Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-76/2022 21.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X21, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X29, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X22 zərərçəkmiş şəxsin hüquqi varisi: X9 iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 62.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək xx.xx.2019-cu il tarixdən həbsdə olduğu 07 (yeddi) ay 15 (on beş) gün çıxılandan sonra üzərində qalan 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti ilə şərti hesab edilmiş, Azərişıq ASC-nin Şimal-Qərb RETSİ X23 Enerji Satış şöbəsində Nəzarətçi mühəndis vəzifəsində işləmiş, ali təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X7 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 62.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsinə, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək xx.xx.2019-cu il tarixdən həbsdə olduğu 07 (yeddi) ay 15 (on beş) gün çıxılandan sonra üzərində qalan 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti ilə şərti hesab edilməklə azadlığa çıxmasına və cəzasının xx.xx.2022-ci il tarixdə başa çatacağına baxmayaraq, qeyd edilən cinayətə görə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, xx.xx.2021-ci il tarixdə saat 2130 radələrində alkoqollu içkinin qəbulu nəticəsində yüngül dərəcəli sərxoş halda idarə etdiyi QAZ 3110 markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, Salman Mümtaz küçəsində Şəki şəhəri Heydər Əliyev prospekti istiqamətində, həmin küçədə yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X8 inzibati binasının qarşı tərəfindən keçən hissədə, yəni yaşayış məntəqəsi daxilində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yaşayış məntəqəsi daxilində avtomobili 60 km/saat sürətlə idarə etməli və hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, yaşayış məntəqəsi daxilində avtomobili 70-80 km/saat sürətlə idarə etmiş, nəticədə yolun hərəkət hissəsində olan piyada X12 idarə etdiyi avtomobilin ön sol tərəfi ilə vurmuş, onun ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sonuncu müştərək travma, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, kəllə əsası sümüyünün sınığı, sol ənsə-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ və sol baldır sümüklərinin qapalı, deformasiyalaşan, yerdəyişən sınığı, döş qəfəsinin sol yarısının sıyrılmış yarası, bədənin müxtəlif nahiyyələrinin əzilmiş-sıyrılmış yaraları xəsarətlərindən Şəki Mərkəzi Rayon Xəstəxanasında həmin tarixdə ölmüş, eyni zamanda o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddənin 4-cü hissəsinin tələblərini pozaraq, yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxs X13 yardım göstərməli və müvafiq orqanlara xəbər verməli olduğu halda bunu etməyib, yol-nəqliyyat hadisəsi törətdikdən sonra qəsdən hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Göynük kəndindən gələrkən yolda olanda yuxu tutduğundan idarə etdiyi avtomaşınla zərərçəkmiş şəxsin idarə etdiyi avtomaşınla toqquşmasından xəbəri olmamış və buna görə hadisə yerindən çıxıb getmişdir. Sonradan zərərçəkmiş şəxsi vurmasından da xəbəri olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 noyabr 2020-ci il tarixdən X24 mühəndis vəzifəsində işləməklə idarənin balansında olan və satış rəisi İntiqam Bağırova təhkim olunmuş QAZ 3110 markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2021-ci il tarixdə sonuncudan götürüb ona təhkim olunmuş Göynük ərazisinə getmişdir. Axşama qədər ərazidə olduqdan sonra saat 19 radələrində Şəki rayonu Aşağı Göynük kəndi ərazisində fəaliyyət göstərən Elçinin işlətdiyi kafeyə gedərək nahar edən zaman 400 qram araq içmişdir. Saat 21 radələrində yeməkxanadan çıxıb avtomaşınla yaşadığı Şəki şəhəri Qurcana küçəsi ev 25A ünvanına getmək məqsədi ilə idarə etdiyi QAZ 3110 markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri Salman Mümtaz küçəsi ilə Rasim Ocaqov küçəsi istiqamətində hərəkətdə olarkən zəif halda yağış yağmaqla asfaltın üst örtüyü bir qədər yaş vəziyyətdə olmuşdur. Hərəkətdə olan zaman məhkəmə kompleksinə çatmamış hərəkətdə olan markasını, rəngini və dövlət nömrə nişanını xatırlamadığı avtomobili ötən vaxt idarə etdiyi avtomobilin yan hissəsi ötdüyü avtomobilin hansısa hissəsinə sürtülmüş və o, bunu avtomobillərin bir-birilərinə sürtülməsi nəticəsində çıxan səsdən anlamışdır. Lakin, buna əhəmiyyət vermədiyindən yoluna davam etmiş və irəlidəki, əks istiqamətli yola keçmək üçün nəzərdə tutulmuş döngədən dönərək əks istiqamətli yola keçib hərəkətini Şəki şəhəri Salman Mümtaz küçəsi ilə H.Əliyev prospekti istiqamətində davam etdirmişdir. Avtomobilin işıqları zəif olduğundan həm də yağış yağdığı üçün yolun hərəkət hissəsini yaxşı görə bilməmiş, sürət göstərən cədvəl qırıldığı üçün avtomaşını hansı sürətlə idarə etdiyini də bilməmişdir. Şəki şəhəri Salman Mumtaz küçəsi istiqamətində hərəkətdə olduğu zaman avtomobillə qəflətən qarşısına çıxan nəyə isə toxunmuş, buna əhəmiyyət vermədiyinə görə yoluna davam edərək bir qədər irəliyə gedib Şəki şəhəri S.Mümtaz küçəsindən Aydın Məmmədov küçəsinə dönmüşdür. Həmin küçə ilə bir qədər hərəkət etdikdən sonra avtomobilin mühərriki qəflətən öz-özünə sönmüş, avtomobilin mühərrikini işə salmağa çalışsa da mühərrik işə düşməmişdir. Avtomobilin yolda qalmaması üçün aşağı sürətlə hərəkət etməsindən istifadə edərək sürət pilləsini “neytral”a keçirib, yolun kənarındakı binanın yanına sürüb orada saxlamışdır. Daha sonra həmin küçə ilə hərəkət edən tanımadığı taksiyə işarə edib saxladaraq qeyri-rəsmi yaşadığı Növrəstənin kirayə yaşadığı Şəki şəhəri Yenilik mağazasının yaxınlığına getmişdir. Mağazadan təxminən 150 metr aralıda olan Növrəstənin evinə gedib sonuncuya 100 manat pul verib evdən cıxmaq istəyərkən qapı döyülmüş, qapıya çıxdıqda mülki geyimli şəxslər ona Şəki şəhər Polis Şöbəsinin əməkdaşları olduqlarını, idarə etdiyi avtomobil ilə adam vurmaqda şübhəli olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslərə razılığını bildirib Şəki şəhər Polis Şöbəsinə gəlmiş və polis şöbəsində polis əməkdaşlarından Şəki şəhəri Salman Mümtaz küçəsi istiqamətində hərəkətdə olduğu zaman avtomobillə vurduğu şəxsin Şəki şəhər sakini X19 olduğunu öyrənmişdir. Piyadanın yolu soldan sağa keçməsini görməmiş, sərxoş olduğu üçün avtomobili hansı işıqlarla idarə etdiyini xatırlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxs X10 hüquqi varisi X20 ifadəsində göstərmişdir ki, mərhum Vüqar Süleymanov onun atası olmaqla Rusiya Federasiyasında ticarətlə məşğul olub ildə bir-iki dəfə yaşadıqları Şəki rayonu Oxud kəndinə gəlmişdir. xx.xx.2021-ci il tarixdə atası Vüqar Süleymanov evlərini təmir etdirmək üçün evə iki nəfər usta gətirmiş, həmin ustalardan biri Şəki şəhərində yaşadığı üçün sonuncunu axşam yeməyini yedikdən sonra əmisi Şahid3 UAZ markalı avtomobili ilə evdən aparmışdır. Bundan bir neçə saat sonra atasını yolda avtomobil vurduğunu Şəki rayon Mərkəzi Xəstəxanasına apardıqlarını bilmişdir. Sonradan atası X34 şəhəri S.Mümtaz küçəsində Şəki şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vurub hadisə yerindən qaçdığını bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Vüqar Süleymanov həmkəndlisi olmaqla münasibətləri normal olmuş, Bibisi oğlu Şahid2 ilə birlikdə Vüqarın Şəki rayonu, Oxud kəndində yerləşən evində işləmişlər. xx.xx.2021-ci il tarixdə axşam Vüqarın evində yemək yedikdən sonra Vüqar Şəki şəhərində yaşayan Habili evlərinə aparmaqa üçün saat 21 radələrində Vüqarın qardaşı Şahid3 məxsus UAZ markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəki şəhərinə getmişlər. Vüqar avtomaşını idarə etməklə o, qabaq sərnişin oturacağında əyləşmiş, bibisi oğlu Habil isə arxa oturacaqda əyləşmişdir. Vüqar avtomaşınla Şəki şəhəri Salman Mümtaz küçəsi ilə üzü aşağı istiqamətdə hərəkətdə olarkən, qabaqda sola ayrılan Aydın Məmmədov küçəsinə çatmağa bir qədər qalmış avtomaşının sola dönmə işığını yandırıb avtomaşını yava-yavaş sola doğru istiqamətləndirən zaman arxadan eyni istiqamətdə gələn Qaz-31 markalı avtomobil onların sağ tərəflərindən keçib gedən zaman avtomobilin sol tərəfi Vüqarın idarə etdiyi avtomobilin qabaq bamperin sağ tinini sürtərək keçib getmişdir. Bu zaman Vüqar sola dönməyib həmin Qaz-31 markalı avtomobilin arxasınca sürmüş, UAZ markalı avtomaşın ağır getdiyi üçün Vüqar həmin Qaz-31 markalı avtomaşına çata bilməmişdir. Qaz-31 markalı avtomaşın xeyli qabaqda getmiş, onlar yolun sağ kənarında yerləşən Penitensiar Müəssisənin yanına çatanda Qaz-31 markalı avtomaşının sola dönüb qarşı hərəkət zolağına çıxıb onlara tərəf gəlməyə başladığını görmüşlər. Vüqar avtomaşını yolun sağ kənarına verib saxlamış və avtomaşından düşüb həmin avtomaşını saxlatmaq üçün yolun sol tərəfinə doğru iti yerişlə getmişdir. Vüqar səkiyə çıxıb 3-4 addım atıb, əlini qabağa doğru uzadıb, həmin avtomaşını saxlatmaq istəyəndə Qaz-31 markalı avtomaşın Vüqarı vurub hərəkətinə davam etmişdir. Onlar avtomaşından düşüb qarşı hərəkət zolağına çatanda Vüqarın qarşı hərəkət zolağında səkinin kənarında yerə yıxılıb qaldığını görmüşlər. Bir neçə dəqiqədən sonra Təcili yardım avtomaşınında həkim gəlib baxaraq Vüqarın vəziyyətinin ağır olduğunu bildirmişdir. Onlar qaldırıb Vüqarı təcili yardım avtomaşınına mindirib xəstəxanaya yola salmış, bibisi oğlu Habillə UAZ markalı avtomaşına oturub sürüb xəstəxanaya getmişdir. Xəstəxanaya çatanda Vüqarın artıq öldüyünü bilmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum Vüqar Süleymanov onun qardaşı olmaqla xx.xx.2021-ci il tarixdə evini təmir etdirmək üçün gətiridiyi ustaları Şəki şəhərinə aparmaq üçün ona məxsus olan UAZ markalı, 55BJ-500 dövlət nömrə nişanlı avtomobil ilə həmin ustalarla birlikdə evdən getmişdir. Bundan bir neçə saat sonra ona Şəki şəhəri S.Mümtaz küçəsində qardaşı Vüqar Süleymanovu avtomobil vurduğunu eşidib dərhal həmin yerə yollanmışdır. Həmin yerə çatdıqda qardaşı Vüqar Süleymanovun yolda kürəyi üstə uzanıqlı vəziyyətdə olduğunu, ətrafında isə tanımadığı şəxslərin toplaşdıqlarını görmüş, həmin vaxt X16 Yardım Stansiyasının əmədaşları gəlib qardaşını Şəki rayon Mərkəzi Xəstəxanasına aparmışdırlar. Özü də xəstəxanaya getdikdən sonra qardaşı Vüqar Süleymanovun öldüyünü bilmişdir. Həmin vaxt ona qardaşı Vüqarı Şəki şəhəri S.Mumtaz küçəsində Şəki şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi Qaz 3110 markalı avtomobil ilə vurduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin X4 baş əməliyyat müvəkkili işləyən Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Şəki şəhəri S.Mümtaz küçəsində naməlum şəxsin idarə etdiyi naməlum avtomobil ilə Şəki rayon sakini X12 vuraraq hadisə yerindən qaçması və hadisə nəticəsində Vüqar Süleymanovun ölməsi haqqında daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Süleymanovu vuran avtomobilin Şimal-qərb RETSİ-yə məxsus olan QAZ 3110 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil olması, daha sonra həmin avtomobil ilə Şəki rayon sakini X12 vuraraq hadisə yerindən qaçmış şəxsin Şəki şəhəri Qurcana küçəsi ev 25A ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olan Təqsirləndirilən şəxs olması və Təqsirləndirilən şəxs Şəki şəhəri Pakizə Mənəfova küçəsi ev 43 ünvanında bir nəfər qadınla birlikdə kirayədə yaşaması müəyyən edilmişdir. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o və Şəki ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid5 ünvan 3 ünvandakı evin həyət qapısını döydükdə, qapıya çıxan qadın özünü Şahid9 olaraq təqdim etmiş, onlar Şahid9 polis əməkdaşı olduqlarını bildirib, Təqsirləndirilən şəxs həmin evdə olub-olmadığını soruşduqda Şahid9 onlara Təqsirləndirilən şəxs evdə olduğunu bildirərək sonuncunu çağırmışdır. Təqsirləndirilən şəxs qapıya gəldikdə danışığından və hərəkətlərindən sərxoş olması hiss olunmuş, həmin vaxt onlar Təqsirləndirilən şəxs avtomobil ilə adam vuraraq öldürməsi haqqında məlumatlarının olduğunu bildirib, Xəyyama onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə rayon Polis Şöbəsinə gedərkən yolda Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkili Şahid6 ilə rastlaşmışlar. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Qaz 3110 markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobilin Şəki şəhəri A.Məmmədov küçəsindəki binalardan birinin qarşısında olduğunu bildirib açarları Şahid6 təqdim etmiş və Fikrət açarları götürüb getmişdir. Onlar isə Təqsirləndirilən şəxs polis şöbəsinə gətirib, İstintaq Bölməsinə təqdim etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 əməliyyat müvəkkili Şahid5 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Şəki şəhəri S.Mümtaz küçəsində naməlum şəxsin idarə etdiyi avtomobil ilə Şəki rayon sakini X12 vuraraq hadisə yerindən qaçması və hadisə nəticəsində sonuncunun ölməsi haqqında daxil olmuş məlumatla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X34 şəhəri Qurcana küçəsi ev 25A ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs idarə etdiyi Şimal-qərb RETSİ-yə məxsus olan QAZ 3110 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurduqdan sonra hadisə yerindən qaçaraq ünvan 4 ünvanında birgə yaşadığı qadının yanına getdiyi müəyyən edildiyindən rayon Polis Şöbəsinin əməkdaşları Şahid5 və Şahid4 həmin ünvana getmişlər. Polis əməkdaşlarına kömək məqsədilə həmin istiqamətdə getdikdə yolda sonuncularla rastlaşmış, söhbət zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Qaz 3110 markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobili Şəki şəhəri A.Məmmədov küçəsindəki binalardan birinin qarşısında saxladığını bildirdiyinə görə sonuncudan avtomobilin açarlarını götürüb avtomobili axtarmağa getmişdir. Yolda Şəki Şəhər-Rayon Polis Şöbəsinin X45 X37 Xidmət inspektoru Şahid7 zəng edib, Qaz 3110 markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobilin Şəki şəhəri A.Məmmədov küçəsindəki binalardan birinin qarşısında olması haqqında məlumat vermiş, daha sonra Şahid7 ona həmin avtomobili ünvan 5 ünvanında yerləşən binanın birinci blokunun girişinin qarşısında aşkar etməsi barədə məlumat vermişdir. Şahid7 ilə görüşüb, həmin avtomobilin açarlarını duracağa aparması üçün sonuncuya vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin X43 X37 xidməti inspektoru işləyən Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Şəki şəhəri S.Mümtaz küçəsində naməlum şəxsin idarə etdiyi Qaz 3110 markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobillə Şəki rayon sakini X12 vuraraq hadisə yerindən qaçması ilə bağlı Şəki şəhəri ərazisində patrul olaraq xidməti gücləndirilərək həmin avtomobilin tapılması istiqamətində tədbirlər həyata keçirilmiş, həmin vaxt Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid6 ona zəng edərək hadisəni törədən avtomobilin Şəki şəhəri A.Məmmədov küçəsindəki binalardan birinin qarşısında olması haqqında məlumat vermişdir. ünvan 5 ünvanında yerləşən binanın qarşısından keçən zaman həmin binanın birinci blokunun girişinin qarşısında Qaz 3110 markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobilin dayanmış vəziyyətdə olduğunu aşkar etmiş, avtomobilin salonunda və ya ətrafında heç kim olmamışdır. Bu haqda şöbə rəhbərlinə məlumat verdikdən sonra istitnaq-əməliyyat qrupu gələrək həmin avtomobilə baxış keçirtmiş, Şahid6 Qaz 3110 markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobilin açarlarını verdikdən sonra isə avtomobili aprarıb duracağa yerləşdirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin Post Patrul Xidmət Bölüyünin polis nəfəri işləyən Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat axşam saatlarında xidmətdən çıxdıqdan sonra yaşadığı Şəki rayonu Vərəzət kəndinə getmək üçün idarə etdiyi avtomobil ilə “Çöl yol” deyilən yola, yəni Şəki şəhəri Salman Mümtaz küçəsinə çıxıb həmin küçə ilə Olimpiya idman kompleksi istiqamətində hərəkətdə olan zaman X3rşısından keçərkən əks istiqamətli hərəkət zolağında bir neçə şəxsin bir yerə toplaşdığını görmüşdür. Avtomobilini dayandırıb, həmin şəxslərə yaxınlaşarkən adının sonradan Vüqar Süleymanov olduğunu bildiyi şəxsin yerdə kürəyi üstə uzanıqlı vəziyyətdə olduğunu, həmin şəxsi naməlum avtomobilin vurub qaçdığını və bir qədər əvvəl 103 Təcili Yardım xidmətinə də zəng edildiyini bilmişdir. Bundan sonra X26 hissəsinə zəng edib bu haqda məlumat vermiş, özü də orada dayanıb hadisə yerinin təhlükəsizliyini təmin etmişdir. Bir qədər sonra X17 Yardım xidmətinin avtomobili və əməkdaşları hadisə yerinə gəlib avtomobil vuran həmin şəxsə tibbi yardım göstərək xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yerinə başqa polis əməkdaşları və əməliyyat-istintaq qrupu gəlmiş, müstəntiq hadisə yerini müayinə etdikdən sonra o, hadisə yerindən getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X18 X27 X42 Regional Məntəqəsinin həkimi vəzifəsində işləyən Şahid10 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 2143-də TTTYS PHŞ-in X25 Şəki şəhəri Salman Mumtaz küçəsində avtoqəza baş verməsi və hadisə nəticəsində xəsarət alan şəxsə tibbi yardım göstərilməsi üçün hadisə yerinə gedilməsi haqqında daxil olmuş çağırış əsasında növbətçi briqada ilə Şəki şəhəri Salman Mümtaz küçəsinə getmişdir. Hadisə yerinə çatarkən adını sonradan bildiyi Vüqar Süleymanovun asfalt üzərində kürəyi üstə uzanıqlı vəziyyətdə olduğunu aşkar etmişdir. Ətrafdakı şəxslərdən bir nəfər kişi ona həmin şəxsi avtomobilin vurub getdiyini bildirmişdir. Vüqar Süleymanovun ilkin müayinəsi zamanı sol baldır nahiyyəsində deformasiya və ənsə nahiyyəsində çırılmış yara aşkar etmiş, xəstənin göz bəbəkləri bir qədər genişlənmiş, işığa reaksiyası olmamışdır. Nəbz isə yalnız yuxu arteriyasında əllənmiş, yəni xəstənin qan təzyiqi kəskin enmişdir. Xəstədə “Aqonal vəziyyət” müşahidə olunmuşdur. Xəstəyə ilkin təxirəsalınmaz yardım göstərdikdən sonra dərhal xərəyə qoyulub təcili yardım maşını ilə aparıb Şəki MRX PHŞ-in X41 Bölməsinə təhvil vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, işləmək üçün 2021-ci ilin avqust ayında Şəki şəhərinə gələrək Şəki şəhərində yerləşən Palma kafesində xidmətçi işləməyə başlamış, həmin xaxtlarda Təqsirləndirilən şəxs ilə tanış olaraq sonuncu ilə qeyri-rəsmi ər-arvad kimi Şəki şəhəri P.Manafova küçəsində kirayədə yaşamışlar. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edib idarə etdiyi avtomobil ilə hərbi avtomobili vurduğunu və evə gəldiyini bildirmişdir. Bir qədər sonra Xəyyam yaşadıqları evə gəlmiş, Xəyyamın paltarları yaş olduğuna görə sonuncuya bir mayka və bir köynək vermişdir. Söhbət zamanı Xəyyam ona vurduğu avtomaşından kiminsə sağ çıxa biləcəyinə inanmadığını, ona görə də tutlacağı halda onun atası evi olan Salyan rayonuna qayıtmaq üçün ona pul verməyə gəldiyini bildirmiş, atasıgilə qayıtmasından ötrü ona 100 manat pul vermişdir. Həmin zaman evin həyət qapısı döyülərək polis əməkdaşları gəlib Xəyyamı özləri ilə birlikdə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 08 sentyabr 2021-ci il tarixli 57 nömrəli rəyində göstərilmişdir ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir: Müştərək travma, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, kəllə əsası sümüyünün sınığı, sol ənsə-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ və sol baldır sümüklərinin qapalı, deformasiyalaşan, yerdəyişən sınığı, döş qəfəsinin sol yarısının sıyrılmış yarası, bədənin müxtəlif nahiyyələrinin əzilmiş-sıyrılmış yaraları. X2 meyitində aşkar edilmiş xəsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. X1 ölümünə səbəb müştərək travma, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur, dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və onun ölümü meyit müayinə olunan vaxtdan 2-3 saat əvvəl baş vermişdir. X2 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı etil spirti və narkotik maddə aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-trasoloji ekspertizanın 26 noyabr 2021-ci il tarixli, 8/2486 №-li rəyində göstərilmişdir ki, QAZ-3110 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Yusubov piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Yusubov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqdim edilmiş “Qaz-3110 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, küləkləyici detalda, qabaq sol farada) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) vurması nəticəsində yaranması mümkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə lak-boya materiallarının krimnalistik tədqiqi və məhkəmə-trasoloji ekspertizanın 06 dekabr 2021-ci il tarixli, 3/1860; 6/5051; 8/2849 №-li rəyində göstərilmişdir ki, Təqdim edilmiş QAZ-3110 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa bamperdə (sol kılıkda), arxa sol qanadda) və UAZ-469 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperində (sağ kılıkda) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən avtomobillərin bir-biriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş hadisə yeirndən götürülmüş şüşə hissələri vahid bütovlük təşkil edir və təqdim edilmiş QZ-3110 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş fara şüşə hissələri ilə eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş QAZ-3110 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürüldüyü qeyd edilən lak-boya nümunəsinin üst hissəsində bir qatlı qara rəngli sürtünmə izləri UAZ-469 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürüldüyü qeyd edilən lak-boya nümunəsinin qara rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizanın 25 noyabr 2021-ci il tarixli, 17/795 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş QAZ-3110 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağından müstəntiq tərəfindən silinərək götürülmüş parolon qubkaların üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş QAZ-3110 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin səthi üzərində lif mikrohissəcikləri aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın 12 oktyabr 2021-ci il tarixli, 695/2021-MTBŞ №-li rəyində göstərilmişdir ki, X10 ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş 03 ədəd əzilmiş bükülmüş vəziyyətdə olan salfet kağızlarında olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə onların üzərində olan ləklərdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən də X13 məxsus ola bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 554/187 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, o, öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik aşkar edilir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X44 İdarəsinin Şəki RQİTBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 300-275-1331 nömrəli məktubda göstərilmişdir ki, Şəki şəhəri Qurcana küçəsi ev 25A-da qeydiyyatda olan Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək olan “BC” kateqoriyalı AF 601589 nömrəli sürcülük vəsiqəsi almışdır. Sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında adı aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Qəbələ şəhəri Z.Əliyeva küçəsi 63-də yerləşən “X28 Şəbəkəsi” MMC-nin balansında olan Qaz 3110 101 markalı, 36AA155 dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək hüququnun olması barədə şöbəmizdə məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci il tarixdə CM-in 321.1-ci maddəsinə əsasən Mingəçevir şəhər Xalq Məhkəməsinin hökmü ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli Aministiya qərarı ilə hökmlə təyin olunmuş cəzadan azad olunmuşdur. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 62.1-ci maddəsi tətbir edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hökmlə təyin olunmuş cəzadan üzərində qalan 10 ay 15 gün azadlıqdan məhrumetmə cəzası 02 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 1581/10 nömrəli məktubunda göstərilmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cəza Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 (107)-81/2020 saylı qərarına əsasən dəyişdirilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından onun xx.xx.2019-cu il tarixdən həbsdə olduğu 07 (yeddi) ay 15 (on beş) gün çıxılandan sonra üzərində qalan 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Hökmün icrası barədə göstəriş xx.xx.2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüş və onun cəzasının sonu xx.xx.2022-ci il tarixdə başa çatır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayətlər ehtiyatsızlıqdan törədilmiş və qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğuna görə CM-in 18.4.1-ci maddəsinin tələbinə əsasən residiv kimi nəzərə alına bilməz. İş materiallarında olan Oğuz Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 147 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 1206/1 №-li məktubunda göstərilmişdir ki, Şəki şəhəri Qurcana küçəsi ev 25A ünvanında yaşayan Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İş materiallarında olan Şəki Psixiatriya xəstəxanasının xx.xx.2021-ci il tarixi, 1299 nömrəli məktubundan görünür ki, Şəki şəhəri Qurcana küçəsi ev 25A ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Nöylübulaq məhəllə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 477 nömrəli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şəki şəhəri Qurcana küçəsi ev 25A ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdə saat 0610-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Şəki rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsini məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi yuxulu olması, hadisəni törətməsindən xəbəri olmaması, hadisə yerindən qaçmasına dair ifadəsini məsuliyyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə şahid ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri və tibb ekspertizalarının rəyləri və iş materiallarında olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ölmüş zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X15 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Zərərçəkmiş şəxslə barışdığına görə məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 08 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 71.4-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət ehtiyatsızlıqdan törədilən, CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayət isə böyük ictimai təhlükəli cinayət olduğuna görə məhkəmə tərkibi hesab edir ki, Xəyyam Usubovun barəsində Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə şərti tətbiq edilmiş şərti məhkum etmə ləğv edilməməli, təyin edilmiş 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının müstəqil icra edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 526,10 (beş yüz iyirmi altı manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əlavə və əsas cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il, 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə şərti olaraq tətbiq edilmiş 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 08 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il 6 (altı) ay müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 526,10 (beş yüz iyirmi altı manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəki rayon Polis Şöbəsində saxlanılan hadisə yerindən aşkar edilərək götürülmüş qana bənzər maddədən götürülmüş nümunələr, hadisə yerindən götürülmüş şüşə qırıqları, QAZ 3110 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sol ön işığından (farasından) götürülmüş şüşə parçaları və QAZ 3110 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş lak-boya nümunələri, UAZ 469 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin üzərindən götürülmüş lak-boya nümunələri məhv edilsin, bir ədəd qara rəngli şalvar və bir ədəd açıq-göy rəngli uzunqol köynək Təqsirləndirilən şəxs, bir ədəd göy rəngli qısaqol köynək, boz rəngli mayka, göy rəngli şalvar, göy rəngli trusik, bir ədəd qara rəngli kəmər bir cüt bəzəkli corab, bir ədəd qara rəngli ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisi X14 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-76/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-76/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver