Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-87/2023 05.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkili X6 və X4 iştirakları ilə xx.xx.1967-ci ildə Ağsu şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1996-cı ildə Ağsu şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Ağsu rayonu Qaraqaşlı kənd sakini Şahid5 psixotrop maddə əldə etmək müqabilində ona göndərdiyi 40 manat pulu əldə edib, Ağsu şəhər sakini Təqsirləndirilən şəxs2 ilə Şahid5 psixotrop maddə satmaq və əldə edilən pulu aralarında bölməklə bağlı razılığa gələrək, Təqsirləndirilən şəxs2 30 manat pul verib 0,686 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini aldıqdan sonra, üzərində saxlamaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin psixotrop maddəni Şahid5 satmaq məqsədilə Ağsu rayonu Qaraqaşlı kəndinə daşıyaraq gətirmiş, həmin tarixdə saat 2100-da Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu rayon Qaraqaşlı kəndində Təqsirləndirilən şəxs2lə birlikdə saxlanılıb rayon X11 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 2220-də üzərində şəxsi axtarış aparılarkən, əyninə geydiyi qara rəngli şalvarın sol yan cibindən, siqaretin gümüşü kağızına bükülmüş 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,686 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, eləcə də 15 sentyabr 2022-ci il tarixdə saat 0020-də Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən, əyninə geydiyi qara rəngli cins şalvarının sağ yan cibindən, bir ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinaslar olmaqla 30 manat pul aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 1,121 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşımaqla yaşadığı ünvan 5 evə gətirib hissələrə bölməklə ayrı-ayrı bükümlərə qablaşdıraraq saxlamış, 14 sentyabr 2022-ci il tarixdə saat 2030 radələrində Ağsu şəhər sakini Təqsirləndirilən şəxs1 ilə həmin psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,686 qram olan hissəsini Ağsu rayonu Qaraqaşlı kənd sakini Şahid5 satmaq və əldə edilmiş pulu aralarında bölməklə bağlı razılığa gələrək, Şahid5 Təqsirləndirilən şəxs1 psixotrop maddə əldə etmək müqabilində göndərdiyi 40 manat pulun 30 manatını aldıqdan sonra həmin psixotrop maddəni Təqsirləndirilən şəxs1 vermiş və sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 0,686 qram psixotrop maddə olan metamfetamini Şahid5 satmaq məqsədilə daşıyaraq Ağsu rayonu Qaraqaşlı kəndinə gətirmiş, həmin tarixdə saat 2100-da Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu rayonu Qaraqaşlı kəndində Təqsirləndirilən şəxs1la birlikdə saxlanılıb rayon X11 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada qeyd edilən tarixdə saat 2220-də Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən, əyninə geydiyi qara rəngli şalvarın sol yan cibindən, siqaretin gümüşü kağızına bükülmüş 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,686 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, eləcə də 15 sentyabr 2022-ci il tarixdə saat 0020-də onun üzərində şəxsi axtarış aparılarkən, əyninə geydiyi qara rəngli cins şalvarının sağ yan cibindən, bir ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinaslar olmaqla 30 manat pul, daha sonra yaşadığı ünvan 5 ünvanda axtarış aparılarkən həmin evin yataq otağında olan idman çantasının içərisindəki köynəyin sol cibində bir ədəd kağız bükümdə 0,026 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin, eləcə də həmin otaqda üzərində metamfetamin hissəcikləri olan bir ədəd şüşə flakon və bir ədəd dəmir borucuq, həmçinin həmin evin digər otağında yerləşən çarpayının üzərindəki papağın içərisində bir ədəd kağız bükümdə 0,409 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin, ümumilikdə yaşadığı evdən 0,435 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları onu tanışı Sadiq Yolçuyevlə birlikdə saxlayaraq Ağsu rayon Polis Şöbəsinə aparmış, orada üzərində heç nə aşkar edilməmişdir. Daha sonra əməliyyatçılar stolun üstünə narkotik maddə qoyaraq təsir-təzyiq nəticəsində həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Narkotik vasitədən istifadə etsə də Sadiqlə alış-verişi olmamış, polis əməkdaşları ilə də CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə razı olmuşdur. Əli Bəndəliyev ona borcu olduğuna görə kartına 270 manat pul vurmuş, lakin sonuncu ilə narkotik vasitə alqı-satqısına dair heç bir razılıq əldə etməmişlər. Polis əməkdaşlarının təsiri nəticəsində bədəni üzərində hansısa xəsarəti olmamış, ancaq eşitmə qabiliyyəti zəifləmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində tanışı Əli Bəndəliyev onun mobil telefonuna zəng vuraraq ağrılarının olduğunu, psixotrop maddə olan “patı” tapmasını bildirərək ona məxsus karta pul atacağını bildirdikdən sonra özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7414 3639 6871 nömrəli kartın 16 rəqəmli kodunu Əliyə göndərmiş, təxminən 20 dəqiqə sonra Əli ona zəng vuraraq onun kartına 40 manat pul köçürdüyünü bildirmişdir. Həmin kart vasitəsi ilə Ağsu şəhəri S.Vurğun küçəsində yerləşən “Elit” marketin qarşısında quraşdırılmış bankomatdan 39 manat pul çıxarıb, həmin yerdə dayanan əvvəlcədən tanıdığı taksi sürücüsü Şahnəzər adlı şəxsə yaxınlaşıb onu Ağsu şəhəri S.Rzayev küçəsinə aparmasını bildirmişdir. Şahnəzərin idarə etdiyi “Vaz 2107” markalı avtomobillə tanışı Təqsirləndirilən şəxs2 yaşadığı məhəlləyə gedərək sonuncuya Əli adlı şəxsin ondan psixotrop maddə olan metamfetamin (patı) istədiyini, buna görə ona metamfetamin verməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt siqaretin gümüşü kağızına bükülmüş 3 bükümdə psixotrop maddə olan metamfetamini ona verdikdən sonra əvəzində Təqsirləndirilən şəxs2 1 ədəd 20 manatlıq, 2 ədəd də 5 manatlıq əskinas olmaqla 30 manat pul vermişdir. Sonra Sadiqə onunla birlikdə Əlinin yaşadığı ünvana getməyi və həmin psixotrop maddələri Əliyə verib qayıtmağı təklif etmiş, Sadiq də onunla razılaşdıqdan sonra həmin psixotrop maddələri sol cibinə qoyub Sadiqlə birlikdə onu çöldə gözləyən Şahnəzərə məxsus avtomobilə əyləşib birlikdə Əlinin Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən evinə getmişlər. Əlinin yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış və polis əməkdaşları olduğunu bildirib onlarla birlikdə Ağsu RPŞ-nə gəlməyi təklif etmişlər. Polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibində siqaretin gümüşü kağızına bükülmüş 3 ədəd bükümdə psixotrop maddə olan metamfetamini (patını) cibindən çıxararaq təhvil vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşamaqla 14 sentyabr 2022-ci il tarixdə Ağsu şəhərində olan zaman yolda tanışı Vidadini görüb ona Bakı şəhərinə qayıtması üçün yol pulu verməsini bildirmiş, Vidadi də ona üstündə pul olmadığını, alacağı olduğunu bildirərək Vidadi ilə birlikdə taksi ilə Qaraqaşlı kəndi ərazisində olan zaman polis əməkdaşları onları saxlayıb Ağsu rayon Polis Şöbəsinə gətirmiş, orada ona Vidadiyə metamfetamin satdığını demişlər Sonra onun yaşadığı Ağsu şəhəri S.Rzayev küçəsində yerləşən evinə keçirilən baxış zamanı onunla bilrikdə həmin vaxt evdə olan tanışı Nərminə adlı qadının çantasından və evdə olan qardaşına məxsus papağın arasından bükümlərdə metamfetamin aşkar edilmişdir. Tanışı Nərmin adlı qadının məsuliyyətə cəlb olunmaması üçün həmin metamfetaminin özünə məxsus olmasını bildirmiş, narkotik vasitə istifadəçisi olduğuna görə özünü ancaq CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadəçisi olmaqla arabir psixotrop maddə olan metamfetamindən də istifadə etmişdir. Ağsu şəhərində qeydiyyatda olsa da Bakı şəhərində kirayə yaşamış, tutulmamışdan bir həftə əvvəl Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində 4 yol adlanan ərazidə gəzərkən yerdə siqaretin gümüşü kağızına bükülmüş büküm görüb yerdən götürdükdə içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş, həmin psixotrop maddəni cibinə qoyub kirayədə yaşadığı evə gəlmişdir. Səhəri günü onunla qeyri-rəsmi münasibətdə olan tanışı Şahid3 ilə birlikdə Ağsu şəhərində yerləşən evlərinə gələndən sonra Nərminənin onda psixotrop maddənin olduğunu bilməməsi üçün həmin psixotrop maddələri 7 ədəd bükümlərə ayıraraq evdə gizlətmişdir, həmin bükümlərdən iki bükümünü özü əvvəlcədən hazırladığı flakon ilə çəkmişdir. Digər bükümlərdən 4 ədəd bükümü evdə qardaşı Cavidana məxsus papağın içində gizlətmiş, 1 bükümü də Nərminə ilə birlikdə paltarlarını yığdığı idman çantasında Nərminəyə məxsus köynəyin cibində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə günorta radələrində Ağsu şəhərində tanışı Vidadi adlı şəxslə qabaqlaşıb söhbət edən zamanı sonuncuya onda metamfetamin olduğunu, lazım olarsa gəlib götürə biləcəyini bildirmiş, saat 2030 radələrində Vidadi onun yaşadığı ünvana gələrək ünvan 6işdir. Bakı şəhərinə getmək üçün pulu olmadığından özündə saxladığı 5 büküm metamfetaminin 3 bükümünü, yəni papağın içində gizlətdiyi 4 büküm metamfetamindən 3 bükümünü Vidadiyə vermiş, Vidadi isə əvəzində ona 1 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinaz olmaqla ümumilikdə 30 manat pul vermişdir. Bundan sonra Vidadi ona birlikdə Əlinin yaşadığı ünvana gedib, həmin psixotrop maddələri Əli Bəndalıyevə verib qayıtmağı təklif etmiş, Vidadi ilə razılaşıb sonuncunun gəldiyi taksi ilə birlikdə Ağsu rayonu Qaraqaşlı kəndinə getmişlər. Ağsu rayon Qaraqaşlı kəndində polis əməkdaşları onları saxlayaraq, birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişlər. Ağsu rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxs axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 30 manat pulu cibindən çıxararaq təqdim etmişdir. Bundan sonra ona evində axtarış aparılması ilə bağlı razılığı olub-olmaması təklif olunmuş, o da razılaşmış və polis əməkdaşları onun yaşadığı evdə axtarış aparmış, evdə əvvəlcədən gizlətdiyi 2 bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Ağsu şəhəri 20 yanvar küçəsi ev 3/1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 və ünvan 7də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 Ağsu şəhərində narkotik vasitələri əldə etməsi, qəbul etməsi, üzərində saxlamaları və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 21 radələrində CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağsu rayon Qaraqaşlı kəndində xidmətdə olan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağsu şəhər sakini Şahid4 məxsus Vaz 2107 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu Qaraqaşlı kəndində yaşayan Şahid5 yaşadığı mənzilin qarşısına çatan zaman avtomobili saxlatdıraraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə qəbulunda, saxlanmasında və dövriyyəsində şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmiş, rayon polis şöbəsində Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibində siqaretin gümüşü kağızına bükülümüş 3 ədəd bükümdə psixotrop maddə olan metamfetamini (patı) cibindən çıxarıb təqdim edərək həmin psixotrop maddəni Ağsu şəhər sakini Təqsirləndirilən şəxs2 30 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən, 1 ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq əskinası çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşları və vəkillə ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evə keçirilən baxış zamanı evin yataq otağında olan Şahid3 məxsus idman çantasının içərisində olan köynəyinin sol cibindən bir ədəd kağız bükümdə olmaqla bükümlə birlikdə 0,24 qram çəkidə psixotrop maddə olan metamfetamin, həmçinin həmin otaqdan bir ədəd şüşə flakon və bir ədəd dəmir borucuq, eləcə də evin digər otağında olan yatağın üzərindəki qış papağının içərisindən bir ədəd kağız bükümdə olmaqla bükümlə birlikdə 0,56 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 hər iki kağız bükümdə olan psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhərində qeyri-rəsmi yaşdığı Təqsirləndirilən şəxs2 ilə təxminən 10 sentyabr 2022-ci il tarixdə Ağsu rayonuna gələrək sonuncuya məxsus evdə yaşamış, xx.xx.2022-ci il tarixdə evdə olan vaxt adını sonradan bildiyi Vidadi adlı şəxs onların yaşadığı evə gələrək Sadiqə psixotrop maddə olan metamfetamin verməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 evdə ondan xəbərsiz gizlətdiyi 3 bükümdə psixotrop maddəni Vidadiyə vermiş, Vidadi isə həmin psixotrop maddələrin qarşılığında Sadiqə 30 manat pul verdikdən sonra Sadiq Vidadi ilə birlikdə evdən çıxıb getmişdir. Səhər tezdən evdə olduğu vaxt Təqsirləndirilən şəxs2 polis əməkdaşları ilə birlikdə evə gəlmiş, həmin vaxt polis əməkdaşları vəkilin iştirakı ilə evdə axtarış keçirən zaman Təqsirləndirilən şəxs2 ondan xəbərsiz gizlətmiş olduğu papağın içərisində bir bükümdə və idman çantasının içərisində bir bükümdə olan psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Ağsu şəhəri S.Vurğun küçəsində “Elit market” ərzaq mağazasının qarşısında dayanan zaman Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq S.Rzayev küçəsinə aparmasını xahiş etmiş, Vidadi ilə razılaşaraq taksi kimi idarə etdiyi Vaz 2107 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə S.Rzayev küçəsinə getmişlər. Təxminən iki dəqiqə sonra X7 birlikdə yenidən avtomaşına qayıdaraq birlikdə Ağsu rayonu Qaraqaşlı kəndinə getmişlər. Ağsu rayonu Qaraqaşlı kəndində tanımadığı şəxsin mənzilinin qarşısında dayanarkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra birlikdə Ağsu rayon PŞ-nə getməyi təklif etmişlər. Polis əməkdaşları ilə birlikdə Ağsu rayon PŞ-nə getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli şalvarının sol yan cibində siqaretin gümüşü kağızına bükülmüş 3 ədəd bükümdə psixotrop maddə olan metamfetamini (patı) cibindən çıxararaq təhvil vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir xx.xx.2022-ci il tarixdə ağrıları olduğu üçün əvvəllər bir neçə dəfə narkotik vasitə və psixotrop maddə aldığı Təqsirləndirilən şəxs1 zəng edərək ona kakos (heroin) tapmasını xahiş etmiş, Təqsirləndirilən şəxs1 ona hal-hazırda kakosunun (heroin) olmadığını, metamfetamininin (patı) olduğunu bildirmişdir. Vidadidən metamfetamini (patı) ona neçəyə verəcəyini soruşmuş, Vidadi ona 1 bükümünü 10 manata verə biləcəyini bildirmişdir. Daha sonra Vidadi ona özünə məxsus "xxxx"ın kartına 40 manat pul vurmasını, əvəzində ona 4 büküm psixotrop maddə verəcəyini demişdir. Vidadi ilə razılaşdığı kimi sonuncuya məxsus “Kapital Banka” məxsus 4169 74714 3639 6871 nömrəli bank kartına saat 2017-də Ağsu şəhərində yerləşən Orxan marketdə quraşdırılmış “Milliön” ödəniş terminalından 40 manat pul göndərmiş, Vidadi ona zəng edərək pulun kartına yükləndiyini, pulu kartdan çıxardığını, metamfetamini 20 dəqiqə sonra ona verəcəyini bildirmişdir. Təxminən 20 dəqiqə sonra Vidadi ona zəng vuraraq küçəyə çıxmasını, metamfetamini məhəlləyə gətirəcəyini dediyinə görə küçəyə çıxıb Vidadini gözləmiş, Vidadi onların məhəlləsinə çatan vaxtı polis əməkdaşları Vidadini saxlayaraq polis şöbəsinə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/723 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd gümüşü rəngli kağız bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri - 0,230 qram, 0,135 qram, 0,321 qram, ümumi çəkisi 0,686 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/724 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşü rəngli kağız bükümdə uyğun olaraq ayrıayrılıqda, təmiz çəkiləri - 0,026 qram və 0,409 qram, ümumi çəkisi 0,435 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində 01 (bir) ədəd şüşə flakon və 01(bir) ədəd dəmir borucuqda aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri- psixotrop maddə hissəcikləridir, həmin maddə hissəcikləri cüzi miqdarda olduğu üçün çəkilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlə” sözləri və imzalar yazılmış zərfin içərisində olan metamfetaminlər ilə üzərində “Təqsirləndirilən şəxs2 evindən aşkar olunmuş” sözləri və imzalar yazılmış zərfin içərisində olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1388 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1389 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 1384 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs2 hal-hazırda xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməli düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs2 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 1385 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs1 hal-hazırda xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməli düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs1 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sol yan cibindən üç ədəd bükümdə çəkiləri müvafiq olaraq 0,41 qram, 0,29 qram və 0,20 qram olan içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəklişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq pul əskinası aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Ağsu şəhəri S.Rzayev küçəsi 5 ünvanındakı yaşayış evinə keçirilən baxış zamanı evdə olan otaqdakı idman çantasının içərisində olan köynəyin sol yan cibindən çəkisi 0,24 qram olan və yatağın üzərində olan qış papağının içərisindən çəkisi 0,56 qram olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə, eyni zamanda otaqdan şüşü flakon və dəmir borucuq aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il Şahid5 istintaqa təqdim etdiyi ödəniş qəbzinə baxış keçirilməsinə dair protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:17 dəqiqə də Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Orxan Marketdə quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus bank kartına 40 manat pul köçürülmüşdür. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 3723 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağsu şəhəri, 20 Yanvar küçəsi, ev 3/1-da qeydiyyatda olmaqla yaşamışdır. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3724 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu şəhəri S.Rzayev küçəsi 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Ağsu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində olan CM-in 177.2.3-ci maddəsi ilə cinayət təqibinə CPM-in 40.2.1-ci maddəsinə əsasən xitam verilmiş, Ağsu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmir. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağsu rayon Məhkəməsinin xx.xx.2003-cu il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağsu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağsu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 001/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 Ağsu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(016)-09/2019 saylı hökmü ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 cəzası xx.xx.2020-ci il tarixdə bitmişdir. xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Ağsu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(016)-17/2019 saylı hökmü ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə cəzasını çəkib bitirmişdir. İş materiallarında olan Ağsu rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli PHŞ/6.25-2-2022-116 nömrəli məktubdan görünür ki, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş, dispanser qeydiyyata götürülməmişdir. İş materiallarında olan Ağsu rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli PHŞ/6.25-2-2022-117 nömrəli məktubdan görünür ki, Ağsu şəhəri 20 Yanvar küçəsi ev 3/1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş, dispanser qeydiyyata götürülməmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2230-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 0005-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağsu rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağsu rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Əli Bəndalıyevə psixotrop maddə tapacağını söz verib sonuncudan 40 manat alsa da həmin pulun 30 manatını Təqsirləndirilən şəxs2 verərək onun üzərindən aşkar olunmuş və Şahid5 vermək üçün nəzərdə tutduğu psixotrop maddəni əldə etmişdir. Təqsirləndirilən şəxs2 özünün də Təqsirləndirilən şəxs1la birlikdə Əli Bandaliyevin yaşadığı Qaraqaşlı kəndinə getməsi onların hər ikisinin qabaqcadan əlbir olmaqla psixotrop maddəni satmaq niyyətində olduqlarını göstərir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslərin psixotrop maddənin onlara məxsus olmamaqla polis əməkdaşları tərəfindən üzərlərinə qoyulmasına və polis əməkdaşlarının təsir-təzyiqi nəticəsində etrafedici ifadələr vermələrinə dair ifadələrini məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxslərin heç biri onlara qarşı zor tətbiq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış və baxış zamanı aşkar olunmuş psixotrop maddənin özlərinə məxsus olmalarını bildirmişlər. Bundan başqa iş üzrə digər şahid ifadələri də təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrlə təsdiq olunduğuna görə məhkəmə həmin ifadələri daha obyektiv və mötəbər ifadələr kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.4.1-ci maddəsinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal yoxdur. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları və faktiki olaraq hüquqlarının məhdudlaşdırıldığı xx.xx.2022ci il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 93-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. CM-in 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş cinayət yolu ilə əldə edilmiş 30 manat pul vəsaiti xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 204,24 AZN (iki yüz dörd manat, iyirmi dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 102,12 AZN (yüz iki manat on iki qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Ağsu rayon Polis Şöbəsində saxlanılan psixotrop maddə olan metamfetamin, 01 ədəd şüşə flakon və 01 ədəd dəmir borucuq məhv edilməli, 4169 7414 3639 6871 nömrəli bank kartı Təqsirləndirilən şəxs1 qaytarılmalı, Şahid5 istintaqa təqdim etdiyi ödəniş qəbzi isə iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 204,24 AZN (iki yüz dörd manat iyirmi dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 102,12 AZN (yüz iki manat on iki qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş cinayət yolu ilə əldə edilmiş 30 manat pul vəsaiti xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan psixotrop maddə olan metamfetamin, 01 ədəd şüşə flakon və 01 ədəd dəmir borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 4169 7414 3639 6871 nömrəli bank kartı Təqsirləndirilən şəxs1 qaytarılsın, Şahid5 istintaqa təqdim etdiyi ödəniş qəbzi isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-87/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-87/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver