Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-8/2024 21.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayət məhkəmələrində dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X27, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəki şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, оrta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.9, 134, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə tanışı Şahid18 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 07 mart 2021-ci tarixdə saat 18 radələrində “ünvan 2 ünvanında yerləşən X24 İntensiv Terapiya şöbəsinin saxlanc yeri olan xidməti iş otağının plastik pəncərəsini əli ilə itələməklə açaraq qanunsuz olaraq içəri daxil olub oradan həmin Mərkəzin anestezioloq-reanimotoloq həkimi Şahid7 xidməti istifadəsində olmaqla “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə məxsus, 6.000 (altı min) manat dəyərində olan “Portativ USM cihazı, ağ-qara, çoxtəyinatlı, 2012” cihazını gizli talamaqla zərərçəkmiş hüquqi şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə xeyli miqdarda, 6000 (altı min) manat məbləğində maddi ziyan vuraraq qəsdən oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Şahid18 ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 mart 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin plastik pəncərəsini vintaçanla açaraq qanunsuz olaraq içəri daxil olub yataq otağındakı saxlanc yeri olan dolabın içərisindəki qutudan dəyəri 110 manat olan bir ədəd 2 qram çəkidə qızıl sepi, dəyəri 440 manat olan bir ədəd üzərində “Lalǝ” sözü yazılan 8 qram çəkidə qızıl sepi, dəyəri 330 manat olan bir cüt 6 qram çəkidə iki halqalı, ağ-sarı qızıl sırğanı və dəyəri 110 manat olan bir ədəd 2 qram çəkidə beş qaşlı tək qızıl sırğanı, ümumilikdə 990 manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs8 cəmi 990 (doqquz yüz doxsan) manat maddi ziyan vuraraq qəsdən oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, Şəki rayonunun Baş Zəyzid kəndində yaşayan xalası oğlu Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 ilə sevgi və intim münasibətlərində olması barədə sonuncunun ailə üzvlərinin öyrənməsi nəticəsində aralarında ədavətin yaranması, həmçinin Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 ilə birgə xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində ona fiziki zor tətbiq edib yüngül beyin sarsılması posttravmatik sefalgiya, servikoalgiya, hər iki gözün travmatik şişkinliyi və gicgah nahiyəsinin dəri altı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər, həmçinin kürək, bel, sol bilək, sol əlarxası, sol biləyin ön səthi, sağ said, sağ biləyin arxası, sağ diz nahiyəsinin sıyrılmış yaraları, sol gicgah, hər çiyin qurşağı, kürək və bel nahiyəsinin qançırları, sağ əlin arxa səthində İİ və İİİ barmaqlar arası sahədə kəsilmiş yaraları kimi sağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qollarından və ağzından tutub yaşadıqları evin həyətinə gətirib əl-ayaqlarını kəndirlə həyətdəki boruya bağlayıb təxminən 1 saat 30 dəqiqə müddətində saxlamaları, habelə bu zəmində aralarında yaranmış ədavət və düşmənçiliklə bağlı qisas almaq məqsədilə Zərərçəkmiş şəxs2 və sonuncunun ailə üzvləri olan - arvadı Zərərçəkmiş şəxs3, onların azyaşlı uşaqları 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4, 2016cı il təvəllüdlü Zərərçəkmiş şəxs5 və 2021-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi qəsdən xüsusi amansızlıqla öldürmək və qəsdən, vahid niyyətlə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 məxsus külli miqdarda əmlakı yandırma üsulu ilə məhv etmək, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 real əsaslarla öldürməklə hədələmək qərarına gəlmiş, bu məqsədlə o, xx.xx.2022-ci il tarixdə Şəki şəhəri M.F.Axundov prospektində yerləşən “Akel Petrol” yanacaqdoldurma məntəqəsindən ayrı-ayrılıqda 1 və 2 litr həcmli 2 ədəd plastik materialdan olan su qablarında olmaqla cəmi 3 litr benzin alaraq benzinlə doldurulmuş həmin qabları yaşadığı ünvan 5 ünvanında yerləşən evin həyətində gizlətmiş, növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində havanın qaralmasından istifadə edərək cinayətkar niyyətini həyata keçirmək üçün həmin plastik qablardakı benzini, bir ədəd alışqanı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 ünvanlanmış əvvəlcədən özü tərəfindən yazılmış hədə-qorxu məzmunlu iki ədəd kağız parçasını əl çantasına qoymaqla götürüb özünə məxsus velosipedlə yola çıxmış, onun cinayətkar niyyətindən məlumatı olmayan, taksi fəaliyyəti göstərən əvvəllər tanımadığı Şahid15 idarə etdiyi “VAZ 2170” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıb qərarlaşdırdığı cinayət əməllərini həyata keçirdikdən sonra hadisə yerindən tezliklə və rahat şəkildə uzaqlaşmasını təmin etmək üçün velosipedini avtomobilin baqaj hissəsinə qoyaraq onunla Şəki rayonunun Baş Zəyzid kəndinə gəlmiş, Zərərçəkmiş şəxs2 yaşadığı evdən təxminən 500-600 metr məsafədə avtomobildən düşərək velosipedi yolun kənarında kolların arasında gizlətdikdən sonra benzinlə dolu plastik qabları və bir ədəd alışqanı götürüb sonuncunun evinə yaxınlaşmış, evdə heç kimin olmadığını görüb həmin evin yaxınlığında gizlənərək Zərərçəkmiş şəxs2 və onun ailə üzvlərinin evə qayıtmasını gözləmiş, həmin gün təxminən saat 24 radələrində Zərərçəkmiş şəxs2 ailə üzvləri ilə birgə yaşadıqları evə daxil olduqdan sonra bir müddət də onların yuxuya getmələri üçün gözləmiş, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin hamısının yatmasına tam əmin olduqdan sonra həmin evin həyətinin hasarının üstündən keçməklə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısına gəlmiş, onların yanaraq ölməsini təmin etmək məqsədilə kənar şəxslər tərəfindən onların xilas olunmasının qarşısını almaqdan ötrü əvvəlcə həmin evin həyətyanı sahəsində yerləşən 10 ton həcmli su çənində olan suyu krantı açmaqla tamamilə yerə boşaltmış, bundan sonra, yatmış vəziyyətdə olduqlarından onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, azyaşlı və yatmış vəziyyətdə olduqlarından onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan sonuncuların azyaşlı uşaqları 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4, 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs5 və 2021-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 qəsdən və xüsusi amansızlıqla, yəni yandırmaqla öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus evin qapısı açıq olan zirzəmisinə daxil olaraq döşəmənin müxtəlif yerlərinə, daha sonra isə evin qarşısında olan faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq çəni olan hissənin yanaraq güclü partlayış baş verməsi və evin tam yanmasını təmin etmək üçün həmin avtomobilin arxa sağ sərnişin qapısını açaraq arxa sağ oturacağa özü ilə gətirdiyi benzinin bir hissəsini tökərək alışqanla qeyd olunan yerləri yandırmış, avtomobil və yaşayış evi yanmağa başladıqda onların yanaraq öləcəyinə tam əmin olub həmin yerdən uzaqlaşmış, həmin evin həyatyanı sahəsində olmaqla yaxınlıqdakı evdə yaşayan Zərərçəkmiş şəxs1 ilə Şahid1 yanğın səsinə və görüntüsünə yuxudan oyanaraq dərhal Zərərçəkmiş şəxs2 və sonuncunun ailə üzvlərini yuxudan oyatmaları və bundan sonra Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin vaxtında evdən çıxmaları nəticəsində cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki və ya daha çox şəxsi yəni, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 xüsusi amansızlıqla öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eyni zamanda qəsdən, Şəki rayonunun Baş Zəyzid kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus 55.000 manat dəyərində olan evi və həmin evin içərisində olan dəyəri 7.000 manat olan qızıl-zinət əşyaları, 500 manat məbləğində nağd pul, dəyəri 100 manat olan 01 ədəd 1,80 x 2,0 metr ölçülü, taxta materialdan hazırlanmış iki nəfərlik yataq, dəyəri ümumilikdə 150 manat olan 1,20 x 2,0 metr ölçülü, taxta materialdan hazırlanmış tək nəfərlik 02 ədəd yataq, dəyəri 50 manat olan taxta materialdan hazırlanmış 01 ədəd beşik, dəyəri 100 manat olan 0,60 x 2,50 metr ölçülü, taxta materialdan hazırlanmış 01 ədəd şkaf, həmin şkafın içərisində dəyəri 500 manat olan paltarlar, ümumilikdə dəyəri 150 manat olan 0,60 x 1,50 metr ölçülü, taxta və şüşə materialdan hazırlanmış 02 ədəd bufet, həmin bufetlərin içərisində dəyəri 300 manat olan qab-qacaqlar, dəyəri 50 manat olan 1,0 x 1,70 metr ölçülü, taxta materialdan hazırlanmış 01 tirmo (kamot), həmin tirmonun içərisində dəyəri 60 manat olan kosmetik əşyalar, ümumilikdə dəyəri 100 manat olan ayaqqabılar, ümumi dəyəri 80 manat olan 0,50 x 0,60 ölçülü taxta materialdan hazırlanmış 02 ədəd tumba, həmin tumbaların içərisində uşaqlara məxsus dəyəri 30 manat olan məktəb ləvazimatları, dəyəri 400 manat olan 4,0 x 7,0 metr ölçülü 01 ədəd xalça, ümumi dəyəri 250 manat olan dəmir və şüşə materialdan hazırlanmış 06 ədəd lüstür, dəyəri 80 manat olan 1,20 x 2,0 metr ölçülü, dəmir materialdan hazırlanmış 01 ədəd tək nəfərlik yataq, dəyəri 70 manat olan 0,60 x 2,0 metr ölçülü, taxta materialdan hazırlanmış 01 ədəd şkaf, həmin şkafın içərisində 300 manat dəyərində olan paltar, dəyəri 70 manat olan 1,20 x 1,50 metr ölçülü, taxta və şüşə materialdan hazırlanmış 01 ədəd bufet, həmin bufetin içərisində 300 manat dəyərində olan qab-qacaq, dəyəri 50 manat olan dəmir üzlüklü taxta materialdan hazırlanmış standart ölçülü 01 ədəd sandıq, həmin sandığın üzərində ümumi dəyəri 60 manat olan dörd ədəd döşək, dəyəri 50 manat olan 01 ədəd 1,0 x 1,70 metr ölçülü taxta materialdan hazırlanmış tirmo (kamot), həmin tirmonun içərisində 50 manat dəyərində olan əşyalar, dəyəri 350 manat olan 4,0 x 5,80 metr ölçülü 01 ədəd xalça, dəyəri 100 manat olan 01 ədəd “LG” markalı 82 ekran televizor, dəyəri 30 manat olan 01 ədəd “Samsung” markalı DVD aparatı, ümumi dəyəri 150 manat olan taxta materialdan hazırlanmış, 1,20 x 2,0 metr ölçülü 02 ədəd yataq, ümumi dəyəri 600 manat olan 3,6 x 4,6 metr və 3,3 x 4,55 metr ölçülü olmaqla 02 ədəd xalça, dəyəri 500 manat olan cehizlik yorğan-döşəklər, 150 manat dəyərində olan 01 ədəd divan-kreslo dəsti, ümumi dəyəri 900 manat olan 03 ədəd xalça, ümumi dəyəri 150 manat olan taxta materialdan hazırlanmış masa və oturacaqlar, ümumi dəyəri 1100 manat olan mətbəx mebeli, dəyəri 150 manat olan 01 ədəd “Çinar” markalı, 150 manat dəyəri olan 01 ədəd markası məlum olmayan soyuducu, ümumi dəyəri 500 manat olan qab-qacaq dəsti, dəyəri 80 manat olan 01 ədəd elektrikli ətçəkən maşın, dəyəri 150 manat olan 01 ədəd “Samsung” markalı, 82 ekran plazma televizor, dəyəri 5 manat olan 01 ədəd ev telefonu (kabelli), dəyəri 25 manat olan 01 ədəd “TP-Link” markalı internet modemi, dəyəri 300 manat olan 01 ədəd 3,60 x 4,20 metr ölçülü xalça, dəyəri 700 manat olan 01 ədəd “Eurolux” markalı və 01 ədəd “İndeks” markalı ümumilikdə 02 ədəd paltaryuyan, ümumi dəyəri 500 manat olan taxta materialdan hazırlanmış 05 ədəd masa, ümumi dəyəri 900 manat olan 48 ədəd taxta materialdan hazırlanmış oturacaqlar, dəyəri 20 manat olan 01 ədəd saçburan fen, ümumi dəyəri 1200 manat olan 06 ədəd pərdə, dəyəri 20 manat olan 01 ədəd paltartikən maşın, ümumi dəyəri 560 manat olan 700 kq çəkidə kartof, ümumi dəyəri 32 manat olan 80 kq çəkidə soğan, dəyəri 50 manat olan 50 kq çəkidə un, ümumilikdə 180 manat dəyəri olan 60 ədəd içərisində mürəbbə və turşu olan 3 kq-lıq bankalar, dəyəri 100 manat olan 01 ədəd “Sthil” markalı yanacaqla işləyən mişar, dəyəri 100 manat olan 01 ədəd “Ural Zid” markalı yanacaqla işləyən ot biçən maşın, dəyəri 20 manat olan 01 ədəd köhnə rəndə, ümumi dəyəri 1100 manat olan divar kağızlarını, habelə həmin evin qarşısında dayanmış dəyəri 3300 manat olan “VAZ 2106” markalı avtomobili və həmin avtomobilin 40 manat dəyərində olan disk təkərini özü ilə gətirdiyi benzini tökərək yandıraraq Zərərçəkmiş şəxs2 cəmi külli miqdar təşkil edən 80.062 manat məbləğində ziyan vurmaqla qəsdən külli miqdarda əmlakı yandırmaqla məhv etmiş, bundan sonra o, cinayətkar hərəkətlərinin davamı olaraq vahid niyyətlə eyni həyətyanı sahədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus tövləyə yaxınlaşıb, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, qəsdən, özü ilə gətirdiyi benzini həmin tövlənin çardaq hissəsinə töküb alışqanla yandıraraq sonuncuya məxsus 6000 manat dəyərində olan tövlə və həmin tövlənin içərisində 1300 manat dəyərində olan 1 baş inək, hər biri 1500 manat dəyərində olan 2 baş inək, hər biri 1050 manat dəyərində olan 2 baş dana, hər biri 100 manat dəyərində olan 2 baş hind toyuğu, ümumi dəyəri 450 manat olan 1 ton arpa, ümumi dəyəri 3997,50 manat olan 750 ədəd ot bağlaması olmaqla Zərərçəkmiş şəxs1 cəmi xeyli miqdar təşkil edən 17.047,50 manat məbləğində ziyan vurmaqla qəsdən əmlakı yandırmaqla məhv etmiş, eyni zamanda, qəsdən, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində eyni həyətyanı sahədə yerləşən Kamran Bələmmədovun fərdi yaşayış evinin yaxınlığındakı tövləsinin yanına gedərkən sonuncunun evinin qarşısına gedərək həmin evin giriş hissəsinə kiril əlifbası ilə üzərinə əvvəlcədən “Mən Rahibəm tutdurun .... Təranəyə görə öləsiniz uşağı verin Rahibəm uşağı verin öləsinniz” sözləri yazılmış dəftər vərəqini atıb həmin evdə yaşayan Zərərçəkmiş şəxs1 aralarında olan ədavətlə, habelə sonuncunun tövləsini yandırmaqla, habelə Zərərçəkmiş şəxs2 evini yandıraraq sonuncunun və onun ailə üzvlərinin həyatına qəsd etməklə müşayiət olunan hədənin icra ediləcəyi üçün real əsaslarla öldürməklə qəsdən hədələmiş, bundan sonra o, cinayətkar hərəkətlərinin davamı olaraq vahid niyyətlə kolların arasında gizlətdiyi velosipedə əyləşərək birbaşa Şəki rayonu Vərəzət kəndi istiqamətində hərəkət edərək həmin kənddə yerləşən Zərərçəkmiş şəxs2 qayınatası Zərərçəkmiş şəxs7 məxsus tövləyə yaxınlaşıb, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, qəsdən, özü ilə gətirdiyi benzini həmin tövlənin çardaq hissəsinə töküb alışqanla yandıraraq sonuncuya məxsus 7000 manat dəyərində olan tövlə və həmin tövlənin içərisində 2000 manat dəyərində olan 01 baş inək, 2160 manat dəyərində olan 01 baş inək, 2400 manat dəyərində olan 01 baş inək, 2400 manat dəyərində olan 01 baş dana və ümumi dəyəri 1980 manat olan 360 ədəd ot bağlaması olmaqla Zərərçəkmiş şəxs7 cəmi xeyli miqdar təşkil edən 17.940 manat məbləğində ziyan vurmaqla qəsdən əmlakı yandırmaqla məhv etmiş, bununla da Zərərçəkmiş şəxs2 80.062 manat, Zərərçəkmiş şəxs1 17.047,50 manat və Zərərçəkmiş şəxs7 17.940 manat, ümumilikdə cəmi 115.049,50 manat məbləğində külli miqdarda əmlakı yandırma üsulu ilə məhv etmiş, eyni zamanda qəsdən, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində şəxsi münasibətlər zəminində aralarında olmuş ədavətlə bağlı qisas almaq məqsədilə Zərərçəkmiş şəxs3 atası, Şəki rayonu Vərəzət kəndində yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı evin həyətyanı sahəsinin qarşısına gəlib özü ilə gətirdiyi üzərində əvvəlcədən “mən Rahibəm tutdur məni yaşaya-yaşaya öləçəsiz səhəri açmaya da bilərdiz əzab çəkib öləsiz ölüm anidir, ..... Təranəyə görə qızınıza görə çox çəkib öləsisiz balacanızdan böyüyünüzə kimi bu günə sükr edəsiniz hər yaşadığnız günə şükr edin Məni tutdurun canız qurtarsın X34 ....lər” sözləri yazılmış “A4” formatlı kağız parçasını qəsdən həmin evin həyətindəki daşlardan birinin altına qoyaraq həmin evdə yaşayan Zərərçəkmiş şəxs7 aralarında olan ədavətlə, habelə sonuncunun tövləsini yandırmaqla, habelə Zərərçəkmiş şəxs2 evini yandıraraq sonuncunun və onun ailə üzvlərinin həyatına qəsd etməklə müşayiət olunan hədənin icra ediləcəyi üçün real əsaslarla öldürməklə qəsdən hədələmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.9, 134, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xalası oğlu İmran 2021-ci ilin yay aylarında zəng edərək Şəki şəhərində olduğunu və onunla görüşmək istədiyini bildirmiş, sonuncu ilə “Elit” çay evində görüşmüşlər. İmran telefon ustasından gəldiyini və 60 manat məbləğində xərci çıxdığını demiş, xərcin nəyə çıxdığını soruşduqda, telefonunun ekranı sındığını və həyat yoldaşına əsəbləşdiyi üçün sındırdığını bildirmişdir. İmran telefonunda məktəb dərsliyi ilə əlaqədər proqram olduğunu, mesaj gəldiyini və arvadının telefonu əlindən alaraq otağa keçdiyini, özü baxmaq istədikdə telefonu ona vermədiyini bildirmiş, daha sonra telefonu gətirib ona verərək baxmasını demişdir. O da telefona baxdıqda mesaj görməmiş, mesajın kimdən olduğunu soruşduqda Təranə İmrana mesajın məktəb uşaqlarından gəldiyini demişdir. Bu zaman mesajlara baxanda bir az əvvəl gələn mesajların harda olduğunu soruşmuş, Təranə mesajın uşaqlar tərəfindən silindiyini demişdir. İmran da əsəbləşib telefonu sındırmış, sonra ondan telefonda olan yazışmaları, danışıqları necə çıxara biləcəyini soruşaraq bu söhbətin aralarında qalmasını istəmişdir. İmrana “Azercellə” müraciət etməsini bildirmiş, İmran ondan “Whatsapp”da olan yazışmaları necə çıxarda biləcəyini soruşduqda isə sonuncunu “Azercell” yox, proqram mütəxəssisinin yanına getməsini demişdir. İmran ondan elə proqram bilib-bilmədiyini soruşmuş, belə bir proqram bildiyini dedikdən sonra çay evinin internetinə qoşularaq həmin proqramı İmranın telefonuna yükləmişdir. Bu zaman İmranın telefonunda bir neçə tanıdığı şəxslər tərəfindən şübhəli mesajlar olmuş və mesajların gələ biləcəyini demişdir. Təranənin şəkli və sevgi yazışmaları olan bir nömrə var olmuş, həmin vaxt İmran ondan başqa nə olduğuna baxmasını istəmişdir. Proqramı qaytaran zaman qovluqda video olmuş, İmrana telefonun sonuncuda qalmasını, evə getməsini, videolar açdıqdan sonra ona göndərməsini demişdir. İmran evə gedəndən 1-2 saat sonra ona zəng edərək telefona geri qaytardıqlarının harda olduğunu soruşmuş, İmrana həmin faylların telefonunda olduğunu demişdir. İmran həmin faylları tapa bilmədiyini demiş, bunu necə tapmadığını soruşduqda İmran telefonunu evdə qoyduğunu, anası iş tapşırdığı üçün aşağıya düşdüyünü, anası evdən çıxdıqdan sonra Təranəyə telefonundan sildiyi mesajların kimdən olduğunu tapdığını dediyini və telefonunu gətirərək göstərmək istəmişdir. Ancaq həmin mesajları tapa bilməmiş, ondan yenə həmin məlumatları yenidən necə əldə edə biləcəyini soruşduqda, həmin proqrama yenidən girərək qaytara biləcəyini demişdir. Daha sonra İmran avtobusda olan zaman həmin nömrəyə zəng etmiş, nömrəyə zəng çatsa da sonradan zəng çatmamışdır. İmran Təranəni vurduğunu, sonuncunun olanları boynuna almadığını və anasının da heç nə bilməməsini istəmişdir. “Sənin də mesajları geri qaytarmağından xəbərin var, sən də evdə ananın, atanın yanında heç nə demə özüm həll edəcəm” demişdri. İmrana “mənim nə işimə qalıb, sən bir kəlmə söz dedin və aramızda qalmağını istədin. Mən də razılaşdım” demiş, səhərisi günü Kamranın həyat yoldaşı Humay onunla əlaqə saxlayaraq həmin mesajları geri qaytardığı üçün onu təhqir etmişdir. İmranın onun yanına gələrək Təranədən şübhələndiyinə görə ondan bu barədə xahiş etdiyini demiş, sonra “Geri qaytardıq və olanlar göz qarşısındadır. Sən nə üçün mənə zəng edib təhqir edirsən, səninlə bir məhlədə yaşayırıq” demişdir. Humay ona “düz deyirsən, ay qaqaş” demiş, Təranənin övladlarını fikirləşib onu təhqir etdiyini, Təranə dünən “Rahibin də xəbəri olduğunu və bildiklərini heç kimə deməməsi üçün məndən xahiş etdi. Əgər Rahib deyəsi olsa, özümə qəsd edib, məktuba da Rahibin adını yazacam. Mən öləndən sonra, Rahibin adı çıxsın. Necə ki, mənim övladlarım yetim qalır, qoy o da tutulsun” dediyini bildirmişdir. Bunların Təranə tərəfindən dediklərini bildikdən sonra İmrana və xalasına zəng edəcəyini demiş, Humay isə ona zəng etməməsini istəmişdir. Humaydan nə edəcəyini soruşduqda, ona “Rahib düzünə qalsa sən zəng edib desən, onun övladları dağılası olsa, mən də Təranə dediyi kimi edəcəm” demişdir. Sonra İmrana zəng edərək olanları demiş, anasına və xalasına da deyəcəyini bildirmişdir. İmran onunla razılşamış, ancaq hadisədən xəbərinin olduğunu bilməmələrini demişdir. Anasına olanları dedikdən sonra Təranənin elə şey etməyəcəyini demiş, o da Humayın dediklərini demişdir. Anasını götürüb xalasıgilə gedərək orada olanları danışmış, Humay da oraya gəlmişdir. Anası və xalası Humaya nə üçün belə dediyini soruşaraq sonuncunu tənqid etmişlər. Humay da çıxıb getmiş, bu zaman Təranə gəlmişdir. Təranədən kim ilə danışdığını soruşmuş, Təranə isə and içərək İmranla dalaşan zaman Humayın gəldiyini və Təranəyə “bacı sən sakit gözləyərsən. Mən Rahib qaqaşı qorxudacam. O bir az əsəbidir. Birdən olanları deyər” demişdir. X31 deməməsini, əgər desə əsəbləşib daha pis olacağını demiş, Humay həmin sözləri özündən demişdir. Xalası isə danışdığı şəxsin kim olduğunu deməsini bildirmiş, Təranə həmin adamı tanımadığını demişdir. Daha sonra xalası ondan bu barədə hardan bildiyini soruşmuş, o da həmin vaxt İmranın adını verə bilməmiş və telefonu gətirdikdən sonra baxacağını demişdir. Telefonu gətirdikdən sonra xalası kim olduğunu yenidən soruşduqda tanımadığını demiş, xalası da əsəbiləşib Təranəyə “anasının yanına gedirəm, olanları ona deyəcəm gəlib səni aparsınlar” demişdir. Anası da xalasının arxasınca gedən zaman Təranə üç balasının olduğunu və sonuncuya yazıqları gəldiyini demiş, Tıranəyə bu şərböhtanı ona atan zaman fikirləşmələrini demişdir. Daha sonra həmin adamın kim olduğunu soruşmuş, Təranə ona xalasının qarşısını almasını, ona zəng edərək həmin adamın kim olduğunu deyəcəyini bildirmişdir. İmran və Kamranın Təranəni vurmasından qorxaraq xalasının yanına gedərək bu məsələnin olmamış kimi qəbul etməsini istəmiş, həmin adamı araşdırıb kim olduğunu öyrənib deyəcəyimi bildirmişdir. Xalası da olanlardan heç kimin və xüsusən də dayılarının bilməməsini demiş, İmran ona zəng edərək, evində qırğın olduğunu, anasının arvadından boşanmasını istədiyini demişdir. İmrana Təranənin zəng edib kim olduğunu deyəcəyini demiş, Təranə zəng edən zaman İmranı da zəngə qoşmuşdur. Təranə xalasının evini dağıtdığını, adının batdığını, üç övladı ilə ortada qaldığını demiş, Təranəyə bunları olmamışdan qabaq fikirləşməli olduğunu bildirmişdir. Təranə and içərək elə şey etmədiyini, İmranla dalaşan zaman Humay görüb və o sözləri özündən dediyini bildirmişdir. Həmin adamın kim olduğunu soruşmuş, Təranə həmin şəxslə aralarında münasibət olduğunu, bir dəfə danışdığını bildirmişdir. Təranədən videoların olduğunu və həmin videoların nə olduğunu soruşmuş, nə olduğunu deməsə İmrana göndərəcəyini demişdir. Təranə xalasının gəldiyini və daha sonra zəng edib nə olduğunu deyəcəyini bildirmiş, İmran zəng edərək videoları istəmişdir. İmrana video olmadığını, yalandan dediyini bildirmiş, səhərisi günü Rəsmiyyə onunla əlaqə saxlayıb “anan, xalan gəlib qızımı tənbeh ediblər” demişdir. Rəsmiyyəyə “qızın araya girib bu cür sözlər deyib” demiş, Rəsmiyyə bu zaman “Ay Rahib, sən heç bilmirsən o necə şərböhtancı adamdı. Sən görmədin qızımı şərə saldı. Halbuki öz dediyi sözləri qızımın dediyini bildirib. Səni oğlum kimi çox istəyirəm və o tərəfə getmə səni şər-böhtana salacaqlar” demişdir. Bir müddət sonra toy məclisində xalasını incimiş şəkildə görüb nə olduğunu soruşduqda xalası uşaqları götürməyə gedən zaman Rəsmiyyənin onu çağırıb çay içməyə apardığını və “Quran kitabı”nı gətirərək əl basdırıb söz deyəcəyini, ancaq heç kim olanları bilməsin dediyini, Qurana əl basan zaman onu tövlələrinə keçən yerdə görən olduğunu, şəkillər və videoların olduğunu dedikdən sonra Rəsmiyyəyə zəng etmək istəmiş, həmin vaxt xalası, anası “zəng etmə” deyə yalvarmış və getməyə də qoymamışlar. Rəsmiyyə özü ona zəng edərək harda olduğumu soruşmuş, bazarda olduğunu, qızının yağı qaldığını və yağı tanışlarına satmasını istəmişdir. Yağı götürmək üçün gedən zaman “Ay Rəsmiyyə xala, utanmırsan bu sözləri deyirsən, nə hərəkətdi edirsən” demiş, sonuncu da and içərək Təranənin sözləri olduğunu demişdir. X13 əl çəkəsi olsa, balası ölməsinə dair and içdiyini, onu nə iləsə tutduracağını, Humaydan da köməklik istədiyini demişdir. Rəsmiyyə Humaygilə gedib və Təranəni çağıraraq, “nə üçün qızımın adını vermisən” deyərək sonuncuya hədə-qorxu gəlmiş, bundan sonra İmrana zəng edərək olan hadisələri, Rəsmiyyənin ona dediklərini, uşağın adına kimi dediklərini demişdir. İmran da 10 günə gələcəyini, gələndən sonra onunla əlaqə saxlayaraq onu polisə verəcəyini demişdir. İmrandan nə olduğunu soruşduqda, sonuncu ona Təranənin məktub yazdığını və onun Təranəyə təcavüz etdiyini demişdir. Həmin vaxt onu Polis Şöbəsinə dəvət etmiş, evdə olanları anasına demişdir. Şöbəyə getdikdə ona göstərilən İmrangilin izahatlarında iki gün qabaq qızıl-zinət əşyalarını oğurlayan zaman İmranın onun qarşısına çıxdığı, silahı Təranənin başına dirəyərək, səsini çıxarsa öldürməklə hədələyib təcavüzlə bağlı Təranəyə hədə-qorxu gəldiyi yazılmışdı. Bu zaman ekspertiza təyin edilməsini və kim olduğunu müəyyən etmələrini istəmiş, şöbədə isə həmin gün gec olduğunu, sabahsı gün ekspertiza təyin ediləcəyini bildirmişlər. Şöbədən çıxan zaman Təranənin qardaşı ilə əlaqə saxlamış, qardaşı həmin gün Təranənin zəng vuraraq, atası ilə özünü Təranəgilə çatdırmalarını, İmranı polis şöbəsinə apardıqlarını demişdir. Nə məsələ olduğunu soruşduqda İmran “evin kişisi mənəm, mən bilərəm” dediyini, atasının da bu sözdən pis olduqdan sonra evə gəldiklərini, artıq bu məsələyə qarışmadıqlarını demişdir. Daha sonra dayılarına zəng etmiş, sonuncular İmrangilə getmişlər. Sonra polis şöbəsinə gedrəkə ekspertiza təyin etmələrini istəmiş, orada ona eksperti öz aralarında edə bilmələrini demşilər. İmrna şikayət verdikdən sonra şikayəti geri götürmüş, polislər ona əgər yenidən şikayət etsə ekspert təyin edə biləcəklərini demişlər. Dayılarına zəng edərək, öz günahını boynuna alaraq, ekspertiza təyin olunmasa geri çəkilə bilməyəcəyini demiş, dayıları ona İmrangilə getdiklərini demişlər. Bundan başqa gücünün heç nəyə çatmadığını, yox əgər münaqişə bitmirsə daha dayılarını narahat etməməyini bildirmiş, özü ilə əlaqə saxlayıb nə üçün bu hərəkəti etdiyini soruşduqda, Vahid dayısının və Elxanın daha onların xeyir işlərdə iştirak etməyəcəklərini, nəsllərində olan xeyir-şər işlərinin heç birinə də gəlməməsini dediklərini bildirmişdir. Dayısına çox şey istəmədiyini, “sizə gəlim ekspertiza təyin edilsin” demiş, dayısı əgər “yenidən zəng etsən şöbəyə zəng edəcəm” demişdir. Bir neçə dəfə dayısına zəng etmiş, dayısı şöbəyə zəng edərək “Rahib məndən əl çəkmir” demişdir. İmrana dayılarına dedikdə sonuncular “xoşbəxt gününüzdə heç bizi yadınıza salmırsınız, aranızda münaqişə olan kimi zəng edirsiniz” dediklərini, buna görə də məsələni öz aralarında həll etmələrini, ürəklərində şübhə qalmamasını demişdir. Buna görə də əsəbi halda televiziya verilişinə çıxaraq bildirdiyi ifadəni də tam olaraq çatdıra bilməmiş, hadisədən əvvəl əmisi uşaqları saat 5-ə kimi zoğal ağacında evə girmək üçün gözlədiyini demişlər. İmrana şər-böhtanların “sənin şöbəyə etdiyin şikayətdən sonra olub” demiş, daha sonra Elxan adlı şəxs əlaqə saxlayaraq onun dediyi sözlərə inandığını və oturub söhbət etmək istədiyini bildirmişdir. Elxana qohumları İmrangildə olduğunu demiş, Kamran zəng edərək olan hadisədən xəbəri olmadığını bildirmişdir. Bu məsələnin bağlanmasını demiş, öz aralarında ekspertiza təyin olunmasını istəyini, birincilərin buna razı olmadıqlarını bildirmiş, Kamran ondan nə istədiyini soruşmuşdur. Ekspertiza təyin edilməsini, ya da həmin adam kimdirsə ortaya çıxmasını istəmiş, Kamran onunla əlaqə saxlayaraq Təranə ilə danışdığını, televiziya verilişi bağlandıqdan sonra kim olduğunu zəng edərək özü deyəcəyini bildirmişdir. Bundan iki gün sonra İmran zəng etmiş, o da efirdə zəng edib üzr istəmişdir. Sonra həmin şəxsin kim olduğunu soruşduqda, ona “nə tələsirsən, görmək istəyirsən?” demişlər. Cavabında birinin o, digərlərini də görəcəyini demiş, telefonu götürmək üçün getmişdir. Təranə ilə fotoşəkil çəkdirib İmrana göndərmiş, “sənin mənim ailəmə belə edəcəm dediklərini mən bu şəkildə olduğu kimi edə bilərdim” demişdir. Təranə ilə birlikdə fotoşəkillərdən sonra nə edəcəksən demiş, evində gəlib edə biləcəklərini dediyi halda etmədiklərini onun edə biləcəyini bildirmişdir. Həmin günə kimi onun olmadığını, həmin gündən sonra ekspertizanın arxasınca düşməsini, özünün də Rusiya Federasiyasına getdiyini, kiminsə sözü varsa da həmin gün orada olduğunu və gələr bir-bir izah edəcəyini bildirmişdir. Yenidən onun barəsində polis şöbəsinə şikayət verilmiş, Rusiya Federasiyasında olan zaman Zahid dayısı onu Bakı şəhərinə dəvət etmişdir. Bakıda olan zaman onun başına şüşə butulka vurmaq istəyəndə həmin şüşəni yerə salaraq stolu üstünə aşırmış, qaçan zaman orda olan 5 nəfərdən biri onu tutmuşdur. Həmin şəxsin əlindən qaçmış, onun bıçaqlanması ilə bağlı Nəsimi prokurorluğuna şikayət etmişlər. Ancaq sübut olunmamış və yenidən Rusiya Federasiyasına getdikdən sonra tanımadığı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs İmran və Kamranın adamı olduğunu, oradan sağ çıxmağa qoymayacaqlarını, onu orada gözlədiklərini, hazırda harda olmasını soruşmuş, onu görən olduğunu demişdir. Ondan 300000 rus pulu verməsini, buna görə onu orada öldürməmələrini demiş, həmin şəxsi tanımaq üçün cibində olan 150000 “Whatsapp” vasitəsilə çəkib ataraq qalanını da verəcəyini demişdir. Həmin şəxs onunla ilə əlaqə saxlamamış, Zahid dayısı onunla əlaqə salayaraq, evinə hücum edəcəklərini, həmin adamların qarşısını saxladığını, gdib evinin qayğısına qalmasını demişdir. İki gün ərzində gələcəyini bildirmiş, təcili 41200 rubla bilet alaraq evinə getmişdir. Dayısı da həmin şəxsi tanımaq istəyirsə İmran və Kamranın yanına getməsini bildirmiş, dayısına İmran və Kamranla əlaqəsinin qurtardığını, sözləri varsa ona yazmalarını, daha sonra olanları Vahid dayısına demələrini bildirmişdir. Çünki, dayısı ona qarşı kimsə artıq söz işlədərsə, əsəbi olduğu üçün ondan istifadə etməyə çalışacaqlarını bildirərək, bu hallar olan halda dayısı Vahidə bildirilməsini və həmin şşəxslərin qarşısına çıxıb nə lazımdırsa özünün edəcəyini bildirmiş, Vahid dayısına bildirməyə gedən zaman Zahid ondan nə vaxt, saat neçədə gedəcəyimi soruşaraq bu barədə məlumatlandırmasını istəmişdir. Dayısı Vahidgilə gedən zaman Zahidə də bu barədə bildirmiş, həmin vaxt dayısı evdə olmamışdır. Ordan çıxan zaman Kamran onu görərək çağırmış, kənddə nə etdiyini soruşmuşdur. Getməzdən əvvəl Kamran və İmrana mesaj yazaraq onu təhqir edən şəxsi sonuncuların bilib gizlətdiklərini, onun ailəsinə belə şey olarsa, belə şeyi görəsi olsa cavabını artıqlaması ilə verəcəyini demiş, ondan nə üçün gəldiyini soruşduqda ona yazılan mesajların kim olduğunu müəyyənləşdirmək üçün gəldiyini demişdir. Kamran həmin şəxsi tanımadığını, İmranın tanıya biləcəyini deyərək evləri tərəfə aparmışlar. Hadisədən iki ay sonra onunla “tik-tok” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, kim olduğunu soruşduqda Ruslan adlı şəxs olduğunu demişdir. Həmin şəxsdən nə üçün “tik-tok” vasitəsilə yazdığını soruşduqda, nömrəsini xalası uşaqlarının polisə verdiyini, ona görə ordan yazdığını bildirmişdir. Həmin şəxsdən hansı Ruslan olduğunu soruşmuş, cavabında “əgər tanımadınsa niyə soruşursan” deyə bildirmiş, o da Rusiyada olan Ruslansan deyə dedikdə təsdiqləmişdir. Həmin özünü Ruslan kimi təqdim edən şəxs ona söyüş, təhqir üçün yazmadığını ondan üzr istədiyini, əsəbləri sakitləşməsini, ona pis niyyətlə yazmadığını bildirmiş, onunla əlaqə saxlamaq istədiyini ona bir-iki kəlmə söz soruşacağını demişdir. Rusiyada olduğum halda onunla görüşmədiyini hazırda Azərbaycanda olduğunu bildirdikdən sonra sonuncu ona Şəkidə olduğunu demişdir. Görüşməyə razılıq verdikdən sonra onun yaşadığı ev tərəfə gəldiyini bildirmiş, bir saat sonra hadisə yerinə gəlmişdir. Həmin vaxt Ruslan ona salam versə də sonuncu ilə görüşməmiş, gəlməmişdən əvvəl ona günahkar olduğunu, yanında kimi gətirmək istəyirsə gətirməsini, onun danışacaqları şəxsi olduğu üçün təklikdə görüşmək istədiyini, narahat olursa kiminlə istədə getməsini, onun üzərini yoxladıqdan sonra təklikdə danışmağı bildirmişdir. Ruslandan kim olduğunu, nömrəsini hardan aldığını soruşduqda danışacağını, sualları olarsa sonda verməsini bildirmiş, İmranın yoldaşı Təranəni uşaqlıqdan istədiyini bildirmişdir. Kəndlərində xına yığıncağında Təranəni görüb bəyəndikdən sonra oxuduğu məktəbi öyrənib arxasınca gedib-gəlmiş, sonuncunu ürəkdən istəmişdir. Təranəyə zəng edərək elçi göndərmək istədiyini demiş, Təranə də Ruslana İmran adlı şəxsin elçi gəlmək istədiyini bildirmişdir. Təranə atasıgilin razı olmadığını bildirmiş, öz elçilərini göndərəcəyini dedikdən sonra iki gün sonra istəməyə gəlirlər deyib nömrəni sındırmışdır. Bundan sonra Təranə ilə əlaqələri kəsilmiş, bir müddət sonra geri qayıdanda Təranənin ailə qurduğunu bilmişdir. Onun qohumlarından kiminsə toy məclisində Təranəni yenidən görüb baxmış, sonuncuya öz nömrəsini də vermişdir. Təranəyə nömrəni harda verdiyini soruşduqda, evə gətirib gündüz vaxtları verdiyini demişdir. Ruslan Təranə ilə münasibətdə olduğunu etiraf edən zaman Ruslanı vurmuş və sonuncu yerə yıxılmışdır. Olanları dayısına, ya da özlərinə danışmalı olduğunu bildirdikdə Ruslan ondan bir sual soruşacağını və cavab verdikdən sonra nə desə edəcəyəni demişdir. Ruslan Rusiyada olanda Təranə ilə danışan zaman İmranın xalası oğlunun, yəni onun Ruslanla olan mesajlarını tutduğunu, bir müddət əlaqə saxlamamasını bildirmiş, bir neçə həftə sonra zəng edərək, İmranın qardaşının yoldaşının Təranəni aldatdığını, İmran da Təranəni polis şöbəsinə apardığını Ruslanın xeyrinə danışdığını bildirmişdir. Daha sonra Ruslan olanları dayılarına və İmrana yox, ancaq qohumları Elxana bildirəcəyini və əlimdə olan şəkilləri sonuncuya göstərəcəyini, əgər lazım gəlsə dayılarına Elxanın göstərməsini bildirmişdir. Onun nömrəsini haradan aldığını soruşduqda, Ruslan yeznəsigil Baş Zəyzid kəndinə köçdüyünü, onun nömrəsini də oradan əldə etdiyini bildirmiş, yeznəsinin kim olduğunu soruşsa da sonuncunun kim olduğunu bildirməmişdir. İmran və Kamranda qalan telefonunu necə qaytara biləcəyini soruşduqda İmranın tik-tok sosial şəbəkəsini bildiyini, onda olan videoları İmrana göndərəcəyini demişdir. Ruslana videoları hələ göndərməməsini, olanları Elxana demələrini bildirmişdir. 2 gün keçdikdən sonra, Ruslan onunla əlaqə saxlayaraq dörd ədəd dəftər, bir ədəd karandaş, rəngli karandaş, 20 ədəd A4 vərəq almasını istəmiş, nə üçün istədiyini soruşduqda alıb özündə saxlamasını bildirmişdir. Bir nəfər olduğunu, Oğuzda iş olduğunu, həmin işə baxmağı ona tapşırmış, gəlib ondan götürəcəyini bildirmişdir. Bacısı zəng edərək uşaqlar ondan həmin ləvazimatları istəmiş, imkanı olmadığı üçün onun almasını, özünün orada işlədiyini, borcunu ona ödəyəcəyini bildirmişdir. Günortadan sonra Elxana zəng vurmasını bildirmiş, o da Elxan işdən axşam üstü çıxdığını, həmin vaxt görüşmələrini bildirmişdir. Bu zaman Ruslan ondan 3 litr ayrı-ayrı butulkalarda benzin almasını istəmiş, nə üçün istədiyini soruşduqda, yeznəsinin bağı olduğunu, həmin bağa əkiləsi şeylərin olduğunu deyərək mal-qara keçməməsi üçün aralığı bağlamaq üçün istifadə edəcəyini demişdir. Sonra Ruslan axşam üstü ona zəng edərək dediklərini alıb gətirib sonuncuya verməsini, işdən çıxdığını, yanımda olan şəxsin atası xəstələndiyini, həmin şəxsi xəstəxanaya aparmalı olduğunu, ona görə də istədiklərini aparıb verməsini istəmişdir. O da velosipedlə aparıb verəcəyini demiş, yolu qalxmaq çətin olduğu üçün aldıqlarını taksiyə qoyaraq getmişdir. Çatana yaxın Ruslana çatdığını bildirmiş, Ruslan ondan nə tez çatdığını soruşduqda Ruslana izah eləmişdir. Ruslan özü gec çatacağını deyərək gözləməsini xahiş etmiş, o da gözləyəcəyini, ancaq nə isə yoxa çıxsa onu günahlandıracaqlarını bildirmişdir. Ruslan ondan aldıqlarını tanıdığı yerə qoymasını, taksi ilə qayıtmasını, velosipedi isə orada qoyub sabah şəhərə gələndə ona qaytararacağını bildirmişdir. Velosipedi dayanacağa qoymasını dedikdə, kolluq ərazi olduğunu və ora qoymasını, dayanacaqdan kimsə gəlib götürə biləcəyini bildirmişdir. Avtomobillə qalxan zaman dayısı Zahidgil tərəfdə yığıncaq olduğunu görmüş, dayısıgildən yuxarı qalxıb əlindəkiləri gizlətdikdən sonra Ruslana yuxarıda qoyduğum yeri demişdir. Ruslan nə üçün aşağı qoymadığımı soruşduqda, yığıncaq olduğunu və kimsə görməsin deyə yuxarıda bir yerə qoyduğunu bildirmişdir. Geri qayıtdıqdan sonra onunla əlaqə saxlayaraq, avtomobildən düşməsini istəmiş, sürücüyə pul verərək ona kontur və su almasını xahiş etmişdir. Geri qayıdarkən sürücüyə orada düşəcəyini, sonuncuya zəng etsə onu gəlib götürməsini demişdir. Düşdükdən sonra Ruslana mesaj yazmış, sonuncu fasilə ilə ona cavab vermişdir. Ruslan ona gizlətdiyi şeyləri və onu da götürüb şəhərə getmələrini demiş, telefonunun hər ikisinin bateriyası bitmişdir. Aşağı düşdükdə taksi gəlmiş, taksidən Kontur ala biləcəyi yeri soruşmuşdur. Marketlərin bağlı olduğunu və uzaqda bir mağazanın açıq ola biləcəyini deyib həmin yerə getmiş, avtomobildən düşüb terminala getmişdir. Nömrəni yazan zaman provayder müvəqqəti olaraq işləmədiyi yazılmış, bundan sonra çörək alıb evə gəlmişdir. Atası nə üçün gec gəldiyimi soruşduqda kontur almaq üçün getdiyini və uşaqlarla söhbət etdiyini demişdir. Daha sonra telefonlarını yandırmaq üçün getmiş, bu zaman Ruslan ona mesaj yazaraq harda olmasını soruşmuşdur. Telefonu söndüyü üçün evə gəldiyini bildirmiş, Ruslan da yeznəsigildə olduğunu, spirtli içki içdiyini, siqaretinin bitdiyini demişdir. Evdə yatan zaman polis əməkdaşlarının səsinə yuxudan oyanmış, sonuncuların yanğın hadisəsi ilə bağlı onu axtardıqlarını bilmişdir. Əvvəllər polis əməkdaşları günahsız yerə onu saxlayıb 5-6 nəfər şahidin iştirakı ilə onun bir ay həbs olunmağıma nail olduqlarına görə həmi vaxt pəncərədən qaçmış, sonra taksiyə minərək Mingəçevir şəhərinə getmişdir. Orada atasına zəng çatmadığı üçün qonşusu Orxanla əlaqə saxlamış və gecə evlərinə polis gəldiyini, yanğın hadisəsi ilə bağlı onu axtardıqlarını demişdir. Orxan ona “bəli, səni axtarırlar. Sən hardasan?” demiş, əlində sübutların olduğunu, hadisəni etmədiyini bildirmişdir. Mən Orxana DİN-nə gedəcəyini bildirmiş, Orxan da “ora getməyə ehtiyac olmadığını, həmin şeyləri gəl bizə danış, zərərçəkmiş şəxslər evini yandırmaq istəyir və onların qarşısını biz almışıq” demişdir. Orxana əvvəllər Şəki polis şöbəsində ona edilən işgəncələri dedikdə, Orxan “atam ordadır. Onun yanında ifadən alınacaq narahat olma” demişdir. Yanğın baş verdiyi vaxtı bilməmiş, ancaq saat 23:00- 00:00 arası Baş Zəyzid kəndi ərazisində olmuşdur. Ruslandan Ruslandan bütün bunları onun həbs olunması üçün etdiyini soruşmuş, sonuncu ona hər şeyi etdiyini etiraf etmişdir. Polis əməkdaşlarının bizim evimizə gəldiklərini başa düşməmişdir. X4 daxil olandan sonra onu çağıraraq baş verən hadisələr ilə bağlı danışmağımı istəmi, o da baş verən hadisələri danışmışdır. Orda Ruslan adlı şəxsin adı hallanmış, ifadəsində Ruslanın kim olduğunu tanımadığını, sonuncu ilə bir dəfə görüşdüyünü demişdir. Orda ona həmin adam kimdirsə tapacaqlarını demişlər. Ruslan Kəmalə xanımı tanıyıb-tanımadığımı soruşmuş, sonuncunun qonşusu olduğunu və İcra və Probasiya şöbəsində işlədiyini demişdir. Ordan oğurluq hadisəsindən xəbərim olub-olmadığını soruşmuşlar, oğurluq hadisəsində iştirak etməmişdir. “Ruslanla birlikdə Kəmaləgilin evinə getmişik” məzmununda ərizəni təzyiq nəticəsində yazmış, İlham adlı şəxsin əvvəlcədən Ruslanı tanıyıb-tanmadığını bilməmişdir. Şəki rayon prokurorluğunun müstəntiqi araşdırma aparmış və xəsarətlərin gələn zaman azadlıqda tərəfindən edildiyini bildirmişdir. Vəsatətlə müstəntiqə müraciət edərək polis əməkdaşları ilə üzləşməsini istəmişdir. Polis şöbəsinə gedən zaman üzərində xəsarətlər olmadığını sübut etmiş, özünü Ruslan kimi təqdim edən şəxs ona mesaj yazmış, o da evə polislərin gəldiyini bildirmişdir. Səbəbini soruşduqda yanğın hadisəsi olduğu üçün gəldiklərini bildirmiş, bu zaman Ruslan “mənlik heç nə olmadığını, məni Asan Xidmət tərəfdə gözlədiyini” demişdir. Eyni zamanda, oraya çatana yaxın “mənə xəbər elə və elə yer ilə gəl ki, kameraya düşmə” demişdir. Ruslanın yanına gələn zaman sonuncu ondan telefonunu söndürməyi, nömrəsini çıxartmağı istəmiş, sonra ondan polislərin nə üçün gəldiyini soruşmuşdur. Yanğın hadisəsində onu günahkar bildiklərini bildirmiş, Ruslan ona sakit olmasını və olanların necə olduğunu izah edəcəyini bildirmişdir. Həmçinin Ruslan ona İmranın avtomobilini, evini, Kamranın tövləsini yandırdığını demiş, o, hadisənin qurbanı olmuşdur. İmranın yoldaşının toyda olduğunu görmədiyini, sonuncunun nömrəsini tapmadığı üçün əsgi parçasını yandırıb Təranəyə işarə vermək istədiyini, həmin vaxt Təranəgilə avtomobil daxil olmaqla hər kəsin Kamrangilə getdiyini gördüyünü bildirmiş, İmrangilin evdə olmadığını təxmin edib məhləyə keçərək Kamrangilin işıqları keçən kimi avtomobili, daha sonra samanlığı, Əkrəmgilin tövləsini yandırıb qaçdığını demişdir. Daha sonra bir dənə problemin olduğunu, veleosipedi götürməli olduğunu demiş, o da velosipedi qəsdən oraya qoyduğunu, bütün şübhələri onun üstünə çəkmək istədiyini demişdir. Ruslan da Təranənin nömrəsini tapmadığını və bu məqsədlə yanğın hadisəsini törətdiyini bildirmiş, Ruslana Elxanla görüşməyi təklif etmişdir. Həmin vaxt yaxınlıqdan polis əmədaşları keçmiş, Ruslana ya gedib Elxana olanları deməsini, ya da polis əməkdaşlarına dediklərini deyəcəyini bildirmişdir. Qaçmaması üçün Ruslanın əlini tutmasına baxmayaraq sonuncu oradan qaçıb getmiş, daha sonra polis şöbəsinə gəlmişdir. Oraya gedən zaman üzərində telefonu olmuş, həmin vaxt Polis Şöbəsinin rəisi Azər Muradov “yaxşı ki, gəlmisən. Yoxsa evin-eşiyin yanacaqdı” demişdir. Həmin vaxt Rasim müəllim məktubları ona göstərib xəbəri olub-olmadığını soruşmuş, o da günahı olmadığını, hadisələri etmədiyini sübuta yetirmək üçün gəldiyini bildirmişdir. Polislər telefonda olan mesajlara baxış keçirmiş, Rasim müəllim Azər Muradovun yanına getdikdən sonra onu çağırmışlar. Oraya gedən zaman Kamran və Zahidin orada olduğunu görmüş, ondan Ruslan adlı şəxsi tanıyıb-tanımadığını soruşmuşlar. Rasim müəllim “nə lazımdır aparın edin” demiş, bundan sonra onu digər otağa apararaq əl-qolumu bağlayıb olanları boynuna götürməsini istəmişdir. Şəhriyar adlı polis əməkdaşına könüllü olaraq etdiklərini bildirmiş, dediklərini boynuna alması üçün heç bir sübut olmamışdır. Daha sonra onu asılı vəziyyətdə 2 saat saxlamış, daha ağır işgəncə verilməli olduğunu bildirmişlər. Bu zaman bir əməliyyatçı içəri girərək ona və ailəsinə qarşı nalayiq ifadələr işlətmiş, o da qarşılıqlı sözlərdən istifadə etmişdir. Beləliklə həmin polis əməkdaşı daha da şiddətlənmiş, çantadan sıxıcı alət götürərək, ayaq barmaqlarını sıxmağa başlamışdır. Həmin vaxt gözlərini də bağlamış, eyni zamanda boğazına nə isə etmişdir. Qışqırıq səslərinə digər əməkdaşlar gəlmiş və onu otaqdan çıxarmışlar. İkinci dəfə işgəncəni bədənində olan xəsarətləri özü etdiyini bildirməsini istədikləri zaman bu barədə bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş "Şəki Rayon Mərkəzi Xəstəxanası" İnsan Resusları şöbəsinin hüquqşünası işləyən Nümayəndə ifadəsində göstərmişdir ki, 07 mart 2021-ci tarixdə "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin X14 həkim işləyən Şahid7 saat 20 radələrində işə gəlib xidməti iş otağına daxil olarkən otaqdakı USM aparatının orada olmadığını görmüş, otaqda heç bir dəyişiklik və dağınıqlıq olmadığı üçün həmin aparatın oğurlanmasını deyil, rəhbərlik tərəfindən başqa yerə qoyulduğunu düşünmüşdür. Sonradan həmin aparatı əvvəllər X25 fəhlə işləmiş Təqsirləndirilən şəxs Şahid18 adlı tanışı ilə birlikdə oğurlmasını bilmişlər. Hazırda işlədiyi xəstəxanaya dəymiş ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, özünə məxsus olan qızıl-zinyət əşyalarının bir qismini yaşadığı evlə yanaşı ünvan 6 ünvanındakı digər evində saxlamış, xx.xx.2022-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları ona zəng edərək yaşadığı evdən qızıl-ziynət əşyaları oğurlanıb-oğurlanmamasını soruşmuşlar. Polis əməkdaşlarına evindən oğurluq olması ilə balğı məlumatı olmadığını bildirdikdən sonra yaşadığı evə gedib baxdığında təmir üçün yataq otağında kamodun siyirəməsinə gələcəkdə təmir etdirmək üçün qoyduğu və istifadə etmədiyi 01 ədəd 2 qramlıq qızıl sep, 01 ədəd Lalə sözü yazılan 8 qramlıq sep, 01 cüt 6 qramlıq iki halqalı, ağ-sarı qızıl sırğalar və 01 ədəd 02 qram olan tək beş qaş tək sırğa olan qutunun yerində olmadığını gördükdə həmin vaxt ona məxsus evdən oğurluq olduğunu başa düşmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixdə Şəki park restoranda 8 mart qadınlar baymarı ilə əlaqədar tədbirdə olmuş, həmin vaxt qızı Lalə Vəliyeva da onun yanında olmuşdur. Həmin tədbirə saat 18 radələrində evdən çıxıb getmiş, saat 20 radərində evə qayıtmışlar. xx.xx.2022-ci il tarixdə qızı Lalə ilə saat 20 radələrində evə qayıtdığında yataq otağının plastik pəncərəsinin açıq olmasını gördükdə pəncərəni özləri açıq qoyub getdiklərini zənn etmiş, polis əməkdaşları evindən oğurluq edilməsini dedikdən sonra evdə təmir üçün qoyduğu qızılların yerində olmadığını müəyyən etmişdir. Sonradan qonşuluqda yaşayan Ruslan adlı şəxsin başqa yerdən etdiyi oğurluğa görə həbs olunduğunu, həmin şəxs özü polis şöbəsində ifadə verərkən Rahib adlı şəxslə ona məxsus evə girib qızıl-ziynət əşyaları oğurladığını etiraf etdiyini bilmişdir. Ona dəymiş 990 manat maddi ziyan ödənilmiş, lakin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi davam etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şəki rayonu Baş Zəyzid kəndindəki evi və köməkçi tikililəri qardaşı Kamranla eyni həyətdə yerləşməklə həmin evdə arvadı Zərərçəkmiş şəxs3 və 3 azyaşlı uşağıyla birgə yaşamış, xx.xx.2022-ci il tarixdə dayısıgildə olan qonaqlıqda iştirak edərək qonaqlıqdan evə saat 00-01 radələrində gəlmişdir. Evə gəldikdən təxminən bir saat sonra yatmaqla evə gələn zaman it səsindən başqa heç nə eşitməmiş, it səsini yatanda eşitmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində Kamranın evində yaşayan anası Mahizərin və Humayın qışqırtı səslərinə oyanıb dərhal evdən çölə çıxarkən əvvəlcə Kamranın həyətindəki tövlənin, daha sonra isə sol tərəfə çevrildikdə özünün evinin və “VAZ 2106” markalı avtomobilinin yandığını görmüşdür. Həmin vaxt arvadı Zərərçəkmiş şəxs3 və üç azyaşlı qızları olan Damla, Duyğu və Zərərçəkmiş şəxs6lar da evdə olmuş, Təranə ilə birlikdə həyətdəki qışqırıq səslərinə oyanıb uşaqları götürüb evdən çıxmışlar. Alov zirzəmidən başlamaqla yuxuda olduğuna görə alovu hiss etməmiş, sonradan alov evin yuxarı otaqlarına tərəf keçərək bütün evi yandırmışdır. Dərhal evdən çıxıb alovu söndürmək məqsədilə həyətindəki hovuza tərəf gəlib su şlankını qoşmaq istəmiş, lakin bu zaman hovuzun suyunun tam boşaldıldığını görüb Rahibin onun evini yandırmamışdan əvvəl onların sonradan alovu söndürə bilməməsi üçün hovuzun suyunu tamamilə boşaltdığını başa düşmüşdür. Həmin vaxt artıq kənd sakinləri səs-küyə gələrək onların evilərinin ətrafına yığılmış, 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmçinin kömək istəmək məqsədilə Şəki rayonu, Vərəzət kəndində yaşayan Pərviz adlı qaynına zəng edərkən sonuncu ona Rahibin Prəvizgilin də tövləsini yandırdığını bildirmişdir. Təqsirləndirilən şəxs onun doğma xalası oğlu olmaqla sonuncu ilə əvvəl münasibətləri normal olmuş, 2022-ci ilin aprel ayından sonra isə Rahiblə arvadı Təranənin arasında intim münasibətlər olması səbəbilə münasibətləri pozulmuşdur. Belə ki, arvadı Təranə ona yazdığı kağız parçasında hər şeyi etiraf etmiş, hətta bir müddət Rahib 2021-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs6 Rahibdən olduğunu da iddia etmişdir. 2022-ci ilin iyul ayında Rahib onun və qardaşı Kamranın üstünə hücuma gəldiyinə görə Rahibi zərərsizləşdirib polis şöbəsinə təhvil vermiş, daha sonra Kamranla onun barəsində Şəki ŞRPŞ-də araşdırma aparılmışdır. Həmin vaxtlar o, Təranə ilə boşanmaq qərarına gəldiyi üçün Təranəni atası evinə aparmış, Rahib isə həmin ərəfədə ona Təranəni geri qaytaracağı təqdirdə ondan şikayətçi olmayacağını bildirmişdir. Bu söhbətlərdən qabaq Təranə ilə Rahib onların həyətindəki tövlədə olarkən qardaşı arvadı Humay da sonuncuları görmüş, Rahib hər dəfəsində ona, Təranəyə hədə-qorxular gəlmişdir. Rahib özü bu cür biabırçılığı etdiyi halda onların Rahibə şər atdıqlarını, guya onların Rahibi hər dəfəsində təhqir etdiklərini demişdir. Aralarındakı bu düşmənçilik münasibəti nəticəsində Rahib ondan və onun ailə üzvlərindən, həmçinin Kamrandan, eləcədə Təranəyə görə sonuncunun atası Əkrəmdən qisas almaq üçün bu cür yanğın hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı evini və avtomobilini yandırması nəticəsində ona külli miqdarda ziyan dəymiş, belə ki, yaşadığı ev bütövlükdə yanıb yararsız hala düşməklə həmin evdə istifadə etdikləri əşyalar, qızıllar, pullar, ərzaq məhsulları və s. hamısı yanmışdır. Mətbəx otağının tikilməsinə təxminən 8.000 manat, dam örtüyünün təmir işlərinə isə 10.000 manat xərc çəkilmiş, buna görə də həmin evin ümumi dəyəri qeyd edilən təmir işləri ilə birlikdə ümumilikdə 55.000 manat olmuşdur. Evin tamamilə yanması nəticəsində 7.000 manat dəyərində qızıl-zinət əşyaları, 500 manat dəyərində nağd pul tamamilə yanmışdır. Bundan başqa dəyəri təxminən 100 manat olan 01 ədəd təxminən 1,80 x 2,0 metr ölçülü, taxta materialdan hazırlanmış iki nəfərlik yataq, iki böyük qızının ayrı-ayrı yatdığı dəyəri ümumilikdə 150 manat olan 02 ədəd təxminən 1,20 x 2,0 metr ölçülü, taxta materialdan hazırlanmış tək nəfərlik yataqlar, bir körpə qızının yatdığı, ölçülərini bilmədiyi, taxta materialdan hazırlanmış dəyəri təxminən 50 manat olan beşik, 01 ədəd 0,60 x 2,50 metr ölçülü, taxta materialdan hazırlanmış, pal-paltar üçün istifadə etdikləri dəyəri təxminən 100 manat olan şkaf, həmin şkafın içərisində təxminən 500 manat dəyərində olan, onun, yoldaşının və uşaqlarının paltarları, 02 ədəd 0,60 x 1,50 metr ölçülü, cehizlik qab-qacaq yığdıqları, taxta və şüşə materialdan, ümumilikdə dəyəri 150 manat bufetlər, həmin bufetin içərisində təxminən 300 manat dəyərində olan qab-qacaqlar, 01 ədəd təxminən 1,0 x 1,70 metr ölçülü, taxta materialdan hazırlanmış, üzərində güzgüsü olan dəyəri 50 manat olan tirmo (kamot), həmin tirmonun içərisində olan, yoldaşına məxsus təxminən 60 manat dəyərində olan kosmetik əşyalar və ümumilikdə təxminən 100 manat dəyərində olan ayaqqabılar, yataqlarının hər iki tərəfində olan 02 ədəd 0,50 x 0,60 ölçülü taxta materialdan hazırlanmış ümumi dəyəri təxminən 80 manat olan tumbalar, həmin tumbaların içərisində uşaqlara məxsus dəyəri təxminən 30 manat olan məktəb ləvazimatları, 01 ədəd otaq boyunca sərilmiş, 4,0 x 7,0 metr ölçülü təxminən 400 manat dəyəri olan xalça, 01 ədəd otaqdan asılmış dəmir və şüşə materialdan hazırlanmış 50 manat dəyəri olan lüstür, anasının yatdığı otaqda 01 ədəd təxminən 1,20 x 2,0 metr ölçülü, dəmir materialdan hazırlanmış, digər otaqda uzun müddət istifadə olunmuş təxminən 80 manat dəyərində tək nəfərlik yataq, 01 ədəd təxminən 0,60 x 2,0 metr ölçülü, taxta materialdan hazırlanmış təxminən 70 manat dəyəri olan şkaf, həmin şkafın içərisində təxminən 300 manat dəyərində pal-paltar, 01 ədəd təxminən 1,20 x 1,50 metr ölçülü, taxta və şüşə materialdan hazırlanmış təxminən 70 manat dəyəri olan bufet, həmin bufetin içərisində təxminən 300 manat dəyərində olan qab-qacaq, 01 ədəd dəmir üzlüklü taxta materialdan hazırlanmış standart ölçülü təxminən 50 manat dəyərində sandıq, həmin sandığın üzərində ümumi dəyəri 60 manat olan dörd ədəd döşək, 01 ədəd təxminən 1,0 x 1,70 metr ölçülü taxta materialdan hazırlanmış təxminən 50 manat dəyəri olan tirmo (kamot), həmin tirmonun içərisində təxminən 50 manat dəyərində olan əşyalar, həmin otaq boyunca sərilmiş 01 ədəd 4,0 x 5,80 metr ölçülü təxminən 350 manat dəyəri olan xalça, otaqdan asılmış 01 ədəd dəmir və şüşə materialdan olan təxminən 50 manat dəyəri olan lüstür, 01 ədəd təxminən 100 manat dəyəri olan “LG” markalı 82 ekran televizor, dəyəri təxminən 30 manat olan 01 ədəd “Samsung” markalı DVD aparatı, həmin evin digər 2 yataq otağında hərəsində 01 ədəd olmaqla, ümumilikdə 02 ədəd taxta materialdan hazırlanmış, təxminən 1,20 x 2,0 metr ölçülü ümumilikdə təxminən 150 manat dəyəri olan yataqlar, hər birində 01 ədəd olmaqla, ümumilikdə təxminən 600 manat dəyəri olan 02 ədəd xalça (3,6 x 4,6 və 3,3 x 4,55 metr ölçülü), hər birində 01 ədəd olmaqla, ümumilikdə təxminən 50 manat dəyəri olan 02 ədəd dəmir və şüşə materialdan olan lüstür, həmin otaqlardan yalnız birində təxminən 500 manat dəyəri olan cehizlik yorğan-döşəklər, qonaq otağında 01 ədəd təxminən 150 manat dəyərində olan divan-kreslo dəsti, 02 ədəd ümumi dəyəri təxminən 100 manat olan lüstür, 03 ədəd ümumi dəyəri təxminən 900 manat olan xalça və həmin otaqda olan taxta materialdan hazırlanmış ümumi dəyəri təxminən 150 manat olan masa və oturacaqlar, mətbəx otağında ümumi dəyəri təxminən 1100 manat olan mətbəx mebeli, 01 ədəd təxminən 150 manat dəyəri olan “Çinar” markalı, 01 ədəd isə markasını bilmədiyim təxminən 150 manat dəyəri olan soyuducular, ümumi dəyəri təxminən 500 manat olan qab-qacaq dəsti, 01 ədəd təxminən 80 manat dəyəri olan elektrikli ətçəkən maşın, 01 ədəd təxminən 150 manat dəyərində “Samsung” markalı, 82 ekran plazma televizor, 01 ədəd təxminən 5 manat dəyəri olan ev telefonu (kabelli), 01 ədəd “TP-Link” markalı təxminən 25 manat dəyəri olan internet modemi, 01 ədəd otaq boyunca sərilmiş 3,60 x 4,20 metr ölçülü təxminən 300 manat dəyərində olan xalça, bütün bunlardan başqa həmin evdə 01 ədəd “Eurolux” markalı və 01 ədəd “İndeks” markalı ümumilikdə dəyəri təxminən 700 manat olan 02 ədəd paltaryuyan, taxta materialdan hazırlanmış ümumilikdə təxminən 500 manat olan dəyərində 05 ədəd masa, 48 ədəd taxta materialdan hazırlanmış ümumilikdə təxminən 900 manat dəyərində oturacaqlar, 01 ədəd təxminən 20 manat dəyəri olan saçburan fen, 06 ədəd ümumi dəyəri təxminən 1200 manat olan pərdə, 01 ədəd təxminən 20 manat dəyərində paltartikən maşın, evin zirzəmisində olan ümumi dəyəri təxminən 560 manat olan 700 kq çəkidə kartof, təxminən 32 manat dəyəri olan 80 kq çəkidə soğan, dəyəri təxminən 50 manat olan 50 kq çəkidə un, ümumilikdə təxminən 180 manat dəyəri olan 60 ədəd içərisində mürəbbə və turşu olan 3 kq-lıq bankalar, 01 ədəd “Sthil” markalı yanacaqla işləyən təxminən 100 manat dəyəri olan mişar, 01 ədəd “Ural Zid” markalı yanacaqla işləyən təxminən 100 manat dəyərində ot biçən maşın, 01 ədəd təxminən 20 manat dəyəri olan köhnə rəndə və təxminən 3300 manat dəyərində VAZ 2106 markalı avtomobil və həmin avtomobil üçün olan təxminən 40 manat olan 01 ədəd təkər komplekti (disklərlə birlikdə) həmin yanğın nəticəsində tamamilə yanaraq yararsız hala düşmüşdür. Eyni zamanda evinin bütün otaqlarında olan ümumilikdə təxminən 1100 manat dəyərində olan divar kağızları (oboylar) tamamilə yanmışdır. Bununla da ona ümumilikdə 80.062 (səksən min) manat ziyanlıq dəymişdir. Alov nəticəsində evi və içərisindəki əşyaları tamamilə yanmışdır. Alov nəticəsində Kamranın tövləsi də tamamilə yanıb kül olmuşdur. Kamranın tövləsində olan bütün malqara və ot tamamilə yanaraq məhv olmuşdur. Döşəmənin benzin vasitəsilə yandığını ekspert təyin etmiş, yanğını görən zaman hadisənin Rahib tərəfindən etdiyi ağlına gəlmişdir. Ona heç kim Rahibi gördüyünü deməmiş, damda yanan əski parçasını səsə gələn sakinlər görmüşdür. Həmin əski parçasına heç kim toxunmamış, ekspert gələrək götürmüşdür. Yanğın hadisəsini Təqsirləndirilən şəxs onları öldürmək niyyəti ilə etmiş, bundan əvvəl də Rahib onları öldürməklə hədələmişdir. Rahib evi zirzəmidən yandırmış və yanğın qapıya çatmamış artıq bu barədə xəbərləri olmuşdur Qardaşı Kamranın şöbədə üzləşmə zamanı Rahibin üzərində xəsarət görüb-görmədiyindən məlumatı olmamış, ona bu barədə heç nə deməmişdir. Rahiblə “Elit” çay evində görüşməmiş, hadisə olmamışdan qabaq Rahibin anası ilə birlikdə onlara gəlməsindən xəbəri olmamışdır. Baş verənlərdən 18 aprel 2022-ci il tarixində xəbərim olmuş, arvadı Təranənin başqaları ilə münasibəti olduğundan şübhələnməmiş və görməmişdir. Rahibin Rusiya Federasiyasında yazışdığı şəxsdən məlumatı olmamış, həmçinin yaxınlarının da bu barədə xəbəri olmamışdır. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2012-ci ildə Zərərçəkmiş şəxs2 ilə ailə həyatı qurmuşdur və birgə nikahlarından üç qız övladları olmuşdur. Təqsirləndirilən şəxs onun əri İmranın xalası oğlu olmaqla qaynanası Mahizər öz bacısı Dilşadla əlaqə saxlaya bilmək üçün onun mobil nömrəsini Dilşadın oğlu Rahibə vermişdir və nəsə lazım olanda onun Rahibə yazmasını demişdir. Beləcə Rahiblə onun əlaqəsi yaranmış, bir dəfə Rahib xəbəri olmadan onun mobil telefonunu götürüb votsapını öz telefonunda izləməyə başlamışdır. Rahiblə danışdıqca aralarında səmimi münasibət yaranmış, 2020-ci ilin təxminən oktyabr ayında Rahib anası ilə birlikdə onların evində qonaq olanda Rahib tək qalmasın deyə əri İmran Rahiblə eyni otaqda gecələmiş, həmin gecə Rahib gizlincə onun yatdığı otağa gələrək onunla cinsi əlaqədə olmuşdur. Bundan sonra bu barədə kimə isə demək istəsə də Rahib onu hədələdiyi üçün heç kimə heç nə deməmişdir. Rahib onu hədələdiyinə görə məcbur olub Rahiblə münasibətini davam etdirmiş, sonuncu onların evində gəlib qaldığı vaxtlarda hədələrindən qorxduğu üçün Rahiblə cinsi əlaqədə olmuşdur. Rahiblə olan münasibətləri 2020-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayının ortalarına kimi davam etmişdir. 2021-ci ilin təxminən noyabr ayında o, ərinə xəyanət etməsinə dözə bilmədiyi üçün məktub yazaraq İmrana hər şeyi izah etmiş, sonra Rahibin hədələrindən intihar edəcəyi təqdirdə tapılması üçün həmin məktubu qızıllarının arasında gizlətmişdir. 2022-ci ilin mart ayında artıq bezdiyi üçün İmrana yazdığı məktubu gedib qızılların arasından götürərək oxumasını demiş, İmran həmin məktubu götürüb oxuduqdan sonra 102-ə zəng edərək məlumat vermişdir. Həmin məktubda İmrana xəyanət etdiyini, Rahiblə olan münasibətləri, Rahibin onu bir neçə dəfə döyməsini yazmış, İmran da Rahibi tutduracağını deyərək məktubu oxuduqdan sonra dərhal polisə məlumat vermişdir. Bundan sonra İmranla Rahib arasında ədavət başlamış, Rahib bütün olanları inkar edərək onun Rahiblə yox, guya başqa bir şəxslə münasibəti olduğunu bildirməklə özünü haqlı çıxarmağa çalışmışdır. Rahib onu çox qısqandığı üçün o, harasa qonaq gedib qayıdanda onu döymüş, hətta 2021-ci ilin təxminən iyul ayında İnarəyə 5 aylıq hamilə olarkən X26 müalicə alan zaman Rahib onu tez-tez ziyarət etmişdir. Həmin vaxt kişi cinsli mama-ginekoloqun müayinəsi zamanı onun üzünə baxdığı üçün Rahib onu qısqanıb xəstəxanada bir neçə dəfə vurmuş, Rahibə ondan uzaq durmasını hər dediyi vaxt Rahib ona yəqin başqa bir şəxslə cinsi əlaqədə olduğunu demişdir. 2021-ci ilin oktyabr ayının sonlarında o, qaynanasının ona aldığı təzə paltarı Humaya göstərmək üçün Humayın evinə getmiş, həmin vaxt Humayın atası da orada olsa da sonuncunu görməmişdir. Səhəri günü öz tövlələrinə daxil olarkən Rahib qəflətən çardaqdan tövlənin içərisinə tullanaraq onun qarşısına çıxmış və ona “sən niyə təzə paltarını geyinib Humayın atasının qabağına gedirsən?” deyərək əsəbiləşib onu döymüşdür. Həmin vaxt Humay uşaqlarını məktəbə ötürüb həyətə gəldikdə tövlədə Rahiblə onu görüb onun səsinə oraya yaxınlaşmışdır. Rahib onu arxadan koftasını dartaraq boğmuş, əli ilə də ağzını bağlamışdır. Humay tövləyə girəndə Rahib cəld qaçıb qapının dalında gizlənməyə çalışsa da Humay Rahibi görüb qorxaraq öz evinə tərəf qaçmış və anasını çağırmışdır. Bundan sonra Humay və sonuncunun anası Rəsmiyə onun qaynanası ilə danışıb hər şeyi demiş, buna baxmayaraq qaynanası da Rahibin nə isə bir xəta çıxaracağından qorxaraq İmrana bu barədə heç nə deməmişdir. Rahib özünün elədiyi şeyləri İmrana başqası edirmiş kimi göstərib onu haqsız çıxarmaq istəmiş, özünün isə guya İmranın qeyrətini güddüyünü, buna görə ona nəzarət etdiyini bildirmişdir. İmran Rahib barəsində polisə şikayət etdikdən sonra bu məsələ daha da qızışmış, Rahib İmrandan qisas almağa çalışmışdır. Bu məqsədlə Rahib xx.xx.2022-ci il tarixdə “Space Tv” kanalında yayımlanan “Gəl danış” adlı proqrama qatılaraq hər şeyi danışmış, guya onun qızı İnarənin də atası olduğunu iddia etmişdir. Sonra xx.xx.2022-ci il tarixdə Rahib yenidən həmin efirə qoşulub dediyi hər şeyi inkar etmiş, danışdıqlarının yalan olduğunu bildirmişdir. 2022-ci ilin iyun ayının ortalarında Rahib Rusiyaya getməmişdən 2-3 qabaq gizlincə onların həyətinə gələrək tövlədə gizlənmiş, həyətdəki çənin ətrafını təmizləyərkən tövlə tərəfdən “Təranə, Təranə” deyə səs gəldiyini eşidib həmin adamın Rahib olduğunu bilmişdir. Lakin özünü eşitməməzliyə qoyaraq bundan sonra evə çıxıb İmrana zəng edərək Rahibin tövlələrində olduğunu, anası Mahizərə zəng edib məlumat verməsini demişdir. İmran da Humaya zəng edib Mahizər xalaya məlumat verməsini demişdir. Biraz sonra Mahizər xala tövləyə gedib Rahibin ot tayalarının arxasında yatdığını görmüş, bundan sonra Rahibi oyadıb nəyə görə gəldiyini soruşduqda Rahib Mahizərə “sənin gəlinlərin tərbiyəsizdi, onları niyə saxlıyırsız” deyə cavab vermişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Rahib əlində bıçaqla onların evinə gəlib həyətin darvazasını təpiklə açıb həyətə daxil olmuş, pəncərədən Rahibin əlində bıçaqla gəldiyini görüb qaçaraq qaynanasına məlumat vermək istədikdə Rahib evin mətbəx qapısını da təpiklə açıb evə girmişdir. Həmin vaxt İmran Qarabağda işlədiyi üçün evdə olmamış, qaynanası Mahizər Rahibin qabağına çıxıb sonuncunu pilləkənlə aşağı düşürtmüşdür. Rahib Mahizərə onu öldürəcəyini, başını kəsəcəyini, onu boşamalarını demişdir. Həmin vaxt əsəbiləşib mətbəxin qapısını açıb pilləkənlərin yuxarısında dayanaraq Rahibə “öldürmək istəyirsən öldür” demiş, həmin vaxt Rahib onu görüb əlindəki bıçağı onun üzərinə doğru atsa da bıçaq onun başının yanından keçərək divara dəyib yerə düşmüşdür. Bundan sonra o, qaynanasının sözünü eşidib evə girmiş, Mahizər xala da Rahibi birtəhər sakitləşdirib həyətdən göndərmişdir. Bir neçə gün sonra İmran Qarabağdan qayıdıb onu atası evinə aparıb qoymuş, 2022-ci ilin iyul ayında İmrangillə Rahib arasında yenə də kənddə dava-dalaş baş vermişdir. Bu hadisədən sonra İmran onu atası evindən götürüb öz evinə aparmış, İmran ona Rahiblə aralarında bu cür razılaşma olduğunu, onu evə qaytaracağı halda Rahibin İmrandan şikayətçi olmayacağını demişdir. İmranın evinə qayıtdıqdan sonra Rahib məhkəmədə İmrangildən şikayətçi olmadığını demiş, bundan sonra bir də Rahibi görməmişdir. xx.xx.2022-ci il tarixdə İmran uşaqları götürüb dayısı Zahidin nəvəsinin ali məktəbə girməsi ilə əlaqədar qonaqlığa getmiş, həmin gün o, Şəki rayonu Baş Zəyzid kəndində yerləşən evdə anası və atası ilə birlikdə qalmışdır. Saat 23 radələrində İmran uşaqlarla birlikdə evə qayıtdıqdan sonra anası ilə atası çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Humayın və qaynanası Mahizərin qışqırığına oyandıqdan sonra evdə tüstü olduğunu görüb dərhal İmranı da oyatmışdır. Uşaqları da götürüb çölə çıxanda İmranın maşınının və evin zirzəmisinin yandığını görmüş, İmran qaçaraq su şlanqını götürüb həyətlərindəki çənə bağlayaraq şlanqı ona versə də çox az gələrək birdən kəsilmişdir. Bu zaman həmişə su ilə dolu olan 10 tonluq su çəninin boşaldığını başa bilmiş, bundan sonra İmran zirzəminin qapısının açıb içəri girib yanğını söndürmək sətəsə də qapını açan zaman alov sonuncunun üstünə hücum etdiyi üçün birtəhər geri çəkilmişdir. Bundan sonra İmran qaçaraq evə girmiş, o da İmranın arxasınca getmişdir. İmran öz telefonunu götürdükdən sonra çölə çıxmış, telefonla yanğınsöndürənlərə məlumat vermişdir. Həmin vaxt Kamranın tövləsi də alovlar içində olmuş, İmran telefonla onun atası Əkrəmə zəng edərək evlərinin yandığını, tez onlara gələrək kömək etmələrini dedikdə onun atası da İmrana tövlələrinin yanmasını, oranı söndürməklə məşğul olduqlarını demişdir. Yanğınsöndürənlər gələndə evin hələ üst hissəsi azca yanırmış, lakin qəflətən alov güclənərək bütün evi bürümüşdür. Yanğınsöndürənlər səhərə kimi birtəhər yanğını söndürsələr də ev və maşın tamamilə yanıb kül olmuşdur. Rahib saxlanılanda yanğını sonuncunun törətdiyini dəqiq bilmişlər. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, arvadı Şahid1, üç azyaşlı uşaqları və anası Şahid6 ilə birlikdə Şəki rayonu Baş Zəyzid kəndində yaşamaqla evi və köməkçi tikililəri qardaşı İmranla eyni həyətdə yerləşmişdir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində arvadı Humay onu yuxudan oyadaraq mal tövlələrinin yandığını bildirdikdən sonra tez yuxudan durub tövlənin yandığını görmüş, evə qayıdıb əynini geyinib dərhal tövləyə tərəf gedərkən tövlənin qraşısında qonşusu Elçini görmüşdür. Saat 0313-də xalası oğlu Şahid8 zəng edib yanğın barədə məlumat verməklə sonuncudan köməyə gəlməsini xahiş etmişdir. Elçinlə birlikdə tövlədə olan 3 baş boğaz inəyi və 2 baş 9-10 aylıq dananı xilas etmǝk üçün tövlənin pəncərəsini qırıb içəri keçdikdə mal-qarasının hamısın tələf olduğunu və yerdə uzanıqlı qaldıqlarını görüb tez tövlədən çıxmışdır. Tüstünün təsirindən huşunu itirmiş, bir qədər sonra arvadıyla Elçin onun üzünə su vurub onu oyatmışlar. Arvadı Humay ona qardaşı İmranın yaşadığı evin qarşısında saxladığı "VAZ 2106 markalı" **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yandığını demiş, bu zaman tez İmrangilə qaçıb xəbər vermişlər. Həmin vaxt İmrangilin evində olan sonuncunun arvadı Zərərçəkmiş şəxs3 və üç azyaşlı uşaqları tez evdən çıxmış, bundan sonra onlar yanğını söndürməyə çalışmışlar. Qardaşının evini söndürməyə çalışanda avtomaşına və avtomaşının yanında evin zirzəmisinin giriş qapısına tərəf yanacaq materialı töküldüyünü görmüş, bundan sonra kənd sakinləri, yanğın söndürənlər və polis əməkdaşları oraya gəlmişlər. Yanğın söndürənlər onların həyətlərində olan 20 tonluq su çənindəki sudan istifadə etmək istədikdə həmin çəndə su olmamış, sonradan çənin kranının qəsdən açılaraq suyunun yerə axıdıldığını görmüşlər. Qardaşının evi içindəki əşyalarla birlikdə, maşını və onun tövləsi tam yanmış, həyətlərindəki nar ağacının altından polis əməkdaşları ilə birlikdə "mənəm Rahibəm, sabaha sağ çıxmayacaqsınız, hamınız öləcəksiniz" məzmunlu yazılar yazılmış dəftər vərəqəsi tapmışlar. Bundan sonra tövləsini və İmranın evini xalası oğlu Təqsirləndirilən şəxs qəsdlə yandırdığına tam əmin olmuşdur. Yanğın hadisəsindən təxminən 3-4 ay əvvəl Rahib onun qardaşı İmranın həyat yoldaşı Təranə ilə Təranənin deməsinə görə 3-4 il müddətində zorla cinsi əlaqədə olduğuna görə münasibətləri pozulmuş, qaynanası Şahid21 və arvadı Humay Təranə ilə Rahibin tövlədə cinsi əlaqədə olmasını görəndən bu məsələnin üstü açılmışdır. Hadisə baş verən zaman onun tövləsində təxminən 4 yaşında, 220 kilo çəkidə 01 ədəd inək və təxminən 5 yaşında, 250 kilo çəkidə 02 ədəd inək olmaqla ümumilikdə 03 ədəd inək, hər biri təxminən 1 yaşında və 150 kilo çəkidə olan 02 ədəd dana, hər biri təxminən 1 yaşında və 8 kilo çəkidə olan 02 ədəd hind toyuğu, 1 ton arpa və 750 ədəd ot bağlaması olmuşdur. İnəklərin qiyməti ümumilikdə təxminən 4200 manat, danaların qiyməti ümumilikdə təxminən 2000 manat, hind toyuqlarının qiyməti ümumilikdə təxminən 100 manat, 1 ton arpanın qiyməti təxminən 430 manat və 750 ədəd ot bağlamasının qiyməti isə təxminən 3997 manat olmuşdur. Təqsirləndirilən şəxs ona məxsus tövləni yandıraraq məhv etməsi nəticəsində 6000 manat dəyərində olan tövlə tamamilə yanmışdır. Təqsirləndirilən şəxs onun tövləsini və içərisindəki heyvanlar və əşyaları yandırması nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Belə ki, ona məxsus tövlə və içərisindəkilər bütövlükdə yanıb məhv olmaqla oradakı ot bağlamalarını 5.33 manata almışdır və 750 ədəd ot bağlamasına ümumilikdə 3997 (üç min yeddi yüz doxsan yeddi manat əlli qəpik) manat pul xərcləmişdir. Sənin qolunda, boyunda xəsarət izləri olmayıb. Hadisədən dərhal sonra rayon Polis Şöbəsində olarkən Polis Şöbəsinin rəisi telefonda danışarkən Rahibə əgər bu işi etmişdirsə şöbəyə gəlməsini, əgər etməmişdirsə gəlməməsini demiş, Rahib də yarım saata gəldiyini bildirmişdir. Yaşadıqları evdə məktubu tapıb stolun üstünə qoymuş, polis əməkdaşlarını çağırıb həmin əməkdaşlara təqdim etmişlər. Polislər öz sahə müvəkkillərinə müraciət etmələrini istəmiş, Sərdar müəllim gələnə kimi məktub stolun üstündə qalmışdır. Həmin vaxt evdə olan Təranə maşa ilə məktubu götürüb yükün arxasına atmış, yanğın baş verdikdən sonra uşaqlar olanları bu barədə onlara demişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 0245 radələrində arvadı Kəmalənin qışqırığına oyanarkən həyətlərindəki tövlənin yandığını görmüş, yanğın vaxtı onun evinin həyətində daşın altında qonşulardan kimsə bir kağız parçası aşkar edərk həmin kağız parçasını oxuyub məzmununu ona demişlər. Bu zaman kağızdakı yazıların məzmunudan tövlələrini qızının əri İmranın xalası oğlu Rahibin yandırdığını anlamışdır. Yanğın nəticəsində uzunluğu 13, eni 4 metr olan çay daşı və mişar daşlarından, tavanı isə taxtadan hörülmüş tövləsi tamamilə yanaraq kül olmuş, hadisə baş verən zaman onun tövləsində 3 baş inək, 1 baş dana və 360 ədəd ot bağlaması olmuşdur. Hadisə baş verən zaman yanan tövlənin içərisindən bir baş inək və bir baş dananı yanıq xəsarətləri ilə çölə çıxartsalar da axşam saatlarında həmin heyvanlar da aldıqları xəsarətlərdən ölmüşlər. Yanğın nəticəsində ona məxsus 3 baş inək və 1 baş dana olmaqla, ümumilikdə 4 baş iribuynuzlu heyvan məhv olmuşdur. Hadisə nəticəsində təxminən 3 yaşında, 250 kilo çəkidə olan 01 ədəd inək, təxminən 4 yaşında və 270 kilo çəkidə olan 01 ədəd inək və təxminən 5 yaşında və 300 kilo çəkidə olan 01 ədəd inək olmaqla ümumilikdə 03 ədəd inək, təxminən 2 yaşında və 300 kilo çəkidə olan 01 ədəd dana və 360 ədəd ot bağlaması yanaraq məhv olmuşdur. İnəklərin qiyməti ümumilikdə təxminən 6560 manat, dananın qiyməti təxminən 2400 manat, 360 ədəd ot bağlamasının qiyməti isə təxminən 1980 manat olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs ona məxsus tövləni yandıraraq məhv etməsi nəticəsində 7000 manat dəyərində olan tövlə tamamilə yanmışdır. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X26 Anesteziolaq-reanimatoloq işləyən Şahid7 ifadəsində göstərmişdir ki, Mərkəzin inzibati binasının birinci mərtbəsində onun xidməti otağı olmaqla həmin otaqda Xəstəxanasının balansında olan Ultrasəs müayinə (USM) aparatı olmuşdur. 07 mart 2021-ci tarixdə o, X25 növbədə olmaqla saat 09 radələrində işə gəlmiş, saat 17 radələrində işdən çıxıb evə gedib, saat təxminən 20 radələrində yenidən işə qayıtmışdır. İşə gəlib xidməti iş otağına daxil olarkən otaqda olan USM aparatının yerində olmadığını görmüş, həmin vaxt otaqda heç bir dəyişiklik, dağınıqlıq olmadığı üçün o, həmin aparatın rəhbərlik tərəfindən götürüb başqa yerə qoyulduğunu hesab etmişdir. Buna görə də heç kimə heç nə deməmiş və ondan kim heç nə soruşmamışdır. xx.xx.2022-ci il tarixdə onu Şəki Şəhər Polis Şöbəsinə dəvət edib X18, onun iş otağından USM aparatı oğurlanıb-oğurlanmadığını soruşanda, 07 mart 2021-ci tarixdə xidməti iş otağındakı bir ədəd USM aparatının yerində olmadığını bildirmiş, ancaq həmin vaxt aparatın oğurlanmasını fikirləşməmişdir. X19 həmin aparatı əvvəllər X26 fəhlə işləmiş Təqsirləndirilən şəxs özünün Şahid18 adlı tanışı ilə birlikdə oğurladığı ona məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində qəflətən yuxudan oyanaraq evin pəncərələrindən qığılcım gəldiyini görüb evdən çıxıb baxdıqda evlərindən təxminən 20-30 metr aralıda olan mal tövləsinin yandığını görüb qışqırmağa başlamış, elə həmin vaxt alovun işığına və darvazalarının qarşısında olan yaşıl rəngli işığın fonunda ərinin xalası oğlu Təqsirləndirilən şəxs həyətlərinin giriş darvazasının qarşısında görmüşdür. Rahibin ünvanına nalayiq söyüşlər söymüş, həmin vaxt Rahib onun qışqırığını eşidib qaçmışdır. Mal tövləsinə tərəf gedəndə tövlənin çardağı ilə birlikdə alışıb yandığını görmüş, tövlənin qıfılını açıb içəri girib mal-qaranı çıxartmaq istəmişdir. Tövlənin çardağı yandığından çardaqdakı ot bağlamaları və taxta tirlər yuxarıdan aşağı düşdükləri üçün heyvanları çıxarda bilməyib oradan çıxmış, tez evə gedib əri Kamranı yuxudan oyatmışdır. Heyvanları yanan tövlədən çıxartmaq üçün tövlənin pəncərəsini qırıb divarını uçurtmağa başlamış, yenidən evlərinə tərəf gedəndə qaynı İmranın evinin zirzəmisi və həmin evin çardağının altında evə bitişik duran qaynının idarə etdiyi “VAZ 2106” markalı avtomaşının yandığını görmüşdür. Bu barədə ərinə və həyətlərinə gəlmiş qonşuları Şahid11 demiş, tez qaynıgil tərəfə gedib həyətdən qışqıraraq sonuncuları yuxudan oyatmışdır. İmran və üç azyaşlı uşaqları evdən çıxıb yanğından xilas olmuş, qaynıgilin evinə gedəndə Rahibin həmin maşına və evin zirzəmisinə yanan maddə tökərək yandırdığını bilmişlər. Kamran həmin vaxt xalası oğlu Şahid8 zəng edib yanğın barədə məlumat vermiş və sonuncudan köməyə köməyə gəlməsini xahiş etmişdir. İmran da qaynı Pərvizə zəng edib yanğın barədə məlumat verəndə sonuncu İmrana Pərvizgilin tövləsinin yandığını bildirmişdir. Kamran tüstünün təsirindən huşunu itirmiş, Kamranın üzünə su vurub sonuncunu ayıltmışlar. İmrangilin həyətindəki su çənindən su götürüb yanğını söndürmək istəyəndə çənin kranının açıq olduğunu və suyun yerə axıdıldığını görmüşlər. Bundan sonra kənd sakinləri, yanğın söndürənlər və polis əməkdaşları oraya gəlmiş, nə qədər çalışsalar da, yanğının qarşısını ala bilməmiş, İmranın evi içindəki əşyalarla birlikdə, maşını və onların tövləsi tam yanmışdır. Bundan sonra onların həyətlərindəki nar ağacının altından polis əməkdaşları “mənəm Rahibəm, uşağımı istəyirəm, sabaha sağ çıxmayacaqsınız, hamınız öləcəksiniz” məzmunlu yazılar yazıldığı dəftər vərəqəsi tapmışlar. Sonradan İmranın qayınatası Əkrəmin evinin qarşısında da içərisində təqribən eyniməzmunlu “A4” formatlı kağız vərəqi tapıldığını bilmişlər. Bundan sonra hamı tövləni və qaynının evini, maşınını ərinin xalası oğlu Təqsirləndirilən şəxs qəsdlə yandırdığına tam əmin olmuşdur. Saat 07 radələrində qaynı İmranın mal tövləsinin çardağında tam yanmamış yanan maddəyə bulaşmış əski parçası tapdıqlarına görə Rahibin İmranın da mal tövləsini yandırmaq istədiyini, amma əski parçası ot tayalarının üstünə düşmədiyindən alışıb yanmadığını başa düşmüşlər. 4-5 ay əvvəl Rahibin qaynı İmranın həyat yoldaşı Təranə ilə mal tövləsində olanda sonuncuları görmüş, bu barədə qohumlarına bildirmişdir. Bundan sonra Rahib onunla, qaynıgillə və ailələriylə ədavət və düşmənçilik etməyə başlamışdır. Rahib Təranə ilə aralarında heç bir münasibət olmadığını demiş, Təranənin başqa şəxslə münasibəti olduğundan şübhələndiyini bildirdikdə, o da Rahibi gördüyü üçün sonuncudan şübhələnmişdir. Təranə də and içərək Rahiblə aralarında heç nə olmadığını bildirmiş, “hər ikisinə söz-söhbət düşməsin, yoxsa ailən dağılar” demişdir. Rahibin anası ilə onlara gəlməsindən xəbəri olmamış, Rahiblə Təranəni görən zaman sonuncu ilə cinsi əlaqədə olmasından şübhələnmiş, Təranə qışqıraraq, “qorxmamasını” demişdir. Tövlədən çıxan zaman hər ikisinin boğazı qızarmış, Təranənin saçı-başı yolunmuş, ağzı qan, gözləri qaralmış vəziyyətdə olmuşdur. Rahib ona “Təranədən şübhələndiyini” demiş, həqiqətən də Təranənin kimləsə mesajlaşdığını hiss etmişdir. Təranə də “Rahibin birincini qorxuzduğunu, yanında kimisə gördüyünü, Təranəni izləyəcəyini dediyini bildirmiş, bu zaman Rahib də olanları təsdiqləmişdir. Sonra ikisi də dalaşmağa başlamış, Təranə hər kəsə “xəsarətlərinin mal-qara tərəfindən yarandığını” demişdir. Təranə məktub yazaraq, səndən bezdiyini və özünü öldürəcəyini yazdıqdan sonra olanlardan hər kəsin xəbəri olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Dildaşın oğlu olmaqla Təqsirləndirilən şəxslə əvvəllər münasibətləri yaxşı olsa da, 2022-ci ilin təxminən aprel ayında Rahibin gəlini Təranə ilə sevgi münasibətinin olması aşkar olunduqdan sonra Rahib onların ailəsi ilə düşmənçilik etməyə başlamış, buna görə Rahib onlardan qisas almaq istəmişdir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində gəlini Humay qışqırdığına görə yuxudan oyanarkən oğlu İmranın evinin və həmin evin çardağının altında evə bitişik duran oğluna məxsus “VAZ 2106” markalı avtomaşının, həmçinin digər oğlu Kamranın tövləsinin yandığını görmüş, həmin vaxt Humay İmrangilin evinə tərəf qaçıb qışqıraraq sonuncuları səsləyib çölə çıxmalarını demişdir. İmrangil oyanıb hamısı evdən çölə çıxmış, yanğını söndürməyə çalışsalar da bunu bacara bilməmişlər. İmran evdən çıxıb həyətlərindəki 10 tonluq su çəninə tərəf gedib suyu açsa da həmin çəndən su gəlmədiyini, çəndəki suyun yerə boşaldıldığını görmüş, İmran yanğını söndürmək üçün zirzəminin qapısını açanda alov sonuncunun üstünə hücum etmişdir. Nə edəcəklərini bilmədən gözləmiş, Kamran da həmin vaxt qonşularla tövləni söndürməyə çalışmışdır. İmran qaynı Pərvizə zəng edib yanğın barədə xəbər verəndə Pərviz də İmrana tövlələrinin yandığını demişdir. Kamran tüstünün təsirindən huşunu itirmiş, Kamranın üzünə su vurub sonuncunu ayıltmışlar. Sonra kənd sakinləri, qohum-əqraba, yanğın söndürənlər və polis əməkdaşları oraya gəlmiş, nə qədər çalışsalar da, yanğının qarşısını ala bilməmişlər. İmranın evi içindəki əşyalarla birlikdə, avtomaşını və Kamranın tövləsi içindəki heyvanlarla birlikdə tam yanmışdır. Sonra Kamranın evinin yaxınlığındakı nar ağacının altından polis əməkdaşları içərisində “mənəm Rahibəm, uşağımı istəyirəm, sabaha sağ çıxmayacaqsınız, hamınız öləcəksiniz” yazısı olan dəftər vərəqəsi tapmışdır. Sonradan İmranın qayınatası Əkrəmgilin evinin qarşısında da içərisində təqribən eyniməzmunlu vərəq tapıldığını bilmişlər. Bundan sonra hamı yanğın hadisəsini bacısı oğlu Təqsirləndirilən şəxs qəsdlə etdiyini tam əmin olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Şəki rayonu Baş Zəyzid kəndində yerləşən dayısı Zahidgilin evində təşkil olunmuş məclisdən çıxıb həmin kənddə yerləşən öz yaşadığı evinə gədikdən biraz sonra xalası oğlu Kamran onların ev telefonuna zəng edərək evlərinin yandığını bildirdikdən sonra avtomaşını ilə onlardan təxminən 1 km aralıda yerləşən Kamranın evinə tərəf gedib avtomaşını saxlayıb tələsik düşdüyünə görə avtomaşının işıqlarını söndürməmiş, bu vaxt maşının işıqları düşən tərəfdə kolluqlara doğru qara rəngli kurtkada Rahibin 20 metr aralıda çaylağa doğru qaçdığını görmüşdür. Həmin vaxt Rahibin köməyə gəldiyini düşünmüş, sonradan sonuncunun həmin hadisəni törətdikdən sonra kənd camaatının gəldiyini görüb qaçıb getdiyini bilmişdir. Rahibi səsləsə də sonuncu heç yerə baxmadan qaçaraq kolluq və ağaclıq tərəfə getmiş, İmrangilin yaşadığı həyətə daxil olub evin və maşının yandığını görmüşdür. Həmin vaxt evdə azyaşlı uşaqların olduğunu bildiyi üçün uşaqları çıxartmağı düşünüb evə girmək istəyəndə arxadan bir nəfər hamının çıxdığını, aşağı gəlməsini dediyini eşitmişdir. Biraz sonra yanğınsöndürənlər gəlib yanğını söndürmüş, İmrangilin həyətindəki su çəninin də boşaldıldığını görmüşdür. Rahibi tövlə tərəfdən baş aşağı düşən görmüş, aralarında təxminən 15 metr məsafə olmuşdur. Rahibi hadisə yerində ani vaxtda görmüş, sonuncu avtomaşının işıqlarının qarşısından qaçıb getmişdir. Hadisədən qabaq kiminsə Rahibi görməsini eşitməmiş, Rahibi hadisə yerində gördüyünü, ancaq istintaqdakı ifadəsində bildirmişdir. Həmin günü gecə Əkrəmgildə də yanğın olduğunu bilmiş, Əkramgildə yanğının necə və kim tərəfindən baş verməsini bilməmişdir. Yanğın söndürənlərdən yanğının ilk öncə tövlədə baş verdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və sonuncunun qardaşı Zərərçəkmiş şəxs1, həmçinin Təqsirləndirilən şəxs onun bacısı oğulları olmaqla əvvəllər münasibətləri normal olmuş, təxminən bir il əvvəl Rahibin İmranın arvadı Təranə ilə arasında münasibətin olması aşkar olunduğuna görə Rahiblə İmranın münasibətləri pozulmuşdur. Rahib həmin haqq-hesabda İmran və Kamranı biabır etmək üçün hətta televiziya kanalına da çıxıb hər şeyi danışaraq Təranənin ondan uşaq dünyaya gətirdiyini iddia etmiş, sonradan bu faktı danaraq şər atdığını bildirmişdir. Buna görə də Rahibin İmran və Kamranla münasibəti düşmənçiliyə çevrilmiş, bu söz-söhbətdə bacısı Mahizər həmişə onu köməyə çağırdığına görə dayı kimi öz məsləhətlərini vermiş, Rahibi də öz hərəkətlərinə görə iradlarını bildirdiyindən Rahib onun İmran və Kamranın tərəfini tutmasını hesab edərək onunla da düşmənçilik etmişdir. Rahibə qarşı hər-hansı kobudluq etməmiş, Rahibə və digər bacısı uşaqlarına da etdikləri düşmənçiliyin düz olmadığını demişdir. 10 iyul 2022-ci il tarixdə aralarında olan mübahisə zəminində İmran və Kamran Rahibin əl-qolunu bağlayaraq sonuncunu döymüş, bu barədə İmrangilin evinə polis əməkdaşları gələndə bilmişdir. Növbəti gün İmran və Kamrandan nə baş verdiyini soruşduqda sonuncular ona Rahibin Kamrana və İmrana mesajlar yazaraq təhqir etdiyini, ölümlə hədələdiyini deyib həmin mesajları ona göstərmiş, buna görə də İmrangil Rahibin əl-qolunu bağlayıb sonuncunu döymüşlər. Bundan sonra İmran və Kamran barəsində polis şöbəsində cinayət işi başlamış, buna baxmayaraq Rahib İmran və Kamranla düşmənçilik etməyə davam etmişdir. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Kamran ona zəng edərək tövlələrinin yandığını dediyinə görə oğlu Toğrulu da oyadıb qardaşı Qurbanın maşını ilə Kamrangilə getmişlər. Həmin yerə çatanda İmranın evinin, avtomobilinin və Kamranın tövləsinin yandığını görmüş, həmin vaxt orada iki ədəd yanğınsöndürən maşın olsa da alovun gücü çox olduğundan yanğının qarşısını almaq mümkün olmamışdır. Nəticədə İmranın evi, “VAZ 2106” markalı avtomobili, Kamranın tövləsi, həmin tövlənin içində olan 5 ədəd inək, ot bağlamaları bütün yanmışdır. Sonradan həmin evi, avtomobili və tövləni bacısı oğlu Təqsirləndirilən şəxs yandırdığını bilmişlər. İmranın və Kamranın evlərinin qarşısında Rahibin yazıb qoyduğu məktublar tapılmış, həmin məktublarda Rahib İmrangili ölümlə hədələyərək nalayiq sözlər yazmışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Şəki rayonu Baş Zəyzid kəndində yaşadığı evin həyətinə girişdə, darvazanın sağ küncündə iki daşın arasına qoyulmuş üzərində “növbənizi gözləyin çatasıdı” sözləri yazılmış kağız parçası tapmışdır. Həmin kağız parçası İmran və Kamranın evinin qarşısına qoyulmuş kağız parçaları ilə eyni olduğuna və yazılar bir-birinə oxşadığına görə həmin kağız parçasının Təqsirləndirilən şəxs tərəfindən qoyulduğunu düşünmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 eyni məzmunlu ifadə verərək atası Şahid9 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində yaşadığı evdə yatarkən qonşusu Kamranın anası Mahizər qışqıraraq onu köməyə çağırdığını eşidib yuxudan oyanaraq dərhal Kamrangilin həyətinə getmiş, həmin vaxt həyətə daxil olanda Kamranın tövləsinin, İmranın evinin və avtomobilinin yandığını görmüşdür. Həmin vaxt İmrangil yanan evlərini söndürməyə çalışdığına görə o da dərhal Kamranın tövləsini söndürməkdə Kamrana köməklik etməyə başlamışdır. Yanan ev tərəfdən gələn səs-küyə əsasən İmrangilin həyətindəki çəndə suyun təmiz boşaldıldığını eşitmiş, Kamranla birlikdə tövləni söndürməyə çalışarkən tüstüdən Kamran huşunu itirmişdir. Kamranı ayıltmağa çalışmış, biraz sonra yanğınsöndürənlər və polis əməkdaşları oraya gəlmişlər. Saat 06-07 radələrində yanğınsöndürənlər yanğını tamamilə söndürüb getmişlər. Yanğın nəticəsində İmranın evi və avtomobili, Kamranın isə tövləsi bütövlükdə yanaraq məhv olmuş, İmranın evindəki əşyaların hamısı, Kamranın isə tövləsindəki heyvanlar və ot tayaları hamısı yanmışdır. Sonradan həyətdə gedən söz-söhbətlərdən həmin yanğını İmran və Kamranın xalası oğlu Təqsirləndirilən şəxs törətdiyini başa düşmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, İmran və Zərərçəkmiş şəxs1, həmçinin Təqsirləndirilən şəxs onun bacısı uşaqları olmaqla münasibətləri yaxşı olmuş, təxminən bir il əvvəl Rahibin İmranın arvadı Təranə ilə arasında yaxın münasibətlərinin olmasının aşkar olunmasına görə münasibətləri pozulmuş, bundan sonra Rahib İmran və Kamranla düşmənçilik etməyə başlamışdır. Rahib həmin haqq-hesabda İmran və Kamranı biabır etmək üçün hətta televiziya kanalına da çıxıb Təranə ilə cinsi əlaqədə olduğunu, İmranın “İnarə” adlı qızının özündən olduğunu danışmış, Rahib Təranənin ondan uşaq dünyaya gətirdiyini iddia etmişdir. Bundan sonra o, Bakı şəhərində Rahiblə görüşüb bu barədə söhbət etmiş, Rahib televiziyada dediklərinin yalan və şər-böhtan olduğunu ona demişdir. Rahibdən bir daha televiziya proqramlarına çıxmamasını xahiş etmiş, lakin buna baxmayaraq Rahib yenə həmin kanala gedərək çıxış etmiş, həmin vaxt əvvəl dediklərini danaraq şər atdığını bildirmişdir. Bu hadisələrdən sonra Şəki rayonu Baş Zəyzid kəndinə gələrək Təranənin ata evinə gedərək sonuncunun nəslindəki böyüklərini çağırıb məsələni aydınlaşdırmış, həmin görüş vaxtı Təranə öz böyüklərinin və onun yanında Rahiblə 8 aydan çox münasibətləri olduğunu, Rahibin təzyiqləri ilə sonuncu ilə bir neçə dəfə cinsi əlaqəyə girdiyini demişdir. Bundan sonra Təranənin böyüklərinin qərarı ilə Təranə ata evində qaymış, bundan sonra Rahib İmrangilə tez-tez təzyiq edərək Təranəni ər evinə qaytarmasını tələb etmişdir. 2022-ci ilin iyul ayında Rahib İmrangilin yaşadıqları evin yaxınlığına gəlib mübahisə edən zaman İmran və Kamran Rahibi tutub yaxalamaqla əl-qolunu bağladıqdan sonra polisə təhvil vermiş, İmran və Kamranın barəsində polis şöbəsində cinayət işi başlanmışdır. Bundan sonra Rahib İmrangillə görüşüb Təranəni evinə qaytarmalarını, Rahibin də gedib polis şöbəsinə ərizə və şikayətini geri götürəcəyini demişdir. İmran da buna inanıb Rahibin gedib şikayətini geri götürməsi üçün Təranəni evinə qaytarmış, həmin ərəfədə Təranənin müraciəti əsasında Rahibin barəsində zorlama barədə araşdırma aparılırmışdır. X20 də şikayətini geri götürməsini xahiş etmiş, Təranə də Rahibə yalnız İmranın evinə qaytarılacağı təqdirdə şikayətini geri götürəcəyini dediyi üçün Rahib də İmranla razılaşmağa məcbur olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında onun nəvəsinin ali məktəbə qəbul olunmasını qeyd etdikləri üçün kənddə qohum-qonşular onların həyətinə yığışmış, həmin vaxt İmran iki azyaşlı uşağı ilə birlikdə, Kamran, eləcə də sonuncunun arvadı və uşaqları, bir də bacısı Mahizər onların evində olmuşlar. xx.xx.2022ci il tarixdə saat 01 radələrində məclis yekunlaşdıqdan sonra İmran azyaşlı uşaqları ilə birlikdə yaşadığı evə getmiş, saat 03-04 radələrində arvadı onu oyadıb İmrangilin evinin yandığını demişdir. Dərhal paltarını geyinib İmrangilin evinə getdikdə sonuncunun avtomaşınının, evinin, Kamranın isə tövləsinin yandığını görmüşdür. Həmin vaxt İmrangilin həyətindəki 10 tonluq su çənindən istifadə etmək istəsələr də çənin boşaldıldığını görmüş, buna görə də məcbur olub yanğınsöndürən əməkdaşların gəlməsini gözləmişlər. Həmin vaxt həyətdə üzərində “Mən Rahibəm tutdurun Təranəyə görə öləsisiz uşağı verin” sözləri yazılmış bir ədəd kağız parçası tapılmış, bundan sonra tövlənin Rahib tərəfindən yandırıldığını dəqiq bilmişlər. Rahibin özü də həmin axşam onlarda məclis olduğunu bildiyi üçün hamının evə yığışmağını gözləmiş, hadisəni yalnız bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə gecə saat 02-03 radələrində törətmişdir. Həmçinin Rahib yanğının vaxtında söndürülməsinin qarşısını almaq üçün həyətdəki su çəninin krantını qabaqcadan açıb saxlayaraq bütünlükdə boşaltmışdır. Yanğın nəticəsində İmrana məxsus fərdi yaşayış evi, evin içərisindəki əşyalar və avtomobil, Kamrana məxsus tövləvə içərisindəki ot tayaları, 3 inək və 2 buzov, habelə Əkrəmə məxsus tövlə və içərisindəki heyvanlar və ot tayaları bütövlükdə yanaraq kül olmuşdur. Rahib bundan başqa Elxan və Vahidin evlərinə də kağız parçaları ataraq onları da ölümlə hədələmişdir. Rahib Bakı şəhərində kanala gələn zaman sonuncunu çağıraraq etdiyinin ayıb olduğunu demiş, bir müddət sonra Rahibin getdiyini görmüşdür. Təranənin atası və qardaşı gələrək ondan Rahibi başa salmalarını istəmiş, Rahibin harda olduğunu soruşduqda Rahib artıq Space kanalına çıxmışdır. Rahibi çağırmış, bundan sonra Rahib kanala çıxmamışdır. Dəfələrlə Rahib ona zəng vuraraq “İmrangilin ərizəsini geri çəkməsini, de məni buraxsınlar Rusiya Federasiyasında 40 000 manat pulum var. Onu gətirim dəymiş ziyanı ödəyim” demişdir. Rahibə tutaq ki, səni buraxdılar və sən getdin həmin adam da sənin pulunu vermədi onda necə olacaq?. Həmin şəxs etibarlıdırsa poctla atana göndərsin, o da aparıb pulu versin. Anan da üzrxahlıq edər” demişdir. Rahibin Rusiya Federasiyasına getməyindən xəbəri olmamış, Rahibin yoldaşları sonuncu getdikdən təxminən bir həftə əvvəl getdiyini demişlər. Rahibin Dərbənddə işləməsi barəsində heç nə deməmiş, sonuncuya “Dağıstana get orda işlə” deməmişdir. Rahibə zəng edəndə Dərbənddə olduğunu bilmiş, sonuncuya Dərbəndin Məhərrəmkənd kənində olan dostları vasitəsilə köməklik edə biləcəyini bildirmişdir. Rahibə deyilənlərə görə sosial şəbəkədəki videoları yayanın sonuncu olduğunu bildiyini, Rahibə əgər bun etmişdirsə silməsini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki rayon X15 X21 Söndürmə Növbəsinin rəisi işləyən Şahid13 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində 101 xidmətinə Şəki rayonu Vərəzət kəndində tövlənin yanması barədə daxil olmuş məlumat əsasında növbədə olan 2 ekipaj tərəfindən həmin hadisə yerinə gedilmiş, saat 0310 radələrində həmin hadisə yerinə çatdıqda Şəki rayonu Vərəzət kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus tövlədə yanğın baş verdiyi müəyyən olunmuşdur. Ekipajlar tərəfindən həmin tövlədəki yanğın söndürülmə işləri aparılan zaman saat 0320 radələrində Şəki rayonu Baş Zəyzid kəndində ev və tövlədə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında onun göstərişi ilə bir ekipaj Vərəzət kəndindəki tövlənin söndürülməsi üçün saxlanılmış, özü də başda olmaqla digər ekipaj Şəki rayonu Baş Zəyzid kəndindəki yanğın hadisəsinin baş verdiyi yerə getmişdir. Şəki rayonu Baş Zəyzid kəndindəki hadisə yerinə çatdıqda həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus ev və VAZ 2106 markalı maşında, həmçinin sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 məxsus tövlədə yanğın hadisəsinin baş verdiyi müəyyən olunmuşdur. Evdəki yanğın çox güclü olduğuna görə ev bütün həcmdə açıq alovla intensiv formada yanmış, həmin yanğını söndürmək məqsədilə həyətdəki təxminən 10 tonluq su çəninə baxış keçirdikdə orada su olmadığı, həmin su çəninin boş olduğu müəyyən olunmuşdur. Bundan sonra dərhal xidməti avtomaşındakı su ilə yanğını söndürməyə başlamış, eyni zamanda əlavə bir ekipajın da hissədən yanğın yerinə göndərilməsinə göstəriş vermişdir. Əlavə ekipaj gəldikdən sonra onların xidməti maşındakı su tamamilə istifadə olunduğu üçün onun göstərişiylə həmin maşın Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbinə gedərək oradakı yanğın su hovuzundan su götürüb yenidən hadisə yerinə qayıtmışdır. Evdəki yanğın çox intensiv olduğundan yanğının söndürülməsi müəyyən vaxt almış, həmin evdəki, maşındakı və tövlədəki yanğın saat təxminən 06 radələrində tam söndürülmüşdür. Yanğın tam söndürüldükdən sonra yanğının tam sönməsinin dəqiqləşdirilməsi məqsədilə hadisə yerinə yekun baxış keçirilmiş, yanğının tam söndürülməsindən əmin olunduqdan sonra ekipajlar təhkim olunmuş hissəyə geri qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şəki rayon X15 X21 Söndürmə Növbəsində manqa komandiri işləyən Şahid14 da eyni məzmunlu ifadə verərək Şahid13 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində taksi kimi özünə məxsus “VAZ 2170 (Priora)” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə “Povilyon” adlanan ərazisindən qaz idarəsi istiqamətində hərəkət edərkən körpünün yaxınlığında bir nəfərin velosipedlə dayandığını görmüş, həmin şəxsin yanından keçərkən fit səsi gəldiyini eşidib maşını saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşaraq velosipedinin topunun dağıldığını, Şəki rayonu Baş Zəyzid kəndinə getmək istədiyini bildirmiş, Rahibə *0066 taksi xidmətinə zəng edərək taksi çağırmasını, həmin xidmətin Rahibin istədiyi yerə 4 manat 50 qəpiyə aparacağını, onun isə həmin yerə ən azı 6 manata gedəcəyini dedikdə sonuncu taksi xidmətlərinə zəng etmək istəmədiyini, nə qədər istəsə pul verəcəyini deyib onunla 6 manata razılaşmışdır. Bundan sonra avtomaşından düşüb arxa oturacağı aşağı salıb velosipedi maşına yükləmiş, həmin vaxt Rahibin hər iki çiynindən asılmış və belində dayanan çanta olmuşdur. Rahib həmin çanta belində dura-dura oturacağa əyləşmiş, birlikdə Şəki rayonu Baş Zəyzid kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Yolda olarkən Rahibə nəyə görə oraya getdiyini, velosipedinin necə xarab olduğunu, axşam vaxtı həmin yerdə nə işi olduğunu və s. suallar versə də Rahib onun bütün suallarına hə-yox cavabı vermiş, suallara cavab verməməsindən Rahibin həyəcanlı olduğunu hiss etmişdir. Rahib ona Baş Zəyzid kəndində yaşadığını təsdiqlədiyi üçün sonuncunu evinə apardığını hüsab etmişdir. Saat təxminən 2250 radələrində Şəki rayonu Baş Zəyzid kəndinə çatmış, Rahib avtomaşını kəndin ən yuxarı hissəsinə, asfalt bitdiyi yerdən təxminən 200-300 metr irəliyə sürdürərək avtomaşını yolun ortasında saxlatmışdır. Rahib avtomaşından düşüb velosipedi baqaj hissədən çıxarıb çökəklikdə kolluq hissəyə qoyub gizlətdikdən sonra belindəki çanta ilə yenidən avtomaşına əyləşib kəndin aşağı hissəsində, dairəvi yolun yaxınlığında yerləşən marketə sürməsini demiş, marketə doğru hərəkət edərkən yolda Rahib ona “velosipedi ora qoydum, görəsən görünüb eləmirdi ki” demişdir. Rahibə gecə vaxtı velosipedi heç kimin görməyəcəyini demiş, bundan sonra marketə çatdıqda Rahib belində çanta olduğuna görə onan bir manat pul verib marketdən bir ədəd “bizon” enerji işkisi almasını xahiş etmişdir. Rahibin özünün avtomaşından düşüb marketə girməməsi onda şübhə yaratmış, marketə girib Rahibin verdiyi pulla sonuncuya, öz pulu ilə da özünə “bizon” enerji içkisi alıb avtomaşına əyləşmişdir. Rahib yenidən üzü yuxarı velosipedi gizlətdiyi yer istiqamətində sürməsini söyləmiş, həmin istiqamətdə təxminən 500-600 metr hərəkət etdikdən sonra Rahib qəflətən “aptek, aha, filan yer, burda saxla, burda saxla” deyib maşını saxlatmışdır. Avtomaşını saxladıqdan sonra Rahib ondan istifadə etdiyi mobil nömrəsini istədiyinə görə sonuncuya istifadə etdiyi ***-***-**-** mobil nömrəni verdikdə Rahib ondan votsap istifadə etdiyi nömrəni verməsini xahiş etmişdir. Rahibə votsap proqramını istifadə etmədiyini söyləmiş, Rahib ödənişi etdikdən sonra onunla sağollaşıb bir az dayanıb üzü yuxarı istiqamətdə hərəkət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində telefonuna tanımadığı nömrədən zəng gəlmiş, oyanıb həmin nömrəni tanımadığı üçün telefonunu söndürüb yatmışdır. Səhəri gün həmin zəng atan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş “AKEL PETROL” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyən Şahid16 ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə axşam saatlarında alçaq boylu bir oğlan “AKEL PETROL” YDM-nə gələrək avtomobilinin çay qırağı tərəfdə yolda qaldığını, yaşadığı evin yaxınlıqda olduğunu, maşınla evinə gedə bilmək üçün 3 litr benzin almaq istədiyini bildirərək əlindəki biri 2 litrlik, biri də 1 litrlik olmaqla iki ədəd plastik butulka təqdim etmişdir. Plastik qablara A92 markalı benzin doldurub vermiş, həmin şəxs YDM-dən ümumilikdə 3 litr benzin alıb pulunu ödəyib getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21:00-dan xx.xx.2022-ci il saat 09:00-dək Şəki RMX-sı PHŞdə növbədə olmuş, xx.xx.2022-ci il tarixdə saat təxminən 04 radələrində mülki geyimdə olan polis əməkdaşları Şəki RMX-sı PHŞ-nə gələrək oğlu Rahibin harada olmasını soruşmuşlar. Polislərə axşamdan işdə olduğunu, Rahibin harada olduğunu bilmədiyini demiş, polis əməkdaşları ona Rahibin onun bacısıoğlu İmrangilin ev və tövlələrini yandırdığını bildirmişlər. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları baxış keçirmək üçün onların evinə gəlmiş, həmin vaxt gələn polis əməkdaşları İmrangilin evinin, maşınının, tövlələrin Rahib tərəfindən yandırılmasını dediyi üçün Rahiblə bağlı araşdırma aparılmışdır. Oğlu Rahib əvvəldən əsəbi olmuş, İmran və Kamran, eləcə də sonuncuların arvadları Təranə və Humay Rahibin bütün əsəbləri ilə oynamışlar. Humay və sonuncunun anası Rəsmiyə onun və bacısı Mahizərin ailəsində münaqişə və mübahisə yaranmasına çalışmış və buna nail olmuşlar. Humay özündən yalanlar uyduraraq Rahiblə Təranənin sevgili olduğunu yaymış, bundan sonra İmranla Rahib arasında, eləcə də Humayın bu cür yalanlarına görə Kamranla Rahib arasında münasibətlər pozulmuş, ədavət, düşmənçilik yaranmışdır. Humay hətta yalandan onlara guya Təranənin sonuncu uşağının Rahibdən olduğunu demiş, Rahib də bunu sübut etmək, uşağı ekspertizadan keçirmək üçün televiziya kanalına çıxmışdır. 2022-ci ilin iyul ayında İmran və Kamran birlikdə Rahibi oğurlayıb vəhşicəsinə döyərək Rahibə ciddi xəsarətlər yetirdiklərinə görə polis şöbəsində cinayət işi başlanmışdır. Rahibə “İmrangil də bizim nəsildir, barışmaq lazımdır, şikayətçi olmaq yaxşı olmaz” deyib Rahibdən İmran və Kamran barəsində şikayətçi olmamasını xahiş etmiş, Rahib də özünə dəymiş ziyanın ödənilməsini tələb edib, yalnız bu halda şikayətçi olmayacağını bildirmişdir. Rahib İmrangilin sözünə inanıb sonuncular barəsində şikayətçi olmamış, lakin İmrangil Rahibə dəymiş ziyanı ödəməkdən boyun qaçırmışlar. Eləcə də İmran və Kamran çöldə olduğu üçün onların Rahiblə arasındakı münasibət daha da qızışmış, Rahibin deməsinə görə İmran və Kamran onları təhqir etməyə davam etmişlər. İmrangilin evinin, maşınının, Kamranın tövləsinin, Əkramın tövləsinin kim tərəfindən yandırıldığını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 evinə girən zaman Təqsirləndirilən şəxs ona evə girib çıxandan sonra ona məlumat vermiş, evdən çıxan zaman Rahibin əlində bijuteriyalar olmuşdur. Rahib bijuteriyaları göstərib arxa tulladı. Rahib xəstəxanada işləyən vaxt onu taksi kimi çağırmış, Uzi aparatını birlikdə taksiyə qoymuşlar. Yarı yolda ona aparatın oğurluq olduğunu demiş, Uzi aparatı qutuda olmuşdur. 2022-ci ilin avqust ayının sonlarında Rahiblə ilə söhbət edən zaman Rahib ona qisas almaq məqsədilə xalası oğlu İmranın evini, tövləsini yandırmaqdə Rahibə köməklik etməsini, Rahibi gecə vaxtı oraya aparmasını xahiş etmiş, Rahibə bununla razı olmadığını, bu məsələdə sonuncuya köməklik göstərməyəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə İmranın evi yandırıldıqdan sonra Rahibin ona bir həftə əvvəl dediyi niyyətini reallaşdırdığını bilmişdir. Rahibə yanğında köməklik göstərmədiyinə görə Rahib sonradan yanğın hadisəsini onun törətdiyini bildirmiş, İmranın yaşadığı evin harada yerləşdiyini bilməmiş, baş vermiş yanğın hadisəsində iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə gecə saat 0330 radələrində kürəkəni Kamran ona zəng edib həyəcanlı halda Rahibin Kamrana məxsus tövləni, İmranın evini yandırdığını dedikdən sonra həmin yerə gedərkən Kamranın evinin giriş qapısı ilə üzbəüz yerləşən və İmranın ailəsi ilə birgə yaşadığı evin və Kamrana məxsus tövlənin yandığını görmüş, alovun təsirindən evə və tövlǝyǝ yaxınlaşmaq mümkün olmamışdır. Evdə və tövlədə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən söndürüldükdən sonra evin içərisində olan əşyalarla, həmçinin tövlə içərisindəki heyvanlar və ot bağlamaları ilə birgə, eyni zamanda İmranın evinin qarşısında saxladığı özünə məxsus VAZ 2106 markalı, ** BO *** dövlət nömrə nişanlı avtomobil tamamilə yandığını görmüşdür. Kamrangildə olan zaman kənd sakinlərindən İmranın Vərəzət kəndində yaşayan qaynatası Əkrəmə məxsus tövlənin də Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə səhər radələrində yuxudan oyanandan sonra qonşuluqda yaşayan bibisi Sarıgül onlara gələrək qohumları İmranın evinin yandırıldığını dedikdən sonra onlardan 500-600 metr məsafədə olan İmrangilə getdikdə İmranın evinin içərisindəki əşyalarla birlikdə, həmçinin evin qarşısında olan İmranın VAZ 2106 markalı avtomaşınının tamamilə yandığını, eyni həyətdə yerləşən Kamranın tövləsinin içərisində olan ot tayaları və iri buynuzlu heyvanlarla birlikdə yandığını görmüşdür. Sonradan evi və tövləni Təqsirləndirilən şəxs tərəfindən gecə saat 02-03 radələrində yandıraraq qaçıb gizləndiyini, İmranın evi yandırılan zaman İmran və ailəsi, yəni arvadı və üç azyaşlı uşağı evin içərisində yatmış vəziyyətdə olduğunu bilmişdir. Həmçinin hadisə yerində olarkən sakinlərdən Rahibin İmranın qayınatası, Vǝrǝzət kəndində yaşayan Əkrəmin tövləsini də yandırdığını, tövlədə iki baş heyvanın da yanaraq tələf olduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid21 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 0330-da kürəkəni Kamran əri Mikayıla zəng edərək xalası oğlu Rahib Baləmmədovun mal tövləsini və qardaşı İmranın evinin yandığını bildirdikdən sonra əri ilə birlikdə qızının yaşadığı evə gedərkən, qızı ilə yeznəsinin mal tövləsinin içindəki mal-qara, ot bağlamaları, arpaları ilə birlikdə yandığını, Kamranın qardaşı İmranın da evi və həyətdə olan "VAZ 2106" markalı avtomobilinin tam yandığını görmüşdür. Bir qədər sonra həyətdə "mən Rahibəm, uşağı verin, hamınızı öldürəcəm" məzmunlu yazılar olan kağız parçaları tapılmış, qızı Humay da səsə yuxudan oyandıqda Rahibi həyətdə gördüyün bildirmişdir. 2021-ci ilin oktyabr ayının axırlarında qızı Humayın qaynının arvadı Təranəni İmranın xalası oğlu Rahiblə birlikdə mal tövləsində qucaqlaşan vaxt görmüş, bu barədə Təranənin qaynanası Mahizərə demişlər. Həmin ilin aprel ayında Rahib "Space" telekanalında verilişdə Təranə ilə İmranın üçüncü uşağının Rahibdən olduğunu bildirib uşağı istəmişdir. Sosial şəbəkə olan "Tik-tok"da Rahib qızı Humay və əri Kamran haqqında təhqiramiz alçaldıcı məlumatlar paylaşmış, bu barədə hadisədən təqribən bir həftə əvvəl rayon prokuorluğuna müraciət etmişlər. Süzgəc almaq üçün Təranəgilə gedərək sonuncnun səsləmiş, sonuncu cavab verməmişdir. Daha sonra tövləyə tərəf getdikdə aynadan iki şəxs görmüş, Təranə və yanında olan şəxsin Rahib olduğunu bilməmişdir. Gördüklərindən sonra geriyə qayıtmış, bir az sonra Təranə çıxmışdır. Təranədən nə olduğunu soruşmuş, sonuncu da “heç nə Rəsmiyyə bacı mal-qaraya ot verirdim” demişdir. Təranə süzgəci ona vermiş, o da qızımgilə gəlmişdir. Humay uşaqları Təranəyə verib, “iki ədəd yumurta alıb gələcəyini” demiş, gördüklərimdən sonra qızından getməsini istəmişdir. Bir müddət sonra səs-küy gəlmiş, o da tövlə tərəfə getmişdir. Əlində yaba ilə tövləyə tərəf getmiş və İmranın balaca qızından qaçanın kim olduğunu soruşmuşdur. Uşaq da qaçan şəxsin Rahib olduğunu bildirmiş, qızı gəldikdən sonra nə olduğunu soruşmuşdur. Qızı da “Təranənin çardaqdan yıxıldığını” demiş, o da “yalan danışmamasını əvvəlcədən gördüyünü, ancaq Rahib olduğunu bilmədiyini demişdir. Qızı ona bu barədə heç kimə deməməsini, Təranənin üç övladı olduğunu demiş, Təranəni çağırıb nə haqq-hesab olduğunu soruşmuşdur. Təranə ona Rahibin çardaqdan üzərinə tullandığını, Təranəyə nəsə etmək istədiyini demiş, Təranənin qaynanasına olanları deyib iki bacı arasında həll etməsini istəmişdir. Məktub onların evindən yoxa çıxmamış, məhlədən tapdıqdan sonra Mahizərgilə getmişdir. Məktubda “sizin hamınızı qıracam. Çənə zəhər tökəcəm və nəvələrini zəhərləyəcəm” yazılmışdır. Ona nə üçün bu məsələni üzə çıxarmısan demiş, o da özünün etdiyini, “Space” kanalında özünün etiraf etdiyini bildirmişdir. Daha sonra həmin məktubun hara yoxa çıxdığından xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə saat 0320 radələrində həmkəndlisi və dayısı oğlu Zərərçəkmiş şəxs1 ona zəng edərək Rahibin tövləsini, həmçinin İmranın evini yandırdığını dedikdən sonra Kamrangilin evinə çatanda İmranın evi və VAZ 2106 markalı maşınının, həmçinin Kamranın tövləsinin yandığını görmüşdür. Yanğınsöndürənlər saat 07 radələrində yanğını söndürsələr də ev, evdəki əşyalar, tövlə, mal-qara və avtomobil tamamilə yanıb kül olmuşdur. O, paltarını dəyişmək məqsədilə evə qayıdanda giriş darvazasından təxminən 1 metr aralıda böyük bir daşın altında isə ağ rəngli kağız parçası aşkar etmiş, həmin kağıza baxdıqda kağız üzərində əlyazma üsulu ilə «növbə sənə çatasıtı» mətninin yazıldığını görmüşdür. Həmin mətnin Rahibin ona hədə-qoxu gəlmək üçün yazdığını bilmiş, belə ki, Rahiblə Kamranın arasında olan ədavətə görə Kamranın haqlı olduğunu hesab edərək sonuncuya Rahibin qanunsuz əməlləri barədə müxtəlif orqanlara yazılı müraciətlər etməsinə köməklik etdiyinə görə Rahib onun bu hərəkətinə acıqlanaraq ona bu cür formada hədə-qorxu gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası FHN-nin DYNXnin X9 Yanğın Nəzarəti İdarəsinin X28 şöbəsinin inspektoru işləyən X6 oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəki rayonu Baş Zəyzid və Vərəzət kəndlərində baş vermiş yanğın hadisəsi ilə bağlı Şəki rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə hadisə yerlərində mütəxəssis qismində təyin edilərək iştirak etmiş, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş vermiş yanğının ilkin başlama sahəsi evin zirzəmi otağı, Zərərçəkmiş şəxs2 məxsus avtomobildə baş vermiş yanğının ilkin başlama sahəsi avtomobilin sağ arxa oturacaq hissəsi, Zərərçəkmiş şəxs1 məxsus tövlədə və Zərərçəkmiş şəxs7 məxsus tövlədə baş vermiş yanğınların ilkin başlama sahəsi tövlələrin çardaq hissəsi olmuşdur. Həmin yanğın hadisələri qəsdən törədilmiş yanğın hadisəsi olmuş, yanğın hadisəsinin törədilməsi üçün yanacaq vasitə kimi benzindən istifadə olunmuşdur. Yanğın nəticəsində fərdi yaşayış, avtomobil və tövlələr tamamilə yanaraq yararsız hala düşmüş, yanğın hadisələri ilə bağlı onun tərəfindən yanğın hesabat vərəqələri tərtib olunmuşdur. Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi həmin evin zirzəmi otağından başlamışdır. Qeyd edilən hesabat vərəqəsində yanğının baş verdiyi mərtəbə qrafasında “mansard (çardaq)” qeyd olunması texniki səhv nəticəsində olmuşdur. Onun tərəfindən tərtib olunmuş həmin hesabat vərəqələri kompyuterdə sistemdə tərtib olunmuş və o, əvvəlcə tövlələrdə baş vermiş yanğınlar barədə hesabat vərəqələrini tərtib edərkən başlama yeri olaraq “mansard (çardaq)” qeyd etdiyi üçün fərdi yaşayış evində baş vermiş yanğın barədə hesabat vərəqini tərtib edərkən fikri yayınaraq texniki səhvə yol verib həmin hesabat vərəqində də yanğının baş verdiyi mərtəbə qrafasında “mansard (çardaq)” olaraq qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası FHN-nin DYNXnin X9 Yanğın Nəzarəti İdarəsinin X28 şöbəsinin böyük inspektoru işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Məşədi-X5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu olmaqla işdən sonra əlavə olaraq 8 nömrəli məktəbin yanındakı dükanda fəhləlik edib, 3-5 manat pul qazanmış, əməkhaqqını yığıb maşın almaq istəmişdir. Rahibin maşın almağını eşidib xalası uşaqları anasını kəndə çağırmış, anası aşağı xəstəxanada işlədiyinə görə Rahib sonuncuların yanına getmişdir. Rahibdən pul istəyən zaman oğlu “köhnə aldığınızı vermisiniz ki, yenə pul istəyirsiniz” demiş, bu vaxt yaranan münaqişə zamanı oğlunun başına taxta parçası vurub, sürüyüb dəmir barıya bağlamışlar. Rahibin cibindən 4243 manat pulunu, 2 ədəd telefonu almış, sonra polislər bu işlə bağlı gəlmişlər. Rahibin anası Rahibə “xalan uşaqlarıdır, bağışla” demiş, Rahib də Mahaçqalaya gedəcəyini və şikayətinin olmadığını bildirmişdir. Rahib gedən zaman qaynı X30 rayonuna çağırmış, yenə aralarında münaqişə yaranmışdır. Rahib özünü asmaq istəyəndə Binəqədi polisi oğlunu fikrindən yayındırmış, Binəqədi rayon polis şöbəsində Zahiddən Rahiblə işin olmamasına dair izahat alınmışdır. Bu işləri ört-bastır etmək üçün Zahidin kapitan dostu Veysəlin məsləhəti ilə Rahibə “Şəkiyə gəlməsən, ananı öldürəcəyik” məzmununda mesaj yazılmış, sonra Zahid oğluna zəng edib, “mənim yanıma gəlməsən, ananı öldürəcəklərini” demişdir. Rahib də Binəqdəi rayon polis şöbəsinə gedib, “Mənim anamı öldürmək istəyən kimdir? Mən onlardan şikayətçi deyiləm” demişdir. Binəqdəi rayon polis şöbəsindən “Zəyzid kəndinə get, onlar sənə deyəcəklər” demiş, gecə saat 01:00-də Rahib əlində iki ədəd çörəklə evinə gəlmiş, sonra çay içib, telefonla oynayıb yatmışdır. Səhər saat 04:00-də qapıları döyülmüş, Zahid Rahibin tövləni yandırdığını demişdir. Rahib ona “Zahid tələ qurubdur” demiş, Rahib Bakıya şikayətə gedəcəyini demişdir. Polis şöbəsinə gedəndə Zahidi orada görmüş, Rahibin Azərbaycana gəlməsini və bu işin baş tutmasını planlaşdırmışlar. Zahid polis şöbəsində ona “sənin də başına oyun açacam” demiş, Rahib onun polis şöbəsinə dəvət olunduğunu bilib, özü ora gəlmişdir. Həmin vaxt Rahibi tutaraq gözünün qabağında “boynuna almasan öldürəcəyik səni” demiş, boğazına ip bağlayıb sıxmışlar. Rahibi aparanda boğazından qan axdığını görmüş, Rasim müəllimə onu niyə polis şöbəsinə çağırdığını, oğluna şər atdıqlarını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, ünvan 4 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs8 məxsus evin plastik pəncərəsini açmaqla evə daxil olunduğu, evin yataq otağında olan dolabın siyirməsindən qızıl-zinət əşyaları oğurlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, ünvan 8 ünvanında yerləşən X16 İntensiv Terapiya şöbəsinin birinci mərtəbəsində yerləşən altı saylı xidməti iş otağı olan həkimi Şahid7 otağından «Portativ USM» cihazı oğurlanmışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şəki rayonu Baş Zəyzid kəndinin mərkəzindən təxminən 4 km aralıda yerləşir. Dəmir qapıdan həyətə daxil olduqda solda birmərtəbəli üstü çardaqlı içərisi boş olan tövlə yerləşir. Həyətin qapısı ilə üzbəüz birmərtəbəli kürsülü yanmış vəziyyətdə olan ev və evin qarşısındakı altıaçıqda yanaraq tamam yararsız hala düşmüş avtomobil vardır. Ev ümumilikdə 10x22 metr ölçüdədir. Pilləkənlə qalxdıqda üzbəüz qapısı, pəncərəsi və içərisində olan əşyaları yanmış mətbəx yerləşir. Pilləkəndən sağda dəmir qapıdan daxil olduqda dörd otaq vardır ki, otaqların pəncərələri taxta materialdan olmuşdur. Baxış zamanı otaqlarda istifadəyə yararlı hər hansı əşya əşkar edilmədi. Evin zirzəmisinə baxdıqda dolabda içərisi dolu və sönmüş halda olan balon və bankalar, yerdə yararsız halda olan təsərrüfat məhsulları vardır. Evə bitişik altıaçıqda bir ədəd avtomobil vardır ki, həmin “VAZ 2106” markalı, **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yanğın zamanı isə tamamilə yanar konstruksiyaları yanaraq yararsız hala düşmüşdür. Həyətin orta hissəsində birmərtəbəli, kürsülü, yarı tikili, sarı daşlardan tikilmiş ev vardır ki, Zərərçəkmiş şəxs1 məxsus tövlədə və qardaşı İmrana məxsus evdə baş vermiş yanğının təsirindən evə gələn eletrik naqilləri yanaraq yararsız hala düşmüşdür. Həmin evdən təxminən 40 metr məsafədə yarımtikili, qarşısında yanmış ot və dəmirlər vardır. Zərərçəkmiş şəxs1 həmin yerdə ona məxsus birmərtəbəli, üstü çardaqlı tövlə, tövlənin içərisində 3 baş inək və 2 baş buzov, çardaqda isə təxminən 700 ədəd ot bağlamasının və 1 ton yem olduğunu, yanğın zamanı yanaraq məhv olduqlarını bildirdi. Tikiliyə yaxınlaşdıqda iki hissədən ibarətdir. Sarı daşlardan tikilib, içəri baxdıqda dəmir ara kəsmələr vardır ki, onların arasında 3 baş inək cinsindən olan heyvanların və buzovların (dana) ölmüş cəsədlərini, ətrafda yanmış ot qalıqlarını görmək mümkündür. Tövlənin iki giriş qapısı vardır. Bundan sonra baxış zamanı Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında bir ədəd kağız parçası olduğunu bildirdi və həmin kağız parçasını göstərdi. Həmin kağız parçası götürülərək baxış keçirilən zaman üzərində kiril hərflərlə “Mən Rahibəm tutdurun .... Təranəyə görə görə öləsiniz uşağı verin Rahibəm uşağı verin öləsiniz” sözləri yazıldığı müəyyən olundu. Həmin kağız parçası müvafiq qaydada qablaşdırılaraq götürüldü. Bundan başqa hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs2 məxsus evin arxa tərəfində yerləşən su çəninin tamamilə boş olduğu, suyun yerə boşaldıldığı, torpaq səthinin palçıq olduğu müəyyən olundu. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəki rayonu Vərəzət kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus tövlə çay daşlarından və sarı daşlardan tikilmiş, iki hissədən ibarətdir. Tikilinin üst örtüyü yoxdur və taxta (ağac material) materiallar yanmışdır. Tikilinin içərisində və qarşısında olmaqla, cəmi 2 baş heyvan (inək) cəsədləri yanaraq məhv olmuş, yararsız hala düşmüş ot qalıqları vardır. Baxış zamanı hər iki inəyin yanaraq tələf olmuş cəsədlərini görmək mümkündür. Baxış zamanı yanmış tövlənin Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evindən təxminən 30 metr aralıda yerləşdiyi, həmin tikililər arasında yanar konstruksiyaların olmadığı müəyyən olundu. Bundan başqa baxış zamanı Zərərçəkmiş şəxs7 həyətlərində bir ədəd kağız parçası aşkar edildiyini bildirərək həmin kağız parçasının olduğu yeri göstərdi. Həmin kağız parçasına baxış zamanı üzərində latın qrafikalı “Mən Rahibəm tutdurun məni yaşaya yaşaya öləçəsiz səhəri açmaya da bilərdiz əzab çəkib öləsiz ölüm anidir ..... Təranəyə görə qızınıza görə çox çəkib öləsisiz balacanızdan böyünüzə kimi bu günə sükr edəsiniz hər yaşadığınız günə sükr edin Məni tutdurun canız qutarsın X34 ........” sözləri yazılmışdır. Həmin kağız parçası müvafiq qaydada qablaşdırılaraq götürüldü. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şəki rayonu Baş Zəyzid kəndində yerləşən fərdi yaşayış sahəsi və həmin sahədə yerləşən ev və tövlədir. Mal tövləsinin uzunluğu 8 metr, eni 4 metr, hündürlüyü 2,5 metrdir. Həmin mal tövləsinin yola baxan hissəsində, çardaq tərəfdə ot yığmaq üçün boşluq saxlanılmışdır. Həmin boşluğun son divar hörüyündə təbii daş üzərində təxminən 30-40 sm ölçüdə yanmağa xarakterik qaralma müşahidə olundu. Həmin qaraltıdan çardaq otağına baxdıqda naməlum parçanın yanmış qalıqları və növü bilinməyən yanacaq sürtkü materiallarının qalıqları müşahidə edildi və həmin qalıqlar müvafiq qaydada qablaşdırılaraq götürüldü. Həmin çardaqda otun (samanın) az olması yanğının genişlənməsinə, eləcə də küləyin şərqdən qərbə doğru əsməsi, eyni zamanda qeyd olunan külək istiqamətində yanar materialların azlıq təşkil etməsi yanğının genişlənməsinin qarşısını almışdır. Bir sözlə tövlə binası tam salamat qalmışdır. Yanğın baş vermiş yaşayış evi küçədə yerləşən ikitaylı dəmir darvazadan təxminən 8 metr şərq hissədə yerləşir. Giriş qapısından solda tövlə binasına bitişik olan altıaçıq mövcuddur. Həmin altıaçığın şimal hissəsi tövləyə birləşmiş vəziyyətdədir. Tövlənin şərqində isə dəmir borular üzərində quraşdırılmış altıaçıq mövcuddur. Qeyd olunan tövlə və həmin tövləyə bitişik altıaçıq yanğına məruz qalmamışdır. Yanğın baş vermiş fərdi yaşayış evi birmərtəbəli, zirzəmili, divarları təbii çay daşından, dam örtüyünün tikinti materialları yerli və digər standart ölçülü taxta-ağac materiallarından ibarət olmuşdur. Evin dam örtüyünün yanğından, yağışdan, qardan və digər atmosfer təsirlərindən qorunması məqsədilə dalğavari dəmir lövhələrdən ibarət olmuşdur. Həmin ev 6 yaşayış otağından, bir mətbəx otağından, bir şüşəbənddən ibarət olmuşdur. Evin zirzəmi sahəsi iki otaqlı olub, evin qarşısında 4 metr enində, 22 metr uzunluğunda metal borular üzərində altıaçıq quraşdırılmışdır. Hadisə baş vermiş evin planda təxmini ölçüləri – uzunluğu 22 metr, eni 10 metr, hündürlüyü 6 metrdir. Hadisə baş verən evin qeyd olunan altıaçığında təxminən 7 metr şərqdə tərəfdə 01 ədəd “VAZ 2106” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobilə baxış zamanı həmin avtomobilin yanabilən hissələrinin tamamilə yandığı, avtomobilin ban hissəsinin yüksək istiliyin və alovun təsirindən deformasiyaya uğradığı müşahidə edildi. Həmin avtomobil yaşayış evinə yaxın olduğundan yanğın şimal-şərq və qərb istiqamətlərində yaşayış evinə yayılmış və evin yanabilən bütün konstruksiyalarının və ev əmlakının tamamilə yanmasına gətirib çıxarmışdır. Yanğının əsas intensiv yanma sahələri ilk növbədə avtomobil və avtomobilin ön hissəsində şərqə doğru yerləşən evin intensiv yanma sahələri və oduncaqların, eləcə də daxildə olan ev əmlakının tamamilə yanaraq evin zirzəmi sahəsinə tökülmüş alt və üst tirlər, taxta döşəmələr, demək olar ki, tam yanmış və yanğının şərqdən qərbə doğru genişləndiyi müşahidə edildi. Evin qərb tərəfinin taxta ağac konstruksiyaları yansa da həmin tirlərin və yanma dərinlikləri şərq tərəfə nisbətən daha aşağı düşdüyü aşkar edildi. Eyni zamanda evin qərb tərəfinin təxminən 60 faizə qədəri şərq tərəfə nisbətən az yandığı müşahidə edildi. Eləcə də qərbində yerləşən mətbəx otağının digər otaqlara nisbətən az yanması və həmin otaqda mövcud olan əşyaların çıxarılaraq həyətə yığıldığı müşahidə edildi. Yanğın baş vermiş hadisə yerindən əsasən VAZ 2106 markalı avtomobilin sağ qabaq oturacaq hissəsindən, sağ qabaq şin (təkər) hissəsindən, yəni yer səthindən, daha sonra isə evin avtomobil dayanan hissəsində zirzəmi sahəsinin pəncərə boşluğundan yanmış qalıqlar müvafiq qaydada qablaşdırılaraq götürüldü. Bununla da yanğın baş vermiş həyətyanı sahədə şimal hissədə yerləşən yaşayış evinə və avtomobilə baxış sona çatdı. Bundan sonra yaşayış sahəsinin cənubunda evdən təxminən 30 metr ara məsafədə yerləşən mal tövləsində də yanğın baş verməsi müəyyən edildi. Həmin tövlənin planda təxmini ölçüləri – uzunluğu 14 metr, eni 4 metr, hündürlüyü 2,2 metr olmaqla divarları təbii çay daşından və mişar daşından, dam örtüyünün taxta-ağac konstruksiyaları yerli meşə materiallarından, üst örtüyü dəmir lövhələrdən ibarət olmuşdur. Tövlənin bir ədəd giriş qapısı və iki ədəd təbii işıqlandırma pəncərəsi mövcuddur. Tövləyə baxış zamanı tövlənin çardaq otağına yığılmış ot, üst tirləri və tikinti materialları tamamilə yanaraq tövlənin daxilinə və hər dörd tərəfinə yanmış qalıqların töküntüsü müşahidə edildi. Tövləyə daxil olduqda giriş qapısından 3,5-4 metr şərqə doğru iki baş inəyin və üç baş yaşları müəyyən edilməyən buzovların yanmış və kömürləşmiş cəmdəkləri aşkar edildi. Bundan sonra həmin tövlənin əsas intensiv yanma sahələrindən tövlənin yola baxan hissəsindən, yəni çardaq otağından, eləcə də həyətyanı ərazidən tövləyə daxil olan giriş qapısının dam örtüyündən yanmış qalıqların nümunələri müvafiq qaydada qablaşdırılaraq götürüldü. Bununla yanaşı baxış zamanı tövlənin yola baxan hissəsinin taxta ağac konstruksiyalarının təxminən 70 faizi tamamilə şərq və şimal tərəfə doğru materialların yanma dərinlikləri nisbətən aşağı düşdüyündən yanma faizi qərb tərəf nisbətən az olmuş, lakin binanın bütün yanabilən konstruktiv elementləri, eyni zamanda çardağa yığılmış ot tamamilə yanaraq yararsız hala düşmüşdür. Bununla da baxış başa çatdı. Mütəxəssis M.Gülməmmədovun göstərişinə əsasən yanmış yararsız hala düşmüş cəmdəklər təlimata uyğun olaraq xüsusi ayrılmış ərazidə 2 metr dərinlikdə basdırılaraq zərərsizləşdirildi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şəki rayonu Vərəzət kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı ərazisindəki mal tövləsidir. Tövlə binasının planda təxmini ölçüləri – uzunluğu 12 metr, eni 4 metr, hündürlüyü 2,2 metr olub, divarları çay daşından və əhəng daşından, üst örtüyünün ağac konstruksiyaları yerli meşə materialından, dam örtüyü dəmir lövhələrdən ibarət olmuşdur. Tövləyə giriş birtaylı taxtadan quraşdırılmış qapıdan ibarət olmuşdur. Giriş qapısından cənub hissədə 4x4 metr ölçüdə altıaçıq və həmin altıaçığa bitişik tövlə binası yerləşir. Tövlə binasına baxış zamanı tövlənin altıaçıq sahəsinə girişdə yanmış ağac materialları, od-küləş qalıqları müşahidə olunur. Tövlənin hər dörd tərəfinə nizamsız qaydada yanmış və kömürlənmiş ağac konstruksiyanın qalıqları və müxtəlif istiqamətlərdə dam örtüyünün deformasiyaya məruz qalmış dəmir lövhələr səpələnmişdir, tökülmüşdür. Tövləyə, yəni çardaq otağına ot yığmaq üçün yol hissədən həyətə giriş qapısından təxminən 15 metr ara məsafədə taxtadan quraşdırılan boşluq saxlanılmış və həmin boşluğun yanğına qədər qapısı taxta materialdan ibarət olmuşdur. Yanğın zamanı taxta qapı tamamilə yanaraq müəyyən hissələri yol kənarına, müəyyən hissələri isə tövlənin daxilinə tökülmüşdür. Tövlənin əsas giriş qapısından solda altıaçıq hissənin ağac materialları, eyni zamanda ot yığmaq üçün yol hissədən saxlanılan boşluq hissənin, eləcə də həmin sahənin üst ağac konstruksiyaları şimaldan cənuba doğru təxminən 70 faizi tamamilə yanmış, yararsız hala düşmüş, cənub hissənin ağac konstruksiyaları yanma dərinlikləri nisbətən az olduğundan tirlər və digər ağac materialların yanma faizi nisbətən az olmuşdur. Tövlənin təxminən şimaldan cənuba doğru altıaçığın tamamilə yana bilən konstruktiv elementləri, demək olar ki, tamamilə, tövlənin 30 faizlik cənuba doğru hissəsi yansa da ağac konstruksiyalar kömürləşmiş və orta hissələri nisbətən salamat qalmışdır. Tövlənin daxilində mövcud olan mal-qaranın yemlənməsi, bağlanması və s. işlərin görülməsi ilə bağlı olan avadanlıqlar tamamilə yansa da binanın divarları istiliyin təsirindən dağılmamış, heç bir çökmə, uçma müşahidə edilmədi. Tövlənin altıaçığında tövləyə giriş qapısından sağda iki baş iribuynuzlu yaş hədləri müəyyən edilməyən inək tələf olmuşdur. Yanmış, yararsız hala düşmüş cəmdəklər təlimata uyğun olaraq xüsusi ayrılmış ərazidə iki metr dərinliyində basdırılaraq zərərsizləşdirildi. Bundan sonra yanğın baş vermiş tövlənin əsas intensiv yanğın sahələrindən, yəni tövlənin çardaq hissəsindən yanmış ağac və tövlədə digər materiallardan olan qalıqlar, eləcə də tövlənin yola baxan hissəsində dam, çardaq otağında ot yığmaq üçün nəzərdə tutulan boşluqdan yanmış qalıqların nümunələri müvafiq qaydada qablaşdırılaraq götürüldü. Ev və tövlə arasında hər hansı yanar konstruksiya yoxdur. Bununla da baxış başa çatdı. İş materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən xırdavat malları dükanında quraşdırılmış və yolu fiksasiya edən videomüşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:00:44-də velosipedlə bir nəfər şəxsin Baş Zəyzid kəndindən Şəki şəhəri istiqamətində hərəkət etdiyi müəyyən edildi. Həmin görüntü “Cam 15” adlı kamera ilə qeydə alınmışdır. “CAM 08” nömrəli kameraya da baxış zamanı xx.xx.2022-ci il tarixdə 03:00:46-da velosipedlə həmin şəxsin həmin istiqamətdə hərəkət etdiyi müəyyən edildi. İş materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli Şəki Regional ASAN Xidmət Mərkəzi”ndə quraşdırılmış, ətrafı fiksasiya edən videokameralar vasitəsilə qeydə alınmış görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “CAM 16” adlı görüntüyə baxış keçirilən zaman 05:44:17-də bir nəfər şəxsin əlində işıqla beton olan hissəyə tək gəlməsi, oradakı kolluğa yaxınlaşıb beton üstündə paltarlarını dəyişməsi müəyyən edildi. Həmin şəxsin paltarlarını tam dəyişdikdən sonra saat 05:48:45 saniyədə kolluqdan aralaşaraq Z.Əliyeva küçəsi istiqamətində hərəkət etməsi müəyyən olundu. Daha sonra Z.Əliyeva küçəsinə fiksasiya edilmiş “CAM 24” adlı görüntüyə baxış keçirilməyə başlandı və saat 05:45-ə gətirildi. Həmin görüntüdə saat 05:50-05-də həmin şəxsin Z.Əliyeva küçəsi istiqamətində hərəkət etməsi və tək olması müəyyən edildi. Saat 05:50:38 saniyədə həmin şəxsin Z.Əliyeva küçəsində yol kənarından geri qayıtması müəyyən edildi. Bu zaman həmin şəxsin zahiri görünüşcə Təqsirləndirilən şəxs oxşadığı müəyyən edildi. Daha sonra saat 05:50:51 saniyədə həmin şəxsin yenidən geri dönərək Z.Əliyeva küçəsi istiqamətində hərəkət etməsi, daha sonra yola çıxaraq həmin küçədən S.Mümtaz küçəsi istiqamətində hərəkət etməsi müəyyən edildi. Cinayət işində olan Şəki şəhəri Z.Əliyeva küçəsində Şəki RMX-sı PHŞ-in X10 yaxınlığındakı binanın damına quraşdırılmış FHN-nə aid videomüşahidə kamerası vasitəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə qeydə alınmış görüntülər olan 03 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Media player format” adlı qovluğa daxil olduqda “Sheki Hospital” adlı qovluq olması müəyyən edildi və həmin qovluğa da daxil olduqda 01 ədəd 03_Sep_2022 00_00_12 AM (UTC+ 04_00).mkv” adlı videogörüntü olması müəyyən edildi. Tarix və saat real tarix və saata uyğundur. Həmin videogörüntüsü 23 saat 58 dəqiqə 57 saniyə davam edir. Sürətləndirilmiş rejimdə həmin video görüntüyə baxış keçirildi. Videogörüntünün 05:52:31 saniyəsində “Şəki ASAN Xidmət Mərkəzi”nin qarşısından qəflətən qara rəngli kurtka geyinmiş nəfər şəxsin peyda olması, həmin şəxsin videogörüntünün 05:54:09 saniyəsinə kimi Z.Əliyeva küçəsindən S.Mümtaz küçəsi istiqamətində yolun kənarı ilə hərəkət etməsi və həmin şəxsin tək olduğu müəyyən olundu. Qeyd edilən şəxsin zahiri görünüşünün Təqsirləndirilən şəxs oxşadığı müəyyən edildi. 05:54:09 saniyədə həmin şəxs görüntüdən kənara çıxmışdır. Bundan sonra yenidən sürətləndirilmiş rejimdə həmin videogörüntüyə baxış keçirilsə də araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı hal, görüntü müəyyən edilmədi. İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd “Samsung Galaxy S8” və 01 ədəd “Xiaomi Go” markalı mobil telefon aparatlarına baxış keçirildi. İlk öncə “Samsung Galaxy S8” markalı mobil telefon baxış keçirildi. Baxış zamanı həmin mobil telefon aparatında “Whatsapp” mobil tətbiqinə daxil olundu. Həmin mobil tətbiqdə “Arxivləşdirilib” adlı hissəyə daxil olundu. Həmin hissədə araşdırma üçün əhəmiyyət kəsb edən bir sıra yazışmalar olduğu müəyyən edildi. İlk öncə “İmran” adı ilə qeydiyyata alınmış ***-***-**-** mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan yazışmalara baxış keçirildi. Həmin hissədə çoxsaylı mesajlar olduğu müəyyən edilmiş, həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən çoxsaylı təhqir və hədə-qorxu məzmunlu mesajlar göndərilmişdir. Daha sonra həmin hissədə +7 ***-***-**-** mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan yazışmalara baxış keçirildi. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, həmin nömrə ifadəsində qeyd etdiyi Ruslan adlı şəxsin nömrəsi olmuş və onunla yazışmışdır. Həmin yazışmaların məzmunundan görünür ki, hər iki istifadəçi qarşılıqlı olaraq çoxsaylı təhqir və hədə-qorxu məzmunlu mesajlar göndərmişdir, yanğın hadisəsinin törədilməsi ilə bağlı hər hansı məzmunda yazışma olmadığı müəyyən edildi. Qeyd edilən yazışmalara baxış keçirilərkən yazışmanın sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olunduğu müəyyən edildi. Bu barədə baxış iştirakçısı Təqsirləndirilən şəxs soruşulduqda və ona ifadəsində baş vermiş hadisə gününə kimi Ruslan adlı şəxslə əlaqə saxladıqlarını deməsi xatırladıldıqda Təqsirləndirilən şəxs həmin nömrəni istifadə edən Ruslan adlı şəxslə əlaqəni sonralar özünə məxsus başqa mobil telefonla “Tiktok” mobil tətbiqi vasitəsilə saxladığını, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisədən sonra Ruslan adlı şəxs tərəfindən həmin mobil telefonun ondan götürüldüyünü bildirdi. Bundan sonra həmin hissədə işarələrlə qeydiyyata alınmış ***-***-**-** mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan yazışmalara baxış keçirildi. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, həmin nömrə Zərərçəkmiş şəxs3 nömrəsi olmuş və onunla yazışmışdır. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən çoxsaylı təhqir və hədə-qorxu məzmunlu mesajlar göndərilmişdir. Bundan sonra həmin mobil telefonda digər bölmələrə baxış keçirildi, lakin araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, mesaj, zəng, şəkil və s. aşkar edilmədi. Bundan sonra “Xiaomi Go” markalı mobil telefon aparatına baxış keçirildi. Həmin mobil telefonda “Fotolar” adlı bölməyə baxış keçirildi. Həmin bölmədə +7 928 509-72-11 mobil nömrə ilə baş tutmuş yazışmaları əks etdirən 05 ədəd ekran görüntüsü olduğu müəyyən edildi. Həmin ekran görüntülərindəki yazışmalar digər mobil telefona baxış keçirilən zaman protokola əlavə edilmişdir. Bundan sonra həmin mobil telefonun digər bölmələrinə baxış keçirildi, lakin araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, mesaj, zəng, şəkil və s. aşkar edilmədi. Bununla da mobil telefon aparatlarına baxış başa çatdı. İş materiallarında olan mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan 01 ədəd “Xiaomi” markalı mobil telefon aparatına baxış keçirildi. Baxış zamanı baxış iştirakçısı Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs ona ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və +**********0 mobil nömrələrdən mesajlar yazmışdır. Bundan sonra həmin mobil telefon aparatında “Whatsapp” mobil tətbiqinə daxil olundu. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə baş tutmuş danışıqlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təhqir məzmunlu mesajlar göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə baş tutmuş danışıqlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən şəkillər göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********0 mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə baş tutmuş danışıqlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təhqir və hədə-qorxu məzmunlu mesajlar göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək baş tutmuş danışıqlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən çoxsaylı təhqir və hədə-qorxu məzmunlu göndərilmişdir. Bundan sonra həmin mobil telefonda “WA Business” adlı digər votsap mobil tətbiqinə daxil olundu. Həmin mobil tətbiqdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdən baş tutmuş danışıqlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən çoxsaylı təhqir və hədə-qorxu məzmunlu mesajlar göndərilmişdir. Bundan sonra həmin mobil telefonda digər başqa bir votsap mobil tətbiqinə daxil olundu. Həmin mobil tətbiqdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə baş tutmuş danışıqlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təhqir məzmunlu mesajlar göndərilmişdir. Baxış zamanı votsap mobil tətbiqində qeyd edilənlərdən başqa araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı mesaj, görüntü və s. aşkar edilmədi. Baxış zamanı baxış iştirakçısı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən sms tipli mesajlar göndərildiyini bildirdi. Daha sonra həmin mobil telefonda “Mesajlar” bölməsinə baxış keçirildi. ***-***-**-** mobil nömrədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olmuş mesajlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təhqir və hədə-qorxu məzmunlu mesajlar göndərilmişdir. Daha sonra “Mesajlar” bölməsində əngəllənmiş mesajlar hissəsinə baxış keçirildi. Həmin hissədə Təqsirləndirilən şəxs məxsus mobil nömrələrdən mesajlar gəldiyi müəyyən edildi. İlk öncə ***-***-**-** mobil nömrədən xx.xx.2022-ci il tarixdə göndərilmiş mesajlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təhqir və hədə-qorxu məzmunlu mesajlar göndərilmişdir. Daha sonra həmin hissədə olan ***-***-**-** mobil nömrədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək göndərilmiş mesajlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təhqir və hədə-qorxu məzmunlu mesajlar göndərilmişdir. Daha sonra həmin hissədə olan ***-***-**-** mobil nömrədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək göndərilmiş mesajlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təhqir və hədə-qorxu məzmunlu mesajlar göndərilmişdir. Bundan sonra həmin mobil telefonda digər mobil tətbiqlərə, bölmələrə baxış keçirildi, lakin araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, mesaj, zəng, şəkil və s. aşkar edilmədi. Bununla da mobil telefon aparatına baxış başa çatdı. İş materiallarında olan mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan 01 ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirildi. Baxış zamanı baxış iştirakçısı Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs ona “X38” və “Serefsiz” adları ilə qeydiyyata aldığı müvafiq olaraq ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən mesajlar yazmışdır. Bundan sonra həmin mobil telefon aparatında “Mesajlar” bölməsinə daxil olundu. Həmin bölmədə ilk öncə “X38” adı ilə qeydiyyata alınmış ***-***-**-** mobil nömrədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olmuş mesajlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hədə-qorxu məzmunlu mesajlar göndərilmişdir. Bundan sonra “Serefsiz” adı ilə qeydiyyata alınmış ***-***-**-** mobil nömrədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olmuş mesajlara baxış keçirildi. Həmin mesajların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hədə-qorxu məzmunlu mesajlar göndərilmişdir. Bundan başqa baxış iştirakçısı Zərərçəkmiş şəxs1 bildirdi ki, həmin mobil telefonda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 əlyazısı ilə yazdığı məktubların şəkilləri var, 2022-ci ilin təxminən may ayında Təqsirləndirilən şəxs ona zəng edərək Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə gedən yolda daşın altına Təranə üçün yazdığı məktublar qoyduğunu, həmin məktubları götürməsi barədə Təranəyə məlumat verməsini demiş, o isə bu barədə öz həyat yoldaşı Şahid1 məlumat verərək məktubları oradan götürüb şəkillərini çəkib ona atmasını tapşırmışdır. Bundan sonra həmin mobil telefonda “Şəkillər” bölməsinə baxış keçirildi. Həmin bölmədə vərəqlərə əlyazısı ilə yazılmış iki ədəd məktubun şəkillərinin olduğu müəyyən edildi. Bir məktubda “Təranə aramızda nə olutdu hər şeyi yaxşı bisən dimaxa ehtiyac görmədimki birdə təzədən yazım hərşeyi mənə istəyirsən inan istəmirsən yox səndə bilirsən ki nə vaxtsa hardasa məni istəmsən mənidə özünə bağlamsan Ama bu günki gündə düşmən olduq kimlərsə elədi bilirsən məndə kimlərəsə görə elədim sənində olaraq tərəf çıxmağnı hardasa başa düşrəmki o evdəsən elə olmalı idi ama səndə bilirsən ki günah səndə məndədə olub Mən hər şeyi bağlayıb təranə gedirəm rusyetə ama ortada olan uşağı səndə bilirsən mənədə demsən Səndən son bir xahişim var Mənim ən azı adıma gələn ləkələri, işdən bu ada görə çıxmağımı, bu söhbətidə ortada anam yenədə xalam ən əsasda sən boşanma uşaqlar yetim qalmasın deyə Mənə onsuzda olan olub özümə görə etmirəm bu saydıqlarma görə bu söhbətə son qoymağmı nəzərə almağn son xahişimidə eləməyni xahiş edirəm ki mən söz verrəmki anamın canına bu etdiyim xahişidə eləsən bu sənlə mənim aramda ölənə kimi qavra gedəsdi Səndən xahişim odu ki mən gedəcəm rusyetə 1 ay 2 ay 3 ay sonra mənə 1 dəfə zəng edib uşağı göstərməyni ən azı 1, 2 yaşı bitənə kimi 3 aydan bir 1 dəfə zəng edib göstərməyni xahiş edirəm ama edərsənsə mənə yalandan yox yüz faiz söz ver mən çünki gözləyəcəm əgər edəsi deyilsənsə razı olmursansa mənə 1 dəfə zəng elə ürək sözlərmi deyim təranə mənim elədiklərmə bunu mənə çox görmə qorxmaki açıb deyərəm mən and içdim sənədə uşaqlarada nəsə olmağnı istəsəm mən sənə birdə saydıqlarma görə bu məsələyə son qoyram səndən çox xahiş edirəm ki və bilirəm sənində mənə qarşı ürəyini ki edərsən təranə qorxma söz verdim sənə mənədə gəmbacya de teli versin Elxan qaqaşın teliylə zəng edib bir kəlmə deki yaxşı təranə sənə anamın canına and içdim sözdə versəm ki sənə nə bir zəng nə bir sms nədə səni narahat etməyəcəm uşağın ən azı 2, 3 yaşı bitənə kimi mənə 2, 3 aydan bir zəng edib göstərməyniürəynə gələr ki bundan əvvəl dedik gündə 1 dəfə ama çoxaltdıq olar olmayasıdı söz verdim and içdim məndə səndə öznə görə olmasada uşaq ailənə görə elə xahiş edrəm birdə əgər sözümdən dönsəm bu məktubu sənə verən adamçün problem olasdı onuda mən etmərəm xahişimi yerə salma gözləyrəm zng edib cavabnı həftə 1i məsələyə son qoyram xahişimi salma yerə” sözlərinin yazıldığı müəyyən edildi. Digər məktubda isə “Təranə mənim 28 illik həyatımı məhv elədin mən yenə danışmadım bilməsin sən deyirsən kamran icazə versə zəng edəcəm təranə həyatımı məhv eləmsən həyatımı deyrəm sənə mənimdə anamında sən elədin sən bağladın məni öznə uşağıda sən yaxşı bisən mən bağlamşam məsələ ama anam ölsün mənim təsəllim sabah yada bürsüyün mənə zəng etməlsən ürəymdə sözlərim var Kamrandan sorşub edəssənsə nə məni nədə nəsli dağa daşa salma sənə söz verdim ya öz nömrən ya vapla vur vapcapın yoxdusa xalayla zəng et nömrəni nə vaxtsa gözləyəcəm mən sənə demşəm sakit durramsa deməli mənə etdiklərnə görə zərbəm pis olasıdı səni sevrəm bağlamsan öznə gedrəm qaçram buralardan zəngini gözləyəcəm sabah ya bürsüyün tam arxayın ol soram zəng et sil mən bilrəm ki telində var vapında var özün öz vapınla etsən mənə elədiklərnə hardasa təsəlli taparam mənə nəsə ümid söz ver anam ölsün sən mən biləsyik uşağ var ortada en azı əgər nəsə etmək istəsəm sən tam hazır idin mən dala durdum sən uşaq xala anama görə Məni da az öldür təranə mən 10 gündü yatmıram az öldür mənə təsəlli zəngin səsin oldu bağladım yoxsa hamda bildiki dedim nə istəyir olsun gözləyrəm təranə imkan et mənə oxu hələ indi zəng et deki yaxşı qoy teli yoxdusa sabah ya bürsüyün sənə tələm olası fikirləşmə edəsi olsaydım etmişdim bundan soramından qorxma et sil zəngi sən və mən məni az öldür bağlamsan vaxt lazımdı mənə oda rusyetdə olacaq ki unudum hər şeyi” sözləri yazılmışdır. Bundan sonra həmin mobil telefonun digər bölmələrinə baxış keçirildi, lakin araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, mesaj, zəng, şəkil və s. aşkar edilmədi. Bununla da mobil telefon aparatına baxış başa çatdı. İş materiallarında olan telefon danışıqlarına dair çıxarışlara baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına, 514061459, 506476960, 504232863, 515052163, ********* mobil telefon nömrələrinin olduğu, ********* mobil telefon nömrəsinin xx.xx.2021-ci ildən, ********* mobil telefon nömrəsinin isə xx.xx.2022-ci ildən deaktiv olduğu müəyyən olundu. Təqsirləndirilən şəxs məxsus ********* mobil nömrə ilə baş tutmuş zənglərə baxış keçirilməsi zamanı mobil nömrənin xx.xx.2022ci il tarixdə saat 1035-dən saat 1133-dək Mingəçevir şəhəri ərazisində, xx.xx.2022-ci il tarixdə saat 1154-dən saat 1211-dək Yevlax rayonu ərazisində olduğu, xx.xx.2022-ci il tarixdə saat 1215-dən saat 1244-dək isə Şəki şəhəri ərazisində olduğu müəyyən edilmişdir. İş materiallarında olan mobil operatordan daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi əhatə edən dövrdə mövcud olan zənglər siyahısına, SMS mətnlərinə, abunəçilərə dair məlumatın olduğu 01 ədəd CD diskə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs adına, 552621250, 553636370, ********* və ********* nömrələrinin olduğu, ********* nömrəsinin xx-xx-2023 01:14-dən hal-hazıradək birtərəfli bağlı statusda olduğu, ********* nömrəsinin xx-xx-2023 01:13-dən hal-hazıradək birtərəfli bağlı statusda olduğu, ********* nömrəsinin xx-xx-2022 01:09-dan birtərəfli bağlı, xx-xx-2022 01:14-dən hal-hazıradək ikitərəfli bağlı statusda olduğu, ********* nömrəsinin ikitərəfli bağlı olduğu, xx.xx.2023-də yenidən satış üçün təyin edildiyi, hal-hazırda Bakcell şəbəkəsində hər hansı abunəçinin adına aktivləşdirildiyi müəyyən olunmuşdur. **********50 mobil telefon nömrəsi xx.xx.2022ci il tarixdə saat 22:04:39-dan xx.xx.2022-ci il saat 03:35:49-dək Şəki rayonu, Baş Zəyzid kəndi anten dairəsində olmuşdur. İş materiallarında olan internet resurslarında görüntülərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “Youtube” saytından “Space TV” kanalında yayımlanmış “Gəl, X37 ilə” adlı televiziya proqramının 05.05, 09.05, 18.05, 19.05 və xx.xx.2022-ci il tarixlərdə baş tutmuş efirlərin olduğu görüntülərə baxış keçirildi. xx.xx.2022-ci il tarixdə baş tutmuş efirin görüntüsünə baxış keçirilməsinə başlandı. Baxış zamanı müəyyən olundu ki, həmin görüntü ümumilikdə 02 saat 04 dəqiqə 28 saniyə davam edir. 00:44:30-da Təqsirləndirilən şəxs həmin efirə ilk dəfə qoşularaq özünü təqdim etmiş, Zərərçəkmiş şəxs3 övladının ondan olduğunu iddia edərək övladını istəmiş, Zərərçəkmiş şəxs3 ona sevgi mesajı gəldiyini, sonradan Təranə ilə intim əlaqələrinin olduğunu etiraf edib uşağın 7-8 aylıq olduğunu bildirmişdir. Rahibin qeyd etdikləri ilə bağlı həmin efirdə iştirak edən mütəxəssislərlə birlikdə müzakirələr aparılmış, 01:17:59-da Təqsirləndirilən şəxs efirdən çıxarılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə baş tutmuş efirin görüntüsünə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, həmin görüntü ümumilikdə 02 saat 04 dəqiqə 20 saniyə davam edir. 00:05:10-da Təqsirləndirilən şəxs qeyd etdiyi məsələnin müzakirəsinə başlandı, Rahib həmin efir zamanı xx.xx.2022-ci il tarixdə efir zamanı dediklərinin yalan olduğunu, şər atdığını bildirdi. 00:28:05-də mütəxəssislərdən biri Təqsirləndirilən şəxs nəzərdə tutaraq “bu cür ağılsızlıq elədir ki, belə bir adamlar var ki, ayağın tapdalayarsan, gedər ağılsızcasına sənin saman yerini yandırar, fikirləşməz ki, o saman yananda evinə də düşə bilər, onu anlamaz” deyə bildirdi. 00:51:35də Zərərçəkmiş şəxs2 həmin efirə zənglə qoşularaq məsələyə münasibət bildirdi, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs qarşılıqlı olaraq bir-birlərindən üzr istədilər. 01:13:01-də Təqsirləndirilən şəxs efirdən yola salındı. Bundan sonra xx.xx.2022-ci il tarixdə baş tutmuş efirin görüntüsünə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, həmin görüntü 01 saat 59 dəqiqə 39 saniyə davam edir. 00:21:30-da Təqsirləndirilən şəxs efirə qoşularaq iştirak edir. 00:35:40-da mütəxəssislərdən biri Təqsirləndirilən şəxs nəzərdə tutaraq “bunda elə xasiyyət var ki, sən mənə bunu elədin, mən də sənə lap yekə biabırçılıq edəcəm” deyə bildirdi. Rahibin qeyd etdikləri barədə müzakirələr 00:53:45-dək davam etdi, bundan sonra Təqsirləndirilən şəxs efirdən yola salındı. Bundan sonra xx.xx.2022-ci il tarixdə baş tutmuş efirin görüntüsünə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, həmin görüntü 02 saat, 04 dəqiqə və 50 saniyə davam edir. 00:54:15də Təqsirləndirilən şəxs qeyd etdikləri ilə bağlı müzakirələrə başlandı. Təqsirləndirilən şəxs həmin müzakirələr zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid21 ilə ədavətli olduğunu bildirdi. 01:07:35-də Şahid21 həmin efirə zənglə qoşularaq danışmağa başladı, təxminən 7 ay əvvəl Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 birlikdə tövlədə gördüyünü bildirdi. 01:11:10-da Rahib efirdə kamera qarşısına çıxdı. Efirdə iştirak edən mütəxəssislər Təqsirləndirilən şəxs inanmadıqlarını bildirdilər. 01:22:25-də efirin aparıcısına telefon vasitəsilə məktublar göndərildi və Təqsirləndirilən şəxs yazı nümunəsi götürüldü. Mütəxəssislər həmin nümunə və məktubdakı yazılara baxaraq həmin məktubların Təqsirləndirilən şəxs tərəfindən yazıldığını bildirdilər. 01:25:22-də filoloq-dilçi mütəxəssis bildirdi ki, həmin məktubdakı yazılar 99 faiz Təqsirləndirilən şəxs məxsusdur və əlavə olaraq qeyd etdi ki, “elə peşəkarlar var ki, özünü gizlədə bilirlər, hərfini dəyişə bilirlər, qəfil, Rahibdən nümunə götürüldüyü üçün gözlənilməz oldu, o, özünü ələ verdi”. 01:27:40-da Təqsirləndirilən şəxs efirdən yola salındı. Bundan sonra xx.xx.2022-ci il tarixdə baş tutmuş efirin görüntüsünə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, həmin görüntü 01 saat 54 dəqiqə 36 saniyə davam edir. 01:51:15-də Təqsirləndirilən şəxs efirə gəldi. 01:52:50-də Təqsirləndirilən şəxs hər dəfə bir yalanla çıxış etdiyi bildirildi. 01:53:51-də Təqsirləndirilən şəxs efirdə dediyi yalanlar səsləndirilərək müzakirə aparıldı və 01:54:20-də efir yekunlaşdırıldı. Bununla da “Youtube” saytında “Space TV” kanalında yayımlanmış görüntülərə baxış başa çatdı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 24 sentyabr 2022-ci il tarixli 428 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2022-ci il tarixli, 6/5399 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikasının Prokurorluğu Şəki Rayon Prokurorluğu Zərflər üçün" dairəvi möhür əksi və yazılar olan karton qutunun içərisindəki 08 ədəd polietilen paketd olan kül nümunələri üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər yoxdur, təqdim olunmuş 03 ədəd paketdəki geyim paltarları (şalvar, köynək, corab) üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Neft məhsulları yüksək temperatura və buxarlanmaya məruz qaldıqda tərkibində əsaslı dəyişikliklər baş verdiyindən həmin neft məhsullarının növünü müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 21 oktyabr 2022-ci il tarixli, 3/1306 №-li rəyindən görünür ki, təqdim edilmiş bir ədəd qısaqol köynəyin, bir ədəd şalvarın, bir cüt corabın səthində zədə yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 25 noyabr 2022-ci il tarixli, 4/1371 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin qarşısında üzərində qırmızı rəngli qələmlə kiril qrafikalı əlifba ilə icra olunmuş "Mən Rahibəm tutdurun Qəhbə təranəyə görə öləsaniz uşağı verin Rahibəm uşağı verin öləsnniz" yazıları olan milə-mil dəftər vərəqəsindəki, Şəki rayonu Vərəzət kəndində yerləşən fərdi yaşayış sahəsinin qarşısında bir üzündə göy rəngli qələmlə latın qrafikalı əlifba ilə icra olunmuş "Mən Rahibəm tutdurun məni yaşaya yaşaya öləçəsiz səhəri açmaya da bilərdiz əzab çəkib öləsiz ölüm aнidir qəhbə Təranəyə görə qızıHıza görə çox çəkib öləsisiz balaсанızdaн böyünüzə kimi bu günə sükr edəsiniz hər yaşadığınız günə sükr edin Məni tutdurun caнız qutarsın Rahibəm ölüm Aнidir Qəhbələr" yazıları və digər üzündə isə qara rəngli flomasterlə latın qrafikalı əlifba ilə icra olunmuş "uşağı verin" yazıları olan standart kağız vərəqəsindəki, Şahid22 təqdim etdiyi üzərində çəhrayı rəngli flomasterlə latın qrafikalı əlifba ilə icra olunmuş "növbə sənə çatasıdı" yazılmış milə-mil dəftər vərəqəsindəki, Şahid9 təqdim etdiyi üzərində çəhrayı rəngli flomasterlə icra olunmuş "növbənizi gözləyin çatasıdı" yazıları olan milə-mil dəftər vərəqəsindəki yazıların Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını tədqiq olunan yazılarda qəsdən dəyişdirilmə faktının olmasını nəzərə alaraq həm fərqlilik, həm də uyğunluq əlamətlərinin olmasına görə müəyyən etmək mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yanğın texniki ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 10/7782 №-li rəyindən görünür ki, Şəki rayonu, Baş Zəyzid kəndində Zərərçəkmiş şəxs2 məxsus həyətyanı sahədə yerləşən fərdi yaşayış evində yanğının mənbəyi üç hissədə müstəqil və əlaqəsiz mənbə zonalarında, yəni biri fərdi yaşayış evində, ikincisi həmin həyətdə yerləşən tövlədə, üçüncüsü isə həyətdə saxlanılmış "VAZ 2106" markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuşdur. Şəki rayonu, Vərəzət kəndində X8 məxsus həyətyanı sahədə yerləşən tövlədə yanğının mənbəyi tövlənin daxilində olmuşdur. Yanğın neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsiri ilə Zərərçəkmiş şəxs2 məxsus həyətyanı sahəsində müstəqil və əlaqəsiz mənbə zonalarının yaradılması nəticəsində baş vermişdir. Yanğın kənardan gətirilmiş alışdırma mənbəyinin təsiri ilə X8 məxsus həyətyanı sahədə yerləşən tövlədə mənbə zonasının yaradılması nəticəsində baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 9/6814 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və təqdim edilmiş sənədlərdə Zərərçəkmiş şəxs2 məxsus malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5592,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Dindirmə protokolunda göstərilən malların bəziləri haqqında kifayət qədər məlum (markası, modeli, texniki göstəriciləri, hazırlandığı materialı, texniki vəziyyəti və sair) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 15 fevral 2023-cü il tarixli, 9/996 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 məxsus tədqiqat obyektlərinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminan 17580,00 (9300+8280) manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 13 mart 22023-cü il tarixli, 10/971 №-li rəyindən görünür ki, Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən X2 məxsus fərdi yaşayış evində yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 25517 manat, X1 məxsus tövlədə yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1129 manat, Vərəzət kəndində yaşayan Zərərçəkmiş şəxs7 məxsus tövlədə yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1545 manat məbləğində olduğu müəyyən olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 571 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki ruhi psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Azərittifaq Mərkəzi Kooperativlər Cəmiyyətinin 15 dekabr 2022-ci il tarixli 22 nömrəli məktubundan görünür ki, 2021-ci ilin mart ayının 1-dən 2021-ci ilin mart ayının 15dək 01 ədəd 2 qramlıq qızıl sepin dəyəri 110 manat, 01 ədəd Lalə sözü yazılan 8 qramlıq qızıl sepin dəyəri 440 manat, 01 cüt 6 qramlıq ağ-sarı qızıl sırğanın dəyəri 330 manat və 01 ədəd 02 qram beş qaşlı tək qızıl sırğanın dəyəri 110 manat olmaqla ümumilikə 990 manat manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1473/1 №-li məktubundan görünür ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin uçot məlumatlarına əsasən Perinatal mərkəzdə istifadə olunan “Portativ USM cihazı, ağ-qara, çox təyinatlı (2012)” əsas vəsait obyektinin ilkin dəyəri 6000 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli 1015 nömrəli məktubundan görünür ki, Şəki şəhəri Ç.Mustafayev küçəsi ev 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Dz:Stresə qarşı kəskin reaksiya F-43.0. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 185 №-li məktubu ilə daxil olmuş arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 5 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci tarixdə saat 2215-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 05 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.9, 134, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Yuxarıda bəhs olunan Plenum Qərarının 8-ci bəndinin 5-c abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, “ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CMnin müvafiq maddəsi ilə də tövsif edilməlidir”. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs aralarında münaqişə olduğu xalası oğlanları İmran və Kamran Balaməmmədovları öldürmək niyyətində olduğuna görə əvvəlcədən planlaşdırdığı kimi sonuncuların evlərini yandıraraq onları həyatdan məhrum etməklə həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs hadisə baş verən gün Ruslan adlı şəxsin göstərişi ilə xalası oğlanlarının yaşadığı Zəyzid kəndinə getdiyini, sonuncunun dediyi əşyaları oraya qoyub qayıtdığını bildirsə də, həmin şəxsin şəxsiyyəti barədə heç bir məlumat verməmiş, yaşadığı ünvanı, məşğuliyyəti barədə və həmin şəxsin eyniləşdirilməsi üçün əhəmiyyət kəsb edən heç bir dəlil göstərməmişdir. Ona görə də məhkəmə tərkibi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Ruslan adlı şəxsin onun məsuliyyətdən yayınmaq məqsədilə uydurduğu öz təxəyyülünün məhsulu olduğunu qəbul edir. Belə ki, iş materiallarından da göründüyü kimi və məhkəmə iclasında da araşdırılan zaman Təqsirləndirilən şəxs məhkəməyə Ruslan kimi təqdim etdiyi şəxsin əvvəl xalası oğlanları İmran və Kamranın göstərişi ilə ona vapsap vasitəsilə hədə-qorxu gələrək ünvanına nalayiq ifadlər işlətdiyini göstərmişdir. Qeyd edilən yazışmalar da tədqiq edilərkən Təqsirləndirilən şəxs həmin şəxslə arasında olan yazışmalarda bir-birlərinin ünvanına kəskin ifadələr işlətdiyi görünür. Sonradan Təqsirləndirilən şəxs onun ünvanına kəskin formada nalayiq ifadələr işlədən şəxsin göstərişi əsasında həmin şəxsin şəxsiyyətini tam müəyyən etmədən sonuncunun göstərişi əsasında hər-hansı bir cinayətin törədilməsi üçün şübhəli görünən (gecə saatlarında yanacaq dolu şüşənin kəndə qoyulması və s.) hərəkətləri etməsini məhkəmə inandırıcı qəbul etmir. Təqsirləndirilən şəxs yanğın hadisəsini törətmədiyini bildirsə də məhkəmədə şahid qismində dindirilmiş Şahid8 və Humay Balaməmmədova yanğın hadisəsi baş verəndən bilavasitə sonra Təqsirləndirilən şəxs hadisə yerində gördüklərini bildirmiş, eyni zamanda məhkəməyədək icraat zamanı ilkin mərhələdə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək törətdiyi yanğın hadisəsi barədə ətraflı məlumat vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs verdiyi etirafedici ifadələri polis əməkdaşlarının ona qarşı etdiyi işgəncə nəticəsində etdiyini bildirsə də bu hal üzrə Şəki rayon prokurorluğu tərəfindən araşdırma aparılaraq preyudisial əhəmiyyət kəsb edən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs özü də şübhəli şəxs kimi ifadəsi yerində yoxlanılarkən həmin istintaq hərəkətində iştirak edən prokuror müavinin sualına boğazında aşkar olunan xəsarətlərin özü tərəfindən yetirildiyini bildirmişdir. CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə gələdikdə isə məhkəmə tərkibi həmin cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirildiyini hesab edir. Belə ki, Təqsirləndirilən şəxs həmin oğurluq hadisələrinə heç bir aidiyyəti olmadığını bildirsə də iş üzrə şahid qismində dindirilmiş Şahid18 hər iki epizodlar üzrə oğurluq əməlinin törədilməsində Təqsirləndirilən şəxslə birlikdə iştirak etdiyini bildirmiş, Təqsirləndirilən şəxs özü də həbsdə olan zaman etirafedici ərizə ilə müraciət edərək oğurluq əməllərini törətməsini etiraf etmişdir. Bütün qeyd edilən hallar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs ona istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda nəzərdə tutulan cinayət əməlini törətmiş, onun ifadəsində qeyd etdikləri isə cinayət əməlini törədən zaman cinayətkar əməlin detallarını planlı şəkildə hazırladığı kimi, özünü müdafiə üçün gətirdiyi dəlilləri də məntiqi ardıcıllıqla əlaqələndirməyə cəhd göstərmişdir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-nin 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.9, 134, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-nin 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddənin sanksiyasının yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 03 sentyabr 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfi olan 572 AZN (beş yüz yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut olan Şəki Rayon Prokurorluğunda saxlanılan 08 ədəd yanmış qalıqların nümunələri və Şəki Şəhər Rayon Polis Şöbəsində saxlanılan Portativ USM cihazının yanmış qalıqları məhv edilməli, Şəki Rayon Prokurorluğunda saxlanılan bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli qolsuz kofta və bir cüt boz rəngli corab, bir ədəd velosiped, “Samsung Galaxy S8” və “Xiaomi Go” markalı 02 ədəd mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, əlyazmalar olan 04 ədəd kağız parçası cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.9, 134, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.7 və 120.2.9-cu maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 03 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 572 AZN (beş yüz yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Şəki Rayon Prokurorluğunda saxlanılan 08 ədəd yanmış qalıqların nümunələri və Şəki Şəhər Rayon Polis Şöbəsində saxlanılan Portativ USM cihazının yanmış qalıqları məhv edilsin, Şəki Rayon Prokurorluğunda saxlanılan bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli qolsuz kofta və bir cüt boz rəngli corab, bir ədəd velosiped, “Samsung Galaxy S8” və “Xiaomi Go” markalı 02 ədəd mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, əlyazmalar olan 04 ədəd kağız parçası cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Bilal Məmmədov Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-8/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-8/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver