Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-81/2023 08.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx.xx.1992-ci ildə Ağdaş rayonu Cardam kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş rayonu Cardam kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ağdaş şəhəri H.Əliyev prospekti dalan 2 ünvanında fərdi evdə kirayə yaşayan arvadı Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvana gələrək xx.xx.2022-ci il tarixdə saat 0530 radələrində evin birinci mərtəbəsindəki açıq pəncərədən evə daxil olmaqla Zərərçəkmiş şəxs yatdığı yataq otağına daxil olaraq taxtın yanına gələrək Zərərçəkmiş şəxs ağız hissəsindən əli ilə tutaraq oyandırmış, Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı evin eyvanında mətbəx əşyaları saxlanılan şkafdan əvvəlcədən götürüb üzərində saxladığı və yataq otağına daxil olan zaman taxtın üzərinə qoyduğu bıçağı götürərək Zərərçəkmiş şəxs sol kürək nahiyəsindən bir dəfə, sağ kürəkaltı nahiyəsindən bir dəfə, sağ saidin aşağı 1/3-nin ön səthindən bir dəfə və sağ saidin orta 1/3-nin arxa səthindən bir dəfə vurmaqla ona sol kürək nahiyəsinin, sağ kürəkaltı nahiyənin daxilə keçən yaraları, pnevmohemotoraks, sağ saidin aşağı 1/3-nin ön səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin yaraları kimi həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirlndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bibisi qızı Zərərçəkmiş şəxs onun arvadı olmaqla birgə nikahlarından 2 uşaqları olmuş, 2021-ci ilin ortalarından etibarən aralarındakı münasibətlərində soyuqluq yarandıqdan sonra həmin il Rusiya Federasiyasına işləməyə getmiş, 2022-ci ilin iyul ayının sonu, avqust ayının əvvəllərində Ağdaş rayonuna qayıtmışdır. Ayişə təxminən 2022-ci ilin iyul ayında boşanmaq üçün məhkəməyə müraciət etmiş, lakin məhkəmə araşdırması başa çatmamışdır. Boşanma ərəfəsində olduqlarına görə Ayişə anası və 2 azyaşlı övladları ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospekti dalan 2 ünvanında yerləşən fərdi evdə kirayədə yaşamış, barəsində yaxşı söz-söhbətlər eşitmədiyi üçün Ayişənin telefonuna baxmaq istəmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Ayişənin yaşadığı ünvana gəlib hasardan atlayaraq həyətə daxil olduqdan sonra həyətdə yerləşən birmərtəbəli evə gəlmişdir. Evdə iki azyaşlı övladından başqa heç kim olmamış, övladlarının təkbaşına evdə olduqlarını görüb daha da əsəbləşmişdir. Eyvana pilləkənlərlə qalxaraq eyvanın qarşı tərəfindəki mətbəx əşyalarının olduğu yerə gəlib şkafdan 01 ədəd dəstək hissəsi göy rəngli olan mətbəx bıçağı götürdükdən sonra həyətə qayıdaraq ağacların yanında gözləmişdir. Bir qədər sonra Ayişə evə gəlmiş və həmin vaxt o, həyətdə gizlənərək Ayişənin hərəkətlərini müşahidə etməyə başlamışdır. Ayişə evə gəldikdən sonra telefonla danışıb evdən çıxıb getmiş və bir qədər sonra anası ilə birlikdə evə qayıtmışlar. Saat 0530 radələrində birmərtəbəli evin eyvanında həyət tərəfdən olan pəncərənin açıq olmasını görüb həmin pəncərədən evə girmək məqsədilə pəncərənin yanına qoyduğu yeşiyin üzərinə çıxaraq açıq pəncərədən içəri daxil olmuşdur. Eyvan ilə gələrək Ayişənin yatdığı otağın qapısından içəri daxil olub Ayişənin yatdığı taxtın yanına gəlmiş və üzərində olan bıçağı taxtın aşağı hissəsinə qoyduqdan sonra telefon üçün baxsa da telefonu ortalıqda görməmişdir. Həmin vaxt Ayişənin özündən soruşmaq məqsədilə əli ilə Ayişənin ağız hissəsindən oyanan zaman qışqırmaması üçün tutmuş, sonuncu oyanarkən Ayişəyə sakit olmasını bildirmişdir. Əlini çəkdikdən sonra Ayişə hansı səbəbdən gəldiyini soruşmuş, Ayişəyə barəsində xoşagəlməz söz-söhbətlər eşitdiyini və buna görə də telefonuna baxıb kimlərlə münasibəti olduğunu öyrənmək istədiyini demişdir. Həmin vaxt Ayişə əsəbi halda onu söyüb təhqir etməyə başlamış və Ayişənin söyüşlərindən əsəbləşərək taxtın üzərinə qoyduğu bıçağı sağ əlinə götürüb ilkin olaraq Ayişənin sol kürək nahiyəsindən bir dəfə, daha sonra isə bir dəfə sağ qabırğa nahiyəsindən, iki dəfə isə sağ qol nahiyəsindən vurmuşdur. Ayişə onu təhqir etməyə davam etmiş, bıçaqla zərbə endirdikdən sonra yataq otağının qapısından çıxıb eyvana, eyvanın qapısını açaraq isə həyətə çıxdıqdan sonra darvazadan küçəyə çıxıb uzaqlaşmışdır. Bir qədər getdikdən sonra əlində olan bıçağı yol kənarında olan çirkab suların axdığı kanalizasiyaya tullamış, axşama qədər küçədə olduqdan sonra axşam vaxtı yaşadığı evə qayıtmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildə dayısı oğlu Təqsirləndirilən şəxsla ailə həyatı quraraq birgə nikahlarından 2 uşaqları olmuşdur. Möhlüd ilə aralarında yaranmış narazılıqlarla əlaqədar 2022-ci ilin iyun ayında nikahın pozulması ilə bağlı Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Möhlüd boşanan ərəfədə Rusiya Federasiyasına getmiş, qayıtdıqdan sonra onlardan ayrı yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat 0030 radələrində kirayə yaşadığı Ağdaş şəhəri H.Əliyev prospekti dalan 2 ünvanında yerləşən evə gəlmiş, həmin vaxt anası evdə olmamışdır. Anasını qarşılayıb birlikdə evə qayıtmaları üçün evdən çıxmış və küçədə anası ilə rastlaşdıqdan sonra birlikdə evə gəlmişlər. Evə gəldikdən sonra övladları anasının qaldığı otaqda yatmış, o da yataq otağına daxil olduqdan sonra, paltarlarını dəyişərək yatağına uzanıb yatmışdır. Saat 05 radələrində oyanarkən Möhlüdü qarın nahiyəsinin üzərində oturmuş vəziyyətdə görmüş, sonuncu əli ilə onun ağzını tutaraq sakit olmasını demişdir. Həmin vaxt qorxduğu üçün səsini çıxarmamış, Möhlüd əlini ağzından çəkən zaman hansı səbəbdən yataq otağına gəldiyini soruşduqda sonuncu ona sabah Rusiyaya gedəcəyini, ona görə də onunla birlikdə olmaq istədiyini demişdir. Möhlüdlə artıq boşanma ərəfəsində olduqlarına görə bunun mümkün olmayacağını demiş, bununla bağlı aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Möhlüd qəfildən əlində olan bıçaqla ilkin olaraq onun kürək nahiyəsindən, ardınca isə döş qəfəsinin sağ yan nahiyəsindən bıçaqla vurmuşdur. Əli ilə Möhlüdü uzaqlaşdırmaq istəyərkən Möhlüdün bıçaq zərbələri sağ qol nahiyəsindən dəymişdir. Bu zaman qışqıraraq Möhlüdü uzaqlaşdırmağa çalışmış, Möhlüd onun yanından durub qapıdan eyvana çıxaraq oradan da çıxıb getmişdir. İlkin olaraq aldığı xəsarətlərin ağırlığını hiss etməmiş, Möhlüd onu bıçaqla vurub çıxıb getdikdən sonra yatağından qalxıb eyvana çıxdıqdan sonra anasını çağırmışdır. Səsə yataq otağından eyvana çıxan anasına baş vermiş hadisəni demiş, qan itirdiyini hiss edib telefonla təcili tibbi yardıma zəng etmişdir. Telefonla danışan zaman özündən getmiş və ayılan zaman artıq xəstəxanada olmuşdur. Təqsirləndirilən şəxslə barışmamış, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı oğlu olmaqla həmçinin qızı Ayişənin əri olmuş, birgə nikahlarından 2 uşaqları olmuşdur. Ayişə və Möhlüdün arasında son zamanlar münasibətləri pozulduğuna görə qızı boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Möhlüd təxminən bir il əvvəl Rusiya Federasiyasına işləmək üçün getməzdən əvvəl Ayişə və övladları ilə birlikdə H.Əliyev prospekti dalan 2 ünvanında kirayə qaldıqları evdə yaşamış, Rusiya Federasiyasından qayıtdıqdan sonra onlarla birlikdə qalmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 24 radələrində küçələri süpürməklə məşğul olarkən qızı Ayişə ona zəng etdikdən sonra qabağına gəlmiş və birlikdə kirayə yaşadıqları evə gəlmişlər. Evə gəldikdən sonra Ayişənin övladları onun qaldığı otaqda yatmış, o da yataq otağına daxil olduqdan sonra, paltarlarını dəyişərək yatağına uzanıb yatmışdır. Saat 0530 radələrində Ayişənin səsini eşidib oyanaraq eyvana çıxmış, Ayişə Möhlüd tərəfindən bıçaqlandığını bildirmişdir. Həmin vaxt Ayişə öz telefonu ilə təcili tibbi yardıma zəng edərək köməyə çağırdıqdan sonra eyvanda yerə yıxılmış, bir qədər sonra təcili tibbi yardım avtomobili gələrək qızını xəstəxanaya aparmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 770 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol kürək nahiyəsinin, sağ kürəkaltı nahiyənin daxilə keçən yaraları, pnevmohemotoraks, sağ saidin aşağı 1/3-nin ön səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin yaraları deşici kəsici alət (ola bilər bıçaq) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixdə uyğun gəlir, həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Ayrı-ayrılıqda sağ kürəkaltı nahiyənin, sol kürək nahiyəsinin daxilə keçən yaraları, həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Sağ saidin aşağı 1/3-nin ön səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarına olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə ambulator psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 754/267 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə saat 2030-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallanda oan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 14 sentyabr 2022-ci i tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Cardam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Cardam kəndində yaşamaqla yaşdığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2014-cü ildə doğulmuş Humay Şirinova və 12.06. 2015-ci ildə doğulmuş Yadigar Şirinov adlı iki azyaşlı uşaqları vardır. Beləliklə cinayət işinin istintaqı zamanı toplanmış dəlillərlə Təqsirləndirilən şəxs CMin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, həmin maddə ilə məhkəmə məsuliyyətinə verilməlidir. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq CM-in 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması CM-in 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 16 sentyabr 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-81/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-81/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver