xx.2022-ci il tarixdən “F70 .1 Yüngül dərəcəli əqli gerilik və qulluq tələb edən ciddi davranış pozuntusu İQ əmsalı 58%. F98.0 Qeyri üzvi təbiətli enurez” diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 01, iş vər. 133). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon X6 Huquqi Şəxsin xx.xx.2022-ci il tarixli 717 nömrəli məktubundan görünür ki, İsmayıllı “RMX” PHŞ-nin xx.xx.2022-ci il tarixli 521 saylı göndərişinə əsasən İsmayıllı Rayon İstisu kəndində yaşayan 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. D-z: Yüngül dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu. F-70.1 İQ əmsalı 58% Nitq artikuliyasiyasının spesifik pozğunluğu F-80.0 (cild 01, iş vər. 134). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Mahmudova X4 RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi qismində tanındığı azyaşlı oğlu Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Lakin hazırda o, Təqsirləndirilən şəxs bağışlamışdır. Onun Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (cild 01. iş vər. 137). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 noyabr 2023-cü il tarixli Baş Əməliyyat İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 01, iş vər. 140). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, CM-in 150.3.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X15 stasionar ekspertiza şöbəsinə yerləşdirilməsi qərara alınmışdır (cild 01, iş vər. 163-165). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-dən alınmış, stasionar məhkəmə psixiatrik ekspertizasının 194 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı qavrama qabiliyyətinin nisbətən zəif çıxış etdiyi, təfəkkürünün konkret olduğu, təhlil-tərkib proseslərinin primitivliyi, proqnozlaşdırma qabiliyyəti zəif çıxış etdiyi, yadasalma və yadda saxlama proseslərinin nomaya uyğun olmadığı mühakimələrində səthilik, maraq dairəsinin məhdudluğu, dünya görüşünün və elmi biliklərinin kasad olması aşkar olunmaqla intellektual imkanlarının aşağı səviyyədə olması, psixoloji yaşının yaş xüsusiyyətlərinə uyğun olmaması müəyyən edilir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, baş verən hadisələri adekvat olaraq qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyí cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vemək ümumən düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında psixi patologiya müəyyən edilir. Əqli gerilik müvəqqəti psixi pozuntu hesab edilmir və göstərilən psixi pozuntu onda anadangəlmədir. Təqsirləndirilən şəxs müəyyən edilmiş kəmağıllıq və onda meydana gəlmiş qeyri-adekvat davranışla əlaqədar olaraq həmin şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Və 3-cü sualın cavabında qeyd olunduğu kimi «anlaqlılıq» ve «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar edilən psixi xəstəlik ilə əlaqədar o, hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal- hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs özünə və ətrafındakılara zərər yetimək təhlükəsi var. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslasdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» fomasında kəmağıllıq müvəqqəti psixi pozuntu hesab edilmir və göstərilən psixi pozuntu onda anadangəlmədir. Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı qavrama qabiliyyətinin nisbətən zəif ÇİXİŞ etdiyi, təfəkkürünün konkret olduğu, təhlil-tərkib prosesslərinin primitivliyi, proqnozlaşdırma qabiliyyəti zəif çıxış etdiyi, yadasalma və yadda saxlama proseslərinin nomaya uyğun olmadığı, mühakimələrində səthilik, maraq dairəsinin məhdudluğu, dünya görüşünün və elmi biliklərinin kasad olması aşkar olunmaqla intellektual imkanlarının aşağı səviyyədə olması, psixoloji yaşının yaş xüsusiyyətlərinə uyğun olmaması müəyyən edilir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək, baş verən hadisələri adekvat olaraq qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək qabiliyyətinə malik deyildir. Hal-hazırkı ekspertizanın təyin olunması haqqında qərardan məlum olur ki, iş üzrə stasionar məhkəmə psixiatrik ekspertizası təyin olunmuşdur. 8-ci və 9-cu suallar ise psixoloqun cavablandırılmalı olduğu suallar olduğundan, məhkəmə psixiatrik ekspertizasının deyil, məhkəmə psixoloji ekspertizasının səlahiyyətinə aiddir (cild 01, iş vər. 169-174). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, CM-in 150.3.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X15 stasionar ekspertiza şöbəsinə yerləşdirilməsi qərara alınmışdır (cild 01, iş vər. 202-204). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-dən alınmış təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının 73 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında xroniki psixi patologiyadan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi pozuntu səbəbindən öz hərəkətlərini dərk etmək, baş verən hadisələri adekvat olaraq qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir təsvir etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırki müayinə zamanı da yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Yüngül dərəcəli kəmağıllıq, qullu və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” diaqnozu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, “Anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması barəsində qoyulan sual cavablandırılmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün ciddi sosial təhlükə əhəmiyyəti kəsb edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə müşahidə olunan yüngül dərəcəli kəmağıllıqdan əziyyət çəkmişdir. Qeyd olunan psixi patologiyaya xas olan əlamətlər “mülahizələrinin səthiliyi, primitivliyi, təfəkkürünün konkretliyi, mücərrəd anlayışları izah etməkdə çətinlik çəkməsi, ümumiləşdirmə, analizetmə funksiyalarının zəif inkişaf etməsi, intellektual-mnestik funsiyalarının aşağı olması, yaddasaxlama qabiliyyətinin zəif olması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi) onu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmişdir (cild 01, iş vər 215-221). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ X9 Şöbəsindən alınmış, məhkəmə-psixoloji ekspertizasının 659 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakı kimidir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərini nəzərə alaraq Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmasını dərk edə bilmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarınn təsiri altında hərəkətlər etməyə, hadisəni özündən uydurmağa meyilli deyildir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla , onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir. Zərərçəkmiş şəxs onunla baş vermiş qanunazidd əməli “pis iş” deyə xarakterizə edir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərindən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs psixoloji vəziyyətində hər hansı pozuntu müşahidə edilmir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur (cild 01, iş vər. 222-224). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 sentyabr 2024-cü il tarixli, 4(037)-37/2024 nömrəli İsmayıllı rayon məhkəməsinin qərardan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi ilə bağlı cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (cild 01, iş vər. 272-276). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-cü il tarixli, 30 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında xroniki psixi patologiyadan zəiyyət çəkmişdir. Təqsirləndirilən şəxs ittihamedilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs “Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə”formasında anadangəlmə psixi pozuntudan əziyyət çəkmişdir. Həmin psixi patologiya cinayət əməli törədilərkən ciddi davranış pozuntusu ilə müşayiət olunduğundan Təqsirləndirilən şəxs həmin hadisəni törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən və hal-hazırda “Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında xroniki psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, ondan simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” psixi patologiyası müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir patologiyadır. Yoxlanılan şəxsin müayinədə olduğu dövr ərzində kliniki psixopatoloji metodla aparılan müayinə əsasında düçar olduğu “Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” müəyyən edilməsi ilə nəticələnən hazırkı müayinə gedişatında onun simulyasiya və yamsılama etmək iqtidarında olmaması qənaətinə gəlinməsinə əsas verir. Hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili, həmçinin müayinə dövründə davranışına dinamik nəzarət sayəsində müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı simulyativ davranış aşkarlanmamışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in ümumi hissəsinin tələbləri nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət hüququ nəzəriyyəsinə görə seksual xarakterli zorakılıq hərəkətləri – cinsi ehtirası pozğun formada təmin etməyə yönələn hərəkətləri ehtiva edir. Bu cinayətin obyektiv cəhəti fiziki zor tətbiq etməklə hədələmə və ya belə bir zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərin edilməsində ifadə olunur. Burada fiziki zor tətbiq etmə dedikdə, şəxsin, onun yaxın qohumu olan şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədənin müxtəlif nahiyələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zərərçəkmiş şəxsə seksual xarakterli zorakılıq hərəkətlərin edilməsi başa düşülür. Zor tətbiq etməklə hədələmə isə zərərçəkmiş şəxsə, onun yaxın qohumlarına fiziki zor tətbiq ediləcəyi ilə onları qorxutmada ifadə oluna bilər. Hədə sözlə bildirilməklə, yaxud silah nümayiş etdirməklə və sair formada həyata keçirilə bilər. Zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsin göstərəcəyi müqaviməti əvvəlcədən neytrallaşdırmağa yönəlir. Tətbiq edilən hədə real və bilavasitə həyata keçirilə bilən olmalıdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrıayrılıqda və məcmu halda qiymət verərək cinayət əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Musayev X3 rayonunun İstisu kəndinin ərazisində 8 yaşlı həmkəndlisi Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunu atasına siqaret çəkməsini deyəcəyi ilə hədələyərək onunla seksual xarakterli hərəkətlər etməyə vadar etmiş, öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə o, Zərərçəkmiş şəxs yaşadıqları kəndin təpəliklər adlanan hissəsinə apararaq orada fənd tətbiq edib zor tətbiq etməklə sonuncunu yerə yıxmış, daha sonra edilən hərəkətlərin xarakterini və mahiyyətini başa düşməyən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs şalvarını fiziki qüvvə tətbiq etməklə aşağı çəkərək zor tətbiq etməklə, habelə azyaşlı olması ilə əlaqədar köməksiz vəziyyətdə olmasından istifadə etməklə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxsla qəsdən qeyritəbii yolla cinsi əlaqədə olub uşaqbazlıq formasında seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, həqiqətən də, Təqsirləndirilən şəxs tərəfindən CM-in 150.3.3-cü maddəsində ilə nəzərdə tutulmuş qeyd olunan cinayət əməli törədilmişdir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-in LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Həmin Qərarın 13-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-in 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Məhkəmə istintaqı zamanı təyin edilərək əldə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-cü il tarixli, 30 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında xroniki psixi patologiyadan zəiyyət çəkmişdir. Təqsirləndirilən şəxs ittihamedilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs “Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə”formasında anadangəlmə psixi pozuntudan əziyyət çəkmişdir. Həmin psixi patologiya cinayət əməli törədilərkən ciddi davranış pozuntusu ilə müşayiət olunduğundan Təqsirləndirilən şəxs həmin hadisəni törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən və hal-hazırda “Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” formasında xroniki psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, ondan simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” psixi patologiyası müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir patologiyadır. Yoxlanılan şəxsin müayinədə olduğu dövr ərzində kliniki psixopatoloji metodla aparılan müayinə əsasında düçar olduğu “Yüngül dərəcəli kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə” müəyyən edilməsi ilə nəticələnən hazırkı müayinə gedişatında onun simulyasiya və yamsılama etmək iqtidarında olmaması qənaətinə gəlinməsinə əsas verir. Hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili, həmçinin müayinə dövründə davranışına dinamik nəzarət sayəsində müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı simulyativ davranış aşkarlanmamışdır. Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 sentyabr 2024-cü il tarixli, 4(037)-37/2024 nömrəli İsmayıllı Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. CM-in 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-in 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. CM-in 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. CM-in 95.0.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicədir. CPM-in 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468- 478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. CPM-in 470-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı və vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir. CPM-in 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla iş materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 150.3.3 maddəsində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan cinayət əməlini anlaqsız vəziyyətdə törətdityindən göstərilən maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertiza rəylərinə və CM-in 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına və İsmayıllı Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda 28 oktyabr 2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 08 nömrəli Qərarının 14-cü bəndinə əsasən cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. İş üzrə maddi sübut, məkəmə məsrəfləri, maddi ziyan yoxdur və mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və CPM-in 344-348, 356, 358, 384, 385, 470, 474 və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Qərarın icrası İsmayıllı Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Rafail Əliyev

Hakimlər Tural Əfəndizadə (məruzəçi)

Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar