Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-86/2024 09.01.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi: Şahid1 Tahir qızının iştirakları ilə, xx.xx.1954-cü ildə Ağdaş rayonu Qoşaqovaq kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında arvadı Gülmayə Qurbanovanın anasının ölümünün ildönümü ilə əlaqədar Gülmayənin qardaşı oğlu Şahid2 oluna məxsus Oğuz rayonu Xaçmaz kəndində yerləşən evdə qonaq qalarkən 30 iyul 2023-cü il tarixdə saat 18 radələrində həmin evdə yaşayan Şahid2 övladı, 12 mart 2013-cü il təvəllüdlü olmaqla aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi Zərərçəkmiş şəxs1 evin həyətində tək olduğu zaman azyaşlı olduğundan köməksiz vəziyyətdə olmasından, yəni azyaşlı olduğundan ona müqavimət göstərə bilməyəcəyindən istifadə edib zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib, niyyətini həyata keçirmək üçün sonuncunu müxtəlif bəhanələrlə aldadıb həmin evin həyətində yerləşən yarımtikiliyə apararaq, on dörd yaşına çatmadığı aşkar surətdə ona məlum olan və bu səbəbdən də müqavimət göstərmək iqtidarında olmayan Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə edərək, cinsi ehtirasını təmin etmək məqsədi ilə sonuncunun qışqırmaması üçün əli ilə ağzından tutaraq qucağına götürüb, əynində olmuş alt paltarının üzərindən cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə orta barmağını Zərərçəkmiş şəxs1 xarici cinsiyyət orqanına sürtərək, əlini sonuncunun bədəninin müxtəlif nahiyyələrinə sürtüb cinsi ehtirasını pozğun formada təmin edərək zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən eyni niyyətlə 2023-cü ilin iyul ayında arvadı Gülmayə Qurbanovanın qohumu Şahid2 oluna məxsus Oğuz rayonu, Xaçmaz kəndində yerləşən evdə qonaq qalarkən 31 iyul 2023-cü il tarixdə saat 18 radələrində həmin evdə yaşayan Şahid2 övladı, xx.xx.2014-cü il təvəllüdlü olmaqla aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi Zərərçəkmiş şəxs2 evin həyətində tək olduğu zaman azyaşlı olduğundan köməksiz vəziyyətdə olmasından, yəni azyaşlı olduğundan ona müqavimət göstərə bilməyəcəyindən istifadə edib zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib, niyyətini həyata keçirmək üçün sonuncunu müxtəlif bəhanələrlə aldadıb həmin evin həyətində yerləşən fındıq bağında, ağacların arasına apararaq, on dörd yaşına çatmadığı aşkar surətdə ona məlum olan və bu səbəbdən də müqavimət göstərmək iqtidarında olmayan Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətindən istifadə edərək, cinsi ehtirasını təmin etmək məqsədi ilə sonuncunun qışqırmaması üçün əli ilə ağzından tutaraq qucağına götürüb, əynində olmuş alt paltarının üzərindən cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə orta barmağını Zərərçəkmiş şəxs2 xarici cinsiyyət orqanına sürtərək, əlini sonuncunun bədəninin müxtəlif nahiyyələrinə sürtüb cinsi ehtirasını pozğun formada təmin edərək zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 onun arvadı Gülmayənin qardaşı oğlu olmaqla sonuncunun yaşadığı Oğuz rayonu Xaçmaz kəndinə gedib-gəlmişlər. Elvinin evində qaldığı müddətdə sonuncunun Tuncu və Nərmin adlı azyaşlı qızlarına qarşı seksual xarakterli hərəkətlər etmək istəmişdir. Sonuncu dəfə 2023-cü ilin iyul ayının sonlarında arvadı Gülmayə ilə birlikdə onun anasının yas mərasimində iştirak etmək üçün Oğuz rayonuna getmişlər. 30 iyul 2023-cü il tarixdə saat 18 radələrində Şahid2 məxsus evin həyətində olarkən Zərərçəkmiş şəxs1 həyətdə tək olduğunu görüb qız uşağına qarşı seksual xarakterli hərəkətlər etmək niyyəti yaranmış, Zərərçəkmiş şəxs1 yaxınlaşaraq onu evin yerləşdiyi həyətdə olan yarımçıq tikiliyə aparmışdır. Nərmini oraya aparmaq üçün sonuncunu əzizləmiş, gözəl qız olduğunu, ağıllı olduğunu demiş, Nərminə oyuncaq alacağını bildirmişdir. Nərmini qucağına alaraq yarımçıq tikiliyə daxil olmuş, onu heç kimin görmədiyinə əmin olduqdan sonra bir əli ilə Nərminin ağzını tutmuş, digər əlinin barmağı ilə Nərminin əynində olan yubkanın altından geyindiyi alt paltarının üzərindən barmağını cinsiyyət orqanından içəri salaraq sürtmüşdür. Nərminin ona müqavimət göstərdiyini gördükdə istədiyi həzzi aldıqdan sonra hərəkətlərini dayandırmış və Nərminə baş verənlər barədə heç kimə heç nə deməməsini, bunun əvəzində isə ona oyuncaq alacağını bildirmişdir. Bundan başqa 31 iyul 2023-cü il tarixdə saat 18 radələrində Şahid2 məxsus evin həyətində olarkən orada Elvinin digər qızı olan Tuncunun tək olduğunu görüb yenə ehtiras hissi oyanmış, Tuncuya yaxınlaşaraq qucağına götürüb sonuncuya oyuncaq alacağını vəd verərək evin həyətində olan fındıq bağına tərəf aparmışdır. Fındıq ağaclarının arasında dayanaraq onları heç kimin görmədiyinə əmin olandan sonra bir əli ilə Tuncunun qışqırmaması üçün ağzını tutmuş, digər əlinin barmağı ilə Tuncunun əynində olan ətəyin altından geyindiyi alt paltarının üzərindən barmağı ilə cinsiyyət orqanına toxunaraq, orta barmağını cinsiyyət orqanından içəri salaraq sürtmüşdür. Tuncunun cinsiyyət orqanına barmağını toxunduraraq istədiyi həzzi alandan sonra hərəkətlərini dayandırmışdır. Tuncu ona müqavimət göstərsə də əli ilə Tuncunun müqavimətini qırmış və istədiyini etmişdir. Tuncuya baş verənlər barədə heç kimə heç nə deməməyi, bunun əvəzində isə oyuncaq alacağını demişdir. Tuncu və Nərminə qarşı seksual xarakterli hərəkətlər edərkən heç kimin bunu görmədiyinə əmin olmuş və bu barədə özü də heç kimə deməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumları kimi tanımış, Ramis bir neçə dəfə onların evində qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində oynayarkən Ramis onu tək görüb kənara çəkib həyətlərində yeni inşa olunan yarımtikiliyə aparıb paltarının altında olan tursikini əli ilə aralayaraq onun cinsiyyət orqanına əlini sürtüb oynadıb, orta barmağını onun cinsiyyət orqanına salıb sürtərək çıxarmışdır. Ramisin ona qarşı belə bir hərəkətlər edən zaman ağrıdan qışqırmaq istəyəndə Ramis əli ilə onun ağzını tutmuş, Ramisə ona qarşı etdiyi hərəkətləri atasına və anasına deyəcəyini bildirdikdə isə sonuncu ona ata və anasına hadisə barədə deməsə ona oyuncaq alacağını demişdir. Buna görə də ata və anasına bu barədə heç nə deməmişdir. Bacısı Tuncu ilə söhbət edərəkən Tuncu ona Ramis dayının Tuncuya qarşı da cinsiyyət orqanına barmağı ilə eyni hərəkətləri etdiyini bildirmişdir. Sonuncu dəfə bacısı Tuncuyla söhbət edərkən Tucu Ramisin etdiyi hərəkətləri ona demiş, bacısı Tuncu ilə danışarkən anası onların səsini eşitmiş və bu barədə atasına demişdir. Ramis ona qarşı bu hərəkətləri xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində evlərində qonaq olanda etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumları kimi tanımış, Ramis bir neçə dəfə onların evində qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində oynayarkən Ramis onu tək görüb kənara çəkib həyətdə yerləşən fındıq bağına aparıb paltarının altında olan tursikini əli ilə aralayaraq onun cinsiyyət orqanına əlini sürtüb oynadaraq, orta barmağını onun cinsiyyət orqanına salıb sürtərək çıxarmışdır. Ramisin ona qarşı belə bir hərəkətlər etməsi zamanı ağrıdan qışqırmaq istəyərkən Ramis əli ilə onun ağzını tutmuş, Ramis ona qarşı etdiyi hərəkətləri ata və anasına deməməsini, bunun əvəzində isə ona hədiyyə alacağını bildirmişdir. Buna görə də bu hadisə barədə ata və anasına heç nə deməmişdir. Bacısı Nərmin ilə söhbət edərəkən Ramisin bacısına qarşı da cinsiyyət orqanına barmağı ilə hərəkətlər etdiyini demişdir. Bu barədə bacısı Nərmin özü ona demiş, sonuncu dəfə bacısı Nərminlə söhbət edərəkən özü Ramisin etdiyi hərəkətləri bacısına demişdir. Bacısı ilə Ramisin etdiyi hərəkətlər barədə danışarkən anası onların səsini eşitmiş və bu barədə atası Elvinə demişdir. Sonradan atası Elvin onlarla söhbət edərkən onlar bu barədə ona bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 və 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 onun qızları olmaqla Təqsirləndirilən şəxs isə onun əri Şahid2 bibisi Gülmayənin həyat yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs Mingəçevir şəhərində yaşamaqla Oğuz şəhərinə gələrkən onların evində qonaq kimi qalmış, xx.xx.2023-cü il tarixdə qızları Tuncu və Nərmin onunla danışarkən Təqsirləndirilən şəxs qızlarının cinsi orqanını əli ilə oynatdığını, hətta barmağını cinsi orqanlarına saldığını bildirmişlər. Dərhal bu barədə əri Elvinə məlumat vermiş, Elvin isə əvvəl el-oba arasında rüsvay olmamağı üçün polisə bu barədə məlumat verməmişdir. Lakin daha sonra Ramisin azyaşlı uşağlara qarşı etdiyi hərəkətlərin ciddi məsələ olduğunu nəzərə alıb polis şöbəsinə gedərək onlara bu barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 22 sentyabr 2023-cü il tarixli 415 nömrəli rəyində göstərilmişdir ki, 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthi üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. T.E. Əliyevanın qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs2 arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 22 sentyabr 2023-cü il tarixli 417 nömrəli rəyində göstərilmişdir ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik qurluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs1 arxa keçəcəkdə onunla qeyri-təbi yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2023-ci il tarixli 1848 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab cəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizanın 02 noyabr 2023-ci il tarixli 704 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bunu cinayət işi materalları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri (ekspertiza zamanı yoxlanılan şəxsdə qavrama, yaddaş, təfəkkür, emosiya və intellekt pozuntularının müşahidə olunmaması, psixoproduktiv simtomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, törətdiyi əmələ tənqidi münasibət bəsləməklə həmin əməldən peşman olduğunu söyləməsi və s. sübut edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 07 noyabr 2023-ci il tarixli 44 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizanın 07 noyabr 2023-ci il tarixli 43 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 praktiki olaraq özünün fikirlərini müdafiyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 noyabr 2023-ci il tarixli 498 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabilliyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 02 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1430-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Oğuz rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 04 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qurbanov X1 şəhəri Ş.İ.Xətai küçəsi ev 20, mənzil 81-də yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 02 sentyabr 2023-cü il tarixdən hesablanmalı, CM-in 56.1.3-cü maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 02 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-86/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-86/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver