Məhkəmə qərarları › İş №1(091)-78/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-78/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-78/2022 26.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X8 müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1983-cü ildə Şəki rayonu, Kiş kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Şəki Ağır Cinayətlər məhkəməsinin 11.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 29, 177.2.3, 181.3.1, 181.2.3, 228.3, 217.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 12 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilməklə hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 144.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tamah məqsədilə özgənin əmlakını ələ keçirmək üçün Şahid Azadxan oğlu ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Rusiya Federasiyasının Tatarıstan Respublikası Kazan şəhəri, Pobeda prospekti, ev 58A ünvanının yaxınlığında Kazan şəhəri, Rixard Zorge küçəsi, ev 71 ünvanında yerləşən 21 nömrəli gimnaziyada təhsil alan, onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 Abdulmalik oğlunun hansı marşrut üzrə hərəkət etməsi ilə bağlı məlumatlar toplayıb cinayət əməllərini həyata keçirmək üçün əvvəlcədən silah qismində istifadə etmək məqsədilə bıçaq, yapşıdırıcı (skoç) və ip kimi əşyalar götürüb, 08 dekabr 2012-ci il tarixdə saat 14:00 radələrində sonuncunun idarə etdiyi, Vaz-2109 markalı, X 140 HY 16 rus dövlət nömrə nişanlı avtomobilin salonunda gözləyib Zərərçəkmiş şəxs1 oxuduğu 21 nömrəli gimnaziyadan çıxmasını gördükdən sonra ətrafda kənar şəxslərin və nəqliyyat vasitələrinin olmadığını görüb, cinayət əməllərini həyata keçirmək üçün münbit şərait yarandığını nəzərə alaraq avtomobildən düşüb müqavimətini sındırmaq üçün zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək qəsdən sillə ilə üzünə, yumruqla alın nahiyəsinə vurub fiziki ağrı yetirməklə ona fiziki zor tətbiq edib avtomobilin arxa oturacağına mindirmiş, həmin vaxt Şahid avtomobildən düşüb zərərçəkmiş şəxsin yanında arxa oturacaqda əyləşib qabaqcadan özü ilə götürdüyü silah qismində istifadə etdiyi bıçağı onun boyun nahiyəsinə dirəyib iradəsini sındırmaq məqsədilə öldürməklə hədələdiyi zaman avtomobilin sükanı arxasına keçib avtomobili idarə edərək onu oradan Kazan şəhəri, Komarov küçəsi, ev 14 ünvanına aparıb, orada Şahidlə birlikdə onun əllərini və ayaqlarını yapşıdırıcı (skoç) və iplə bağlayıb fiziki ağrı yetirməklə ona hər iki biləyin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, həmin gün saat 14:30 radələrində göstərilən ünvanın həyətindən zərərçəkmiş şəxsin yaxın qohumu olan atası X4 istifadə etdiyi mobil telefona zəng edib oğlunu oğurladığını bildirərək, oğlunun azad olunması üçün ondan xeyli miqdarda, yəni 1.000.000 rubl həmin tarixə olan milli valyuta məzənnəsi ilə 25.300 manat pul tələb etmiş, tələblərini yerinə yetirməyəcəyi təqdirdə oğlunu azad etməyəcəkləri və ona qarşı zor tətbiq edərək saxlayacayaqları ilə hədələmiş, daha sonra Şahidlə birlikdə Zərərçəkmiş şəxs1 Kazan şəhəri, Komarov küçəsi, ev 14 ünvanından cinayətkar niyyətlərini başa çatdırmaq üçün Tatarıstan Respublikası Kazan şəhəri, Qasımov qardaşları küçəsi, ev 40, mənzil 13 ünvanına aparıb həmin ünvanda saat 23:30 dəqiqəyədək orada saxlamaqla adam oğurluğu cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, qanunsuz olaraq tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid Azadxan oğlu ilə qabaqcadan əlbir olan, bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Rusiya Federasiyasının Tatarıstan Respublikası Kazan şəhəri, Pobeda prospekti, ev 58A ünvanının yaxınlığında Kazan şəhəri, Rixard Zorge küçəsi, ev 71 ünvanında yerləşən 21 nömrəli gimnaziyada təhsil alan, onlar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 Abdulmalik oğlunun hansı marşrut üzrə hərəkət etməsi ilə bağlı məlumatlar toplayıb cinayət əməllərini həyata keçirmək üçün əvvəlcədən silah qismində istifadə etmək məqsədilə bıçaq, yapşıdırıcı (skoç) və ip kimi əşyalar götürüb, 08 dekabr 2012-ci il tarixdə saat 14:00 radələrində sonuncunun idarə etdiyi, Vaz-2109 markalı, X 140 HY 16 rus dövlət nömrə nişanlı avtomobilin salonunda gözləyib Zərərçəkmiş şəxs1 oxuduğu 21 nömrəli gimnaziyadan çıxmasını gördükdən sonra ətrafda kənar şəxslərin və nəqliyyat vasitələrinin olmadığını görüb, cinayət əməllərini həyata keçirmək üçün münbit şərait yarandığını nəzərə alaraq avtomobildən düşüb müqavimətini sındırmaq üçün zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək qəsdən sillə ilə üzünə, yumruqla alın nahiyəsinə vurub fiziki ağrı yetirməklə ona fiziki zor tətbiq edib avtomobilin arxa oturacağına mindirmiş, həmin vaxt Şahid avtomobildən düşüb zərərçəkmiş şəxsin yanında arxa oturacaqda əyləşib qabaqcadan özü ilə götürdüyü silah qismində istifadə etdiyi bıçağı onun boyun nahiyəsinə dirəyib iradəsini sındırmaq məqsədilə öldürməklə hədələdiyi zaman avtomobilin sükanı arxasına keçib avtomobili idarə edərək onu oradan Kazan şəhəri, Komarov küçəsi, ev 14 ünvanına aparmış, həmin gün saat 14:30 radələrində göstərilən ünvanın həyətinə daxil olduqdan sonra Şahid avtomobilin salonunda Zərərçəkmiş şəxs1 bıçaqla hədələyib 600 rubl məbləğində həmin tarixə olan milli valyuta məzənəsi ilə 15.18 manat olan pulunu və 28.000 rubl dəyərində həmin tarixə olan milli valyuta məzənnəsi ilə 708.40 manat dəyərində bir ədəd «Samsunq Galaxy S3» markalı mobil telefonunu alıb ona verməklə zərərçəkmiş şəxsə məxsus cəmi 28.600 rubl həmin tarixə olan milli valyuta məzənnəsi ilə 723.58 manat məbləğində əmlakı basqın yolu ilə talayaraq quldurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2012ci ilin sentyabr ayında işləmək məqsədilə Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərinə gedərək orada kirayə tutduğu evdə yaşamışdır. Orada tanış olduğu azərbaycanlılarla «Daşkənd» adlanan kafeyə gedib çay içmiş, 2012-ci ildə Şahid və hazırda xatırlamadığı daha üç azərbaycanlı ilə «Daşkənd» adlanan kafedə çay içərkən kafenin sahibi onlara yaxınlaşıb kafedən çıxın kafeyə pullu müştəri gəldiyini demişdir. Həmin vaxtı kafenin sahibinin yanında az yaşlı oğlu da olmuş, onlar kafenin sahibindən onları nə üçün kafedən çıxardığını, gələn müştərilərin kim olduğunu soruşduqda sonuncu onlara kafedən çıxmalarını banket olacağını bildirmişdir. Həmin vaxt gələn müştərilərin ermənilər olduğunu öyrənmiş, bu səbəbdən kafenin sahibi ilə aralarında mübahisə yaranmış və əlbəyaxa olmuşlar. Onları araladıqları üçün aralarında dava olmamamış, bundan sonra digər azərbaycanlılarla birlikdə kafedən çıxıb evlərinə getmişlər. İki gündən sonra Şahidlə şəhərdə gəzən zaman «Daşkənd» kafesinin yaxınlığında kafenin sahibinin oğlunu gördükdə sonuncunun atasının onlara etdiyi hərəkətlərı xatırlayıb oğlanı yanlarına çağırmış və İlkinlə birlikdə hər biri həmin oğlana bir-iki şillə, təpik vurub döymüşlər. İki gündən sonra ailə vəziyyəti ilə əlaqədar yaşadığı Şəki şəhərinə qayıtmış, 2013-cü ildə isə oğurluq etdiyinə görə həbs olunmuşdur. İlkinlə birlikdə Sardorbeki oğurlamamış, bıçaqla sonuncuya hədə qorxu gəlib telefonunu və pulunu əlindən almamışdır. Həmçinin Sardorbeki oğurlayıb sonuncunun azad olunması üçün atasından pul tələb etməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 Abdulmalik oğlu məhkəməyədək icraat zamanı ifadəsində bildirmişdir ki, 8 dekabr 2012-ci il tarixdə saat 14 radələrində məktəbdən çıxmış, Kazan şəhəri, Pobeda prospekti, ev 58A ünvanı yaxınlığında yerləşən uşaq bağçasının yanında ağ rəngli «VAZ-2109» markalı avtomobilin yanından keçəndə sonradan adının Şahid olduğunu bildiyi şəxs avtomaşından çıxaraq onun çənəsindən yapışmış, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs isə onun alnına yumruq vurub itələyib avtomobilə salmışlar. Şahid arxa oturacağa əyləşib onun boynundan tutub bıçaq dirədiyi üçün qorxmuş, sonra onlar hansısa həyətə doğru hərəkət etmişlər. Orada Şahid onun əl və ayaqlarını bağlamış, üzünə kapüşonu keçirərək sonra skoçla bağlamışlar. İlkinlə Kamran öz aralarında azərbaycan dilində danışmış, Şahid paltarının cibindən «Samsung Galaxy S3» markalı mobil telefonu və 600 rubl məbləğində pulu çıxarmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ondan atası Zərərçəkmiş şəxs2 necə zəng etməli olduğunu soruşduqdan sonra Kamran və İlkin onu yaşadığı Kazan şəhəri, Qasımov qardaşları küçəsi, ev 40, mənzil 13 ünvanına aparmışlar. Orada yenidən onu analoji şəkildə skoçla bağlamış, bir müddət sonra otağa sonradan Ağababa Abbasov olduğunu bildiyi şəxs gələrək Şahid danlamışdır. Bundan sonra onu sərbəst buraxmışlar. Sonradan ona məlum olmuşdur ki, onlar onun azad edilməsinə görə atası Zərərçəkmiş şəxs2 ******* rubl məbləğində pul tələb etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı ilkin ifadəsində bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs1 Kazan şəhər 21 saylı gimnaziyanın 10b sinfində oxumaqla dərsləri saat 14-dək davam etmiş, 08 dekabr 2012-ci il tarixdə ona oğlu Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefondan zəng gələrək onunla danışan Təqsirləndirilən şəxs ona oğlu Sardorbekin oğurlandığını bildirmiş və ondan 1 000 000 rubl məbləğində pul hazırlamağı tələb etmişdir. Ona görə X1 tapmağı xahiş etmişdir, lakin Mutallib oğlunu tapa bilməmişdir. 08.12.2012-ci il tarixdə saat 1455 radələrində Təqsirləndirilən şəxs ondan oğlunun azad olunması üçün ******* rubl məbləğində pul hazırlamağı tələb etmiş, oğlunun axtarışı nəticə vermədiyinə görə polisə müraciət etmişdir. 09 dekabr 2012-ci il tarixdə saat 0030 dəqiqədə Muhiddin ona zəng edərək oğlu Zərərçəkmiş şəxs1 «Daşkənd» kafesinə qayıtdığını bildirmiş, sonradan Sardorbekin 08 dekabr 2012-ci il tarixdə gimnaziyadan «Daşkənd» kafesinə gedərkən, Kazan şəhəri, Qələbə prospekti, ev 58A ünvanı yaxınlığında yerləşən uşaq bağçasının yanında iki nəfər sonradan adlarının Şahid və Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin hücum edərək ağ rəngli «VAZ-2109» markalı avtomaşına itələyib salmaqla alnına yumruq vurduqlarını bilmişdir. Şahid arxa oturacağa əyləşmiş, onun boynundan tutub ona 30-35 sm uzunluğunda, tutacağına qara rəngdə izoləedici lent sarınmış bıçaq dirəmişdir. Təqsirləndirilən şəxs sükan arxasına əyləşmiş, sonra həmin şəxslər ona hədəqorxu gəlmişlər. Bundan sonra həmin şəxslər Sardorbekin əl və ayaqlarını bağlamış, üzünə kapüşonu keçirərək skoçla bağlamışlar. Şahid paltarının cibindən «Samsung Galaxy S3» markalı mobil telefonu və 600 rubl məbləğində pul çıxarmış, telefonunu blokdan çıxardıqdan sonra Kamran ona zəng etmiş, bundan sonra onlar oğlunu Kazan şəhəri, Qasımov qardaşları küçəsi, ev 40, mənzil 13 ünvanına aparmışlar. Orada yenidən Sardorbeki eyni qaydada skoçla bağlamış, bir müddət sonra otağa Ağababa Abbasov gəlmiş və Şahid danladıqdan sonra oğlunu azad etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2012-ci ilin dekabr ayında Rusiya Federasiyası Kazan şəhərində “Daşkənd” kafesində Təqsirləndirilən şəxsla birlikdə oturarkən bir nəfər onlara yaxınlaşaraq kafedən getmələrini tələb etmiş, bunun üstündə aralarında mübahisə baş vermişdir. Sonrakı gün Kamran ilə birlikdə həmin qisas almaq məqsədi ilə həmin şəxslərdən birinin uşağını qaçırmaq qərarına gəlmişlər. Həmin uşaq dərsdə gələn zaman sonuncunu bıçaq ilə qorxudaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə mindirmişlər. Uşağı qaçıran zaman onlara müqavimət göstərmiş, telefonla danışmaması üçün Kamran uşaqdan telefonu almışdır. Kamran uşaqdan pul götürmüş, həmçinin uşağın atasından pul almaq istəmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifaədisndə bildirmişdir ki, 2012-ci ilin birinci yarısında Kazan şəhərinə işləyən atasının yanına getmiş, orada olduğu müddət ərzində tez-tez dostları ilə «Daşkənd» kafesinə getmişdir. 2012-ci ilin noyabr ayının sonunda tanış olduğu Təqsirləndirilən şəxs onunla telefon söhbəti zamanı pul qazanmaq istəyib-istəmədiyini soruşduqda sonuncu ilə razılşamış, 07 dekabr 2012-ci il tarixdə Təqsirləndirilən şəxsla görüşən zamanı sonuncu ona «Daşkənd» kafesinin sahibi Zərərçəkmiş şəxs2 oğlu Zərərçəkmiş şəxs1 pul tələb etmək üçün oğurlamaq istədiyini, bu işdə köməklik göstərəcəyi təqdirdə 500000 rubl pul vercəyini təklif etmişdir. Kamran avtomobili özü idarə edəcəyini, onun isə uşağın əl və ayaqlarını skoçla bağlayacağını və qışqırmaması üçün bıçaqla hədə-qorxu gələcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq birlikdə hərəkət planı tərtib edib görüş vaxtını təyin etdikdən sonra çıxıb evlərinə getmişdir. Həmin gün axşam Kamran ona 08.12.2012-ci il tarixdə Kazan şəhəri, R. Zorqe küçəsi, ev 67 ünvanında yerləşən «Daşkənd» kafesinin yanında olması barədə sms göndərmiş, səhəri gün saat 900-da Kamran ona zəng edib görüş barədə xəbərdarlıq etdikdə sonuncuya uşağın oğurlanmasının yadında olduğunu və kafeyə gələcəyini demişdir. Kafeyə çatanda Təqsirləndirilən şəxs ağ rəngli VAZ-2109 markalı avtomaşınla orada olmuş, həmin avtomaşına oturub kafenin sahibinin oğlunun oxuduğu 21 nömrəli gimnaziyaya doğru hərəkət etmişlər. Məktəbin yanında dayanıb oğlanın məktəbdən çıxmasını gözləməyə başlamış, Kamran ona həmin vaxt avtomobildə arxada bıçaq, ip, skoç, birdəfəlik plastmas qandallar olduğunu demişdir. Saat 14 radələrində Kamran məktəbdən çıxan oğlanı göstərib həmin oğlanın kafenin sahibi X2 Jurayev olduğunu və sonuncunu oğurlamaq lazım olduğunu bildirmişdir. Bundan sonra avtomaşından çıxıb Sardorbekin boynundan tutub Kamranla birlikdə itələyib maşına salmış, Kamran sükan arxasına keçmiş, özü isə arxa oturacaqda Sardorbekin yanında əyləşmişdir. Həmin vaxt Sardorbek müqavimət göstərib köməyə adam çağırdığı üçün sonuncunun boynundan tutub bıçaq dirəmiş, daha sonra Sardorbekin əllərinə qandal keçirib əllərini skoçla bağlamış, ayaqlarını ip və skoçla bağlamış, sonra yenidən boğazına bıçağı dirəyərək səsküy salacağı təqdirdə ölümlə hədələmişdir. Bundan sonra Sardorbekin paltarının cibindən mobil telefon və təxminən 1000 rubl pul çıxarıb Təqsirləndirilən şəxs vermiş, Kamran həmin pulun 200 rublunu ona vermişdir. Sardorbekin telefonunun parolunu açdıqdan sonra Kamran Sardorbekin atası Abdulmalik Jurayevin mobil telefonuna zəng etmiş, Kamran danışdıqdan sonra ona Zərərçəkmiş şəxs2 danışmaqdan imtina etdiyini demişdir. Kamrana Zərərçəkmiş şəxs1 yaşadığı Kazan şəhəri, Qasımov qardaşları küçəsi, ev 40, mənzil 13 ünvanına gətirməyi təklif etmiş, Kamran da razılaşdığı üçün Sardorbeki həmin ünvanda özünün otağına gətirmişlər. Həmin mənzildə onunla birlikdə yaşayan Süleyman, Ağababa və Əfəddin olmuş, mətbəxin qapısını örtmək istəyəndə Süleyman ondan nə etdiyini soruşmuşdur. Süleymana Kamranın qızla gəldiyini və utandığı üçün qapını örtdüyünü demiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs küçəyə çıxıb getmiş və bir daha qayıtmamışdır. Təxminən 30 dəqiqədən sonra Kamrana zəng edib oğlanın onun mənzilində olduğunu, eləcə də pul lazım olduğunu və geri qaytmasını dedikdə, danışığını Ağababa eşitmişdir. Ağababa olanları öyrəndikdən sonra isə yaxınlaşaraq ondan zərər çəkmiş şəxsi azad etməyi tələb etmiş, bundan sonra Ağababa Abasovla birgə zərər çəkmiş şəxsi küçəyə çıxarmış və evinə buraxmışlar. Geriyə qayıdanda Süleyman Əhədov və Snejanna Auxadeyevaya ilə rastlaşmış, Süleyman yolda ondan evlərindəki qızın gedibgetmədiyini soruşduqda Ağababa ona evdə qız olmadığını, onun Kamranla birlikdə Zərərçəkmiş şəxs1 oğurladıqlarını demişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanmış və dindirilən zaman Zərərçəkmiş şəxs1 oğurlanmasında təqsirini tam boynuna alaraq peşman olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 15.05.2013-cü il tarixli, 3099/2750 saylı ekspert rəyindən görünür ki, təqdim olunan tibbi sənədlərdə göstərilən diaqnoz «hər iki biləkdə zədələr, sıyrıqlar. Sağ tərəfdə qulağın arxa nahiyəsində zədə. Başın yumşaq toxumalarının zədəsi. Baş beyin zədələnməsi» obyektiv klinik məlumatlarla təsdiqlənmir, ağrı şikayətləri əsasında qeyd olunub. Ona görə məhkəmə-tibbi qiymətləndirilməsi aparıla bilməz. Zərərçəkmiş neyrocərraha, nevroloqqa müraciət etmədiyinə görə təqdim olunan tibbi sənəddə göstərilən diaqnoz «baş beyin zədələnməsi»obyektiv klinik məlumatlarla təsdiqlənmir, ağrı şikayətlər əsasında qeyd olunub, ona görə məhkəmə tibb qiymətləndirilməsi aparıla bilməz. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməbioloji ekspertizanın 15.05.2013-cü il tarixli, 464 nömrəli rəyindən görünür ki, hadisə yerindən götürülmüş skotç dolağında 1, 4 saylı obyektlərdə, 1 saylı kəndir fraqmentində, 5,6 saylı obyektlərdə, 3 saylı kəndir fraqmentində, 4 saylı kəndir fraqmentində 11 saylı obyektdə, 6 saylı kəndir fraqmentində 15 saylı obyektdə, 7 saylı kəndir fraqmentində 17 saylı obyektdə, 8 saylı kəndir fraqmentində, 1 saylı skotç fraqmentində, 2 saylı skotç fraqmentində 24, 25, 27, 28 saylı obyektlərdə tər izi aşkar edilmişdir. Tərin qrup mənsubiyyətini müəyyən edərkən yalnız H antigeni aşkar edilmişdir ki, bu da qan qrupu OaB olan şəxsə aid ola bilməz. Yuxarıda qeyd edilən predmetlərdə qan izi aşkar edilməmişdir. Hadisə yerindən götürülmüş skotç dolağında 2, 3 saylı obyektlərdə, 2 saylı kəndir fraqmentində 12 saylı obyektdə, 4 saylı kəndir fraqmentində 12 saylı obyektdə, 6 saylı kəndir fraqmentində 16 saylı obyektdə, 7 saylı kəndir fraqmentində 17 saylı obyektdə, 8 saylı kəndir fraqmentində, 1 saylı skotç fraqmentində, 2 saylı skotç fraqmentində tər izi aşkar edilmişdir. Tərin qrup mənsubiyyətini müəyyən edərkən yalnız H antigeni aşkar edilmişdir ki, bu da qrupu OaB olan şəxsə aid ola bilməz. Yuxarıda qeyd edilən predmetlərdə qan izi aşkar edilməmişdir. Hadisə yerindən götürülmüş skotç dolağında 1,4 saylı obyektlərdə, 1 saylı kəndir fraqmentində, 5, 6 saylı obyektlərdə, 3 saylı kəndir fraqmentində, 4 saylı kəndir fraqmentində 11 saylı obyektdə, 6 saylı kəndir fraqmentində 15 saylı obyektdə, 7 saylı kəndir fraqmentində 17 saylı obyektdə, 8 saylı kəndir fraqmentində, 1 saylı skotç fpaqmentində, 2 saylı skotç fraqmentində 24, 25, 27, 28 saylı obyektlərdə tər izləri aşkar edilmişdir. Tərin qrup mənsubiyyətini müəyyən edərkən yalnız H antigeni aşkar edilmişdir ki, bu da qan qrupu OaB olan şəxsə aid ola bilməz. Hadisə yerindən götürülmüş skotç dolağında, səkkiz ədəd kəndir fraqmentində, iki ədəd skotç fraqmentində tük aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında təddqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 617 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəlliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17.12.2012-ci il tarixli fotoşəkil üzrə tanınma üçün təqdim etmə protokolundan görünür ki, Şahid Azadxan oğlu ona tanınma üçün təqdim olunmuş fotoşəkillər arasından 08 dekabr 2012-ci il tarixdə Zərərçəkmiş şəxs1 Abdulmalik oğlunu birlikdə oğurladıqları Təqsirləndirilən şəxs tanımışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 29, 177.3.1, 29, 177.2.3, 181.3.1, 181.2.3, 228.3, 217.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.08.2015-ci il tarixli hökmü ilə 12 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2015-ci il tarixli hökmü ilə CM-in 29, 177.3.1, 29, 177.2.3, 181.3.1, 181.2.3, 228.3, 217.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 12 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs azadlıqdan mərhum etmə cəzası «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklər edilməsi haqqında Azərbaycan Respublikasının 20 oktyabr 2021-ci il tarixli Qanunun tətbiq edilməsi tətbiqi ilə əlaqədar 12 il 06 ay müddətindən qismən toplamaqla 12 il müddətinə azadlıqdan mərhum etmə cəzasına endirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Rusiya Federasiyası Tatarstan Respublikası Kazan şəhəri Privoljski rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli hökmündən görünür ki, Şahid Rusiya Federasiyası Cinayət Məcəlləsinin (bundan sonra RF CM) 126-cı maddəsinin 2-ci hissəsinin “a, в, г, д, з» bəndlərində nəzərdə tutulan cinayətin törədilməsində təqsirləndirilmə hissəsində RF CM-in 126-cı maddəsinin qeydinə və RF CM-in 75—ci maddəsinin 2-ci hissəsinə əsasən bəraət almış, RF CM-in 163-cü maddəsinin 2-ci hissəsinin “a, г” bəndlərində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinərək RF CM-in 162-ci maddəsinin 2-ci hissəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına, RF CM-in 163-cü maddəsinin 2-ci hissəssinin “a, г” bəndləri ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, RF CM-in 69-cu maddəsinin 3cü hissəsinə əsasən Şahid qəti olaraq 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş matereiallarında olan Rusiya Federasiyası Tatarıstan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyasının 25 oktyabr 2013-cü il tarixli qərarından görünür ki, Kazan şəhəri Privoljski rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli hökmü dəyişdirilərək RF CM-in 163-cü maddəsinin 2-ci hissəsinin “a, г” bəndləri ilə Şahid bəraət verilmiş, hökmdən məhkəmənin cəzanı RF CM-in 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təyin edilməsi qeydi çıxarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Dodu” məhəllə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla himayəsində 23.01.2007-ci ildə doğulmuş Nihat Qaffarov və 01.08.2009-cu ildə doğulmuş Nicat Qaffarov adlı uşaqları vardır. İş materiallarına əlavə Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2015-ci il tarixli hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2014-cü il tarixdən hesablanmışdır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri tərəfindən həyata keçirilsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən, talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq, birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğurlamamasına, sonuncuya qarşı quldurluq etməməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə zərərçəkmiş şəxslərin, Şahid ifadləri, ekspertiza rəyləri və işdə olan digər sənədlər əsas verir. Bunadan başqa məhkəmə kollegiyası Şahid Rusiya Federasiyası Kazan şəhəri Privoljski rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli hökmü ilə onun əməlinə adam oğurluğunu nəzərdə tutan RF CM-in 126- maddəsinin 2-ci hissəsinin “a, в, г, д, з» bəndləri ilə bəraət verilməsinə dair hissədə qeyd etməyi zəruri hesab edir ki, həmin hissə Təqsirləndirilən şəxs münasibətdə tətbiq edilə bilməz. Belə ki, CM-in 144-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs1 könüllü olaraq azad olunması Təqsirləndirilən şəxs niyyəti ilə əhatə olunmamış, sonuncu Zərərçəkmiş şəxs1 Şahid yaşadığı evə gətirdikdən sonra Zərərçəkmiş şəxs1 götürdüyü mobil telefonu götürüb evdən çıxmış, artıq hüquq-mühafizə orqanlarının məlumatı olacağından qorxduğuna görə bir daha həmin evə qayıtmamışdır. Evdə olduqları zaman Şahid könüllü olaraq Zərərçəkmiş şəxs1 azad edib buraxmışdır. Həmçinin Təqsirləndirilən şəxs əməlində adam oğurluğundan başqa CM-in 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş digər cinayət tərkibinin də əlamətlərinin mövcud olması onun barəsində CM-in 144-cü maddəsinin tətbiqini istisna edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 144.3, 181.2.1 və 181.2.5-ci maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 12.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 12.5-ci maddəsində göstəriliri ki, həmin Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Konvensiyanın cinayət təqibinin həyata keçirilməsi bölməsinin 3-cü bəndində göstərilir ki, “sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanununu ilə cəzalandırılmalı əməl olsun. Şəxs törədilimiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının ərazisində törətdiyi əməl RF CM-in 162-ci maddəsinin 2-ci hissəsinə görə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) 9 (doqquz) ilə qədər azadlıqdan məhrum etmə növündə, 126-cı maddəsinin 2-ci hissəsində (qabaqcadan əlbir olmaqla adam oğurluğu) 5 (beş) ildən 12 (on iki) ilə qədər azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 144.3, 181.2.1 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddən də az müəyyən müddətə azadlıqdan məhrum etmə cəza təyin edilərkən CM-in 62.1-ci maddəsinə istinad etməyə zərurət yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 144.3, 181.2.1 və 181.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli barəsində olan birinci hökmlə müəyyən olunmuş 27 fevral 2014-cü il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 66.5-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.08.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 11.08.2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 27 fevral 2014-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar