Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-85/2023 14.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1985-ci ildə Şəki rayonunun Birinci Biləcik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyazlı uşağı olan, orta təhsilli, işsiz, Şəki rayonunun Birinci Biləcik kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 2 kiloqram 65 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 09 oktyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən «Sahil» restoranının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X24 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 02:36 radələrindən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman üzərində olan bir ədəd qara rəngli çantanın içərisindəki bir ədəd göy rəngli sellofan torbada qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı külli miqdarda, yəni təmiz çəkisi 2 kiloqram 65 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron əl tərəzisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutulan zaman üzərində 400 qram narkotik vasitə qurudulmuş marixuana olmuş, daha ağır maddə ilə ittiham olunması üçün polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin üzərinə əlavələr edilmiş, nəticədə qurudulmuş marixuananın çəkisi 2 kiloqram 65 qram olmuşdur. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək onu döymüşlər. Polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən narkotik vasitənin üzərinə əlavələr edilməsi barədə müdafiəçisinə məlumat verməmiş, lakin bununla bağlı Şəki rayon prokurorluğuna şikayət etmiş, habelə cəzaçəkmə müəssisəsinə daxil olarkən müayinə olunmuş, bu zaman bədənində xəsarətlər aşkar olunmuş və həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsini bildirmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 09 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitədən istifadə edir. Yaşadığı Şəki rayonunun Birinci Biləcik kəndinin ərazisində yerləşən torpaq sahələrində narkotik vasitə olan çətənə bitkilərini əkib becərmək və həmin narkotik vasitədən istifadə etmək qərarına gəlmiş, bu məqsədlə hər dəfə çəkdiyi narkotik vasitənin toxumlarından seçib götürmüş və həmin toxumları 2022-ci ilin may ayının əvvəllərində qeyd olunan torpaq sahələrinin kolluq olan hissəsində kolların arasında əkmişdir. Daha sonra əkdiyi narkotik vasitənin toxumlarına qulluq etməyə başlamış, bir müddət sonra isə yetişmiş çətənə bitkilərini qurudaraq özü ilə gətirdiyi göy rəngli sellofon torbaya yığmışdır. Çətənə bitkisinin çəkisini ölçmək üçün əl tərəzisi götürmüş və həmin tərəzini də sellofan torbaya qoyaraq narkotik vasitəni kolluqda gizlədib yaşadığı evə getmişdir. 08 oktyabr 2022-ci il tarixdə Bakı şəhərinə getmək qərarına gəldiyi üçün narkotik vasitənin bir hissəsini istifadə etmək, bir hissəsini isə satmaq məqsədilə Bakı şəhərinə aparmaq qərarına gəlmiş və bu məqsədlə qeyd olunan tarixdə saat 20 radələrində narkotik vasitəni gizlətdiyi yerə getmişdir. Orada gizlətdiyi göy rəngli sellofan torbada olan narkotik vasitəni özü ilə götürdüyü qara rəngli çantaya yerləşdirmiş, piyada hərəkət edərək Şəki-Qax yolunun kənarına getmiş və oradan “Opel” markalı avtomobillə Şəki şəhərinə getmişdir. Orada olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər və narkotik vasitə əldə etməkdə və narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və bu zaman içərisində narkotik vasitə marixuana olan çanta da üzərində olmuşdur. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman o, üzərində olan bir ədəd qara rəngli çantanı təqdim edib içərisində narkotik vasitə marixuananın olduğunu, həmin narkotik vasitəni 4 ay əvvəl əkin sahələrində əkib becərdiyini, bir ay əvvəl yığıb qurutduğunu və satmaq məqsədilə Bakı şəhərinə aparmaq istədiyini bildirmişdir. Bundan sonra çantaya baxış keçirilən zaman oradan içərisindəki göy rəngli sellofan torbanın içərisində yaşıl rəngli bitki kütləsi və bir ədəd qara rəngli əl tərəzisi aşkar olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 15 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində əvvəlki ifadələrini təkzib edərək bildirmişdir ki, uzun müddətdir narkotik vasitədən istifadə edir. 2022-ci ilin sentyabr ayının sonlarında Qax şəhərində yerləşən “İlisu” istirahət mərkəzində olan zaman əvvəlcədən tanıdığı Ramazan və Vüqar adlı şəxslərin söhbət əsnasında adını və soyadını qeyd etmədiyi bir nəfər şəxsdə 600-700 qram narkotik vasitə olan marixuana olması və həmin narkotik vasitəni 700 manat məbləğində pulun müqabilində satmaq istəməsini dediklərini eşitmişdir. Bundan sonra o, həmin narkotik vasitəni almaq qərarına gəlmiş və bu haqda onlara demişdir. Bir qədər sonra Vüqar narkotik vasitəni satan şəxslə əlaqə saxladığını, həmin şəxsin narkotik vasitəni VAZ 2107 markalı avtomobillə oturduqları restoranın qarşısına gətirəcəklərini və çıxıb götürməsini demişdir. Bundan bir müddət sonra həmin avtomobil oraya gəlmiş, o, 700 manat pulu qeyd olunan avtomobilin sürücüsünə verərək sonuncunun 20 metr qabaqda olan qoz ağacının altına qoyduğu və mavi rəngli sellofan torbada olan narkotik vasitəni götürmüşdür. Daha sonra yaşadığı Şəki rayonunun Birinci Biləcik kəndinə gəlmiş, aldığı narkotik vasitəni özünə məxsus olan avtomobil təmiri sexində olan paltar şkafında gizlətmiş və müxtəlif vaxtlarda qeyd olunan narkotik vasitədən istifadə etmişdir. 08 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Qax şəhərində taksi fəaliyyəti ilə məşğul olan Qəşəmin avtomobilini təmir etdikdən sonra sonuncu ona birlikdə Şəki şəhərinə gedib-gəlmələrini təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Bundan sonra o, şkafda gizlətdiyi, içərisində narkotik vasitə olan sellofan torbanın yerini dəyişmək qərarına gəlmiş, lakin özünə məxsus olan avtomobilinin qapıları bağlanmadığı üçün həmin narkotik vasitəni Qəşəmin idarə etdiyi “Opel” markalı avtomobilə qoymağı və Şəki şəhərindən qayıtdıqdan sonra həmin avtomobildən götürüb özünə məxsus olan avtomobilə yerləşdirməyi qərarlaşdırmışdır. Bundan sonra o, həmin narkotik vasitəni gizlətdiyi yerdən götürərək Qəşəmin idarə etdiyi “Opel” markalı avtomobilin yük yerinə qoymuş, özü də həmin avtomobilə əyləşmiş, lakin bu barədə Qəşəmə heç nə deməmiş və birlikdə Şəki şəhəri istiqamətində hərəkətə başlamışlar. Şəki şəhərində yerləşən «Sahil» restoranının həyətində maşından düşdükdən bir müddət sonra mülki geyimdə olan 4-5 şəxs qollarından tutub onu “Toyota Prado” markalı avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Qəşəmin maşını da oraya gətirilmiş və onu tutan şəxslərdən bir Qəşəmin maşınının yük yerini açıb oraya qoyduğu içərisində narkotik vasitə marixuana olan sellofan torbanı götürmüşdür. Polis şöbəsində olan zaman polis əməkdaşlarına narkotik vasitəni bir ay əvvəl Qax şəhərində tanımadığı şəxsdən 700 manat məbləğində pulun müqabilində aldığını demişdir. Lakin polis əməkdaşları onun dediyinə inanmayaraq onun qollarını bağlamışlar, stuldan asmışlar və ona qarşı zor tətbiq edərək bir qədər sonra onu təhqiqatçının otağına aparacaqlarını, orada üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağını, təhqiqatçı ondan narkotik vasitə olan marixuananı haradan əldə etdiyini soruşan zaman torpaq sahələrində əkibbecərdiyini, satmaq üçün Bakı şəhərinə apardığını deməsini təklif etmişlər və buna görə onu tutmayacaqlarını və bir gecə polis şöbəsində saxlayıb narkotik vasitə istifadə edən şəxs kimi azad edəcəklərini bildirmişlər. Həmin sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananın 600-700 qramı ona məxsus olmasına, qalan hissəsi isə polis əməkdaşları tərəfindən əlavə edilməsinə və elektron tərəzi də sellofan torbaya polis əməkdaşları tərəfindən yerləşdirilməsinə baxmayaraq, o, polis əməkdaşlarının dediyinə inanıb bununla razılaşmışdır. Daha sonra polis əməkdaşlarından biri ona məxsus olan, içərisində narkotik vasitə qurudulmuş marixuana olan mavi rəngli sellofan torbanı götürüb otağı tərk etmiş, bir qədər sonra isə bir ədəd qara rəngli çanta ilə otağa gələrək həmin çantanı ona verib çantanın içərisində tərəzinin də olduğunu, videoçəkilişdən istifadə edilən zaman elektron tərəzinin və sellofan torbadakı narkotik vasitənin özünə məxsus olmasını deməsini bildirmişdir. Həmin vaxt o, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarının az, ona verilən narkotik vasitənin miqdarının isə çox olduğunu polis əməkdaşına demiş, sonuncu isə narkotik vasitənin miqdarının çox olmasından narahat olmamasını, onu bir gecə saxlayıb azad edəcəklərini və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını deməsini bildirmişdir. O da polis əməkdaşları ilə razılaşmış, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman onların təkidi ilə bir ədəd qara çantanın işçərisindəki göy sellofan torbadan aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın və elektron tərəzinin özünə məxsus olmasını, həmin narkotik vasitəni 4 ay əvvəl əkin sahələrində əkib becərdiyini, bir ay əvvəl yığıb qurutduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirmiş, narkotik vasitə və elektron tərəzi müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 09 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə Şəki ŞRPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra 09 oktyabr 2022-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən «Sahil» restoranın yaxınlığında küçədə saxlanılaraq polis şöbəsinə gətirilmiş və hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan bir ədəd qara rəngli çantanı təqdim edib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 4 ay əvvəl əkin sahələrində əkib becərdiyini, bir ay əvvəl yığıb qurutduğunu və satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra çantaya baxış keçirilən zaman oradan bir ədəd qara rəngli əl tərəzisi və içərisindəki göy rəngli sellofan torbanın içərisində yaşıl rəngli bitki kütləsi aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin tərəzinin ona məxsus olduğunu və tərəzini narkotik vasitəni satan zaman çəkisini çəkmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra narkotik vasitə və elektron tərəzi müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 09 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə Şəki ŞRPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra 09 oktyabr 2022-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən «Sahil» restoranın yaxınlığında küçədə saxlanılaraq polis şöbəsinə gətirilmiş və hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan bir ədəd qara rəngli çantanı təqdim edib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 4 ay əvvəl əkin sahələrində əkib becərdiyini, bir ay əvvəl yığıb qurutduğunu və satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra çantaya baxış keçirilən zaman oradan bir ədəd qara rəngli əl tərəzisi və içərisindəki göy rəngli sellofan torbanın içərisində yaşıl rəngli bitki kütləsi aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin tərəzinin ona məxsus olduğunu və tərəzini narkotik vasitəni satan zaman çəkisini çəkmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra narkotik vasitə və elektron tərəzi müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə ehtiyat hissələri almaq üçün Şəki şəhərinə getmək məqsədilə özünə məxsus olan 055 ***-**-** mobil telefon nömrəsi vasitəsilə taksi sifariş vermiş, daha sonra isə taksi fəaliyyəti ilə məşğul olan Qəşəm Əhmədova məxsus avtomobil onun olduğu yerə gəlmiş və həmin maşına əyləşib bir müddət hərəkət etmişlər. Bir qədər sonra yolda Təqsirləndirilən şəxs da həmin avtomobilə əyləşmiş, lakin bu zaman o, Təqsirləndirilən şəxs əlində hər hansı əşyanın, o cümlədən sellofan paketin olduğunu görməmişdir. Daha sonra isə həmin avtomobillə birlikdə Şəki şəhərinə getmişlər. Qeyd olunan tarixdə saat 22:00-23:00 radələrində Şəki şəhərində yerləşən kafelərin birinin həyətinə daxil olan zaman polis əməkdaşları oraya gəlmişlər və əllərinə qandal vurub hər birini ayrı-ayrılıqda özlərinə məxsus avtomobillərə əyləşdirib polis şöbəsinə aparmışlar. Həmin vaxt Qəşəm Əhmədovun idarə etdiyi avtomobildə nə baş verdiyindən məlumatı olmamış, lakin qeyd olunan vaxt göstərilən avtomobilə baxış keçirilməmişdir. Polis şöbəsinə daxil olan zaman Qəşəm Əhmədova məxsus olan avtomobil də artıq orada olmuş, lakin həmin avtomobili polis şöbəsinə kimin gətirdiyindən məlumatı olmamışdır. Polis şöbəsində olan zaman üzərlərində şəxsi axtarış və götürmə aparılmış, habelə avtomobilin yük yerinə baxış keçirilən zaman oradan iki ədəd sellofan paket aşkar olunmuş, lakin çanta aşkar olunmamışdır. Aşkar olunmuş göy rəngdə olan sellofan paketin içərisindən paltar aşkar olunmuş, hansı rəngdə olduğunu xatırlamadığı digər sellofan paketin içərisi ağız hissəsinə qədər dolu olmamış, ağız hissəsi isə burulmuş vəziyyətdə olmaqla açıq halda olmuşdur. Daha sonra polis əməkdaşlarından biri ikinci sellofan paketin lazım olduğunu dedikləri üçün o, qeyd olunan avtomobilin yük yerindən narkotik vasitənin aşkar olunduğunu düşünmüşdür. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin sonuncuya məxsus olub-olmadığını soruşmuşlar, Təqsirləndirilən şəxs da cavab olaraq həmin narkotik vasitəyə aidiyyətinin olmadığını demişdir. Daha sonra o və Qəşəm Əhmədovdan bu haqda soruşulduqda onlar da narkotik vasitənin onlara məxsus olmadığını demişlər. Daha sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs əlində hər hansı əşyanı görüb-görməməsini Qəşəm Əhmədovdan soruşmuş, sonuncu isə görmədiyini demişdir. Daha sonra hər birini ayrı-ayrı otaqlara aparmışlar, izahatları alınmış, saat 02:30-03:30 radələrində polis əməkdaşları artıq Təqsirləndirilən şəxs hər şeyi etiraf etdiyini, narkotik vasitəni özü ilə Bakı şəhərinə aparmaq istədiyini demişlər və bundan sonra onu və Qəşəm Əhmədovu polis şöbəsindən azad etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. 08 oktyabr 2022ci il tarixdə Vüqar Osmanovdan sifariş gəldiyi üçün sonuncunun olduğu yerə getmiş və Vüqar Osmanov həmin maşına əyləşib Şəki şəhərinə gedəcəyini demişdir. Həmin vaxt Vüqar Osmanovun əlində hər hansı əşya olmamışdır. Daha sonra isə hərəkət edib dayanacaqda gözləyən Təqsirləndirilən şəxs da maşına əyləşdirmiş, lakin bu zaman Təqsirləndirilən şəxs əlində hər hansı əşyanın olduğunu görməmişdir. Daha sonra hərəkət edərək həmin avtomobillə birlikdə Şəki şəhərinə getmişlər. Həmin tarixdə axşam saat 23:00-23:30 radələrində Şəki şəhərində restoranların birində avtomobili dayandırmış və həmin vaxt polis əməkdaşları onları saxlayıb Təqsirləndirilən şəxs və Vüqar Osmanovu ayrı-ayrı avtomobillərdə polis şöbəsinə aparmışlar. Bu zaman onun avtomobili polis əməkdaşlarının biri idarə etmiş, o isə həmin avtomobildə arxa oturacaqda əyləşdirilmişdir. Polis şöbəsində olan zaman onun avtomobilinin yük yerinə baxış keçirilmiş və oradan iki ədəd sellofan paket aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən həmin paketlərə baxış keçirilən zaman göy rəngdə olan sellofan paketin içərisindən ona məxsus olan paltarlar aşkar olunmuşdur. Habelə polis əməkdaşları hansı rəngdə olduğunu xatırlamadığı digər sellofan paketin içərisində narkotik vasitənin olduğunu demişlər, lakin həmin sellofan paketin ağız hissəsinin burulmuş vəziyyətdə olub-olmamasını xatırlamır. Qeyd olunan vaxt onun yanında elektron tərəzi ilə bağlı hər hansı söhbət aparılmamışdır. Bundan sonra polis əməkdaşları onun avtomobilindən aşkar edilən narkotik vasitənin kimə məxsus olduğunu, habelə Vüqar Osmanov və Təqsirləndirilən şəxsla birlikdə kafeyə gəlməsinin səbəbini ondan soruşmuşlar, o isə həmin narkotik vasitənin özünə məxsus olmadığını, kimə məxsus olduğunu bilmədiyini və taksi fəaliyyəti ilə məşğul olduğu üçün qeyd olunan şəxslərin sifarişi əsasında onları gətirdiyini demişdir. Daha sonra onu polis şöbəsinin yuxarı mərtəbəsinə apardıqları üçün polis əməkdaşlarının Vüqar Osmanov və Təqsirləndirilən şəxs nə isə soruşub-soruşmadıqlarından məlumatı olmamışdır. 09 oktyabr 2022-ci il tarixdə saat 03:30 radələrində onu və Vüqar Osmanovu azad etmişlər. Söhbət əsnasında polis əməkdaşları ilə Təqsirləndirilən şəxs arasında əvəllər problemin yarandığını eşitmiş və polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşlarından biri Təqsirləndirilən şəxs saxlanılmasını nəzərdə tutaraq prokurorluq orqanına şikayət etdiyi üçün nəticəsinin bu şəkildə olduğunu demişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə saat 08:30-da xidmətə başlayaraq növbəti 24 saat ərzində xidmət aparmış, saat 00:00 radələrindən 04:00 radələrinədək isə istirahət etmişdir. Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin inzibati binasına 08 oktyabr 2022-ci il tarixdə saat 00:00 radələrində tək olmaqla onun istirahət vaxtı ərəfəsində gətirilmiş, qeydiyyat aparılmış və bundan sonra o, istirahət etmək üçün getmişdir. Həmin vaxt işlə əlaqədar yorğun olduğundan şəxsin gətirilmə saatını qeyd etməyi unutmuşdur. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”na qeydləri o, və növbətçi aparır və 08 oktyabr 2022-ci il tarixdə həmin kitabda qeydiyyatı o, etmişdir. Xidmətdə olan zaman Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin inzibati binasına 08 oktyabr 2022-ci il tarixdə gecə saatlarında tək gətirilərək Təhqiqat bölməsinə təhvil verilmiş, daha sonra isə müdafiəçinin və ekspertin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdən 09 oktyabr 2022-ci il tarixə keçən gecə vaxtı Şəki şəhəri, Salman Mümtaz küçəsində, “Sahil” restoranının yanında saxlamışlar və əməliyyat tədbiri keçirilən zaman mobil telefon üzərində olmuşdur. Həmin vaxt mobil telefonunun sönmüş vəziyyətdə olması və ya mobil şəbəkənin olmaması ehtimalı olmuşdur. Anten əhatə dairəsi məlumatları onun “Sahil” restoranının yanında olmadığını göstərsə də o, həmin vaxt faktiki olaraq orada olmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs polis şöbəsinə getmək istəmədiyini bildirmiş, onlar da polis əməkdaşları olaraq müvafiq tədbir görmüşlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs xəsarət almamış və üzərində hər hansı xəsarət olmamışdır. Qəşəm Əhmədov və X22 Xəlilovla birlikdə saxlamamışlar və Təqsirləndirilən şəxs polis şöbəsinə tək gətirilmişdir. Qəşəm Əhmədov və Vüqar Osmanovun sərbəst buraxılmasının səbəbini bilmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə xx xxx 1985-ci ildə doğulmuş, Şəki rayonunun Birinci Biləcik kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və narkotik vasitəni saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 oktyabr 2022-ci il raportdan görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və narkotik vasitəni saxlaması şübhəsi ilə Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən “Sahil” restoranının yaxınlığında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 09 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə saat 01:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 09 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 02:36-dan saat 04:55-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman üzərindəki qara rəngli çantanın içərisindən bir ədəd elektron tərəzi, habelə həmin qara çantanın içərisindəki bir ədəd göy rəngli sellofan torbadan narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngli bitki kütlələri aşkar edilib götürülmüşdür. Şəxsi axtarış aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 09 oktyabr 2022-ci il tarixli 17/780 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs üzərindən götürülmüş” sözləri, adlar və imzalar yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi 2 kiloqram 65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 5(075)-73/2022 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Şəki ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş 09 oktyabr 2022-ci il tarixli qərarda məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olan əməliyyat-axtarış tədbiri qeyd olunmadığına və müvafiq sənədlər həmin qərara əlavə edilmədiyinə görə qeyd olunan qərarın məhkəmə qaydasında yoxlanılmasından imtina edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, əvvəli 09 oktyabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 04 noyabr 2022-ci il tarixli 676 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəki Rayon Psixiatriya Xəstəxanasından verilmiş 18 oktyabr 2022-ci il tarixli 1067 nömrəli arayış), anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Onda anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə onun əvvəllər tibbi yardım üçün həkim-psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması (Şəki Rayon Psixiatriya Xəstəxanasından verilmiş 18 oktyabr 2022-ci il tarixli 1067 nömrəli arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, hazırki ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq narkotik vasitə satmaq fikri olmadığını, aşkar edilmiş narkotik vasitəni özünün istifadəsi üçün saxladığını bildirməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması və onda müşahidə edilən emosiya pozuntusunun az ifadəli olması əsas verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli 1899 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi, cinayət işinin başlanmasının rədd olunması və cinayət işinin materiallarından materialın ayrılması haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və onun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 18 oktyabr 2022-ci il tarixli 1067 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 14 dekabr 2022-ci il tarixli 1402 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonunun Birinci Biləcik kəndində yaşamışdır, 11 oktyabr 2012-ci ildə doğulmuş qızı Zəhra Xəlilzadə onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş 13 sentyabr 2023-cü il tarixli 3-13-109-2- 23645/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülər yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs, X12 və X3 ŞRPŞ-nin müvəqqəti saxlama yerinə 08 oktyabr 2022-ci il tarixdə gətirilmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X5 qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “sağ bazunun ön səthində və sol saidin içəri səthində sıyrılmış yaralar” xəsarətləri aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 22 dekabr 2022-ci il tarixli 647 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “sağ bazunun ön səthinin və sol saidin içəri səthinin sıyrıqları” diaqnozu ilə, 09 oktyabr 2022-ci il tarixdə bərk küt əşyanın təsirindən törənmiş, müxtəlif şəraitlərdə əmələ gəlməsi mümkün olan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan 050 465-96-10 mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə, göstərilən mobil telefon nömrəsinin anten dairəsinə və sahibinə dair "xxxx" MMC tərəfindən göndərilmiş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi vasitəsilə 08 oktyabr 2022-ci il tarixdə danışıqlar aparılsa da saat 22:54-dən sonra hər hansı danışıq aparılmamış, həmin telefon nömrəsi qeyd olunan vaxt anten dairəsinə əsasən Şəki şəhəri, Qaçqın qəsəbəsində olmuş, bundan sonra həmin mobil telefon nömrəsinə daxil olmuş SMS mətnlərinə əsasən qeyd olunan mobil telefon nömrəsi 09 oktyabr 2022-ci il tarixdə saat 00:16-dan saat 00:42-dək olan müddət ərzində “Sheki seh, Yeyinti Kombinati, İstehsalat binasi korpusu” anten dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid1 məxsus olan 055 474-66-64 mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə, göstərilən mobil telefon nömrəsinin anten dairəsinə və sahibinə dair "xxxx" MMC tərəfindən göndərilmiş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi 08 oktyabr 2022-ci il tarixdə saat 22:31-dən 09 oktyabr 2022-ci il tarixə saat 02:09-dək “Shaki-TV yani-2/”Şəki şəh., Ruma otel və restoran” /Shaki” anten dairəsində, 09 oktyabr 2022-ci il tarixdə saat 02:11-dən saat 02:24-dək “Sheki TV yani/”Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal”/Shaki” anten dairəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X9 məxsus olan 055 729-11-88 mobil telefon nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən çıxan zənglərə və SMS mətnlərinə, göstərilən mobil telefon nömrəsinin anten dairəsinə və sahibinə dair "xxxx" MMC tərəfindən göndərilmiş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi 08 oktyabr 2022-ci il tarixdə saat 22:30-dan 09 oktyabr 2022-ci il tarixə saat 03:27-dək “Sheki TV yani/”Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı”/Shaki” anten dairəsində olmuşdur. CPM-in 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası (bundan sonra – Konvensiya) Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarının 2ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmaq və bu zaman Avropa Məhkəməsinin təcrübəsinə istinad etmək tövsiyə olunmuşdur. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxsə müəyyən ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və CPM-in tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası CPM-in 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, birbiri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3cü maddəsi ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübutun (qurudulmuş marixuananın və elektron tərəzinin) aşkar olunduğu 09 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə-bioloji ekspertizasının 09 oktyabr 2022-ci il tarixli 17/780 nömrəli rəyi, Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 5(075)-73/2022 nömrəli qərarı, məhkəmə-psixiatrik ekspertizasının 04 noyabr 2022-ci il tarixli 676 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli 1899 nömrəli rəyi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi və Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid2 və Şahid1 cinayət işi üzrə verdikləri şahid ifadələridir. Hazırki cinayət işi üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs barəsində CMin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını 09 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol təşkil etmiş, həmin prosessual hərəkət cinayət işi üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutların (2 kiloqram 65 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın və bir ədəd elektron əl tərəzisinin) aşkar olunmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, şahid ifadələr və s.) onların, yəni həmin sübutların ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi irəli sürülən ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlara ayrı-ayrılıqda münasibət bildirmədən öncə, 09 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunanadək əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın əməkdaşlarının hərəkətlərinə diqqət yetirməyi zəruri saymışdır. Sözügedən mərhələnin məhkəmə istintaqı zamanı ətraflı araşdırılması cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunmasında son dərəcə vacib rol oynamışdır. Belə ki, cinayət işinin materiallarında olan və cinayət işi üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar və s.) görünür ki, 09 oktyabr 2022-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və narkotik vasitəni saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 00:50 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən “Sahil” restoranının yaxınlığında saxlanılaraq Şəki Şəhər- Rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra həmin tarixdə saat 01:50-də müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuş, qeyd olunan tarixdə saat 02:36-dan saat 04:55-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan, hazırki ittihamın əsasını təşkil edən bir ədəd qara rəngli çantadan bir ədəd elektron tərəzi, habelə həmin qara rəngli çantanın içərisində olan bir ədəd göy rəngli sellofan torbadan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi 09 oktyabr 2022-ci il tarixdə saat 00:50 radələri, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi 09 oktyabr 2022-ci il tarixdə saat 01:50 radələri göstərilsə də məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanılmasının hazırki cinayət işi üzrə rəsmi sənədlərdə göstərilənlərdən bir neçə saat öncə, daha dəqiq 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində olduğu müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən «Sahil» restoranında olan zaman Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının onu saxlayaraq Şəki ŞRPŞ-yə apardığını və həmin tarixdən və vaxtdan faktiki saxlanıldığını bildirmiş, onun ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə istintaqı zamanı cinayət işi üzrə əlavə şahid qismində dindirilən və Təqsirləndirilən şəxsla birlikdə eyni avtomobillə qeyd olunan yerə aparılmış X12 və X13 öz ifadələri ilə təsdiq etmişlər. Bundan başqa, məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs və Şahid1, habelə cinayət işi üzrə əlavə şahid qismində dindirilən Vüqar Osmanovun istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 465-96-10 mobil telefon nömrəsi vasitəsilə 08 oktyabr 2022-ci il tarixdə danışıqlar aparılsa da saat 22:54-dən sonra hər hansı danışıq aparılmamış, həmin telefon nömrəsi qeyd olunan vaxt anten dairəsinə əsasən Şəki şəhəri, Qaçqın qəsəbəsində olmuş, bundan sonra həmin mobil telefon nömrəsinə daxil olmuş SMS mətnlərinə əsasən qeyd olunan mobil telefon nömrəsi 09 oktyabr 2022-ci il tarixdə saat 00:16-dan saat 00:42-dək olan müddət ərzində “Sheki seh, Yeyinti Kombinati, İstehsalat binasi korpusu” anten dairəsində olmuş, Şahid1 istifadəsində olmuş 055 474- 66-64 mobil telefon nömrəsi 08 oktyabr 2022-ci il tarixdə saat 22:31-dən 09 oktyabr 2022ci il tarixə saat 02:09-dək “Shaki-TV yani-2/”Şəki şəh., Ruma otel və restoran”/Shaki” anten dairəsində, 09 oktyabr 2022-ci il tarixdə saat 02:11-dən saat 02:24-dək “Sheki TV yani/”Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal”/Shaki” anten dairəsində, Vüqar Osmanovun istifadəsində olmuş 055 729-11-88 mobil telefon nömrəsi isə 08 oktyabr 2022-ci il tarixdə saat 22:30-dan 09 oktyabr 2022-ci il tarixə saat 03:27-dək “Sheki TV yani/”Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı”/Shaki” anten dairəsində olmuşdur. Odur ki, yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs saxlanılma vaxtı ilə bağlı Şahid2 və Şahid1 qeyd etdiklərinə tənqidi yanaşır və qeyd olunan xüsusatla bağlı Təqsirləndirilən şəxs, habelə Vüqar Osmanov və Qəşəm Əhmədovun məhkəmə istintaqı zamanı verdikləri ifadələrini əsaslı sayaraq Təqsirləndirilən şəxs elan olunan bəraətin əsasına qoyur. Beləliklə, məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç də 09 oktyabr 2022-ci il tarixdə saat 00:50 radələrində deyil, məhz 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində saxlanılmış, yəni faktiki olaraq tutulmuşdur. CPM-in 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq oluna bilər. CPM-in 147.2-ci maddəsinə əsasən isə tutulma şəxsin cinayət törətməsinə şübhə yarandıqda, bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda tətbiq edilir. Habelə CPM-in 147.4-cü maddəsində göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 153.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Habelə CPM-in 153.2-ci maddəsində tutulmuş şəxsin malik olduğu hüquqlar, həmçinin tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının vəzifələri sadalanmış və göstərilmişdir ki, tutulmadan dərhal sonra şəxsə tutulmanın əsasları bildirilməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməli, tutulmuş şəxs təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirilməli, tutulma faktı qeydə alınmalı, protokollaşdırılmalı və o, tutulma protokolu ilə tanış edilməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməli, bununla yanaşı tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək, şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq, tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq və s. hüquqları təmin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı nəticəsində Şəki Şəhər-Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhz 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində saxlanılması, yəni azadlığının faktiki məhdudlaşdırılması müəyyən olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, onun azadlığının faktiki məhdudlaşdırılması 09 oktyabr 2022-ci il tarixdə saat 00:50 radələrində, şübhəli şəxs qismində tutulması isə 09 oktyabr 2022-ci il tarixdə saat 01:50-də rəsmiləşdirilmiş, protokolda həmin tarixdə və saatda şübhəli şəxs qismində tutulması qeyd edilmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı gəlinən qənaətə əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmuş, buna baxmayaraq 09 oktyabr 2022-ci il tarixdə 01:50-dək qanunla ona tanınan fundamental hüquqlardan istifadə edə bilməmiş, ona belə bir şərait yaradılmamış, yəni özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməmiş, tutulması barədə yaxınlarına xəbər vermək, müdafiəçi ilə təmin olunmaq və s. hüquqları təmin edilməmiş (yaxınlarına təxminən 3 saat sonra, yəni yalnız 09 oktyabr 2022-ci il tarixdə saat 02:02-də telefonla məlumat verilmiş), habelə tutulma faktı qeydə alınmamış, protokollaşdırılmamış, tutulma faktı barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməmişdir (ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora şəxsin saxlanılması 09 oktyabr 2022-ci il tarixdə saat 01:50-də sənədləşdirildikdən sonra həmin tarixdə saat 01:57-də məlumat verilmişdir). Məhkəmə istintaqı ilə bütün bu sadalanan halların müəyyən olunması, yəni Təqsirləndirilən şəxs faktiki olaraq 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində saxlanılması, həmin faktın baş verməsi ilə onun qeydiyyata alınmaqla rəsmiləşdirilənədək olan 2-3 saatlıq vaxt boşluğunun mövcudluğu və həmin müddət ərzində ona qanunla tanınan heç bir hüququnun realizə edilməsinə imkan yaradılmaması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsası qismində çıxış edən və onun barəsində hazırki cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitənin və elektron tərəzinin aşkar olunması prosesinin etibarlılığına dair ciddi şübhələr yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-yə gətirildikdən sonra uzun müddət orada saxlanılmasını, polis əməkdaşları tərəfindən tutulan zaman üzərində 400 qram narkotik vasitə qurudulmuş marixuananın olmasını, daha ağır maddə ilə ittiham olunması üçün polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin üzərinə əlavələrin edilməsini, nəticədə qurudulmuş marixuananın çəkisinin 2 kiloqram 65 qram olmasını, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmasını və polis əməkdaşlarının onu bir gecə saxlayıb azad edəcəklərini və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını deməsini bildirməsi və polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması səbəbindən ifadələr verməsi haqqında məsələ qaldırdığından, dolayısı ilə də müdafiə tərəfinin sübutlar bazasının məhz bu yolla yaradıldığını qeyd etdiyindən, məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs üzərindən qara rəngli çantanın, həmin qara rəngli çantanın içərisindən elektron tərəzinin, habelə qeyd olunan çantanın içərisində olan sellofan torbada ona qarşı irəli sürülmüş ittihamda qeyd olunmuş çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması ilə bağlı əsaslı şübhələr yaranmışdır. Hazırkı cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra polis şöbəsində olarkən döyüldüyü, üzərindən aşkar olunan narkotik vasitənin üzərinə əlavələrin edildiyi və elektron tərəzinin yerləşdirildiyi və polis əməkdaşlarının onu bir gecə saxlayıb azad edəcəklərini və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman aşkar olunan narkotik vasitənin hamısının özünə məxsus olmasını deməsini bildirməsi və polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması səbəbindən məcbur qalıb etirafedici ifadələr verməsi haqqında məsələ qaldırdığından və sübutlar bazasının məhz bu yolla yaradıldığını bildirdiyindən, Avropa Məhkəməsinin isə bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3cü maddəsi ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyinə görə Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 2 kiloqram 65 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 09 oktyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən «Sahil» restoranının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X24 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 02:36 radələrindən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman üzərində olan bir ədəd qara rəngli çantanın içərisindəki bir ədəd göy rəngli sellofan torbada qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı külli miqdarda, yəni təmiz çəkisi 2 kiloqram 65 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron əl tərəzisi aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası irəli sürülən ittihama münasibət bildirərək qeyd edir ki, həmin cinayət işi üzrə müəyyən olunan hallar Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” iş və “Salayev Azərbaycana qarşı” iş üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası Avropa Məhkəməsinin qəbul etdiyi qeyd olunan qərarlarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarlarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Konvensiyanın 3 və 6-cı maddələrinin pozuntularını müəyyən edərək göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərərçəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X2rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərərçəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Həmçinin məhkəmə qeyd etmişdir ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87ci bənd). Məhkəmə əlavə olaraq göstərmişdir ki, “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009). Beləliklə, mövcud sübutları qiymətləndirən məhkəmə göstərmişdir ki, ərizəçinin pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir. Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 2005-ci il 17 mart tarixində pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 2005-ci il 20 mart tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 2005-ci il 17 mart tarixinə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Həmçinin həmin qərarda Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı da qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Eyni zamanda həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X15rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X10rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX). Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. Bundan başqa, “Salayev Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 09 noyabr 2010-cu il qərarında məhkəmə Konvensiyanın 5-ci maddəsinin pozuntularını müəyyən edərək göstərmişdir ki, 5-ci maddənin 1-ci bəndində yer alan “qanuni” və “qanunla müəyyən olunmuş qayda” ifadələri mahiyyətcə milli qanunvericiliyi bildirir və oradakı maddi və prosessual normalara riayət etmək öhdəliyini bəyan edir. Adətən daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə dövlət orqanlarının, xüsusən də məhkəmələrin vəzifəsi olsa da, 5-ci maddənin 1-ci bəndinə aid olan hallarda həmin qanunvericiliyə riayət edilməməsi Konvensiyanın pozuntusuna səbəb olduqda vəziyyət başqa cürdür. Belə hallarda Məhkəmə milli qanunvericiliyə riayət edilib-edilmədiyini yoxlamaq üçün müəyyən səlahiyyətini tətbiq edə bilər və etməlidir (digər qərarlar arasında bax: Duiyeb (Douiyeb) Niderlanda qarşı [Böyük Palatanın qərarı], № 31464/96, 44-45-ci bəndlər, 4 avqust 1999-cu il). Lakin milli qanunvericiliyə riayət edilməsi kifayət deyil: 5-ci maddənin 1-ci bəndi bundan əlavə tələb edir ki, hər hansı azadlıqdan məhrumetmə 5-ci maddənin məqsədinə, yəni fərdləri özbaşınalıqdan qorumaq məqsədinə uyğun olmalıdır. Burada əhəmiyyət kəsb edən məsələ təkcə şəxsin “azadlıq hüququ” deyil, həm də “toxunulmazlıq hüququdur” (digər qərarlar arasında bax: Botsano (Bozano) Fransaya qarşı, 18 dekabr 1986-cı il, 54-cü bənd, A Seriyaları, № 111; və Vassink (Wassink) Niderlanda qarşı, 27 sentyabr 1990-cı il, 24-cü bənd, A Seriyaları, № 185-A). Bu bir təməl prinsipdir ki, heç bir əsassız həbs 5-ci maddənin 1-ci bəndinə uyğun ola bilməz və 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan həbsin “əsassızlığı” anlayışının hüdudlan həbsin milli qanunvericiliyə uyğunluğu anlayışından genişdir; belə ki, azadlıqdan məhrumetmə daxili qanunvericilik baxımından qanuni olsa da, əsassız ola və beləliklə də Konvensiyaya zidd ola bilər (bax: Saadi (Saadi) Birləşmiş Krallığa qarşı [Böyük Palatanın qərarı, № 13229/03, 67-ci bənd, AİHM 2008-...). Qeyd edilən işin konkret halına gəlincə məhkəmə qeyd etmişdir ki, birincisi, şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olduğunu müəyyən edəcək. İkincisi, o, şikayətçinin sözügedən müddətdə faktiki olaraq “azadlıqdan məhrum edilibedilmədiyini” müəyyən edəcək. Əgər belədirsə, sonda o, həmin azadlıqdan məhrumetmənin “qanunilik” tələblərinə uyğunluğunu müəyyən edəcək. Görünür, tərəflər razılaşırlar ki, şikayətçi könüllü surətdə 27 oktyabr 2005-ci ildə səhər MTN-in binasına gəlib. Lakin şikayətçinin MTN-in binasına dəqiq surətdə nə vaxt daxil olması məsələsində tərəflər arasında fikir ayrılığı var, şikayətçi iddia edir ki, oraya saat 10-da daxil olub, Hökumət isə iddia edir ki, şikayətçi oraya saat 10.45-də daxil olub. Şikayətçinin MTN-in binasına daxil olduğu vaxtı müəyyən edərkən Məhkəmə belə hesab edir ki, Hökumətin mövqeyini təsdiqləyən hər hansı rəsmi sənəd olmadığı halda şübhə şikayətçinin xeyrinə həll olunmalıdır, çünki münasib və inandırıcı sübutlarla təsdiqlənən saatbasaat təfsilatlı hesabat təqdim etmək vəzifəsi öncə Hökumətin üzərinə düşür. Məhkəmə qeyd edir ki, bununla bağlı aydın müraciətinin olmasına baxmayaraq, Hökumət müvafiq sənədlərin hər hansı surətlərini, məsələn, şikayətçinin dindirilmək üçün MTN-in binasına gəlməsi barədə çağırış vərəqəsinin surətini, dindirmənin və sözügedən üzləşdirmənin protokolunun surətini, şikayətçinin şübhəli şəxs qismində həbsə alınması barədə protokolun tam surətini və ya şikayətçinin həbsə alınması ilə bağlı hər hansı digər sənədi təqdim etməyib. Beləliklə, Hökumətin öz faktoloji iddiasını təsdiq edən inandırıcı və münasib sübut təqdim edə bilmədiyini nəzərə alaraq, Məhkəmə razılaşır ki, şikayətçi faktiki olaraq MTN-in binasına 27 oktyabr 2005-ci ildə təxminən saat 10-da daxil olub. Daha sonra müəyyənşdirmək lazımdır ki, orada olduğu müddətdə şikayətçi azadlıqdan məhrum edilmişdimi”? Bununla bağlı Məhkəmə bir daha bildirir ki, azadlıqdan məhrumetmənin baş verib-vermədiyini müəyyən etmək üçün başlanğıc nöqtəsi kimi müvafiq fərdin konkret vəziyyəti götürülməli konkret halda ortaya çıxan müxtəlif amillərin məcmusu, məsələn, sözügedən tədbirin növü, davametmə müddəti, nəticələri və tətbiq edilmə üsulu nəzərə alınmalıdır (bax: Qutsardi (Guzzardi) İtaliyaya qarşı, 6 noyabr 1980-ci il, 92-ci bənd, A Seriyaları, № 39). Мəhkəmə zahiri əlamətlərin arxasındakı məqamlara baxmalı və barəsində şikayət edilən situasiyanın reallıqlarını araşdırmalıdır (bax: Van Droogenbrok (Van Droogenbroeck) Belçikaya qarşı, 24 iyun 1982-ci il, 38-ci bənd, A Seriyaları, № 50). Hətta şəxs özü könüllü gələrək həbsə alınmasını istədikdə belə, azadlıq hüququ həmin şəxsin 5-ci maddənin müdafiəsindən yararlanmaq imkanın itirməsinə yol verməyəcək dərəcədə vacib hüquqdur (bax: De Vilde, Ooms və Versip Belçikaya (De Wilde, Ooms and Versyp) Belçikaya qarşı, 18 iyun 1971-ci il, 65-ci bənd, A Seriyaları, № 12). 41. Мəhkəmə qeyd edir ki, şikayətçi dindirilmək üçün könüllü gəlib. Şikayətçinin MTN-in binasına gəlişindən sonra baş vermiş hadisələrə gəldikdə, şikayətçinin dindirilməsi və üzləşdirilməsi barədə hər hansı protokol olmadığına, yaxud onun MTN-in binasına gəlişindən sonra hər hansı prosessual hərəkətlər həyata keçirilmədiyinə görə bu hadisələrin dəqiq hallarını müəyyən etmək çətindir. Мəhkəmə daha sonra qeyd edir ki, şikayətçinin qolları qandallanmasa da, o, qapalı kameraya salınmasa da və ya hər hansı başqa formada fiziki məhdudiyyətlərə məruz qalmasa da, görünür, ailə üzvləri ilə və ya özünün seçdiyi vəkillə əlaqə yaratmaq imkanına malik olmayıb. Bu məsələ ilə bağlı Мəhkəmə Hökumətin belə bir arqumentini qəbul edə bilməz ki, şikayətçi şahid otağında yerləşdirilib və həmin otaqda telefon xətti olub. Hadisələrin bu fərziyəsi şikayətçinin dövlət tərəfindən təyin olunmuş vəkillə təmin olunması faktına və onun vəziyyəti ilə bağlı həmin vəkilin qeydlərinə ziddir (yuxanda 33-cü bəndə bax). Üstəlik, Hökumət öz arqumentini təsdiqləyən hər hansı sübut təqdim etməyib. Məhkəmə həmçinin Hökumətin bu arqumentini də qeyri-real hesab edir ki, şikayətçinin şübhəli şəxs qismində qırx səkkiz saat müddətinə həbsə alınması barədə protokol tərtib edilənə qədər şikayətçi MTN-in binasını tərk etməkdə sərbəst olub. Konkret olaraq, şikayətçi MTN-in binasını tərk etməkdə həqiqətən sərbəst idisə, Hökumət şikayətçinin hər hansı səbəb olmadan nəyə görə saat 14.30-dan 17.10-dək (hadisələrə dair Hökumətin versiyasına əsasən, dindirmənin başa çatdığı vaxtdan üzləşdirməninbaşlandığı vaxtadək olan dövr) MTN-in binasında qaldığına dair ağlabatan izahat təqdim etməyib. Uyğun olaraq, Məhkəmə hesab edir ki, 27 oktyabr 2005-ci ildə təxminən saat 10dan şikayətçi 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada “azadlıqdan məhrum edilib”. Uyğun olaraq, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub. Hazırki iş üzrə məhkəmənin gəldiyi qənaətə əsasən Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən “Sahil” restoranının yaxınlığında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdən 09 oktyabr 2022-ci il tarixə saat 01:50-dək orada heç bir hüququ təmin edilmədən, saxlanılma faktı qeydiyyata alınmadan saxlanılmış, 09 oktyabr 2022-ci il tarixdə saat 01:50-də barəsində şübhəli şəxsin tutulması haqqında protokol tərtib olunmuş, qeyd olunan tarixdə saat 02:36-dan saat 04:55-dək olan müddət üzərinə müdafiəçinin də iştirakı ilə şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi aşkar olunmuşdur. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Bu şəxsi axtarış onun saxlanıldığı vaxt deyil, saxlanılmasından 2-3 saat sonra aparılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və orada saxlanılması müddətini araşdıraraq və Avropa Məhkəməsinin “Salayev Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin gətirilməsi vaxtı və orada saxlanılması müddəti də mübahisə doğurur. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində saxlanıldığı bildirmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman onun yanında olduğu şübhə doğurmayan X12 və X13 isə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdikləri ifadələrində Təqsirləndirilən şəxsla eyni məzmunlu ifadə verərək sonuncunun 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində saxlanıldığı bildirmişlər. Lakin iş üzrə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 isə Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə saat 00:50 radələrində saxlanıldığını qeyd etmişlər. Şahid1 məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilərkən verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdən 09 oktyabr 2022-ci il tarixə keçən gecə vaxtı saxlanıldığını bildirmişdir. Habelə məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X17 və X14 ifadələrində Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 00 radələrində tək gətirildiyini qeyd etmişlər. Bununla bağlı ibtidai araşdırma zamanı cinayət işinin materiallarına əlavə edilmiş sənədlərlə məhkəmə istintaqı zamanı əldə edilmiş sənədlərin arasında da ziddiyyətlər mövcuddur. Belə ki, Təqsirləndirilən şəxsla bağlı əməliyyat məlumatının 09 oktyabr 2022ci il tarixdə daxil olması, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın həmin tarixdə qəbul olunması, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasının göstərilən tarixdə saat 01:50-də rəsmiləşdirilməsi və üzərində şəxsi axtarışın qeyd olunan tarixdə saat 02:36-dan saat 04:55-dək olan müddət ərzində aparılması göstərilsə də məhkəmə istintaqı zamanı sorğu verilərək əldə olunmuş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışda Təqsirləndirilən şəxs, X12 və X7 Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə 08 oktyabr 2023-ci il tarixdə gətirilmələri göstərilmiş, eyni zamanda "xxxx" MMC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs məxsus olan 050 465-96-10 mobil telefon nömrəsinə aid məlumatlarda həmin mobil telefon nömrəsi vasitəsilə 08 oktyabr 2022-ci il tarixdə saat 22:54-dən sonra hər hansı danışığın aparılmaması, anten dairəsinə əsasən həmin telefon nömrəsinin qeyd olunan vaxt Şəki şəhəri, Qaçqın qəsəbəsində olması, bundan sonra həmin mobil telefon nömrəsinə daxil olmuş SMS mətnlərinə əsasən qeyd olunan mobil telefon nömrəsinin 09 oktyabr 2022-ci il tarixdə saat 00:16-dan saat 00:42-dək olan müddət ərzində “Sheki seh, Yeyinti Kombinati, İstehsalat binasi korpusu” anten dairəsində, yəni Şəki ŞRPŞ-nin inzibati binasının yerləşdiyi yer üzrə anten dairəsində olması, habelə "xxxx" MMC tərəfindən göndərilmiş X9 məxsus olan 055 729-11-88 mobil telefon nömrəsinə aid məlumatlarda isə həmin mobil telefon nömrəsinin 08 oktyabr 2022-ci il tarixdə saat 22:30-dan 09 oktyabr 2022-ci il tarixə saat 03:27-dək “Sheki TV yani/”Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı”/Shaki” anten dairəsində, yəni Şəki ŞRPŞ-nin inzibati binasının yerləşdiyi yer üzrə anten dairəsində olması müəyyən olunmuşdur. Eləcə də Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş 13 sentyabr 2023-cü il tarixli 3-13-109-2-23645/23 nömrəli məktubda Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi zamanı orada quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin olmadığı qeyd olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-yə tək halda deyil, X12 və X13 ilə birlikdə gətirilmələri, habelə onların polis əməkdaşları tərəfindən 09 oktyabr 2023-cü il tarixdə saat 00:50 radələrində deyil, 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində saxlanılmaları şübhə doğurmur və bu halla bağlı mübahisə olmasına baxmayaraq, Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və orada saxlanılması zaman polis şöbəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə müvafiq videogörüntülərin qeydə alınmaması məhkəmədə olan olan şübhələri daha da artırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən elektron tərəzinin və ona qarşı irəli sürülmüş ittihamda qeyd olunmuş çəkidə narkotik vasitənin aşkar olunması şəraitini araşdıraraq və Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərindən qara rəngli çantanın, həmin qara rəngli çantanın içərisindən elektron tərəzinin, habelə qeyd olunan çantanın içərisində olan sellofan torbada ona qarşı irəli sürülmüş ittihamda qeyd olunmuş çəkidə narkotik vasitənin aşkar olunması da mübahisə doğurur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 09 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadəsində narkotik vasitəni göy rəngli sellofon torbaya yığdığını, əl tərəzisini də sellofan torbaya qoyduğunu, bir müddət sonra isə həmin göy rəngli sellofan torbanı qara rəngli çantaya yerləşdirdiyini, daha sonra isə polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılıb üzərindəki qara rəngli çantaya baxış keçirilən zaman oradan içərisindəki göy rəngli sellofan torbanın içərisində yaşıl rəngli bitki kütləsi və həmin göy rəngli sellofan torbanın da içərisindən bir ədəd qara rəngli əl tərəzisinin aşkar olunduğunu demiş, 15 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində isə əvvəlki ifadələrini təkzib edərək göy rəngli sellofan torbada olan narkotik vasitəni götürüb Qəşəm Əhmədovun idarə etdiyi “Opel” markalı avtomobilin yük yerinə qoyduğunu, daha həmin avtomobilə əyləşib avtomobillə Şəki şəhərinə getdiyini, polis əməkdaşları tərəfindən saxlanılıb Şəki ŞRPŞ-yə aparılıb orada üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təzyiqi ilə onların dedikləri ilə razılaşdığını, daha sonra polis əməkdaşlarından birinin ona məxsus olan, içərisində narkotik vasitə marixuana olan göy rəngli sellofan torbanı götürüb otağı tərk etdiyini, bir qədər sonra isə bir ədəd qara rəngli çanta ilə otağa gələrək həmin çantanı ona verib çantanın içərisində tərəzinin də olduğunu, videoçəkilişdən istifadə edilən zaman tərəzi və sellofan torbadakı narkotik vasitənin özünə məxsus olmasını deməsini tələb etdiyini bildirmişdir. Həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində Təqsirləndirilən şəxs və Qəşəm Əhmədovla birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-yə aparılıb orada avtomobilin yük yerinə baxış keçirilən zaman oradan iki ədəd sellofan paketin aşkar olunduğunu demiş, daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntünün əks olunduğu disk görüntülü şəkildə nümayiş etdirilərkən sonuncunun üzərindən qara rəngli çantanın aşkar olunmadığını, aşkar olunmuş göy rəngdə olan sellofan paketin içərisindən paltarların aşkar olunduğunu, hansı rəngdə olduğunu xatırlamadığı digər sellofan paketin içərisinin isə ağız hissəsinə qədər dolu vəziyyətdə olmadığını, ağız hissəsinin isə burulmuş vəziyyətdə olmaqla açıq halda olduğunu və polis əməkdaşlarından birinin ikinci sellofan paketin lazım olduğunu dediyini bildirmişdir. Qeyd olunan xüsusatla bağlı məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 isə ifadəsində Təqsirləndirilən şəxs və Vüqar Osmanovla birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-yə aparılıb orada avtomobilin yük yerinə baxış keçirilən zaman oradan iki ədəd sellofan paketin aşkar olunduğunu demiş, daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntünün əks olunduğu disk görüntülü şəkildə nümayiş etdirilərkən sonuncunun üzərindən aşkar olunmuş göy rəngdə olan sellofan paketin içərisindən ona məxsus olan paltarların aşkar olunduğunu, hansı rəngdə olduğunu xatırlamadığı digər sellofan paketin ağız hissəsinin isə burulmuş vəziyyətdə olubolmamasını xatırlamadığını, lakin aşkar edilən ikinci sellofan paketin ağız hissəsinin videogörüntüdə əks olunduğu kimi bağlanmadığını qeyd etmişdir. Həmçinin şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 09 oktyabr 2022-ci il tarixli protokolda qeyd olunan qara rəngli çantanın Təqsirləndirilən şəxs qaytarılması qeyd olunsa sonuncu məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan çantanın ona qaytarılmadığını bildirmişdir. Göstərilənlərlə məhkəmədə şübhə doğuran səmərəli şəkildə araşdırmanın aparılmaması, cinayət işi üzrə işin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından zəruri olan və Təqsirləndirilən şəxsla heç bir qohumluq və tanışlıq əlaqəsi olmayan Qəşəm Əhmədovun, habelə tanışlıq əlaqəsi olsa belə qohumluq əlaqələri olmayan və iş üzrə qərəzsizliyi şübhə doğurmayan X21 Xəlilovla birlikdə eyni vaxtda Şəki ŞRPŞ-yə gətirilmələrinə baxmayaraq, onların izahatlarının alınmaması, şahid qismində dindirilməmələri, onlarla Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmaması və həmin şəxslərin iş üzrə əhəmiyyətli ifadə verə biləcəyi ehtimalı yüksək olduğu halda, qeyd olunan şəxslərin ümumiyyətlə bu prosesdən kənarda saxlanılmalarıdır. Məhz yuxarıda qeyd olunanlar, habelə hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərində şəxsi axtarışın aparılması arasındakı təxminən 2-3 saatlıq vaxt boşluğu sübutların “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmə heyətində haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsində olmaqla tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında da xüsusilə vurğulanmışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində saxlanılmasını və üzərində şəxsi axtarış aparılanadək keçən müddət ərzində, yəni 2-3 saat ərzində polisin nəzarətində qalmasını əsas götürərək, həmçinin üzərində aşkar olunmuş maddi sübutların (qurudulmuş marixuananın və elektron tərəzinin) onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə əsaslı və faktı təsdiq edən sübutlar kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutların əldə edilmə üsulunun və bu sübutların mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanının ittiham aktında əks etdirdiklərinə əsasən Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən sübutlar maddi sübutların (qurudulmuş marixuana və elektron tərəzi) aşkar olunduğu 09 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, polis əməkdaşları Şahid2 və Şahid1 şahid ifadələri və Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsidir. Qeyd olunanlarla bağlı ittiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması o, ilk dəfə 11 oktyabr 2022-ci il tarixdə X5 qəbul olunan zaman, daha sonra isə 22 dekabr 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilən zaman aşkar olunmuşdur və bu hal mübahisə doğurmur. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X5 qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “sağ bazunun ön səthində və sol saidin içəri səthində sıyrılmış yaralar” xəsarətləri aşkar edilmişdir. Habelə cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 22 dekabr 2022-ci il tarixli 647 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “sağ bazunun ön səthinin və sol saidin içəri səthinin sıyrıqları” diaqnozu ilə, 09 oktyabr 2022-ci il tarixdə bərk küt əşyanın təsirindən törənmiş, müxtəlif şəraitlərdə, yəni qarşılıqlı dalaşma və ya şəxsin özü-özünə yetirməsi nəticəsində əmələ gəlməsi mümkün olan, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş məhkəmə-tibb eksperti X11 ifadəsində müxtəlif şəraitlərdə yaranan xəsarətlər dedikdə, bədənin əl çatan nahiyələrində olan xəsarətlərin nəzərdə tutulduğunu, rəydə qeyd edilən xəsarətlərin hər hansı küt əşya ilə və ya kənar şəxslər tərəfindən yetirilməsinin mümkün olduğunu demiş və qeyd olunan xəsarətlər şəxsin əlinin çatdığı yerlərdə olduğu üçün şəxsin özünün istənilən vaxt dırnağı ilə həmin yerlərə xəsarətlər yetirə biləcəyini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsi, “Sahil” restoranının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, 09 oktyabr 2022-ci il tarixdə saat 01:50-də şübhəli şəxs qismində tutularaq polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmış, 10 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və 11 oktyabr 2022-ci il tarixdə X5 qəbul olunmuşdur. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman səhhətində heç bir problem olmamış, bədənində hər hansı xəsarət olmamış, nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmamış, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Belə ki, nə sonuncunun saxlanılaraq polis şəbəsinə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilən 09 oktyabr 2022-ci il tarixli raportda bu barədə heç bir məlumat əks etdirilməmiş, o cümlədən cinayət işi üzrə şahidlər olan polis əməkdaşları ifadələrində də belə bir halın baş verdiyini qeyd etməmişlər, həmçinin Təqsirləndirilən şəxs polis əmədaşlarına qarşı zor işlətdiyi və ya tutulan zaman, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarətlərlə bağlı Şəki rayon prokurorluğunda aparılan araşdırma nəticəsində 22 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlarla bağlı prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, ilk növbədə Təqsirləndirilən şəxs, daha sonra polis əməkdaşları Şahid2 və Şahid1 izahatları alınmış, Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin müəyyən edilməsi məqsədilə səmərli araşdırma aparılmamış, Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə hansı tarixdə gətirilməsini müəyyən etmək üçün “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ı götürülərək araşdırılmamış, Təqsirləndirilən şəxs polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olub-olmaması ilə bağlı hər hansısa qeydin olub-olmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülərək araşdırılmamış, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul edən həmin yerin rəisi çağırılaraq izahatı alınmamış və nəticədə yalnız Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları əsas götürülməklə 183-C-22 nömrəli material üzrə cinayət tərkibi olmadığından, CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı 08 oktyabr 2022-ci il tarixdən etibarən 11 oktyabr 2022-ci il tarixdə X5 qəbul olunanadək polis əməkdaşlarının nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə X5 qəbul olunan zaman müayinə olunması nəticəsində onun bədən səthində “sağ bazunun ön səthində və sol saidin içəri səthində sıyrılmış yaralar” xəsarətlərinin, habelə 22 dekabr 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilən zaman bədənində “sağ bazunun ön səthinin və sol saidin içəri səthinin sıyrıqları” xəsarətlərinin aşkar olunması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələrin yaranmasına səbəb olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Avropa Məhkəməsinin yaratdığı presedent hüququndan görünür ki, polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, şöbədən azad olunan zaman isə bədənində xəsarət müəyyən edildikdə, bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır. Hazırkı halda da cinayət işinin materiallarında mövcud olan sübutlar, xüsusən də "xxxx"ndan çıxarış və məhkəmə-tibb ekspertizasının 22 dekabr 2022-ci il tarixli 647 nömrəli rəyi Təqsirləndirilən şəxs bədənində açıq aşkar xəsarətlərin olmasını təsdiq edir. Baxmayaraq ki, prokurorluq orqanının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı müdafiə tərəfi mübahisələndirməyib, həmin qərar hazırda qüvvədədir, qeyd olunan qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Belə ki, CPM-in 9-cu maddəsində bu Məcəllənin 10-36-cı maddələrində cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin öz əksini tapdığı göstərilmiş, həmin prinsip və şərtlərin cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən etdiyi, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etdiyi və hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən etdiyi açıq şəkildə qeyd edilmişdir. CPM-in 9.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in qanunçuluq prinsipini təsbit edən 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Konstitusiyanın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Odur ki, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı yol verilən bu nöqsanlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə məruz qalmışdır. Beləliklə, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs faktiki olaraq saxlanılmasının cinayət işinin materiallarına əsasən rəsmiləşdirildiyi vaxtdan, yəni 09 oktyabr 2022-ci il tarixdə saat 00:50-dən saatlar öncə (2-3 saat öncə) baş verməsinə dair gəlinən nəticə, habelə sözügedən zaman kəsiyində onun polis əməkdaşlarının nəzarətində, yəni Şəki Şəhər-Rayon Polis Şöbəsində olmaqla heç bir hüququ, hətta ən fundamental hüquq olan müdafiə hüququ təmin olunmadan polis əməkdaşlarından asılı vəziyyətdə, onların ixtiyarında və əhatəsində olması fonunda onun həmin vaxt fiziki və psixi təsirə məruz qalması ehtimalı, eyni zamanda şəxsin polis əməkdaşları tərəfindən faktiki saxlanılması ilə onun saxlanılmasının rəsmiləşdirilməsi arasında keçən 2-3 saatlıq vaxt boşluğu məhkəmə heyətində Təqsirləndirilən şəxs üzərindən qara rəngli çantanın, həmin qara rəngli çantanın içərisindən elektron tərəzinin, habelə qeyd olunan çantanın içərisində olan sellofan torbada ona qarşı irəli sürülmüş ittihamda qeyd olunmuş çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması ilə bağlı, həm də onun tərəfindən etirafedici ifadələr verilməsi üçün ona təsirlərin olunması ilə bağlı əsaslı şübhələr yaratmışdır ki, qeyd edilən səbəbdən məhkəmə sonuncunun müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi qismən etirafedici ifadələrində göstərdiyi xüsusatlara, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən qeyd etdiklərinə tənqidi yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Eləcə bu hissədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində həqiqətən də üzərində müəyyən çəkidə narkotik vasitənin olduğunu etiraf etsə polis əməkdaşlarının təzyiqi ilə onların dedikləri ilə razılaşdıqdan sonra polis əməkdaşlarından birinin ona məxsus olan, içərisində narkotik vasitə marixuana olan göy rəngli sellofan torbanı götürüb otağı tərk etdiyini, bir qədər sonra isə bir ədəd qara rəngli çanta ilə otağa gələrək həmin çantanı ona verib çantanın içərisində tərəzinin də olduğunu, videoçəkilişdən istifadə edilən zaman qara rəngli çantada olan elektron tərəzinin, habelə qara çantanın içərisində olan sellofan torbadakı narkotik vasitənin özünə məxsus olmasını deməsini tələb etdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində müəyyən çəkidə narkotik vasitənin olduğunu etiraf etsə maddi sübut hesab oluna biləcək həmin çəkidə narkotik vasitə hazırda mövcud olmadığından onun üzərində məhz hansı çəkidə narkotik vasitənin olmasını hazırki anda heç nə ilə sübut etmək mümkün deyildir. Artıq yuxarıda göstərildiyi kimi qeyd olunanlar Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutların əldə edilmə üsulunun və bu sübutların mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün məhkəməyə kifayət edir. Həmçinin, CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs işə mahiyyəti üzrə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdikləri iş üzrə məhkəmə istintaqının gedişində müəyyən olunan işin obyektiv halları ilə, habelə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Vüqar Osmanov və Qəşəm Əhmədovun ifadələri ilə yanaşı, cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla üst-üstə düşərək bir-birini tamamladığından, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini əsaslı sayır və ona elan olunan bəraətin əsasına həmin ifadələri qoyur. Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin üzərinə əlavələrin edilməsini, elektron tərəzinin yerləşdirilməsini və təsir nəticəsində qorxub etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edirdi. Digər tərəfdən məhkəmə istintaqı ilə müəyyən olunan hallarla, yəni Təqsirləndirilən şəxs saxlanılmasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 iştirak etməsi ilə həmin əməliyyat tədbirində Şahid1 iştirak edib-etməməsi arasında ziddiyyətlər yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs onun saxlanılmasında Şahid1 iştirak etmədiyini bildirmiş, sonuncu isə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyini və bu zaman istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinin həmin vaxt üzərində olan mobil telefonun içərisində olduğunu, Təqsirləndirilən şəxs “Sahil” restoranının yaxınlığında saxladığını və qeyd olunan vaxt özünün də orada olduğunu bildirmiş, anten əhatə dairəsinə əsasən həmin mobil telefon nömrəsinin 08 oktyabr 2022-ci il tarixdə saat 22:31dən 09 oktyabr 2022-ci il tarixə saat 02:09-dək “Shaki-TV yani-2/”Şəki şəh.,Ruma otel və restoran”/Shaki” anten dairəsində, 09 oktyabr 2022-ci il tarixdə saat 02:11-dən saat 02:24dək “Sheki TV yani/”Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal”/Shaki” anten dairəsində olması, yəni Təqsirləndirilən şəxs saxlanıldığı “Sahil” restoranının yaxınlığında olmaması və Şəki ŞRPŞ-nin inzibati binasının yerləşdiyi yer üzrə anten dairəsində olması bildirildikdən sonra o, qeyd olunan vaxt mobil telefonunun sönmüş vəziyyətdə olması və ya mobil şəbəkənin olmaması səbəbindən anten dairəsinin həmin ünvanı göstərdiyini qeyd edərək öz dediklərinə haqq qazandırmağa çalışmış, lakin fikrini əsaslandıra bilməməklə buna nail olmamışdır. Odur ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən isə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olduğundan, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən polis əməkdaşlarının da ifadələri əsaslı sübut növü kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə qurudulmuş marixuana olması ilə bağlı ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə olmasını təsdiq edən sübut rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran narkoloji ekspertizanın rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. Cinayət işinin materiallarından göründüyü kimi, səlahiyyətli subyekt 09 oktyabr 2022ci il tarixdə qəbul etdiyi qərarla təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılması və həmin tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunması məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin vacibliyi qənaətinə gəlsə də, müvafiq qərarın qəbul olunmasının zəruriliyini kifayət qədər əsaslandırmamış, məhkəmə qərarı olmadan müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinin təxirəsalınmazlığının məhz nədən ibarət olmasını qərarda ətraflı şəkildə əks etdirməmiş, formal əsaslara istinad etməklə qərarda şablon – ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Halbuki, qanunverici bu kimi halların gələcəkdə səlahiyyətli subyekt tərəfindən sui-istifadə hallarına yol verilməsinə gətirib çıxarılmasına şərait yaradacağını nəzərə alaraq yuxarıda istinad olunan müddəalarında bu kimi hallarda məhkəmə qərarı olmadan hərəkət etmək barədə nəticəyə gələn səlahiyyətli subyekt tərəfindən məhz əsaslandırılmış qərarın qəbul edilməsinin labüdlüyünü vurğulamış və həmin müddəalara riayət edilməməsinin yekunda əməliyyat-axtarış tədbiri gedişində əldə olunan sübutların etibarsız sayıla biləcəyi ehtimalını birmənalı şəkildə əks etdirmişdir. CPM-ə əsasən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşıdrmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. CPM-in 447.2-ci maddəsinə görə məhkəmədə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci madəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi “Xudobin Rusiyaya qarşı” iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin “Klass və Başqaları Almaniyaya qarşı” iş üzrə 6 sentyabr 1978-ci il, “Lüdi İsveçrəyə qarşı” iş üzrə 15 iyun 1992-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Lakin cinayət işinin materialları ilə müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 5(075)-73/2022 nömrəli qərarına əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Şəki ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş 09 oktyabr 2022-ci il tarixli qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmaması nəticəsinə gəlinmiş və məhkəmənin sözügedən qərarının qəbul edilməsinə səbəb məhz səlahiyyətli subyektin qəbul etdiyi 09 oktyabr 2022-ci il tarixli qərarı kifayət qədər əsaslandırmaması, qeyd olunan qərarda məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olan əməliyyat-axtarış tədbirinin qeyd olunmaması, məhkəməyə göndərilmiş qərara onun qəbul edilmə səbəbləri və onun əsasında keçirilmiş tədbirlər barədə sənədin əlavə edilməməsi və sonradan məhkəməyə təqdim olunmaması olmuşdur. Göründüyü kimi, cinayət işi başlamadan öncə məhkəmə qərarı olmadan keçirilən əməliyyat-axtarış tədbirinin qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmamış və onun qanuniliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Beləliklə, artıq hazırki iş üzrə əməliyyat-axtarış tədbiri keçirilmədən öncə polis əməkdaşları tərəfindən həyata keçirilən hərəkətlər (daha doğrusu hərəkətsizliklər) gələcəkdə əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunacaq sübutun legitimliyinə şübhə yaratmışdır. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, CPM-in 65.1 və 65.2.4-cü maddələrinin tələbinə əsasən həmin qərar məhkəmə üçün preyudisial əhəmiyyət daşımır. Belə ki, məhkəmə nəzarətini həyata keçirən məhkəmə əməliyyat-axtarış tədbirinin keçirilməsinin qanuniliyi məsələsinə baxarkən məhdud sayda sübatlar əsasında yalnız keçirilən prosedurun qanuniliyini yoxlamışdır ki, həmin qərar sonradan mahiyyəti üzrə işə baxan məhkəmə üçün şəxsin təqsirliliyinin müəyyən edilməsi baxımından əvvəlcədən heç bir preyudisial qüvvəyə malik olmamaqla məhkəmənin həmin halları yenidən yoxlayıb qiymətləndirməsinə maneə deyildir. Həmçinin, məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş Şəki rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərarına da münasibət bildirərək qeyd edir ki, sözügedən qərar yalnız Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində polis əməkdaşları tərəfindən fiziki təsirə və işgəncəyə məruz qalmamasına dair gəlinən nəticəni əks etdirir və həmin qərarın məhkəmənin hazırki iş üzrə məhkəmə istintaqı ilə müəyyən etdiyi məhkəməyədək icraat dövründə yol verilmiş kobud prosessual pozuntuların fonunda Təqsirləndirilən şəxs bəraət verməsi ilə bağlı gəldiyi qənaətə heç bir təsiri yoxdur. CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Bundan əlavə, “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CPM-in 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirə təyin edilməməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2 kq 64,95 qram narkotik vasitə qurudulmuş marixuana onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli və ibtidai araşdırmanın davam etdirilməsi üçün saxlanılmalı, bir ədəd elektron tərəzi isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs 51,06 (əlli bir manat sıfır altı qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55- 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2 kq 64,95 qram narkotik vasitə qurudulmuş marixuana onun əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin və ibtidai araşdırmanın davam etdirilməsi üçün saxlanılsın, bir ədəd elektron tərəzi isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 51,06 (əlli bir manat sıfır altı qəpik) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-85/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-85/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver