Məhkəmə qərarları › İş №1(091)-9/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-9/2022

14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-9/2022 14.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri X11, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürusunun vəkilləri Müdafiəçi1, X14, Müdafiəçi2 və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxx 1982-ci il tarixdə Balakən rayonu Tülü kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs1 xx xxx 1960-cı il tarixdə Balakən rayonu Talalar kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx xxxxxx 1972-ci il tarixdə Balakən rayonu Tülü kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayında Balakən rayon Dəmiryolu vağzalına yaxın ərazidə əkib-becərib yetişdirərək kultivasiya etdiyi 02 ədəd çətənə (kannabis) bitkilərindən əldə etdiyi 119 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını 2021-ci ilin aprel ayının əvvəlində yaşadığı evin həyətində düzəltdiyi istixanada 05 ədəd taxta yeşiklərə yerləşdirərək şitil becərmək üçün nəzərdə tutulmuş 119 ədəd sellofan torbalara doldurduğu torpağa qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş külli miqdarda, yəni 104 ədəd narkotik təbiətli çətənə bitkilərinin şitillərinə qohumu, rayonun Tülü kənd sakini Təqsirləndirilən şəxs2 və tanışı, rayonun Talalar kənd sakini Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etməyə cəhd etmişdir. Qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşdiyi Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə 22 aprel 2021-ci il tarixdə onun etibarnamə əsasında idarə etdiyi VAZ 2121 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə külli miqdar hesab edilən, yəni 104 ədəd narkotik təbiətli çətənə bitkilərininin şitillərini daha geniş ərazidə qəsdən, qanunsuz olaraq, əkib, aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmək üçün əvvəlcədən kol-kosdan təmizləyərək əkinə yararlı hala gətirdiyi Balakən rayonu Qaysa kəndi ərazisində yerləşən sahəyə apardıqları zaman həmin tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-nin inzibati binasının həyətinə gətirilmiş, 23 aprel 2021-ci il tarixdə saat 03 radələrində baxış zamanı avtomobilin arxa yük yerindən sellofan torbalara doldurularaq torpağa əkilmiş, hündürlükləri 04 santimetrdən 20 santimetrədək olan həmin külli miqdar hesab edilən 104 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışı Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq 2020-ci ilin iyun ayında Balakən rayon Dəmiryolu vağzalına yaxın ərazidə əkib-becərib yetişdirərək kultivasiya etdiyi 02 ədəd çətənə (kannabis) bitkilərindən əldə etdiyi 119 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını 2021-ci ilin aprel ayının əvvəllərində sonuncunun yaşadığı evin həyətində düzəltdiyi istixanada 05 ədəd taxta yeşiklərə yerləşdirərək şitil becərmək üçün nəzərdə tutulmuş 119 ədəd sellofan torbalara doldurduğu torpağa qəsdən qanunsuz olaraq əkdikdən sonra bitmiş külli miqdarda, yəni 104 ədəd narkotik təbiətli çətənə bitkilərinin şitillərinə Təqsirləndirilən şəxs1 və tanışı, rayonun Tülü kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etməyə cəhd etmişlər. Qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşdiyi tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 22 aprel 2021-ci il tarixdə sonuncunun etibarnamə əsasında idarə etdiyi VAZ 2121 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə külli miqdar hesab edilən, yəni 104 ədəd narkotik təbiətli çətənə bitkilərininin şitillərini daha geniş ərazidə qəsdən, qanunsuz olaraq, əkib, aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmək üçün Təqsirləndirilən şəxs1 əvvəlcədən kol-kosdan təmizləyərək əkinə yararlı hala gətirdiyi Balakən rayonu Qaysa kəndi ərazisində yerləşən sahəyə apardıqları zaman həmin tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-nin inzibati binasının həyətinə gətirilmiş, 23 aprel 2021-ci il tarixdə saat 03 radələrində baxış zamanı avtomobilin arxa yük yerindən sellofan torbalara doldurularaq torpağa əkilmiş, hündürlükləri 04 santimetrdən 20 santimetrədək olan həmin külli miqdar hesab edilən 104 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qohumu Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayında Balakən rayon Dəmiryolu vağzalına yaxın ərazidə əkib-becərib yetişdirərək kultivasiya etdiyi 02 ədəd çətənə (kannabis) bitkilərindən əldə etdiyi 119 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını 2021-ci ilin aprel ayının əvvəllərində sonuncunun yaşadığı evin həyətində düzəltdiyi istixanada 05 ədəd taxta yeşiklərə yerləşdirərək şitil becərmək üçün nəzərdə tutulmuş 119 ədəd sellofan torbalara doldurduğu torpağa qəsdən, qanunsuz olaraq əkdikdən sonra bitmiş külli miqdarda, yəni 104 ədəd narkotik təbiətli çətənə bitkilərinin şitillərinə tanışı, rayonun Talalar kənd sakini Təqsirləndirilən şəxs3 və qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etməyə cəhd etmişdir. Qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşdiyi tanışı Təqsirləndirilən şəxs3 və qohumu Təqsirləndirilən şəxs1 Abdulla oğlu ilə birlikdə 22 aprel 2021-ci il tarixdə sonuncunun etibarnamə əsasında idarə etdiyi VAZ 2121 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə külli miqdar hesab edilən, yəni 104 ədəd narkotik təbiətli çətənə bitkilərinin şitillərini daha geniş ərazidə qəsdən, qanunsuz olaraq, əkib, aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmək üçün əvvəlcədən Təqsirləndirilən şəxs1 kol-kosdan təmizləyərək əkinə yararlı hala gətirdiyi Balakən rayonu Qaysa kəndi ərazisində yerləşən sahəyə apardıqları zaman həmin tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-nin inzibati binasının həyətinə gətirilmiş, 23 aprel 2021-ci il tarixdə saat 03 radələrində baxış zamanı avtomobilin arxa yük yerindən sellofan torbalara doldurularaq torpağa əkilmiş, hündürlükləri 04 santimetrdən 20 santimetrədək olan həmin külli miqdar hesab edilən 104 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayında yerdən 03 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmış və özü istifadə etmək məqsədi ilə həmin 03 ədəd toxumları Balakən şəhəri ərazisində yerləşən Dəmiryol Vağzalının yaxınlığında əkmişdir. Daha sonra həmin toxumlardan bitmiş 02 ədəd bitkilərin üzərindən istifadəyə yararlı hissələrini özü istifadə etmək məqsədi ilə, bitkinin üzərində olan toxumlarını isə sonra əkmək məqsədi ilə yığaraq yaşadığı evə apararaq gizlədib saxlamışdır. 2021-ci ilin aprel ayının əvvəllərində gizlədib saxladığı 119 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını cücərməsi üçün əvvəlcə yaş vəziyyətdə olan parçaya bükmüş və parça quruduqca üzərinə su vurmuşdur. Üç-dörd gündən sonra toxumlar cücərmiş, bundan sonra bazara gedərək şitil yetişdirmək üçün nəzərdə tutulmuş stəkan formalı, kiçik ölçülü 119 ədəd sellofan torbalar alıb evə aparmışdır. Yaşadığı evin həyətində həmin 119 ədəd sellofan torbaların içərisinə torpaq doldurmuş, daha sonra torpaqla doldurduğu həmin sellofan torbaları həyətin arxa hissəsində düzəltdiyi istixananın içərisində qoyduğu 05 ədəd taxta yeşiklərin içərisinə yığmışdır. Yaş parçanın arasında saxlayıb cücərtdiyi 119 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını torpaqla doldurduğu 119 ədəd sellofan torbaların içərisinə əkmiş, mütəmadi olaraq həmin cücərtiləri suvarmış, aqrotexniki qaydada qulluq göstərmiş və istixananı açıb havalandırmışdır. Bir neçə gündən sonra həmin cücərtilərin 104 ədədi böyüyərək şitil vəziyyətinə gəlmiş, 15 ədəd şitil bitməsə də, şitil bitməyən torbaları digərlərinin dağılmaması üçün yeşikdən götürməmişdir. Təxminən 2021-ci ilin aprel ayının ortalarında həmin şitilləri torpağa əkmək vaxtı gəlib çatdığından şitilləri əkmək üçün Balakən rayonu Qaysa kəndi ərazisində yerləşən çöl sahəsində, çaya yaxın yerləşən kolluq ərazidə, bir-birinə təxminən 05- 06 metr məsafədə yerləşən 03 sahədə kolları təmizləyərək və torpağı belləyib yumşaldaraq yer düzəltmişdir. 22 aprel 2021-ci il tarixdə axşam saatlarında qohumu Təqsirləndirilən şəxs2 və sonuncunun vasitəsilə tanıdığı tanışı Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlayıb bir nəfərlə görüşmək üçün Balakən rayonu Qaysa kəndinə getməli olduğunu bildirərək birlikdə gedibqayıtmağı sonunculardan xahiş etmişdir. Şahin və Rüfət razılaşdıqdan sonra həyətinin arxa hissəsindəki istixanada 05 ədəd taxta yeşiklərin içərisində, torpaqla doldurduğu 119 ədəd sellofan torbalarda əkib becərdiyi 104 ədəd natkotik tərkibli çətənə bitkisinin şitillərini etibarnamə əsasında idarə etdiyi VAZ 2121 markalı **-BJ-*** nömrəli avtomobilin yük yerinə qoymuş, bundan sonra avtomobili sürüb əvvəlcə Şahini, daha sonra Rüfəti yaşadığı evin yanından götürüb Qaysa kəndi istiqamətinə yola düşmüşdür. Onlar Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisinə çatan zaman Balakən rayon Polis Şöbəsinə aid xidməti avtomobil onun idarə etdiyi avtomobili saxlatmış və polis əməkdaşları onları dəvət edərək avtomobillə birlikdə Polis Şöbəsinə aparmışlar. 23 aprel 2021-ci il saat 03 radələrində polis əməkdaşları tərəfindən onun idarə etdiyi VAZ 2121 markalı **-BJ-*** nömrəli avtomobilin yük yerinə baxış keçirilən zaman 119 ədəd sellofan torbalarda ümumilikdə 104 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı istintaqın ilkin mərhələsində verdiyi ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən bir həftə əvvəl qohumu Şahinin evinə getdiyi zaman Rüfətin də orada olduğunu görüb söhbət zamanı evin arxa hissəsində polietilen torbalarda əkdiyi narkotik tərkibli bitki şitilləri barədə sonunculara məlumat verərək əkdiyi narkotik bitkisinin şitillərini sahədə əkməyə, həmin bitkilərə qulluq etməyə kömək etsələr, gələcəkdə əldə olunacaq narkotikdən hər birinə 1/3 hisəsini istifadə etmələri üçün verəcəyini təklif etmişdir. Bitkiləri əkmək üçün Balakən rayonu Qaysa kəndi ərazisində, çöl sahəsində çaya yaxın kolluqda, bir-birinə 5-6 metr yaxınlıqda yerləşən 03 sahədə kolu təmizləyib, torpağı belləyib yumşaldaraq yer düzəltmiş, həmin yeri özü tək düzəltmişdir. 22 aprel 2021-ci il tarixdə axşam saatlarında Şahinə zəng edib evdə olmasını, birazdan Balakən rayon Qabaqçöl qəsəbəsinə narkotik şitillərini əkməyə gedəcəklərini demişdir. Etibarnamə əsasında idarə etdiyi VAZ 2121 markalı **-BJ-*** nömrəli maşınının yük yerinə 05 ədəd taxta yeşiklərdəki 119 ədəd içərisi torpaqla dolu olan polietilen torbaları qoymuş, 119 ədəd torbalardan 15 ədəd torbada olan torpağa əkilmiş bitkilər bitməsə də digər bitkilərin dağılmaması üçün götürməmişdir. Şahinin evinə gedib sonuncunun oradan götürdükdən sonra Rüfətin evinə getmiş, Rüfəti də götürdükdən sonra Qabaqçöl qəsəbəsi istiqamətində yola düşmüşlər. Yolda polis əməkdaşları onları saxlayaraq Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi Niva markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun evinə gedərək özünə kömək lazım olduğunu və Balakən rayonu Qabaqçöl qəsəbəsinə getmək lazım olduğunu bildirmişdir. Ceyhundan nə məsələ olduğunu soruşmuş, lakin sonuncu bu barədə ona heç nə deməmiş və Qabaqçöl qəsəbəsinə çatanda ona məlumat verəcəyini bildirmişdir. Ceyhunla razılaşaraq avtomobilə mindikdən sonra yola düşmüşlər. Qabaqçöl qəsəbəsinə çatanda orada Şahini də avtomobilə götürmüş, avtomobil ilə təxminən 300 metr yol getdikdən sonra Balakən rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşıb onları saxladıb avtomobillə birlikdə Polis Şöbəsinə aparmışlar. 23 aprel 2021-ci il tarixdə saat 03 radələrində Polis Şöbəsinin inzibati binasının həyətində Ceyhunun idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 104 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Avtomaşında narkotik tərkibli şitillərin olmasından məlumatı olmamış, həmçinin Ceyhunla narkotik tərkibli çətənə şitillərinin əkməsi barədə heç bir razılığa gəlməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı veridiyi ilkin ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, hadisədən təxminən bir həftə qabaq tanışı Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı evinə getmiş, orada olan vaxtı Ceyhun da oraya gəlmişdir. Ceyhun onlarla söhbət zamanı evinin həyətində narkotik əkdiyini, şitillər olduğunu, həmin şitilləri Qabaqçöl qəsəbəsində sahədə əkib yetişdirmək üçün özünə köməklik lazım olduğunu, əgər bu işdə köməklik etsələr gələcəkdə əldə olunan narkotik vasitənin bir hissəsini onlara verəcəyini demişdir. Ceyhunla razışdıqdan sonra sonuncu onlara narkotikin şitillərini Qabaqçölə aparmamışdan bir gün əvvəl xəbər edəcəyini demiş, 21 aprel 2021-ci il tarixdə Ceyhun ona zəng edib 22 aprel 2021-ci il tarixdə narkotikin şitillərini Qabaqçölə aparacaqlarını bildirmişdir. 22 aprel 2021-ci il tarixdə evdə olan vaxtı Ceyhun Şahinlə birlikdə idarə etdiyi Niva markalı **-BJ-*** nömrəli avtomaşınla getmiş, o da həmin maşına minərək birlikdə Qabaqçölə getmək üçün yola düşmüşlər. Avtomaşına minəndə arxa tərəfdə yeşiklərin içərisində narkotik bitkisinin şitillərinin olduğunu görmüş, onlar Qabaqçölə çatan zaman polis əməkdaşları onları yolda saxlayıb polis şöbəsinə aparmışlar. Orada polis əməkdaşları Ceyhuna məxsus olan **-BJ-*** nömrəli avtomaşının yük yerinə baxış keçirdikləri zaman 119 ədəd politelin torbalardan ümumilikdə 104 ədəd, hündürlükləri 04 sm-dən 20 sm-dək narkotik bitkisinin şitilləri aşkar edilərək 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə axşam saatlarında qohumu Təqsirləndirilən şəxs1 ona zəng edərək özünə kömək lazım olduğunu deyərək ona Balakən rayonu Qabaqçöl qəsəbəsinə gəlmək lazım olduğunu bildirmişdir. Həmin vaxt idarə etdiyi avtomobillə Qabaqçöl qəsəbəsinin yaxınlığında olmuş, buna görə Qabaqçöl qəsəbəsi istiqamətinə gedərək qəsəbənin girişində Ceyhunla qabaqlaşmışdır. Orada öz avtomobilini saxlayıb Ceyhunun avtomobilinə əyləşmiş, həmin vaxt Rüfət də Ceyhunun yanında olmaqla avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. O da Rüfətin yanında oturaraq yola davam etmiş, təxminən bir kilometr getdikdən sonra Balakən rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşıb onları saxladıb avtomobillə birlikdə Polis Şöbəsinə aparmışlar. 23 aprel 2021-ci il tarixdə saat 03 radələrində Polis Şöbəsinin inzibati binasının həyətində Ceyhunun idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 05 ədəd yeşiklərdə 104 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri və 01 ədəd bel polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələrdən xəbəri olmamış, çətənə bitkilərinin əkilməsi barədə qabaqcadan heç kimlə razılaşmamışdır. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı veridiyi ilkin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, hadisədən bir həftə əvvəl evdə olan vaxt qohumu Təqsirləndirilən şəxs1 onlara gəlmiş, həmin vaxt tanışı Təqsirləndirilən şəxs3 da onlarda olmuşdur. Söhbət zamanı Ceyhun onlara evinin həyətində narkotik tərkibli çətənə bitkisini əkdiyini, şitilləri Qabaqçöldə sahədə əkmək istədiyini demiş və bu işdə onların da köməklik etmələrini xahiş etmişdir. Rüfətlə birlikdə Ceyhuna heç bir problem olmadığını, xəbər edəcəyi halda bu işdə köməklik edəcəyini bildirmişlər. 22 aprel 2021-ci il tarixdə Ceyhun ona zəng edərək narkotik bitkilərinin şitillərini götürüb Qabaqçöldə əkmək üçün onlara gəldiyini bildirmiş, bir qədər sonra onun evinə gedəcəyini demişdir. Zəngdən sonra evdən çıxmış və Ceyhun idarə etdiyi Niva markalı **-BJ-*** nömrəli avtomaşını ilə gəlib onu götürmüşdür. Onlar bilikdə daha sonra Rüfətin evinə gedərək sonuncunu götürüb Qabaqçöl istiqamətinə yola düşmüşlər. Qabaqçölə çatan vaxt polis əməkdaşları onların avtomaşını saxlayıb polis şöbəsinə aparmış, orada Ceyhuna məxsus olan Niva markalı **-BJ-*** nömrəli avtomaşınıın yük yerinə baxış keçirdikləri zaman 119 ədəd politelin torbalardan ümumilikdə 104 ədəd hündürlükləri 4 sm-dən 20 sm-dək narkotik bitkisinin şitilləri aşkar edilərək 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşınında qohumu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə külli miqdarda qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərmək üçün daşımaqları barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2121 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində saxlanılmış və dəvət olunaraq avtomaşınla birlikdə Balakən rayon Polis Şöbəsinə gətirmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutularaq dəvət olunmuş müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə a üzərlərində keçirilmiş şəxsi axtarış zamanı üzərlərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra iştirakçıların iştirakları ilə PRŞ-nin inzibati binasının həyətində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşına baxış keçirilən zaman avtomaşının yük yerində 05 ədəd taxta materialdan hazırlanmış yeşiklər aşkar edilmiş, həmin yeşiklər yerə qoyulub baxılan zaman birinin içərisində 23 ədəd, digər 04 ədədinin içərisində isə 24 ədəd olmaqla, ümumilikdə 119 ədəd içərisi torpaqla dolu vəziyyətdə olan şitil əkmək üçün nəzərdə tutulmuş kiçik ölçülü sellofan torbalar və torbaların içərisində torpağa əkilmiş vəziyyətdə narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitilləri aşkar edilmişdir. Həmin şitillər bir-bir torpaqdan çıxarılaraq yerə düzülmüş, hündürlükləri ölçülən zaman ən kiçiyi 04 santimetr, ən böyüyü isə 20 santimetr olmaqla sayları 104 ədəd olmuşdur. Aşkar edilmiş şitillər qablaşdırılaraq götürülmüş, əlavə olaraq şitilləri əkmək üçün nəzərdə tutulmuş 01 ədəd bel aşkar edilərək götürülmüşdür. Baxış zamanı avtomaşından digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3, Post-Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid6, X2 ekspert-kriminalisti işləyən X12, X10 mühafizəsi üzrə polis nəfəri işləyən Şahid4 və aqronom-mütəxəssis işləyən Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 23 aprel 2021-ci il tarixli 17/291 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar şitillərdən ibarət maddi sübut." sözləri yazılmış zərfin içərisindəki hündürlükləri 04 sm-dən 20 smdək, ümumi təmiz çəkiləri 16,72 qram olan 104 ( bir yüz dörd) ədəd bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom mütəxəssis Şahid1 23 aprel 2021-ci il tarixli rəyinə əsasən 104 (bir yüz dörd) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 may 2021-ci il tarixli 537 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 may 2021-ci il tarixli 556 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 may 2021-ci il tarixli 558 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Balakən rayon Mərkəzi Xəstəxanasından alınmış 04 may 2021-ci il tarixli 75 nömrəli məktubdan görünür ki, Balakən rayonu Tülü kənd sakini 1972-ci il təvəllüdlü Xəlilov X6 MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetində qeydiyyatda yoxdur. Balakən rayon Mərkəzi Xəstəxanasından alınmış 04 may 2021-ci il tarixli 76 nömrəli məktubdan görünür ki, Balakən rayonu Tülü kənd sakini 1982-ci il təvəllüdlü Xəlilov X7 MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetində qeydiyyatda yoxdur. Balakən rayon Mərkəzi Xəstəxanasından alınmış 04 may 2021-ci il tarixli 73 nömrəli məktubdan görünür ki, Balakən rayonu Talalar kənd sakini 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 Balakən MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetində qeydiyyatda yoxdur. Balakən rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş 31.07.2021-ci il tarixli 908 nömrəli tibbi arayışdan görünür ki, Balakən rayon sakini 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 2018-ci ildən bruselyoz xəstəliyindən əziyyət çəkməklə ilk dəfə 26.12.2018-ci ildə Zaqatala MDM-də müayinə zamanı xəstəlik qanın analizi vasitəsi ilə aşkar olunub. İldə 2 dəfə yaz-payız fəslində həkim infeksionist tərəfindən müalicə olunur. Hal-hazırda müalicəsi davam edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiqi edilmiş Balakən rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş 31.07.2021-ci il tarixli 907 nömrəli tibbi arayışdan görünür ki, Balakən rayon sakini 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 MRX-nin poliklinika şöbəsində göz kabinetində müayinə olundu. OU ön şöbə normaldır. Od-buynuz qişa şəffaf bəbək gendir. Vı00 o sıfır. Vis OS 0,4 onda dörd. Billur bulanıb. Diaqnoz: OO-terminal qlaukoması. OS yetişməmiş katarakta. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış tələbnamədən görünür ki, Xəlilov X7 rayon Məhkəməsinin 30 noyabr 2005-ci il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlama müddəti nəzərə alınaraq cəzasını çəkmiş hesab edilərək azad edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15.05.2009-cu il tarixli hökmü ilə CM-in 126.2.4cü maddəsi ilə təqsirli bilinərək CM-in 62-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08.02.2013-cü ildə cəzasının sonu ilə azad edilmiş, Zaqatala rayon Məhkəməsinin 05.06.2017-ci il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum edilmiş, cərimə məbləği dövlət nəfinə tam olaraq ödənilmişdir. CM-in 18.4.-cü maddəsinə əsasən məhkumluqları ödənildiyindən onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Tülü kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Xəlilov X7 rayonu Tülü kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Tülü kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Xəlilov X6 rayonu Tülü kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Talalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Balakən rayonu Talalar kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon Şöbəsi tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli 298 nömrəli arayışdan görünür ki, Balakən rayonu Tülü kənd sakini 1995-ci il təvəllüdlü X13 həqiqətən Vətən müharibəsində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 2250-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 0005-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 0105-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən rayon Məhkəməsinin 24 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs1 CM-in 237.2.1 və 237.2.3-cü maddələri tövsifi ilə razılaşsa da, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin isə CM-in 29, 237.2.1 və 29, 237.2.3-cü maddələrinə tövsif edilməsini qanuni hesab edir. Belə ki, CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəməyədək icraat, eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik tərkibli çətənə bitkilərinin kultivasiya edilərək şitil halına gətirilməsində iştirak etməmiş, Təqsirləndirilən şəxs1 həmin bitkiləri şitil halına gətirdikdən sonra sonuncu ilə birlikdə narkotik tərkibli çətənə bitkilərini meşəlik ərazidə əkib yetişdirməklə həmin bitkilərə aqrotexniki qaydada qulluq etmək barədə qabaqcadan razılaşdıqdan sonra 22 aprel 2021ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus avtomaşınla bitkiləri əkib yetişdirmək üçün aparan zaman Balakən rayonu Qabaqçöl kəndi yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışlar. Göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 öz iradələrindən asılı olmayan səbəblərdən, yəni Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqlarına görə şitil halında olan narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edə bilməmişlər. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlinin CM-in 29, 237.2.1, və 29, 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 isə CM-in 237.2.1 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilməyərək narkotik vasitələrin kultivasiyasına heç bir aidiyyətlərinin olmamasını göstərmələrini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, ibtidai araşdımanın ilkin mərhələsində təqsirləndirilən şəxslərin hər ikisi Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşında çətənə şitillərinin olmasından məlumatları olduğunu və həmin şitilləri meşəlik ərazidə birlikdə kultivasiya etmək barədə qabaqcadan razılaşdıqlarını bildirmişlər. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin gecə saatlarında hər üçünün arxasında çətənə şitilləri olan avtomaşında birlikdə olmalarını və bu barədə məlumatları olmamalarına dair ifadələrini inandırıcı və işin hallarına uyğun olmayan səmimi ifadə kimi qəbul etmir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, oğlu Taleh Xəlilovun 44 günlük vətən müharibəsində iştirak etməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, bruselyoz və “OO-terminal qlaukoması. OS yetişməmiş katarakta” xəstəliklərindən əziyyət çəkməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin predmeti olan narkotik tərkibli çətənənin bitki halında deyil, şitil halında olmasını və sayının 104 ədəd olmasına baxmayaraq ümumilikdə çəkisinin 16,72 qram olmaqla hündürlüyünün 04-20 sm arası olmasını da nəzərə alaraq bütün qeyd olunanların onların ictimai təhlükəliliyini azaldan hal kimi nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. CM-in 63.3-cü maddəsinə əsasən məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın müddəti və ya həcmi CM-in 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin hər üçü təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Həbsdə və ev dustaqlığında olan müddət cəza müddətinə hesablanmaqla təqsirləndiriləm şəxs Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 23 aprel 2021-ci il tarixdən hesablanmalıdir. CM-in 69.3-cü maddəsinə əsasən 23 aprel 2021-ci il tarixdən 24 aprel 2021-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq üzərlərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 11,52 AZN (on bir manat əlli iki qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut olan Balakən rayon Polis Şöbəsində saxlanılan 104 (yüz dörd) ədəd çətənə bitkisinin şitilləri, içərisində torpaqla dolu 119 ədəd kiçik ölçülü sellofan torbalar olan 05 ədəd taxta materialdan hazırlanmış yeşiklər və 01 ədəd bel məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 23 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 237.2.1 və 29, 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 aprel 2021-ci il tarixdən 24 aprel 2021-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 14 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 237.2.1 və 29, 237.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 23 aprel 2021-ci il tarixdən 24 aprel 2021-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılaraq Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 14 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 11,52 AZN (on bir manat əlli iki qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan 104 (yüz dörd) ədəd çətənə bitkisinin şitilləri, içərisində torpaqla dolu 119 ədəd kiçik ölçülü sellofan torbalar olan 05 ədəd taxta materialdan hazırlanmış yeşiklər və 01 ədəd bel məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar