Məhkəmə qərarları › İş №1(091)-77/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-77/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-77/2025 15.04.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:55 Hakim Əliyev Rafail Əyyub oğlunun sədrliyi ilə, hakimlər Aşurova Günay Raqif qızı (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Oğuz rayonu, Muxas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Oğuz rayonu, Muxas kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində silahlı münaqişələrdə, eləcə də bu zəmində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlərin törədilməsdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək vahid niyyətlə qəsdən pul vəsaitləri toplamış və vermişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan "xxxx" ASC-yə məxsus “4169 7388 1825 1856” nömrəli bank kartı vasitəsilə Gürcüstan Respublikasının vətəndaşı X21 və digər şəxslərdən qəsdən pul vəsaitləri toplayaraq, Oğuz rayon X25 “Western Union” beynəlxalq surətli pul köçürmə sistemi vasitəsilə 27 yanvar 2023-cü il tarixdə 100 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına Bouakez Hesni İkram adlı şəxsə, 03 fevral 2023-cü il tarixdə 72 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına Elmustafa Mahmut adlı şəxsə, 01 aprel 2023-cü il tarixdə isə 70 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına Bayrakcı İbrahim adlı şəxsə köçürərək, belə pul vəsaitlərini həmin şəxslər vasitəsilə Suriya Ərəb Respublikası ərazisində dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə, eləcə də bu zəmində cinayətkar birliyin tərkibində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlərin törədilməsində iştirak edən Azərbaycan Respublikası vətəndaşı “İdris” dini ləqəbli X5 maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək vahid niyyətlə həmin şəxsə göndərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Bakı şəhərində üç gün ərzində tanış olduğu Nicat adlı şəxs əlaqə saxlamaq üçün Kamranın nömrəsini ona vermişdir. O, Kamranı Nicatın vasitəsilə tanımışdır. Kamranla yalnız zəng və mesaj vasitəsilə əlaqə saxlamışdır. Kamran həyat yoldaşı xəstə olduğu üçün ondan kömək etməyini istəmiş, o da bu səbəbdən ona pul göndərmişdir. Onun məqsədi yalnız Kamranın xəstə həyat yoldaşına kömək etmək olmuş, pulu Kamranın şəxsi maraqları üçün göndərməmişdir. Həmin pul vəsaitləri ona məxsus olmamış, o sadəcə olaraq öz bank kartı ilə pulun Kamrana köçürülməsində vasitəçilik etmişdir. Belə ki, Kamranın dediyi şəxslər həmin pul vəsaitlərini onun kart hesabına göndərmiş, o da həmin pul vəsaitlərini Kamrana göndərmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Suriyaya gedənlərin aldadıldığını və xarici qüvvələrin maraqlarına xidmət etdiyini öyrəndiyi üçün ora getməkdən imtina etmişdir. Eyni zamanda Suriyaya getsəydi 69 yaşlı xəstə anasına və birinci qrup əlil olan qardaşına baxan olmayacağı üçün getmək fikrindən daşınmışdır. Suriyada olan insanlara zülm edildiyi üçün onlara kömək etmək məqsədilə ora getmək, oradakı silahlı qruplaşmalardan birinə qoşulmaq istəmişdir. Suriyada olan silahlı qruplaşmalara qoşulmağı ona Kamran və Nicat adlı şəxslər təklif etmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı daha geniş məzmunlu ifadə vermiş, məhkəmədə elan olunaraq tədqiq olunmuş ilkin ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.1990-cı ildə Oğuz rayonunun Muxas kəndində anadan olmuş, 1996-cı ildə Oğuz rayonu, Muxas kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2008-ci ildə həmin məktəbi bitirmiş, 2008-2010-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhərində dislokasiya olunmuş N nömrəli hərbi hissəsində əsgər kimi müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Ailədə ondan başqa 4 qardaşı var. Bacısı yoxdur. X2 təxminən 2 il bundan əvvəl vəfat etmiş, anası X3 isə hal-hazırda Oğuz rayonu Muxas kəndində yaşayır. Bir qardaşı X38 rayonu Muxas kəndində yaşayır. Fiziki və əqli cəhətdən qüsurludur. Digər qardaşları Siyavuş, Zabit və Anar isə Bakı şəhərində yaşayırlar. Hər üçü tikinti işi ilə məşğuldur. 2010-2016-cı illərdə Bakı şəhərində müxtəlif ərazilərdə tikintidə fəhlə işləmiş, işlədiyi dövrdə 2015-ci ildə həmkəndlisi və qohumu X20 ilə qeyri-rəsmi ailə həyatı qurmuş, həmin vaxt Sürəyyanın yaşı çatmadığı üçün sonuncu ilə rəsmi nikaha daxil ola bilməmiş, yaşı tamam olduqdan sonra rəsmi nikaha daxil olmuş, birgə nikahdan Ömər və Sahib adlı iki övladı dünyaya gəlmişdir. Ömərin 7, Sahibin isə 6 yaşı var. 2018-ci ildə aralarında baş vermiş ailə münaqişəsi zəminində həyat yoldaşı Sürəyya ilə rəsmi qaydada boşanmış, 2018-ci ildə Cinayət Məcəlləsinin 152-ci, yəni 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Oğuz rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, lakin cəmi 2 ay yarım həbsdə olmuş, daha sonra Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək barəsində şərti cəza tətbiq olunmuşdur. 2016-2017-ci illərdə tikintidə işləmək məqsədilə Rusiya Federasiyasının Dağıstan vilayətində olmuş, oraya qardaşı Siyavuşun əsgər yoldaşı olan Məhəmmədin təklifi ilə getmiş, həmin şəxs dindar olmamış, o, Dağıstanda olduğu müddət ərzində əhli-sünnə (sələfi) namazı qılmağa başlamış, orada onunla bərabər işləyən şəxslərin çoxu əhli-sünnə namazı qıldığı üçün o da həmin şəxslərin əhatəsində namaz qılmağı sonunculardan öyrənmiş, bundan qabaq namaz qılmamış və heç bir dini fəaliyyətdə olmamışdır. Dağıstandan qayıtdıqdan sonra heç bir xarici ölkəyə getməmiş, yalnız Oğuz rayonunda olmuş, bəzi hallarda iş və digər məqsədlərlə Bakı şəhərinə gedib-gəlmişdir. Hal-hazırda ətrafında Oğuz rayonu və digər şəhərlərdən olan sələfi təriqətli dindar şəxslər mövcuddur. Həmin şəxslərlə müxtəlif vaxtlarda dini toplantılarda habelə, sosial şəbəkələrdə əsasən “Whatsapp” da müxtəlif qruplarda əlaqə saxlayır, iştirak etdiyi toplantılarda əsas mövzular dini mövzular olmuşdur. 2021-ci ildə Bakı şəhərində tikintidə işləyərkən Nicat adlı şəxslə tanış olmuş, Nicat da əhli-sünnə namazı qılmış, sonuncu keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Avroviziya mahnı müsabiqəsi ərəfəsində baş vermiş cinayət hadisələrinə görə tutulmuş, sonradan azadlığa buraxılmış, Nicatın orta boylu, arıq bədən quruluşlu, təxminən 25-30 yaşlarında olmuşdur. Nicatla olan söhbətlərinin birində sonuncu ona Suriyaya getmək istədiyini, orada din uğrunda gedən döyüşlərdə mücahid qardaşları ilə birlikdə vuruşmaq istədiyini bildirərək ona da Suriyaya getməyi təklif etmiş, o da Nicatla razılaşmışdır. Nicatın Suriyada “İdris” dini ləqəbli Kamran Şıxəliyev adlı tanışı olmuş və Kamran Nicata ora gəlməyi, orada din uğrunda gedən döyüşlərdə iştirak etməyi təklif etmişdir. Daha sonra Nicat onu “İdris” dini ləqəbli Kamranla tanış etmiş və Kamranın əlaqə nömrəsini ona vermişdir. Təxminən 2021-ci ildən başlayaraq o, Kamranla, yəni İdrislə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə əlaqə qurmağa başlamışdır. Kamranla əlaqə qurmaqda əsas məqsədi Suriyaya sonuncunun yanına getmək və orada din uğrunda gedən döyüşlərdə vuruşmaq olmuşdur. Lakin o, sonradan Suriyaya gedən din qardaşları arasında münaqişə baş verdiyini və Kamranın olduğu qruplaşmanın dağıldığını eşitmiş, bundan sonra Suriyaya getmək fikrindən daşınmışdır. Çünki din qardaşlarının kafirlərə qarşı birləşməli olduğu halda öz aralarında döyüşməkləri ona xoş gəlməmişdir. Sonradan o, Nicatın döyüşmək məqsədilə Suriyaya getdiyini eşitmişdir. Suriyaya getdikdən sonra Nicatla əlaqələri tamamilə kəsilmiş və həmin tarixdən bəri Nicatdan xəbəri olmamışdır. Lakin özünü “İdris” ləqəbi ilə təqdim edən Kamran Şıxəliyev ilə hazırda əlaqəsi mövcuddur, Kamranla “WhatsApp” vasitəsilə əlaqə saxlayır. Kamranla əvvəllər Suriyaya gedib döyüşmək məqsədilə əlaqə saxlamış, lakin sonradan ora getmək fikrindən daşınmış, ancaq onun Kamranla yenə də əlaqələri qalmışdır. Təxminən 2022-ci ilin sonlarından başlayaraq Kamranla “WhatsApp” vasitəsilə danışdıqları zaman sonuncu ondan hər hansı bank kartının olub-olmadığı şoruşmuş və kartın şəklini göndərməyini ondan xahiş etmişdir. O da Kamrana "xxxx"a məxsus kartının olduğunu bildirərək kartın şəklini ona göndərmişdir. Onun "xxxx"a məxsus olan kartının nömrəsi 4169 7388 1825 1856 olmuşdur. O, Kamranın istifadəsində olan +**********41, +**********4, +**********48 və +**********30 saylı mobil nömrələrlə əlaqə saxlamışdır. Kartının şəklini Kamrana göndərdikdən sonra sonuncu ona “sənin kartına müxtəlif şəxslər tərəfindən pul vəsaitləri göndəriləcək, sən həmin vəsaitləri kartında topla, mən sənə deyəndə həmin vəsaitləri kartdan çıxararaq Türkiyədə dediyim şəxsin adına poçt vasitəsilə göndərərsən” demiş, o da Kamranın dedikləri ilə razılaşmışdır. Bundan sonra onun kartına müxtəlif şəxslər tərəfindən fərqli-fərqli məbləğlərdə pullar göndərilmişdir. O, həmin vəsaitləri ona kimlərin göndərdiyini bilməmiş, həmin şəxslərə onun kartına pul göndərilməsini Kamran demişdir. Kartına göndərilən məbləğlər həmin kartda yığıldıqdan sonra o, həmin pulları müvafiq bankomatda nağdlaşdıraraq Oğuz rayon X31 “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Kamranın ona dediyi Türkiyə Respublikasında olan müxtəlif şəxslərin adına göndərmişdir. Belə ki, o, Oğuz rayon X25 “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə 100 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına Bouakez Hesni İkram adlı şəxsin adına, xx.xx.2023-cü il tarixdə 72 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına Elmustafa Mahmut adlı şəxsin adına, xx.xx.2023-cü il tarixdə isə 70 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına Bayrakcı İbrahim adlı şəxsin adına göndərmiş, sonradan həmin vəsaitlər Kamrana çatdırılmışdır. Çünki o, pulu göndərdikdən sonra poçt qəbzinin şəklini çəkərək “WhatsApp” vasitəsilə Kamrana göndərmiş, Kamran da pulun çatdığı barədə ona xəbərdarlıq mesajı yazmışdır. O, adına pul göndərdiyi şəxsləri tanımamışdır. Həmin şəxslərin adları onunla Kamran arasında olan “WhatsApp” yazışmalarında da əks olunmuşdur. Çünki qeyd etdiyi kimi Kamran həmin şəxslərin adlarını və köçürmə vasitəsini ona mesajla bildirərək pulu həmin şəxslərin adına göndərməyi tapşırmışdır. Həmin dövrdə o, Kamranın istifadəsində olan +**********41 saylı mobil nömrə ilə əlaqə saxlamış, qeyd edilən məqamlar da onunla Kamran arasında olan “WhatsApp” yazışmalarında əks olunmuşdur. Onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 1825 1856 nömrəli bank kartına Kamran vasitəsilə göndərilən vəsaitləri topladıqdan sonra həmin vəsaitləri bankomatdan məxaric edərək sonradan Türkiyə Respublikasında olan şəxslər vasitəsilə “İdris” dini ləqəbli X7 çatdırmaqda məqsədi Suriyaya cihadda olan mücahid qardaşı “İdris” ləqəbli Kamrana kömək etmək olmuşdur. Belə ki, o , əvvəllər özü də Kamran vasitəsilə ora gedib vuruşmaq istəmiş, lakin sonradan qeyd etdiyi səbəblərdən ora getməyi alınmamışdır. Sonradan Kamran ondan belə bir xahiş etdikdən sonra o, Suriyada döyüşlərdə olan din qardaşına kömək etmək istəmiş və sonuncunun xahişini yerinə yetirmişdir. Onun Kamranla bundan əvvəl hər hansı tanışlığı və ya qohumluq əlaqəsi olmamış, sadəcə Kamranla dini və əqidə birliyi olduğu üçün və sonuncu Suriyada din uğrunda döyüşdüyü üçün o, Kamrana bu yöndə kömək etmək qərarına gəlmişdir. Lakin öz cibindən heç vaxt Kamrana pul göndərməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yekun dindirməsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Suriya Ərəb Respublikasında terrorçu qruplaşmaların tərkibində döyüşlərdə iştirak edən Kamran Şıxəliyevə pul göndərməkdə əsas məqsədi sonuncu ilə aralarında olan danışıqlar zamanı Kamranın dəfələrlə ona həyat yoldaşının xəstə olmasını və kömək lazım olduğunu deməsi olmuş, o da bir müsəlman kimi Kamrana yazığı gələrək qeyd edilən vəsaitləri Kamrana göndərmişdir. İlk əvvəl Kamran ona öz şəxsi vəsaitindən pul göndərməyini xahiş etmiş, lakin o, Kamrana imkanı olmadığını bildirmişdir. Sonradan Kamran ona başqa şəxslər tərəfindən onun kartına göndərilən vəsaitləri göndərməyini demiş və o da Kamranla razılaşmışdır. O, Kamranın Suriyada din uğrunda gedən döyüşlərdə iştirak etməsini bilsə də ona pul göndərməyinin cinayət məsuliyyətinə səbəb olacağını bilməmişdir. Sadəcə insanlıq üçün Kamrana kömək etmək qərarına gəlmişdir. Oğuz rayon X25 “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə 100 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına Bouakez Hesni İkram adlı şəxsin adına, xx.xx.2023-cü il tarixdə 72 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına Elmustafa Mahmut adlı şəxsin adına, xx.xx.2023-cü il tarixdə isə 70 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına Bayrakcı İbrahim adlı şəxsin adına göndərməsi ilə bağlı qeyd etmişdir ki, həmin vəsaitləri qeyd olunan şəxslərin vasitəsilə “İdris” dini ləqəbli Kamrana göndərmişdir. Çünki Kamran ona pulları həmin şəxslərin adına Türkiyə Respublikasına göndərməyi tapşırmışdır. Həmin vəsaitləri qeyd olunan şəxslərə göndərdikdən sonra bu barədə poçt qəbzinin şəklini “WhatsApp” vasitəsilə Kamrana göndərmişdir. Həmin nüanslar Kamranla onun arasında olan “WhatsApp” yazışmalarında əks olunmuşdur. Qəbzləri Kamranın istifadəsində olan +**********41 saylı mobil nömrəyə göndərmişdir. Törətdiyi əməldən peşmandır, həmin hərəkətin onun üçün belə ağır nəticələrə səbəb olacağını bilməmişdir, amma əməlinin düzgün olmadığını dərk edir. Onun istifadəsində özünə məxsus “Samsung Galaxy A03s” markalı mobil telefon olmuş, 2 sim kartlı olan həmin telefonun içərisində "xxxx" mobil rabitə operatoruna məxsus +994 55 *** ** ** saylı mobil telefon nömrəsi və “Nar Mobile” mobil rabitə operatoruna məxsus +994 70 *** ** ** saylı mobil telefon nömrəsi olmuşdur. Həmin telefonu 2023-cü ilin sentyabr ayının 20-də DTX əməkdaşlarına təhvil vermişdir. Həmin gün DTX-nin Oğuz rayon şöbəsində onun izahatı alınmış və müvafiq əməkdaşlar tərəfindən onun iştirakı ilə telefona baxış keçirilmişdir. Bundan sonra əlavə araşdırma aparılması üçün telefonunu könüllü olaraq DTX əməkdaşlarına təhvil vermişdir. "xxxx" mobil rabitə operatoruna məxsus +994 55 *** ** ** saylı mobil telefon nömrəsi də ona məxsusdur. Həmin mobil nömrəni “WhatsApp Business” mobil tətbiqində qeydiyyatdan keçirmiş, digər nömrə, yəni +254 771 773841 saylı mobil nömrə isə “İdris” dini ləqəbli Kamran Şıxəliyevə məxsus olmuş, sonuncu ilə adətən bu nömrə ilə əlaqə saxlamışdır. Kamran onun istifadəsində olan "xxxx"a məxsus “4169 7388 1825 1856” nömrəli bank kartına müxtəlif şəxslər vasitəsilə pul göndərmiş, qeyd edilən ödəniş qəbzləri Kamran vasitəsilə onun kartına göndərilən pulların qəbzləri olmuşdur. Pul göndərildikdən sonra Kamranı xəbərdar etmək üçün həmin çekləri “WhatsApp” vasitəsilə sonuncuya göndərmiş, ona pul göndərən şəxsləri isə tanımamışdır. Pullar onun kartında yığıldıqdan sonra Kamranın dediyi zaman o, həmin pulları müvafiq bankomatlarda nağdlaşdıraraq poçt vasitəsilə Kamranın ona dediyi Türkiyədəki müvafiq şəxslərə göndərmiş, həmin şəxslər də pulları sonradan Kamrana çatdırmışdır. Kamran ona “X40” adlı şəxsin ad soyadını göndərərək pulu “Western Union” vasitəsilə həmin şəxsin adına Türkiyə Respublikasına göndərməsini bildirmişdir. Bundan sonra o, Oğuz rayonunun mərkəzi poçtuna gedərək 100 ABŞ dolları pul vəsaitini 27 yanvar 2023-cü il tarixində həmin şəxsin adına Türkiyəyə göndərmişdir. Pulu ödədikdən sonra isə poçtdan ona qəbz verilmiş və o, qəbzin şəklini elə həmin gün məlumat üçün Kamrana göndərmişdir. Bundan sonra Kamran ona “Elmustafa Mahmut” adlı şəxsin ad soyadını göndərərək pulu “Western Union” vasitəsilə həmin şəxsin adına Türkiyə Respublikasına göndərməsini tapşırmış, o da Oğuz rayonunun mərkəzi poçtuna gedərək 72 ABŞ dollarını 03 fevral 2023-cü il tarixində həmin şəxsin adına Türkiyəyə göndərmişdir. Pulu ödədikdən sonra isə poçtdan ona qəbz verilmiş və o qəbzin şəklini elə həmin gün məlumat üçün Kamrana göndərmişdir. Daha sonra Şıxəliyev Kamran ona mesaj yazaraq 2024-cü ilin fevral ayının 4-dən sonra göndərdiyi çeklərin ümumi miqdarının 125 manat olduğunu bildirmişdir. O, Kamrana sonuncu dəfə 03 fevral 2023-cü il tarixdə pul göndərmişdir. Kamran isə sonradan ona göndərdiyi mesajda “sən mənə pul göndərəndən sonra olan çeklər” ifadəsini işlədərək 04 fevral tarixindən sonra karta yığılan pulların miqdarını ona bildirmişdir. Bundan sonra Kamran ona “Bayrakcı İbrahim” adlı şəxsin məlumatlarını göndərərək pulu həmin şəxsin adına Türkiyəyə göndərməsini tapşırmışdır. Daha sonra o, 70 ABŞ dolları pul vəsaitini Oğuz rayon X25 01 aprel 2023-cü il tarixdə Bayrakcı İbrahim adlı şəxsin adına göndərmiş, 3 ABŞ dolları isə komissiya tutulmuşdur. Poçt vasitəsilə pulu Türkiyə Respublikasına Kamranın ona dediyi adamlara göndərdikdən sonra onun telefonuna “Western Union”dan adına pul göndərdiyi adamların həmin pulu əldə etmələri barədə mesaj gəlmişdir. Həmin mesajlar pulların göndərdiyi adamlar tərəfindən alınmasını təsdiq edən mesajlar olmuş, daha sonra həmin vəsaitlər pul göndərdiyi adamlar tərəfindən naməlum şəraitdə Kamrana çatdırılmışdır. Kamran Şıxəliyevlə olan yazışmaların birində o, Kamrana Oğuzda havanın yağışlı olmasını bildirərək yağışa görə pulu bu gün yox, sabah ödəyə biləcəyini demiş, çünki onun minik vasitəsi motosiklet olduğu üçün yağışlı havada evdən çıxa bilməmişdir. "xxxx"a məxsus “4169 7388 1825 1856” nömrəli bank kartı Kamrana pul göndərilməsi üçün istifadə etdiyi əsas kart olmuş, həmin kartın arxa hissəsində “09/25” rəqəmləri qeyd olunmuşdur. Həmin qeydlərə görə kartın vaxtının 25 sentyabr tarixində bitəcəyini zənn edərək Kamrana bu barədə səsli mesaj göndərməklə kartının vaxtının ayın 25-də bitdiyini, əgər pul göndərmək lazım olarsa, yaxın zamanda başqa kart açacağını və həmin kart məlumatlarını Kamrana verəcəyini bildirmişdir. Kamran da ona əvvəlcə təşəkkürünü bildirərək, sonradan kartı nə vaxt açsa xəbər verməyini, habelə onun kartına yenə pullar göndəriləcəyini demişdir. Kamranla bu yazışmalarından sonra özünə kart açdırmamış, çünki son yazışmalarından bir gün sonra, yəni 20 sentyabr 2023-cü il tarixdə qeyd edilən fəaliyyəti ilə əlaqədar DTX əməkdaşları tərəfindən Oğuz rayon şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. İzahatı alındıqdan sonra Kamrana pul göndərməklə səhv hərəkət etdiyini anlamış və bu işlərə birdəfəlik son qoymuşdur. Həmin tarixdən sonra Kamranla ümumiyyətlə əlaqəni kəsmiş və sonuncu ilə heç bir halda danışmamışdır. Kart məsələsinə gəldikdə isə bu hadisədən sonra özünə kart açdırmamış, Kamrana göndərdiyi pullarla əlaqədar yalnızca "xxxx"a məxsus “4169 7388 1825 1856” nömrəli kartdan istifadə etmiş, onun Kamrana pul göndərməyi sadəcə yuxarıda qeyd edilən 3 halda poçt vasitəsilə olmuşdur (cild 1, iş vərəq 61-66, 153-156, 221-230; cild 2, iş vərəq 214-229, 263-265). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, X13 onun qardaşıdır. X27 cihada getdiyi üçün onunla əlaqəni tamamilə kəsmişdir, heç bir münasibətləri yoxdur. Kamran onunla əlaqə saxlayan zaman o, Suriyaya getdiyi üçün Kamranı sərt şəkildə tənqid etmişdir. Sadəcə olaraq qohumlarının təkidi ilə məcbur qalıb telefon vasitəsi ilə atasını və qardaşını Kamranla danışdırmışdır. Kamran hər dəfə ondan atasının yanına nə zaman gedəcəyini soruşmuş, onu atası ilə danışdırmağını xahiş etmişdir. Atasının yanına gedəndə qardaşı Kamranla atasının bir-biriləri ilə görüntülü əlaqə saxlamaları üçün şərait yaratmışdır. Bundan başqa, Kamranla özü ümumiyyətlə əlaqə saxlamamışdır. Qardaşının Suriyada olduğunu sonuncu gedəndən 3-4 gün sonra bilmişdir. Şahid məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, qardaşı Kamran Şıxəliyev Azərbaycanda olarkən oğurluq etdiyi üçün iki dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Kamran Azərbaycanda olarkən subay olmuş, amma atası ilə danışarkən onların söhbətindən ona məlum olmuşdur ki, o, Suriyada evlənib, hətta övladı da var. Onun övladının nə zaman doğulduğunu dəqiq bilmir, çox güman ki, 2023-cü ildə doğulub. Suriyada olduğu müddətdə Kamranın maddi vəziyyətinin necə olması, ailəsini necə dolandırması barədə məlumatı yoxdur, sonuncu ondan hər hansı məbləğdə pul istəməmişdir, digər şəxslərdən pul istəyib-istəmədiyini bilmir. Özü Kamranla bilavasitə danışmasa da onu atası ilə danışdırarkən əksər hallarda kənardan onların söhbətinin şahidi olmuş, həmin söhbətlərdə Kamran həyat yoldaşının səhhəti ilə bağlı heç nə deməmişdir. Kamranın Suriyaya nə üçün getdiyini bilmir, sonuncunun ora getdiyini üç-dörd gün sonra atası ona demişdir. Bir qardaş kimi Kamrandan imtina etmişdir. O, 2018-ci ildə ailə həyatı qurduqdan sonra ailəsi ilə birlikdə Türkiyəyə köçərək iki ildən çox orada yaşamış, həmin vaxt ikinci dəfə həbsdən çıxan qardaşı Kamran ona Azərbayacanda yaşaya bilmədiyini, Türkiyəyə onun yanına gəlmək istədiyini bildirmiş, o da razılaşmışdır. X36 gələndən sonra onunla yola getməmiş, onun və ailəsini kafir olduğunu bildirmiş və digər xoşagəlməz hərəkətlər etmişdir. O, Kamranın bu davranışına dözməyərək onu evdən qovmuşdur. Türkiyədə onun yanında olduğu müddətdə Kamranın orada hər hansı tanışı olmamış, sonuncu həmişə onun nəzarəti altında olmuşdur. Kamranın öz əqidəsində olan insanlarla, o cümlədən təqsirləndirilən şəxs Abit Mərdənovla əlaqəsi barədə hər hansı məlumatı yoxdur, Təqsirləndirilən şəxs tanımır, onu ilk dəfə hazırki cinayət işi üzrə məhkəmə iclas zalında görür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən 01 mart 2024-cü il tarixli 9-674 nömrəli məktubla daxil olmuş ilkin materiallardan görünür ki, xx xxxxxxxx 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi məhkum olunmuş, Oğuz rayonu, Muxas kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikası ərazisində fəaliyyət göstərən dini radikalizm zəminində yaradılmış silahlı birləşmələrin üzvləri ilə əlaqələr saxlayır, onlara maliyyə vəsaitlərinin göndərilməsini həyata keçirir. Belə ki, o, həmin vəsaitləri özünə məxsus “4169 7388 1825 1856” nömrəli "xxxx" ASC-yə məxsus bank kartı vasitəsilə müxtəlif şəxslərdən toplayaraq, 2023-cü ilin yanvar-aprel ayları ərzində həmin məbləğdən 242 ABŞ dollarını “Western Union” pul köçürmə sistemi vasitəsilə hazırda Suriya Ərəb Respublikası ərazisində yaşayan və qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən, barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən ********* nömrəli cinayət işi istintaq olunan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.6 və 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarışda olan, “İdris” dini ləqəbli 01 avqust 1992-ci il təvəllüdlü X7 göndərmişdir. Köçürmələr, X28 Mərdanova göndərdiyi kodlar əsasında “X43”, “Elmustafa Mahmut” və “Bayrakcı İbrahim” adlı şəxslərin adına göndərilmiş, sonradan Kamran Şıxəliyev tərəfindən naməlum şəraitdə qəbul olunmuşdur. Kamran Şıxəliyev pulun qəbul edilməsi barədə, istifadəsində olan +**********41 saylı mobil telefondan “WhatsApp” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs +**********24 saylı telefonuna səsli və mətn ismarıcları göndərmişdir (cild 1, iş vərəq 8-41). Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən 01 mart 2024-cü il tarixli 9-674 nömrəli məktubla daxil olmuş "xxxx" MMC-nin 03 may 2023-cü il tarixli 3-27-109-2/780 nömrəli məktubu və onun qoşmasına baxış keçirilməsi barədə 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC vasitəsilə ölkədaxili və beynəlxalq pul köçürmələri edilmişdir. Belə ki, o, 27 yanvar 2023-cü il tarixdə "xxxx" MMC-nin Oğuz rayon X25 100 ABŞ dolları pul vəsaitini “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasına Bouakez Hesni İkram adlı şəxsə, 03 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin Oğuz rayon X25 72 ABŞ dolları pul vəsaitini “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasına Elmustafa Mahmut adlı şəxsə, 01 aprel 2023-cü il tarixdə "xxxx" MMC-nin Oğuz rayon X25 70 ABŞ dolları pul vəsaitini “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasına Bayrakcı İbrahim adlı şəxsə göndərmişdir (cild 1, iş vərəq 42-43) Azərbaycan Respublikası vətəndaşı X13 və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olan ********* nömrəli cinayət işinin materiallarına baxış keçirilməsi barədə 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin cinayət işi 01 dekabr 2023-cü il tarixdə DTX İstintaq baş idarəsinin icraatında olmuş ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası vətəndaşı X13 və digərləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə ayrılaraq icraata qəbul edilmişdir. İbtidai istintaqla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı X13 qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamış, eləcə də o cinayətkar birlik tərəfindən dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlərin törədilməsində iştirak etmişdir. Bu əməllərinə görə Kamran Şıxəliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.1, 214.2.6 və 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ittiham elan etmək üçün tutulması barədə axtarışa verilmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraat 14 fevral 2024-cü il tarixdə X13 və digərləri barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3 və 53.1.4-cü maddələrinə əsasən, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaq gizləndiyinə və Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığına görə dayandırılmışdır (cild 1, iş vərəq 70, 71-141). Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə keçirilmiş foto şəkillər üzrə tanınma istintaq hərəkəti zamanı X8 tanıyaraq həmin şəxsin ibtidai istintaq zamanı barəsində ifadə verdiyi “İdris” dini ləqəbli Kamran Şıxəliyev olduğunu, sonuncu ilə “WhatsApp” sosial şəbəkəsində əlaqə saxlayan zaman Kamranın bir neçə dəfə özünün və övladının fotoşəklini ona göndərdiyini bildirmişdir (cild 1, iş vərəqə 142-144). Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A03s” markalı “SM-A037F/DS” modelli mobil telefona baxış keçirilməsi barədə 09 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus +994 55 550 38 24 saylı mobil nömrə ilə iş materiallarında adı keçən “İdris” dini ləqəbli X7 məxsus olduğu bilinən +254 771 773841 saylı mobil nömrə arasında çoxsaylı səsli və yazılı mesajlaşmalar vardır: xx.xx.2022-ci il saat 20:44-dən xx.xx.2023-cü il saat 00:26-dək +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə çoxlu sayda ödəniş qəbzlərini özündə əks etdirən fotoşəkillər göndərilmişdir. Həmin fotoşəkillərin məzmunu aşağıdakı kimidir: ABİT MERDANOV 116,49 PLN --- 25.01 USD Gönderildi Tarih 29 Ara Per 16:23 Ücret 4.90 PLN Oran 1.00 USD=4.4619 PLN Alıcı ABİT MERDANOV "xxxx" MMC / VÖEN ********** Milliön elektron ödəmə sistemi Terminal No51113 Qəbələ r. H.Əliyev pr. Qəbələ T/M Emil market xx/xx/2023 16:38:58 "xxxx" xidmətinin nağd ödənişi A.S.A: M***** A***** T***** Kartın nömrəsi: 416973******1856 Məbləğ: 5.00 (AZN) Əməliyyat No: ********** Kapitalkart8-********** Perevod uspeşno vıpolnen 3.00 AZN Data: 2023.01.20 20:17:11 Tip: Perevod Nomer kartı poluçatelə: 416973******1856 Qəbz nömrəsi - 312526148 Əməliyyat tarixi - xx.xx.2023, 23:20 Məbləğ - 85,00 azn Kateqoriya – köçürmə Vəsait silinən kart/hesab - 416973******4486 Vəsait alan kart/hesab - 416973******1856 Qəbul edən - AB***** M******* xx.xx.2023-cü il saat 17:13-də +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə “İdris” dini ləqəbli Kamran Şıxəliyevə məxsus olması ehtimal edilən fotoşəkil göndərilmişdir. xx.xx.2023-ci il saat 12:04 və 14:07-də +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə göndərilən 3 yazılı mesaj: “124 X40”, “X40”, “Ad yuxarda familya asağda”. xx.xx.2023-ci il saat 15:43-də +**********24 mobil nömrəsindən +**********41 mobil nömrəsinə 01 ədəd poçt qəbzinin fotoşəkli göndərilmişdir. Həmin qəbzin məzmunu aşağıdakı kimidir: Azərpoçt MMC, AZ4800 VÖEN **********, 27.01.23 15:44:22 Mədaxil qəbzi N 391906821 Ödəyən/Göndərən: MARDANOV ABİT TEYMUR OGLU Alan: BOUAKEZ HESNİ İKRAM Əməliyyatın növü: Nağd pul Tranzaksiya/Göndəriş No: ********** Rüsum: 3.00 Köçürmənin məbləği: 100.00 Ödənişin təyinatı: YARDİM Yekun məbləğ: 103.00 Yüz üç ABŞ dolları 00 sent İcraçı: X14 Bundan başqa qəbzin üzərində “AZƏRBAYCAN, AZ4800, xx.xx.2023, Oğuz MXŞ” sözləri əks olunmuş ştamp vardır. xx.xx.2023-cü il saat 19:00 və xx.xx.2023-cü il saat 20:11-də +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə 2 ədəd ödəniş qəbzlərini özündə əks etdirən fotoşəkillər göndərilmişdir. Həmin fotoşəkillərin məzmunu aşağıdakı kimidir: Zapros zaverşen Spasibo, vaş zopros bıl uspeşno vıpolnen! Podrobno Summa: 23.00 AZN Data: 28 ənvarğ, 2023 Vremə: 18:38 Otpravitelğ VİSA Kartmane AZN* Komu: 4169 7388 1825 1856 Köçürmə uğurla tamamlandı İBA**********254 Karta köçürmə 100.00 AZN 4169 **** **** 1856 Kartdan: VİSA ****5342 Komissiya: 1.00 AZN xx.xx.2023-cü il saat 04:22, 04:24 və 14:41-də +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə göndərilən 5 yazılı mesaj: “MAHMUT ELMUSTAFA”, “Vesder yunon qardas”, “İsdanbull”, “Turkiye”, “MAHMUT ELMUSTAFA”. xx.xx.2023-cü il saat 14:52-də +**********24 mobil nömrəsindən +**********41 mobil nömrəsinə 01 ədəd poçt qəbzinin fotoşəkli göndərilmişdir. Həmin qəbzin məzmunu aşağıdakı kimidir: Poluçatelğ: MAHMUT ELMUSTAFA Strana: TÜRKİYƏ CÜMHURİYYƏTİ MTCN: ********** Data i vremə: xx.xx.2023 02:49 PM Aqent: Azerpoct MMC, Oğuz ş. N.Nərimanov küç. 23 Otrpavlennaə summa: 72.00 Plata za perevod: 3.00 İtoqo: 75.00 USD Summa k vıdaçe: 72.00 USD Bundan əlavə qəbzin üzərində “AZƏRBAYCAN, AZ4800, xx.xx.2023, Oğuz MXŞ” sözləri əks olunmuş ştamp vardır. xx.xx.2023-cü il saat 23:08-dən xx.xx.2023-cü il saat 16:55-dək +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə çoxlu sayda ödəniş qəbzlərini özündə əks etdirən fotoşəkillər göndərilmişdir. Həmin fotoşəkillərin məzmunu aşağıdakı kimidir: "xxxx" MMC / VÖEN ********** Milliön elektron ödəmə sistemi Terminal No 01621 Gəncə şəh. H.Əliyev pr. 3. Real market xx/xx/2023 23:07:10 "xxxx" xidmətinin nağd ödənişi A.S.A: M***** A***** T***** Kartın nömrəsi: 416973******1856 Məbləğ: 7.00 (AZN) Əməliyyat No: ********** Kapitalkart8-********** "xxxx" MMC / VÖEN ********** Milliön elektron ödəmə sistemi Terminal No 01621 Gəncə şəh. H.Əliyev pr. 3. Real market xx/xx/2023 16:18:25 "xxxx" xidmətinin nağd ödənişi A.S.A: M***** A***** T***** Kartın nömrəsi: 416973******1856 Məbləğ: 10.00 (AZN) Əməliyyat No: ********** Kapitalkart8-********** "xxxx" MMC / VÖEN ********** Milliön elektron ödəmə sistemi Terminal No 01621 Gəncə şəh. H.Əliyev pr. 3. Real market xx/xx/2023 20:22:07 "xxxx" xidmətinin nağd ödənişi A.S.A: M***** A***** T***** Kartın nömrəsi: 416973******1856 Məbləğ: 10.00 (AZN) Əməliyyat No: ********** Kapitalkart8-********** "xxxx" MMC / VÖEN ********** Milliön elektron ödəmə sistemi Terminal No 51071 Qəbələ r. Zarağan k. Bazarstore xx/xx/2023 16:51:31 "xxxx" xidmətinin nağd ödənişi A.S.A: M***** A***** T***** Kartın nömrəsi: 416973******1856 Məbləğ: 5.00 (AZN) Əməliyyat No: ********** Kapitalkart8-********** Kapital Bank – Karta Mədaxil Daxil edildi: AZN 20.00 Ödənilən məbləğ: AZN 20.00 Müştərinin Adı, Soyadı: M***** A***** T***** OĞLU Kart nömrəsi: 416973******1856 Əməliyyat nömrəsi: ********** "xxxx" MMC / VÖEN ********** Milliön elektron ödəmə sistemi Terminal No 01621 Gəncə şəh. H.Əliyev pr. 3. Real market xx/xx/2023 22:03:52 "xxxx" xidmətinin nağd ödənişi A.S.A: M***** A***** T***** Kartın nömrəsi: 416973******1856 Məbləğ: 15.00 (AZN) Əməliyyat No: ********** Kapitalkart8-********** Kapital Bank – Karta Mədaxil Daxil edildi: AZN 7.00 Ödənilən məbləğ: AZN 7.00 Müştərinin Adı, Soyadı: M***** A***** T***** OĞLU Kart nömrəsi: 416973******1856 Qəbz nömrəsi - 350358812 Əməliyyat tarixi - xx.xx.2023, 16:49 Məbləğ - 51,00 azn Kateqoriya – köçürmə Vəsait silinən kart/hesab - 416973******4486 Vəsait alan kart/hesab - 416973******1856 Qəbul edən - AB***** M******* xx.xx.2023-cü il saat 07:25-də +**********24 mobil nömrəsindən +**********41 mobil nömrəsinə aşağıdakı məzmunda yazılı mesaj göndərilmişdir: “X41 X17 belə buyurdu: Allah yolunda bir-birlərini sevənler cənnətdə qızıl yaqutdan düzəldilmiş bir dirək üzərində durarlar. O dirəyin təpəsində yetmiş min köşk (malikanə) vardır. O köşklərdə oturanlar cənnət əhlinə yuxarıdan baxarlar. Günəşin dünya əhlinə parıldadığı kimi onların gözəlliyi cənnət əhlinə gözəl görünər. ...” xx.xx.2023-cü il saat 07:46-da +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə “İdris” dini ləqəbli Kamran Şıxəliyevə məxsus olması ehtimal edilən fotoşəkil göndərilmişdir. xx.xx.2023-cü il saat 01:32 və 07:05-də +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “125 manat exim”, ikinci yazılı mesajda isə +**********24 mobil nömrəsi ilə əvvəlki danışıqlarının ekran görüntüsü göndərərək “Şubat aynın 4 nen hesabla Axi sen bana para yollayannan sonra Olan cekler” sözlərini yazmışdır. xx.xx.2023-cü il saat 12:38-də +**********24 mobil nömrəsindən +**********41 mobil nömrəsinə 01 ədəd poçt qəbzinin fotoşəkli göndərilmişdir. Həmin qəbzin məzmunu aşağıdakı kimidir: Otpravitelğ: ABİT TEYMUR OGLU MARDANOV Adres/Tel: AZ, OGUZ, OGUZ MUXAS 2, +**********24 Tip dokumenta: Şəxsiyyət vəsiqəsi (köhnə) Nomer dokumenta: ******** Data vıdaçi: xx.xx.2016 Deystvitelen do: xx.xx.2025 Strana vıdaçi: AZƏRBAYCAN RESPUBLİKASİ Nomer mobilğnoqo telefona otpravitelə: +**********24 Poluçatelğ: İBRAHİM BAYRAKCİ Strana: TÜRKİYƏ CÜMHURİYYƏTİ MTCN: ********** Data i vremə: xx.xx.2023 11:37 PM Aqent: Azerpoct MMC, Oğuz ş. N.Nərimanov küç. 23 Otrpavlennaə summa: 70.00 Plata za perevod: 3.00 İtoqo: 73.00 USD Summa k vıdaçe: 70.00 USD Bundan əlavə qəbzin üzərində “AZƏRBAYCAN, AZ4800, xx.xx.2023, Oğuz MXŞ” sözləri əks olunmuş ştamp, habelə qırmızı rəngli qələmlə əlyazma şəklində yazılmış “**********” rəqəmləri vardır. xx.xx.2023-cü il saat 06:27-də +**********24 mobil nömrəsindən +**********41 mobil nömrəsinə 01 ədəd aşağıdakı məzmunda fotoşəkil göndərilmişdir: “Dünən 23:16 Western Union: İbrahim pul köçürmənizin MTCN-ni ********** aldı” xx.xx.2023-cü il saat 22:08-də +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə göndərilən 1 ədəd video faylının məzmunu: Video “İdris” dini ləqəbli Kamran Şıxəliyev olması ehtimal edilən şəxs tərəfindən qeydə alınmışdır. Videonun əvvəlində şəxs özünü göstərir. Daha sonra telefonun kamerasını körpə uşağa çevirərək “men de iyiyim əxi sən nasılsın iyimisin, əxi bunun gözlərinə bax nə gözəldi, bak bak bak əxi nasıl, abiyə salam söylə söylə abla abi, abi abi nasılsın abi, abi gəl buraya gəl abi, git qazaxistana sonra inşallah dönərsin, bana dəyərsin inşallah, söylə abi abi, abi nasılsın abi, baba sene dua yapıyor abi” sözlərini səsləndirir. xx.xx.2023-cü il saat 12:19-da +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə “YouTube” sosial platformasında paylaşılmış “Xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşları həbs edilmişlər” başlıqlı video göndərilmişdir. Bundan əlavə baxış zamanı Kamran Şıxəliyevə məxsus +**********41 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus +**********24 saylı mobil nömrə arasında aparılmış səsli mesajlaşmalar müəyyən edildi: +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə göndərilmiş səsli mesaj: “salam aleykum və rahmatullahi və barakatu nətərsən əxi nə var nə yox salamatçılıqdı əxi Allahın izni ilə birinci gün qardaş pul göndərməlidi hə elə onun hesabına vurarsan Allahın izni ilə birinci gün indi yox hə inşallah Allah səndən razı olsun.” +**********24 mobil nömrəsindən +**********41 mobil nömrəsinə göndərilmiş səsli mesaj: “və aleykuma salam və rahmatullahi və barakatu Allaha həmd olsun əxican sən necəsən tamam əxi inşallah” +**********24 mobil nömrəsindən +**********41 mobil nömrəsinə göndərilmiş səsli mesaj: “hə əlhəmdullillah əxican başa düşdüm əxi haqqıvı halal elə əxi sadəcə kart yoxdu əxi kimin kartına vurum hansı karta vurum sən kartı göndər mənə əxi Allahın izni ilə mən o karta vurum da Allahın izni ilə sən kartı atki mən ora vurum bilim Allahın izni ilə əxi” +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə göndərilmiş səsli mesaj: “.... (gülür) ruçnoydayam əxi ruçnoyu dartmışam 10 diş yadımdan çıxıb sənə kart atmaq sübhənallah nətərsən əxi nə var nə yox salamatçılıqdı hə mən də getmişdim əxi qardaş var olara getmişdim bidene başqa şəhər var hə getdin ailəvi getmişdim mən də ailəmi aparmışdım getdiy dincəldiy orda sübhənallah.” +**********24 mobil nömrəsindən +**********41 mobil nömrəsinə göndərilmiş səsli mesaj: “hə əlhəmdullillah əxi lap yaxşı əxi Allah bərəkət versin Allah sizləri qorusun əxi Allaha həmd olsun əxi lap yaxşı əxi məndədə yaxşılıqdı əlhəmdullillah əxi problem yoxdu əxican, əxican sadəcə bugün də yağış yağdı bizim kənddə mən rayona getməliyəm sabah inşallah ödəmək üçün sabah rayona gedib inşallah vuraram yəni yağış yağanda əxi çıxa bilmirəm evdən motosikletnənəm əxi mənim miniyim axı motosikletdi açıqdı da əxi yağış yağanda problem olur çölə çıxmaq biraz Allaha and olsun istanır adam inşallah əxi sabahlarım şey olmasa əxi Allahın izni ilə yağış olmasa inşallah özümün də işləri var əxi rayonda gedib göndərərəm əxi Allahın izni ilə” +**********24 mobil nömrəsindən +**********41 mobil nömrəsinə göndərilmiş səsli mesaj: “salam aleykum və rahmatullahi əxi nətərsən nə var nə yox vəziyyət əxi göndərdim Allahın izni ilə Allah supantala bərəkət versin əxican nə deyəsiydim mənim bu kartımın vaxtı bitir əxi hardasa ayın 25-i əxi bu ayın 25-i üstünə də yazılıbdı əxi vaxtı bitir əxi inşəallah başqa əxi göndərmək istəsə əxi mənə deyərsən başqa sənə kart öz adıma açdıracam əxi uzunmüddətli yəni karta deyərəm ona vurarlar inşallah əxi əgər göndərilmək istəsə” +**********41 mobil nömrəsindən +**********24 mobil nömrəsinə göndərilmiş səsli mesaj: “.... rahmatullahi və barakatu hə tamam əxi tamam inşallah əxi inşallah Allahın izni ilə sən nə vaxt açacaqsan kartı mənə deyərsən inşallah tamam Allah səndən razı olsun əxi hə lazım olur əxi mənə sən inşallah çıxardan kimi təzəsin mənə at inşallah mənə pul zad gələcək inşallah atacam sənə” +**********24 mobil nömrəsindən +**********41 mobil nömrəsinə göndərilmiş səsli mesaj: “oldu əxican inşallah Allah senden de razı olsun oldu əxi tamam inşallah açacam əxi.” Bundan əlavə əsas menyuya baxış zamanı telefonun yaddaşından olan “Messages” bölməsinə daxil olduqda orada +44 7860 078856 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********24 saylı mobil nömrəyə xx.xx.2023-cü il saat 16:28-də “Western Union: Hesni İkram pul köçürmənizin MTCN-ni ********** aldı.” xx.xx.2023-cü il saat 18:47-də isə “Western Union: Mahmut pul köçürmənizin MTCN-ni ********** aldı.” məzmunlu yazılı mesajların göndərildiyi müəyyən edilmiş, həmçinin “Messages” bölməsində adı “WUService” kimi qeyd edilmiş hesabdan Təqsirləndirilən şəxs istifadəsində olan +**********24 saylı mobil nömrəyə xx.xx.2023-cü il saat 23:16-da “Western Union: İbrahim pul köçürmənizin MTCN-ni ********** aldı.” məzmunlu yazılı mesaj göndərildiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqə 170-193). Maddi sübut kimi tanımaq haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A03s” markalı “SM-A037F/DS” modelli mobil telefon və ona quraşdırılmış +994 55 550 38 24 saylı mobil nömrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 200-201). Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş 3 (üç) ədəd plastik bank kartlarına baxış keçirilməsi barədə 16 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin bank kartlarının hər birinin ön tərəfində “birbank”, “Cashback” “VİSA” sözləri, “wifi” işarəsi vardır. Bank kartlarının arxa tərəfində müvafiq olaraq “4169 7388 1825 1856”, “09/25”, “474” rəqəmləri, “4169 7388 2279 2465”, “04/26”, “866” rəqəmləri, “4169 7388 7483 9594”, “07/26”, “678” rəqəmləri, habelə “AZN” sözləri qeyd olunmuşdur (cild 1, iş vərəq 215-216). Maddi sübut kimi tanımaq haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4169 7388 1825 1856” nömrəli bank kartı iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəq 202-203). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsi zamanı sonuncu ilə X13 arasında olan səsli mesajlaşmalar və Kamrana məxsus olması ehtimal edilən foto şəkillər nəzərdən keçirilməsi üçün Şahid təqdim edilmiş, Şahid həmin səsli mesajların və fotoşəkillərin qardaşı X7 məxsus olduğunu təsdiq etmişdir (cild 1, iş vərəq 268-271). Şahid mobil telefonuna baxış keçirilməsi barədə 08 aprel 2024-cü il tarixli protokolla “WhatsApp” mobil tətbiqində Şahid +994 50 985 25 18 saylı mobil nömrə ilə sonuncunun qardaşı X7 məxsus +90 538 053 55 48 saylı mobil nömrə arasında çoxsaylı səsli və yazılı mesajlar olduğu, eyni zamanda Kamran Şıxəliyevin istifadəsində olan +90 538 053 55 48 saylı mobil nömrədən Şahid istifadəsində olan +994 50 985 25 18 saylı mobil nömrəyə çoxsaylı foto və videolar göndərildiyi müəyyən edilmişdir (cild 1, iş vərəq 272-273). Mənzil Kommunal Təsərrüfat Birliyinin 138 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 02 may 2024-cü il tarixli 40 nömrəli arayışdan görünür ki, X1 Sənan Sərdar oğlunun qardaşıdır və onlar ünvan 2 ünvanında qeydiyyatdadırlar (cild 1, iş vərəqə 317-318). Məhkəmə-fonoskopik ekspertizasının 26 aprel 2024-cü il tarixli 3-16-16/2-4/566 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Eyni zamanda ekspertizaya təqdim olunmuş 2 ədəd DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi eyni şəxsə, yəni X7 məxsusdur. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat müəyyən edilmişdir (cild 1, iş vərəq 305-313). "xxxx" MMC-dən 22 may 2024-cü il tarixli 3-39-9/1-1553/24 nömrəli məktubla daxil olmuş kompakt diskə baxış zamanı +44 7860 078856 saylı mobil nömrədən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********24 saylı mobil nömrəyə xx.xx.2023-cü il saat 16:28:44-də “Western Union: Hesni İkram pul köçürmənizin MTCN-ni ********** aldı.” xx.xx.2023-cü il saat 18:47:37-də “Western Union: Mahmut pul köçürmənizin MTCN-ni ********** aldı.” məzmunlu, bundan əlavə adı “WUService” kimi qeyd edilmiş hesabdan +**********24 saylı mobil nömrəyə xx.xx.2023-cü il saat 23:16:17-də “Western Union: İbrahim pul köçürmənizin MTCN-ni ********** aldı.” məzmunlu yazılı mesajların göndərildiyi müəyyən edilmişdir (cild 2, iş vərəq 32). Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən 09 aprel 2024-cü il tarixli 3-39-9/1-1108/24 nömrəli məktubla daxil olmuş kompakt diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin daxilində 02 ədəd "xxxx" və "xxxx" adlı qovluqlar mövcuddur. "xxxx" adlı qovluğa daxil olduqda orada iş üzrə Təqsirləndirilən şəxs "xxxx" MMC vasitəsilə ölkədaxili və beynəlxalq pul köçürmələri etdiyi görünür. Belə ki, Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdə "xxxx" MMC-nin Oğuz rayon X25 100 ABŞ dolları pul vəsaitini “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasına Bouakez Hesni İkram adlı şəxsə, 03 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin Oğuz rayon X25 72 ABŞ dolları pul vəsaitini “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasına Elmustafa Mahmut adlı şəxsə, 01 aprel 2023-cü il tarixdə "xxxx" MMC-nin Oğuz rayon X25 70 ABŞ dolları pul vəsaitini “Western Union” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasına Bayrakcı İbrahim adlı şəxsə göndərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Oğuz rayon X31 27 yanvar 2023-cü il tarixdə 103 ABŞ dolları, 03 fevral 2023-cü il tarixdə 75 ABŞ dolları, 01 aprel 2023-cü il tarixdə 73 ABŞ dolları valyuta mübadilə əməliyyatı etdiyi görünür. "xxxx" adlı qovluqda “Kart hesabı Təqsirləndirilən şəxs (2).xls” adlı cədvəl faylına daxil olduqda orada cinayət işi üzrə Təqsirləndirilən şəxs adına "xxxx" ASC-də ******************** nömrəli bank hesabının açıldığı görünür. Həmin hesabın bağlı olduğu bank kartının nömrəsi “416973******1856” dır. Sözügedən hesab üzrə aparılmış mədaxil əməliyyatlarına nəzər saldıqda görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus “416973******1856” nömrəli bank kartına Ragımov Ramıl (FİN: 17DCE1) tərəfindən xx.xx.2023-cü il tarixdə 85 manat, xx.xx.2023-cü il tarixdə isə 51 manat pul vəsaiti köçürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs məxsus “416973******1856” nömrəli bank kartına ödəniş terminalları və digər bankların mobil bankçılıq proqramları vasitəsilə də pul vəsaitləri köçürüldüyü müəyyən edilmişdir (cild 1, iş vərəq 291-296). "xxxx" ASC-dən 23 may 2024-cü il tarixli 3-39-9/1-1586/24 nömrəli məktubla daxil olmuş kompakt diskə baxış zamanı aşkar edilmiş məlumatların Maliyyə Monitorinq Xidmətindən daxil olan məlumatlarla eynilik təşkil etməsi müəyyən edilmişdir (cild 2, iş vərəq 35-39). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 aprel 2024-cü il tarixli 865 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayətin törədildiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəq 299-302). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin 05 iyun 2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 14 avqust 2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının qalan hissəsi 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir (cild 1, iş vərəq: 194, 244-257). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum olunmuş şəxslər barəsində sınaq müdəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Oğuz rayon İcra Hakimiyyəti Başçısının Muxas kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1996-cı ildə Oğuz rayonunun Muxas kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Məktəbdə oxuduğu müddətdə özünü intizamlı şagird kimi göstərmişdir. 2008-ci ildə hərbi xidmətə getmiş, 2010-cu ildə hərbi xidməti başa vuraraq kəndə qayıtmışdır. Hərbi xidmətdən sonra fəhlə işləmək üçün Bakı şəhərinə getmiş, atası vəfat etdikdən sonra evdə təqaüdçü anası və İ qrup anadangəlmə əlil qardaşına baxmaq üçün kəndə qayıtmışdır. Bakı şəhərinə getdikdən sonra orada dindarlıqla məşğul olmağa başlamış, sonradan dini təriqətlərə qoşulmuşdur. Kəndə gəldikdən sonra həmyaşıdları arasında fikirlərini təbliğ etmək istəsə də ona fikir verən olmamışdır. Bu səbəbdən kənddə heç kəslə yoldaşlıq etməmişdir. Ailədə beş qardaş olmuşlar, onlardan üçü Bakı şəhərində Digah qəsəbəsində yaşayır, digər biri isə anadangəlmə əlil olduğu üçün kənddə evlərində olur. Təqsirləndirilən şəxs kəndə qayıtdıqdan sonra Oğuzda dülgər sexində işləmiş, kənddə heç kəslə münasibəti pis olmamış, qonşular və həmyaşıdları ilə intriqaları olmamışdır. Kəndin ictimai işlərinə qoşulmamış, kənddə yas mərasimlərinə, toy və digər el şənliklərinə ümumiyyətlə qarışmamış, kənddə keçirilən dövlət tədbirlərində iştirak etməmiş, çayxana və digər əhalinin toplaşdığı yerlərdən uzaq qaçmış, heç vaxt kənd çayxanasına girməmiş, həmyaşıdları ilə yoldaşlıq etməmişdir. Siqaret çəkən və spirtli içki içən deyil. Təqsirləndirilən şəxs ailəli olub, iki övladı var, lakin ailəsindən ayrı yaşayıb. Hal-hazırda həyat yoldaşı və övladları Bakı şəhərində yaşayırlar. Uşaqlarının aylıq alimentini vaxtlıvaxtında ödəsə də ailəsi və uşaqları ilə soyuq münasibətdədir (cild 1, iş vərəqə 220). Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, X15 20 dekabr 2015-ci il təvəllüdlü X30 və 24 fevral 2017-ci il təvəllüdlü X23 adlı iki azyaşlı uşağı var (cild 1, iş vərəqə 93). Oğuz rayon məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, X11 hər ay hər uşaq üçün 136 manat, cəmi 272 manat sabit pul məbləğində aliment tutularaq 20 dekabr 2015-ci il tarixdə anadan olmuş X30 və 24 fevral 2017-ci il tarixdə anadan olmuş X18 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı X16 verilməsi qət edilmişdir (cild 2, iş vərəq 271-274). Oğuz rayon məhkəməsinin 02 may 2024-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək onun qardaşı X19 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (cild 2, iş vərəq 275-277). Oğuz Rayon İcra Hakimiyyəti Başçısının 10 yanvar 2025-ci il tarixli, 04 nömrəli sərəncamımdan görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(054)-10/2024 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş qardaşı – xx.xx.1975-ci il təvəllüdlü X19 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs Suriyada döyüşən Kamran Şıxəliyevin ona həyat yoldaşının xəstə olduğunu deyərək ondan kömək istəməsinə, onun da yalnız Kamranın həyat yoldaşına kömək etmək məqsədilə pul göndərməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi xüsusilə ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun Cinayət Məcəlləsinin 214-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Cinayət işinin materiallarından görünür k, Təqsirləndirilən şəxs hələ 20 sentyabr 2023-cü il tarixdə, yəni barəsində cinayət işi başlanılmamışdan əvvəl əlyazma şəklində verdiyi izahatında göstərmişdir ki, “... bir neçə ildir ki, terrorçu Kamran Şıxəliyevə istifadəmdə olan Kapital banka məxsus hesab kartı ilə müxtəlif məbləğlərdə pul vəsaitləri toplayaraq Türkiyə üzərindən poçt vasitəsilə (sürətli pul köçürməsi) göndərmişəm. Mən bu hərəkəti edərkən əməlimin səhv olduğunu bilirdim, lakin buna baxmayaraq cihadda olan mücahid qardaşıma kömək etməyi özümə borc bildim..” (cild 1, iş vərəq 19-21). Bundan başqa, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində, 06 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ona ünvanlanmış “...həmin vəsaitləri Türkiyə Respublikasında olan şəxslər vasitəsilə “İdris” ləqəbli X7 çatdırmağınızda məqsədiniz nə olmuşdur?” sualına cavab olaraq göstərmişdir ki, “... əsas məqsədim Suriyaya cihadda olan mücahid qardaşım “İdris” ləqəbli Kamrana kömək etmək olmuşdur. Belə ki, mən əvvəllər özüm də Kamran vasitəsilə ora gedib vuruşmaq istəmişəm. Lakin sonradan qeyd etdiyim səbəblərdən ora getməyim alınmamışdır. Sonradan Kamran məndən belə bir xahiş etdikdən sonra mən Suriyada döyüşlərdə olan din qardaşıma kömək etmək istədim və onun dediklərini yerinə yetirdim ... Kamranla dini və əqidə birliyimiz olduğu üçün və Suriyada din uğrunda döyüşdüyü üçün mən ona bu yöndə kömək etmək qərarına gəlmişəm” (cild 1, iş vərəq 61-66, 153-156). Abit Mərdənov 05 sentyabr 2024-cü il tarixdə və 18 mart 2024-cü il tarixdə dindirilərkən pulu göndərməsinin məqsədilə bağlı heç bir ifadə verməmiş, yalnız ibtidai istintaqın sonunda, yəni 16 sentyabr 2024-cü il tarixdə verdiyi ifadədə Kamrana pul göndərməkdə məqsədinin onun xəstə həyat yoldaşına yardım etmək olduğunu bildirmişdir (cild 1, iş vərəqə 221-230; cild 2, iş vərəqə 214-229, 263-265). Göründüyü kimi Təqsirləndirilən şəxs uzun müddət verdiyi izahat və ifadələrində pulu Kamranın xəstə həyat yoldaşına yardım etmək məqsədilə göndərməsi barədə ümumiyyətlə heç nə deməmiş, yalnız ibtidai istintaqın qurtarmasından iki gün əvvəl yekun ifadəsində bu barədə bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə həmin hissədə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, onun ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsinin sanksiyasında on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, məhkumluğunun olmamasını, qəyyumluğunda fəaliyyət qabiliyyəti olmayan qardaşının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 05 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəqi 54-55, 165-168). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub cinayət işinin materiallarında saxlanılan, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A03s” markalı “SM-A037F/DS” modelli mobil telefon və ona quraşdırılmış +994 55 *** ** ** saylı mobil nömrə onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4169 7388 1825 1856” nömrəli bank kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A03s” markalı “SM-A037F/DS” modelli mobil telefon və ona quraşdırılmış +994 55 *** ** ** saylı mobil nömrə onun yaxın qohumlarına qaytarılsın. - Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4169 7388 1825 1856” nömrəli bank kartı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rafail Əliyev Hakimlər: Günay Aşurova (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar