Məhkəmə qərarları › İş №1(091)-75/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-75/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-75/2021 02.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X5 oğlunun iştirakları ilə xx xxxxxxxx 1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax şəhəri F.İsayev küçəsi ev 78-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, 06 sentyabr 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X7 Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədilə 1 ədəd polietilen torbada 42,175 qram külli miqdar çəkidə narkotik vasitə olan heroini və 1 ədəd polietilen torbada 2,175 qram külli miqdar çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək ünvan 1 ünvanında yerləşən yaşadığı evdə saxlamış, xx xxxxxxxx 2020-ci ildə, saat 16:05-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 Qərb bölgəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına video çəkilişlə keçirilmiş baxış nəticəsində otaqdakı dolabın üstündən həmin qəsdən satış məqsədilə əldə edib saxladığı külli miqdarda 42,175 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 2,175 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci ildə saat 14 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsi ilə gedərkən sellofan torba görüb götürmüş, açıb içərisinə baxarkən içərisində bükümdə narkotik vasitə olan heroin və torbanın içərisində digər torbada isə metamfetamin yəni şüşə olan dərman tapmış, gələcəkdə istifadə etmək üçün cibinə qoyaraq evə aparmışdır. xx.xx.2020-ci ildə saat 16 radələrində polis əməkdaşları videçəkilişlə evə baxış keçirmişlər. Baxış zamanı evdə saxladığı narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin kütlələri qablaşdırıb möhürləyib götürmüşlər. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci ildə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin saxlaması barədə daxil olmuş məlumat əsasında həmin günü saat 16 radələrində həmin ünvana baxış keçirilmişdir. Video çəkilişlə evinə baxış keçirilmiş, baxış zamanı evin otağında olan dolabın üstündən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminə oxşar kütlələri Xəyal təqdim etmişdir. Həmin kütlələri bir neçə gün qabaq Yevlax şəhəri C.Mustafayev küçəsindən tapdığını və özü istifadə etmək üçün evə aparıb saxladığını bildirmişdir. Şahidlər Şahid2 və X4 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. xx xxxxxxxx 2020-ci il tarixli 16/629 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş kağız paketdəki 1 ədəd polietilen torba kəsiyində çəkisi 42,175 qram maddə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş kağız paketdəki 1 ədəd şəffaf rəngli polietilen torba kəsiyində çəkisi 2,175 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evdən aşkar edilib götürülmüş 1 ədəd «CAMRY» markalı elektron tərəzi üzərində heroin izləri vardır. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 981 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, evindən aşkar edilmiş külli miqdarda 42,175 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 2,175 qram psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün evində saxlamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən heroin və metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarı, 2 qramdan çox isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroin 42,175 qram, metamfetamin isə 2,175 qram olmuşdr. Heroin və metamfetamini satış məqsədi ilə saxlamamasına dair ifadəsində göstərdiyi xüsusatları səmimi, obyektiv və həqiqi ifadələr kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi ilə saxlamışdır. Eyni zamanda, məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdırlar. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2- ci maddəsinə əsasən təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, 08 sentyabr 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ekspertiza xərci 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 06 sentyabr 2020-ci ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 32 ( otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Maddi sübut olan və Yevlax rayon Polis Şöbəsində saxlanılan 2,075 qram çəkidə psixotrop maddə olan metamfetamin və 42,075 qram heroin məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X7 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar