Məhkəmə qərarları › İş №1(091)-85/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-85/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-85/2024 29.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1985-ci ildə Bərdə rayonu, Yeni Əyricə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilərək üzərində qəti 5 il azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, Mingəçevir şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Mingəçevir şəhəri ərazisində 4 otaqlı mənzil almağa köməklik edəcəyini yalandan vəd verərək aldadıb, 2022ci ilin noyabr ayının ortalarında Yevlax rayonu, Havarlı kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evdə sonuncunun 76.000 (yetmiş altı min) manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 76.000 (yetmiş altı min) manat məbləğdə, yəni külli miqdarda maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərinin girişində yerləşən 46 sot torpaq sahəsini dəyərindən aşağı qiymətə alacağını deyib həmin torpaq sahəsinin sənədlərini məhkəmə vasitəsilə düzəldəcəyini yalandan Zərərçəkmiş şəxs1 vəd verərək aldadıb, 30 noyabr 2022-ci il tarixdə həmin niyyətlə Zərərçəkmiş şəxs1 çalışdığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 30 saylı binanın birinci mərtəbəsində yerləşən «Diş Poliklinikasında» Zərərçəkmiş şəxs1 7.000 manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 7.000 (yeddi min) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri Günəşli bağ massivindən 1 hektar 12 sot ölçüsündə olan torpaq sahəsini dəyərindən ucuz qiymətə alıb 1 hektarını başqa bir şəxsə satacağını, qalan 12 sot torpaq sahəsinin 6 sotunu isə Zərərçəkmiş şəxs1 verəcəyini yalandan vəd verərək aldadıb, 17 dekabr 2022-ci il tarixdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Azərcell»in inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə sonuncunun 21.000 (iyirmi bir min) manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 21.000 (iyirmi bir min) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Yevlax rayonu, Havarlı kəndi ərazisində dəqiq demədiyi ölçüdə torpaq sahəsini dəyərindən ucuz qiymətə almağı yalan vəd verərək aldadıb, 26 dekabr 2022-ci il tarixdə Yevlax rayonu, Havarlı kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evdə sonuncunun 23.000 (iyirmi üç min) manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 23.000 (iyirmi üç min) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Polis Şöbəsi onu böyük bir haqsızlıqla qarşı-qarşıya qoymuşdur. O, özü zərərçəkmiş şəxs olsa da, onun şikayətinə baxılmadan və bir neçə müddətdən sonra heç bir axtarışda olmadan Mingəçevir şəhəri ünvan 2 ünvandan Mingəçevir ŞPŞ-nin əməliyyat-axtarış bölməsinin 20 nəfər əməliyyatçısı onu axtarışda olan şəxs kimi məsuliyyətə cəlb etmişdir. Bundan əlavə, 2023-cü ilin yanvar ayında onun müraciətinə də baxılmamış və polis əməkdaşları ona soyuq münasibət bəsləmişdirlər. Şahid1 ilə iş görmüş və onun atasını Yolçu İsmayılov kimi tanımışdır. X12 Federasiyasında yaşamış və onunla əlaqəsi olmamışdır. O, Samirlə iş görən zamanı atası Azərbaycanda deyil, Rusiya Federasiyasında olmuşdur. Lakin onu Samirin atası şikayətçi olub tutdurmuşdur. Mingəçevir ŞPŞ-də isə ona demişdirlər ki, bunun fərqi yoxdur. Bunun fərqi çoxdur. Onun atası ölüb və onun sağ vaxtı etdiyi şeylərin ona və ailəsinə aidiyyatı olmamalıdır. Onlar Zərərçəkmiş şəxs1 və Şahid1la işlər görmüşlər. O, torpaq alqı-satğısı işləri ilə məşğul olmuşdur. Onlar ona pullarının olduğunu bildirərək, həmin pullardan istifadə edərək pul qazanmalarını təklif etmişdirlər. Dəfələrlə əmlak alqı-satğısı ilə xeyirləri olmuşdur. Rafail və Ayaz onun pullarını əlindən çıxarıb qaçandan sonra polisə şikayət etmiş, lakin şikayətinə baxılmamışdır. Ona polislər bildirdi ki, sən əvvəl də bu maddə ilə tutulmusan və daha sonra yenə onu bu maddə ilə cinayət məsuliyyətinə cəlb etmişdirlər. İlk dəfə ona Zərərçəkmiş şəxs1 demişdir ki, ucuz torpaq alqı-satğısı etsin və xeyirin 60 faizi İsrafilə, 40 faizi isə dostu Şahin və ona qalsın. 3-4 ay sonra isə Şahid1 ona zəng vurmuşdur ki, pulu vardır və onunla işləmək istəyir. Samirlə də belə razılığa gəlmişlər ki, xeyirin 50 faizi Samirə, 50 faizi isə Şahin və ona qalsın. Bundan başqa, Rafail və Ayaz da pullarının olduğunu, həmçinin Bakıda da bu işlə məşğul olduqlarını və onunla birlikdə işləmək istədiklərini bildirmişdir. Rafail və Ayaz onu inandırmışdır. Belə ki, onlar ona pul vermişdirlər. Daha sonra, onlar ondan pul istəmiş və demişlər ki, yaxşı iş vardır. Əgər onlara kömək etsə, hamıya xeyir qalacaqdır. O, özü pulunun olmadığını və kiminsə pulu ilə iş gördüyünü bildirmişdir. Onlara bir neçə dəfə pul vermiş və onlar da həqiqətən puldan əlavə qazanc da vermişdirlər. Həmin puldan İsrafilə də çatmışdır. Axırıncı dəfə dekabrın 27-si səhər saatlarında bunlarla görüşməli olduqları halda, onlara zəng çatmamış və əlaqə yarada bilməmişlər. Onlarda İsrafil və Samirin pulunun xeyli hissəsi qalmışdır. Onların aylarla onda pulları qaldığından, onu özlərinə inandırmışdırlar. Onlar isə yoxa çıxmışlar. Sonda o, “DİN”in 102 qaynar xidmətinə zəng etmiş və polis şöbəsinə getmişdir. Lakin polis heç onun izahatını da almamışdır. İsrafil ona 7000 manat bir dəfə, 21000 manat isə başqa vaxt pul vermişdir. O da həmin pulu Ayaz və Rafailə vermişdir. İsrafil ona pul verəndə borc müqaviləsi bağlamağı təklif etmişdir. O da birlikdə işlədiklərini demişdir. Bundan əlavə o, İsrafilin 90 min manatlıq evini 120 min manata satmışdır. Bundan əlavə, 03 ədəd də evi var idi ki, almışlar və satışda olmuşdur. Həmin evlərdən ona çatası xeyiri götürsə, aralarında çox xırda məbləğdə pul borcu qalmışdır. İsrafilnən buna görə razılaşmışlar. Şahid2 də iştirakı ilə Mingəçevir şəhərində Səməd Vurğun parkında İsrafil demişdir ki, borc müqaviləsi bağlayaq ki, atası biraz çətin adamdır və görsün ki, bu pulu o, tələf etməmişdir. O da onunla razılaşmış və yanvar ayından onunla müqavilə bağlamışdır. Lakin bundan əlavə onun evlərinin satılmasında da onun xeyir vardır. Şahin də buna şahiddir. İsrafil ibadət adamı olduğunu, ona çox xeyir verdiyini bildirmiş və and içmiş ki, evlərin satılmasından sonra əldə olunan xeyirlə bu borc bağlanar. Lakin onun pulu əldən çıxandan sonra İsrafil bu haldan istifadə etmişdir. Hətta indi mülki iddia ilə ondan 40000 manat pul tələb edir. Lakin o, heç ona özünü o qədər borclu hiss etmir. Belə ki, 28000 manatdan təxminən 24000-25000 manatı onun satılan əmlaklarından əldə olunmuş xeyiri onun haqqıdır. Şahid2 də məhkəməyə dəvət olunsa, dedikləri təsdiqin tapar. Belə ki, onun da İsrafildən alacağı var. O, Zərərçəkmiş şəxs2 isə ümumən tanımamışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 Şahid1 atası Yolçu İsmayılovdur. Samirlə o, iş görən zaman Yolçu, yəni Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında olmuşdur. Zərərçəkmiş şəxs2 ona Rusiya Federasiyasından zəng etmişdir. Anten dairə məlumatları götürülsə, bu təsdiqini tapar. Onun cinayət işinə əvvəlcə Mingəçevirdə, daha sonra Yevlaxda baxılıb. Ev almaq üçün 76000 manatı o, Samirdən tam şəkildə almamışdır. 18 noyabrda 42000 manat, 27 noyabrda isə 34000 manat pulu Samir ona vermişdir. Onun iş yerinin qarşısında pulu gətirib ona təqdim etmişdir. Külli-miqdar yaranması üçün ayrı-ayrı epizodları birləşdirib, ona ittiham irəli sürülmüşdür. Onun toplam şəkildə verəcəyi 99000 manat olmuşdur. Öz tanışından ona yönəltdiyi 7000 manatlıq torpağın sənədini qaytarmışdır. Yevlax rayon prokurorluğundan Samirlə üzləşməsi olmuş və Samir atasının onunla iş görmədiyini bildirmişdir. 76000 manat 4 otaqlı ev almaq məqsədi ilə, 23000 min manat isə torpaq almaq məqsədi ilə alınmışdır. 76000 min manatı Ayaz və Rafail ondan alıb yoxa çıxdıqdan sonra qaynar xəttə və polis şöbəsinə bildirmişdir. Polis şöbəsində demişlər ki, o, əvvəllər də belə cinayət törətmiş, elə bu işdə də günahkar odur. Mülki iddia ilə Zərərçəkmiş şəxs1 ondan 40000 manat tələb edir. Lakin tam qəbul etmir. Onun 28000 manat puldan yalnız 3000-3400 manat məbləğini qəbul edir. Mülki iddianın yalnız 3000 manatını qəbul edir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs2 evin alınması ilə bağlı söz verməmiş və onunla heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs2 pulu ilə iş də görməmişdir. Samir dediyinə Vaqifin oğludur. Zərərçəkmiş şəxs1 ilə bağlı 46 sot torpaq məsələsi olmuşdur. Bu torpaq Xaldan şossesinin üstündə olmuşdur. Ona müraciəti birinci Rafail, daha sonra Ayaz etmişdir. Onlar ona müraciət etmişdirlər ki, əllərində olan pullarla əmlak alıb-satsınlar. 46 sot torpağı Rafail və Ayaz demişdir ki, almaq istəyirlər, lakin pulları çatmır. Onlara Zərərçəkmiş şəxs1 7000 manat pulu verilmişdir. 01 hektar 12 sot ərazidə isə 21000 manat pul verilmişdir. O, İsrafilə demişdir ki, belə adamlar var və torpaq alıb-satıb onlara da xeyir verəcəklər. O, Rafail və Ayazla torpağı birlikdə almırmış. O, dəfələrlə İsrafildən pul alıb bu şəxslərə vermiş və onlar da xeyirləri ilə birlikdə pulu onlara qaytarmışlar. İsrafil Ayaz və Rafaillə tanış deyilmiş və ona deyirmiş ki, o, istəmir ki, bu işlərdə adı keçsin. Belə ki, o, diş texniki və ya həkimidir. İsrafil alqı-satğı işlərində iştirak etməyi özü istəməmişdir. Günəşli massivində də torpaq alarkən, İsrafilə demişdir ki, 3000-4000 manat onlara xeyir verəcəklər və o, da razılaşmışdır. Ayaz və Rafail pulu alıb yoxa çıxmışlar. O da sonra polisə müraciət etmişdir. Ayaz və Rafail istintaq ərəfəsində tapılıb dindirilməmiş və heç bununla maraqlanılmamışdır. Zərərçəkmiş şəxs1 ilə bir ildən çox idi ki, işləyirmiş. Samirlə isə 2022ci il yay aylarından işləyirmiş. Onlar şəxsin öz adına etibarnamə alıb digər şəxsə rəsmi alqı-satğı edirmişlər. Etibarnamə zərərçəkmiş şəxslərin adına götürülürmüş, daha sonra digər şəxsə satılanda əmlakın birinci sahibinin adından digər şəxsin adına rəsmiləşdirilmişdir. 13100 manat Şahid1 pul qaytarmışdır. Yalnız Şahid1 pul qaytarmışdır. Zərərçəkmiş şəxs1 ilə Şahid2 vasitəsilə tanış olmuşdur. İsrafil ilə 60/40-a razılaşmışdır ki, ortaqlı iş görəcəklər. Satılan əmlakın 60 faizi İsrafilə veriləcəkdir. Həmin bölgünün kimin təşkil etdiyini hazırda dəqiq xatırlamır. Bölgünü İsrafil özü etmişdir. Şahinə də faiz verirmiş. Belə ki, ona qalan 40 faizin 20 faizini Şahinə verirmiş. Şahin əmlak satmaqda ona köməklik edirmiş. İsrafil 21000 manatı ona noyabr ayında vermişdir. İsrafili Ayaz və Rafaellə görüşdürə biməmişdir. Həmin adamlar İsrafillə görüşmək istəməmişdir. Rafael və Ayazla 6-7 ay əlaqəsi olmuşdur. Aylıq nə qədər gəlir əldə etdiyini dəqiq deyə bilməmişdir. Təxmini ayda nə qədər qazanc əldə etdiyini deyə bilməmiş, lakin payız aylarında tez-tez iş görürmüş. Orta hesabla hər məbləğdə qazanc əldə etmişdir. Elə olmuşdur ki, ayda 600- 700 manat qazanırmış. Ölkəni tərk edən vaxt zərərçəkmiş şəxslərə məlumat verməmiş, lakin Samirlə danışmışdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində tanınmış fiziki şəxslərə qarşı dələduzluq cinayətlərini törətməməsi, sonuncuların pullarını ələ keçirməməsi və mənimsəməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Şahid1 tanışı Şahid2 vasitəsilə təxminən 2022-ci ilin oktyabr ayında tanımışdır. Belə ki, o Mingəçevir şəhəri M.Maqomayev prospekti 79 ünvanında yerləşən şüşə sexini 2022-ci ilin avqust ayında 110 min manata satmışdır. Təxminən 2022-ci ilin oktyabr ayında oğlu Samir, tanışı Şahin və Cabir adlı şəxs onun Yevlax rayonu, Havarlı kəndində yerləşən evinə gəlmişlər. O, Şahini əvvəlcədən oğlunun tanışı kimi tanımışdır. X14 dostu olduğunu, ev və torpaq alqı-satıqısı ilə məşğul olduğunu, onda olan pulu götürüb ev və ya torpaq alıb sataraq gəlir əldə etmək istədiyini demişdir. O, oğlu işsiz olduğundan oğlunun pul qazanması üçün razılıq vermişdir. Bundan sonra təxminən 1 ay ərzində Cabir 2-3 dəfə ev və torpaq alqı-satqısı ilə məşğul olaraq gəlir əldə etmişlər. 2022-ci ilin noyabr ayının ortalarında oğlu Samir ona Mingəçevir şəhərində yeni hündürmərtəbəli binalardan birində 76.000 manat dəyərində mənzil satıldığını, həmin mənzili Cabirlə birlikdə alıb-satmaq istədiklərini bildirmişdir. O da razılıq vermişdir. Təxminən 2 gün sonra o və həyat yoldaşı 76.000 manat pulu sayıb hazırlamış, həmin vaxt Samir də evdə olmuşdur. Təxminən saat 16 radələrində Cabir onun evinə gəlmiş və o, 76.000 manatı Cabirə verməsi üçün Samirə vermişdir. Həmin pullar əksəriyyəti 100 manatlıq olmaqla 100 və 50 manatlıq əskinazlardan ibarət olmuşdur. Cabir kağıza bükülmüş vəziyyətdə ona Samirin verdiyi pulu saymadan götürüb getmişdir. Həmçinin Cabir gələn zaman darvazanın qarşısında onunla işgörən adını hal-hazırda xatırlamadığı şəxsin onu avtomobildə gözlədiyini demişdir. Lakin o həmin şəxsi görməmişdir. Bundan sonra demək olar ki, Cabir hər gün onun evinə gəlib getmişdir. Alqısatqı ilə bağlı olan məsələləri oğlu Samirlə danışdıqlarından bu barədə o Cabirlə hər hansı söhbət aparmamışdır, lakin Cabir mənzilin pulunu verdiyini, mənzilin vərəsəlik üzrə sahibinin Mingəçevir şəhərinə gəlib sənədləşmələrə imza çəkdikdən sonra evi alıbsatacaqlarını demişdir. Bu formada Cabir onları dekabr ayına kimi yubatmışdır. Bundan başqa dekabr ayı ərzində Cabir və Samir Yevlax rayonu, Havarlı kəndində olan torpaq sahəsini 23.000 manata satın almaq bardə razılamışlar. Lakin torpaq sahəsinin hansı qiymətə satılması, dəqiqi harada olması və həmin torpaq sahəsinin hansı qiymətə satacaqları barədə ona heç nə deməmişlər. Belə ki, o oğlu Samirə yalnız onun pulunu yerinə qoymalarını, qalan gəlirlərinin ona heç bir aidiyyətinin olmadığını, gəliri özlərinə götürmələrini demişdir. Odur ki, onların aralarında razılıq olduqdan sonra xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Cabir onun Yevlax rayonu Havarlı kəndində olan evinə gəlmiş,həmin vaxt Samir də evdə olmuşdur. Cabir gələn zaman yanında hazırda adını xatırlamadığı hündür boylu, sarışın 1 nəfər də gəlmişdir. O 23.000 manat pulu sayıb Samirə vermiş və Samir də həmin pulu Cabirə vermişdir. Cabir Samirə xx.xx.2022-ci il tarixdə saat 10-da Mingəçevir “ASAN” Xidmət Mərkəzinin qarşısında görüşüb sənədləşməni aparacaqlarını demişdir. xx.xx.2022-ci il tarixdə Samir və Şahin “ASAN” Xidmətin qarşısında Cabiri gözləmişlər ki, sənədləşməni həyata keçirsinlər. Lakin Cabir dediyi vaxtdan da gec gəlmişdir. Həmin vaxt Şahin ondan 76.000 manata aldığı evi göstərməsini tələb etmişdir. Lakin Cabir evi ala bilmədiyini, həm 76.000 manatı, həm də 23.000 manat pulu əslən Göyçaydan olan şəxslərin onu aldadaraq əlindən aldıqlarını bildirmişdir. Lakin həmin şəxslərin şəxsiyyətləri barədə heç bir şey deməmişdir. Cabir ondan aldıqları pulu evini sataraq verəcəyini demişdir. Bundan sonra yanvar ayı ərzində demək olar ki, həftədə 2 dəfə Cabirin atası Rəşid qardaşı Kamil və Şahinlə birlikdə onun yaşadığı evə gəlmişlər. Cabirin atası və qardaşı yaşadıqları evi satacaqlarını, qalan pulu da kredit alaraq verəcəklərini demişdir. Həmçinin Kamil özünün hərbi qulluqçu olduğunu, aylıq 1.100 manat pul aldığını, kredit götürənə kimi kartda olan aylıq maaşı özünə götürməyini istəmişdir. O da kartı götürmüş və yalnız 2023-cü ilin yanvar ayında kartdan 1.100 manat pul çıxarmışdır. Sonra Cabir qəzalı vəziyyətdə olan, etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı avtomobilini təmir etdirib 5.000 manata satıb pulunu ona vermişdir. Həmçinin Yevlax rayonu, Havarlı kəndində olan 7.000 manat dəyəri olan torpaq sahəsini də ona vurulmuş ziyanı ödəmək üçün ona vermişdir. Ümumilikdə Cabir aldığı 99.000 manat pulun 13.100 manatını ona ödəsə də qalan 85900 manat pulunu qaytarmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə tanışı Şahid2 vasitəsilə təxminən 2021-ci ilin noyabr ayında tanış olmuşdur. Şahin Mingəçevir şəhəri Səməd Vurğun meydanı yaxınlığında çayxana işlədir. O da istirahət vaxtlarında çay içmək üçün Şahinin işlətdiyi çayxanaya gedirmiş. Şahinlə çay masası ətrafında ümumi söhbət edərkən Şahin bəzən ona dəyərindən ucuz əmlak satışlarının təklif olunduğunu, kifayət qədər pul olarsa onları alaraq daha sonra baha satıb gəlir əldə etməyin mümkün olduğunu bildirmişdir. Bu zaman o Şahinə Bakıdakı mənzilini satdığını, əlində kifayət qədər nağd pul olduğunu, əgər razılıq verərsə onunla birlikdə bu işi görə biləcəyini bildirmişdir. Bir neçə gün sonra Şahin onu Cabir ilə tanış etmiş və Cabiri ev alqı-satqısı ilə məşğul olan makler kimi təqdim edib bu işləri Cabirlə görəcəklərini bildirmişdir. Danışıqlar zamanı onlar belə razılığa gəlmişlər ki, mənzil alqı-satqısından əldə etdikləri gəlirin 60%-i onun, qalan 40%-i isə Şahin və Cabirin olaqcadır. Onlar Mingəçevir şəhəri ərazisində bir neçə mənzil alqı-satqısını həyata keçirərək gəlir əldə etmişlər. Bundan başqa alqı-satqı məqsədi ilə almış olduğu 2 ədəd mənzil isə hal-hazırda satılmayaraq qalmışdır. Onlar ev alqı-satqısı ilə məşğul olduqları bu zaman ərzində Cabir başqa bir nəfərlə torpaq alqı-satqısı ilə məşğul olduğunu ona bildirmişdir. Bir neçə dəfə də bununla bağlı pulu çatmadıqda ondan borc alıb geri qaytarmışdır. Daha sonra Cabir ona bu işdə haqqının ödənmədiyini, həmin adamın əvəzinə onlarla bu işi görə biləcəyini bildirmiş və 2022-ci ilin noyabr ayında onlara torpaq sahəsi alqı-satqısı ilə məşğul olmağı təklif edərək bu işdə daha çox gəlir olduğunu bildirmişdir. Həmin gün axşam Şahin və Cabirlə çay içərkən bu barədə Şahinin də razılığını aldıqdan sonra Cabir onlara Mingəçevir şəhərinin girişində 10 sot torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini 20.000 (iyirmi min) manata ala biləcəyini bildirmişdir. Torpağın real dəyərinin 25.000 (iyirmi beş min) manat olduğunu və həmin dəyərə sata biləcəyi hazır müştərisinin olduğunu bildirmiş onlar da bu işə razılıq vermişlər. O xx.xx.2022 tarixində həmin torpaq sahəsinin sahibinə beh təqdim etməsi üçün Cabirə Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən mərkəzi stadionun yanında 4000 (dörd min) manat pul vermiş və həmin gün axşam görüşərkən bu barədə Şahini xəbərdar etmişdir. Pulu verən zaman onların yanlarında heç kim olmamışdır. xx.xx.2022 tarixdə Cabir ona zəng edərək torpaq sahəsinin sahibinə təqdim etmək üçün ümumi məbləğin qalan 16.000 (on altı min) manatını da ondan istəmiş və həmin tarixdə çalışdığı Mingəçevir şəhəri Heydər Əliyev prospekti 30 saylı binanın 1-ci mərtəbəsində yerləşən iş otağında 16.000 (on altı min) manat pulu Cabirə vermişdir. Həmin pulu da verən zaman onların yanlarında heç kim olmamışdır. O, həmin gün axşam pulun geri qalanını Cabirə verməsi barədə Şahini məlumatlandırmışdır. 2022-ci ilin noyabr ayının sonlarında Cabir onlara Mingəçevir şəhərinin girişində 46 sot başqa bir torpaq sahəsinin olduğunu, torpağın bir sotunun 1500 (min beş yüz) manata satıldığını, həmin torpağın bir sotunun real dəyərinin isə 2000 (iki min) manat olduğunu bildirmişdir. Bir neçə gün sonra Cabir ona torpağın sahibi ilə görüşüb, həmin torpağı satması üçün 68.000 (altmış səkkiz min) manata razılaşdığını bildirmişdir. O həmin məbləğdə nağd pulunun olmadığını bildirdikdə Cabir ona 40.000 (qırx min) manat nağd pul düzəldə biləcəyi halda geri qalan 28000 (iyirmi səkkiz min) manatı borc kimi tanışından alacağını, daha sonra isə əldə edəcəkləri gəliri əvvəllər razılaşdıqları (60%/40%) şəkildə deyil, bu dəfə yarı-yarıya (50%/50%) böləcəklərini bildirmişdir. Həmin torpağın sənədlərinin Şəki İnzibati Məhkəməsində olduğunu, sənədlərin hazır olması üçün 7.000 (yeddi min) manat pul lazım olduğunu onlara bildirmişdir. Onlar da bu şərtlə razılaşmışlar. O xx.xx.2022 tarixində torpağın sənədlərinin hazır olması üçün lazım olan 7000 (yeddi min) manatı Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən Azərcell-in binasının qarşısında idarə etdiyi avtomobildə Cabirə vermişdir. Həmin pulu verən zaman onların yanlarında heç kim olmamışdır. O pulu verməsi barədə Şahinə ortaq olduğu üçün məlumat vermişdir. 2022-ci il dekabr ayının əvvəllərində Cabir birinci danışdıqları torpaq sahəsi (10 sot) ilə bağlı olan bələdiyyə sənədini gətirib ona təqdim etmişdir. Buna görə də onun Cabirə bu işlə bağlı inamı artmışdır. Elə bu tarixlərdə Cabir onun yanına gələrək Mingəçevir şəhərinin girişində Günəşli bağlarında 1 hektar 12 sot torpaq sahəsinin satıldığını, bu torpağı 30.000 (otuz min) manata ala biləcəklərini bildirmişdir. O Cabirə iş üçün o qədər pulunun olmadığını bildirmişdir. Həmin tarixlərdə o özünə aid olan 1 otaqlı evin satışı ilə bağlı müəyyən qədər nağd pul əldə etmiş və Cabir bu barədə məlumatlı olmuşdur. Cabir ona əlində olan puldan bu torpağı almaq üçün istifadə edə biləcəklərini bildirdikdə o həmin məbləğdən əlində nağd 21.000 (iyirmi bir min) manat qaldığını, şəxsinə aid olan yaşadığı evi də satdığını və bununla bağlı beh aldığını, 2023-cü ilin fevral ayının sonlarında bu evin də alqı-satqısını bitirib yaşamaq üçün yeni ev alacağını, ona görə də o pulla iş görmək istəmədiyini bildirmişdir. Cabir isə 2023-cü ilin yanvar ayının sonuna kimi bu torpağı satacağına onu əmin etmişdir. Ona 21000 (iyirmi bir min) manatı verəcəyi halda həmin pulun üzərinə tanışı Sadiqdən 9000 (doqquz min) manat borc alaraq torpağı alacaqlarını, daha sonra həmin 1 hektar 12 sot torpağın 1 hektarını yanvarın sonuna qədər 30000 (otuz min) manata sataraq onun 21000 (iyirmi bir min) manatını və Sadiqin 9000 (doqquz min) manatını qaytardıqdan sonra geri qalan 12 sotu isə hərəsinə 6 sot bağ kimi saxlaya biləcəklərini bildirmişdir. O bu şərtlərlə razılaşaraq xx.xx.2022 tarixində Cabirin iş yerinin qarşısında idarə etdiyi avtomobildə dostu Toğrul Cəlilovun yanında Cabirə 21000 (iyirmi bir min) manatı vermişdir. O Dekabr ayının 28-də Səməd Vurğun parkında yerləşən Şahid2 aid çayçıda oturarkən Cabirin şəhər sakini kimi tanıdığı Samir və daha bir neçə nəfərdən də ev və torpaq alqı-satqısı üçün küllü miqdarda pul aldığını eşitdikdən sonra Cabirə zəng edərək onunla görüşmüş və ondan verdiyi pulları geri qaytarmasını tələb etmişdir. Cabir ona verdiyi 7000 (yeddi min) manatın Samirin də tanıdığı Yevlax rayonu Havarlı kənd sakininə verdiyini, bu məsələdə heç bir problemin olmadığını, ancaq digər 21000 (iyirmi bir min) manatın isə tanış olduğu bir qadının vasitəsilə Göyçay rayon sakinləri tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini ona bildirmişdir. O digər şəxslərdən də pul aldığı barədə soruşduqda həmin pulların da yuxarıda qeyd edilən Göyçay rayon sakinləri tərəfindən ələ keçirildiyini bildirmişdir. O Cabirdən polis şöbəsinə gedərək şikayət etməsini tələb etmişdir. Cabir isə Mingəçevir ŞPŞ-nə bu barədə şikayət etdiyini bildirmişdir. O xx.xx.2022 tarixində Şahinin də iştirak etdiyi söhbətdə Cabirdən həmin adamların kim olduqları, telefon nömrələrini, pulu harada verdiyini, harada işlədiklərini və Mingəçevir ŞPŞ-də kimə bu barədə məlumat verdiyini soruşmuşdur. Cabir dələduzluq yolu ilə pulunu ələ keçirən adamların nə ad-soyadlarını, nə telefon nömrələrini, nə pulu harada verdiyini, nə də həmin adamlar haqqında Mingəçevir ŞPŞ-də şikayət ərizəsi ilə kimə müraciət etdiyini onlara bildirməmişdir. Sadəcə səbirli olmalarını, tanışı olduğunu iddia etdiyi Mingəçevir ŞPŞ-nin əməkdaşının bu işlə bağlı bir neçə gün ərzində rəsmi şikayəti qəbul edəcəyini və həmin adamları taparaq yaxın zamanda pulu geri qaytaracağını onlara demişdir. O, Cabirin bu barədə verdiyi məlumatların yalan olduğuna və pulu özünün mənimsədiyinə əmin olmuşdur. O Cabirinin ondan aldığı 21000 (iyirmi bir min) və 7000 (yeddi min) manat pulun sübutu kimi ondan ona borc müqaviləsi təqdim etməsini tələb etmişdir. xx.xx.2022 tarixində Cabirin ondan aldığı pulun sübutu kimi Mingəçevir “ASAN” Xidmət Mərkəzində Cabirlə 28000 (iyirmi səkkiz min) manat dəyərində borc müqaviləsi bağlamışlar. Borc müqaviləsi bağladıqda pulun həmin şəxsə verilməsi məcburidir. O həmin pulu borc alaraq özü ilə Mingəçevir “ASAN” Xidmət Mərkəzinə aparmış, müqavilə bağlayan zaman Şahid2 və tanışı Zaur Məmmədov da yanılarında olmuşdur. Özünün də razılığı ilə pulu Cabirə verib müqavilə bağladıqdan sonra geri almışdır. Onun məqsədi bu barədə müvafiq orqanlara şikayət edərkən əlində yetərli sübutun olması olmuşdur. Cabirin həmin torpaq üçün ödədiyi məbləği öyrənə bilməsə də sahibi ona pulun ödəndiyini ona bildirmişdir. O daha sonra sənədləri X7 sədri Sərvan müəllimə göstərdikdə o, həmin sənədlərin qanuni olduğunu, torpağın ona məxsus olduğunu bildirsə də torpağa çıxarış almağın hal-hazırda mümkün olmadığını bildirmişdir. Bu barədə Cabirə məlumat verdikdə ona o torpağa çıxarış almağın mümkün olduğunu, ancaq buna ehtiyac olmadığını, həmin torpağı sataraq pulunu geri qaytaracağını, bu barədə narahat olmağa əsas olmadığını bildirmişdir. O, Cabirinin ailəsinin borcu ödəməyə razılıq verməsini nəzərə alaraq bu məsələ ilə bağlı müvafiq orqanlara şikayət etməyərək borcun ödənilməsi üçün ona vaxt verməyi düşünmüşdür. Cabir xx.xx.2023 tarixinə kimi 7000 (yeddi min) manatı, xx.xx.2023 tarixinə kimi 20000 (iyirmi min) manata aldıqları torpağı sataraq həmin pulu, xx.xx.2023 tarixinə kimi isə geri qalan 21000 (iyirmi bir min) manatı qaytaracağını bildirmişdir. O, danışıqdan sonra Cabirə həmin tarixlərə kimi vaxt verəcəyini, əgər pulu ödəməzsə müvafiq orqanlara müraciət edəcəyini bildimişdir. O işi ilə əlaqədar olaraq yanvar ayında Bakı şəhərinə kursa getmiş kursda olan zaman fevral ayının 2-si Cabirin istifadəsində olan mobil telefon nömrələri ilə əlaqə saxlamağa çalışsa da onlara zəng çatmamışdır. Kursu bitirdikdən sonra Mingəçevir şəhərinə gəldikdə Cabirin evinin, ailəsinin əmlakı olmadığını, qardaşının və atasının borcu ödəməkdən imtina etdiyini. sonradan isə Cabirin Azərbaycan Respublikasını tərk etdiyini öyrənmişdir. O, Təqsirləndirilən şəxs Rəşdi oğlundan şikayətçidir və sonuncunun dələduzluq yolu ilə onun aldldıb ələ keçirdiyi 28000 (iyirmi səkkiz min) manat nağd pulun geri ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 (Vaqif) oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin fevral ayında tanışdır. Belə ki, Cabir Mingəçevir Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən binanın birinci mərtəbəsində yerləşən obyekt satışı zamanı vasitəçi olan Cabirə dediyi pulu vermədiyindən Cabir ondan həmin şəxsin onun pulunu verməsinə köməklik etməyini xahiş etmişdir. Bu şəkildə o, Cabiri şəhər sakini kimi tanımışdır. 2022-ci ilin avqust ayında o Mingəçevir şəhəri M.Maqomayev prospekti 79 ünvanında yerləşən şüşə sexini 110 min manata satmışdır. Sexi satandan təxminən 3 gün sonra Cabir onun istifadəsində olan mobil telefona zəng etmişdir. Ona sexi satmağı bardə məlumatı olduğunu, onun sexi satan zaman makler kimi ona köməklik edən Canpoladın dələduz olduğunu onunla iş görməməyini demişdir. X8 şəhəri S.Vurğun meydanı yaxınlığında çayxana işlədən Şahid2 ilə şərik olduğunu deyib ona birlikdə daşınmaz əmlak satıb gəlir əldə etməyi təklif etnişdir. Bundan sonra Şahin, Cabir və o Mingəçevir şəhərinin girişində Alaqapı adlanan yerdə görüşmüşlər Həmin vaxt Cabir mənzil alqı-satqısı ilə məşğul olacağını, satışdan sonra əldə olunmuş gəlirin yarısının onun, yarısının isə Şahin və özünü olmasını demişdir.. Bundan sonra Cabir Mingəçevir şəhəri ərazisində bir neçə dəfə mənzil almış və həmin mənzillərin satışını həyata keçirmiş və onlar əldə olunmuş gəliri bölmüşlər. Hər dəfə Cabir mənzil almaq üçün pul lazım olduqda gəlib onun Yevlax rayon, Havarlı kəndində olan evində almışdır. Çünki həmin evlərin alqı-satqısı üçün külli miqdarda pul verdiyindən onu evdə valideynlərimin yanında vermişdir. Pulu götürən zaman da əksər vaxtı Cabir yanında Asif adında onunla birlikdə çalışan şəxslə gəlibgetmişdir. Təxminən 2022-ci ilin noyabr ayının ortalarında Cabir ona Mingəçevir şəhərində yeni hündürmərtəbəli binalardan birində 76.000 manat dəyərində mənzil satıldığını, həmin mənzili alıb-satmaq istədiyini bildirmişdir. Onlar əvvəllər aldıqları mənzillərin hamısını onun adına sənədləşdirirək satmışlar. Lakin Cabir həmin vaxt mənzili onun adına keçirməyə ehtiyac olmadığını, aldığımız mənzili artıq satmaq üçün adam tapdığını və onunla 80.000 manat müqabilində razılaşdığını bildirmiş və o, Cabirə inanmışdır. Təxminən saat 16 radələrində Cabir, o evdə olan zaman onların Yevlax rayonu, Havarlı kəndində olan evə gəlmişdir. Həmin vaxt onun atası Cabirə vermək üçün 76.000 manatı ona vermiş, o da pulu Cabirə vermiş, Cabir kağıza bükülmüş vəziyyətdə olan pulu saymadan götürüb getmişdir. Pulu götürən zaman Cabir Şahinin onu gözlədiyini, evə baxmaq üçün getdiklərini demişdir. 2022-ci ilin dekabr ayına kimi Cabir onu yubadaraq yeni aldığı mənzilin sahibinin öldüyünü, yalnız vərəsəliklə bağlı sənədlər gəldikdən sonra evin satışını həyata keçirəcəyini demişdir. Eyni zamanda 2022-ci ilin dekabr ayında o Yevlax rayonu, Havarlı kəndində 36 sot torpaq sahəsini almaq üçün 29.500 manata razılaşmış və o, 2.500 manat da beh vermişdir. Həmçinin onlar xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri 20 Yanvar küçəsində olan mənzilin satışını həyata keçirmişlər və həmin satışdan hər birinə 1000 manat pul çatmışdır. Yerdə qalan 23.000 manat isə atasının pulu olmuşdur. Pulu əldə etdikdən sonra xx.xx.2022-ci il tarixdə həmin Havarlı kəndində olan danışdıqları torpaq sahəsini sənədləşdirmək üçün Mingəçevir şəhəri ASAN xidmət mərkəzinin qarşısında Şahin, o və Cabir görüşmüşlər. Torpağın sənədləşmə prosesi zamanı söhbət əsnasında o Cabirdən 76.000 manat verdiyi evin aqibətinin nə olmasını soruşmuş, həmin vaxt Şahin bu barədə məlumatı olmadığını demişdir. Bundan sonra onlar Cabirdən mənzilin harada olması, heç olmasa yerini göstərməsini dedikdə, Cabir sabah bütün sənədlşməni edərək evi satacağını demişdir. Həmin onun almalı olduğu torpaq sahəsinə verməli olduğu 23.000 manat pul onda qalmışdır. Belə ki, alqı-satqı müddəti başa çatdığından və bank bağlandığından alqı-satqını yekunlaşdıra bilməmişlər. Həmin gün axşam saat 20 radələrində Cabir ona zəng edərək sabah sənədləşməni qutacacaqlarını ona görə də onda olan 23.000 manat pulu ona verməyini istəmişdir. O da Cabirə inandığından hətta özünə məxsus avtomobili də müvəqqəti istifadə etməsi üçün Cabirə vermişdir. Ona görə o 23.000 manatı yaşadığı evdə atası və anasının yanında Cabirə vermişdir. Səhəri gün torpaq almalı olduğu şəxs ona zəng edərək ASAN xidmətin qarşısında olduğunu, oraya gəlmələrini istəmiş və o Şahinlə görüşüb oraya getsə də Cabir işi təxirə salmalarını alqı-satqının baş tutmayacağını demişdir. Bundan sonra Cabir, o, Şahin və Cabirə pul vermiş Zərərçəkmiş şəxs1 bilrikdə görüşüb danışmışlar. Həmçinin Cabirin qardaşı Kamil də onların yanlarına gəlmiş və Cabirin aldığı pulu evlərini satmaq bahasına ödəyəcəklərini demişdir. Həmçinin qardaşı Kamil Muradov özünə məxsus olan maaş kartını da ona verərək aylıq maaşı çıxarmasını demişdir. O həmin kartdan yalnız 1 dəfə 1100 manat pul çıxara bilmiş, Cabirin istifadəsində olan avtomobilin satışından 5.100 manat götürmüşdür. X11 rayonu, Havarlı kəndi ərazisində olan torpaq sahəsini almaq üçün torpağın sahibinə torpağı geri qaytararaq ona verdikləri 6.900 manat pulu da götürmüşdür. Həmçinin Cabirdən ondan aldığı pulu kimə verməsini soruşduqda Cabir Göyçay rayonundan olan şəxlsərin ondan torpaq sahəsi almaq adı ilə onun verdiyi pulu alan şəxslərin ona qarşı dələduzluq etdiklərini demişdir. Həmçinin Cabir ümumilikdə həmin şəxslərə 150.000 manat pul verdiyini, həmin pulun içərisində İsrafilin və digər şəxslərin də pulunun olduğunu desə də nə o, nə də ailə üzvləri ona inanmamış və Cabirdən pulu qaytarmasını tələb etmişlər. xx.xx.2023-cü il tarixdə Kamil ona verdiyi kartı blok etdirmiş, xx.xx.2023-cü il tarixdə Cabirin narahat edilməsi haqqında onun barəsinddə 102 xidmətinə müraciət etmişlər, xx.xx.2023-cü il tarixdə isə Cabir ölkədən çıxmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Mingəçevir şəhərində çayxana işlədir, Təqsirləndirilən şəxs şəhər sakini kimi əvvəllər tanımış, lakin onunla heç bir yaxın münasibəti olmamışdır. Cabir məhkum olunub çıxdıqdan sonra onun yanına gələrək yer tapıb makler işləmək istədiyini demişdir. O isə Cabirə elə bir tanışının olmadığını demişdir. Bundan sonra Cabir mütəmadi olaraq çayxanaya gəlib-getməyə başlamış və yer götürüb işlədiyini demişdir. Belə ki, o, özü çayxanada işlədiyindən gündəlik olaraq çayxanaya daşınmaz əmlakın alqı-satqsı ilə məşğul olan şəxslər o cümlədən dost-tanışları gəlib gedirmişlər. O, dəfələrlə tanışlarına dostlarına uyğun qiymətlərdə əmlak, torpaq sahələri olduqda bu barədə tanışlarına məlumat verirmiş ki, xeyir öz tanışlarına qalsın. O bir neçə dəfə həmin torpaq sahələri və ya mənzil olduqda oradan alqı-satqının aparılmasında iştirak etmiş, həm də özünə müəyyən qədər pul qalmışdır. Həmin vaxtlarda da Cabir də çayxanaya gəlib-getmişdir. Onun Cabirin əvvəllər məhkum olunması ilə bağlı məlumatı olsa da, Cabir nahaqdan məhkum olunduğunu, tanışlarının onun pulunu alaraq onun özünə qarşı dələduzluq edildiyini, lakin pulu özü aldığına görə məhkum olduğunu demişdir. O və tanışları da onun nahaq yerə məhkum olunmasına görə, yəni dələduzluq etmədiyinə inanaraq onunla şəhər sakini kimi ünsiyyət saxlamışlar. Cabir gəliş gedişlərinin birində Mingəçevir şəhərində mənzil alqı-satqısı ilə məşğul olduğunu, şəhər ərazisində mənzil olduğunu və sataraq gəlir əldə edə biləcəklərini, lakin mənzili almaq üçün pul lazım olduğunu demişdir. Cabir ona bu barədə məlumat verməmişdən əvvəl isə çayxanada olan Zərərçəkmiş şəxs1 ilə danışıb razılığa gəlmişlər. Həmin vaxt Cabir və İsrafil onu yanlarına çağıraraq ev alqı-satqısı etmək istədiklərini, etibarlı adam kimi onun da həmin evlərin təmirində iştirak etməyini, satışdan əldə edəcəkləri gəlirin 60 %-i İsrafilin qalan 40% onun və Cabirin arasında bölünməli olduğunu bildirmişdir. Bu şəkildə razılıq olduqdan sonra Cabir İsrafilin puldan istifadə etməklə bir neçə mənzil alqı satqısı etmişdir. Bundan bir müddət sonra Cabir ona çayxanada olarkən əvvəllər Mingəçevir şəhəri, M.Maqomayev prospektində şüşə sexi işlədən Şahid1 ona zəng edərək mənzil alqı-satqısı işi üçün əlində pul olduğunu həmin sahədə işləmək istədiyini demişdir. X6 birlikdə işlədiyini dedikdən sonra, Şahinin də ordadırsa lap yaxışıdı şəkilində cavab verdiyini demişdir. Həmçinin Samir özü də onu şəhərdə görüb onun da həmin işin içində olduğumdan arxayın olduğunu bildirmişdir. Bundan sonra o bir neçə dəfə həm İsrafil, həm də Samirin pulu ilə Cabirin aldığı evlərin təmir olunmasında iştirak etmiş və satışdan əldə etdikləri gəlirə uyğun olaraq pulları verilmişdir. 2022-ci ilin dekabr ayında Samir ona zəng edərək Mingəçevir ASAN Xidmət Mərkəzində olduqlarını və satmış olduqları əmlakın sənədləşməsini həyata keçirmək üçün Cabiri gözlədiyini demişdir. O da sənədləşmə aparıldığı üçün onların yanına gemişdir. Həmin vaxt Asan Xidmətdə sənədləşmə aparılan zaman danışıq zamanı Samir ona Mingəçevir şəhərində yerləşən yeni tikili binalardan 4 otaqlı mənzili alması üçün Cabirə 76.000 manat pul verdiyini demiş, o isə həmin pulun verilməsindən məlumatı olmadığını, mənzilin harada yerləşməsi, sənədlərinin qaydasında olub-olmamasını soruşduqda Samir təxminən 1 aydır ki, pulu verdiyini demişdir. Cabirdən mənzilin sənədlərini tələb edəndə o, mənzilin sahibinin öldüyünü, həmin şəxsin oğlunun Rusiya Federasiyasında yaşadığını, mənzilin satışı ilə bağlı razılıq verdikdən sonra sənədləşmənin həyata keçiriləcəyini demişdir. Lakin o mənzili görməkdə israr etdikdən sonra Cabir ASAN xidmətdə işi yekunlaşdırdıqdan sonra mənzili göstərəcəyini demişdir. X18 danışaraq mənzilə baxmağı sabaha saxlamasını dediyindən Samir də Cabirlə razılaşmışdır. Həmçinin Cabir sabah mənzili sənədləşdirəcəyimizi dediyindən Samir ona Cabirə çox israr etməmələrini, ondan şübhələnmələrini düşünməsini istəməmələrini demişdir. O da etiraz etmədikdən sonra sabah görüşmələri barədə razılaşmışlar. Sabahı gün səhər saatlarında Samir ona zəng edərək ASAN xidmətin qarşısında gözlədiyini, lakin Cabirin gəlmədiyini demiş, o Cabirə zəng etsə də Cabir onun zənglərinə cavab verməmiş və o Samirin yanına ASAN xidmətə getmişdir. Həmin vaxt Samir ona 76.000 manatdan əlavə dünən axşam saatlarında Cabirin ondan torpaq sahəsi almaq adı ilə əlavə olaraq 23.000 manat pul aldığını bildirmişdir. O bundan sonra Cabirlə bir neçə dəfə əlaqə saxlayaraq Samirin pulunu qaytarmasını istəmişdir. Sonradan isə o çayxanada oturan zaman İsrafilin kefsiz olmasını görüb nə baş verdiyini soruşanda həmin vaxt İsrafil Cabirin ona Yevlax rayonu Havarlı kəndində yerləşən torpaq sahəsini satması adı ilə ondan ümumilikdə 28.000 manat pul verməsi barədə məlumat vermişdir. Onun həmin vaxta qədər İsrafilin də Cabirə həmin məbləğdə pulu harada və necə verməsi barədə məlumatı olmamışdır. Həmçinin Cabirin həm İsrafildən, həm də Samirdən aldaraq pul almasını bildikdən sonra o sonuncu mənzilin satışından ona qalmış 1.000 manat xeyiri də aparıb ziyanı çox olduğu üçün Samirə vermişdir. Həmçinin onlar Cabirin avtomobilini 5.100 manata sataraq Samirə vermişlər. Cabir Havarlı kəndində yerləşən dəyəri 6.900 manat olan torpaq sahəsini də Samirə vermişdir ki, dəymiş maddi ziyandan çıxılsın. Cabirə hər dəfə pulu qaytarmasını tələb etdikdə isə 2 nəfər Göyçay və Bərdə rayonundan olan əvvəllər bir neçə dəfə alqı-satqı etdiyi şəxslərin ondan pul alaraq aldatdıqlarını demişdir. Cabir həmin şəxslərin iri əmlakların alqı-satqısı ilə məşğul olduqlarını onların qeydiyyat nişanını xatırlamadığı “BMV” markalı avtomobillə gəldiklərini, şəhər ərazisində görüşərək pulu onlara verdiyini bildirmişdir. O Cabirə pulu harada vermişdirsə, şikayət edərək kamera görüntülərinin də ələ keçirilməsi üçün vaxtında polisə müraciət etmələrini dedikdə, Cabir pulu verdiyi yerdə kamera olmadığını deyərək müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Samirin atası Yolçu (Vaqif) ona Cabir pulu qaytarmadığından onların ailəsini yaşadıqları evə gətirməyini pulun ödənməsi il bağlı olaraq onun ailə üvzləri ilə danışmaq istədiyini demişdir. Həm də o, Cabirin qardaşı Kamil, atası Rəşid və anası Nüşabəni Samirin yaşadığı Yevlax rayonu, Havarlı kəndində yerləşən evə aparmış, onları 2 dəfə həmin evə aparıb gətirdikdən sonra belə razılığa gəlmişlər ki, Cabirin valideynlərinin Mingəçevir şəhəri, Samux küçəsində yerləşən evini təxminən 40-60 min manata sataraq ziyanın bir hissəsini verməli, qalan pulu isə Kamilin aylıq 1.100 manat olan maaşı ilə aybaay verməli idilər. Lakin təxminən 2023-cü ilin yanvar ayının sonunda Cabirlə əlaqə kəsilmiş, həmçinin Yolçuya (Vaqifə) verilmiş kart da Kamil tərəfindən bağlanılmışdır.Onun sonradan Cabirin ölkə hüdudlarını tərk etməsi barədə məlumatı olmuşdur. Cabir ölkədən çıxdıqdan sonra isə o 1 Kamili dəfə çayxanada görmüş və ziyanı necə ödəyəcəklərini, evlərini sataraq ödəməklərinin daha yaxşı olmasını, Cabirin Samirin ailəsini çıxılmaz vəziyyətdə qoymasını bildirmişdir. Lakin Kamil ona konkret cavab verməmiş, işin həll olunacağını demişdir. O bundan sonra Kamili görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Şahid1 (Vaqif) oğlu onun uzaq qohumumdur. Təqsirləndirilən şəxs da onun vasitəsi ilə tanımışdır. Belə ki, o Vətən Müharibəsindən qayıtdıqdan sonra uzun müddət özünə iş axtarsa da məşğulliyyət növü tapa bilməmişdir. Həmin ərəfələrdə qohumu Samirin Mingəçevir şəhərində ev alqı-satqısı işi ilə məşğul olan Təqsirləndirilən şəxsla birlikdə ev alqı-satqıs ilə məşğul olması haqqında məlumatı olmuşdur. 2022-ci ilin iyul ayında Samir onunla əlaqə saxlayaraq ona işsiz olduğumdan onunla ev alqı-satqısı həyata keçirilən Cabirin yanında iş təklif etmişdir. Belə ki, Samir ona Cabirlə birlikdə ev alqı-satqısı etmələrinə baxmayaraq onun əvvəllər dələduzluq etdiyinə görə məhkum olduğunu, ona görə də ondan ehtiyat etdiyindən onun həm Cabirə nəzarət etməyini, həm də Cabirin yanında işləyərək pul qazanmağını təklif etmişdir. O Samirin təklifi ilə razılaşaraq Cabirin yanında işə başlamışdır. Onların alqı-satqı ilə məşğul olduqları ofis Mingəçevir şəhəri 20 Yanvar küçəsi 37/49 saylı binanın aşağı mərtəbəsində olmuşdur. Həmin ofisdə o və Cabir birlikdə çalışmışlar. Cabir Samirlə bərabər həmçinin X5 verdiyi pul əsasında da ev alqı-satqısı ilə məşğul olmuş və İsrafil də hərdənbir onların ofisə gəlmişdir. Lakin evlərin alqı-satqısı işi ilə Cabir özü məşğul olmuş və ona mənzillərin kirayə verilməsi işi ilə məşğul olmağı tapşırmış və alqı-satqı proseslərində o iştirak etməmişdir. O Cabirin Samirlə bir neçə dəfə ev alqı-satqısı etmələrinin şahidi olmuş, eyni zamanda İsrafil də əlində sənədlərlə ofisə gələn zaman Cabir ona ofisdə qalmağını sənədləşmə ilə bağlı olaraq getdiyini dediyindən onların da birlikdə alqı-satqı həyata keçirmələrini bilmişdir. Hətta bir dəfəsində Samir Cabirin ev satışından ona da pul ayırdıqlarını demiş, lakin Cabir həmin ona ayrılan pulun böyük hissəsini kəsərək ona cuzi miqdarda pul vəsaiti vermişdir. Cabirlə işlədiyi müddətdə bir neçə dəfə Samirlə birlikdə ev almaq məqsədilə Samirin Yevlax rayonu, Havarlı kəndində yerləşən evlərinə getmişdir. Lakin hər dəfəsində o Cabiri evin qapısının qarşısında gözləmiş, evə keçməmişdir. Bir dəfəsində də Samir ona zəng edərək Cabirə pul çatmalı olduğunu, həmin pulu gəlib evlərindən götürüb Cabirə verməyini istəmiş, O Samirin Yevlax rayonu Havarlı kəndində yerləşən evlərinə gedərək ABŞ dollarlarından ibarət olan, lakin məbləğini bilmədiyi pul vəsaitini gətirib ofisin qarşısında Cabirə vermişdir. Təxminən 2022ci ilin noyabr ayında Cabir işdən çıxan zaman ona Samirin Havarlı kəndində olan evlərinə gedəcəklərini və ondan pul götürəcəklərini demiş, onlar birlikdə Samirin evinin qarşısına getmişlər. Cabir avtomobildən enib evə girmiş, o isə evin darvazasının qarşısında Cabirin gəlməsini gözləmişdir. Təxminən 30 dəqiqədən sonra Cabir evdən əlində 1 ədəd içərisində pul olan iri həcmli paketlə çıxmış, o paketin iri həcmli olmasından Cabirə orada nə qədər pul olmasını və nəyə görə götürməsini sorşduqda Cabir pulun miqdarının ona heç bir aidiyyətinin olmadığını, təcili ev düşdüyünü və onu alıb-satıb qazanc əldə edəcəklərini demişdir. Bundan sonra o Cabirə bu barədə sual verməmişdir. Keçən müddətdə Cabir Samirə pul göndərəndə, eyni zamanda Samir də Cabirə xırda məbləğlərdə pul göndərəndə onları gətirib aparmaq ona tapşırılmışdır. Lakin yüksək məbləğlərdə pul olanda həmin məbləğləri özləri bir-birilərinə təhvil vermişlər. Təxminən 2022-ci ilin dekabr ayının sonlarında Cabir ona Samirdən pul götürəcəyini onlara getməli oldqlarını demiş, o Cabirlə birlikdə Samirin yaşadığı evə getmişdir..Həmin gün də o darvazanın qarşısında gözləmiş, Cabir girib Samirin evindən pulu götürüb qayıtmış və pulun məbləğinin nə qədər olmasını ona deməmişdir. O təxminən 2023-cü ilin yanvar ayının sonuna kimi Cabirin yanında çalışmış. Yanvar ayının sonlarında Cabir işə gəlmədiyindən ona zəng etmiş. bir neçə zənglərdən sonra Cabir cavab vermiş və işinin olduğunu gələcəyini demiş, lakin həmin gün Cabir işə gəlməmişdir. Həmin günün səhəri Zərərçəkmiş şəxs1 ofisə gəlmiş və Cabirə zəng çatmadığını, Cabirin ev alqı-satqısı adı ilə ondan 28.000 manat, Samirdən 100.000 manata yaxın pul aldığını, lakin onu tapa bilmədiklərini demişdir. Bundan bir müddət sonra Samir də onunla əlaqə saxalayaraq həqiqətən Cabirin ondan külli miqdarda pul aldığını, həttə Cabirin ondan pul alan zaman onun da onların evinə gəldiyini demişdir. Həmin vaxt o, Cabirin hansı vaxtlarda Samirdən pul almasını bilmişdir. Bu məsələdən bir neçə müddət sonra o Cabirin ölkə hüdudlarını tərk etməsi barədə məlumatı olmuşdur. O, Cabirlə əlaqə saxlaya bilmədiyindən o, Cabirin icarəyə götürdüyü ofisi təhvil vemiş və onunla üzbəüz olan ofisdə işə başlamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, auditor rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs1 Mingəçevir şəhər prokurluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ev almaq üçün 28000 manat pul verdiyini lakin sonuncunun vədinə əməl etməyərək ona məxsus pulu ələ keçirməsini bildirməsi, həmçinin xx.xx.2023-cü il tarixdə Yevlax rayonu Havarlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 Mingəçevir şəhər prokurluğuna ərizə ilə müraciət edərək 27 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ev alamq üçün 99000 manat pul verdiyini lakin sonuncunun vədinə əməl etməyərək ona məxsus pulu ələ keçirməsini bildirməsi barədə Mİngəçevir şəhər prokurorluğuna daxil olmuş 1-C-52xx/xx/2023 və 1-J-52xx/xx/22023 nömrəli müraciətlər olmuşdur (cild 01, iş vər 05-07). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş, lakin o, istintaqdan yayındığı üçün ona ittiham elan etmək mümkün olmadığından həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün tutulma haqqında qərar çıxarılmaqla, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 01, iş vər 94-96). xx.xx.2023-cü il tarixli qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild 01, iş vər.98-99). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir (cild 01, iş vər. 102-105). xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 118). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cidl 01, iş vər. 125-126). xx.xx.2023-cü il tarixli, 4(051)-71/2023 nömrəli Mingəçevir Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər.142-144). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqdirli bilinərək 9 il azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən CMnin 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilərək üzərində qəti 5 il azadlqıdan məhrum etmə cəzası saxlanılıb və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunub (cild 01, iş vər. 145-146). xx.xx.2023-cü il tarixli, 4(051)-83/2023 nömrəli Mingəçevir Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri üç ay müddətə uzadılmışdır (cild 01, iş vər.163-166). xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşdirilən zaman ifadəsində göstərdiklərini təqsirləndirilən şəxsin üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir (cild 01, iş vər. 176-177). xx.xx.2023-cü il tarixli 1165 nömrəli Tibbi Ərazi Bölmələrini İdarəetmə Mingəçevir şəhəri X4 şəhər X1 arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qedyiyyata durmur və müraciət etməmişdir (cild 01, iş vər. 180). xx.xx.2023-cü il tarixli 1080 nömrəli Tibbi Ərazi Bölmələrini İdarəetmə Mingəçevir şəhəri X4 şəhər X3 arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin Dispanserdə qedyiyyata durmur (cild 01, iş vər. 184). xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi brədə” qəbul edilmiş qərarla Yevlax RPŞ-nin İB-nə göndərilmiş və xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işini icraata qəbul etmə haqqında” qərarla icraatıma qəbul edilərək istintaqı davam etdirilmişdir (cild 01, iş vər. 185-187). xx.xx.2023-cü il tarixli Mingəçevir şəhər icra hakimiyyəti Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Samux küçəsi 9a nömrəli evdə qeydiyyatsız yaşıyırvə onun barəsində yaşadığı müddət ərzində heç bir şikayət daxil olmamışdır (cidl 01, iş vər 197-198). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur (cild 01, iş vər. 201). xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən 1,57 ha torpaq sahəsi üzərində ümumi bərgə mülkiyyət hüququ qeydiyyat alınmışdır (cild 01, iş vər. 210). xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə üzləşdirilən zaman ifadəsində göstərdiklərini təqsirləndirilən şəxsin üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir (cild 01, iş vər.224-225). xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, şahid qismində Şahid1 (Vaqif) oğlu Təqsirləndirilən şəxs ilə üzləşdirilən zaman ifadəsində göstərdiklərini təqsirləndirilən şəxsin üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir (cild 01, iş vər. 227- 229). xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Rəfael, Ayaz adlı şəxslərin barəsində CM-in 178.2.1 və 178.3.2-ci maddələri ilə cinayət işinin başlanılmasından rədd edilməsi qərara alınmışdır (cild 230-245). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) açıq məhkəmə iclaslarında müdafiəçisi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək və həmin sübutları mübahisələndirmək, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübut təqdim etmək, habelə müdafiə hüququnun realizə edilməsi məqsədi ilə müxtəlif xarakterli vəsatətlər vermək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Belə ki, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmiş, habelə ona qarşı irəli sürülmüş mülki iddiaları qəbul etməmiş və elan edilmiş ittihamı bütovlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən iş üzrə bir neçə əhəmiyyət kəsb edən halı əsas tutmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pulları almasını qeyd etməsinə baxmayaraq Rəfael və Ayaz adlı şəxslər tərəfindən aldanıldığı bildirmiş, həmin şəxslərin şəxsiyyəti barədə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında konkret məlumat verməmişdir. Məsələ ondan ibarətdir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul məbləğlərini almasını göstərmiş, lakin həmin pul məbləğlərinin məhs Rəfael və Ayaz adlı şəxslər tərəfindən mənimsənildiyini bildirmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri Günəşli bağ massivindən 1 hektar 12 sot ölçüsündə olan torpaq sahəsini dəyərindən ucuz qiymətə alıb 1 hektarını başqa bir şəxsə satacağını, qalan 12 sot torpaq sahəsinin 6 sotunu isə Zərərçəkmiş şəxs1 verəcəyini yalandan vəd verərək aldadıb, Zərərçəkmiş şəxs1 21.000 (iyirmi bir min) manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 21.000 (iyirmi bir min) manat məbləğdə, yəni xeyli miqdarda, həmçinin Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərinin girişində yerləşən 46 sot torpaq sahəsini dəyərindən aşağı qiymətə alacağını deyib həmin torpaq sahəsinin sənədlərini məhkəmə vasitəsilə düzəldəcəyini yalandan Zərərçəkmiş şəxs1 vəd verərək aldadıb, həmin niyyətlə Zərərçəkmiş şəxs1 7.000 manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 7.000 (yeddi min) manat məbləğdə, yəni xeyli miqdarda, eləcə də Zərərçəkmiş şəxs2 dəqiq demədiyi ölçüdə torpaq sahəsini dəyərindən ucuz qiymətə almağı yalan vəd verərək aldadıb, Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 23.000 (iyirmi üç min) manat məbləğdə, yəni ona xeyli miqdarda, habelə Zərərçəkmiş şəxs2 Mingəçevir şəhəri ərazisində 4 otaqlı mənzil almağa köməklik edəcəyini yalandan vəd verərək aldadıb, Vaqif Muradovun 76.000 (yetmiş altı min) manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 76.000 (yetmiş altı min) manat məbləğdə, yəni külli miqdarda maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarını qazanmaqla, onların etibarından sui-istifadə etməklə və onlara vəd verərək, aldatmaqla hər bir epizod üzrə dadələduzluq cinayətlərini düşünülmüş və planlaşdırılmış şəkildə törətmişdir. Belə ki, iş zərərçəkmiş şəxslər xeyli və külli miqdarda özlərinə aid pul vəsaitlərini Təqsirləndirilən şəxs, əvvəlcədən razılaşdırılmış qaydada təhvil verməmişdən əvvəl Təqsirləndirilən şəxs onlara özünü peşəkar makler kimi təqdim edərək qurban seçdiyi şəxslərin etibarını qazanmaq məqsədi ilə görünüş üçün həmin zərərçəkmiş şəxslərlə formal cəhətdən bir neçə dəfə əmlak alıb satmış və gəlir götürmələrini təmin etməklə, onların etibarını qazanmış və zərərçəkmiş şəxslərin əmlakını aldatma yolu ilə ələ keçirmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 27ci bəndində göstərilir ki, Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Kollegiya Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan xx.xx.2022-ci il tarixli 28000 manatlıq kredit müqaviləsi ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs1 ona borc müqaviləsi bağlamasını təklif etmiş və Təqsirləndirilən şəxs bu təklifi qəbul etmişdir. Bununla da, Təqsirləndirilən şəxs kredit müqaviləsini bağlamaqla öz niyətini gizlətməyə və cinayət əməlini mülki münasibətlərdən əmələ gələn öhdəlik görünüşü verməyə çalışmışdır. Bu hissədə məhkəmə hesab edir ki, müqavilənin bağlanması qətiyyən həmin münasibətlərin mülki hüquq münasibətləri kimi qəbul edilməsinə əsas ola bilməz. Ən maraqlısı isə odur ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətlərini törətməsi üsulunu da çox məharətlə seçmişdir. Belə ki, araşdırılmış sübutlardan açıq aşkar görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin əldə edəcəkləri əmlakdan qazanc əldə edəcəkləri vədi ilə onların etibardan sui-istifadə etməsi və aldatması müəyyən edilmişdir. Məsələ ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs heç bir əmlakı faktiki olaraq və ya sənəd üzərindən göstərmədən yalnız vəd verərək zərərçəkmiş şəxslərdən istədiyi məbəğdə pul vəsaitlərini götürmüşdür. Göstərilən hallar da ona dəlalət edir ki, həqiqətən də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 76000 (yetmiş altı min) manat külli miqdarda ziyan vurmaqla, Zərərçəkmiş şəxs1 7000 (yeddi min) manat xeyli miqdarında ziyan vurmaqla, habelə sonuncuya 21000 (iyurmi bir min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla və Zərərçəkmiş şəxs2 23000 (iyirmi üç min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini planlaşdırılmış şəkildə törətmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa nəticəyə gəlmək mümkün olmamışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna, mexanizminə və nəticəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Mingəçevir şəhəri ərazisində 4 otaqlı mənzil almağa köməklik edəcəyini yalandan vəd verərək aldadıb, 2022-ci ilin noyabr ayının ortalarında Yevlax rayonu, Havarlı kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evdə sonuncunun 76.000 (yetmiş altı min) manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs2 etibardan suiistifadə etmə və aldatma yolu ilə 76.000 (yetmiş altı min) manat məbləğdə, yəni külli miqdarda maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərinin girişində yerləşən 46 sot torpaq sahəsini dəyərindən aşağı qiymətə alacağını deyib həmin torpaq sahəsinin sənədlərini məhkəmə vasitəsilə düzəldəcəyini yalandan Zərərçəkmiş şəxs1 vəd verərək aldadıb, 30 noyabr 2022-ci il tarixdə həmin niyyətlə Zərərçəkmiş şəxs1 çalışdığı Mingəçevir şəhəri, H.Əliyev prospekti 30 saylı binanın birinci mərtəbəsində yerləşən «Diş Poliklinikasında» Zərərçəkmiş şəxs1 7.000 manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 7.000 (yeddi min) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri Günəşli bağ massivindən 1 hektar 12 sot ölçüsündə olan torpaq sahəsini dəyərindən ucuz qiymətə alıb 1 hektarını başqa bir şəxsə satacağını, qalan 12 sot torpaq sahəsinin 6 sotunu isə Zərərçəkmiş şəxs1 verəcəyini yalandan vəd verərək aldadıb, 17 dekabr 2022-ci il tarixdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən «Azərcell»in inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə sonuncunun 21.000 (iyirmi bir min) manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 21.000 (iyirmi bir min) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Yevlax rayonu, Havarlı kəndi ərazisində dəqiq demədiyi ölçüdə torpaq sahəsini dəyərindən ucuz qiymətə almağı yalan vəd verərək aldadıb, 26 dekabr 2022-ci il tarixdə Yevlax rayonu, Havarlı kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evdə sonuncunun 23.000 (iyirmi üç min) manat məbləğdə pulunu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə 23.000 (iyirmi üç min) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən təkrarən dələduzluq etmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli ayrıayrılıqda başa çatmış cinayətdir. Onun əməlləri nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət və mülki məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Az ağır cinayət törətməyə görə məhkumluğu ödənilmədiyi müddət ərzində Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətməsi residiv təşkil etdiyindən və Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətdiyindən, məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri tam sübuta yetirildiyindən, cəzanı ağırlaşdıran hal kimi residiv mövcud olduğundan və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş sanksiya həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, törədilmiş cinayət əməlləri ilə bağlı epizodların sayını, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməllərinin üsulunu və mexanizmini, vurulmuş ziyanın hazırda ödənilməmiş hissəsini (Zərərçəkmiş şəxs2 münasibətdə ziyanın qısmən 13100 manat (7000 manat, 5000 manat, 1100 manat) ödənilməsi), digər zərərçəkmiş şəxsə ziyanın ödənilməsi ilə bağlı onun təşəbbüs belə göstərməməsini (İsrafil Cəfərova münasibətdə hər hansı məbləğdə pul vəsaitini qaytarmamasını) məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza maddənin sanksiyası həddə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01.09 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddialara gəldikdə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayətlərin törədilməsi sübuta yetirildiyindən və həmin cinayət əməlləri nəticəsində vurulmuş ziyanla bağlı mülki iddialar verildiyindən zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2, eləcə də Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddialar qismən təmin edilməli, yəni Təqsirləndirilən şəxs 85900 (səksən beş min doqquz yüz) manat məbləğində maddi ziyan və 400 (dörd yüz) manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs2 xeyrinə, 28000 (iyirmi səkkiz min) manat məbləğində maddi ziyan və ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumu Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalı, mülki iddialar qalan hissədə təmin edilməməlidir. Bunula bağlı məhkəmə kollegiyası qeyd etmək istəyir ki, mülki qanunvericilikdə mülkiyyətçinin əldən çıxmış faydanı deyil, vicdanlı sahibin götürməli olduğu gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququnu nəzərdə tutmuşdur. Mənəvi ziyan dedikdə isə şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verməsi kimi başa düşülür. Zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öz iddialarını həmin hissədə təmin edilməsi üçün məhkəmə kollegiysına sübutlar təqdim etməmişdir. Məhkəmənin mülki iddialar ilə bağlı hissədə gəldiyi nəticə, həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə də uyğundur. Belə ki, qeyd edilən qərarın 65-ci bəndində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPMin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Sözügedən qərarın 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə bir daha belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən 85900 (səksən beş min doqquz yüz) manat məbləğində maddi ziyan və 400 (dörd yüz) manat ödənilmiş dövlət rüsumu hissəsində təmin edilməli və mülki iddia qalan hissədə rədd edilməlidir. Eləcə də Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən 28000 (iyirmi səkkiz min) manat məbləğində maddi ziyan və ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumu hissəsində təmin edilməli, mülki iddia qalan hissədə rədd edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki iddiaları qismən təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 85900 (səksən beş min doqquz yüz) manat məbləğində maddi ziyan və 400 (dörd yüz) manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs2 xeyrinə, 28000 (iyirmi səkkiz min) manat məbləğində maddi ziyan və 210 (iki yüz on) manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. Mülki iddialar qalan hissələrdə təmin edilməsin. İş üzrə maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar