Məhkəmə qərarları › İş №1(091)-9/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-9/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-9/2023 18.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X21, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkili X23 və Yevlax şəhər Vəkil Bürosunun vəkili X9, Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi: X6 iştirakları ilə xx.xx.1975-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, xx.xx.2022-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1977-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X7 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik (SVD,Mosin,PK,PKM) silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı 01 (bir) ədəd patronu qanunsuz olaraq əldə edib yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən mənzilində saxlamış, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qardaşı Təqsirləndirilən şəxs1 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 1154,139 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini, külli miqdarda – 901,345 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini, külli miqdarda – 1165 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə tiryəki və 10448,14 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin bir hissəsini satış məqsədi ilə Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin maddələri yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən mənzilinə daşımaqla saxlamış, Təqsirləndirilən şəxs2 isə narkotik vasitə tiryəki, narkotik vasitə heroinin qalan hissəsini, psixotrop maddə metamfetaminin bir hissəsini və narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən mənzilinə, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsini Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən özünə məxsus qaraja daşımaqla saxlamış, psixotrop maddə metamfetaminin qalan hissəsini isə üzərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 25 fevral 2022-ci il tarixdə saat 19:00-da yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanının qarşısında saxlanılmış və onun razılığı və iştirakı ilə həmin tarixdə saat 1915-dən etibarən Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən Təqsirləndirilən şəxs2 məxsus qaraja baxış keçirilən zaman orada olan “VAZ 2106” markalı üzərində dövlət qeydiyyat nişanı olmayan minik avtomobilinin yük yerindən bir ədəd sellofan kisədə təmiz çəkisi 10350 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman oradan bir ədəd sellofan torbada təmiz çəkisi 845 qram olan psixotrop maddə metamfetamin, bir ədəd sellofan torbada təmiz çəkisi 1150 qram olan narkotik vasitə heroin, bir ədəd sellofan torbada təmiz çəkisi 1165 qram olan narkotik vasitə tiryək, üç ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 61,86 qram, 6,24 qram və 15,67 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,48 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd dəmir qabda təmiz çəkisi 12,89 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd döyüş sursatı hesab edilən patron, Təqsirləndirilən şəxs1 yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman isə oradan bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,951 qram olan psixotrop maddə metamfetamin və altı ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,366 qram, 0,342 qram, 0,297 qram, 0,401 qram, 0,270 qram və 2,463 qram olmaqla ümumilikdə təmiz çəkisi 4,139 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Yevlax Rayon Polis Şöbəsində 25 fevral 2022-ci il tarixdə saat 2320-dən etibarən Təqsirləndirilən şəxs2 arvadı Şahid1 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Şahid1 əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən əri Təqsirləndirilən şəxs2 məxsus üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,225 qram, 22,724 qram və 16,396 qram olmaqla ümumilikdə təmiz çəkisi 52,345 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 27 fevral 2022-ci il tarixdə saat 1150-də Yevlax şəhəri, Rahib Məmmədov küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin tarixdə saat 1240-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,049 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qardaşı Təqsirləndirilən şəxs2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 1154,139 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini, külli miqdarda – 901,345 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini, külli miqdarda – 1165 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə tiryəki və 10448,14 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin bir hissəsini satış məqsədi ilə Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin maddələri yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən mənzilinə daşımaqla saxlamış, Təqsirləndirilən şəxs2 isə narkotik vasitə tiryəki, narkotik vasitə heroinin qalan hissəsini, psixotrop maddə metamfetaminin bir hissəsini və narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən mənzilinə, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsini Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən özünə məxsus qaraja daşımaqla saxlamış, psixotrop maddə metamfetaminin qalan hissəsini isə üzərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 25 fevral 2022-ci il tarixdə saat 1900-da yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanının qarşısında saxlanılmış və onun razılığı və iştirakı ilə həmin tarixdə saat 1915-dən etibarən Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən Təqsirləndirilən şəxs2 məxsus qaraja baxış keçirilən zaman orada olan “VAZ 2106” markalı üzərində dövlət qeydiyyat nişanı olmayan minik avtomobilinin yük yerindən bir ədəd sellofan kisədə təmiz çəkisi 10350 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman oradan bir ədəd sellofan torbada təmiz çəkisi 845 qram olan psixotrop maddə metamfetamin, bir ədəd sellofan torbada təmiz çəkisi 1150 qram olan narkotik vasitə heroin, bir ədəd sellofan torbada təmiz çəkisi 1165 qram olan narkotik vasitə tiryək, üç ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 61,86 qram, 6,24 qram və 15,67 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,48 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd dəmir qabda təmiz çəkisi 12,89 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 yaşadığı Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi ev 21 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman isə oradan bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,951 qram olan psixotrop maddə metamfetamin və altı ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,366 qram, 0,342 qram, 0,297 qram, 0,401 qram, 0,270 qram və 2,463 qram olmaqla ümumilikdə təmiz çəkisi 4,139 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Yevlax Rayon Polis Şöbəsində 25 fevral 2022-ci il tarixdə saat 2320-dən etibarən Təqsirləndirilən şəxs2 arvadı Şahid1 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Şahid1 əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən əri Təqsirləndirilən şəxs2a məxsus üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,225 qram, 22,724 qram və 16,396 qram olmaqla ümumilikdə təmiz çəkisi 52,345 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 27 fevral 2022-ci il tarixdə saat 11:50-də Yevlax şəhəri, Rahib Məmmədov küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin tarixdə saat 1240-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 3,049 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, evdə 25 fevral 2022-ci il tarixdə evdə olmayan zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yaşadığı evə gələrək avtomaşın ustası olduğuna görə həyətində olan və müştəriyə məxsus avtomaşının yük yerinə 10 kq narkotik vasitə qoymuşlar. Evdə stolun üzərində qutuda 1 kq heroin, 1 kq metamfetamin və 1 kq tiryək qoyulmuş, arvadının üzərinə narkotik vasitə qoyularaq polis şöbəsinə aparılmışdır. Aşkar olunan narkotik vasitələrin heç biri ona məxsus olmamış, Şöhrət adlı şəxsi tanımamışdır. Evində aşkar olunmuş narkotik vasitələrin satışına dair nisyə dəftərini isə əvvəllər ondan narkotik vasitə alan şəxslərin adlarını qeyd etmiş, həmin şəxslər ondan əvvəl məhkum olunmuşlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin əvvəllərindən özünü Şöhrət kimi təqdim edən şəxslə müxtəlif vaxtlarda vapsap proqramı vasitəsilə danışaraq sonuncunun şəklini təqdim etdiyi bank kartına pul göndərdikdən sonra həmin şəxsin qoyduğu yerlərdən müxtəlif çeşidlərdə olan narkotik vasitəni öz şəxsi istifadəsi üçün götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində narkotik vasitə olan metamfetamini qurtardığına görə Şöhrət adlı şəxsə zəng edib narkotik vasitə istəmiş, Şöhrətin verdiyi kart nömrəsinə 600 manat pul göndərdikdən sonra sonuncu ona zəng edərək həmin pul müqabilində olan metamfetamini Ucar rayonu Alpout kəndi yazılan yol nişanının dibindən götürməsini bildirmişdir. Saat 23 radələrində qeyd edilən yerdən sellofan torbaya bükülmüş bükümü götürüb evə qayıtmışdır. Həmin metamfetamindən qardaşı Şahinlə birlikdə istifadə etmiş, qardaşı da onun metamfetamin aldığını bilmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində həmin metamfetamini istifadə etmək üçün götürüb cibinə qoymuş, qalan hissəsi isə evdə qalmışdır. Həmin gün Baş Narkotiklərə qarşı Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional şöbəsinin əməkdaşlarının onların evinə gəlib evdə olan narkotik vasitəni və metamfetamini aşkar edib götürdüklərini bilmiş, tutulmasından qorxduğu üçün evinə getməmişdir. 27 fevral 2022-ci il tarixdə saat 12 radələrində R.Məmmədov küçəsi ilə gedərkən bir avtomaşın yanında saxlayaraq avtomaşından düşən Yevlax rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq, Yevlax RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində şübhəəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibində saxladığı bir büküm metamfetamini aşkar edib götürmüşlər. Yaşadığı evdən aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda psixotrop maddə metamfetamin, külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə tiryək ona məxsus olmamış və onların evində həmin tarixdə ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Həmin narkotik vasitələr və psixotrop maddələrə onun və arvadı Nazlının aidiyyəti olmamış, Yevlax rayon Polis Şöbəsində dindirilərkən evində narkotik olduğunu deməmiş və ifadəsini də oxumadan imzalamışdır. Yaşadığı evə baxış zamanı aşkar edilmiş 01 ədəd döyüş sursatı hesab edilən 7,62 mm kalibrli patron da ona məxsus olmamış və evdə patron olmasından onun xəbəri olmamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, elektron tərəzilərdən narkotik vasitə və psixotrop maddələri çəkməkdə istifadə etmişdir. Evindən aşkar olunmuş qəbzlərin narkotik vasitə və psixotrop maddələrə aidiyyəti olmamış, dəftərlərdə və kağız parçalarında olan yazıları isə o, yazmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 fevral 2022-ci il tarixdə Baş Narkotiklərə qarşı Mübarizə Baş idarəsinin əməkdaşları yaşadığı evə gələrək ona təsir-təzyiq edərək narkotik vasitənin özünə məxsus olmasını bildirməsini və həmçinin qardaşı Kamalın narkotik vasitə satmasını deməsini məcbur etmiş, qardaşı ona istifadə üçün narkotik vasitə versə də başqa şəxslərə heç nə satmamışdır. Polis əməkdaşlarının təsir və təzyiqi ilə əlaqdər heç bir yerə şikayət etməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşı olmaqla ünvan 3 ünvanında onunla birlikdə yaşamış, Kamal narkotik vasitədən istifadə etməklə lazım olanda istifadə etmək üçün ona da vermişdir. 25 fevral 2022-ci il tarixdə saat 18 radələrində Kamal ona 6 bükümdə heroin və bir bükümdə metamfetamin verərək həmin narkotik vasitəni gəlib ondan götürəcəklərini demiş, metamfetamini isə öz istifadəsi üçün ona vermişdir. Heroini və həmin heroini çəkmək üçün tərəzini Kamaldan alıb evə qoyduqdan təxminən 20-25 dəqiqə sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları onlarlın yaşadığı evə gələrək külli miqdarda narkotik vasitəni və psixotrop maddəni saxlamaqlarında şübhəli olduqlarını bildirdikdən sonra yaşadıqları ünvana onlarla birlikdə baxış keçiriləcəyini bildirmişlər. Yaşdığı evə baxış keçirilən zaman evin həyətindəki qarajda qardaşı Kamalın sökərək təmir etdiyi VAZ 2106 markalı avtomobilinin yük yerindən bir ədəd sellofan kisədə narkotik vasitə qurudulmuş marixuana, Kamalın yaşadığı evə baxış keçirilən zaman isə zal otağındakı döşəmənin üzərində olan karton qutunun içərisindən bir ədəd sellofan torbada narkotik vasitə tiryək, bir ədəd sellofan torbada narkotik vasitə heroin, bir ədəd sellofan torbada psixotrop maddə metamfetamin, üç ədəd sellofan torbalarda və həmin torbaların birinin içərisində olan bir ədəd kibrit qutusunda və bir ədəd dəmir qutuda isə narkotik vasitə qurudulmuş marixuana, üç ədəd elektron tərəzi, bir neçə ədəd boş falqa kağızları və kəsilib hazırlanmış sellofan kəsikləri, üzərində narkotik və ya psixotrop maddə izlərinə bənzər izlər olan bir ədəd falqa kağızı və bir ədəd lampa şüşəsi, bir ədəd odlu silah patronu aşkar edilərək üç ədəd kağız zərfdə qablaşdırıldıqdan sonra götürülmüşdür. Bundan sonra onun yaşadığı evə baxış keçirilən zaman yaşadığı evin yataq otağında saxladığı, Kamalın ona verdiyi 6 ədəd sellofan bükümlərdə narkotik vasitə heroinə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri, iki ədəd elektron tərəziləri təqdim etmişdir. Həmin əşyalar da iki ədəd kağız zərfdə qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə əri Kamal evdə omayan vaxt Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yaşadıqları evə gələrək ilk əvvəl qaraja daxil olmuş, avtomaşının yük yerində aşkar olunmuş narkotik vasitəni polis əməkdaşlarının özləri oraya qoymuşlar. Əri Kamalın narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasından məlumatı olmamış, lakin istifadəçisi olmasını bilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə də polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, həmin vaxt qorxduğu üçün başqa məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əri olmaqla birlikdə ünvan 4 ünvanında yaşamış, qaynı Təqsirləndirilən şəxs1 də həmin ünvanda yerləşən digər evdə yaşamışdır. Şahin və Kamal narkotik vasitə istifadə etmiş, əri Kamal isə həmçinin narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. 25 fevral 2022-ci il tarixdə saat 19 radələrində evdə olan zaman küçədə bir neçə şəxsin olduğunu görmüş və polislər olduğundan şübhələndiyinə görə Kamalın narkotik saxladığı otağa keçib orada stolun üstündə olan adını bilmədiyi narkotik vasitəni polislərin aşkar etməməsi üçün götürüb cibinə qoymuşdur. Həmin vaxt həyəcanlandığından orada olan narkotik vasitələrin hamısını götürə bilməmiş, həyətə endikdən sonra həyətdə olan qaynı Şahinlə birlikdə darvazadan çölə çıxdıqda dörd nəfər Baş Narkotiklərə qarşı X20 bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni saxlamalarında şübhəli olduqlarını və yaşadıqları ünvana onlarla birlikdə baxış keçiriləcəyini bildirmişlər. Evə baxış keçirilən zaman evin həyətindəki qarajda əri Kamalın sökərək təmir etdiyi VAZ 2106 markalı avtomobilin yük yerindən bir ədəd sellofan kisədə narkotik vasitə aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Bundan sonra onun yaşadığı evə baxış keçirilən zaman evin zal otağındakı döşəmənin üzərində olan karton qutunu götürüb otaqdakı stolun üzərinə qoyub təqdim edərək içərisindəki narkotik vasitələrin əri Kamala məxsus olduğunu bildirmişdir. Həmin qutuya və stolun üzərinə baxış keçirilərkən oradan müxtəlif narkotik vasitələr, üç ədəd elektron tərəzi, bir neçə ədəd boş falqa kağızları və kəsilib hazırlanmış sellofan kəsikləri, üzərində narkotik maddə izlərinə bənzər izlər olan bir ədəd falqa kağızı və bir ədəd lampa şüşəsi, bir ədəd odlu silah patronu aşkar edilərək üç ədəd kağız zərfə qablaşdırıldıqdan sonra götürülmüşdür. Sonra qaynı Təqsirləndirilən şəxs1 yaşadığı digər evə baxış keçirilən zaman evin yataq otağında saxladığı, əri Kamalın verdiyi narkotik vasitələr, iki ədəd elektron tərəzilər aşkar edilmişdir. Həmin əşyalar da iki ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Sonra Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparlan zamanı əynində olan gödəkcənin sağ yan cibində saxladığı içərisində narkotik vasitə olan üç ədəd sellofan bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümlər bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıldıqdan sonra götürülmüşdür. Üzərindən aşkar edilmiş maddəni polislərin əlinə keçməməsi üçün atmaq məqsədi ilə götürmüş, lakin buna şərait olmadığından ata bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 25 fevral 2022-ci il tarixdə Yevlax rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qardaşlarının qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı, istifadəsi və yaşadıqları evdə saxlamaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan əməliyyat müvəkkili Şahid3, sürücü polis nəfəri Şahid4 və operator polis nəfəri Şahid5 ilə birlikdə həmin tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvan 5 ünvanın qarşısında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arvadı Şahid1 yaxınlaşaraq Təqsirləndirilən şəxs1 satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib qeyd olunan ünvandakı evə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs1 və Şahid1 yaşadıqları fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etirazlarının olmadıqlarını bildirdikdən və bu barədə ərizə yazdıqdan sonra sonuncuların iştirakları ilə fərdi yaşayış evlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 məxsus qarajda təmir olunan VAZ 2106 markalı, dövlət qeydiyyat nişanı olmayan minik avtomobilinin yük yerindən bir ədəd sellofan kisədə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduqdan sonra qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 məxsus evə baxış keçirilən zaman Şahid1 evin zal otağındakı döşəmənin üzərində olan karton qutunu götürüb otaqdakı stolun üzərinə qoyub təqdim edərək içərisində əri Kamala məxsus narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Həmin qutuya və stolun üzərinə baxış keçirilərkən bir ədəd sellofan torbada narkotik vasitə tiryəkə, bir ədəd sellofan torbada narkotik vasitə heroinə, bir ədəd sellofan torbada psixotrop maddə metamfetaminə, üç ədəd sellofan torbalarda və həmin torbaların birinin içərisində olan bir ədəd kibrit qutusunda və bir ədəd dəmir qutuda isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, üç ədəd elektron tərəzi, bir neçə ədəd boş falqa kağızları və kəsilib hazırlanmış sellofan kəsikləri, üzərində narkotik və ya psixotrop maddə izlərinə bənzər izlər olan bir ədəd falqa kağızı və bir ədəd lampa şüşəsi, bir ədəd odlu silah patronuna bənzər dəmir predmet aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa baxış zamanı stolun üzərindən 4 ədəd sim kart nömrəsi, iki ədəd plastik bank kartı, otaqdakı stolun yanındakı şkafın üzərindən doqquz ədəd mobil telefonlar, müxtəlif şəxslərə narkotik vasitə və ya psixotrop maddə satılmasına dair hesabat yazılar olan üç ədəd dəftər və qəbzlər aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında 6 ədəd sellofan bükümlərdə narkotik vasitə heroinə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri, iki ədəd elektron tərəzilər aşkar edildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Şahid1 aşkar olunan narkotik vasitə və psixotrop maddənin əri Təqsirləndirilən şəxs2 məxsus olduğunu, ərinin təxminən iki ildir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə və psixotrop maddəni qardaşı Təqsirləndirilən şəxs2 ona istifadəsi üçün verdiyini, onlara qarşı heç bir qanunsuz hərəkət olmadığını və heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Şahid1 ilə birlikdə Yevlax Rayon Polis Şöbəsinə gəlmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz əşya aşkar edilməsə də, Şahid1 üzərində şəxsi axtarış zamanı sonuncu əynindəki qara rəngli gödəkcənin cibindən üç ədəd sellofan bükümləri çıxarıb stolun üzərinə qoyub təqdim edərək içərisindəki kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Bükümlərə baxış keçirərkən içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Şahid1 verilən suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi üç ədəd bükümdə olan kütlənin əri Təqsirləndirilən şəxs2 məxsus olduğunu, polis əməkdaşlarının gəldiyini bildiyinə görə həmin əşyaları tullamaq məqsədilə yaşadığı evdən götürdüyünü, ancaq atmağa imkanı olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsində əməliyyat müvəkkili işləyən Şahid3, sürücü polis nəfəri işləyən Şahid4 və operator polis nəfəri işləyən Şahid5 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X24 Cinayət-Axtarış Bölməsində əməliyyat müvəkkili işləyən Şahid6 ifadəsində göstərmişdir ki, 27 fevral 2022-ci il tarixdə Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi 21 saylı evdə yaşayan Təqsirləndirilən şəxs2 üstündə qanunsuz olaraq psixotrop maddə olan metamfetamin daşıması barədə daxil olmuş məlumat əsasında PPXB-nin polis nəfəri Şahid7 ilə birlikdə saat 12 radələrində Yevlax şəhəri R.Məmmədov küçəsinə gedib həmin vaxt orada olan Təqsirləndirilən şəxs2 yaxınlaşaraq psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onlarla birlikdə polis şöbəsinə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs2 onlarla birlikdə Polis şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində tutularaq dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə içərisində metamfetamin olan kütlə aşkar edilərək götürülmüşdür. Sorğusual zaman Kamal həmin bükülüdəkinin metamfetamin olduğunu və həmin metamfetamini xx.xx.2022-ci il tarixdə telefonla tanış olduğu Şöhrət adlı şəxsin hesabına 600 manat köçürərək Ucar rayonu Alpout kəndinin girişindəki yol nişanının dibindən götürdüyünü deyərək, həmin yeri göstərə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin kütlənin bir hissəsini özü qəbul etmək üçün götürdüyünü qalan hissəsin isə evdə saxladığını, həmin kütləni isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsinin əməkdaşlarının evindən aşkar edərək götürdüklərini bildirmişdir. Həmin bükümlərdə olan metamfetaminə bənzər kütlə qablaşdırılıb zərfə qoyularaq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon X27 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən X14 və Şahid8 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının 26 fevral 2022-ci il tarixli 17/193 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "X1 üzərindən aşkar olunmuş üç ədəd bükümdə...’' sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 03(üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 13,225qr., 22,724qr. və 16,396qr., ümumi təmiz çəkiləri- 52,345 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs1 yataq otağındakı stolun üzərindən aşkar olunmuş altı ədəd..." sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi- 0,951 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 06(altı) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,366qr., 0,342qr., 0,297qr., 0,401 qr., 0,270qr. və 2,463qr., ümumi təmiz çəkiləri- 4,139 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs2 yaşadığı evin zal otağından aşkar olunmuş...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: 01 (bir) ədəd şəffaf sellofan torbada təmiz çəkisi- 845 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01(bir) ədəd sarı rəngli sellofan torbada, təmiz çəkisi- 1150 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 01 (bir) ədəd şəffaf sellofan torbada təmiz çəkisi- 1165 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi- 61,86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi- 6,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 01 (bir) ədəd sellofan torbada və həmin sellofan torbanın içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, uyğun olaraq təmiz çəkiləri- 15,67 qram və 1,48 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 01 (bir) ədəd dəmir qabda, təmiz çəkisi- 12,89 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindəki qarajda olan...avtomobilin yük yerindən aşkar olunmuş..." sözləri və imzalar yazılmış 01 (bir) ədəd göy rəngli sellofan kisənin içərisindəki təmiz çəkisi- 10 kiloqram 350 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evin yataq otağındakı stolun üzərindən aşkar olunmuş iki ədəd elektron tərəzi." sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 02(iki) ədəd elektron tərəzilərin üzərində olan maddə hissəcikləri- heroin hissəcikləridir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı evin zal otağından aşkar olunmuş...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: 03(üç) ədəd elektron tərəzilərin üzərində olan maddə hissəcikləri- heroin və metamfetamin hissəcikləridir. 01 (bir) ədəd şüşə lampada olan maddə hissəcikləri- metamfetamin hissəcikləridir. 01 (bir) ədəd falqa kağızının üzərində olan maddə hissəcikləri- heroin hissəcikləridir. Kağız parçalarının üzərində narkotik və psixotrop maddə hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim olunmuş 03(üç) ədəd sellofan torbalarda, 01 (bir) ədəd kibrit qutusunda, 01 (bir) ədəd dəmir qabda və 01 (bir) ədəd sellofan kisədə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 04(dörd) ədəd sellofan bükümlərdə və 01 (bir) ədəd sellofan torbada olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 06(altı) ədəd şəffaf sellofan bükümlərdə və 01 (bir) ədəd sarı rəngli sellofan torbada olan heroinlər tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş elektron tərəzilərdə, şüşə lampada, falqa kağızında olan heroin və metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlərlə və metamfetaminlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 17/299 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “X15 üzərindən aşkar edilib götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 6,604 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vaz 21099 markalı **-BF-*** d.q. n-lı avtomobilin salonundan aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki: 01 (bir) ədəd sellofan bükümün içərisindəki 27 (iyirmi yeddi) ədəd sellofan bükümlərdə, ümumi təmiz çəkiləri- 6,380 qram olan maddələr “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27 ) daxil olan-metamfetamindir. 01 (bir) ədəd qara rəngli parçanın içərisindəki təmiz çəkisi 0,262 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27 ) daxil olan-metamfetamindir. 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə lampada olan maddə hissəcikləri-metamfetamin hissəcikləridi. Tədqiqata təqdim edilmiş 27 (iyirmi yeddi) ədəd sellofan bükümlərdə və 01 (bir) ədəd qara rəngli parçanın içərisində olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə lampada olan metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş metamfetaminlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 26 fevral 2022-ci il tarixli 17/194 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik (SVD,Mosin,PK,PKM) silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 aprel 2022-ci il tarixli 2191 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 14 may 2022-ci il tarixli 2491 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2ndə opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 27 fevral 2022-ci il tarixli 17/198 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 üzərindən baxış zamanı götürülmüş...." sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 3,049 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 12 may 2022-ci il tarixli 6/2681 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərlərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X26 Bölməsi N2” ştamp əksi, “Təqsirləndirilən şəxs2 yaşadığı evin zal otağından aşkar olunmuş....” yazısı və imzalar olan paketdə 1(bir) ədəd bükümdəki metamfetamin və üzərində “Təqsirləndirilən şəxs2 üzərindən baxış zamanı götürülmüş....” yazısı və imzalar olan zərfdə 1 (bir) ədəd bükümdə metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. İlkin tədqiqat zamanı vət. X2 yaşadığı ünvandan və üzərindən aşkar edilərək götürülmüş metamfetaminin təmiz çəkisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X26 Bölməsinin 26 fevral 2022-ci il tarixli 17/193 saylı və 27 fevral 2022-ci il tarixli 17/198 saylı ekspert rəylərində göstərilmişdir. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindəki qaraja baxış zamanı orada olan VAZ 2106 markalı minik avtomobilinin yük yerindən bir ədəd sellofan kisədə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, Təqsirləndirilən şəxs2 məxsus evə baxış zamanı bir ədəd sellofan torbada narkotik vasitə tiryəkə, bir ədəd sellofan torbada narkotik vasitə heroinə, bir ədəd sellofan torbada psixotrop maddə metamfetaminə, üç ədəd sellofan torbalarda və həmin torbaların birinin içərisində olan bir ədəd kibrit qutusunda və bir ədəd dəmir qutuda isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, üç ədəd elektron tərəzi, bir neçə ədəd boş falqa kağızları və kəsilib hazırlanmış sellofan kəsikləri, üzərində narkotik və ya psixotrop maddə izlərinə bənzər izlər olan bir ədəd falqa kağızı və bir ədəd lampa şüşəsi, bir ədəd odlu silah patronu, Nar, Azərcell, Bakcell və Bilayn operatorlarına məxsus 4 ədəd sim kart nömrəsi, Kapital bankın iki ədəd plastik kartı, beş ədəd Samsung markalı, bir ədəd uleFone markalı, bir ədəd xiaomi markalı, bir ədəd Nokia markalı və bir ədəd Redmi markalı cəmi doqquz ədəd mobil telefonlar, müxtəlif şəxslərə narkotik vasitə və ya psixotrop maddə satılmasına dair hesabat yazılar olan üç ədəd dəftər və qəbzlər, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış zamanı isə 6 ədəd sellofan bükümlərdə narkotik vasitə heroinə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş video çəklişin olduğu CD-diskdən görünür ki, Şahid1 əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən üç ədəd sellofan büküm, həmin gödəkcənin altında olan üst geyiminin sol cibindən bir ədəd “Samsung” markalı mobil telefon və 645 manat pul aşkar edilmişdir. Təqdim edilmiş bükümlərə baxış keçirərkən içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan torbaya bükülmüş bükülü, 01 ədəd danışıq kartı, 43 manat pulu və əl dəsmalı, əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindən isə 01 ədəd “Redmi” markalı, 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd “Vinchester” markalı siqaret qutusu aşkar olunmuşdur. 01 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 15:12-də **********14 mobil nömrəsinin istifadəçisindən “Qaqa 1 dene putot lazimdi duzelir” məzmununda SMS yazmışdır. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 1430-da **********86 mobil nömrəsinin istifadəçisi tərəfindən “Gözdemekdn yoruldum, lokmada gelif pis güne qaldim” məzmununda SMS yazılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 02 ədəd dəftərə və onların içərisində olan 02 ədəd kağız parçasına baxış protokolundan görünür ki, dəftərin içərisində kiril əlifbası ilə “Qardaş verdi bizə”, “30t + 20p – mənə”, “20t + 10p - Eliş”, “Elşada verdim 5 torpaq + 4 patı”, “T + 16, P + 17”, “Elşad verdi mənə pul 75 manat qaldı 4 patının pulu 68 manat və 8 torpağın pulu 128 m”, “Elşada verdim 6 torpaq, 4 patı”, “Elşad verdi 151 manat, 150+75=225” məzmununda ifadələr yazılmışdır. Baxış keçirilən digər dəftərin üzlüyü yoxdur. Dəftərin içərisindəki qeydlərə baxış zamanı müəyyən edilmişdir ki, ilkin vərəqlərdə riyazi məsələ və misallar həll olunmuşdur. Sonrakı vərəqlərdə kiril əlifbası ilə “Anara verdim 200m + 200m + 300m + 70m, taksi + 5 m +3m, 5q şüşə, 50q qara Anar götürdü, Anar 11q qara apardı, 15q Kamal götürdü, 17q kakos götürdü suyu qurudu 15q qaldı”, “Anar 0,5q+0,5q+0,5q”, “Anar 1 q şüşə”, “İlham Şəkinski şüşə 2,5 nisyə, qara 5 dənə, kakos 4 dənə, itoq 310m”, “10m mən verdim, Şahin 5q qara, 1 q kakos nisyə”, “2 çet şüşə 1 qara”, “Azad 10 m verdi, 5 q kokosun verdi + 125 m, Şahin 20m verdi + 10m, 1q kakos + 25 m verdi, Şahin 5m+10m, 4q kakos nisyə”, “Şahin 0,5 şüşə 25 m, 0,5 kakos 1q kakos 25 m nisyə”, “Anar 14q qara, kakos 5 q, mən verdim 150 m, qaldı 75 m, mayası 225m”, “Şahin 0,5q kakos nisyə, 5q qara nisyə 0,5 qram kakos nisyə”, “Elçin verdi torpaq 10q, qara 6q sarı, daş 5,05q” “1q sarı + 1q sarı + 2q sarı qara + 1 qara”, “Şahinə verdim 0,5q, 0,5q, 2,5 q torpaq, 1q patı”, “Şahin verdi 10m + 55 m” məzmununda ifadələr yazılmışdır. Üzərində qeydlər aparılmış 02 ədəd kağız parçasına baxış zamanı müəyyən edilmişdir ki, həmin kağızlarda “5 qara, 4 kakos, 2,5 şüşə, 40m, 120m, 150m”, “Verdim qara 5 dənə Şahinə nisyə”, “Qara 1 dənə 8 manat Kamil”, “Qara 1 dənə 10m + Azad çet şüşə”, “İlham Şəki şüşə 2,5 nisyə, qara 5 dənə, kakos 4 dənə”, “Neymət qara 1 dənə nağdı”, “Qabil qara 1 dənə nisyə”, “Şahin 5 q qara nisyə, 1q kakos nisyə”, “Azada 4q kakos nisyə”, “Azad 2 çet şüşə nisyə”, “Anara verdim 200m+200m+300m+70m, 5q şüşə, 50q qara, Anar 11q apardı, 1,5 q Kamal götürdü, 16q kakos gətirdi sulu qurudu 15 q qaldı” məzmununda ifadələr yazılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş “Xiaomi Mİ A2” markalı mobil telefona baxış protoklindan görünür ki, telefonun “Foto” bölümündə narkotik vasitə və ya psixotrop maddələrin müxtəlif ərazilərdə gizlədildikdən sonra ərazinin şəklinin çəkilərək həmin maddələrin olduğu yerin “ox işarəsi” ilə göstərilməsini əks etdirən fotoşəkillər, üzərində “Methadone 40” yazılmış, içərisində həblər olan konvalyut fotoşəkilləri, narkotik vasitə heroinə bənzər maddələrin əks edildiyi fotoşəkillər, həmçinin elektron tərəzi üzərində narkotik vasitə heroinə bənzər maddələrin əks edildiyi fotoşəkillər müəyyən edilmişdir. İş materiallarında olan Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 62 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 21-də yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2012-ci ildə doğulmuş Abdulla Abdullazadə və xx.xx.2013-cü ildə doğulmuş Nəzrin Abdullazadə adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 62 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 21-də yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasından 9 ay 4 gün vaxtından əvvəl şərti azad olunmuşdur. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin resdivi müəyyən edilmir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəli 25 fevral 2022-ci il saat 1900-dan hesablanmaqla şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 27 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1230-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. X5 daxil olmuş xx.xx.2022-ci il tarixli xx/xx-5509 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 1530 radələrində X8 İstintaq Təcridzanası 3-cü korpus 9-cu kamerasında saxlanılan xx.xx.1975-ci ildə Yevlax şəhərində doğulmuş, 1-ci doza 27.102021-ci il tarixdə, 2-ci doza xx.xx.2021-ci il tarixdə, 3-cü doza xx.xx.2022-ci il tarixdə COVİD-19 əleyhinə vaksinasiya olunmuş, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş Təqsirləndirilən şəxs2 səhhəti qəflətən pisləşməsi ilə əlaqədar Tibb-sanitar hissəsinə yerləşdirilərək yardım göstərilmiş və Tibb sanitar hissənin həkimləri tərəfindən həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 “Alt çənənin bərkimiş absesi”, “Şəkərli diabet” diaqnozu təyin edilərək ixtisaslı müayinə və müalicə olunması məsləhət görülmüşdür. Saat 1605-də X17 tağımının avtomobili ilə əməşdaşların müşayiəti altında həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 Şəki rayon Mərkəzi Xəstəxanasına aparılaraq qeyd olunan diaqnozla Qəbul Şöbəsinə yerləşdirilmiş və mühafizəsi təmin olunmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 0627-də qeyd olunan diaqnozla Reanimasiya şöbəsində ölmüşdür. Ölmüş Təqsirləndirilən şəxs2 yaxın qohumu olan bacısı X10 ərizə ilə müraciət edərək mərhum qardaşının hüquqi varisi qismində tanınmasını məhkəmədən xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ölmüş Təqsirləndirilən şəxs2 hüquqi varisi X10 məhkəmədə mərhum qardaşının barəsində olan cinyət təqibinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-in 228.1, 234.4.1 və 234.4.3, X3 isə CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Bəhs edilən Qərarın 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məxsus mobil telefona gələn SMS yazışmaların məzmunu, dəftərdə aşkar edilmiş qeydlər, Təqsirləndirilən şəxs2 məxsus mobil telefonda aşkar edilmiş narkotik vasitələrin fotoşəkillər hər iki şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin satışı ilə məşğul olmalarını bir daha təsdiq edir. On görə də məhkəmə tərkibi hər iki təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olmamalarına və evdən aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və döyüş sursatının Təqsirləndirilən şəxs2 məxsus olmamasına, həmçinin polis əməkdaşları tərəfindən onlara qarşı təsir təzyiq göstərilməsinə dair ifadələrini məsuliyyətdən yayınmaq üçün özlərini müdafiə məqsədi ilə verilmiş ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxslər onlra qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özlərinə məxsus olmasını bildirmişlər. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 isə öldüyünə görə ona cəza təyin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 əməlinin CM-in 228.1, 234.4.1 və 234.4.3, Təqsirləndirilən şəxs1 isə əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 320,19 AZN (üç yüz iyirmi manat, on doqquz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1, 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, öldüyünə görə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 320,19 AZN (üç yüz iyirmi manat, on doqquz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerində saxlanılan qalıq çəkisi 10447,84 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 898,016 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 1153,789 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1164,900 qram olan narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroin hissəcikləri olan 02 ədəd elektron tərəzi, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hissəcikləri olan 03 ədəd elektron tərəzi, üzərində psixotrop maddə metamfetamin hissəcikləri olan 01 ədəd şüşə lampa, üzərində narkotik vasitə heroin hissəcikləri olan 01 ədəd falqa kağızı, qalıq çəkisi 2,969 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, Şahid1 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, cinayət işinə əlavə edilmiş 01 ədəd “Xiaomi Mİ A2” markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 hüquqi varisinə qaytarılsın, 02 ədəd dəftər, həmin dəftərlərin içərisində olan üzərində qeydlər aparılmış 02 ədəd kağız parçası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işindən narkotik vasitə və psixotrop maddələrin əldə olunma mənbəyinə görə Azərbaycan Respublikası Cinyaət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrılmış cinayət işi üzrə maddi sübut kimi saxlanılsın. Cinayətin aləti aləti olan döyüş sursatı hesab edilən 01 ədəd patron xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-sursat Anbarına təhvil verilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar