Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-84/2024 31.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X18, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci il tarixdə İsmayıllı rayonunun Kürdmaşı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli və himayəsində 4 uşağı olan, işləməyən, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263- 1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin “velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə” dair və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin “mexaniki nəqliyyat vasitəsi sürücüsünün hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olmasına” dair tələbini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində yüngül dərəcəli sərxoş halda, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi X4 mülkiyyətində olan baş etibarnamə əsasında idarə etdiyi 1988-ci ildə istehsal olunmuş, “VAZ-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ruşan-İsmayıllı avtomobil yolunun Ruşan kəndi ərazisindən keçən hissəsi ilə İsmayıllı istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaları, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçıları, onların nəqliyyat vasitələri və başqa əmlaka zərər vurmamalı olmasına, nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin dayanıqlı hərəkətini təmin etmək üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli olduğu halda bunları etməyərək, yaşayış məntəqəsi daxilində avtomobili saatda 60 kilometrdən artıq, yəni 70-80 km/saat sürətlə idarə edib hərəkətin intensivliyini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almamaqla, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozmuş və qeyd olunan tələblərin pozulması ilə əlaqədar idarəetməni itirməsi nəticəsində avtomobil yoldan sol tərəfə çıxaraq ağaca dəydikdən sonra aşmış, törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində o, ehtiyatsızlıqdan avtomobilin arxa oturacağında əyləşmiş sərnişin X13 başbeyinə qansızma ilə müşayiət edilən sol gicgah və kəllə əsası sümüklərinin sınığı, sol qaş qövsünün yarası, sol göz qapaqlarının qançırlarından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq almış olduğu travma nəticəsində baş beyinin və onun qişaları altına qansızmalardan hadisə yerində ölməsinə, avtomobilin qabaq oturacağında əyləşmiş sərnişin Şahid alın nahiyəsinin çapıq toxuması kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almasına, habelə avtomobili zədələməklə avtomobilin sahibi X6 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tərlanla usta kimi işləmişlər və bir nəfərdən alacaqları olmuşdur. Buna görə də, Tərlana zəng etmişdir. Tərlan ona demişdir ki, istəyirsə, gəlsin bir yerdə gedib o adamın yanına alacaqlarını istəsinlər. Tərlan ona demişdir ki, gəlib onu Samirgildən götürsün. Hava şəraiti bir az çiskinli olmuşdur. Tərlanın yanına gəlmişdir və ona demişdir ki, maşına əyləşsin getsinlər. Həmin vaxt Tərlan demişdir ki, Samir də gəlmək istəyir. Bundan sonra iki dəqiqə gözləmişlər və Samir gəlmişdir. Samir gələndən sonra kafeyə getmişlər və spirtli içki qəbul etmişlər. Həmin vaxt o, bir-iki bakal pivə içmişdir. Bundan sonra Samir demişdir ki, getsinlər kənddə yemək yesinlər. Həmin kəndə getmişlər, lakin kafe bağlı olduğu üçün geri qayıtmışlar. Geri qayıdan vaxt yolda avto-qəza keçirmişlər. Həmin vaxt hava şəraiti çiskinli olmuş və birinci dəfə həmin yolu getmişdir. Getdiyi yolu tanımamışdır. Kənddən dönüşdə üzü aşağı yol olmuşdur. Həmin yolda idarəetməni itirmiş və maşın yoldan çıxaraq ağaca dəymişdir. Ölən şəxs onun yaxın dostu olmuşdur. Məhkəmə kollegiyasından barəsində qərar qəbul olunarkən, əməlindən peşman olmasının və himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, sürücülük vəsiqəsi olmamışdır. Pivədən sonra gedib araq içməmişdir. Hadisə günü iki bakal pivə içmişdir. Yolu bilmədiyi üçün və eyni zamanda, kəskin döngə ilə qarşılaşdığı üçün idarəetməni itirmişdir. Hadisə vaxtı idarəetdiyi maşının surəti saatda 60- 70 kilometr olmuşdur. İcazə verilən surət səhv etmirsə, 60-70 km/saat olmuşdur. Əvvəllər belə bir hadisə törətməmişdir. Himayəsində iki azyaşlı olmaqla dörd uşağı vardır. Ondan başqa ailədə gəlir gətirən şəxs yoxdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X19 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisə günü evində ustalar işləmişdir. Qaynı ilə “Tərlan” adlı usta spirtli içki qəbul etmişdir. Onlar yoldaşını harasa dəvət etmişdir. Həmin vaxt yoldaşı yorğun olduğunu və getmək istəmədiyini bildirmişdir. Sonra elə olmuşdur ki, bir müddət sonra yoldaşı Tərlanla harasa gedəsi olmuş və bu barədə ona məlumat vermişdir. Yoldaşı çıxdıqdan bir müddət sonra eşitmişdir ki, avto-qəza baş vermiş və yoldaşı ölmüşdür. Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Mican kəndində yaşayır, evlidir, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmaqla dolanır. X23 ilə münasibəti əvvəllər yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs da tanışıdır və onunla da münasibəti yaxşı olmuşdur. Bir müddət əvvəl İsmayıllı rayonu Aşıqbayram kəndində bir şəxsin evində usta kimi işləmiş və ev sahibindən pul alacaqları olmuşdur. 09 iyul 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Aşıqbayram kəndində usta kimi işlədikləri evin sahibindən pul borcunu alıb-almadığını soruşduqda o, X3 və bir qədər sonra çıxacağını, yanına gəlməyini və birlikdə zəng edib həmin şəxsdən soruşmaqlarını demişdir. Varis ona demişdir ki, kənd ərazisində hardasa oturub pivə də içərik. Varis idarə etdiyi “Vaz-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samirin yaşadığı evin qarşısına gəlmiş və o, qapıya çıxmış, həmin vaxt Samir Babayev də demişdir ki, mən də sizinlə gedirəm. O, qabaq sağ oturacaqda, Samir də arxa sağ oturacaqda oturmuş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla yola tərəf çıxarkən o və Varis kənd ərazisində kafelərdən birində əyləşib pivə içməyi bildirsələr də, mərhum X33 rayonu Qaraməryəm qəsəbəsinə gedib pivə içməklərini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Göyçay rayonu Qaraməryəm qəsəbəsinə getmiş və orada kafelərdən birində hər biri 3-4 bakal pivə içmiş, saat 22:30 radələrində pivə içib söhbət edərkən Samir bildirmişdir ki, 3-4 gün əvvəl Ruşan kəndində Tahir adlı şəxsin kafesində kabab yemişdir və təklif etmişdir ki, birlikdə həmin kafeyə gedib kabab sifariş verib yeyək. O və Varis Samirin təklifi ilə ilk əvvəl razı olmamış, saat təxminən 23 radələrində maşına əyləşmiş və Varis sükan arxasında, o, qabaq sağ oturacaqda, Samir isə arxa sağ oturacaqda əyləşmişdir. O, 11 iyul 2023-cü il tarixdə saat təxminən 00:05 radələrində Ruşan kəndinə Tahir adlı şəxsin kafesinin qarşısına çatmış və kafenin bağlı olduğunu görmüşlər. Kafenin yaxınlığındakı mağazadan Varis özünə 1 qutu siqaret almış, kafenin bağlı olduğunu görüb maşının sükanı arxasına əyləşmişdir. Tərlan qabaq sağ oturacaqda, mərhum Samir də arxa sağ oturacaqda əyləşmişdir. Bundan sonra Varis avtomobili idarə edərək Kürdmaşı istiqamətində hərəkət etməyə başlamış, hava az yağıntılı olmuş və hava çiskin olmuşdur. Təqsirləndirilən şəxs 01 iyul 2023-cü il tarixdə saat 00:10 radələrində təxminən 70-80 km sürətlə hərəkətdə olarkən yolun sağa sərt döngəli hissəsində idarəetməni itirmiş və əyləci bassa da artıq gec olduğundan avtomobil qarşıda ağaca çırpıldıqdan sonra başı üstə aşmışdır. Sonradan baş verənləri xatırlamır, xəstəxanada özünə gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinə Azərbaycan Respublikası DYMH-nin dispetçeri tərəfindən 28-5-52-31 nömrəsi ilə İsmayıllı rayonu Ruşan kəndinin girəcəyində yol nəqliyyat hadisəsi baş verməsi və maşının içərisində sıxılıb qalan olması barədə məlumat verilmişdir (cild 01, iş vər. 02). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun İsmayıllı rayonu Ruşan kəndi ərazisində baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz- 21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı istiqamətində hərəkətdə olarkən yolun döngəli hissəsində idarəetməni itirmiş və avtomobil yoldan çıxaraq yolun kənarında ağaca çırpıldıqdan sonra sol tərəfdəki çökəklik hissəyə düşərək qalmış, avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmiş X23 hadisə yerində ölmüş, sürücü Təqsirləndirilən şəxs və qabaq oturacaqda sərnişin qismində əyləşmiş Şahid müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı RMX-na aparılmışlar. Hadisə yerində yolun hərəkət hissəsinin eni 6 metrdir. Yol asvalt örtüklüdür. İsmayıllı istiqamətində yolun sol ehtiyat hissəsinin eni 2 metr, sağ ehtiyat hissəsinin eni 1,5 metrdir. Yolun hərəkət hissəsinin kənarı əkin sahəsidir, əkin sahəsi biçilmişdir. Vaz-21063 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarından 6 metr çökək hissədə sağ yanı üstə aşmış vəziyyətdə qalmışdır. Avtomobilin yoldan çıxaraq sol ehtiyat hissədə ağaca çırpıldığı yerdə ağac üzərində zədə izləri vardır. Avtomobilin salonunda hər hansı qanabənzər ləkə aşkar edilməmiş və götürülməmişdir. Asvalt üzərində hər hansı əyləc izi yoxdur. “Vaz-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerindən İsmayıllı RPŞ-nin müvəqqəti saxlama duracağına yerləşdirilmişdir. Hadisə yaşayış məntəqəsi daxilindəki yolda baş vermişdir. Yolda sürət məhdudiyyətini göstərən yol nişanı yoxdur. Hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya götürülməmiş, baxış süni işıqlandırma şəraitində aparılmışdır. Protokol baxış iştirakçılarına oxunmuş, heç bir şikayət, əlavə və düzəliş daxil olmamış, düzgün tərtib edilmiş və doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Hadisə yerini əks etdirən foto şəkillər və sxem müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 03-09). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə İsmayıllı RMX-dən zəng edilərək, İsmayıllı rayonu Kürdmaşı kənd sakinləri 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “baş nahiyyəsinin arxa səthinin kəsilmiş yarası, döş qəfəsinin səthi travması” diaqnozu ilə, 1987-ci il təvəllüdlü Şahid “ağız nahiyyəsində kəsilmiş yara, sol bazuda yumşaq toxumaların əziyi” diaqnozu ilə və 1987-ci il təvəllüdlü X23 “kişi meyiti, müayinə zamanı öldüyü aşkar edilməsi” RMX-yə daxil olması və bu şəxslərin YNH-si zamanı xəsarət almaları barədə məlumat verilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tibbi ərazi X7 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X26 alınmış spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin 26 iyul 2023-cü il tarixli 268 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:55-də yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tibbi ərazi X7 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X26 alınmış spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin 26 iyul 2023-cü il tarixli 267 nömrəli tibbi müayinə aktından görünür ki, Şahid xx.xx.2023-cü il tarixdə saat 01:50-də yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur (cild 01, iş vər. 17). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AD- 714372 nömrəli nəqliyyat vasitəsinin texniki qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz-21063” markalı, minik modelli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 adınadır (cild 01, iş vər. 40). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ƏN-Vİİİ№766745 nömrəli etibarnamədən görünür ki, mülkiyətçi X14 adından X16 tərəfindən 11 ay 7 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs baş etibarnamə verilmişdir (cild 01, iş vər. 41). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 67). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İsmayıllı RMX” X34 təqdim etdiyi 26 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sözgüdən xəstəxananın PHŞ-ın Poliklinika şöbəsinin “ruhi-əsəb”, “narkoloji” və “nevroloji” kabinetlərində dispaner qeydiyyatında yoxdur (cild 01, iş vər. 68). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Ağsu RQİ və TBŞ-dən alınmış xx.xx.2023-cü il tarixli 3-13-16/-2/2-2500/23 nömrəli arayışdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemində İsmayıllı rayonu Kürdmaşı kənd sakini, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi aşkar edilməmiş, xx.xx.2023-cü il tarixədək sürücülük hüququndan məhrum olunmuşlar siyahısında qeydiyyata alınmamışdır (cild 01, iş vər. 69). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “avtomaşına baxış keçirmə haqqında” protokoldan görünür ki, həmin avtomobil açıq bej rəngli olmaqla markası “Vaz 21063” markalı minik avtomobilidir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən avtomobil X4 mülkiyyətindədir. Yol nəqliyyat hadisəsi zamanı ön yəhər, alın şüşəsi, sol qabaq fara şüşəsi, qabaq buferi (bamper), qabaq alt və üst panel, sol qabaq qanad, radiator, abriosofka və digər bu hissəyə aid detallar qəza nəticəsində sıradan çıxmışdır. Foto cədvəl müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 70-72). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X8 Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 041-23 nömrəli arayışdan görünür ki, “Vaz- 21063” markalı, minik modelli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək müəyyən olundu ki, avtomobilə yol nəqliyyat hadisəsi zamanı ön yəhər, alın şüşəsi, sol qabaq fara şüşəsi, qabaq bufer (bamper) qabaq alt və üst panel, sol qabaq qanad, radiator, radiator barmaqlığı və digər bu hissəyə aid detallar qəza nəticəsində sıradan çıxmışdır. Avtomobilə baxış zamanı təmir xərci ilə birlikdə 1550-1650 manat civarında zərər müəyyən edilmişdir. Vaz-21063” markalı, minik modelli **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin tormoz (əyləc), sükanlı idarəetmə və digər sistemlərində nasazlıq müəyyən edilməmişdir (cild 01, iş vər. 73). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X38 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 428 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Şahid məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-alın nahiyəsinin çapıq toxuması kəsilmiş yara izi olub iti kənarlı alət (əşya, ola bilsin şüşə parçası) təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir (cild 01, iş vər. 74-76). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X38 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 429 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – başın çapıq toxuması kəsilmiş yara izi olub iti kənarlı alət (əşya, ola bilsin şüşə parçası) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aiddir (cild 01, iş vər. 77-79). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X38 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 21 saylı rəyindən görünür ki, 1987-ci ildə anadan olmuş mərhum X13 meyitində aşkar edilmiş xəsarətlər–baş-beyinə qansızma ilə müşayiət edilən sol gicgah və kəllə əsası sümüklərinin sınığı, sol qaş qövsünün yarası, sol göz qapaqlarının qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomaşının qəzaya düşməsi zamanı avtomobilin salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində mərhum X15 əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum S.Y.Babayevin ölümünə səbəb almış olduğu travma nəticəsində baş-beyinə və onun qişaları altında qansızmalar olmuşdur. Mərhum S.Y.Babayevin meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir.(Mərhum S.Y.Babayevdən götürülmüş qanın xx.xx.2023-cü il tarixli 2427/K saylı məhkəmə-kimyəvi müayinə aktının nəticəsi) (cild 01, iş vər. 80-86). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 114-115). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsini harada və hansı şəraitdə baş verməsini göstərmiş, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Fotocədvəl müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 118-120). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı, iki azyaşlı uşağı - 2013-cü il təvəllüdlü X20 və 2019-cu il təvəllüdlü X24) İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Həmçinin, Təqsirləndirilən şəxs X27 və X21 adlı iki uşağı da vardır və onlara hər ay aliment ödəyir (cild 01, iş vər. 121-123). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 təqdim etdiyi xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş “ərizə”dən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Ruşan kəndi ərazisində yol qəzası törətməsi faktı ilə əlaqədar avtomobildə sərnişin qismində əyləşmiş mərhum əri X13 ölməsi ilə əlaqədar sürücü Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (cild 01, iş vər. 124). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023- cü il tarixli 9/6368 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş arayış məlumatlarına əsasən, 1988-ci il buraxılışlı “VAZ-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin iyul ayına olan təmir bərpa xərci təxminən 860 manat müəyyən edilir (cild 01, iş vər. 125- 128). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X19 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X4 İsmayıllı Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, “Vaz 21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmi sənədlərlə onun mülkiyyətində olsa da faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsindədir. O, pul müqabilində X1, sonuncu isə həmin avtomobili pul müqabilində Təqsirləndirilən şəxs satmışdır. Avtomobil faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində və mülkiyyətində olduğundan, həmin avtomobilə dəymiş ziyanla əlaqədar heç bir şikayəti, iddiası və tələbi yoxdur (cild 01, iş vər. 133). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Şahid ərizə ilə İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində İsmayıllı rayonu Ruşan kəndi ərazisində idarə etdiyi sərnişin qismində əyləşdiyi “Vaz-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdmaşı kəndi istiqamətində hərəkətdə olarkan idarəetməni itirmiş və avtomobilin aşması nəticəsində sağlamlığına yüngül dərəcəli zərərvurmya aid bədən xəsarəti almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur (cild 01, iş vər. 134). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3177 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21063 markalı **-BB-*** fdövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbləinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 01, iş vər. 155-158). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 187.1 və 264-cü maddələrinin cinayətlərinin tərkibi olmadığından, həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilməsi və cinayət işindən material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Həmçinin, X5 yol nəqliyyat hadisəsi nəticəsinə 860 manat məbləğində maddi ziyan dəyməsinə baxmayaraq mülki iddia vermədiyindən zərərçəkmiş şəxs qismində və mülki iddiaçı qismində tanınmaması nəzərə alınmışdır. Bundan əlavə, Şahid sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti aldığından, iş üzrə zərərçəkmiş şəxs qismində tanınması və mülki iddiasının olmaması nəzərə alınmışdır (cild 01, iş vər. 183-193). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və onların mötəbərliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətlərinin olması, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən alkoqol sərxoşluğu vəziyyətində, habelə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq idarə etməni itirmiş, Samir Babayev aldığı xəsarətlərdən ölmüş, Şahid isə bədən xəsarəti almış və Ramin Şükürovun mülkiyyətində olan avtomobilə isə 860 (səkkiz yüz altmış) manat dəyərində maddi ziyan vurmuşdur. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan bir zərər çəkmiş şəxsin ölümünə, digərinin xəsarət alamasına və avtomobilin mülkiyyətçisinə isə maddi ziyanın vurulmasına səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs alkoqollu içki qəbul edərək nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2023-cü il tarixdə Ramin Şükürovun mülkiyyətində olan baş etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyətində idarə etmişdir. O, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin avtomobili alkoqol sərxoşluğu vəziyyətində Ruşan- İsmayıllı avtomobil yolunun Ruşan kəndi ərazisindən keçən hissəsi ilə İsmayıllı istiqamətində “yaşayış məntəqəsi” daxilində avtomobili 70-80 km/saat sürətlə idarə edərkən, gecə saat 00:10 radələrində hərəkətin intensivliyini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almamış, habelə hərəkət üçün təhlükə yarandığını görmüş, nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiş, idarəetməni itirmiş və avtomobil yoldan sol tərəfə çıxaraq ağaca dəydikdən sonra aşmışdır. Nəticədə avtomobilin arxa oturacağında əyləşmiş X23 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq hadisə yerində ölmüş, avtomobilin qabaq oturacağında əyləşmiş Şahid isə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almış, eyni zamanda avtomobili zədələməklə avtomobilin mülkiyyətçisi Ramin Şükürova 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Habelə mərhum Samir Babayev maşını onun idarə etməsini Təqsirləndirilən şəxs təklif etmiş, o, Samirə maşını özü idarə edəcəyini bildirmiş, onlar Varisin idarə etdiyi avtomobillə əvvəlcə Göyçay rayon Qaraməryəm qəsəbəsinə gedərək orada kafelərin birində hər biri 3- 4 bakal pivə içmiş, bundan sonra Ruşan kəndinə Tahir adlı şəxsin kafesinə getmiş, lakin kafe bağlı olduğundan Varis avtomobili 70-80 km saat sürətlə idarə edərək Kürdmaşı istiqamətində hərəkət etmişdir. Beləliklə Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsi daxilində 70-80 km saat sürətlə sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Başqa sözlə o, sürücülük hüququqnun olmamasını və sərxoş vəziyyətdə olduğunu bilmiş, başa düşmüş, əməlinin ictimai təhlükəli nəticələr doğura biləcəyi imkanı qabaqcadan dərk etmiş və kifayət qədər əsaslar olamadan həmin nəticənin qarşısını alacağını güman etmiş, lakin buna baxmayaraq nəqliyyat vasitəsini özü idarə etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən maddədə göstərilən vəzifələri icra etməli idi. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Repsublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, yəni velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə dair, Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair və bundan başqa həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz) hərəkət etməli olmasına dair tələblərlə yanaşı həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olmasına dair vəzifələr qoyulur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə əsasən – hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Təqsirləndirilən şəxs yaşayış məntəqəsi daxilində avtomobili saatda 60 kilometrdən artıq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə avtomobili idarə etməsi məhkəmə istintaqında dindirilmiş şahid ifadəsi ilə və digər sübutlarla tam şəkildə təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs kənd ərazisində hardasa oturub piyvə içmələrini təklif etmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Göyçay rayonu Qaraməryəm qəsəbəsinə getmişlər və orada kafelərdən birində hər biri 3-4 bakal pivə içmiş, saat 22:30 radələrində pivə içib söhbət etmişlər. Söhbət əsnasında X40 kəndində Tahir adlı şəxsin kafesində kabab yeməyə getmələrini təklif etmiş və onlar Ruşan kəndinə getmişlər. Ruşan kəndində Tahir adlı şəxsin kafesi bağlı olduğundan Kürdmaşı istiqamətində hərəkət etmişlər. Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 00:10 radələrində təxminən 70-80 km sürətlə hərəkətdə olarkən yolun sağa sərt döngəli hissəsində idarəetməni itirmiş və əyləci bassa da artıq gec olduğundan avtomobil qarşıda ağaca çırpıldıqdan sonra banı üstə aşmışdır. X29 Qİ və TBŞ-nın İsmayıllı rayon Polis şöbəsinə ünvanladığı məktubdan görürnür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmiş, xx.xx.2023-cü il tarixədək sürücülük hüququndan məhrum olunmuşlar siyahısında qeydiyyata alınmamışdır. Habelə, “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin” tibb müayinə aktlarında (268 nömrəli müayinə aktı və 267 nömrəli müayinə aktı) Təqsirləndirilən şəxs və Şahid sərxoş olduqları, meyitin məhkəmə - tibbi ekspertizasına dair 21 nömrəli ekspert rəyindən isə mərhum X13 qanında etil spirti aşkar edilməməsi müəyyən edilmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmçinin avtomobili alkoqol sərxoşluğu vəziyyətində Ruşan-İsmayıllı avtomobil yolunun Ruşan kəndi ərazisindən keçən hissəsi ilə İsmayıllı istiqamətində “yaşayış məntəqəsi” daxilində avtomobili 70-80 km/saat sürətlə idarə etdiyi avtomobillə, gecə saat 00:10 radələrində hərəkətin intensivliyini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almamış, idarəetməni itirmiş və avtomobil yoldan sol tərəfə çıxaraq ağaca dəydikdən sonra aşmış, aşma nəticəsində Samir Babayev hadisə yerində ölmüş, Şahid isə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almış, eyni zamanda avtomobilin sahibi Ramin Şükürova 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmuşdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 –cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri vardır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3 -cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və onun əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin, göstərilən maddə üzrə ona nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yolnəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair 29 yanvar 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, o cümlədən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, maddi sübut qismində çıxış edən ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs istifadəsində olan və hazırda İsmayıllı RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan VAZ 21063 markalı **-BB-*** markalı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmalı və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 135 (bir yüz otuz beş) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 135 (bir yüz otuz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X9 təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və İsmayıllı RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan VAZ 21063 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 135 (yüz otuş beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-84/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-84/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver