Məhkəmə qərarları › İş №1(091)-80/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-80/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-80/2024 28.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı Ağdaş rayonu, Yenicə kəndi ərazisində yerləşən çayxananın qarşısından keçən küçədə aralarında yaranmış şəxsi münasibətlər zəminində, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən sonuncunun baş nahiyəsindən bir dəfə yumuruqla qəsdən vuraraq ona həyat üçün təhlükəli olan qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün yerdəyişməyən xətti sınığı, baş beyinin yüngül dərəcəli əzilməsi, sol gicgah payında hemorragik əzilmə, travmatik subaroxnoidal qansızma, sol gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi kimi qəsdən sağlamığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, sinif yoldaşları ilə birlikdə təxminən axşam saat 21 radələrində çayxananın qarşısında dayanmışdır. Zərərçəkmiş şəxs həmin vaxt çayxanada olmuşdur. Zərərçəkmiş şəxs çayxanadan çıxıb yanlarına gəlmiş, daha sonra siqaret almaq üçün mağazaya getmişdir. Bundan sonra təkrar onların yanına gəlmişdir. Ondan Bakı şəhərində harada olduğunu soruşmuşdur. O da ona Nərimanovda olduğunu bildirmişdir. Daha sonra Eşqin ona “Kənan” adlı şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. O da Eşqinə Kənanı tanıdığını bildirmişdir. Eşqin ondan soruşmuşdur ki, Kənan necə uşaqdır? O da zarafatyana cavab vermişdir ki, bilmir. Həmin vaxt Eşqin ona demişdir ki, kişi dediyi sözün üstündə durar. O da Eşqinə cavab vermişdir ki, onunla kişilikdən danışa bilməz. Eşqin də ona demişdir ki, o da onunla bu barədə danışa bilməz. Daha sonra Eşqin onu kənara dəvət etmişdir. Biraz Eşqinlə sözlü mübahisə etmişlər. Eşqin həmin vaxt ona demişdir ki, o, oğrularla oturub durur. Daha sonra Şahid6 yanlarına gəlmişdir. Bir müddət sonra digər uşaqlar yanlarına gəlmişdir. Bundan sonra Eşqin ona baxıb söhbətdən qaçanı söymüşdür. Daha sonra Eşqin əmisini görüb ona söyüş söyməyə başlamışdır. Əmisi Eşqini aparan vaxt Eşqinə yaxınlaşıb onu vurmuşdur. Hətta onun qardaşı Eşqinə demişdir ki, üzür istəsin. Eşqin də yaxşı elədiyini demişdir. O da qayıdıb Eşqini vurmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, zərərçəkmiş şəxs Eşqin onun kəndçisidir. Eşqini əvvəldən tanımışdır. Eşqin onunla qonşuluqda yaşamışdır. Eşqinin yumruqla sifət nahiyyəsindən bir zərbə vurmuşdur. Eşqin zərbənin təsirindən yerə yıxılmış və başı yerə dəymişdir. Eşqinin baş nahiyyəsinin arxa tərəfi yerə dəymişdir. Eşqin yerdən qalxıb üstünə gəlmişdir. Həmin vaxt onları ayırmışlar. Törətdiyi əməldən peşmandır və səhv etmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır və zərərçəkmişlə barışmışdır. Odur ki, məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisədən bir il vaxt keçdiyi üçün tarixi dəqiq xatırlamır. Hadisə günü saat 11-12 radələrində marketə getmişdir. Daha sonra marketin yanında olan kafeyə getmişdir. O, kafedə 10-15 dəqiqə oturduqdan sonra evə getməyi qərara almışdır. Kafedə oturarkən Yunis, Elşən və Rəhimin qardaşı Rəhman da orada olmuşdur. O, onlarla birlikdə çay içmişdir. Çay içəndən sonra evə getməyi qərara almışdır. O, kafedən çıxıb evə gedərkən Rəhimi görmüşdür. Rəhimlə biraz söhbətləşəndən sonra aralarında münaqişə yaranmışdır. Onlar kənara keçərək danışmağa başlamışlar. O, Rəhimə düzgün etmədiyini, birlikdə böyüdüklərini və ailələrinin tanış olduğunu bildirmiş, lakin Rəhim buna məhəl qoymayaraq, problem yaratmaq istədiyini bildirmişdir. O, yarım saata qədər müddətdə onunla səbrlə danışmışdır. Rəhim ona qan-qaraçılıq və problem yaratmaq istədiyini bildirmişdir. Onlar söhbət etdikləri yerdən kafenin önünə gəlmişdir. Kafedən qohumu Şahid4 çıxmış və nə baş verdiyini soruşmuşdur. O, hadisəni izah etmişdir. Daha sonra Rəhimin qardaşı gəlmiş və ona da hadisəni izah etmişdir. Rəhim Yunisə demişdir ki, onu buradan aparsınlar, yoxsa onu öldürəcəkdir. O da ona “Kimi öldürürsən?” deyə fikir bildirmişdir. Bundan sonra aralarında dava-dalaş, münaqişə yaranmış və bu 10-15 dəqiqə davam etmişdir. Bu zaman Rəhimi görməmişdir. Rəhimin qardaşı, əmisi oğlu Kənan və “Aslan” adlı şəxs onun üzərinə gəlmişdir. Rəhimin qardaşı Rəhman onun sinəsindən yapışmışdır. Yanında əmisi və ona əmi sayılan Sənan olmuşdur. Əmisi onlara münaqişəni uzatmamağı və sabah danışmağı təklif etmişdir. Rəhman isə ya onun üzr istəyəcəyini, ya da onu öldürəcəklərini demişdir. Bu zaman “Aslan” adlı şəxs də sinəsindən tutaraq “Sən kimsən ki, belə danışırsan?” ifadəsini işlətmişdir. O, onun əlini itələmişdir. O, öz əmisi və Sənan əmi ilə evə tərəf getməyə başlamışdır. Sonra ona arxadan zərbə dəymiş, huşunu itirərək yerə yıxılmışdır. Bundan sonra gözləri qaralmış və dili qatlanmışdır. Təxminən 10 dəqiqə sonra onu kafeyə aparmışlar. Daha sonra, onu Ağdaşda xəstəxanaya, oradan isə Mingəçevirə aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisənin üzərindən 01 il müddət keçdiyindən dəqiq xatırlamır. O, kafedən çıxanda Rəhimlə qarşılaşmış, biraz danışandan sonra Rəhim ona “Sən mənimlə kişilikdən danışa bilməzsən” deyə bildirmişdir. Beləcə onların arasında mübahisə yaranmışdır. Rəhimin onu necə vurduğunu xatırlamır, lakin baş hissədən iki yerdə xəsarətləri olmuşdur. Rəhimin onu vurduğunu görməmişdir. O, sonradan eşitmişdir ki, onu Rəhim vurmuşdur. Rəhim onu vurduğunu polisə ifadə verəndə də təsdiq etmişdir. Başında iki xəsarət izi olmuşdur. Ağdaş xəstəxanası onu götürmədiyindən, Mingəçevirə aparılmışdır. Baş hissəsində sümük qırılması, ya da əzilməsi olmuşdur. Neçə zərbə dəydiyini hiss etməmişdir. Gözü qaralmış, yerə yıxılmış və səs küy eşitmişdir. O, birbaşa yerə yıxılmışdır. Zərbə dəydiyini his etməmişdir. Sadəcə gözü qaralmış və yerə yıxılmışdır. Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək, ifadəsində Şahid1 tanıdığını, onunla qonşuluqda yaşadığını, Zərərçəkmiş şəxs da tanıdığını, onun həmkəndlisi olduğunu, lakin ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını, Zərərçəkmiş şəxs bir neçə dəfə onların yaşadıqları kəndə gəldiyini və bir neçə gün babasıgildə qaldığını və həmin vaxtlarda da münasibətlərinin yaxşı olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 21 ralərində kəndində Cavid adlı şəxsə məxsus çayxanada Zərərçəkmiş şəxs, həmkəndliləri Yunis və Elşən ilə oturub domino oynadıqlarını, təxminən 5-10 dəqiqə sonra Eşqin və Elşən masadan qalxdığını, lakin Yunisin onunla masada oturmağa davam etdiyini, bir qədər sonra kimsə Yunisi çağırdığını və o da masadan qalxıb çölə çıxdığını, bu zaman dayısı oğlu Aslanın çayxanaya təkbaşına daxil olduğunu və ayağa qalxıb onunla görüşdüyünü, bundan təxminən 5-6 dəqiqə sonra çayxananın qarşısında səs-küy olmasını və bir neçə nəfər şəxsin toplaşdığını görüb çölə çıxdığını, özü çölə çıxdıqda Eşqin, Yunis və qardaşı Rəhimin çöldə olduqlarını, Yunisin qardaşı Rəhimə qışqırdığını, həmçinin orada həmkəndliləri Elçin və Sənanın da olduğunu, Yunisə yaxınlaşıb nə baş verdiyini soruşduqda Yunisin heç nə olmadığını Eşqinlə Rəhimin mübahisə etdiyini və mübahisə etməmələri üçün onlara acıqlandığını bildirdiyini, bu zaman Eşqin qardaşı Rəhimi nalayiq şəkildə təhqir etdiyini, özünün də qardaşı Rəhimə və Eşqinə uzaqlaşmalarını və bir-biriləri ilə mübahisə etməmələrini tapşırdığını, Yunisin də gərginliyi aradan qaldırmaq üçün qardaşı Rəhimi oradan uzaqlaşdırıb aparmaq istədiyini, həmçinin əmisi Elçinin də orada olmasını görən Eşqinin qabağa tulanaraq onun qardaşı Rəhimin ünvanına var-yox söyüşü söyərək onu təhqir etdiyini, buna görə də özünün Eşqindən qardaşı Rəhimə söyüş söydüyü üçün üzr istəməsini tələb etdiyini, Eşqinin isə “yaxşı eləmişəm” deyə söylədiyini, həmin vaxt Eşqinin əmisi Elçinin isə Eşqini oradan uzaqlaşdıraraq aparmaq istədiyini, özü isə Eşqinin üzr istəməli olduğunu bildirdiyini, lakin Elçinin onun sözünə fikir verməyərək Eşqini oradan uzaqlaşdırmağa davam etdiyini, həmin vaxt onun qardaşı Rəhim də qaçaraq yumruqla Eşqinin başının sol tərəfindən vurduğunu, zərbənin təsirindən Eşqinin huşunun özündən getdiyini və onun yerə yıxıldığını, bundan bir qədər sonra Eşqinin özünə gəldiyini və onu ayağa qaldırdıqlarını, bundan sonra da Eşqinin nalayiq ifadələr işlətməyə davam etdiyini, qardaşı Rəhimin oradan uzaqlaşdığını, özünün isə orada qaldığını, bir qədər sonra Eşqinin özünə gəldiyini və onu Elçinin yaşadığı evə apardıqlarını, özlərinin də oradan uzaqlaşdıqlarını və özünün də yaşadığı evə gəldiyini, Zərərçəkmiş şəxs döymədiyini və ona hər hansı bir xəsarət yetirmədiyini, hadisə zamanı atası Qanuni nümayəndə1 ümumiyyətlə orada olmadığını, hadisə olan zaman ifadəsində göstərdiyi şəxslərdən başqa da şəxslər olduğunu, lakin kim olmalarını xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək, ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, lakin onunla şəxsi tanışlığı olmadığını, Təqsirləndirilən şəxs tanıdığını, doğma bibisi oğlu olduğunu, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaşdan məlumatı olduğunu, həmin vaxt özü də yaxınlıqda olduğunu və onları aralaşdırmağa çalışdığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində yaşadığı Ağdaş rayonu, Yenicə kəndində yerləşən və xalası oğlunun işlətdiyi çayxanada olduğunu, həmin vaxt bibisioğlu Rəhmanı çayxanada gördüyünü, buna görə də onunla görüşmək üçün onun yanına getdiyini, bundan təxminən 5-6 dəqiq sonra küçədə qaranlıq tərəfdə səs-küy olmasını eşitdiklərini və səs gələn tərəfə getdiklərini, bundan sonra bibisioğlu Rəhimin kiminləsə dava etdiyi bildiklərini, həmin vaxt həmkəndlisi Elçinin də ora gəldiyini və bundan sonra Rəhimin dava etdiyi şəxsin Elçinin qardaşı oğlu Eşqin olmasını bildiyini, onlar arasında mübahisənin təxminən 5-6 dəqiqə davam etdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətdiyini və onu təhqir etdiyini, buna görə də Rəhimin əli ilə Eşqinin baş nahiyəsidən bir dəfə vurduğunu, Rəhim Eşqini vurduqdan sonra Eşqinin yerə yıxıldığını, bundan sonra Eşqini yaxınlıqdakı çayxanaya apardıqlarını, əlinə və üzünə su vurduqlarını bundan sonra çıxıb getdiyini, mübahisə zamanı Eşqini başqa heç kimin vurmadığını, sadəcə olaraq Eşqin söyüş söydüyü üçün Rəhimin bir dəfə əli ilə onun baş nahiyəsindən vurduğunu, həmin vaxt orada çoxlu sayda adam olduğunu, lakin hava qaranlıq olduğu üçün dəqiq olaraq orada başqa kimlərin olmasını görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək, ifadəsində Ağdaş rayonu, Yenicə kənd sakinləri Şahid1, Şahid2, Təqsirləndirilən şəxs, X7, Qanuni nümayəndə1 əvvəllər tanıdığını və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, həmin şəxslərin onun həmkəndliləri olduğunu, Zərərçəkmiş şəxs tanıdığını, onun həmkəndlisi olduğunu, lakin Bakı şəhərində yaşadığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində həmkəndliləri Rəhman və Yunis ilə Cavidin çayxanasında çay içdiklərini, bir qədər söhbət etdiklərini, bundan təxminən 15-20 dəqiqə sonra Zərərçəkmiş şəxs onların yanına gəldiyini, Eşqinin də təxminən 5-10 dəqiqə onların yanında oturduğunu və daha sonra Zərərçəkmiş şəxs evə getmək üçün masadan qalxıb təkbaşına çölə çıxaraq getdiyini, təxminən 10 dəqiqə sonra çöldən müəyyən səslər gəldiyinə görə Yunis də həmin səs-küyü gəldiyi yerə getdiyini, bu zaman Rəhmanın da onun arxasınca getdiyini, özü də çölə çıxaraq namaz vaxtı olduğu üçün yaşadığı evə namazını qılmaq məqsədilə getdiyini, həmin gün orada dava-dalaş olması barədə səhəri gün kənd sakinlərindən eşitdiyini, özü dava-dalaşı görmədiyini və dava-dalaşda hər hansı bir iştirakı olmadığını, hər hansı bir hadisə görmədiyini, sadəcə olaraq çayxanadan çıxaraq yaşadığı evə namaz qılmaq üçün getdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində Zərərçəkmiş şəxs onun qohumu olduğunu, belə ki, onun babasının bacısının nəvəsi olduğunu, Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığına görə ara-sıra tətillərdə və bayramlarda Ağdaş rayonu, Yenicə kəndinə qonaq gəldiyini, 18 mart 2023-cü il tarixdə Eşqin kəndə qonaq gəldiyini, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs ilə birgə mağazaya getdiklərini, mağazanın qarşısına çatdıqda mağazaya daxil olmadan domino oynamaq üçün həmkəndliləri X5 işlətdiyi çayxanaya daxil olduqlarını və orada olan masalardan birinə əyləşdiklərini, onlarla birlikdə həmkəndliləri Şahid2 və Şahid5 Emin oğlunun da masaya əyləşdiyini və domino oynamağa başladıqlarını, həmin vaxt masada özlərindən başqa heç kim olmadığını, təxminən 5-10 dəqiqə sonra Zərərçəkmiş şəxs evə getmək və mağazadan alış-veriş etmək üçün masadan qalxıb təkbaşına çölə çıxdığını, təxminən 10 dəqiqə sonra çöldən müəyyən səslər gəldiyini və Eşqinin onu çağırmasını eşitdiyini, buna görə tək çölə çıxdığını və Eşqinin onu çağırdığı yerə getdiyini, bu zaman Eşqinlə Rəhimin mübahisə etmələrini gördüyünü və onlara sakit olmalarını tapşırdığını, səslərinə yoldan keçən Eşqinin əmisi Elçinin də gəldiyini, həmçinin Elçinin də nə baş verməsini soruşduğunu, özü də ona Eşqinlə Rəhimin mübahisə etmələrini söylədiyini, Elçin də onlara sakit olmalarını və oradan çıxıb getmələrini tapşırdığını, bundan sonra onun arxası ilə Rəhmanın da gəldiyini, bir qədər sonra isə digər həmkəndlisi X3 da gəldiyini, bu müddət ərzində hər hansı bir hadisə baş vermədiyini, belə ki, Rəhim və Eşqinin birbirlərinə söyüşlər söydüyünü, Zərərçəkmiş şəxs evə aparmaq istədiklərini, Eşqinin söyüşlər söydüyünü görən Rəhman Eşqinin üzr istəməsini tələb etdiyini, Eşqinin əmisi Şahid3 isə Rəhmana və Rəhimə Eşqinin adından üzr isədiyini bildirdiyini, daha sonra Elçin və Sənanın Eşqini oradan uzaqlaşdıraraq aparmaq istədiklərini və evlərini tərəf getməyə başladıqlarını, bir qədər sonra qışqırıq səsləri eşitdiyini və Eşqinin yerə yıxılmasını gördüyünü, Eşqin huşsuz vəziyyətdə yerdə uzandığını və əmisi Elçin onu ayıltmağa çalışdığını, həmçinin orada olan şəxslərin Eşqini Rəhimin vuraraq qaçdığını bildirdiklərini, daha sonra Eşqini əmisi Elçinin evinə apardıqlarını və orada polisə və həkimə məlumat verildiyini, daha sonra yaşadığı evə getdiyini, hadisə vaxt qaranlıq olduğu üçün Zərərçəkmiş şəxs vurulmasını dəqiq olaraq görmədiyini, lakin oradan olan şəxslərin Eşqini Rəhimin vurduğunu söylədiklərini, həmçinin daha sonra Rəhim oradan qaçaraq uzaqlaşdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, onun Bakı şəhərində yaşadığını, hərdən bir onun da yaşadığı Ağdaş rayonu, Yenicə kəndinə gəldiyini və özü də onu həmin vaxtlardan tanıdığını, Təqsirləndirilən şəxs də tanıdığını, onun həmkəndlisi və həmyaşıdı olduğunu, münasibətlərinin həmişə yaxşı olduğunu, xx.xx.2023cü il tarixdə təxminən saat 21 radələrində yaşadığı Ağdaş rayonu, Yenicə kəndində evinə yaxın yerdə yerləşən Cavidin mağazasına gəldiyini, həmin vaxt Rəhimin mağazanın yaxınlığındakı çinar ağacının altında oturmasını gördüyünü və ona yaxınlaşaraq görüşüb söhbət etməyə başladığını, bundan bir neçə dəqiqə sonra Eşqin çayxanadan çıxaraq yol ilə onların olduğu istiqamətdə gəldiyini, onlara çatdıqda isə salam verərək onların yanına gəldiyini və söhbət etməyə başladıqlarını, söhbət zamanı Rəhimin Eşqindən Bakı şəhərində harada qalmasını soruşduğunu, Eşqinin də X15 metrostansiyasının yaxınlığında qaldığını bildirdiyini, Rəhimin də Nərimanovda işlədiyini və orada qaldığını söylədiyini, daha sonra X6 tanışının olub-olmamasını soruşduğunu, Eşqinin də ona Kənan adlı tanışının olduğunu söylədiyini və Rəhimdən Kənanı tanıyıb tanımadığını soruşduğunu, Rəhim də gülə-gülə Kənanı tanıdığını bildirdiyini, Eşqinin də Rəhimdən Kənanın necə oğlan olmasını soruşduğunu, Rəhimin isə yenə də gülə-gülə zarafat etdiyini və Kənan adlı şəxsi tanımadığını bildirdiyini, Eşqin isə Rəhimə “kişi deyilsən sözünün üstündə dur” deyə söylədiyini, Rəhimin də Eşqinə “sən mənimlə kişilikdən danışırsan?” deyə söylədiyini, Eşqinin də Rəhimə onunla kişilikdən danışa bilməyəcəyini söylədiyini, bundan sonra Rəhimin Eşqinə kənara keçərək təkbətək söhbət etmələrini dediklərini, Eşqinin də onunla razılaşdığını və onların ondan bir qədər kənara çəkildiklərini, təxminən 10-15 dəqiqə söhbət etdiklərini, həmin vaxt onların nə söhbət etdiklərini eşitmədiyini, lakin onların hərəkətlərindən artıq sözdə mübahisə etdiklərini fikirləşdiyini və onların yanına getdiyini, bundan sonra Eşqin çayxanada oturan Yunisi çağırdığını, Yunisin də oraya gəldiklərini, Eşqin Yunisə baş verənləri danışdığını, Yunisin də aralaşmalarını və sakit olmalarını Eşqin və Rəhimə tapşırdığını, Rəhimin də Yunisə Eşqinə ona görə dəymədiyini söylədiyini, Eşqin isə Rəhimin ünvanına nalayiq ifadələr işlətdiyini, həmin vaxt onların olduqları yerə Eşqinin əmisi Elçinin gəldiyini, Elçinin də nə baş verdiyini soruşduğunu, daha sonra çayxanada oturan Rəhman da onların yanına gəldiyini və Eşqinlə Rəhimə mehriban olmalarını tapşırdığını, Rəhimin Eşqinə onu sabah sağ buraxmayacağını söylədiyini və sabah söhbət edəcəklərini bildirdiyini, lakin bu zaman Eşqin Rəhimin ünvanına yenidən var-yox söyüşü söyərək onu təhqir etdiyini, bundan sonra isə onlar arasında mübahisə daha da pisləşdiyini, buna görə də Eşqinin əmisi və sonradan onların olduğu yerə gələn Sənan adlı şəxs Eşini oradan aparmaq istədiklərini, belə ki, onların Eşqini oradan aralamaq üçün hərəsi Eşqinin bir tərəfində durduğunu və oradan uzaqlaşmağa başladıqlarını, həmin vaxt hava qaranlıq olduğunu və anidən Eşqinin yerə yıxılmasını gördüyünü, Eşqinin əmisinin onu Rəhimin vurduğunu söylədiyini, daha sonra Rəhimin oradan qaçaraq uzaqlaşdığını, Eşqinin huşsuz vəziyyətdə yerdə uzandığını, orada olan şəxslər Eşqinin əl-üzünə su vurduqlarını, onu yaxınlıqdakı çayxanaya apardıqlarını, daha sonra Eşqinin bir qədər özünə gəldiyini və onu əmisigilə apardıqlarını, özü də oradan çıxıb öz yaşadıqları evə getdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində Zərərçəkmiş şəxs onun doğmaca qardaşı oğlu olduğunu, qardaşı Samir işi ilə əlaqədar uzun müddətdir ki, Bakı şəhərində yaşadığını və ailəsi də onunla birlikdə yaşadığını, qardaşı oğlu Zərərçəkmiş şəxs hərdən bir onların yaşadıqları Ağdaş rayonu, Yenicə kəndinə gəldiyini və bir neçə gün kənddə qaldığını, sonuncu dəfə 2023-cü ilin mart ayının 19-da qardaşı oğlu Eşqinin novruz bayramını kənddə qeyd etmək üçün Ağdaş rayonu, Yenicə kəndinə gəldiyini və onlarla birlikdə qaldığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində qardaşı oğlu Eşqinin uşaqlarla söhbət etmək üçün kənd ərazisinə çıxdığını, həmin gün təxminən saat 21 radələrində özü də kəndin mərkəzi sayılan yerdə yerləşən mağaza və çayxananın qarşısına söhbət etmək üçün getdiyini, həmin yerə çatanda bir neçə uşağın toplaşdığını və aralarında mübahisə baş verməsini gördüyünü, həmçinin həmin uşaqların içərisində qardaşı oğlu Eşqinin də olmasını gördüyünü, buna görə də dərhal oraya yaxınlaşdığını və qardaşı oğlunun qolundan yapışdığını, daha sonra nə baş verməsini soruşduğunu, həmçinin onlara sakit olmalarını və oradan uzaqlaşmalarını tapşırdığını, özü də Rəhmandan nə problem olmasını soruşduğunu, bu zaman Rəhmanın ona “problem Qarabağ idi, onu da həll eləmişik” deyə söylədiyini, özü də qardaşı oğlu Eşqini qucaqlayaraq aparmaq istədiyini, bu zaman Eşqinin həmkəndlisi Süleymanın oğlu Rəhimin üzərinə gedərək onu vurmaq istədiyini, lakin Eşqini qucaqladığını, bundan sonra Eşqini qucaqlayaraq kəndin içərisindən axan su kanalının üzərində olan körpüdən keçirdərək evə aparmaq istədiyini, bu zaman həmkəndlisi Aslan adlı şəxs Eşqinə “qaqa sən bilirsən var-yox söhbəti nədi?” deyə söylədiyini, özü də ona buradan aralaşıb çıxıb getməsini tapşırdığını, bundan sonra həmkəndlisi Sənan adlı şəxslə Eşqini hərəsinin bir tərəfində duraraq evə aparmaq istədiklərini, bu zaman anidən qardaşı oğlu Eşqinin yerə yıxıldığını, kənardan Eşqini Rəhimin vuraraq qaçdığını söylədiklərini, bundan sonra Eşqinin özünə gəlməsi üçün onun əl-üzünə su vurduqlarını və onu yaşadığı evə gətirdiklərini, bundan sonra yaşadığı ünvana gələn təcili tibbi yardım avtomobili Eşqini Ağdaş rayon mərkəzi xəstəxanasına apardığını, hadisə zamanı nə özünün, nə də davadalaş edən şəxslərin əlində hər hansı bir əşya olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində Zərərçəkmiş şəxs onun nəvəsi olduğunu, xx.xx.2023-cü il tarixdə təxminən 23 radələrində nəvəsi Eşqini çinarın altında döymələri barədə məlumat aldığını, buna görə də dərhal həmin yerə getdiyini, bu zaman orada kiminsə olmadığını gördüyünü, bundan sonra qudasıgilə, yəni Eşqinin əmisi Elçinin yaşadığı evə getdiyini, bu zaman nəvəsi Eşqinin huşsuz vəziyyətdə üzü yuxarı uzandığını, sayıqladığını, ağzından köpük gəldiyini gördüyünü, Eşqindən onu kimin vurmasını soruşduğunu, bu zaman ona Süleymanın oğlu Rəhimin Eşqini vurduğunu söylədiklərini, özü də bundan bərk əsəbləşdiyi üçün DİN-in 102 xidmətinə zəng edərək nəvəsi Zərərçəkmiş şəxs döyülməsi barədə məlumat verdiyini, bu zaman nəvəsi Eşqini təcili tibbi yardım avtomobili ilə Ağdaş rayon mərkəzi xəstəxanasına apardıqlarını, həkimlərin Eşqini müayinə etdikdən sonra vəziyyətinin ağır olması səbəbindən onu Mingəçevir şəhər xəstəxanasına təxliyə etdiklərini, həmin vaxt günün qaranlıq vaxtı olduğu üçün nəvəsi Eşqinin bədəninin hansı nahiyəsində xəsarət olmasını dəqiq olaraq görə bilmədiyini, lakin nəvəsinin əli ilə başının sol tərəfindən tutduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Ağdaş rayonu Yenikənd kənd sakini Şahid1 DİN “102” xidmətinə zəng edərək nəvəsi X2 tərəfindən döyülməsi barədə məlumat vermişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Ağdaş Rayon Polis Şöbəsinə ünvan 3 ünvanında yaşayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ənsə nahiyyənin əziyi xəsarəti alması barədə məlumat verilmişdir. Nənəsi Eşqinin onlara Ağdaş rayon Yenicə kəndinə qonaq gəlib orada kəndçiləri tərəfindən döyülməsini bildirmişdir. Mingəçevir ŞMX-nin Acil şöbəsindən Ağdaş RPŞ-yə Zərərçəkmiş şəxs dərialtı hematoma, beyin kəllə içi qansızma xəsarəti alması barədə məlumat verilmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Ağdaş rayonu, Yenicə kəndində yerləşən çayxananın qarşısından keçən küçədə baş vermişdir. Küçənin yol ötrüyü torpaq və çay daşından ibraətdir. Hadisə yerinə baxış istintaq hərəkətini əks etdirən fotocədvəl müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 22-24). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 114 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər qapalı kəllə beyin travması, sol gicgah sümüyünün yerdəyişməyən xətti sınığı, baş beyinin yüngül dərəcəli əzilməsi, sol gicgah payında hemorragik əzilmə, travmatik subaroxnoidal qansızma, sol gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlərin yumruqla vurulması nəticəsində əmələ gəlməsi istisna olunmur (cild 01, iş vər. 51-53). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 72). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə aralarında baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxsın onu vuraraq xəsarət yetirdiyini, hazırda Təqsirləndirilən şəxs ondan üzr istədiyini, əməlindən peşman olduğunu bildirdiyini, buna görə də onunla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 01, iş vər. 97). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 111). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 121). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyətinin başçısının Yenicə kən inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (atası, anası və qardaşı) Ağdaş rayonu Yenicə kəndində yaşayış və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 124-125). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X12 təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sözügedən xəstəxanada poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir (cild 01, iş vər.141). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsov Süleyman oğlu hadisənin baş verdiyi yeri dəqiq olaraq göstərmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. İstintaq hərəkətinin olduğu video görüntüləri əks etdirən DVD disk müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 161-163). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 126.24, 221.1 və 221.3-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir (cild 01, iş vər. 161-173). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və qeyd edilən sübutları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə kollegiyası ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir-birilərini tanımışdırlar. Belə ki, Zərərçəkmiş şəxs Bakı şəhərində yaşamasına baxmayaraq ara-sıra tətillərdə və bayramlarda Ağdaş rayonu, Yenicə kəndində yerləşən babası Şahid1 və əmisi Şahid3 yaşadığı evə qonaq gəlib onlarda qalmışdır. Elə ona görə də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birlərini uşaqlıqdan tanımışdır. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Eşqin çayxananın yaxınlığında çinar ağacının altında tanıdığı Rəhimi və Yusifi görmüş və onlarla salamlaşmışdır. Rəhim Eşqindən Bakı şəhərində harada qaldığını soruşmuş, Eşqin isə Rəhimə Bakı şəhərində Həzi Aslanov metrosu tərəfdə qaldığını bildirmişdir. Rəhim də Eşqinə “mən Nərimanovda, Çapayev tərəfdə işləmişəm” deyə söyləmişdir. Eşqin Rəhimə həmin yerdə Kənan adlı tanışlarının olduğunu bildirmiş və Rəhimdə “Kənan” adlı şəxsi tanıdığını bildirmişdir. Bundan sonra Rəhim Eşqinə “zarafat edirəm, Kənanı tanımıram” deyə söyləmişdir. Eşqin Rəhimə “kişi ol, sözünün üstündə dur da” demişdir. Rəhim də “sən mənimlə kişilikdən danışa bilmərsən!” deyə söyləmişdir. Eşqində “niyə? Səninlə kişilikdən danışa bilmərəm, iminni mən səninlə kişilikdən danışa bilmərəm?” deyə soruşmuş, bu zaman Rəhim də Eşqinə “istəyirsən keçək qırağa görək danışa bilirəsən, ya yox” deyə söyləmişdir. Eşqində bu təklifini qəbul edərək Rəhimə “keçək” deyə cavab vermişdir. Bundan sonra digər küçə tərəfə getmiş və orada mübahisələri yaranmışdır. Bundan sonra mübahisə böyümüş yanamış səs küyü eşidərək Şahid3, Şahid4, Şahid7, Şahid5 və Şahid2 gəlmişdir. Mübahisəni eşidib gələn şəxslər mübahisəni sakitləşdirmək istəmişdir. Nəticədə isə elə bu vaxt Rəhim “bunu burdan aparın, yoxsa əlimdən sağ çıxmayacaq” deyə söyləmişdir. Bu sözlərdən əsəbləşən Eşqin “ mənə nəsə edənin var yoxunu .....” deyərək nalayiq ifadələr işlətməyə başlamışdır. Tərəflər arasında sözlü mübahisə davam etdiyi zaman yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə yumuruqla qəsdən vuraraq xəsarət yetirmişdir. Bunun nəticəsində Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan qapalı kəllə-beyin travması, sol gicgah sümüyünün yerdəyişməyən xətti sınığı, baş beyinin yüngül dərəcəli əzilməsi, sol gicgah payında hemorragik əzilmə, travmatik subaroxnoidal qansızma, sol gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi kimi qəsdən sağlamığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır və bu hallar həm yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlər Şahid3, Şahid4, Şahid7, Şahid5 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda vermiş olduqları və ibtidai istintaqda verdikləri, həmçinin məhkəmə kollegiyasının iclasında elan edilməklə tədqiq edilmiş ifadələri əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlərlə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin yumruqla ona yetirdiyi zərbələr nəticəsində almışdır. Bununla da yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda məhkəmə cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələri işlətməsi, Eşqinin Rəhimlə kobud danışmasını, söhbət zamanı Eşqinin bu kobudluğu davam etdirməsini, başqa sözlə, göstərilən bu halları bütövlükdə nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz Zərərçəkmiş şəxs ona qarşı sərgiləmiş olduğu hərəkətlərinin təsiri altında və həmin hərəkətlərin nəticəsində törətmişdir. Qeyd edilən hallar həm yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan, sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa, məhkəmə istintaqında Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxslə barışdığını və onun yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhkəmə kollegiyası ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərlə barışmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, (yetkinlik yaşına çatmamasını) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, yəni cinayət əməlini törədərkən, habelə törətdikdən sonra yetkinlik yaşına çatmamasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, onun hərbi xidmət üzrə yararlı olmasını və hazırki yaş dövrünü, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar