Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-85/2025 19.11.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), X18 və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X15, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il təvvəllüdlü, Yevlax rayonu Əkşəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayon Əkşəm kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Yevlax rayonunun Əkşəm kənd ərazisində yerləşən X6 istifadəsində olan adsız kafedə həmkəndliləri Şahid1, Şahid2, Şahid3la yemək yeyib spirtli içki qəbul edərkən həmkəndlisi, xx.xx.2000-ci il təvəllüdlü X16 onların əyləşdiyi masaya yaxınlaşaraq onlarla birlikdə spirtli içki qəbul etmək istəyində olduğunu dedikdən sonra o, Musa Orucova masada qalan spirtli içkinin qalanını içərək durub gedəcəklərini demiş, Musa Orucov da israr edərək onlarla bir qədəh spirtli içki qəbul edərək masadan duraraq uzaqlaşdıqdan bir müddət sonra o, tanışları ilə birlikdə hesabı ödəyərək kafedən çıxmaq istəyərkən Musa Orucovun digər şəxslərlə birlikdə onlara doğru yaxınlaşdığını görüb heç bir əsaslı səbəb olmadan orada olan digər şəxslərin yanında Musa Orucovun şəxsiyyəti ilə bağlı xoşagəlməz zarafat edərkən sonuncu onun zarafatına təhqirlə cavab verdiyindən o, yenidən heç bir əsaslı səbəb olmadan öz hərəkətlərini davam etdirib Musa Orucovu münaqişəyə cəlb etmək üçün yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində orada olan digər şəxslərin gözü qarşısında ictimai yer hesab edilən kafenin həyətində öz şəxsiyyətini ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə istirahət qaydalarına etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Musa Orucovun şəxsiyyətinə qarşı ucadan nalayiq söyüşlər söyərək ictimai yer hesab edilən kafenin həyətində Musa Orucovun sifət nahiyəsindən yumruqla qəsdən bir dəfə vuraraq sonuncuya qarşı zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmiş, lakin orada olan kənar şəxslərin müdaxiləsindən sonra o, kafedən çıxaraq tanışı Şahid3 avtomobili ilə yaşadığı evə gedərək Musa Orucovun ona digər şəxslərin yanında cavab qaytarmasını qəbul etməyib bunu cüzi səbəb kimi bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Musa Orucovu qəsdən öldürmək qərarına gəlib həmin cinayətkar niyyətini həyata keçirmək üçün istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək yaşadığı Əkşəm kənd ərazisində yerləşən fərdi yaşayış evində saxladığı dəstəyi boz rəngli, tiyəsinin uzunluğu 99 mm olan 01 ədəd soyuq silah hesab edilən ov bıçağını özü ilə götürüb şalvarının kəmərinin sağ arxa tərəfinə keçirib heç kimin görməməsi üçün köynəyi ilə üzərini örtüb yenidən yaşadığı evin qarşısındakı küçəyə çıxaraq Şahid3 avtomobili küçədə saxlayıb mobil telefonla danışdığını görərək yenidən həmin avtomobilə əyləşib Şahid3 avtomobili idarə etməsini demiş, həmin avtomobil ilə hərəkətdə olarkən kənd arası yolda dostu Şahid8 idarə etdiyi avtomobil ilə gəldiyini görüb mindiyi avtomobildən düşərək Şahid8 avtomobilinə əyləşib kəndin mərkəzinə doğru gəlmiş, bir müddət orada dayandıqdan sonra Şahid8 və həmkəndlisi Şahid5 ilə birlikdə sonuncunun idarə etdiyi avtomobili ilə yaşadığı evə qayıdıb avtomobildən düşdükdən sonra tanışı Şahid7 avtomobili ilə gəldiyini görüb onunla salamlaşıb həmin avtomobilə əyləşib Şahid7 avtomobili idarə etməsi ilə Şahid5 idarə etdiyi avtomobilin arxası ilə Musa Orucovun evinin yaxınlığına gəlmiş, 07 aprel 2024-cü il tarixdə saat 01 radələrində Şahid8 ilə Musa Orucovun küçədə dayanaraq mübahisə etdiklərini görüb avtomobildən düşərək Musa Orucovun üzərinə tərəf gəlib öz cinayətkar niyyətini həyata keçirmək üçün belinin arxa nahiyəsində kəmərinə keçirib saxladığı soyuq silah hesab edilən bıçağı çıxardıb sağ əli ilə bıçağın dəstəyindən tutaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində orada olan digər şəxslərin gözü qarşısında ictimai yer hesab edilən küçədə öz şəxsiyyətini ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə istirahət və yaşayış qaydalarına etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bıçaqdan silah qismində istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq hərəkətlərini davam etdirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə bıçağın tiyəsi ilə bir dəfə qəsdən X16 ürək nahiyyəsindən öldürmək məqsədi ilə zərbə vuraraq Musa Orucovun bilavasitə ölümünə səbəb olan sağlamlığına ağır zərər vuran ürəyin tamponadası, ürəyin sağ qulaqcığının zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan döş qəfəsinin sol yuxarı iç hissəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirməklə Musa Orucovu xuliqanlıq niyyətilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli, yəni CM-in 120.1-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə evdən çıxaraq kafeyə getmək istəyirmiş. Kafeyə gedən zaman Şahid1 zəng etmiş və onunla birlikdə kafeyə getmişdir. Kafedə kənd camaatı və başqa şəxslər olmuşdur. Pənahla o, hərəsi bir ədəd pivə içmişdir. Daha sonra, Emil, Anar, Pənah və o, yeyib-içmək barədə qərara gəlmişdir. Yeyib-içdikləri vaxt Musa Orucov da gəlmişdir. O, uşaqlara demişdir ki, Musa onların stola gəlməsin. Çünki Musa içkili vəziyyətdə qışqıra-qışqıra gəlirmiş. O, stolda olan yoldaşlara demişdir ki, Musa onların stoluna gəlsə o, qalxıb gedəcək. Uşaqlar isə Musanın onların stolda əyləşməyəcəyini bildirmişdir. Musa onların stoldakı şəxsləri görən zaman yaxınlaşmış və yeyib-içən zaman niyə ona da xəbər verməmələrini soruşmuşdur. Onlar Musanın içkili olmasına əmin olmuşlar. Pənah Musadan spirtli içki qəbul edib-etmədiyini soruşduqda, Musa dayısı ilə konyak içdiyini, lakin bunun az olduğunu bildirmişdir. O, Musaya konyakın üzərinə araq içməyin insana çox pis təsir etdiyini bildirmişdir. Musa isə araq içmək istədiyini bildirmişdir. O da ona “Sən iç, mən içmirəm” demişdir. Onlar razılaşmışlar. Musa onun rumkasında bir rumka araq içmiş, bundan sonra isə qalxıb getmişdir. Onun hara getdiyini bilməmişdir. Yəqin ki, kafenin arxasına keçmişdir. 30-40 dəqiqə sonra Musanın əmisi oğlu Fəqan gəlmiş, onlarla salamlaşmış və Musanı görüb-görmədiklərini soruşmuşdur. X37 kafenin arxasındakı kabinetə keçdiyini, lakin nə üçün və kimin yanına getdiyini bilmədiyini demişdir. Fəqan da Musanın yanına getmişdir. Onlar Şahid1la hesabı ödəməyə getmişlər və evə getmək istəmişlər. Onlar stolun yanına geri qayıdarkən Musa, Tahir, Fəqan və xatırlamadığı başqa 1-2 nəfəri görmüşlər. Həmin vaxt Musa “Məmməd” adlı şəxslə mübahisə edirmiş. O, orada Musaya irad bildirmiş və demişdir ki, kiminsə arxasınca nalayiq ifadə işlətmək olmaz. Məmməd də onunla razılaşmışdır. Musa ona etiraz etmiş və söyüşlə danışmağa başlamışdır. O, Musaya “sənin də anan, bacın var, mənim də anam bacım” var deyərkən Musa onu vurmuşdur. Musa ona “mən başqa adamdan danışıram, sən niyə mənim anamı, bacımı qatırsan” demişdir. Bu vaxt əmisi oğlu Fəqan gəlmiş və onlar onu təkləyərək vurmuşlar. O, isə onları vura bilməmişdir. Uşaqlar onları ayırmış və Şahid3 maşını ilə o, evə gəlmişdir. Onlar isə kafedə qalmışdır. Kafedə onlardan sonra nə baş verdiyindən xəbəri olmamışdır. O, evə gəldikdən sonra evdə özünə məxsus bıçağı götürmüşdür. O, evdən çıxaraq yenidən Emilin maşınına minmişdir. Emin niyə evə gedib-gəldiyini soruşmuş, o, isə elə-belə gedib gəldiyini demiş, yəni bıçaq götürdüyünü ona bildirməmişdir. Emilin maşını ilə fermaya tərəf gedən zaman qarşıdan Tahirin maşını gəlmişdir. Tahir hara getdiklərini soruşmuş, həmçinin onun maşınına əyləşməyini demiş, o, isə heç nə demədən onun maşınına əyləşmişdir. Onlar Tahirlə “Anargilin yolu” deyilən kənd yoluna çatmışdır. O, orada Mahir Orucova zəng etmiş və Mahir Orucova oğlunun ona dediyi sözləri və söydüyü söyüşləri bildirmişdir. Mahir Orucov harada olduğunu soruşduqda, o, “Anargilin yolu”nda olduğunu bildirmişdir. Mahir Orucov 5 dəqiqəyə ora gələcəyini bildirmiş, o da razılaşmışdır. Bu vaxt Tahir onun əlindən ondan istəmədən zorla telefonu almışdır. Onun cibindən alışqan bilmədiyi vaxt düşmüş, lakin siqaret cibində olmuşdur. O, alışqan almaq üçün Tahirin yanından təxminən 15 metr uzaqlaşmışdır. Həmin vaxt X26 nə danışdığından xəbəri olmamışdır. Mahir ona demişdir ki, oğlu ona nə işlədibsə, hər birinin ona deyilmiş hesab etsin. O da razılaşmışdır. O, Mahir Orucovu gözləmiş, lakin o, gəlməmişdir. O, kəndin aşağısına getmək istəmiş və uşaqlardan onu maşınla aparmağını istəmiş, lakin aparan olmamışdır. O, piyada getmək istəyən zaman Tahir və Kamil Emilin idarə etdiyi “Kia Optima” markalı maşınla gəlmiş və ona maşına əyləşməyi təklif etmişlər. O, maşına əyləşmiş və bir az qabağa gedən zaman “Lada Priora” markalı maşına rast gəlmişlər. Anar hara getdiklərini soruşduqda, uşaqlar buralarda gəzdiklərini bildirmişdir. Anar demişdir ki, Musa və Fəqanı evə düşürmüş, ikisi də Mahir əmigildədirlər və onlar evə getsin. Kamil maşını döndərmiş və onlar getmişlər. Qaqarin küçəsinə daxil olmağa 50 metr qalmış Orxan maşınla gəlmişdir. Orxana kimin zəng etdiyini bilmir. Orxanla çox yaxın münasibəti yoxdur. Musa da o qədər böyük və güclü adam deyil ki, onunla dalaşmağa kimlərisə çağırsın və getsin onu öldürsün. Onun Musanı öldürmək məqsədi də olmamışdır. Orxanla Kamil və Tahir görüşmüşlər, o da aşağı düşmüş və Anar onun maşınına əyləşməyi təklif etmişdir. O, Orxanla görüşüb onun maşınına əyləşmiş, Tahirgil isə çıxıb getmişdirlər. X34 küçəsinə çatanda Orxan maşını gedən maşınların arxasınca sürmüşdür. X38 evlərinə çatanda görmüşdür ki, 5-6 nəfər oraya toplaşmışdır. O, orada Kamil, Tahir, Pənah, Fəqan və Musanın olduğunu görmüşdür. Maşın ora çatıb saxlamış və maşından düşüb dayanmışdır. Musa qaçaraq üzərinə gəlib onu sol göz nahiyəsindən vurmuşdur. O, büdrəyən kimi olmuş, sağ əlini yerə qoymuş və tamamilə yıxılmamışdır. Musa ikinci dəfə üzərinə gələndə o, bıçağı çıxarıb onu vurmuşdur. Musa 5-6 metr gedib yıxılmışdır. O, yaxınlaşanda onun qarın nahiyyəsindən vurduğunu görmüş, lakin tam olaraq yaranın hansı hissədə olduğunu bilməmişdir. O, sonradan yaranın hansı nahiyədə olduğunu bilmişdir. Musanı maşına qoyub xəstəxanaya aparmışlar, o, isə təslim olmaq üçün Yevlax Rayon Polis Şöbəsinə getmişdir. Məhkəmə istintaqında ona ünvanlanmış sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, Musa ilə hadisə baş verən günə qədər münasibəti çox yaxşı olmuşdur. Onun Musanı bıçaqla öldürmək niyyəti olmamışdır. Deyirlərmiş ki, güya Musaya birinci o, ilişmiş, lakin belə olmamışdır. Musaya “Sənin də anan, bacın var, mənim də anam, bacım var, lazım deyil” demişdir, o da ona irad bildirmiş və söyüş söymüşdür. Onlar hesab verən zaman Musa stolun yanında olmuşdur. Məmməd və Umud həmin vaxt onun yanında olmuşdur. Pənahla o, hesab ödəyib gələrkən onlar stolun yanına yığışmışlar. Musa kiminsə arxasınca danışırmış, o, ona irad bildirmiş, bu da onun acığına gəlmiş, sonra isə onu söymüş və vurmuşdur. Bundan sonra Fəqanla Musa ikisi onun üzərinə gəlmişlər və onu vurmuşlar. Musa kənd sakininin arxasınca danışırmış, lakin həmin şəxsin adını çəkmək istəmir. İstintaqda da bu barədə məlumat verməmişdir. Kiminsə adına söz çıxmasını istəmir. Musa kənd sakini qadın haqqında danışırmış. O, kiminsə adını çəkib adına ləkə salmaq istəmirmiş. Yəqin ki, kafedəki şəxslər hansı qadından danışıldığını eşitmiş olarmışlar. Kafedə o, Musa və Fəqanı vura bilməmişdir. Həmin vaxt Anar, Emil, Umud, Məmməd və Pənah kafedə olmuşdur. O, kafedən çıxandan sonra Musa ilə görüşmək istəməmiş və buna görə atası Mahir Orucova zəng edib olanları danışmışdır. Mahir Orucov danışanda demiş ki, onun yanına gəlir, lakin gəlməmişdir. O, kafedən çıxandan sonra evə gedib bıçaq götürmüşdür. Musa ilə görüşəcəyini bilmirmiş, lakin Musanın üzərində həmişə bıçaq olurmuş. O, müdafiə məqsədilə bıçağı götürmüşdür. Evə gəldikdən sonra niyə evdən çıxıb getdiyini bilmir. O, Orxanın maşınına minmiş, lakin Orxanı kim çağırdığını və nə üçün çağırdığını bilməmişdir. İfadəsində Orxan güya onu sakitləşdirməyə apardığını göstərmişdir. Orxan onu sakitləşdirməyə gəlsəymiş, o, onu Musagilin evinin yanına aparmazmış. Hadisə yeri Musagilin evindən təxminən 200 metr məsafədə olmazmış. Onlar küçənin başında dayanacağın yanında Tahir, Kamil, Məmməd, Pənah, Fəqan və Musanın olduğunu görmüşlər. Nə üçün orada olduqlarını bilmir. Hadisə baş verən vaxt Pənah onun sol qolundan tutmuş, Musanı isə sağ qolundan tutmuşdur. Yəni ki, Pənah ortalarında dayanıb onları ayırmağa çalışırmış. Musa onu söyəndə o, Pənahı itələmiş və bıçaqla Musanı vurmuşdur. Bıçaq isə Musanın ürəyinə xəsarət yetirmişdir. O, Musanı qorxutmaq üçün bıçaqla vurmuşdur. Bıçağın Musanın harasına dəyəcəyini bilmirmiş və əgər ürəyinə dəyəcəyini bilsəymiş, bıçaqlamazmış. Evdən bıçaq götürməkdə məqsədi özünü müdafiə etmək olmuşdur. Hadisə vaxtı Musa bıçaq çıxarmamışdır. Musa onu yumruqla vurmuş, o da özünü müdafiə etmək üçün bıçaq çıxarmışdır. Musanın üzərində 100 faiz bıçaq olmuş, lakin həmin bıçaq tapılmamışdır. Bıçağı kimin yox etdiyini isə bilmir. Musanın üzərində bıçağın olmasını görmüşdür. Əməlindən çox peşmandır. Belə olması heç istəməzmiş. Musanın üzərində adətən nazik meyvə bıçağı olurmuş. Musanın üzərində bıçaq olub-olmadığını bilmir. O, Musanın hansı qadın haqqında danışdığını açıqlaya bilməz. Musanın kiminsə haqqında danışmağının ona aidiyyəti yoxdur. O, sadəcə iradını bildirmişdir. Tahir zəng edib Orxana demişdir ki, Şəhliyarı apar sakitləşdir. Onu sakitləşdirməyə gələn adam onu Musagilə yox, başqa yerə apararmış. Onun Emilin maşını ilə Tahirin maşınına əyləşməkdə heç bir məqsədi olmamışdır. Onun Musanı öldürmək məqsədi olsaymış, ona bir neçə bıçaq zərbəsi vurarmış. Musa onu vurmuş, söymüş, o da bıçağı çıxarıb onu vurmuşdur. Tahir özü ona onun maşınına əyləşməyi təklif etmişdir. Tahirin maşını onların maşından qabaqda getmirmiş. Tahirin maşını onların maşınla qarşı-qarşıya gəlmişdir. “Mədətin yolu” deyilən küçədə Tahirin maşını qarşılarına çıxmamışdır. Tahirin maşınına Seyidin evindən 50 metr məsafədə minmişdir. Musanın üstünün palçıqlı olduğunu və bataqlıqdan keçib onu axtardığını ona bildirmişlər. Tahir və Kamilin nə üçün onun arxasıyca gəldiyini bilmir. Kamil maşınla onu məktəbi keçəndən sonra götürmüşdür. Emil Anarın maşını ilə gəlib demişdir ki, Musagil evdədirlər. Qaqarin küçəsində dönəndə Orxanın maşını onların maşınla qabaqqabağa gəlmişdir. Tahir və Kamil orada Orxanı görmüşdür. Orada Kamil, Orxan və Tahir söhbət etməmişdir. Orxanla görüşəndə, Orxan özü Asifgilin yolunda onun maşınına minməyi ona təklif etmişdir. Musanı vurandan sonra bıçaq əlindən qumun üzərinə düşmüşdür. Qaranlıq olduğu üçün bıçağın hansı formada yerə düşdüyünü bilməmişdir. Bıçaq parıldadığı üçün Kamil bıçağı görmüşdür. Hadisə yerində qum olmuşdur. Kamil özünü müdafiə etmək üçün bıçağı qumun üzərində deyil, başqa yerdə gördüyünü deyə bilərmiş. Pənah bıçaq əlindən düşəndə yanında olmuşdur. Emil Musa vurulanda hadisə yerində olmamışdır. Musa demişdir ki, kənd sakini qadını 500 manata çıxarar. O, kəndçiləri olduğu üçün irad bildirmişdir ki, belə söhbət lazım deyil. Yolda olan zaman Orxandan onu hara apardığını soruşmamışdır. Orxan, Kamil və Tahir gəlməsə də, gedib Musanı öldürəcəyini bildirməmişdir. O, kiminsə nə isə plan qurmağı və onun əli ilə Musaya zərər vurulacağını bilsəymiş, oraya getməzmiş. Musa onun 4 yaşlı və 7 yaşlı uşağına söymüşdür. Hadisə vaxtı Kamil onun arxa tərəfində olmuş və həmin vaxt telefona baxmışdır. O, maşından düşəndən sonra hadisə yerindən Orxanın hara getdiyini görməmişdir. Musanın çənə sümüyünün qırılmasını və əlində kəsiyin olmasını bilmir. O, Musanın onun üzərinə gələn vaxt üzündə xəsarət olmasını görməmişdir. O, Musanı kiminsə küt alətlə vurmasını görməmişdir. Hadisə vaxtı küçədə işıqlandırma olmuşdur. Küçəyə quraşdırılmış işıq ay işığı kimi küçəni işıqlandırırmış. Orxanın maşınından düşəndən sonra o, yerində dayanmışdır. Musa onun üzərinə gəlib onu vurmuşdur. O, həmin vaxt büdrəmiş və yıxılmışdır. O, ayağa qalxanda Pənah onlara yaxınlaşmışdır. Musa həmin vaxt yenidən söyüş söyəndə və onu vurmaq istəyəndə Pənah aralarında dayanmışdır. Başqa heç kim onların yanında olmamışdır. Bıçaq onun belində sol tərəfdə olmuşdur. Bıçağı tam olaraq Musanın hansı hissəsinə vurduğunu xatırlamır. Bıçaq vurmaqda məqsədi Musanı qorxutmaq olmuşdur. O, heç kimə onu Musagilin evinin yanına aparmağı deməmişdir. O, kafedən çıxandan sonra evə gedib bıçaq götürmüşdür ona görə ki, Musa hər zaman üzərində bıçaq gəzdirir və onu axtaracağını bilirmiş. O, Musanın xasiyyətinə bələd olduğu üçün onu axtaracağını bilirmiş. Onun evdən götürdüyü qaragümüşü rəngli, açılıb-qatlanan, üzərində heyvan şəkili olan, iki tərəfi iti olan və ağır çəkili bıçaq olmuşdur. “Anti-terror” əməliyyatları zamanı o, Laçın şəhərində işləyirmiş. Həmin bıçağı da orada olan zaman asfaltın yanından tapmışdır. Musa onu vurmağa tək gəlmişdir. Musanın hadisə vaxtı üzündə-gözündə xəsarət izi görməmişdir. Orxan uşaqları görəndə maşını saxlamış və Musa da həmin uşaqların yanında olmuşlar. O, Musaya bıçaq zərbəsindən başqa digər zərbə vurmamışdır. Maşın saxlamış, uşaqlar onun maşından düşdüyünü görmüş və yalnız Musa qaçıb onun üzərinə gəlmişdir. Musa onu vurmuş, o, büdrəyib yıxılmış və bu vaxt Musa bir az arxaya çəkilmişdir. İkinci dəfə Musa üzərinə gələndə artıq sağ əli ilə bıçağı çıxarmışdır. Bıçaq açılanda tiyəsi açıq olduğu üçün səs edirmiş. Bıçaq açılanda Musa üzərinə gəlib onu vurmaq istəyəndə o, Pənahı itələmiş və bıçağı vurmuşdur. Musa birinci dəfə onu vuranda Pənah yanlarında olmamışdır. Musa onu sağ əli ilə yumruqla vurmuşdur. Musa bıçaqlanandan sonra gedib yıxılmışdır. Pənah Musanın niyə yıxıldığını soruşanda, o, onu bıçaqla vurduğunu bildirmişdir. Kamil bıçağı yerdən götürmüş, o isə əl izi düşəcəyi üçün götürməməyini demişdir. Sonra bıçağı ondan götürüb cibinə qoymuş və polisə gəlib təslim olmuşdur. Elsevər Kamilin atasıdır. O, polis şöbəsinə Elsevərin sinif yoldaşı Muradın maşını ilə gəlib təslim olmuşdur. O, bıçağı götürüb cibinə qoyandan sonra Musanın ağzı yuxarı tərəfə uzandığını görmüşdür. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisini və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onun Musaya bıçaq zərbəsindən başqa digər zərbə vurmamasını, evdən bıçaq götürməkdə məqsədinin özünü müdafiə etmək olmasını, zərərçəkmiş şəxsi öldürmək istəməməsini, Musanı qorxutmaq üçün vurduğunu və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməklə cinayət törətməməsi barədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X24 ifadəsində göstərmişdir ki, bundan əvvəl bu iş üzrə Yevlax şəhərində baş tutan məhkəmə prosesində şahidlərin dördü yalan ifadə vermişdir. Yalan ifadə verdiklərinə görə şahidlərin cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Ancaq xahişini nəzərə almamışlar. Bəzi şahidlər isə düzgün ifadə vermişdir. Eyni zamanda, ittiham aktında yazılan ifadələrlə, Yevlax şəhərində baş tutan məhkəmə iclasında dindirilən şahidlərin ifadələri ziddiyət təşkil etmişdir. Həmçinin Yevlax rayon prokurorluğunda verdiyi ifadə dəyişdirilmişdir. xx.xx.2024cü il tarixdə hadisə günü evdə olmuşdur. Axşam saat 12:10 radələrində ona zəng gəlmişdir. Telefona baxan zaman Təqsirləndirilən şəxs ona zəng etdiyini görmüşdür. Həmin vaxt telefonu eşitməmişdir. Telefona baxdıqdan bir müddət sonra, Şəhliyara zəng etmişdir. Şəhliyara zəng edib demişdir ki, “Nə olub qadan alım?”. Şəhliyar cavab vermişdir ki, oğlu ilə mübahisə etmişlər, oğlu onu təhqir edib, oda onu təhqir etmişdir. O da cavab vermişdir ki, “Kim nə söyüş söyüb, hamısı ona gəlsin, sabah görüşüb araşdırarlar”. Telefonu bağladıqdan sonra, oğlu Musaya zəng etmişdir. Musanın harada olduğunu soruşmuşdur. Musa yanacaqdoldurma məntəqəsində olduğunu və birazdan evə gələcəyini bildirmişdir. Həmin vaxt telefonu Pənaha verməsini bildirmişdir. X20 götürüb evə gəlməsini bildirmişdir. Pənahda yaxşı deyib telefonu bağlamışdır. Bir müddət sonra oğlu və Pənah onlara gəlmişlər. Həmin vaxt saat təxminən 13:30 radələri olarmış. Musa paltarını dəyişmək üçün otağa daxil olmuşdur. Həmin vaxt Pənahdan nə məsələ olduğunu soruşmuşdur. Pənah elə belə məsələ olduğunu, Musa və Şəhliyarın bir-birlərini təhqir etdiklərini, daha sonra onları ayırdıqlarını və Şəhliyarı Emilin maşını ilə evə göndərdiklərini bildirmişdir. 5 dəqiqə sonra telefonla Şəhliyara zəng etmiş. Şəhliyar ona söz vermişdir ki, evə gedir və sabah görüşüb söhbət edərlər. Şəhliyara həmişə hörmətlə yanaşmışdır. Onun işə girməsinə köməklik etmiş, yəni onun ailəsinə qarşı heç bir düşmənçiliyi olmamışdır. O, Şəhliyarla telefonda danışan zaman, Tahir telefonu Şəhliyarın əlindən almış və ona bunları demişdir: “Sənin oğlun böyüksüzlük etdi, Şəhliyarla mübahisə edib, ona söyüş söydü”. Qəribədir ki, Tahir telefonda ona düzünü deməmişdir. Belə ki, həmin günü oğlu Tahirlə mübahisə etmişdir. Mübahisə zamanı Tahir oğlunu vurmuşdur. Oğlu da cavab olaraq onu vurmuşdur. Maraqlıdır ki, Tahir telefonda bu barədə ona heç nə deməmişdir. Tahirə demişdir ki, nə olub-olub danışarlar. Tahir cavab vermişdir ki, o, oğlunun ayağının altına daş qoyur. Həmin günü Şəhliyar onunla razılaşıb evə getməli olmuşdur. Ancaq düşünür ki, Tahir Şəhliyarı evə getməyə qoymamışdır. Çünki Tahir kriminal qruplaşmanın üzvüdür. Tahir, Orxan və Kamil kriminal qrupdurlar. Şəhliyar bu qrupun üzvü deyildir. Tahir, Orxan və Kamil dəfələrlə Əkşəm kəndində gecə saat 2-3 radələrində cavan uşaqları evdən çağırıb qəbirsanlıqda döymüş və onlardan pul tələb etmişlər. Həmin qrupun üzvləri cavan oğlanları küt alətlə vurur və döyürmüşlər. Maraqlıdır ki, həmin qrup polis tərəfindən tutulmamışdır. Kənd sakini Ehtiramı Tahir evdən çağırıb küt alətlə vurmuşdur. Ehtiramın xəsarət alması ilə bağlı ekspert rəyidə vardır. Buna baxmayaraq həmin qrup rəisə və prokurora pul verib, işdən çıxmışdırlar. Orxan kəndin ortasında iki uşaq vurmuş və demişdir ki, kəndin vəziyyətinə baxır. Yenə polis şöbəsinə düşmüşlər. Kamilin atası Elsəvər polis şöbəsinə getmiş. Yenə polisə pul vermişlər. Necə olmuşdursa həmin qrup tutulmamışdır. Nə Orxan, nə də ki, Kamil tutulmamışdır. Tahirində barəsində xuliqanlıq maddəsi ilə istintaq gedirmiş. Tahir oğlu ilə dava etdikdən sonra, qisas almaq məqsədilə Orxanı çağırmışdır. Daha sonra öz maşınını orada qoymuş, Emilin maşınını əlindən alıb Kamilə vermişdir. Həmin maşın da Emilin olmamışdır. Bu işdə Kamilində marağı olmuşdur. Kamil maşınla Şəhliyarın arxasınca getmişdir. Onunda arxasınca Tahir getmişdir. Məqsədləri Şəhliyarı buraxmamaq və yanlarında tutmaq olmuşdur. Çünki cinayəti Şəhliyara törətmək istəmişlər. Güya Şəhliyarı evə düşürmüşlər. Ancaq həmin hissə yalandır. Şəhliyar ifadəsində göstərmişdir ki, evlərinin qarşısında iki maşın qarşı-qarşıya gəlmiş, onu Kamilin idarə etdiyi maşından düşürmüşlər və Orxan onu öz maşınına əyləşdirmişlər. Bunlar dördüdə, bir-birlərini görmüşlər. Ancaq Yevlax rayonundakı məhkəmə prosesində qeyd etmişlər ki, güya bir-birlərini görməmişlər. Yaxşı sual yaranır ki, Tahir cinayət planı qurmamışdırsa, niyə Şəhliyarın arxasınca gedirmiş? Eyni zamanda, Şəhliyar ifadəsində göstərmişdir ki, Emil onu evə aparan zaman, evə daxil olub bıçaq götürmüşdür. Emil Şəhliyarı evinin qarşısında 20 dəqiqə gözləmişdir. Çünki Emil qurulan plandan xəbərdar olmuşdur. X50 kafeyə onun çağırdığını bildirmişdir. Çünki onlar İsmayıllı şəhərinə gedəcəklərmiş. Oğlu ilə Tahir arasındakı mübahisə məhz İsmayıllı söhbəti olmuşdur. Belə ki, Tahir oğlunu aldatmışdır ki, onun İsmayıllıda alacağı olmuşdur. Sonra bir xanımın evinə gedibmişlər. Xanımın qardaşı və atası evdə olmuşdur. Oğlu qayıdan zaman Tahirlə dava etmişdir ki, o, onu hara aparmışdır. Oğlu bu barədə ona məlumat vermişdir. O da ona demişdir ki, “sənə demişdim axı Tahirdən uzaq dur”. Düşünür ki, Tahir Orxanla danışmışdır ki, Musa kimdir ki, ona əl qaldırmışdır. Çünki bunlar kriminal qrupun üzvləridir. Ona görə də, Musa öldürülməlidir. Yoldada Umuda deyibmiş ki, “Gedirik küçük Musanın başını əzməyə”. Əgər silməyiblərsə, Umudun ifadəsi var. Tahir gecə saat 13:35də ona zəng edib demişdir ki, bəs Orxanda gəlir gedirlər qəbirsanlığa söhbət etməyə. Elə dedikdən sonra o, küçəyə qaçmış, ancaq çatmamışdır. Bu sözləri Kamildə eşitmişdir. X42 eyni maşında olmuşlar. Maşınlar 3 saniyə fərqlə gəlmişlər. Belə ki, yüksək sürətlə birinci Kamil Tahiri gətirmiş və arxasınca yüksək sürətlə Orxan gəlmişdir. Maşınların işığı uzağa vuran vəziyyətdə olmuşdur. Belə etmişlər ki, oğlu onları görməsin. Tahir maşından düşən kimi oğlunu vurmuş və həmin vaxt oğlunun dodağı çatlamışdır. Həmin vaxt Fəqan və Pənah onları ayırmağa qaçmışdır. Onları ayıran zaman oğlu tək qalmışdır. Elə bu vaxt Şəhliyar maşından düşmüş, həmin vaxt Şəhliyar onun oğlunu təhqir etmiş, oğluda Şəhliyarı təhqir etmişdir. Hər ikisi bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Daha sonra oğlu Şəhliyarı vurmuş və həmin vaxt Şəhliyar yerə yıxılmışdır. Şəhliyar yıxılıbsa, onun oğlu onu yerdən qalxmağa qoymazmış. Elə hesab edir ki, Şəhliyar yıxılan zaman oğlunu yan tərəfindən ya Kamil, ya da ki, Orxan vurmuşdur. Belə düşünür ki, bəlkədə oğlunu küt alətlə vurmuşlar. Çünki oğlunun çənə sümüyü qırılmışdır. Bəlkədə Tahir oğlunu küt alətlə vurmuşdur. Onu dəqiq deyə bilməz. Düşünür ki, bundan sonra oğlu özünü itirmişdir. Pənah arxaya çevrilən zaman Şəhliyarın sol əlini, oğlunun isə sağ əlini tutub ayırmağa çalışmışdır. Şəhliyar ifadəsində göstərmişdir ki, Şəhliyarla Musanın əllərini tutan zaman, onu arxadan kimsə çəkmişdir. Sonra Kamilin atası Elsəvər Pənahı təhdid edib ifadəsini dəyişdirmək istəmişdir. Ancaq o, mane olmuşdur. Çünki Pənah onlarda yas yerində 20 adamın içində həmin sözləri demişdir ki, onu arxadan kimsə çəkmişdir. Pənahı arxadan çəkən zaman Şəhliyar onun əlindən çıxmaq istəmiş, lakin tam çıxa bilməmişdir. Belə düşünür ki, bıçaq məhz həmin zaman oğluna vurulmuşdur. Eyni zamanda, hadisədən bir müddət sonra Pənahı hadisə yerinə çağırmış və ifadəsini dəyişməməsini bildirmişdir. Pənah və Anarı hadisə yerinə çağırıb, hadisənin necə baş verdiyini soruşmuşdur. Pənah hadisəni təsvir etməyə başlamışdır. Düşünür ki, Şəhliyar o gücdə deyilmiş ki, Pənahı yerindən tərpədə bilsin. Maraqlıdır ki, hadisə işığın altında baş vermiş, necə olursa Pənah bıçağı görməmişdir. Pənahı hadisə yerinə məhz axşam saatlarında aparmışdır. Buradan belə çıxırmış ki, Kamil, Orxan və Tahir planı qurmuşlar. Çünki ora Emili Tahir çağırmışdır. Güya İsmayıllı şəhərinə gedəcəklərmiş, İsmayıllı şəhərinə gedəcəklərsə, niyə Emil həmin gün 2 şüşə araq içmişdir? Bu cinayət planlı cinayətdir. Hadisəni görməmişdir. Şahidlərin dedikləri əsasında, hadisəni gözünün önündə canlandırmışdır. Bunlar onun öz düşüncələridir. Bu cinayətdə kriminal qrupun başçısı Orxandır. Planıda o, qurmuşdur. Emili də onlar çağırmışdır. Kamilidə çağırmışlar. Oğlu hadisədən əvvəl kafeyə gələn zaman ya Şəhliyargilin stolunda, ya Kamilgilin stolunda, ya da Tahirin stolunda oturmalıymış. Oğlu Tahirgilin stolunda oturmuşdur. Çünki həmin stolda Bəxtiyar olmuşdur. Oğlunun Bəxtiyarla münasibətləri yaxşı olmuşdur. Şəhliyar, oğlu və Anar hadisə günü birlikdə olmuş və Şəhliyarın onun oğlunu öldürmək məqsədi olmamışdır. Məhkəmə istintaqında ona ünvanlanmış suaları cavablandırarkən zərərçəkmiş şəxsin hüquqi varisi Mahir Orucov göstərmişdir ki, hadisə günü Şəhliyarla telefonla danışmışdır. Həmin vaxt oğlu evdə olmamışdır. Şəhliyar oğlunun harada olduğunu soruşmamışdır. O da Şəhliyardan oğlunun harada olduğunu soruşmamışdır. Şəhliyar ikinci dəfə ona zəng etmişdir. Həmin vaxt Şəhliyara oğlunun evə gəldiyini demişdir. Şəhliyarla danışdıqdan sonra, oğluna zəng etmişdir. Oğlu məlumat vermişdir ki, Şəhliyar onu təhqir etmiş və o da Şəhliyarı təhqir etmişdir. Oğlu Şəhliyardan başqa kiminsə adını çəkməmişdir. Oğlu evə gəldikdən sonra məlumat vermişdir ki, Tahir onu vurmuş, o da onu vurmuşdur. Oğlu evə gəldikdən sonra Orxangil oğluna plan qurmuşlar. Çünki onlar deyirmişlər ki, onlar kəndin vəziyyətinə baxırlar. Onunda oğlu həmin kriminal qrupu saymırmış. X27 söhbətində üz-üzə gəldiyinə görə, Şəhliyarı qabağa verib oğlunu öldürmüşlər. Şəhliyar kriminal qruplaşmanın üzvü deyil və onun qurulan plandan xəbəri olmamışdır. Şəhliyar oğlunu təhqir etmiş və oğlu da Şəhliyarı təhqir etmişdir. Düşünür ki, həmin kriminal qrup bu fürsətdən istifadə etmişlər. Emil, Tahir və Kamil 2 saat 40 dəqiqə onun oğlunu axtarmışlar. X21 evinin qarşısında 15-20 dəqiqə gözləmişlər. Şəhliyar Emilin maşınına əyləşdikdən sonra, maşını Tahirgil gələn yol tərəfə sürmüşdür. Emil haradan bilirmiş ki, Tahir həmin yolla gəlirmiş. X35 çatdırmış. Bundan sonra Tahir Şəhliyarı çağırmış və Şəhliyar Emilin maşınından düşərək, Tahirgilin maşınına əyləşmişdir. Şəhliyarı kriminal qrupun üzvünə çatdırmaqda Emilin nə maddi marağı olmuşdur. Tahir aranı sakitləşdirmək istəyibmiş. Şəhliyar maşından düşüb yolunu gedibmiş. Həmin vaxt Tahir onun arxasınca getmiş və Şəhliyarı getməyə qoymayıbmış. Yolda da Orxana zəng edib deyibmiş ki, hazır ol gedirik Musanın başını əzməyə. X45 maşınını işə salmış, gedib birinci Tahiri götürmüş və ardından Şəhliyarı götürmüşdür. Həmçinin Anarda ortada oğlunu satmışdır. Oğlunun evə gəldiyini və sonra Pənahı evə ötürdüyünü qrup üzvlərinə məlumat vermişdir. Çünki oğlunun Pənahı ötürdüyünü və yolda olduğunu Anar bilirmiş. Şəhliyar ona zəng edib oğlunun ona söyməsi və bu gün ondan üzr istəməlidir deyə bir şey deməyib. Bu gün söhbəti olmayıb. Şəhliyar demişdir ki, oğlun ona söyüb. O da cavab vermişdir ki, oğlu ona nə söyübsə, ona gəlsin, sabah onları barışdıracaqdır. Şəhliyar demişdir ki, oğlu ondan üzr istəməlidir. O da demişdir ki, səhvi varsa üzr istəyər. Şəhliyar ona oğlu ondan bu gün üzr istəməlidir deməmişdir. Şəhliyar hadisə günü ona zəng etmişdir. Şəhliyar ona zəng edib demişdir ki, Musa onu təhqir edib, o da onu təhqir etmişdir. O da demişdir ki, hər ikisinin söyüşü ona gəlsin, evə getsin, səhər gəlib atasının yanında onları barışdırar. Şəhliyara telefonda haradasansa dayan o ora gəlir deyə bir şey deməmişdir. İbtidai istintaq zamanı müstəntiq ifadəsini ona oxumamışdır. O, bu işlə bağlı 6 dəfə ifadə vermişdir. İbtidai istintaq zamanı ifadənin altına imza atsa da, ifadəni oxumamışdır. Musa hadisə günü evə gəlmişdir. Musa evə daxil olub, öz otağına getmişdir. O da həmin ərəfədə Pənahla söhbət etmişdir. Pənah çıxıb gedirmiş. Musada Pənahı yola salmaq məqsədilə evdən çıxmışdır. Ancaq o, Musanın evdən çıxma anını görə bilməmişdir. Musanın otaqdan çıxdığı anı görmüş, ancaq evdən çıxdığını görməmişdir. Pənahı yola salmağa Musa ondan xəbərsiz evdən çıxmışdır. O, həmin vaxt yataqda olmuşdur. Paltarını geyinib yola çıxan zaman Pənah və Musanı görməmişdir. Onlar artıq getmişdir. Küçəyə qaçmış ancaq onlara çata bilməmişdir. Tahir saat 01:40 radələrində ona zəng edib demişdir ki, Orxan da gəlir gedirlər qəbiristanlığa “Razborka” söhbət etməyə. O da dərhal yola çıxmışdır. 2 maşının sürətlə arxa-arxaya yanından ötüb keçdiyini görmüşdür. Maşınlardan biri ağ olmuşdur. Hadisə yerinə çatan zaman Pənahı görmüşdür. Hadisə onların evdən 70 metr irəlidə baş vermişdir. O, hadisə yerinə çatan zaman Orxanı görmüşdür. Ona demişdir ki, Musa vurulmuş, xəstəxanaya getmək lazımdır. Oğlu vurulandan sonra Şəhliyar, Kamil və Orxan oğluna köməklik etməmişdir. Heç Orxan oğlunu maşına qoymamışdır. Halbuki onun maşını Mingəçevir istiqamətində olmuşdur. Onlar oğlunun ölümünə çalışmışlar. Emil oğlunu maşına qoyub xəstəxanaya aparmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək ifadəsində göstərmişdir ki, mərhum X33 onun əmisi Mahirin oğlu olmuşdur. Musa ilə münasibəti həmişə yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində əmisi oğlu Musa onların evinə gəlmişdir. Həmin vaxt o, dayısı Mənsur və ailəsi, atası Məzahir və anası Aygün ilə birlikdə evdə olmuşdur. Musa ilə o onların evində konyak içmişlər. Saat 22 radələrində kəndliləri Nurlanın işlətdiyi Yevlax rayon Əkşəm kəndi ərazisində yerləşən kafeyə gedərək orada domino oynamaq üçün evdən çıxmışlar. Yolda olan zaman təsadüfən dostu Elvin özünə məxsus “Vaz 2107” markalı avtomobili ilə onları yoldan götürmüş və kafenin yaxınlığında olan yanacaqdoldurma məntəqəsində düşürmüşdür. Bundan sonra Musa kafeyə getmiş, o da yanacaqdoldurma məntəqəsində təxminən 30 dəqiqə Elvin ilə söhbət etmişdir. Daha sonra o da kafeyə getmişdir. Şəhliyar, Pənah, Anar və Emil kafenin çölündə oturub yeyibiçmişlər. Musa isə Tahir, Umud, Bəxtiyar və Məmməd ilə kafenin arxa tərəfində olan kupedə oturub yeyib-içmişdir. O da Musagilin oturduğu kupeyə getmiş və birlikdə spirtli içki qəbul etmişlər. Təxminən 1 saata yaxın orada oturmuşlar. Daha sonra oturduqları yerdən qalxmış və kafenin çölünə çıxmaq üçün hərəkət etmişlər. Çıxan zaman Şəhliyargilin oturduğu stolun yanından keçəndə söhbət etməyə başlamışlar. O, Umudla kənara keçərək söhbət etməyə başlamışdır. Təxminən Umudla 10 dəqiqə söhbət etdikdən sonra Şəhliyarın Musaya olan təhqirini eşitmişdir. Bundan sonra Şəhliyargilin yanına yaxınlaşan zaman Musa ilə Şəhliyar əlbəyaxa olmuşlar. O, aralayan zaman Şəhliyar Musanın ailəsinə və yaxın qohumlarının ünvanına söyüş söymüşdür. Bu vaxt o da əsəbləşərək Şəhliyarın sifətinə yumruq atmışdır. Həmin vaxt qıraqda olan uşaqlar onları ayırmışlar. Tahir həmin vaxt Musaya, ona və Şəhliyara şillə vuraraq dava etdikləri üçün onlara irad tutmuşdur. Musa isə Tahirə cavab olaraq şillə vurmuşdur. Bundan sonra X28 avtomobilinə əyləşərək çıxıb getmiş, Şəhliyar getdikdən sonra Musa Şəhliyarın getdiyi tərəfə doğru piyada hərəkət etməyə başlamışdır. O, 5-10 dəqiqə sonra orada olan uşaqlarla söhbət etdikdən sonra Pənah Musanın ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. Musa kafenin yanında olan yanacaqdoldurma məntəqəsinin yaxınlığında olduğunu bildirmişdir. O, Anar və Pənahla birlikdə Anarın “Lada” markalı avtomobilinə əyləşərək yoldan Musanı götürmüş və yanacaqdoldurma məntəqəsinə getmişdir. Musa yolda palçığa düşdüyü üçün ayaqqabısını orada yumuşdur. Bundan sonra da onlar Musanın evinə gəlmişlər. Avtomobildən enərək Musagilin evinə daxil olmuşlar. Daha sonra Anar anası Firuzənin zəng edərək küçədə səs-küy olmasını, buna görə də evə gəlməsini dediyini bildirmişdir. Daha sonra Anar avtomobilinə əyləşərək çıxıb getmiş və Pənahı gəlib aparacağını bildirmişdir. Evdə olan zaman Musanın atası Mahir Şəhliyar və Tahir ilə telefonda danışmışdır. Evdə təxminən 20-25 dəqiqə qaldıqdan sonra Musa küçəyə çıxmışdır. O da Musanın ardınca getmişdir. Pənah da onların arxası ilə gəlmişdir. Küçədə olan zaman Pənah küçənin başında dayanacaq deyilən yerə getmələrini, Anarın onu gəlib oradan götürəcəyini bildirmişdir. Beş dəqiqədən sonra dayanacaq deyilən yerə çatmışlar. İlk olaraq o, Musa ilə birlikdə dayanacağa çatmışdır. Həmin vaxt 2 ədəd “Kia Optima” markalı ağ və qara rəngli avtomobil onların yanına yaxınlaşıb saxlamışdır. İlk olaraq qara rəngli avtomobil çatmış, daha sonra ağ rəngli avtomobil onlara daha yaxın yerdə dayanmışdır. Ağ rəngli avtomobilin sükanında Şahid7 olmuşdur. Qara rəngli avtomobildə isə Kamil və Tahir olmuşdur. Qara rəngli avtomobildən Tahir enmişdir. Tahir Musanın üzərinə hücum edərək “sən kimsən məni vurursan” deyərək Musanın üz hissəsinə güclü yumruq vurmuş və təhqir etmişdir. Musa isə Tahiri vurmaq istəyən zaman o, araya girmiş və Musanın Tahiri vurmasının qarşısını almışdır. Daha sonra Orxanın ağ rəngli avtomobilinin dayandığını, avtomobilin yanında Orxanın və Şəhliyarın dayandığını görmüşdür. O, Tahir ilə söhbət edən zaman Musa Şəhliyarın üzərinə getmişdir. O, Tahir ilə söhbət edən zaman Pənahın səsini eşitmiş, Pənah “Musa yıxıldı” – deyə bildirmişdir. Həmin vaxt Musa onun arxa tərəfində olduğu üçün dəqiqliklə görə bilməmişdir. Bundan sonra Musanın yanına getmişdir. Musa qan içində yerdə uzanmışdır. Şəhliyar Musanı vurduğunu demişdir. Bundan sonra o, Emil, Tahir və Anarla birlikdə Musanı Emilin qara rəngli “Kia Optima” markalı avtomobili ilə Mingəçevir ŞMX-na aparmışdır. Yolda olan zaman Musa vəfat etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində həmkəndliləri Məmməd, Bəxtiyar və Umudla danışıqlarına əsasən saat 21 radələrində Yevlax rayon Əkşəm kəndində yerləşən Nurlana məxsus kafedə görüşməli olmuşlar. Görüşmələri üçün mobil telefonla Bəxtiyara zəng etmişdir. Həmin gün saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi ağ rəngli “Hyundai Aksent” minik markalı **- TK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nurlana məxsus kafeyə getmiş və orada görüşərək kabinetdə əyləşmişlər. O, Bəxtiyar və Məmmədlə birlikdə spirtli içki qəbul etmiş, lakin Umud spirtli içki qəbul etməmişdir. Onlar üçü birlikdə 1 litr həcmdə spirtli içki qəbul etmişdir. Onlar kabinetdə oturan zaman təximnən saat 22:30 radələrində həmkəndliləri Musa və Fəqan onların yanına gələrək görüşüb getmişlər. Həmin vaxt Musa və Fəqan spirtli içki qəbul etmiş, lakin Musagilin harada spirtli içki qəbul etmələri barədə heç bir məlumatı olmamışdır. Onlar spirtli içki qəbul edib yemək yedikdən sonra o, hesab üçün 15 manat məbləğində, digər yoldaşları isə xatırlamadığı məbləğdə pul vermişlər. Hesabı verdikdən sonra kabinetdən çölə çıxıb İsmayıllı rayonunda münasibətdə olduğu Yeganə adlı qadınla mobil telefonla danışmışdır. Yeganə adlı qadınla danışıqlarına əsasən İsmayıllı rayonuna gedib görüşəcəkmiş. O, İsmayıllı rayonuna həmkəndlisi Emillə birlikdə gedəcəkmiş, çünki spirtli içki qəbul etdiyi üçün avtomobilini Emil idarə edəcəkdi. O, Yeganə adlı qadınla mobil telefonla danışan zaman həmkənliləri Musa və Fəqanın Şəhliyarla mübahisə etdiyini və bir-birilərinə nalayiq ifadələr işlətdiyini görərək Musagilə yaxınlaşıb mübahisəni sakitləşdirmək üçün bir-birindən uzaqlaşdırmışdır. Tərəflər arasında mübahisəsinin nədən ibarət olması barədə heç bir məlumatı olmamışdır. Sonradan bilmişdir ki, Şəhliyar, Pənah, Emil və Anar həmin kafedə oturaraq spirtli içki qəbul edərək yemək yemişlər. Mübahisə baş verən zaman kafedə olan xatırlamadığı şəxslər həmin hadisənin şahidi olmuşlar. O, tərəfləri sakitləşdirmək üçün Şəhliyar, Fəqan və Musaya şillə vurmuşdur. Musa isə qəzəblənərək ona şillə vurmuşdur. O da buna görə Musaya acıqlanmışdır. Bundan sonra Şəhliyar həmkəndliləri Emilin idarə etdiyi “Kia Optima” markalı avtomobilə əyləşərək getmişlər, avtomobili Emil iradə etmişdir. Musa da daha sonra Şəhliyarın ardınca piyada getmişdir. Bundan sonra o, öz “Hundai” markalı avtomobili ilə Musanı axtarmaq üçün kəndin içərisinə getmişdir. Əkşəm kənd ərazisində “seyidlər” deyilən yerə çatanda Emil və Şəhliyar ilə qarşılaşmışdır. Həmin vaxt avtomobilini Emilin avtomobilinin yaxınlığında saxlayaraq Şəhliyara gəlib onun avtomobilinə əyləşməsini demişdir. Daha sonra Şəhliyar gəlib onun avtomobilində əyləşmişdir. O, yolda Şəhliyarı sakitləşdirərək kəndin mərkəz deyilən yerinə çatmışdır. Umud və Məmməd də öz “Mercedes” markalı avtomobilləri ilə gələrək orada saxlamışlar. Daha sonra Şəhliyar Musanın atası ilə telefonda danışmağa başlamışdır. Şəhliyar qəzəbli şəkildə danışdığı üçün daha sonra o, telefonu alaraq Musa Orucovla danışmağa başlamışdır. Həmin vaxt Emil mobil telefonu ilə bilmədiyi şəxslə danışmışdır. Həmin vaxt ora həmkəndliləri Nurlan və Kamil, daha sonra da Emin öz avtomobili ilə gəlmişdir. Orada olan vaxt o, telefon ilə söhbət edən zaman yeriyə-yeriyə aşağı tərəfə düşmüşdür. O, bundan sonra öz istifadəsində olan ***-***-**-** həmkəndlisi Orxanın ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək sözünü Şəhliyarın dinlədiyini bildirmiş, buna görə də olduqları yerə gəlib Şəhliyarı sakitləşdirməsini xahiş etmişdir. Daha sonra Şəhliyarın da onun tərəfə gəldiyini görmüşdür. Bundan sonra Kamil Eminin “Kia Optima” markalı avtomobili ilə gələrək onu və Şəhliyarı avtomobilə əyləşdirmişdir. Bundan sonra onlar Şəhliyarı sakitləşdirə-sakitləşdirə evlərinin yerləşdiyi “qaqarin” küçəsi deyilən yerdə düşürmüşdür. Bundan sonra o, Kamilə bildirmişdir ki, onu Musagilə aparsın. Yolda olan zaman Musanın atası Mahir dayı ilə bir neçə dəfə danışmış, Mahirə evinə gələrək söhbət etmək istədiyini bildirmişdir. Musagilin evinə qısa məsafə qalanda küçədə Musa, Fəqan və Pənahı görmüşdür. Həmin vaxt Kamil avtomobili Musagilin evinin yaxınlığında saxlamışdır. O, avtomobildən enmiş və Musa ilə kafedə vurduğu üçün mübahisə etməyə başlamışdır. O, həmin vaxt Musanı təhqir etmiş və itələmiş, sifətinə yumruq ilə də vurmuşdur. Bundan sonra Musa onu vurmaq istəyən zaman Pənah və Fəqan aralarına girmişdir. Bundan sonra Şəhliyarın və Orxanın kənarda Orxanın avtomobilinin yanında dayandığını görmüşdür. Həmin vaxt Şəhliyar da Musaya nə isə demiş, lakin konkret nə dediyini eşitməmişdir. Bundan sonra Musa Şəhliyarın üzərinə hücum etmiş, Pənah da Musanın arxasınca aralamaq üçün qaçmış, Fəqan isə onun yanında dayanmış və söhbət etmişlər. Həmin vaxt onun arxası Musagilə tərəf olmuşdur. Bundan sonra görmüşdür ki, Musa bir neçə metr kənara gedərək yerdə uzanmışdır. Şəhliyar bildirmişdir ki, Musanı bıçaq ilə vurmuşdur. Bundan sonra o, Emil və X43 ŞMX-na aparmışdır. Yolda olan zaman Musa vəfat etmişdir. O, hadisədən əvvəl evlərinin yanında Musanı vurmuş, amma düşünür ki, vurduğu zərbə Musanın əng sümüyünü sındıracaq qədər güclü olmamışdır. Şəhliyar Musanı öldürməsi ilə bağlı əvvəlcədən ona və yanlarında olan heç kimə məlumat verməmiş, hadisə yerinə gedən zaman Şəhliyarın üzərində olan bıçaqdan onun məlumatı olmamış, bu barədə Şəhliyar onlara məlumat verməmişdir. O, Mahir dayı ilə danışan zaman gəlib Musa ilə Şəhliyarı barışdıracağını demişdir. Həmçinin bildirmişdir ki, “Musaya çox üz veribsən, arada Musanı mənə ver, aparım onunla kənd qəbirstanlığının yanında söhbət edim”. O, Təqsirləndirilən şəxs bıçaq verməmişdir. O, ümumiyyətlə üzərində bıçaq gəzdirməmişdir. Hadisə yerində olan zaman Musa və Fəqan Şəhliyarı vurmamışlar. Kafedə olan zaman Musa və Fəqan Şəhliyar ilə mübahisə edən zaman bir-birlərinə xəsarət yetirmişlər. xx.xx.2024-cü il tarixdə Şahid5 ilə Mahir Orucovun evinə getməkdə məqsədi Musanın onu kafedə vurmasının səbəbini aydınlaşdırmaq və Mahir dayı ilə söhbət edərək Şəhliyar ilə Musa arasında olan mübahisəni yoluna qoymaq olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 06 aprel 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı Yevlax rayonu Əkşəm kəndinin girişinin yaxınlığında yerləşən kafenin həyətində həmkəndliləri Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 ilə birlikdə oturmuşdur. Həmin vaxt onlar spirtli içki qəbul edərək yeyib-içmişlər. Onlar sözügedən kafeyə gəldikdən təxminən 15 dəqiqə sonra həmkəndlisi Musa Orucov onların yanına gəlmişdir. Həmin vaxt Musa Orucov onlara “içkiniz azdır, birinidə mən alım birlikdə içək” demişdir. Həmin vaxt onlar Musanın spirtli içkinin təsirindən sərxoş olmasını başa düşüb bildirdikdə, Musa “konyak” içib gəldiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Musaya “konyakın” üstündən əlavə spirtli içki içməyin pis təsir edəcəyini dedikdə, Musa buna narazılıq etmişdir. Həmçinin Musaya içdiklərindən artıq miqdarda əlavə olaraq spirtli içki qəbul etmək istəmədiklərini demişlər. Musa onların masasında bir qədəh spirtli içki içdikdən sonra onlarla sağollaşıb kafenin kabinetlərindən birinə bilmədiyi dostlarının yanına getmişdir. Bir müddət sonra Musanın əmisi oğlu Şahid4 gəlib onlarla salamlaşıb Musanın olduğu kabinetə getmişdir. Onlar bir müddət yeyib-içdikdən sonra durmaq qərarına gəlmişlər Həmin vaxt Musa, Fəqan, Umud, və Məmməd onların əyləşdiyi masanın yanına gəlmişlər. O, siqaret götürmək üçün kafenin içərisində olduğunu bildiyi həmkəndlisi Şahid8 yanına getmişdir. Şahid8 həmin vaxt mobil telefonla danışmışdır. O, Tahirdən siqaret alıb çölə çıxan vaxt kafenin həyətində Şəhliyar ilə Musanın dava etdiklərini görmüşdür. Şəhliyar ilə Musa biri-birilərinə qarşılıqlı olaraq yumruq vuraraq söyüş söyürmüşlər. Həmin vaxt orada olan Şahid4 Şəhliyarı vurmuşdur. Onun ardı ilə kafedən çıxan Şahid8 Şəhliyar, Musa və Fəqanın hər üçünün sifət nahiyyəsindən şillə ilə vuraraq “ayıb deyil ə dalaşırsız”- deyə bildirmişdir. O da Anar və Pənahla birlikdə tərəfləri ayırmağa çalışmışdır. Daha sonra Şəhliyarı etibarnamə ilə idarə etdiyi “Kia Optima” markalı, **-PC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə mindirib Əkşəm kəndindəki yaşadığı evə tərəf aparmışdır. Onlar yolda olarkən Şəhliyarı dava dalaşdan çəkindirməyə çalışsa da Şəhliyar onun sözlərinə əhəmiyyət verməyərək “mən bilirəm nə edəcəyimi, sən mənim işimə qarışma” - deyə bildirmişdir. O, Şəhliyarı yaşadığı evin qarşısında düşürdükdən sonra avtomobili bir neçə metr irəli verib telefon ilə danışan zaman bir neçə dəqiqə içərisində Şəhliyar yenidən onun avtomobilinə əyləşmiş və kafeyə aparmasını istəmişdir. O da Şəhliyarı Mingəçevir şəhərinə apararaq orada oturub sakitləşdirmək istəmişdir. Bundan sonra avtomobili hərəkətə gətirərək ferma yolu deyilən tərəfə getmişdir. Yolda olan zaman Tahir ilə qarşılaşmışlar. Tahir istifadəsində olan “Hyundai Accent” **-TK- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Bundan sonra o, idarə etdiyi avtomobili Tahirin avtomobilinin yanında saxlamışdır. Həmin vaxt Tahir avtomobildə tək olmuşdur. Tahir Şəhliyarı gördükdən sonra “təkəm, gəl otur mənim maşınıma”demişdir. Bundan sonra Şəhliyar avtomobildən enərək Tahirin avtomobilinə əyləşmiş və birlikdə Orxanın evinə tərəf getmişlər. O da kəndin ətrafı ilə gedərək mərkəz deyilən yerə gəlmişdir. Yolda olan zaman Musa ona zəng etmiş, lakin o ona cavab verməmişdir. O, oraya çatanda Tahir, Şəhliyar, Kamil, Nurlan, Məmməd və Umud da olmuşdur. Həmin vaxt Nurlan uzaq qohumu olan Şəhliyarı danlayaraq 2 azyaşlı övladı olmasını deyib və davadalaşdan çəkindirməyə çalışmışdır. Həmin vaxt etibarnamə ilə idarə etdiyi avtomobilin sahibi olan tanışı Şəfəq adlı qadın onun mobil telefonuna zəng etmişdir. O, Tahir və Şəhliyardan aralaşıb Şəfəq ilə telefonda danışmağa başlamışdır. Həmin vaxt Şəhliyar və Tahir Musanın atası Mahir ilə telefonda danışmışlar. Daha sonra Şəhliyar ondan kəndin aşağısı deyilən yerə aparmasını istəmişdir. O da yalandan Şəhliyara avtomobilinin açarlarını Kamilə verdiyini bildirmişdir. Bundan sonra həqiqətən açarları saxlaması üçün gizlincə Kamilə vermişdir. Bundan sonra o, Şəhliyar, Tahir və Kamildən aralaşıb kəndin ayağı deyilən istiqamətinə piyada getməyə başlamışdır. Kamil Şəhliyarı geri qaytarmaq üçün onun idarə etdiyi avtomobilə əyləşmiş, bu zaman Tahir də gəlib avtomobilə əyləşmiş və Şəhliyarın arxasınca getmişlər. Daha sonra Kamilgil Şəhliyarı avtomobilə mindirib birlikdə məktəbin aşağısı deyilən yerə getmişlər. Həmin vaxt Şahid2 idarə etdiyi avtomobil ilə onun dayandığı yerə, yaşadığı evlərinə tərəf gəlmişdir. Anar ona Pənah, Fəqan və Musanı sonuncunun yaşadığı evə apardıb düşürdüyünü, anasının Anarı çağırmasına görə evə gəldiyini demişdir. Bundan sonra o, Anarla birlikdə Anarın istifadəsində olan “Lada” markalı avtomobili ilə Kamilgilin getdiyi tərəfə getmişdir. Kəndin məktəbini təxminən 1 km keçdikdən sonra Anar avtomobili sürətlə sürərək onlara çatmış və bildirmişdir ki, Pənah, Fəqan və Musanı sonuncunun yaşadığı evə apardıb düşürdüb, artıq dağılsınlar. Bu zaman arxa oturacaqdan Şəhliyar pəncərəni açaraq Anarı təhqir edib, işinə qarışmamasını bildirmişdir. Bundan sonra Kamil avtomobili arxaya doğru döndərərək gəldikləri istiqamətə getmiş, mərkəz deyilən hissəni də keçərək Musagil tərəfə getmişdir. Onlar da Kamilgilin arxasınca mərkəz deyilən yerə gəlmişlər. Tahirin istifadəsində olan “Hyundai Accent” markalı avtomobil orada olmuşdur. O, Anarın avtomobilindən enərək Tahirin avtomobilinə əyləşmişdir. Bundan sonra Anar avtomobili Kamilgilin getdiyi tərəfə sürmüş, o da Kamilgilin arxasınca getmişdir. O, Musanın yaşadığı evin yerləşdiyi küçəyə gəldikdə Musanın yerdə uzanıqlı və huşsuz vəziyyətdə olmasını, Musanın əmisi oğlu Fəqanın isə Musanı qucaqlayaraq yerdən qaldırmağa çalışdığını görmüşdür. Bundan başqa hadisə yerində həmkəndliləri Şahid7 məxsus ağ rəngli, “Kia Optima” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobili və Orxanı görmüşdür. Daha sonra o, hadisə yerində olan etibarnamə ilə idarə etdiyi avtomobilinə əyləşmiş, Pənah, Tahir və Fəqan isə Musanı onun idarə etdiyi avtomobilə yerləşdirmişlər. Daha sonra o, Fəqan və Tahirlə birlikdə Musanı Mingəçevir şəhər xəstəxanasına aparmışdır. Onlar xəstəxanın acil şöbəsinə gəlib çatdıqda həkim onlara Musanın artıq öldüyünü demişdir. Əvvəllər Musa ilə Şəhliyar arasında hər hansı mübahisə olmamışdır, həmkəndli kimi münasibətləri normal olmuşdur. Qətlin baş verməsinə səbəb Musa ilə Şəhliyar arasında baş vermiş mübahisə olmuşdur. Musa Orucov ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisənin səbəbi barədə onun məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X33 onun həmkəndlisi və dostudur. 06 aprel 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdən çıxaraq kəndin içərisi ilə Yevlax rayonu Əkşəm kəndinin girişinin yaxınlığında yerləşən Nurlan adlı şəxsə məxsus kafeyə çay içmək üçün getmişdir. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəyə zəng edərək harada olduğunu, həyətlərinin qarşısından keçən zaman onu gördüyünü, gözləməyini və birlikdə Nurlan adlı şəxsin kafesinə gedərək çay içmələrini bildirmişdir. O, kəndin içərisində Şəhliyarla görüşüb birlikdə Nurlan adlı şəxsin kafesinə getmişlər. Nurlan adlı şəxsin kafesinə gedib orada həmkəndliləri Şahid2 və Şahid3 ilə görüşüb ilk öncə Şəhliyarla hərəsi 01 bakal pivə içmiş, daha sonra birlikdə orada yerləşən çardağın altında bir stolda əyləşmişlər. Razılaşmaya əsasən spirtli içki qəbul edib yemək yemiş, bu zaman həmkəndlisi Musa Orucov onların əyləşdiyi stola yaxınlaşaraq görüşmüşdür. Həmin vaxt Musa qohumu gildə spirtli içki-konyak içdiyini, yenidən araq alaraq onlarla oturaraq içmək istədiyini bildirən zaman o, Musaya etirazını bildirmişdir. Çünki, Musanın spirtli içkini çox qəbul etdiyini bilmişdir. Buna görə də o, Musanın onlarla spirtli içməsinə imkan verməmişdir. Buna baxmayaraq Musa onlarla bir rumka araq içmək istədiyini bildirmiş, onlar Musa ilə razılaşaraq, onunla bir rumka araq içmiş, bundan sonra Musa onların yanından çıxıb getmişdir. Lakin Musa kafenin ərazisində olmuşdur. Musa gedəndən təxminən 5-10 dəqiqə sonra Musanın əmisioğlu Fəqan onların stoluna yaxınlaşıb görüşəndən sonra Musanın harada olmasını soruşmuş, onlar Fəqana Musanın kafenin ərazisində-arxa tərəfdə olan kupedə olduğunu bildirmişdir. Onlar yemək yeyən zaman iki ədəd 0,7 litr həcmdə spirtli içki qəbul etmişlər. Təxminən saat 00 radələrində onlar stoldan qalxan zaman Musa, Fəqan, Məmməd, Ümüd yaxınlaşmışdır. O, Şəhliyarla birlikdə kafenin sahibi Nurlanın yanına gedərək 42 manat məbləğində hesab vermişlər. O, Şəhliyarla hesabı verdikdən sonra əyləşdiyi stolun yanına qayıtmışdır. Əyləşdiyi stolun ətrafında Anar və Emillə söhbət edən zaman onların yaxınlığında Musa da Şəhliyarla söhbət etmişdir. Həmin vaxt Musa ilə Şəhliyar arasında mübahisə yaranmış və onlar birbirilərini nalayiq ifadələrlə təhqir etmişlər. Tərəflər arasında mübahisəsinin nədən yaranmasını bilmir, çünki həmin vaxt kafedə çox adam olduğundan aralarında olan söhbəti eşidə bilməmişdir. X11rşı “tək gəlməyənin bacısını s****” -deyə ifadəsini bildirmişdir. Bu vaxt Musa Şəhliyarın üzərinə hücum çəkmiş və “sənin arvadını s****” -deyə bildirmişdir. Bundan sonra Şəhliyar Musanı yenidən təhqir etməyə başlamış, həmin vaxt Musanın əmisi oğlu Fəqan da qoşulmuşdur. Dava zamanı Musa və Fəqan Şəlhiyarın üz nahiyəsinə xəsarət yetirmişlər. Şəhliyar Fəqan və Musanı vura bilməmişdir. Həmin vaxt oraya həmkəndliləri Tahir gələrək Şəhliyar, Fəqan və Musanın hər üçünün sifətindən bir sillə vuraraq niyə bir-birilərini söydüklərini soruşmuşdur. Bu zaman Musa da Tahir vurduğu üçün Tahirə şillə vurmuşdur. O, həmin vaxt Musanın sinəsindən tutaq tərəfləri ayırmışdır. Şəhliyarı isə kimin ayırması barədə məlumatı olmamışdır. Həmin vaxt orada çoxlu sayda kənd sakinləri olmuş və hadisənin şahidi olmuşlar. Emil Şəhliyarı oradan uzaqlaşdıraraq idarə etdiyi qara rəngli “Kia Optima” markalı avtomobilə əyləşdirərək oradan uzaqlaşmışlar. O, Musa ilə söhbət edərək dalaşmamaqlarını bildirməklə Musanı buraxmışdır. O, kənd sakinləri ilə kafedə söhbət edən zaman Musa piyada Şəhliyarın arxası ilə getmişdir. O, həmin vaxt Anara və Fəqana birlikdə gedib Şəhliyargilin dalaşmasına müdaxilə etmələrini bildirmişdir. Anarın idarə etdiyi ağ rəngli “Priora” markalı **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Anar və Fəqan birlikdə Şəhliyargilin yaşadığı ev istiqamətinə getmiş, həmin vaxt avtomobili içkili vəziyyətdə Anar idarə etmişdir. O, ön sağ oturacaqda, Fəqan isə arxada oturmuşdur. Yolda olan zaman o, istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Musanın istifadəsində olan xatırlamadığı nömrəsinə zəng edərək harada olduğunu soruşmuş, Musa ona Şəhliyargilə getdiyini bildirmiş, o da Musaya Şəhliyargilə getməməyini, Şəhliyarın evli olduğunu, ailə üzvlərinin qorxa biləcəklərini bildirərək səhər bu haqda söhbət etməklərini bildirmişdir. O, Musa ilə söhbət etdikdən sonra kəndin içərisində yerləşən işlək olmayan çayxananın qarşısında olduğunu bildirmiş, o, orada onları gözləməyini bildirib gəlib götürəcəklərini bildirmişdir. Onlar kəndin içərisi ilə gedən zaman Tahirin özünə məxsus ağ rəngli “Hyundai Acsent” minik markalı avtomobili ilə getdiyini görmüşlər, lakin Tahirin yanında kimin olması barədə məlumatı olmamışdır. O, Tahirə zəng edərək Musa ilə söhbət etdiyini və sakitləşdirdiyini, Musa ilə kafedə dava etdiyini nəzərə alaraq kəndin əks istiqaməti ilə getməyini bildirmişdir. Həmin sözləri Tahirə deməkdə məqsədi Musanın kimsəni görüb qıcıqlanmaması olmuşdur. Onlar Musanın olduğu yerə çatmış, Musa onların olduğu avtomobildə arxa sağ oturacaqda əyləşmişdir. Musanı götürdüyü yerlə Nurlanın kafesinin arasında təxminən 1 km məsafə olmuşdur. Musa həmin yolu piyada getmiş, bu səbəbdən də Musanın paltarı palçıq olmuşdur. Musa paltarını təmizləmək üçün onlar avtomobillə yenidən Nurlanın işlətdiyi kafenin yanında olan yanacaqdoldurma məntəqəsinə gəlmiş, Musa orada su ilə paltarını təmizləmişdir. Həmin vaxt Musanın atası Mahir Musanın istifadəsində olan mobil nömrəyə zəng edərək kiminlə dalaşdığını soruşub Musanı danlamışdır. Musa həmin vaxt əsəbi olduğu üçün o, Musadan mobil telefonu alıb atası Mahirlə danışmış, Mahir ona oğlu Musanı evə gətirməyini bildirmişdir. Orada olanda Şəhliyar da onunla əlaqə saxlayaraq onun Musanı söydüyünü nə üçün Mahirə dediyini soruşaraq ona irad tutmuşdur. O da bunu Mahirə Musanın dediyini bildirmişdir.Onlar avtomobilə əyləşərək Musagilin evinə getmişlər. Musagilin evinə çatıb evə daxil olmuş, həmin vaxt Anarın anası zəng edərək yaşadıqları evin qarşısında səs-küy olduğunu bildirib Anarı evə çağırmış və Anar buna görə oradan çıxıb evlərinə getmiş, ona narahat olmasın, qayıdıb onu evlərinə avtomobili ilə aparacağını bildirmişdir. Onlar Musagildə olan zaman Mahir Musanı danlamış, həmin vaxt o da Musaya iradını bildirmişdir. O, orada olan zaman Mahirin mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs Musa barəsində Mahirə nə isə demişdir. Musa atası Mahirlə birlikdə yaşayır, Musanın anası atasından boşanmış, qızı ilə birlikdə Bakı şəhərində yaşayırlar. Musa evdə paltarını dəyişmiş və onu yola salmaq üçün Fəqanla birlikdə evdən çıxmışlar. O, Musa və Fəqanla birlikdə darvazadan çıxıb təxminən 100 metr uzaqlaşdıqdan sonra onlara tərəf gələn 02 ədəd ağ və qara rəngli “Kia Optima” markalı avtomobil görmüşlər. Həmin avtomobilin işiqları onun gözünə düşdüyündən o, həmin qara rəngli “Kia Optima” markalı avtomobili dəqiqliklə kimin idarə etdiyini görməmişdir. Lakin digər ağ rəngli “Kia Optima” markalı avtomobili həmkəndliləri Orxan idarə etmişdir. Həmin avtomobil onlara yaxınlaşandan sonra Tahir qara rəngli avtomobildən enərək Musanın üzərinə hücum edərək niyə vurduğunu deyərək Musanın sifətinə güclü bir yumruq atmış və Musanı təhqir etmişdir. Bu zaman o, Fəqanla birlikdə Musa ilə Tahirin arasına girmişdir. Musa Tahirə yumruq atmış, lakin həmin yumruq Tahirə dəyməmişdir. Bu zaman görmüşdür ki, Şəhliyar və Orxan da onlardan təxminən 7-8 metr uzaqlıqda dayanmışlar. Musa Şəhliyarı görən kimi üzərinə hücum çəkmişdir. Bu zaman o da Musagilin yanına getmiş və dava etməklərinə icazə verməmək üçün aralarına girərək hər iki əli ilə ayırmışdır. Həmin vaxt Orxan Musanın sağ tərəfindən onlara tərəf gəlmiş və aralarında təxminən 2-3 metr məsafə olmuşdur. Həmçinin Orxan gələ-gələ uşaqlara mübahisə etməmələrini bildirmişdir. Bu vaxt o da bir az müvazinətini itirərək arxaya doğru getmişdir. Bu vaxt Şəhliyarın əli ilə Musaya tərəf yumruq atdığını görmüş, lakin qaranlıq olduğu üçün əlində olan bıçağı tam görə bilməmişdir. Bundan sonra Musa bir qədər sakitləşərək arxaya doğru getmişdir. Bu zaman Şəhliyar ona sağ əlindəki bıçağı göstərərək Musanı vurduğunu bildirmişdir. Həmin vaxt Musa onlardan təxminən 5 metr məsafədə uzaqlaşaraq yerə uzanmış, o, Musaya yaxınlaşmış və Musanın xırıldadığını görmüşdür. O, mobil telefonun işığını yandıraraq Musaya baxdıqda kürəyi üstə yerə uzanmış formada xırıldadığını görmüşdür. Həmin vaxt hadisə yerinə Emil və Anar gəlmişdir. Həmin vaxt orada ondan başqa Tahir, Emil, Fəqan, Orxan, Anar, Kamil və Şəhliyar olmuşdur. Həmin vaxt həmin ərazi çox qaranlıq olduğundan orada başqa şəxslərin olduğunu görə bilməmişdir. Hadisə zamanı orada 4 avtomobil olmuşdur. Orxan hadisə yerinə özünə məxsus ağ rəngli “Kia Optima” markalı avtomobillə gəlmiş, Tahirin avtomobili də orada olmuşdur. Musanı yerdən götürərək Emilin qara rəngli “Kia Optima” markalı avtomobilinin arxa oturacağına uzandırmışlar. Avtomobili Emil idarə etmiş, Fəqan və Tahir birlikdə Musanı Mingəçevir şəhər xəstəxanasına aparmışlar. Hadisə baş verəndən sonra səs-küyə Mahir kənardan həmin yerə yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. O, Mahirə oğlu Musaya nəsə olduğunu bildirərək Mingəçevir şəhər xəstəxanasına apardıqlarını bildirmişdir. Bundan sonra hadisə yerinə Umud və Məmməd gəlmiş, birlikdə Mahir ilə Mingəçevir ŞMX-na getmişlər. Anar isə öz avtomobilinə əyləşərək hadisə yerindən getmiş, lakin Tahirin avtomobili hadisə yerində qalmışdır. O, hadisə yerində Şəhliyarla birlikdə qalmışdır. Hadisə yeri Musagilin evindən təxminən 200 metr aralı məsafədə yerləşmişdir. O, Şəhliyarla birlikdə atası Zahidin yaşadığı ev istiqamətində getmişdir. Yolda olan zaman Şəhliyar əlində bıçağı qatlayaraq cibinə qoymuşdur. Yolda gedən zaman Şəhliyar onun istifadəsində olan mobil telefonla atası Zahidin istifadəsində olan mobil nömrəyə zəng edərək Musa ilə dalaşdığını və Musanı bıçaqla vurduğunu bildirmişdir. Atası Şəhliyara əsəbiləşib telefonu söndürmüşdür. Bundan sonra Şəhliyarın atası ona zəng etmiş və telefona cavab vermişdir. Zahid ondan kim olduğunu soruşmuş, o, özünü təqdim etdikdən sonra yaşadığı evə gəlmələrini bildirmişdir. O, Şəhliyarla birlikdə atası Zahidin yaşadığı evə getmişdir. Zahidin yaşadığı evə çatanda orada Şəhliyarın atası, anası və dayısı orada olmuşdur. Sonradan Zahid kənd sakini Elsəvərə zəng edərək evə çağırmışdır. Elsəvər sabiq polis əməkdaşı olmuşdur. Elsəvər oraya gələndən sonra Şəhliyardan bıçağı alıb paketə bağlayaraq özündə saxlamışdır. Zahidin evində olan zaman o, Anarla danışanda Musanın öldüyünü bildirmişdir. Bundan sonra Elsəvər kənd sakini Murada zəng edərək oraya çağırmış, Murad avtomobili ilə oraya gəlmiş və Şəhliyarı Yevlax RPŞ-yə təhvil vermək üçün birlikdə Yevlax şəhərinə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bərdə rayonundan Yevlax rayon Əkşəm kəndində yaşadığı evə gələn zaman magistral yolun kənarında qonşuluğunda yaşayan həmkəndlisi Nurlanın işlətdiyi kafeyə getmişdir. Onların yaşadığı ev uzaqda olduğu üçün məqsədi Nurlanın kafeni bağladıqdan sonra avtomobili ilə evə getmək olmuşdur. Kafeyə çatanda Anar, Pənah, Emil və Şəhliyar kafenin çölündə oturub yeyib-içirmişlər. O, onlarla salamlaşdıqdan sonra kafenin içərəsində Nurlanın yanına keçmiş və sobanın yanında oturaraq qulağına qulaqcıq taxaraq filmə baxmağa başlamışdır. Təxminən 15-20 dəqiqə sonra insanların kafenin çölünə tərəf getdiyini görüb ayağa qalxmış və qapının yanından çölə baxanda Fəqan, Musa və Şəhliyarın mübahisə etdiyini, ətrafdakıların isə Musagillə Şəhliyarı ayırdığını görmüşdür. Daha sonra o, yenindən oturdğu yerə qayıtmışdır. Təxminən 20-25 dəqiqə sonra Nurlan kafeni bağlamış və onlar Nurlanın avtomobilinə əyləşərək evə getmək məqsədi ilə oradan çıxmışlar. Yolda kəndin mərkəz deyilən yerin yaxınlığında avtomobillərin toplaşdığını görmüş, Nurlan avtomobili saxlamış və onlar avtomobildən enmişlər. Orada Emil, Anar, Umud, Məmməd bir az kənarda Tahir və Şəhliyar olmuşdur. Həmin vaxt Tahir mobil telefon ilə danışmışdır. Nurlan və Məmməd yaşca onlardan böyük olduğu üçün eyni kəndin uşaqları olmalarını və buna görə də mübahisə etməmələrini bildirmişdir. Şəhliyar Emildən kəndin aşağısı deyilən yerə aparmasını xahiş etmişdir. Emil Şəhliyara guya avtomobilinin açarlarını ona verdiyini bildirmişdir. Bundan sonra Emil gizlincə açarları ona vermişdir. Daha sonra Şəhliyar aralaşıb kəndin ayaq deyilən istiqamətinə piyada getməyə başlamışdır. Bundan sonra o, Şəhliyarı qaytarmaq üçün Emilin avtomobilinə əyləşərək aşağıya doğru getmişdir. Tahir də gəlib qabaq sərnişin yerində əyləşmişdir. Daha sonra Şəhliyara çatmışlar. Şəhliyar arxa oturacağa əyləşmiş, onlar Şəhliyarı sakitləşdirməyə çalışmışlar. Daha sonra Anar və Emil onların yanına gəlmişdir Anar uşaqları Mahir dayıya təhvil verdiyini bildirmişdir. Şəhliyar da Anara cavab olaraq təhqir ilə cavab vermişdir. Daha sonra o, avtomobili arxaya doğru döndərərək yuxarı qalxmışdır. Bundan sonra o, Şəhliyarı aparıb Yevlax rayon Əkşəm kəndində “Qaqarin küçəsi” deyilən yerdə evlərinin yaxınlığında düşürmüşdür. Tahirgilin də evləri orada olduğu üçün ona orada düşüb evlərinə getməsini bildirmişdir. Lakin Tahir ona Musanın atası Mahir əmigilə gedəcəyini bildirmişdir. Bundan sonra o, avtomobil ilə Musagilin evinə doğru hərəkət etmişdir. Musagilin evinə təxminən 100-150 metr məsafə qalmış Musanın, Fəqanın və Pənahın orada olan dayanacaqda dayanmalarını görmüşdür. O, avtomobili saxlamış və Tahir avtomobildən enmişdir. Bundan sonra o, avtomobili arxaya doğru döndərmək istəyərkən həmkəndlisi Orxan öz ağ rəngli “Kia Optima” markalı avtomobil ilə onun yanından sürətlə keçərək Musagilin yanında saxlamışdır. O da avtomobili əks istiqamətə döndərdikdən sonra Anar öz avtomobili ilə, Emil isə Tahirin avtomobili ilə oraya gəlmişdir. O, uşaqların toplaşdığını görüb dava edəcəkləri ehtimalına görə ayırmaq məqsədi ilə avtomobildən enmişdir. Həmin uşaqlar- Tahir, Fəqan, Pənah, Şəhliyar, Orxan, Anar və Emil Musanın ətrafına toplaşmışlar. Musa isə yerdə uzanmışdır. Şəhliyarın yanına yaxınlaşan zaman Şəhliyarın sağ tərəfində yerdə olan bıçağı görüb, daha sonra da əyilərək götürmüşdür. Həmin vaxt onun Musanın bıçaqlanmasından heç məlumatı da olmamışdır. Ətrafdakılar Musanın başına toplaşmışlar. Şəhliyar bundan sonra bıçağı dərhal onun əlidən almışdır. X29 bıçaqladığını bildirmişdir. Bıçağı yerdən götürən zaman yalnız Şəhliyar bunu görmüşdür. Digərləri Musanın yanında olduğu üçün görməmişlər.Bundan sonra Emil, X46 Emilin avtomobilinə əyləşdirərək Mingəçevir ŞMX-na aparmışlar. Bundan sonra hadisə yerinə Musanın atası Mahir və Məmməd və Umud gəlmişdir. Məmməd və X30 ŞMX-na aparmış, o da Orxan ilə Mingəçevir ŞMX-na getmişdir. Şəhliyarın Musanı öldürməsi ilə bağlı əvvəlcədən onlara məlumat verməmiş, hadisə yerinə gedən zaman Şəhliyarın üzərində olan bıçaqdan onun məlumatı olmamış, bu barədə Şəhliyar onlara məlumat verməmişdir. Şahid8 onun idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə hadisə yerinə gəlmişdir. Lakin o, Şəhliyarı ora getməmişdən əvvəl yaşadıqları evin yaxınlığında endirmişdir. Şəhliyar hadisə yerinə Orxan idarə etdiyi avtomobillə gətirmişdir. O, Şəhliyarın üzərində heç bir bıçaq görməmişdir. Onlar Şəhliyarı düşürdükdən Tahir Mahir dayı ilə söhbət edəcəyini bildirdiyi üçün onun məqsədi Tahiri Mahirin evlərinin yaxınlığında düşürmək olmuşdur. Onun yanında olan zaman Şahid8 Mahir Orucov ilə telefonda danışmışdır. X39 hörmətsizlik etdiyini bildirmişdir. X47 qəbirstanlığa razborkaya aparacağını və ya Musa bilə mübahisə edəcəyini deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində əvvəlcədən olan razılaşmaya əsasən həmkəndliləri Tahir, Umud və Bəxtiyar ilə Yevlax rayon Əkşəm kəndində digər həmkəndlisi Nurlanın işlətdiyi magistral yolun kənarında yerləşən kafedə görüşmüşlər. Daha sonra kafenin arxa tərəfində yerləşən kupeyə keçmişlər. Özləri ilə 1 litr araq gətirmişlər. Yemək sifariş verərək spirtli içkini qəbul etməyə başlamışlar. Onlar oturduqdan təxminən 1 saat sonra həmkəndliləri Musa onların oturduğu kupeyə gəlmiş və kinayə ilə niyə xəbər verməmələrini bildirmişdir. Bundan sonra kafenin içərisindən 01 ədəd stul götürərək gəlib onların yanında oturmuş və 01 rumka araq içmişdir. Ondan təxminən 15-20 dəqiqə sonra Musanın əmisi oğlu Fəqan onların oturduğu kupeyə gəlmiş və Fəqan onlarla birlikdə 01 rumka araq içmişdir. Musa ümumilikdə 02 rumka araq içmişdir. Təxminən 20-25 dəqiqə deyib güldükdən sonra saat təxminən 23 radələrində onlar kupedən qalxmışlar. Qalxdıqdan sonra hesabı ödəmişlər. Bundan sonra Bəxtiyar çıxıb getmişdir. Tahir qırağa keçərək telefon ilə danışmağa başlamışdır. Musa və Fəqan, Pənah, Emil, Şəhliyar və Anarın oturduqları stola yaxınlaşmışdır. O da Umudla birlikdə Musagildən təxminən 5 metr aralıda söhbət etmişdir. Birdən Musa və Fəqanın Şəhliyar ilə mübahisə edərək bir-birlərini təhqir etdiyini görmüşlər. Dərhal onlar tərəfləri ayırmışlar. Həmin vaxt hamısı sərxoş olduğu üçün tam dəqiqlikə xatırlaya bilmir, lakin deyəsən Musa və Fəqan Şəhliyarı vurmuşlar, Şəhliyar isə Musanı vurmuşdur. Bundan sonra ətrafda olan uşaqlar onları ayırmışlar. Umud Şəhliyarı götürüb magistral yolun kənarına aparmış, Emil də Şəhliyarı öz avtomobilinə əyləşdirərək aparmışdır. Bundan sonra digər uşaqlar getmişlər, o da Umudla birlikdə onun “Mercedes” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək hərəkət etmişdir. Həmin vaxt avtomobili Umud idarədə etmiş, çünki yalnız Umud spirtli içki qəbul etməmişdir. Daha sonra Xaldan kəndində yerləşən yol ayrıcına gələrək orada olan mağazalaradan birindən siqaret və enerji içkisi almışlar. Daha sonra Yevlax rayon Əkşəm kəndinə öz yaşadıqları evə gedən zaman mərkəz deyilən yerə çatanda Tahir və Şəhliyar Tahirin “Hyundai Accent” markalı avtomobili ilə onların yaxınlığına gələrək saxlamışdır. Tahir avtomobildən enərək telefon ilə danışa-danışa aşağı tərəfə düşməyə başlamışdır. Onlar da avtomobildən enmişdir. Bundan sonra həmkəndliləri Nurlan və Kamil oraya gəlmişdir. Şəhliyar həmin vaxt Musanın atası Mahir ilə telefonda danışmışdır. Telefon ilə danışandan sonra o, Nurlanla Şəhliyarı sakitləşdirməyə başlamışdır ki, Şəhliyar evinə getsin və sonra sakit bir şəkildə Musa ilə danışıb barışarlar. Bundan sonra oraya Emil öz avtomobili ilə gəlmişdir. Şəhliyar bildirmişdir ki, kəndin aşağısı deyilən yerə gedərək Musa ilə mübahisə edəcək və Şəhliyar Emildən xahiş etmişdir ki, avtomobili ilə kəndin aşağısı deyilən yerə aparsın. Emil də Şəhliyarı aparmamaq üçün yalandan avtomobilinin açarlarının Kamildə olmasını bildirmişdir. Bundan sonra Şəhliyar bildirmişdir ki, öz ayağı ilə gedər və piyada kəndin aşağısı deyilən yerə tərəf getmişdir. Bundan sonra o, Umudla və Məmməd ilə söhbət etmiş, Emil də telefon il danışmışdır. Bu zaman deyəsən Kamil Şəhliyarı geri qaytarmaq üçün Emilin avtomobilini hərəkətə gətirərək Şəhliyarın arxasınca getmiş və ora çatdıqda Şəhliyar və Şəhliyarın kənarında olan Tahir avtombilə əyləşmiş, həmin vaxt Anar onların yanına yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. Onlar baş verənləri Anara danışmışlar. Anar onlara Musanı və Fəqanı Mahir dayıya aparıb təhvil verdiyini bildirmişdir. Daha sonra Anar və Emil Anarın avtomobili ilə Musagilə tərəf kəndin aşağısına getmişlər. Daha sonra Kamil avtomobili arxaya doğru çevirərək gəlib onların yanından keçmiş və kəndin yuxarı deyilən yerə tərəf getmişdir. Daha sonra Anar avtomobili onların yaxınlığında saxlamış və Emil avtomobildən enmişdir. Anar bildirmişdir ki, gedib Pənahı evlərinə aparacaq və Anar da Musagil tərəfə getmişdir. Emil də Tahirin avtomobilinə əyləşərək Anargilin getdiyi tərəfə getmişdir. Bundan təxminən 5 dəqiqə sonra evə getmək üçün Umud onun avtomobilini hərəkətə gətirmiş, o da avtomobilə əyləşmişdir. Onların arxası ilə Nurlan avtomobili ilə gəlmişdir. Yolda olan zaman Umud “birdən uşaqlar dava edərlər, nə isə hadisə olar gedək onların arxasınca”-deyə bildirmişdir. Bundan sonra onlar öz yaşadıqları küçəyə yox, uşaqların getdiyi tərəfə getmişlər. Musagilin evinin kənarına çatdıqda Orxanın ağ rəngli “KİA Optima” markalı avtomobili, Anarın “Lada” markalı ağ rəngli avtomobilinin dayandığını görmüşlər. O, oraya çatanda orada olan uşaqlar artıq Musanı xəstəxanaya aparmışlar. Musanın atası Mahir, Orxan, Şəhliyar, Pənah orada olmuş, Kamili isə görə bilməmişdir. Mahir onlarla birlikdə Mingəçevir ŞMX-na getmişdir. Xəstəxanaya çatanda artıq onlara Musanın öldüyünü bildirmişlər. Şəhliyar Musanı öldürməsi ilə bağlı əvvəlcədən ona və yanlarında olan şəxslərə məlumat varməmiş, Şəhliyarın üzərində heç vaxt bıçaq görməmişdir. Musa bıçaqlanandan sonra o, Mingəçevir ŞMX-na getmişdir. Xəstəxananın həyətində olan zaman Kamil ilə söhbət edən zaman Kamil ona bildirmişdir ki, Şəhliyarın hadisə zamanı istifadə etdiyi bıçaq yerə düşmüş və həmin bıçağı əlinə götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Musa Orucovu və Təqsirləndirilən şəxs tanıyır. Şəhliyar onların qonşuluğunda yaşayır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə olan zaman həmkəndlisi Tahir hazırda xatırlamadığı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Şəhliyar ilə Musanın dava etdiyini, tərəfləri sakitləşdirə bilmədiyini bildirmiş və gəlib sakitləşdirməyə kömək etməsini xahiş etmişdir. O da Tahirə cavab olaraq bildirmişdir ki, evdədir, küçəyə çıxacaq, gəlib götürsün. Tahir də ona “yaxşı”- deyə bildirib, telefonu söndürmüşdür. Danışan zaman Tahirdən harada olduqlarını soruşmuş, Tahir də bildirmişdir ki, kəndin içərsindədirlər, lakin tam dəqiqliklə harada olduğunu deməmişdir. Təxminən 15-20 dəqiqə onları gözlədikdən sonra o, öz istifadəsində olan ağ rəngli “Kia Optima” markalı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini həyətdən küçəyə çıxarmışdır. Daha sonra avtomobilini hərəkətə gətirib irəliləmişdir. “Qaqarin” küçəsi deyilən küçənin qurtaracağında Emilin qara rəngli “Kia Optima” markalı avtomobilini görmüş, Şəhliyar da həmin avtomobildən enmişdir. Bundan sonra həmin avtomobil geriyə doğru hərəkət edərək getmişdir. Lakin həmin avtomobildə kimlərin olduğunu görməmişdir. Şəhliyar onun yanına yaxınlaşmışdır. Bu zaman o, avtomobildən enmiş və Şəhliyarla görüşmüşdür. Bundan sonra Şəhliyar onun avtomobilinin qabaq sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt o, Şəhliyar ilə Musanın mübahisə etməsindən xəbəri olduğundan aralarında söhbət olmamışdır. O da avtomobili hərəkətə gətirərək qara rəngli avtomobilin arxasınca getmişdir. Kəndin yuxarı hissəsi deyilən yerə doğru hərəkət etmişlər. Bundan sonra Musa Oruclunun yaşadığı evin yaxınlığına çatanda qara rəngli “Kia Optima” markalı avtomobil dayandığını, Tahir və Musanın mübahisə etdiklərini, Fəqan və Pənahın da Musa ilə Tahiri ayırdığını görmüşdür. O da avtomobilini Musagilin yanında saxlamışdır. Onun idarə etdiyi avtomobil ilə qara rəngli “Kia Optima” markalı avtomobil təxminən 1 dəqiqə ara ilə hadisə yerinə çatmışdır. O, Şəhliyarla birlikdə avtomobildən enmişdir. Şəhliyar avtomobilin sağ tərəfində dayanmışdır. Bundan sonra o, Tahir və Fəqanın yanına yaxınlaşmışdır. Çünki Musa artıq Tahirdən ayrılmış, Fəqan ilə Tahirlə mübahisə etmişdir. Bundan sonra Musa digər tərəfə Şəhliyarın yanına getmiş, Pənah da Musagili ayırmaq üçün Musanın arxasınca qaçmışdır. O da uca səslə Şəhliyar ilə Musanın ayrılmasını xahiş etmişdir. Ətraf qaranlıq olmuşdur. Həmin vaxt birdən Fəqan Musanın getdiyi tərəfə getmişdir. O da Musanın arxası ilə getmiş və Musanın yerdə uzandığını görmüşdür. O, elə bilmişdir ki, Şəhliyar Musanı yumruqla vurmuş, lakin Musanın üzərinə işıq saldıqda üzərinin qan olduğunu görmüşdür. Bundan sonra Şəhliyar Musanı bıçaqladığını bildirmişdir. Artıq hadisə yerinə Emil və Anar da gəlmişlər. Daha sonra Fəqan, Tahir və Emil Musanı qara rəngli “Kia Optima” markalı avtomobilə qoyaraq Mingəçevir ŞMX-na aparmışlar. Bundan sonra Musanın atası Mahir hadisə yerinə gəlmişdir. Mahir soruşduqda Şəhliyar Musanı bıçaqla vurduğunu bildirmişdir. O da Şəhliyara irad tutaraq, Musanı bıçaqla vurduğu üçün danlamışdır. Daha sonra Mahir oraya gələn Məmməd və Umudla xəstəxanaya getmişdir. O da Kamil ilə birlikdə öz avtomobili ilə Mingəçevir ŞMX-na getmişdir. Xəstəxanada Anardan eşitmişdir ki, Musa rəhmətə getmişdir. O, Musa Orucovu həmkəndlisi kimi tanımış, yaxın münasibəti, ədavət və düşənçiliyi olmamışdır. Şəhliyar Musanı öldürməsi ilə bağlı əvvəlcədən ona məlumat verməmiş, hadisə yerinə gedən zaman Şəhliyarın üzərində olan bıçaqdan onun məlumatı olmamış, bu barədə Şəhliyar ona məlumat verməmişdir. O, evdə olan zaman Tahir ona zəng edərək Şəhliyar ilə Musanın mübahisə etdiyini bildirmiş və barışdırmaq üçün ondan köməklik etməsini istəmişdir. O da evdə olduğunu və gəlib onu götürmələrini bildirmişdir. Tahirgil gəlmədikdə o, avtomobilini evin həyətindən çıxararaq Tahirgilin arxasınca getmək üçün küçə ilə hərəkət etməyə başlamışdır. “Qaqarin” küçəsi deyilən küçənin qurtaracağında Şəhliyar ilə qarşılaşmışdır. Şəhliyar sonradan Kamilin idarə etdiyini öyrəndiyi Emilin avtomobilindən enmiş və onun yanına yaxınlaşaraq görüşmüş, onun avtomobilinə əyləşmişdir. O da avtomobilini hərəkətə gətirərək Kamilin sürdüyü avtomobilin arxasınca getmişdir. O, elə düşünmüşdür ki, kənddə Musa ilə görüşüb Şəhliyarla Musanı barışdıracaqdır. Avtomobildə olan zaman Şəhliyarı heç bir formada cinayət törətməyə təhrik etməmişdir. Həmçinin Şəhliyar sərxoş vəziyyətdə olmuşdur. Tahir ilə telefonda bir neçə dəfə danışmışdır. Həmin vaxt da Tahir ona Şəhliyar və Musanın mübahisə etdiyini və barışdırmaq istədiyini bildirmişdir. O da evdə olduğunu, gəlib onu götürmələrini demişdir. Bundan sonra Tahirgil gəlmədiyi üçün o, öz avtomobili ilə Tahirgilin yanına getmək üçün evdən çıxmışdır. xx.xx.2024-cü il tarixdə hadisə yerində olan zaman hava şərairi qaranlıq olduğundan X31 Bayramlıya xəsarət yetirdiyini görməmişdir. xx.xx.2024-cü il tarixdə hadisə yerinə çatanda Pənah və Fəqan artıq Musa və Tahiri ayırmışlar. Tahir ola bilsin ki, onlar oraya çatana qədər artıq Musanı vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəhliyar, Pənah, Emil və o, kafedə oturub yeyib-içirmişlər. 15 dəqiqə sonra Musa gəlib onlarla oturmağı təklif etmiş. Pənah Musaya onlarla oturmamağı bildirmişdir. Sonra Musa onlardan Tahirgili soruşmuşdur. Onlar da Tahirin yerini göstərmişlər. Musa Tahirgilin yanına getmişdir. 15 dəqiqə sonra Musanın əmisioğlu Fəqan onlara yaxınlaşıb Musanı soruşmuşdur. Onlarda Musanın yerini göstərmişlər. Fəqan Musanın yanına getmişdir. Artıq yeyib-içmək bitəndən sonra Musa onlara yaxınlaşmışdır. Musa Şəhliyarla sözlü mübahisə etməyə başlamışdır. Sonra dava etməyə başlamışlar. Musa və Fəqan Şəhliyarı təkləmişlər. Şəhliyarda tək-tək gəlməyənin deyib söyüş söymüşdür. X40 ağır söyüş söymüşdür. İçəridən Tahirgil gəlmişlər. Tahir birinci Şəhliyara sonra Musaya sillə vurmuşdur. Sonra onları aralamışlar. Şəhliyarı maşına əyləşdirib kəndə yola salmışlar. Sonra Fəqan, o və Pənah maşına minib kəndə girmişlər. Həmin vaxt Musanı axtarmışlar. Çayçının yanından Musanı götürmüşlər. Musa üst-başını təmizləyən vaxt Mahir Orucov zəng etmişdir. Pənah və Mahir Orucov telefonla danışmış. Sonra Musanı evlərinə aparmışlar. Ona evdən zəng edib çağırmışlar ki, küçədən səs-küy gəlirmiş. Sonra Musagili düşürüb evə doğru getmişdir. Pənah isə Musayla qalmışdır. Sonra aşağıda Kamil, Tahir və Şəhliyarı görmüşdür. Elə o, gedən vaxt Orxanında yuxarı doğru qalxdığını görmüşdür. Sonra hadisə yerinə getmişdir. Maşından düşən vaxt Musanın arxa-arxaya gedib yıxıldığını görmüşdür. Elə bilmişdir ki, Musanın ürəyi gedib. Fəqan işığı tutmuşdur. Həmin vaxt Musanın sinəsi qan olmuşdur. Sonra Musanı maşına qoyub xəstəxanaya aparmışlar. Sonra hadisə yerinə Mahir Orucov gəlmişdir. X32 demişdir ki, Mahir əmi Musa vurulmalı idi, o da onu vurmuşdur. Mahir Orucovda onunla görüşəcəyini demişdir. Hadisənin baş vermə anını görməmişdir. Hadisə yerinə 10 saniyə gec gəlmişdir. Hadisəyə qədər Şəhliyarın Musanı öldürmək fikri olduğundan məlumatı olmamışdır. Musa bir qadının adını çəkmişdir. Şəhliyarda demişdir ki, onun yanında həmin xanımın adını çəkmə. Mübahisə məhz belə yaranmışdır. Musa yəqin ki, Şəhliyarı tapmağa gedirmiş. Hadisə baş verənə qədər Şəhliyar Musaya heç nə deməmişdir. Hadisədən sonra Şəhliyar piyada çıxıb getmişdir. Musanı xəstəxanaya Emil aparmışdır. Hadisə yerinə öz maşını ilə getmişdir. Küçələrində səs-küy çıxmışdır. Evdən zəng gəlmişdir ki, gəl evə. O da Pənahı, Musanı və Fəqanı Mahir əmigilə düşürüb evə getmişdir. Kafedə qadının adı çəkilmişdir. Sonra Şəhliyar və Musa mübahisə etməyə başlamışlar. O, evlərinin qarşısına gələn vaxt orada Şəhliyar olmamışdır. Sonradan Pənahı götürməyə getmişdir. Hadisə yerinə gələn vaxt Kamilin maşınını Orxanın maşınını görmüşdür. Hadisə yerində çox uşaq olmuşdur. Maşından düşüb yaxınlaşan vaxt Musanın yıxıldığını görmüşdür. O, maşından düşən vaxt Kamildə maşından düşmüşdür. Musanın yıxıldığını görmüşdür. Sonra Musanı maşına qoyub aparmışlar. Şəhliyarın Orxan, Kamil və Tahirlə danışdığının şahidi olmamışdır. O, heç kimə zəng etməmiş. Musayla dostluğu olmuşdur. Musa içən vaxt biraz tip xasiyyətə malik olurdu. Musanın ən yaxın münasibətdə olduğu adam Tahir olmuşdur. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində əvvəlcədən olan razılaşmalarına əsasən həmkəndliləri Tahir, Məmməd və Bəxtiyar ilə Yevlax rayon Əkşəm kəndində həmkəndliləri Nurlanın işlətdiyi magistral yolun kənarında yerləşən kafedə görüşmüşlər. Daha sonra kafenin arxa tərəfində yerləşən kupeyə keçmişlər. Uşaqlar özləri ilə birlikdə 1 litr araq gətirmişlər. Yemək sifariş vermişlər, digərləri spirtli içkini qəbul etməyə başlamışlar, o isə çay içmişdir. Onlar oturduqdan təxminən 1 saat sonra həmkəndliləri Musa onların oturduğu kupeyə gəlmiş və kinayə ilə ona niyə xəbər vermədiklərini bildirmişdir. Bundan sonra kafenin içərisindən 01 ədəd stul götürərək gəlib onların yanlarında oturmuş və 01 rumka araq içmişdir. Ondan təxminən 15-20 dəqiqə sonra Musanın əmisi oğlu Fəqan oturduqları kupeyə gəlmiş və o, Musa və onlarla 01 rumka araq içmişdir. Musa ümumilikdə 02 rumka araq içmişdir. Təxminən 20-25 dəqiqə deyib güldükdən sonra saat təxminən 23 radələrində onlar kupedən qalxmışlar. Qalxdıqdan sonra hesabı ödəmişlər. Bundan sonra Bəxtiyar çıxıb getmişdir. Tahir qırağa keçərək telefon ilə danışmağa başlamışdır. Musa və Fəqan Pənah, Emil, Şəhliyar və Anarın oturduqları stola yaxınlaşmışdır. O və Məmməd onlardan təxminən 5 metr aralıda söhbət edirmişlər. Birdən Musa ilə Şəhliyar mübahisə edərək bir-birlərini təhqir etməyə başlamışlar, Fəqan da onlara qoşulmuşdur. Dərhal onları ayırmışlar. Həmin vaxt deyəsən Musa və Fəqan Şəhliyarı vurmuşlar, Şǝhliyar da onları vurmuşdur. Bundan sonra ətrafda olan uşaqlar onları ayırmışlar. Səhv etmirsə Tahir Şəhliyara, Fəqana və Musaya mübahisə etdiklərinə görə sillə vurmuş, Musa da Tahiri vurmuşdur. O, Şəhliyarı götürüb magistral yolun kənarına aparmış, Emil də Şəhliyarı öz avtomobilinə əyləşdirərək aparmışdır. Bundan sonra digər uşaqlar getmiş, o və Umud onun "Mercedes" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək hərəkət etmişlər. Həmin vaxt avtomobili o idarə edirmiş, çünki o, spirtli içki qəbul etməmişdir. Daha sonra Xaldan kəndində yerləşən yol ayrıcına gələrək orada olan mağazalaradan birindən siqaret və enerji içkisi almışlar. Daha sonra Yevlax rayon Əkşəm kəndinə öz yaşadıqları evə gedən zaman mərkəz deyilən yerə çatanda Tahir və Şəhliyar Tahirin "Hyundai Accent" markalı avtomobili ilə yaxınlıqlarına gələrək saxlamışlar. Tahir avtomobildən enərək telefon ilə danışa-danışa aşağı tərəfə düşməyə başlamışdır. Tahir həmin vaxt Musanın onu vurduğu üçün əsəbi olmuşdur. O da avtomobilindən enmişdir. Bundan sonra həmkəndliləri Nurlan və Kamil oraya gəlmişdir. Şəhliyar həmin vaxt səhv etmirsə Musanın atası Mahir ilə telefonda danışmışdır. Telefon ilə danışandan sonra Məmməd, Kamil, Nurlan və o, Şəhliyarı sakitləşdirməyə çalışmışlar ki, evinə getsin və sonra sakit bir şəkildə Musa ilə danışıb barışarlar. Bundan sonra Emil öz avtomobili ilə oraya gəlmişdir. Şəhliyar bildirmişdir ki, kəndin aşağısı deyilən yerə gedərək Musa ilə mübahisə edəcək və Emildən xahiş etmişdir ki, onu avtomobili ilə kəndin aşağısı deyilən yerə aparsın. Emil də onu aparmamaq üçün yalandan bildirmişdir ki, avtomobilinin açarları Kamildədir. Bundan sonra Şəhliyar bildirmişdir ki, öz ayağı ilə gedər və piyada şəkildə kəndin aşağısı deyilən yerə tərəf getmişdir. Bundan sonra o, Məmməd ilə söhbət edirmiş, Emil də telefon il danışırmış. Bu zaman deyəsən Kamil Şəhliyarı geri qaytarmaq üçün Emilin avtomobilini hərəkətə gətirərək Şəhliyarın arxasınca getmiş və ona çatdıqda Şəhliyar ve onun kənarında olan Tahir avtomobilə əyləşmişdir. Həmin vaxt Anar onların yanlarına yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. Onlar baş verənləri ona danışmışlar. Anar onlara demişdir ki, Musanı və Fəqanı aparıb Mahir dayıya təhvil vermişdir. Daha sonra Anar və Emil Anarın avtomobili ilə onlara tərəf kəndin aşağısına getmişlər. Daha sonra Kamil avtomobili arxaya doğru çevirərək gəlib onların yanlarından keçmiş və kəndin yuxarısı deyilən yerə tərəf getmişdir. Daha sonra Anar avtomobili onların yanlarında saxlamış və Emil avtomobildən enmişdir. Anar bildirmişdir ki, gedib Pənahı evlərinə aparacaq və o da Musagil tərəfə getmişdir. Emil də Tahirin avtomobilinə əyləşərək onların getdiyi tərəfə getmişdir. Bundan təxminən bir dəqiqə sonra evə getmək üçün o Məmmədin avtomobilini hərəkətə gətirmiş, Məmməd də avtomobilə əyləşmişdir. Onların arxasınca da Nurlan avtomobili ilə gəlmişdir. Yolda olan zaman o bildirmişdir ki, birdən uşaqlar dava edərlər, nə isə hadisə olar, onların arxasınca getsinlər. Bundan sonra onlar öz yaşadıqları küçəyə yox, uşaqların getdiyi tərəfə getmişlər. Musagilin evinin kənarına çatdıqda Orxanın ağ rengli "KİA Optima" markalı avtomobili, Anarın "Lada" markalı ağ rəngli avtomobili orada olmuşdur. O, çatanda orada olan uşaqlar artıq Musanı xəstəxanaya aparmışlar. Musanın atası Mahir, Orxan, Şəhliyar, Pənah, Kamil ve Anar orada olmuşdur. Mahir onlarla birlikdə Mingəçevir ŞMX-na getmişdir. Xəstəxanaya çatanda artıq onlara bildirmişlər ki, Musa ölmüşdür. Mingəçevir ŞMX-nın həyətində Kamil, Məmməd və o söhbət edən zaman Kamil bildirmişdir ki, Şəhliyar Musanı bıçaqladıqdan sonra bıçaq onun əlindən yerə düşmüş və o həmin bıçağı yerdən götürən zaman Şəhliyar həmin bıçağı onun əlindən almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 aprel 2024-cü il tarixli “telefonla ötürülən” məlumatdan görünür ki, 07 aprel 2024-cü il tarixdə saat 02 radələrində Yevlax rayon polis şöbəsindən rayon prokurorluğuna X16 ürək nahiyəsindən kəsici-deşici alətlə xəsarət alması nəticəsində Mingəçevir şəhər xəstəxanasında ölməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 aprel 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Yevlax rayonu Əkşəm kəndində yerləşən 3 küçənin kəsişdiyi ərazidir. Yol ayrıcında dayandıqda sol tərəfə və önə doğru torpaq yol uzanır. Sol tərəfə ayrılan yolun kənarında dayanacaq və su bulağı yerləşir. Hadisə yerini təqdim edən Yevlax rayonu Əkşəm kənd sakini Şahid1 dostu Təqsirləndirilən şəxs ilə həmkəndlisi Musa Orucovla arasında olan mübahisənin 03 yol ayrıcında sağ tərəfdə yerləşən hissədə baş verdiyini, Təqsirləndirilən şəxs Musa Orucovu bıçaqladığını bildirmişdir. Təqsirləndirilən şəxs sonra isə həmin ərazidən 04 metr öndə yolun orta hissəsini təqdim edərək həmin ərazidə Musa Orucovun müvazimətini itirib yerə yıxılmasını gördüyünü bildirmişdir (cild 01, iş vər. 05-11). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 aprel 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, X4 meyitinə baxış keçirilmiş və baxış zamanı gövdənin önündə, döş qəfəsinin sol yuxarı iç hissəsində, istiqaməti köndələn-çəp yerləşmiş, elepsəbənzər formalı, kənarlarını yaxınlaşdırdıqda düz xətt şəkilli, hamarkənarlı, sağ ucu nisbətən küt, sol ucu iti, 3,3x1,5 sm ölçülü yarası, üst dodağın selikli qişasında qeyri-müəyyən formalı, qırmızımtıl rəngdə qançır fonunda 2,5x1 sm ölçülü nahamar kənarlı, ellepsəbənzər formalı yarası aşkar olunmuşdur (cild 01, iş vər. 12-22). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 aprel 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli şəxs qismində tutulma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cild 01, iş vər. 27). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 aprel 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Yevlax RPŞ-nin istintaq otağında şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 39). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyin məqsədilə aparılan tibbi müayinə nəticələrini əks etdirən 344 nömrəli protokoldan görünür ki, yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur (cild 01, iş vər. 48). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 aprel 2024-cü il tarixli, 4 (039)-30/2024 nömrəli Yevlax Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətikan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 aprel 2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 133-136). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07.aprel 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 02:05-də Mingəçevir ŞMX-nın qeydiyyatçısı Mahmudova telefon ilə məlumat verərək Yevlax rayonu Əkşəm kənd sakini 2000-ci il təvəllüdlü X33 döş qəfəsinin kəsilmiş deşilmiş xəsrəti ilə Mingəçevir ŞMX-na daxil olması və onun aldığı xəsarətdən ölməsini bildirmişdir (cild 01, iş vər. 186). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 aprel 2024-cü il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 01 radələrində Yevlax RPŞ-yə gələrək 01 ədəd qara və ağ rəngli bıçağı təqdim edərək X19 həmin bıçaqla xəsarət yetirərək onu qətlə yetirdiyini bildirmişdir (cild 01, iş vər. 187). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 aprel 2024-cü il tarixli “kafeyə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Yevlax rayonu Əkşəm kəndin ərazisində yerləşən Nurlan Rüstəmovun işlətdiyi kafeyə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir (cild 01, iş vər. 190-197). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu Əkşəm kəndində üç nəfər ailəsi ilə birlikdə yaşamaqla o, 44 günlük “Vətən Müharibəsi” iştirakçısıdır və onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır (cild 01, iş vər.206-208). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 aprel 2024-cü il tarixli “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Şəhliyar Bayramov xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 212). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin 335 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserin qeydiyyatında yoxdur (cild 01, iş vər. 213). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 aprel 2024-cü il tarixli Azərbaycan respublikası ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 3-16-xx/xx/21832/2024 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs təcridxananın həkimi tərəfindən tibbi müayinədən keçirilən zaman onun sol görünün alt nahiyyəsində və üst dodaq nahiyyəsində qançır izləri aşkar edilmiş və o, izahatlarında törətdiyi cinayət hadisəsi zamanı həmin xəsarətləri aldığını bildirmişdir (cild 01, iş vər. 262-265). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X10” PHŞ –in xx.xx.2024-cü il tarixli, 200 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində sol alın qabarığı, sol gözaltı nahiyyənin qançırı, üst dodağın selikli qişasının əzilmiş yarası kimi xəsarətlər aşkar edilmiş, aşkar edilmiş xəsarətlər küt alətin təsirindən əmələ gəlmiş və əmələ gəlmə müddəti 07 aprel 2024-cü il tarixə uygun gəlməklə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir (cild 01, iş vər. 266). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X10” PHŞ-in 14 nömrəli ekspert rəyindən görünür ki, X16 meyitin ürəyin tamponadası, ürəyin sağ qulaqcığının dəlib keçən deşilmiş-kəsilmiş, sağ əlin İ barmağının və sag əlin arxa sıthinin səthi kəsilmiş yaraları.əng sümüyünün sınığı, üst dodağın selikli qişasının əzilmiş yarası xəsarətləri aşkar edilmişdir. Bu xəsarətlərdən ürəyin tamponadası, ürəyin sağ qulaqcığının dəlib keçən deşıİmış-kəsılmış yarası, sağ əlin İ barmağının və sağ əlin arxa sıthinin səthi kəsilmiş yaraları deşıcı-kəsicı alətin-alətlərin təsirindən, əng sümüyünün sınığı, üst dodağın selikli qişasının əzilmiş yarası küt alətin təsirindən törənmişdir. Bu xəsarətlər həyatidir, ölüm baş verməmişdən az müddət əvvəl yetirilmişdir. Döş qəfəsinin sol-yuxarı-iç hissəsinin daxilə nüfuz edən (1 ədəd) deşilmiş-kəsilmiş yarası sağlamlığa Ağır zərər vuran xəsarətlərə xas əlamətlərə malikdir, ölümlə birbaşa səbəbli əlqəlidir. Əng sümüyünün sınığı sağlamlığa Az Ağır zərər vuran xəsarətlərə, üst dodağın selikli qişasının əzilmiş yarası sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aid edilir. Sol əlin İ barmağının, sol əlin arxa səthinin səthi kəsilmiş yaralarının dərəcəsi təyin edilmir. X4 meyitində aşkar edilmiş xəsarətlərin yerləşdiyi nahiyələrlə hadisə vaxtı onun əynində olmuş paltarlarda olan zədələr cüzi fərqlə üst-üstə düşür. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onu deməyə əsas verir ki, həmin xəsarətləri aldıqdan sonra mərhum hər hansı iradi hərəkət etməsi mümkün ola bilməzdi. Mərhumun meyitində anadangəlmə və ya sonradan qazanılma sümük-əzələ qüsuru aşkar edilməmişdir. Xəsarətlərin xarakterini və yerləşdiyi nahiyələri nəzərə alaraq güman etmək olarkı xəsarət yetirilən zaman zərərçəkmişlə xəsarət yetirən böyük ehtimalla qarşı-qarşıya olmuşlar. Hazırkı günə kimi məhkəmə-kimyavi şöbədə aparılmış tədqiqatın nəticəsi ekspertizaya təqdim edilmədiyindən qərarın bu bəndində qoyulmuş suala cavab tədqiqatın nəticəsi alındıqdan sonra yazılı təqdim ediləcəkdir. X4 bilavasitə ölümünə səbəb ürəyin sağ qulaqcığının zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan döş qəfəsinin sol yuxarı iç hissəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 4-6 saat əvvəl baş verdiyini göstərir. MTE və PA Birliyinin Yevlax rayonlararası mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 meyitindən götürülmüş duru qan nümunəsinin birliyin məhkəmə-kimyavi şöbəsində aparılmış tədqiqat nəticəsində etil spirti, narkotik vasitələr və digər güclü təsiredici preparatlar aşkar edilməmişdir (cild 01, iş vər. 297-300). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Doğum haqqında şəhadətnamə” sinin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 24 aprel 2021-ci il təvəllüdlü Aylin Bayramlı və 04 avqust 2018-cil il təvəllüdlü Hülya Bayramlının atası Təqsirləndirilən şəxsdır (cild 01, iş vər 310-311). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və “Cəbrayılın azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (cild 01, iş vər. 312-313). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X10” PHŞ-in 08 may 2024-cü il tarixli məktubundan görünür ki, Musa Orucovdan götürülmüş qan nümunələrində etil spirti, narkotik vasitələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir (cild 01, iş vər 372). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Yevlax RPŞ-nin 3-13-117/2-14755/24 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Yevlax rayon Polis Şöbəsinə, xx.xx.2000-ci il təvəllüdlü, Yevlax rayon Əkşəm kənd sakini X16 ürək nahiyəsindən kesici deşici alətlə xəsarət alması nəticəsində Mingəçevir şəhər xəstəxanasında ölməsi barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tedbirleri nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.1996-cı il tevəllüdlü Yevlax rayon Əkşəm kənd sakini Təqsirləndirilən şəxs ilə xx.xx.2000-ci il tevəllüdlü, Yevlax rayon Əkşəm kənd sakini X33 aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, Təqsirləndirilən şəxs Musa Orucova üzərində olan bıçaqla 1(bir) dəfə vurmaqla ürək nahiyəsinə xəsarət yetirmiş və sonuncu aldığı xəsarətdən ölmüşdür (cild 02, iş vər. 01). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 iyul 2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs telefonuna baxış keçirilmiş, baxış zamanı “Pnah cin”, “Pənah”, “Mahir Əmi” adlı kontaqlar, habelə digər şəxslərlə aralarında telefon əlaqəsinin olduğu müəyyən olunmuş və iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır (cild 01, iş vər. 74-80). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonu onun atası Zahid Bayramova verilmişdir (cild 01, iş vər. 81). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 1005 nömrəli ekspert rəyindən görünür ki, X7 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər 96). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in 234 nömrəli ekspert rəyindən görünür ki, X7 törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. X7 təsvir olunmuş cinayət hadisəsini törədərkən ANLAQLİ olmuşdur. X7 hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. X7 təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs X5 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs X7 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir) (cild 02, iş vər. 97-100). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-trasoloji və daktiloskopik ekspertizasının 3-16-16/2-3/887, 3/892 və 3/893 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan Təqsirləndirilən şəxs, Şahid8, Şahid1, Şahid7, Məmmədov Emi! Şahlar oğlunun, Şahid2 və Şahid5 Elsəvər oğlunun dakiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmamışdır. Tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş uzunqol köynəyin qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində sayı, yerləşmə yeri göstərilməklə təsvir edilən zədələr vardır. Təqdim edilmiş uzunqol köynəyin, qolsuz maykanın hər birinin səthində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterik deşilibkəsilmə zədəsidir. Ümumi əlamətlərinə əsasən uzunqol köynəyin, qolsuz maykanın hər birinin səthində olan bir ədəd zədənin təqdim edilmiş bıçağın təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş uzunqol köynəyin, qolsuz maykanın hər birinin səthində olan bir ədəd zədədə xüsusi əlamətlər əksedilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Uzunqol köynəyin, qolsuz maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının hər birinin səthində olan bir ədəd deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Qərarda qeyd olunan “Paltarlar üzərindəki zədələrə əsasən zədənin yetirildiyi anda silahla (alət və ya predmetlə) zərərçəkmişin qarşılıqlı yerləşmə vəziyyəti müəyyən edilsin’’ sualını istintaq eksperimenti keçirmək yolu ilə müəyyən etmək mümkündür. Tədqiqata təqdim edilmiş bir ədəd şalvarın, bir ədəd alt tumanının, bir cüt corabın səthində trasoloji zədə yoxdur (cild 02, iş vər. 110-114). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” PHŞ-in 343/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, X16 ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/.Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, X19 məxsus alt mayka, dəst kofta və şalvar, trusik üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri Abeta(H)/İl7 qruplu şəxsə, o cümlədən zərərçəkmiş X19 məxsus ola bilər. Tədqiq olunan X19 məxsus 01 cüt corab üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (cild 02, iş vər. 115-120). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 iyul 2024-cü il tarixli “Azercell MMC-nin rabitə məlumatlarının əks olunduğu diskə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, diskdə “504764243_SMS.txt”, “505449187_SMS.txt”, “508331466_SMS.txt”, “513987003_SMS.txt”, “**********03.txt”, “**********99.txt”, “**********43.txt”, “**********87.txt”, “**********66.txt”, “**********79.txt”, “**********03.txt”, “abuneciler.xls” və “antena.xls” adlı fayllar vardır. “antena.xls” adlı fayla baxış zamanı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, X16 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, Şahid7 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, X12 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə və Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olmuş mobil nömrələr aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat “01:32” və “01:36” dəqiqələrdə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, saat “01:10” və “01:15” dəqiqələrdə Mahir Orucovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olması, X16 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat “01:01”, “01:05” və “01:09” dəqiqələrdə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, saat “01:12” dəqiqədə Mahir Orucovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, saat “01:32” dəqiqədə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, saat “01:41” dəqiqədə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olması, Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024cü il tarixdə saat “00:58”, “01:02”, “01:20” və “01:31” dəqiqələrdə Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olması, Şahid3 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat “00:55” Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, saat “01:41” və “01:42” dəqiqələrdə Musa Orucovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olması, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat “01:30” dəqiqədə anası Firuzə Mikayılovanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, “01:32” dəqiqədə Musa Orucovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olması, X12 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat “01:10” və “01:15” dəqiqələrdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, saat 01:12” dəqiqədə Musa Orucovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə, saat 01:37” və “01:50” dəqiqələrdə Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olması, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat “01:01”, “01:05” və “01:09” dəqiqələrdə Musa Orucovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə, saat “01:04” və “01:06” dəqiqələrdə Şahid8 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə, saat “01:32” və “01:36” dəqiqələrdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə, saat “01:52” dəqiqədə X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, saat “02:05” dəqiqədə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olması müəyyən olunmuşdur. “abuneciler.xls” adlı fayla baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, X16 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, Şahid7 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, X12 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə və Şahid1 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrə ilə rabitə əlaqəsində olmuş mobil nömrələrin şəxslərə məxsusluğuna dair məlumatlar aşkar edilmişdir. “504764243_SMS.txt”, “505449187_SMS.txt”,“508331466_SMS.txt”, “513987003_SMS.txt”, “**********03.txt”, “**********99.txt”, “**********43.txt”, “**********87.txt”, “**********66.txt”, “**********79.txt”, “**********03.txt” adlı fayllara baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, X16 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, Şahid7 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə, X12 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə və Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyəaid mətn mesajları aşkar edilmişdir (cild 02, iş vər. 149-151). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 iyul 2024-cü il tarixli “Bakcell MMC-nin rabitə məlumatlarını əks etdirən diskə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Diskdə “Zenglerin_Detallasmasi__**********1320___993450030”,“Zenglerin_Detallasmasi__******* ***1647___559425070”,“Zenglerin_Mexsusluq_Tarixceleri__**********1456___559425070_ BKC”,“Zenglerin_Mexsusluq_Tarixceleri__**********1512___993450030_BKC” adlı fayllar vardır. “Zenglerin_Detallasmasi__**********1320___993450030” adlı fayla baxış zamanı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə rabitə əlaqəsində olmuş nömrələr müəyyən olunmuşdur. “Zenglerin_Mexsusluq_Tarixceleri__**********1512___993450030_BKC” adlı fayla baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olmuş mobil nömrələrin şəxslərə məxsusluğuna dair məlumatlar aşkar edilmişdir. “Zenglerin_Detallasmasi__**********1647___559425070” adlı fayla baxış zamanı Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə rabitə əlaqəsində olmuş nömrələr aşkar olundu. Baxış zamanı Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrənin xx.xx.2024cü il tarixdə saat “00:57” dəqiqədə Musa Orucovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olması, saat “01:37” dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə, saat “01:52” dəqiqədə X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olması müəyyən olunmuşdur. “Zenglerin_Mexsusluq_Tarixceleri__**********1456___559425070_BKC” adlı fayla baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olmuş mobil nömrələrin şəxslərə məxsusluğuna dair məlumatlar aşkar edilmişdir (cild 02, iş vər 152-154). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 iyul 2024-cü il tarixli "xxxx" MMC-nin rabitə məlumatlarının əks olunduğu diskə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Diskdə “Zenglerin_Detallasmasi__**********4211___776008480_4”,“Zenglerin_Detallasmasi__**** ******4232___777164545_4”,”Zenglerin_Mexsusluq_Tarixceleri__**********4224___77600 8480_NAR_4”,“Zenglerin_Mexsusluq_Tarixceleri__**********4236___777164545_NAR_4” adlı fayllar vardır. “Zenglerin_Detallasmasi__**********4211___776008480_4” adlı fayla baxış zamanı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə rabitə əlaqəsində olmuş nömrələr müəyyən olunmuşdur. Baxış zamanı Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı nömrənin xx.xx.2024-cü il tarixdə saat “00:55” dəqiqədə Şahid3 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olması, saat “00:58”, “01:02”, “01:20” və “01:31” dəqiqələrdə Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, saat “01:04” və “01:06” dəqiqələrdə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə, saat “01:37” və “01:50 dəqiqələrdə Mahir Orucovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə rabitə əlaqəsində olması müəyyən olunmuşdur. Zenglerin_Mexsusluq_Tarixceleri__**********4224___776008480_NAR_4” adlı fayla baxış zamanı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə rabitə əlaqəsində olmuş mobil nömrələrin şəxslərə məxsusluğuna dair məlumatlar aşkar edilmişdir. “Zenglerin_Detallasmasi__**********4232___777164545_4” adlı fayla baxış zamanı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Şahid8 istifadəsində olmuş “***-***-**-**” saylı nömrə ilə rabitə əlaqəsində olmuş nömrələr müəyyən olunmuşdur. “Zenglerin_Mexsusluq_Tarixceleri__**********4236___777164545_NAR_4” adlı fayla baxış zamanı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Şahid8 istifadəsində olmuş“***-***-**-**” saylı nömrə ilə rabitə əlaqəsində olmuş mobil nömrələrin şəxslərə məxsusluğuna dair məlumatlar aşkar edilmişdir (cild 02, iş vər. 155-157). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qəraradan görünür ki, Təqsirləndirilən şəxs, Şahid8, Şahid7, Şahid5, Şahid3, Şahid2, X3, Şahid6, X6 və Şahid1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət işinin başlanması Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, həmçinin Şahid8 Şahid7, Şahid5 Elsəvər oğlunun, Şahid3, Şahid2, X3, Şahid6 və X6 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3. 120.1, 32.4.120.1 və 32.5.120.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, eləcə də Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə işin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərar alınmışdır (cild 02, iş vər. 232-265). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, hər üç təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar, o cümlədən müxtəlif məsələlər üzrə vəsatətlər vermişlər. Hər üç təqsirləndirilən şəxs müdafiəçiləri vasitəsilə və şəxsən onların əleyhinə olan sübutlara dair etirazlar etmişlər və onları mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə baş verərkən onun Musaya bıçaq zərbəsindən başqa digər zərbə vurmamasını, evdən bıçaq götürməkdə məqsədinin özünü müdafiə etmək olmasını, zərərçəkmiş şəxsi öldürmək istəmədiyini, Musanı qorxudmaq üçün vurduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs qeyd etdiyi bu hal məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş həm təqsirləndirilən şəxsin, həm də şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Yevlax rayonunun Əkşəm kənd ərazisində yerləşən adsız kafedə Şahid1, Şahid2, Şahid3la yemək yeyib spirtli içki qəbul edərkən Musa Orucov onların əyləşdiyi masaya yaxınlaşmış və onlarla birlikdə spirtli içki qəbul etmək istəyini bildirmişdir. Təqsirləndirilən şəxs Musa Orucova masada qalan spirtli içkinin qalanını içərək durub gedəcəklərini deməsinə baxmayaraq Musa Orucov israr edərək onlarla bir qədəh spirtli içki qəbul etmiş və masadan duraraq uzaqlaşmışdır. Təqsirləndirilən şəxs kafedən çıxmaq istəyərkən Musa Orucovun digər şəxslərlə birlikdə onlara doğru yaxınlaşdığını görüb Musa Orucovun şəxsiyyəti ilə bağlı xoşagəlməz zarafat edərkən Musa Orucov onun zarafatına təhqirlə cavab verdiyindən Təqsirləndirilən şəxs yenidən Musa Orucovun şəxsiyyətinə qarşı ucadan nalayiq söyüşlər söyərək Musa Orucovun sifət nahiyəsindən yumruqla qəsdən bir dəfə vurmuşdur. Orada olan kənar şəxslərin müdaxiləsindən sonra Təqsirləndirilən şəxs kafedən çıxaraq tanışı Şahid3 avtomobili ilə yaşadığı evə getmişdir. Şəhliyar X13 digər şəxslərin yanında cavab qaytarmasını bəhanə edərək Musa Orucovu qəsdən öldürmək qərarına gəlmiş və həmin cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı evində saxladığı ov bıçağını özü ilə götürmüş, bıçağın görünməməsi üçün şalvarının kəmərinin sağ arxa tərəfinə keçirib köynəyi ilə üzərini örtmüş və yaşadığı evin qarşısındakı küçəyə çıxaraq Şahid3 avtomobili küçədə saxlayıb mobil telefonla danışdığını görərək yenidən həmin avtomobilə əyləşib Şahid3 avtomobili idarə etməsini bildirmişdir. Həmin avtomobil ilə hərəkətdə olarkən kənd arası yolda dostu Şahid8 idarə etdiyi avtomobil ilə gəldiyini görmüş və mindiyi avtomobildən düşərək Şahid8 avtomobilinə əyləşmişdir. Kəndin mərkəzinə doğru gəlmiş, bir müddət orada dayandıqdan sonra Şahid8 və Şahid5 ilə birlikdə sonuncunun idarə etdiyi avtomobili ilə yaşadığı evə qayıdıb avtomobildən düşmüş, sonra tanışı Şahid7 avtomobili ilə gəldiyini görüb onunla salamlaşıb həmin avtomobilə əyləşmiş və Şahid7 avtomobili idarə etməsi ilə Şahid5 idarə etdiyi avtomobilin arxası ilə Musa Orucovun evinin yaxınlığına gəlmişdir. 07 aprel 2024-cü il tarixdə saat 01 radələrində Şahid8 ilə Musa Orucovun küçədə dayanaraq mübahisə etdiklərini görüb avtomobildən düşərək Musa Orucovun üzərinə tərəf gəlmiş və belinin arxa nahiyəsində kəmərinə keçirib saxladığı soyuq silah hesab edilən bıçağı çıxardıb sağ əli ilə bıçağın dəstəyindən tutaraq orada olan digər şəxslərin gözü qarşısında bıçağın tiyəsi ilə bir dəfə qəsdən X16 ürək nahiyyəsindən öldürmək məqsədi ilə zərbə vurmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum 12 dekabr 2002-ci il tarixli, 03 nömrəli qərarın 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Mahir Orucovun məhkəmə iclasında qeyd etdiyi hallarla bağı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Mahir Orucovun iddia etdiyi hallar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. 19 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qəraradan görünür ki, Təqsirləndirilən şəxs, Şahid8, Şahid7, Şahid5, Şahid3, Şahid2, X3, Şahid6, X6 və Şahid1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət işinin başlanması Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, həmçinin Şahid8 Şahid7, Şahid5 Elsəvər oğlunun, Şahid3, Şahid2, X3, Şahid6 və X6 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3. 120.1, 32.4.120.1 və 32.5.120.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Yevlax rayonunun Əkşəm kənd ərazisində yerləşən X6 istifadəsində olan adsız kafedə həmkəndliləri Şahid1, Şahid2, Şahid3la yemək yeyib spirtli içki qəbul edərkən həmkəndlisi, xx.xx.2000-ci il təvəllüdlü X16 onların əyləşdiyi masaya yaxınlaşaraq onlarla birlikdə spirtli içki qəbul etmək istəyində olduğunu dedikdən sonra o, Musa Orucova masada qalan spirtli içkinin qalanını içərək durub gedəcəklərini demiş, Musa Orucov da israr edərək onlarla bir qədəh spirtli içki qəbul edərək masadan duraraq uzaqlaşdıqdan bir müddət sonra o, tanışları ilə birlikdə hesabı ödəyərək kafedən çıxmaq istəyərkən Musa Orucovun digər şəxslərlə birlikdə onlara doğru yaxınlaşdığını görüb heç bir əsaslı səbəb olmadan orada olan digər şəxslərin yanında Musa Orucovun şəxsiyyəti ilə bağlı xoşagəlməz zarafat edərkən sonuncu onun zarafatına təhqirlə cavab verdiyindən o, yenidən heç bir əsaslı səbəb olmadan öz hərəkətlərini davam etdirib Musa Orucovu münaqişəyə cəlb etmək üçün yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində orada olan digər şəxslərin gözü qarşısında ictimai yer hesab edilən kafenin həyətində öz şəxsiyyətini ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə istirahət qaydalarına etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Musa Orucovun şəxsiyyətinə qarşı ucadan nalayiq söyüşlər söyərək ictimai yer hesab edilən kafenin həyətində Musa Orucovun sifət nahiyəsindən yumruqla qəsdən bir dəfə vuraraq sonuncuya qarşı zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmiş, lakin orada olan kənar şəxslərin müdaxiləsindən sonra o, kafedən çıxaraq tanışı Şahid3 avtomobili ilə yaşadığı evə gedərək Musa Orucovun ona digər şəxslərin yanında cavab qaytarmasını qəbul etməyib bunu cüzi səbəb kimi bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Musa Orucovu qəsdən öldürmək qərarına gəlib həmin cinayətkar niyyətini həyata keçirmək üçün istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək yaşadığı Əkşəm kənd ərazisində yerləşən fərdi yaşayış evində saxladığı dəstəyi boz rəngli, tiyəsinin uzunluğu 99 mm olan 01 ədəd soyuq silah hesab edilən ov bıçağını özü ilə götürüb şalvarının kəmərinin sağ arxa tərəfinə keçirib heç kimin görməməsi üçün köynəyi ilə üzərini örtüb yenidən yaşadığı evin qarşısındakı küçəyə çıxaraq Şahid3 avtomobili küçədə saxlayıb mobil telefonla danışdığını görərək yenidən həmin avtomobilə əyləşib Şahid3 avtomobili idarə etməsini demiş, həmin avtomobil ilə hərəkətdə olarkən kənd arası yolda dostu Şahid8 idarə etdiyi avtomobil ilə gəldiyini görüb mindiyi avtomobildən düşərək Şahid8 avtomobilinə əyləşib kəndin mərkəzinə doğru gəlmiş, bir müddət orada dayandıqdan sonra Şahid8 və həmkəndlisi Şahid5 ilə birlikdə sonuncunun idarə etdiyi avtomobili ilə yaşadığı evə qayıdıb avtomobildən düşdükdən sonra tanışı Şahid7 avtomobili ilə gəldiyini görüb onunla salamlaşıb həmin avtomobilə əyləşib Şahid7 avtomobili idarə etməsi ilə Şahid5 idarə etdiyi avtomobilin arxası ilə Musa Orucovun evinin yaxınlığına gəlmiş, 07 aprel 2024-cü il tarixdə saat 01 radələrində Şahid8 ilə Musa Orucovun küçədə dayanaraq mübahisə etdiklərini görüb avtomobildən düşərək Musa Orucovun üzərinə tərəf gəlib öz cinayətkar niyyətini həyata keçirmək üçün belinin arxa nahiyəsində kəmərinə keçirib saxladığı soyuq silah hesab edilən bıçağı çıxardıb sağ əli ilə bıçağın dəstəyindən tutaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində orada olan digər şəxslərin gözü qarşısında ictimai yer hesab edilən küçədə öz şəxsiyyətini ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə istirahət və yaşayış qaydalarına etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bıçaqdan silah qismində istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq hərəkətlərini davam etdirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə bıçağın tiyəsi ilə bir dəfə qəsdən X16 ürək nahiyyəsindən öldürmək məqsədi ilə zərbə vuraraq Musa Orucovun bilavasitə ölümünə səbəb olan sağlamlığına ağır zərər vuran ürəyin tamponadası, ürəyin sağ qulaqcığının zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan döş qəfəsinin sol yuxarı iç hissəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirməklə Musa Orucovu xuliqanlıq niyyətilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Qeyd edilən cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi vasinin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri, ifadənin yerində yoxlanması və digər istintaq hərəkətlərinin protokolları, habelə işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə tövsif edilməlidir və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs təqsirlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmiş, Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllini başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza və nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edərək üzərində gəzdirmə cinayət əməlini törətdiyi vaxt həmin cinayət əməlinə görə məsuliyyət Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 7 mart 2025-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsi yeni redaksiyada verilmiş və qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirməyə görə məsuliyyət Cinayət Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin köhnə redaksiyasında nəzərdə tutulmuş 228.4-cü maddə ilə yeni redaksiyada nəzərdə tutulmuş 228.5-ci maddə tamamilə eyni məzmunlu olmaqla həmin cinayət əməlinə görə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirmə cinayət əməlini törətdiyi dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə, habelə 120.2.2 və 221.3 maddələri ilə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna alması (CM-in 59.1.4 və 59.1.10-cu), o cümlədən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar aşkar olunmamışdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri daxilində həmin Məcəllənin 120.2.2, 221.3 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsas məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır, Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə az ağır və Cinayət Məcəlləsinin 228.4-cü maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların ağırlığını, təqsirləndirilən şəxsin yaşını, cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını həbsxanada çəkməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub və Yevlax rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum X19 məxsus 01 ədəd boz rəngli mayka, 01 ədəd qara rəngli yun materiallı idman şalvarı, 01 ədəd yun materiallı kapşonlu idman sviteri, 01 ədəd boz rəngli trusa və qara rəngli bir cüt corab və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq məhv edilməli və "xxxx" MMC-dən daxil olmuş içərisində Şahid5 istifadəsində olan ***-***-**-** saylı və Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə dair rabitə məlumatlarının əks olunduğu 01 ədəd CD disk, Azercell” MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı, X16 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid7 istifadəsində olan ***-***-**-** saylı, Şahid3 istifadəsində olan ***-***-**-** saylı, Şahid2 istifadəsində olan ***-***-**-** saylı, X12 istifadəsində olan ***-***-**-** saylı və Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə dair rabitə məlumatlarının əks olunduğu 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş içərisində Şahid8 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə dair rabitə məlumatlarının əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında olması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 192 (bir yüz doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 192 (bir yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 221.3 və 228.4-cü (köhnə redaksiyada) maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Cinayət Məcəlləsinin 228.4-cü (köhnə redaksiyada) maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda saxlanılan mərhum X19 məxsus 01 ədəd boz rəngli mayka, 01 ədəd qara rəngli yun materiallı idman şalvarı, 01 ədəd yun materiallı kapşonlu idman sviteri, 01 ədəd boz rəngli trusa və qara rəngli bir cüt corab və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, "xxxx" MMC-dən daxil olmuş içərisində Şahid5 istifadəsində olan ***-***-**-** saylı və Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə dair rabitə məlumatlarının əks olunduğu 01 ədəd CD diskin, Azercell” MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı, X16 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid7 istifadəsində olan ***-***-**-** saylı, Şahid3 istifadəsində olan ***-***-**-** saylı, Şahid2 istifadəsində olan ***-***-**-** saylı, X12 istifadəsində olan ***-***-**-** saylı və Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrə dair rabitə məlumatlarının əks olunduğu 01 ədəd CD diskin, "xxxx" MMC-dən daxil olmuş içərisində Şahid8 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə dair rabitə məlumatlarının əks olunduğu 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 192 (bir yüz doxsan iki) manat ekspertiza xərcini təşkil edən pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə (məruzəçi) Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-85/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-85/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver