Məhkəmə qərarları › İş №1(091)-80/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-80/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-80/2021 02.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu ( sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi Əbdülrəhman oğlu , X3 iştirakları ilə xx xxxx 1971-ci ildə Gürcüstan Respublikası Laqodexi rayonu Qabal kəndində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 saylı ünvanda müvəqqəti qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx xxxxxxxx 2020-ci ildən həbsdə olan, Təqsirləndirilən şəxs1 (Allazov Ziatkhan) Azərbaycan Respublikası CM-nin 234.4.3cü, maddəsi ilə; xx xxxxx 1966-cı ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 saylı ünvanda qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində polsin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X6 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə 2020-ci ilin avqust ayının sonlarında məlum olmayan mənbədən külli miqdarda, yəni 2,784 qramdan artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək daşıyıb yaşadığı, ünvan 3 ünvanında saxlamış, həmin heroinin bir hissəsini özü istifadə etdikdən sonra qalan 2,784 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə, küstar üsulla hazırlanmış heroini xx xxxxxxxx 2020-ci ildə günorta vaxtı yaşadığı ünvan 1 saylı evində tanıdığı, Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə 150 (yüz əlli) manata satmışdır. xx.xx.2020-ci ildə saat 18 radələrində Balakən RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 satdığı cəmi 2,784 qram çəkidə, külli miqdarda narkotik vasitə, kustar üsulla hazırlanmış heroin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün xx xxxxxxxx 2020-ci ildə günorta saatlarında tanıdığı Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 (Z.Allazovun) yaşadığı ünvan 1 saylı ünvanda Təqsirləndirilən şəxs1 150 (yüz əlli) manata satdığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2,784 qram çəkidə narkotik vasitə olan, kustar üsulla hazırlanmış heroini əldə edərək üzərində daşıyaraq saxlamışdır. xx xxxxxxxx 2020-ci ildə saat 18 radələrində Balakən RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 (Z.Allazovdan)öz istifadəsi üçün alaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, cəmi 2,784 qram çəkidə narkotik vasitə heroin onun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 (Allazov Ziatkhan) ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax şəhərindən tanımadığı şəxsdən aldığı heroinin çox hissəsini qəbul etmişdir. Heroindən iki büküm, yəni sellofan qarışıq 1,8 qram olan hissəsi özündə qalmışdır. xx xxxxxxxx 2020-ci ildə günorta saatlarında Musa zəng edərək ondan heroin istəmişdir. Həmçinin Musa ona bildirmişdir ki, özündə olan “Tramadol” adda dərmanla heroin dəyişmək istəyir Musa ilə özündə olan 1,8 qram heroini “Tramadol” dərmanı ilə dəyişdirməyə razılaşmışdır. xx.xx.2020-ci ildə günorta vaxtı özündə olan 1,8 qram çəkidə heroini öz evində Musaya vermiş, Musa isə dərman verəcəyini vəd etmişdir. Həmin gün səhər evdə heroindən 1 dəfə istifadə etmişdir. İstifadə zamanı narkotiki gümüşü rəngli kağızda yandırıb daha sonra 1 mantlıq pulu papiros şəklində düzəldib istifadə etməklə çəkmişdir. Musa gələnədək stolun üzərində olan elektron tərəzi vasitəsilə həmin 2 ədəd sellofan bükümdə olan heroini çəkmişdir. Heroinin çəkisi 1,8 qram olmuşdur. Çünki həmin heroinin üzərindən bir qədər götürüb özü üçün istifadə etmişdir. Həmin tarixdə saat təxminən 19 radələrində Balakən RPŞ-nin əməkdaşları yaşadığı evin həyətinə gələrək həyət qapısından onu çağırmışlar. Narkotik vasitə satmaqda şübhəli olduğu üçün Balakən RPŞ-nə dəvət edilmişdir. Videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilən zaman üzərindən heç nə aşkar edilməyib. Lakin Musanın ona verdiyi, iki büküm heroinin əvəzində gətirəcək Tramadol adda dərmanı gətirdikdən sonra geriyə qaytarmaq şərtilə ona verdiyi, daha doğrusu evdə stolun üzərinə qoyduğu cəmi 150 manat, 2 ədəd 50, 10 ədəd 5 manatlıq pul əskinaslarını cibindən çıxarıb təqdim etmişdir. Videoçəkiliş aparılmaqla yaşadığı evə, həyətinə, həyətində olan digər tikililərə və həyətdə olan avtomaşınına baxış keçirilmişdir. Baxış zamanı evdə divandakı balışın üzərinə qoyduğu heroin qəbul etdiyi zaman istifadə etdiyi gümüşü kağız-falqa və papiros şəklində bükdüyü 1 manatlıq pul əskinası aşkar olunmuşdur. Pulun və kağızın üzərində istifadə etdiyi heroinin yanmış qalıqları olmuşdur. Həmçinin evdən aşkar olunan cəmi 02 ədəd, aliminium və qara rəngli elektron tərəzilər də götürülmüşdür. Elektron tərəzilər uzun müddətdir ki, evlərində olub. Tərəzilərdən keçmişdə qohumlarının xeyir işlərində aldıqları qızıl-zinət əşyaların çəkilərini müəyyən etmək üçün istifadə etmişlər. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs1 (Z.Allazov) ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin avqust ayının sonlarında Yevlax rayonuna getdiyi zaman tanımadığı şəxsdən 1 qramı 40 manat olmaqla cəmi 120 manata 3 qram heroin almışdır. xx.xx.2020-ci ildə günorta saatlarında Təqsirləndirilən şəxs2 3 qram heroini hər bir qramı 50 manat olmaqla 150 manata satmışdır. Həmin heroindən 1 dəfə istifadə etmişdir. İstifadə zamanı narkotiki gümüşü rəngli kağızda yandırıb daha sonra 1 manatlıq pulu papiros şəklində düzəldib ondan istifadə etməklə çəkmişdir. Musa gələnədək stolun üzərində olan elektron tərəzi vasitəsilə həmin 2 ədəd selofan bükümdə olan heroini çəkmişdir və çəkisi 3 qramdan bir qədər az gəlmişdir. Şəxsi axtarış keçirilən zaman Musanın narkotik vasitənin əvəzində ona verdiyi 150 manat pul aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, hərdən narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2020-ci ildə ona heroin lazım olduğuna görə tanıdığı və son 1 il ərzində 2-3 dəfə narkotik vasitə heroin götürdüyü Ziyadxana zəng edib ondan 3 qram heroin 1 qramı 50 manat olmaqla 3 qram heroini ümumilikdə 150 manata almışdır. Ziyadxan evdə oturduğu divanda balışın üzərində narkotik qəbul edərkən istifadə etdiyi 1 ədəd folqa kağız və 1 ədəd papiros şəklində bükülmüş 1 manatlıq əsginas olmuşdur. Ziyadxana 2 ədəd 50 manatlıq və 10 ədəd 5 manatlıqlardan ibarət olan 150 manat vermişdir. Ziyadxan stolun üzərində olan aliminium rəngli elektron tərəzini göstərib, həmin tərəzidə narkotiki çəkib, dəqiq 3 qram olmasını bildirmişdir. Bir müddət sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar və videoçəkilişlə həmin narkotik vasitə heroin götürülmüşdür. Narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Ziyadxandan əvvəllər bir neçə dəfə heroin alıb istifadə etmişdir. Ziyadxanla xx xxxxxxxx 2020-ci ildə onun yaşadığı evdə aralarında heç bir dərman söhbəti olmayıb. Ziyadxandan dərmanla dəyişdirmək məqsədilə heroin götürməyib. Ziyadxanla razılaşaraq özü üçün istifadə etmək məqsədilə hər bir qramı 50 manat olmaqla cəmi 3 qram heroini 150 manata almışdır və pulunu şəxsən özünə vermişdir. Şahid4 məhkəmədə öz ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci ildə axşam saatlarında polis işçiləri tərəfindən Ziyadxanın iştirakı ila evlərinə və həyətlərinə baxış keçirilərkən evdən qonaq otağından əri Ziyadxanın narkotik qəbul edərkən istifadə etdiyi 1 manatlıq pul əskinası və gümüşü rəngli kağız aşkar edilib götürülmüşdür. Əlavə olaraq evdən iki ədəd elektron tərəzilər aşkar edilib götürülmüşdür. Ziyadxandan nə baş verdiyini soruşduqda o, bildrimişdir ki, Musaya dərmanla dəyişmək üçün narkotik verib və Musa polis tərəfindən tutulub. xx xxxxxxxx 2020-ci il tarixdə Musa onlara gəlmişdir, ancaq onun nə məqəsdlə gəldiyini bilmir, əri Ziyadxanın ona narkotik satması barədə heç bir məlumatı yoxdur. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci ildə Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlamaqda şübhəli olması barədə olan məlumat əsasında Təqsirləndirilən şəxs2 polis şöbəsinə dəvət edilmişdir. Həmin tarixdə saat 17 radələrində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 üzərindən köynəyin döş cibindən 2 ədəd içərisində heroin olan sellofan bükülü aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin maddəni xx.xx.2020-ci ildə Balakən şəhərində yaşayan Ziyadxandan 150 manata öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərkən çəkisi sellofan bükümlə birgə 3 qram olmuşdur. xx.xx.2020-ci ildə saat 20 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaqda şübhəli olan Təqsirləndirilən şəxs1 RPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və sair olmadığını, yalnız həmin tarixdə Təqsirləndirilən şəxs2 ona narkotik vasitə heroinə görə verdiyi 150 manat olduğunu bildirərək həmin pulu çıxarıb təqdim etmişdir. Qeyd olunan 2 ədəd 50 və 10 ədəd 5 manatlıq pul əskinasları, cəmi 150 manat pul ondan götürülmüşdür. Videoçəkiliş aparılmaqla evə, həyətinə, həyətində yerləşən digər tikililərə və həyətindəki avtomaşına baxış keçirilmişdir. Evə baxış zamanı Ziyadxanın evindən qonaq otağındakı divanın üzərindən 1 ədəd papiros formalı 1 manatlıq pul əskinası və 01 ədəd gümüşü rəngdə falqa kağız aşkar edilmişdir. Həmin pulun və gümüşü rəngdə olan kağızın üzərində narkotik vasitəyə bənzər kütlənin qalıqları olmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin puldan və gümüşü rəngdə kağızdan narkotik qəbul edərkən istifadə etmişdir. Həmin pul və gümüşü rəngli kağız iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı evdən əlavə olaraq 2 ədəd, gümüşü və qara rəngli elektron tərəzilər aşkar edilib götürülmüşdür. Şahidlər Şahid2 və Şahid3 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşə əlavə edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizanın xx xxxxxxxx 2020-ci il tarixli, 17/532 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 1,483 qram, 1,301 qram, ümumi təmiz çəkiləri - 2,784 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 (Z.Allazovun) yaşadığı evdən aşkar edilmiş zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli kağız bükümün, 01 (bir) ədəd 1 manatlıq pul əskinasının üzərində olan maddə hissəcikləri narkotik vasitə - heroin hissəcikləridir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər, 01 (bir) ədəd gümüşü rəngli kağız parçasının və 01 (bir) ədəd 1 manatlıq pul əskinasının üzərində olan heroin hissəcikləri tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizanın xx xxxxxxxx 2020-ci il tarixli, 838 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 (Z.Allazov) narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizanın xx xxxxxxx 2020-ci il tarixli, 909 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşə əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində saat 17.00-dan 17.30-dək olan müddətdə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki köynəyinin döş cibindən 2 ədəd şəffaf sellofan büküm çıxararaq təqdim edir. Həmin bükümlər yandırılaraq yapışdırılmış vəziyətdə və içərisində narkotik vasitə heroinə bənzər kütlə olmuşdur. Təqsirləndirilən şəxs2 həmin maddəni xx.xx.2020-ci ildə Balakən şəhərində yaşayan Ziyadxan adlı şəxsdən 150 manata aldığını bildirmişdir. 02 ədəd bükümlə birlikdə 03 qram olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 (Z.Allazovun) üzərində saat 19.45-dən 20.20-dək olan müddətdə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 (Z.Allazov) Təqsirləndirilən şəxs2 narkotik vasitə satması nəticəsində əldə etdiyi 150 manatı təqdim etmişdir. Həmin əskinaslar 2 ədəd 50, 10 ədəd isə, 5 manatlıq cəmi 150 manat olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 (Z.Allazovun) yaşadığı ünvan 1 saylı ünvanda yerləşən evinə, həyətyanı sahəsinə və köməkçi tikililərə öz razılığı və iştirakıyla saat 20:40-dan 21:30 -dək olan müddətdə baxış keçirilmişdir. Baxış zamanı evin qonaq otağındakı divanın üzərindəki balışın üstündən 1 ədəd gümüşü rəngli folqa kağızın iç tərəfində və papiros formasında bükülmüş 1 manatlıq həmin əskinasa bükülmüş narkotik vasitə heroinə oxşar bulaşıq hissəciklər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 (Z.Allazov) həmin 1 manatlıq əskinasdan və gümüşü kağızdan narkotik vasitə olan heroinə oxşar maddəni qəbul edərkən istifadə etdityini bildirmişdir. Həmin gümüşü rəngli kağız və 1 ədəd 1 manatlıq papiros şəklində bükülmüş əskinas götürülmüşdür. Baxış zamanı qonaq otağından 1 ədəd, mətbəxdən əlavə 1 ədəd elektron tərəzilər aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs1 (Z.Allazov) məhkəmədə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 1,8 qram çəkidə narkotik vasitə heroini tramadol ilə dəyişmək üçün vermiş, 150 manatı isə, Təqsirləndirilən şəxs2 stolun üzərindəki qənd qabının altına qoyaraq dərman gətirdikdə geriyə götürmək şərtilə vermişdir. Təqsirləndirilən şəxs1 (Z.Allazov) ilkin ifadələrində 3 qram heroini 150 manata satmasını etiraf etmişdr. Təqsirləndirilən şəxs2 ifadəsindən də görünür ki, 3 qram heroini 150 manat verməklə Təqsirləndirilən şəxs1 almışdır. Ekspert rəyindən də görünür ki, satılmış narkotik vasitə ilə Təqsirləndirilən şəxs1 evindən götürülmüş parça və 1 manatlıqda olan hissəciklər eynilik təşkil edir. Odur ki, məhkəmə bu hissədə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. Onun ibtidai araşdırma zamanı vermiş olduğu ilk ifadələrini daha səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul edir. Eyni zamanda məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 (Z.Allazov) və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin müvafiq olapraq onların tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs1 əməli CM-nin 234.4.3-cü maddəsinə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 234.1-ci maddəsinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (Z.Allazov) və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Onlar göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdırlar. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluqları ödənilmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsinin xx xxx 1991-ci il tarixli hökmü ilə CM-nin (köhnə redaksiya) 226-1-ci maddəsi ilə təqsirli bilinərək aylıq əmək haqqının 20%-i dövlət nəfinə tutulmaqla 2 islah işləri cəzasına məhkum edilmişdir. Eləcə də Balakən Rayon Xalq Məhkəməsinin xx xxxxxxx 1992-ci il tarixli hökmü ilə CM-nin (köhnə redaksiya) 143-cü madəsinin 4-cü hissəsi ilə təqsirli bilinib, CM-nin 39-cu maddəsinə əsasən 5 il 7 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 1992-ci il tarixli Amnistiya qərarının əsasən cəzası azaldılaraq 3 il 6 ay 6 gün azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 1994cü il tarixli qərarı ilə 2 il 3 ay 29 gün çəkilməmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bu xüsusatlar onun şəxsiyyətini xarakterizə etsə də məhkumluğu ödənilmiş şəxsdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu X7 müharibəsində iştirak etmiş, göstərdiyi şücayətə görə “Süqovuşanın azad olunmasında medalla təltif edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. İş materialarından görünür ki, X2 (Z.Allazov) xx.xx.2019-cu il tarixli Yevlax rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmişdir. xx.xx.2019-cu il tarixli Şəki Rayon Məhkəməsinin qərarı ilə 05 ay 04 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti məhkumluğu ödənilmədən 2019-cu ilin noyabr ayının sonları və dekabr ayının əvvəlində törətdiyinə görə xx.xx.2020-ci ildə Balakən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən şərti azad etmə ləğv edilmiş və 5 ay 04 gün çəkilməmiş cəza qismən birləşdirilməklə üzərində 1(bir ) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Onun şübhəli şəxs kimi saxlandığı 2 gün həmin cəzaya hesablanmaqla çıxılmiş üzərində 1( bir) il 7( yeddi) ay 28 ( iyirmi səkkiz) gün qəti cəza saxlanmışdır. Hazırki cinayəti də xx xxxxxx 2019-cu ildə 5 ay 04 gün cəza çəkməkdən şərti azad edilməsindən sonra CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş 2 (iki) il müddət keçmədən xx xxxxxxxx 2020-ci ildə yenidən CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli CM-nin 18-ci maddəsinə əsasən cinayətin residivini yaradır Bu isə CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 (Z.Allazov) və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 (Z.Allazovun) əməli cinayətin residivini yaratması, onun əvvələr törətdiyi cinayətin sayı, xarakter və ictimai təhlükəlik dərəcəsini, əvvəllər təyin edilmiş cəzaların onun islah olunmasına yetərli olmamasının səbəblələrini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmasına və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 (Z.Allazova) azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 isə azadlığın məhdudlaşdırılması cəzası verilməlidir. Təqsirləndirilən şəxs1 (Z.Allazov) cəza təyini zamanı isə CM-nin 65-ci maddəsinin “ residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz “ müddəasını nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 (Z.Allazov) xx xxxxxxxx 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və x xxxxxxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və xx xxxxxxxx 2020-ci ildə həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 (Z.Allazovun) şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs1 (Z.Allazovun)barəsində seçilmiş həbs qətimkan tədbiri, və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanmalıdır. Təqsirləndirilən şəxs1 (Z.Allazov) törətdiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edildiyindən, əməli cinayətin residivini yaratdığından cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (Z.Allazovun) Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaqla əldə etdiyi 150 manat, cinayət törədilərkən istifadə etdiyi elektron tərəzilər və bir ədəd bir manatlıq əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Təqsirləndirilən şəxs1 (Z.Allazovun)barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Ekspertiza xərci 132 (yüz otuz iki) manat 4 (dörd) qəpik təşkil edir. Həmin pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1(Z.Allazov) və Təqsirləndirilən şəxs2 hər birindən 66 (altmış altı) manat 2 ( iki) qəpik olmaqla tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 (Allazov Ziatkhan) Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökm ilə təyin edilmiş cəzaya qismən toplanmaqla Təqsirləndirilən şəxs1 (Z.Allazova) 6 ( altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət həmin cəzaya hesablansın. Təqsirləndirilən şəxs1 (Z.Allazov) təyin edilmiş cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 (Z.Allazov) barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6( altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun şübhli şəxs kimi saxlandığı 2 gün CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılması cəzası hesab edilməklə təyin edilmiş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti cəza 1(bir) il 5(beş ) ay 26( iyirmi altı ) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə Balakən şəhərini saat 20:00-dan saat 7:00-a kimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanmasına xidmət etmək, əvvəlcədən cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vemə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza xərci 132 ( yüz otuz iki) manat 04 qəpiyin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 66 (altmış altı) manat 2 ( iki) qəpiyi tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Balakən rayon Polis Şöbəsində saxlanılan 2,684 qram çəkidə narkotik vasitə heroin, həmçinin üzərində eyni tərkibli narkotik vasitə heroinin hissəcikləri olan 01 (bir) ədəd gümüşü rəngli kağız büküm məhv edilsin. 150 manat, 01 (bir) ədəd 1 manatlıq pul əskinası və 02 ədəd, gümüşü və qara rəngli elektron tərəzilər əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldığı gündən 20 gün müddətində X6 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar