Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-77/2022 15.07.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər dair işlər üzrə məhkəmələrdə dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru X14, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X17, zərərçəkmiş şəxsin hüquqi varisi: X6 zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: Şəki Regional Vəkil Bürosunun vəkili X20, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Şahid14 iştirakları ilə, xx.xx.2005-ci ildə Ağsu şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdə saat 17 radələrində tanışı X7 “whatsapp” tətbiqetməsinin status bölməsinə yerləşdirdiyi videonun şərh hisəssində, onunla qonşuluqda yaşayan Şahid15 adının baş hərfinin, yəni “L” hərfinin yazılmasını görüb, Nihad Məmişova mesaj yazaraq həmin yazını silməsini tələb etmiş, sonuncu həmin yazını silməyəcəyini bildirdikdə, saat 19:30 radələrinədək bir-birlərinə təhqiredici məzmunda mesajlar və səs yazıları göndərmiş və məsələni aydınlaşdırmaqdan ötrü Ağsu şəhərində görüşməyə razılaşaraq, həmin gün saat 20 radələrində X25 şəhəri Meleratorlar qəsəbəsində, “Artezian” adlanan yerdə görüşüb, mübahisəni davam etdirmək məqsədi ilə birlikdə Ağsu rayon Qaraqaşlı kənd qəbristanlığının yaxınlığına gedərək, orada Şahid15 adının telefondan silməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoymaqla, xuliqanlıq niyyətilə, qəsdən Nihad Məmişovun sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurduqdan sonra, bel nahiyəsindən tutaraq fənd işlətməklə arxası üstə yerə çırpıb, üzərinə yıxılaraq sonuncuya sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən sağ bazunun sıyrıqları, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı, hər iki dabanarxası nahiyənin qançırı, sağ baldırın aşağı 1/3-nin və iç-topuq nahiyəsinin sıyrıqları, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid ağ ciyərlərdə ocaqlı qansızmalar, döş qəfəsinin ön səthinin sol yarısının qançırları, döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin çoxsaylı qançır-sıyrıntıları, ölümə səbəb olmaqla həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid baş beyinə subaraxnoidal qansızma, beyin yarımkürələrarası nahiyəyə keçən hər iki alın-təpə-ənsə paylarının subaraxnoidal qansızmaları, baş beynin alıngicgah bazal nahiyələrinin subaraxnoidal qansızması, baş beyinin sərt qişasında ocaqlı qansızmalar, beyinciyin yumşaq qişasında ocaqlı qansızmalar, ənsə nahiyəsində aponevroza qansızma, sağ qulaq seyvanının qançırı, sağ gözaltı nahiyənin xətvari sıyrığı kimi xəsarətlər yetirərək, Nihad Məmişovun qapalı kəllə beyin travması ilə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi, travmatik massiv subarxnoidal qansızması, beynin və beyin kötüyünün ödemi nəticəsində ehtiyatsızlıqdan 20 iyun 2021-ci il tarixdə, saat 17 radələrində ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini də təsdiq edərək hər iki ifadəsində göstərmişdir ki, onunla qonşuluqda yaşamış mərhum X15 ilə münasibətləri normal olmuş, aralarında heç bir narazılıqları olmamışdır. 15 iyun 2021-ci il tarixdə günorta saatlarında, dayısı İlqar Soltanov, nənəsi Sima Soltanova, xalası oğlu Şahid4 və dayısının azyaşlı uşaqları ilə birlikdə İsmayıllı rayonu Zərnava kəndində yaşayan xalası Əsmayəgilə qonaq getmiş, saat 1530 radələrində mobil telefonundakı “whatsapp” mesajlaşma proqramına daxil olduqda Nihad Məmişovun statusa sevgi münasibətlərini əks etdirən video yerləşdirməsini, həmin videonun şərh hissəsində isə qonşuları Leylanın adının baş hərfi olan “L” hərfini yazmasını görüb “whatsapp” proqramı ilə öz mobil nömrəsindən Nihadın istifadəsində olan olan mobil nömrəyə mesaj yazaraq kənar şəxslərin də Leylanın adını görməsini, bunun yaxşı olmasını bildirərək həmin statusu silməsini bildirmişdir. Nihad Məmişov ona cavab olaraq mesajında “silmirəm” sözünü yazdıqdan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Nihad onun ünvanına təhqiredici mesajlar yazmışdır. Məsələni aydınlaşdırmaq üçün özündə kontur olmadığına görə xalası oğlu Şahid4 mobil telefonu ilə Nihad Məmişova zəng etmiş, bir-birlərinə qarşı nalayiq ifadələr işlətmişlər. Nihad Məmişov ondan harada olduğunu soruşmuş, sonuncuya İsmayıllı rayonunda olduğunu bildirdikdə Nihad ondan Qaraqaşlı kənd qəbirstanlığına gəlməsini tələb etmişdir. Saat 1930 radələrində Şahid4la birlikdə dayısı İlqar Soltanovun avtomobili ilə Ağsu şəhərinə gəlmiş, Ağsu şəhəri Meleratorlar qəsəbəsində “artezian” adlanan yerin yaxınlığında avtomobildən düşmüşdür. Avtomobildən düşən zaman Şahid4 dostu Şahid5 artezian deyilən yerin yanında olduğunu görüb avtomobildən düşmüş, bundan sonra, o, Şahid4la birlikdə Şahid5 yanına getmişlər. Şahid5lə söhbət əsnasında sonuncu, Şahid6 və digər tanışlarını gözlədiyini, birlikdə “Şərq” kafesinə gedib kola içəcəklərini bildirmişdir. Bu zaman o, Şahid4 mobil telefonu ilə Nihad Məmişovun mobil telefonuna zəng vurub harada olmasını soruşmuş, sonuncu, Qaraqaşlı kənd qəbristanlığının yaxınlığında olmasını bildirmişdir. X5 qəsəbəsində yerləşən “artezian” adlanan yerə gəlməsini bildirmiş, sonuncu da onunla razılaşmışdır. Bir neçə dəqiqə sonra Nihad Məmişov oraya gələrək Anar və Yunislə salamlaşdıqdan sonra onun qolundan tutub söhbət etmək üçün Qaraqaşlı kənd qəbristanlığına getməyi təklif etmiş, Nihad Məmişova qəbiristanlığa getməyəcəyini, “artezian” adlanan yerdə söhbət edə biləcəyini bildirdikdə, sonuncu təkidlə gedib Qaraqaşlı kənd qəbristanlığında söhbət etməyi tələb etmişdir. Bu zaman Şahid6, Şahid3 və Şahid2 da onların yanına gəlmiş, Şahid6 ona Nihad Məmişovla dalaşmamağı, yalnız söhbət etməyi məsləhət görmüş, həmin vaxt Nihad Məmişov onun qolundan tutaraq yenidən təkidlə Qaraqaşlı kənd qəbristanlığına getməyi tələb etmişdir. Nihad Məmişovla birlikdə qəbirstanlığa tərəf getmiş, həmin vaxt Şahid6, Şahid3, Şahid2, Şahid5 və Şahid4 onlardan təxminən 100 m arxada yavaş-yavaş onların arxalarınca gəlmişlər. Onlar kolluq yerin yaxınlığında üzbəüz dayanaraq söhbət edən zaman Nihaddan bir qədər hündürdə dayanmış, bir-birlərinə qarşı yenə nalayiq ifadələr işlətmişlər. Həmin vaxt Nihad Məmişov əli ilə onun sifətinə toxunmuş, Nihada əlini sifətindən çəkməsini bildirmişdir. Sonra Nihad ona qarşı “var-yox söyüşü” işlətdiyindən, əsəbiləşərək yumruqla Nihad Məmişovun sifətinin sol gicgah nahiyəsinə bir dəfə vurmuş, bu vaxt Nihad Məmişov qolları ilə onun belindən tutaraq çənəsini onun sinəsinə dirəyib belini əymişdir. Daha sonra belini buraxıb başının arxa nahiyəsinə 2 dəfə yumruqla vurmuş və qolları ilə boynundan tutub başını qolları arasına almışdır. Bu zaman Nihadın arxa tərəfinə keçərək sonuncunun belindən qolları ilə tutub qaldırmağa cəhd etmiş, lakin, Nihad ağır olduğundan qaldıra bilməmişdir. Nihad Məmişovun qolları bir qədər boşaldığı üçün ayağının qatlanan yerinə arxadan təpik vurmuş və sonuncunun ayaqları boşaldığından, təpiklə vuraraq ayaqlarını yerdən üzmüşdür. Həmin vaxt Nihad Məmişov arxası üstə yerə çırpılmış, o da Nihadın üzərinə yıxılmışdır. Onların əlbəyaxa olduqlarını görən Şahid6, Şahid5, Şahid4, Şahid3 və Şahid2 qaçaraq onlara tərəf gəlmiş, ayağa qalxanda Nihad Məmişovun özündən getdiyini görmüşdür. Şahid6 və Şahid5 Nihad Məmişovun dilinin qatlanmasını görüb sonuncunun dilini çıxarmağa çalışmış, Şahid3, Şahid2 və Şahid4 yaxınlıqdakı evlərin birindən dəmir qabda su gətirib həmin suyu Şahid6lə birlikdə Nihad Məmişovun üzünə çiləsələr də sonuncu ayılmamışdır. Bundan sonra, orada olan Şahid5, Şahid4, Şahid2, Şahid3 və Şahid6 Nihad Məmişovun ayılmadığını görüb onu orada qoyub qaçaraq uzaqlaşmışlar. Nihad Məmişovu ayıltmağa çalışsa da, bacara bilməmiş, bu zaman yanlarına tanımadığı 45-50 yaşlarında bir kişi və 35-40 yaşlarında bir qadın gəlmişdir. Həmin vaxt özünə məxsus mobil nömrə ilə Səhiyyə Nazirliyinin “103” xidməti zəng mərkəzinə zəng edib Nihad Məmişovun özündən getməsi və Qaraqaşlı kənd qəbristanlığında olmaları barədə məlumat vermiş, 5 dəqiqə sonra, o, bir daha təcili yardıma zəng etmiş, bundan sonra təcili tibbi yardım avtomobilini qarşılamaq üçün oradan uzaqlaşıb yola çıxmışdır. Beşmərtəbə deyilən yerin yanında təcili tibbi yardım avtomobilini qarşılayıb hadisə yerinə gətirmiş, həmin vaxt Nihad Məmişovun babası da orada olmuş, həkimlər Nihad Məmişovu ambulansa mindirib xəstəxanaya aparmışlar. Bundan sonra, o, yaşadığı evə gəlib üstbaşını təmizləmiş, həmin vaxt atası Namik ondan nə baş verdiyini soruşduqda olanları izah edib evdən qaçmışdır. Evdən çıxarkən mobil telefonunda Nihadla aralarında “whatsapp” tətbiqetməsində olan mesajlaşmaları silmiş, bundan sonra, yaxınlıqdakı dar küçəyə gedib gecəni həmin dar küçədə qalmış, ertəsi gün saat 06:00 radələrində yaşadığı evə getmiş, bundan sonra, atası Şahid1 onu polis şöbəsindən axtardıqlarını bildirmiş və onlar birlikdə polis şöbəsinə getmişlər. Nihad Məmişovla dalaşdığı vaxt hadisə yerində olmuş Şahid4, Şahid5, Şahid6, Şahid2 və Şahid3 Nihad Məmişovu döyməmiş, ona zor tətbiq etməmiş, müqavimətini qırmaq üçün hər hansı digər hərəkətlər etməmiş, həmin şəxslər ümumiyyətlə hər hansı şəkildə onunla Nihad arasındakı dalaşmaya müdaxilə etməmişlər. Törətdiyi əməldən peşmançılıq keçirtdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxs X7 hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum Nihad Məmişov onun nəvəsi olmaqla Cabir Museyibovu əvvəldən tanımamışdır. Nəvəsi söyüş söyən biri olmamış, hadisə günü saat 17 radələrində Nihad onların yaşadıqları binanın yanındakı küçədən keçəndə nənəsi Nihada gəlib yeməyini yeməsini demiş, sonuncu nənəsinə biraz sonra gələcəyini bildirib getmişıdir. Nihad daha sonra sinif yoldaşı Vəligilin evinə getmiş, orada olan telefonuna zəng gəlmişdir. Cabir və dostları Nihadı artezianın yanında gözləmiş, Eyvaz adlı polis əməkdaşı onunla söhbət edərkən qapının önündə oturduğu zaman Nihadla Cabirin söhbət edərək getdiyini gördüyünü, Nihadın dönərək Eyvaza salam verdiyini, aralarında mübahisə olduğunu hiss etmədiyini, Cabir və Nihadın arxasınca Şahid4, Şahid6 və Şahid5 getdiyini, hər ikisinin məzarlıq istiqamətinə tərəf getdiyini bildirmişdir. Onda olan məlumata görə Cabirgil Nihadı telefonla zəng edərək özləri çağıraraq tək gəlməsini bildirmişlər. Hadisə yerində nə baş verib dəqiq bilməmiş, ancaq Nihadın başındakı xəsarətlərə nəvəsinin birneçə şəxs tərəfindən öldürüldüyünü hesab etmişdir. Hadisə zamanı təsadüfən oradan keçən Türkan adlı şəxs Nihadın 5-6 adam tərəfindən döyüldüyünü görmüş, Nihadı döyən şəxslər həmin qıza oradan tez keçməsini bildirmişlər. Türkan evə gəldikdən sonra anasına Nihadın 5-6 nəfər tərəfindən döyülməsini bildirmiş, bundan sonra sonuncu bu barədə zəng vurub gəlininə bildirmişdir. Gəlini də ona zəng vurub Nihadı 5-6 nəfər adam döydüyünü, sonuncunun qan içində olduğunu bildirmişdir. Saat 21 radələrində tez-tələsik taksiyə minib məzarlığa gəldikdən sonra bağıraraq Nihadı axtarmış, sonra iki nıfır balaca uşaq ona tərəf gələrək Nihadın yerini ona bildirmişlər. Əvvəl Nihadın yerə yıxılmasını bilmiş, sonuncunun yanına gəldiyində Nihad artıq nəfəs ala bilməyərək xırıldamışdır. Tez təcili tibbi yardıma zəng etmiş, Nihada ilkin tibbi yardım oldunduğu zaman orada olmuşdur. Nihad saat 11-12 radələrinə qədər müayinə edilmiş, sonra Nihadı Bakıya aparmışdır Nihadın halı üçüncü gün koma 1 vəziyyətindən koma 3 vəziyyətinə keçmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olmaqla nəvəsini öldürən digər şəxslərin də məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə İsmayıllı rayonunda yaşayan xalası evində olmuş, həmin vaxt orada olan Cabir kiminləsə telefonla danışmış, saat 17 radələrində Ağsuya geri qayıtmışlar. Ağsuda artezianın yanında düşdükdən sonra tanışları Səyyad, Ülvi, Məhəmməd də oraya gəlmiş, Cabir Nihadla söhbət edə-edə qəbirstanlıq tərəfə getmişlər. Hadisə zamanı ilk olaraq Nihad Cabiri vurmuş, sonra isə Cabir Nihadı vurmuşdur. Nihadın başı yerə bərk dəydiyindən özündən getmişdir. Səyyad, Ülvi, Məhəmməd hadisə yerindən getmiş, o isə su gətirməyə getmişdir. Nihadı Cabirdən başqa heç kim vurmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 16 radələrində dayısı İlqar Soltanov, nənəsi Sima Soltanova, dayısının 2 azyaşlı uşaqları və xalası oğlu Təqsirləndirilən şəxs ilə birlikdə İsmayıllı rayonunun Aşağı Zərnava kəndində yaşayan xalası Əsmayəgilə qonaq getmiş, orada olduqları müddət ərzində Təqsirləndirilən şəxs onun yanında olmuşdur. Saat 18 radələrində Cabir konturu olmadığından, ondan telefonunu alaraq bir qədər aralanıb telefonla danışmışdır. Təqsirləndirilən şəxs danışıb qurtardıqdan sonra onun yanına yaxınlaşdığında son cümləsinin “gəlim o söyüşü sənə göstərəcəm” dediyini eşitmişdir. Saat 19 radələrində dayısı ilə birlikdə Ağsu şəhərinə yola düşmüş, Ağsu şəhərinə çatarkən, Cabir dayısı İlqar Soltanovdan “artezian”ın yanında avtomobili saxlamasını xahiş edərək avtomobildən düşmüşdür. Bu zaman dostu Şahid5 artezianın yanında tək dayandığını görüb sonuncu ilə görüşmək məqsədilə o da avtomobildən düşmüşdür. Şahid5 yanına gedərək salamlaşmış, Cabir də gəlib Yunislə salamlaşaraq onlardan aralıda gözləməyə başlamışdır. Yunis ona tanışları Şahid6, Şahid3 və Şahid2 gözlədiyini, birlikdə kafeyə gedəcəklərini bildirmiş, bu zaman Cabir gələrək ondan telefonunu alaraq kiməsə zəng edib “Nihad harada qaldın, səni gözləyirəm artezianın yanında” demişdir. Cabir telefonu ona qaytardıqdan 2 dəqiqə sonra Nihad Məmişov oraya gələrək Cabirlə görüşmüş, onlarla da salamlaşdıqdan sonra Cabir Nihadın qoluna girərək, birlikdə söhbət edə-edə qəbirstanlıq istiqamətinə getmişlər. Bu zaman Yunis ona, Səyyada zəng edib tez gəlmələrini deməsini, tələsdiyini bildirdiyinə görə Səyyada zəng etdikdə sonuncu ona oraya çatdıqlarını bildirmişdir. Təxminən 1-2 dəqiqə sonra Səyyad, Ülvi və Məhəmməd onların yanına gəlmiş, həmin vaxt Cabir və Nihad onlardan təxminən 20-30 metr aralıda olmuşdur. Səyyad Nihad və Cabirin söhbət edə-edə getdiklərini görüb nə baş verdiyini soruşduqda, o, heç nə bilmədiyini, Cabirin kənddə olarkən kiminləsə telefonda söyüşdüyünü, yəqin ki, həmin adamın Nihad olduğunu bildirmişdir. Bu zaman Səyyad Nihadın məhəllə yoldaşı olduğunu bildirərək gedib məsələni aydınlaşdırmalarını təklif etmişdir. Həmin vaxt onlar Nihad və Cabirə yaxınlaşmış, Səyyad Nihadın qoluna girib savaşmamalarını bildirmişdir. Nihad Səyyada, mübahisə etmədiklərini, sadəcə söhbət etdiklərini, başqa işləri olduğunu bildirmişdir. Bundan sonra, Nihad və Cabir birlikdə söhbət edə-edə onlardan aralanaraq, qəbirstanlığın yanında yeni tikilən həyət evləri istiqamətində hərəkət etməyə başlamış, onlar isə Cabir və Nihadın arxasınca getməmişlər. Həmin vaxt onlar Nihad və Cabirin olduğu tərəfdən səs gəldiyini eşidib həmin istiqamətdə qaçmağa başlamış, Nihad və Cabirin olduğu istiqamətdə gedərkən Nihadın Cabirin başını qolunun arasına salıb başına yumruqla vurduğunu, bu zaman Cabirin başını Nihadın qolu arasından çıxarıb sonuncuya yumruqla vurduğunu və belindən tutub yerə yıxdığını görmüşdür. Nihad yerə yıxılan anda onlar oraya çatmış, bu zaman yerdə uzanmış Nihadın sinəsinin qalxıb-endiyini müəyyən etmişdir. Həmin vaxt Cabir dizlərini yerə ataraq ağlamağa başlamış, Yunis və Səyyad Nihadın dişlərini tutaraq dilini çıxarmağa çalışmışlar. Səyyad onlara dərhal su gətirmələrini bildirdiyindən, Ülvi, Məhəmməd və o, qaçaraq yaxınlıqdakı evlərdən birinə getmiş və həyətə girib dəmir qabda su götürüb gələrək ayılması üçün Nihadın üzünə çiləmişlər. Həmin vaxt Nihadın ayılmadığını görüb, sonuncunun babasına xəbər vermək üçün Ülvi ilə birlikdə oradan aralanmış, bundan sonra Məhəmmədin də atasından zəng gəldiyi üçün sonuncu qaçaraq evlərinə getmişdir. Bundan sonra, Cabir Yunislə ondan su gətirmələrini xahiş etmiş, Yunis və o, su gətirmək məqsədilə yaxınlıqdakı evlər tərəfə gedən zaman Cabir ona zəng edərək qayıtmamalarını, Nihadın babası ilə danışdığını, Nihadın sudurqa keçirməsi barədə babasına məlumat verdiyini bildirmişdir. Bu zaman, o və Yunis oraya qayıtmamış və hərəsi öz yaşadıqları ev istiqamətinə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə tanışı Şahid6lə birlikdə Ağsu şəhərində kafedə olmuş, saat 19 radələrində kafedən çəxəb artezian deyilən yerə gedən zaman Şahid2 qarşılarına çıxmışdır. Həmin vaxt digər tanışları Şahid4 Şahid6 telefonuna zəng vuraraq Nihadla Cabirin mübahisə etdiklərini, sonuncuları aralaşdırmaq üçün kömək lazım ola biləcəyini demişdir. Bundan sonra onlar artezianın yanına çatdıqda Cabirlə Nihadın mübahisə etdiklərini görmüş, Səyyad sonunculardan mübahisə etməmələrini və davaya son qoymalarını xahiş etmişdir. Cabir və Nihad qəbirstanlıq tərəfə getmiş, onlar da Cabirlə Nihadın arxasınca qəbirstanlığa tərəf getmişlər. Qəbirstanlığın yanında Nihad Cabirə əl hərəkəti edib ağıllı olmasını demiş, bundan sonra Cabir Nihadı yumruqla vurmuşdur. Cabirin zərbəsindən sonra Nihad da Cabirin baş nahiyyəsinə iki dəfə yumruqla zərbə vurmuş, bundan sonra Cabir Nihadın belindən tutub yerə çırpmışdır. Cabiri ayağa qaldırdıqdan sonra Nihadın özündən getdiyini görüb sonuncunun qatlanmış dilini çıxartmağa və üzünə su çiləyərək ayıltmağa çalışsalar da buna nail olmamışlar. Daha sonra Nihadın yaşadığı evə tərəf gedən zaman sonuncunun anasının gəldiyini görüb oradan uzaqlaşmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 18 radələrində tanışı Şahid4la zəngləşərək bir yerdə oturub çay içməyə qərar vermiş, bir müddət artezianın yanında durub gözləyərkən Anar xalası oğlu Cabirlə oraya gəlmişdir. Sonuncular gəldikdən bir müddət sonra Nihad Məmişov oraya gəlmiş, Nihad Cabirlə söhbət edə-edə qəbirstanlıq tərəfə getmişlər. Daha sonra Ülvi, Məhəmməd və Səyyad oraya gəlmiş, Nihadla Cabir taxıl sahəsi tərəfə getmişlər. X28 sifətinə əl hərəkəti etmiş, Cabir isə Nihada yumruq zərbəsi endirmişdir. Həmin zərbədən sonra Nihad özündən getmiş, Nihadı ayıltmağa çalışsalar da buna nail ola bilməmiş, yaxınlıqdakı tanımadığı evə gedərək su gətirmişdir. Suyu verdikdən sonra orada uzaqlaşmışdır. Cabirlə Nihad mübahisə edən zaman mobil telefonla çəkiliş aparmamış, sadəcə mobil telefonun kamerası ilə Cabirlə Nihadı yaxınlaşdırıb baxmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 1930 radələrində Şahid6 ona zəng edib Ağsu şəhəri ərazisindəki “Şərq” kafesində kola içməyi, Ağsu şəhəri Melaratorlar qəsəbəsində yerləşən “artezian” adlanan yerdə görüşməyi təklif etmişdir. Şahid6lə razılaşıb həmin yerə gedib gözləyərkən təxminən 2-3 dəqiqə sonra Təqsirləndirilən şəxsla Şahid4 onun yanına gəlmiş, Anara Şahid6 və Şahid3la kafedə kola içəcəklərinə görə gözlədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Şahid4 mobil telefonu ilə Nihad Məmişova zəng etmiş, lakin nə haqqında danışmaları barədə heç bir şey eşitməmişdir. Bir neçə dəqiqədən sonra Nihad Məmişov onların yanına gəlib salamlaşdıqdan sonra Təqsirləndirilən şəxsla qol-qola girib söhbət edə-edə Qaraqaşlı kənd qəbristanlığına tərəf getməyə başlamışlar. Cabirlə Nihadın dava edə biləcəklərini fikirləşib arxalarınca uca səslə dalaşmamalarını bildirmiş, bu zaman Nihad Məmişov geriyə dönüb narahat olmamalarını, dalaşmayacaqlarını və sadəcə söhbət edəcəklərini demişdir. X16 kənd qəbristanlığına tərəf gedən zaman Şahid6, Şahid3 və Şahid2 oraya gəlmiş, Şahid6 Cabir X8 söhbət etmək üçün Qaraqaşlı kənd qəbristanlığına getməməsini, Nihad Məmişovla dalaşmamasını məsləhət görmüşdür. Təqsirləndirilən şəxs isə dalaşmayacaqlarını, yalnız söhbət edəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxsla Nihad Məmişov qəbirstanlığın giriş hissəsinə çatdıqda, o, Şahid6, Şahid3, Şahid2 və Şahid4la birlikdə Cabirlə Nihadın arxasınca getmiş, həmin vaxt Cabir və Nihaddan 40 m arxada olmuşlar. Bu zaman, o, öz istifadəsində olan “Redmi Note 8” markalı mobil telefonu çıxarıb, kamera ilə Nihad və Cabiri çəkməyə başlamış, bir qədər sonra Nihad və Cabir yol kənarında üzbəüz dayanmışlar. Həmin vaxt Cabir Nihaddan bir qədər hündürdə dayanmış, həmin vaxt o, Təqsirləndirilən şəxs yumruqla Nihad Məmişovun sifətinin sol tərəfinə bir dəfə vurmasını görmüşdür. Bu vaxt X29 Müseyibovun başını qollarının arasına salaraq sonuncunun başının arxa nahiyəsinə 3 dəfə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs isə Nihad Məmişovun belindən tutaraq qaldırıb arxası üstə yerə çırpmış və Nihad Məmişovun üzərinə yıxılmışdır. Nihad yerdə olan zaman Cabir yumruqla sinəsindən bir daha vurmuş, həmin vaxt telefonu söndürüb cibinə qoyduqdan sonra Şahid6, Şahid4, Şahid3 və Şahid2lə birlikdə Cabirlə Nihadın yanına gedib aralaşdırmağa çalışmışlar. Təqsirləndirilən şəxs ayağa qaldıranda Nihad Məmişovun özündən getdiyini görmüş, Şahid6lə birlikdə Nihad Məmişovun dilinin qatlanmasını görüb sonuncunun dilini çıxarmağa çalışmışlar. Nihad Məmişovun dilini çölə çıxara bilməmiş, bundan sonra, Şahid3, Şahid2 və Şahid4 yaxınlıqdakı evlərin birindən dəmir qabda su gətirmişlər. Təqsirləndirilən şəxs həmin qabdakı suyu Şahid6la birlikdə Nihad Məmişovun üzünə çiləsələr də, sonuncu ayılmamış, daha sonra Şahid6 və Şahid3 Nihad Məmişovun babasını köməyə çağırmaq üçün oradan getmişlər. Həmin vaxt Şahid2 mobil telefonuna atası zəng vurub evə çörək almaq lazım olduğunu dediyi üçün Məhəmməd yaşadığı evə getmiş, Şahid4 və o, yenidən yaxınlıqdakı evlərin birindən su gətirmək üçün oradan getmişlər. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs mobil telefonu ilə Şahid4 mobil telefonuna zəng vurub, Nihad Məmişovun babasını və ambulansı kömək etmək üçün çağırdığını və onların geri qayıtmalarına ehtiyac olmadığını bildirdikdən sonra o, yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra, anasına bu barədə heç nə deməmiş və mobil telefonunda olan videonu silmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 19 radələrində, dostu Şahid3la birlikdə Ağsu rayonu Ülgüclü kəndinə gedən yolun üzərində yerləşən “Çinaraltı” adlanan kafedə olarkən, digər dostları Şahid2 kafeyə dəvət etmək məqsədilə “whatsapp” mesajlaşma proqramı vasitəsilə mesaj yazmış, sonra isə həmin kafedən durub Ağsu şəhəri Meleratorlar qəsəbəsinə “artezian” adlanan yerə getmək qərarına gəlmişlər. Kafedən durub çölə çıxanda Şahid2lə qarşılaşmış, sonuncu kafedə oturub kola içməyi təklif etsə də, kafedə ürəyinin sıxıldığını bildirmiş və “artezian” adlanan yerə gedib söhbət etməyi təklif etmişdir. Bu vaxt Şahid4 onun isifadəsində olan mobil nömrəyə zəng edərək harada olmasını soruşduqdan sonra ona Melaratorlar qəsəbəsində “artezian” adlanan yerdə X23 Müseyibovun arasında dava-dalaş olacağını bildirərək, Nihad onun dostu olduğu üçün onları aralaşdırmaq məqsədilə onun köməyinə ehtiyac olduğunu bildirmişdir. Bundan sonra, o, Şahid3 və Şahid2lə Ağsu şəhəri Melaratorlar qəsəbəsində “artezian” adlanan yerə getmiş, oraya çatdıqda Nihad, Anar, Anarın qohumu Cabir və əvvəlcədən tanışlığı olan Yunisin “artezian”ın yanında söhbət etdiklərini görmüşdür. Həmin vaxt o, orada olan Cavid adlı şəxsin marketindən su alıb çıxarkən Anar, Nihad, Yunis və Cabirin “artezian” adlanan yerdən qəbirstanlıq istiqamətində hərəkət etdiklərini görmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşaraq Nihad Məmişovla dalaşmamasını, əgər dalaşarsa onunla əlaqəsini əbədi olaraq kəsməsini bildirmiş, həmin vaxt Nihad Məmişov onun sözlərinə qulaq asmayıb Təqsirləndirilən şəxs qolundan tutaraq təkidlə Qaraqaşlı kənd qəbristanlığına getməyi tələb etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs da əsəbləşib Nihadla qəbirstanlığa tərəf gedərək qəbirstanlığın giriş hissəsinə çatdıqda Nihad Məmişov əli ilə Təqsirləndirilən şəxs sifətini sağa-sola çevirərək sonuncuya ağıllı olmasını demiş və ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Təqsirləndirilən şəxs əsəbləşərək qəflətən yumruqla Nihad Məmişovun sifətinin sol tərəfinə bir dəfə vurmuş, bu vaxt sonuncu, Təqsirləndirilən şəxs başını qollarının arasına salaraq başının arxa nahiyəsinə iki dəfə yumruqla vurmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs Nihad Məmişovun belindən tutaraq qaldırıb arxası üstə yerə çırpmış və Nihad Məmişovun üzərinə yıxılmışdır. Həmin vaxtŞahid5, Şahid4, Şahid3 və Şahid2lə birlikdə Cabirlə Nihadın yanına qaçmış, Təqsirləndirilən şəxs ayağa qaldıranda Nihad Məmişovun özündən getdiyini görmüşlər. Şahid5lə birlikdə Nihad Məmişovun dilinin qatlanmasını görüb sonuncunun dilini çıxarmağa çalışmış, bu zaman barmağı Nihadın dişləri arasında qalmışdır. Bundan sonra Şahid3, Şahid2 və Şahid4 yaxınlıqdakı evlərin birindən dəmir qabda su gətirmiş, həmin suyu Təqsirləndirilən şəxsla birlikdə Nihad Məmişovun üzünə çiləsə də, sonuncu ayılmamışdır. Bundan sonra Şahid3 və o, Nihad Məmişovun babasına xəbər vermək üçün oranı tərk etmiş, yolda Nihad Məmişovun babasının və anasının yol ilə tələsik gəldiklərini görüb yaşadığı evə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 19 radələrində “kontur” almaq məqsədilə yaşadığı evdən çıxıb piyada təxminən 15-20 dəqiqəlik məsafədə olan Samirin marketinə gedib geri qayıdarkən Qaraqaşlı qəbirstanlığının yanından keçdikdən sonra, təxminən 200-300 m irəlidə, böyürtkən kollarının yaxınlığında Nihad Məmişovun yerdə huşsuz vəziyyətdə uzandığını, başının üzərində 5 nəfər təxminən 16-17 yaşlı uşaqların olduğunu, həmin uşaqların Nihada köməklik göstərdiyini, birinin üzünə su çilədiyini, digərinin onu ayıltmaq üçün üzünü sillələdiyini görmüşdür. Evə çatdıqdan sonra anasına gördükləri barədə xəbər vermişdir. Hadisədən iki gün sonra anası ilə birlikdə Polis Şöbəsinə gedərkən onlarla birlikdə gedən Nihadın atası Vüqar ona uşaqların Nihadı döydüklərini, polis şöbəsində də belə ifadə verməli olduğunu bildirmişdir. Buna görə polis şöbəsinə çatdıqda müsəntiq ondan ifadə alarkən ifadəsində hadisə yerində olan uşaqların Nihadı döydüklərini bildirmiş, həqiqətdə isə, orada olan uşaqların Nihadı döydüklərini, ümumiyyətlə orada hər hansı münaqişə olmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstəmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 19 radələrində qızı Türkanı kontur almaq üçün yaxınlıqdakı mağazaya göndərmiş, qızı Türkan mağazadan qayıtdıqdan sonra Nihadı yerdə uzanıqlı vəziyyətdə gördüyünü, bir neçə uşağın isə Nihadın üzərinə su çilədiyini bildirdikdən sonra Nihadın anasına zəng vurub bu barədə bildirmiş, sonra özü də həmin yerə getmişdir. Hadisə yerinə çatanda Nihadın abası artıq orada olmuş, Nihadın üzünə su çırparaq ayıtlmağa çalışmışlar. Sonra təcili-tibbi yardım gələrək Nihadı oradan aparmışdır. Ağsu rayon X19 atası Vüqarla birlikdə getmiş, yolda Vüqar Türkandan oğlunun döyüldüyünü görüb-görmədiyini soruşmuş, Türkan da orada olan uşaqların əl-qol hərəkətləri edib üzərinə su çilədiklərini demişdir. Sonra Türkan ona qorxduğuna görə ilk əvvəl Nihadın döyüldüyünü gördüyünü dediyini, lakin əsl həqiqətdə Nihadın döyülməsini görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirlmiş Şahid11 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 19 radələrində Ağsu şəhərində qəbirstanlığın yanında qoyunlarını otaran zaman biri yerdə uzanıqlı olmaqla üç nəfər uşaq görmüş, digər iki uşaq yerdə olan uşağın başının üstündə durmuşlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 19 radələrində qoyunlarını yaşadığı evdən çıxarıb qəbirstanlığın yanından, kənd ərazisində yeni tikilmiş evlər tərəfə gedən cığırla otara-otara aparıb təxminən 1 saat sonra geri qaytararkən, qəbirstanlığa 40-50 m məsafədə, taxıl sahəsinin kənarında bir nəfər 15-16 yaşlarında uşağın yerdə huşsuz vəziyyətdə uzandığını, onun başı üzərində olan 2 nəfər 16-17 yaşlarında uşaqların isə təşviş içində yerdə uzanan uşağın üzünə su çilədiklərini, üzünə sillə ilə vuraraq ayıltmağa çalışdıqlarını görmüşdür. Həmin vaxt orada olan uşaqlardan nə baş verdiyini soruşduqda, sonuncular ona uşağın sudurqa keçirdiyini bildirmişlər. Orada olan şəxslərə təcili yardım çağırmalarını bildirmiş, özü mobil telefon işlətmədiyi üçün təcili yardıma xəbər verə bilməmiş və oradan uzaqlaşaraq qoyunlarını yaşadığı evə gətirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə, saat 20 radələrində qəbirstanlığa gedən zaman, qəbirstanlığın yaxınlığında, giriş darvazasının yanında 4 nəfər 16-18 yaşlarında şəxslərin toplaşıb söhbət etdiklərini görmüş, həmin şəxslərdən biri Ağsu şəhər sakini kimi əvvəldən tanıdığı qıvrım saçlı Anar, digərləri isə sonradan adlarını bildiyi Cabir, Nihad və Yunis olmuşdur. Təxminən 5 dəqiqə sonra daha 3 nəfər yeniyetmə uşaqlar oraya gəlmiş, oraya gələn uşaqlardan Cavanşirin oğlu Ülvi olmuş, Nihad və Cabir onlardan aralanıb qəbirstanlığın içərisinə tərəf getmişlər. Həmin vaxt qəbirstanlığın içərisində nə baş verdiyini aydınlaşdırmaq məqsədilə Nihad və Cabiri izləmiş, bir qədər sonra Ülvi adlı uşaq gələrək Nihad və Cabirə, orada söyüş söyülməsini istəmədiyini bildirmişdir. Bundan sonra uşaqlar 7 nəfər olmaqla hamısı qəbirstanlıqdan çıxaraq, yeni tikilən həyət evləri tərəfə gedən yolla hərəkət etmişlər. Həmin vaxt uşaqlar arasında heç bir münaqişə olmamış, Cabir və Nihad qəbirstanlıqdan təxminən 300-400 m məsafədə yol kənarında dayanmışlar. Digər 5 nəfər isə Cabir və Nahiddən bir qədər aralıda dayanmış, həmin vaxt bir-birilə söhbət edən şəxslərin yalnız Nihad və Cabir olduğunu açıq-aydın görmüşdür. Nihad və Cabiri bir qədər izlədikdən sonra, aralarında hər hansı münaqişə olmadığını görüb yaşadığı evə getmiş, gecə saatlarında isə, həmin uşaqlar arasında münaqişə olduğunu, Nihadın koma vəziyyətinə düşdüyünü eşitmişdir. Münaqişənin hansı şəraitdə baş verməsini, Nihadı kimin döyməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evin qarşısında tək oturan zaman Nihadın Cabirlə söhbət edə-edə qapılarının qarşısından keçrmiş, həmin vaxt Nihad onunla salamlaşaraq keçmişdir. Nihadgildən təxminən 40-50 metr arxada isə Anar getmiş, Nihadgil onun yanından keçdikdən sonra, onun evindən təxminən 100 metr aralıda olan Qaraqaşlı qəbirstanlığının yanından yolu dönmüşlər. Bundan sonra sonuncuları görməmiş, gecə saatlarında Nihadın dava etdiyini, koma vəziyyətində olduğunu öyrənmişdir. Münaqişənin hansı səbəbdən baş verdiyini, Nihadın kim tərəfindən döyüldüyünü görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində reanimatoloq-anestezioloq işləyən Şahid13 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 21-22 radələrində 2007-ci il təvəllüdlü X1 vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilməsi barədə məlumat daxil olmuş, Nihad Məmişovu ilkin müayinə edərkən, bədən səthində gözlə görünən heç bir xəsarət olmadığını müəyyən etmişdir. Nihad Məmişovun yaxınları Nihadın döyülmə nəticəsində koma vəziyyətinə düşdüyünü bildirsələr də, sonuncunun bədən səthində heç bir xəsarət görməmişdir. Nihad Məmişovun ilkin olaraq tənəffüs yolu bərpa olunmuş, intubasiya yolu ilə ağ ciyərləri təmizlənmiş, Nihad Məmişovun saturasiyası aşağı olduğundan və qıcolmalar olduğundan, sonuncunu KT müayinəsindən keçirə bilməmişlər. Ertəsi gün, yəni 16 iyun 2021-ci il tarixdə Nihad Məmişov KT müayinəsindən keçirildikdə, beyinində suboraxnoidal qansızma sahələri olduğu müəyyən edildiyinə görə elə həmin gün Bakı şəhərində yerləşən Neyrocərrahiyyə xəstəxanasına təxliyyə edilmişdir. 20 iyun 2021-ci il tarixdə, o, Nihad Məmişovun müalicə aldığı Neyrocərrahiyyə xəstəxanasında öldüyünü öyrənmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid22 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin iyun ayının ortalarında nənəsinə məxsus ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” vasitəsilə, nömrəsini xatırlamadığı bir nəfər mesaj yazmış, sonradan həmin şəxs özünü Cabir adı ilə təqdim edərək Ağsu rayonundan olduğunu bildirmişdir. Onun Cabirlə arasında “Whatsapp” vasitəsilə yalnız bir neçə dəfə yazışma olmuş, dəqiq xatırlamadığı tarixdə, axşam saatlarında Cabir ona “Whatsapp” vasitəsilə səs göndərərək bir nəfər uşağı vurmasını, polislər tərəfindən axtarıldığını, qaçıb gizləndiyini bildirmişdir. Həmin səs yazısından sonra, o, Cabirlə bir daha əlaqə saxlamamış və sonuncunun mobil nömrəsini telefonundan silmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid26 Şəfaqət qızı ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 17 radələrində oğlu Nihad dostları ilə görüşmək adı ilə evdən çıxmış, saat 21 radələrində Nihadın evə gəlmədiyini görüb nigaran qalaraq Nihadın mobil nömrəsinə zəng etmişdir. Nihad zəngə cavab verməmiş, təxminən iki dəqiqə sonra tanışı Günay ona zəng edərək, hal-əhval tutduqdan sonra, Nihadın evdə olub-olmadığını soruşmuşdur. Günaya Nihadın evdə olmadığını bildirdikdə, sonuncu ona narahat olmamasını, Nihadın Qaraqaşlı kənd qəbirstanlığının yaxınlığında 5-6 nəfər uşaqlarla dava etdiyini, qızı Türkanın bunu gördüyünü bildirmişdir. Dərhal həmin vaxt evdə olmayan qayınatası Atamoğlan Məmişova zəng edərək məlumat vermiş, daha sonra isə qayınanası ilə birlində evdən çıxıb qəbirstanlıq tərəfə getmişdir. Qəbirstanlıqdan yeni tikilən həyət evlərinə tərəf gedən yolda insanların toplaşdığını görmüş, oraya çatan anda təcili yardım əməkdaşları Nihadı avtomobilə yerləşdirib xəstəxanaya aparmışlar. Həmin gecəni xəstəxanada koma vəziyyətində keçirdikdən sonra, Nihad Bakı şəhərində yerləşən Neyrocərrahiyyə xəstəxanasına təxliyyə edilmiş, 5 gün koma vəziyyətində qaldıqdan sonra, 20 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid27 eyni məzmunlu ifadə verərək Şahid26 Şəfaqət qızının yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, X15 onun sinif yoldaşı olmaqla sonuncu ilə yalnız dərs barədə “Whatsapp” proqramı vasitəsilə yazışmışlar. 16 iyun 2021-ci il tarixdə səhər saatlarında, o, Nihadın onun adının baş hərfi üstündə döyülməsi, komada olması, bir neçə gün sonra isə Bakı şəhərində müalicə aldığı xəstəxanada ölməsi barədə öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 2110 radələrində Ağsu rayonu Qaraqaşlı kəndində yaşadığı evdə olarkən Ağsu rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım avtomobilinin evinin yaxınlığında saxlamasını görüb həmin təcili tibbi yardım maşınının yanına getmiş, oraya çatdıqa Ağsu rayon mərkəzi xəstəxanasının həkimləri Rauf adlı şəxs və sonuncunun həyat yoldaşı Günay, tanımadığı bir qadın və Nihad Məmişovun babası Atamoğlan Məmişovun orada olmuşdur. Həmin vaxt Ağsu rayon mərkəzi xəstəxanasının həkimləri Nihad Məmişova ilkin tibbi yardım göstərmiş, bu zaman, o, mobil telefonu ilə 5 saniyə müddətində video çəkmişdir. Təxminən 4-5 dəqiqə sonra orada olan şəxslərlə köməkləşib Nihad Məmişovu təcili tibbi yardım avtomobilinə mindirərək Ağsu rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. Bundan sonra Nihad Məmişovun valideynləri Şahid27 və Şahid26 oraya gəlmiş, Nihad Məmişovun valideynlərini avtomobili ilə Ağsu rayon mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 21 radələrində evdə olarkən, evin yaxınlığından təcili yardım avtomobilinin siqnal səsinin gəldiyini eşitmiş, lakin ağrıları olduğu üçün nə baş verdiyi ilə maraqlanmaq məqsədilə bayıra çıxmamışdır. Ertəsi gün, səhər saatlarında, o, qonşulardan, evinin yaxınlığında, yəni evindən qəbirstanlıq istiqamətində gedən, taxıl sahəsinin kənarındakı yolda azyaşlı uşaqların arasında münaqişə baş verdiyini, uşaqlardan birinin ağır xəsarət aldığını öyrənmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmi Şahid14 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə Cabir anası Sima və qardaşı İlqarla birlikdə İsmayıllı rayonu Zərnava kəndində yaşayan bacısı Əsmayəgilə getmiş, həmin gün işdən qayıtdıqdan sonra saat 19 radələrində oğlu Cabirlə əlaqə saxlayarkən Cabir ona Ağsu rayonuna qayıtdığını, bir azdan evə gələcəyini bildirmişdir. Təxminən 1-2 saat sonra Cabir evə gələndə halı pis olmaqla ağlamış, sonuncudan nə baş verdiyini soruşduqda Cabir ona Nihadın huşunu itirdiyini, halının pis olduğunu bildirmişdir. Bundan başqa Cabir ona heç nə deməmiş, bir qədər sonra Cabir ona halının yaxşı olmadığını, həyətə düşmək istədiyini, hava alıb qayıdacağını bildirsə də, həyətə düşdükdən 15-20 dəqiqə sonra Cabiri tapa bilməmiş və sonuncunun mobil nömrəsinə zəng çatmamışdır. Həmin gecə polis əməkdaşları evə gələrək əri Namikdən, Cabirin evə gələr-gəlməz polis şöbəsinə gətirilməsini bildirmişlər. Bu zaman onlar Cabirin uşaqlarla savaşdığını, Nihadın vəziyyətinin yaxşı olmadığını öyrənmiş, səhərə yaxın saat 05 radələrində Cabir evə gələrək onlara bütün gecə həyətdə olduğunu demişdir. Bundan sonra, əri Namik Cabiri polis şöbəsinə aparmışdır. X13 arasında Qaraqaşlı kənd qəbirstanlığının yaxınlığında münaqişə olduğunu və Nihadı vurub yerə yıxdığını, bu zaman Nihadın huşunu itirdiyini öyrənmişdir. Polis şöbəsində oğlu Cabir şübhəli şəxs qismində tutulmuş və həbs edilərək Şəki şəhərinə həbsə göndərilmişdir. Bundan sonra, o, oğlu Cabirlə dəfələrlə əlaqə saxlayıb, danışmış, sonuncudan hadisənin hansı şəraitdə baş verməsini soruşub, hər şeyi düzgün danışmasını tələb etmişdir. Cabir isə israrla orada olan digər uşaqların Nihadı vurmadığını, Nihadı yalnız özü vurduğunu, lakin Nihadla əlbəyaxa olmalarına səbəb orada olan Səyyad adlı uşağın Nihadı kənara çəkərək ürəkləndirməsi olduğunu demişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid14 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid17 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 18 radələrində dostu Şahid18 ilə görüşüb Ağsu dolaylarında yerləşən “Seyrangah” kafedə oturub çay içmiş, saat 20 radələrində kafedə olan zaman tanışı, Ağsu rayon polis şöbəsinin YPX əməkdaşı Orxan onlarla əlaqə saxlayaraq birlikdə Kürdəmir rayonuna getməyi təklif edərək orada işləri olduğunu bildirmişdir. Saat 21 radələrində Novruzla kafedən çıxıb özünə məxsus “Vaz 2107” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Novruz isə “Opel Astra” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis şöbəsinə getmişlər. Həmin vaxt Orxan Novruzun avtomobilində, Mustafa isə onun avtomobilində Kürdəmir rayonuna getmiş, orada Orxan və Mustafa işlərini həll etdikdən sonra kafelərin birində oturub yemək yemişlər. Saat 23 radələrində Ağsu rayonuna qayıtmış, həmin vaxt yaşadığı evə gələn zaman küçədə qonşuların toplaşdığını görüb, nə baş verdiyini soruşduqda ona qonşusu Şahid5 polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını bildirmişlər. Sonradan, o, Nihad Məmişovun həmyaşıdları ilə arasında münaqişə zamanı ağır xəsarət aldığını, Şahid5 də həmin vaxt orada olduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 və Şahid21 eyni məzmunlu ifadə verərək Şahid17 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə saat 15-16 radələrində, o, Nihada zəng edərək evdə tək darıxdığını, onlara gəlməsini xahiş etdikən təxminən yarım saat sonra Nihad onlara gəlmiş, təxminən 15-20 dəqiqə onunla oturub söhbətləşdikdən sonra anasının zəng etdiyini bildirərək getmişdir. Bundan sonra, o, Nihadı bir daha görməmiş, həmin gün axşam saatlarında Ağsu rayon mərkəzi xəstəxanasında xadimə işləyən nənəsi Yasəmən ona zəng edərək Nihadın döyüldüyünü, koma vəziyyətində olduğunu bildirmişdir. 3-4 gün sonra isə Nihadın Bakı şəhərində müalicə aldığı xəstəxanada öldüyünü öyrənmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid19 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Nihad Məmişovu sonuncu dəfə 14 iyun 2021-ci il tarixdə, məktəbdə keçirilən “son zəng” tədbiri zamanı görmüş, 15 iyun 2021-ci il tarixdə, gecə saatlarında evə gələn atası Zaur Fərəcov ona Nihad Məmişovun döyüldüyünü, vəziyyətinin ağır olduğunu bildirmişdir. Nihad öz sinif yoldaşı olan Leyla adlı qızı sevdiyini ona demiş, Təqsirləndirilən şəxs, Şahid4, Şahid5, Şahid6, Şahid3 və Şahid2 uzaqdan tanımış, sonuncularla heç bir münasibəti olmamışdır. Nihadı əvvəllər hər hansı şəxsin hədələdiyini, kimlərinsə incitdiyini, sevdiyi qıza görə hər hansı şəxslə münaqişəsi olmasını görməmiş, hər hansı şəxslə arasında ədavət və ya düşmənçilik olması barədə heç bir məlumatı olmamışdır. Hadisədən təxminən 6-7 ay əvvəl Nihadla 5 nömrəli məktəbin yanından keçərkən, Nihad orada azyaşlı bir uşağa qadınlar keçərkən nalayiq ifadələr işlətdiyinə görə irad bildirmiş, bu zaman yaxınlıqda olan Şahid4 da Nihada “qeyrət çəkənsən sən?” deyə bildirmişdir. Nihad da Anara cavabını vermiş, bundan sonra mübahisə böyümədən onlar oradan keçib getmişdir. X24 arasında mübahisə olmasını görməmiş, Nihad da bu barədə ona heç nə deməmişdir. Anarın Nihada hədə-qorxu gəlməsi, aralarında ədavət olması barədə Atamoğlan Məmişova heç nə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə əmisi İlhamla birlikdə Ağsu rayonu Ərəbuşağı kəndində olmuş, həmin gün saat 22 radələrində evə qayıtdıqdan sonra Nihadın dayısı yanında bir neçə tanımadığı şəxslə birlikdə onların evinə gələrək guya Nihadı onun döydüyünü bildirmişlər. O və ailə üzvləri isə Nihadın döyülməsində onun heç bir təqsiri olmadığını, onun həmin vaxt Ərəbuşağı kəndində olduğunu bildirdikdən sonra həmin şəxslər onun yaşadığı evi tərk edib getmişlər. Gecə saatlarında həmin şəxslər qayıdıb onlardan üzr istəyərək, Nihadı döyənin onun olmadığını başa düşdüklərini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid24 Sarbala qızı və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid23 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadələr verərək Şahid25 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ekspert qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Ağsu rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Kamran Ağayevin 20 iyun 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxsinin Mərkəzi məhkəmə-tibbi ekspertizalar şöbəsində X7 meyitinin məhkəmə-tibbi müayinəsini aparmış və müayinənin nəticələrinə dair 28/MEŞ nömrəli ekspert rəyi tərtib edərək istintaq orqanına təqdim etmişdir. Dirsəklərdə yaranan xəsarətlər hadisə yerində baş verən xəsarətlər olmuş, Nihadın hadisə yerində gicgahından aldığı zərbədən sonra beyinin sərt qişasına qansızma baş vermişdir. Daha sonra təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi yerə çırpması nəticəsində sonuncunun belində və dirsəklərində xəsarətlər yaranmışdır. Dirsək yerə dəydikdə başın yerə dəymə sürəti azalmış, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsdən boyca aşağı olması təqsirləndirilən şəxsə qarşı fənd işlətmək üçün əlverişli şərait yaratmışdır. Yıxılan zaman dirsəklər, kürək, daha sonra isə baş nahiyyəsi yerə dəymişdir. İlkin xəsarətlərdən sonra işıqlı dövr başlamaqla beyinin sərt qişasına qan sızmadan sonra ölüm dərhal baş verməmişdir. İlk zərbə zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla, sonuncunun yerə çırpılması ölümü daha da sürətləndirmişdir. Zərərçəkmiş şəxsin 14 yaşda olması nəzərə alınmaqla sonuncunun sümükləri elastik olduğundan sümükdə sınma baş vermədən beyinə qan sızması mümkün olmuşdur. Xəsarətlərin çoxu xırda olmaqla süpürləşmə zamanı yaranması mümkün olmuş və zərbələrin çox olması kimi qəbul edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 28/MEŞ saylı rəyində göstərilmişdir ki, X7 ölümünün bilavasitə səbəbi qapalı kəllə beyin travması nəticəsində baş beynin ağır dərəcəli əzilməsi, travmatik massiv subaraxnoidal qansızması və baş beynin, beyin kötüyünün ödemi olmuşdur. Ölüm Neyrocərrahiyyə xəstəxanasında xx.xx.2021-ci il tarixdə, saat 17:00-da baş vermişdir. Nihad Məmişovun meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş beyinə subaraxnoidal qansızma, beyin yarımkürələrarası nahiyəyə keçən hər iki alın-təpəənsə paylarının subaraxnoidal qansızmaları, baş beynin alın-gicgah bazal nahiyələrinin subaraxnoidal qansızması, baş beyinin sərt qişasında ocaqlı qansızmalar, beyinciyin yumşaq qişasında ocaqlı qansızmalar, ənsə nahiyəsində aponevroza qansızma; Ağciyərlərdə ocaqlı qansızmalar; Sağ qulaq seyvanının qançırı; Sağ gözaltı nahiyənin xətvari sıyrığı; Döş qəfəsinin ön səthinin sol yarısının qançırları; Sağ bazunun sıyrıqları; Sağ dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı; Döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin çoxsaylı qançır-sıyrıntıları; Hər iki dabanarxası nahiyənin qançırı; Sağ baldırın aşağı 1/3-nin və iç-topuq nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyaların təsirindən yetirilmişlər. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə baş nahiyəsində olan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə, ağciyərlərin posttravmatik kontuziyası, qansızması ilə müşayiət olunan döş qəfəsinin zədələri canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ətrafların sıyrıqları və qançırları sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Nihad Məmişovun baş nahiyəsində qeyd olunan xəsarətlərlə ölümü arasında bilavasitə səbəbli əlaqə vardır. Nihad Məmişovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 140 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1817/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spitləri, barbitur turşusu törəmələri, alkolidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kompüter texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 5/686 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A50” markalı “SM-A505FN” modelli “**********2562, **********2569” imei kodlu; bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli “**********39168, **********39164” imei kodlu; bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli “**********28014, **********8011” imei kodlu; bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “X33 9 pro” markalı “2003J15SS” modelli “**********13289, **********33286” imei kodlu; bir ədəd sensor ekranlı “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “X33 8” markalı “M1908C3JG” modelli “**********64709, **********64704” imei kodlu; bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A20 markalı” markalı “SM-A205FN” modelli “**********73114, **********73112” imei kodlu; bir ədəd sensor ekranlı “İOS 14.1” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 12 Pro Max” markalı “3F888LL/A” modelli “**********00158, **********00158” imei kodlu mobil smartfonların hər biri işlək vəziyyətdədir. Tədqiq olunan “X33 8” markalı “M1908C3JG” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesaj, foto, video, audio fayllar, “Whatsapp” proqram təminatı və “İnstagram” sosial şəbəkəsi vasitəsilə aparılmış məlumat mübadilələri və sairə fayllar) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. (bax rəyə əlavə edilmiş xarici yaddaş qurğuya) Tədqiq olunan “X33 8” markalı “M1908C3JG” modelli mobil smartfonun yaddaşından pozulmuş hansı faylların olması və pozulmuş faylların tarixi “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə olunmuş hesabatda qeyd olunmuşdur. Tədqiq olunan “Samsung Galaxy A50” markalı “SM-A505FN” modelli smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio fayllar və sair fayllar) mövcud olan məlumatlar müəyyən olundu. (bax rəyə əlavə edilmiş xarici yaddaş qurğuya) Tədqiq olunan “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio fayllar və sair fayllar) mövcud olan məlumatlar müəyyən olundu. (bax rəyə əlavə edilmiş xarici yaddaş qurğuya) Tədqiq olunan “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio fayllar və sair fayllar) mövcud olan məlumatlar müəyyən olundu. (bax rəyə əlavə edilmiş xarici yaddaş qurğuya) Tədqiq olunan “Samsung Galaxy A20 markalı” markalı “SM-A205FN” modelli smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio fayllar və sair fayllar) mövcud olan məlumatlar müəyyən olundu. (bax rəyə əlavə edilmiş xarici yaddaş qurğuya) Tədqiq olunan “X33 9 pro” markalı “2003J15SS” modelli markalı “SM-A115F/DSN” modelli smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio fayllar və sair fayllar) mövcud olan məlumatlar müəyyən olundu. (bax rəyə əlavə edilmiş xarici yaddaş qurğuya) Təqdim edilmiş “Samsung Galaxy A50” markalı “SM-A505FN” modelli, “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli və “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonların yaddaşından hər hansı bir məlumatın (“Whatsapp” proqram təminatı, digər sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri, foto, video, audio və sairə faylların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy A20 markalı” markalı “SM-A205FN” modelli və “X33 9 pro” markalı “2003J15SS” modelli mobil smartfonların yaddaşından hər hansı bir məlumatın (“Whatsapp” proqram təminatı, digər sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri, foto, video, audio və sairə faylların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy A50” markalı “SM-A505FN” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış məlumat (çat seansı, foto, video, audio fayllar və video zəng) mübadilələri, “instagram” sosial şəbəkəsinə aid “n1k0xs.oo1” adlı istifadəçi profilinin “Direct” bölməsində məlumat (çat seansı, foto, video, audio fayllar və video zəng) mübadilələri müəyyən olundu, lakin köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış məlumat (çat seansı, foto, video, audio fayllar və video zəng) mübadilələri, “instagram” sosial şəbəkəsinə aid “museyibov_İİ” adlı istifadəçi profilinin “Direct” bölməsində məlumat (çat seansı, foto, video və audio fayllar), “Telegram” sosial şəbəkəsində məlumat (çat seansı) mübadilələri müəyyən olundu, lakin köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “Telegram” sosial şəbəkəsində məlumat (çat seansı, foto və video fayllar) mübadilələri müəyyən olundu, lakin köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı (“Whatsapp” proram təminatı yüklənməyib). Təqdim edilmiş “X33 9 pro” markalı “2003J15SS” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “İnstagram” sosial şəbəkəsində məlumat (çat seansı) mübadilələri müəyyən olundu, lakin köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı (“Whatsapp” proram təminatı yüklənməyib). Təqdim edilmiş “Samsung Galaxy A20” markalı “SM-A205FN” modelli mobil smartfonun yaddaşına “Whatsapp” proqram təminatı quraşdırılmayıb, “İnstagram” sosial şəbəkəsində məlumat mübadiləsi müəyyən olunmadı. Təqdim edilmiş “İphone 12 Pro MAX” markalı “3f888LL/A” modelli mobil smartfonun “Kontaktı” bölməsində müxtəlif ad və nömrələr, “Soobheniə” bölməsində “SMS” mesaj və “Alğbomı” bölməsində foto və video fayllar müəyyən olundu, lakin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş “İphone 12 Pro MAX” markalı “3f888LL/A” modelli mobil smartfonun yaddaşından hər hansı məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “İphone 12 Pro MAX” markalı “3f888LL/A” modelli mobil smartfonun yaddaşına “Whatsapp” proqram təminatı quraşdırılmayıb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1772 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs xroniki psixi xətəlik, kəmağıllıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının, dünyagörüşü səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edilir. Təfəkkürünün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənaraçıxma hallarına təsadüf olunmur. Nitqi aydın, mühakimələri məntiqlidir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs özünə qarşı hörmət tələb etmək, ünsiyyətcillik, inadkarlıq, özünəməxsus prinsiplərə malik olmaq, emosionallıq, tez təsirlənmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs idrak proseslərinin xüsusiyyətləri və əqliintellektual imkanlarına görə hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs, cinayət əməlini törədən zaman psixi-emosional sferasında hirslilik, gərginlik halı yaranmışdır. Hazırki psixi-emosional durumu norma səviyyəsindədir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual inkişafı normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmir. O, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının ola biləcək nəticələrini proqnozlaşdırmaq iqtidarında olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərar və protokolla Şahid1 tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A11” markalı mobil telefon götürülmüş, mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefonun zənglər menyusundan hadisənin baş verdiyi 15 iyun 2021-ci il tarixədək olan zənglər silinmişdir. “Whatsapp” proqramı vasitəsilə “Aynuşş” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəyə mobil telefonda olan ***-***-**-** saylı mobil nömrədən, “Axşamın xeyir Aynur nətərsən yaza bilməyəcəm sənə məni bağışla, Allaha and olsun uşağı vurmuşam ürəyi gedib, polislər məni anamın canı nətər axtarırlar, qaçıb gizlənmişəm bir qıraqda, otluqda uzanmışam, yaza bilməsəm gördün telefon xətt gedib axırda yazacam” məzmununda səs ötürülmüşdür. Mobil telefonun mesajlar, fotoşəkillər və digər menyularında, eləcə də “Whatsapp” proqramındakı digər mesajlaşmalarda cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərar və protokolla X6 tərəfindən təqdim edilmiş, zərərçəkmiş şəxs Nihad Məmişova məxsus “Samsung Galaxy A50” markalı mobil telefon götürülmüş, mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, “Whatsapp” proqramı vasitəsilə kontaktlarda “Cabir” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə ilə 15 iyun 2021-ci il tarixdə söhbət aparılmış, belə ki, Nihad Məmişov tərəfindən “Whatsapp” proqramının status bölməsinə qoyulmuş və hər iki tərəfində ürək smayliki qoyularaq “L” hərfi yazılmış 07 saniyə müddətində videoya, Təqsirləndirilən şəxs tərəfindən saat 16:56 dəqiqədə “s*kd*r burdan dalbayov” cavabı yazılmış, saat 19:28 dəqiqəyədək davam edən sonrakı danışıqlarda tərəflər bir-birlərinə təhqiredici mesajlar və səslər ötürmüş və məsələni aydınlaşdırmaqdan ötrü Ağsu şəhərində görüşməyə razılaşmışlar. Təqsirləndirilən şəxs tərəfindən ötürülmüş sonuncu mesajda, yolda olması, İsmayıllı rayonunu keçməsi, 20 dəqiqə ərzində Ağsu rayonuna çatacağı öz əksini tapmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərar və protokolla Şahid5 tərəfindən təqdim edilmiş, sonuncuya məxsus “Redmi Note 8” markalı mobil telefon götürülmüş, mobil telefona baxış keçirilərkən bir ədəd iş üzrə əhəmiyyət kəsb edən fotoşəkil aşkar edilmiş, fotoşəkildə yol kənarında taxıl sahəsində qarşı-qarşıya dayanmış 2 nəfər şəxs əks olunmuşdur. Həmin şəxslərdən birinin digərindən bir qədər hündür olması, hündürboylu şəxsin üzərində ağ rəngli köynək və qara şalvar, boyu nisbətən balaca olan şəxsin üzərində isə boz rəngli köynək və qara rəngli şalvar olması müəyyən edilmişdir. Şahid5 həmin fotoşəkli nəzərdən keçirirərək, fotoşəklin 15 iyun 2021-ci il tarixdə, X23 Müseyibov arasında baş verən münaqişə zamanı onun tərəfindən çəkildiyini, həmin fotoşəkildə qarşıqarşıya dayanmış şəxslərdən hündür boylu olan Nihad Məmişov, balaca boylu olanı isə Təqsirləndirilən şəxs olduğunu, fotoşəklin çəkildiyi yerin Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən qəbirstanlığın yaxınlığındakı taxıl sahəsi olmasını, X23 Müseyibovun arxa tərəfindəki hissədə qəbir daşlarının da görünməsini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan audioyazıda, əsasən, 2 nəfər qadın cinsli şəxslərin qarşılıqlı söhbəti əks olunmuşdur. Müəyyən edilir ki, qarşılıqlı söhbət edən qadınlardan biri cinayət işi üzrə Təqsirləndirilən şəxs anası, digər isə zərərçəkmiş X7 bibisidir. Təqsirləndirilən şəxs anası oğlu ilə dəfələrlə danışdığını, oğlunun bildirməsinə görə, Nihad Məmişovla aralarında mübahisənin yaranmasına səbəbin Səyyad olduğunu, Səyyadın Nihadı öyrətdiyini, mübahisədən əvvəl Nihada “arxanda mən durmuşam” deməsini, bundan sonra Nihadın gələrək Cabirə, “mənimlə gedib taxıllığın arxasında söhbət etməyənin varyoxunu...” dediyini bildirir. Anasının danışıqlarından məlum olur ki, o, Təqsirləndirilən şəxs hadisə barədə doğrunu deməsi üçün yalvarmış, lakin Cabirin ona doğrunu deməyini, israrla Nihadı tək vurduğunu, orada olan digər şəxslərin Nihadı vurmadığını demişdir. Cinayət işi materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin 20 avqust 2019-cu il tarixli, 17027 saylı məktubu ilə istintaqa təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən zərərçəkmiş Nihad Məmişovun istifadəsində olmuş ***-***-**-**, Şahid2 istifadəsində olmuş ***-***-**-**, Şahid3 istifadəsində olmuş ***-***-**-**, Şahid6 istifadəsində ***-***-**-**, Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrlə heç bir danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 12:44 dəqiqədə zəng daxil olmuş və 38 saniyə danışıq aparılmış, 13:19 dəqiqədə əks istiqamətdə zəng daxil olmuş 19 saniyə danışıq aparılmışdır. Həmin tarixdə Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə saat 20:37, 20:41 və 20:51 dəqiqələrdə ardıcıl 3 dəfə zəng daxil olmuş müvafiq olaraq, 27, 11 və 7 saniyə danışıq aparılmış, 15 iyun 2021-ci il tarixdə, eyni istiqamətdə saat 12:51, 13:09, 18:31, 20:46 və 20:47 dəqiqələrdə 5 dəfə zəng daxil olmuş və müvafiq olaraq 17, 10, 12, 55 və 34 saniyə danışıq aparılmışdır. Həmin tarixdə əks istiqamətdə, yəni Təqsirləndirilən şəxs məxsus mobil nömrədən Şahid4 məxsus mobil nömrəyə 21:56 və 22:51 dəqiqələrdə 2 dəfə zəng daxil olmuş və müvafiq olaraq 89 və 36 saniyə danışıq aparılmışdır. Hadisə baş verən gün, yəni 15 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yalnız Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə və anası Şahid14 istifadəsində olan ***-***-**-** mobil nömrələrlə əlaqə saxlayaraq danışmışdır. Qeyd edilənlərdən başqa, hadisə baş verən gün, yəni 15 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrədən “103” xidmətinə saat 20:58 dəqiqədə ardıcıl 2 dəfə zəng daxil olmuş və müvafiq olaraq 26 və 12 saniyə müddətində danışıqlar aparılmışdır. 15 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən aparılmış bütün danışıqlar zamanı, nömrə Ağsu rayonu ərazisində yerləşən antenləri əhatə dairəsində olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Natik oğlu 16 iyun 2021-ci tarixdə saat 2000-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 18 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Natik oğlu barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu Rayon İcra Hakimiyyətinin Ağsu şəhər Mənzil-istismar sahəsindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Müseyibov X21 şəhəri Meleratorlar qəsəbəsi ev 7, mənzil 5 ünvanında yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Natik oğlunun məhkumluğunun olması ilə bağlı məlumat yoxdur. Beləliklə, məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs Natik oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün tövsif edilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 nəvəsi Nihad Məmişovun hadisə zamanı orada olmuş digər şahidlər Şahid4, Şahid6, Şahid3, Şahid2 və Şahid5 tərəfindən öldürülməsini göstərmiş, lakin adı çəkilən şahidlər nə məhkəmə, nə də ki, məhkəməyədək icraat zamanı həmin halları təsdiq etməmişlər. Eyni zamanda məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid8 ibitidai istintaqın ilkin mərhələsində mağazadan qayıdıb evlərinə gedən zaman hadisə yerindən keçərkən yuxarıda adları çəkilən şahidlərin zərərməkmiş şəxsi vurduqlarını gördüyünü göstərsə də, istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı həmin ifadəni onları müstəntiqin yanına aparan zərərçəkmiş şəxs Nihad Məmişovun atası Şahid27 təsiri altında verdiyini, qeyd olunan şəxslərin Nihad Məmişovu vurmasını görmədiyini bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını CM-in 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Natik oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. CM-in 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlan məhkumlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Natik oğlu azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 16 iyun 2021-ci il tarixdən hesablanmalı və CM-in 85.5-ci maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 60 AZN (altmış manat) ekspertiza xərci Təqsirləndirilən şəxs Natik oğlundan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Şamaxı rayon prokurorluğunda saxlanılan “Samsung Galaxy A11” markalı mobil telefon Təqsirləndirilən şəxs, “Samsung Galaxy A50” markalı mobil telefon X11, “İphone 12 Pro Max” markalı mobil telefon Şahid4, “Samsung Galaxy A20” markalı mobil telefon Şahid3, “Redmi Note 9” markalı mobil telefon Şahid6, “Redmi Note 8” markalı mobil telefon X12, “Samsung Galaxy A10” markalı mobil telefon Şahid2 qaytarılmalı, məhkəmə-kompyuter texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 5/686 nömrəli rəyinə əlavə edilmiş 03 ədəd xarici yaddaş qurğuları, "xxxx" MMC-dən daxil olmuş, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və Şahid7 tərəfindən təqdim edilmiş 03 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 16 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 60 AZN (altmış manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Şamaxı Rayon Prokurorluğunda saxlanılan “Samsung Galaxy A11” markalı mobil telefon Təqsirləndirilən şəxs, “Samsung Galaxy A50” markalı mobil telefon X11, “İphone 12 Pro Max” markalı mobil telefon Şahid4, “Samsung Galaxy A20” markalı mobil telefon Şahid3, “Redmi Note 9” markalı mobil telefon Şahid6, “Redmi Note 8” markalı mobil telefon X12, “Samsung Galaxy A10” markalı mobil telefon Şahid2 qaytarılsın, məhkəmə-kompyuter texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 5/686 nömrəli rəyinə əlavə edilmiş 03 ədəd xarici yaddaş qurğuları, "xxxx" MMC-dən daxil olmuş, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və Şahid7 tərəfindən təqdim edilmiş 03 ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-77/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-77/2022
15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver