Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-75/2025 23.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, X4 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X7, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 25 avqust 1998-ci ildə Şəki rayonunun Cəfərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonunun Cəfərabad kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 152.1, 182.2.2 və 171-1.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, təkrarən uşaq pornoqrafiyasını yayma məqsədilə qanunsuz hazırlama və yayma, həmçinin təkrarən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə, onun üçün aşkar surətdə 14 yaşına çatmış, lakin on altı yaşına çatmayan, özündən yaş fərqi iki ildən çox olan, xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bildiyi halda onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədi ilə sonuncunu ünvan 1 ünvanında yerləşən “Askar” otelin otağına apararaq həmin ünvanda Zərərçəkmiş şəxs razılığı ilə öz cinsiyyət orqanını sonuncunun arxa keçəcək nahiyəsinə daxil edib, qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmçinin təkrarən 2022-ci ilin noyabr ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə, onun üçün aşkar surətdə 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan, özündən yaş fərqi iki ildən çox olan, xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bildiyi halda onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədi ilə sonuncunu ünvan 1 ünvanında yerləşən “Askar” otelin otağına apararaq, həmin ünvanda Zərərçəkmiş şəxs razılığı ilə öz cinsiyyət orqanını sonuncunun arxa keçəcək nahiyəsinə daxil edib, qeyri-təbii yolla cinsi əlaqədə olmaqla 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Bundan başqa, o 2022-ci ilin dekabr ayının əvvəlində, istintaqla dəqiq müəyyən olunmamış günlərdə, yaşadığı Şəki rayonunun Cəfərabad kəndində olarkən hədə-qorxu ilə tələb etməklə, yəni Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə sonuncunun əmlakını tələb etməklə ələ keçirmək məqsədi ilə 2022-ci ilin noyabr ayının sonlarında, ünvan 1 ünvanında yerləşən “Askar” otelin otağında xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qeyri-təbii yola cinsi əlaqədə olarkən çəkdiyi video görüntüləri sonuncunun yaxın qohumlarına göndərəcəyi və məlumat verəcəyi, həmçinin sosial şəbəkələrdə yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs hədə-qorxu gəlməklə, 150 manat məbləğində pul tələb etmiş, 12 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində özünə məxsus "xxxx" ASC-nin 4093 0944 2001 8564 nömrəli kart hesabına 150 manat göndərtdirərək, ümumilikdə Zərərçəkmiş şəxs 150 manatını ələ keçirməklə, hədə-qorxu ilə tələb etmə, yəni Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Bundan başqa, o 2022-ci ilin noyabr ayının sonlarında ünvan 1 ünvanında yerləşən “Askar” otelin otağında xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qeyri-təbii yola cinsi əlaqədə olarkən yaymaq məqsədi ilə özünə məxsus olan mobil telefonla videoçəkilişlə qeydə alıb, hazırlamaqla özündə saxladığı uşaq pornoqrafiyası hesab edilən videogörüntünü 30 dekabr 2022-ci il tarixdən başlayaraq 2023-cü ilin fevral ayının əvvəllərinədək yaşadığı Şəki rayonunun Cəfərabad kəndində olarkən Whatsapp ani mesajlaşma tətbiqində özünün yaratdığı, Zərərçəkmiş şəxs, Şahid1 Cəlal oğlu, X10 və qeyrilərinin olduğu qrupda yerləşdirməklə uşaq pornoqrafiyasını yaymışdır. Bundan başqa, o, təkrarən uşaq pornoqrafiyasını yayma məqsədi ilə 2022-ci ilin noyabr ayının sonlarında ünvan 1 ünvanında yerləşən “Askar” otelin otağında xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qeyri-təbii yola cinsi əlaqədə olarkən yaymaq məqsədi ilə özünə məxsus olan mobil telefonla videoçəkilişlə qeydə alıb, hazırlamaqla özündə saxladığı uşaq pornoqrafiyası hesab edilən videogörüntünü 30 dekabr 2023-cü il tarixdən başlayaraq 2023-cü ilin fevral ayının əvvəllərinədək yaşadığı Şəki rayonunun Cəfərabad kəndində olarkən Şahid4 məxsus mobil telefona Whatsapp ani mesajlaşma tətbiqi vasitəsilə göndərməklə yayaraq təkrarən uşaq pornoqrafiyasını yaymışdır. Bundan başqa, o, təkrarən 2022-ci ilin dekabr ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündən başlayaraq 2023-cü ilin fevral ayının əvvəllərinədək yaşadığı Şəki rayonunun Cəfərabad kəndində olarkən hədə-qorxu ilə tələb etməklə, yəni Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə sonuncunun əmlakını tələb etməklə ələ keçirmək məqsədi ilə 2022-ci ilin noyabr ayının sonlarında ünvan 1 ünvanında yerləşən “Askar” otelin otağında xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qeyri-təbii yola cinsi əlaqədə olarkən çəkdiyi videogörüntüləri sonuncunun yaxın qohumlarına göndərəcəyi və məlumat verəcəyi, həmçinin tələbi icra olunmayacağı təqdirdə həmin videogörüntüləri artıq yerləşdirdiyi sosial şəbəkədən silməyəcəyi, eləcə də başqa sosial şəbəkələrdə də yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs hədə-qorxu gəlməklə 500 (beş yüz) manat məbləğində pul tələb etmiş, 06 fevral 2023-cü il tarixdə özünə məxsus "xxxx" ASC-nin 4093 0944 2001 8564 nömrəli kart hesabına Zərərçəkmiş şəxs qohumu Şahid2 vasitəsi ilə 200 (iki yüz) manat göndərtdirərək, ümumilikdə Zərərçəkmiş şəxs 200 (iki yüz) manatını ələ keçirməklə, təkrarən hədə-qorxu ilə tələb etmə, yəni Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-in 152.1, 182.2.2 və 171- 1.2.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə 152.1 və 182.2.2 maddələri ilə özünü tam təqsirli bildiyini, CM-in 171-1.2.1-ci maddəsilə, yəni videoların yayılması hissəsində qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Whatsapp” ani mesajlaşma proqramında dini qrup yaratmış və onu işlətmişdir. Qrupda dinlə məşğul olan və olmayan qızlar olmuşlar. Qrupa daxil olandan sonra çıxanlar da olumuşdur. Abıxanım da elə etmişdir, yəni qrupa daxil olandan sonra çıxmışdır. O, Zərərçəkmiş şəxs şəxsi mesaj olaraq, qrupa təkrar qoşulması üçün keçidi (linki) göndərmiş və “qrupda sizi kimsə narahat edib? Niyə qrupdan çıxmısınız?” mətnli mesaj yazmışdır. Zərərçəkmiş şəxs cavab olaraq, bilmədiyi qrupda qalmadığını demişdir. Zərərçəkmiş şəxs qrupda olanların dindar olduğunu və dindən danışdıqlarını bildirmiş, Zərərçəkmiş şəxs razılaşmış və təkrar qrupa daxil olmuşdur. Həmçinin, Whatsapp ani mesajlaşma proqramında qrupdan kənar danışmışlar. Danışanda Zərərçəkmiş şəxs dini kollecdə oxuduğunu, yaşının 19 olduğunu demişdir. Bir neçə gün danışandan sonra, Abıxanımla sevgili olmuş və onlar görüşmək qərarına gəlmişlər. Zərərçəkmiş şəxs həftənin 5 günü dərsdə olduğunu, 2 günü isə qohumlarıgildə qaldığını demişdir. Özü də həmin vaxt işdə olmuşdur. Onlar vaxt təyin edib, “28 May” metro stansiyasında görüşmüş və sahilə, bulvara getmişlər. Bu zaman dostu Əziz ona zəng vurub, harada olduğunu soruşmuş, o da tək olmadığını demişdir. O, bildirmişdir ki, heç nə olmaz. Razılaşmış və ona “Gəl, səni sevdiyim insanla tanış edim” demişdir. Əziz Abıxanımla onun şəkilini çəkmiş, sonra çıxıb getmişdir. Axşam Abıxanıma demişdir ki, “nə edəcəksən? O da kursa getməyin gec olduğunu, bu vaxt qohumlarının evinə də gedə bilməyəcəyini bildirmiş və Abıxanım onun “nə edək?” sualına cavab olaraq demişdir ki, “sabaha qədər gəzək.” Hava soyuq olduğundan, kirayə qaldığı yerə də dəvət edə bilmədiyindən, ağlına gəlmişdir ki, otelə getsinlər. Lakin əvvəllər tikintidə işlədiyi-yerdə gözətçi otağında qaldığı üçün Abıxanıma təklif etmişdir ki, həmin yerə gedək. Abıxanım da bununla razılaşmış və gecəni keçirmək üçün ora getmişlər. Səhər açılmış və onlar “Xalqlar Dostluğu” metrosunun yanına gedib, yemək yemişlər. Orada olarkən o kiməsə göz bərəltməmiş və elə bir şey olmamışdır. Orada işləyən xanım Abıxanıma sual vermişdir ki, sən bununla niyə gəzirsən? O da həmin xanıma demişdir ki, mən mənə nə olub? Niyə belə deyirsən? Həmin xanım ona cavab vermişdir ki, sənin kimi oğlanlar çoxdur. Qızları aldadırlar. Abıxanım izahatında onu məktəbə yola saldığını bildirsə də, amma o, Abıxanımın oxuduğu məktəbi tanımır. Həmin gün o, ayrılıb evinə, Abıxanım isə məktəbə getmişdir. Bundan sonra arabir Abıxanımla danışmış və görüşmək qərarına gəlmişlər. “Xalqlar Dostluğu” metrosunun yanına getmiş, orada gəzmiş, sonra isə N.Nərimanova getmişlər. Gec olduğu üçün Abıxanıma otelin olduğunu və orada qala biləcəklərini demişdir. Abıxanım onunla razılaşmışdır. O, Abıxanıma “səni anamla tanış edəcəm” deməmişdir. Yemək üçün dükandan yemək və içki almışdır. Oteldə tək şəxsiyyət vəsiqəsi istəmişlər. Qeydiyyatdan keçmiş, otağa getmiş və orada Abıxanımın istəyi ilə cinsi əlaqədə olmuşlar. O, Abıxanımın 14 yaşı olduğunu bilməmişdir. Bundan sonra yenə də görüşmüşlər. Bir müddət sonra Abıxanım ona zəng vurub,“Görüşək?” demiş, o da razılaşmışdır. Amma pulunun olmadığını demişdir. Abıxanım ona “Məndə 20 manat var, istəyirsən axşam otelə gedək?” demişdir. Bundan sonra “N.Nərimanov” metrosununda görüşmüş və pulu olmadığı üçün qardaşından pul istəmişdir. Qardaşı ona 10 manat pul göndərmişdir. Onlar sonra otelə getmiş və gecəni orada keçirmişlər. Həmin vaxt, o, Abıxanımın “İnstagram” sosial şəbəkəsində kiminləsə yazışdığını görmüş və onun kim olduğunu soruşanda, Abıxanım bildirmişdir ki, qohumudur. Səhər açılmış, oteldən çıxmış, o, evə, Abıxanım isə dərsinə getmişdir. İşdə usta ona bildirmişdir ki, işdə problem var, pulları vermirlər. Ona görə işdən çıxıb, başqa iş axtarmağa başlamışdır. Kirayənin də vaxtı olduğu üçün ev sahibi ilə danışıb vaxt istəmiş, lakin o bildirmişdir ki, gözləyə bilmərəm, başqa adam var, o, gəlib qalacaq. Bundan sonra oradan da çıxıb, kəndə qayıtmışdır. Rayonda olanda da Abıxanımla danışmış və Abıxanım ona demişdir ki, biz ayrılmalıyıq. Səbəbini soruşanda demişdir ki, sən əsəbisən, buna görə də bizdə alınmaz. Bir müddət yenə də Abıxanımla danışmış və ondan ayrılmasının səbəbini soruşmuşdur. Abıxanım ona demişdir ki, sənin normal işin yoxdur. Ancaq, o, Abıxanımın ondan ayrılmasının səbəbinin bu olmadığını bilmişdir. Abıxanımdan təkrar soruşanda, oteldə olarkən “İnstagram” sosial şəbəkəsində yazışdığı oğlanın qohumu olmadığını və sevgili olduqlarını demişdir. Sonra “onunla əvvəl sevgili olmuşam, onu unutmaq üçün səninlə sevgili oldum. Amma onu unuda bilmədim. Onu yenə də sevirəm. Buna görə də səndən ayrılıram” demişdir. Bu sözləri deyəndən sonra Abıxanım gözündən düşmüşdür. O işləyib, qazanmış və ona xərcləmişdir. Buna görə Abıxanımdan bu pulları istəmişdir. Əvvəlcə, Abıxanımdan 200 manat pul istəmiş, ancaq o, demişdir ki, 200 manat pulum yoxdur. 2-3 gün sonra Abıxanıma zəng edib, “Pulu tapdın?” demiş, o da “Yox” demişdir. Abıxanıma demişdir ki, pulu verərsən. Bakıya qayıtmaq üçün təcili pul lazımdır. Abıxanım isə ona demişdir ki, necə tapım, nə edim? Ona “tap” demişdir. Danışanda, Abıxanım ona “Pulu sənə verməyəcəm” demişdir. Abıxanıma bildirmişdir ki, pulu verməsən, bir yerdə olduğumuz videonu qrupa göndərəcəm. Çəkilən şəkillərdən Abıxanımda da olmuşdur, amma video özündə olmuşdur. Abıxanımın 2 videonun birindən, tikintidə çəkilən videodan xəbəri olmuş, oteldə olan digər videodan isə olmamışdır. Həmin videonu Abıxanıma göndərmiş və qrupa atacağını bildirmişdir. Bundan sonra Abıxanım pulu tapacağını demişdir. 1-2 gün sonra Abıxanımla əlaqə saxlayanda, demişdir ki, pulum yoxdu. Telefonu satım, onun pulunu göndərim. O isə Abıxanıma “şəklini at, telefona baxım” demişdir. Abıxanım telefonun şəkillərini ona göndərmiş, amma demişdir ki, mən bunu sata bilməyəcəm, yaşım azdır. Abıxanımın 14-15 yaşı olduğunu orada bilmişdir. O, Abıxanıma telefonu sata bilməsə, Əziz vasitəsilə sata biləcəyini demiş, o da razılaşıb, telefonu 190 manata satmışlar. Həmin pulun 150 manatını Abıxanım ona göndərmiş, 10 manatını Əzizə vermiş, qalanı isə özündə olmuşdur. “Azpulmat”-a borcu olduğu üçün həmin pulla ora olan borcunu ödəmişdir. Üç ay sonra atasına məxsus nömrə ilə Whatsapp ani mesajlaşma proqramında Abıxanıma yazmışdır. Çünki, öz nömrəsində Whatsapp ani mesajlaşma proqramı əngəllənmişdir. Atasına məxsus nömrəni Whatsappda özü, zəng üçün isə atası istifadə etmişdir. Abıxanımdan yenə 300 manat pul istəmiş, lakin yenə vermək istəməmişdir. Ona demişdir ki, özünə pal-paltar almalı, qalanı ilə Bakıya getməlidir. Abıxanım demişdir ki, pulum yoxdur. Sonra isə ona demişdir ki, sənə 150 manat pul göndərmişdim. Demişdin ki, video silinəcək. O da Abıxanıma bildirmişdir ki, məndə videolar silinməyib, qalır. O, yenə “yoxdur, tapa bilmərəm” demişdir. Ancaq o, Abıxanıma demişdir ki, istəsən, axtarsan, taparsan. İnanıram ki, var. Hətta demişdir ki, pulu qaytaracam. Bakıya gedim, işləyim. Azaz da olsa pulu sənə qaytaracam. Abıxanım demişdir ki, o qədər pulu haradan tapım? O da Abıxanıma “xərcləyəndə yaxşı idi, pul verəndə pis? Taparsan” demişdir. Ancaq o, tapa bilməyəcəyini demişdir. Pula görə 1-2 gündən bir Abıxanıma yazmışdır. Hər dəfəsində “Ayaz, əl çək, bezdirmisən. Pulu tapa bilməyəcəm” demişdir. Abıxanım bir gün ona görüntülü zəng vurub, “Kənddəyəm, sənə görə məktəbdən çıxıb, bura gəlmişəm. Oxuya bilmirəm” demiş, o da Abıxanıma “pulu evdəkilərdən – ata, anandan istə” demişdir. Abıxanım isə “dəlisən? Mən necə deyim ki, mənə pul verin Ayaza göndərəcəm?” demişdir. Abıxanıma pulu göndərməsə, videonu qrupa göndərəcəyini demiş, o da ona “qrupa göndərmə” demişdir. Abıxanıma “Pulu göndərəcəksən” demişdir. Bundan sonra Abıxanım ona “5 gün vaxt ver, göndərəcəm” demişdir. 5 gün sonra Abıxanıma zəng vurmuş və “nə oldu pul” demişdir. O, “Tapa bilməmişəm, 2 ay gözlə, 300 manat yox, 500 manat göndərəcəm” demişdir. O da Abıxanıma “2 ay sonra ustam mənim pulumu verəcək. Nə edirəm 2 ay sonranı? Haradan tapırsan tap” demişdir. Həmin vaxt yenə 2-3 gün vaxt vermiş və sonra yenə yazmışdır. Abıxanım yenə pul tapa bilmədiyini bildirmişdir. Ona “Kimdən, haradan tapırsan tap” demişdir. Abıxanım bu dəfə ona söyüş söymüşdür. O da ona “Cəhənnəm ol. Pulun filan lazım deyil” demiş və videonu qrupa göndərmişdir. Amma fikrində başqa şey olmuşdur. Belə ki, düşünmüşdür ki, videonu qrupa göndərsin, tez ekran şəklini çəksin və sonra silsin. Lakin istədiyi kimi olmamışdır. Çünki, qrup hər kəsə açıq olmuşdur. Ancaq o, qrupun bağlı olduğunu bilmişdir. Video ilə birlikdə qrupa 2-3 dənə də şəkil göndərmişdir. Bunda sonra ona bir oğlan zəng vuraraq, adının Famil olduğunu, videonu qrupda görən kimi ona zəng etdiyini bildirmişdir. Famil ona “Bu qızı haradan tanıyırsan?” demiş, o da “Bakıda olanda qrupda tanış olmuşduq” demişdir. Famil “Qızı mən tanıyıram. O, mənimlə eyni kənddə qalır. Demək olar qonşuyuq” demişdir. Niyə bunu dediyini soruşanda “qızı elə bilməzdim. Elə bilirdim ki, “yaxşı” qızdır, hicab da taxırdı. Mən ondan elə şeylər gözləməzdim” demişdir. Sonra ondan soruşmuşdur ki, videonu qrupa niyə atmısan?. O da “indi silirəm” demiş və sağollaşmışlar. Sonra dərhal video və şəkilləri qrupdan silmiş, ekran şəklini çəkib, Abıxanıma göndərmişdir. Abıxanım soruşmuşdur ki, nə qrupudur? Ona cavab vermişdir ki, Whatsapp qrupudur və Famil adlı yerlin də o qrupdadır. Abıxanım Famili tanıdığını və videonu gördüyünü soruşmuş, o da bildirmişdir ki, qrupa göndərən kimi mənə zəng vurdu və səni tanıdığını dedi. Yəqinki, görüb. Bundan sonra Abıxanım ona “Heç nə etmə, videonu heç yerdə və heç kimlə paylaşma. Mən pulu tapıb, sənə verəcəm” demişdir. O, razılaşmış və təxminən 10 gün sonra pul barədə Abıxanıma yazmışdır. Abıxanım yenə tapmadığını və “Ayaz, sən nə etmisən? Xəbərin var, Famil videonu götürmüşdür, ağzında söz durmur, onu yayacaq” demişdir. O. Abıxanıma “Mən Famillə danışaram, elə şey etməz, narahat olma” demişdir. Bundan sonra qrupdan Familin nömrəsini götürüb, onunla danışmış və Famil ona bildirmişdir ki, narahat olma, mən o videonu silmişəm” demişdir. Sonra Famillə danışdığını Abıxanıma demiş və yenə pul barədə soruşanda, Abıxanım yenə də tapa bilmədiyini demişdir. O, Abıxanıma bildirmişdir ki, kimdənsə istə, qohumlara, ata-anaya de, versinlər. O isə bildirmişdir ki, onlara deyə bilmərəm, amma tapacam. Həmin vaxt, ona başqa oğlan zəng vurmuşdur. Adı Elvin olmuşdur. Elvin ona “Abıxanımdan nə istəyirsən? Ondan nə verib almadığın var? Nə olub? Nə məsələdir? qızın qohumuyam, qız mənə zəng vurub, ağlayır” demişdir. Elvinə “əziyyətlə işləyib, qazanırdım. Ona görə işə gedə bilmədim və işimdən oldum. İndi pul lazımdı” demişdir. Əslində, işdən çıxmağının Abıxanıma aidiyyəti olmamışdır. Elvin nə qədər pul istədiyini soruşanda, 300 manat demişdir. Elvin ona Abıxanımın uşaq olduğunu, pulunun olmadığını və ondan əl çəkməsini tələb etmişdir. Bundan sonra o, şəkil və videonu Elvinə də göndərmiş və “qızın namuslu, yaxşı olduğunu deyirsən, video və şəkilə bax” demişdir. Baxandan sonra Elvin ona “bu qızı mən belə bilmirdim. Yaxşı qız idi, montajdır” demişdir. O isə Elvinə bildirmişdir ki, 5-6 ay tanıyıram, yalanlar danışır. Sonra Elvin “Bağışla, narahat elədim, üzrlü say, bundan sonra mənim elə qohumum yoxdur, onu sildim, getdi” deyib, sağollaşmışdır. Bir müddət sonra Abıxanımla danışanda ona demişdir ki, qohumun mənimlə söyüşlə danışırdı, o nə etdiyimi soruşanda, videonu göstərdim. Abıxanım bunu eşidəndə ağlamağa başlamış və ona demişdir ki, niyə üstümə kimisə göndərirsən? Gəlib, mənə söyüş söyəcək, mən ona baxacam?. Bir müddət danışmamışlar. Həqiqətən, o narahat olmağa başlamış və 2-3 gündən sonra yazmış, sonra isə zəng vurmuş, ancaq məşğul göstərmişdir. 5-10 dəqiqə sonra Abıxanım geri zəng vurmuş və olanlara görə narahat olduğu üçün telefona cavab vermədiyini demişdir. Ondan soruşmuşdur ki, pulu verəcəksən? O isə demişdir ki, yaxşı. Bir müddət sonra bir qadın ona zəng vuraraq, “niyə belə edirsən, qızı niyə ağladırsan? Qızdan nə istəyirsən? Sən kimsən? Özünü tanıt” demiş, o da Abıxanımla tanış olandan həmin günə qədər olanları ona danışmış, nə qədər pul istədiyini soruşanda, 300 manat demiş və pulun qarşılığında video və şəkilləri siləcəyini demişdir. Gülsüm xanım razılaşmış və sabah 300 manat yox, 200 manat göndərəcəyini demişdir. O, razılaşmış və səhəri gün 200 manatı ona göndərmişdir. Gülsüm xanım pulun göndərilməsini video kimi çəkmiş, həmin videonu və ödəniş çekini də ona göndərmiş, pulun gəlib-gəlmədiyini soruşmuş, o da bankın mobil proqramının olmadığını, bankomata getməli olduğunu demişdir. Çekdə adı görsənmişdir. Bankomata getmiş və pulu çıxarıb, Gülsüm xanımla əlaqə saxlamış və pulun gəldiyini bildirmişdir. Gülsüm xanım ona “qızın video və şəkillərini, həmçinin nömrəsini silirsən. Sənə zəng vursa, telefona cavab vermirsən. Öz nömrəni də dəyişirsən” demişdir. O, sağollaşmış və təzə nömrə almağa getmişdir. Sonra video və şəkillərin hamısını silmiş və uzaqlaşmışdır. O gündən sonra Abıxanımla əlaqəsi olmamışdır. Sonra onu sosial şəbəkələrdə axtarsa da, tapa bilməmişdir. Abıxanıma qarşı etdiyi hərəkətləri başa düşməmiş, düşüncəsizlik etmişdir. Etdiyi hərəkətdən peşman olmuş, zəng edib ondan halallıq istəyib, pulları qaytarmaq istəmiş, amma tapmamışdır. Daha sonra Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə hər ikisi “Askar” oteldə olmaqla, ümumilikdə 2 dəfə əlaqədə olmuşlar. Otelə 50 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxs ilə təzə tanış olan vaxt, iş yerindən 200 manat məbləğində avans götürüb, xərcləmişdir. Zərərçəkmiş şəxs pulu xərcləmək üçün onu məcbur etməmişdir. Rayondan Bakıya qayıtmaq üçün pul lazım olmuş, ona görə ondan pul istəmişdir. Oteldə çəkilən videodan Zərərçəkmiş şəxs xəbəri olmamışdır. Videonu elə-belə çəkmişdir. Abıxanıma video çəkməsini deməmişdir. Birinci dəfə otelə o, aparmış, ikinci dəfə isə Zərərçəkmiş şəxs özü “otelə gedək” demişdir. Zərərçəkmiş şəxs ona məxsus bank kartına 2 dəfə - 150 manat və 200 manat olmaqla, ümumilikdə 350 manat pul göndərmişdir. Otel və yemək üçün xərclədiyi pulların qarşılığı olaraq, 350 manat almışdır. Pulları videonu silmək məqsədilə istəmişdir. O, videonu Elvin adlı şəxsə Whatsapp vasitəsilə göndərmişdir. Abıxanımla tanış olanda o 19 yaşı olduğunu demişdir. Ayrılandan sonra isə 14 yaşının olmasını öyrənmişdir. Otelə gedəndə azyaşlı olduğunu bilməmişdir. O, videonu təxminən 25-30 nəfər olan Whatsapp qrupuna gördərmişdir. Videonun Zərərçəkmiş şəxs yaşadığı kəndə Famil adlı şəxs tərəfindən yayıldığını düşünür. Videonu Familə yox, Elvinə göndərmişdir. Video və şəkillərin qrupda olmasına Abıxanımı inandırmaq və pulu göndərməsi üçün ekran şəklini çəkib, silmək istəmiş, amma vəziyyət dediyi kimi olmamışdır. O, 2023-cü ilin dekabr ayında Abıxanımın azyaşlı olduğunu bilmişdir. Onun 15 yaşı olduğunu biləndən sonra videonu qrupa göndərmişdir. Videonu paylaşmasına səbəb, onun Bakıya qayıtmaq istəyi olmuşdur. Həmin vaxt olanları dərk etməmişdir. Törətdiyi əməldən peşmandır və özünü təqsirli bilir. Videonu qrupda paylaşmasaydı, kənddə yayılmayacaqdı. Özünü olanlarda günahkar hesab edir. Bildiyinə görə, Abıxanım dini kollecdə oxumuşdur. O, həmin kollecdə kimlərin və neçə yaşlı insanların oxuması ilə maraqlanmamışdır. Sadəcə dini kollec olduğunu bilmiş və Abıxanımın doğum gününü bilməmişdir. Sevgili olduqları müddətdə Abıxanımla ailə qura biləcəyini düşünmüşdür. Zərərçəkmiş şəxs oteldə çəkilən videodan xəbəri olmamışdır. Oteldə olarkən, telefonu kül qabına söykəyərək çəkiliş etmişdir. Polislərin onu cəriməyə görə axtardıqlarını zənn etdiyi üçün polis şöbəsinə getməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsinə inanır və onu ittiham hökmünün əsasına qoyur, çünki onun ifadəsi Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilməklə, ardıcıl və məntiqlidir, zərərçəkmiş şəxs Abıxanım Məmməova, şahidlər Şahid4, Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə uzlaşır, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməllərinin törədilməsində təqsirini müəyyən edilmiş hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2022-ci ildə Bakı şəhərində kursda oxuyanda Whatsapp ani mesajlaşma proqramından ona tanımadığı nömrədən mesaj gəlmişdir. Həmin mesajda onu Whatsapp ani mesajlaşma proqramında yaradılmış dini qrupa dəvət etmişlər. Kim olduğunu soruşanda, adının Ayaz olduğunu, şəkili olduğunu və həmin dini qrupun rəhbəri olduğunu demişdir. O, həmçinin bildirmişdir ki, qrup qızlardan ibarətdir və yalnız burada dini söhbətlər gedir. Ona görə o da qrupa qoşulmuşdur və həqiqətən qrup Ayazın dediyi kimi olmuşdur. O kursda oxuyanda, elə kursun yataqxanasında da qalmışdır. Oranın qayda-qanunu çox sərt olmuşdur. Belə ki, telefon işlətməyə icazə verilməmiş, yalnız həftənin 5-ci günü telefonu götürə bilmişdir. Həftənin 5-ci günü telefonu götürəndə Ayazdan mesaj gəldiyini görmüşdür. Mesajda “sənin profil şəklindən xoşum gəldi və səninlə görüşmək istəyirəm” yazılmışdır. Cavab olaraq “mən həftənin 5-ci günü, dərsdən sonra çölə çıxa bilirəm” yazmış və onunla görüş barədə razılaşmışdır. Həftənin 5-ci günü, dərsdən sonra “İnşaatçılar” metrosunun içərisində olan “SOS”-un yanında görüşmüş və Sahilə getmişlər. Orada bir qədər olduqdan sonra Ayazın Əziz adlı dostu da gəlmiş və onlarla söhbət etmişdir. Sonra Əzizə zəng gəlmiş və Əziz Ayaza “Ayaz, zəng edən atamdır. Səsini çıxartma, sənin yanında olduğumu bilməsin” demişdir. Ayaz onlardan bir müddət aralaşandan sonra, Əzizə “Ayazın yanında olduğunu niyə atanın bilməsini istəmirsən?” deyəndə, o bildirmişdir ki, Ayaz bizim mağazadan oğurluq edib və atam onunla əlaqə saxlamağımı istəmir. Bundan sonra bir qədər gəzmişlər. Kursun yataqxanasına saat 6-dan sonra qayıtmağa icazə olmadığına və gec olduğuna görə ora qayıda bilməmişdir. Ayazla birlikdə xarabalıq bir yerə gəlmiş, orada gözətçi otağında qalmış və səhəri gün oradan çıxıb, Günəşliyə getmişlər. Orada yemək yeyərkən, bir qadın ona yaxınlaşıb, “buna nə qədər güvənirsən və bununla niyə gəlmisən?” demiş lakin o, həmin qadına cavab verməmişdir. Həmin vaxt Ayaz gəlmiş və qadına gözlərini bərəltmişdir. Həmin vaxt Ayaz ev axtardığı üçün ona “Q.Qarayevdə bir dostum var, bəlkə o, sənə kömək edə bildi” deyib, onun yanına getmiş, ancaq ev tapa bilməmişlər. Gec olduğu üçün yataqxana bağlanmış, buna görə də Ayaz onu N.Nərimanov rayonunda yerləşən “Askar” otelə aparmışdır. Oteldə heç kim ondan sənəd tələb etməmiş və yaşını soruşmamışdır. Daha sonra o, otağa, Ayaz isə yemək almağa getmişdir. Yemək yeyəndən sonra o özünü pis hiss etmiş, sonra isə Ayazla birlikdə olmuşdur. Səhər açılmış, o kursa, Ayaz isə başqa yerə getmişdir. O, həftənin 5-ci günü Ayaz ona Whatsappda yenə yazmış, tanımadığı başqa nömrədən də ona zəng gəlmişdir. Zəngi açanda qadın danışmış və “Ayazın anasıyam. Ayazla aranızda olan hər şeydən xəbərim var və səninlə görüşmək istəyirəm” demişdir. O, “Hal-hazırda dərsdəyəm. Dərsdən sonra görüşə bilərik” demişdir. Sonra “İnşaatçılar” metrosunun içərisində olan “SOS”-un yanında Ayazla yenidən görüşmüşdür. Oradan eyni otelə getmiş və Ayaz ona “Burada gözlə, anam gələcək” demişdir. O gözləyən vaxt Ayaz dərman almaq üçün aptekə getmişdir. Bir müddət gözləyəndən sonra Ayaz əlində yemək və içki ilə gəlmişdir. Orada Ayaz onun üstünə gəlmiş, ona gücü çatmadığı üçün müqavimət göstərə bilməmiş və yenə birlikdə olmuşlar. Səhər açılmış, o kursa getmişdir. Ayaz ona birlikdə olduqları vaxt video və şəkillər çəkdiyini və ailəsinə göndərəcəyini demişdir. Ayaz onun atasının nömrəsini də tapmışdır. Ondan nömrəni necə tapdığını soruşanda, ona “Sən ayaqyolunda olanda, nömrəni sənin telefonundan götürmüşəm” demişdir. O, video və şəkillərlə onu şantaj edərək, pul istəmişdir. Pulu olmadığı üçün telefonunu satmaq qərarına gəlmişdir. Ancaq 18 yaşı tamam olmadığı üçün Ayazın dostu Əzizlə birlikdə telefonu satmış və pulu ona göndərmişdir. Bundan sonra Ayazın nömrəsini silmiş və onunla əlaqə saxlamamışdır. Kursdan da çıxıb, evlərinə qayıtmışdır. O, rayonda olanda Ayaz yenə yazıb, onu narahat etmiş və “Heç bir video silinməyib, mənə pul ver” demişdir. O, Ayaza kasıb olduqlarını və pullarının olmadığını desə də, bir müddət sonra Ayaz yenə ona yazmış və “Azpulmat”-a borcunun olduğunu deyərək, pul istəmişdir. O da məcbur qalıb, Elvin adlı qohumuna yazmışdır. Elvin işin əsasını bilməmişdir. Sadəcə başına iş gəldiyini və pul lazım olduğunu ona demişdir. Ayaz bir müddət sonra başqa nömrə ilə ona “O biri nömrənin Whatsappı işləmir. Ona görə də bu nömrə ilə yazmışam” yazmışdır. O, bu dəfə Gülsüm adlı qohumuna demişdir. Gülsüm Ayazla danışmış, Ayazla videoları paylaşmamaq şərti ilə razılaşmış və ona 200 manat pul göndərmişdir. Ondan sonra onunla əlaqə saxlamamışdır. Daha sonra Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ayazın onun nömrəsini haradan və necə tapdığını bilməmişdir. Whatsappda şəkili olmuşdur. Ayaz ondan yaşını soruşmuş və ona 14 yaşı olduğunu demişdir. Hadisə baş verəndə 14 yaşında olmuşdur. Ayazla birinci dəfə “Askar” oteldə əlaqədə olmuşlar. Gözətçi otağında olanda əlaqədə olmamışlar. “Askar” oteldə 2 dəfə olmuşlar. Ayazın çəkiliş aparması barədə məlumatı olmamışdır. Ayazın yaratdığı Whatsapp qrupunda Şahid1 da olmuşdur. O, həmin videonu qrupa atmışdır. Ayaz videonu ona da göndərmiş və pul tələb etmişdir. Birinci dəfə 200 manat pul istəmiş, 50 manat pul vermişdir. Qrupda paylaşması barədə məlumatı olmamış, ona Şahid1 demişdir. İkinci dəfə isə 200 manat pul vermişdir. Pulları Ayaza məxsus bank kartına göndərmişdir. Pulların qarşılığında Ayaz videoları silməli olduğu halda silməmişdir. Bu barədə atasının əmisi oğlu Şahid3 demişdir. Ayaz tanış olan vaxt onun yaşını soruşmuş və 14 yaşının olduğunu demişdir. Oteldə olarkən Ayaz üstünə gəlmiş və əlini tutmağa çalışmışdır. Gücü çatmadığı üçün Ayaza nəsə edə bilməmişdir. Həmin gecə orada qalmışlar. Ayazın ikinci dəfə otelə aparacağını bilməmişdir. Anası ilə tanış olmalı imiş, lakin anası gəlməmişdir. Gec olduğu üçün kursa da qayıda bilməmişdir. Yaşının az olması və Ayazın qorxutması səbəbilə oteldə olarkən kiməsə məlumat verməmişdir. Kənddən 3 nəfər Whatsapp qrupunda olmuşdur. Sonradan videoların yayılması barədə eşitməmişdir, əgər yayılmışdırsa, o 3 nəfər yaymışdır. Həmin qrupda kənddən Elvin, Famil və Rəşad olmuşdur. Çəkilən videonu yaymamaq üçün Ayaz ondan 2 dəfə pulu istəmişdir. Birinci 200 manat, sonra 300 manat. Birinci dəfə istədiyi pul üçün telefonunu satmış və 150 manat vermişdir. İkinci dəfə isə atasının xalası qızı Ayazla danışmış və 200 manatla razılaşmışlar. Qrupda paylaşması barədə məlumatı olmamış, ona Şahid1 demişdir. Onlardan atasının xalası qızından başqa heç kim Ayaza zəng etməmişdir. O, gecəni küçədə keçirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələr doğrudur. Təqsirləndirilən şəxs barışmağa cəhd etmiş, lakin o, bunu qəbul etməmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid1 Cəlal oğlu ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs özünə məxsus Whatsapp hesabının statusunda qrupa dəvət linki paylaşmış və da o qrupa qoşulmuşdur. 2023-cü ilin yanvar ayının əvvəllərində Şahid4 onunla görüşmək istədiyini bildirmiş və onlar görüşmüşlər. Şahid4 ona Abıxanımın video və şəkillərinin yayıldığını, bir şəxsin ondan 200 manat pul istədiyini bildirmişdir. Elvinlə danışandan sonra qrupa daxil olmuşdur. Qrupda Abıxanımın video və şəkilləri olmuşdur. Video və şəkillərdəki şəxsin Zərərçəkmiş şəxs olduğunu dəqiqləşdirmək üçün onun özündən soruşmuş, o da ağlayaraq həmin şəxsin 200 manat pul istədiyini və ona kömək etməyi xahiş etmişdir. Ancaq o, işləmədiyi üçün ona kömək edə bilməmişdir. Daha sonra həmin şəxsin nömrəsini Zərərçəkmiş şəxs götürmüş və onunla əlaqə saxlamışdır. Ayazla danışanda, elədiyi hərəkətin düzgün olmadığını, Abıxanımın ailəsinin kasıb olduğunu demişdir. Ayaz da ona “sənin ailəndən biri deyil ki” demişdir. Ondan sonra həmin məsələyə qarışmamışdır. Şahid1 ona verilən suala cavab olaraq bildirmişdir ki, danışanda Ayaz “200 manat pul verilsin, videonu silim” demişdir. Pulu odan istəməmişdir. Olanları Şahid4 ona demişdir. Şahid4 əvvəlcədən məlumatı olmuşdur. Şahid4 onun yanında olarkən Ayaza zəng etməmişdir. Qrupda görəndən sonra Ayazla danışmış və sonra Ayaz videonu silmişdir. Paylaşılmış şəkildə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yataqda olmuşlar. Telefonu təzə olduğu üçün nömrələr çox olmamış və kənddən kimlərin o qrupda olduğunu bilməmişdir. Qrupda adam sayı 25 nəfərdən çox olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında dindirilmiş digər Şahid4 bildirmişdir ki, Abıxanımla əvvəllər bir ilə yaxın danışmışdır. O işdə olanda Abıxanım zəng vurub, başına iş gəldiyini demişdir. Nə olduğunu soruşanda, Abıxanım demişdir ki, bir nəfərdə şəkilləri var və həmin adam onu şantaj etmək istəyir. Necə şəkil olduğunu soruşanda, “eləbelə bir şəkildir” demişdir. Abıxanıma “Elə-belə şəkillə şantaj etmirlər. Nömrəsini ver, mən danışım” demişdir. Bundan sonra Ayaza zəng vurmuş və ona nə olub, nə məsələdi deyəndə, o, “söhbətin aydınlığını öyrən, sonra mənə zəng vurarsan” demişdir. Sonra Abıxanıma zəng vurmuş və məsələni öyrənmişdir. O, Ayazla birlikdə olduqları zaman çəkilən şəkil və videoların olduğunu demişdir. Yenidən Təqsirləndirilən şəxs zəng vurmuş və onu yola gətirməyə çalışmış, ancaq Ayaz nəsə deməmişdir. Abıxanıma zəng vurmuş və “nə fikirləşirsən, nə edək?” demiş, o da xalasına demək istədiyini bildirmişdir. Aradan bir ay keçəndən sonra Abıxanıma zəng vurmuş və Abıxanım ona demişdir ki, Ayaz məndən pul istəyir. Məbləği soruşanda, 70 manat istədiyini öyrənmişdir. O, Ayaza pul verməmişdir. Bir müddət sonra necə olduğunu soruşanda, Abıxanım pulu tapıb göndərdiklərini və bundan bir həftə sonra videonun silindiyini demişdir. Lakin bundan sonra Ayaz yenə də Abıxanıma zəng vurub, pul istəmişdir. Ona görə də Abıxanıma məsləhət vermişdir ki, məsələni bir yolla həll etmək lazımdır, ya pul verilsin, ya polisə məlumat verilsin və s. Bundan sonra Zərərçəkmiş şəxs xalasına demiş, lakin pulu Ayaza necə və nə qədər göndərmişlər, bilməmişdir. Daha sonra Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, belə şeyin baş verəcəyinə inamadığı üçün Ayaz ona videonu göndərmişdir. Ayaz pulu onda olan videonu silmək üçün istəmişdir. Təqsirləndirilən şəxs videonu harada paylaşması barədə məlumatı olmamışdır. Ayaz göndərməzdən əvvəl həmin videonu ona kimsə göstərməmişdir. Təqsirləndirilən şəxs videonu ona göndərəndən sonra Şahid1 da göndərmişdir. Famil ona pulla bağlı məlumat vermişdir. Video Familin də telefonunda olmuşdur. İnternet zəif olduğu üçün Ayazın göndərdiyi video onda açılmamışdır. Kənddə videonun necə yayılması barədə məlumatı olmamışdır. Hadisə barədə ilk dəfə ona Abıxanım demişdir. Hadisədən əvvəl Abıxanımla münasibətləri olmuşdur. Hadisə barədə ona deyəndən sonra, Abıxanımdan Ayazın nömrəsini almış və onunla danışmışdır. Nə baş verdiyini, nə olduğunu deyəndə, Ayaz “söhbətin aydınlığını öyrən, sonra mənə zəng vurarsan” demişdir. Videonu biləndən sonra Ayazla danışmamışdır. Onunla cəmi bir dəfə danışmış və Ayaz ondan pul istəməmişdir. Ayazla danışanda hələ videonu heç yerdə paylaşmamış, təkcə Abıxanımda olmuşdur. Sonra Abıxanımla danışanda “bu iş bizlik deyil, böyüklər qarışsın, onlar həll eləsin” demişdir. 3-4 gün gün sonra Abıxanımla danışanda, Abıxanım ona “pulu göndərdik, videonu siləcək” demişdir. Ayazın 2 dəfə Abıxanımdan pul istədiyini bilmişdir. Şahid1la eyni kənddə yaşayırlar. Ayaz videonu ona göndərəndə telefon onu açmamışdır, axşam görüşəndə videonu Famil ona göstərmişdir. Familin telefonu ilə Whatsapp qrupunda olan həmin videoya baxmışdır. O, evə gedəndən sonra öz telefonunda olan videonu açıb baxmışdır. Ayaz ona həmin videonu şəxsi mesaj kimi göndərmişdir. Qrupda olanla göndərdiyi video eyni olmuşdur. Həm videonun paylaşılmasının, həm də Ayazın 2 dəfə pul tələb etməsinin şahidi olmuşdur. Videonun silinib-silinməməsi barədə məlumatı olmamışdır. Ona hadisə barədə ilk dəfə Famil yox, Abıxanım məlumat vermişdir. Təqsirləndirilən şəxs nömrəsini Zərərçəkmiş şəxs almışdır. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ona yazmış, başına gələn hadisələri, yəni onu çəkdiklərini, şantaj etdiklərini və pul istədiklərini demişdir. Qızın ailəsilə danışmış və bilmişdir ki, Abıxanımın anasının işdən xəbəri vardır. Hadisədən Abıxanım ona deyəndən sonra xəbəri olmuşdur. Atası ilə danışmış, “bu iş belə olmaz. Balaca kənddir. Artıq demək olar hamı bilir. Nəsə etmək lazımdır” demişdir. Bundan sonra zərərçəkmiş Abıxanım üçün vəkili tutaraq, videonu ona təqdim etmişdir. İş üzrə fəaliyyəti bunlardan ibarət olmuşdur. Daha sonra Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Abıxanım ona əvvəlcə məlumat vermiş, sonra necə video olduğunu görmək istədiyi üçün Abıxanımdan videonu istəmiş, o da videonu göndərmişdir. Ayaz azadlıqda olanda onunla danışmamış, tutulandan sonra Təcridxanada olanda danışmışdır. Ayaz zəng vuraraq, barışmaq istədiyini demişdir. Ayazın pul istəməsini Abıxanım, onun anası və xalası demişlər. Məbləğlər 200, 150 və 70 manat olmuşdur. Ayaz pulu alıb, videonu siləcəyini bildirmiş, pulu verməsələr videonu paylaşacağını demişdir. Abıxanım özü videonu ona göndərmişdir. Pulların göndərilməsinə dair ödəniş çekləri vardır. Həmçinin, məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşadığı evdən çıxıb harasa getmişdir. Ailə üzvlərinin zənglərinə cavab vermədiyi üçün ona zəng edib, nə baş verməsilə maraqlanmışdır. Abıxanım əvvəlcə baş vermiş hadisə barədə ona bildirmək istəməsə də, sonradan Bakı şəhərində təhsil alan zaman Ayaz adlı şəxslə tanış olduğunu, həmin şəxslə Bakı şəhərində yerləşən otellərin birində qeyri-təbii yolla cinsi əlaqədə olmasını, Ayaz adlı şəxsin cinsi əlaqədə olan zaman videoçəkiliş edib, fotoşəkillər çəkərək onu həmin videgörüntü və şəkilləri yaymaqla hədələyərək pul tələb etdiyini bildirmişdir. O, Abıxanımı evlərinə dəvət etmiş, onun mobil nömrəsi ilə Ayazla əlaqə saxlamış və Ayazı əməllərindən çəkindirməyə çalışsa da, o, əməllərindən əl çəkməmişdir. Təqsirləndirilən şəxs video və şəkilləri qrupdan silməyi xahiş etdikdə, Ayaz ondan əvvəlcə 300 manat pul tələb etmiş, daha sonra isə 200 manata razılaşmışlar. Ayazla telefon vasitəsilə danışan zaman Ayaz ona baxması üçün Abıxanımın mobil telefonuna Whatsapp vasitəsilə video göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, Qəbələ rayonu, Zarağan kəndində yerləşən «Yeni Market»dən eManat ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına 200 manat pul göndərmiş və həmin pulu göndərməsi barədə qəbzin şəklini də çəkib, Ayaza göndərdikdən sonra Ayaz video və şəkilləri siləcəyini bildirmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid4, Şahid2 və Şahid3 ifadəsinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, birbiri ilə uzlaşır, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münasibətlərin yaranması, sonrakı inkişafı, dərinləşməsi, hadisənin baş verməsi vəziyyəti, habelə tərəflərin hadisədən sonrakı davranışları təqsirləndirilən şəxsin göstərdiyi hallarla üst-üstə düşür. Bu ifadələr hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə də məhkəmə kollegiyası bu sübutları mötəbər hesab edir və hökmün əsasına qoyur, zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyovun cinayət işinin başlanması haqqında 13 fevral 2024-cü il tarixli qərarı ilə. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on altı yaşına çatmayan xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bildiyi halda 2022-ci ilin noyabr ayında qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədilə sonuncunun razılığı ilə ünvan 1 ünvanında yerləşən “Askar” otelin otağına apararaq həmin ünvanda öz cinsiyyət orqanını sonuncunun arxa keçəcək nahiyəsinə daxil edib, qeyri təbii yolla cinsi əlaqədə olması və sonradan həmin şəxs tərəfindən şantaj edilərək, hədə-qorxu gəlməsi faktı üzrə Zərərçəkmiş şəxs 17 iyun 2023-cü il tarixdə Qəbələ RPŞ-ya yazdığı şikayət ərizəsi əsasında toplanmış təhqiqat materialları əsasında fakta görə CM-in 152.1ci maddəsilə cinayət işi başlanılmışdır (İ cild, i/v 01). Zərərçəkmiş şəxs Qəbələ RPŞ-ya yazdığı 17 iyun 2024-cü il tarixli ərizə ilə. Həmin ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhərində Təqsirləndirilən şəxs ilə tanış olub, onunla ünvan 1 ünvanında yerləşən “Askar” oteldə cinsi əlaqədə olduğunu, sonradan həmin şəxsin onu şantaj edərək, hədə-qorxu gəlməsi barədə şikayət etmiş və Təqsirləndirilən şəxs barədə qanuni tədbir görülməsini xahiş etmişdir (İ cild, i/v 06). Canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 520 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyritəbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa müddət haqqında fikir söyləmək mümkün deyildir (İ cild, i/v 44-46). Təqdim edilən diskə baxış keçirilməsi haqqında 17 fevral 2024-cü il tarixli protokolla. Həmin protkoldan görünür ki, 01 ədəd ağ rəngli DVD diskdə WhatsApp video 2024-05- 22 at, 20.09.47... adlı fayldakı görüntülər 02 dəqiqə 50 saniyə davam edir. CD diskə baxış keçirən zaman bir nəfər qadın cinsinə məxsus şəxs, yəni Zərərçəkmiş şəxs çarpayıda üzü aşağı şəkildə uzanmış, bir nəfər kişi cinsinə məxsus şəxsin, yəni Təqsirləndirilən şəxs isə onun üzərində dizləri üstdə durması, daha sonra öz cinsiyyət orqanını uzanmış qadının arxa keçəcəyinə daxil edərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olması müəyyən edilir. DVD diskə baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, videogörüntüdə cinsi əlaqədə olan qadın cinsli şəxs onun özüdür, kişi cinsli şəxs isə Təqsirləndirilən şəxsdur (İİ cild, i/v 33-34). İş üzə təyin edimiş məhkəmə sənətşünaslıq eksperizasının 12 avqust 2024-cü il tarixli 11/450 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, 01 ədəd diskdə olan “WhatsApp Video 2024-05-22 at 20.09.47” adlı videogörüntü pornoqrafik xarakterlidir. 01 ədəd diskdə olan “WhatsApp Video 2024-05-22 at 20.09.47” adlı videogörüntüdəki qız xx xxxxxx 2007-ci il təvəllüdülü olduğundan həmin videogörüntü uşaq pornoqrafiyası hesab olunur (2-ci cild, i/v 80-81). İş üzrə Zərərçəkmiş şəxs barədə təyin olunmuş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 661 nömrəli rəyilə. Həmin rəydə göstərilir ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Zərərçəkmiş şəxs hər hansı bir psxi xəstəlik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs qarşı cinayət əməli törədilən zaman o, öz hərəkətlərini dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə qeyri təbbi yolla cinsi əlaqəyə girən zaman ona qarşı edilən həmin hərəkətlərin mahiyyətini dərk etmişdir. Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilikt problemlərinin olması və başqaları ilə anlaşmaya asan daxil olma. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. Hadisə yerinə baxış keçirilməsi haqqında 19 avqust 2024-cü il tarixli protokol və buna dair fotoşəkillərlə. Həmin protokol və fotoşəkillərdən görünür ki, 19 avqust 2024-cü ildə Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, hal şahidləri X9 və X5 iştirakı ilə 2023-cü ilin avqust ayının 16-da ünvan 1 ünvanında yerləşən «Askar» otelə, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin cinsi əlaqədə olduqları yerə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin otel icarəyə götürülmüş, icarəyə götürdükdən sonra zirzəmi hissəsində yerləşən otaqların hamısı sökdürülmüş və hazırda həmin hissə otel kimi fəaliyyət göstərmir. Ona görə də otaqlara baxış keçirilməsi mümkün olmamışdır (İİ cild, i/v 45-51). “Unibank ” Kommersiya bankının təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus kart hesabından çıxarışla. Həmin çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 4093 0944 2001 8564 nömrəli karta xx.xx.2022-ci il tarixdə bir yüz əlli manat, xx.xx.2023-cü il tarixdə isə iki yüz manat pul köçürülmüşdür (İ cild, i/v 69-71). Mobil nömrələrə daxil olan zənglərə və SMS mətnlərinə dair daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında 14 sentyabr 2024-cü il tarixli protokolla. Həmin protokolda göstərilir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzrə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli AZF/LGL-7375/24 nömrəli məktubla təqdim olunmuş diskə baxış keçirilərək müəyyən edilmişdir ki, ***-***-**- ** mobil nömrəsi onun öz adınadır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb edən zaman, yəni 2022-ci ilin dekabr ayının əvvəllərindən 2023-cü ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində ona məxsus ***-***-**-** mobil nömrənin anten dairə məlumatları əsasında Şəki rayonunun Cəfərabad kəndi ərazisində aktiv olmaqla, Təqsirləndirilən şəxs qeyd olunan ərazidə olması öz təsdiqini tapır. Bununla da sonuncu cinayət əməlinin Şəki rayonunun inzibati ərazisində baş verməsi müəyyən edilir (İİ cild, i/v 75). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs o, 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, təkrarən uşaq pornoqrafiyasını yayma məqsədilə qanunsuz hazırlama və yayma, həmçinin təkrarən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə cinayət əməllərini törətməkdə təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməllərini CM-in 152.1, 182.2.2 və 171-1.2.1-ci maddələrilə tövsif etməyə imkan verir. Çünki, o 2022-ci ilin noyabr ayının sonlarında iki dəfə onun üçün aşkar surətdə 14 yaşına çatmış, lakin on altı yaşına çatmayan, xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bildiyi halda onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq məqsədi ilə ünvan 1 ünvanında yerləşən “Askar” otelin otağına apararaq həmin ünvanda Zərərçəkmiş şəxs razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, daha sonra 2022-ci ilin dekabr ayının sonlarından başlayaraq 2023-cü ilin fevral ayının əvvəllərinədək yaşadığı Şəki rayonunun Cəfərabad kəndində olarkən hədə-qorxu ilə tələb etməklə, 2022-ci ilin dekabr ayının əvvəlində yaşadığı kənddə olarkən Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, onun əmlakını tələb etməklə ələ keçirmək məqsədi ilə 2022-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ilə qeyri-təbii yola cinsi əlaqədə olarkən çəkdiyi video görüntüləri Zərərçəkmiş şəxs yaxın qohumlarına göndərəcəyi və məlumat verəcəyi, həmçinin sosial şəbəkələrdə yayacağı hədəsi ilə ona hədə-qorxu gəlməklə 150 manat tələb edib, 12 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində özünə məxsus "xxxx" ASC-nin kart hesabına 150 manat göndərtdirərək, ümumilikdə Zərərçəkmiş şəxs 150 manatını, 2023-cü ilin fevral ayında isə Zərərçəkmiş şəxs hədə-qorxu gəlməklə 500 manat tələb etmiş, 06 fevral 2023-cü il tarixdə özünə məxsus "xxxx" ASC-nin kart hesabına Zərərçəkmiş şəxs qohumu Şahid2 vasitəsi ilə 200 manat göndərtdirərək, ümumilikdə Zərərçəkmiş şəxs 200 manatını ələ keçirmiş, daha sonra 2022-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ilə qeyri-təbii yola cinsi əlaqədə olarkən yaymaq məqsədi ilə videoçəkilişlə qeydə alıb, hazırlamaqla özündə saxladığı uşaq pornoqrafiyası hesab edilən videogörüntünü 30 dekabr 2022-ci il tarixdən başlayaraq 2023-cü ilin fevral ayının əvvəllərinədək yaşadığı Şəki rayonunun Cəfərabad kəndində olarkən Whatsapp ani mesajlaşma tətbiqində özünün yaratdığı Zərərçəkmiş şəxs, Şahid1, Rəşad Orucov və qeyrilərinin olduğu qrupda yerləşdirməklə uşaq pornoqrafiyasını yaymış, daha sonra o, təkrarən uşaq pornoqrafiyasını yayma məqsədi ilə 2022-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ilə qeyri-təbii yola cinsi əlaqədə olarkən yaymaq məqsədi ilə videoçəkilişlə qeydə alıb, hazırlamaqla özündə saxladığı uşaq pornoqrafiyası hesab edilən videogörüntünü 30 dekabr 2023-cü il tarixdən başlayaraq 2023-cü ilin fevral ayının əvvəllərinədək yaşadığı Şəki rayonunun Cəfərabad kəndində olarkən Whatsapp ani mesajlaşma tətbiqi vasitəsilə Şahid4 məxsus mobil telefona göndərməklə yayaraq təkrarən uşaq pornoqrafiyasını yaymışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 152.1, 182.2.2 və 171-1.2-1-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi təsdiqini tapmışdır. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarına olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli 1/1104 nömrəli arayışda göstərilir ki, Təqsirləndirilən şəxs son on ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir (l cild, i/v 104). “Respublika Psixatriya Xəstəxanası” X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3880 nömrəli məktubda isə bildirilmişdir ki, Şəki rayonunun Cəfərbad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixatriya Xəstəxanasında müalicədə olmamışdır (İ cild, i/v 107). Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntularının olması barədə məlumatlar yoxdur, buna görə də məhkəmə kollegiyasında onun psixi tamlığına şübhə yaranmır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 152.1, 182.2.2 və 171-1.2.1-ci maddələrilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm olmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinsipdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 152.1 (On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə), 182.2.2 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - təkrar törədildikdə) və 171-1.2.1-ci (Uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama - təkrar törədildikdə) maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəki RİH Başçısının Cəfərabad kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Şəki rayonunun Cəfərabad kəndind sakini Təqsirləndirilən şəxs həmin kənddə qeydiyyatdadır. Paşayev X1 yaşadığı müddət ərzində birgəyaşayış qaydalarına əməl etmiş, qohumqonşularla münasibəti normal olmuşdur. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (İİ cild, i/v 90-91). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs heç bir məhkumluğu olmamışdır (İ cild, i/v 100). Digər tərəfdən, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ittiham elan edilməsi üçün şübhəli şəxsin tutulması və barəsində axtarı elan edilməsi, cinayət işinin icraatının dayandırılması haqqında 01 aprel 2024-cü il tarixli qərarlardan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, CM-in 152.1-ci maddəsilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barədə axtarış elan edilərək, cinayət işi üzrə icraat dayandırılmış, axtarışda olan Təqsirləndirilən şəxs 17 aprel 2024-cü ildə Səbail Rayonu ərazisində saxlanılaraq Nərimanov RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir (İ cild, i/v 109, 110, 118). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarından müəyyən olunur ki, əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmaqla X11 barədə bir ay on iki gün, yəni 29 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 25 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin müddəti 29 iyun 2024-cü ilə, Şəki Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarı ilə 29 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. O da qeyd olunmalıdır ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. CM-in 59.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61.1.1 və 61.1.7-ci maddələrinin tələblərinə əsasən cinayətlərin təkrar törədilməsi (CM-nin 152.1-ci maddəsinə münasibətdə) və azyaşlı şəxsə qarşı törətməsi (CM-nin 182.2.2 və 171-1.2.1-ci maddələrinə münasibətdə) Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallardır. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in CM-in 152.1, 182.2.2 və 171-1.2.1-ci maddələrilə təqsirləndirilir. Həmin cinayət əməllərinə görə CM-in 152.1-ci maddəsində üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə, 182.2.2-ci maddəsində beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə, 171-1.2.1-ci maddəsində isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi, belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmançılığını bildirməsi, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsi onda mənəvi və ictimai dəyərlərə hörmət hissinin qorunub saxlandığına dəlalət etməklə, tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Şəxsin əməlindən peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə bunların əhəmiyyəti ondadır ki, bu hallar cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi əmələ münasibəti islah olunmaq perspektivləri haqqında düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Əməlin etiraf olunması ilə peşmançılıq hissinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olub, onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olmasına dəlalət edən haldır. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilmsi öz növbəsində onu əhatə edən insanların təqsirləndirilən şəxsi kriminal ünsür kimi sıradan çıxarmadıqlarına və onun islah olunacağına dair cəmiyyətdə inamın mövcud olmasına dəlalət edir. Bu baxımdan yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi CM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipi baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in 152.1, 171- 1.2.1 və 182.2.2 -ci maddələrilə təqsirli bilinib, CM-in 152.1-ci maddəsilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 171- 1.2.1-ci maddəsilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə altı il müddətə azadlıqdan məhrum etmə cəzasına, 182.2.2-ci maddəsilə altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həmin cəzaların CM-in 66.3 və 66.4-cü maddələrinə uyğun olaraq, təyin olunmuş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın məna və fəlsəfəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 17 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Eyni zamanda, o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə bir yüz manat ekspertiza xərci vardır. Ona görə də həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs qeyri-təbii yolla cinsi əlaqədə olması faktına dair videogörüntüləri əks etdirən 1 ədəd «CD» disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzrə "xxxx" MMC-dən daxil olmuş məlumatları əks etdirən 1 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1, 182.2.2 və 171-1.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CMin 152.1-ci maddəsi ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.2-ci maddəsi ilə altı müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 171-1.2.1ci maddəsi ilə iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs qeyri-təbii yolla cinsi əlaqədə olması faktına dair videogörüntüləri əks etdirən 1 ədəd «CD» disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzrə "xxxx" MMC-dən daxil olmuş məlumatları əks etdirən 1 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə bir yüz manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Xaliq Məmmədov Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-75/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-75/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver