Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-83/2022 23.08.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Bakı şəhəri 19 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdaş rayonu, Qəribli kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta-ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2arəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5002,09 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib 4950 qramını bir ədəd sellofan torbada qablaşdırıb Ağdaş rayonu, Qəribli kəndində yerləşən, mərhum babası X2 qalmış yaşayış evinin həyətindəki tövləyə daşıyaraq orada, qalan 48,96 qramını ayrı-ayrılıqda 8,31 qram, 8,08 qram, 7,49 qram, 8,41 qram, 8,34 qram və 8,33 qram olmaqla 06 ədəd kibrit qutusunda qablaşdırıb tanışı X11 istifadəsində olan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının yan hissəsində saxlamış, qalan 3,13 qramını bir ədəd kibrit qutusunda qablaşdırıb istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışı Ziya Əliyevə hədiyyə kimi vermiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə saat 0300-da Ağdaş rayonu, Qəribli kəndində tanışı X20 ilə birlikdə saxlanılaraq öz iştirakı və icazəsi ilə babası Nəriman Mirzəliyevən qalmış evin həyətyanı sahəsinə baxış keçirilən zaman külli miqdarda 4950 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan torbada olmaqla tövlənin içərisindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən X20 14 oktyabr 2021-ci il tarixdə Regional Şöbənin inzibati binasına gətirildikdən sonra həmin gün saat 0730-da üzərinə şəxs axtarış keçirilən zaman onun tanışı Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etdiyi 3,13 qram çəkidə qurudulmuş marixuana əynindəki cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 14 oktyabr 2021-ci il tarixdə saat 1930-dan etibarən Təqsirləndirilən şəxs iştirakı ilə tanışı X11 istifadəsində olan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus 48,96 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 8,31 qram, 8,08 qram, 7,49 qram, 8,41 qram, 8,34 qram və 8,33 qram olmaqla avtomobilin qabaq sərnişin oturacağının yan hissəsindən 06 ədəd ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində tanışı Ziya adlı şəxslə sonuncunun idarə etdiyi avtomaşınla Ağdaş rayonu Qəribli kəndində babasına məxsus evə getmiş, həmin vaxt avtomaşında oturub mobil telefonla danışan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdikdən sonra onu öz avtomaşınlarına tərəf aparıb orada avtomaşından balaca bükümdə narkotik vasitə gətirərək həmin bükümün ona məxsus olmasını bildirmişlər. Polis əməkdaşlarına həmin narkotik vasitənin ona məxsus olmadığını bildirdikdən sonra polislər babasına məxsus evin qapısını sındıraraq onu evə salmış, orada ona təzyiq göstərməyə başlamışlar. Ondan yanında əlavə adamların olubolmadığını soruşduqda sonunculara yanında heç kimin olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onu çölə çıxardaraq həyətə onun razılığı ilə daxil olmaları barədə ərizəyə imza atmasını istəmiş, buna etiraz etdiyinə görə yenidən onu həyətə apararaq ona təzyiq göstərmişlər. Ona həddən artıq təzyiq göstərdikdən sonra polis əməkdaşları qara sellofanda narkotik vasitə gətirərək boynuna almasını tələb etmiş, sonra Ziya Əliyevin də onunla əlbir olduğunu bildirmişlər. Məcbur qaldığına görə polis əməkdaşlarının ona dedikləri ilə razılaşmış, evə baxış keçirilərkən torbanın içərisində ədyala bükülmüş vəziyyətdə olan 4 kq 800 qram marixuana aşkar edilmişdir. Sonra avtomaşına baxış keçirilmədən onu Gəncə şəhərinə aparmışlar. Orada ona digər kağızlara imza edəcəyi təqdirdə Ziya Əliyevi buraxacaqlarını bildirmiş, sonra Ziyanın avtomaşınında 6 qutu narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Onun narkotik vasitələrə heç bir aidiyyəti olmamış, həmin narkotik vasitələri polis əməkdaşları onun evinə qoymuşlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin avqust ayında Ağdaş rayonu ərazisində “Şirvan” kanalı deyilən ərazinin yaxınlığında “Soyuqbulaq” adlanan köhnə istirahət mərkəzinin yaxınlığından içərisində parça adyala bükülmüş formada narkotik vasitə qurudulmuş marixananın olduğu bir ədəd qara rəngli sellofan torba taparaq Ağdaş rayonu, Qəribli kəndində yerləşən mərhum babasından qalmış və heç kəsin yaşamadığı evə aparmış, həmin evin həyətyanı sahəsində sol tərəfdə heyvanların saxlanması üçün nəzərdə tutulan tövlədə axırın içərisinə qoyaraq həmin yerdə saxlamışdır. Təxminən 7 oktyabr 2021-ci il tarixdə Ağdaş rayonu ərazisində tanışı X20 ilə görüşdüyü zaman tapdığı narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürdüyü 1 ədəd kibrit qutusunda qurudulmuş marixuananı istifadə etməsi məqsədi ilə sonuncuya vermişdir. 14 oktyabr 2021-ci il tarixdə gecə vaxtı yol pulu olmadığı üçün tanışı Ziya Əliyevdən idarə etdiyi avtomobil ilə Ağdaş rayonu, Qəribli kəndində mərhum babasına məxsus evə gedərək nəzarət edib sonra qayıtmalarını xahiş etmiş, sonuncunun idarə etdiyi Vaz 2106 markalı **-BM-*** qeydiyyat nişanlı avtomobil ilə həmin evə getmişlər. Evin qarşısına çatdıqda Ziya Əliyev həyət darvazasının yanında idarə etdiyi avtomobildə gözləmiş, o isə evin həyət darvazası bağlı olduğu üçün hasardan atlanaraq həyətə daxil olmuşdur. Həyətə göz gəzdirdikdən sonra sol tərəfdə yerləşən tövləyə daxil olub, tövlədə sellofan torbanın içərisində saxladığı narkotik vasitə qurudulmuş marixuanadan 6 ədəd kibrit qutusunda götürərək əynində olan gödəkçənin altına gizlədərək həyətdən çıxmışdır. Ziya Əliyevin idarə etdiyi avtomobilə əyləşdiyi zaman gödəkçəsinin altında gizlətdiyi içərisində qurudulmuş marixuana olan kibrit qutularını əyləşdiyi oturacağın sağ tərəfində gizlədib saxlamış, lakin Ziya Əliyevin bundan məlumatı olmamışdır. 14 oktyabr 2021-ci il tarixdə saat 03:00 radələrində evin qarşısında olduqları zaman bir neçə nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını, onun qanunsuz olaraq Ağdaş rayonu, Qəribli kəndində yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və ərizə verərək qeyd edilən ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Videoçəkilişlə evin həyətyanı sahəsində olan tövləyə baxış keçiril zaman evin həyətinin sol tərəfində yerləşən tövlədə saxladığı 01 ədəd sellofan torbada külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Polis əməkdaşları həmin sellofan tobada olan kütləni onların iştirakı ilə qablaşdıraraq götürmüş, sonra onun və Ziya Əliyevin iştirakı ilə sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin sərnişin oturacağının sağ tərəfindən 6 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. 6 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı yaşadığı ünvanda saxladığı narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürərək avtomobilə qoyduğunu, avtomobilə qoyduğu 6 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutularından Ziya Əliyevin məlumatının olmadığını, onun bu işlə ümumiyyətlə aidiyyətinin olmadığını qeyd etmişdir. Bundan sonra avtomobildən aşkar olunmuş 6 ədəd kibrit qutusunda olan narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2021-ci il tarixdə axşam saatlarında işdən çıxan zaman tanışı Təqsirləndirilən şəxs sonuncunun babasına məxsus olan Ağdaş rayonu Qəribli kəndində yerləşən evinə getməsini xahiş etmiş, evin qarşısında Təqsirləndirilən şəxs evə daxil olub geri qayıtdıqdan sonra polis əməkdaşları onlara yaxınlaşmış, Nərimanı evə apararaq on dəqiqə orada qaldıqdan sonra geri qayıdıb evdə narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Həmin vaxt Nərimanın həyətdən səsləri gəldiyinə görə sonuncunun polislər tərəfindən təzyiqə məruz qaldığını başa düşmüşdür. Sonra onların hər ikisini Gəncə şəhərinə apararaq onun avtomaşınına baxış keçirilən zaman avtomaşından 6 qutu narkotik vasitə olan marixuana aşkar edilmişdir. Onun həmin narkotik vasitədən xəbəri olmamış, Nəriman onun avtomaşınına əyləşən zaman əlində heç bir torba olmamışdır. Nəriman ona narkotik vasitə verməmiş, onun üzərindən çıxan narkotik vasitəni polis əməkdaşları ona verərək əgər buraxılmasını istəyirsə həmin narkotik vasitəni Nərimandan almasını deməsini bildirmişlər. Buna görə də polislərin ona verdiyi və üzərindən aşkar olunan 3 qram narkotik vasitə olan marixuananı Nərimandan aldığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X20 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla təxminən 2020-ci ilin oktyabr ayında Balakən rayonunda inşaat işləri ilə məşğul olan zaman tanış olmuş, hadisədən təxminən bir həftə əvvəl Nərimanla Ağdaş şəhərində görüşən zaman sonuncunun ona pay verdiyi marixuananı kibrit qutusunda üzərində saxlayıb gəzdirmişdir. 14 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində onlar Ağdaş rayonunda Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olarkən bir neçə nəfər mülki geyimli şəxs ona və Nərimana yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək Nərimanın qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və yaşadığı evinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs buna heç bir etiraz etməmiş, bununla bağlı ərizə təqdim etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı həyətin sol tərəfində ev heyvanlarının saxlanıldığı tövlədə heyvanların yemlənməsi üçün istifadə olunan “axur” adlandırılan yerdə sellofan torbanın içində yun ədyala bükülmüş halda narkotik vasitə olan marixuanaya bənzər maddələr aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkildikdən sonra aşkar olunduğu sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Daha sonra onların ikisi də Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Gəncə şəhərində yerləşən X22 Şöbəsinə getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu masanın üzərinə qoymaqla təqdim etmiş və içərisindəki kütlənin narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq götürülmüş, sonra ona məxsus avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin ön tərəfində sərnişin oturacağının qarşısında olan ayaqaltının altında 6 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Baxış zamanı avtomobildən aşkar olunan marixuanadan məlumatsız olduğunu bildirmiş və Təqsirləndirilən şəxs da bunu təsdiq etmişdir. Aşkar olunan kibrit qutuları qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Müabrizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2021-ci il tarixdə xx.xx.1990-cı ildə Ağdaş rayonu, Qəribli kəndində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 951 ünvanında qeydiyyat olmaqla, Ağdaş rayonu, Qəribli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq yaşadığı ünvanda saxlaması barədə daxil olmuş məlumat əsasında baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, sürücü polis nəfəri, polis baş serjantı Şahid3 və operator polis nəfəri, polis baş serjantı Şahid4 ibarət yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 0300-da X17 rayonu, Qəribli kəndində yaşadığı evin yaxınlığında tanışı X20 ilə birlikdə saxlanılmış, sonuncunun etirazı olmamasına dair ərizə alındıqdan sonra yaşadığı ünvana baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin həyətinin sol hissəsində yerləşən heyvanların saxlanması üçün nəzərdə tutulan tövləyə daxil olaraq orada saxladığı 01 ədəd sellofan torbanı göstərib içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin torba açıldıqda içərisində ədyala bükülü formada yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlə çəkilərək, polietilen kisəyə yerləşdirib, möhürlənib qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu kəndin ərazisindən tapdığını, həmçinin Ziya Əliyevin idarə etdiyi avtomobildədə ona məxsus narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Ziya Əliyev sonuncunun idarə etdiyi avtomobili də götürərək birlikdə DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına getmiş, orada hər ikisi şübhəli şəxs qismində tutlduqdan sonra müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən hər hansı bir əşya və ya vasitə aşkar olunmamış, Ziya Əliyevin üzərində şəxsi axtarış aparılan zaman sonuncu üzərində olan 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananın olmasını bildirərək həmin kibrit qutusunu şalvarının sol yan cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Ziya Əliyevin təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması aşkar edilmiş, həmin kibrit qutusu çəkilib zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa Ziya Əliyevin üzərindən heç nə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Ziya Əliyev üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı tutulduğu vaxtdan təxminən 1 həftə əvvəl tanışı Təqsirləndirilən şəxs aldığını, lakin bunun müqabilində sonuncuya ödəniş etmədiyini bildirmişdir. Bundan sonra Ziya Əliyevin və Təqsirləndirilən şəxs iştirakları ilə VAZ 2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs avtomobilin qabaq sərnişin oturacağının sağ tərəfində ona məxsus 6 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olmasını bildirərək həmin kütlələri təqdim etmişdir. Nəriman Nərimianov 6 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı yaşadığı ünvanda saxladığı narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürərək avtomobilə qoyduğunu, avtomobilə qoyduğu 6 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutularından Ziya Əliyevin məlumatının olmadığını bildirmişdir. Bundan sonra avtomobildən aşkar olunmuş 6 ədəd kibrit qutusunda olan narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyən Şahid2, sürücü polis nəfəri, Şahid3 və operator polis nəfəri Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixə keçən gecə qardaşı oğlu Nərimanın evinin qarşısında adamların yığışmasını eşidib oraya gedərkən qapının bağlı olmasını və içəridən səs gəldiyini eşitmiş, qapını döysə də içəridən ona oradan getməsini, hadisə barədə sonradan xəbər tutacağını bildirmişlər. Hadisə barədə ərinə zəng vurub məlumat verdikdən sonra oradan uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X4 eyni məzmunlu ifadə verərək X1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ekspert qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2021-ci il tarixdə sintetik kisənin içərisində bir ədəd bağlama daxil olmuş, həmin bağlama polis nəfəri Şahid4 iştirakı ilə Azərbaycan Respublikası Meterologiya və Standartlaşdırma idarəsi tərəfindən sertifikat verilmiş “Amel” markalı tərəzidə çəkilmiş, narkotik vasitənin təmiz çəkisi 4950 qram olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, oğlu Nəriman tutulduqdan sonra müstəntiq onu yanına çağıraraq oğlunun narkotik vasitə satıb evlərini təmir etdiyini bildirmiş, bunun yalan olduğunu və evi ona edilən yardımlarla təmir etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 16/1089 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədən aşkar olunmuş...” yazı və imzalar olan 01 ədəd sintetik kisədəki, 01 ədəd, polietilen paket və parçadan ibarət bağlamada, təmiz çəkisi 4950 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 16/1091 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əyləşdiyi VAZ 2106 markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobildən...” yazı və imzalar olan kağız paketdəki 06 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 8,31 qram, 8,08 qram, 7,49 qram, 8,41 qram, 8,34 qram, 8,33 qram, ümumi təmiz çəkisi 48,96 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs əyləşdiyi VAZ 2106 markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobildən....” yazı və imzalar olan 01 ədəd kağız paketdəki, 06 ədəd kibrit qutusunda olan marixuanalar ilə üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədən aşkar olunmuş....” yazı və imzalar olan 01 ədəd sintetik kisədə olan marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 16/1093 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X11 əynindəki şalvarının sol yan cibindən aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisində yaşıl rəngli kəskin iyli paketdəki, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3,13 qram bitki mənşəli kütlə, narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4809 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu Qəribli kəndindəki evin həyətindəki tövlədə ümumi çəkisi 4 kq 850 qram olan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, X11 üzərinə keçirilən şəxsi axtarış zamanı ümumi çəkisi 6,52 qram narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, X15 məxsus VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşından ümumi çəkisi 62,14 qram olan 6 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 15 dekabr 2021-ci il tarixli 166 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Qəribli kəndində anadan olmuşdur. Həmin kənddə qeydiyyatda olmamasına baxmayaraq Qəribli kəndində onun mərhum babası X6 məxsus hazırda heç kəsin yaşamadığı yaşayış evi vardır. Təqsirləndirilən şəxs ara-sıra həmin evə gəlib-getməsi, istifadə etməsi müşahidə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 13 dekabr 2021-ci il tarixli 4471 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri R.Rza küçəsi 6/68 nömrəli evdə qeydiyyatda olmaqla himayəsində xx.xx.2014-cü ildə doğulmuş Nuray Nərimanlı və xx.xx.2020-ci ildə doğulmuş Narın Nərimanlı adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X19 Kolleci tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, kollecdə təhsil almış Təqsirləndirilən şəxs təhsil aldığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” X18 alınmış 22 noyabr 2021-ci il tarixli xx/xx-13217 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicə olunmamış və qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0620-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılığa məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona heç bir aidiyyəti olmaması, həmin narkotik vasitələrin polis əməkşdaşları tərəfindən onun evinə və avtomaşına qoyulmasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman sonuncu həmin aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu bildirdikdən sonra, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə Ziya Əliyevə məxsus nəqliyyat vasitəsinə də baxış zamanı da aşkar olunan narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda Ziya Əliyev də şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçisinin iştirakı ilə aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxsov polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasına görə etiraf edici ifadələr verməsinə dair qyed edilməlidir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən araşdırma aparılaraq həmin xüsusatlar təsdiq olunmadığına görə preyudisial əhəmiyyət daşıyan qərar qəbul edilmişdir. Həmçinin məhkəmə Ziya Əliyevin də məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə də tənqidi yamaşaraq həmin ifadənin də Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasına cəhd kimi qiymətləndirir və onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına uyğun gəldiyinə görə daha obyektiv ifadə kimi qəbul edir. Həmçinin məhkəmə Sehranə Mirzəliyeva və Rəfsanə Allahverdiyevanın da ifadəsinə də tənqidi yanaşaraq həmin şəxslərin təqsirləndirilən şəxsin qohumları olduğunua görə sonuncunun müdafiəsi üçün ifadə verdiklərini hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təhsil aldığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməli, cəzasının əvvəli həbsə alındığı 14 oktyabr 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 93,20 AZN (doxsan üç manat iyirmi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 14 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 93,20 AZN (doxsan üç manat iyirmi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlanma kamerasında saxlanılan 4949,6 qram, 47,76 qram və 3,11 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-83/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-83/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver