Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-88/2025 30.04.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədlik edən), oğlu Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə İsmayıllı rayonunun Qalınçaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, İsmayıllı rayonunun Qalınçaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, 2024-cü ilin mart ayının sonlarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda o, yaşadığı İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən evində kağızdan düzəltdiyi 18 ədəd dibçəkdə çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək 18 ədəd dibçəkdə ümumilikdə külli miqdar təşkil edən 19 (on doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini yetişdirməklə kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilərkən evin içərisindəki otaqda, pəncərənin qarşısında, karton qutunun içərisində saxladığı 18 ədəd dibçəkdə, ümumilikdə külli miqdar təşkil edən 19 (on doqquz) ədəd uzunluqları 4 santimetrdən 6 santimetrədək, yaş vəziyyətdə, ümumi təmiz çəkisi 1,64 qram olan əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, birinci Qarabağ müharibəsində iştirak etmiş və iki il döyüşmüşdür. Döyüşlərdə iki dəfə yaralanmışdır. Müharibədən sonra bədənində ağrılar olduğu üçün marixuanadan istifadə etmişdir. Çətənə toxumlarını tapmış və stəkanlarda əkmişdir. Ancaq toxumları sulamamışdır. 18 ədəd kağız stəkanlarda çətənə toxumu əkmişdir. Çətənə toxumlarını tapmışdır. Verilmiş ittihamla özünü təqsirli bilir. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olunmamışdır. Toxumları tapan zaman, həmin toxumların çətənə toxumları olduğunu hiss etmişdir. Çünki əvvəllər istifadə edən zaman marixuana toxumunu görmüşdür. Videoçəkiliş aparılmışdır. Polis əməkdaşlarına evinə daxil olmağa icazə vermişdir. Törətdiyi əməldən peşmandır. İkinci qrup əlildir. Ağrıları olduğu üçün marixuanadan istifadə etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Qalınçaq kənd sakini, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkibbecərməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, bu barədə əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul olunmuş və əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Həmin gün saat 12 radələrində o və əməliyyat-təhqiqat qrupunun digər üzvləri, həmçinin mütəxəssis qismində cəlb edilmiş İsmayıllı rayon X14 Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsində çalışan X4 ilə birlikdə İsmayıllı rayonunun Qalınçaq kəndində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar və ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkməyi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat-axtarış tədbiri qərarının qəbul edildiyini bildirmişlər. Həyətyanı sahəyə baxış keçirəcəklərini bildirib hər hansı etirazının olubolmamasını soruşduqda Təqsirləndirilən şəxs, evinin içərisində yerləşən otağı göstərib, həmin otaqda narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirmişdir. Həmin otağa daxil olduqda sağ tərəfdə yerləşən pəncərənin qarşısında pərdənin arxasında bir ədəd karton yeşikdə 18 ədəd kağız stəkanda kiçik ölçülü torpaq üzərində kökü üstə yaş halda narkotik tərkibli bitkiyə bənzər şitillər olması aşkar edilmiş, həmin kağız stəkanların birində 2 ədəd bitki şitil, qalan 17 ədəd stəkanlarda isə hər birində bir ədəd bitki şitil olmaqla, ümumilikdə 19 ədəd bitki şitil müəyyən edilmişdir. Mütəxəssis həmin şitillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkisinin şitillərinin kimə məxsus olduğunu soruşduqda, sonuncu, həmin şitillərin özünə məxsus olduğunu, şəxsi istifadə məqsədi ilə əkib-becərdiyini qeyd etmişdir. Aşkar edilmiş şitillər qablaşdırılmış və möhürlə möhürlənərək götürülmüşdür. Evin digər otaqlarına və həyətyanı sahəyə baxış zamanı cinayət xarakterli, eləcə də hüquqi məsuliyyət doğura biləcək başqa predmet, əşya, iz, əlamət aşkar edilməmişdir. Sonra o, İsmayıllı RPŞ-nə gətirilmiş və növbətçi hissənin qarşısında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərində hüquqi məsuliyyət doğura biləcək hansısa əşya, predmet, iz aşkar edilməmişdir. Bundan başqa o, aşkar edilmiş içərisində 19 ədəd çətənə bitkisinin əkildiyi cəmi 18 ədəd dibçəyin karton qutunun içərisində olduğunu, həmin bitkilər sayılıb ölçüldükdən sonra karton qutunun üstünü başqa karton qutu hissəsilə örtülmüş və qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahid) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü, İsmayıllı RPŞ-yə İsmayıllı rayonu, Qalınçaq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində və həyətyanı sahədə olan yardımçı tikililərdə narkotik vasitələri saxlaması və əkib-becərməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 02). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01 iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edərək yaşadığı İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən ona məxsus yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəyə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01 iş vər. 15). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, baxış keçirilən yer İsmayıllı rayon Qalınçaq kəndi ərazisində daşlıçınqıllı yol kənarında yerləşən həyətyanı sahəyə giriş gümüşü rəngli metal lövhədən hazırlanmış darvazadan həyətə daxil olduqda 60 metr irəlidə qarşıda fərdi yaşayış evi var, ev birmərtəbəli kürsülü ev olmaqla evə daxil olduqda giriş qapısının qarşısında pilləkən var, həmin pilləkənlə qalxdıqdan sonra zal və zala üç otağın, bir hamamın və bir mətbəxin qapısı açılır. Baxış zamanı Təqsirləndirilən şəxs ortada yerləşən otağı göstərib, həmin otaqda narkotik tərkibli bitkilər əkib-becərdiyini bildirmiş və həmin otağa daxil olduqda sağ tərəfdə yerləşən pəncərəsinin qarşısında pərdənin arxasında bir ədəd karton yeşikdə 18 ədəd kağız stəkanda kiçik ölçülü torpaq üzərində kökü üstə yaş halda narkotik tərkibli bitkiyə bənzər şitillər olması aşkar edilmiş, həmin kağız stəkanların birində 2 ədəd bitki şitili, qalan 17 ədəd stəkanlarda isə hər birində bir ədəd bitki olmaqla, ümumilikdə 19 ədəd bitki şitili müəyyən edilmiş, mütəxəssis qismində iştirakçı Rəşid Zülfüqarlı həmin şitillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, Təqsirləndirilən şəxs həmin şitillərin özünə məxsus olduğunu, şəxsi istifadə məqsədi ilə əkib-becərdiyini bildirmişdir. Həyətyanı sahəyə baxış zamanı cinayət xarakterli, eləcə də hüquqi məsuliyyət doğura biləcək başqa predmet, əşya , iz və ya əlamət aşkar edilməmişdir. Aşkar edilmiş 18 ədəd dibçəkdə olan bitki şitilləri olduqları 1 ədəd karton yeşiklə birlikdə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür (cild 01, iş vər. 16-19). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli aqronom (mütəxəssis) rəyindən görünür ki, həmin tarixdə saat 13- 14 radələrində ismayıllı rayon Qalınçaq kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı yaşayış evində 18 ədəd kiçik dibçək də kökü üstə yaş halda olmaqla cəmi 19 ədəd narkotik tərkibli bitkiyə oxşar şitillər aşkar edilmiş, həmin şitillərə qulluq göstərilmiş, su verilmiş, dibi alaq otlarından təmizlənmişdir. Beləliklə 19 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir (cild 01, iş vər. 20). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01 iş vər. 32). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı cinayət xarakterli, eləcə də hüquqi məsuliyyət doğura biləcək predmet, əşya, iz və ya əlamət aşkar edilməmişdir. (cild 01, iş vər. 38-41). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Ədliyyə Nazirliyinin Məhkəmə X5 Regional Bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-17/340 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapıdırılmış vərəqədə “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən aşkar edilmiş bitkilər..” yazısı, adlar və imzalar olan karton qutunun içərisində, kağız stəkandan hazırlanmış 18 (on səkkiz) ədəd dipçəklərdəki ümumilikdə 19 (on doqquz) ədəd, uzunluqları 4 sm-dən 6 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri - 1,64 qram olan bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. X7 04 aprel 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdim edilmiş çətənə (kannabis) bitkisinin ştilləri inkişaflarının erkən fazasında olduqlarına görə həmin obyektlərin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Qeyd: a) çətənə bitkisi ştillərinin ümumi təmiz çəkisi – 1,64 qram, cəmi tədqiqata sərf edildi- 0,38 qram. (hər ştildən- 0,02 qram), qalıq 1,26 qram (cild 01, iş vər. 48-51). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2002-ci il tarixli, 252772 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup Qarabağ əlilidir (cild 01, iş vər. 87). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və onun İsmayıllı rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunması qərara alınmışdır (cild 01, iş vər.88-89). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Qalınçaq kənd inzibati ərazi üzrə nümayəndəliyi arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə İsmayıllı rayonunun Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 102-104). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən çətənə bitkisinin toxumlarını əldə edərək şəxsi istifadəsi üçün marixuana əldə etmək üçün saxlamış, 2024-cü ilin mart ayının sonlarında dəqiq tarixi müəyyən edilməyən gündə çətənə bitkisinin toxumlarını yaşadığı evdə 18 ədəd kağızdan dibçək düzəltmiş və həmin toxumları dibçəklərə əkərək toxumlardan çıxmış ümumilikdə 19 ədəd çətənə bitkisinin şitillərinə qulluq göstərmiş, satış məqsədi olmamışdır. Həmin çətənə bitkilərinə qulluq etməkdə Təqsirləndirilən şəxs başqa heç kim köməklik etməmişdir (cild 01, iş vər. 109). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X12 məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin publik hüquqi şəxsin poliklinika şöbəsində “Ruhi-əsəb”, “Nevroloji” və “Narkoloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur (cild 01, iş vər 129). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 164-cü maddəsi ilə təqsirli bilinib, Milli Məclisin xx.xx.1999-cu il tarixli “Amnistiya” qərarına əsasən cinayət işinin icraatına xitam verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 550.000 manat cərimə cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir (cild 01, iş vər. 145-146). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2024-cü il tarixli, 1142 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 173). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Racǝbalıyev Aqil Sabir oğlunun əməlində CM-in 188-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq saxlanması üçün İsmayıllı rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Bundan əlavə, X1 əməlində CM-in 237 və 307-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq saxlanması üçün İsmayıllı rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Bundan başqa, Racǝbalıyev Aqil Sabir oğlu tərəfindən çətənə bitkisinin toxumlarının əldə edilmə mənbəyinin əməliyyat yolu ilə müəyyən edilməsi və nəticəsindən asılı olaraq tədbirlər görülməsi üçün material ayrılaraq İsmayıllı RPŞ-nin CAB-nə verilməsi qərara alınmışdır (cild 01, iş vər. 189-197). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, arxiv məlumatlarına əsasən Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə ona təyin olunmuş 550.000 manat cərimə cəzasını xx.xx.2003-cü il tarixdə tam ödəmiş və İsmayıllı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 252772 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup Qarabağ əlilidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 may 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması, eləcə də qeyd olunan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Belə ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin əməlləri törətmiş şəxsin CM-nin 237-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:
1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;
2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;
3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş - yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində də tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin həmin Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1.2-ci bəndinə əsasən - 16 (on altı) ədəddən 800 (səkkiz yüz) ədədədək (31 hissədən 1550 hissəyədək) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, 2024-cü ilin mart ayının sonlarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda o, yaşadığı İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən evində kağızdan düzəltdiyi 18 ədəd dibçəkdə çətənə bitkisinin toxumlarını qəsdən qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək 18 ədəd dibçəkdə 19 (on doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini yetişdirməklə kultivasiya etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik vasitələrin satışı, narkotik vasitənin tapması və yaxud əkibbecərməsi, həmçinin onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda hərhansı şübhəli şəxslərlə əlaqəsinin, habelə sözügedən ərazidə narkotik tərkibli bitkiləri əkib-becərməkdə köməklik edən, ümumiyyətlə hər hansı əlbir olduğu şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı verilməsinə baxmayaraq qeyd edilən hallar ibtidai araşdırma zamanı müəyyən edilməmişdir. Eləcə də məhkəmə istintaqında da Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitki toxumlarını haradan, hansı şəraitdə, əvəzli və ya əvəzsiz qaydada əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilərkən evin içərisindəki otaqda, pəncərənin qarşısında, karton qutunun içərisində saxladığı 18 ədəd dibçəkdə, ümumilikdə külli miqdar təşkil edən 19 (on doqquz) ədəd uzunluqları 4 santimetrdən 6 santimetrədək, yaş vəziyyətdə, ümumi təmiz çəkisi 1,64 qram olan əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında etirafedici ifadə verərək və törətdiyi əməldən səmimi peşmançılıq keçirərək bildirmişdir ki, yaşadığı İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən evində kağızdan düzəltdiyi 18 ədəd dibçəkdə çətənə bitkisinin toxumların əkmiş və bundan sonra əkdiyi toxumlara qulluq edərək yetişdirmişdir. Həmçinin o, Qalınçaq kəndində yerləşən evindən aşkar olunaraq götürülmüş kağızdan düzəltdiyi 18 ədəd dibçəkdə 19 (on doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini öz istifadəsi üçün əkib-becərdiyini ətraflı şəkildə bildirmişdir. Eyni zamanda məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 da xx.xx.2024-cü il tarixdə, saat 12:45 dən 14:05-dək Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən evinə baxış keçirdiklərini və həmin vaxt oradan evin içərisindəki otaqda, pəncərənin qarşısında, karton qutunun içərisində saxladığı 18 ədəd dibçəkdə, 19 (on doqquz) ədəd uzunluqları 4 santimetrdən 6 santimetrədək, yaş vəziyyətdə narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar etdiklərini və baxış zamanı Təqsirləndirilən şəxs həmin çətənə kollarının özünə məxsus olmasını qeyd etdiyini bildirmişdirlər. Bundan başqa, Təqsirləndirilən şəxs nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə istintaqı zamanı ona irəli sürülmüş ittihamı, eləcə də yaşadığı evin içərisindəki otaqda, pəncərənin qarşısında, karton qutunun içərisində aşkarlanmış çətənə kollarının növünü, sayını, çəkisini və vəziyyətini (yaş halda olmasını) mübahisələndirməmişdir. Əksinə o, etirafedici ifadələr verərək şəxsi istifadəsi üçün fərdi yaşayış evinin içərisindəki otaqda, pəncərənin qarşısında, karton qutunun içərisində saxladığı evində kağızdan düzəltdiyi 18 ədəd dibçəkdə çətənə bitkisinin toxumlarını əkdiyini, daha sonra həmin bitkilərə qulluq edərək yetişdirdiyini dəfələrlə bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Həmçinin, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 18 ədəd dibçəkdə qulluq edərək yetişdirdiyi 19 (on doqquz) ədəd çətənə kolunu satmaq məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 (on doqquz) ədəd çətənə kolunu məhz öz şəxsi istifadəsi üçün əkib-becərmiş və həmin bitkilərə aqrotexniki qaydada qulluq etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137- 1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən qəsdən törədilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyasının ən aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müharibə ilə əlaqədar əlilliyi olan şəxs (ikinci qrup “Qarabağ” əlili) olmasını, eləcə də ibtidai araşdırma və məhkəmə istintaqı zamanı etirafedici ifadələr verərək törətdiyi cinayət əməlindən peşman olmasını CM–in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyanın ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin 02 gün müddətinə tutulduğu vaxt cəzasına hesablanmaqla çıxılmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin başlanğıcı həbsə alındığı tarixdən, yəni 30 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İkinci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halları nəzərə alaraq hesab edir ki, o, yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan təmiz çəkisi – 1,26 qram olan uzunluqları 4 santimetrdən 6 santımetrədək, yaş vəziyyətdə 19 (on doqquz) ədəd narkotik tərkibli çətənə bitkilərinin şitilləri və 01 (bir) ədəd karton qutuda qablaşdırılmış dibçəklərdəki torpaqlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda iş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza xərci vardır. Həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla, çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan təmiz çəkisi – 1,26 qram olan uzunluqları 4 santimetrdən 6 santimetrədək, yaş vəziyyətdə 19 (on doqquz) ədəd narkotik tərkibli çətənə bitkilərinin şitilləri və 01 (bir) ədəd karton qutuda qablaşdırılmış dibçəklərdəki torpaqlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən: Tural Əfəndizadə
Hakimlər: Günay Aşurova
Xaliq Məmmədov