Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-89/2024 05.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qabaqcadan əlbir olan bir qrup şəxs halında, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda, yəni üç ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1265 qram və 2105 qram olmaqla, ümumi təmiz çəkisi 4420 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda, yəni bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 515 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə külli miqdarda, yəni bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 53,263 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq gəzdirməklə üzərində saxlamış, 05 sentyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin və Postpatrul xidməti bölüyünün əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndinin ərazisində magistral yolun sol kənarında yerləşən yarımtikilinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 23:20 dəqiqədən başlayaraq üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxsin tapşırığına əsasən həmin narkotik vasitələrin və psixotrop maddənin satışını həyata keçirmək üçün yerini dəyişmək məqsədi ilə Şəki rayonunun Böyük Dəhnə kəndinin ərazisindəki yarımtikilidən gizlədildiyi yerdən götürdüyü əlində olan qara rəngli sellofan torbanın içərisində, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni üç ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050 qram, 1265 qram və 2105 qram olmaqla, ümumi təmiz çəkisi 4420 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 515 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 53,263 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında olan zaman mütəmadi olaraq narkotik vasitə marixuanadan istifadə etmiş, istifadəsində 055 ***-**-** mobil telefon nömrəsi olmuşdur. Təxminən bir il əvvəl Xəyal adlı şəxsin vasitəsilə İran İslam Respublikasının vətəndaşı olan Mövsüm adlı şəxslə tanış olmuş və sonuncu ilə yalnız “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxlamışdır. O, Mövsüm adlı şəxsdən onun hesabına pul köçürməsini xahiş etmiş, lakin sonuncu cavab olaraq hesabına pul köçürə bilməyəcəyini, lakin pulun müqabilində 100 manat dəyərində narkotik vasitə verə biləcəyini demişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Mövsüm adlı şəxs narkotik vasitəni ona İmişli rayonunun ərazisində verməyi təklif etmiş, lakin o, razı olmamışdır. Mövsüm adlı şəxs ona 077 ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamasını və m10 tətbiqi vasitəsilə hesabına 100 manat pul köçürməsini demişdir. O, həmin mobil telefon nömrəsinə zəng etməmiş, mesaj yazmamış, lakin m10 tətbiqi vasitəsilə hesabına 100 manat pul köçürmüş və qeyd olunan pulun qarşılığında kiməsə vermək niyyəti ilə deyil, özü istifadə etmək məqsədilə üç qutu narkotik vasitə qurudulmuş marixuana almağı qərarlaşdırmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı 05 sentyabr 2023-cü il tarixdə Gəncə şəhərindən Bakı şəhərinə getməyi planlaşdırmış, həmin vaxt Mövsüm adlı şəxs ona narkotik vasitəni yolun kənarına qoyacağını, qeyd olunan yerdən götürə biləcəyini və Şəki rayonunun ərazisinə çatmağa 20 km qalmış ona narkotik vasitəni haradan götürməli olduğunu deyəcəyini bildirmiş, narkotik vasitənin qoyulduğu yerin fotoşəkillərini ona göndərmiş və həmin fotoşəkillərdə asılı vəziyyətdə olan büküm əks olunmuşdur. Mövsüm adlı şəxs narkotik vasitəni götürməsi üçün ona Şəkiyə rayonuna getməli olduğunu bildirmiş, lakin sonuncu ilə onun arasında narkotik vasitənin çəkisi ilə bağlı söhbət olmamışdır. 05 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndinin ərazisinə gedib saat 21 radələrində orada avtomobildən düşmüş və bu zaman orada onu gözləyən polis əməkdaşları onu tutub gözünə gözyaşardıcı qaz püskürtmüşlər və əlini qandallayıb sanitar qovşağa aparmışlar. Gözünə gözyaşardıcı qaz püskürtdükdən sonra 15-20 dəqiqə ərzində heç nədən xəbəri olmamış, arvadını və övladını girov götürdükdən sonra onu polis şöbəsinə aparmışlar və arvadı və övladı bir sutka ərzində polis şöbəsində saxlanılmışdır. Polis şöbəsində olan zaman rəis müavini Tural Məmişov ona elektroşok cihazı vasitəsi ilə işgəncə vermiş, digər polis əməkdaşları isə onu döymüşlər, baş nahiyəsinə və gözünün alt hissəsinə zərbələr vurmuşlar, nəticədə qollarında və sinə nahiyəsində elektroşok cihazının izləri yaranmışdır. Polis əməkdaşları ona narkotik vasitənin ona məxsus olmasını etiraf etməyəcəyi təqdirdə arvadını da cinayət məsuliyyətinə cəlb edəcəkləri, övladını isə uşaq evinə yerləşdirəcəkləri ilə hədələdikləri üçün ibtidai istintaqı zaman ilkin ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli ifadə verməyə məcbur olmuşdur. O, sellofan paketi polis şöbəsində olan zaman görmüş, cinayət işinin materiallarında olan fotoşəkilləri ancaq polis şöbəsində olan zaman görmüş, Mövsüm adlı şəxs tərəfindən ona göndərilən fotoşəkillər cinayət işinin materiallarında olan həmin fotoşəkillər olmamış və yuxarıda da qeyd etdiyi kimi Mövsüm adlı şəxsə tərəfindən ona asılı vəziyyətdə olan bükümün fotoşəkilləri göndərilmişdir. İbtidai istintaqın gedişində 100 manat pulun dəyərində narkotik vasitəni götürmək üçün gəldiyini demiş və müstəntiqə də narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirildiyini bildirmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman polis əməkdaşları tərəfindən döyüldüyünü, elektroşok cihazı vasitəsi ilə işgəncəyə məruz qaldığını, gözünə gözyaşardıcı qaz püskürdüldüyünü və narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Sonradan penitensiar müəssisəyə daxil olan zaman həkim tərəfindən yoxlanılmış, bu zaman bədəni üzərində xəsarətlər aşkar edilmiş və o, həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirildiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı prokurorluq orqanına və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Aparatına məlumat vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 07 sentyabr 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, təxminən 7 il bundan əvvəl Gəncə şəhər sakini Xəyal adlı şəxslə tanış olmuş, bu müddət ərzində sonuncu ilə bəzi vaxtlarda görüşmüş və birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə etmişlər. Təxminən bir il bundan əvvəl Xəyal adlı şəxs onun yanında Mövsüm adlı şəxsə zəng edib danışmış və həmin vaxt sonuncu ilə tanış olmuşdur. Xəyal adlı şəxs Mövsüm adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu və uzun müddətdir münasibətlərinin olduğunu ona demişdir. Həmin vaxtdan sonra o da Mövsüm adlı şəxslə telefon vasitəsilə danışmış və söhbət əsnasında Mövsüm adlı şəxs narkotik vasitə istəyən şəxslər olduqda ona məlumat verməsini demişdir. Xəyal adlı şəxsin ona 100 manat borcu olmuş, o da sonuncudan pulunu istədikdə Xəyal adlı şəxs hər dəfəsində Mövsüm adlı şəxsin pul verəcəyini, həmin pulu aldqda ona olan borcunu qaytaracağını demiş, o da Mövsüm adlı şəxslə danışarkən 100 manat pulu göndərməsini bildirmişdir. O, Mövsüm adlı şəxsə maddi imkanının zəif olduğunu, təcili pul lazım olduğunu deyib sonuncudan 100 manat pul göndərməsini xahiş etmiş, Mövsüm adlı şəxs isə İmişli rayonuna gedib orada olan narkotik vasitəni götürüb deyəcəyi ünvana aparmasını və bunun müqabilində 100 manat puldan əlavə pul da verəcəyini demiş, lakin o, İmişli rayonunu tanımadığını və getmək istəmədiyini deyərək razı olmamışdır. 05 sentyabr 2023-cü il tarixdə Mövsüm adlı şəxs ona zəng edib Şəki şəhərində yolun kənarına vasitə narkotik qoyulduğunu demiş, həmin narkotik vasitəni oradan götürüb hansısa başqa ünvana aparmasını xahiş etmiş və bunun müqabilində borclu olduğu 100 manat pulu, habelə həmin işə görə əlavə olaraq 1000 manat pul da verəcəyini bildirmişdir. Bundan sonra o, Mövsüm adlı şəxsin bu təklifi ilə razılaşmış, arvadı Şahid4 Bakı şəhərinə gedəcəklərini demiş, o, arvadı və qızı Alina Tağıyeva ilə birlikdə axşam saatlarında Gəncə şəhərindən çıxaraq hərəkətə başlamışlar. Mövsüm adlı şəxs tez-tez mesaj yazıb onun yerini soruşmuş, o isə Şəki rayonunun Dəhnə kəndinə çatdıqda sonuncu ilə əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Mövsüm adlı şəxs “WhatsApp” tətbiqi vasitəsilə narkotik vasitənin qoyulduğu yerin koordinatlarını ona göndərmiş, o da həmin yerə yaxınlaşdıqda təbii tələbatını ödəyəcəyini deyib avtomobildən düşmüş və koordinatda qeyd olunan köhnə tikiliyə doğru hərəkət etmişdir. Oraya çatdıqda qara rəngli torba və torbanın içərisində narkotik vasitə olan bağlamaların olduğunu görmüş və həmin torbanı götürən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə aparılmışdır. Daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan qara rəngli torbadan içərisində narkotik vasitə marixuana olan üç ədəd bağlama, içərisində narkotik vasitə heroin olan bir ədəd bağlama və içərisində metamfetamin olan bir ədəd bağlama olmaqla, ümumilikdə 5 ədəd bağlama aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, həmin narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı olan Mövsüm adlı şəxsən əldə etdiyini, həmin narkotik vasitələri və psixotrop maddəni Şəki rayonunun Böyük Dəhnə kəndində yolun kənarından götürüb ona deyiləcək yerə aparması müqabilində Mövsüm adlı şəxsin ona borclu olduğu 100 manat pulu, habelə həmin işə görə əlavə olaraq 1000 manat pul da verəcəyini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 sentyabr 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 13 dekabr 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayının sonlarında İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxslə telefon vasitəsilə danışan zaman 100 manat dəyərində narkotik vasitə marixuana istəmiş, sonuncu da onun bu təklifi ilə razılaşdıqdan sonra o, 01 sentyabr 2023-cü il tarixdə m10 tətbiqi vasitəsilə hesabına 100 manat pul köçürmüşdür. 05 sentyabr 2023-cü il tarixdə Mövsüm adlı şəxs ona zəng edib Şəki şəhərinə gəlməsini, burada onun 100 manat pulunun qaytarılacağını və həmin pulun müqabilində narkotik vasitə veriləcəyini bildirmişdir. O, həmin tarixdə ailəsi ilə birlikdə Bakı şəhərinə gedəcəyi üçün bununla razılaşmış, Şəki şəhərində pulunu və ya 100 manat dəyərində narkotik vasitəni götürüb Bakı şəhərinə gedəcəyini düşünmüşdür. Bundan sonra o, arvadı Şahid4 Bakı şəhərinə gedəcəklərini demiş, o, arvadı və qızı Alina Tağıyeva ilə birlikdə axşam saatlarında Gəncə şəhərindən çıxaraq hərəkətə başlamışlar. Mövsüm adlı şəxs tez-tez mesaj yazıb onun yerini soruşmuş, o isə Şəki rayonunun Dəhnə kəndinə çatdıqda sonuncu ilə əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Mövsüm adlı şəxs “WhatsApp” tətbiqi vasitəsilə narkotik vasitənin qoyulduğu yerin koordinatlarını ona göndərmiş, o da həmin yerə yaxınlaşdıqda təbii tələbatını ödəyəcəyini deyib avtomobildən düşmüş və koordinatda qeyd olunan köhnə tikiliyə doğru hərəkət etmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və bu zaman polis əməkdaşları onu döyərək və gözünə qaz balonu püskürdərək onu Şəki Şəhər-Rayon Polis Şöbəsinə aparmışlar. O, üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri özünün əldə etmədiyini, həmin narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmadığını, Mövsüm adlı şəxsin ona cəmi 100 manat dəyərində narkotik vasitə təşkil edəcəyi barədə dediyini, 05 sentyabr 2023-cü il tarixdə Şəki rayonuna narkotik vasitə əldə etmək üçün Mövsüm adlı şəxsə göndərdiyi 100 manat pulu və ya həmin pulun müqabilində narkotik vasitə almaq üçün gəldiyini, Mövsüm adlı şəxsdən özü istifadə etmək üçün 100 manat dəyərində narkotik vasitə istədiyini, sonuncuya səs yazısı göndərərək narkotik vasitəni polis postuna çatmamış əraziyə qoymaları barədə dediyini, Mövsüm adlı şəxsin isə ona narkotik vasitənin yolun kənarına qoyulduğunu dediyini və sonuncunun həmin yeri ona təsvir etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Şəki rayonunun ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə 05 sentyabr 2023-cü il tarixdə Şəki Şəhər- Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndinin ərazisində magistral yolun kənarında yerləşən yarımtikilidə saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və bu zaman əlində olan qara rəngli torbadan içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan üç ədəd bağlama, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd bağlama və içərisində metamfetaminə bənzər kütlə olan bir ədəd bağlama olmaqla, ümumilikdə 5 ədəd bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bağlamaların içərisindəki kütlələrin narkotik vasitə marixuana və heroin, habelə psixotrop maddə metamfetamin olduğunu, qeyd olunan narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxsdən əldə etdiyini, göstərilən narkotik vasitələri və psixotrop maddəni qeyd olunan yarımtikilidən götürüb deyiləcək yerə aparması müqabilində Mövsüm adlı şəxsin 1000 manat pul verəcəyini dediyini bildirmişdir. Daha sonra narkotik vasitələr və psixotrop maddə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1lə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs və qızı Alina Tağıyeva ilə birlikdə Gəncə şəhərindən çıxaraq Bakı şəhəri istiqamətində hərəkətə başlayıb bir qədər getdikdən sonra əri avtomobili dayandıraraq sanitar qovşağa gedəcəyini demiş, əri avtomobildən düşüb bir qədər getdikdən sonra qışqırıq səsləri eşitmiş, bir qədər sonra isə polis əməkdaşları onun əyləşdiyi avtomobilə yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar və bu zaman o, ərinin də əli qandallı vəziyyətdə avtomobilə əyləşdirildiyini görmüşdür. Polis şöbəsində olan zaman o, birinci mərtəbədə olmuş və bu zaman ikinci mərtəbədən qışqırıq səslərinin gəldiyini və ərinə qarşı elektroşok cihazının tətbiq edildiyini eşitmiş, lakin sonuncunun hansı formada döyüldüyünü bilməmişdir. Bir qədər sonra ikinci mərtəbədə ərinin olduğu otağın qarşısından keçən zaman qapı açıq olduğu üçün ərinin orada olduğunu görmüş, bir müddət sonra isə polis əməkdaşları onu və övladını otelə aparmışlar, orada girov kimi saxlamışlar və bu zaman polis əməkdaşları ona ərinin üzərində narkotik vasitə olduğunu demişlər, lakin ərinin əlində sübut kimi 100 manat ödədiyini təsdiq edən qəbz olmuşdur. Ərinin deməsinə əsasən sonuncunu polis şöbəsində səhərə kimi döymələri, narkotik vasitənin ərinə məxsus olması barədə olan sənədlərə imza atmağa ərini məcbur etmələri, onu cəzaçəkmə müəssisəsinə, övladını isə uşaq evinə göndərməklə hədələmələri və qeyd olunan səbəbdən ərinin sənədlərə imza etməsi ona məlum olmuşdur. O, ibtidai istintaq zamanı ərinin döyüldüyünü bilmədiyi üçün ifadəsində bunu qeyd etməmişdir. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 05 sentyabr 2023-cü il tarixdə Gəncə şəhərində olan zaman Təqsirləndirilən şəxs ona bir nəfər tanıdığı şəxsin Şəki şəhərinə qonaq dəvət etdiyini demiş və o da etraz etməmişdir. Bundan sonra o, əri Təqsirləndirilən şəxs və qızı Alina Tağıyeva ilə birlikdə Gəncə şəhərindən çıxaraq Şəki şəhəri istiqamətində hərəkətə başlamışlar. Bir qədər hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs avtomobili yolun kənarında saxlamış, təbii tələbatını ödəyəcəyini deyib avtomobildən düşmüş və oradan uzaqlaşdıqda əri polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə aparılmışdır. O da həmin polis şöbəsinə getmiş və orada olan zaman isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və nə üçün əldə etməsi barədə onun hər hansı məlumatı olmamış, sonuncu onun yanında hər hansı şəxslə, o cümlədən də hər hansı xarici ölkənin vətəndaşı ilə narkotik vasitə ilə bağlı heç nə danışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, istifadəsində 050 ***-**-** və ***-***-**-** mobil telefon nömrələri, habelə istifadə etmədiyi mobil telefon nömrələri olmuş, eləcə də ümumilikdə 20-dən çox mobil telefon nömrəsi adına rəsmiləşdirilmişdir. 077 ***-**-** mobil telefon nömrəsi də onun adına rəsmiləşdirilmişdir, lakin bu nömrə vasitəsilə m10 tətbiqindən istifadə edib-etmədiyini xatırlamır. 5-6 mobil telefon nömrəsində m10 tətbiqi olmuş, lakin hansı mobil telefon nömrələrində olduğunu xatırlamır, həmin m10 tətbiqindən hər hansı şəxsə istifadə etməyə icazə verməmiş və hər hansı şəxsin m10 tətbiqindən istifadə edib-etməməsi barədə məlumatı olmamışdır. Aldığı mobil telefon nömrələrinin bəzilərini başqasına vermiş, lakin hansı mobil telefon nömrələrini verdiyini və sonradan həmin şəxslərin mobil telefon nömrələrini qaytarıb-qaytarmadığını xatırlamır. O, sahibkarlıq fəaliyyəti ilə, kriptovalyutanın satışı ilə məşğul olmuş və m10 tətbiqi vasitəsilə kriptovalyutanı satmışdır. Əvvəllər X2 və Gürcüstan Respublikasında olmuş, lakin İran İslam Respublikasında olmamış və Mövsüm adlı şəxsi tanımamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs İran İslam Respublikasından qanunsuz yolla daxil olmuş narkotik vasitələrin Şəki rayonunun ərazisində satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Böyük Dəhnə kəndində keçən hissəsində yolun sol kənarında yerləşən yarımtikilinin yaxınlığında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 05 sentyabr 2023-cü il tarixdə saat 23:20-dən 06 sentyabr 2023-cü il tarixə saat 00:24-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əlində olan qara rəngli torbadan içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan üç ədəd bağlama, içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd bağlama və içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bir ədəd bağlama olmaqla, ümumilikdə 5 ədəd bağlama aşkar edilmişdir. Şəxsi axtarışın aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının 06 sentyabr 2023-cü il tarixli 17/671 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, hər birinin üzərinə yapışdırılmış vərəqdə “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...” yazısı, adlar və imzalar olan 03 (üç) ədəd qara rəngli sellofan bağlamaların içərisindəki ayrı-ayrılıqda təmiz çəkiləri 1050,0 qram, 1265,0 qram və 2105,0 qram olmaqla, ümumi təmiz çəkisi 4420,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd qara rəngli sellofan bağlamalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 515,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi maddi sübut...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi 53,263 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və bu zaman sonuncu ilə “Mövsüm” adı ilə qeyd olunan +98 930 ***-**-** mobil telefon nömrəsinin arasında “WhatsApp” tətbiqi vasitəsilə narkotik vasitənin çatdırılması, hansı məkana qoyulması, nə zaman və haradan götürülməsi ilə bağlı istiqamətlər, narkotik vasitənin saxlanıldığı yer barədə işarələnmiş fotoşəkillər və səs yazıları aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni götürdüyü yeri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefonda olan “WhatsApp” tətbiqi vasitəsilə göndərilmiş səs yazılarının olduğu 01 ədəd “CD” diskə baxış keçirilmişdir. Həmin diskin içərisində olan “WhatsApp Audio 2023-09-06 at 18.25.55” adlı fayl açıldıqda “Şəkiyə çatmağa iyirmi dəqiqə qalmış mənə denən” məzmunlu və 04 saniyə müddəti olan səs yazısının, “WhatsApp Audio 2023-09-06 at 18.25.56 (1)” adlı fayl açıldıqda “Hə qaqa sakitçilik yerdə get götür, götürən kimi bizə xəbər ver” məzmunlu və 06 saniyə müddəti olan səs yazısının, “WhatsApp Audio 2023-09-06 at 18.25.56 (2)” adlı fayl açıldıqda “Hə gedirik narahat olma, iyirmi kilometr qalıb, götürən kimi deyəcəm sən də qardaşa xəbər edərsən” məzmunlu və 12 saniyə müddəti olan səs yazısının, “WhatsApp Audio 2023-09-06 at 18.25.56” adlı fayl açıldıqda “Neçə belə uğurlu işlərə əl qoyasan” məzmunlu və 04 saniyə müddəti olan səs yazısının, “WhatsApp Audio 2023-09-06 at 18.26.14 (1)” adlı fayl açıldıqda “həmin yola gəldim, siz deyən yolu gedirəm, 10-15 dəqiqədən sonra qoysun” məzmunlu və 15 saniyə müddəti olan səs yazısının, “WhatsApp Audio 2023-09-06 at 18.26.14 (2)” adlı fayl açıldıqda “ 20-25 kilometr səhv getmişdim, qardaşa denən atsın götürəcəm, narahat olmasın” məzmunlu və 20 saniyə müddəti olan səs yazısının, “WhatsApp Audio 2023-09-06 at 18.26.14” adlı fayl açıldıqda “hər şey yaxşı olacaq, narahat olma” məzmunlu və 24 saniyə müddəti olan səs yazısının, “WhatsApp Audio 2023-09-06 at 18.26.15 (1)” adlı fayl açıldıqda “Uşqalara denən postdan bəri tərəflərə qoysun, postu keçməyim” məzmunlu və 09 saniyə müddəti olan səs yazısının, “WhatsApp Audio 2023-09-06 at 18.26.15 (2)” adlı fayl açıldıqda “naviqator 25 kilometr göstərir, bunu normal yerə qoyardılar, camaatın fermasının içərisinə qoyublar” məzmunlu və 11 saniyə müddəti olan səs yazısının, “WhatsApp Audio 2023-09-06 at 18.26.15” adlı fayl açıldıqda “Mövsüm Şəkiyə gedirik, denən həll eləsin” məzmunlu və 22 saniyə müddəti olan səs yazısının və “WhatsApp Audio 2023-09-06 at 18.26.16” adlı fayl açıldıqda “narahat olmayın, tez sizə xəbər edəcəm, birdən yaxşı yer olmaz, ona görə narahatam” məzmunlu və 15 saniyə müddəti olan səs yazısının olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumat üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və Mövsüm adlı şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün həmin cinayət işindən ayrıca icraata material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 27 dekabr 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitədən istifadə etməsi, onun qeyd olunan cinayət əməlini tək törətməsi müəyyən olunmuş, lakin narkotik vasitələri və psixotrop maddəni haradan əldə etməsini, başqa şəxslərə narkotik vasitə satıb-satmamasını, Xəyal və Mövsüm adlı şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin və 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə psixotrop maddələrə aid olan İİ Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin və 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə psixotrop maddələrə aid olan İİ Siyahısının 118-ci bəndinə əsasən təmiz halda 2 qram və daha artıq, lakin 400 qramdan az çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 4420 qram narkotik vasitə qurudulmuş marixuananı, 515 qram narkotik vasitə heroini və 53,263 qram psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədilən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin və 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə psixotrop maddələrə aid olan İİ Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etmiş, narkotik vasitələrin və psixotrop maddənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin və təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə təmiz halda 2 qram və daha artıq, lakin 400 qramdan az çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməlləri “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu qüvvəyə minənədək törədildiyindən həmin Qanun Təqsirləndirilən şəxs münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun tərəfindən törədilməsi istinad olunan qeyd olunan cinayət əməllərinə görə cəza, bu əməllərin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı və psixotrop maddələrə aid olan İİ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 05 sentyabr 2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs İran İslam Respublikasından qanunsuz yolla daxil olmuş narkotik vasitələrin Şəki rayonunun ərazisində satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs qeyd olunan tarixdə saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə 05 sentyabr 2023-cü il tarixdə saat 23:20-dən 06 sentyabr 2023-cü il tarixə saat 00:24-dək olan müddət ərzində onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin və qurudulmuş marixuana, habelə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 05 sentyabr 2023-cü il tarixdə saat 23:20-dən 06 sentyabr 2023-cü il tarixə saat 00:24-dək olan müddət ərzində müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitə heroinin və qurudulmuş marixuananın, habelə psixotrop maddə metamfetaminin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 sentyabr 2023-cü il tarixdə verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək təxminən 7 il bundan əvvəl Gəncə şəhər sakini Xəyal adlı şəxslə tanış olduğunu, bu müddət ərzində sonuncu ilə bəzi vaxtlarda görüşdüyünü, birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə etdiklərini, təxminən bir il bundan əvvəl Xəyal adlı şəxsin onun yanında Mövsüm adlı şəxsə zəng edib danışdığını, həmin vaxt sonuncu ilə tanış olduğunu, Xəyal adlı şəxsin Mövsüm adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu və uzun müddətdir münasibətlərinin olduğunu ona dediyini, həmin vaxtdan sonra özünün Mövsüm adlı şəxslə telefon vasitəsilə danışdığını, söhbət əsnasında Mövsüm adlı şəxsin narkotik vasitə istəyən şəxslər olduqda ona məlumat verməsini dediyini, Xəyal adlı şəxsin ona 100 manat borcunun olduğunu, sonuncudan pulunu istədikdə Xəyal adlı şəxsin hər dəfəsində Mövsüm adlı şəxsin pul verəcəyini, həmin pulu aldıqda ona olan borcunu qaytaracağını dediyini, Mövsüm adlı şəxslə danışarkən 100 manat pulu göndərməsini dediyini, Mövsüm adlı şəxsə maddi imkanının zəif olduğunu, təcili pul lazım olduğunu deyib sonuncudan 100 manat pul göndərməsini xahiş etdiyini, Mövsüm adlı şəxsin isə İmişli rayonuna gedib orada olan narkotik vasitəni götürüb deyəcəyi ünvana aparmasını dediyini, bunun müqabilində 100 manat puldan əlavə pul da verəcəyini dediyini, lakin İmişli rayonunu tanımadığını və getmək istəmədiyini deyərək razı olmadığını, 05 sentyabr 2023-cü il tarixdə Mövsüm adlı şəxsin ona zəng edib Şəki şəhərində yolun kənarına vasitə narkotik qoyulduğunu dediyini, həmin narkotik vasitəni oradan götürüb hansısa başqa ünvana aparmasını xahiş etdiyini, bunun müqabilində borclu olduğu 100 manat pulu, habelə həmin işə görə əlavə olaraq 1000 manat pul da verəcəyini bildirdiyini, bundan sonra Mövsüm adlı şəxsin bu təklifi ilə razılaşdığını, arvadı Şahid4 Bakı şəhərinə gedəcəklərini dediyini, arvadı və qızı Alina Tağıyeva ilə birlikdə axşam saatlarında Gəncə şəhərindən çıxaraq hərəkətə başladıqlarını, Mövsüm adlı şəxsin tez-tez mesaj yazıb onun yerini soruşduğunu, Şəki rayonunun Dəhnə kəndinə çatdıqda sonuncu ilə əlaqə saxlayıb bu barədə məlumat verdiyini, Mövsüm adlı şəxsin “WhatsApp” tətbiqi vasitəsilə narkotik vasitənin qoyulduğu yerin koordinatlarını ona göndərdiyini, həmin yerə yaxınlaşdıqda təbii tələbatını ödəyəcəyini deyib avtomobildən düşdüyünü, koordinatda qeyd olunan köhnə tikiliyə doğru hərəkət etdiyini, oraya çatdıqda qara rəngli torba və torbanın içərisində narkotik vasitə olan bağlamaların olduğunu gördüyünü, həmin torbanı götürən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə aparıldığını, üzərində şəxsi axtarış aparılan zaman əlində olan qara rəngli torbadan içərisində narkotik vasitə marixuana olan üç ədəd bağlama, içərisində narkotik vasitə heroin olan bir ədəd bağlama və içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bağlama olmaqla, ümumilikdə 5 ədəd bağlamanın aşkar edildiyini, həmin narkotik vasitələri və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı olan Mövsüm adlı şəxsən əldə etdiyini, qeyd olunan narkotik vasitələri və psixotrop maddəni Şəki rayonunun Böyük Dəhnə kəndində yolun kənarından götürüb ona deyiləcək yerə aparması müqabilində Mövsüm adlı şəxsin ona borclu olduğu 100 manat pulu, habelə həmin işə görə əlavə olaraq 1000 manat pul da verəcəyini polis əməkdaşlarına dediyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 13 dekabr 2023-cü il tarixdə verdiyi ifadəsində 2023-cü ilin avqust ayının sonlarında İran İslam Respublikasının vətəndaşı Mövsüm adlı şəxslə telefon əlaqəsi zamanı 100 manat dəyərində marixuana istədiyini, sonuncu da onun bu təklifi ilə razılaşdıqdan sonra 01 sentyabr 2023-cü il tarixdə m10 tətbiqi vasitəsilə hesabına 100 manat pul köçürdüyünü, 05 sentyabr 2023-cü il tarixdə Mövsüm adlı şəxsin ona zəng edib Şəki şəhərinə gəlməsini dediyini, burada onun 100 manat pulunun qaytarılacağını və həmin pulun müqabilində narkotik vasitə veriləcəyini bildirdiyini, həmin tarixdə ailəsi ilə birlikdə Bakı şəhərinə gedəcəyi üçün bununla razılaşdığını, Şəki şəhərində pulunu və ya 100 manat dəyərində narkotik vasitəni götürüb Bakı şəhərinə gedəcəyini düşündüyünü, bundan sonra arvadı Şahid4 Bakı şəhərinə gedəcəklərini dediyini, arvadı və qızı Alina Tağıyeva ilə birlikdə axşam saatlarında Gəncə şəhərindən çıxaraq hərəkətə başladıqlarını, Mövsüm adlı şəxsin tez-tez mesaj yazıb onun yerini soruşduğunu, Şəki rayonunun Dəhnə kəndinə çatdıqda sonuncu ilə əlaqə saxlayıb bu barədə məlumat verdiyini, Mövsüm adlı şəxsin “WhatsApp” tətbiqi vasitəsilə narkotik vasitənin qoyulduğu yerin koordinatlarını ona göndərdiyini, həmin yerə yaxınlaşdıqda təbii tələbatını ödəyəcəyini deyib avtomobildən düşdüyünü və koordinatda qeyd olunan köhnə tikiliyə doğru hərəkət etdiyini, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını, bu zaman polis əməkdaşlarının onu döyərək və gözünə qaz balonu püskürdərək onu Şəki Şəhər-Rayon Polis Şöbəsinə apardıqlarını, üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri özünün əldə etmədiyini, həmin narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmadığını, Mövsüm adlı şəxsin ona cəmi 100 manat dəyərində narkotik vasitə təşkil edəcəyi barədə dediyini, 05 sentyabr 2023-cü il tarixdə Şəki rayonuna narkotik vasitəni əldə etmək üçün Mövsüm adlı şəxsə göndərdiyi 100 manat pulu və ya həmin pulun müqabilində narkotik vasitəni almaq üçün gəldiyini, Mövsüm adlı şəxsdən özü istifadə etmək üçün 100 manat dəyərində narkotik vasitə istədiyini, sonuncuya səs yazısı göndərərək narkotik vasitəni polis postuna çatmamış əraziyə qoymaları barədə dediyini, Mövsüm adlı şəxsin isə ona narkotik vasitənin yolun kənarına qoyulduğunu dediyini və sonuncunun həmin yeri ona təsvir etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə Rusiya Federasiyasında olan zaman mütəmadi olaraq narkotik vasitə marixuanadan istifadə etdiyini, istifadəsində 055 ***-**-** mobil telefon nömrəsinin olduğunu, təxminən bir il əvvəl Xəyal adlı şəxsin vasitəsilə İran İslam Respublikasının vətəndaşı olan Mövsüm adlı şəxslə tanış olduğunu, sonuncu ilə yalnız “WhatsApp” tətbiqi vasitəsilə əlaqə saxladığını, Mövsüm adlı şəxsdən onun hesabına pul köçürməsini xahiş etdiyini, lakin sonuncunun cavab olaraq hesabına pul köçürə bilməyəcəyini, lakin pulun müqabilində 100 manat dəyərində narkotik vasitə verə biləcəyini dediyini, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Mövsüm adlı şəxsin narkotik vasitəni ona İmişli rayonunun ərazisində verməyi təklif etdiyini, lakin razı olmadığını, Mövsüm adlı şəxsin ona 077 ***-**- ** mobil telefon nömrəsi ilə əlaqə saxlamasını və m10 tətbiqi vasitəsilə hesabına 100 manat pul köçürməsini dediyini, həmin mobil telefon nömrəsinə zəng etmədiyini, mesaj yazmadığını, lakin m10 tətbiqi vasitəsilə hesabına 100 manat pul köçürdüyünü, qeyd olunan pulun qarşılığında kiməsə vermək niyyəti ilə deyil, özü istifadə etmək məqsədilə üç qutu narkotik vasitə qurudulmuş marixuana almağı planlaşdırdığını, polis əməkdaşları tərəfindən saxlanıldığı 05 sentyabr 2023-cü il tarixdə Gəncə şəhərindən Bakı şəhərinə getməyi planlaşdırdığını, həmin vaxt Mövsüm adlı şəxsin ona narkotik vasitəni yolun kənarına qoyacağını, qeyd olunan yerdən götürə biləcəyini və Şəki rayonunun ərazisinə çatmağa 20 km qalmış ona narkotik vasitəni haradan götürməli olduğunu deyəcəyini bildirdiyini, narkotik vasitənin qoyulduğu yerin fotoşəkillərini ona göndərdiyini, həmin fotoşəkillərdə asılı vəziyyətdə olan bükümün əks olunduğunu, Mövsüm adlı şəxsin narkotik vasitəni götürməsi üçün ona Şəkiyə rayonuna getməli olduğunu bildirdiyini, lakin Mövsüm adlı şəxslə onun arasında narkotik vasitənin çəkisi ilə bağlı söhbətin olmadığını, 05 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndinin ərazisinə gedib saat 21 radələrində orada avtomobildən düşdüyünü, bu zaman orada onu gözləyən polis əməkdaşlarının onu tutub gözünə gözyaşardıcı qaz püskürtdüklərini, əlini qandallayıb sanitar qovşağa apardıqlarını, gözünə gözyaşardıcı qaz püskürtdükdən sonra 15-20 dəqiqə ərzində heç nədən xəbərinin olmadığını, arvadını və övladını girov götürdükdən sonra onu polis şöbəsinə apardıqlarını, arvadı və övladının bir sutka ərzində polis şöbəsində saxlanıldığını, polis şöbəsində olan zaman rəis müavini Tural Məmişovun ona elektroşok cihazı vasitəsi ilə işgəncə verdiyini, digər polis əməkdaşlarının isə onu döydüklərini, baş nahiyəsinə və gözünün alt hissəsinə zərbələr vurduqlarını, nəticədə qollarında və sinə nahiyəsində elektroşok cihazının izlərinin yarandığını, polis əməkdaşları ona narkotik vasitənin ona məxsus olmasını etiraf etməyəcəyi təqdirdə arvadı da cinayət məsuliyyətinə cəlb edəcəkləri, övladını isə uşaq evinə yerləşdirəcəkləri ilə hədələdikləri üçün ibtidai istintaq zaman ilkin ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli ifadə verməyə məcbur olduğunu, sellofan paketi polis şöbəsində olan zaman gördüyünü, cinayət işinin materiallarında olan fotoşəkilləri ancaq polis şöbəsində olan zaman gördüyünü, Mövsüm adlı şəxs tərəfindən ona göndərilən fotoşəkillərin cinayət işinin materiallarında olan həmin fotoşəkillər olmadığını, yuxarıda da qeyd etdiyi kimi Mövsüm adlı şəxs tərəfindən ona asılı vəziyyətdə olan bükümün fotoşəkillərinin göndərildiyini, ibtidai istintaqın gedişində 100 manat dəyərində narkotik vasitəni götürmək üçün gəldiyini dediyini, müstəntiqə də narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə yerləşdirildiyini bildirdiyini, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman polis əməkdaşları tərəfindən döyüldüyünü, elektroşok cihazı vasitəsi ilə işgəncəyə məruz qaldığını, gözünə gözyaşardıcı qaz püskürdüldüyünü və narkotik vasitənin ona məxsus olmadığını bildirdiyini, sonradan penitensiar müəssisəyə daxil olan zaman həkim tərəfindən yoxlanıldığını, bu zaman bədəni üzərində xəsarətlərin aşkar edildiyini, həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirildiyini bildirdiyini, polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı prokurorluq orqanına və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Aparatına məlumat verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırmanın gedişində 13 dekabr 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitələrin və psixotrop maddənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə müdafiəçisinə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki-Şəhər Rayon Polis Şöbəsinə 05 sentyabr 2023-cü il tarixdə saat 22:30-da gətirilmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “sağ bilək nahiyəsinin bayır səthində 01 ədəd, içəri səthində 01 ədəd, sol bazu nahiyəsinin içəri və bayır səthlərində 01 ədəd, sol bilək nahiyəsində 02 ədəd, sol dirsək nahiyəsində 01 ədəd, sol əlin İİİ-V barmaqlarında sıyrıqlar, sağ alın nahiyəsində şişkinlik, sağ gözaltı nahiyədə hematoma və qızartı” xəsarətləri aşkar edilmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 08 aprel 2024-cü il tarixli 148 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “sağ bilək nahiyəsinin bayır səthində bir ədəd, sol bazunun içəri və bayır səthlərində bir ədəd, sol bilək nahiyəsində iki ədəd, sol dirsək nahiyəsində bir ədəd, sol əlin 3-5-ci barmaqlarında sıyrıqlar, sağ alın nahiyəsində şişkinlik, sağ gözünün alt qapağında hematoma izləri” diaqnozu ilə, bərk-küt alətin təsirindən törənmiş, şəxsin həbs olunduğu vaxtlarda yaranmağa uyğun, özünün əlçatan nahiyələrində olduğu üçün özü tərəfindən yetirilə bilən, müqavimət zamanı, yıxılması zamanı və yaxud döyülmə zamanı əmələ gələ bilməsi inkar olunmayan və sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs Şəki Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində özü tərəfindən yetirilə bilən, müqavimət zamanı, yıxılması zamanı və yaxud döyülmə zamanı əmələ gələ bilən “sağ bilək nahiyəsinin bayır səthində bir ədəd, sol bazunun içəri və bayır səthlərində bir ədəd, sol bilək nahiyəsində iki ədəd, sol dirsək nahiyəsində bir ədəd, sol əlin 3-5-ci barmaqlarında sıyrıqlar, sağ alın nahiyəsində şişkinlik, sağ gözünün alt qapağında hematoma izləri” xəsarətləri aşkar edilmişdir. Həmin xüsusatla bağlı cinayət işi üzrə məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid3 Təqsirləndirilən şəxs saxlanılan zaman qaçmağa çalışdığını və bu zaman yıxalaraq xəsarətlər aldığını qeyd etmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qaçmağa çalışan zaman yıxılması nəticəsində yaranmağa xarakterik xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sağ bilək nahiyəsinin bayır səthində bir ədəd, sol bazunun içəri və bayır səthlərində bir ədəd, sol bilək nahiyəsində iki ədəd, sol dirsək nahiyəsində bir ədəd, sol əlin 3-5-ci barmaqlarında sıyrıqlar, sağ alın nahiyəsində şişkinlik, sağ gözünün alt qapağında hematoma izləri” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim etmə və götürmə haqqında 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, “MilliÖn” ödəniş terminalı və m10 tətbiqi vasitəsilə 01 sentyabr 2023-cü il tarixdə 100 manat pul köçürülərək hesabın artırılmasına dair qəbz götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 29 iyul 2024-cü il tarixli AZF/LGL-7156/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 100 manat pulu göndərdiyi m10 tətbiqi olan 077 ***-**-** mobil telefon nömrəsi Əhmədov Şahid5 adına rəsmiləşdirilmişdir. Həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində istifadəsində 050 ***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin, habelə istifadə etmədiyi mobil telefon nömrələrinin olduğunu, eləcə də ümumilikdə 20-dən çox mobil telefon nömrəsinin adına rəsmiləşdirildiyini, 077 ***-**-** mobil telefon nömrəsinin də onun adına rəsmiləşdirildiyini, lakin bu nömrə vasitəsilə m10 tətbiqindən istifadə edibetmədiyini xatırlamadığını, 5-6 mobil telefon nömrəsində m10 tətbiqinin olduğunu, lakin hansı mobil telefon nömrələrində olduğunu xatırlamadığını, həmin m10 tətbiqindən hər hansı şəxsə istifadə etməyə icazə vermədiyini, hər hansı şəxsin m10 tətbiqindən istifadə edib-etməməsi barədə məlumatının olmadığını, aldığı mobil telefon nömrələrinin bəzilərini başqasına verdiyini, lakin hansı mobil telefon nömrələrini verdiyini və sonradan həmin şəxslərin mobil telefon nömrələrini qaytarıb-qaytarmadığını xatırlamadığını, sahibkarlıq fəaliyyəti ilə, kriptovalyutanın satışı ilə məşğul olduğunu, m10 tətbiqi vasitəsilə kriptovalyutanı satdığını, əvvəllər X2 və Gürcüstan Respublikasında olduğunu, lakin İran İslam Respublikasında olmadığını və Mövsüm adlı şəxsi tanımadığını qeyd etmişdir. Eləcə də məhkəmə istintaqı zamanı Şəki Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan “Samsung” markalı mobil telefon gətirilərək məhkəmə iclasında tədqiq olunan zaman “WhatsApp” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs göndərilmiş fotoşəkillərlə cinayət işinin materiallarında olan fotoşəkillərin eyni olması müəyyən olunmuşdur. Eləcə də qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs arvadı Şahid4 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun əri olduğunu, 05 sentyabr 2023-cü il tarixdə Gəncə şəhərində olan zaman Təqsirləndirilən şəxs ona bir nəfər tanıdığı şəxsin Şəki şəhərinə qonaq dəvət etdiyini dediyini, etraz etmədiyini, bundan sonra əri Təqsirləndirilən şəxs və qızı Alina Tağıyeva ilə birlikdə Gəncə şəhərindən çıxaraq Şəki şəhəri istiqamətində hərəkətə başladıqlarını, bir qədər hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs avtomobili yolun kənarında saxladığını, təbii tələbatını ödəyəcəyini deyib avtomobildən düşdüyünü, oradan uzaqlaşdıqda ərinin polis əməkdaşları tərəfindən saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə aparıldığını, özünün də həmin polis şöbəsinə getdiyini, orada olan zaman isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmasının ona məlum olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və nə üçün əldə etməsi barədə onun hər hansı məlumatının olmadığını, sonuncunun onun yanında hər hansı şəxslə, o cümlədən də hər hansı xarici ölkənin vətəndaşı ilə narkotik vasitə ilə bağlı heç nə danışmadığını qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əri Təqsirləndirilən şəxs və qızı Alina Tağıyeva ilə birlikdə Gəncə şəhərindən çıxaraq Bakı şəhəri istiqamətində hərəkətə başlayıb bir qədər getdikdən sonra ərinin avtomobili dayandıraraq sanitar qovşağa gedəcəyini dediyini, əri avtomobildən düşüb bir qədər getdikdən sonra qışqırıq səslərini eşitdiyini, bir qədər sonra isə polis əməkdaşlarının onun əyləşdiyi avtomobilə yaxınlaşaraq onu polis şöbəsinə apardıqlarını, bu zaman ərinin də əli qandallı vəziyyətdə avtomobilə əyləşdirildiyini gördüyünü, polis şöbəsində olan zaman birinci mərtəbədə olduğunu, bu zaman ikinci mərtəbədən qışqırıq səslərinin gəldiyini və ərinə qarşı elektroşok cihazının tətbiq edildiyini eşitdiyini, lakin sonuncunun hansı formada döyüldüyünü bilmədiyini, bir qədər sonra ikinci mərtəbədə ərinin olduğu otağın qarşısından keçən zaman qapı açıq olduğu üçün ərinin orada olduğunu gördüyünü, bir müddət sonra isə polis əməkdaşlarının onu və övladını otelə apardıqlarını, orada girov kimi saxladıqlarını, bu zaman polis əməkdaşlarının ona ərinin üzərində narkotik vasitə olduğunu dediklərini, lakin ərinin əlində sübut kimi 100 manat ödədiyini təsdiq edən qəbzin olduğunu, ərinin deməsinə əsasən sonuncunu polis şöbəsində polis əməkdaşlarının səhərə kimi döymələri, narkotik vasitənin ərinə məxsus olması barədə olan sənədlərə imza atmağa ərini məcbur etmələri, onu cəzaçəkmə müəssisəsinə, övladını isə uşaq evinə göndərməklə hədələmələri və qeyd olunan səbəbdən ərinin sənədlərə imza etməsinin ona məlum olduğunu və ibtidai istintaq zamanı ərinin döyüldüyünü bilmədiyi üçün ifadəsində bunu demədiyini qeyd etmişdir. Məhkəmə Şahid4 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq hesab edir ki, həmin şəxs Təqsirləndirilən şəxs arvadı olduğu üçün sonuncunun cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadə vermişdir. Çünki adı çəkilən şəxs sonradan ibtidai istintaq zamanı verdiyi ifadəsinin dəyişdirilməsi ilə bağlı ibtidai istintaq orqanına müraciət etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırmanın gedişində 13 dekabr 2023-cü il tarixdə, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 07 sentyabr 2023-cü il tarixdə verdiyi ifadəsində qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və heroini, habelə psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu Qərarın 12-ci bəndinə əsasən CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitələr heroin və qurudulmuş marixuananın, habelə psixotrop maddə metamfetaminin aşkar edilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddəni əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsi, küçə 7 ünvanında yaşamışdır, 10 oktyabr 2016-cı ildə doğulmuş qızı Alina Tağıyeva onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan narkotik vasitələrin və psixtrop maddənin kütləsinin çox olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2023-cü il tarixli 2002 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhər Narkoloji Dispanserindən daxil olmuş 10 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 572 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq, o, hadisə zamanı və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhər Psixoveroloji Dispanserindən daxil olmuş 12 sentyabr 2023-cü il tarixli 2669 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 4419,7 qram narkotik vasitə qurudulmuş marixuana, 514,9 qram narkotik vasitə heroin və 53,213 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon və iki manat pul, habelə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və sonuncuya məxsus olan “Samsung” markalı mobil telefonun “WhatsApp” tətbiqindən götürülmüş fotoşəkillərin və səs yazılarının köçürüldüyü bir ədəd disk olmaqla, ümumilikdə iki ədəd disk maddi sübut qismində tanınmışdır, narkotik vasitələr, psixotrop maddə və 01 ədəd “Samsung” markalı mobil telefon saxlanılması üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına, iki manat pul Şəki Şəhər-Rayon Polis Şöbəsinin Maliyyə hissəsinə təhvil verilmiş, iki ədəd disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 49-cu bəndinə əsasən heroin və 146-cı bəndinə əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aid olan İİ Siyahısının 27-ci bəndinə əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Şəki-Şəhər Rayon Polis Şöbəsində saxlanılan 4419,7 qram narkotik vasitə qurudulmuş marixuana, 514,9 qram narkotik vasitə heroin və 53,213 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon və iki manat pul Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və sonuncuya məxsus olan “Samsung” markalı mobil telefonun “WhatsApp” tətbiqindən götürülmüş fotoşəkillərin və səs yazılarının köçürüldüyü bir ədəd disk olmaqla, ümumilikdə iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 107,91 (yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 107,91 (yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Şəki-Şəhər Rayon Polis Şöbəsində saxlanılan 4419,7 qram narkotik vasitə qurudulmuş marixuana, 514,9 qram narkotik vasitə heroin və 53,213 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon və iki manat pul Təqsirləndirilən şəxs qaytarılsın, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və sonuncuya məxsus olan “Samsung” markalı mobil telefonun “WhatsApp” tətbiqindən götürülmüş fotoşəkillərin və səs yazılarının köçürüldüyü bir ədəd disk olmaqla, ümumilikdə iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 107,91 (yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-89/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-89/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver