Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-82/2021 18.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi – sədlik edən hakim Əliyev Rəşad Şəmşir oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinnin Ağır Cinayətlər Məhkəmələrdə Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Əbdülrəhman oğlu, 28 avqust 1974-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədilə əldə etdiyi bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 125,87 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan narkotik vasitə heroini yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evində gizlədərək satış məqsədilə saxlamış, 13.03.2020-ci il tarixdə saat 23 radələrində bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 125,87 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin qarşısında Şahid1 1000 (min) manata satmış, həmin çəkidə olan 1 kiloqram 125,87 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana 14.03.2020-ci ildə saat 10:45 radələrində Şahid1 məxsus avtomobildən aşkar olunaraq götürülmüş və 14.03.2020-ci ildə saat 11:35 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Naxçıvan küçəsində saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirildikdən sonra 14.03.2020-ci ildə saat 13:30-dan 14:00-dək olan müddət ərzində yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahəsində yerləşən sanitar qovşağında olan su qızdırıcısının içərisində qəsdən satış məqsədilə saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13.03.2020-ci il tarixdə gəzmək məqsədi ilə Mingəçevir şəhərinə gəlmiş, Mingəçevir şəhərində olarkən tanışı Vüqarla görüşmüşdür. Görüş zamanı Vüqar ona narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş edərək pulunu verəcəyini demişdir. Vüqarla yaşadığı Yevlax şəhərinə gəlmiş, Yevlax şəhəri F.İsayev küçəsində evlərinin qarşısında gözləməsini demiş, yaşadığı Yevlax şəhəri C.Mustafayev küçəsində tanımadığı Həsən adlı şəxsin evinin qarşısına getmiş, Həsənə 1000 manat verib 450 qram narkotik vasitə marixuana almış və Şahid1 yanına qayıtmışdır. 450 qram narkotik vasitə marixuananı Şahid1 vermişdir. 13.03.2020-ci ildə Vüqarla Mingəçevir şəhərinə gəlmiş, Vüqarın yaşadığı evin qarşısında onu gözləyən zaman polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları tərəfindən döyülmüş və işgəncəyə məruz qalmışdır, Şahid1 verdiyi narkotik vasitə onun avtomobilindən aşkar olunmuş narkotik vasitədir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə məhkəməyədək icraat zamanı göstərdiyi xüsusatlar arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, görüş zamanı Vüqar ona narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş edərək pulunu verəcəyini demişdir. O da onda narkotik vasitə olmasını və 1000 manata satmasını bildirmiş, Yevlax şəhərinə gələrək narkotik vasitəni ona verib 1000 manatı almışdır. Narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. Vüqar ondan marixuananın çəkisinin nə qədər olduğunu və onu neçəyə satdığını soruşduqda onun çəkisini dəqiq bilmədiyini, ancaq bir sellofan ağzına qədər dolu olduğunu, həmin sellofanı min manata satdığını bildirmişdir. Vüqar da onunla razılaşmış, Vüqarla onun maşını ilə Yevlax şəhərinə getmişlər, orada evində saxladığı sellofan torbada olan qurudulmuş marixuananı götürüb saat 23 radələrində elə evinin yanında Vüqara vermiş, həmin vaxt Vüqar əlində olan gümüşü rəngli elektron tərəzi ilə sellofan torbanı çəkmək istəmiş, lakin tərəzini işlədə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 13.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Mingəçevir şəhərində görüşmüş, həmin vaxt özünə marixuana lazım olduğunu Vaqifə bildirmiş və Vaqif də ona narkotik vasitə marixuana tapa biləcəyini bildimişdir. Daha sonra onlar 450 qram marixuana üçün 1000 manat pul müqabilində razılaşmışlar və Vaqif gedib narkotik vasitə tapıb gətirmiş, ona vermişdir. Vaqifdən aldığı sellofanı idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ tərəf ayaq altına qoymuş, həmçinin həmin qurudulmuş marixuanadan az bir hissəsini götürüb kibrit qutusuna doldurub cibinə qoymuşdur ki, gələcəkdə özü istifadə etsin. Qalanını isə gələcəkdə istifadə etmək məqsədi ilə avtomobilində saxlamışdır. Daha sonra Vaqif ondan ayrılmış, onun hara getdiyini bilməmişdir. Bir müddət sonra polisər onu saxlamış, avtomobilə qoyduğu narkotik vasitənin olduğu sellofan torba, həmçinin həmin torbanın içərisində olan və üzərinə “X3” yazısı yazılmış elektron tərəzi də aşkar edilmişdir. Onun Vaqifdən aldığı narkotik vasitə 450 qram olmuş, qalan narkotik vasitəni polis əməkdaşları onun avtomobilinə qoymuşlar. Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə məhkəməyədək icraat zamanı göstərdiyi xüsusatlar arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, 13.03.2020-ci il tarixdə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ilə Mingəçevir şəhərində görüşərkən sonuncuya narkotik vasitə lazım olduğunu bildirmiş, Vaqif də cavabında ona yaşadığı Yevlax şəhərindəki evində narkotik vasitə qurudulmuş marixuananın olduğunu, həmin narkotik vasitəni ona sata biləcəyini demişdir. Vaqiflə razılaşmış və Vaqiflə birlikdə özünə məxsus VAZ 21011 markalı avtomobillə Yevlax şəhərinə saat 23 radələrində Vaqifin yaşadığı evə çatmışlar. Vaqif evə keçib, bir müddət sonra əlində qırmızı rəngdə olan sellofan torba ilə çıxaraq həmin torbanı ona vermiş, içində narkotik vasitə – qurudulmuş marixuananın olduğunu demişdir. Vaqifdən alacağı narkotik vasitə marixuananın çəkisini dəqiq bilməkdən ötrü evdən özü ilə elektron tərəzi də götürmüş, ancaq tərəzini işlədə bilmədiyindən onu çəkə bilməmiş, ona görə də, tərəzini narkotik vasitə marixuana olan sellofan torbanın içinə qoymuş və narkotik vasitəyə görə Vaqifə 1000 manat vermiş, daha sonra isə sellofanı idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ tərəf ayaq altına qoymuş, həmçinin həmin qurudulmuş marixuanadan az bir hissəsini götürüb kibrit qutusuna doldurub cibinə qoymuşdur ki, gələcəkdə özü istifadə etsin. Qalanını isə gələcəkdə istifadə etmək məqsədi ilə avtomobilində saxlamışdır. Daha sonra Vaqif ondan ayrılmış, onun hara getdiyini bilməmişdir. Bir müddət sonra polislər onu saxlamış, avtomobilə qoyduğu narkotik vasitənin olduğu sellofan torba, həmçinin həmin torbanın içərisində olan və üzərinə “X3” yazısı yazılmış elektron tərəzi də aşkar edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanalar tərəzidə çəkilmiş və cibindən aşkar edilmiş içərisində qurudulmuş marixuana olan kibrit qutusunun çəkisinin 7,77 qram, sellofanın çəkisinin isə 1,150 kq olması müəyyən olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, məlumat əsasında 14.03.2020-ci ildə saat 11 radələrində Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə o, Mingəçevir şəhəri AzQres qəsəbəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasının qarşısında görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Şahid1 əynindəki qara rəngli, yaxasında boz rəngli naxışlar olan gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusu çıxarıb stolun üzərinə qoymuş, həmin kibrit qutusu Şahid1 və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş. Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi videoçəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kibrit qutusunun ümumi çəkisi 7,77 qram olmuş, həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Şahid1 13.03.2020-ci il tarixdə Yevlax rayon sakini Vaqif adlı şəxsdən 1 ədəd sellofana doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuananı 1000 manata aldığını, həmin qurudulmuş marixuanadan bir hissəsini özü kibrit qutusuna dolduraraq cibində istifadə etməsi üçün gəzdirdiyini, Vaqif adlı şəxsdən 1000 manata aldığı həmin narkotik vasitə olan qurudulmuş marixuanının qalan hissəsini isə idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilində saxladığını bildirmişdir. Bundan sonra Şahid1 idarə etdiyi «VAZ 21011» markalı avtomobilə baxış keçirilmiş, həmin vaxt avtomobilin qabaq sağ oturacağının ayaqaltı yerindən bir ədəd qırmızı rəngdə olan üzərinə “Hello Baby” yazısı yazılmış sellofan aşkar edilmiş, həmin sellofan torbanın üzərində “X3” yazısı yazılmış elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin sellofan torba Şahid1 və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi videoçəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, həmin sellofan torbanın ümumi çəkisi 1 kiloqram 150 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmışdır. 14.03.2020-ci ildə saat 12 radələrində Şahid3 ilə Vaqifi gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli cins gödəkçəsinin sol döş cibindən dörd ədəd yüz manatlıq, beş ədəd 10 manatlıq, bir ədəd isə bir manatlıq pul əskinazları, gödəkçəsinin iç sol cibindən bir ədəd “Nokia” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 13.03.2020-ci il tarixdə tanışı Şahid1 adlı şəxsə 1000 manat qarşılığında sellofanda narkotik vasitə olan qurudulmuş marixuana satdığını, cibindən aşkar edilərək götürülmüş həmin puldan iki yüz manatın Şahid1 aldığı puldan olduğunu, qalan pulunu xərclədiyini, bundan əlavə yaşadığı Yevlax şəhərindəki evində özünə məxsus narkotik vasitə olduğunu və bununla əlaqədar onun yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həyətdən sağda yerləşən sanitar qovşağının otaqlarının birində yerləşən su qızdırıcısının içində özünə məxsus narkotik vasitə olan heroin gizlətdiyini demiş və onu təqdim etmişdir. Təqsirləndirilən şəxs dediyi otaqda yerləşən su qızdırıcısının içərisinə baxdıqda orada ağ rəngli salfet kağıza bükülmüş bir ədəd üstü ağ, içi isə gümüş rəngdə olan büküm, bir ədəd əlavə gümüşü rəngli falqa kağız və bir ədəd uzununa bükülmüş şəkildə olan bir manatlıq pul əskinazı aşkar edilmişdir. Həmin üstü ağ, içərisi isə gümüşü rəngli olan kağız büküm açıldıqda isə onun içərisində spesifik iyindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş və həmin kütlə iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və kağızla birlikdə çəkisi 0,34 qram olması məlum olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək Şahid2 verdiyi ifadəyə uyğun ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 14.03.2020-ci il tarixli “Şəxsi axtarış, baxış və götürmə haqqında protokol”dan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış və götürmə keçirilərkən onun əynindəki qara rəngli gödəkçənin sol iç cibindən kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmçinin diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 məxsus VAZ 21011 markalı və **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağının ayaqaltı yerindən qırmızı rəngli, üzərində “Hello Baby” sözləri yazılmış sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (cild 01, iş vər. 10-11) Cinayət işinin materiallarında olan 14.03.2020-ci il tarixli “Baxış protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında olan evinə baxış keçirilən zaman evin həyətyanı sahəsində sağda yerləşən sanitar qovşağının otaqlarının birində yerləşən su qızdırıcısının içindən narkotik vasitə – heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (cild 01, iş vər. 33) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 14.03.2020-ci il tarixli 17/172 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Vət. Şahid1 üzərindən aşkar olunaraq götürülmüş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə “Vət. Şahid1 avtomobilindən aşkar olunaraq götürülmüş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 120 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 39-42) Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 14.03.2020-ci il tarixli 17/173 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs məxsus evin həyətində.... aşkar olunaraq götürülmüş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 01, iş vər. 45) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 17.07.2020-ci il tarixli 589 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 144) Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 08 iyul 2020-ci il tarixli 357 saylı rəyinən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 01, iş vər. 142-143) Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 09.10.2020-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmlə müəyyən edilmişdir ki, Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 1 kiloqram 125,87 qram olan narkotik vasitə - qurudulmuş marixuananı 13.03.2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs sonuncunun yaşadığı ünvan 2 ünvanda yerləşən evin yaxınlığında 1000 manata alaraq qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitənin 5,87 qram hissəsini bir ədəd kibrit qutusunun içərisinə dolduraraq əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq üzərində saxlayaraq daşımış, qalan təmiz çəkisi 1 kiloqram 120 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərindən Mingəçevir şəhərinə qədər daşımış və 14.03.2020-ci ildə saat 10:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri AzDres qəsəbəsi ərazisində olarkən saxlanılaraq şəhər polis şöbəsinə aparılıb üzərinə şəxsi axtarış, «VAZ 21011» markalı avtomobilə isə baxış keçirilərkən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,87 qram olan narkotik vasitə qurudulmuş marixuana, avtomobilə baxış zamanı isə avtomobilin sağ ayaqaltı hissəsindən sellofanın içərisində təmiz çəkisi 1 kiloqram 120 qram olan narkotik vasitə - qurudulmuş marixuana polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasında aşkar edilərək götürülmüşdür. Törətdiyi əmələ görə Şahid1 01 il (bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 01, iş vər.223-226) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Şahid1 yalnız 450 qram narkotik vasitə olan marixuana satmasını bildirməsi cinayət işinin materialları ilə təkzib edildiyindən, məhkəmə onun bu ifadəsini müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, sonuncu bu formada ifadə verməkdə CM-nin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb edilməyi arzulayır. Həmçinin cinayət işinin materiallarına əlavə edilən Mingəçevir şəhər prokurorluğunun 13 fevral 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsində işgəncəyə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. (cild 03) Bu hal bir daha onu təsdiq edir ki, Təqsirləndirilən şəxs bu formada ifadə verməklə CM-nin daha ağır maddəsi ilə məsuliyyətə cəlb edilməkdən yayınmaq istəyir. Odur ki, onun bu hissədə qeyd etdikləri də müdafiə xarakterli ifadələr kimi qəbul edilir. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 evdə ailəsi (anası, arvadı, 2003 və 2004-cü il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı ilə) yaşayır. (cild 01, iş vər. 126) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və 16 mart 2020-ci ildə məhkəmənin qərarı ilə barəsində əvvəli 14 mart 2020-ci ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 23-24, 78-79) Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 56.1.2-cü maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olmaqla Mingəçevir ŞPŞ-də saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd kibrit qutusunun içərisində təmiz qalıq çəkisi 5,82 qram və bir ədəd sellofan torbanın içərisində təmiz qalıq çəkisi 1 kq 119,95 qram olan narkotik vasitə qurudulmuş marixuanalar, bir ədəd “X3” yazısı yazılmış elektron tərəzi, həmçinin Yevlax RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalan bir ədəd gümüşüağ rəngli kağız bükümdə təmiz çəkisi 0,158 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, kompakt disklərin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Ekspertiza xərci 69,10 AZN (altmış doqquz manat, on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu, həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 14 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 69,10 AZN (altmış doqquz manat, on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olmaqla Mingəçevir ŞPŞ-də saxlanılan təmiz qalıq çəkisi 5,82 qram və təmiz qalıq çəkisi 1 kq 119,95 qram olan narkotik vasitə qurudulmuş marixuanalar, bir ədəd “X3” yazısı yazılmış elektron tərəzi, həmçinin Yevlax RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan təmiz çəkisi 0,158 qram olan heroin məhv edilsin, kompakt disklərin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən Rəşad Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-82/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-82/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver