Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-79/2021 01.04.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi İsmayıllı Rayon Vəkil Bürosunun vəkili X11, zərər çəkmiş şəxslərin hüquqi varisləri X32, X16, onların nümayəndəsi X14, Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə xx xxxx 1982-ci ildə İsmayıllı rayonunun Bizlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Bizlan kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 2 a ünvanında yaşamış, xx xxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29,120.2.2-ci, 29,120.2.10-cu, 232.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmüş, qəsdən xuliqanlıq niyyəti ilə təkrarən adam öldürməyə cəhd etmiş, həmçinin odlu silahı talamışdır. Belə ki, Təqsirləndirilən şəxs x xxx 2020-ci ildə, saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndində yaşayan ögey babası X17 yaşadığı evə gəlib, ünvan 2 ünvanındakı özünə məxsus fərdi yaşayış evini satmaq istədiyi üçün atası, qardaşı və digər ailə üzvləri ilə aralarında yaranmış narazılığa baxmayaraq evi satdığına görə narazılığın böyüməsindən ehtiyat etdiyi üçün, Zakir Tapdıqov və onun arvadı X10 ilə söhbət edərək onlardan bir böyük kimi valideynlərinin və qardaşı Zərərçəkmiş şəxs onun işlərinə qarışmasına irad bildirmələrini xahiş etmişdir. Zakir Tapdıqovun valideynlərinin onun özünü də saymadıqlarına və hörmət etmədiklərinə görə xahişinə əməl edə bilməyəcəyini bildirməsi, habelə həmin vaxt Zərinə Məmmədovanın kobud surətdə ondan evdən çıxmasını tələb etməsi, Zakir Tapdıqovun isə həmin vaxt onu nalayiq söyüşlə söyməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə ilə əlaqədar əsəbiləşərək qisas niyyəti ilə sonuncuları həyatdan məhrum etmək qərarına gəlib bu məqsədlə, həyətə girərkən həyətdə olan itin hücumundan qorunmaq üçün özü ilə gətirdiyi və evin giriş qapısının bayır tərəfində, pilləkənin üzərinə qoyduğu 33 sm uzunluğunda, 2,4 sm diametrində olan armatur parçasını götürüb xx.xx.1954-cü ildə anadan olmuş, 66 yaşlı, ahıl və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərinə Məmmədovanı yaxın qohum hesab edilən əri Zakir Tapdıqovun gözü qarşısında, sonuncuya əzab verdiyini dərk etməklə xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə sol qaşüstü nahiyəsindən qəsdən vuraraq sonuncuya baş beyinə və onun qişaları altına qansızmalar, alın sümüyünün açıq, təpə və kəllə əsası sümüyünün qapalı xətti sınığı, baş-beyin maddəsinin ödemi, sol qaş qövsünün yarası, alın nahiyəsinin, sol qaş qövsünün, alt dodaq haşiyəsinin, sağ bazu oynağının, alt çənə nahiyəsinin, boyunun, sağ kürək nahiyəsinin qançırları, hər iki gözün üst qapağının, sol gözaltı nahiyənin qansızmaları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə huşsuz vəziyyətə salmış, bundan sonra odun parçasını götürərək özünü qorumaq istəyən xx.xx.1938-ci ildə anadan olmuş, 81 yaşlı, ahıl və onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zakir Tapdıqovu qəsdən öldürmək məqsədilə burun kökündən armatur parçası ilə qəsdən vuraraq sonuncuya baş beyinə və onun qişaları altına qansızmalarla müşayiət olunan alın və sol gicgah sümüyünün qapalı-xətti, burun sümüyünün açıq-qəlpəli sınığı, burnun, sağ gözaltı nahiyənin, alın nahiyəsinin, sağ qulaq seyvanının yaraları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qansızmaları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə huşsuz vəziyyətə salmış, bundan sonra o, Zakir Tapdıqovu və Zərinə Məmmədovanı öldürməyə yönəlmiş əməlini başa çatdırmaq üçün Zərinə Məmmədovanın əllərini arxadan sintetik iplə, ayaqlarını isə dəsmal ilə, həmçinin Zakir Tapdıqovun əllərini arxadan və ayaqlarını dəsmal ilə bağlayaraq yaralı vəziyyətdə özlərinə yardım etmək, yaxud başqalarını yardıma çağırmaq imkanından məhrum etməklə iztirab çəkib əziyyətlə öləcəklərini dərk edərək onları qəsdən yerdə uzanıqlı onun üçün aşkar surətdə köməksiz vəziyyətdə qoyub evdən çıxmış, Zakir Tapdıqov və Zərinə Məmmədova aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, bununla da o, qəsdən onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi xüsusi amansızlıqla həyatdan məhrum edərək öldürmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs x xxx 2020-ci ildə, saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndində yaşayan ögey babası X22 və onun arvadı X6 qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətlərindən istifadə etməklə öldürdükdən sonra onların əl və ayaqlarını bağlamaq məqsədi ilə evin küncündə olan kisənin ağzına bağlanmış sintetik ipi açarkən həmin kisənin içərisində İsmayıllı rayon polis şöbəsi tərəfindən x xxxxxx 2012-ci ildə verilmiş 125/95 nömrəli şəhadətnamə əsasında X23 məxsus zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-B” modelli, “170232-58” nömrəli, xarici çaxmaqlı, saz vəziyyətdə olan, qoşalülə, 650 (altı yüz əlli) manat dəyərində yivsiz odlu ov silahını görüb, ünvan 2 ünvanındakı özünə məxsus fərdi yaşayış evini satdıqdan sonra İsmayıllı rayonuna qayıdarkən onda yaranmış qardaşı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarını həyata keçirmək məqsədi ilə həmin silahı talamaq qərarına gəlmiş və bu məqsədlə həmin yivsiz odlu ov silahını götürüb qəsdən talayaraq evdən çıxmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ünvan 2a ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evini satdıqdan dərhal sonra həmin evi satmamasını ona məsləhət görməsini və bunda ona maneçilik törətməsini səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan qardaşı Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, şəxsi münasibətlər zəminində ögey babası X22 və onun arvadı X6 qəsdən xüsusi amansızlıqla onun üçün aşkar surətdə köməksiz vəziyyətlərindən istifadə etməklə öldürdükdən sonra ünvan 2 ünvanındakı özünə məxsus fərdi yaşayış evini satdıqdan sonra İsmayıllı rayonuna qayıdarkən onda yaranmış qardaşı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarını həyata keçirmək məqsədi ilə ögey babası Zakir Tapdıqova məxsus, sonuncunun evindən taladığı zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-B” modelli, “170232-58” nömrəli, xarici çaxmaqlı, saz vəziyyətdə olan, qoşalülə yivsiz odlu ov silahı və istintaqla müəyyən olunmamış vaxtda və mənbədən əldə etdiyi həmin ov silahı üçün nəzərdə tutulan 16 kalibrli patronlarla silahlanaraq, x xxx 2020-ci ildə, saat 22 radələrində etdiyi “Hyundai H100” markalı **-VD- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə İsmayıllı rayonunun Bizlan kəndində yerləşən qardaşı Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində getmiş, qardaşı Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında küçənin kənarı ilə gəldiyini görüb, öz şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoymaqla həmin evin yaxınlığında oturduğu maşının yan şüşəsindən maşının qarşısına tərəf gələn qardaşı Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə qarın nahiyəsindən nişan almaqla 4-5 metr məsafədən gülləli patron ilə bir dəfə atəş açmış, Zərərçəkmiş şəxs qarnını tutaraq kənara yıxıldığını görüb sonuncunu həyatdan məhrum etdiyini zənn edərək idarə etdiyi avtomobil ilə dərhal hadisə yerindən uzaqlaşmış, təsadüf nəticəsində güllə Zərərçəkmiş şəxs dəymədiyindən o, iradəsindən asılı olmayan səbəblərə görə təkrarən qəsdən adam öldürmə niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29,120.2.2-ci, 29,120.2.10-cu, 232.1-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir ildən artıq olar ki, valideynləri və qardaşları ona evi satmağa imkan verməmişlər. Alıcı gətirən kimi gəlib çatır, ya alıcını geri qaytarır, ya da müxtəlif yollarla onun evi satmasına mane olmuşlar. Onun evi satmaq istəməsinə nəyə görə mane olmalarını bilmir. x xxx 2020-ci ildə tanışı Mehmana zəng vuraraq evi satmaq istədiyini bildirmiş və 11.000 manata satmışdır. Mehman ona bank vasitəsi ilə 10000 manat köçürmüş, həmin pulu bankdan götürmüşdür. Axşam tərəfi də Şamaxinkadan taksi ilə kəndə gəlmişdir. Asan xidmətdə olduğu zaman atasıgil qonşulardan onun evi satmağı barədə xəbər alaraq Bakı şəhərinə çıxmışlar. May ayının 7-si axşam tərəfi İsmayıllıya gəlmişdir. Bizlan kəndinə girəndən sonra maşını kəndin ortasında saxlayıb, kəndin ortasında dəmir yığdığı yerdən armatur parçası götürərək ögey babası Zakirgilə getmişdir. Həmin armatur parçasını da babasıgilin itindən özünü qorumaq məqsədi ilə götürmüşdür. Zakirgilə getməkdə məqsədi bu olmuşdur ki, onunla məsləhət etsin ki, Şamo və atasıgil onun başına oyun açırlar, bəlkə, onları Zakir başa sala bilər. Zakirgilə həyətə daxil olanda əlində olan armaturu pilləkənin üstündə qapının yanına qoyaraq içəri daxil olmuşdur. Dərdimi Zakirə danışmış, ona valideynlərinin və Şamonun ona qarşı hərəkətləri barədə deyərək babasından xahiş eləmişdir ki, «sən böyüksən, ata-anamı, Şamonu başa sal, bu hərəkətlərindən əl çəksinlər». Babası da ona bildirmişdir ki, onlarla arası yoxdur, onlar özünü görəndə lağa qoyub gülürlər, onun sözünü eşitməzlər, öz başının çarəsinə baxsın. Zərinə də həmin vaxt ona demişdir ki, «sən də dur çıx get bu evdən». Zərinəyə əsəbi olduğu üçün demişdir ki, «mən babamla məsləhətə gəlmişəm, sən də bir tərəfdən mənim başımı xarab eləmə». Babası ona «Zərinəyə əl vursan sənin var yoxunu belə edərəm» deyə nalayiq ifadə işlətmişdir. Otaqdan çıxıb qapıya yan tərəfə yerə qoyduğu armaturu götürüb yenidən otağa qayıtmışdır. Zərinəyə «indi armaturu təpənə vurum?» demiş, Zərinə ona cavab verməmiş, sağ əlindəki armaturla yerdə oturmuş vəziyyətdə olan Zərinənin başına vurmuşdur. Zərinə yanıüstə yerə yıxılmış, Zakir də yerindən qalxaraq peçin qarşısından odun parçası götürərək üstünə gəlmiş, əlindəki armaturla onun da başından vurmuşdur. Zakir də zərbədən sonra döşəklərin yanına yıxılmışdır.Onları vurmaqda məqsədi onları qorxutmaq olmuşdur. Onları qətiyyən öldürmək fikri olmamışdır. Zakiri və Zərinəni başından armaturla vurandan sonra hər ikisinin huşu getmişdir. Birinci babasının əllərini arxadan otaqda olan dəsmalla bağlamış, sonra da babasının ayaqlarını da dəsmalla bağlamışdır. Babasının əl ayağını bağlayandan sonra onu üzüaşağı qoymuşdur. Sonra huşsuz vəziyyətdə olan nənəsinin əvvəlcə əllərini arxadan otaqda olan iplə bağlamış, sonra isə ayaqlarını da dəsmalla bağlamışdır. Nənəsinin əlini bağlamaq üçün ipi otaqdakı peçlə içəri otağın qapısı arasındakı küncdə olan meşoğun ağzından kəsib götürərkən həmin meşoqda tüfəng olduğunu görmüşdür. Onların hər ikisini üzüaşağı vəziyyətdə qoyub tüfəngi meşoqdan çıxarıb götürmüş və otaqdan çıxmışdır. Ara yolda Fazilin evinin yaxınlığında Şamo ilə qarşılaşmışdır. Şamonun yanında oğlu İmaməli də olmuşdur. İmaməli Şamodan təxminən 6-7 metr aralı olmuşdur. Şamonu görüb maşını saxlamış, Şamo ona yaxınlaşanda maşına minən zaman tüfəngin hər iki lüləsini patronla doldurduğu tüfəngi əlinə götürüb maşının özü tərəfdən yan şüşə yerindən çıxarıb havaya atəş açmışdır. Kanistr dolu benzini götürüb həyətə girmişdir. Həyətə girəndə evdən Sevinci çağırmışdır. Sevinc çolə çıxanda ondan uşaqları götürüb evdən çıxmasını tələb etmiş, bildirmişdir ki, evi yandıracaqdır. Sevinc dərhal uşaqları götürüb evdən çıxıb darvazaya tərəf getmişdir. Kanistri açıb evin içərisinə atmış, sonra əlindəki tüfənglə kanistrə bir atəş açmışdır ki, alışsın. Atəşdən sonra benzin alışmadığından cibindəki alışqanla benzini yandırmış, dərhal da oradan uzaqlaşmışdır. Valideynlərini qorxutmaq məqsədi ilə həmin evin beton döşəməli eyavanının döşəməsinə və torpaq döşəməli boş otağına benzin tökərək yandırmışdır ki, onları qorxutsun. Tüfəngi yolda kolluğun üzərinə atmışdır. Gecəni qəbirsanlığın ərazisində yatmışdır. Ertəsi gün qozlu bulaqda yatmaqla günü keçirmiş, axşam isə tanımadığı yol maşını ilə Bakı şəhərinə getmişdir. Bakıda bacısıgilə getmiş, orada da polislər onu saxlayıb, İsmayıllı şəhərinə gətirmişlər. Zakiri və Zərinəni yaralı və əl qolu bağlı vəziyyətdə qoyub gedərkən onların ölə biləcəkləri ağlına gəlməməmişdir. Onları ona görə bağlı qoyub getmişdir ki, səs-küy salıb onun Şamonu güllə ilə vurmaq planına mane ola bilməsinlər. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, …İsmayıllı şəhərində tanımadığı mağazadan patron qatarı, beş ədəd təkgülləli patron və bir qutunun irəsində yarımçıq olmaqla sayını xatırlamadığı qədər qırma ilə doldurulmuş patronlar almışdır. Aldığı patronlar 16 kalibrli olmuşdur. Həmin patronları almaqda məqsədi bu olmuşdur ki, qardaşı Şamo onun işlərinə qarışdığına görə Bakı şəhərindən qayıdanda onu öldürsün. Fikirləşmişdir ki, kənddən ova gedən və s. şəxslərdən ov adı ilə tüfəng tapa bilər. …Zərinə də həmin vaxt ona demişdir ki, «sən də dur çıx get bu evdən». Zərinəyə əsəbi olduğu üçün demişdir ki, «mən babamla məsləhətə gəlmişəm, sən də bir tərəfdən mənim başımı xarab eləmə, durub indi səni də öldürəcəm, gedib Şamogili də öldürəcəm». Həmin vaxt babası ona «Zərinəyə əl vursan sənin var yoxunu belə edərəm» deyə nalayiq ifadə işlətmişdir» … «Tüfəngi qardaşı Şamonu öldürmək üçün götürmüşdür». Fazilin evinin yaxınlığında Şamo ilə qarşılaşmışdır. Şamonun yanında oğlu İmaməli də olmuşdur. İmaməli Şamodan təxminən 6-7 metr aralı olmuşdur. Şamonu görüb maşını saxlamış, Şamo ona yaxınlaşanda maşına minən zaman tüfəngin hər iki lüləsini patronla doldurduğu tüfəngi əlinə götürüb maşının özü tərəfdən yan şüşə yerindən çıxarıb Şamonun qarın nahiyəsinə tuşlamış, Şamoya yaxın gəlməməsini bildirmiş, Şamo sol tərəfdən yaxınlaşaraq «mənəm, atəş açma» desə də o, bir atəş açmışdır. Şamo həmin vaxt ondan 3-4 addım məsafədə olmuşdur. Atəş açandan sonra Şamo qarnını tutub maşınının qabağına tərəf yıxılmış, elə bilmişdir ki, tüfənglə onu vurmuşdur. Atəş açanda İmaməli də Şamonun arxasında ondan 6-7 metr məsafədə olmuşdur. Maşını sürəndə Şamo maşının qabağından sağ tərəfə atılmış, keçib maşını evə tərəf sürmüşdür.» Zərər çəkmiş şəxsin hüquqi varisi X32 məhkəmədə ifadəsində göstərmişdir ki, Atası Zərinə ilə evləndikdən sonra İsmayıllı rayonunun Bizlan kəndində yaşayıbdır. x xxx 2020-ci ildə saat 9 radələrində ona Zərərçəkmiş şəxs telefonla zəng edərək atası Zakirin və Zərinənin əl-qolunun bağlanılaraq öldürüldüyünü bildirmişdir. Sonradan məlum olmuşdur ki, atasıgili Təqsirləndirilən şəxs qətlə yetirmişdir. Atası Zakirin və anası Zərinənin hər zaman pul və qızıl zinət əşyaları olmuş və Təqsirləndirilən şəxs da bunu yaxşı bildiyi üçün, tamah məqsədilə, planlı şəkildə onları öldürdükdən sonra evi qarət edərək qaçıb gizlənmişdir. Belə ki, mərhum atası Tapdıqov Zakirin daim üzərində pulu olmuş, hər ay pensiyasından əlavə onlara maddi dəstək göstərmişlər, bundan əlavə əkin sahələrini, malqarasını (camışlar və atlar) satmış, həmçinin bağdakı meyvələri (qoz, alma, armud) satdığı üçün dam üzərində pul olmuşdur. Sonuncu dəfə də qeyd edilən əmlaklarının satılmasından təxminən 12000-15000 manat pul üzərilərində (evdə, sandıqda) olmuşdur. Təqsirləndirilən şəxs bunu bildiyi üçün əvvəlcədən plan quraraq xx.xx.2020-ci ildə onu oldürmüşdür. Vüsala ən ağır cəzanın verilməsini tələb edir. Zərər çəkmiş şəxsin üquqi varisi X16 məhkəmədə ifadəsində göstərmişdir ki, bacısı Zərinə Zakirlə evlənəndən sonra İsmayıllı rayonunun Bizlan kəndində Zakirin evində yaşamışdır. x xxx 2020-ci ildə saat 10 radələrində Hafiz ona zəng edərək Zərinənin yaşadığı evə gecə basqın olduğunu, Zakir və Zərinənin öldürüldüyünü bildirmişdir. Sonradan məlum olmuşdur ki, Zakir və Zərinəni Təqsirləndirilən şəxs qətlə yetirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona ən ağır cəza verilməsini tələb edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, Vüsal ailəsi üçün Bakıda tikdikləri evi bir neçə dəfə satmaq istəmişdir. Lakin, o, Aqşin, atası, anası, Vüsalın özünün arvadı razı olmamışlar ki, Vüsal həmin evi satsın. Çünki, istəməmişlər ki, Vüsal və ailəsi evsiz qalsın. Həmin evi Vüsal satsa yenidən ev tikmək və ya almaq çətin olardı. Vüsal özü həmin evi satacağını, gah Qazel alıb işləyəcəyini, gah da kənddə torpaq alacağını tez-tez demişdir. May ayının 6-sı Vüsal Bakı şəhərinə getmişdir. Həmin vaxt Vüsalın getməyindən onların xəbərimi olmayıb. Ertəsi gün, ayın 7-si Vüsalın arvadı Ramilə Bakı şəhərindəki qonşuları ilə danışanda ona deyiblər ki, Vüsal gəlib evi Mehmana satıb. Bundan sonra Ramilə onlara bu barədə bildirəndə o, anası, atası, Vüsalın arvadı Ramiləni və oğlunu Bakı şəhərinə yola salmışdır ki, gedib Vüsalı tapsın, evi geri qaytarsınlar. Onlar Bakı şəhərinə getmiş, orada Mehman adlı şəxs evə gəlib, bildirib ki, evi Vüsaldan 10 000 (on min) manata alıbdır. Atasıgil də ona iradını bildirəndə Mehman da deyib ki, pulumu qaytarın, evi verim. Vüsal Mehmanın pulunu qaytarmayıb, atasıgildə həmin evdə qalıblar ki, evə heç kim girməsin. Vüsal isə atasıgili Bakı şəhərində qoyaraq, ayın 7-si kəndə gəlibdir. Vüsal kəndə gələndən sonra harada qalmasını bilməmişdir. Vüsal ayın 7-si kəndə gələndə onun həyətində olan özünün RAF markalı maşınını götürüb həyətdən çıxmışdır. Həmin gün Vüsalın harada qalması ilə maraqlansa da, Vüsalı tapa bilməmişdir. x xxx 2020-ci ildə saat 10 radələrində küçədə, qapının qarşısında Vüsalın oğlu İmaməli ilə dayandığı zaman Vüsalın maşınına oxşar maşının küçəyə tərəf gəldiyini, onlara çatmamış paralel küçəyə döndüyünü görmüşdür. İmaməliyə həmin maşınının Vüsalın maşınına oxşadığını demiş, onunla birgə həmin maşının arxasınca getmişdir. Həmkəndlisi Fazilin qapısının qarşısında Vüsalın maşınının dayandığını görmüşdür. Vüsal özü maşının içərisində oturmuşdur. Onlar maşına qabaq tərəfdən yaxınlaşmışlar. Vüsal bu vaxt havaya atəş açmışdır. Vüsalın onu öldürmək məqsədi iolmamışdır. Vüsal atəş açan kimi maşını sürüb getmişdir. Evinə çatmağa 30 metr qalanda arvadı Sevinc ona tərəf qaça -qaça gəlmişdir ki, Vüsal evi yandırıb, tez gəlsin. Həyətə girəndə evin eyvanında daş döşəmənin üzəri və içəri otağın torpaq döşəməsinin üzəri yanan vəziyyətdə olmuş, haray salmış, qonşular köməyə gələrək yanğını söndürmüşlər. Evin eyvanının tavanında bir az hissədə plastik materialdan olan lambirin, otağın qapı yerinin çərçivəsi yanmışdır. Evə elə də çox maddi ziyan dəyməmişdir. Təxminən 100 manatlıq ziyan dəymiş olar. Həmin ziyana görə Vüsaldan heç bir şikayəti və tələbi yoxdur. Evə gələndə Vüsalı görməmişdir. Sevincin bildirdiyinə görə Vüsal həyətə daxil olan kimi, havaya tüfənglə iki atəş açıb, Sevincə deyib ki, «uşaqları da götür evdən çıx, evi yandıracam». Həmin vaxt da evdə Sevinc və iki uşağı olub. Sevinc də uşaqları götürərək həyətə çıxan kimi Vüsal otağa benzin ataraq yandırıb və dərhal da maşını ilə çıxıb gedibdir. Yanğını söndürəndən sonra 102-yə zəng edərək məlumat vermiş, polislər gəlmişlər. Polislərə baş verən hadisə barədə məlumat vermiş, səhərə kimi polislər evi mühafizə etmişlər ki, Vüsal yenidən qayıda bilər. Ertəsi gün may ayının 9-u saat 11 radələrində atasıgil Bakıdan gəlmişlər. Bundan sonra onların evin yaxınlığındakı küçədə Zakirgilin qonşuları yığılmış, onların bildirdiyinə görə Zakirgilin işıqları yansa və çağıran olsa da səs verən olmamış, evə baxanda isə Zakirin və arvadı Zərinənin evdə meyiti tapılmışdır. Sonradan məlum olmuşdur ki, onları Vüsal öldürübdür. Vüsal ilə barışmışdır. Ondan heç bir təəbi və şikayəti yoxdur. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Vüsal oturan tərəfinə 2 metr yaxınlaşaraq «Vüsal, nə var, nə yox» deyə ona yaxınlaşmaq istədikdə Vüsal özü tərəfdən maşının aşağı olan yan şüşə yerindən tüfəng çıxardaraq ona tərəf tutmuş, tüfəngi görüb qorxusundan yanında olan İmaməli ilə birgə maşının qabağından digər tərəfinə, sağ tərəfinə keçmişdir. O, digər tərəfə keçərkən tüfəngdən atəş açılmış, lakin Vüsalın atəşi havaya, yoxsa hansısa istiqamətə atdığını bilməmişdir. Vüsal maşını sürüb gedərkən o və İmaməli maşının sağ tərəfində olmuşdur. Şahidlər Şahid1, X18, X29, Şahid2, Şahid4 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifalə vermişlər. Şahid3 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Bizlan kəndində qaynatasıgildə yaşayır. Bakı şəhərində, Sabunçu rayonunda 2 otaqlı evləri var. Həmin evdə 2008-ci ildən yaşayırlar. Həmin evi torpaq sahəsi alaraq ikisi tikmişdir. Həmin evi dəfələrlə Vüsal satmaq istəmişdir. Ancaq razı olmamışlar ki, yaşayacaq yerləri olmamışdır. Lakin həmin evi Vüsal Mehmana 10.000 manata satmışdır. Həmin gün saat 10-da qaynanası zəng edib Vüsalın nənəsi ilə babasını öldürdüyünü bildirmişdir. Vüsalın Zakir və Zərinəni hansı səbəbdən öldürməsi ona məlum deyil. Depozitdə olan pulun Mehmana q\aytarılmasına etiraz etmir. Şahid5 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci ildə x xxx 2020-ci ildə saat 9 radələrində həyətə düşəndə Zakirgilin eyvanda işığın yanılı qaldığını görmüşdür. Eyvanda işığın yanılı qalması ona maraqlı gəlmiş, toyuq-cücələrinin də hələ damdan çıxmadığını, toyuq damının qapısının da bağlı olduğunu görmüşdür. Onların darvazalarına yaxınlaşaraq darvazanı açıb içəri baxmaq istədikdə it qapının qarşısında olduğundan keçə bilməyib, Zakirin və Zərinənin ayaqqabılarının pilləkəndə olduğunu görmüşdür. Elə oradan da Zakirin əl telefonuna zəng eləmişdir. Cavab verən olmamışdır. Bundan sonra digər qonşulara da bu barədə deyəndə ona bildirmişlər ki, əvvəlki gecə Təqsirləndirilən şəxs qardaşının evini yandırıb, buna görə kənddə polislər var. O da Şamogilin qapısına gedərək orada olan bir qrup polis əməkdaşına məlumat vermişdir. Bundan sonra da polislərlə birgə Zakirgilin həyətə gəlib evə baxanda Zakirin və Zərinənin evdə əl qolları bağlanmış vəziyyətdə meyitlərini aşkar ediblər. Şahid6 məhkəmədə ifadəsində göstərmişdir ki, Vüsaldan evi 11 000 manata almmışdır. Saat 10 radələrində Asan xidmətə gedib, orada Vüsalın evinin qaz və işıq sənədlərini onun adına keçirmişlər. O da evi almağı rəsmi olsun deyə Respublika Bankına 10000 manat Vüsalın adına pul qoyub, elə orada da Vüsal həmin pulu bankdan çıxararaq götürmüşdür. Vüsalla belə razılaşmışlar ki, qalan 1000 manat pulu da 1-2 aya imkanı olanda verəcəkdir. Bundan sonra da Vüsal evinin açarlarını ona vermişdir. VHəmin gün saat 16 radələrində Vüsal ona zəng edərək bildirmişdir ki, valideynlərinin ona ev satmağı barədə məlumatı olub, valideynləri istəyirlər ki, həmin evi qardaşına satsın. O da Vüsala əgər evi valideynləri başqasına satmaq istəyirdisə onu niyə oyuna salıblar. Ondan xahiş etmişdir ki, gətirib pulunu qaytarsın, qazın, işığın sənədlərini yenidən onun adına keçirsinlər. Vüsal bildirmişdir ki, bir-iki saata əlaqə saxlayacaq. Vüsalla danışandan sonra baş verənlər barədə atasına bildirmişdir. Atası da deyib ki, evin açarını dəyişdir. O da evə gedəndə Vüsalın valideynləri və arvadının artıq həmin evdə olduğunu görmüşdür. Qapını döyəndə Vüsalın valideynləri hay küylə qarşılarına çıxmışlar, anası çox səs küy salmışdır. Onlara evi Vüsalın təklifi ilə aldığını bildirmişdir. Onlardan da xahiş etmişdir ki, onun pulunu qaytarın, evi istəmir. Vüsalın valideynləri onu Vüsalın qardaşı ilə telefon vasitəsi ilə danışdırıblar, Vüsalın qardaşı pulu özünün verəcəyini demişdir. Həmin vaxt Vüsalla da danışıb, Vüsal demişdir ki, “həmin evi sənə satmışam, başqa söhbət ola bilməz, halal əziyyətimlə tikdiyim evdir, onu da sənə satmışam, mənim işimə valideynlərim qarışa bilməz”. Vüsal belə desə də, onun valideynləri evdən çıxmamışlar. Həmin vaxt Vüsalla bir neçə dəfə danışaraq pulu geri istəsə də Vüsalın pulu verməyəcəyini başa düşiüşdür. Verdiyi pu hazıradək qaytarılmayıbdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Şahid7 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci ildə saat 2 radələrində yaşadığı evin qapısı döyülmüşdür. Əvvəlcə qapını açmamış, az sonra qapını açıb baxanda Vüsalı eyvanda döşəmənin üzərində uzanmış vəziyyətdə görmüşdür. Vüsal onu görüb onunla salamlaşıb, Xəyaləni soruşmuşdur. Sonra Vüsal arvadının və uşaqlarının harada olduğunu soruşmuş, o da xəbəri olmadığını bildirmişdir. 10 dəqiqə evdə oturandan sonra öz evinə gedəcəyini bildirmişdir. O gedəndən 20-30 dəqiqə sonra evə polis işçiləri gələrək ondan Vüsalın gəlib-gəlmədiyini soruşublar, o da onlara Vüsalın az əvvəl getdiyini bildirmişdir. Polislər gələndən sonra ona məlum olmuşur ki, Vüsal polis tərəfindən axtarılır. Vüsalın nənə və babasını qətlə yetirməyini isə ertəsi gün, yəni xx xxx 2020-ci ildə qohumlardan eşitmişdir. xx xxx 2020-ci il tarixli baxış keçirilməsinə dair protokoldan görünür ki, «baxış keçirilən yer İsmayıllı rayonunun Bizlan kəndində yerləşən mərhum X23 məxsus yaşayış evinin qarşısındakı yolun kənarıdır. Həmin yol X23 məxsus həyətyanı sahəyə giriş darvazasına perpendikulyar olmaqla ağaclıq sahəyə doğru gedir, yolu eni 5-9 metr arasında dəyişir. Zakir Tapdıqova məxsus həyətyanı sahəyə giriş darvazasından 170 metr məsafədə yolun yuxarı hissəsində ağac, kol və ot bitkiləri ilə örtülü sahə yerləşir, Təqsirləndirilən şəxs bildirdiyinə görə Zakir Tapdıqovu və Zərinə Məmmədovanı vurmaq üçün istifadə etdiyi armatur parçasını həmin yerdə dayanaraq göstərilən ağaclıq sahənin içərisinə doğru atmışdır. Onun göstərdiyi sahəyə baxış keçirilərkən yolun sağ kənarından 7.5 metr məsafədə ağaclıq sahənin içərisində yerdə yaş vəziyyətdə olan ot bitkilərinin arasında, uzunluğu 33 sm, diametri 2.4 sm olan, üzəri uzununa burulma formasında naxışlı armatur parçası aşkar olundu. Təqsirləndirilən şəxs bildirdi ki, həmin armatur parçası onun ifadəsində göstərdiyi Zakir Tapdıqovu və Zərinə Məmmədovanı vurmaq üçün istifadə etdiyi və atdığı armatur parçasıdır. Həmin armatur parçası ablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi Zakir Tapdıqovun evindən götürdüyü qoşalüləli ov tüfəngini tulladığını bildirdiyi valideynlərinə məxsus yaşayış evlərinin yaxınlığındakı əraziyə baxış keçirili. Həmin yer İsmayıllı rayon İcra Hakimiyyətinin Bizlan İƏD üzrə nümaynədəliyinin inzibati binasının aşağı tərəfində, həmin binadan 90 metr məsafədə, Təqsirləndirilən şəxs valideyinlərinin yaşayış evindən 75 metr məsafədə, Təqsirləndirilən şəxs valideyinlərinin isifadəsində olan dirrik sahəsinin kənarında yerləşən hündür kol bitkiləri ilə örtülü sahədir. Həmin kol bitkilərinin içərisinə baxış zamanı kol bitkilərinin içərisində yerdən 1.2 metr məsafə hündürlükdə kolların üzərində və kənardan yalnız qundaq hissəsi görünən qoşalüləli ov tüfəngi aşkar olundu. Həmin ov tüfəngi tərəfimdən qablaşdırılaraq götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs üzərində patronlar olduğunu bildirdiyi tüfəng qatarını atdığını bildirdiyi çayxanın yanına baxış keçirildi. Həmin çayxana İsmayıllı rayonunun Bizlan kəndində İsmayıllı-Bakı yolunun kənarında yerləşir, həmin çayxana X15 məxsusdur, çayxananın yan tərəfindən kəndin içərisinə doğru yol gedir, Təqsirləndirilən şəxs bildirdi ki, tüfəng qatarını həmin çayxananın yan tərəfinə, yolun kənarına atmışdır. Həmin əraziyə baxış zamanı tüfəng qatarı aşkar olunmadı. Həmçinin müəyyən olundu ki, həmin yer yolun kənarı olduğundan gediş-gəlişin gur olduğu yerdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 17 saylı rəyindən görünür ki; MərhuTapdıqov Zakir Şakir oğlunun meyitində aşkar edilmiş xəsarətlər baş beyinə və onun qişaları altına qansızmalarla müşayiət olunan alın və sol gicgah sümüyünün qapalı-xətti, burun sümüyünün açıq-qəlpəli sınığı, burnun, sağ gözaltı nahiyənin, alın nahiyəsinin, sağ qulaq seyvanının yaraları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qansızmaları bərk-küt əşya (alət) təsirindən Z.Ş.Tapdıqovun ölümdən az-əvvəl törənmişlər, həyatidirlər, baş vermiş ölümlə səbəbli əlaqəlidirlər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdir. X3 meyitində aşkar edilmiş xəsarətlər qısa bir müddət ərzində yetirildiyindən onların yetirilmə ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyil. X3 meyitində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər bir neçə zərbənin təsirindən törənməsi inkar edilmir. X3 meyitində aşkar edilmiş xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər mərhum X23 yetirilən vaxt o, müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Z.Ş.Tapdıqovanın meyitinin meyitxanada müayinəsindən 15-24 saat əvvəl baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 18 saylı rəyindən görünür ki; X5 meyitində aşkar edilmiş xəsarətlər- baş beyinə və onun qişaları altına qansızmalar, alın sümüyünün açıq, təpə və kəllə əsası sümüyünün qapalı xətti sınığı,baş-beyin maddəsinin ödemi, sol qaş qövsünün yarası, alın nahiyəsinin, sol qaş qövsünün, alt dodaq haşiyəsinin, sağ bazu oynağının, alt çənə nahiyəsinin, boyunun, sağ kürək nahiyəsinin qançırları, hər iki gözün üst qapağının, sol gözaltı nahiyənin qansızmaları bərk-küt əşya(alət) təsirindən Z.B.Məmmədovanın ölümdən az-əvvəl törənmişlər, həyatidirlər, baş vermiş ölümlə səbəbli əlaqəlidirlər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdir. X2 meyitində aşkar edilmiş xəsarətlər qısa bir müddət ərzində yetirildiyindən onların yetirilmə ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyil. X2 meyitində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər bir neçə zərbənin təsirindən törənməsi inkar edilmir. X2 meyitində aşkar edilmiş xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdi. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər mərhumə X7 yetirilən vaxt o, müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Z.B.Məmmədovanın meyitinin meyitxanada müayinəsindən 15-24 saat əvvəl baş vermişdir. xx.xx.2020-ci il tarixli, 392/2020 MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, X5 ABO sistemi üzrə qrup göstəricisi: Oalfa,beta /H/(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) X19 ABO sistemi üzrə qrup göstəricisi: Oalfa,beta /H/(İ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən) Ekspertizaya təqdim edilmiş Z.Ş.Tapdıqova məxsus uzunqol köynək, bir ədəd jaket, alt kişi köynəyi, alt kişi şalvarı, əl-üz dəsmalı, şal, Z.B.Məmmədovaya məxsus gecə köynəyi, qadın yaylığı, xalat, qadın trusiki, əl-üz dəsmalı, qadın yaylığı, hadisə yerindən balış üzü, yorğan üzü, mələfə, 02 ədəd çubuqlu bambığ tamponlar, V.Ş. Qədirova məxsus gödəkcəüzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi BO sistemi üzrə tədqiq edildikdə yalnız “H”antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa,beta (İ) qruplu bir şəxsə, o cümlədən də X7 və ya X23 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Z.Ş.Tapdıqova məxsus şalvar, bir cüt corablar, Z.B.Məmmədovaya məxsus corablar N1,2, bir ədəd armatur parçası, ağ rəngli sintetik iplər. Bir ədəd tüfəng qatarı, Təqsirləndirilən şəxs məxsus uzunqol köynək üzərində qana şüphəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bir ədəd armatur parçasının üzərində dəri, piy toxumasına şübhəli hissəciklər aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bir ədəd kişi papağı, qoşalülə ov tüfəngi, bir ədəd qayçı, Təqsirləndirilən şəxs məxsus cins şalvar, 02 ədəd bıçaqlar üzərində olan ləkələrdə qan aşkar olunmadı. Məhkəmə-ballistik və trasoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3/475, 3/476, 3/477, 3/478, 6/1123 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-B” modelli, “170232-58 nömrəli, xarici çaxmaqlı, qoşalülə tüfəngidir – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadə (atəş) üçün yararlıdır, tətiyə toxunmadan ondan öz-özünə atəş açılmır. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron 16 mm kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edimək üçün nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış patrondur və istifadəyə (atəşə) yararlıdır. -Tədqiqata təqdim edilmiş 22 (iyirmi iki) ədəd giliz, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, patronun atəşlə ayrılmış hissələridirgilizləridir, döyüş sursatı hesab edilmirlər, istifadəyə yarasızdırlar. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet ov tüfənglərində istifadə edilən patrondaşdır, təyinar üzrə istifadəyə yararlıdır, döyüş sursatı və ya onun hissəsi hesab olunmur. -Tədqiqata təqdim edilmiş 1 və 2 rəqəmləri ilə işarələnmiş bıçaqlar kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçaqlarıdır, soyuq silah hesab edilmir. -Tədqiqtata təqdim edilmiş 1 (bir) ədəd predmet yivsiz (hamarlülə) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli patronun daxilində atəş komponentlərinin bir hissəsi kimi doldurulması üçün nəzərdə tutulan və atəş zamanı istifadə olunmuş tıxacdır (konteynerdir), döyüş sursatı hesab edilmir. -Təqdiqata təqdim edilmiş silahın lülə kanallarından atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs “ məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərinqırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. -Tədqiqata təqdim edilmiş bir ədəd rezin hissəciyin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. -Tədqiqata təqdim edilmiş predmetlərdən xalatın, köynəyin, şalvarın üzərində rəyin təsviri hissəsində qeyd olunan mexaniki zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələrdən xalatın, köynəyin üzərində olan zədələr hər-hansı bərk predmetlə kontakda olması, sürtünməsi, ilişməsi nəticəsində yarana bilən cırılma zədələrdir. Təqdim edilmiş şalvarın üzərində olan zədə isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik sökülmə zədəsidir. Lakin bu cür zədələrin yaranma xarakterini nəzərə almaqla onların yaranma mexanizmini kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyil. -Təqdim edilmiş digər predmetlərin üzərində hər-hansı bir mexaniki zədə aşkar edilmədi. -Tədqiqata təqdim edilmiş geyim əşyalarının cib hissələrində dəmir birləşmələrinə məxsus izlər aşkar edildi. Lakin aşkar edilmiş dəmir mikrohissəciklərin izləri hər hansı əşyanın formasını daşımadığına görə həmin izlərin hansı dəmir əsaslı ərintidən hazırlanmış əşyadan qalmasını demək mümkün olmadı. Məhkəmə-lifşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/841 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X7 məxsus olduğu qeydedilən 01 ədəd xalat, 01 ədəd gecə köynəyinin, 01 ədəd alt tumanın, 01 cüt corabın, 02 ədəd yaylığın; Z.B.Məmmədovanın meyitinin ayaqlarının bağlanmasında istifadə olunan 01 ədəd dəsmalın; X26 məxsus olduğu qey edilən 01 ədəd sviterin, 01 ədəd köynəyin, 01 ədəd şalvarın, 01 ədəd alt geyim köynəyinin, 01 ədədalt geyim şalvarının (dəsr), 01 cüt corabın; Z.Ş.Tapdıqovun meyitinin qollarının arxadan bağlanmasında istifadə olunan 01 ədəd şalın və ayaqlarının bağlanmasında istifadə olunan dəsmalın; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın və 01 ədəd köynəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X7 məxsus olduğu qeyd edilən 01 ədəd xalatın səthi üzərindən tapılmış boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədədşalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X23 məxsus olduğu qeyd edilən 01 ədəd jaketin səthi üzərindən tapılmış boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədədşalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, X5 və X8 və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın və 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Məhkəmə psixoloji və psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 294/118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixoloji vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik-psixoloji ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Kompleks stasionar məhkəmə-psixoloji və psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 90 nömrəli rəyindən görünür ki, stasionar məhkəmə psixiatrik ekspertizası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı psixiatrik ekspertiza zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiq və fərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci, 2-ci, 3-cü və 9-cu suallar üzrə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu” ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. 4-cü sual üzrə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının xx xxxx 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol” tələblərinə görə Təqsirləndirilən şəxs hal-hazırda epileptik tutmaların olmamasına baxmayaraq həmin tutmaların yenidən baş verməsi və təkrarlanmaması üçün onun istənilən şəraitdə həkim nəzarəti altında antikonvulsiv preparatlarla preventiv medikamentoz terapiyanı (qıcolma əleyhinə dərman vasitələri ilə qoruyucu mülaicəni) fasiləsiz davam etdirməsi məsləhət görülür. 5-ci sual üzrə. Təqsirləndirilən şəxs emosional-irad sferasında qıcığa qarşı həssaslıq, özünü iradi olaraq tənzimləməsində çətinlik, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün torpid olması, abstrakt anlayışların dərk edilməsinin və proqnozlaşdırılmasının nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, qavrama prosesində lənglik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. 6-cı sual üzrə. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində aqressivlik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə əlaqədar olmuşdur. 7-ci sual üzrə. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji affekt halında (güclü ruhi həyəcan vəziyyətində) olmamışdır. 8-ci sual üzrə. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam həcmdə dərk və idarə etmək qabiliyyətinə malik olmamışdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4951 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqatın nəticələrinə görə, Bakı şəhərində yerləşən ovçu mağazalarında mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ- B” modelli, 170232-58 nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngin x xxx 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 650 (altı yüz əlli) manat müəyyən olunur. Cinayət işinə əlavə olunmuş telefon məlumatlarının olduğu diskə baxış keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, «Üzərində Baksell BKC/LGL 7220/20 yazısı olan disk ilkin olaraq istifadəmdə olan “ACER” markalı komputerin diskavod hissəsinə qoyuldu və baxıldı. Həmin diskdəüç ədəd qovluqğun olduğu müəyyən edildi. Həmin qovluqların hər birinə ayrılıqda daxil olunaraq baxış keçirildi. 055 224 15 44 nömrəli BakSell MMC-yə məxsus nömrənin İsmayıllı rayonunun Bizlan kənd sakini Təqsirləndirilən şəxs adına olması, anten dairəsi məlumatlarına əsasən 055 224 15 44 nömrəli BakSell MMC-yə məxsus nömrənin xx xxx 2020-ci il tarixdə saat 16 radələrinədək Bakı şəhəri ərazisində, xx xxx 2020-ci il tarixdə saat 22 radələrində İsmayıllı rayonunu Bizlan kəndi ərazisində , xx xxx 2020-ci il tarixdə İsmayıllı şəhəri ərazisində olması, 055 224 15 44 nömrəyə Şahid6 məxsus 050 854 62 92 mobil nömrəsindən xx xxx 2020-ci il tarixədək «Vüsal mən sabah saat 6-da tezdənnən gedib şikayətimi edəcəm», «şikayət etsəm sənə pis olacaq» kimi çoxsaylı və eyni məzmunlu SMS məntlərin daxil olduğu müəyyən olundu. İstintaq üçün əhəmiyyət kəsb edəcək başqa hal aşkar edilmədi. Qeyd olunan qovluqların içərisindəki qeydlər kağız formasında çıxarılaraq protokola əlavə edildi». Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, TOZ-B modelli, 16 kalibrli, 170232-58 nömrəli yivsiz tüfəng DİN-nin Baş informasiya analitik mərkəzində talanmış və itirilmiş silahların uçotları üzrə müəyyən edilməmişdir. İsmayıllı RPŞ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, 169-11085-1220 nömrəli məktubdan görünür ki, İsmayıllı RPŞ-nin “Odlu silahların uçotu və qeydiyyatı kitabı”nda İsmayıllı rayon Bizlan kənd sakini X17 adına xx.xx.2012-ci il tarixdə, 125/95 nömrəli şəhadətnamə əsasında təyinatı üzrə istifadəsinə icazə verilmiş “Tula” markalı, 16 çaplı, qoşa lülə, 170232 nömrəli yivsiz lüləli ov silahının olması müəyyən edilmişdir. DSMF PHŞ-nin İsmayıllı rayon filialından daxzil olmuş xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Bizlan kənd sakini xx.xx.1982ci il təvəllüdlü Təqsirləndirilən şəxs Nazirlik tabeliyində DSMF publik hüquqi şəxsin İsmayıllı rayon fdilialında İİ qpup əlil olmaqla aylıq pensiya məbləği 231 (iki yüz otuz bir) manat 37 qəpik təşkil edir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 760 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon şöbəsində qeydiyyatda olan 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamı”nin “Xəstəliklər cədvəli”nin 17 b maddəsinin İ qrafasına əsasən xx.xx.2000- ci il tarixdən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək ehtiyata keçirilmişdir. İsmayıllı RMX PHŞ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 1590 nömrəli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İsmayıllı rayonunun Bizlan kəndində qeydiyyatda olan, lakin faktiki olaraq ünvan 3 ünvanında yaşayan Qədirov X20 RMX-Cİ PHŞ-in poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində dispanser qeydiyyatdadır. xx.xx.2020-ci il tarixində RMX-nın Təcili X1 “Nevralgiya” diaqnozu qoyulmuşdur. İsmayıllı rayonunun Bizlan kənd icra nümayəndəliyindən daxil olmuş xx xxx 2020-ci il tarxli, 29 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonunun Bizlan kənd sakini Qədirov X20 rayon İH-nin Bizlan kənd İƏD üzrə nümayəndəliyində 2016-2020-ci illər üzrə 01 nömrəli qaytanlanmış Təsərrüfat başına kitabın 40-cı səhifəsində 19 saylı şəxsi hesabda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonunda müvəqqəti yaşayır. İsmayıllı RMX PHŞ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, №776 nömrəli məktubdan görünür ki, İsmayıllı rayon Bizlan kəndində qeydiyyatda olan və yaşayan 1982-ci il təvəllüdlü Qədirov X20 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində xx.xx.1998-ci il tarixindən “Epilepsiya nəticəsində yaranan şəxsiyyətin dəyişməsi” diaqnozu ilə ruhi-əsəb kabinetində dispanser qeydiyyatdadır, narkoloji və nevroloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. İsmayıllı RPŞ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli, 169-10354-1220 nömrəli məktubdan və tələbnamədən görünür ki, məhkumluğu yoxlanılmış Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, X24 və X6 armatur parçası ilə vurmaqda məqsədi onları öldürmək olmamış, eləcə də qardaşı Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı deyil, havaya atəş açmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ibtidai araşdıa zamanı vermiş olduqları ifadələrindən, ekspert rəylərindən, işdə olan digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Z.Məmmədovanı və Z.Tapdıqovu öldürmək məqsədi ilə armaturla həyat üçün vacib olan orqanlarına, başına çoxsalı zərbələr vurmaqla, əllərini ayaqlarını bağlamaqla öldürmüşdür. Tüfəngi isə oğurlayaraq qardaşı Şamonu öldürmək istəmiş və ona yaxın məsafədən atəş açmışdır. Laki nonu ölmüş hesab edərək hadisə yerindən uzaqlaşmışdır. Cinayətkar hərpəkətlərini davam etdirərək onun evini yandırmağa cəhd etmişdir. Odur ki, bu hissədə məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüskatları səmimi, obektiv və həqiqi ifadə kimi qəbul etmir. Eyni zamanda, məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29,120.2.2-ci, 29,120.2.10-cu, 232.1-ci maddələrinə tövsif edilmişdir. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Məhəmməd adlı bir azyaşlı uşağın olması və onda anlaqlılığı istisna etməyən psixi pozuntunun olması Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.9-cu maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Eləcə də Təqsirləndirilən şəxs iki qoca, bir birinə yaxın qohum olan şəxslərin gözləri qarşısında xüsusilə amansızcasına köməksiz şəxsi öldürmək məqsədi ilə armatur parçası ilə başlarına, bədənlərinin müxtəlif nahiyələrinə vuraraq ağır dərəcəli bədən xəsarəti yetirməklə halsız vəziyyətə gətirdikdən sonra onların əlləri və ayaqlarını bağlamaqla köməksiz vəziyyətdə qoymaqla öldürməsini, sonra odlu silahı oğurlayaraq qardaşı Zərərçəkmiş şəxs atəş açaraq öldürməyə cəhd etməsini, daha sonra gətirdiyi benzini evə tökərək yandırmaq istəməsi kimi hərəkətlərini nəzərə alaraq hesab edir ki, ona ömürlük azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri olmasada, cinayət törədilərkən istifadə etdiyi odlu silah və patronlar əvəzsiz olaraq müsadirə olunmalıdır. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən CM-nin 56.1.4- cü maddəsinə əsasən o, ona təyin ediləcək cəzanı həbsxanada çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və xx xxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs və təqsirləndirilən şəxs kimi həbsdə olduğu müddət təyin ediləcək cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Ekspertiza xərci 615 (altı yüz on beş) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29, 120.2.2-ci, 29, 120.2.10-cu, 232.1-ci maddələri ilə təqsirli bilinsin. CM-nin 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 29, 120.2.2-ci, 29, 120.2.10-cu maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına, CM-nin 232.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmaqla Təqsirləndirilən şəxs qəti cəza ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını həbsxanada çəksin. Ekspertiza xərci 615 (altı yüz on beş) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və İsmayıllı Payon Rrokurorluğunda saxlanılan 2 ədəd bıçaq, iki ədəd sintetik ip, kişi papağı, dəmir qayçı, döşəkağı, balış üzü, yorğan üzü, 2 ədəd qanabənzər nümunələr, Zakir Məmmədovun meyitinə baxış zamanı götürülmüş öndən düymə ilə bağlanan sviter, tünd göy-mavi-ağ rəngli dama naxışları olan, yaxası zəncirbəndlə bağlanan uzunqol köynək, tünd qəhvəyi rəngli şalvar, boz rəngli alt köynəktuman dəsti, qara rəngli corablar, meyitin qollarının arxadan bağlanılmasında istifadəsində olan qırmızı rəngli şal, ayaqlarının bağlanılmasında istifadə olunan mavi rəngli dəsmal, meyitin sağ və sol əllərindən götürülmüş dırnaq nümunələri, Zərinə Məmmədovanın meyitinə baxış zamanı götürülmüş yaşıl rəngli xalat, bənövşəyi rəngli gecə köynəyi, üzərində göy rəngli gül təsvirləri olan ağ rəngli trusik, ayaqlarında olmuş 2 ədəd tünd qəhvəyi rəngli corablar, meyitin əllərinin arxadan bağlanılmasında istifadə olunan ağ və narıncı rəngli təsərrüfat ipləri, ayaqlarının bağlanılmasında istifadə olunan ağ rəngli dəsmal, meyitin boynunda boş bağlanmış vəziyyətdə olan göy və narıncı rəngli şal (2 ədəd), sağ və sol əllərindən götürülmüş dırnaq nümunələri, bir ədəd tıxac, armatur parçası, bir ədəd rezin hissəcik məhv edilsin. Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvar, qəhvəyi rəngli gödəkçə, qara rəgli, sinə hissəsi çəhrayıya çalan damalı rəngli uzunqol köynək sahibi Təqsirləndirilən şəxs qaytarılsın. 22 ədəd boş patron olan tüfəng qatarı, 1 (bir) ədəd 16 mm kalibrli dolu patron və bir ədəd qoşalüləli ov tüfəng dövlət nəfinə əvəzsiz olaraq müsadirə edilsin. 1 ədəd təsbeh və Simens markalı 1 ədəd telefon hüquqi varis X27, 1 ədəd Nokia markalı mobil telefon hüquqi varis X13 qaytarılsın. xx xxx 2020-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi texniki təminat şöbəsinin maliyyə sektorunda depozit hesabında saxlanılan 9489 (doqquz min dörd yüz səksən doqquz) manat Şahid6 Asif oğluna verilsin. Hökm çıxarıldığı, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-79/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-79/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver