Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-89/2025 19.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi barədə) Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədilə 29 iyun 2024-cü il tarixdə saat 19:20 radələrində Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “GAME ZONE” internet klubunda olan kabinetdəki divanda oturaraq on dörd yaşına çatmayan, yaşına və fiziki vəziyyətinə görə müqavimət göstərmək imkanı olmayan, xx xxxxxxx 2018-ci ildə doğulmuş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək əvvəlcə qucağına götürüb, cinsiyyət orqanının üzərinə əyləşdirməklə irəli-geri hərəkət etdirdikdən sonra öz kişi cinsiyyət orqanını şalvarından çölə çıxararaq, eləcə də Zərərçəkmiş şəxs də şalvarını və alt paltarını aşağı çəkməsinə nail olub yenidən sonuncunu qucağına götürərək iki əli ilə qarın nahiyəsindən tutub müqavimət göstərmək imkanını qırmaqla kişi cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa nahiyəsinə sürtərək və boyun nahiyəsini bir neçə dəfə öpərək on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə zərərçəkmiş şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə cinayət-prosessual fəaliyyəti olmayan hesab edildiyindən məhkəmə istintaqı zamanı dindirilməmiş, onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və o, həmin ifadələrində göstərmişdir ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasında psixiatrik qeydiyyatdadır. Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə1dır, sonuncu Ağsu şəhəri, “Mərkəz” adlandırılan yerdə ətir mağazası işlədir və o, bir dəfə Qanuni nümayəndə1 ətir aldığı üçün sonuncunu tanıyır. O, bəzi vaxtlarda oyun oynamaq və çay içmək üçün Ağsu şəhəri, “Mərkəz” adlandırılan yerdə yerləşən internet kluba getmiş, 29 iyun 2024-cü il tarixdə günortadan sonra da həmin internet klubda olmuş və saat 19:20 radələrində internet klubda olan kiçik otaqların birində oyun oynamışdır. Bu zaman o, tək olmuş və yanında heç kəs olmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onun yanına gələrək yanında əyləmiş, bir qədər sonra o, qeyd olunan yeri tərk edib getmiş və sonuncuya qarşı hər hansı qanunsuz hərəkətlərə yol verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Doğulduğu andan qardaşının səhhətində problemlər yaranmış, həmin problemlər onun əmisində də mövcud olmuş və qardaşı orta təhsil almamışdır. Qardaşı hər hansı cinayət əməlini törətməmiş və videogörüntüyə baxış keçirilərkən də qardaşının hansı əməli törətməsi müşahidə olunmamışdır. Hazırda qardaşının müalicə olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası Qanuni nümayəndə1 onu internet kluba aparmış və o, internet klubun içərisində olan otaqda əyləşmişdir. Orada olarkən Təqsirləndirilən şəxs əvvəlcə ona oyun oynamağı təklif etmiş, daha sonra ona qucağında əyləşməyi təklif etmiş, o isə etiraz etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarını çıxartmış, onu zorla qucağına əyləşdirmiş və boyun nahiyəsindən öpmüşdür. Bir qədər sonra internet klubun sahibi videomüşahidə kamerasına baxıb yanlarına gəlmiş və sonradan o, anasına artıq Təqsirləndirilən şəxs yanına getməyəcəyini və “PlayStation” oynamayacağını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. O, Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində parfümeriya mağazası işlətmiş, həmin mağazanın yanında internet klub olmuş və o, parfümeriya mağazasında olan zaman çox vaxt oğlu Zərərçəkmiş şəxs də onun yanında olmuşdur. 28 iyun 2024-cü il tarixdə saat 16:30 radələrindən sonra Zərərçəkmiş şəxs onun işlətdiyi parfümeriya mağazasına gəlmiş, ardınca onun yanında, daha sonra mağazanın çöl hissəsində oynamağa başlamış, bir müddət sonra isə o, yaxınlıqda olan ərzaq mağazasına getmək üçün çölə çıxdıqda oğlu Zərərçəkmiş şəxs işlətdiyi parfümeriya mağazasının yanında olmadığını görmüşdür. Bundan sonra o, yaxınlıqda olan “GAME ZONE” internet klubuna gedib Zərərçəkmiş şəxs orada olubolmadığını soruşmuş, orada işləyən şəxslər isə oğlunun internet klubda 2-ci kabinetdə Təqsirləndirilən şəxslə birlikdə oyun oynadığını demişlər. O, Zərərçəkmiş şəxs çağırmış, lakin sonuncu oyun oynadığını və gəlmək istəmədiyini bildirdiyi üçün o, həmin yeri tərk edib yaxınlıqda olan mağazaya getmişdir. Bir müddət sonra saat təxminən 17:30 radələrində onun göstərişinə əsasən internet klubda işləyən Şahid2 Zərərçəkmiş şəxs onun yanına göndərmiş və o, sonuncunu götürüb yaşadığı evə getmişdir. 29 iyun 2024-cü il tarixdə günorta saat 12 radələrində o, Zərərçəkmiş şəxs ilə birlikdə yenidən parfümeriya mağazasına getmiş və həmin vaxtdan sonra sonuncu onun yanında olmuşdur. Günortadan sonra Zərərçəkmiş şəxs yenidən mağazadan çölə çıxmış, o da sonuncunun mağazadan çöldə oynadığını fikirləşib heç nə deməmişdir. Saat təxminən 19:25 radələrində internet klubda işləyən Nihat Səlimovun xahişi ilə sonuncu ilə birlikdə internet kluba gedərək videomüşahidə kameralarının qeydə aldığı videogörüntüyə baxmış və bu zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs birlikdə qapalı yerdə olmaları, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qucağına alıb irəli-geri aparıb gətirərək seksual hərəkətlər etdiyini görmüşdür. O, Zərərçəkmiş şəxs harada olduğunu Nihat Səlimovdan soruşmuş, sonuncu isə Zərərçəkmiş şəxs 2-ci kabinetdə olduğunu ona bildirmişdir. Bundan sonra o, 2-ci kabinetə gedib qapını açdıqda Təqsirləndirilən şəxs onun gəldiyini görüb tez uşağı qucağından düşürmüş, şalvarının kəmərini bağlamağa başlamış, Zərərçəkmiş şəxs isə onun gəldiyini görüb ona tərəf hərəkət etmişdir. O, Təqsirləndirilən şəxs həmin hərəkətləri etməsinin səbəbini soruşmuş, sonuncu isə bunu inkar etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs götürüb işlətdiyi parfümeriya mağazasına getmiş, ardınca isə Ağsu Rayon Polis Şöbəsinə gedərək bu barədə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, dayısı X6 şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “GAME ZONE” internet klubunu işlədir. 28 iyun 2024-cü il tarixdə saat təxminən 16 radələrində dayısı Nurlan Nuriyev ona zəng edərək işləri olduğu üçün internet kluba nəzarət etməsini ondan xahiş etmiş, o da razılaşmış, bu barədə əvvəlcədən tanıdığı Şahid2 zəng edib məlumat vermiş və internet kluba gəlməsini sonuncudan xahiş etmişdir. Bundan bir müddət sonra saat 16 radələrində Şahid2 həmin internet kluba gəlmiş, bir müddət sonra saat təxminən 17 radələrində isə Təqsirləndirilən şəxs sonradan adının və soyadının Zərərçəkmiş şəxs olduğunu bildiyi azyaşlı uşaqla birlikdə internet kluba daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin uşağın qohumu olduğunu və klubda olan kabinetlərin birində əyləşib oyun oynamaq istədiklərini demiş, o da 2-ci kabinetin boş olduğunu və orada oyun oynaya biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs uşağın yeməsi üçün çipsi gətirməsini xahiş etmiş, o da 3 manat pulun müqabilində Təqsirləndirilən şəxs bir ədəd çipsi vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Tucay Qasımzadə 2-ci kabinetdə əyləşmişlər və o, adları qeyd olunan şəxslərin oyun oynaması üçün oyun qurmuşdur. Bundan bir müddət sonra Qanuni nümayəndə1 oraya gəlib Zərərçəkmiş şəxs orada olub-olmadığını soruşmuş, o isə sonuncunun internet klubda 2-ci kabinetdə Təqsirləndirilən şəxslə birlikdə oyun oynadığını demişdir. Qanuni nümayəndə1 Zərərçəkmiş şəxs çağırmış, lakin sonuncu oyun oynadığını və gəlmək istəmədiyini bildirdiyi üçün Qanuni nümayəndə1 həmin yeri tərk edib getmişdir. Bir müddət sonra internet klubu bağlayacaqları üçün Qanuni nümayəndə1 göstərişinə əsasən Şahid2 Zərərçəkmiş şəxs Qanuni nümayəndə1 yanına göndərmiş, sonuncu Zərərçəkmiş şəxs götürüb yaşadığı evə getmiş, bir neçə dəqiqə sonra isə Təqsirləndirilən şəxs də həmin yeri tərk edib getmişdir. 29 iyun 2024-cü il tarixdə də o və Şahid2 birlikdə həmin internet klubda olmuşlar, həmin tarixdə saat 19:10 radələrində Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs ilə birlikdə qeyd olunan internet kluba gəlmiş, Təqsirləndirilən şəxs oyun oynamaq istədiyini və bu səbəbdən də 2-ci kabinetdə oyun qurmasını xahiş etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs oynaması üçün oyun qurmuş, ardınca isə Təqsirləndirilən şəxs göstərişi ilə Zərərçəkmiş şəxs yaxınlıqda olan mağazaların birindən çipsi almaq üçün getmişdir. Həmin vaxt Şahid2 ona Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələndiyini demiş, videomüşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntüyə baxmağı təklif etmiş, o da razılaşmışdır. Bundan sonra videomüşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntüyə baxan zaman Zərərçəkmiş şəxs çipsini alıb 2-ci kabinetdə Təqsirləndirilən şəxs yanında əyləşmiş, bir neçə dəqiqə sonra saat 19:20 radələrində onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öpdüyünü, ardınca isə qucağına götürüb irəli-geri aparıb gətirərək Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini görmüşlər. Bundan sonra Şahid2 təklifinə əsasən o, videomüşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntünü mobil telefon vasitəsilə çəkmiş, Şahid2 isə bu barədə Zərərçəkmiş şəxs anası Aytac Qasəmovaya məlumat vermək üçün getmişdir. Bundan bir qədər sonra Şahid2la Qanuni nümayəndə1 birlikdə internet kluba gəlmişdir və həmin vaxt sonuncu videomüşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntüyə baxıb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı etdiyi əxlaqsız hərəkətləri görmüşdür. Bundan sonra Qanuni nümayəndə1 həmin kabinetə daxil olub Təqsirləndirilən şəxs irad bildirmiş, ardınca isə Zərərçəkmiş şəxs götürüb qeyd olunan yeri tərk etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin (barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qanuni nümayəndə1 tərəfindən Ağsu Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 29 iyun 2024-cü il ərizədən görünür ki, o, həmin tarixdə Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən internet klubda Təqsirləndirilən şəxs onun azyaşlı oğu Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi barədə məlumat verərək sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi barədə 29 iyun 2024-cü il tarixli protokoldan görünür ki, qapalı otaqda Təqsirləndirilən şəxs göy rəngli divanın üzərində əyləşmiş, Zərərçəkmiş şəxs isə sonuncunun yanında ayaqüstü vəziyyətdə dayanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs şalvarının arxa hissəsini aşağıya tərəf çəkərək Təqsirləndirilən şəxs qucağında əyləşmiş, daha sonra isə sonuncu Zərərçəkmiş şəxs qucağına alıb cinsiyyət orqanının üzərində əyləşdirməklə irəli-geri hərəkət etdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kişi cinsiyyət orqanını şalvarından çölə çıxarıb Zərərçəkmiş şəxs də şalvarını və alt paltarını aşağıya tərəf çəkməsinə nail olaraq yenidən sonuncunu qucağına götürüb iki əli ilə qarın nahiyəsindən tutub kişi cinsiyyət orqanını sonuncunun arxa nahiyəsinə sürtmüş və boyun nahiyəsini bir neçə dəfə öpmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında haqqında 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 150.3.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş paltarların təqdim edilməsi və götürülməsi barədə 30 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli şalvar, bir ədəd qırmızı rəngli qısaqol köynək və bir ədəd qara rəngli alt paltarı həmin tarixdə götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş paltarların təqdim edilməsi və götürülməsi barədə 30 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd boz rəngli alt paltarı həmin tarixdə götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 30 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Ağsu şəhəri, Ü. Hacıbəyov küçəsində yerləşən “GAME ZONE” internet klubuna həmin tarixdə baxış keçirilmişdir. Bu zaman hadisə yerinə baxış keçirilməsində iştirak edən Qanuni nümayəndə1 internet klubun 2-ci kabinetində olan göy rəngli divanı göstərərək Təqsirləndirilən şəxs məhz həmin divanda oturub Zərərçəkmiş şəxs qucağına götürərək seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirmişdir. Hadisə yerinə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet götürülməımiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi barədə 30 iyun 2024-cü il tarixli protokoldan görünür ki, qapalı otaqda Təqsirləndirilən şəxs göy rəngli divanın üzərində əyləşmiş, bir qədər sonra Zərərçəkmiş şəxs əlində bir ədəd çipsi ilə gəlib həmin otağa daxil olaraq divanda Təqsirləndirilən şəxs yanında əyləşmiş və çipsi yeməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs sifətindən bir neçə dəfə öpmüş, ardınca sonuncu otağın qapısına yaxınlaşıb qapını bir az açıb, daha sonra isə yenidən bağlayıb Təqsirləndirilən şəxs yanına gəlmiş, ardınca Zərərçəkmiş şəxs şalvarının arxa hissəsini aşağıya tərəf çəkərək Təqsirləndirilən şəxs qucağında əyləşmiş, daha sonra isə sonuncu Zərərçəkmiş şəxs qucağına alıb cinsiyyət orqanının üzərində əyləşdirməklə irəli-geri hərəkət etdirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qucağından yerə düşmüş, sonuncu şalvarının qabaq hissəsini açaraq kişi cinsiyyət orqanını şalvarından çölə çıxarıb Zərərçəkmiş şəxs də şalvarını və alt paltarını aşağıya tərəf çəkməsinə nail olaraq yenidən sonuncunu qucağına götürüb iki əli ilə qarın nahiyəsindən tutub kişi cinsiyyət orqanını sonuncunun arxa nahiyəsinə sürtmüş və boyun nahiyəsini bir neçə dəfə öpmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qucağından düşməyə çalışmış, lakin sonuncu buna imkan verməmiş və yenidən Zərərçəkmiş şəxs boyun, yanaq və dodaq nahiyələrindən öpmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əllərini aralayıb qucağından düşməyə çalışmış, lakin sonuncu buna imkan verməmiş, bir qədər sonra isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qucağından yerə düşmüşdür. Bir qədər sonra Qanuni nümayəndə1 həmin kabinetə daxil olmuş, Təqsirləndirilən şəxs nə isə demiş və Zərərçəkmiş şəxs otaqdan çölə çıxarmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 01 iyul 2024-cü il tarixli 195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizası zamanı onun bədəni üzərində 29 iyun 2024-cü il tarixə uyğun xəsarətin hər hansı obyektiv əlaməti aşkar edilməmişdir. Onun xarici cinsiyyət üzvündə hər hansı zədə (yara, xora, çapıq) izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 09 avqust 2024-cü il tarixli 3-16-16/2-6/3588 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməpsixoloji ekspertizasının 10 sentyabr 2024-cü il tarixli 2631 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətcillik, emosionallıq və həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. O, hadisə zamanı ona qarşı edilən hərəkətləri qavramaq, bu barədə düzgün danışmaq iqtidarındadır. Lakin azyaşlı olduğundan ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. O, azyaşlı olduğundan onunla baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs hərəkətlərinə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. O, əqli və psixi inkişafına görə cinayət təqibi üzrə araşdırılmalı halları qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. O, CPM-in müvafiq tələbinə uyğun qaydada istintaq hərəkətlərində iştirak edə bilər. Onda yalan danışmağa meyllilik aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 400 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onun barəsində Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən 09 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş tibbi sənədə və Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən tərtib edilmiş 10 sentyabr 2024-cü il tarixli 5205 nömrəli arayışa əsasən onda QİÇS xəstəliyi və Leus zöhrəvi xəstəliklər aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş anlaqsız vəziyyətdə olan şəxsin işi üzrə müəyyən edilmiş hallar barədə 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsi ilə elan edilmiş ittiham həmin tarixdə qüvvəsində saxlanılmış, qeyd olunan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi nəzərə alınmış və barəsində CM-in 150.2.5 və 152.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qanuni nümayəndə1 tərəfindən Ağsu Rayon Prokurorluğuna ünvanlanmış 12 sentyabr 2024-cü il ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs onun azyaşlı oğu Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı sonuncu ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamışdır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Ağsu rayonunun Hacıqədirli kəndində qeydiyyatda olmaqla Ağsu şəhərində yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək cinayət əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Qeyd olunmalıdır ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə cinayətprosessual fəaliyyəti olmayan hesab edildiyindən məhkəmə istintaqı zamanı dindirilməmiş, lakin o, ibtidai istintaq zamanı verdiyi ifadəsində CM-in 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bəzi vaxtlarda oyun oynamaq və çay içmək üçün Ağsu şəhəri, “Mərkəz” adlandırılan yerdə yerləşən internet kluba getdiyini, 29 iyun 2024-cü il tarixdə günortadan sonra da həmin internet klubda olduğunu, saat 19:20 radələrində internet klubda olan kiçik otaqların birində oyun oynadığını, bu zaman tək olduğunu, yanında heç kəsin olmadığını, bu vaxt Zərərçəkmiş şəxs onun yanına gələrək yanında əyləşdiyini, bir qədər sonra qeyd olunan yeri tərk edib getdiyini və sonuncuya qarşı hər hansı qanunsuz hərəkətlərə yol vermədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs ibtidai istintaq zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə məsuliyyətindən yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, iş materiallarında olan sübutlar (diskə baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə iş materiallarında olan hadisənin baş vermə anını əks etdirən videogörüntü məhkəmə iclasında görüntülü şəkildə tədqiq olunarkən də müəyyən olunmuşdur ki, qapalı otaqda Təqsirləndirilən şəxs göy rəngli divanın üzərində əyləşmiş, bir qədər sonra Zərərçəkmiş şəxs əlində bir ədəd çipsi ilə gəlib həmin otağa daxil olaraq divanda Təqsirləndirilən şəxs yanında əyləşmiş və çipsi yeməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs sifətindən bir neçə dəfə öpmüş, ardınca sonuncu otağın qapısına yaxınlaşıb qapını bir az açıb, daha sonra isə yenidən bağlayıb Təqsirləndirilən şəxs yanına gəlmiş, ardınca Zərərçəkmiş şəxs şalvarının arxa hissəsini aşağıya tərəf çəkərək Təqsirləndirilən şəxs qucağında əyləşmiş, daha sonra isə sonuncu Zərərçəkmiş şəxs qucağına alıb cinsiyyət orqanının üzərində əyləşdirməklə irəli-geri hərəkət etdirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qucağından yerə düşmüş, sonuncu şalvarının qabaq hissəsini açaraq kişi cinsiyyət orqanını şalvarından çölə çıxarıb Zərərçəkmiş şəxs də şalvarını və alt paltarını aşağıya tərəf çəkməsinə nail olaraq yenidən sonuncunu qucağına götürüb iki əli ilə qarın nahiyəsindən tutub kişi cinsiyyət orqanını sonuncunun arxa nahiyəsinə sürtmüş və boyun nahiyəsini bir neçə dəfə öpmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qucağından düşməyə çalışmış, lakin sonuncu buna imkan verməmiş və yenidən Zərərçəkmiş şəxs boyun, yanaq və dodaq nahiyələrindən öpmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əllərini aralayıb qucağından düşməyə çalışmış, lakin sonuncu buna imkan verməmiş, bir qədər sonra isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qucağından yerə düşmüşdür. Bir qədər sonra Qanuni nümayəndə1 həmin kabinetə daxil olmuş, Təqsirləndirilən şəxs nə isə demiş və Zərərçəkmiş şəxs otaqdan çölə çıxarmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin ibtidai istintaq zamanı qeyd olunan məzmunda ifadə verməsi iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin ibtidai istintaq zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həqiqətən də, Təqsirləndirilən şəxs tərəfindən CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş qeyd olunan cinayət əməli törədilmişdir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-in LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Bu Qərarın 13-cü bəndinə əsasən, tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-in 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 01 iyul 2024-cü il tarixli 18-1- 25/2-611/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Oliqofreniya orta ifadəli debillik dərəcəsində davranış pozğunluğu ilə” diaqnozu ilə həmin xəstəxananın Psixiatrik kabinetində dispanser qeydiyyatdadır, lakin narkomaniya xəstəliyi ilə əlaqədar qeyd olunan xəstəxananın Narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 31 avqust 2024-cü il tarixli 153 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə” formasında xroniki psixi patologiya müəyyən edilir. O, təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə o, törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Onun əziyyət çəkdiyi “yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya)” davranış pozuntuları ilə müşayiət olunduğundan o, özü və ətrafdakılar üçün sosial təhlükəli şəxs hesab edilir. Buna görə də onun stasionar şəraitdə məcburi müalicə edilməsinə ehtiyacının olması nəticəsinə gəlinir. Psixi vəziyyətinə görə onun barəsində CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Onun əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunur. Qavrama prosesi zəifdir, yaddasaxlaması mexanikidir. Diqqəti dayanıqsızdır, tez yayınır, gec mərkəzləşir, diqqətin həcmi, paylanması normadan aşağıdır, təfəkkürü konkret tiplidir, təhlil-tərkib prosesləri primitiv olmaqla, proqnozlaşdırma qabiliyyəti zəifdir. Mühakimlərində səthilik, maraq dairəsinin məhdudluğu, dünyagörüşü, elmi bilikləri və söz ehtiyatının kasad, intellektual imkanlarının aşağı olması müəyyən edilir. Gələcəyinə və hazırkı vəziyyətinə qarşı biganə olması özünü büruzə verir. Əhvali-ruhiyyə fonu dəyişkəndir. Fərdi-psixi xüsusiyyətlərində primitivlik, qıcığa qarşı həssaslıq, inadkarlıq, məsuliyyətsizlik, səthilik, başqalarına və özünə qarşı laqeydlik, davranışı üzərində iradi olaraq nəzarətin zəifləməsi, konfliktə və mübahisəyə meyllilik, impulsivlik və s. kimi xarakter əlamətlərin olması müəyyən edilir. Qeyd edilən xüsusiyyətlər göstərilən hadisə zamanı onu cinayət əməlini törədərkən öz əməlini ölçübbiçmək və idarə etmək imkanından məhrum etmişdir. Onun əqli və psixi inkişafında gerilik əlamətləri müəyyən edildiyindən (qavrama prosesi zəifdir, yaddasaxlaması mexanikidir, diqqəti dayanıqsızdır, tez yayınır, gec mərkəzləşir, diqqətin həcmi, paylanması normadan aşağıdır, təfəkkürü konkret tiplidir, təhlil-tərkib prosesləri primitiv olmaqla, proqnozlaşdırma qabiliyyəti zəifdir, mühakimlərində səthilik, maraq dairəsinin məhdudluğu, dünyagörüşü, elmi bilikləri və söz ehtiyatının kasad, intellektual imkanlarının aşağı olması müəyyən edilir) o, cinayət əməlini törədərkən öz əməlini ölçüb-biçmək və idarə etmək imkanına malik olmamışdır. Qeyd edilən hadisə zamanı onun psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək mühüm dəyişiklik yaranmamışdır. O, onda müəyyən edilən psixi pozuntuya görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malik olmamışdır. Onun fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə edilmədi. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilmədi. O, onda müəyyən edilən psixi pozuntuya görə etdiyi hərəkətlərin xarakterini və mənasını anlamaq qabiliyyətinə malik olmamışdır. Onun hadisə zamanı və hadisədən sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək mühüm dəyişiklik yaranmamışdır. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Onun əqli və psixi inkişafında gerilik əlamətləri müəyyən edilməklə, yaş xüsusiyyətlərinə uyğun deyil. Psixi inkişafı nəzərə alınmaqla o, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malik olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının 07 may 2025-ci il tarixli 58 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi müəyyən olunan “Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə” formasında əqli gerilik nəticəsində öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmamışdır. Buna görə o, təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və həmin əməlləri törədərkən “Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya)” formasında əqli gerilikdən əziyyət çəkmişdir. Onun təqsirləndirildiyi cinayət əməlini törədərkən düçar olduğu “Yüngül dərəcəli əqli gerilik” davranış pozuntuları ilə müşayiət olunmuşdur. Buna görə də həmin psixi patologiya onu təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarından məhrum etmişdir. Onun halhazırda da “Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya), davranış pozuntuları ilə” formasında əqli gerilikdən əziyyət çəkdiyi müəyyən edilir. Onun əməli CMin 21.1-ci maddəsinin təsiri altına düşür. Onun düçar olduğu psixi patologiya hal-hazırda da kəskin təzahür etdiyi və davranış pozuntusu nəzərəçarpacaq dərəcədə özünü göstərdiyi üçün onun müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, onun barəsində CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Onun öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, onda simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü təkzib olunur. CM-in 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-in 93.1-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. CM-in 93.2-ci maddəsinə əsasən, bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. CM-in 95.0.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicədir. CPM-in 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468- 478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. CPM-in 470-ci maddəsinə əsasən, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı və vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir. CPM-in 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla iş materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən göstərilən maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertiza rəylərinə və CM-in 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməlidir. Eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 29 iyun 2024-cü il tarixli protokoldan görünür ki, X2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 29 iyun 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağsu Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri ilə əvəz edilmişdir. CPM-in 474.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri seçilə bilər. CPM-in 474.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan həmin şəxsin mühafizəsi mütləq təmin edilməklə, yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında həmin şəxsin xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilməsinə yol verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbirinin digər qətimkan və ya təhlükəsizlik tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş anlaqsız vəziyyətdə olan şəxsin işi üzrə müəyyən edilmiş hallar barədə 16 oktyabr 2024cü il tarixli qərardan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd boz rəngli alt paltarı, Zərərçəkmiş şəxs isə əynində olmuş bir ədəd qara rəngli şalvar, bir ədəd qırmızı rəngli qısaqol köynək və bir ədəd qara rəngli alt paltarı həmin tarixdə maddi sübut qismində tanınmışdır və hazırda Ağsu Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 08 nömrəli Qərarının 14-cü bəndinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Ağsu Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd boz rəngli alt paltarı, Zərərçəkmiş şəxs isə əynində olmuş bir ədəd qara rəngli şalvar, bir ədəd qırmızı rəngli qısaqol köynək və bir ədəd qara rəngli alt paltarı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 197.2-ci maddəsinə əsasən, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və CPM-in 344-348, 356, 358, 384, 385, 470, 474 və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağsu Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli qısaqol köynək və bir ədəd boz rəngli alt paltarı, Zərərçəkmiş şəxs isə əynində olmuş bir ədəd qara rəngli şalvar, bir ədəd qırmızı rəngli qısaqol köynək və bir ədəd qara rəngli alt paltarı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-89/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-89/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver