Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-84/2025 08.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Yevlax Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 aprel 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,108 qram miqdarında narkotik vasitə olan heroini 14 iyul 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ilə Vəli Axundov küçəsinin kəsişməsində yerləşən “Füzuli” parkında qeyrisindən 100 manat pul müqabilində əldə edib üzərində saxlamış, 17 iyul 2024-cü il tarixdə saat 13:00-da narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax şəhəri Vidadi küçəsində Yevlax Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin gün saat 13:40-dan 14:10-dək olan müddət ərzində Yevlax rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə və video çəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş bükülüdə satış məqsədi olmadan qanunsuz olaraq qeyrisindən 100 manat pul müqabilində əldə edib saxladığı 2,108 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar olunmuş və qanunamüvafiq qaydada rəsmiləşdirilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, onun üzərində 2 qram narkotik vasitə heroin olmuş, amma o, polis əməkdaşlarının gəldiyini görüb həmin narkotik vasitəni zibilə tullamışdır. Polis əməkdaşları onun üzərindən heç bir narkotik vasitə aşkar etməmişlər, onu polis şöbəsinə apararaq üzərinə narkotik vasitə qoymuşlar. Zibilə atdığı narkotik vasitəni Şirvan şəhərində Teymur Əkbərov adlı şəxsdən əldə etmişdir. Belə ki, 2 qram narkotik vasitə üçün Teymur Əkbərova iki ədəd 50 manatlıq olmaqla 100 manat pul vermişdir. Həmin narkotik vasitənin üzərindən təxminən üç-dörd dəfə istifadə etdiyi üçün üzərində təxminən 1,5 qram heroin qalmışdır. Narkotik vasitəni hər dəfə 0.1 qram olmaqla istifadə etmişdir. Polis şöbəsində ona qarşı zorakılıq olunmuş, bədəninin müxtəlif nahiyələrində xəsarətlər yaranmışdır. Polis əməkdaşları onun qulağının dibinə, ayaqlarına və sinəsinə vurmuşlar, həmin nahiyələri qapqara olmuşdur. Yevlax rayon Polis Şöbəsində ədavəti və ya düşmənçiliyi olan şəxs yoxdur. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitə Teymur Əkbərovdan aldığı narkotik vasitə olmamışdır. Belə ki, o, Teymur Əkbərovdan aldığı narkotik vasitəni zibilə atmışdır. Polis əməkdaşları onun narkotik vasitəni atdığını görməmiş və həmin narkotik vasitəni götürməmişlər. Şəxsi axtarış zamanı onun üzərindən aşkar olunan narkotik vasitəni polis şöbəsində onun üzərinə qoymuşlar. Narkotik vasitə aldığı Şahid2 adlı şəxs də şübhəli şəxs kimi saxlanılaraq barəsində cinayət işi başlanılmışdır. Bütün heroinlər eyni tərkibli olduğu üçün Şahid2 üzərindən aşkar olunmuş heroinlə onun üzərindən aşkar olunmuş heroin eyni tərkibli ola bilər. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı şübhəli şəxs qismində, eləcə də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyət olduğundan həmin ifadələr elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadələrində göstərmişdir ki, o, narkotik vasitə olan heroin istifadəçisidir. 2024-cü ilin iyul ayının 14-də əvvəllər tanıdığı, 7 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi, məhkum yoldaşı olmuş Şirvan şəhər sakini Şahid2 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona narkotik vasit heroin satmasını istəmişdir. Belə ki, o, Şahid2 narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. O, 14 iyul 2024cü il tarixdə saat təxminən 12 radələrində Yevlax şəhər avtovağzalından tanımadığı “Mercedes” markalı yol avtomobili ilə Hacıqabul rayonuna getmiş, oradan isə tanımadığı “Vaz” markalı taksi ilə Şirvan şəhərinə Teymurun dediyi “Fizuli” parkına getmişdir. O, parkda olan çayxanaların birində bir neçə dəqiqə oturaraq Teymurun gəlməsini gözləmiş və 14 iyul 2024-cü il tarixdə saat 15 radələrində Teymurla görüşərək Teymura iki ədəd 50 manatlıq əskinas şəklində olmaqla 100 manat pul verərək Teymurdan bir ədəd bükümdə 2 qramdan çox narkotik vasitə olan heroin almış və bundan sonra yaşadığı Yevlax şəhərinə qayıtmışdır. O, 17 iyul 2024-cü il tarixdə saat 13:00 radələrində Yevlax şəhəri Vidadi küçəsində olan zaman mülki geyimli polis əməkdaşlarının ona yaxınlaşdığını görərək polisin onun üzərində narkotik vasitə heroin olmasından məlumatının olduğunu və onu tutmaq istədiklərini bilmişdir. Buna görə də məsuliyyətdən yayınmaq üçün üzərində olan narkotik vasitəni yerə atmış, lakin polis əməkdaşları onun narkotik vasitəni tulladığı yerdən götürərək yenidən onun cibinə qoymuşlar və onu saxlayaraq Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Yevlax Rayon Polis Şöbəsində müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı onun şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülüdə olan, Şirvan şəhər sakini Şahid2 almış olduğu narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Həmçinin şəxsi axtarış zamanı onun üzərində olan “Samsung” markalı mobil telefon da aşkar olunaraq götürülmüşdür. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini 14 iyul 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhərində tanışı Şahid2 100 manat pul müqabilində almışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır (cild 1, iş vərəqə 53-55, 130-132; cild 2, iş vərəqə 124-126). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax Rayon Polis X1 Qrupunun baş əməliyyat müvvəkili X5 göstərdi ki, 17 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə edildikdən sonra müvafiq qərar əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Vidadi küçəsində saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroinə bənzər maddə, “Redmi” markalı telefon və pul əskinasları aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 15 iyul 2024-cü il tarixdə Şirvan şəhərində Teymur adlı şəxsdən 100 manata aldığını bildirmişdir. Bundan sonra keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin Teymur adlı şəxs, yəni Şahid2 saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid2 üzərindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitə satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan narkotik vasitəni zibilə atmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 şahid X3 ifadəsi ilə oxşar eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs 7 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdikləri vaxtdan qiyabi olaraq tanımış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərindən narkotik vasitə aşkar olunmuş, sonuncu da həmin narkotik vasitəni ondan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs dedikləri yalandır, sonuncu ondan narkotik vasitə almamış, Şirvan şəhərinə gəlib onunla görüşməmişdir. Təqsirləndirilən şəxs nəyə görə belə ifadə verməsinin səbəbini bilmir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxsla onun arasında üzləşdirmə olarkən Təqsirləndirilən şəxs narkotik vasitəni ondan aldığını bildirmiş, o da polis şöbəsində fiziki təzyiq və təsirə məruz qaldığı üçün Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişdir. Onunla Təqsirləndirilən şəxs arasında telefon danışığı olmamışdır. Onun öz üzərindən də narkotik vasitə aşkar olunduğuna görə həbs olunmuşdur. Həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində daşımışdır. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, bəzən narkotik vasitə olan heroindən istifadə edir. 2024-cü ilin iyul ayının 14-də əvvəllər tanıdığı, 7 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi, məhkum yoldaşı olmuş, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək ona narkotik vasitə olan heroin satmasını istəmişdir. O da Hafizlə birlikdə bir müəssisədə cəza çəkdiyindən ona etibar edərək Hafizə narkotik vasitə olan heroin satmaq qərarına gəlmişdir. O, 2024-cü ilin iyul ayının 14-də saat 15 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ilə Vəli Axundov küçəsinin kəsişməsində yerləşən Fizuli parkında Təqsirləndirilən şəxsla görüşmüş və 100 manat pul müqabilində Təqsirləndirilən şəxs bir ədəd sellofan torbada 2 qramdan çox narkotik vasitə olan heroin satmışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin satdıqdan sonra, yəni 18 iyul 2024-cü il tarixdə saat 18:40 radələrində üzərində narkotik vasitə heroin olan zaman Şirvan şəhərində, yaşadığı Xəqani küçəsində olarkən 3 nəfər tanımadığı mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyini bildirməklə onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. O, həmin polis əməkdaşları ilə birlikdə Yevlax rayonuna, Yevlax rayon polis şöbəsinə getmiş və orada vəkilin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə hərəkətləri aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı onun əynində olan şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülüdə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin elektron tərəzi vasitəsi ilə çəkilmiş, qablaşdırılmış və üzəri möhürlənərək ekspertizaya göndəriləcəyi bildirilmişdir. O, şəxsi axtarış zamanı etmiş olduğu əməli səmimi olaraq etiraf etmiş, yəni həqiqətən də Yevlax şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə heroin satdığını və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqə 163-165) . Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyul 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 13:40-dan saat 14:10-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibində olan 1 ədəd “Redmi 9” markalı mobil telefon, 1 qutu “Argo” markalı siqaret, 170 manat pul və şalvarının sağ yan cibindən 1 ədəd gümüşü-ağ rəngli siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin bir ədəd bükümə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Elektron tərəzidə çəkildikdə bükümün çəkisi 2,43 qram olmuşdur. Bundan sonra həmin kütlə və “Redmi 7” markalı mobil telefon qablaşdırılaraq götürülmüş, 170 manat pul və “Argo” markalı siqaret isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır (cild 1, iş vərəqə 27-34). Şəxsi axtarış və götürmə aparılması haqqında 18 iyul 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə Şahid2 üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitə ola heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin istintaq hərəkəti zamanı Şahid2 Təqsirləndirilən şəxs 2 qramdan artıq miqdarda narkotik vasitə satdığını bildirmişdir (cild 1, iş vərəqə 83-90). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini Şirvan şəhərində yerləşən “Füzuli” parkında Şahid2 100 manat pul müqabilində aldığını bildirmiş, Şahid2 da həqiqətən Təqsirləndirilən şəxs 100 manat pul müqabilində narkotik vasitə heroin satdığını etiraf etmişdir (cild 1, iş vərəqə 117-119). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən göndərilmiş disklərdən və həmin disklərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***- **-** mobil telefon nömrələri ilə Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 13 iyul 2024-cü il tarixdə müxtəlif saatlarda telefon danışıqları həyata keçirilmişdir. Anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** və ***-***-**-** mobil telefon nömrələri, eləcə də Şahid2 istifadəsində olmuş ***-***-**- ** və ***-***-**-** saylı mobil telefon nömrələri 14 iyul 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ərazisində istifadə olunmuşdur (cild 2, iş vərəqə 24-29). Materialların məhkəmə ekspertizasının 18 iyul 2024-cü il tarixli 3-16-16/2-17/638 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 2,108 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 2,058 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 71 manat 94 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 40-43). Materialların məhkəmə ekspertizasının 19 iyul 2024-cü il tarixli 3-16-16/2-17/640 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid2 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 5,516 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid2 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin ilə üzərində “01 (bir) ədəd bükümdə heroin. Təqsirləndirilən şəxs oğ..” yazısı və digər yazılar olan 01 (bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Ekspertiza tədqiqatından sonra heroinlərin qalıq çəkisi 5,466 qram və 2,008 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 69 manat 10 qəpik müəyyən edilmişdir. (cild 1, iş vərəqə 101-105). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 sentyabr 2024-cü il tarixli 1506 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqə 89). “Yevlax rayon Mərkəzi xəstəxanası” X11 14 avqust 2024-cü il tarixli məktubundan və həmin məktuba əlavə olunmuş eyni tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 2, iş vərəqə 22-23). Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserinin 16 avqust 2024-cü il tarixli 620 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2005-ci il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır (cild 2, iş vərəqə 20). İş üzrə əməliyyat tapşırığına verilmiş 10 avqust 2024-cü il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş 2,108 qram narkotik vasitə olan heroin onun özünə məxsusdur. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar qismən doğrudur. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş 2,108 qram narkotik vasitə olan heroini 14 iyul 2024-cü il tarixdə tanışı Şirvan şəhər sakini Şahid2 100 manat pul müqabilində Şirvan şəhəri, H.Əliyev prospekti ilə Vəli Axundov küçəsinin kəsişməsində yerləşən Fizuli parkında almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,108 qram narkotik vasitə olan heroini satmaq niyətinin olması və Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarını realizə edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlaması barədə əməliyyat məlumatları daxil olmamışdır (cild 2, iş vərəqə 16-17). Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşadığı müddətdə qonşularla nisbətən yaxşı münasibətlər qurmağa çalışmışdır. Küçənin və ətraf məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgə yaşayış qaydalarına müəyyən qədər riayət etməyə çalışmışdır. Təqsirləndirilən şəxs yaşadığı müddətdə küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilmişdir (cild 2, iş vərəqə 82). Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,008 qram təşkil edən narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanması üçün Yevlax rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs və Şahid2 üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən iki ədəd disk, üzləşdirmə istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən bir ədəd disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən göndərilmiş iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 216; cild 2, iş vərəqə 131-148). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs: - Yevlax rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30 sentyabr 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş; - Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 oktyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən cəzadan 1 il 18 gün vaxtından əvvəl şərti azad edilmiş; - Yevlax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilərək cəzası 3 ay müddətinə azaldılaraq 3 il 9 ay müəyyən edilmiş, Salyan rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə 8 ay 18 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş; - Yevlax rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 aprel 2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 222-223; cild 2, iş vərəqə 31-37). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənilsə də Yevlax rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında göstərilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli qərarında isə göstərilmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində təxminən 1,5 qram narkotik vasitə olmasına, həmin narkotik vasitəni də zibilə atmasına, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamaqla polis şöbəsində onun üzərinə qoyulmasına, polis şöbəsində fiziki təzyiqə məruz qalmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroin əldə edərək saxlamasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şəxsi axtarış və götürmə istintaq hərəkəti, şahid ifadələri, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə ifadəsi yalnız özünün bildirdiklərindən ibarət olmaqla hər hansı dəlillə təsdiqini tapmır. Şəxsi axtarış keçirilməsinin videogörüntüsündən Təqsirləndirilən şəxs axsayaraq oturub-durmaqda çətinlik çəkdiyi müşahidə olunur və sonuncu polis şöbəsində döyüldüyünü bildirir. Lakin cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 18 iyul 2024-cü il tarixli, 458 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, yəni tutulduqdan bir gün sonra məhkəmətibbi müayinədən keçirilmiş, müayinə zamanı onun bədənində travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilməmişdir (cild 1, iş vərəqə 59). Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döymə, işgəncə və fiziki zorakılığa məruz qalması, eləcə də üzərinə narkotik vasitə qoyularaq törətmədiyi cinayət əməlini etiraf etməyə məcbur edilməsi barədə onun müdafiəçisi Müdafiəçi2 müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində müvafiq araşdırılma aparılmışdır. Aparılmış araşdırma nəticəsində ibtidai istintaq orqanının 07 avqust 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması bəraətverici əsaslarla rədd edilmişdir (cild 2, iş vərəqə 11-15). Məhkəmə araşdırması zamanı da Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zorakılıq göstərilməsi, döyülməsi və sair xüsusatlarla bağlı heç bir dəlil müəyyən edilmədi. Məhkəmənin sorğusu əsasında alınmış “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “sol sağ saitdə çoxsaylı köhnə kəsilmiş, cırılmış çapıq toxuma” aşkar olunmuş, döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərlə bağlı 2007-ci ildə öz-özünə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid2 cəmi 2 qram heroin alması, həmin heroinin üzərindən istifadə etdiyi üçün onun üzərində cəmi 1,5 qram heroin qalması barədə ifadəsi də iş üzrə mövcud sübutlarla təsdiq olunmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində 100 manat pul verərək Teymurdan bir ədəd bükümdə 2 qramdan çox narkotik vasitə olan heroin aldığını bildirmişdir. Eyni zamanda Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində 100 manat pul müqabilində Təqsirləndirilən şəxs bir ədəd sellofan torbada 2 qramdan çox narkotik vasitə olan heroin satdığını bildirmişdir. Təqsirləndirilən şəxsla Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı isə Şahid2 tərəzisi olmadığı üçün Təqsirləndirilən şəxs satdığı narkotik vasitəni tərəzidə çəkmədiyini, gözəyarı 2 qram verdiyini, narkotik vasitənin 2 qramdan az və ya çox ola biləcəyini bildirmişdir. Materialların ekspertizası zamanı isə Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş heroinin təmiz çəkisinin 2,108 qram olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Şahid2 aldığı heroini zibilə atması, polis şöbəsində onun üzərinə başqa heroin qoyulması, üzərindən aşkar olunmuş heroinin Şahid2 almış olduğu heroin olmaması ilə bağlı ifadəsi də hər hansı dəlillə təsdiqini tapmamış, əksinə cinayət işi üzrə mövcud olan sübutlarla təkzib olunmuşdir. Belə ki, materialların məhkəmə ekspertizasının 19 iyul 2024-cü il tarixli rəyindən görünür ki, Şahid2 üzərindən aşkar edilmiş heroinlə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı zidiyyətli ifadələr vermişdir. Belə ki, şəxsi axtarış keçirilməsinin videogörüntüsündən müşahidə olunur ki, Təqsirləndirilən şəxs ona verilən suallara ziddiyyətli cavablar verərək ilkin olaraq təhqiqatçının sualına cavab olaraq üzərindən aşkar olunmuş bükümün “kakos” olduğunu, onu Şirvan şəhərində “Seyid” ləqəbli Teymur adlı şəxsdən aldığını bildirir. Daha sonra üzərindən aşkar olunmuş narkotik vasitənin Teymur adlı şəxsdən aldığı narkotik vasitə olub-olmamasına dair suallara “nəbilim vallah narkotik narkotikdi”, “bilmirəm axı mən, kakosların hamısı eynidir” kimi cavablar verir. Daha sonra isə həmin narkotik vasitənin Teymur Əkbərovdan aldığı narkotik vasitə olmadığını, Teymurdan aldığı narkotiki yerə atdığını, həmin narkotikin yerdən götürülərək polis şöbəsinə gətirildiyini, üzərindən aşkar olunmuş narkotik vasitəni polis şöbəsində onun üzərinə qoyulduğunu bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs Teymurdan aldığı bükümün rənginin gah göy, gah da qara rəngdə olduğunu iddia edərək üzərindən aşkar olunmuş ağ rəngli bükümün həmin büküm olmadığını bildirir. Şahid2la arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı isə Təqsirləndirilən şəxs müdafiəçisinin “şübhəli şəxs qismində saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitə Teymurdan aldığın narkotik vasitədirmi? sualına “bəli” deyə cavab verir. Müdafiçinin “sən şübhəli şəxs qismində saxlanılarkən demişdin ki, bu narkotik vasitə o narkotik vasitə deyil. Bu zidiyyəti nə ilə izah edirsən?” sualına cavab olaraq “mən onu bilmirəm, tanımıram axı. Narkotik narkotikdi, eyni şeydi” deyə cavab verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində yerə atdığı narkotik vasitəni polislərin götürüb onun cibinə qoyduqlarını bildirmiş, məhkəmədə verdiyi ifadəsində isə polis əməkdaşlarının onun narkotik vasitəni atdığını görmədiklərini və həmin narkotik vasitəni götürmədiklərini bildirmişdir. Bütün qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların hər hansı şəkildə təsdiqini tapmadığı, həmin iddiaların əsassız olmaqla özünümüdafiə mövqeyi ilə bağlı olduğu qənaətinə gəlir. Məhkəmə, hazırkı cinayət işi üzrə məhkəmə araşdırmasının gedişində Şahid2 hər hansı əməli törətməkdə təqsirli olması barədə qənaətdən tam uzaq olaraq şahid qismində dindirilmiş həmin şəxsin Təqsirləndirilən şəxs narkotik vasitə satmamasına dair məhkəmədə verdiyi ifadəsinin ümumilikdə onun öz maraq və mənafeyinə uyğun olması halının mövcudluğunu qəbul edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yevlax Rayon Məhkəməsinin 19 iyul 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəq 19-20, 141-145). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 iyul 2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Yevlax rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,008 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs və Şahid2 üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən iki ədəd disk, üzləşdirmə istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən bir ədəd disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən göndərilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 71 manat 94 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar - Yevlax rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,008 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs və Şahid2 üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən iki ədəd disk, üzləşdirmə istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən bir ədəd disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən göndərilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(091)-84/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-84/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver