Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-79/2024 31.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Zaqatala rayonu Tala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində 3 azyaşlı uşağı olan, işsiz, orta təhsilli, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 167- 3.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 9,417 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdə saat 12:55-də Zaqatala rayonu, Yuxarı Tala kəndində saxlanılıb Zaqatala rayon Polis şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda 5,202 qram və 4,215 qram olmaqla ümumilikdə külli miqdarda 9,417 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 14 may 2023-cü il tarixdə saat 15:43-dən etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman oradan, sonuncunun naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən əldə edərək saxladığı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X32 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi Rabi ibn Hadi Umeyr əl- Mədxəlinin “Mən humul-irhəbiyyunə” adlı dini təyinatlı ədəbiyyatı, Rabi ibn Umeyr əl- Mədxəlinin “əl-İrhəbu və əsəruhus-seyyiətu aləl-əfradi val-uməm” adlı dini təyinatlı ədəbiyyatı, Abu Zeydin “Səqəleyn hədisi” adlı dini təyinatlı ədəbiyyatı, X28 “əş-Şiatu vassunnətu” adlı dini təyinatlı ədəbiyyatı, İbrahim bin Amir ər-Ruheylinin “Aqidətur-rafidati va mouqifuhum min Əhlis-sunnəti” adlı dini təyinatlı ədəbiyyatı, Saleh ibn Abdulaziz ibn X31 “ət-Təmhid lişərhi Kitəbit-touhid əlləzi huva haqqullahi aləl-abid” adlı dini təyinatlı ədəbiyyatı, Abdullah ibn Abdulaziz əl-Cibrinin “Muxtasaru şərhi təshilil-aqidətil-İsləmiyyəti” adlı dini təyinatlı ədəbiyyatı, Abdulmulk ibn Abdurrahman əş-Şafiinin “əl-Fikrut-təfkiriyyu indəş-şiati haqiqatun əm iftiraun” adlı dini təyinatlı ədəbiyyatı, Rabi ibn Hadi Umeyr əl- Mədxəlinin “Şərhu usulis-sunnə” adlı dini təyinatlı ədəbiyyatı, Muhəmməd Nasiruddin əl- Albaninin “Fitnətut-təkfir” adlı dini təyinatlı ədəbiyyatı, Ət-Tayyib bin Ömər əl-Hüseynin “Aqidətus-sələf fi duil-kitab vəs-sünnə” adlı dini təyinatlı ədəbiyyat nümunələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 167-3.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xaricdə yaşamışdır və Səudiyyə Ərəbistanda üç il təhsil almışdır. Aprel ayında Azərbaycan Respublikasına gəlmişdir. Bir həftə sonra 03 may tarixində onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırmışlar. O da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş və orada dördüncü mərtəbəyə qalxmışdır. Orada onu dini mövzular barədə sorğu-sual etmişlər. Xaricdə dini təhsil aldığı üçün hər il Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onu çağırıb söhbət edirmişlər. Əqidəsi barədə maraqlanırmışlar. O da hər zaman çağırılan yerə vaxtında gedirmiş. Ümumiyyətlə onu qeyd edir ki, onun İran İslam Respublikasından hər hansı bir əməkdaşla əlaqəsi olmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ondan əqidəsi barədə, dini mövzular barədə maraqlanmışlar. Səhv etmirsə, orada 4-5 saat söhbət olmuşdur. Bundan sonra ondan izahat alınmışdır. Daha sonra ona demişlər ki, çıxıb çöldə gözləsin. Əgər ona desələr ki, rayona qayıtsın, rayona qayıdar, əgər desələr ki, içəri daxil olsun, onda içəri gələr davam edərlər. Bu minvalla çöldə iki saat gözləmişdir. Daha sonra istifadəsində olan mobil telefona zəng gəlmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı ona telefonda rayona gedə biləcəyini bildirmişdir. O da rayona qayıtmışdır. 14 may tarixində günorta saat 12 radələrində atasının maşını ilə məscidə doğru getmişdir. Həmin vaxt maşını mağazanın qarşısında saxlamışdır. Mağazada işini həll edib məscidə gedəcəkmiş. Maşından düşüb mağazaya doğru getmişdir. Birdə görmüşdür ki, “Toyota” markalı avtomobildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları oturmuşdur. Hansı ki, həmin əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində görmüşdür və onlarla söhbət etmişdir. Həmin əməkdaşlar ona doğru baxırmışlar. O da onlara doğru getmişdir. Həmin əməkdaşlar maşından düşüb ona tərəf gəlmişlər. Əməkdaşlardan biri ona “əxi gəl maşına əyləş səninlə işimiz var” demişdir. Onu maşına əyləşdirmişlər və demişlər ki, polis şöbəsinin yolunu onlara göstərsin. O da polis şöbəsinin yolunu əməkdaşlara göstərmişdir. Belə ki, polis şöbəsi 5 dəqiqəlik məsafədə olmuşdur. Öz-özünə düşünürmüş ki, polis şöbəsində onunla sadəcə söhbət edəcəklər. Ona görə də, rahat olmuşdur. Polis şöbəsinə daxil olub bir mərtəbə yuxarı qalxmışlar. Salonda oturub gözləyən vaxt həmin əməkdaşların rəisi ona yaxınlaşıb bildirmişdir ki, onlar onunla Bakı şəhərində səmimi söhbət etmişlər. İndidə onunla səmimi söhbət edəcəklər. Onlar onu rəsmiləşdirməlidirlər. O da rəsmiləşdirməyin nə olduğunu başa düşməmişdir. Həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı demişdir ki, onu narkotiklə rəsmiləşdirib Bakı şəhərinə aparmalıdırlar. Elə bu vaxt etiraz etmiş və səbəbini soruşmuşdur. Həmin vaxt əməkdaş özündən əmin formada ona demişdir ki, narahat olmasın, qanunuda, hökmüdə onlar verirlər. O, heç siqaret çəkməmişdir. Ona görə də, həmin vaxt narkotik vasitəni boynuna almamışdır. Elə bu vaxt üstünə qışqırmağa başlamışlar. Yenə boynuna almamışdır və demişdir ki, onlarla razı ola bilməz. Polis əməkdaşlarına bildirmişdir ki, ölkədən çıxışına stop qoysunlar və nəyi istəsələr araşdırsınlar. Həmin vaxt polis əməkdaşı demişdir ki, onu mütləq narkotiklə rəsmiləşdirməlidirlər. Görmüşlər ki, yenə etiraz edir. Həmin vaxt başqa üsullara keçmişlər və ona təzyiq etməyə başlamışlar. Polis əməkdaşları başının üstünə toplanmışlar və onu müəyyən atmosferə düşürməyə çalışmışlar. Üstünə qışqırmışlar və təzyiq etmişlər. Hətta əməkdaşlardan biri yanına gəlmiş və ona demiş ki, boynuna almasa, onlar da fərqli üsullar vardır. Hansı ki, “Butulka”, “Dubinka” və s. Əgər boynuna almasa bu dediklərini ona tətbiq edəcəklərini bildirmişlər. Ona təsir edən günahı olmadığı halda narkotik vasitəni boynuna qoymağa çalışmaqları olmuşdur. Görmüşdür ki, nə etsə də faydası yoxdur. Axırda narkotik vasitəni boynuna almış və onların dedikləri sənədləri imzalamışdır. Bundan sonra onu Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Sonra ora bir vəkil gətirmişlər. Vəkil heç ağzını açıb danışmamışdır. Vəkilə ağ kağıza imza atdırıb göndərmişlər. Sonra axşama qədər idarədə gözləmişdir. Daha sonra rayonda olan vaxt maşınada baxış keçirmişlər. Sonra cibinə narkotik vasitə qoymuşlar və ona demişlər ki, çəkiliş zamanı narkotik vasitəni çıxarıb təqdim etsin. Güya narkotik vasitəni haradansa tapmışdır. Maşına baxışdan sonra yaşadığı ünvana getmişlər. Evinə baxış keçirmişlər. Ailəsini çölə çıxarmışlar. Güya ki, evdə həmin vaxt heç kim olmamışdır. Güya üzərindən iki büküm narkotik vasitə aşkarlanmışdır və polis əməkdaşları narkotik axtarmaq üçün evinə baxışa getmişlər. Yaxşı bəs sual yaranır ki, narkotik axtarmağa gedən polis əməkdaşları niyə evinin birinci mərtəbəsinə baxış keçirməmişlər? Polis əməkdaşları birbaşa evinə daxil olub kitablar olan bölməyə doğru getmişlər. Heç yeri axtarmamışlar. Yalnız kitabların olduğu bölməyə getmişlər. Əgər o, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olurmuşsa, polis əməkdaşları evin hər yerini axtarmalı imişlər. Onuda qeyd edir ki, polis əməkdaşları onu yükləməzdən əvvəl soruşmuşlar ki, evdə dini kitabları varmı? O da səmimi olaraq bildirmişdir ki, evdə dini kitabları vardır. Soruşmuşlar ki, nə qədər kitabı vardır? O da qeyd etmişdir ki, səhv etmirsə, 150-200 ədəd kitabı olmalıdır. Bundan sonra evinə baxış keçirmişlər. Daha sonra onu rayon polis şöbəsinə aparmışlar. Axşama qədər orada qalmışdır. Daha sonra onu Bakı şəhərinə aparmışlar. Bakı şəhərində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 4 gün qalmışdır. Daha sonra onu məhkəmə qarşısına çıxarmışlar. Ümumiyyətlə narkotik vasitə istifadə etməmişdir. O heç siqaretdə çəkmir. Daha sonra onu cəza çəkmə müəssisəsinə aparmışlar. Müstəntiq işini bilərək gec bağlamışdır. Bundan sonra kitaplarını ekspertizaya göndərmişlər. Cavab gəlmişdir ki, güya 400 kitabının arasından 11-ədəd ekstremist dini kitab təşkil edir. Həmin o kitabların ona aid olmasınıda deyə bilmir. Çünki 400 kitabın içərisindən hamısının adını deyə bilmir. Çünki o, 10 il ərzində həmin kitabları gətirmişdir. Hesab edir ki, narkotik vasitəni bouynuna qoyan, həmin dini ekstremist təbliğ edən kitabları da ona yükləməyə qadirdir. Aydın məsələdir ki, kitablarının hamısının adını bilə bilməz. Həmin o 11 kitaba baxmışdır. Həmin kitabların onunla əlaqəsi yoxdur. Onu da qeyd edir ki, 03 may tarixində onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikləri vaxt qayınatası da yanında olmuşdur. Həmin vaxt ona demişlər ki, istəsələr onun boynuna külli miqdarda narkotik vasitə qoya bilərlər. Onu bu formada təhdid etmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, qeyd elədiyi hallarla bağlı müvafiq orqanlara şikayət ərizələri göndərmişdir. Məhkəməyə ona olunan qanunsuzluqlar barədə məlumat vermişdir. Şəxsi axtarış zamanı videoçəkiliş olmuşdur. Həmin vaxt etiraz edə bilməmişdir. Çünki yanında polis əməkdaşları olmuşdur. Şəxsi axtarış zamanı vəkili yanında olmuşdur. Vəkilin adını hazırda xatırlamır. Səhv etmirsə, vəkilinin adı Rəcəb olmuşdur. Vəkili videoçəkiliş vaxtı gətirmişlər. Vəkili ilə təklikdə görüşməmişdir. Vəkilə ağ vərəqə imza çəkdirib göndərmişlər. Vəkil də imzalayıb getmişdir. Polis şöbəsində vəkillə təklikdə görüşmək istədiyini deməmişdir. Kitabların adları ona tanışdır. Ancaq bütün kitablarının adını xatırlamadığı üçün, kitabların hansının ona aid olub-olmamasını dəqiq bilmir. Polis əməkdaşlarının kitabları evindən götürdüyünü görməmişdir. Daha doğrusu kitabları bağlamaya qoyub götürdükləri üçün, bağlamanın içindəki kitabları görə bilməmişdir. Polis əməkdaşları evindən təxminən 400-dən yuxarı kitab götürmüşlər. Onda 400-ə yaxın kitab ola bilərmiş. Ancaq kitabların dəqiq sayını bilmir. 03 may 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdır. Həmin vaxt yanında qayınatası Vaqif və yeznələri Əziz Mehdiyev olmuşdur. Onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Evindən kitablar götürülərkən kitabların adları qeyd olunmamışdır. Təqdim etdikləri ittiham aktını oxumuşdur. Elə kitablar vardır ki, həmin kitabların arasında onları oxumuşdur. Kitabların birini görmüşdür və tanımışdır. Həmin kitabı oxumuşdur. Kitabların hamısının adını xatırlamır. Ona görə də, tam olaraq deyə bilmir ki, o kitabların hamısı ona aiddir. Kitablarını oxumuşdur. Kitabları xarici ölkədən gətirmişdir. Belə ki, mən özü xaricdə təhsil almışdır. Hər il Azərbaycana gəldiyi vaxt özü ilə kitab gətirmişdir. Kitabları Azərbaycandan almamışdır. Ancaq elə kitablar vardır ki, həmin kitablar Azərbaycanda çap olunmuşdur. Həmin kitabları ola bilsin ki, buradan almışdır. Polis əməkdaşları ona fiziki təsir göstərməmişlər. Ancaq ona mənəvi təsir etmişllər. Polis əməkdaşları onu təhqir və təhdid etmişlər. Polis əməkdaşları maşına da baxış keçirmişlər. Aşkar edilən narkotik vasitə ona aid olmamışdır. Bəlkədə maşın atasının adına olduğu üçün maşına narkotik vasitə qoymamışlar. Saxlanılan vaxt atasının maşınını idarə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin dövrlərində təqsirləndirilən şəxs qismində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşayır. Hazırda ***-***-**-** saylı nömrəni istifadə edir. Uşaqlıq illərindən namaz qılıb ibadət edir, valideyninə məxsus fındıq sexində işləyib qazanc əldə edir. 2010-2017-ci illərdə Mədinə şəhərində yerləşən X17 Universitetində təhsil almışdır. Tələbə olduğu illərdə Mədinə şəhərindən özü üçün dini kitablar alıb yaşadığı Zaqatala rayonuna gətirmiş və yaşadığı evdə saxlamışdır. 13 may 2023-cü il tarixdə yaşadığı Zaqatala rayonu ərazisində piyada hərəkət edən zaman yerdə 02 ədəd şəffaf bükümün olmasını görmüş və həmin bükümlər diqqətini çəkmişdir. Həmin bükümlərə baxdıqda içərisində şüşə kimi olan materialların, yəni psixotrop maddə metamfetaminə bənzər maddələrin olmasını bilib həmin bükümləri şalvarının cibinə qoymuşdur. Onları götürməkdə məqsədi uyğun vaxt tapan kimi istifadə etmək olmuşdur. 14 may 2023-cü il tarixdə saat 12 radələrində Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində idarə etdiyi “Opel” markalı, **-UC-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər. Özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra polis əməkdaşları polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Zaqatala Rayon Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 02 ədəd bükümü, sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 61 manat pulu çıxarıb təqdim etmişdir. Aşkar edilmiş bükümlərə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Sorğu zamanı polis əməkdaşlarına qeyd olunan psixotrop maddəni Zaqatala rayonu ərazisindən tapdığını bildirmişdir. Qeyd olunan psixotrop maddə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Qablaşmanın üzəri tərəfindən imzalanmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra razılığı əsasında idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Bundan sonra yaşadığı evə razılığı əsasında baxış keçirilmişdir. Baxış zamanı evin ikinci mərtəbəsində yerləşən yataq otağındakı dolabın içərisindən Mədinə şəhərindən oxumaq üçün gətirdiyi dini kitablar götürülmüşdür. Bundan sonra evə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 14 may 2023-cü il tarixdə Baş İdarəyə Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupunun yaradılmışdır. 14 may 2023-cü il tarixdə günorta saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində olan zaman Təqsirləndirilən şəxs bənzər şəxsin “Opel” markalı, **-UC-*** qeydiyyat nişanlı avtomobilin yanında durmasını görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməyini bildirmişlər və o, Təqsirləndirilən şəxs olmasını söyləmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib idarə detdiyi avtomobil ilə birlikdə Zaqatala rayon Polis şöbəsinə gətirmişlər. X18 Dinbazova dövlət hesabına müdafiəçi təyin edilmiş, bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 02 ədəd sellefon bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 61 manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində ağ rəngli, kristal şəkilli, spesfik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon götürülmüşdür. Eyni zamanda üzərindən aşkar edilmiş 61 manat pul onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tutulmamışdan bir gün öncə yaşadığı ünvanın yaxınlığından tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra idarə etdyi “Opel” markalı, **-UC-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı yataq otağındakı dolabın içərisindən üzərində ərəb əlifbası ilə yazılmış sözlər olan 484 ədəd kitab aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 484 ədəd kitabın dini ədəbiyyatlar olduğunu və özünə məxsus olmasını söyləmişdir. Həmin kitablar kisələrə yığılmaqla qablaşdırılmış və götürülmüşdür. Məhkəmə istintaqı zamnaı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla onu bir-neçə dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırmışlar. Sonuncu dəfə onları bir-iki saat idarədə gözlətmişlər. Bir müddət sonra Zübeyiri həmin idarəyə aparmışlar və geri gətirməmişlər. Güya demişlər ki, Zübeyirdən narkotik vasitə aşkar edilmişdir. Halbu ki, belə bir hal baş verə bilməz. Çünki Zübeyir narkotik vasitəni tanımır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 03 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs, Vaqif Padarov və o, birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Onlardan əlavə həmin idarədə Bakı şəhərindən dəvət olunan adamlar da olmuşdur. Onlar Zaqatala rayonundan çıxıb Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Həmin vaxt “Vita” tutmuşlar, sonra “Vita” ilə Bakı şəhərinə getmişlər. Onlar idarəyə daxil olmuşlar. Daha sonra onu tez buraxmışlar. X21 Padarovu bir-neçə saat sonra buraxmışlar. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onlara dini dərslərlə bağlı suallar vermişlər. Sonra Zübeyirin barəsində bir-neçə sual vermişlər ki, Zübeyir onlara hansı mövzuda dərslər keçmişdir. Sonra suallar vermişlər ki, niyə uşaqlarını başqa ölkəyə təhsil almaq üçün göndərir? Ona silahdan dərs keçirlərmi? Bu məzmunda suallar verilmişdir. Hazırki məhkəmə iclasında iştirak edən şahidləri Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində görmüşdür. Səhv etmirsə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2-3 dəfə olmuşdur. Təqsirləndirilən şəxsla Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 2 dəfə getmişdir. İdarədə olan vaxt onları iki-iki qəbul edirmişlər. Belə ki, Təqsirləndirilən şəxs Vaqif Padarovla, onu isə başqa bir şəxslə qəbul etmişlər. Onları idarədə sorğu sual etmişlər. Zübeyir demişdir ki, idarədə ondan Sudan şəhərində hansı mövzuda dərslər keçirildiyini soruşmuşlar. Zübeyir onu kimin qəbul etdiyini ona deməmişdir. Onları Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olan vaxt buraxmışlar. Təqsirləndirilən şəxsla Vaqif Padarovu isə bir-iki saat sonra buraxmışlar. İstəsələr Təqsirləndirilən şəxs həmin vaxt idarədə saxlaya bilərmişlər. Ancaq saxlamamışlar. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırmışlar. Belə ki, ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Orxan müəllim zəng etmiş və onu idarəyə çağırmışdır. O da Zübeyirlə birlikdə idarəyə getmişdir. Zübeyirlə birlikdə otağa daxil olmuşlar. Adını hazırda xatırlamadığı əməkdaş Zübeyirdən bəzi mövzuları soruşmuşdur. Zübeyirdə suallara cavab vermişdir. Həmin vaxt narkotik barəsində heç bir söhbət olmamışdır. Sonra biz idarədən çıxıb rayona qayıtmışdıq. Daha sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs narkotiklə bağlı saxlanılmışdır. Zübeyirin narkotiklə əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Orxan müəllim ona 02 may tarixində zəng etmişdir. Orxan müəllim ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirmiş və onu idarəyə dəvət etmişdir. Ancaq onları idarədə Orxan adlı şəxs qarşılamamışdır. Baş Mütəşəkkil Cinayətkarlıq idarəsinə Zaqataladan olan uşaqlarla getmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 03 may tarixində getmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanlarında olmuşdur. İdarədə Zübeyirlə əlaqəsini soruşmuşlar. O da demişdir ki, qızının yoldaşıdır. Həmin günü Zübeyirlə birlikdə rayona qayıtmışdır. Zübeyirlə dini mövzuda söhbətlər etmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Zübeyirdən narkotiklə bağlı heç nə soruşmamışlar. Ümumiyyətlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində narkotiklə bağlı heç bir söhbət olmamışdır. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıb söhbət edən adamı görsə tanıyarmış. Xatırladığı qədəri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Zübeyir, Vasif, Məhəmməd, Beydullah və o, getmişdir. Təqsirləndirilən şəxs saxlanılmasını görməmişdir. Ancaq saxlanılmadan əvvəl Təqsirləndirilən şəxs görmüşdür. Ona süd və çörək vermiş və demişdir ki, bunları onlara çatdırar. Sonra eşitmişdir ki, Zübeyir saxlanılıb. Zübeyiri saxlanıldığı gün görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “Zübeyir” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psxiotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək daşıması, eləcə də yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Zübeyir” adlı şəxsin xx.xx.1990-cı ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş, Zaqatala şəhəri Aşağı Tala kəndində qeydiyyatda və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, 14 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1990-cı ildə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuş, Zaqatala şəhəri, Aşağı Tala kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 12:55-də Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində idarə etdiyi "Opel" markalı, **-UC-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üstünə şəxsi axtarış aparılmasına, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə şərait olmadığına görə avtomobillə birlikdə saxlandığı yerdən Zaqatala Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 12). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və tutulmasının əvvəli 14 may 2023-cü il tarix saat 12:55-dən hesablanmışdır (cild 01, iş vər. 22). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, polis əməkdaşları tərəfindən müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdə saat 12:55-də Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətini əks etdirən CD disk iş materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 30-31). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə DİN-in BMCMİyə müraciət edərək yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 36). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən evin yataq otağından 484 ədəd kitab aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 38-39). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 may 2023-cü il tarixli, 6/2797 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2(iki) ədəd sellefon bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,202 qram və 4,215 qram ümumi təmiz çəkisi 9,417 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqdim olunmuş 2 (iki) ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in siyahısına (Siyahı İ) daxildir (cild 01, iş vər. 52-56). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01. iş vər. 101-103). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş AZ-İİİ 129986, AZ-İV 360795 və AZ-İİİ 572064 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü (X2), xx.xx.2019-cu il təvəllüdlü (X12) və xx.xx.2012-ci il təvəllüdlü (X4) azyaşlı uşaqları vardır (cild 01, iş vər. 144-146). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 354-C-23 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (cild 01, iş vər. 150-152). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Zaqatala RİHB-nin Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (atası, anası, arvadı və uşaqları) ilə Zaqatala rayonu Aşağı Tala kəndində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 166-168). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X10 Xəstəxanasının təqdim etdiyi məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 X10sına müraciət etməmişdir (cild 01, iş vər. 169). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 170-171). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1804/K saylı məhkəmə-kimyəvi rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi (cild 01, iş vər. 172-175). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3019 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Dinbazov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 176-177). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 204/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (cild 01, iş vər. 178-181). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Respublika Psixiatriya Xəstəxanası” X26 təqdim etdiyi məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən yuxarıda adı göstərilən xəstəxanada müaliəcədə olmayıb (cild 01, iş vər. 199). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 31 avqust 2023-cü il tarixli 4/920 nömrəli məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının rəyində qeyd edilmişdir ki; 1) Təqdim edilmiş dini təyinatlı materiallarda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar mövcud deyildir. 2) Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. 3) Təqdim edilmiş aşağıda adları qeyd olunmuş dini ədəbiyyat nümunələrində dini ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmişdir:
1. Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Mən humul-irhəbiyyunə”;
2. Rabi ibn Umeyr əl-Mədxəli. “əl-İrhəbu və əsəruhus-seyyiətu aləl-əfradi val-uməm”;
3. Abu Zeyd. “Səqəleyn hədisi”;
4. X36. “əş-Şiatu vas-sunnətu”;
5. İbrahim bin Amir ər-Ruheyli. “Aqidətur-rafidati va mouqifuhum min Əhlis-sunnəti”;
6. Saleh ibn Abdulaziz ibn X40. “ət-Təmhid lişərhi Kitəbit-touhid əlləzi huva haqqullahi aləl-abid”;
7. Abdullah ibn Abdulaziz əl-Cibrin. “Muxtasaru şərhi təshilil-aqidətil-lsləmiyyəti”;
8. Abdulmulk ibn Abdurrahman əş-Şafii. “əl-Fikrut-təfkiriyyu indəş-şiati haqiqatun əm iftiraun?”;
9. Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Şərhu usulis-sunnə”;
10. Muhəmməd Nasiruddin əl-Albani. “Fitnətut-təkfir”;
11. Ət-Tayyib bin Ömər əl-Hüseyn. “Aqidətus-sələf fi duil-kitab vəs-sünnə”. 4) Təqdim edilmiş ədəbiyyat nümunələrindən 27 kitab istisna olmaqla dini təyinatlı hesab olunur. Aşağıda adları qeyd olunan dini təyinatlı ədəbiyyatlar X32 üzrə Dövlət Komitəsinin müvafiq razılığı əsasında ölkə nəşriyyatlarında çap olunmuş və ya ölkəyə idxal edilmişdir:
1. Elnur Məmmədli və Fuad Rəfibəyli. “Qurani-Kərim əlifbası”;
2. Elşən Şəkərov, Ramin Yavəroğlu və Ramin İsbarxanlı. “Quran oxumağa giriş”;
3. X46. “əl-Musannəf libni Əbi Şeybə”;
4. İbn Hacər əl-Əsqalani. “Fəthul-bəri şərhu Sahihil-Buxari”;
5. İmam ibn Kəsir. “Təfsirul-Quranil-Azim”;
6. Seyyid Sabiq. “Fiqhus-sunnə”;
7. İmam Ali ibn Ali ibn Muhəmməd ibn Əbi əl-İzz əd-Dəməşqi. “Şərhul-aqidətittahaviyyə”;
8. Əbuttayim əl-Azimabadi. “Aunul-məbud şərhu sunəni Əbi Davud”;
9. Əbdülmühsin ibn Həmd əl-Abbad əl-Bədr. “Ziyədətul-imən va nuqsanuhu”;
10. X41. “Umdətut-təfsir anil-Hafiz ibn Kəsir”; H.X27 Musa ibn Əhməd əl-Hacavi. “əş-Şərhul-mumti alə zədil mustəqna”;
12. Abdulməlik ibn Muhəmməd əl-Qasim. “Peyğəmbərlərinin dəvətinin açarı: onlar harda, biz harda, riya və ixlas”;
13. Abdul Əzim ibn Bədəvi. “əl-Vaciz fi fiqhis-sunnəti val-kitəbil-aziz”;
14. Mücteba Uğur və M. Cemal Sofuoğlu. “Sahih-i Buhari muhtasarı tecrid-i sarih tercemesi ve şerhi kılavuzu”;
15. Abdulazim ibn Abdulqavi əl-Münziri. “ət-Tərğib vət-tərhib”;
16. X33 bin Əl-Əşəs Əs-Sicistani. “X42”;
17. Şəmsuddin ibn Qayyim əl-Couziyyə. “İlamul-muvaqqain an rabbil-aləmin”;
18. Əhməd ibn Şüeyb ən-NəsaL “Fadailul-Quran”;
19. Məhəmməd İsmail əl-BüSari. “əkÇəmius-sahih”;
20. Muhəmməd Nasiruddinr əl-Albanh“Sifətu salətin-nəbiyyi”;
21. “Qurani-Kərim”;
22. İbn Qayyim əl-Cəvziyyə. “İğasətul-ləhfan fi məsayidiş-şeytan”;
23. X19. “Durusun fil-hadisi vəl-fiqh”;
24. “Ammə cüzü”;
25. Əli ibn Abdurrahman əl-Huzeyfi. “Əmin amanlığın neməti”;
26. Səid ibn Ali əl-Qahtani. “Hısnul-muslim min əzkəril-Kitəb vəs-sunnə”;
27. “Fəthur-Rahmən fi təalimi kəlimətil-Quran”;
28. Muhəmməd ibn Fəhd əl-Fərih. “Məsailu salətil-leyl”;
29. Mərzuq ibn X43 əz-Zəhrani. “Riyadul-əzhən fi fəhmil-Quran”;
30. Abdurrazzaq ibn Abdulmuhsin əl-Bədr. “Muxtasaru fiqhil-əsməil-husnə”;
31. Mustafa Deyb əl-Bəğa. “Ət-Təzhib fi ədilləti mətnil-ğayəti vat-təqrib”;
32. Məhəmməd ibn İsmayıl əl-Buxari. “Ədəbul mufrəd”;
33. Əbdülmühsin ibn Həmd əl-Abbad əl-Bədr. ”əl-İntisaru liəhlis-sunnə vəl-hədis fi raddi əbatil Həsən əl-Maliki”;
34. Zeyd ibn Məhəmməd əl-Mədxəli. “Əsbəbu istiqamətiş-şəbəb və bəvaisu inhirafihim”;
35. Səid ibn Əli ibn Vəhf əl-Qahtani. “Müsəlmanın qalası”;
36. Nicat Həşimov. “Xeyrə neçə açar ola bilərsən”;
37. Bəkr ibn X37. “Hilyətu talibil-ilm”;
38. Muhəmməd ibn Saleh əl-Üseymin. “Təqribu-tədmuriyyə”;
39. X23 ibn İsmail əs-Sabuni. “Aqidətus-sələfi və əshabil-hadis”;
40. Abdullah əl-Bəssam. “Təysirul ailəm şərh umdətul əhkəm”;
41. İbn Həcər əl-Əsqalani. “Buluğul-məram min ədillətil-əhkam”;
42. Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Mərhabən yə talibəl-ilm”;
43. X38 əş-Şatibi. “əl-İtisamu”;
44. Abdullah ibn Ləmh əl-Xaulani. “əl-Aqidətuss-səfəriniyyə”;
45. Məhəmməd Həqqani. “əl-Qaidətun-nuraniyyətu”;
46. Abdurrazzaq ibn Abdulmuhsin əl-Bədr. “Təazimus-saləti”;
47. Muhəmməd ibn Saleh əl-Üseymin. “Mənzumətu usulil-fiqh va qavaiduhu”;
48. X39 əl-Cami. “Şərhu şurutis-salət və ərkənuhə və vacibətuhə”;
49. Feysəl ibn Ali əl-Budəni. “Əhvalun-nəbiyyi fil-Hacc”;
50. Əhməd ibn Həcər əl-Əsqalani. “Hədyus-sari muqaddimmətu Fəthil-Bari;
51. X20 Muhəmməd ibn Muflih əl-Muqəddəsi əl-Hənbəli. “əl- Ədəbuş-şəriyyətu val-minəhul-məriyyətu”;
52. Abdulcabbar Məcid. “əl-Cəmiu fi təfsiri surətil-Fatihə”;
53. Xalid ibn Usman əs-Səbt. “Qavaidut-təfsir cəman və dirasətən”;
54. Məhəmməd ibn Əli əş-Şoukani. “əd-Duraril-mudiyyə şərhud-duraril-bəhiyyə”;
55. Cəlaləddin əl-Məhəlli və Cəlaləddin əs-Suyuti. “Təfsirul-cələleyn”;
56. “Cuzu ammə”;
57. X45 David Süleyman ibn əl Sicistani. “X44 Davud”;
58. Məhəmməd ibn İsmayıl əl-Buxari. “Səhih əl-Buxari”;
59. X34 Yəhya ibn Şərəf ən-Nəvəvi. “Qırx hədis və şərhi”;
60. Müslim ibn Həccac. “Səhih Müslim və şərhi”;
61. Məhəmməd Nasiruddin əl-Albani. “Səhih dua və zikrlər kitabı”;
62. Bədruddin Kinani. “əl-Mulimu biədəbil-alimi vəl-mutəallimi”;
63. Muhəmməd Aşiq əl-Mədəni. “Birrul-valideyn və huququhə”;
64. Məhəmməd ibn İsmayıl əl-Buxari. “Peyğəmbərin əxlaqı”;
65. X47 ət-Tirmizi. “Peyğəmbərin xislətləri”;
66. İmadəddin Əbul-Fidə İsmail ibn Kəsir əl-Quraşi əd-Diməşqi. “Əzəmətli Quranın təfsiri”;
67. İbn Qayyim əl-Couziyyə. “Təlbisu İblis”;
68. Əhməd ibn Şüeyb ən-Nəsai. “Kitəbun-nuuf
69. Muhəmməd ibn Saleh əl-Üseymin. “əl-Usulu min ilmil-usul”;
70. Əl-Hafiz ibn Rəcəb əl-Hənbəli. “Cəmiul-ulum vəl-hikəm”;
71. İbn Qayyim əl-Couziyyə. “əd-Dəu vəd-dəva”;
72. Şəmsəddin ibn Qayyim əl-Couziyyənin “Əl-Vabilus-sayyib minəl-kəlimittayyib”;
73. Hafiz ibn Həcər əl-Asqalani. “Nuzhətun-nazar”;
74. Muhyiddin ən-Nəvəvi. “əl-Minhəc fi şərhi Sahih Muslim ibn əl-Həccac”;
75. İbn Qayyim əl-Couziyyə. “Muxtasaru zədil-məad fi hədyi xayril-ibəd”;
76. İbn Həcər əl-Əsqalani. “Subulus-sələm şərhu buluğil-məram min ədillətil əhkam”;
77. “Allah Rəsulunun namazı”;
78. Abdurrəhman ibn Abdullah əl-Ğeys. “Cənazənin hazırlanmasına dair xülasə”;
79. Əlixan Musayev. “İmam Hüseyn”;
80. Muhəmməd ibn Saleh əl-Üseymin. “əl-Qavaidul-muslə fi sıfətilləhi təala va əsməihil- husnə”; 81“Təfsiru-l-uşril-əxir”; 82Mahmud Tahhan. “Təysiru mustalahil hadis”; 83Muhəmməd ibn Saleh əl-Üseymin. “Lumatul-itiqad”; 84Muhəmməd Nasiruddin əl-Albani. “Mənəsikul-hacc vəl-umrəti fil-Kitəbi vas-sunnəti va əsəris-sələf”; 85Hafiz ibn Kəsir. “əl-Bəisul-hasis ixtisaru ulumil-hədis”; 86Muhəmməd ibn Saleh əl-Üseymin. “Mustalahul-hadis”; 87İbn Qayyim əl-Couziyyə. “Mədəricus-salikin beynə mənəzil iyyəkə nəabudu və iyyəkə nəstəin”; 88Əbdürrəhman Rafət əl-Bəşə. “Suvarun min hayətis-səhabəti”; Eyni zamanda bildirik ki, aşağıda adları qeyd olunan dini təyinatlı məlumat materialları qanunvericiliyin tələblərinə zidd olaraq (“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsi), X32 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmişdir. Həmin kitabların ölkə ərazisinə idxalı X32 üzrə Dövlət Komitəsi tərəfindən məqsədəuyğun hesab edilməmişdir:
1. Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Mən humul-irhəbiyyunə”;
2. Rabi ibn Umeyr əl-Mədxəli. “əl-İrhəbu və əsəruhus-seyyiətu aləl-əfradi val-uməm”;
3. Abu Zeyd. “Səqəleyn hədisi”;
4. X36. “əş-Şiatu vas-sunnətu”;
5. İbrahim bin Amir ər-Ruheyli. “Aqidətur-rafidati va mouqifuhum min Əhlis-sunnəti”;
6. Saleh ibn Abdulaziz ibn X40. “ət-Təmhid lişərhi Kitəbit-touhid əlləzi huva haqqullahi aləl-abid”;
7. Abdullah ibn Abdulaziz əl-Cibrin. “Muxtasaru şərhi təshilil-aqidətil-İsləmiyyəti”;
8. Abdulmulk ibn Abdurrahman əş-Şafii. “əl-Fikrut-təfkiriyyu indəş-şiati haqiqatun əm iftiraun?”;
9. Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Şərhu usulis-sunnə”;
10. Muhəmməd Nasiruddin əl-Albani. “Fitnətut-təkfir”;
11. Ət-Tayyib bin Ömər əl-Hüseyn. “Aqidətus-sələf fi duil-kitab vəs-sünnə”;
12. Şeyx Hafiz bin Əhməd əl-Hakəmi. “Əaləmu sunnətil-mənşurəti liitiqadi taifətin- nəciyətil-mənsurəti”;
13. Əbdüləziz bin Abdullah Al əş-Şeyx. “Min fətəvəl-aqidə”;
14. Muhəmməd Əman əl-Cami. “Şərhul-qavaidil-ərbəa”;
15. Məhəmməd ibn Əbdüivəhhab Süleyman ət-Təmimi. “Sələsətu usul” va “Qavaidul- ərbaa”;
16. Süleyman ibn Abdullah ibn Mühəmməd Abdulvəhhab. “Təysirul-Azizil-Hamid fi şərhi kitəbit-touhid”;
17. Abdurrahman ibn Həsən ibn Muhəmməd ibn Əbdülvəhhab. “Fəthul-məcid lişərhi Kitəbit-touhid”;
18. X35. “Şərhul-aqidətil-vasatiyyə”;
19. Muhəmməd ibn Saleh əl-Üseymin. “əl-Muntəqa min fəraidil-fəvaid”;
20. Muhəmməd ibn Saleh əl-Üseymin. “Usulun fit-təfsir”;
21. Muhəmməd ibn Saleh əl-Üseymin. “əl-Qavaidul muslə fi sıfətilləh təala və əsməihil- husnə”;
22. Məhəmməd ibn Əbdülvəhhab. “əl-Qavaidul-ərbəa”;
23. Şeyx Heysəm ibn X24. “Tövhid və əqidə məcmuəsi”. Aşağıda adları qeyd olunan kitabların nəşri 80-ci, 90-cı və 2000-ci illərə aid olduğu üçün “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri daxilində deyildir:
1. Muhəmməd ibn Cəmil Zeynu. “Ərkənul-lslam val-imən”;
2. Şeyxülislam Əhməd bin Teymiyyə. “Əİ-Kəlimut-tayyib”;
3. Əd-Doktor Mustafa əl-Xin. “Əİ-Fiqhul-mənhəciyyu alə məzhəbil-lmam əş-Şafi”;
4. Muhəmməd ibn Matar əz-Zəhrani. “İlmur-rical: nəşətuhu və tatavvuruhu”;
5. Muhəmməd ibn Matar əz-Zəhrani. “Tədvinu sunnətin-nəbəviyyəti nəşətuhu və tatavvuruhu”;
6. Muhəmməd ibn Süleyman əd-Dəhami. “Təzkiratu əhlil-iman fi ləyali Ramadan”;
7. X35. “Min rəsailid-dəvatis-sələfiyyə”;
8. “əd-Durusur-ramadaniyyə”;
9. Abdurrahman bin Abdulkərim əl-Ubeyyid. “Usulul-mənhəcil-lslamiyyi:dirasətun muasira fil-aqidə vəl-əhkam vəl-ədəb”;
10. Məhəmməd Saleh əl-Münəccid. “Dilin törətdiyi bəlalar”;
11. Hafiz ibn Muhammad əl-Hukmi. “ən-Nəsihatu likitəbillah”;
12. Abdulğani əl-Məqdisi. “Məxluqatın ən xeyirlisinin kəlamlarından götürülmüş hökmlərin əsası”. Həmçinin bildiririk ki, digər kitabların istehsal və idxal edilməsi, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsi ilə əlaqədar X32 üzrə Dövlət Komitəsinə hər hansı müraciət daxil olmamışdır: 5) Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır. 6) Təqdim edilmiş aşağıda adları qeyd olunmuş dini təyinatlı məlumat materiallarında aşkar surətdə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilmişdir:
1. Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Mən humul-irhəbiyyunə”;
2. Rabi ibn Umeyr əl-Mədxəli. “əl-İrhəbu və əsəruhus-seyyiətu aləl-əfradi val-uməm”;
3. Abu Zeyd. “Səqəleyn hədisi”;
4. X36. “əş-Şiatu vas-sunnətu”;
5. İbrahim bin Amir ər-Ruheyli. “Aqidətur-rafidati va mouqifuhum min Əhlis-sunnəti”;
6. Saleh ibn Abdulaziz ibn X40. “ət-Təmhid lişərhi Kitəbit-touhid əlləzi huva haqqullahi aləl-abid”;
7. Abdullah ibn Abdulaziz əl-Cibrin. “Muxtasaru şərhi təshilil-aqidətil-İsləmiyyəti”;
8. Abdulmulk ibn Abdurrahman əş-Şafii. “əl-Fikrut-təfkiriyyu indəş-şiati haqiqatun əm iftiraun?;
9. Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Şərhu usulis-sunnə”;
10. Muhəmməd Nasiruddin əl-Albani. “Fitnətut-təkfir”;
11. Ət-Tayyib bin Ömər əl-Hüseyn. Aqidətus-sələf fi duil-kitab vəs-sünnə”. 7) Təqdim edilmiş aşağıda adları qeyd olunmuş dini təyinatlı ədəbiyyat nümunələrində dini ekstremist materiallar mövcuddur:
1. Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Mən humul-irhəbiyyunə”;
2. Rabi ibn Umeyr əl-Mədxəli. “əl-İrhəbu və əsəruhus-seyyiətu aləl-əfradi val-uməm”;
3. Abu Zeyd. “Səqəleyn hədisi”;
4. X36. “əş-Şiatu vas-sunnətu”;
5. İbrahim bin Amir ər-Ruheyli. “Aqidətur-rafidati va mouqifuhum min Əhlis-sunnəti”;
6. Saleh ibn Abdulaziz ibn X40. “ət-Təmhid lişərhi Kitəbit-touhid əlləzi huva haqqullahi aləl-abid”;
7. Abdullah ibn Abdulaziz əl-Cibrin. “Muxtasaru şərhi təshilil-aqidətil-İsləmiyyəti”;
8. Abdulmulk ibn Abdurrahman əş-Şafii. “əl-Fikrut-təfkiriyyu indəş-şiati haqiqatun əm iftiraun?”;
9. Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Şərhu usulis-sunnə”;
10. Muhəmməd Nasiruddin əl-Albani. “Fitnətut-təkfir”;
11. Ət-Tayyib bin Ömər əl-Hüseyn. “Aqidətus-sələf fi duil-kitab vəs-sünnə”. 8) Təqdim edilmiş aşağıda adları qeyd olunmuş dini ədəbiyyat nümunələri ölkə nəşriyyatlarında çap olunmuşdur:
1. Elnur Məmmədli və Fuad Rəfibəyli. “Qurani-Kərim əlifbası”;
2. Elşən Şəkərov, Ramin Yavəroğlu və Ramin İsbarxanlı. “Quran oxumağa giriş”;
3. X45 David Süleyman ibn əl Sicistani. “X44 Davud”;
4. Məhəmməd ibn İsmayıl əl-Buxari. “Səhih əl-Buxari”;
5. X34 Yəhya ibn Şərəf ən-Nəvəvi. “Qırx hədis və şərhi”;
6. Müslim ibn Həccac. “Səhih Müslim və şərhi”;
7. Məhəmməd Nasiruddin əl-Albani. “Səhih dua və zikrlər”;
8. Məhəmməd ibn İsmayıl əl-Buxari. “Peyğəmbərin əxlaqı”;
9. X47 ət-Tirmizi. “Peyğəmbərin xislətləri”; 10.İmadəddin Əbul-Fidə İsmail ibn Kəsir əl-Quraşi əd-Diməşqi. “Əzəmətli Quranın təfsiri”;
11. “Allah Rəsulunun namazı”;
12. Abdurrəhman ibn Abdullah əl-Ğeys. “Cənazənin hazırlanmasına dair xülasə”;
14. Əlixan Musayev. “İmam Hüseyn”;
15. Səid ibn Əli ibn Vəhf əl-Qahtani. “Müsəlmanın qalası”;
16. Nicat Həşimov. “Xeyrə neçə açar ola bilərsən”;
17. Abdulməlik ibn Muhəmməd əl-Qasim. “Peyğəmbərlərinin dəvətinin açarı: onlar harda, biz harda, riya və ixlas”. Digər dini ədəbiyyat ölkəyə xaricdən idxal olunmuşdur (cild 01, iş vər. 222-244). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il trarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefon nömrəsi ilə olan danışıqlarına baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir(cild 01, iş vər. 261). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutlarıın qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zübeyr Dinbazovun üzərindən aşkar edilərək götürülmüş 9,417 qram çəkidə psixotrop maddə metamfetamini əldə edilməsi və saxlanma faktına görə, həmçinin dini ekstremis materiallar hesab edilən ədəbiyyatların, o cümlədən X32 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və idxal edilmiş kitabların idxal etmə, satma və yayma faktına görə ayrıca icraata material ayrılmışdır (cild 01, iş vər. 271-286). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Habelə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma - həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdə saat 12:55-də Zaqatala rayonu, Yuxarı Tala kəndində saxlanılıb Zaqatala Rayon Polis Şöbəsinə gətirilmişdir. Həmçinin Əməliyyat-axtarış tədbirinin davamı olaraq 14 may 2023-cü il tarixdə saat 15:43dən etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, lakin ibtidai istintaqın gedişində irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək heç vaxt narkotik vasitə və psixotrop maddə əldə etmədiyini, qeyd edilən vasitə və maddələrdən istifadə etmədiyini, dövriyyəsi qadağan edilmiş vasitə və maddələrdən uzaq olduğunu, şəxsiyyətinin alçalmamasından ötrü onların dedikləri ilə razılaşdığını və edilmiş təzyiq nəticəsində polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində psixotrop maddə metamfetamin olmadığını ve evindən aşkar edilmiş kitabların ona məxsus olmadığını, həmin maddənin və kitabların polis əməkdaşları tərəfindən ona verildiyini iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, habelə BMCMİ-nə aparılarkən və həmin idarədə polis əməkdaşlarının təzyiqinə məruz qalıb-qalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalıb-qalmaması ilə bağlı prokurorluq orqanında araşdırma aparılmış, həmin araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş və xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərində hər hansı bir xəsarət izləri aşkar edilməmişdir. Dindirilmiş şəxslərin izahatları ilə yanaşı, həmçinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsasən döyülmə və təhqir edilərək işgəncəyə məruz qalması faktı təsdiq edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olmasını bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir tibbi və digər sənəd mövcud deyil. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və bədənində xəsarət izinin olması barədə məhkəməyə hər hansı tibbi sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və təhqir edilərək işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olması barədə səlahiyyətli dövlət orqanlarında qeydiyyat aparılmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülmə və təhqir edilərək işgəncəyə məruz qalması hissəsində ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və təhqir edilərək işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası iş üzrə əlavə şahidlər X8 və X9 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələrlə razılaşmır. Belə ki, işi üzrə əlavə şahidlər X15 və X30 Zübeyr Dinbazovla qohumluq münasibətində olması, yəni təqsirləndirilən şəxs ilə yaxın münasibətlərinin olması onların bu formada, Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadələr vermələrini anlaşılan edir. Göründüyü kimi əlavə şahidlər X15 və X16 məhkəmə iclasında belə ifadə verməklə Zübeyr Dinbazovu məsuliyyətdən və cəzadan yayındırmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 (iki) bükümdə olan külli miqdarda psixotrop maddə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 5,202 qram və 4,215 qram olmaqla, 02 ədəd şəffaf sellofan bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin, habelə Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman oradan, Təqsirləndirilən şəxs əldə edərək saxladığı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X32 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi dini təyinatlı ədəbiyyat nümunələrinin aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs Zübeyr Dinbazov külli miqdarda psixotrop maddə metamfetaminin ona aid olmamasını, ümumiyyətlə psixotrop maddədən heç vaxt istifadə etməməsini, həmin psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən ona verilməsini iddia etsə də, bununla inandırıcı məlumat verməmişdir. Yəni həmin psixotrop maddə metamfetaminin kimin tərəfindən, hansı şəraitdə və nə vaxt ona verilməsini açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Zübeyr Dinbazovun üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də onun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 5,202 qram və 4,215 qram olmaqla, 02 ədəd şəffaf sellofan bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Zübeyr Dinbazovun üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan şalvarının cibindən mobil telefon, avtomobilin açarı ilə yanaşı, həmçinin 2 (iki) ədəd bükümdə olan maddəni və pulu çıxararaq masanın üzərinə qoymuşdur. Zübeyr Dinbazova aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin əşyanı könüllü şəkildə cibindən çıxarıb masanın üzərinə qoymasının heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Zübeyr Dinbazovun əynində olan şalvarın cibindən həqiqətən də 2 (iki) ədəd bükümdə külli miqdarda psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Zübeyr Dinbazovun qanunsuz şəkildə narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda “Zübeyir” adlı şəxsin ümumi qaydada narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məşğul olması göstərilsə də, onun kiməsə narkotik vasitə satması göstərilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Zübeyr Dinbazov xx.xx.2023-cü il tarixində tutulanadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Zübeyr Dinbazovun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zübeyr Dinbazovun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən iki bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Zübeyr Dinbazova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop madədləri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Zübeyr Dinbazovun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Zübeyr Dinbazovun külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 9,417 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə kollgiyası belə nəticəyə gəlir ki, Zübeyr Dinbazov onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. xx.xx.2023-cü il tarixli, 1804/K saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəməkimyəvi ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edildi. Eyni zamanda Zübeyr Dinbazov saxlanıldıqdan bir müddət sonra onun üzərində şəxsi axtarış keçirilməsi, keçmiş müddətin (saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilənədək) kifayət qədər uzun müddət olması səbəbindən Zübeyr Dinbazova polisin nəzarəti altında olduğundan qanunsuz təsir edilməsinin mümkün olması ilə bağlı məhkəmə qeyd edir ki, X14 rayonu ərazisində saxlanılmış, saxlanıldığı vaxtın nahar vaxtı olduğundan, şəxsi axtarışın təhqiqatçı tərəfindən aparılmalı olduğundan, prosessual hərəkət keçirilməzdən əvvəl müvafiq müdafiəçi ilə təmin olunduğundan şəxsi axtarışın bir müddət sonra keçirilməsi ağlabatandır və bu kimi hallar keçirilmiş əməliyyat-axtarış tədbirinin şəffaflığına təsir edə bilməz. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Zübeyr Dinbazovun qeyd edilən çəkidə psixotrop maddə metamfetamini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Zübeyr Dinbazovun satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və onun həmin maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Zübeyr Dinbazovun psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Zübeyr Dinbazovun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda ibtidai istintaq orqanının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həmin hissəsi ilə qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın bu hissəsinin qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə Zübeyr Dinbazova elan edilmiş ittihamla bağlı qeyd edir ki, cinayət işi üzrə əhəmiyyət kəsb edən bütün hallar və sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, 14 may 2023-cü il tarixdə saat 15:43-dən etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman oradan, sonuncunun naməlum vaxtda və şəraitdə əldə edərək saxladığı dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar, yəni, qanunvericiliyin tələblərinə zidd olaraq Azərbaycan Respublikası X32 üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya idxal edilmiş, məzmununda ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilən mövzuların üstünlük təşkil etdiyi dini təyinatlı ədəbiyyat nümunələri aşkar edilmişdir. 31 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 4/920 nömrəli məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının rəyindən görünür ki, Rabi ibn Hadi Umeyr əl-Mədxəlinin “Mən humulirhəbiyyunə” adlı dini təyinatlı ədəbiyyatı, Rabi ibn Umeyr əl-Mədxəlinin “əl-İrhəbu və əsəruhus-seyyiətu aləl-əfradi val-uməm” adlı dini təyinatlı ədəbiyyatı, Abu Zeydin “Səqəleyn hədisi” adlı dini təyinatlı ədəbiyyatı, X28 “əş-Şiatu vas-sunnətu” adlı dini təyinatlı ədəbiyyatı, İbrahim bin Amir ər-Ruheylinin “Aqidətur-rafidati va mouqifuhum min Əhlis-sunnəti” adlı dini təyinatlı ədəbiyyatı, Saleh ibn Abdulaziz ibn X31 “ət-Təmhid lişərhi Kitəbit-touhid əlləzi huva haqqullahi aləl-abid” adlı dini təyinatlı ədəbiyyatı, Abdullah ibn Abdulaziz əl-Cibrinin “Muxtasaru şərhi təshilil-aqidətil-İsləmiyyəti” adlı dini təyinatlı ədəbiyyatı, Abdulmulk ibn Abdurrahman əş-Şafiinin “əl-Fikrut-təfkiriyyu indəş-şiati haqiqatun əm iftiraun” adlı dini təyinatlı ədəbiyyatı, Rabi ibn Hadi Umeyr əl-Mədxəlinin “Şərhu usulis-sunnə” adlı dini təyinatlı ədəbiyyatı, Muhəmməd Nasiruddin əl-Albaninin “Fitnətut-təkfir” adlı dini təyinatlı ədəbiyyatı, Ət-Tayyib bin Ömər əl-Hüseynin “Aqidətussələf fi duil-kitab vəs-sünnə” adlı dini təyinatlı ədəbiyyat nümunələrində dini ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmişdir. Məhkəmə iş üzrə hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın bu hissəsinin qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Zübeyr Dinbazov cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə cinayət əməllərindən biri ağır, digəri isə az ağır cinayət kateqoriyalarına aiddir. Zübeyr Dinbazovun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 167-3.1-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən halları kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 167-3.1-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 167-3.1-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır və az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Dinbazov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub DİN-in BMCMİ-nin saxlanc otağına saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,317 qram təşkil edən psixotrop maddə metamfetamin, habelə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Mən humul-irhəbiyyunə”, Rabi ibn Umeyr əl-Mədxəli. “əl-İrhəbu və əsəruhusseyyiətu aləl-əfradi val-uməm”, Abu Zeyd. “Səqəleyn hədisi”, X36 “əş-Şiatu vas-sunnətu”, İbrahim bin Amir ər-Ruheyli. “Aqidətir-rafidati və mouqifuhum min Əhlis-sunnəti”, Saleh ibn Abdulaziz ibn X40. “ət-Təmhid lişərhi Kitəbit-touhid əlləzi huva haqqulahi aləl-abid, Abdullah ibn Abdulaziz əl-Cibrin. “Muxtasaru şərhi təshilil-aqidətil-İsləmiyyəti”, Abdulmulk ibn Abdurrahman əş-Şafii. “əl-Fikrut-təfkiriyyu indəş-şiati haqiqatun əm iftiraun?”, Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Şərhu usulis-sunnə”, Muhəmməd Nasiruddin əl-Albani. “Fitnətuttəkfir”, Ət-Tayyib bin Ömər əl-Hüseyn. “Aqidətus-sələf fi duil-kitab vəs-sünnə” adlı dini ekstrimist materiallar mövcud olan dini təyinatlı ədəbiyyat nümunələri məhv edilməli, 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 365 (üç yüz altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 365 (üç yüz altmış beş ) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,317 qram təşkil edən psixotrop maddə metamfetamin, habelə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Mən humul-irhəbiyyunə”, Rabi ibn Umeyr əl- Mədxəli. “əl-İrhəbu və əsəruhus-seyyiətu aləl-əfradi val-uməm”, Abu Zeyd. “Səqəleyn hədisi”, X36 “əş-Şiatu vas-sunnətu”, İbrahim bin Amir ər-Ruheyli. “Aqidətir-rafidati və mouqifuhum min Əhlis-sunnəti”, Saleh ibn Abdulaziz ibn X40. “ət-Təmhid lişərhi Kitəbittouhid əlləzi huva haqqulahi aləl-abid”, Abdullah ibn Abdulaziz əl-Cibrin. “Muxtasaru şərhi təshilil-aqidətil-İsləmiyyəti”, Abdulmulk ibn Abdurrahman əş-Şafii. “əl-Fikrut-təfkiriyyu indəş-şiati haqiqatun əm iftiraun?”, Rabi ibn Hadi Umeyr əl-Mədxəli. “Şərhu usulis-sunnə”, Muhəmməd Nasiruddin əl-Albani. “Fitnətut-təkfir”, Ət-Tayyib bin Ömər əl-Hüseyn. “Aqidətus-sələf fi duil-kitab vəs-sünnə” adlı dini ekstrimist materiallar mövcud olan dini təyinatlı ədəbiyyat nümunələri məhv edilsin, 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 365 (üç yüz altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Əfəndizadə
Hakimlər Bilal Məmmədov
Xaliq Məmmədov