Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-88/2021 08.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: Abbasova AytənAzər qızı, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx xxxxxx 1994-cü il tarixdə Qax rayonu, Qaxingiloy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü madddəsi ilə təqsirli bilinib 2 il müddətində azadlıqdan məhrum edilməklə 1 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, Qax rayonu Qaxingiloy kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır cinayətlər Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü madddəsi ilə təqsirli bilinib 2 il müddətində azadlıqdan məhrum edilməklə 1 il şərti sınaq müddəti cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda bundan nəticə çıxartmayaraq 01.10.2020-ci il tarixdə saat təxminən 21 radələrində mobil telefonda ilkin olaraq tanışı Zərərçəkmiş şəxs onu söydüyünü əsas gətirərək sonuncu ilə əsassız mübahisə yaratmış, daha sonra qeyd olunan tarixdə saat təxminən 22:30 radələrində yaşadığı Qax rayonu, Qaxingiloy kəndində yerləşən “9 Mərtəbə” adlanan yerdə yenidən Zərərçəkmiş şəxs ilə onu telefonda söydüyünü əsas gətirib yersiz mübahisə etmiş, öz qərəzli hərəkətlərinin davamı olaraq qeyd olunan tarixdə saat təxminən 23 radələrində yaşadığı Qax rayonu, Qaxingiloy kəndində yerləşən təkər təmiri sexinin qarşısında aqressivlik nümayiş etdirməklə Zərərçəkmiş şəxs ilə əvvəlcə sözlü mübahisə etmiş və həmin vaxtı üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi və cinayətin aləti hesab olunan zavod üsülu ilə hazırlanmış soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən, xuliqanlıq niyyəti ilə sonuncunun qarın nahiyəsindən bir dəfə vurmaqla ona qarnın yuxarı sol iç səthindən qarın boşluğuna nüfuz edərək nazik bağırsağın və müsariqənin zədələnməsi ilə nəticələnən 1 ədəd deşilmiş-kəsilmiş yaraya səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qax rayon sakini Alagöz adlı qadından xoşu gəldiyi üçün sonuncuya zəng edərək danışmış, lakin həmin vaxt Alagözün nişanlı olmasından məlumatı olmamışdır. 01 oktyabr 2020-ci il tarixdə Levani ilə mobil telefonla danışarkən sonuncu ona Qax şəhəri, İ.Mustafayev küçəsində yerləşən kafedə dostları Ramini və Merabi ilə pivə içdiklərini bildirib oraya gəlməsini demişdir. Bundan sonra tanışı Uça Baçaliaşvilinin idarə etdiyi avtomaşınla Qax rayonu, 9 mərtəbə adlanan yerə getmişdir. Orada avtomaşından düşdükdən sonra orada olan Levani və Merabinin yanına getmiş, Levani ona Alagözə bir daha zəng etməməsini, artıq Alagözlə nişanlandığını demişdir. Merabi də ona irad tutaraq Alagözə bir daha zəng vurmamasını, sonuncunun Levani ilə nişanlı olduğunu bildirmişdir. Merabinin ona irad tutmasına, eyni zamanda Levani ilə telefonla danışarkən Merabinin ona nalayiq söyüş söyməsini hesab etdiyinə görə Merabiyə Ucanın avtomaşınına oturmasını və gedib ayrıca söhbət etmələrini demiş, sonuncu da Ucanın idarə etdiyi avtomaşına oturaraq birlikdə Saronun təkər təmiri sexinin qarşısına getmişlər. Orada avtomaşından düşdükdən sonra üzərində gəzdirdiyi və əynindəki şalvarın bel nahiyəsindən saxladığı bir ədəd bıçağı çıxarıb Merabinin qarın nahiyəsindən bir dəfə vurmuşdur. Merabi yerə yıxıldıqdan sonra avtomobilə minmiş, Uçanın ondan nə baş verdiyini soruşduqda sonuncuya Merabini bıçaqla vurduğunu demişdir. Həmin vaxt Uçaya məxsus avtomobillə Qax rayon Polis Şöbəsinə gedərək polis şöbəsində törətdiyi əməli etiraf edib hadisə zamanı istifadə elədiyi bıçağı könüllü olaraq təqdim etmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, tanışı 01 oktyabr 2020-ci il tarixdə tanışı Levani və Ramini ilə kafedə pivə içən zaman Qiorqi Levaniyə zəng edib qızla bağlı söhbət etmişdir. Belə ki, Levani Alagöz adlı qızla nişanlanmış, Qiorqi də həmin qıza zəng etmişdir. Levani ona da Qiorqi ilə söhbət edərək qızdan əl çəkməsini deməsini bildirmişdir. Görüşmək üçün Qax şəhərində 9 mərtəbə adlana yerə getmiş, oraya gələn Qiorqiyə Alagözdən əl çəkməsini, Levaninin sonuncu ilə evlənmək istədiyini bildirmişdir. Bundan sonra Qiorqi ona oraya gəldiyi Ucanın idarə etdiyi avtomaşına minib söhbət etmək üçün getməyi təklif etmişdir. Avtomaşına minib təkər təmiri sexinin qarşısına getmiş, orada avtomaşından düşdükdən sonra Qiorqi bıçaqla bir dəfə onun qarnından vuraraq oradan uzaqlaşmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində tanışı Merabi və Ramini ilə birlikdə Qax şəhəri, İ.Mustafayev küçəsində kafedə pivə içərkən Qiorqi ona zəng edib harada olduğunu soruşmuş, sonuncuya kafedə olduqlarını bildirmişdir. Qiorqi hazırda onun arvadı, həmin vaxt isə nişanlısı olan Alagözə zang vuraraq narahat etmiş, həmin vaxt Qiorqiyə nəyə görə Alagözə zəng vurub narahat etməsinin səbəbini soruşmuşdur. Qiorqi onların olduğu yeri soruşub oraya gələcəyini bildirmiş, həmin vaxt Merabiyə də Qiorqinin nişanlısı Alagözü zəng edərək narahat etdiyini və bir böyük kimi Qiorqi ilə söhbət etməsini xahiş etmişdir. Qiorqi tanışı Ucanın idarə etdiyi avtomaşınla onların olduğu 9 mərtəbə deyilən yerin yanına gəlmiş, orada X4 bir daha zəng etməməsini demişdir. Bundan sonra Qiorqi Merabiyə avtomaşına oturmasını bildirmiş, Merabi Ucanın idarə etdiyi avtomaşına minərək birlikdə getmişlər. Həmin vaxt orada olan Ramini ilə birlikdə Merabi və Qiorqinin arxasınca getsələr də sonuncuları tapa bilməmiş, sonra Merabinin Qax rayon Mərkəzi Xəstəxanasında olduğunu və Qiorqi tərəfindən bıçaqlandığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Merabi və Levani ilə birlikdə Qax şəhərində 9 mərtəbənin yanında olan zaman Qiorqi oraya gəlmiş, həmin vaxt o evlərinə çörək almağa getmişdir. Sonradan Merabi və Qiorqinin avtomaşına oturub getdiklərini görmüşdür. Merabinin Qiorqi ilə nə danışmasından məlumatı olmamış, sonradan Qiorqinin Merabini bıçaqladığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində gösətrmişdir ki, 01 oktyabr 2020-ci il tarixdə saat 21 radələrinə Qiorqi onun yanına gələrək idarə etdiyi avtomaşınla 9 mərtəbə adlana yerə aparmasını bildirmiş, Qiorqi ilə birlikdə həmin yerə gedərkən Ramini, Levani və Merabi orada olmuşlar. Qiorqi Merabi ilə söhbət etdikdən sonra onun avtomaşınına oturaraq Qiorqi ona kənar bir yerə sürməsini demiş, təkər sexi deyilən yerin yaxınlığında heç kimin olmadığı yerdə Qiorqinin deməsinə görə avtomaşını saxlamışdır. Qiorqi ilə Merabi avtomaşından düşdükdən sonra bir qədər aralanmış, o, isə avtomaşında qalmışdır. Az bir müddətdən sonra Qiorqi qayıdıb avtomaşına oturaraq Merabini bıçaqladığını demişdir. Qiorqiyə təslim olmalı olduğunu deyərək sonucunu aparıb Qax rayon Polis Şöbəsinin yanında düşürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 01 oktyabr 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olarkən evin qapısı döyülmüş, qapını açarkən Merabinin qarnını tutmuş vəziyyətdə qapının qarşısında olduğunu görmüşdür. Merabi bıçaqlandığını dedikdən sonra təcili tibbi-yardıma zəng vurmuş, tibbi işçiləri gəlib Merabini xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş növbətçi-feldşer işləyəyn Şahid6 ifadəsində göstərmişdir ki, 01.10.2020-ci il tarixdə saat 2330 radələrində şöbəyə Qax rayonu, Qaxingiloy kəndində Milya adlı şəxsin evində olan bir nəfər şəxsin bıçaq yarası xəsarəti alması barədə məlumat daxil olduqdan sonra növbətçi həkim ilə birlikdə qeyd olunan yerə yollanmış, həmin ünvana çatdıqlarında adını sonradan öyrəndiyi Merabi adlı şəxsin qarnından xəsarət aldığını görmüşlər. Merabidən nə baş verdiyini soruşan zaman onlara həmkəndlisi Təqsirləndirilən şəxs ilə aralarında baş verən mübahisə zamanı sonuncunun ona qarın nahiyəsindən bir dəfə bıçaqla vuraraq xəsarət yetidiyini demiş, bundan sonra Merabini birbaşa Qax rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımaqla sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Baş vermiş hadisədən təxminən 4 ay əvvəl Qiorqi ona telefonda zəng edərək narahat etmiş, hətta işlədiyi yerə ona gül dəstəsi də göndərmişdir. Qiorqiyə dəfələrlə irad bildirərək zəng etməməsini bildirsə də sonuncu buna məhəl qoymamış, sonradan nişanlandığı Raminiyə də bu barədə bildirmişdir. Ramini ona Merabinin də bu məslədən xəbərdar olduğunu və sonuncunun bir böyük kimi Qiorqi ilə danışacağını demişdir. 01 oktyabr 2020ci il tarixdə Qiorqinin həmkəndlisi Merabi adlı şəxs bıçaqladığını eşitmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14.10.2020-cı il tarixli 216 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qarnın yuxarı sol iç səthindən qarın boşluğuna nüfuz edərək nazik bağırsağın və müsaqirənin zədələnməsi ilə nəticələnən 1 ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin (bıçağın) təsirindən törənmişdir, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla qərarda göstərilən şəraitdə və müddətdə, yəni 01.10.2020-ci il tarixdə törənmələri mümkündür, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07.10.2020-cı il tarixli 217 saylı rəyində göstərilmişdir ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş soyuq silahların kriminalistik ekspertizasının 17.11.2020-ci il tarixli 17/594 saylı rəyinin nəticəsi hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, turist bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 16.11.2020-ci il tarixli 623 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən özü əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü madddəsi ilə təqsirli bilinib 1 il şərti sınaq müddəti ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 06.10.2020-ci il tarixli 2214 saylı məktuba əsasən Təqsirləndirilən şəxs rayon poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 02.10.2020-ci il tarixli əşyanın könüllü təqdim edilməsi zamanı götürülməsi və baxış keçirilməsi protokoluna əsasən Təqsirləndirilən şəxs hadisə zamanı istifadə elədiyi bıçağı təqdim edərək məhz həmin bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən xəsarət yetirdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 31 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin 02 noyabr 2020-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi sübuta yetirilməmişdir. Onun əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, təqsirləndirilən şəxsə verilən ittihamdan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonda ilkin olaraq tanışı Zərərçəkmiş şəxs onu söydüyünü əsas gətirərək sonuncu ilə əsassız mübahisə yaratmış, sonra isə öz qərəzli hərəkətlərinin davamı olaraq qeyd olunan tarixdə saat 23 radələrində yaşadığı Qax rayonu, Qaxingiloy kəndində yerləşən təkər təmiri sexinin qarşısında aqressivlik nümayiş etdirməklə Zərərçəkmiş şəxs ilə əvvəlcə sözlü mübahisə etmiş və həmin vaxtı üzərində gəzdirdiyi turist bıçağı ilə qəsdən, xuliqanlıq niyyəti ilə sonuncunun qarın nahiyəsindən bir dəfə vurmaqla ona sağlamlığa ağır zərərvuran bədən xəsarəti yetirmişdir. Göründüyü kimi ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heç bir səbəb olmadan bıçaqla vuraraq xəsarət yetirməsi qənaətinə gəlmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyən olundu ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Levaninin nişanlısı Şahid4 zəng etməsinə görə öz iradını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla birlikdə avtomaşına əyləşib heç kimin olmadığı bir yerə getməsini demiş və orada Merabiyə bıçaqla bir dəfə zərbə vurmuşdur. İstintaq orqanı tərəfindən qeyd olunan hal ümumiyyətlə araşdırılmamış, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bu xüsusda mübahisə olmasına toxunulmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sonuncunun Təqsirləndirilən şəxs Şahid3 nişanlısı Şahid4 zəng vuraraq narahat etməməsinə dair iradını təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirməsi üçün “cüzi” və ya əsası olmayan səbəb kimi deyil, məhz həmin iradın təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirməsi üçün əsaslı səbəb kimi qəbul edir. Belə ki, Şahid4 də ifadəsində Təqsirləndirilən şəxs onu narahat etdiyini, əl çəkmədiyini və hətta ona gül dəstəsi göndərdiyini bildirmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs Şahid4 qarşı ciddi sevgi hisslərinin olduğunu və bununla əlaqədar ona qarşı bildirilən hər bir iradı özünə qarşı təhqir kimi qəbul etməsinə əsas verir. Ona görə də məhkəmə kollegiyası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncunun Levaninin nişanlısı olan Şahid4 bir daha zəng etməməsinə dair iradını təqsirləndirilən şəxsin cinayəti törətməsinə sövq edən və motivi formalaşdıran səbəb kimi qəbul edir. Bütün qeyd edilən hallar Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında artıq münaqişə yaranmasını və həmin münaqişə zəminində Qiorqinin Merabiyə bıçaqla xəsarət yetirdiyini təsdiq edir. Belə olan halda təqsirləndirilən şəxsin əməli CM-in 126.2.4-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır zərər vurmadan şəxsi münasibətlər zəminində sağlamlığa ağır zərər vurmanı nəzərdə tutan CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cınayətın residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 31 oktyabr 2020-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində olan Qax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə bir il sınaq müddətinə təyin edilmiş şərti məhkum etmə ləğv edilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 30.60 AZN (otuz manat, altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Qax rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd turist bıçağı dəyəri olmadığına görə məhv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasınə məhkum edilsin. Qax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə bir il sınaq müddətinə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 31 oktyabr 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 30.60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq X5 saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surətini Təqsirləndirilən şəxs aldığı) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-88/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-88/2021
08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver