Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-77/2023 22.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax rayonu Aşağı Salamabad kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax rayonu Aşağı Salamabad kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 9645,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib yaşadığı Yevlax rayonu Aşağı Salamabad kəndində yerləşən evin zirzəmisinə daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən 14 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:55-də Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Aşağı Salamabad kəndində yerləşən evə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda ümumi təmiz çəkisi 9645,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd sintetik kisədə evin zirzəmisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməklə yaşadığı kəndin kənarında çay qırağı ərazidə əkib yetişdirdiyi çətənə bitkilərinin hissələrini toplayıb qurutmuş, tutulmamışdan təxminən 3-4 gün qabaq əldə etdiyi narkotik vasitəni torbaya yığıb yaşadığı evin zirzəmisində saxlamışdır. 14 oktyabr 2022-ci il tarixdə saat 1650 radələrində kənddə yaşadığı fərdi yaşayış evinin qarşısında küçədə qonşusu İlkinlə dayanıb söhbət edən zaman oraya bir avtomobilin yaxınlaşaraq bir neçə nəfər mülki geyimli şəxslərin avtomaşından düşüb onlara yaxınlaşdığını görərkən İlkin polislər olduğunu deyib oradan qaçmış, gələn şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli olduğunu, eləcə də yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Polis əməkdaşlarına və sonuncularla birlikdə gəlmiş kəndlərinin icra nümayəndəsinin müavininə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra bu barədə ərizə yazmış, yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisində saxladığı bir ədəd polietilen kisədə narkotik vasitə qurudulmuş marixuananı götürüb təqdim etmişdir. Həmin kisəyə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu aşkar edilmiş, lakin narkotik vasitənin çəkisi ilə razılşamamışdır. Belə ki, onda təxminən 1 kq qurudulmuş marixuana olsa da polis əməkdaşları tərəfindən çəkilən zaman narkotik vasitənin qablaşdırma ilə birlikdə 9 kiloqram 735 qram olduğu müəyyən edilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, aşkar olunan narkotik vasitə şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyən Şahid1 Xəqani oğlu ifadəsində göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə Yevlax rayonu Aşağı Salamabad kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə qanunsuz saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan sürücü polis nəfəri Şahid2, operator Şahid3, eləcə də təhqiqatçısı X4 ilə birlikdə saat 17 radələrində Yevlax rayonu Aşağı Salamabad kəndində yaşadığı ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşarkən sonuncunun yanında olan sonradan adının İlkin olduğunu bildikləri şəxs oradan qaçıb uzaqlaşmış, Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, buna görə də yaşadığı evə baxış keçiriləcəyini izah etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməyərək bu barədə ərizə yazaraq təqdim etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən Təqsirləndirilən şəxs iki mərtəbəli evin altına daxil olduqda sol tərəfdə yerləşən saxlanc otağı kimi istifadə edilən zirzəmidə qarşı tərəfdəki divarın yanında yığılmış süpürgələrin yanında, torpaq döşəmənin üzərində saxladığı içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu bir ədəd sintetik kisəni təqdim etmişdir. Kisə elektron tərəzidə çəkilmiş və çəkisinin 9 kq 735 qram olması müəyyən olunduqdan sonra qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilmiş bir ədəd kisədə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni bu ilin mart-aprel ayında yaşadığı kəndin ərazisində çay qırağı adlanan sahibsiz torpaq sahəsində əkib becərdiyi beş ədəd narkotik tərkibli çətənə bitkilərindən yığıb qurudaraq əldə edib tutulmamışdan 2-3 gün əvvəl özünün istifadəsi üçün yaşadığı evə gətirib saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsində polis nəfəri işləyən Şahid2, Şahid3 və Yevlax rayonu Aşağı Salamabad kənd üzrə icra nümayəndəsinin müavini işləyən Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 Xəqani oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 15 oktyabr 2022-ci il tarixli 17/782 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bir ədəd...” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki, təmiz çəkisi-9645,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla ahzırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli 6991 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 14 oktyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Yevlax rayonu Aşağı Salamabad kəndində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman, evin saxlanc otağı kimi istifadə edilən zirzəmisindən bir ədəd sintetik kisədə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aşağı Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Aşağı Salamabad kəndində yaşamaqla himayəsində 2014-cü ildə doğulmuş Elmina Osmanzadə və 2016-cı ildə doğulmuş Ruslan Osmanzadə adlı iki azyaşlı uşaqları vardır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X9 daxil olmuş 27 oktyabr 2022-ci il tarixli 10182 nömrəli məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Yevlax rayonu Aşağı Salamabad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1650-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin miqdarı və işdə olan digər sənədlər əsas verir. Belə ki, təxminən 9 kq-dan artıq qurudulmuş marixuananın şəxsi istehlak məqsədilə saxlanılması məhkəmə tərkibi üçün inandırıcı görünmür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan saxlamasına dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 oktyabr 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi X1 saxlanılan 9644,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-77/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-77/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver