Məhkəmə qərarları › İş №1(091)-89/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-89/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-89/2021 29.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1, 10 dekabr 1969-cu il tarixdə Ağdaş rayonu Movdut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 55/13 saylı evin 21 saylı mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri M.Maqomayev küçəsi 6 saylı evin 66 saylı mənzilində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, xx xxxxxxx 1970-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 13.02.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Yevlax rayonu Qaraoğlan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, xx xxx 1979-cu il tarixdə Ağdaş rayonu, Ləki kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Mingəçevir şəhəri, H.Əliyev küçəsi 88 saylı evin 63 saylı mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri M.Maqomayev küçəsi 6 saylı evin 66 saylı mənzilində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitənin istintaqa bəlli olmayan bir hissəsini Naftalan rayon sakini Şahid2, bir hissəsini isə şəxsiyyətləri istintaqa bəlli olmayan şəxslərə satmaq və əldə etdikləri gəliri öz aralarında bölmək üçün qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girmiş, aralarında olan razılaşmaya, ümumi cinayətkar niyyətə və vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 verilən sifariş əsasında sonuncunun istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı ondan götürüb sifarişçiyə çatdırmaq və əldə etdiyi pulun 500 manatını Təqsirləndirilən şəxs2 göndərmək üçün 13.09.2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs3 taksi fəaliyyəti ilə məşğul olan tanışları Şahid1 idarə etdiyi «Kia Sephia» markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax rayonu, Qaraoğlan kəndinə getmiş, Təqsirləndirilən şəxs3 Şahid1 idarə etdiyi avtomobillə həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax rayonu, Qaraoğlan kəndinə gedib orada bir ədəd şəffaf sellofana qablaşdırılmış, təmiz çəkisi 79,33 qram çətənə bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə alıb sərnişin qismində əyləşdiyi Şahid1 avtomobilinin sağ qabaq oturacağının ayaq altında gizlətməklə orada saxlayıb özü ilə daşımış, 13.09.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti Kür komputer zavodunun yaxınlığında yerləşən avtomobil təmiri sexinin yanında Şahid1 məxsus avtomobil saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinin həyətinə gətirilib, həmin avtomobilə baxış keçirilən zaman ümumi təmiz çəkisi 79,33 qram miqdarda narkotik vasitə - qurudulmuş marixuana avtomobilin sağ qabaq oturacağının ayaq altından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona CM-nin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, o, hər qış fəslində balığa işləməyə gedib orada balıqçılara yemək bişirmiş və həmin işin qarşılığında ayda ona təxminən 200-300 manat pul verilmişdir. O, bir gün Təqsirləndirilən şəxs2 zəng edərək özü istifadə etmək üçün ona narkotik vasitə verməsini xahiş etmiş, Firqət də ona etiraz etməmişdir. Firqətə meyvə də yığmasını bildirərək ayağı ağrıdığı üçün özünün gələ bilməyəcəyini, çantanı götürmək üçün həyat yoldaşı Məlahəti oraya göndərəcəyini demiş və həmin narkotik vasitəni də meyvələrin içinə qoymasını, bundan həyat yoldaşı ilə taksi sürücüsünün xəbərinin olmamasını tapşırmıışdır. Daha sonra həyat yoldaşı Təqsirləndirilən şəxs3 Yevlax rayonunda ona çatası çanta olduğunu bildirərək həmin çantanı gedib gətirməsini xahiş etmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs3 Yevlax rayonuna gedərək həmin çantanı götürüb ona gətirməyə etiraz etməmişdir. Beləliklə, o, həmin çantanı götürüb qayıdarkən yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin ifadəsinə əlavə etmişdir ki, Təqsirləndirilən şəxs2 ona heç bir narkotik vasitə satmamışdır. Əgər Firqət həmin narkotik vasitəni ona çəkmək məqsədilə versəydi, özünün oraya gəlib narkotik vasitəni çəkib xoşuna gələni aparmağını təklif edərdi. O, çantada olan həmin narkotik vasitənin çəkisinin nə qədər olduğunu da bilməmişdir. Firqət həmin narkotik vasitəni ona ağrıları olduğuna görə istifadə etmək üçün pay vermişdir. Onlar arasında pul söhbəti olmamışdır. Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar olunan narkotik vasitə isə onun övladının toy günü istifadə edib tulladığı narkotik vasitə olmuş, yadından çıxdığı üçün orada qalmışdır. Qeyd edilənlərə əsasən əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı digər Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq dövründə üzləşdirmə zamanı verdiyi həmin ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Müdafiəçinin də iştirakı ilə verilən həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, “...Təqsirləndirilən şəxs2 aldığı narkotik vasitə marixuananın müqabilində 5-6 gün sonra Firqətə 500 manat pul verməli idi.” Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona CM-nin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 heç bir narkotik vasitə satmamış və ya ondan narkotik vasitənin qarşılığında hər hansı məbləğdə pul istəməmişdir. Təqsirləndirilən şəxs1 mart ayından əvvəl qış aylarında ona tez-tez zəng edirmiş. O isə Çingizə pay kimi narkotik vasitə verməyə, yəni özündə narkotik vasitə olsa, ona da pay kimi verməyə söz vermiş və narkotik vasitə satmadığımı, narkotik vasitələrin satışı ilə məşğul olmadığımı bildirmişdir. O sözügedən həmin narkotik vasitəni tapmışdır. Belə ki, it saxlayırmış və həmin it tez-tez küçəyə çıxıb insanları qorxudurmuş. İtin çıxdığı yer zibillik yer olduğundan, o, itin çölə çıxmaması üçün həmin yeri düzəldəndə orada yabanı halda bitmiş bir qədər hündürlüyü olan narkotik tərkibli bitki görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bitkinin narkotik tərkibli bitki olduğunu bilmişdir. Belə ki, mütəmadi olaraq narkotik vasitə istifadəçisi deyil, arabir narkotik vasitədən istifadə edirmiş. Eyni zamanda bildirmişdir ki, özü Birinci Qarabağ müharibəsi veteranıdır, iki dəfə ağır kontuziya almışdır, 29 ildir ki, psixotrop dərmanlar istifadə etməklə yaşayır. O, tapdığı həmin narkotik tərkibli bitkini evdə saxlamış, arabir istifadə etmişdir. Daha sonra Çingiz ona zəng edərək ondan özünün istifadə etməsi üçün narkotik vasitə istəmiş və o da ona söz verdiyinə görə özündə bir qədər narkotik vasitə olduğunu, gəlib aparmasını, narkotik vasitənin hamısını ona verəcəyimi bildirmişdir. Çingiz ona özünün gəlməyəcəyini, başqa adam göndərəcəyini bildirmişdir. Çingizgilin evlərində bir dəfə qonaq olduğu üçün onun həyat yoldaşı Təqsirləndirilən şəxs3 da bir dəfə görmüş və tanımışdır. Çingizgillə o qədər də yaxın münasibəti olmamışdır. Çingizlə təxminən 3-4 il əvvəl, 2017-ci ildə çayxanada rastlaşmış, həmin vaxtdan bəri görüşməmişdir. O, Çingizə narkotik vasitəni gəlib aparmasını dedikdə Çingiz adam göndərəcəyini və həmin şəxsin gəlib narkotik vasitəni aparacağını bildirmişdir. O da Çingizə heç bir problem olmadığını, kimi göndərsə də, özünün kənddə olacağını bildirmişdir. Daha sonra onun göndərdiyi şəxsin qadın olduğunu görmüş və həmin qadının Çingizin həyat yoldaşı olduğunu bilmişdir. Çingiz ona həmçinin onun üçün nar və heyva yığmağını da tapşırmışdır. Nar yaxşı yetişmədiyi üçün ona nar yığa bilməmiş və bir torba heyva yığmış, Təqsirləndirilən şəxs3 ilə taksi sürücüsünün görməməsi üçün narkotik vasitə olan marixuananı da həmin torbanın içərisinə heyvaların altına qoymuşdur. Həmin torba böyük torba olmuşdur. İttiham aktında həmin torbanın içərisində 1-2 kiloqram heyva olduğu yazılsa da, bildirmək istəyir ki, torbada o qədər heyva yox, təxminən 10-15 kiloqram heyva olmuşdur. Yəni həmin narkotik vasitəni heyva ilə bərabər Təqsirləndirilən şəxs3 vermişdir. İfadəsinin davamında göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadədən xəbəri yoxdur, orda nə yazılıb bilmir, həmin ifadəni oxumadan imza etmişdir. Ona görə də həmin ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs2 Cama oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında, o cümlədən digər Təqsirləndirilən şəxs1 ilə üzləşdirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq dövründə verdiyi həmin ifadələri elan edilməklə tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə - qurudulmuş marixuanadan istifadə edir. Təxminən 4-5 ay öncə yaşadığı evin qarşısında yabanı halda narkotik vasitə marixuana bitdiyini görüb, həmin yabanı halda bitən marixuananı qablaşdılrıb yaşadığı evin həyətində dibçək halında əkmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətdi ki, tanıyır. Çingizin narkotik vasitə olan marixuanın satışı ilə məşğul olduğunu bilir. Çingizlə münasibətləri yaxşı olduğu üçün Çingiz dəfələrlə onun yaşadığı evə qonaq getmişdir. Son zamanlar maddi durumu yaxşı olmamışdır. O, həyətində dibçəkdə əkdiyi narkotik vasitə olan marixuananı yığıb qurudub bir qədərini istifadə etmişdir. Təqsirləndirilən şəxs1 13 sentyabr 2020-ci il tarixdə günorta saatlarında ona zəng etmişdir. O, Çingizə özündə narkotik vasitə olduğunu bildirmişdir. Lakin, Çingiz nəğd pulu olmadığını bildirdiyi üçün o, Çingizə həyətində dibçəkdə əkib qurutduğu narkotik vasitə olan marixuananı nisyə 500 manat müqabilində satmağa razılaşmışdır. Bir neçə saat sonra Çingiz ona zəng edib arvadı Məlahəti ondan olan narkotik vasitə - qurudulmuş marixuanı götürməsi üçün Yevlax rayonuna göndərcəyini bildirmişdir. Həmçinin, Çingiz ondan heyva da göndərməyini istəmişdir. 13 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Çingizin arvadı Məlahət ona zəng edib yaşadığı evin qarşısında olduğunu bildirmişdir. Məlahət taksi sürcüsü ilə birgə gəlmişdir. O, evin qapısını açmış Məlahət də evin həyətinə keçmişdir. O, Məlahətə əvvəlcədən sellofan torbaya qoyduğu narkotik vasitə olan qurudulmuş marixuananı və içərisində heyva olan sellofan torbanı vermişdir. Məlahət ondan sellofan torbanı götürdükdən sonra həyətdən çıxıb taksiyə əyləşib getmişdir. O, Məlahətə narkotik vasitə olan marixuananı verən zaman orada heç kim olmamışdır. Çingiz ona verdiyi narkotik vasitə olan qurudulmuş marixuanın müqabilində təxminən 5-6 gün sonra ona 500 manat pulu aparıb yaşadığı evdə verəcəkdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə olan mariuxananı 500 manat müqabilində verdiyini, Çingiz ona verdiyi narkotik vasitənin müqabilində ona 5-6 gün sonra 500 manat məbləğdə pul verməli olduğunu, Təqsirləndirilən şəxs3 13.09.2020-ci il tarixdə Yevlax rayonu, Qaraoğlan kəndində ondan götürdüyü sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasından məlumatı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 özünü ona CM-nin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 sentyabr 2020-ci il tarixdə bazarlıq edib evə gələndə həyat yoldaşı Çingiz ona çatası meyvə olduğunu bildirərək ondan Yevlax rayonuna getməsini xahiş etmiş, o da Çingizin ayağının ağrıdığını bildiyindən, Yevlax rayonuna getməyə razılaşmışdır. Daha sonra Çingiz taksi çağırmış, o da həmin taksi ilə Yevlax rayonunun Qaraoğlan kəndinə getmişdir. Yevlax rayonunun Qaraoğlan kəndinə çatdıqda həyətdə Təqsirləndirilən şəxs2 onu gözləmiş və ona torba vermişir. Lakin o, həmin vaxt Firqətin ona verdiyi torbanın içərisinə baxmamış və onun içərisində nə olduğunu bilməmişdir. Həmin torbanı gətirib avtomobilə qabaq sərnişin oturan oturacağın yanına ayaqlarının altına qoymuş və aparıb Çingizə vermək istəyərkən Mingəçevir şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. İfadəsinin davamında isə göstərmişdir ki, polis şöbəsində polis əməkdaşları tərəfindən ləyaqəti alçaldılmış və psxi təsirə məruz qalmış, ona görə də etirafedici ifadə vermişdir. Yevlax rayonundan qayıdanda Çingiz ondan evə kibrit almasını xahiş etdiyi üçün, bir neçə qutu kibrit almış və həmin kibrit də polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq dövründə verdiyi həmin ifadələri elan edilməklə tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, əri Təqsirləndirilən şəxs1la 1995-ci il tarixdə ailə həyatı qursa da 2012-ci il tarixdə ayrılmışlar. 2019-cu ildə əri Çingiz ilə barışmışdır. Çingiz narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Birgə yaşayan zaman Çingiz narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə məşğul olmuşdur. Çingiz qurudulmuş marixuananı Yevlax rayonu, Qaraoğlan kəndində yaşayan Firqət adlı şəxsdən, Qəbələ rayonu, Nic kəndində yaşayan Rizvan adlı şəxsdən alırmış. X16 rayonu, Qaraoğlan kəndində yaşayan Firqət və Qəbələ rayonu, Nic kəndində yaşayan Rizvandan mütəmadi olaraq 50-100 qram arası narkotik vasitə olan marixuana alır və aldığı narkotik vasitəni yaşadğı evdə kibrit qutularında qablaşdırır. Həmçinin, Yevlax rayonu, Qaraoğlan kəndində yaşyan Firqət narkotik vasitə olan marixuananı öz bacısı oğlundan aldığını demişdir. Çingiz Yevlax rayonu, Qaraoğlan kəndində yaşayan Firqətdən narkotik vasitə olan marixuananı almaq üçün özü gedirmiş. Lakin, Qəbələ rayonu, Nic kəndində yaşayan Rizvan isə əksər hallarda özü narkotik vasitə olan qurudulmuş marixuananı onların yaşadığı mənzilə gətirmişdir. Ara bir Çingiz özü də Qəbələ rayonu, Nic kəndinə narkotik vasitə olan marixuana almaq üçün getmişdir. Çingiz Firqət və Rizvandan narkotik vasitəni ilkin olaraq nisyə alıb, narkotik vasitənin satışından əldə etdiyi pulu Rizvan və Firqətdən ikinci dəfə narkotik vasitə alan zaman birinci aldığı narkotik vasitənin pulunu verib yenidən satmaq üçün narkotik vasitə almışdır. Çingiz Firqət və Rizvandan aldığı narkotik vasitə olan qurudulmuş marixuananı yaşadıqları mənzildə kibrit qutularında qablaşdırdıqdan sonra həmin kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuananı Naftalan rayonunda yaşayan Rövşən adlı şəxsə satırmış. Rövşən adlı şəxs əri Çingizdən narkotik vasitə olan qurudulmuş marixuananı almaq üçün bir neçə dəfə yaşadıqları mənzilə gəlmiş, həmçinin yaşadıqları binanın yaxınlığında Çingiz Rövşənin avtomobilində Rövşənə vermişdir. X15 əvvəllər 2-3 kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana satmışdır. Lakin, daha sonra Rövşənə 6 kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. Çingiz Rövşənə bir kibrit qutusu qurudulmuş marixuananı 40-50 manata satmışdır. Rövşən Nafatalan rayonunda əri Çingizin ona verdiyi kibrit qutularında olan narkotik vasitəni satdıqdan sonra əldə etdiyi pulu poçt vasitəsi ilə onun adına göndərmişdir. Lakin, daha sonra o, Çingizə pulu özünün adına vurmamasını bildirdiyi üçün, Rövşən narkotik vasitənin satışından əldə etdiyi pulu oğlu Allahverdinin dostu X9 adına olan hesab kartına göndərmişdir. Həmçinin Çingiz satmaq üçün aldığı narkotik vasitə olan qurudulmuş marixuananı Mingəçevir şəhərində yaşayan «Aska» ləqəbli hündürboylu 25-26 yaşlı şəxsə bir dəfə satmışdır. Aska ləqəbli şəxs kibrit qutusunda qablaşdırılmış marixuananı onların yaşadığı mənzildən gedib götürmüşdür. Çingiz «Aska» ləqəbli şəxslə mətbəxdə danışarkən, «Aska» ləqəbli şəxs 7 manata bir kibrit qutusu marixuana aldıqdan sonra çıxıb getmişdir. Həmçinin yaşadıqları mənzilin qapısını bir neçə dəfə tanımadığı şəxslər döyüb Çingizi axtarsalar da, Çingiz ona həmin şəxslərə evdə olmadığını deməyini bildirmişdir. Bir neçə dəfə Çingizin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib satmaq üçün marixuana olduğunu bildirsələrdə Çingiz həmin şəxslərə nağd pulu olmadığını və nisyə alıb satdıqdan sonra pulunu verə biləcəyini bildirmişdir. 13 sentyabr 2020-ci il tarixdə günorta saatlarında Çingiz ona Yevlax rayonu, Qaraoğlan kəndində yaşayan Firqətdən qurudulmuş marixuana gətirmək üçün getmək lazım olduğunu bildirmiş, o da razılaşmışdır. Çünki, Çingiz mütəmadi olaraq onu döyür və bir neçə dəfə onun üzərinə bıçaq çıxardıb hədələmişdir. Oğulları hər dəfə onları aralaşdırmışlar. O, dəfələrlə Çingizin bacılarına polisə Çingizin narkotik vasitə satmasını bildirəcəyini desə də Çingizin bacıları hər dəfə ona bunu etməyə hünərlərinin çatmayacağını demişlər. Çingiz 13.09.2020-ci il tarixdə keçmiş qonşuları taksi sürücüsünə zəng edib çağırmışdır. O, taksi sürücüsü Mürşüd ilə Yevlax rayonu, Qaraoğlan kəndində yaşayan Firqət adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana almaq üçün getmişdir. Firqət həmçinin yolda ona pivə almasını da xahiş etmişdir. O da marketdən pivə aldıqdan sonra Yevlax rayonu, Qaraoğlan kəndinə gedib orada Firqətlə görüşmüşdür. Görüş zamanı Firqət ona meyvə torbasının içirəsində içərisi görünməyən sellofan torbanın içərisində narkotik vasitə olan marixuana vermişdir. O, Firqətin ona narkotik vasitə verməsinə görə heç bir məbləğdə pul verməmişdir. Həmin sellofan torbanı götürdükdən sonra Mingəçevir şəhərinə geri qayıtmış, Yevlax rayonu, Xaldan qəsəbəsindəki mağazadan kibrit qutuları da almışdır. Çünki, əri Çingiz Firqətdən aldığı narkotik vasitə olan marixuananı Naftalan rayonunda yaşayan Rövşənə 10 kibrit qutusuna qablaşdlrlb verəcəkmiş. Çingiz qalan marixuananı satmaq üçün isə Şəmkir rayonuna getməyi düşünmüşdür. 13 sentyabr 2020-ci il tarixdə saat 17:25 radələrində Mingəçevir şəhərinə geri qayıdan zaman Mingəçevir şəhəri, H.Əliyev prospekti Kür kompyuter zavodunun yaxınlığındakı avtomobil təmir sexinin yaxınlığında polis əməkdaşları onları saxladaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Mingəçevir ŞPŞ-yə dəvət etmişlər. O və taksi sürücüsü Şahid1 polis şöbəsinə getmişlər. Polis şöbəsində vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra vəkilin iştirakı ilə taksi sürücüsü Şahid1 məxsus «KİA Sephia» markalı, **-SS- *** dövlət qeydiyyat nişanlı avtomobilə videokamera ilə baxış keçirilmişdir. Baxış zamanı Yevlax rayonu, Qaraoğlan kəndindən ona verilən sellofan və içərisi görsənməyən torbalara baxış keçirilmiş, içərisi görünməyən qara rəngli sellofan torbanın içərisində olan ağ rəngli şəffaf sellafon torbanın içərisində narkotik vasitə - qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı o, həmin narkotik vasitəni əri Çingizin göstərişi ilə Yevlax rayonu, Qaraoğlan kəndində tanımadığı şəxsdən götürdüyünü bildirmişdir. Həmin narkotik vasitə onun, vəkilin və iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və həmin narkotik vasitə 83,3 qram olmuşdur. Daha sonra həmin narkotik vasitə AR DİN-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və qablaşdırılmışdır. Bundan sonra 13.09.2020-ci il tarixdə saat 21:20-də onunvə əri Təqsirləndirilən şəxs1 razılığı və vəkillərinin iştirakı ilə yaşadıqları Mingəçevir şəhəri, M.Maqomayev küçəsi bina 6, mənzil 66-ya baxış keçirilmişdir. Yaşadıqları mənzilə baxış keçirilən zaman mətbəxdə olan dolabın içərisindəki gümüşü rəngli fincanın içərisindən bir ədəd kağız bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı əri Çingiz həmin narkotik vasitəni Tovuz rayonunda yerdən tapdığını bildirmişdir. Çingiz həmçinin, həmin narkotik vasitədən bir qədər istifadə etdikdən sonra qalan hissəsini istifadə etmək məqsədi ilə evdə saxladığını da bildirmişdir. Yaşadıqları Mingəçevir şəhəri, M.Maqomayev küçəsi bina 6, mənzil 66-da aşkar olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1 qram olmuşdur. Həmçinin o, ifadəsində Yevlax rayonu, Qaraoğlan kəndinə narkotik vasitə gətirmək üçün getməsindən Şahid1 məlumatı olmadığını da bildirmişdir. Həmçinin o, ifadəsində Çingizin onu sözlə hədələdiyini, onu, döymədiyini,oğlu Allahverdi və Allahverdinin dostu X9 narkotik vasitələrin qanunsuz dörriyyəsi ilə məşğul olmadıqlarını, Elçin kartına köçürülən pulun narkotik vasitələrin satışından əldə olunmuş olduğundan Elçin və ya Allahverdinin məlumatı olmadığını, “Watsapp ” sosial şəbəkəsində səsli smslərlə Rövşən və digər şəxslərə göndərdiyi səs yazılarında istifadə etdiyi “şey” ifadəsini işlətdikdə pulu nəzərdə tutduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs3 və Şahid1 əvvəllər tanımamışdır. Lakin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin istifadəçisi kimi tanımışdır. 13.09.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs3 və Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid1 idarə etdiyi Kia Sephia markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişini Təqsirləndirilən şəxs3 ilə birlikdə Mingəçevir şəhəri H.Əliyev prospekti ilə hərəkət etdiklərini görüb, Şahid1 idrə etdiyi avtomobili işarə edib saxladaraq Şahid1 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. X13 Zərbəliyeva və Şahid1 narkotik vasitə saxlamaları və daşımaları barədə əməliyyat məlumat olmasını bildirib onların üzərinə öz razıqları ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs3 və Şahid1 da üzərilərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişlər. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs3 və Şahid1 təklif olunmuş ki, üzərlərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsinlər, onlar da üzərilərində saxlanılması qanunla qadağan olunmuş əşya olmadığını bildirmişlər. Daha sonra növbəli şəkildə Təqsirləndirilən şəxs3 və Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən keçirilərkən onların üzərindən saxlanılması qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra Şahid1 məxsus Kia Sephia markalı avtomobilə baxış keçirilməsi təklif edilmiş, o da avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Şahid1 özü və Təqsirləndirilən şəxs3 da iştirakı ilə Kia Sephia markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ oturacağının ayaq altından 3 ədəd sellafon torbalar aşkar edilmişdir. Sellafon torbanın birinin içərisində heya meyvəsi, digər torbda 3 ədəd sellafona qablaşdırılmış ümumilikdə 30 ədəd kibrit qutuları, digər sellafon torbada isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Belə ki, həmin torba iştirakçıların yanında açılarkən içərisində yaşıl rəngli, kəskin iyli, ota bənzər maddə narkotik vasitəyə oxşar kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 ədəd sellafon torbada olan narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, sellafon torba ilə birlikdə ümumi cəmi çəkisi 83,3 qram olmuşdur. Sorğu zamanı Şahid1 həmin torbaların Təqsirləndirilən şəxs3 məxsus olduğunu və həmin torbaların içərisində olanlardan məlumatı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 isə sorğu zamanı həmin torbaların özünə məxsus olduğunu, torbalardan birinin içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu həmin torbada olan narkotik vasitəni 13.09.2020-ci il tarixdə əri Çingizin tapşırığı ilə Yevlax rayonu Qaroğlan kəndinə gedərək oradan əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə qablaşdırılıb ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər Təqsirləndirilən şəxs3 və Şahid1 da imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 əri İbrahimov X3 şəhər Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs1nın üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 Şahid1 məxsus Kia Sephia markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu və həmin narkotik vasitəni Yevlax rayonu Qaraoğlan kəndində yaşayan tanışından arvadı Təqsirləndirilən şəxs3 gedib götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və arvadı Təqsirləndirilən şəxs3 yaşadıqları mənzilə baxış keçirilməsi təklif edilmiş, onlar da yaşadıqları mənzilə baxış keçirilməsinə etiraz etməmişlər. Həmçinin yaşadıqları mənzilə baxış keçirilməsinə etiraz etməmələri barədə ərizə ilə müraciət etdikən sonra onların yaşadıqları Mingəçevir şəhəri M.Maqomayev küçəsi 6 saylı evin 66 saylı mənzilinə gedilmişdir. Mənzilə baxış keçirilərkən mətbəxdəki dolabın rəfindəki fincandan bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu 2020-ci ilin iyul ayında Tovuz rayonunda olarkən yerdən tapdığını özü istifadə etmək məqsədi ilə yaşadığı mənzildə saxladığını bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs3 narkotik vasitəni verən şəxsin Yevlax rayonu Qaraoğlan kənd sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həqiqətən də Təqsirləndirilən şəxs3 əri Təqsirləndirilən şəxs1 müraciəti ilə bir ədəd sellafon paketdə narkotik vasitə qurudulmuş marixuana verdiyini, həmin narkotik vasitənin müqabilində Çingizin ona 500 manat pul verməli olduğunu bildirmişdir. İfadəsinin davamında isə göstərmişdir ki, Təqsirləndirilən şəxs3 nə saxlanılan zaman, nə də polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir göstərilməmiş, onun ləyaqəti alçaldılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 da Şahid3 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsinə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 10-12 il olar ki, tanıyır. Belə ki, özü toylarda və digər məclislərdə videoçəkilişlər həyata keçirmişdir. Həmin zaman Çingiz də Mingəçevir şəhər ərazisində məclislərdə videoçəkilişlər həyata keçirdiyindən münasibətləri yaranmışdır. Belə ki, müştəri olduqda bir-birinə köməklik etmişlər. Həmin vaxtlarda da Çingizin narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Özü də uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Belə ki, o, 1992-ci ildə Qarabağ müharibəsində iştirak etmiş, həmin zamandan da əsəblərində pozulma baş vermişdir. Buna görə də narkotik vasitə qurudulmuş marixuanadan əsəblərini sakitləşdirmək üçün istifadə edir. Çingizlə tanış olduqdan sonra son dövrlər Çingizlə danışıb ondan narkotik vasitə qurudulmuş marixuana almışdır. O, Çingizlə telefon vasitəsi ilə əlaqə saxlayıb ona narkotik vasitə verməsi barədə razılaşıb dəqiq vaxt vədləşdikdən sonra narkotik vasitə qurudulmuş marixunanı əvvəlvcədən müəyyən etdikləri yerdə gizlətmişlər, o da həmin yerə gedib narkotik vasitəni götürmüşdür. Sonradan isə pulu müxtəlif vasitələrlə Çingizə göndərmişdir. Sonuncu dəfə 2020-ci ilin sentyabr ayının ortalarında o, Çingizin arvadı Məlahətlə “Watsapp” sosial şəbəkəsində danışaraq ondan narkotik vasitə almaq barədə razılaşmışdır. Belə ki, Məlahət ona təxminən 10 kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana satmalıymış. O da həmin narkotik vasitənin Məlahətdən aldıqdan sonra pul verməliymiş. Ona satacaqları narkotik vasitə qurudulmuş marixuana Çingizin özündə olmamışdır. Çingiz həmin narkotik vasitəni kimdənsə alıb sonra ona satamalıymış. Sonuncu dəfə əlaqə saxladıqda Məlahət ona qısa müddətdə narkotik vasitə verəcəklərini demişdir. Çünki kiminsə Çingiz və Məlahətə narkotik vasitə verməyə söz verdiklərini bildirmişlər. Ancaq o, sonralar əlaqə saxladıqda məlum olmuş ki, Çingiz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilibdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid1 ifadəsinə göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 13 sentyabr 2020-ci il tarixdə günorta saatlarında keçmiş qonşusu Təqsirləndirilən şəxs1 ona zəng edib Yevlax rayonu Qaraoğlan kəndinə getmək lazım oldğunu bildirmişdir. O, Yevlax rayonu Qaraoğlan kəndinə 20 manat müqabilində gedib gələ biləcəyini bildirmişdir.Çingiz də onunla razılaşmışdır.13 sentyabr 2020-ci il tarixdə saat 16:30 radələrində o, Çingizin yaşadığı M.Maqomayev küçəsində yerləşən 6 saylı binanın qarşısına getmiş, lakin Çingizin arvadı avtomobilə əyləşərək Çingizin deyil özünün gedəcəyini bildirmişdir. O, Çingizin arvadı Məlahətlə Yevlax rayonu Qaraoğlan kəndinə getmişlər. Qaraoğlan kəndinə çatan zaman bir qədər getdikdən sonra Məlahətin mobil telefonuna zəng gəlmişdir. Məlahət telefonda kiməsə kəndə çatdığını bildirmişdir. Məlahət həmin şəxslə telefon ilə danışdıqdan sonra ona avtomobili saxlamağı bildirmişdir. O da avtomobili yolun kənarında saxlamışdır. Bir neçə dəqiqə sonra bir nəfər şəxs avtomobilə Məlahətin əyləşdiyi tərəfdən yaxınlaşmışdır. Məlahət avtomobildən düşmüşdür. O avtomobildə əyləşdiyi üçün həmin şəxsin simasını görməmişdir. Bir neçə dəqiqə sonra Məlahət əlində içərisində meyvə olan bir ədəd böyük sellafon torba ilə avtomobilə əyləşmişdir. O Məlahətdən əlindəki torbanın içərisində nə olduğunu soruşan zaman Məlahət ona Çingizə meyvə pay verdiklərini bildirmişdir. Birlikdə Mingıçevir şəhərinıə geri qayıtmışlar. 13 sentyabr 2020-ci il tarixdə saat 17:25 radələrində biz Mingəçevir şəhərinə geri qayıdan zaman Mingəçevir şəhəri H.Əliyev prospekti Kür komputer zavodunun yaxınlığında avtomobil təmir sexinin yaxınlığında polis əməkdaşları onları saxladaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Mingəçevir ŞPŞ-nə dəvət etmişlər. Polis şöbəsində vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra vəkilin iştirakı ilə ona məxsus KİA markalı **-SS-*** dövlət qeydiyyat nömrəli avtomobilə videokamera ilə baxış keçirilmişdir. Baxış zamanı Yevlax rayonu Qaraoğlan kəndindən Məlahətə verilən içərisi görünməyən qara rəngli sellafon torbanın içərisində olan ağ rəngli şəffaf sellafon torbanın içərisində narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı o, həmin torbanın ona məxsus olmadığını və içərisində nə olmasından xəbəri olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan 13.09.2020-ci il tarixli “Raport”dan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsinə Mingəçevir şəhər sakinləri xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.1968-ci il təvəllüdlü Şahid1 narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 5) Cinayət işinin materiallarında olan 13.09.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Mingəçevir şəhər sakinləri xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.1968-ci il təvəllüdlü Şahid1 ətrafında əməliyyat axtarış tədbirərinin keçirilməsi qərara alınmışdır.(cild 01, iş vər. 6-7) Cinayət işinin materiallarında olan 13.09.2020-ci il tarixli “Raport”dan görünür ki, Mingəçevir şəhər sakinləri xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.1968ci il təvəllüdlü Şahid1 narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat əsasında 13.09.2020-ci il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Ələddinin avtoservisi” adlanan ərazidə saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. (cild 01, iş vər. 11) Cinayət işinin materiallarında olan 13.09.2020-ci il tarixli “ərizə”dən görünür ki, Şahid1 ona məxsus KİA markalı **-SS-*** dövlət qeydiyyat nömrəli avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 48) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 13.09.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 məxsus “Kia Sephia” markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin salonunda sağ oturacağın alt hissəsindən 1 ədəd qara rəngli sellafon paketin içərisində olan 1 ədəd şəffaf rəngli sellafon torbada olan 83,3 qram narkotik vasitə qurudulmuş martixuanaya bənzər kütlə və 3 ədəd sellafon bağlamada olan 30 ədəd içərisində kibritlər olan kibrit qutuları aşkar edilərək götürülmüşdür. Baxışın keçirilməsini əks etdirən video çəkiliş CD diskə yüklənməklə protkola əlavə olunmuşdur. (cild 01, iş vər. 52-54) Cinayət işinin materiallarında olan 13.09.2020-ci il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs3 özü və Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 80) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 13.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Mingəçevir şəhəri M.Maqomayev küçəsi 6 saylı evin 66 saylı mənzilinin mətbəx otağındakı dolabın rəfindəki gümüşü rəngli fincandan 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,24 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxışın keçirilməsini əks etdirən video çəkiliş CD diskə yüklənməklə protkola əlavə olunmuşdur. (cild 01, iş vər. 81-83) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 14 sentyabr 2020-ci il tarixli 17/542 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərin yapışdırılmış vərəqədə “ Şahid1 KİA Sephia markalı ** SS *** d.q.n-lı avtomobilin.... aşkar olunub götürülmüş.....vət Təqsirləndirilən şəxs3 məxsus......” sözləri yazılmş qara rəngli sellafon torbanın içərisindəki 01 (bir) ədəd şəffaf sellafon torbada, təmiz çəkisi-79,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “ Vət. Təqsirləndirilən şəxs3 yaşadığı mənzildən aşkar olunmuş 1 ədəd kağız büküm...........” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi - 0,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kağız bükümün içərisindəki təmiz çəkisi - 0,21 qram olan digər bitki mənzşəli kütlə isə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd sellafon torbada olan qurudulmuş marixuana ilə 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə fərqlidirlər. (cild 01, iş vər. 97-100) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilərkən Təqsirləndirilən şəxs3 müxtəlif şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı sövdələşməsi haqqında sosial şəbəkələr vasitəsi ilə səsli SMS göndərdiyi müəyyən edilmiş və həmin səsli SMS-lər CD diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. (cild 01, iş vər. 120-121) Cinayət işinin materiallarında olan 24.11.2020-ci il tarixli protokolla telefon zənglərinə dair məlumatları əks etdirən “CD-R” formatlı diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsinin ünvanladığı «CD-R» formatlı diskə baxış keçirilərkən müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, 050-698-7407 mobil telefon nömrələri ilə 01.08.2020ci il tarixdən 14.09.2020-ci il tarixədək mütəmadi olaraq Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, Şahid2 istifadəsində olmuş ***-***-**-**, ***- ***-**-** nömrələri ilə daxil olan və çıxan zənglər əsasında telefon əlaqəsi olmuşdur. (cild 02, iş vər. 19-20) Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Mərkəzi X7-Nevroloji Dispanserindən verilmiş 19.10.2020-ci il tarixli 1230, 1231 və 1232 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Atakişiyev X6 Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmurlar və müraciət etməmişlər. (cild 01, iş vər. 220-222) Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserindən verilmiş 19.10.2020-ci il tarixli 878, 881 və 882 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs3 Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur və müraciət etməmişdir, Təqsirləndirilən şəxs1 2011-ci il tarixdən və Təqsirləndirilən şəxs2 isə 2012-ci il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserində opoidlərin qəbulu nəticəsində yaranmış psixi və davranış pozuntusu, asılılıq sindromu ilə qeydiyyatda durur. (cild 01, iş vər. 223-225) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 14.11.2020-ci il tarixli 971 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcubri müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 7) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 14.11.2020-ci il tarixli 974 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcubri müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 8) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 06.01.2020-ci il tarixli 08 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcubri müalicəyə ehtiyyacı yoxdur. (cild 02, iş vər. 193) Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının 12.12.2020ci il tarixli 669 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazır ki, cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 müşahid edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədən zaman yəni 13.09.2020-ci il tarixdə öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. (cild 02, iş vər. 119-120) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 06 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilən narkotik vasitəyə dair xüsusatla bağlı – həmin miqdar az çəkidə olduğuna görə barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X2, X12 və Şahid1 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.(cild 02, iş vər. 203- 224) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. İş materiallarından görünür ki, 13.09.2020-ci il tarxdə polis şöbəsinə narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşöul olan şəxslər barəsində əməliyyat məlumatı daxil olmuş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış, əməliyyat tədbiri çərçivəsində Mingəçevir şəhər sakinləri xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.1968-ci il təvəllüdlü Şahid1 13.09.2020-ci il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Ələddinin avtoservisi” adlanan ərazidə saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş, qanunvericiliyin tələbləri nəzərə alınmaqla həmin şəxslərin üzərinə, o cümlədən Şahid1 məxsus KİA markalı **-SS-*** dövlət qeydiyyat nömrəli avtomobilə videoçəkilişlə baxış keçirilmiş və avtomobildən 83,3 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl sözügedən şəxslərin saxlanılamsı və avtomobilə baxış keçirilərək narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qarşı CM-nin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl CM-nin 234.4.1-ci maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi barədə dedikləri CM-nin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmağa hesablanmış müdafiə taktikası, Təqsirləndirilən şəxs3 ümumiyyətlə özünü təqsirli bilməməsi və avtomobillə Yevlax rayonundan Mingəçevir şəhərinə gətiridiyi sellofanda narkotik vasitənin olmasını bilməməsinə dair göstərdikləri isə ümumiyyətlə məsuliyyətdən yayınmaq üçün söylənilmiş sözlərdir. Cinayət işinin materiallarında olan və biri digərini tamamlayan, o cümlədən üst-üstə düşən sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdikləri təkzib olunur. Əksinə bu şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadələr daha dolğun, ağlabatan, obyektiv həqiqəti əks etdirən, həm də cinayət işinin materiallarında yer alan sübutlarla üst-üstə düşən ifadələr olduğuna görə, məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri həqiqi və əsaslı ifadə kimi qəbul edərək məhz həmin ifadələri onlara qarşı irəli sürülmüş ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs3 13.09.2020-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirindən sonra polis şöbəsində psixi və fiziki təsirə, təzyiqə məruz qaldığını, ləyaqətinin alçaldığın bildirsə də, Mingəçevir şəhər prokurorluğunun 03.03.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs3 qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxsə təqdim olunmuş və müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Eyni zamanda digər iki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən hər hansı təsir və təzyiqə məruz qalmadıqlarını, lakin ibtidai istintaq zamanı verdikləri ifadələrdən xəbərsiz olduqlarını və oxumadan imza etdiklərini bildirmişlər ki, bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hər iki təqsirləndirilən şəxs dindirilərkən, habelə bir-biriləri ilə üzləşdirilərkən müdafiəçi ilə təmin olunmuş, hər daim müdafiəçiləri yanlarında olmuş, onların keyfiyyətli müdafiə hüququ təmin olunmuş, lakin hər hansı bir narazıçılıq əks olunmamış, protkola verilən hər hansı bir qeydə rast gəlinməmişdir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Həmçinin həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Mingəçevir Şəhər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum edilmiş, son olaraq Mingəçevir Şəhər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.07.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 01, iş vər. 226-227, cild 02, iş vər. 177-180) Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. (cild 2, iş vərəq 199) İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilmir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətin törədilməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs cəzasını çəkib qurtardıqdan sonra iki il keçdikdə məhkumluq ödənilmiş sayıldığından və Təqsirləndirilən şəxs1 17.07.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunduğundan, həmin müddətdən isə iki il müddət keçdiyindən onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olan cinayətlərin residivi müəyyən edilmir. Həmçinin Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran digər hallar da müəyyən edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Mingəçevir Şəhər Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə məhkum edilmiş, son olaraq Mingəçevir Şəhər Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış və məhkumluğu ödənilməmişdir. (cild 01, iş vər. 228-229, cild 02, iş vər. 174-176) Cinayət işinin materiallarına əlavə edilən Yevlax rayon İcra və Probasiya Şöbəsinin 09.07.2021-ci il tarixli, 155/2 saylı məktubundan görünür ki, Atakişiyev X6 Şəhər Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 28.02.2019-cu il tarixdə qeydiyyata alınmış və tutulduğu 17.09.2020-ci il tarixədək cəzasından 01 il 06 ay 19 gününü çəkmiş, 11 ay 07 günü isə çəkilməmiş olaraq qalmışdır. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. (cild 2, iş vərəq 201) Cinayət işinin materiallarında olan Yevlax rayon İcra Hakimiyyəti başçısının Aşağı Salamabad kənd üzrə icra nümyəndəliyindən verilmiş 07.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, arvadı və 1994, 2002 və 2004-cü il təvəlldülü üç uşağı ilə birlikdə yaşayır. (cild 02, iş vər. 202) İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilmir. CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmadığından və Təqsirləndirilən şəxs2 əvvəllər məhz azadlığın məhdudlaşdırılası cəzasına məhkum olunduğundan, onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olan cinayətlərin residivi müəyyən edilmir. Həmçinin Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran digər hallar da müəyyən edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəq 230) Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. (cild 2, iş vərəq 197) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və qadın olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, o cümlədən hər üç təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək, habelə törədilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxslərin şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlara yalnız təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə cəzanın məqsədinə nail oluna bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər məhz onlara təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu məsələnin həlli zamanı təqsirləndirilən şəxslərin hər birinin şəxsiyyətini səciyyələndirən hallar, cinayətin törədilməsindəki faktiki iştiraklarının xarakteri və dərəcəsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət əməlinin faktiki təşkilatçısı kimi çıxış etməsi, narkotik vasitənin tədarükçüsü olması faktı diqqətdə saxlanılmalı, onun qrup üzvləri arasında icra bölgüsünü müəyyən etməsi, narkotik vasitənin cəmiyyət içərisində yayılmasını təşkil etməsi əsas götürülməli, əvvəllər də dəfələrlə bu qəbildən olan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunması, bundan nəticə çıxarmayaraq son məhkumluğu ödənilmədən yenidən oxşar tərkibli cinayət əməlini törətməsi kimi onu səciyyələndirən məqamlar nəzərə alınmaqla ona digər təqsirləndirilən şəxslərə nisbətən daha ağır cəza təyin edilməli, habelə təqsirli bilindiyi əvvəlki hökm üzrə çəkilməmiş qalan cəzası hazırkı cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Eyni zamanda cəza təyini zamanı Təqsirləndirilən şəxs1 da əvvəllər dəfələrlə bu qəbildən olan cinayət əməli törətməsi səbəbindən təqsirli bilinərək məhkum olunması və məhkumluğu ödənilsə də, nəticə çıxarmayarq yenidən tamah niyyəti ilə eyni qəbildən olan, lakin kateqoriya olaraq daha ağır cinayət əməlinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirak etməsi, habelə Təqsirləndirilən şəxs3 da qrup halında cinayətin törədilməsində iştirakı nəzərə alınmalı və həmin şəxslərə də təqsirli bilindikləri maddənin sanksiyası həddində qanuni və ədalətli cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 13 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 13 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəq 22) Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 13 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəq 74) Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 17 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəq 169) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 15.09.2020-ci il tarixli 4(051)-111/2020 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 13 sentyabr 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 143-144) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 19.09.2020-ci il tarixli 4(051)-115/2020 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 17 sentyabr 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 194-196) Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 15.09.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 şübhəli şəxs statusuna xitam verilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. (cild 1, iş vər. 148) Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 25.12.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində poliin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və şübhəli şəxs qismində tutulduğu müddət cəzasına hesablanmaqla çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, dərhal zaldan həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu tarixdən, yəni 29 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Habelə hər bir təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işinin materiallarında olan ekspert rəyinə əsasən narkomaniya xəstəliyindən əzab çəkmələri əsas götürülərək onlara cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserində opoidlərin qəbulu nəticəsində yaranmış psixi və davranış pozuntusu, asılılıq sindromu ilə qeydiyyatda durmaları nəzərə alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olmaqla Mingəçevir ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 79,53 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd sellofan bağlamada olan 30 ədəd içərisində kibritlər olan qutular hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 07 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 97,14 AZN (doxsan yeddi manat, on dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 32,38 AZN (otuz iki manat, otuz səkkiz qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 13 sentyabr 2020-ci il tarixdən 15 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Mingəçevir Şəhər Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli hökmünə əsasən təyin olunan 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 07 (yeddi) günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 05 (beş) ay 18 (on səkkiz) gün azadlıqdan məhrumetmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il 06 (altı) ay müdətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Mingəçevir ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 79,53 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd sellofan bağlamada olan 30 ədəd içərisində kibritlər olan qutular hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 07 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 97,14 AZN (doxsan yeddi manat, on dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 32,38 AZN (otuz iki manat, otuz səkkiz qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar