Məhkəmə qərarları › İş №1(091)-87/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-87/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-87/2021 02.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1, Gəncə regional 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs xx xxxx 1991-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə şəhəri Kəpəz rayonu V.Xuluflu küçəsi ev 73B-də qeydiyyatda olmaqla yaşamış, barəsində “xxxx” qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi, xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri Nizami rayonu H.Əliyev prospekti ev 475-də qeydiyyatda olmaqla Gəncə şəhəri Nizami rayonu H.Əliyev prospekti ev 43-də yaşamış, barəsində “xxxx” qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun xx xxxxxx 1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Kəpəz rayonu 2-ci Lokomotiv küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində “xxxx” qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X14 Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə saat 03:45 dəqiqədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş rayonu Yuxarı Ləki kəndində idarə etdiyi VAZ-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri gözləyən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə əyləşərək onları Mingəçevir şəhərinə aparması üçün sürdürmüş, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 0430 radəsində Ağdaş rayonu Şıxlı kəndinə çatmış, orada isə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək üzərinlərində olan dəmir parçası və bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmaqla, eləcə də əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən vurmaqla hədə-qorxu gələrək, Zərərçəkmiş şəxs məxsus 217 manat pulu və 01 ədəd 40 manat dəyərində Nokia markalı mobil telefonu götürüb ələ keçirmiş, bundan sonra Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərindən qorxaraq hadisə yerindən yayınmaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Vaz-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş rayonu Şıxlı kəndi ərazisində talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Təqsirləndirilən şəxs1 tanışları Gəncə şəhəri Kəpəz rayonu V.Xuluflu küçəsi ev 73B-də qeydiyyatda olan Təqsirləndirilən şəxs3 və Gəncə şəhəri Kəpəz rayonu 2-ci Lokomotiv küçəsi ev 8-də qeydiyyatda olan Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş rayonu Yuxarı Ləki kəndində idarə etdiyi VAZ-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri gözləyən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə xx.xx.2020ci il tarixdə saat 0345 dəqiqədə müştəri kimi əyləşərək onları Mingəçevir şəhərinə aparması üçün sürdürmüş, saat 0430 radələrində Ağdaş rayonu Şıxlı kəndinə çatmış, orada quldurluq, yəni silah tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək üzərində olan dəmir parçasını və bıçağı silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədilə onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib onun baş nahiyəsindən qəsdən vurmaqla, həmçinin arxa sarğı nahiyəsindən silah qismində istifadə etdikləri bıçaqla qəsdən xəsarət yetirməklə, eləcə də əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla Zərərçəkmiş şəxs sol sarğının yuxarı bayır kvadratının yarası, boynun sol yan nahiyəsinin sıyrığı, deşici-kəsici küt alət təsirindən törənmiş, sol ənsə nahiyəsinn yarası, boynun sağ nahiyəsinin qançırları, sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə sonuncuya məxsus 217 manat pulunu və 01 ədəd 40 manat dəyərində Nokia markalı mobil telefonu götürüb, özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib, zərərçəkmişə ümumillikdə 257 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Həmçinin də həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 04:30 radələrində Təqsirləndirilən şəxs1 hadisə yerindən yayınmaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Vaz-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş rayonu Şıxlı kəndi ərazisində talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə saat 0345 dəqiqədə tanışları Gəncə şəhəri Kəpəz rayonu V.Xuluflu küçəsi ev 73B-də qeydiyyatda olan Təqsirləndirilən şəxs3 və Gəncə şəhəri Kəpəz rayonu 2-ci Lokomotiv küçəsi ev 8-də qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ilə birlikdə Ağdaş rayonu Yuxarı Ləki kəndində idarə etdiyi VAZ- 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri gözləyən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə əyləşərək onları Mingəçevir şəhərinə aparmasını üçün sürdürmüş, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 0430 radəsində Ağdaş rayonu Şıxlı kəndinə çatmış, orada quldurluq, yəni silah tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək üzərlərində olan dəmir parçasını və bıçağı silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədilə onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib onun baş nahiyəsindən qəsdən vurmaqla, həmçinin arxa sarğı nahiyəsindən silah qismində istifadə etdikləri bıçaqla qəsdən xəsarət yetirməklə, eləcə də əl və ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla Zərərçəkmiş şəxs sol sarğının yuxarı bayır kvadratının yarası, boynun sol yan nahiyəsinin sıyrığı, sol ənsə nahiyəsinn yarası, boynun sağ nahiyəsinin qançırları, sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə sonuncuya məxsus 217 manat pulunu və 01 ədəd 40 manat dəyərində Nokia markalı mobil telefonu götürüb, özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib, zərərçəkmişə ümumillikdə 257 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Həmçinin də həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 04:30 radələrində Təqsirləndirilən şəxs2 hadisə yerindən yayınmaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Vaz-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş rayonu Şıxlı kəndi ərazisində talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona CM-in 185.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində dostu Təqsirləndirilən şəxs1la birlikdə digər tanışları Təqsirləndirilən şəxs2 dəvəti ilə Gəncə şəhərindən Ağdaş rayonuna gəlmiş, həmin vaxt Samir ördək almaq üçün Ağdaş rayonunda olan Zəka adlı tanışından ördək almaq üçün həmin yerə getmişdir. Samir Zəkaya 50 manat pul verib 10 ədəd ördək aldıqdan sonra üzərində 20 manat pul qalmış, Zəkaya həmin ördəkləri gəlib götürəcəklərini bildirdikdən sonra oradan durub Gəncə şəhərinə getmək üçün xx xxxxxx 2020-ci il tarixdə saat 0345 radələrində Ağdaş-Bakı yoluna çıxmışlar. Yolda Gəncə istiqamətinə gedən avtomaşınlara əl etmiş, Mersedes markalı avtomaşın saxlasa da adam çox olduğu üçün həmin avtomaşına əyləşməmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus olan VAZ 2106 markalı avtomaşınla onlara yaxınlaşaraq taksi lazım olub-olmamasını soruşmuşdur. Samir Xəlilə “stansiya Mingəçevir” kimi tanınan Aran qəsəbəsinə gedəcəklərini və həmin yerə kimi onları neçəyə aparacağını soruşmuşdur. Xəlil onları 15 manata aparacağını dedikdən sonra Samir Mingəçevir şəhərinə neçəyə aparacağını soruşmuş, Xəlilin 20 manata aparacağını demişdir. Samirin onların cəmi 20 manat pulları olduğunu, həmin puldan onlara bir qutu siqaret alıb qalan pula onları Mingəçevir şəhərinə aparmasını demişdir. Xəlil razılaşdıqdan sonra 20 manat pulu Xəlilə vermiş, sonuncu avtomobili yolun əks istiqaməti ilə Ləki marketin qarşısına sürmüş, həmin vaxt Xəlil özü düşüb siqaret alıb gəldikdən sonra Ağdaş rayonunun içərisi ilə keçib Mingəçevir şəhəri istiqamətinə getmişlər. Yol ilə gedərkən Samir tanıdığı qızla telefonla danışarkən Xəlil əgər cinsi əlaqədə olmaq üçün qız lazımdırsa təşkil edə biləcəyini demiş, Samir isə Xəlilə lazım olmadığını demişdir. Sonra Samir yolda Xəlilə avtomobili çox oynatmamasını, ürəyinin bulandığını demiş, Xəlil isə heç nə deməmişdir. Ağdaş rayonu Şıxlı kəndinə çatanda Samirin Xəlilə ürəyinin bulandığını və avtomobili kənarda saxlamasını demişdir. Xəlil avtomobili kənarda saxladıqdan sonra Samir avtomobildən yerə düşmüş, Aslan isə Samirin arxasınca yerə düşmüşdür. O, həmin vaxt avtomobildən düşməmiş, Samir və Aslan Xəlildən su istəmişlər. Xəlil Samirə su verdikdən sonra gəlib avtomobildə əyləşmiş, ardınca Samir də gəlib avtomobildə əyləşmişdir. Aslan Xəlilin yanına gələrək pəncərəni aşağı salmasını demiş, Xəlil aynanı aşağı salmadan qapını açarkən qapı Aslana dəymişdir. Bu zaman Aslan Xəlilin ünvanına söyüş söydükdən sonra sonuncu yerə düşmüş, Aslan və Xəlil mübahisə edərək avtomobilin arxasına keçmişlər. Samir də düşüb avtomobilin arxasına keçdikdən sonra səs-küy düşmüş, avtomobildən yerə düşdükdən sonra X8 dalaşdıqlarını görmüşdür. Xəlil döş cibindən 17 manat pulu çıxarıb Samirə verərək “alın pulunuzu gedin” demiş, X13 yaxalaşıb çökəyə düşmüş, Xəlili Samirgilin əlindən alaraq onları aparıb düşürtmələrini demişdir. Xəlil həmin vaxt qışqıraraq səs-küy salmış və avtomobili sürməyəcəyini demişdir. Xəlil qışqırdığı üçün Aslan və Samir Xəlili vurmuş, həmin vaxt Xəlil polisə zəng edəcəyini demişdir. Həmin vaxt kimsə Xəlilin telefonunu tullamış, Samir və Aslanın Xəlili döyməsinə imkan verməmişdir. Xəlilin onları aparmaq istəmədiyini, Aslan və Samirin də Xəlildən əl çəkmədiyini görərək artıq sonuncuların hərəkətindən bezərək Xəlildən avtomobilinin açarını alıb avtomobilin sükanına əyləşmiş, Samir və Aslana da getdiyini demişdir. Avtomobilə qaz verən zaman Aslan və Samirin qaçaraq gəlib tez avtomobildə əyləşmiş, avtomobili təxminən 1-2 km sürüb yolun sağından saxlamışdır. Sonra başqa avtomobilə əyləşib Gəncə şəhərinə getmiş, Gəncə şəhərində Aslan ondan yol pulu olan 20 manat pulu istəmişdir. Samirdən pulu istəmiş, Samir ona 20 manat pul vermişdir. Samirin verdiyi həmin 20 manat pulu Aslana vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 2230 radələrində tanışı Təqsirləndirilən şəxs3 ona Ağdaş rayonu Ləki qəsəbəsindən ördək alacağını və birlikdə oraya getməyi təklif etmiş, həmçinin digər tanışı Təqsirləndirilən şəxs2 da Bakı şəhərindən Ağdaş rayonuna gəlib onları orada gözləyəcəyini demişdir. Nihatla razılaşaraq sonra hər ikisi birlikdə Ağdaş rayonu Ləki qəsəbəsində Nihatın tanışı Zəka adlı şəxslə görüşüb təxminn 1-2 saat söhbət etdikdən sonra geri qayıtmaq üçün Bakı-Qazax magistral yolunda dayanacağın yaxınlığında dayanıb yoldan keçən avtomobillərə əl edib saxlatmaq istəmişlər. Həmin vaxt Mersedes markalı avtomobil saxlasa da avtomobildə yer olmadığı üçün gedə bilməmiş, bu zaman yaxınlıqda olan adının sonradan Xəlil olduğunu bildiyi taksi sürücüsü onlara yaxınlaşaraq taksi lazım olubolmadığını soruşmuşdur. Samirin Mingəçevir şəhərində tanışı olduğu üçün Mingəçevir şəhərinə getmək qərarına gələrək oraya neçəyə apara biləcəyini Xəlildən soruşmuş, sonuncu 20 manata apara biləcəyini bildirmişdir. Samir Xəlilə 20 manat pullarının olduğunu, həmin pula onlara siqaret alıb qalanını özünə götürməsini demişdir. Xəlil onlarla razılaşaraq Samir avtomobildə qabaqda, özü sürücünün arxasında, Nihat isə arxada sağda əyləşərək yola çıxmışlar. X17 marketə gedib onlara siqaret almış, saat 04 radələrində marketin qarşısından çıxaraq Ağdaş rayonunun içərisi ilə avtomobili sürüb Mingəçevir şəhəri istiqamətində hərəkət etmişlər. Yol ilə gedən zaman Xəlil Mingəçevir şəhərinə nə məqsədlə getdiklərini soruşmuş, Samir isə zarafatla guya qızlarla görüşməyə getdiklərini demişdir. Bu zaman Xəlil Ağdaşda qızın problem olmadığını, istəsələr təşkil edə biləcəyini demiş, Samir isə ehtiyac olmadığını demişdir. Yol ilə gedən zaman Samir Xəlilə avtomobili yavaş sürməsini və onu narahat etdiyini demiş, Xəlil oldu desə də yenə döngələrdə avtomobili sərt sürmüşdür. Samir Xəlilə acıqlanaraq Ağdaş rayonunda yolun kənarında tanımadığı yerdə ürəyinin bulandığını, avtomobili saxlamasını dedikdən sonra Xəlil avtomobili saxlamışdır. Samir yerə düşdükdən sonra sonuncunun arxası ilə yerə düşmüş, Samir qaytardıqdan sonra Xəlildən su istəmişdir. Xəlilin suyu Samirə verdikdən sonra sonuncu əl-üzünü yumuş, sonra Xəlilə əsəbiləşərək gedib yerində əyləşmişdir. Xəlil də gedib yerində əyləşərək Nihatdan yandıran istəmişdir. Xəlilə aynanı aşağı salmasını demiş, Xəlil acıqlı şəkildə aşağı olduğunu deyərək, sonra qapını açıb üstünə çırpmışdır. Qapı ona dəymiş, əli ilə qapını itələyərək Xəlilə aynanı aşağı eləməsini demişdir. Xəlil aşağı düşən zaman sonuncunun sifətindən sillə və yumruqla vurmuş, Samir avtomobildən düşərək onu kənara dartıb dayanmasını bildirmişdir. Xəlilə onunla acıqlı danışmamasını demiş, lakin Xəlil yenə onun üzərinə gəldiyi zaman Ləki qəsəbəsində yerdən tapdığı yumru dəmiri çıxardıb Xəlilin başından vurmuşdur. Samir Xəlilin qolundan tutub dartmış, sürücü tərəfdə Xəlillə dartışmışlar. Həmin vaxt Samir onları aralayarkən bu zaman Xəlil Samiri itələyərək oturacağının sol tərəfində yerdə olan bıçağı götürmək istəmiş, bu zaman Xəlili qabaqlayaraq bıçağı götürüb qulp hissəsi ilə Xəlilin başından iki dəfə vurmuşdur. Həmin vaxt Xəlil üzərinə hücum edərkən ola bilsin ki, həmin vaxt bıçağın Xəlilin omba nahiyəsinə dəymişdir. Həmin vaxt Nihat gəlib Xəlilin üstünə qışqıraraq sakit olmasını demiş, Nihat və Samir Xəlili vurmamış, yalnız özü Xəlili vurmuşdur. X9rı aparıb istənilən taksinin yanına düşürtməsini sonra isə çıxıb getməsini desə də Xəlil özü avtomobili götürüb getmələrini demişdir. Xəlilə onları tutdurmaq istədiyini, pul verdiklərinə görə onları lazımi ünvana aparmalı olduğunu demiş, bu zaman Xəlil qışqırmağa başlamışdır. Bundan sonra Nihat əsəbiləşərək Xəlilin avtomaşının sükanı arxasında oturaraq avtomobili idarə etməyə başlamış, bu zaman özü və Samir də avtomobilə əyləşmişlər. Avtomobillə təxminən 1 km qabağa getdikdən sonra Nihat avtomobili orada saxlamış, sonra yoldan keçən markasını bilmədiyi avtomobilə əyləşib birbaşa Gəncə şəhərinə getmişlər. Xəlildən heç kəs pul və mobil telefon almamış, həmçinin heç kəs Xəlildən 5000 manat pul tələb etməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə günorta tanışı Təqsirləndirilən şəxs3 zəng vuraraq ad gününün olduğunu və Ağdaş rayonuna gəlməsini təklif etmiş, Nihat da onunla razılaşaraq həmin gün saat 18 radələrində digər tanışları Aslanla birlikdə Ağdaş rayonu Ləki qəsəbəsinə gəlmiş, Nihatla Zəkanın əvvəlcədən ona görə tanışlıqları olmuşdur. Ləki qəsəbəsində çayın kənardan Nihat, Aslan, Zəka və Zəkanın iki nəfər tanışı ilə yeyib-içmiş, Zəkanın saxladığı ev quşlarına baxdıqdan sonra Nihat və Aslanla oradan çıxıb Gəncə şəhərinə gəlmək üçün Bakı-Qazax magistralına çıxmışlar. Gəncə şəhəri istiqamətində dayanıb gələn avtomobillərə əl etmiş, həmin vaxt Mersedes markalı nömrəsini bilmədiyi bir avtomobil onların yanında saxlasa da avtomobildə yer olmadığı üçün avtomobilə əyləşməmişlər. Həmin vaxt sonradan adının Xəlil olduğunun bildiyi şəxs idarə etdiyi Vaz 2106 markalı avtomaşınla onların yanına yaxınlaşaraq hara getdiklərini soruşmuş, sonuncuya Gəncə şəhərinə getdiklərini bildirdikdən sonra Xəlil onlardan Gəncə şəhərinə aparması üçün 30 manat pul istəmişdir. X4 şəhərinə aparması üçün nə qədər lazım olduğunu soruşmuş, Xəlil onlardan 20 manat istədikdən sonra Xəlilə cəmi 20 manat pullarının olduğunu, bir qutu siqaret alıb qalan pula aparmasını bildirmişlər. Xəlil onlarla razılaşaraq yolda marketdən onlara siqaret alıb verdikdn sonra avtomaşını Mingəçevir şəhəri istiqamətinə sürmüşdür. O, qabaqda əyləşmiş, Nihat onun arxasında, Aslan isə sürücününü arxasında əyləşmişdir. Yol ilə gedən zaman tanış bir qızla telefonla danışmış, Xəlil qızla danışdığını başa düşüb ona və digər şəxslərə cinsi əlaqədə olması üçün qız təşkil edə biləcəyini demişdir. Xəlilə qız lazım olmadığını demiş, yolda olan zaman Xəlilə ayaq yoluna getmək istədiyini, avtomobili saxlamasını bildirmişdir. Xəlil avtomobili saxladıqdan sonra yenidən yol ilə gedən zaman Ağdaş rayonunda ürəyi bulandığı üçün Xəlildən avtomobili saxlamasını istəmiş, Xəlil avtomobili saxlamışdır. Yerə düşdükdən sonra qaytarmış, kimsə ona su vermiş, Aslan da həmin vaxt avtomobildən düşsə də ancaq Nihat avtomobildə qalmışdır. Aslan ondan ayrılıb avtomobilə tərəf gedib avtomobilə əyləşən zaman Aslanla Xəlil mübahisə etmişlər. Aslan yerdə olmuş, Xəlil avtomobildə əyləşmişdir. Yol ilə gələrkən Xəlil onları aparmaq istəmədiyinə görə sonuncuya pullarını aldığını, buna görə də onları aparmalı olduğunu demiş, bunun üstündə onların arasında mübahisə yaranmışdır. Xəlillə Aslan yaxalaşdıqlarına görə sonuncuların yanına getmiş, Xəlil söyüş söydüyünə görə Xəlili yumruqla boynundan vurmuşdur. Xəlillə dalaşan zaman onun ayağı sürüşərək çökəyə düşmüş, bu zaman Xəlili özü ilə dartdığından sonuncu da çökəyə düşmüşdür. Aslan bir neçə dəfə Xəlili yumruq və təpiklə vurmuş, Nihat isə kənarda dayanmışdır. Nihat onların dalaşdığını görüb Xəlilin avtomobilində sükanın arxasında əyləşərək oradan getdiyini demiş, bu zaman Aslanla birlikdə avtomobilə əyləşmişlər. Təxminən 1-2 kilometr getdikdən sonra avtomobili saxlayıb yolun kənarda qoymuş, sonra nömrəsini xatırlamadığı Mersedes markalı avtomobilə əyləşib Gəncə şəhərinə getmişlər. Xəlili döyməmiş, sonuncunun 217 manat pulunu və mobil telefonunu almamışlar. həmçinin Xəlilin sifətinə heç kəs qaz püskürtməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 0345 radələrində özünə məxsus VAZ-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş-Qazax magistral yolunun Ağdaş rayonu Yuxarı Ləki kəndindən keçən hissəsində dayanarkən ondan bir az aralıda olan dayanacağın yanında sonradan adlarının Nihat, Aslan və Samir olduğunu bildiyi üç nəfər şəxsin gəlib-gedən avtomobillərə saxlamaları üçün əl etdiklərini görmüşdür. Hmin şxslərə heç kəs avtomobil saxlamamış, bir dənə Mersedes markalı avtomobil saxladıqdan sonra nə isə danışaraq həmin avtomobili də minməmişlər. Bundan sonra həmin üç nəfərə yaxınlaşaraq hara getdiklərini və avtomobil lazım olub-olmadığını soruşmuşdur. Həmin şəxslər əvvəl “Stansiya Mingəçevir” kimi tanınan Aran qəsəbəsinə getdiklərini dedikdən sonra sonunculara həmin yerə 15 manata aparacağını bildirmişdir. Bu barədə razılşamadıqlarından həmin şəxslər ondan Mingəçevirə neçəyə aparacağını soruşmuş, 20 manata apara biləcəyini dedikdən sonra həmin şəxslər 20 manat pullarının olduğunu, puldan hmin şəxslərə siqaret aldıqdan sonra qalan pulu onun götürməsi barədə razılğa gəlmişlər. Həmin şəxslərdən Samir adlı şəxs qabaqda, Aslan arxada solda, Nihat isə arxada sağda əyləşmiş, avtomobili əks istiqamətdə sürüb Ləki marketdən bir qutu siqaret aldıqdan sonra saat təxminən 0350 radələrində mağazadan çıxıb Ağdaş rayonu Yuxarı Ləki kəndindən keçməklə Mingəçevir şəhəri istiqamətində hərəkət etmişlər. Yolda söhbət zamanı Samir telefonla kiminləsə danışaraq Mingəçevir şəhərinə gəldiyini bildirmiş, həmçinin söhbət zamanı Samir ondan “hallanıb-hallanmadığını” soruşmuşdur. Samirə “hallanan” olmadığını, heç vaxt çəkmədiyini demiş, həmin şəxslərdən haradan gəldiklərini soruşduqda sonuncular ona əslən Ağdam rayonundan olduqlarını, Bakı şəhərində yaşadıqlarını, Mingəçevir şəhərinə qonaq getdiklərini demişlər. Şıxlı kəndinə çatanda Samir ürəyinin bulandığını deyərək ondan avtomobili kənarda saxlamasını bildirdikdən sonra avtomobili saxlamış, sonra Samir ondan su istədiyinə görə avtomaşından aşağı düşüb yük yerini açaraq Samirə su vermişdir. Aslan da avtomobildən yerə düşdükdən sonra gəlib avtomaşının sükanının arxasında oturmuş, Aslan avtomaşının yanına gələrək ondan aynanı açmasını demişdir. Qapını açmamış, Samir təkrar aynanı açmasını demiş, aynanı açan zaman Aslan sifətinə qaz fısqırtmışdır. Həmin vaxt özünü itirmədən dərhal avtomobildən yerə düşmüş, Samir ondan pul tələb etməyə başlamışdır. Samirə pulunun olmadığını dedikdən sonra sonuncu bıçaqla onun sol omba nahiyəsindən iki-üç dəfə bıçaqla vurmuş, sonra başından bir neçə dəfə vurmuşdur. Onun başına və boyun nahiyəsinə vurduqdan sonra Samir və Aslan onu itələyib yolun kənarında olan arx kimi yerə salmış, qorxub cibində olan yol pulu kimi verilən 17 manatı və özünün 200 manat pulunu Samirə vermişdir. Həmin vaxt Nihat kənarda dayanaraq ona heçnə etməmiş, əksinə Samir və Aslanla ona heç nə etməmələri üçün mübahisə edərək onu sonuncuların əlindən almağa çalışmışdır. Aslana və Samirə pul verdikdən sonra hər ikisi ona avtomobilində pul olduğunu və həmin pulu istəmiş, pulunun olmadığını, sadəcə avtomobilinin 5000 manat etdiyini və avtomobili götürüb aparmalarını demişdir. Samir və Aslan ondan əl çəkmədiklərinə görə sonunculara DİN-in “102” xidmətinə zəng edəcəyini bildirdikdən sonra bu zaman onun əlindən bir ədəd 40 manat dəyərində olan Nokia 225 markalı mobil telefonunu almışlar. Nihat Aslan və Samirə çıxıb getməyi təklif etsə də sonuncuların ondan əl çəkmədiklərini görüb Nihat onun avtomobilinə əyləşərək gedəcəyini bildirmişdir. Bu zaman Aslan və Samir də dərhal avtomobilə əyləşdikdən sonra Nihat avtomobili sürüb çıxıb getmişlər. Təxminən 1 saata yaxın yolda qaldıqdan sonra qara rəngli nömrəsini bilmədiyi Hunday markalı avtomobilin sürücüsü avtomobili onun yanında saxlayaraq onu götürüb Mingəçevir şəhər xəstəxanasına aparmışdır. Yolda avtomobilinin yolun kənarında sahibsiz vəziyyətdə dayandığını görmüş, bundan sonra başına gələnlər barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmammışdır. Eyni zamanda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində idarə etdiyi Hunday markalı avtomobillə Bakı şəhərindən Mingəçevir şəhərinə gələrkən Ağdaş rayonu Şıxlı kəndindən keçən zaman yolun kənarından bir nəfər şəxsin bədənində paltarlarının cırılmış vəziyyətdə dayanıb əl etdiyini görmüş, avtomobili saxlayıb həmin şəxsi götürdükdən sonra adının Xəlil olduğunu bildiyi həmin şəxs taksi sürücüsü işlədiyini, yolda müştəri kimi avtomaşınına mindiyi 3 nəfər şəxslə dalaşdığını onu dödükdən sonra avtomobilini də əlindən alıb apardıqlarını bildirmişdir. Bir neçə km getdikdən sonra Xəlilin avtomobilinin yolun kənarında dayandığını görmüş, sonra Xəlili Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 471 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol sarğının yuxarı bayır kvadratının yarası, boynun sol yan nahiyəsinin sıyrığı, deşici-kəsici küt alət təsirindən törənmiş, sol ənsə nahiyəsinn yarası, boynun sağ nahiyəsinin qançırları, sol bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, birlikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Ayrı-ayrılıqda sol sarğının yuxarı bayır kvadratının sol ənsə nahiyəsinin yaraları, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığıa yüngül zərər vuran xəsarətlərə aiddirlər, boynun sağ nahiyəsinin qançırları, solbazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı, boynun sol yan nahiyəsinin sıyrığı, sağlamlığıa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 624 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin vaxt kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirmir. Təqsirləndirilən şəxs3 cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərəkən və hazırki ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu, nevrotik reaksiyalarla XTB 10 F60.3 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs3 emosional davamsız şəxsiyyət pozuntusu, nevrotik reaksiyalarla XTB 10 F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və yaxşılaşma mərhələsində olduğundan o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən və əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 625 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun haı-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 626 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər,anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə tibbi-bioloji və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 548/2020-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində solda 01 ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə tibbi-bioloji və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 856/2020 MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A-beta/H/İİ/-dir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək və şalvarın üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H/İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan Baş Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məlumatda Zərərçəkmiş şəxs məxsus Vaz-2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş əl barmaq izinin Gəncə şəhəri Kəpəz rayonu V.Xuluflu küçəsi ev 73B-də qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 məxsus olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin gün saat 2030-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 2230-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində xxxx qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə xxxx qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində xxxx qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə xxxx qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində xxxx qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə xxxx qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 11 (on bir) ay, 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum olunmuş, yenə də Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxx 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tələbnamə və hökmdən görünür ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs3 əməlində CM-in 18-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanserindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 377 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 “Şəxsiyyət pozğunluğu, vaxtaşırı müşahidə edilən nevrotik reaksiyalar” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Şıxzamanlı qəsəbə X11 üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər Nizami rayonu 29 nömrəli evlər üçlüyü tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayonu 130 nömrəli evlər üçlüyü tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların törətmiş olduğu əməl istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 münasibətdə CM-in 185.2.1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə CM-in 181.2.1, 181.2.5 185.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri tərəfindən həyata keçirilsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən, talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq, birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 qrup şəklində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs avtomaşından salaraq ona basqın etdiyi andan cinayət əməli artıq başa çatmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində özünü CM-in 128-ci, Təqsirləndirilən şəxs2 özünü ümumiyyətlə təqsirli bilmədiyini göstərsələr də, lakin məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs2 əməli istintaq orqanı tərəfindən düzgün olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşya tətbiq edilməklə quldurluq cinayəti kimi tövsif edilmişdir. Yuxarıda qeyd olunan Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərəçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurma ilə nəticələnmiş olsun. Məhkəmə tərəfindən aparılmış istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə Muradxan Xəlilovu avtomaşından yerə düşməyə məcbur etdikdən sonra sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə M.Xəlilovun sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarətləri yetirmişlər. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etdikləri andan onların hər ikisinin niyyəti də həmin əməllərlə əhatə olunduğundan artıq quldurluq cinayətinin onlar tərəfindən törədilməsi də başa çatmışdır. Belə ki, yuxarıda bəhs olunan Ali Məhkəmənin Plenum Qərarının 7-ci bəndinin ikinci cümləsində göstərilmişdir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədi ilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Təqsirləndirilən şəxs3, X2 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırma əməlinə gəldikdə isə məhkəmə kollegiyası həmin hissədə də təqsirləndirilən şəxslərin əməllərinin istintaq orqanı tərəfindən tövsifi ilə razılaşır. Belə ki, bəhs olunan cinayət tərkibi şəxsin heç bir sahiblik, sərəncam və istifadə hüququ olmadığı nəqliyyat vasitəsini idarə etdiyi andan başa çatmış sayılır. Nihat X3rşı quldurluq əmələnin törədilməsində iştirak etməsə də sonuncuya məxsus nəqliyyat vasitəsini idarə edib hadisə yerindən uzaqlaşarkən artıq onun əməlində qeyd olunan cinayət tərkibi mövcud omuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olduqları qrup halında Muradxan Xəlilova qarşı quldurluq cinayətini törətdikdən sonra həmin yerdən uzaqlaşmaq üçün Təqsirləndirilən şəxs3la qabaqcadan razılaşaraq M.Xəlilova məxsus nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçıraraq hadisə yerindən uzaqlaşmışlar. Belə ki, zərərçəkmiş Muradxan Xəlilov da məhkəmə istintaqı zamanı ifadəsində təqsirləndirilən şəxslərin ondan əl çəkmələri üçün avtomaşının açarlarını Təqsirləndirilən şəxs3 verdiyini göstərmişdir. Bütün bu qeyd edilənlər təqsirləndirilən şəxslərin zərərçəkmişə məxsus nəqliyyat vasitəsini qaçırarkən qabaqcadan əlbir olduqlarını bir daha təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, hər üç təqsirləndirilən şəxsin zərərçəkmişin avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşması zərərçəkmişin iradəsinə zidd olmuş, CM-nin 185-ci maddəsinin obyektiv və subyektiv tərəfi hər üç təqsirləndirilən şəxs tərəfindən əvvəldən axrıa kimi birgə icra edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkimiş şəxslə barışması və dəymiş zərəri ödəməsi, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, “Şəxsiyyət pozğunluğu, vaxtaşırı müşahidə edilən nevrotik reaksiyalar” xəstəliyindən əziyyət çəkməsini CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, zərərçəkmiş şəxslə barışması və dəymiş zərəri ödəməsi, himayəsində bir az yaşlı uşağının olması CMin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, zərərçəkmiş şəxslə barışması və dəymiş zərəri ödəməsi CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal yoxdur. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar cinayətin residividir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran halın olmamasının və cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq cəza təyin edilərkən onlara CM-in 60-cı maddəsi tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs3 əməlində cinayətin residivi olduğundan onun barəsində cəza təyin edilərkən CM-in 65.2-ci maddəsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs3 CM-in 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, xxxx müddəti cəzaçəkmə müddətinə daxil edilməklə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı onların şübhəli şəxs kimi tutulduqları xx xxxxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 münasibətdə isə xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd köynək və 01 ədəd şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, 01 ədəd Vaz-2106 markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin isə zərərçkmiş şəxs M.Xəlilova qaytarılması nəzərə alınmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfi nəzərdə tutulmamışdır. Cinayət nəticəsində dəymiş 257 manat maddi ziyan zərərçəkmiş şəxsə ödənilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349 və 351-353-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublaiksı Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublaiksı Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzasını ümui rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd köynək və 01 ədəd şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılsın, 01 ədəd Vaz-2106 markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin isə zərərçkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları andan) X14 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar