Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-80/2022 20.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X7, müdafiəçilər: Şəki regional Vəkil Bürosunun vəkili X6 və Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1974-cü ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.3.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 04 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yevlax rayonu, Hürüuşağı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxxxx 1978-ci ildə Yevlax rayonu Hürüuşağı kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, məhkum olunmamış, Yevlax rayonu, Hürüuşağı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özlərində saxlayaraq 2021-ci il aprel-may aylarında qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən edilməyən gündə və saatda yaşadıqları Yevlax rayonu, Hürüuşağı kəndinin ərazisində Boşçalı kəndi istiqamətində yerləşən yaşıllıq zolağı adlanan torpaq sahəsində narkotik tərkibli çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib külli miqdarda 25 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 17 sentyabr 2021-ci il tarixdə, saat 1956 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax rayonu, Hürüuşağı kəndinin ərazisində Boşçalı kəndi istiqamətində yerləşən yaşıllıq zolağı adlanan torpaq sahəsinə videoçəkilişlə keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin torpaq sahəsində kultivasiya etdikləri, ümumilikdə hündürlüyü 70 sm-dən 220 sm-dək, ümumi təmiz çəkisi 2500 qram olan külli miqdarda 25 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CMin 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, aşkar olunmuş narkotik tərkibli çətənə bitkisinin 12 ədədini ilk olaraq mart ayında Təqsirləndirilən şəxs2 əkmiş, qalan 13 ədədini o, iyul ayında əkmişdir. 17 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları onu küçədə saxlayaraq İmran ilə birlikdə narkotik vasitə əkdiklərini bildirmişlər. Narkotik tərkibli çətənə bitkilərini əkdikləri sahə heç birinə məxsus olmamış, onun əkdiyi çətənə bitkiləri 60-70 sm, İmranın əkdiyi çətənə bitkiləri isə 2 metr olmuşdur. İmranın əkdiyi çətənə bitkilərini aşkar etdikdən sonra oradan narkotik vasitənin bir hissəsini qopardıb İmran ilə birlikdə istifadə etmiş, həmin vaxt İmran ondan narkotik vasitəni hadaran əldə etdiyini soruşduqdan sonra həmin çətənə bitkilərini əkdiyini bildirmişdir. Sonradan o da həmin yerdə çətənə bitkilərini əkmişdir. Hər ikisi əkdikləri narkotik tərkibli bitkiləri sulamışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə göstərmişdir ki, 2021-ci ilin təxminən mart ayının axırlarında Yevlax şəhərində Kür çayı tərəfdə gəzərkən meşəlik ərazidə olan kolun dibində çətənə ağacları görüb həmin ağacların toxumlarını götürüb əkmək üçün özündə saxlamış, 2021-ci ilin təxminən aprel-may aylarında müxtəlif vaxtlarda həmin narkotik ağacının toxumlarını həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları Yevlax rayonu Hürüuşağı kəndində yerləşən kənd bələdiyyəsinə məxsus torpaq sahəsində əkərək həmin bitkilərə qulluq etməyə başlamışlar. 17 sentyabr 2021-ci il tarixdə saat 1920 radələrində yaşadığı kənddə Təqsirləndirilən şəxs2la birlikdə gəzərkən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, onlara qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərmələrində şübhəli olduqalrını, həmin torpaq sahəsinə baxış keçirəcəklərini demişlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2la birlikdə narkotik tərkibli çətənə bitkilərini əkdikləri kənd bələdiyyəsinə məxsus torpaq sahəsinə aqronomun iştirakı ilə və videoçəkiliş vasitəsilə baxış keçirən zaman həmkəndlisi Təqsirləndirilən şəxs2la birlikdə aqrotexniki qaydada qulluq etdiyi 25 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-in 237.2.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 ədəd çətənə bitkisini təkbaşına əkmiş, Təqsirləndirilən şəxs1 onunla əlbir olmamışdır. Ona elan edilmiş ittihamda göstərildiyi kimi 25 ədəd çətənə bitkisini əkməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin aprel-may aylarında müxtəlif vaxtlarda narkotik ağaclarının toxumlarını yaşadığı Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən kənd bələdiyyəsinə məxsus torpaq sahəsində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə əkməyə və aqrotexniki qaydada qulluq etməyə başlamışdır. İlk əvvəl Təqsirləndirilən şəxs1 çətənə kollarını əkib-yetişdirmək istədiyini demiş, Təqsirləndirilən şəxs1la razılaşaraq həmin narkotik ağaclarını birlikdə əkdikdən sonra diblərini birlikdə müntəzəm olaraq sulamışlar. 17 sentyabr 2021-ci il tarixdə saat 1920 radələrində yaşadığı kənddə Təqsirləndirilən şəxs1la birlikdə gəzərkən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, onlara qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərmələrində şübhəli olduqlarını, həmin torpaq sahəsinə baxış keçirəcəklərini demişlər. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1la birlikdə narkotik tərkibli çətənə bitkiklərini əkdikləri kənd bələdiyyəsinə məxsus torpaq sahəsinə aqronomun iştirakı ilə və videoçəkiliş vasitəsilə baxış keçirən zaman həmkəndlisi Təqsirləndirilən şəxs1la birlikdə aqrotexniki qaydada qulluq etdiyi 25 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsində baş əməliyyat müvəkkili işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 sentyabr 2021-ci il tarixdə Yevlax rayonu, Hürüuşağı kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları kənddə yerləşən torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında saat 19 radələrində işlədiyi idarənin əməkdaşları Şahid3, Şahid2, Şahid4, Yevlax rayon polis şöbəsinin təhqiqatçısı Mirzalı Əhmədzadə və aqronom Vüqar Əhmədovla birlikdə Yevlax rayonu Hürüuşağı kəndinə getmişdirlər. Kənddə küçədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüb sonunculara kənddə yerləşən torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərmələrində şübhəli olduqlarını, həmin torpaq sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 buna etiraz etməmiş, saat 1956 radələrində videoçəkiliş vasitəsilə həmin torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsindən Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2 birlikdə əkib-becərdiyi 25 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Aqronommütəxəssis Şahid5 qeyd edilən bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirərək bu barədə rəy təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsində polis nəfəri işləyən Şahid3, Şahid2, Şahid4 və ifadəsi elan olunmuş aqronom-mütəxəssis Şahid5 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli 16/977 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən torpaq sahəsində əkdikləri ümumi təmiz çəkisi 2500 qram olan 25 ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 22 dekabr 2021-ci il tarixli 1540 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 22 dekabr 2021-ci il tarixli 1539 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 17 sentyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD-diskdən görünür ki, Yevlax rayonu Hürüuşağı kəndində yerləşən torpaq sahəsində kultivasiya edilən 25(iyirmi beş) ədəd təmiz çəkisi 2500 qram narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Ağır Cinayətlər məhkəməsinin 27 avqust 2014-cü il tarixli hökmü ilə CM-in 177.3.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 04 ay 14 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin 23.07.2018-ci il tarixli qərarı ilə cəzası 05 il, 04 ay, 14 günə endirilmiş, 04 iyul 2019-cu il tarixdə cəzadan 06 ay 07 gün əvvəl şərti olaraq azad edilmiş, 10.01.2020-ci ildə şərti cəzasını çəkib qurtarmışdır. CM-in 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətdikdən sonra yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində cinayətin təhlükəli residivi müəyyən olunur. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Narkoloji dispanserin Yevlax rayon narkoloji kabinetindən verilmiş 21 dekabr 2021-ci il tarixli 2235 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon narkoloji kabinetdə qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Psixo-Nevroloji dispanserin Yevlax rayon psixonevroloji kabinetindən verilmiş 21 dekabr 2021-ci il tarixli 2761 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Narkoloji dispanserin Yevlax rayon narkoloji kabinetindən verilmiş 21 dekabr 2021-ci il tarixli 2234 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon narkoloji kabinetdə qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Psixo-Nevroloji dispanserin Yevlax rayon psixonevroloji kabinetindən verilmiş 21 dekabr 2021-ci il tarixli 2762 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarında olan Yevlax rayon İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayonu Hürüuşağı kəndində yaşayır, himayəsində 08.03.2009-cu ildə doğulmuş Nazilə Bağırlı adlı uşağı vardır və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 161 nömrəli Hərbi Hissə tərəfindən təqdim edilmiş 11.02.2022-ci il tarixli 316 nömrəli arayışdan görünür ki, hərbi hissənin MAHHXHQ əsgər X8 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan və iclasında tədqiq edilmiş sənədin surətindən görünür ki, X9 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2717 nömrəli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Yevlax rayon İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayonu Hürüuşağı kəndində yaşayır, himayəsində 09.07.2006-cı ildə doğulmuş Rəvan Əhmədov və 05.08.2007-ci ildə doğulmuş Sərvan Əhmədov adlı adlı uşaqları vardır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Cinayət işinə əlavə edilmiş 17 sentyabr 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan və protokola əlavə edilmiş CD-diskdəki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Yevlax rayonu Hürüuşağı kəndində yerləşən torpaq sahəsində kultivasiya edilən 25 (iyirmi beş) ədəd təmiz çəkisi 2500 qram narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 17 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 17 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 19 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 19 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-in 237.2.1 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 12 narkotik tərkibli çətənə bitkisini kultivasiya etdiyini və Təqsirləndirilən şəxs1 onunla birlikdə narkotik vasitələrin kultivasiyasında iştirak etməməsinə dair ifadəsini, eyni zamanda Təqsirləndirilən şəxs1 da eyni məzmunlu ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, ibtidai araşdımanın ilkin mərhələsində təqsirləndirilən şəxslər ifadələrində narkotik tərkibli çətənə bitkisini birlikdə kultivasiya etdiklərini göstərmiş, video çəkilişlə aparılan hadisə yerinə baxış zamanı da heç bir təzyiq-təsir olmadan bu barədə bildirmişlər. Bundan başqa hadisə yerinə baxış keçirilməsinə dair protokola əlavə olunmuş CD-diskdən göründüyü kimi aşkar olunmuş 25 ədəd çətənə bitkiləri kifayət qədər məhdud ərazidə və yaxın məsafədə əklimiş vəziyyətdə olmuşdur ki, həmin narkotik tərkibli çətənə bitkilərinin ayrı-ayrı şəxslər tərəfindən əkilməsi də məhkəmə tərkibi üçün inandırıcı görünmür. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində bir azyaşlı uşağın olması və oğlu Babək Bağırlının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2717 nömrəli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə nəzərə alır ki, CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətlərinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları 17 sentyabr 2021-ci il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində, CMin 56.1.3-cü maddəsinə əsasən isə Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 32,40 AZN (otuz iki manat qırx qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 16,20 AZN (on altı manat iyirmi qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan 2499,5 qram çəkidə 25 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, bir ədəd CD-disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32,40 AZN (otuz iki manat qırx qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 16,20 AZN (on altı manat iyirmi qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsində saxlanılan 2499,5 qram çəkidə 25 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin, bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-80/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-80/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver