Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-86/2022 29.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X15, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamını müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qəbələ Rayon Vəkil Bürosunun vəkili X7, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı): X4 iştirakları ilə xx.xx.2003-cü il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Şəki Penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bacısı X8 ilə ailə həyatı qurmaq istəyən tanışı Qəbələ rayonu, Tikanlı kənd sakini 28.03.1987-ci il təvəllüdlü X12 valideynləri tərəfindən bu nikaha razılıq verilməməsinə və bacısı G.Mustafayevanın başqa şəxslə nişanlanmaqla toy mərasiminin 17.10.2021-ci il tarixdə təyin olunmasına baxmayaraq sonuncu ilə nikahına ailə üzvləri tərəfindən razılıq verilməsinə nail olmaq üçün G.Mustafayevanın onda olan şəkillərini yaymaqla onu mütəmadi olaraq toy məclisini pozmaqla hədələməsinə görə bunun qarşısını almaq üçün qisas alıb Sənur Ağahüseynovu qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə istifadəsində olan mobil nömrədən Sənur Ağahüseynovun istifadəsində olan mobil nömrəyə zəng edib sonuncu ilə görüşərək məsələni aydınlaşdırmaq barədə razılığa gəldikdən sonra işlədiyi Lalə şadlıq sarayından soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb üzərindəki çantasına qoymaqla 09.10.2021-ci il tarixdə saat 20 radələrində qabaqcadan razılaşdıqları yer olan Qəbələ rayonu Tikanlı kəndinin yaxınlığında Tikanlı-Uludaş şosse yolunun sol istiqamətində çay kənarında “Rama” adlanan ərazidə yerləşlən «Köhnə Ferma» anbar tikilisinin içərisində görüşmüş, onunla cinsi əlaqədə olmağı təklif edən və əvvəlcədən cinsi orientasiyasının düzgün olmadığını bildiyi S.Ağahüseynovla sonuncunun istəyinə uyğun S.Ağahüseynovun passiv, özünün isə aktiv formada cinsi əlaqəyə girməyə razı olduğunu bildirirərək, S.Ağahüseynova tikilinin içərisində girişdən sol tərəfə çəkilməyi təklif etmiş, qarşıda divarın dibinə keçərkən həmin anda hadisə yerindən götürdüyü daşla divara doğru istiqamətdə dayanmış S.Ağahüseynovun müqavimətini qırmaq məqsədilə qəsdən başının arxa nahiyəsindən 2 dəfə vurmuş, əlində olan daş yerə düşdükdən sonra əvvəlcədən özü ilə götürdüyü əl çantasının içərisindən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək sağ əlinə almış, bıçağın kəsici hissəsi ilə qışqıraraq yerə yıxılan və ona tərəf çönüb ayağa qalxmağa çalışan S.Ağahüseynovu qəsdən öldürmək məqsədilə sinə nahiyəsinə bir dəfə vurmuş, bıçağı zərbə endirmək üçün onun bədənindən çıxarmaq istəyərkən S.Ağahüseynov əlindəki bıçağın kəsici hissəsindən tutub bıçağı onun əlindən almış, ancaq o sonuncunu ayağı ilə vuraraq yerə yıxmış və bıçağı təkrar yerdən götürüb sağ əlinə alaraq xüsusi iztirab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə üzü üstə kolluğa yıxılmış vəziyyətdə olan S.Ağahüseynovun bədəninin müxtəlif nahiyələrindən çoxlu sayda zərbələr vurmuş, daha sonra S.Ağahüseynovun həyatına son qoyub ölümünə əmin olmaq üçün onun boğazının sol tərəfindən şah damarını kəsmiş, sonuncunun xırıldamağa başladığını gördükdən sonra isə S.Ağahüseynovun sol qulağının yarısını kəsib nalayiq şəkildə “məni şantaj edənin dalını belə-belə edərlər” deyərək onun şalvarını dartıb aşağı çəkmiş, beləliklə də sonuncuya “daxili qanaxma, qanaxmadan sonrakı şok, ürəyin, hər iki ağ ciyərlərin arxa səthinin deşilmiş-kəsilmiş yaraları, hər iki böyrək ətrafı toxumaların deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön sol yuxarı orta körpücük xətti üzrə V qabırğa səviyyəsində 1 (bir) ədəd, döş qəfəsinin arxa sağ onurğa kənarı xətt üzrə Vİ qabırğarası sahədə 1 (bir) ədəd, sağ kürəkaltı hissədə sağ onurğa kənarı xətt üzrə Vİİ qabırğa arası sahədə biri-birindən 1- 2 sm aralı, ardıcıl düzülmüş 4(dörd) ədəd, sol onurğa kənarı xətt üzrə Vİİİ qabırğa arası sahədə 1 (bir) ədəd, sol arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğa arası sahədə 1 (bir) ədəd, sol bel hissədə 3 (üç) ədəd və sol arxa qoltuqaltı xətt üzrə böyrək nahiyəsində 1(bir)ədəd döş boşluğuna nüfuz edən, döş qəfəsinin arxa sol yuxarı orta kürək xətti üzrə kürək sümüyünün yuxarı hissəsində 1 (bir) ədəd, eyni xətt üzrə aşağıda 1 (bir) ədəd, onurğa sütunun sol kənarı xətti üzrə İV döş fəqərəsi üzərində 1(bir) ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, boyunun sol orta hissəsində dərinin, dərialtı toxumanın, sol döşkörpücük-məməyəbənzər əzələnin və sol yuxu arteriyasının kəsilməsi ilə müşayət olunan dərin, həmin yaradan 1 sm, yuxarıda dəri və dərialtı toxumaların kəsilməsi ilə müşayət olunan 1 (bir) ədəd kəsilmiş yaralar, başın sol təpə nahiyəsində 1(bir) ədəd, başın orta təpə nahiyəsində 2(iki) ədəd, başın sağ təpə nahiyəsində 1 (bir) ədəd və başın arxa aşağı ənsə nahiyəsində 1 (bir) ədəd, sol xarici qulaq seyvanında 4 (dörd) ədəd, sol əlin ovuc səthində İİ-İİİ bamaqların orta falanqasında 2 (iki) ədəd, sağ əlin övuc səthində İİİ-İV barmaqların arasında-1 (bir) ədəd kəsilmiş yaralar, başın sol ənsə-təpə hissəsində 1 (bir) ədədi arxa ənsə nahiyəsində 1 (bir) ədəd əzilmiş-cırılmış yaraları, başın sol alın-gicgah nahiyəsində 2 (iki) ədəd, sağ təpə nahiyəsində 1 (bir) ədəd, üzün sol almacıq-sol gicgah nahiyəsində 1 (bir) ədəd, üzün sağ almaçıq nahiyəsində 1 (bir) ədəd və qarının sol aşağı hissəsində 1 (bir) ədəd sıyrıqlar, alının orta və sol tərəfində 2 (iki) ədəd, burunun yuxarı orta və burunun uc nahiyəsində 2 (iki) ədəd qançıları kimi ümumilikdə sağlamlığa AĞİR zərər vurulmasına aid sayca cəmi 41 (qırx bir) ədəd olan, onlardan 29 (iyirmi doqquz) ədədi iti kəsici-deşici xarakterə malik alətin (əşyaların-bıçağın) təsirindən, 12 (on iki) ədədi isə küt (alətin-əşyaların) təsirindən törənmiş xəsarətlər yetirərək qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni Sənur Ağahüseynovu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sənur Ağahüseynovu 2019-cu ildən birlikdə futbol oynayarkən tanımış, sonuncu ilə münasibətləri yalnız sms və “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışmaqdan və bir neçə dəfə kafedə görüşərkən birlikdə içki içməkdən ibarət olmuşdur. 2020-ci ildə isə Sənurun atası Ağa və əmisi onlara bacısı Güneli Sənura istəmək üçün elçiliyə gəlmiş, onun atası isə bacısı Güneli Sənura vermək istəməmişdir. Bacısı özü də Sənuru istəməyərək sonradan Əlipaşa adlı Qəbələ şəhər sakini ilə nişanlanmışdır. 2020-ci ilin payız aylarında saat 15 radələrində onlar Sənurla kənd ərazisində görüşmüş, Sənur ona gəzməyi təklif etmişdir. Onun əlində dolu pivə şüşəsi olmuş, Sənurla birlikdə oturarkən o, təbii ehtiyacını ödəmək üçün əlində olan, içdiyi koka-kola butulkasını oraya qoyub uzaqlaşıb bir neçə dəqiqə sonra geri qayıdıraraq əlində olan Koka-kola şirəsini içməyə davam etmişdir. Orada yuxuladıqdan 2-3 saat sonra ayıldıqda əynində heç bir paltar olmamaqla lüt olduğunu görümüş, istifadəsində olan mobil telefonla Sənurun mobil nömrəsinə zəng edib ona nə isə edənin anasının ünvanına nalayiq söyüşlər söymüşdür. Sənur isə ona heç nə etmədiyini deyib and içmiş, ancaq lüt şəkillərinin olduğunu bildirmişdir. Bundan 2-3 ay sonra onlar Sənurun ona zəng edib təkid etməsi ilə kənd ərazisindəki Köhnə ferma adlanan “Rama” deyilən ərazidə görüşmüş, şəkillərini silməsinin müqabilində Sənura pul təklif etmiş, Sənur isə pulu götürməyərək ona qoyun soymaq üçün tikilinin içərisindəki dəmir konstruksiyaya təsərrüfat ipi asdırmışdır. Sonra onlar həmin ərazidən aralaşmış, hərdən sms vasitəsi ilə yazışmışlar. Evdə həmin şəxslə hər hansı bir təmasının olduğu bilinməməsi üçün Sənurun adını “Ürəyim” kimi telefonun yaddaşına qeyd etmiş, gecə saat 02 radələrində isə Sənur ona zəng edib “əgər bacını mənə qaçırmaq üçün gətirməsən, özümü həmin kəndirdən asıb sənə görə asdığımı qeyd edib öldürəcəm” demişdir. O da təəcüblənib narazılıq etmiş, Sənur təkidlə onu qapının ağzına çağıraraq orada görüşmüşlər. Sənur ondan bacısını gətirib-gətirmədiyini soruşmuş, Sənura “peysər” olmadığını, bacısını gətirməyəcəyini demişdir. Sənur çıxıb getmiş, ancaq o hadisə haqda atasına demişdir. Atası da ona əsəbləşdikdən sonra yatmışlar. Səhəri gün atası ilə birlikdə Tikanlı kəndinə Sənurun yaşadığı evə getmiş, orada atası Şahid1 Sənurun atası Ağaya iradını bildirib Sənurun hərəkətləri barədə demişdir. Ağa Ağahüseynov da Sənura öz iradını bildirib onlardan uzaq durmasını demiş, bundan sonra Sənurla yalnız telefon vasitəsi ilə münasibəti davam etmişdir. 09.10.2021-ci il tarixdə saat 1830 radələrində ofisiant işlədiyi Lalə şadlıq sarayından çıxıb taksi ilə Bum qəsəbəsinə gəlmiş, yolda taksidən düşüb 15 dəqiqə piyada gələrək Tikanlı körpüsünü keçmişdir. Saat 20 radələrində Sənur Ağahüseynov ona zəng edib Qəbələ rayonu Tikanlı kəndinin yaxınlığında Tikanlı-Uludaş şosse yolunun sol istiqamətində çay kənarı ərazidə yerləşlən «Köhnə Ferma»-nın içərisindəki “Rama” deyilən yerdə olduğunu deyib bacısı ilə bağlı söhbəti həll etmək üçün təkidlə oraya gəlməsini istəmişdir. Həmin vaxt üzərində içərisində işdə salat doğramaq üçün istifadə etdiyi sarı qulplu mətbəx bıçağı olan idman çantası olmuş, Sənurla Rama adlanan yerin içərisində görüşmüşlər. İçəri çox qaranlıq olmuş, ferma istifadə edilmədiyi üçün içərisini kol-kos basmışdır. Sənurun əynində kürəyində Rusiya bayraqlı gödəkçə olmuş, Sənur onu görən kimi əsəbi şəkildə gödəkçəsini çıxarıb yumruq sıxaraq üzərinə gəlmişdir. Çantasını girişə qoyub əynində olan qırmızı rəngli jaketini və gödəkçəni cırılmaması üçün çıxarmış, Sənur ona bacısını niyə gətirməməsini deyib qışqırmışdır. Bundan əsəbiləşərək Sənurun üzərinə cummuş, Sənur fiziki cəhətdən ondan daha güclü olduğuna görə onu tikilinin girişdən sağ tərəfdəki divarına sıxıb boğazından tutub ürəyinin cinsi əlaqə istədiyini, əgər sonuncu ilə cinsi əlaqədə olmasa onu öldürəcəyini demişdir. Özünü razılaşmış kimi göstərərək “yaxşı keç mənim də kayfım var” demiş, niyyəti isə Sənuru öldürmək olmuşdur. Bundan sonra onlar girişdən sol tərəfdə tikilinin dibinə keçərkən o, əl çantasını da özü ilə götürmuş, Sənur qarşıda divarın dibinə keçəndə şalvarını aşağı çəkib arxasını ona çevirərkən o, həmin anda gözünə dəyən yerdən götürdüyü iri daş parçası ilə Sənurun baş nahiyəsindən iki dəfə zərb ilə başının arxasından vurmuşdur. Daş əlindən yerə düşmüş, Sənur isə qışqırıb üzü-üstə yerə yıxılmışdır. O dərhal arxaya çevrilib yaxınlıqda olan çantadan bıçağı çıxarıb əlinə almış, Sənur isə ayağa qalxıb ona tərəf çevrilmişdir. İlkin olaraq sağ əlində olan bıçaqla Sənurun sinə nahiyəsinə ürəyi istiqamətinə bir dəfə vurmuş, bıçağı təkrar zərbə endirmək üçün sonuncunun bədənindən çıxarmaq istəyərkən Sənur əlindəki bıçağın kəsici hissəsindən tutub bıçağı əlindən almışdır. Bu zaman o, ayağı ilə Sənurun ayağına zərbə ilə vuraraq yerə yıxmış, bıçağı əlindən alıb üzü-üstə kolluğa yıxılmış vəziyyətdə olan Sənurun baş və kürək nahiyəsindən sağ əlində olan bıçaq ilə zərbələr vurmağa başlamışdır. Təxminən 20- 25 zərbə kürəyindən və başından vurduqdan sonra qışqırdığını görüb ətrafda adam olduğunu güman edərək eşitməsinlər deyə və öldüyündən əmin olmaq üçün onun boğazının sol tərəfindən şah damarını kəsmişdir. Sənur xırıldamağa başlamış, sonra isə Sənurun qullağının yarısını kəsmiş və “məni şantaj edənin dalını belə-belə edərlər” deyib onun şalvarını biraz aşağı çəkmişdir. Sənura qarşı hər hansı seksual və digər hər hansı təhqir edici hərəkət etməmiş, bundan sonra paltarlarını və bıçağı götürüb hadisə yerindən uzaqlaşmışdır. Hadisə yerindən uzaqlaşarkən təxminən 250 metr getdikdən sonra bıçağı kolluq əraziyə atmış, orada keçən arxda isə əlinin və qolunun qanını yumuşdur. Sonra bir avtomaşının hadisə yerinə tərəf gəldiyini də görüb kolluqda gizlənib sonra birbaşa evlərinə getmişdir. Evdə heç kim olmamış, hərkəs Uludaş kəndində yaşayan Rəbiyyə xalasıgildə olmuşdur. Paltarlarını dəyişdikdən sonra o da xalasıgilə getmişdir. Sonradan həmin paltarları və bıçağı istintaqa təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxs X9 hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, Sənur Ağahüseynov onun oğlu olmaqla əqli qüsurlu və İİİ qrup əlil olmuşdur. Sənur uzun müddət idi ki, Uludaş kəndində yaşayan Şahid1 qızı Güneli sevdiyinə görə təxminən 1 il əvvəl əri Ağa Ağahüseynovla birlikdə Günelgilə elçiliyə getmiş, ancaq Mehman qızı ilə Sənurun yaş fərqi çox olduğunu əsas gətirərək buna razılıq verməmişdir. Bundan sonra Sənur əl çəkməyərək həmin qızın qardaşı Kənan ilə münasibət qurmağa başlamışdır. Kənan bir neçə dəfə hətta bacısının şəkillərini Sənura göndərərək bacısını 100 manat müqabilində ərə veriləcəyini təmin edəcəyini demişdir. Buna görə Mehman onların evinə gələrək hətta Sənuru oğlu Kənan ilə birlikdə öldürəcəyini də demişdir. 09.10.2021-ci il tarixdə isə Sənur yuxudan qalxıb səhər yeməyini yemiş və həmin gün bütün gün evdə olmuş, arabir qoyunları otarmaq üçün “RAMA” deyilən əraziyə aparıb geri gətirmişdir. Nahardan sonra saat 16 radələrində Sənur evdən çıxıb yola getmiş və geri qayıtmışdır. Saat 17 radələrində isə yenidən evdən tək çıxaraq geri qayıtmamışdır. Həmin gün axşam saatlarında əri Ağa saat 1953-də istifadəsində olan ***-***-**-** nömrəsindən Sənurun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, Sənur atasına körpünün üstündə olduğunu, hava aldığını və birazdan evə gələcəyini demişdir. Axşam yenidən 2 dəfə Sənura zəng etsələr də sonuncu telefonu açmamışdır. Sonra isə polis şöbəsindən Ağaya zəng edib Köhnə fermanın içərisindəki “RAMA” deyilən əraziyə gəlmələrini demişlər. Ağa oraya getdikdən sonra oğlu Sənurun bıçaqlanaraq öldürüldüyünü və tikilinin içərisində olan meyidini isə kafedə işləyənlərin tapdığını bilmişdir. Hadisədən 2 gün sonra oğlunun Kənan tərəfindən qətlə yetirildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X14 eyni məzmunlu ifadə verərək X4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla uzun müddət restoranlarda ofisiant kimi işləmiş, son iş yeri isə Lalə şadlıq sarayı olmaqla həmçinin Qəbələ peşə liseyində turizm və iaşə fakultəsində təhsil almışdır. Təxminən bir il yarım əvvəl onun qızı Günelə Tikanlı kənd sakini Sənur Ağahüseynovun atası Ağa Ağahüseynov oğlu üçün elçi gəlmiş, lakin onlar Sənurun əqli qüsurlu və məhkum olunduğunu bilib, həm də aralarında olan yaş fərqini nəzərə alıb razılıq verməmişlər. Bundan sonra Sənurun valideynləri çıxıb getmiş, ancaq o arabir Kənanın Sənurla söhbətləşdiyini eşitmişdir. Sənur Kənan ilə münasibət qurub qızı ilə nikaha daxil olmaq üçün təzyiq göstərməyə çalışmışdır. 09.10.2021-ci il tarixdə onlar kənd camaatından “RAMA” deyilən ərazidə qətl törədildiyini eşitmiş, onu və Kənanı Qəbələ RPŞ-nə dəvət edib qətl ilə bağlı suallar verdikdən bir neçə saat sonra evə buraxmışlar. Nə evdə nə də polis şöbəsində Kənan özündə şübhə yaradacaq heç bir hərəkət etməmiş həmin cinayəti törətmədiyini demişdir. 11.10.2021-ci il tarixdə Kənan yenidən prokurorluğa çağırılmış, o özü də Kənan ilə getmişdir. Orada ifadə zamanı Kənan cinayəti törətdiyini etiraf etmişdir. Təxminən 2020-ci ilin yaz aylarında Sənur gecə saat 01 radələrində Kənanı yola çağırıb bacısının Sənur ilə nikahına razılıq vermədiyi halda özünü öldürüb Kənanın üzərinə atacağını demiş, bundan sonra növbəti gün o Sənurgilin Tikanlıda yerləşən evlərinə gedib Sənura onun oğlundan uzaq durmasını bildirmişdir. Sənurun atası X22 Kənandan və Güneldən uzaq duracağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 və Şahid8 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 09.10.2021-ci il tarixdə saat 20 radələrində Qəbələ rayonu Tikanlı kəndində yerləşən Ümid kafesində mətbəxdə işləyən zaman kafedə ofisiant işləyən Hüseyn və Elçin adlı şəxslər onun yanına gələrək kafedən aşağıda yerləşən ferma tərəfdən səs gəldiyini demişlər. Əvvəl buna fikir veməsə də sonradan həyətə çıxanda kiminsə boğulmasına xas olan səslər gəldiyini eşidib mətbəx tərəfə gələrkən həmin ərazinin sahibi Şahid5 orada görmüşdür. Cavid avtomaşınla həmin yerə getməyi təklif etmiş, fanar götürərək Cavidlə birlikdə həmin yerə getmişlər. Yol qurtardığına görə avtomaşını yolun kənarında saxlayıb piyada gedərək qapının içərisindən işıq salarkən əvvəl heç nə görməsələr də sonradan yaxınlaşıb işıq salanda sonradan Sənur Ağahüseynova məxsus olan, üzərində çoxsaylı bıçaq yaraları və şalvarı aşağı çəkilmiş vəziyyətdə olan kişi meyiti görmüşlər. Hadisə yerində mobil telefon və içərisi qozla dolu paket olmuşdur. Sonradan iki nəfər polis, kafedə işləyən Hamlet və Cəsarət oraya gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 09.10.2021-ci il tarixdə axşam saat 18 radələrində yaşadığı Qəbələ rayonu Bum kəndində yerləşən evindən çıxıb Tikanlı kəndində yerləşən Araz marketdən kontur alıb qayıtdıqda piyada gedərkən dayısı Ağanın oğlu Sənuru görüb salamlaşmış və Sənur söhbət əsnasında ona Uludaş kəndində yaşayan Mehman kişinin qızı Güneli sevdiyini, sonuncunu məcburi qaçırmaq üçün fürsət gözlədiyini, bu işdə də Günelin qardaşı Kənanın Sənura köməklik etdiyini, bacısının şəkillərin və səs yazılarını ona atdığını, həmin nikah üçün razılığını verdiyini bildirmişdir. Sənura qız qaçırtmağın qanunsuz olduğunu bildirdikdə Sənur ona Günelin özünün razılığı olduğunu bildirmişdir. Bundan sonra Sənura zəng gəlmiş, həmin zəngin kim tərəfindən edildiyini görməsə də ancaq Günel ilə bağlı olduğunu başa düşmüşdür. Sənur ondan dərhal aralaşaraq çay tərəfə getmiş, o isə evlərinə qayıtmışdır. Axşam Sənurun “Rama” tərəfdə bıçaqla qətlə yetirildiyini eşitmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06.11.2021-ci il tarixli, 31 saylı rəyində göstərilmişdir ki, mərhum X11 daxili qanaxma, qanaxmadan sonrakı şok, ürəyin, hər iki ağ ciyərlərin arxa səthinin deşilmişkəsilmiş yaraları, hər iki böyrək ətrafı toxumaların deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön sol yuxarı orta körpücük xətti üzrə V qabırğa səviyyəsində 1 (bir) ədəd, döş qəfəsinin arxa sağ onurğa kənarı xətt üzrə Vİ qabırğarası sahədə 1 (bir) ədəd, sağ kürəkaltı hissədə sağ onurğa kənarı xətt üzrə Vİİ qabırğa arası sahədə biri-birisindən 1-2 sm, aralı ardıcıl düzülmüş 4(dörd) ədəd, sol onurğa kənarı xətt üzrə Vİİİ qabırğa arası sahədə l (bir) ədəd, sol arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğa arası sahədə 1 (bir) ədəd, sol bel hissədə 3 (üç) ədəd və sol arxa qoltuqaltı xətt üzrə böyrək nahiyəsində 1(bir) ədəd-cəmi 12 (on iki) ədəd döş boşluğuna nüfuz edən, döş qəfəsinin arxa sol yuxarı orta kürək xətt üzrə kürək sümüyünün yuxarı hissəsində 1 (bir) ədəd, eyni xətt üzrə aşağıda 1 (bir) ədəd, onurğa sütunun sol kənarı xətt üzrə İV döş fəqərəsi üzərində 1(bir) ədəd-cəmi 3(üç) ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, boyunun sol orta hissəsində dərinin, dərialtı toxumanın, sol döş-körpücük-məməyəbənzər əzələnin və sol yuxu arteriyasının kəsilməsi ilə müşayət olunan dərin, həmin yaradan 1 sm, yuxarıda dəri və dərialtı toxumaların kəsilməsi ilə müşayət olunan 1 (bir) ədəd-cəmi 2 (iki) ədəd kəsilmiş yaralar, başın sol təpə nahiyəsində 1 (bir) ədəd, başın orta təpə nahiyəsində 2 (iki) ədəd, başın sağ təpə nahiyəsində 1 (bir) ədəd və başın arxa aşağı ənsə nahiyəsində 1 (bir) ədəd-cəmi 5 (beş) ədəd, sol xarici qulaq seyvanında 4 (dörd) ədəd, sol əlin ovuc səthində İİ-İİİ barmaqların orta falanqasında-cəmi 2 (iki) ədəd, sağ əlin övuc səthində İİİ-İV barmaqların arasında- 1(bir) ədəd kəsilmiş yaralar, başın sol ənsə-təpə hissəsində 1 (bir) ədədi arxa ənsə nahiyəsində 1 (bir) ədəd-cəmi 2(iki) ədəd əzilmiş-cırılmış yaraları, başın sol alın-gicgah nahiyəsində 2 (iki) ədəd, sağ təpə nahiyəsində 1 (bir) ədəd, üzün sol almacıq-sol gicgah nahiyəsində 1 (bir) ədəd, üzün sağ almacıq nahiyəsində 1 (bir) ədəd və qarının sol aşağı hissəsində 1 (bir) ədəd-cəmi 6 (altı) ədəd sıyrıqlar, alının orta və sol tərəfində 2 (iki) ədəd, burunun yuxarı orta və burunun uc nahiyəsində 2 (iki) ədəd-cəmi 4 (dörd) ədəd qançılar kimi xəsarətləri vardır. Bədən səthində qeyd olunan xəsarətlər sayca ümumilikdə 41 (qırx bir) ədəddirlər. Onlardan 29 (iyirmi doqquz) ədədi iti kəsici-deşici xarakterə malik olan alətin (əşyaların-bıçağın) təsirindən, 12 (on iki) ədədi isə küt (alətin-əşyaların) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlərin hamısı həyati olub onun ölümündən qısa müddət əvvəl qərarda göstərilən vaxtlarda yəni 09 oktyabr 2021-ci ildə törənməsinə uyğun gəlir. Həmin xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan salamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Ayrı-ayrılıqda dərəcəsinə görə daxili qanaxma, qanaxmadan sonrakı şok, ürəyin, hər iki ağ ciyərlərin arxa səthinin və hər iki böyrək ətrafı toxumaların deşilmişkəsilmiş yaraları ilə müşayyət olunan-döş qəfəsinin ön sol yuxarı orta körpücük xətti üzrə V qabırğa səviyyəsindən, döş qəfəsinin arxa sağ onurğa kənarı xətt üzrə Vİ qabırğarası sahədən, sağ kürəkaltı hissədən, sağ onurğa kənarı xətt üzrə Vİİ qabırğa arası sahədən, sol onurğa kənarı xətt üzrə Vİİİ qabırğa arası sahədən, sol arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğa arası sahədən sol bel hissədən sol arxa qoltuqaltı xətt üzrə böyrək nahiyəsində boşluqlara nüfuz edən və boyunun sol orta hissəsində dərinin, dərialtı toxumanın, sol döşkörpücük-məməyəbənzər əzələnin və sol yuxu arteriyasının kəsilməsi ilə müşayət olunan dərin kəsilmiş yaralar həyat üçün təhlükəli olan salamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Döş qəfəsinin arxa sol yuxarı orta kürək xətt üzrə kürək nahiyəsindəki, onurğa sütunun sol kənarı xətt üzrə İV döş fəqərəsi üzərindəki boşluğa nüfuz etməyən deşilmişkəsilmiş yaralar, sol qulaq seyvanındakı, başın sol, sağ, təpə və ənsə nahiyəsindəki, boyunun sol hissəsindəki ikinci yara, sol əlin ovuc səthində İİ-İİİ barmaqların orta falanqasındakı, sağ əlin övuc səthində İİİ-İV barmaqların arasındakı kəsilmiş yaralar, başın sol ənsə-təpə və arxa ənsə nahiyəsindəki əzilmş-cırılmış yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Başın sol alın-gicgah nahiyəsinin, sağ təpə nahiyəsinin, üzün sol almaçıq-sol-gicgah nahiyəsinin, üzün sağ almacıq nahiyəsinin, qarının sol aşağı hissəsininin sıyrıqlar, alının orta və sol tərəfinin, burunun yuxarı orta və burunun uc nahiyəsinin qançırları isə sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. X6 ölümünə səbəb kəsgin qanitirmədən sonrakı şok olmuşdur. Yuxarıda qeyd olunan xəsarətlər-ürəyin, hər iki ağ ciyərlərin, hər iki böyrək ətrafı nahiyələrinin deşilmiş-kəsilmiş yaralar və boyunun sol orta hissəsində dərinin, dərialtı toxumanın, sol döş-körpücük-məməyəbənzər əzələnin və sol yuxu arteriyasının kəsilməsi ilə müşayət olunan dərin kəsilmiş yaraları ölümə səbəb ola bilən xəsarətlərdir. Lakin meyitin daxili boşluqlarındakı sərbəst qanın miqdarı və döş qəfəsindəki paltarlarına hopmuş qanın həcminə görə onun ölümünə səbəb ən cox ürəyin və ağ ciyərlərin deşilmiş-kəsilmiş yaraları səbəb olmuşdur. Ölümün baş vermə müddəti ilkin inkişaf etmiş meyit əlamətlərinə səviyyəsinə və işə dair toplanmış məlumatlara əsasən meyitin müayinə olunan vaxtından yəni 10 oktyabr 2021 -ci il tarixdən saat 0930-dan 12-14 saat əvvəl baş verməsinə uyğun gəlir. Onun meyiti üzərindəki xəsarətlər həyatidirlər və ölümündən əvvəl törənmişlər, həyati olmayan xəsarət(lər) aşkar edilmədi. X1 bədəni üzərində olan xəsarətlər- daxili qanaxma, qanaxmadan sonrakı şok, ürəyin, hər iki ağ ciyərlərin arxa səthinin deşilmiş- kəsilmiş yaraları, hər iki böyrək ətrafı toxumaların deşilmiş-kəsilmiş yaraları, döş qöfəsinin ön sol yuxarı orta körpücük xətti üzrə V qabırğa səviyyəsindən, döş qəfəsinin arxa sağ onurğa kənarı xətt üzrə Vİ qabırğarası sahədən, sağ kürəkaltı hissədə sağ onurğa kənarı xətt üzrə Vİİ qabırğa arası sahədəki, sol onurğa kənarı xətt üzrə Vİİİ qabırğa arası sahədəki, sol arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğa arası sahədəki, sol bel hissədəki, sol arxa qoltuqaltı xətt üzrə böyrək nahiyəsindəki, boşluqlara nüfuz edən, döş qəfəsinin arxa sol yuxarı orta kürək xətt üzrə kürək sümüyünün yuxarı hissəsindəki, eyni xətt üzrə aşağıdakı, onurğa sütununun sol kənarı xətt üzrə İV döş fəqərəsi üzərindəki boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, boyunun sol orta hissəsində dərinin, dərialtı toxumanın, sol döş-körpücük-məməyəbənzər əzələnin və sol yuxu arteriyasının kəsilməsi ilə müşayət olunan dərin, həmin yaradan 1 sm, yuxarıdakı kəsilmiş yara, başın sol, sağ, orta təpə və başın arxa aşağı ənsə nahiyəsinin, sol xarici qulaq seyvanının, sol əlin ovuc səthində İİ-İİİ bamaqların orta falanqasının, sağ əlin övuc səthində İİİ-İV barmaqların arasının kəsilmiş yaraları iti kəsici-deşici alətin (əşyalarınbıçağın) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər formasına, ölçüsünə, xarakterinə və digər morfoloji xüsusiyyətlərinə görə eyni kəsici-deşici xarakterə malik olan alətin (əşyaların- bıçağın) təsirindən, başın sol ənsə-təpə və arxa ənsə nahiyəsinin əzilmşcırılmış yaraları sərt küt alətin(əşyaların-daşın, dəmir parçasının, ağacın və sairənin) təsirindən, başın sol alın-gickah, sağ təpə, üzün sol almaçıq-sol gicgah, üzün sağ almaçıq nahiyəsinin və qarının sol aşağı hissəsinin xətt formalı sıyrıqları, küt alətin (əşyaların-nazik sərt ağac və kol budaqlarının, metal məftilin və sairənin) təsirindən, alının orta və sol tərəfinin, burunun yuxarı və burunun uc nahiyəsinin qançırları küt alətin (əşyalarınyumruğun, daşın, ağacın və sairənin) təsirindən törənə bilərlər. Qeyd olunan xəsarətlər qısa müddət ərzində törəndiklərinə və ölüm qısa müddət ərzində baş verdiyinə görə xəsarətlərin hansı ardıcıllıqla törənməsi barə dəqiq fikir söyləmək olmur. X6 ölümü kəsgin qan itirmədən sonra törənən şokdan olmuşdur. Ölümün baş vermə müddəti yuxarıda qeyd edilən ölümü törədən xəsarətləri aldıqdan təxminən 10-15 dəqiqə müddətdən sonra baş verə bilər. X6 bədəni üzərində qeyd olunan xəsarətlərdən-sol əlin ovuc səthində İİ-İİİ bamaqların orta falanqasının və sağ əlin övuc səthində ııı-ıv barmaların arasının kəsilmiş yaraları onun qarşı yəni xəsarət yetirən tərəfə müqavimət göstərən zaman törənə bilər. X6 meyitinin xarici müayinəsi zamanı əynində olan şalvarın dizlərindəki palçıq bulaşığnın formasına və digər xüsusiyyətlərinə görə onu sürümə və dizləri üstə yıxılaraq sürüşməsi nəticəsində törənə bilər. X6 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə kimya tədqiqtı zamanı spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. X6 arxa keçəcək nahiyəsində aşkar edilən xəsarətlər, əlamətlər və dəyişikliklər onunla qeyri təbii yolla (arxa keçəcək-anus dəliyi vasitəsi ilə) mütəmadi cinsi əlaqədə olunan zamanı yaranmasına uyğun gəlir. Həmin aşkar edilən xəsarətlər, əlamətlər və dəyişikliklər müayinədən yəni 10 oktyabr 2021-ci il tarixdən iki-üç həftədən artıq müddətlərdə törənə bilərlər. X6 bədəni üzərində qeyd olunan xəsarətlər-döş qəfəsinin ön sol yuxarı orta körpücük xətti üzrə V qabırğa arası sahədən döş boşluğuna nüfuz edərək ürəyin zirvəsinin ön hissədən daxil olan və ürəyin sağ-arxa hissəsindən xaric olan yara kanalının istiqaməti öndən arxaya, soldan sağa və yuxarıdan aşağı olmasına görə həmin xəsarəti ayaq üstə xəsarət alanla xəsarət yetirənin üz-üzə olması zamanı törənməsinə uyğun gəlir. Boyunun sol tərəfindəki və sol xarici qulaq seyvanındakı xəsarətlərin formasına, yerləşməsinə və digər morfoloji xüsusiyyətlərinə görə xəsarət alanın üzü üstə uzanmış vəziyyətdə, xəsarət yetirənin isə onun arxa-sol tərəfində olmasına uyğun gəlir. Başın təpə nahiyəsindəki və gövdənin arxa səthindəki xəsarətlər formasına, yerləşməsinə və digər morfoloji xüsusiyyətlərinə görə müxtəlif vəziyyətlərdə yəni, xəsarət alanın üzü aşağı vəziyyətində uzanmış, xəsarət yetirənin isə onun arxasında olan zaman, üzündəki xəsarətlər isə xəsarət alanla xəsarət yetirənin üz-üzə ayaq üstə və uzanmış vəziyyətində yetirilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13.10.2021-ci il tarixli, 500 saylı rəyində göstərilmişdir ki, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin ovuc səthində 5-ci və 4-cü barmaqların orta falanqalarının səthi kəsilmiş yaraları, sağ mil-bilək oynağının bayır tərəfinin, sağ əlin bayır hissəsinin, sol əlin üst səthində 5-ci daraq sümüyü nahiyəsinin çoxsaylı xətt formalı sıyrıqları kimi xəsarəti vardır. Sağ əlin 5-ci və 4-cü barmaqların ovuc səthinin səthi kəsilmiş yaraları iti kəsici xarakterə malik olan alətin(əşyaların) təsirindən, sağ mil-bilək oynağının bayır tərəfinin, sağ əlin bayır hissəsinin və sol əlin üst səthinin sıyrıqları küt alətin (əşyaların, o cümlədən kol və budaqlarının) təsirindən 09 oktyabr 2021ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 28.10.2021-ci il tarixli, 543 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində qeyri təbii yolla (arxa keçəcək anus dəliyi vasitəsi ilə) cinsi əlaqəyə dair xəsarət və əlamətlər aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 27 oktyabr 2021-ci il tarixli, 3/1750, 3/1756, 3/1757 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçağın səthində əl-barmaq və papilyar naxış izləri yoxdur. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş X12 məxsus iki ədəd jaket və bir ədəd köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. X12 məxsus iki ədəd jaket və bir ədəd köynəyin üzərində olan zədələr öz formasına, quruluşuna, və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Həmin zədələr bıçağın tiyəsinin öndən arxaya doğru istiqamətlənmiş və kəsici tərəfinin sol tərəfdən olmaqla yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyaları və X12 məxsus papaq, ayaqqabı, tuman, şalvar, gödəkçə və alt şalvarı üzərində trasoloji zədə aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 27 oktyabr 2021-ci il tarixli, 6/4645 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, X12 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçəsinin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə X12 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X12 məxsus olduğu qeyd edilən 01 ədəd idman gödəkçəsinin səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X9 və Təqsirləndirilən şəxs sağ və sol əl barmacjjaönm dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin bir-birilərinə məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-komputer texniki ekspertizasının 30 noyabr 2021-ci il tarixli, 5/1231 saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş 1 ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz edilmiş arxa məlumat lövhəsinə görə “Samsung A21” markalı “SM-A217F/DS”markalı “M2003J6B2G” modelli “351856/22/560153/3” İmei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir, arxa məlumat lövhəsinə görə “Samsung A21” markalı “SM-A217F/DS” markalı mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “şifrələrlə” mühafizə olunan ekran kildini keçmək üçün “UFED TOUCH 2” markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbikriminalistik ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 720-20213 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş X12 məxsus qısaqol köynəyin, uzunqol köynəyin və sviterin ön hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd; qısaqol köynəyin, uzunqol köynəyin və sviterin arxa hissəsində on yeddi ədəd; sviterin arxa-yuxarı hissəsində yeddi ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ucu əyri olduğuna görə bu bıçaqla müqayisəli müayinə üçün eksperiment aparmaq mümkün olmadı. Ona görə də X12 məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş- kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənib- törənməməsi haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş X12 məxsus uzunqol köynəyin və sviterin demək olar ki, bütün səthi boyu fasilələrlə yerləşən; şalvarın sağ ayağının ön-yuxarı nahiyəsində bir ədəd məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdirlər, hər-hansı bir əşyaya ilişib-dartılma nəticəsində yaranmışlar, həmçinin bu zədələrin ekspertizaya təqdim edilmiş daş parçasının təsirindən yaranması istisna olunmur. Ekspertizaya təqdim edilmiş X12 məxsus qısaqol köynəyin, uzunqol köynəyin və sviterin arxa hissəsində aşkar edilmiş on dörd ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin arxa sağ onurğa kənarı xətt üzrə Vİ qabırğaarası sahədə bir ədəd, sağ kürəkaltı hissədə sağ onurğa kənarı xətt üzrə Vİİ qabırğa arası sahədə dörd ədəd, sol onurğa kənarı xətt üzrə Vİİİ qabırğa arası sahədə bir ədəd, sol arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğaarası sahədə bir ədəd, sol bel hissədə üç ədəd, sol arxa qoltuqaltı xətt üzrə böyrək nahiyəsində bir ədəd, döş qəfəsinin arxa sol yuxarı orta kürək xətt üzrə kürək sümüyünün yuxarı hissəsində bir ədəd, eyni xətt üzrə aşağıda bir ədəd, onurğa sütunun sol kənarı xətt üzrə İV döş fəqərəsi üzərində bir ədəd; qısaqol köynəyin, uzunqol köynəyin və sviterin ön hissəsinin sol-yuxarı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön sol yuxarı orta körpücük xətti üzrə V qabırğa səviyyəsində bir ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş S.A.Ağahüseynova məxsus paltarlar üzərində aşkar edilmiş digər deşilmiş-kəsilmiş zədələr onun bədənində öz əksini tapmamış, və ya yerdəyişmə nəticəsində baş nahiyəsini örtmüşdürsə baş nahiyəsində olan deşilmiş- kəsilmiş xəsarətlərlə üst-üstə düşə bilərdilər. S.A.Ağahüseynovun bədənində olan digər xəsarətlər bədənin açıq nahiyələrində yerləşdiklərinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. S.A.Ağahüseynova məxsus paltarlar üzərində aşkar edilmiş ilişib-cırılmalar yalnız paltarları zədələdiyi üçün onun bədənində öz əksini tapmamışdır. X9 meyiti üzərində olan xəsarətlər və ona məxsus paltarlar üzərində aşkar edilmiş zədələrə əsasən hadisənin gedişini mərhələlərlə müəyyən etmək mümkün olmadı. X9 meyitinin bədəni üzərində olan xəsarətlər- döş qəfəsinin ön və arxa hissəsində hər iki böyrək ətrafı toxumaların deşilmiş-kəsilmiş yaraları iti ucu, iti kənarı olan deşici kəsi alətin, alətlərin (ola bilsin ki, bıçağın); boyun, baş nahiyəsinin, sol xarici qulaq seyvanının, sol əlin ovuc səthinin, sağ əlin ovuc səthinin kəsilmiş yaraları isə hər-hansı bir iti kənara malik olan kəsici alətin, alətlərin (ola bilsin ki, bıçağın) təsirindən törənmişlər. Başın sol ənsə-təpə və arxa ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları sərt küt alətin (ola bilsin ki, daş parçasının) təsirindən, başın sol alın-gicgah, sağ təpə, üzün sol almacıq-sol gicgah, üzün sağ almacıq nahiyəsinin və qarının sol aşağı hissəsinin xətt formalı sıyrıqları, küt alətin (əşyalarınnazik sərt ağac və kol budaqlarının, metal məftilin və sairənin) təsirindən, alının orta və sol tərəfinin, burunun yuxarı və burunun uc nahiyəsinin qançırları küt alətin (əşyalarınyumruğun, daşın, ağacın və sairənin) təsirindən törənə bilərlər. Qeyd olunan xəsarətlər qısa müddət ərzində törəndiklərinə və ölüm qısa müddət ərzində baş verdiyinə görə xəsarətlərin hansı ardıcıllıqla törənməsi barədə dəqiq fikir söyləmək olmur. X9 meyiti üzərində olan xəsarətlərdən-sol əlin ovuc səthində ll-lll barmaqların orta falanqasının və sağ əlin ovuc səthində lll-İV barmaqların arasının kəsilmiş yaraları onun xəsarət yetirənə müqavimət göstərən zaman törənməsi istisna olunmur. X9 meyiti üzərində olan xəsarətlərdən- döş qəfəsinin ön sol-yuxarı orta körpücük xətti üzrə V qabırğa arası sahədə olan deşilmiş-kəsilmiş yaranın yara kanalının istiqamətinə əsaslanaraq demək olar ki, həmin xəsarət ayaq üstə xəsarət alanla xəsarət yetirənin üz-üzə olması zamanı törənməsinə uyğun gəlir. Boyunun sol tərəfindəki və sol xarici qulaq seyvanındakı xəsarətlərin formasına, yerləşməsinə və digər morfoloji xüsusiyyətlərinə görə demək olar ki, xəsarət yetirən xəsarət alanın arxa-sol tərəfində olmasına uyğun gəlir. Başın təpə nahiyəsindəki və gövdənin arxa səthindəki xəsarətlərin formasına, yerləşməsinə və digər morfoloji xüsusiyyətərinə görə müxtəlif qarşılıqlı vəziyyətlərdə yetirilə bilərlər. X9 meyiti üzərində aşkar edilmiş xəsarətlər müxtəlif şəraitdə, həmçinin Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə və vəziyyətdə sonuncu tərəfindən təkbaşına yetirilməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sol qoltuqaltı nahiyəsində bir ədəd məhdud sökülmə aşkar olundu, bu sökülmə küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin gərilib-dartınması nəticəsində yaranmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 817/2021 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilən mərhum X13 məxsus pulover, alt şalvarı, qısaqol mayka, sviter, cins şalvar, papaq, trusik, bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus gödəkcə, bir ədəd bıçaq, kiçik ölçülü çınqıl daşları, bir ədəd daş parçası üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri 0-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X13 məxsus ola bilər. Lakin göstərilən maddi sübutlar üzərindəki ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının ola bilməsi də ABO sistemi ilə mümkündür/əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa.Təqdim edilən X13 məxsus idman gödəkcəsi, Təqsirləndirilən şəxs məxsus şalvar, sviter üzərində qana şübhəli hər hansı bir ləkə, sonuncuya məxsus bir cüt ayaqqabı üzərində qan aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəməpsixoloji və ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 noyabr 2021-ci il tarixli, 707/234 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən əsəbi və həyəcanlı psixi-emosional halda olmasına baxmayaraq həmin hal onun hərəkətlərinə mühüm təsir göstərməmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictmai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə tədbirlərinə ehtiyacı yoxdur. O halhazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin faktiki xarakterini anlamaq və hərəkətlərini idarə edə bilmək iqtidarındadır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci tarixdə saat 1600da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 13 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu Bum qəsəbəsində yaşamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olması ilə bağlı məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ rayon Mərkəzi Xəstəxanası” X23 daxil olmuş 23.10.2021-ci il tarixli 3/1046 nömrəli məktubda qeyd edilmişdir ki, Qəbələ rayon, Bum qəsəbəsində yaşayan 2003-cü təvəllüdlü Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-nin Poliklinika şöbəsinin norkoloji, nevroloji və psixiatrik kabinetlərində qeydiyyatda deyildir. O cümlədən, məktubda adı qeyd olunan digər şəxs 1987-ci il təvəllüdlü X16 21.08.2021 və 24.08.2021-ci il tarixlərdə Qəbələ RMX PHŞ-nin terapevt həkimi Pənahova Şəhanəyə “Kəskin bronxit” diaqnozu ilə müraciət etmişdir. X3 RMX PHŞ-nin Poliklinika şöbəsinin psixiatrik kabinetində “M.S.S üzvi xəstəliyi şəxsiyyət dəyişikliyi (F07.0)” diaqnozla qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azercell MMC”-dən daxil olmuş texniki məlumatların əks olunduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsi ilə zərərçəkmiş şəxs Sənur Ağahüseynovun istifadəsində olan ********* mobil nömrəsi arasında aşağıdakı zənglərin və danışığın olması görünür. Belə ki, Kənana Mustafayevin istifadəsində olan ********** mobil nömrəsi ilə zərərçəkmiş şəxs Sənur Ağahüseynovun istifadəsində olan ********* mobil nömrəsinə ən son 2021-10-09-ci il tarixdə saat 18:53-də 5 saniyəlik danışığın olması görünür. Bundan başqa həmin şəxslər arasında 2021-10-08-ci il tarixdə saat 19:26-da 7 saniyəlik, danışıq olmuşdur. 2021-10-06 tarixdə saat 15:01 10 saniyəlik danışıqların olması görünür. Həmçinin 2020.10.04-2021.09.19 tarixləri aralığında həmin şəxslər arasında 27 dəfə mobil telefon ilə müxtəlif müddətli danışıqların olması görünür. **********00 sms.txt adlı fayllara baxış zamanı təqsirləndirilən şəxs Kənana Mustafayevin istifadəsində olan ********** mobil nömrəsi ilə zərərçəkmiş şəxs Sənur Ağahüseynovun istifadəsində olan ********* mobil nömrəsi arasında aşağıdakı sms yazışmaların olması görünür: Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsindən 12.11.2020-ci il tarixdə saat 21:53-də saat Sənur Ağahüseynova məxsus **********00 mobil nömrəyə “Qaqa gelme ayın 16 sene şekil getirecem olarmi” mətnli, bundan başqa 12.11.2020-ci il tarixdə saat 22:16-da “Qaqa men şekil tapmişam alla haqi sene 16 verecem”, 14.11.2020-ci il tarixdə saat 21:16-da “Ayın 16 sene 5 eded şekil getirecem” mətnli mesajlar yazıldığı, 06.12.2020-ci il tarixdə saat 11:37də isə Sənur Ağahüseynovun istifadəsində olan **********00 mobil nömrəsindən Təqsirləndirilən şəxs məxsus **********80 mobil nömrəsinə “Vatsapa gir o biri teledeyi senin öz şeķülleri papuva getirirem” mətnli, 03.12.2020-ci il tarixdə saat 20:16-da “Qaqa sabah ses yazisin getir ha” mətnli mesajların olması görünür. Həmin şəxslər arasında sms yazışmaları 04.10.2020-09.06.2021-ci il tarixlərini əhatə edir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş Sənur Ağahüseynova yetirdiyi bıçaq xəsarətlərinin sayını, üsulunu nəzərə alaraq onun S.Ağahüseynovu xüsusi amansızlıqla öldürməsi qənaətinə gəlir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını CM-in 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. CM-in 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 11 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli Qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 55 və 85-ci maddələrinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hökm çıxarılanadək 18 yaşı tamam olmayan şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Bu zaman yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar isə cəzalarını möhkəm rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 397,72 AZN (üç yüz doxsan yeddi manat yetmiş iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə 5000 AZN (beş min manat) maddi və 70 AZN (yetmiş manat) dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq X5 ödənilməsinə dair mülki iddiaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin mülki iddia baxılmamış saxlanılmaqla mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, mülki iddiaçı ərizəsində göstərdiyi maddi ziyanla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, qeyd etdiyi məbləği təsdiq edən hər hansı sübutlar göstərməmişdir. İş üzrə maddi sübut olan Qəbələ rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş qanabənzər ləkələr, “WİNSTON” markalı siqaret qutusu və 4 ədəd siqaret kötüyü, zərərçəkmiş Sənur Ağahüseynova məxsus dırnaq və əl-barmaq nümunələri, təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus qan, ağız suyu, dırnaq və əl-barmaq nümunələri, kəsici hissəsi 13 sm, ümumi uzunluğu 25 sm olan və üzərində qanabənzər ləkələr olan taxta tutacaqlı bıçaq, həmçinin uzunluğu 22 sm olan və üzərində qanabənzlər ləkələr olan daş parçası məhv edilməli, “SAMSUNG” markalı, “GALAXY A21” modelli mobil telefon, boz rəngli baş geyimi, bir ədəd üst geyimi, bir cüt dəri ayaqqabı, qara rəngli qısaqol köynək, göy rəngli jaket, qırmızı rəngli jaket, mavi rəngli cins şalvar, boz rəngli alt geyimi, ayaq üçün istilik geyimi zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmalı, bir cüt dəri ayaqqabı, qırmızı rəngli uzunqol jaket, boz rəngli parça materialdan olan şalvar, üzəri dəri işləmələrlə olan qara rəngli üst geyimi, “REDMİ” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 11 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 397,72 AZN (üç yüz doxsan yeddi manat yetmiş iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə 5000 AZN (beş min manat) mənəvi zərərin, həmçinin 70 AZN (yetmiş manat) dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq X5 ödənilməsinə dair mülki iddia baxılmamış saxlanılsın, mülki mühakimə icraatı qaydasında ayrıca məhkəməyə müraciət etmək hüququ X5 izah edilsin. İş üzrə maddi sübut olan və Qəbələ Rayon Prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş qanabənzər ləkələr, “WİNSTON” markalı siqaret qutusu və 4 ədəd siqaret kötüyü, zərərçəkmiş Sənur Ağahüseynova məxsus dırnaq və əl-barmaq nümunələri, təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus qan, ağız suyu, dırnaq və əlbarmaq nümunələri, kəsici hissəsi 13 sm, ümumi uzunluğu 25 sm olan və üzərində qanabənzər ləkələr olan taxta tutacaqlı bıçaq, həmçinin uzunluğu 22 sm olan və üzərində qanabənzlər ləkələr olan daş parçası məhv edilsin, “SAMSUNG” markalı, “GALAXY A21” modelli mobil telefon, boz rəngli baş geyimi, bir ədəd üst geyimi, bir cüt dəri ayaqqabı, qara rəngli qısaqol köynək, göy rəngli jaket, qırmızı rəngli jaket, mavi rəngli cins şalvar, boz rəngli alt geyimi, ayaq üçün istilik geyimi zərərçəkmiş şəxsin hüquqi varisi X5, bir cüt dəri ayaqqabı, qırmızı rəngli uzunqol jaket, boz rəngli parça materialdan olan şalvar, üzəri dəri işləmələrlə olan qara rəngli üst geyimi, “REDMİ” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-86/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-86/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver