Məhkəmə qərarları › İş №1(091)-8/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-8/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-8/2022 22.02.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri X13, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin qanuni nümayəndələri: X7 və Qanuni nümayəndə2, xx.xx.1988-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax şəhəri Yeni Yevlax küçəsi bina 5, mənzil 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Penitensiar Xidmətin İxtisaslaşdılrılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 150.3.3 və 29, 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2016-cı ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında X5 məxsus Yevlax şəhəri Ş.Qurbanov küçəsi 83 saylı evin həyətində usta işləyərkən həmin evdə yaşayan xx.xx.2006-cı il təvəllüdlü olmaqla həmin vaxtı onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək evin birinci mərtəbəsindəki otaqda sonuncunun əynində olmuş paltarları aşağı çəkərək cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə öz cinsiyyət orqanını şalvardan çıxarıb Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə sürtərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sonra isə cinsi orqanını gərilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə daxil edərək onunla bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2016-cı ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında X5 məxsus Yevlax şəhəri Ş.Qurbanov küçəsi 83 saylı evin həyətində usta işləyərkən həmin evdə yaşayan xx.xx.2006-cı il təvəllüdlü olmaqla həmin vaxtı onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək evin birinci mərtəbəsindəki otaqda sonuncunun əynində olmuş paltarları aşağı çəkərək cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə öz cinsiyyət orqanını şalvardan çıxarıb Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə sürtərək ona qarşı təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sonra isə cinsi orqanını gərilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə daxil edərək onunla bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə təkrar uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2016-cı ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında X5 məxsus Yevlax şəhəri Ş.Qurbanov küçəsi 83 saylı evin həyətində usta işləyib qurtardıqdan sonra orada qalmış işlətdiyi alətləri aparmağa gələrkən həmin evdə yaşayan xx.xx.2006-cı il təvəllüdlü olmaqla həmin vaxtı onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək evin birinci mərtəbəsindəki otaqda sonuncunun əynində olmuş paltarları aşağı çəkərək cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə öz cinsiyyət orqanını şalvardan çıxarıb Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə sürtərək ona qarşı təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sonra isə cinsi orqanını gərilmiş vəziyyətdə Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyinə daxil edərək onunla bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə təkrar uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2016-cı ilin iyul ayının sonlarında istintaqla müəyyən edilməyən gündə axşam saatlarında Rəman Paşayevə məxsus olan Yevlax şəhəri F.Əmirov küçəsi 53 saylı evdə qonaq olarkən həmin evdə yaşayan xx.xx.2006-cı il təvəllüdlü həmin vaxtı onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs2 azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək evin həyətindəki ayaqyolunun qarşısında gərilmiş halda olan öz cinsiyyət orqanını çıxarıb cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə Rəhman Paşazadənin paltarlı vəziyyətdə arxa keçəcək dəliyinə sürtərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sonra isə Rəhman Paşazadə ilə qeyri təbii yolla cinsi əlaqədə olmaq məqsədilə onun üzünü ayaqyolunun divarına tərəf çevirib arxasını özünə tərəf tutaraq gərilmiş cinsi orqanını Rəhman Paşazadənin arxa keçəcək dəliyinə daxil etmək istəyən zaman Rəhman Paşazadənin bibisi Qanuni nümayəndə1 Rəhman Paşazadəni çağırdığına görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib zərərçəkmiş şəxs Rəhman Paşazadənin köməksiz vəziyyətindən istifadə etməklə təkrar uşaqbazlıq etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 150.3.3 və 29, 150.3.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, dayısı qızı Ruhiyyənin evində usta kimi işlədikdən sonra sonuncudan qalıq 550 manat pulunu istədikdən sonra onun barəsndə Polis Şöbəsinə şikayət etmişlər. Polis Şöbəsində təsir altında Zərərçəkmiş şəxs1 ilə qeyritəbii yola cinsi əlaqədə olması barədə etrafedici ifadələr vermişdir. Zərərçəkmiş şəxs1 və Hümbət Paşazədəyə qarşı heç bir zor tətbiq etməmiş, sonuncularla cinsi əlaqədə olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 dayısı qızı Ruhiyyənin qızı olmaqla 2016-cı ilin yay aylarında Ruhiyyəgilin ünvan 1 ünvanında yerləşən evlərində təmir işləri apararkən Nuranə onun yanına gəlmiş, evin otağında Nurarəni soyundurduqdan sonra öz cinsi orqanını Nuranənin anal dəliyinə sürtdükdən sonra boşalan zaman alt paltarını çəkmişdir. Lakin Nuranə ilə nə təbii, nə də ki qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Zərərçəkmiş şəxs2 qarşı isə heç bir seksual xarakterli hərəkətlər etməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasının qohumu olmaqla 2016-cı ilin iyun ayının ortalarında dəqiq olaraq xatırlamadığı gündə günorta saatlarında yaşadıqları evi təmir edərkən onu yanına çağıraraq bir şey edəcəyini, lakin bunu heç kimə deməməsini, əgər desən ona kassa düzətməyəcəyini demiş, uşaq olduğundan və heç bir şey başa düşməmiş və Orxanla razılaşmışdır. Bundan sonra Orxan onu evin birinci mərtəbəsində yerləşən hamama apararaq orada onun üzünü digər tərəfə, arxasını özünə tərəf çevirərək sakit durmasını dedikdən sonra əynində olan göy rəngli cins şalvarı, sonra isə qırmızı rəngli şortiki aşağı çəkib onunla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Həmin vaxt ağrı hiss etsə də Orxanın ona qarşı etdiyi hərəkətin mahiyyətini dərk etməmiş, daha sonra növbəti günlərdə yenə Orxan onu yanına çağırıb əvvəlki gündə olduğu kimi yenə onu hamam otağına aparıb əynində olan xatırlamadığı paltarı çıxararaq onunla yenidən qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Həmin vaxt yenə də ağrı hiss etsə də o, Orxanın ona qarşı etdiyi hərəkətin mahiyyətini dərk etməmişdir. Həmin hadisədən təxminən bir həftə sonra Orxan təmir zamanı işlətdiyi alətləri aparmaq üçün onlara gəlmiş, əşyalarını yığıb qurtardıqdan sonra siqaret çəkərək onu yanına çağırmış və əynində olan gödəkcəsini düzətməyi ondan xahiş etmişdir. Orxana yaxınlaşıb gödəkcəsinin yaxalığını düzəldərkən Orxan onun əlindən tutub otaqda olan stola tərəf aparmış və üzünü stola tərəf çevirərək əynində olan xatırlamadığı paltarı çıxarıb yenə onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Orxan onların evindən çıxıb getmiş, Orxan onların evlərini təmir etdikdən sonra 2016-cı ilin iyul ayının ortalarında dayısı X6 da evini təmir etməyə başlamışdır. Anası ilə birlikdə dayısı Rəmanın evinə qonaq getmiş, dayısı oğlu Zərərçəkmiş şəxs2 ilə həyətdə oynayarkən Orxan onlara yaxınlaşaraq həyətdə yerləşən ayaqyolunu ona göstərmək üçün çağırmış, onlar da Orxanı ayaqyolunun yanına aparmışlar. Orxan orada Hümbətin qolundan tutub ayaqyoluna aparıb sonuncu ilə qeyritəbii yolla cinsi əlaqədə olmağa cəhd etmiş, lakin anası onları çağırdığı üçün Orxan Hümbəti buraxmış və onlar evə getmişlər. 20 aprel 2021-ci il tarixdə Yevlax şəhərində yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzində psixoloji seminarlardan və testlərdən keçəndə Orxanın ona qarşı etdiyi hərəkətlər barədə məlumat vermiş, Orxanın ona qarşı etdiyi hərəkəti həmin vaxt başa düşməsə də, sonradan həmin hadisəni xatırladıqca ona qarşı edilmiş hərəkətindən utanmış və özünü alçaldılmış hiss etmişdir. Təqsirləndirilən şəxslə barışmamış, barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Orxan onun atasının qohumu olmaqla Nuranə də bibisinin qızı olmuşdur. 2016-cı ilin yay ayında Nuranə onalara gəlmiş və onlar birlikdə həyətdə oynayarkən Orxan onlara yaxınlaşıb ayaq yolunun yerini soruşmuş, onlar da Orxana həmin yeri göstərmişlər. X16 əlinədn tutmuş, Nuranə Hümbət deyə qışqırmışdır. O da qışqırdıqdan sonra Orxan onun əlindən tutub ayaqtoluna tərəf aparmış, bibisi Nuranəni səslədiyinə görə Orxan Nuranənin əlini buraxıb qaçıb getmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasının qohumu olmaqla ev təmiri ilə məşğul olmuş, 2016-cı ilin iyul ayında dəqiq olaraq xatırlamadığı ayda və gündə bibisi Ruhiyyə qızları ilə onlara qonaq gəlmişdir. Həmin vaxt Orxan onlarda olmuş, Ruhiyyə bibisinin qızı Nuranə ilə birlikdə evin həyətində oynayarkən Orxan onlara yaxınlaşaraq onlardan nə ilə məşğul olmalarını soruşmuş və sonra evin ayaqyolusunun göstərmələrini demişdir. Onlar Orxana ayaqyolunun yerini göstərmiş, həmin vaxt Orxan onun üzünü ayaqyoluna tərəf çevirib arxasını özünə tərəf tutaraq cinsi orqanını çıxardıb cinsi orqanını onun paltarlı vəziyyətdə arxa nahiyəsinə sürtmüşdür. Sonra Orxan tualetin qapısını açaraq onu tualetin içərisinə arxasını özünə tərəf çevirib cinsi orqanını daxil etmək üçün aparmaq istəyərkən evdən bibisi Ruhiyyə onları çağırdığına görə Orxan onu buraxmışdır. Həmin vaxt hadisəni başa düşməsə də, sonradan həmin hadisəni xatırladıqca ona qarşı edilmiş hərəkətdən utanmış və özünü alçaldılmış hiss etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gənclər İnkişaf və Karyera mərkəzinin Yevlax nümayəndəliyində mütəxəssis vəzifəsində işləyən Şahid ifadəsində göstərmişdir ki, 20 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 nümayəndəlikdə psixoloji testən keçirilərkən onda intihara meyillik olduğunu və bunun səbəbin soruşarkən 2016-cı ildə 10 yaşı olan zaman anasının qohumu tərəfindən təcavüzə məruz qaldığını bildirmişdir. Ona görə bu barədə Yevlax rayon prokurorluğuna məlumat verilmiş, sonradan Nuranəyə təcavüz edən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edildiyini eşitmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 22 aprel 2021-ci il tarixli 194 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Öz deməsinə görə təxminən beş il əvvəl onunla qeyri-təbii yolla cinsi əlaqədə olunmuşdur. Zərərçəkmiş şəxs1 qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar edilmədi. Qeyri-təbii yolla cinsi əlaqədən uzun müddət keçdiyindən düz bağırsağın selikli qişasında, ambulyar hissədə hər hansı səti xəsarət olsaydı belə bu müddət ərzində heç bir iz buraxmadan keçib gedə bilərdi. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 22 aprel 2021-ci il tarixli 195 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs2 qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar edilmədi. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixatirik-pisixoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli 286\88 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalaranın dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə asan daxil olma. Zərərçəkmiş şəxs1 yaş xüsusiyyətləri və intelektual inkitşafı nəzərə alınmaqla onunla 2016-cı ilin yay aylarından edilən hərəkətlərəin xarakter və mənası anlaya bilməmişdir. Zərərçəkmiş şəxs1 ona qarşı edilən hüquqa zidd hərəkətlərdən əvvəl baş vermiş hadisə zamanı və hadisədən sonra adi pisixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs1 özünü psixi yaş və fərdi-psixi xusisiyətlərindən, intelektual inkişafı və emosianal halından aslı olaraq 2016-cı ilin yay aylarında ona qarşı qanunazidd əməllər törədilərkən müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs1 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs1 psixi inkişafını nəzərə alaraq, o, 2016-cı ilin yay aylarında yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini tam görə bilmək qabiliyyətində olmamışdır. Zərərçəkmiş şəxs1 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixatirik-pisixoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli 87 rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Rəhman oğlu praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə asan daxil olma. Zərərçəkmiş şəxs2 yaş xüsusiyyətləri və intelektual inkitşafı nəzərə alınmaqla özünə qarşı edilən hərəkətlərəin xarakter və mənasını anlaya bilməzdi. Zərərçəkmiş şəxs2 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs2 psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk edə bilmədiyindən ona qarşı törədilmiş qanunazidd əməlin mümkün nəticələrini görə bilmək qabiliyyətində olmamışdır. Zərərçəkmiş şəxs2 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinetindən alınmış 29.07.2021-ci il tarixli 1392 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 23 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Yevlax şəhər İcra Hakimiyyəti Yevlax şəhər 4 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri Yeni Yevlax küçəsi bina 5, mənzil 7-də yaşayır, himayəsində 2013-cü doğulmuş Yağmur Hüseynli, 2018-ci ildə doğulmuş Damla Hüseynli iki azyaşlı uşaqları var və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 150.3.3 və 29, 150.3.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı heç bir seksual xarakterli hərəkətlərə yol verməməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ona qarşı təqsirləndirilən şəxs tərəfindən edilmiş seksual xarakterli hərəkətləri yaşının az olmasına və buna uyğuun olaraq inkişaf səviyyəsinə görə dərk etməmiş və bu barədə heç kimə məlumat verməmiş, sonradan bu barədə işin nəticəsində maraqlı olan anasına deyil, Gənclər İnkişaf və Karyera mərkəzinin Yevlax nümayəndəliyində mütəxəssis vəzifəsində işləyən Şahid məlumat vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin anasından borcunu istədiyinə görə onun barəsində şikayət etdiyini bildirsə də onun bu kimi dəlilləri məhkəmə tərəfindən inandırıcı qəbul edilmir. Belə ki, mövcud milli mentalitet qaydaları çərçivəsində, uzun illər ərzində formalaşan adət-ənənələrin fonunda böyüyən, bütün əxlaq normalarını yaxşı bilən və dərk edən azərbaycan qadını tərəfindən, hələ də azyaşlı qız övladını böyüdən ana tərəfindən öz övladının adının belə bir bədnam hadisədə yalandan hallandırılması ağlabatan deyil. Məhkəmə ekspert rəyləri ilə də təsdiq olunduğu kimi təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli olmayan zərərçəkmiş şəxslərin ifadələrini daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə, zərərçəkmiş və şahid ifadələri, məhkəmə psixoloji ekspertizasının rəyləri və iş materiallarında olan digər sübutlar əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və haimayəsində iki azyaşlı uşağının olmasıdır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 150.3.3 və 29, 150.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzaçəkmənin əvvəli şübhəli şəxs kimi tutulduğu 21 aprel 2020-ci il tarixdən hesablanmalı, CM-in 56.1.3cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 29, 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 150.3.3-cü maddəsi ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 21 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar