Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-83/2025 12.03.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1969-cu ildə Qax rayonu, Qaşqaçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qax rayonu, Qaşqaçay kəndində qeydiyyatda olmaqla, həbs edilənə kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissəsə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax rayonu, Qaşqaçay kəndində yerləşən mərhum atası X5 məxsus fərdi yaşayış evinin yataq otağında qardaşı Zərərçəkmiş şəxs ilə həmin evə görə aralarında yaranan mübahisə zamanı əsəbləşərək əlində olan 60-70 sm uzunluğunda, sarı rəngli dəmir armaturla qardaşı Zərərçəkmiş şəxs sol qabırğa nahiyəsindən 1 dəfə və sol çiyin nahiyəsindən 1 dəfə qəsdən vurmuş, zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış, yerdə isə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən çoxlu sayda təpiklə qəsdən vuraraq və əli ilə boğaz nahiyəsindən qəsdən tutub sıxaraq sonuncuya sol saidində 1 (bir) ədəd sıyrılmış yara, sol göz ətrafında 1 (bir) ədəd, sağ gicgah nahiyəsində 1 (bir) ədəd, boyunda 1 (bir) ədəd qançır xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan və döş qəfəsinin sol yarısında 1 (bir) ədəd qançır, sol tərəfli V-Vİ-İX-X qabırğaların qapalı sınıqları nəticəsində sol tərəfli travmatik hemopnevmotoraks xəsarətlərinə aid dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Qax rayonu Qaşqaçay kəndində yaşayır və xırda təsarrüfatla məşğul olmuşdur. Hadisə baş verən gün ot yığmağa getmişdir. Hadisə günü heyvanların yemini verib evə daxil olmuşdur. Həmin vaxt evdə qızı və arvadı olmuşdur. Yorğun halda yeməyini yeyib yatmışdır. Gecə vaxtı telefonuna zəng gəlmişdir. İlk əvvəl telefonu arvadı götürmüşdür. Bacısı zəng edib hadisə barədə onlara məlumat vermişdir. Hadisə günü mərhum atasına məxsus evin qarşısından keçən vaxt evin işıqlarının yanmadığını görmüşdür. Onu hadisənin səhərisi günü saat 9-10 radələrində polis şöbəsinə çağırmışlar. Polis şöbəsində təhqiqatçı Rəvan Bayramov onu sorğu-sual etmişdir. Həmin günü axşama qədər onu polis şöbəsində saxlamışlar. Bundan əlavə bədəninə baxış keçirmişlər. Həmin vaxt bədənində hər-hansı xəsarət aşkar edilməmişdir. Hadisənin necə baş verdiyini görməmişdir. Qardaşının hansı şəraitdə və necə xəsarət aldığı barədə dəqiq məlumatı yoxdur. Ümumiyyətlə hadisə baş verən vaxt məlumatı olmamışdır. Hadisədən sonra bacısı zəng edib hadisə barədə məlumat vermişdir. Sözügedən hadisəni o, törətməmişdir. Dəfələrlə ondan izahat alınmışdır. Hər dəfə izhatında hadisə barədə məlumatının olmadığını qeyd etmişdir. Qardaşı 26 il Rusiya Federasiyasında yaşamışdır. Qardaşı kəndə gəldiyi gündən hamı ondan şikayət etmişdir. Çünki qardaşı mütəmadi olaraq içki və narkotik vasitə qəbul etmişdir. Ona dəfələrlə xəbərdarlıq edib izah etmiş, ancaq o, onu başa düşməmişdir. Qardaşı içki və narkotik vasitə qəbul etməsi barədə istintaq zamanı vəsatət versə də, vəsatəti qəbul edilməmişdir. İstintaq zamanı Zaur müəllimlə birlikdə təkrar ekspertiza barədə vəsatət versələrdə, həmin vəsatətləri təmin olunmamışdır. Qardaşı hazırda Rusiya Federasiyasına getmişdir. O da günahsız yerə 4 aydır həbsdədir. Ailəsi də köməksiz vəziyyətdədir. Ailəsi dağılmaq vəziyyətindədir. Qardaşı üstünə şər atırmış ki, güya o, onu vurmuşdur. Halbuki belə bir hal baş verməmiş, ümumiyyətlə hadisədən məlumatı olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, qardaşı 1998-ci ildə Rusiya Federasiyasına getmiş, atası və anası rəhmətə gedən vaxt gəlməmişdir. Bundan başqa özünün adında olan fındıq sahələrini satmış və onu zamin qoyaraq pulları götürüb çıxıb getmişdir. Qardaşına inanmış, o, isə onun ona olan inancından istifadə etmişdir. Onun hazırda həbsdə olmağının səbəbi atasına məxsus olan evdir. Belə ki, qardaşı atasına məxsus evi satmaq istəyirmiş. Hadisədən əvvəl qardaşı reyestr xidmətinin əməkdaşlarını atasına məxsus evə çağırmış, evdə ölçü işləri aparıb qupça almaq istəmişdir. Ona bələdiyyə sədri zəng edib demişdir ki, gəl şahid ol, sonra deməki ondan xəbərsiz evə adamlar gəlmişdir. Çünki həmin evə atası öləndən sonra o, nəzarət edirmiş. Evə gedən vaxt daşınmaz əmlakın işçisi ona sual vermişdir ki, bu evə o, nəzarət edir? Atası öldükdən sonra, evə nəzarət etdiyini həmin vaxt bildirmişdir. Dəfələrlə evin damını bərpa etmişdir. Əməkdaş ondan evin sənədlərini soruşmuşdur. O da gedib evin sənədlərini gətirmiş və əməkdaşa təqdim etmişdir. Daşınmaz əmlakın işçisi evin sənədlərinə baxıb qardaşına demişdir ki, onlar burada ölçü işi apara bilməzlər. Bu işi ya öz aralarında, ya da məhkəmə yolu ilə həll edə bilərlər. Sənədləri daşınmaz əmlakın işçisinə gətirib göstərdiyi üçün qardaşı ondan küsmüş və demişdir ki, sən sənədləri göstərməsəydin o, öz adına qupça alardı. Bundan sonra qardaşı ona demişdir ki, onun başına oyun açacaqdır. Həmin bu söhbət hadisədən təxminən 10 gün əvvəl baş vermişdir. Bundan sonra qardaşını 1 həftə görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, qardaşı ilə həmin günü mübahisə etməmişdir. Polis şöbəsinə çağırılan vaxt bilmişdir ki, belə bir hadisə baş vermişdir. Qardaşı evi adına keçirmək istəyirmiş. O, sənədləri göstərib ona mane olmuşdur. Məhz bu səbəbə görə qardaşı ondan intiqam alaraq onu şərləmişdir. Tutulduqdan sonra həmin evlə əlaqəli Qax Rayon Məhkəməsinə çağırılmışdır. Qardaşı onu məhkəməyə vermişdir. Yoldaşı məhkəməyə gedib məlumat vermişdir ki, əri tutulmuşdur. O, tutulduqdan sonra qardaşı atasına məxsus evin qapılarını qırıb reyestr xidmətinin əməkdaşlarını dəvət edib evi ölçdürmüşdür. Yəni qardaşı ölçü işində iştirak etməsin deyə onu şərləyib və həbs etdirmişdir. Qardaşının hansı şəraitdə xəsarət aldığını maraqlanmışdır. Qardaşı yəqinki evdə yıxılıb xəsarət almışdır. Bacısı oğlu ona demişdir ki, onlar evə daxil olan vaxt dayısı yerdə uzanmışdır. Bacısı oğlu qardaşından hansı şəraitdə xəsarət aldığını soruşmuşdur. Qardaşı isə ona cavab verməmişdir. Sonra qardaşı bacısı oğluna onun paltarlarını evdən götürməsini bildirmişdir. Bacısı oğlu paltarları götürməyə gedən vaxt qardaşı dostuna hadisə barədə məlumat vermişdir. Bacısı oğlu eşidmişdir ki, qardaşı dostuna pilləkəndən yıxılaraq betonun üstünə düşüb xəsarət aldığını demişdir. Sonra bacısı oğlu qardaşını xəstəxanaya aparmışlar. Qardaşı xəstəxanada həkimə demişdir ki, güya onu o, vurmuşdur. Bacısı oğlu həmin vaxt qardaşından niyə onun adını çəkdiyini soruşmuşdur. Qardaşı da ona cavab vermişdir ki, onun yerinə o, tutulmaq istəyir. Qardaşına xəsarət yetirməmişdir. Qardaşı atasına məxsus evə imza çəkməyi müqabilində onunla barışacağını təklif etmişdir. Hadisə baş verən vaxt sahədə ot yığmışdır. Axşam saat 19 radələrində evə gəlmişdir. Həmin vaxt evdə qızı və arvadı olmuşdur. Bacısı axşam saat 11-12 radələrində zəng edib hadisə barədə onlara məlumat vermişdir. Bacısı zəng edib onlara demişdir ki, qardaşını döyüblər. Qardaşı hadisə baş vermədən əvvəl təxminən aprel - may aylarında Azərbaycan Respublikasına gəlmişdir. Gəldiyi günün ilk 10 günü onun yanında qalmışdır. Sonra qardaşı Bakı şəhərinə getmişdir. Yaşadığı evin həyətində iki ev vardır. Evlər arasında 60-70 metr məsafə vardır. Həyətdəki köhnə ev babadan qalma evdir. Qardaşı mütəmadi olaraq içki qəbul etmişdir. Əvvəllər atasına məxsus evin qardaşının üstünə keçməsinə razı olmuşdur. 2019-cu ilə qədər razı olmuşdur. Bundan sonra evin qardaşının adına keçməsinə razı olmamışdır. Qardaşı Rusiya Federasiyasından gələn vaxt ona hansı məqsədlə geri qayıtdığını soruşmuşdur. O, isə ona heç bir cavab verməmişdir. Reyestr xidmətinin əməkdaşları atasına məxsus evi ölçməyə gəlmişdirlər. O, ora gedən vaxt qardaşı sakitcə kənarda dayanmışdır. Həmin vaxt daşınmaz əmlakın əməkdaşı ondan evin sənədlərinin olub-olmadığını soruşmuşdur. O da evin sənədlərinin olduğunu bildirmişdir. Qardaşı həmin vaxt sakit dayanmışdır. O da gedib evin sənədlərini gətirmişdir. Bundan sonra əməkdaşlar sənədə baxıb çıxıb getmişlər. Qardaşıda həmin əməkdaşların arxasınca çıxıb getmişdir. Gedən vaxt isə ona hədə-qorxu gəlmişdir. Ayın 30-u günü sahəyə ot yığmağa getmişdir. Spirtli içki qəbul etmir. Qardaşının üzərində olan xəsarətlər barədə məlumatı yoxdur. Heç qardaşının həmin xəsarətləri aldığına inanmır. Çünki təhqiqatçı Rəvan Bayramov ona demişdir ki, bu sənə qarşı qurulmuş oyundur. Qardaşının qaynanası Zaqatala rayonundan ekspert gətirmək istəmişdir. Çünki ekspert rəyi ilə razılaşmamışlar. Qardaşının qaynanası Mingəçevir şəhərinə gedib ekspert rəyi almışdır. Sonra onu təhdid etmişdir ki, ona 8 il həbs etdirəcəkdir. Atasına məsus evlə yaşadığı evin arasında 60-70 metr məsafə vardır. Hadisə barədə bacısı zəng edib məlumat vermişdir. Hadisə baş verən vaxt heç nə eşitməmişdir. Qardaşı izahatını dəfələrlə dəyişmişdir. Qardaşı ilkin izahatında qeyd etmişdir ki, onu parıldayan nəyləsə vurublar. Sonrakı izahatında qeyd etmişdir ki, onu sarı turba ilə vurmuşlar. Ən sonda verdiyi ifadəsində qeyd etmişdir ki, güya onu “armatur”la vurmuşlar. Qardaşı yalan izahat vermişdir. O, hadisə günü evə gedib, qapını döyüb içəri daxil olmamışdır. Onda olan məlumata görə qardaşı hadisədən sonra Rusiya Federasiyasına getmişdir. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır. Qardaşı atasına məxsus evi üstünə keçirmək istəyirmiş. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qax rayonu, Qaşqaçay kəndində ona məxsus 0,12 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi onun adına olsa da, lakin, ev mərhum atası Şabana məxsus olmuşdur. Özü 1998-ci ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşamış, 2015-ci ildə və 2019-cu ildə cəmi 2 dəfə təxminən 1 həftəlik müddətə Qax rayonuna gəlmişdir. Daha sonra geri qayıtmışdır. 2024-cü ilin aprel ayında mərhum atasına məxsus fərdi yaşayış evində yaşamağa qərar vermiş və Qax rayonu, Qaşqaçay kəndinə gəlmişdir. Həyat yoldaşı və övladlarının işləri ilə bağlı Bakı şəhərində yaşayırlar. Həmin evin sənədləşməsi ilə bağlı Şəki Əmlak Komitəsinə müraciət etmiş və həmin evin yerləşdiyi torpaq sahəsinin onun adına olması ilə bağlı sənəd verilmiş, lakin, evin onun adına olması ilə bağlı sənədləşmə işləri yarımçıq qalmışdır. Belə ki, qardaşı Dursun həmin evin və torpağın mərhum atası Şabandan ona miras qaldığını iddia etmiş, buna görə də aralarında dəfələrlə mübahisə olmuşdur. Özü halhazırda həmin evdə yaşayır və qardaşı Dursun isə həmin yerdən təxminən 70 metr məsafədə özünə məxsus yaşayış evində ailəsi ilə birlikdə yaşamışdır. Qardaşı Dursun bir neçə dəfə yaşadığı evə gəlib onunla mübahisə yaradaraq həmin evdən çıxıb getməsini demiş, lakin, həmin yeri tərk etməmişdir. 30 iyun 2024-cü il tarixdə, təxminən saat 23:00 radələrində evdə olmuşdur. Evin yataq otağında olmuş və yatmaq istəmişdir. Həmin vaxt evin giriş qapısına nəyinsə dəydiyini eşitmişdir. Kimsə nalayiq söyüşlər söyərək qapını açmasını demişdir. Qardaşı Dursun olduğunu bilmişdir. Dursun ona qapını açmasını demiş və evin taxta qapısını açmışdır. Dursunun əlində olan sarı rəngli təxminən 60-70 sm uzunluğunda dəmir armaturla içəri girərək onun baş nahiyəsinə vurmaq istəmiş, həmin vaxtı əyilmiş, dəmir alətin, yəni, dəmir armatur ona dəyməmiş, bundan sonra qardaşı Dursun yenidən dəmir almaturla 1 dəfə qəsdən onun sol qabırğa nahiyəsindən, 1 dəfə isə qəsdən sol çiyin nahiyəsindən vurmuşdur. Həmin vaxtı qabırğalarında qırıq səsi eşitmiş, özünü ayaq üstə saxlaya bilməyib yerə yıxılmış və Dursun yerdə onun bədəninin müxtəlif nahiyələrindən təpiklə çoxlu sayda vurmağa başlamışdır. Daha sonra Dursun əli ilə onun boğaz nahiyəsini sıxmış, həmin vaxtı oraya Dursunun qızı Kamila gələrək atası Dursuna qışqıraraq onu vurmamasını bildirmişdir. Bundan sonra Dursun oradan uzaqlaşıb çıxıb getmiş və isə yerdə uzanmış vəziyyətdə qalmışdır. Bundan sonra birtəhər özünə gəlib telefonu ilə bacısı oğlu Rövşənə zəng vurmuş və Rövşən isə telefona cavab verməmişdir. Bundan sonra həmkəndlisi Qeybullaha zəng etmiş, Qeybullah telefona cavab vermiş, Qeybullaha qardaşı Dursunun onu döyərək xəsarət yetirməsini, oraya gəlməsini demişdir. Biraz sonra oraya Qeybullah və Rövşən gəlmişdir. Həmin vaxt pilləkənlə birtəhər həyətə düşmüş, yerdə betonun üzərində oturmuş, qardaşı Dursunun onu döyərək xəsarət yetirməsini və vəziyyətinin ağır olmasını onlara demişdir. Bundan sonra Rövşən və Qeybullah onu avtomobilə qoyub Qax RMX-ya aparmışlar. Hadisə 30 iyun 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax rayonu, Qaşqaçay kəndində mərhum atası Şabana məxsus fərdi yaşayış evinin yataq otağında baş vermiş, Təqsirləndirilən şəxs əlində olan dəmir armaturla 1 dəfə qəsdən onun sol qabırğa nahiyəsindən, 1 dəfə isə qəsdən sol çiyin nahiyəsindən vurmuş, daha sonra yerdə onun bədəninin müxtəlif nahiyələrindən təpiklə vuraraq və boğaz nahiyəsindən əli ilə sıxaraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs əlində olan dəmir armaturla ona xəsarət yetirdikdən sonra yerə yıxılmış, Təqsirləndirilən şəxs yerdə təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuş və əli ilə boğaz nahiyəsini sıxmış, həmin vaxt oraya Dursunun qızı Kamilanın gələrək atası Dursuna qışqıraraq onu vurmamasını demiş, bundan sonra Dursun oradan uzaqlaşıb çıxıb getmişdir. Hadisə təxminən 5-6 dəqiqə ərzində baş vermiş, hadisə vaxtı orada özü və Dursun olmuşdur. Oraya sonradan Dursunun qızı Kamila gəlmiş, hadisə yaşadığı evin yataq otağında baş vermişdir. Dursun ona qarşı nalayiq söyüşlər söymüşdür. Məhkəmətibbi ekspertizasının 25 iyul 2024-cü il tarixli, 83 nömrəli rəyinə əsasən ondan aşkar olunan sol saiddə 1 (bir) ədəd sıyrılmış yara, sol göz ətrafında 1 (bir) ədəd, sağ gicgah nahiyəsində 1 (bir) ədəd, boyunda 1 (bir) ədəd, döş qəfəsinin sol yarısında 1 (bir) ədəd qançırlar xəsarətlərini qardaşı Təqsirləndirilən şəxs əlində olan dəmir armaturla onun sol çiyin nahiyəsindən və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurması və əli ilə onu boğazından tutub sıxması nəticəsində, sol tərəfli V-Vİ-İX-X qabırğaların qapalı sınıqları nəticəsində sol tərəfli travmatik hemopnevmotoraks xəsarətlərini qardaşı Təqsirləndirilən şəxs əlində olan dəmir armaturla onun sol qabırğa nahiyəsindən vurması nəticəsində almışdır. Qardaşı Təqsirləndirilən şəxs dəmir armaturla onu vurduqdan sonra yerə yıxılmış, özündə olmamış, ona görə də, qardaşı Dursunun təpiklə konkret olaraq onun hansı nahiyələrindən vurmasını bilməmiş, lakin, qardaşı Dursun təpiklə onun bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Qardaşı Dursunun ona dəmir armaturla xəsarət yetirdikdən sonra özü ilə gətirdiyi dəmir armaturuda götürüb oradan çıxıb getmişdir. Qardaşı Dursun dəmir armaturla və təpiklə onu vurduqdan və əli ilə boğaz nahiyəsini sıxdıqdan sonra onun ağız nahiyəsindən qan gəlmiş, lakin, digər nahiyələrində qan olmamışdır. Habelə 30 iyun 2024-cü il tarixdə, təxminən saat 22:00 radələrində yaşadığı Qax rayonu, Qaşqaçay kəndində kəndin mərkəzində yerləşən çayxanada dostu Qeybullah ilə oturub çay içmiş, daha sonra evə getmək istəmiş, dostu Qeybullahın orada olan həmkəndlisi Şabandan onu evə aparmasını xahiş etmiş, daha sonra isə həmkəndlisi Şabanın idarə etdiyi “Ford” markalı avtomobili ilə onu evə aparıb düşürtmüşdür. Daha sonra isə oradan çıxıb getmişdir. Təxminən 30-40 dəqiqə sonra isə məlum hadisə baş vermiş, evə getməmişdən əvvəl heç kimlə dava-dalaş etməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində Zərərçəkmiş şəxs onun dostu olduğunu, 30 iyun 2024-cü il tarixdə, təxminən saat 23:30 radələrində Ümüdvarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng etdiyini, telefona cavab verən zaman Ümüdvarın telefonda ona qardaşı Dursunun onu döyərək xəsarət yetirdiyini, bacısı oğlu Rövşənə zəng etdiyini, lakin, Rövşənin telefonu açmadığını, Rövşənlə gəlib onu Qax Rayon Mərkəzi Xəstəxanasına aparmalarını bildirdiyini, bundan sonra Rövşənlə qonşu olduğu üçün onlara getdiyini, darvazanı döyüb Rövşəni çağırdığını, dayısı Ümüdvarın ona dediklərini Rövşənə dediyini, bundan sonra Rövşənlə birlikdə Rövşənə məxsus avtomobillə Ümüdvarın yaşadığı evə getdiyini, həyətə daxil olduqlarını, həyətə daxil olan zaman Ümüdvarın həyətdə beton yerin üzərində oturduğunu gördüyünü, ondan nə baş verdiyini soruşduğunu, Ümüdvarın ona qardaşı Dursunun dəmir alətlə onun qabırğa və sol çiyin nahiyələrindən, həmçinin, təpiklə bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirdiyini dediyini, daha sonra Rövşənlə birlikdə Ümüdvarı birtəhər ayağa qaldırıb avtomobilə əyləşdirdiyini və Qax RMX-ya apardıqlarını, hadisə vaxtı orada olmadığını, məhkəmə-tibbi ekspertizasının 25 iyul 2024-cü il tarixli, 83 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs onda aşkar olunan sol saidində 1 (bir) ədəd sıyrılmış yara, sol göz ətrafında 1 (bir) ədəd, sağ gicgah nahiyəsində 1 (bir) ədəd, boynunda 1 (bir) ədəd, döş qəfəsinin sol yarısında 1 (bir) ədəd qançırlar, sol tərəfli V-Vİ-İX-X qabırğaların qapalı sınıqları nəticəsində sol tərəfli travmatik hemopnevmotoraks xəsarətlərini Zərərçəkmiş şəxs dediyinə görə qardaşı Dursunun dəmir alətlə onun qabırğa və sol çiyin nahiyələrindən, həmçinin, təpiklə bədəninin müxtəlif nahiyələrindən vurması nəticəsində almasını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində həmkəndlisi Şahid1 ifadəsinə uyğun olan ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməsindən xəbərinin olmadığını, hadisədən 5-6 gün sonra bu barədə kənd sakinlərindən eşitdiyini, hadisə vaxtı orada olmadığını, 30 iyun 2023-cü il tarixdə, təxminən saat 22:00 radələrində kəndin çayxanasında olduğunu, həmin vaxtı çayxanada olan qonşu kənddən olan Qeybullah dayının ona Ümüdvarın avtomobilinin olmadığını, onu evə aparmasını xahiş etdiyini, Ümüdvarı idarə etdiyi “Ford” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gətirib öz evinə düşürtdüyünü, həmin vaxtı Zərərçəkmiş şəxs yaxşı vəziyyətdə olduğunu, deyib güldüyünü, bədəni üzərində hər hansı bir xəsarətin və döyülmə əlamətlərinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində Qax Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah vəzifəsində işlədiyini, 30 iyun 2024-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək Qax Rayon Mərkəzi Xəstəxanasında gecə növbəsində işdə olduğunu, 01 iyul 2024-cü il tarixdə, təxminən saat 01:10 radələrində adları sonradan ona məlum olan Qeybullah və Rövşən adlı şəxslərin Qax rayonu, Qaşqaçay kənd sakini Zərərçəkmiş şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına gətirdiyini, xəstə Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərən zaman ondan hansı nahiyəsindən xəsarət almasını, aldığı xəsarətləri necə və hansı formada aldığını soruşan zaman Zərərçəkmiş şəxs ona qabırğa nahiyələrindən və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər aldığını, həmin xəsarətləri 30 iyun 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax rayonu, Qaşqaçay kəndində yaşadığı evdə olan zamanı qardaşı Təqsirləndirilən şəxs tərəfindən dəmir armaturla qabırğa nahiyələrindən vurularaq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vururlaraq aldığını dediyini, bundan sonra tərəfindən xəstə Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərildiyini, xəstə Zərərçəkmiş şəxs 5, 6 və 9-cu qabırğaların sınığı diqnozu qoyulduğunu, daha sonra xəstə Zərərçəkmiş şəxs xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirildiyini, müalicəsini orada davam etdirdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, 30 iyun tarixində yoldaşı sahədə olmuşdur. Sahədən gəldikdən sonra evdə yeməyini yemiş və yatmışdır. Gecə saat 12-1 radələrində baldızı ona zəng etmişdir. Həmin vaxt qızı onu oyatmışdır ki, onun telefonuna zəng gəlir. Telefonu açan vaxt baldızı bildirmişdir ki, “Ümidvarı döyüblər, sizin xəbəriniz varmı?” O da demişdir ki, xəbəri yoxdur. Son vaxtlar Ümidvar barədə kənd camaatı yoldaşına şikayətlər edirmiş. Çünki Ümidvar spirtli içki qəbul edir və camaata söyürmüş. Sonra baldızı Dursunun harada olduğunu soruşmuşdur. O da Dursunun evdə yanında olduğunu bildirmişdir. Sonra baldızı demişdir ki, bəs deyirlər ki, Ümidvarı Dursun döymüşdür. Bildikləri bu qədərdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən əlavə şahid Dürdanə Kərimova bildirmişdir ki, baldızı ona gecə saat 12-1 radələrində zəng etmişdir. Həmin vaxt yoldaşı evdə olmuşdur. Hadisə günü yoldaşı ilə Ümidvar arasında heç bir söz-söhbət olmamışdır. Hadisə günü yoldaşı ilə Ümidvar görüşməmişdir. Hadisədən bir müddət əvvəl Qax rayonu reyester xidmətindən əməkdaşlar evi ölçəməyə gəlmişlər. Həmin ev qaynatasının adına olmuşdur. Yoldaşı sənədləri reyester xidmətinin əməkdaşlarına göstərmişdir. Bundan sonra əməkdaşlar evi ölçmədən çıxıb getmişdirlər. Baldızı zəng etdikdən sonra yoldaşına məlumat vermişdir. Yoldaşı hadisə barədə məlumatının olmadığını bildirmişdir. Yoldaşı Ümidvarın evinə getməmişdir. Zərərçəkmiş şəxsin əvvəllər pilləkəndən yıxıldığını görmüşdür. Həmin vaxt yaxınlaşmaq istəyirmiş, sonra görmüşdür ki, Ümidvar ayağa qalxıb çıxıb getdi. Yoldaşı reyesterin əməkdaşlarına evin sənədini göstərmişdir. Bundan sonra əməkdaşlar evi ölçmədən çıxıb getmişlər. Ümidvarın evi onların evdən 60-70 metr aralıda yerləşir. Onlar oturan evin giriş qapısı aşağı tərəfdəndir. Ümidvarın evinə yuxarı tərəfdən giriş vardır. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, hadisə günü atası səhər saatlarından axşam saatlarına qədər sahədə olmuşdur. Axşam saatlarında evə gəlmiş, yemək yemiş, mal-qaraya baxmış, daha sonra isə yatmışdır. Gecə saat 12-1 radələrində bibisi anasına zəng etmişdir. Həmin vaxt anasını oyadıb bibisinin ona zəng etdiyini bildirmişdir. Anası telefonu götürdükdən sonra belə bir hadisə baş verdiyini öyrənmişlər. Həmin vaxt bibisinin səsi telefondan eşidilmişdir. Bibisi atasını soruşmuşdur. Onlarda atasının evdə olduğunu bildirmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən əlavə şahid Kamila Kərimova bildirmişdir ki, hadisə günü atası ilə əmisinin arasında heç bir sözsöhbət olmamışdır. Ümumiyyətlə atası həmin günü əmisini görməmiş, bütün günü sahədə olmuşdur. Atası evə axşam radələrində gəlmişdir. Atası evə gəldikdən sonra əmisi ilə görüşməmişdir. Hadisədən bir müddət əvvəl atasıyla əmisinin torpaq üstündə problemi olmuşdur. Ancaq bu problem çox dərin olmamışdır. Sonradan reyesterdən əməkdaşlar evi ölçməyə gəlmişdilər. Atası evin sənədlərini göstərmişdir. Bundan sonra əməkdaşlar evi ölçmədən çıxıb getmişdirlər. Həmin vaxtda atasıyla əmisinin mübahisəsi olmamışdır. Əmisi Rusiya Federasiyasından gəldikdən sonra 10 gün onlarla qalmışdır. Sonra Bakı şəhərinə getmişdir. Gəldikdən sonra digər evdə qalacağını bildirmişdir. Atasına demişdir ki, əmisi digər evdə qalmaq istəyir. O da demişdir ki, həmin ev soyuqdur orada qalmasın, xəstələnər. Məhkəmə kollegiyası iş üzrə əlavə şahid qismində dindirilmiş X3 və X4 məhkəmə istintaqında hadisə günü Dursun və Ümüdvarın arasında heç bir söz söhbətin olmamasını, Təqsirləndirilən şəxs sahədə təsərrüfat işlərini gördükdən sonra evə yorğun gəlməsini və yeməyini yeyib yatmasını, həmçinin onun Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi ilə bağlı verdikləri ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən ifadələr kimi qiymətləndirir və onların bu hissədə məhkəmə istintaqında verdikləri ifadələrini mötəbər sübut hesab etmir. Belə ki, iş üzrə əlavə şahidlər X9 və X1 Dursun Şaban oğlunun ailəsinin üzvləri olması, yəni arvadı və qızı olması onların bu formada, Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadə verməsini anlaşılan edir. Göründüyü kimi şahid X9 və X11 məhkəmə iclasında belə ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan yayındırmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 01 iyul 2024-cü il tarixli “ərizə”dən görünür ki, X22 rayon Polis şöbəsinə müraciət edərək 30 iyun 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman qardaşı Təqsirləndirilən şəxs onunla mübahisə edərək sol göz nahiyyəsinə və bədən nahiyyəsinə bir neçə yumruq vuraraq xəsarət yetirmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 01 iyul 2024-cü il tarixli “raport”dan görünür ki, Qax RMX-nın acil şöbəsinin tibb bacısı Ramazanova Qax rayonu Qaşqaçay kənd sakini X6 5,6 və 9-cu qabırğalarının sınığı xəsarəti ilə xəstəxanaya daxil olması barədə telefonla məlumat vermişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 16 iyul 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Qax rayonu, Qaşqaçay kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı mərhum atası X5 məxsus fərdi yaşayış evidir (cild 01. iş vər. 12-15). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X13” X18 Qax rayon şöbəsinin 25 iyul 2024-cü il tarixli, 83 nömrəli rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və rentgen müayinəsinə əsaslanaraq, hadisə haqqında olan ilkin məlumatları nəzərə alaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol saidində 1 (bir) ədəd sıyrılmış yara, sol göz ətrafında 1 (bir) ədəd, sağ gicgah nahiyəsində 1 (bir) ədəd, boynunda 1 (bir) ədəd, döş qəfəsinin sol yarısında 1 (bir) ədəd qançırlar, sol tərəfli V-Vİ-İX-X qabırğaların qapalı sınıqları nəticəsində sol tərəfli travmatik hemopnevmotoraks-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə Qax RMX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gəlməyə uyğun olub, döş qəfəsinin sol yarısında qançır, sol tərəfli V-Vİ-İX-X qabırğaların qapalı sınıqları nəticəsində sol tərəfli travmatik hemopnevmotoraks ümumilikdə dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, sol saidində sıyrılmış yara, sol göz ətrafında, sağ gicgah nahiyəsində, boynunda qançırar isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa ZƏRƏR VURMAYAN xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir (cild 01. iş vər. 19-21). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 14 avqust 2024-cü il tarixli Qax Rayon İHB-nın Qaşqaçay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qaşqaçay kəndində qeydiyyatdadır, həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 41-42). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 20 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01. iş vər. 49). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 19 avqust 2024-cü il tarixli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qax rayon Mərkəzi Xəstəxanası” X18 18-1-50-2-885/2024 nömrəli məktubundan görünür ki, Qax rayonu, Qaşqaçay kəndində yaşayan, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Qax RMX PHŞ-in Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə dispanser qeydiyyatında deyildir (cild 01. iş vər. 50). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 23 avqust 2024-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyü Zərərçəkmiş şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir (cild 01. iş vər. 63-69). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 02 sentyabr 2024-cü il tarixli “üzləşmə haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı əlində olan dəmir armaturla onun sol çiyin nahiyəsindən, qabırğa nahiyəsindən vurduğunu, bundan sonra yerə yıxıldığını, yerdə təpiklə bədəninin müxtəlif nahiyələrindən vurduğunu və daha sonra əli ilə boğaz nahiyəsini tutub sıxdığını, qızı Kamila Kərimovanın oraya gəlib “vurma” dedikdən sonra çıxıb getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs üzləşdirmə zamanı dedikləri işin digər halları ilə uyğunluq təşkil etdiyindən sübut kimi qəbul edilmişdir (cild 01, iş vər. 84-85). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 06 sentyabr 2024-cü il tarixli “üzləşmə haqqında” protokoldan görünür ki, “Zərərçəkmiş şəxs üzləşdirmə zamanı Kamila Kərimovanın üzünə qarşı atası Təqsirləndirilən şəxs dəmir armaturla onun sol çiyin nahiyəsindən, qabırğa nahiyəsindən vurduğunu, bundan sonra yerə yıxıldığını, yerdə təpiklə bədəninin müxtəlif nahiyələrindən vurduğunu və daha sonra əli ilə boğaz nahiyəsini tutub sıxdığını, daha sonra onun oraya gəlib “vurma” dedikdən sonra atası Təqsirləndirilən şəxs çıxıb getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs üzləşdirmə zamanı dedikləri işin digər halları ilə uyğunluq təşkil etdiyindən sübut kimi qəbul edilmişdir (cild 01. iş vər. 97-98). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 09 sentyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 10:40 dəqiqədə Təqsirləndirilən şəxs Qax rayon Polis şöbəsinin inzibati binasında tutulmuşdur (cild 01, iş vər. 102-103). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 10 sentyabr 2024-cü il tarixli Qax Rayon Məhkəməsinin 4(024)-28/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu 09 sentyabr 2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 148-155). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 16 sentyabr 2024-cü il tarixli “raport”dan görünür ki, əməliyyat tapşırığının icrası ilə bağlı olaraq tərəfimizdən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax rayonu, Qaşqaçay kəndində yerləşən qardaşı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağında həmin evə görə aralarında yaranmış mübahisə zəmnində qardaşı Zərərçəkmiş şəxs dəmir armaturla döyərək xəsarət yetirməsi müəyyən olunmuşdur. Lakin, hadisə zamanı ətrafda hadisəni görən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində, həmçinin, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi cinayətin predmeti hesab edilən 60-70 sm uzunluğunda, sarı rəngli dəmir armaturun müəyyən edilməsi istiqamətində tərəfimizdən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır (cild 01. iş vər. 160-161, 174). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 17 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsinin 665 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayəti törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayəti törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlı olmuşdur (cild 01. iş vər. 189- 191). Cinayət işinin materiallarında olan 02 oktyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 221.3, 126.2.4, 29, 120.1 və 126.2.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 214-223). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müxtəlif məsələlər üzrə şəxsən onun əleyhinə olan sübutlara dair etirazlar etmiş və onları mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Dursun və Ümidvar Kərimovlar qardaşdırlar və cinayət hadisəsi baş verənədək onların münasibətləri yaxşı olmuşdur. Belə ki, Ümidvar 1998-ci ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşamış, yalnız 2015-ci ildə və 2019-cu ildə cəmi 2 dəfə təxminən 1 həftəlik müddətə Qax rayonuna gəlmiş və daha sonra geri qayıtmışdır. 2024-cü ilin aprel ayında Rusiya Federasiyasından gələrək 10 gün qardaşı Dursungildə qalmışdır. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs Ümidvar Kərimov 10 gün qardaşı Təqsirləndirilən şəxsgildə qaldıqdan sonra mərhum atası Şabana məxsus 1 mərtəbəli fərdi yaşayış evinə köçməyi qərara almış və həmin yaşayış evində yaşamağa başlamışdır. Qısa müddət ərzində Ümidvar Kərimov həmin evin və ona aid olmasını iddia etdiyi 12 sot torpağın onun adına sənədləşməsi ilə bağlı Şəki Əmlak Komitəsinə müraciət etmişdir. Nəticədə isə Qax rayonu, Qaşqaçay kəndində mərhum atalarına məxsus 0,12 ha torpaq sahəsinin və 1 mərtəbəli yaşayış evinin Zərərçəkmiş şəxs kəndə gəldikdən sonra ona məxsus olduğunu iddia edərək həmin 12 sot torpaq sahəsinin və onun üzərində yerləşmiş fərdi yaşayış evinə aid sənədləri Təqsirləndirilən şəxs tələb etmiş, bununla bağlı Ümüdvar mütəmadi olaraq Təqsirləndirilən şəxsla mübahisə etmiş, Təqsirləndirilən şəxs isə fərdi yaşayış evinə dair sənədləri həmin evin mərhum atasından miras qaldığını, həmin miras əmlaka onun nəzarət etdiyini qeyd edərək mülkiyyətin sənədlərini qardaşı Ümüdvara verməmiş və həmin evin mərhum atasından ona miras qaldığını bildirmişdir. Ümidvar Kərimov ilə qardaşı Təqsirləndirilən şəxs arasında mövcud olan münasibət getdikcə korlanmış və Təqsirləndirilən şəxs 30 iyun 2024-cü il tarixdə, saat 23:00 radələrində Qax rayonu, Qaşqaçay kəndində yerləşən mərhum atası Şaban Kərimova məxsus fərdi yaşayış evinin yataq otağında qardaşı Ümüdvar ilə həmin evə görə aralarında yaranan mübahisə zamanı əsəbləşərək əlində olan dəmir armaturla qardaşı Ümüdvarın sol qabırğa nahiyəsindən 1 dəfə və sol çiyin nahiyəsindən 1 dəfə qəsdən vurmuş, zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış, Təqsirləndirilən şəxs yerə yıxılmış Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən çoxlu sayda təpiklə qəsdən vuraraq və əli ilə boğaz nahiyəsindən qəsdən tutub sıxaraq xəsarət yetirmişdir. Bunun nəticəsində Ümidvar Kərimov sol saidində 1 (bir) ədəd sıyrılmış yara, sol göz ətrafında 1 (bir) ədəd, sağ gicgah nahiyəsində 1 (bir) ədəd, boyunda 1 (bir) ədəd qançır xəsarətlərindən ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan və döş qəfəsinin sol yarısında 1 (bir) ədəd qançır, sol tərəfli V-Vİ-İX-X qabırğaların qapalı sınıqları nəticəsində sol tərəfli travmatik hemopnevmotoraks xəsarətlərinə aid dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət almışdır. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, ekspertizanın rəyləri və işdə olan biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlərlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz təqsirləndirilən şəxsin ona yetirdiyi zərbələr nəticəsində almışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı hadisə baş verən gün evdə olması, yorğun halda olduğu üçün yatması, gecə vaxtı bacısı zəng edib hadisə barədə onlara məlumat verməsi, qardaşının ondan intiqam alaraq onu şərləməsi, yəni qardaşı ölçü işində iştirak etməsin deyə onu şərləyib həbs etdirməsini, qardaşı evdə yıxılıb xəsarət almasını və bu barədə bacısı oğlunun ona eşitdiklərini deməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, şəxs cinayət məsuliyyətindən yayınmaq üçün bu formada ifadə verir. Odur ki, məhkəmə həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və əsaslı saymır. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində 30 iyun 2024-cü il tarixdə, təxminən saat 23:00 radələrində evdə olub yatmaq istədiyi zaman evin giriş qapısına nəyinsə dəydiyini eşitməsini, həmin şəxsin nalayiq söyüşlər söyərək qapını açmasını deməsini, həmin şəxsin qardaşı Dursun olduğunu, qapını açdıqdan sonra Dursunun əlində sarı rəngli təxminən 60-70 sm uzunluğunda dəmir armaturla içəri girdiyini, Dursun onun baş nahiyəsinə vurmaq istədiyini, həmin vaxtı əyildiyini, dəmir armaturun ona dəymədiyini, bundan sonra qardaşı Dursunun yenidən dəmir almaturla 1 dəfə qəsdən onun sol qabırğa nahiyəsindən, 1 dəfə isə qəsdən sol çiyin nahiyəsindən vurduğunu, özünü ayaq üstə saxlaya bilməyib yerə yıxıldığını, Dursunun yerdə onun bədəninin müxtəlif nahiyələrindən təpiklə çoxlu sayda vurmağa başladığını, daha sonra Dursunun əli ilə onun boğaz nahiyəsini sıxdığını və həmin vaxtı oraya Dursunun qızı Kamilanın gələrək atası Dursuna qışqıraraq onu vurmamasını bildirməsini, bundan sonra Dursunun oradan uzaqlaşıb çıxıb getdiyini, habelə hadisə baş verməzdən əvvəl kəndin mərkəzində yerləşən çayxanada dostu Qeybullah ilə oturub çay içməsini, daha sonra evə getmək istədiyini, dostu Qeybullahın orada olan həmkəndlisi Şabandan onu evə aparmasını xahiş etməsini, daha sonra isə Şabanın idarə etdiyi avtomobillə atasına məxsus evə gəldiyini və evə getməmişdən əvvəl heç kimlə dava-dalaş etmədiyini bildirmişdir. 25 iyul 2024-cü il tarixli Məhkəmə-Tibbi Ekspertiza və X13 X18 Qax rayon şöbəsinin 83 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol saidində 1 (bir) ədəd sıyrılmış yara, sol göz ətrafında 1 (bir) ədəd, sağ gicgah nahiyəsində 1 (bir) ədəd, boynunda 1 (bir) ədəd, döş qəfəsinin sol yarısında 1 (bir) ədəd qançırlar, sol tərəfli V-Vİ-İX-X qabırğaların qapalı sınıqları nəticəsində sol tərəfli travmatik hemopnevmotoraks-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcədə Qax RMX-ya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gəlməyə uyğun olub, döş qəfəsinin sol yarısında qançır, sol tərəfli V-Vİ-İX-X qabırğaların qapalı sınıqları nəticəsində sol tərəfli travmatik hemopnevmotoraks ümumilikdə dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol saidində sıyrılmış yara, sol göz ətrafında, sağ gicgah nahiyəsində, boynunda qançırar isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə qardaş olması səbəbindən ona aşağı həddə cəzanın təyin edilməsi onun cəzadan azad edilməsi kimi deyil, əksinə cinayət törətməkdə təqsiri sübuta yetirilmiş, lakin zərərçəkmiş şəxslə eyni ailədə doğulmuş, böyümüş, boya başa çatmış və eyni ailənin övladı olan Təqsirləndirilən şəxs dövlət tərəfindən göstərilən mərhəmət kimi qəbul edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 09 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Günay Aşurova Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-83/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-83/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver