Məhkəmə qərarları › İş №1(091)-75/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-75/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-75/2024 14.03.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Ucar rayonunun Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Ucar rayonunun Bərgüşad kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1986-cı ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay rayonunun Cəyirli kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş 54 (əlli dörd) ədəd çətənə bitkisinin toxumlarını 2023-cü ilin may ayının ortalarında Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisindən keçən su kanalının yaxınlığındakı kolluq sahədə torpaqda əkərək, qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 54 (əlli dörd) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 01 avqust 2023-cü il tarixdə saat 14 radələrində sözügedən çətənə (kannabis) bitkilərinə qulluq etmək məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin ərazidə olduqları zaman kənar şəxslərin onları görməsi səbəbindən oradan uzaqlaşmalarına baxmayaraq, 01 avqust 2023-cü il tarixdə saat 20 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Göyçay şəhərinin ərazisində saxlanılıb Ucar rayonunun Təzə Şilyan kəndinə gətirilərək özünün iştirakı ilə həmin əraziyə baxış keçirilən zaman əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 54 (əlli dörd) ədəd 104 santimetrdən 222 santimetrədək hündürlükdə yaş vəziyyətdə təmiz çəkisi 57 kiloqram 790,0 qram təşkil edən çətənə (kannabis) bitkiləri torpaqda əkilmiş vəziyyətdə olmaqla kolluq ərazidən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş 54 (əlli dörd) ədəd çətənə bitkisinin toxumlarını 2023-cü ilin may ayının ortalarında Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisindən keçən su kanalının yaxınlığındakı kolluq sahədə torpaqda əkdikdən sonra Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 54 (əlli dörd) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 01 avqust 2023-cü il tarixdə saat 14 radələrində sözügedən çətənə (kannabis) bitkilərinə qulluq etmək məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin ərazidə olduqları zaman kənar şəxslərin onları görməsi səbəbindən oradan uzaqlaşmalarına baxmayaraq, 01 avqust 2023-cü il tarixdə saat 21 radələrində sonuncunun iştirakı ilə həmin əraziyə baxış keçirilən zaman əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 54 (əlli dörd) ədəd 104 santimetrdən 222 santimetrədək hündürlükdə yaş vəziyyətdə təmiz çəkisi 57 kiloqram 790,0 qram təşkil edən çətənə (kannabis) bitkiləri torpaqda əkilmiş vəziyyətdə olmaqla kolluq ərazidən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisində yerləşən sahədə olan zaman oradan iki nəfər şəxsin çıxdığını görmüş, həmin şəxslər getdikdən sonra qeyd olunan əraziyə baxdıqda orada çətənə bitkilərinin əkildiyini və qeyd olunan bitkilərin üzərində yarpaqların olmadığını görmüş, bu haqda əvvəlcədən tanıdığı şəxslərlə söhbət edib məsləhətlər almış, qeyd olunan şəxslər də ona yarpaqların çəyirtkələr tərəfindən yeyildiyini demişlər və bu səbəbdən də bitkiləri sulamasını məsləhət görmüşlər. Bundan sonra o, bitkiləri sulamış və 15 gün sonra bitkilərin yetişdiyini görmüşdür. Şahid2, qardaşının və dostunun çətənə bitkilərinin olduğu yerə gəlməsinin səbəbini bilməmiş, Şahid1 sahəyə gələndə o, həmin yeri tərk edib getmiş və bu zaman qeyd olunan şəxslərin polis əməkdaşlarına məlumat verəcəklərini zənn etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Ucar Rayon Polis Şöbəsində olan zaman polis əməkdaşı olan Anar adlı şəxsə narkotik vasitənin ona məxsus olmadığını demiş, sonuncu isə ağsaqqal adam olduğunu və mobil telefonunda fotoşəkillərin olduğunu deyərək yalan danışmasının səbəbini soruşmuş, bu səbəbdən də o, hər şeyi etiraf etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 10 ilə yaxındır narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin may ayında Ucar rayonunun Bərgüşad kəndinin ərazisində olarkən yerdə sellofan bükülünün olduğunu görmüş, həmin sellofan bükülünü açıb baxdıqda orada çətənə bitkisinin toxumlarının olduğunu müşahidə etmiş və gələcəkdə lazım olacağını fikirləşərək qeyd olunan toxumları özü ilə götürmüşdür. 2023-cü ilin may ayının ortalarında balıq tutmaq məqsədilə Ucar rayonunun Təzə Şilyan kəndinə getdikdə tapdığı çətənə bitkisinin toxumlarını həmin əraziyə əkmək barədə fikir yaranmış, bundan sonra həmin gün tapdığı 54 ədəd çətənə bitkisinin toxumlarını qeyd olunan kəndin ərazisində əkmiş və məqsədi yetişəcəyi təqdirdə gələcəkdə özü istifadə etmək olmuşdur. Daha sonra həmin çətənə bitkilərinə su vermək üçün oraya su qabları, dəmir çəlləklər yığmış, həmçinin çətənə bitkilərinin yaxşı inkişaf etməsi üçün əkdiyi qeyd olunan çətənə bitkisinin toxumlarına su verib diblərində olan torpağı yumşaltmaqla ot-alağını təmizləmiş, gübrə verməklə və dərmanlamaqla onlara qulluq etmişdir. Bitkilərin saylarının çoxluğu ilə əlaqədar olaraq, onlara qulluq göstərmək və onları sulamaq çətin olduğundan bu barədə qohumu Təqsirləndirilən şəxs2 məlumat vermək və sonuncudan çətənə bitkilərini sulayıb qulluq etmək üçün kömək istəmək qərarına gəlmiş və bu məqsədlə təxminən 2023-cü ilin iyun ayının ortalarında Tiural Məcidovla birlikdə həmin ərazidə balıq tutan zaman sonuncuya qeyd olunan ərazidə çətənə bitkiləri əkdiyini bildirmiş və həmin çətənə bitkilərinə su verilməsində ona köməklik edəcəyi təqdirdə hər dəfə 20-30 manat məbləğində pul verəcəyini demiş, Təqsirləndirilən şəxs2 da onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra ilk dəfə bir gün sonra saat təxminən 12 radələrində çətənə bitkilərini sulamaq üçün özünə məxsus “QAZ 31” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisinə getmiş, Təqsirləndirilən şəxs2 çətənə bitkilərinə su verməsi üçün su kanalından 10 litrlik su qabları vasitəsilə su götürüb kənara yığmış, o isə həmin su qablarını götürüb çətənə bitkilərini sulamış, bundan sonra da hər 7-8 gündən bir olmaqla, ümumilikdə 3 dəfə həmin əraziyə gedib eyni qaydada çətənə bitkilərinə qulluq göstərmişdir. Qohumu Təqsirləndirilən şəxs2la birlikdə hər dəfə oraya gedən zaman çətənə bitkilərinə yaxşı qulluq etmək məqsədilə özü ilə birlikdə peyin və gübrələr də aparmışdır. Sonuncu dəfə 01 avqust 2023cü il tarixdə saat 12 radələrində 5 ədəd vedrəyə peyin yığmış və su qablarını da götürüb yenidən Təqsirləndirilən şəxs2la birlikdə Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisinə getmişlər və orada olarkən eyni qaydada Təqsirləndirilən şəxs2 su qablarını dolduran zaman tanımadığı 3 nəfər şəxs yaxınlaşıb balıq tutub-tutmamalarını soruşmuş, həmin şəxslərdən biri qaçıb ətrafı gəzməyə başlamış, digər bir nəfər isə Təqsirləndirilən şəxs2la birlikdə əkib-becərdiyi çətənə bitkilərini görmüşdür. Ardınca o və Təqsirləndirilən şəxs2 birlikdə ona məxsus olan “QAZ 31” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib həmin yeri tərk etmişlər və bu zaman ona məxsus şalvar, həmçinin Təqsirləndirilən şəxs2 məxsus şalvar və köynək isə orada qalmışdır. Bir müddət sonra o, özünə məxsus olan qeyd etdiyi avtomobil ilə birlikdə Göyçay şəhərinə getmiş və həmin tarixdə saat 20 radələrində orada olarkən polis əməkdaşları ona yaxınlaşıb çətənə bitkilərinin əkilibbecərilməsində şübhəli olduğunu qeyd etmişlər və avtomobili ilə birlikdə Ucar RPŞ-yə getməsini təklif etmişlər. O, etiraz etməmiş və birlikdə Ucar RPŞ-yə gəlmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisində çətənə bitkilərini əkdiyi əraziyə getmiş, orada aqronomum və digər şəxslərin iştirakı ilə baxış keçirilmiş, bu zaman yerdə olan 1 ədəd şüşə su qabı, 2 ədəd stəkan, 3 ədəd siqaret kötüyü, 1 ədəd köynək, 2 ədəd şalvar, 54 ədəd çətənə bitkisinin kolları, həmin bitkilərə qulluq göstərmək üçün istifadə etdiyi 3 ədəd 2 litr həcmli plastik qab, 1 ədəd dərman qutusu, 1 ədəd dərman vurulması üçün istifadə olunan başlıq və 1 ədəd plastik qapaq aşkar olunaraq müvafiq qaydada götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Bu zaman o, cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxduğu üçün ərazidə olan çətənə bitkilərindən məlumatının olmadığını bildirmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək və CM-in CMin 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 ildir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs1 onun qohumdur, aralarında düşmənçilik və şəxsi ədavət yoxdur. 2023-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs1la birlikdə Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisindən keçən su kanalında balıq tutan zaman söhbət əsnasında sonuncu ona həmin yerin yaxınlığında narkotik tərkibli çətənə bitkilərini əkdiyini deyib qeyd olunan çətənə bitkilərini sulamağa və onlara qulluq etməyə köməklik etməsini xahiş etmiş, bunun qarşılığında hər dəfə 20-30 manat pul verəcəyini ona təklif etmiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Bundan sonra ilk dəfə həmin günün səhəri saat 12 radələrində qeyd olunan ərazidən axan su kanalının yaxınlığındakı kolluğun arasında 54 ədəd çətənə bitkilərinin əkildiyi əraziyə gedib Təqsirləndirilən şəxs1 çətənə bitkilərini suvarması üçün su kanalından 10 litrlik su qabları vasitəsilə suyu götürüb kənara yığmış və daha sonra isə sonuncu həmin su qablarını götürüb çətənə bitkilərini sulamışdır. Təqsirləndirilən şəxs1la təxminən həmin vaxtdan etibarən 7-8 gündən bir qeyd olunan yerə gedib qeyd etdiyi formada bitkiləri sulamış və diblərinə peyin vermək üçün sonuncu ilə birlikdə Göyçay rayonunun ərazisindən peyin gətirmişdir. 01 avqust 2023-cü il tarixdə saat 12 radələrində Göyçay rayonunun ərazisindən 5 ədəd vedrəyə peyin yığmış və su qablarını da götürüb yenidən Ucar rayonunun Təzə Şilyan kəndinə getmişlər, həmişə olduğu kimi 10 litrlik su qabları ilə kanaldan su götürüb Təqsirləndirilən şəxs1la birlikdə çətənə bitkilərinin yanına aparmış, lakin həmin peyini çətənə bitkilərinin diblərinə tökməmiş və çətənə bitkilərinə su verilməsində birbaşa iştirak etməmişdir. Həmin tarixdə saat 14 radələrində çətənə bitkilərinin əkildiyi yerdən bir qədər kənarda, yəni su kanalının yanında tanımadığı 3 nəfər şəxs onlara yaxınlaşıb balıq tutub-tutmamalarını soruşmuş, həmin şəxslərdən biri qaçıb ətrafı gəzməyə başlamış, digər bir nəfər isə əkib-becərdikləri narkotik tərkibli bitkiləri görmüşdür. Ardınca o və Təqsirləndirilən şəxs1 birlikdə sonuncuya məxsus olan “QAZ 31” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib göstərilən yeri tərk etmişlər, ona məxsus şalvar və köynək, habelə Təqsirləndirilən şəxs1 məxsus şalvar orada qalmışdır. Sonradan 02 avqust 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı kənddə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Ucar RPŞ-yə aparılmışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdə saat 12 radələrində Göyçay rayonunun ərazisindən 5 ədəd vedrəyə peyin yığmış və su qablarını da götürüb yenidən Ucar rayonunun Təzə Şilyan kəndinə getmiş, həmişə olduğu kimi 10 litrlik su qabları ilə kanaldan su götürüb Təqsirləndirilən şəxs1la birlikdə çətənə bitkilərinin yanına aparmış və orada təxminən 200 litrlik böyük su çəlləklərində həmişəki qaydada peyinlə suyu qarışdırıb bitkilərin diblərinə əlavə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ucar rayonunun Bərgüşad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 və Göyçay rayonunun Cəyirli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs2 Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisində küllü miqdarda narkotik tərkibli çətənə bitkilərini kultivasiya etmələri barədə 01 avqust 2023-cü il tarixdə Ucar RPŞ-yə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 20 radələrində Ucar rayonunun Təzə Şilyan kəndində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çətənə bitkilərini əkdikləri qeyd edilən ərazini müşahidəyə götürmüşlər və bu zaman alınmış məlumata əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ərazidə vətəndaşların və polis əməkdaşlarının olduqlarını bilib “QAZ 31” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ərazidən uzaqlaşıb Göyçay rayonu istiqamətində həkətdə olduqları ona məlum olmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs1 olduğu yer müəyyən olunaraq Göyçay şəhərinin ərazisində saxlanılmış və Ucar RPŞ-yə gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1la birlikdə Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisində çətənə bitkilərini əkdiyi əraziyə getmişlər, orada aqronomum və şəxslərin iştirakı ilə baxış keçirilmiş, bu zaman yerdə olan 1 ədəd şüşə su qabı, 2 ədəd stəkan, 3 ədəd siqaret kötüyü, 1 ədəd köynək, 2 ədəd şalvar, 54 ədəd çətənə bitkisinin kolları, həmin bitkilərə qulluq göstərmək üçün istifadə etdiyi 3 ədəd 2 litr həcmli plastik qab, 1 ədəd dərman qutusu, 1 ədəd dərman vurulması üçün istifadə olunan başlıq və 1 ədəd plastik qapaq aşkar olunaraq müvafiq qaydada götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7, Şahid6, Şahid5 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid8 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdə saat 14 radələrində qardaşı Şahid1 və həmkəndlisi Şahid3la birlikdə su kanalının Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisindən keçən hissəsindən balıq tutmaq üçün gedən zaman iki nəfər tanımadığı şəxsin orada olduğunu görüb yaxınlaşıb kim olduqlarını və hansı səbədən gəldiklərini soruşmuş, qeyd olunan şəxslərdən nisbətən yaşı çox olan şəxs balıq tutmaq üçün gəldiklərini demişdir. Bu zaman o, həmin şəxslərin əllərində və yaxınlıqlarında balıq tutmaq üçün tilov olmadığını gördüyü üçün şübhə etmiş, daha sonra qeyd olunan şəxslərin yanlarında 10 litrlik su qabları olduğunu gördükdə həmin suyu harasa daşıdıqlarından şübhələnmiş, ardınca göstərilən əraziyə baxış keçirən zaman yaxınlığındakı kolluq sahəyə daxil olduqda qeyd olunan yerdə çətənə bitkilərinin əkildiyini görmüş və bu barədə Şahid3 və Şahid1 demişdir. Sonradan adlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildiyi həmin şəxslər “QAZ 31” markalı, **-ZV- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib həmin yeri tərk etmişlər, təxminən 20 dəqiqə sonra qeyd olunan yerə polis əməkdaşları gəldikdə onlar baş verənləri bildirmişlər. Daha sonra həmin tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və bu zaman o da iştirak etmişdir. Baxış keçirilən zaman yerdə olan 1 ədəd şüşə su qabı, 2 ədəd stəkan, 3 ədəd siqaret kötüyü, 1 ədəd köynək, 2 ədəd şalvar, 54 ədəd çətənə bitkisinin kolları, həmin bitkilərə qulluq göstərmək üçün istifadə olunan 3 ədəd 2 litr həcmli plastik qab, 1 ədəd dərman qutusu, 1 ədəd dərman vurulması üçün istifadə olunan başlıq və 1 ədəd plastik qapaq aşkar olunaraq müvafiq qaydada götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Qabil oğlu məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid2 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Ucar Rayon Polis Şöbəsinə Ucar rayonunun Bərgüşad kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Göyçay rayonunun Cəyirli kəndində yaşayan Təqsirləndirilən şəxs2 Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi və kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Ucar rayonunun Bərgüşad kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Göyçay rayonunun Cəyirli kəndində yaşayan Təqsirləndirilən şəxs2 cinayət əməllərini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli raportdan görünür ki, Ucar rayonunun Bərgüşad kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Göyçay rayonunun Cəyirli kəndində yaşayan Təqsirləndirilən şəxs2 Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərmələri və kultivasiyası ilə məşğul olmaları şübhəsi ilə əlaqədar Təqsirləndirilən şəxs1 qeyd olunan tarixdə saat 20:30 radələrində Göyçay şəhərində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs2 isə orada olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisində yerləşən çöllük sahəyə baxış keçirilən zaman oradan 01 ədəd şüşə su qabı, 02 ədəd stəkan, 03 ədəd siqaret kötüyü, 01 ədəd köynək, 02 ədəd şalvar, 54 ədəd çətənə bitkisinin kolları, həmin bitkilərə qulluq göstərilməsi üçün istifadə olunan 03 ədəd 2 litr həcmli plastik qab, 01 ədəd dərman qutusu, 01 ədəd dərman vurulması üçün istifadə olunan başlıq və 01 ədəd plastik qapaq aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X12 X2 sektorunun baş məsləhətçisi X3 tərəfindən tərtib edilmiş 01 avqust 2023-cü il tarixli rəydən görünür ki, həmin tarixdə Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisində yerləşən çöllük sahəyə baxış keçirilən zaman oradan 54 ədəd narkotik xassəli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Yarpaqlarına, gövdəsinə, zoğuna və yarpaqlarının iyinə görə həmin bitkilər narkotik xassəli çətənə bitkiləridir. Həmin bitkilər Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisində çöllük sahədə olmaqla təxminən 60 gün müddətində kultivasiya olunaraq becərilmiş və bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Bitkilərin dibi boşaldılmış, üzvi gübrə verilmiş, həmin torpaqda ətraf torpaqla münasib olmayaraq suvarılma əlaməti aşkar edilmişdir. Bitkilərin hündürlüyünün ən böyüyünün 222 sm və ən kiçiyinin 104 sm olması, gövdələrinin inkişafda olması, budaqlarının yarpaqlarının inkişaf müddətinə uyğun olaraq həmin bitkilərin təxminın 50-60 gün müddətində inkişaf etməsini göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 02 avqust 2023-cü il tarixli 17/582 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış kağızda “Aşkar edilmiş... ədəd çətənə kolu...” yazısı və imzalar olan 05 (beş) ədəd sintetik kisələrin içərisindəki, ümumilikdə 54 (əlli dörd) ədəd, uzunluqları 104 sm-dən 222 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 57 kq 790,0 qram olan olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X6 01 avqust 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı mobil telefona baxış keçirilən zaman sonuncunun narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi ilə bağlı 2 dəqiqə 35 saniyədən ibarət olan bir ədəd videofaylın olması müəyyən edilmişdir. Həmin videofayla baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə çöllük sahədə əkib-becərdikləri narkotik tərkibli çətənə bitkilərinə tək-tək baxış keçirməsi, həmin bitkilərin yetişib-yetişmədiklərini müəyyən etməsi və qeyd olunan bitkilərə qulluq edilməsi ilə bağlı söhbət etmələri, videogörüntünün bəzi hissələrində Təqsirləndirilən şəxs2 müşahidə olunması, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərinin çiçəklənməsini və həmin çiçəklənən bitkiləri çıxarıb sayacağını deməsi, həmçinin torpaqdan çıxarıb yerə atdığı bir ədəd narkotik tərkibli çətənə bitkisini yerdən götürüb Təqsirləndirilən şəxs2 göstərməsi və qalan digər çətənə bitkilərini də çıxarıb sayacağını deməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 avqust 2023-cü il tarixli 492 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. O, psixi xəstəlik keçirmədiyindən cinayət hadisəsini törətdiyi zaman öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. O, hal-hazırda da heç bir psixi xəstəlik keçirmir. O, hal-hazırda psixi xəstəlik keçirmədiyindən öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 avqust 2023-cü il tarixli 493 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. O, psixi xəstəlik keçirmədiyindən cinayət hadisəsini törətdiyi zaman öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. O, hal-hazırda da heç bir psixi xəstəlik keçirmir. O, hal-hazırda psixi xəstəlik keçirmədiyindən öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələrin yerində yoxlanılması haqqında 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yeri əyani olaraq göstərmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının 03 noyabr 2023-cü il tarixli 3-16-16/2-4/1576-4/1579 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD- R diskdə aşkar edilən mübahisəli videofonoqramdakı danışıqlar eyniləşdirici təqdiqat üçün yararlıdır və həmin danışıqlar 2 nəfər kişi cinsinə məxsus diktor tərəfindən aparılmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə aşkar edilən mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD diskdə aşkar edilən mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə aşkar edilən videofonoqramdakı danışıqlarda montaj əlamətləri müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 noyabr 2023-cü il tarixli 1835 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları olub, lakin halhazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, halhazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 noyabr 2023-cü il tarixli 1836 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub, lakin halhazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, halhazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində CM-in 188, 234.1, 234.2 və 236-cı maddələri ilə, Təqsirləndirilən şəxs2 barəsində isə CM-in 188, 234.1 və 234.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 09 avqust 2023cü il tarixli PHŞ-6-40/2-950/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada psixiatr və narkoloq həkimlərin qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 10 avqust 2023-cü il tarixli PHŞ-6-77/2-1015/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatında yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısının 1.2-ci bəndinə əsasən, 16 ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısının 1.2-ci bəndinə əsasən, 16-800 ədəd (31-1550 hissə) çətənə növlü bitkilər külli miqdar, 801 ədəd (1551 hissə) çətənə növlü bitkilər isə xüsusilə külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlardan görünür ki, həmin şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısının 1.2-ci bəndinə əsasən, 16 ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil etmiş, tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə 16-800 ədəd (31-1550 hissə) çətənə növlü bitkilər külli miqdar, 801 ədəd (1551 hissə) çətənə növlü bitkilər isə xüsusilə külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onlar tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməllərinə görə cəza, bu əməllərin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman tərkibində narkotik maddələr olan bitkilərin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının (bundan sonra – Qərar) 11-ci bəndinə əsasən CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Bu Qərarın 19-cu bəndində əsasən CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi bu Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə, bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmişlər. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək 2023-cü ilin may ayında Ucar rayonunun Bərgüşad kəndinin ərazisində olarkən yerdə sellofan bükülünün olduğunu gördüyünü, həmin sellofan bükülünü açıb baxdıqda orada çətənə bitkisinin toxumlarının olduğunu müşahidə etdiyini, gələcəkdə lazım olacağını fikirləşərək qeyd olunan toxumları özü ilə götürdüyünü, 2023-cü ilin may ayının ortalarında balıq tutmaq məqsədilə Ucar rayonunun Təzə Şilyan kəndinə getdikdə tapdığı çətənə bitkisinin toxumlarını həmin əraziyə əkmək barədə fikrinin yarandığını, bundan sonra həmin gün tapdığı 54 ədəd çətənə bitkisinin toxumlarını qeyd olunan kəndin ərazisində əkdiyini və məqsədinin yetişəcəyi təqdirdə gələcəkdə özü istifadə etmək olduğunu, daha sonra həmin çətənə bitkilərinə su vermək üçün oraya su qabları, dəmir çəlləklər yığdığını, həmçinin çətənə bitkilərinin yaxşı inkişaf etməsi üçün əkdiyi çətənə bitkisinin toxumlarına su verib diblərinin torpağını yumşaltmaqla ot-alağını təmizlədiyini, gübrə verməklə və dərmanlamaqla onlara qulluq etdiyini, çətənə bitkilərinin saylarının çoxluğu ilə əlaqədar olaraq, onlara qulluq göstərmək və onları sulamaq çətin olduğundan bu barədə qohumu Təqsirləndirilən şəxs2 məlumat vermək və sonuncudan çətənə bitkilərini sulayıb qulluq etmək üçün kömək istəmək qərarına gəldiyini, bu məqsədlə təxminən 2023-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs2la birlikdə həmin ərazidə balıq tutan zaman sonuncuya qeyd olunan ərazidə çətənə bitkisinin toxumlarını əkdiyini bildirdiyini və göstərilən çətənə bitkilərinə su verilməsində ona köməklik edəcəyi təqdirdə hər dəfə 20-30 manat məbləğində pul verəcəyini dediyini, Təqsirləndirilən şəxs2 da onun bu təklifi ilə razılaşdığını, bundan sonra hər dəfə çətənə bitkilərinə su vermək məqsədilə Təqsirləndirilən şəxs2 su kanalından 10 litrlik su qabları vasitəsilə su götürüb kənara yığdığını, özünün isə həmin su qablarını götürüb çətənə bitkilərini suladığını və hər dəfə Təqsirləndirilən şəxs2la birlikdə oraya gedən zaman çətənə bitkilərinə yaxşı qulluq etmək məqsədilə özləri ilə birlikdə peyin və gübrə apardıqlarını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisində yerləşən sahədə olan zaman oradan iki nəfər şəxsin çıxdığını gördüyünü, həmin şəxslər getdikdən sonra qeyd olunan əraziyə baxdıqda orada çətənə bitkilərinin əkildiyini və qeyd olunan çətənə bitkilərinin üzərində yarpaqların olmadığını gördüyünü, bu haqda əvvəlcədən tanıdığı şəxslərlə söhbət edib məsləhətlər aldığını, qeyd olunan şəxslərin də ona yarpaqların çəyirtkələr tərəfindən yeyildiyini dediklərini və bu səbəbdən də çətənə bitkilərini sulamasını məsləhət gördüklərini, bundan sonra çətənə bitkilərini suladığını və 15 gün sonra çətənə bitkilərinin yetişdiyini gördüyünü, Şahid2, qardaşının və dostunun çətənə bitkilərinin əkildiyi yerə gəlməsinin səbəbini bilmədiyini, Şahid1 sahəyə gələndə həmin yeri tərk edib getdiyini və bu zaman qeyd olunan şəxslərin polis əməkdaşlarına məlumat verəcəklərini zənn etmədiyini, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Ucar Rayon Polis Şöbəsində olan zaman polis əməkdaşı olan Anar adlı şəxsə narkotik vasitənin ona məxsus olmadığını dediyini, sonuncunun isə ağsaqqal adam olduğunu və mobil telefonunda fotoşəkillərin olduğunu dediyini və yalan danışmasının səbəbini soruşduğunu, bu səbəbdən də hər şeyi etiraf etdiyini qeyd etmişdir. Digər Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq zamanı verdiyi ifadələrində 2023-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs1la birlikdə Ucar rayonunun Təzə Şilyan kəndinin ərazisindən keçən su kanalında balıq tutan zaman söhbət əsnasında sonuncunun ona həmin yerin yaxınlığında narkotik tərkibli çətənə bitkilərini əkdiyini deyib qeyd olunan çətənə bitkilərini sulamağa və onlara qulluq etməyə köməklik etməsini xahiş etdiyini, bunun qarşılığında hər dəfə 20-30 manat pul verəcəyini ona təklif etdiyini, sonuncunun bu təklifi ilə razılaşdığını, bundan sonra hər dəfə Təqsirləndirilən şəxs1la birlikdə qeyd olunan əraziyə getdikdə oradan axan su kanalının yaxınlığındakı kolluğun arasında 54 ədəd narkotik tərkibli çətənə bitkilərinin suvarılması üçün su kanalından 10 litrlik su qabları vasitəsilə suyu götürüb kənara yığdığını, daha sonra isə sonuncunun həmin su qablarını götürüb çətənə bitkilərini suladığını, diblərinə peyin vermək üçün sonuncu ilə birlikdə Göyçay rayonunun ərazisindən peyin gətirdiklərini, 01 avqust 2023-cü il tarixdə saat 12 radələrində Göyçay rayonunun ərazisindən 5 ədəd vedrəyə peyin yığdığını və su qablarını da götürüb yenidən Ucar rayonunun Təzə Şilyan kəndinə gəldiklərini, həmişə olduğu kimi 10 litrlik su qabları ilə kanaldan su götürüb Təqsirləndirilən şəxs1la birlikdə çətənə bitkilərinin yanına apardığını və orada təxminən 200 litrlik böyük su çəlləklərində həmişəki qaydada peyinlə suyu qarışdırıb çətənə bitkilərinin diblərinə əlavə etdiklərini etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 01 avqust 2023-cü il tarixdə saat 12 radələrində Göyçay rayonunun ərazisindən 5 ədəd vedrəyə peyin yığdığını və su qablarını da götürüb yenidən Ucar rayonunun Təzə Şilyan kəndinə gəldiklərini, həmişə olduğu kimi 10 litrlik su qabları ilə kanaldan su götürüb Təqsirləndirilən şəxs1la birlikdə çətənə bitkilərinin yanına apardığını, lakin həmin peyini çətənə bitkilərinin diblərinə tökmədiyini və çətənə bitkilərinə su verilməsində birbaşa iştirak etmədiyini qeyd etməklə ibtidai istintaq zamanı verdiyi ifadəsinin yalnız həmin hissəsini təsdiq etməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi digər xüsusatların düzgün olduğunu göstərmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri və s.) onların dediklərini tam təkzib edir. Habelə təqsirləndirilən şəxslər ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydılar bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçilərinə məlumat verərdilər. Lakin təqsirləndirilən şəxslər bu barədə heç kəsə məlumat verməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin qeyd olunan məzmunda ifadə vermələri cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və digər şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 çətənə bitkisinin toxumlarını əkib-əkməməsi, digər Təqsirləndirilən şəxs2 isə çətənə bitkisinin toxumlarına su və peyin əlavə edib-etməməsi ilə bağlı onların məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs1 çətənə bitkisinin toxumlarını əkib-əkməməsi, digər Təqsirləndirilən şəxs2 isə çətənə bitkisinin toxumlarına su və peyin əlavə edib-etməməsi ilə bağlı ibtidai istintaq zamanı verdikləri ifadələrinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və onlara elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onların tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxslər cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib onlara həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar rayonunun Bərgüşad kəndində qeydiyyatda olmaqla Göyçay şəhərində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Göyçay rayonunun Cəyirli kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətini, təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitlərinə təsirini, qeyd olunan cinayətlərin törədilməsində təqsirli şəxslərin rollarını, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə təsirlərini nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxslər həmin cəzaları real olaraq çəkməklə islah oluna bilərlər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 237.2.1 və 237.2.3-cü maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Məcidov X10 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 02 avqust 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 02 avqust 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların başlanğıcı onların şübhəli şəxs qismində tutulduqları 02 avqust 2023cü il tarixdən hesablanmalı və onların həbsdə saxlanıldıqları müddətlər cəzaçəkmə müddətlərinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəylərini, habelə “Ucar Rayon Mərkəzi Xəstəxanası” və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxslərdən daxil olmuş məktubları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalıdır, lakin həmin şəxslər yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Həmçinin məhkəmə cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan Ucar rayonunun Təzə Şilyan kəndində yerləşən çöllük sahədən götürülmüş 05 (beş) ədəd sintetik kisədə olan ümumi təmiz çəkisi 57 kq 789 qram olan narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs1 qaytarılmalı, baxış keçirilməsini əks etdirən bir ədəd və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasındakı danışıqları əks etdirən üç ədəd olmaqla, ümumilikdə dörd ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 235,97 (iki yüz otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 235,97 (iki yüz otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 135,97 (yüz otuz beş manat doxsan yeddi qəpik) manat və Təqsirləndirilən şəxs2 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan Ucar rayonunun Təzə Şilyan kəndində yerləşən çöllük sahədən götürülmüş 05 (beş) ədəd sintetik kisədə olan ümumi təmiz çəkisi 57 kq 789 qram olan narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs1 qaytarılsın, baxış keçirilməsini əks etdirən bir ədəd və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasındakı danışıqları əks etdirən üç ədəd olmaqla, ümumilikdə dörd ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 235,97 (iki yüz otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 135,97 (yüz otuz beş manat doxsan yeddi qəpik) manat və Təqsirləndirilən şəxs2 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar