Məhkəmə qərarları › İş №1(091)-9/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-9/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-9/2024 16.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdaş rayonunun Ləki kəndində qeydiyyatda olmaqla həbs olunanadək ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1993-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxx 2004-cü ildə Rusiya Federasiyasının İrkutsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 4a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla qəsdən quldurluq etmiş, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etməklə əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 10 yanvar 2023-cü il tarixdə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs3 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Vərəm şöbəsinin müdiri, həkim X4 yaşadığı Yevlax şəhəri, Ə.Baxşıyev küçəsində yerləşən 33 nömrəli evdə xeyli miqdarda pul (40000-50000 manat) və qızıl-zinət əşyalarının olması barədə ona və Təqsirləndirilən şəxs2 deməsindən sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qrup üzvləri arasında planlaşdırdıqları xüsusilə ağır cinayəti törətmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bəyaz Cabbarovun yaşadığı evə qanunsuz girməklə sonuncunun sağlamlığına ağır zərər vurmaqla quldurluq yolu ilə öldürərək qəsdən xeyli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək qərarına gələrək, bu cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə planlaşdırdıqları kimi tanınmamaları üçün hər biri özü ilə ayrı-ayrılıqda üzərində gözlükləri və ağızlıqları olan maska kimi istifadə etdikləri qara rəngli papaqları və kəsici-deşici alət olan bıçaqları üzərlərində götürüb 10 yanvar 2023-cü il tarixdə saat 21 radələrində X4 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək o və qrupun digər üzvləri olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərinin şəxsiyyətlərini gizlətməklə tanınmamaları üçün papaqları başlarına keçirib papaqların gözlük və ağızlıq olan hissəsini isə üzlərinə tərəf çəkərək evin elektrik cərəyanını küçədə olan elektrik sayğacının açarından aşağıya doğru çəkməklə elektrik cərəyanını dayandırdıqdan sonra ev sahibi Bəyaz Cabbarovun elektrik sayğacına baxmaq üçün küçəyə çıxmasını gözləmiş, sonuncu evin həyətyanı sahəsindəki darvazanın qapısının kilidini içəridən açıb küçəyə çıxmaq istəyən zaman o, qəfildən zorla Bəyaz Cabbarovun sol qolundan, Təqsirləndirilən şəxs3 sağ qolundan, Təqsirləndirilən şəxs2 isə ağız nahiyəsindən və boynundan tutub Bəyaz Cabbarovun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncunun müqavimətini qırmaqla Bəyaz Cabbarovu əvvəlcə evin sütunu olan divarına dirəyib sonuncudan səssiz qalmasını tələb edərək zorla Bəyaz Cabbarovu yaşayış evinin birinci mərtəbəsində olan mətbəx otağı kimi istifadə edilən sahəyə aparıb orada döşəmənin üzərində beliüstə yıxaraq onlara evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini deməsini tələb etmiş, lakin Bəyaz Cabbarov üzərində olan puldan başqa evdə pulun və qızıl-zinət əşyalarının olmadığını, amma üzərində olan pulu onlara verə biləcəyini demiş, lakin onların tələb etmələrinə baxmayaraq, Bəyaz Cabbarovun evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini onlara deməyəcəyini bildikdən sonra o, üzərində özü ilə gətirdiyi silah qismində istifadə etdiyi əşya olan bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən 01 ədəd açılıb qatlanan turist bıçağı ilə, Təqsirləndirilən şəxs2 üzərində özü ilə gətirdiyi silah qismində istifadə etdiyi əşya olan bir tərəfi (küpü) küt, digər tərəfi (ağzı) kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən 01 ədəd mətbəx bıçağı ilə, Təqsirləndirilən şəxs3 isə üzərində özü ilə gətirdiyi istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçaqla Bəyaz Cabbarova qarşı müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib bununla da sonuncuya əzab və iztirab verəcəyini dərk edərək və buna şüurlu surətdə yol verərək xüsusi amansızlıqla Bəyaz Cabbarovun bədən səthinin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirərək Bəyaz Cabbarova sağlamlığa ağır zərər vuran döş qəfəsinin sol aşağı-tış hissəsində, qarının yuxarı şöbəsinin sol yan hissəsində istiqaməti müxtəlif yerləşmiş, aralarındakı məsafə 2-5 sm olmaqla ellepsəbənzər formalı, bir ucu iti, digər ucu küt, hamar kənarlı 1,8x0,5 m-dən 2,2x0,5 sm-dək 17 (on yeddi) ədəd döş və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara xəsarətlərini, sağlamlığa yüngül zərər vuran döş qəfəsinin sol aşağı-tış hissəsində, qarının yuxarı şöbəsinin sol yan hissəsində istiqaməti müxtəlif yerləşmiş, aralarındakı məsafə 2-5 sm olmaqla ellepsəbənzər formalı, bir ucu iti, digər ucu küt, hamar kənarlı 1,8x0,5 m-dən 2,2x0,5 smdək 04 (dörd) ədəd döş və qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara xəsarətlərini və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol alın qabarında, sol gicgah nahiyəsində, sol tərəf təpə nahiyəsində və sol baldırın yuxarı 1/3-nin ön səthində sıyrıqlar xəsarətlərini yetirməklə quldurluq niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla qəsdən quldurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etməklə əlaqədar xüsusi amansızlıqla Bəyaz Cabbarovu qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla qəsdən quldurluq etmiş, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etməklə əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 10 yanvar 2023-cü il tarixdə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs3 “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Vərəm şöbəsinin müdiri, həkim X4 yaşadığı Yevlax şəhəri, Ə.Baxşıyev küçəsində yerləşən 33 nömrəli evdə xeyli miqdarda pul (40000-50000 manat) və qızıl-zinət əşyalarının olması barədə ona və Təqsirləndirilən şəxs1 deməsindən sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə qrup üzvləri arasında planlaşdırdıqları xüsusilə ağır cinayəti törətmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bəyaz Cabbarovun yaşadığı evə qanunsuz girməklə sonuncunun sağlamlığına ağır zərər vurmaqla quldurluq yolu ilə öldürərək qəsdən xeyli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək qərarına gələrək, bu cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə planlaşdırdıqları kimi tanınmamaları üçün hər biri özü ilə ayrı-ayrılıqda üzərində gözlükləri və ağızlıqları olan maska kimi istifadə etdikləri qara rəngli papaqları və kəsici-deşici alət olan bıçaqları üzərlərində götürüb 10 yanvar 2023-cü il tarixdə saat 21 radələrində X4 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək o və qrupun digər üzvləri olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 özlərinin şəxsiyyətlərini gizlətməklə tanınmamaları üçün papaqları başlarına keçirib papaqların gözlük və ağızlıq olan hissəsini isə üzlərinə tərəf çəkərək evin elektrik cərəyanını küçədə olan elektrik sayğacının açarından aşağıya doğru çəkməklə elektrik cərəyanını dayandırdıqdan sonra ev sahibi Bəyaz Cabbarovun elektrik sayğacına baxmaq üçün küçəyə çıxmasını gözləmiş, sonuncu evin həyətyanı sahəsindəki darvazanın qapısının kilidini içəridən açıb küçəyə çıxmaq istəyən zaman Təqsirləndirilən şəxs1 qəfildən zorla Bəyaz Cabbarovun sol qolundan, Təqsirləndirilən şəxs3 sağ qolundan, o isə ağız nahiyəsindən və boynundan tutub Bəyaz Cabbarovun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncunun müqavimətini qırmaqla Bəyaz Cabbarovu əvvəlcə evin sütunu olan divarına dirəyib sonuncudan səssiz qalmasını tələb edərək zorla Bəyaz Cabbarovu yaşayış evinin birinci mərtəbəsində olan mətbəx otağı kimi istifadə edilən sahəyə aparıb orada döşəmənin üzərində beliüstə yıxaraq onlara evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini deməsini tələb etmiş, lakin Bəyaz Cabbarov üzərində olan puldan başqa evdə pulun və qızıl-zinət əşyalarının olmadığını, amma üzərində olan pulu onlara verə biləcəyini demiş, lakin onların tələb etmələrinə baxmayaraq, Bəyaz Cabbarovun evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini onlara deməyəcəyini bildikdən sonra o, üzərində özü ilə gətirdiyi silah qismində istifadə etdiyi əşya olan bir tərəfi (küpü) küt, digər tərəfi (ağzı) kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən 01 ədəd mətbəx bıçağı ilə, Təqsirləndirilən şəxs1 üzərində özü ilə gətirdiyi silah qismində istifadə etdiyi əşya olan bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən 01 ədəd açılıb qatlanan turist bıçağı ilə, Təqsirləndirilən şəxs3 isə üzərində özü ilə gətirdiyi istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçaqla Bəyaz Cabbarova qarşı müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib bununla da sonuncuya əzab və iztirab verəcəyini dərk edərək və buna şüurlu surətdə yol verərək xüsusi amansızlıqla Bəyaz Cabbarovun bədən səthinin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirərək Bəyaz Cabbarova sağlamlığa ağır zərər vuran döş qəfəsinin sol aşağı-tış hissəsində, qarının yuxarı şöbəsinin sol yan hissəsində istiqaməti müxtəlif yerləşmiş, aralarındakı məsafə 2-5 sm olmaqla ellepsəbənzər formalı, bir ucu iti, digər ucu küt, hamar kənarlı 1,8x0,5 m-dən 2,2x0,5 sm-dək 17 (on yeddi) ədəd döş və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara xəsarətlərini, sağlamlığa yüngül zərər vuran döş qəfəsinin sol aşağı-tış hissəsində, qarının yuxarı şöbəsinin sol yan hissəsində istiqaməti müxtəlif yerləşmiş, aralarındakı məsafə 2-5 sm olmaqla ellepsəbənzər formalı, bir ucu iti, digər ucu küt, hamar kənarlı 1,8x0,5 m-dən 2,2x0,5 sm-dək 04 (dörd) ədəd döş və qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara xəsarətlərini və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol alın qabarında, sol gicgah nahiyəsində, sol tərəf təpə nahiyəsində və sol baldırın yuxarı 1/3-nin ön səthində sıyrıqlar xəsarətlərini yetirməklə quldurluq niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla qəsdən quldurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etməklə əlaqədar xüsusi amansızlıqla Bəyaz Cabbarovu qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla qəsdən quldurluq etmiş, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etməklə əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 10 yanvar 2023-cü il tarixdə saat 19 radələrində “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Vərəm şöbəsinin müdiri, həkim X4 yaşadığı evdə xeyli miqdarda pul (40000-50000 manat) və qızıl-zinət əşyalarının olması barədə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 deməsindən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə qrup üzvləri arasında planlaşdırdıqları xüsusilə ağır cinayəti törətmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bəyaz Cabbarovun yaşadığı evə qanunsuz girməklə sonuncunun sağlamlığına ağır zərər vurmaqla quldurluq yolu ilə öldürərək qəsdən xeyli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirmək qərarına gələrək, bu cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə planlaşdırdıqları kimi tanınmamaları üçün hər biri özü ilə ayrı-ayrılıqda üzərində gözlükləri və ağızlıqları olan maska kimi istifadə etdikləri qara rəngli papaqları və kəsici-deşici alət olan bıçaqları üzərlərində götürüb 10 yanvar 2023-cü il tarixdə saat 21 radələrində X4 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək o və qrupun digər üzvləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərinin şəxsiyyətlərini gizlətməklə tanınmamaları üçün papaqları başlarına keçirib papaqların gözlük və ağızlıq olan hissəsini isə üzlərinə tərəf çəkərək evin elektrik cərəyanını küçədə olan elektrik sayğacının açarından aşağıya doğru çəkməklə elektrik cərəyanını dayandırdıqdan sonra ev sahibi Bəyaz Cabbarovun elektrik sayğacına baxmaq üçün küçəyə çıxmasını gözləmiş, sonuncu evin həyətyanı sahəsindəki darvazanın qapısının kilidini içəridən açıb küçəyə çıxmaq istəyən zaman Təqsirləndirilən şəxs3 qəfildən zorla sağ qolundan, Təqsirləndirilən şəxs1 qəfildən Bəyaz Cabbarovun sol qolundan, Təqsirləndirilən şəxs2 isə ağız nahiyəsindən və boynundan tutub Bəyaz Cabbarovun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncunun müqavimətini qırmaqla Bəyaz Cabbarovu əvvəlcə evin sütunu olan divarına dirəyib sonuncudan səssiz qalmasını tələb edərək zorla Bəyaz Cabbarovu yaşayış evinin birinci mərtəbəsində olan mətbəx otağı kimi istifadə edilən sahəyə aparıb orada döşəmənin üzərində beliüstə yıxaraq onlara evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini deməsini tələb etmiş, lakin Bəyaz Cabbarov üzərində olan puldan başqa evdə pulun və qızıl-zinət əşyalarının olmadığını, amma üzərində olan pulu onlara verə biləcəyini demiş, lakin onların tələb etmələrinə baxmayaraq, Bəyaz Cabbarovun evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini onlara deməyəcəyini bildikdən sonra o, üzərində özü ilə gətirdiyi istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçaqla, Təqsirləndirilən şəxs2 üzərində özü ilə gətirdiyi silah qismində istifadə etdiyi əşya olan bir tərəfi (küpü) küt, digər tərəfi (ağzı) kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən 01 ədəd mətbəx bıçağı ilə, Təqsirləndirilən şəxs1 isə üzərində özü ilə gətirdiyi silah qismində istifadə etdiyi əşya olan bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən 01 ədəd açılıb qatlanan turist bıçağı ilə, Bəyaz Cabbarova qarşı müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib bununla da sonuncuya əzab və iztirab verəcəyini dərk edərək və buna şüurlu surətdə yol verərək xüsusi amansızlıqla Bəyaz Cabbarovun bədən səthinin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirərək Bəyaz Cabbarova sağlamlığa ağır zərər vuran döş qəfəsinin sol aşağı-tış hissəsində, qarının yuxarı şöbəsinin sol yan hissəsində istiqaməti müxtəlif yerləşmiş, aralarındakı məsafə 2-5 sm olmaqla ellepsəbənzər formalı, bir ucu iti, digər ucu küt, hamar kənarlı 1,8x0,5 m-dən 2,2x0,5 sm-dək 17 (on yeddi) ədəd döş və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara xəsarətlərini, sağlamlığa yüngül zərər vuran döş qəfəsinin sol aşağı-tış hissəsində, qarının yuxarı şöbəsinin sol yan hissəsində istiqaməti müxtəlif yerləşmiş, aralarındakı məsafə 2-5 sm olmaqla ellepsəbənzər formalı, bir ucu iti, digər ucu küt, hamar kənarlı 1,8x0,5 m-dən 2,2x0,5 sm-dək 04 (dörd) ədəd döş və qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara xəsarətlərini və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol alın qabarında, sol gicgah nahiyəsində, sol tərəf təpə nahiyəsində və sol baldırın yuxarı 1/3-nin ön səthində sıyrıqlar xəsarətlərini yetirməklə quldurluq niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla qəsdən quldurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etməklə əlaqədar xüsusi amansızlıqla Bəyaz Cabbarovu qəsdən öldürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək və CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ona və Təqsirləndirilən şəxs2 Bəyaz Cabarovun yaşadığı evdə 5000-10000 manat məbləğində pulun olduğunu demiş və həmin evə oğurluq etmək məqsədi ilə daxil olmalarını təklif etmişdir. Oraya getməmişdən əvvəl meşəlik ərazidə qarşılarına it və ya digər heyvanın çıxmaq ehtimalı olduğuna görə o, özünə məxsus olan bıçağı Təqsirləndirilən şəxs2 vermiş, özü də sonuncunun yaşadığı evdən mətbəx bıçağı götürmüş, Təqsirləndirilən şəxs3 üzərində isə bıçağın olmasının şahidi olmamışdır. Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evinə daxil olduqdan sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə Bəyaz Cabbarovu 1-ci mərtəbədə olan otağa aparmışlar. Orada olan zaman o və Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu yerə yıxmışlar, daha sonra Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovun üzərinə çıxıb sonuncunu tutmuş, Təqsirləndirilən şəxs3 isə həmin vaxt çölə çıxmışdır. Bundan sonra o, Bəyaz Cabbarova bıçaqla xəsarət yetirən zaman Təqsirləndirilən şəxs2 hərəkət etməməsi üçün Bəyaz Cabbarovu tutmuş, o, sonuncuya xəsarət yetirən zaman otaqda o və Təqsirləndirilən şəxs2 olmuş, onun Bəyaz Cabbarova bıçaqla zərbələr vurduğunu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 görməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 orada olsa da Bəyaz Cabbarovu tutduğu vaxt sifəti digər tərəfə olduğu üçün onun Bəyaz Cabbarova bıçaq zərbələri vurduğunu Təqsirləndirilən şəxs2 görməmişdir. Bəyaz Cabbanova bıçaq zərbəsi ancaq həmin otaqda vurulmuş, o, Bəyaz Cabbarova xəsarət yetirdikdən sonra çölə çıxmışdır. Təqsirləndirilən şəxs3 2-ci mərtəbəyə qalxıb-düşdükdən sonra Bəyaz Cabbarovun olduğu otağa daxil olmamış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarova bıçaq zərbələri vurduğunu görməmiş və sonradan yol ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs2 ona Bəyaz Cabbarova zərbə vurmamalı olduğunu demişdir. Tutulduqdan sonra müstəntiq tərəfindən döyüldüyü üçün sonuncunun istədiyi kimi ifadə vermiş, ibtidai istintaq zamanı müdafiəçisinə bu barədə məlumat vermiş, lakin müdafiəçi tərəfindən hər hansı reaksiya göstərilməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, hadisəni Təqsirləndirilən şəxs3 planlaşdırmışdır. Təqsirləndirilən şəxs3 10 yanvar 2023-cü il saat 19 radələrində onun və Təqsirləndirilən şəxs2 yanına gəlib Bəyaz Cabbarovun yaşadığı evdə xeyli miqdarda pul vəsaiti və qızılziynət əşyalarının olduğunu və həmin evə daxil olub pulu aparmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs3 X23 qonşusu olmuş, lakin həmin evdə pul və qızıl-ziynət əşyalarının olması barədə sonuncunun kimdən və necə məlumat əldə etməsini bilməmişdir. Təqsirləndirilən şəxs3 ona və Təqsirləndirilən şəxs2 evdə 40000-50000 manat pul olduğunu, həmin pulu götürəcəkləri təqdirdə Təqsirləndirilən şəxs2 və ona 1000-2000 manat pul verəcəyini bildirmişdir. Sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə onun yaşadığı evin yaxınlığında olmaqla Yevlax şəhəri, Neft kəməri küçəsində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evin bağına getmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə 02 ədəd yarım litr həcmində araq, o isə 2 butulka pivə içmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la birlikdə görəcəkləri işləri bölmüşlər. Təqsirləndirilən şəxs3 ona və Təqsirləndirilən şəxs2 evə daxil olmaq üçün maska taxmalarını, evin işıqlarını söndürmələrini, Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu tutacağını, özünün də evi axtaracağını bildirmişdir. Onlar qabaqcadan əlbir olaraq həmin hadisəni və Bəyaz Cabbarov onlara pulları verməyəcəyi təqdirdə öldürməyi planlaşdırmışlar. Həmin vaxt onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əlində bıçaq olmuş, o, üzərində olan bıçağı yay ayında Kür çayının Yevlax şəhərindən keçən hissəsində olarkən xatırlamadığı şəxslərdən almış, bıçağın dəstəyi qara rəngli və yapışqan lentli olmuş, Təqsirləndirilən şəxs2 isə bıçağı yaşadığı evdən götürmüşdür. Həmçinin hadisə vaxtı üzərində olan başa keçirilən parça materiallı maskanı da evdən götürmüş, lakin hadisə yerinə gələrkən onların ağzında tibbi maska olmamışdır. Habelə içərisinə pul yığmaları üçün qara rəngli idman çantasını Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürüb gətirmişdir. 10 yanvar 2023-cü il tarixdə axşam saat 21 radələrində qohumu Təqsirləndirilən şəxs2 və dostu Təqsirləndirilən şəxs3 birlikdə X22 şəhərində yaşadığı ünvana getmək üçün piyada Yevlax şəhərində yerləşən dəmir yolunun kənarları boyunca hərəkət etmişlər. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 X22 şəhərinin ərazisində dəmir yolu xəttinin yaxınlığında yerləşən həyət evinə daxil olmamışdan öncə onların yanından ağ rəngli “VAZ 2107” markalı avtomobilin gəldiyini görmüşlər. Həmin vaxt onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sifətlərini görməmələri üçün X25 yaşadığı evdən 40 metr məsafədə yerə oturmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs3 həmin evin elektrik sayğacından evin işıqlarını söndürmüş və buna görə də Bəyaz Cabbarov evin həyətinin qapısını açmışdır. İlk dəfə evin həyətinə Təqsirləndirilən şəxs2, sonra o, daha sonra isə Təqsirləndirilən şəxs3 daxil olmuşdur. Bu zaman Bəyaz Cabbarov qışqırmağa başlamış, Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovun arxasına keçib əli ilə sonuncunun ağız nahiyəsindən tutmuş və bundan sonra onlar Bəyaz Cabbarovu evin birinci mərtəbəsində yerləşən qaranlıq otağa aparmışlar. Orada olan zaman Təqsirləndirilən şəxs2 sol əli ilə Bəyaz Cabbarovun ağız nahiyəsindən tutmuş, Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarova pul və ya qızıl zinət əşyalarını verməsini demiş, Bəyaz Cabbarov isə ona yalnız xərclik pulu olduğunu və həmin pulu verə biləcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarovdan pul və qızıl-ziynət əşyaları gətirməsini tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 bir dəfə sağ əlində olan bıçaqla Bəyaz Cabbarovun bədəninin sol nahiyəsinə zərbə vurmuş, sonra həmin nahiyələrə onun özü, onun ardınca isə Təqsirləndirilən şəxs3 bir neçə dəfə bıçaq zərbəsi endirmiş, daha sonra Təqsirləndirilən şəxs2 təkrarən sol əli ilə Bəyaz Cabbarovun ağız nahiyəsindən tutaraq sağ əlində olan bıçaqla Bəyaz Cabbarova bir neçə zərbə vurmuşdur. O, sağ əlində olan bıçaqla Bəyaz Cabbarova təxminən 7-8 bıçaq zərbəsi, Təqsirləndirilən şəxs3 sağ əlində olan bıçaqla 2-3 bıçaq zərbəsi vurmuş, Təqsirləndirilən şəxs2 da Bəyaz Cabbarovu yerə yıxıb həmin nahiyələrinə bıçaqla zərbə endirmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarova xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs3 ona evin ikinci mərtəbəsinə qalxmağı təklif etmiş, sonra o, evin ikinci mərtəbəsində yerləşən eyvana qalxmışdır. Həmin vaxt evdə olan qadın cinsli şəxs mobil telefonla danışmış, aynabəndə Təqsirləndirilən şəxs3 də daxil olmuş, sonra həmin qadın cinsli şəxs mobil telefonun işığını Təqsirləndirilən şəxs3 tərəf istiqamətləndirmişdir. Təqsirləndirilən şəxs3 ona qadın cinsli şəxsin mobil telefonla polis əməkdaşlarına məlumat verdiyini demiş və bundan sonra onlar otaqdan çıxmışlar. Lakin Təqsirləndirilən şəxs3 əvvəlcədən ona həmin qadın cinsli şəxsi tutub saxlayacağını demiş, qeyd olunan qadın cinsli şəxsə bıçaq zərbələri vurub öldürməsini ona təklif etmişdir. O və Təqsirləndirilən şəxs3 evin ikinci mərtəbəsindən aşağı düşəndə Bəyaz Cabbarov yerdə uzanmış vəziyyətdə olmuş, danışmamış, lakin xırıldamışdır. Onlar aşağı düşdükdən sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 çağırmış, Bəyaz Cabbarovun evindən ilk öncə Təqsirləndirilən şəxs3, sonra o, daha sonra isə Təqsirləndirilən şəxs2 çıxmışdır və ardınca isə onlar dəmir yolu istiqamətində qaçmışlar. Təqsirləndirilən şəxs3 evdən çıxarkən X23 mobil telefonunu özü ilə götürmüş, dəmir yolunun yanında olarkən mobil telefona zəng gəldiyi üçün Təqsirləndirilən şəxs2 mobil telefonu yerə çırpmışdır. O, təslim olmağı və sonda aşkar edilərək həbs olunacaqlarını düşünmüş, lakin Təqsirləndirilən şəxs2 ona sakit olmasını demiş və qeyd olunanlara əsasən onlar təslim olmamışlar. Hadisədən sonra onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 papağı, maskası və ya əlcəyi Bəyaz Cabbarovun evində qalmamışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə aparılan zaman bildirmişdir ki, onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əlində bıçaq olmuş, Bəyaz Cabbarov yaşadığı evin qapısını açdıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs2, daha sonra o, ardınca isə Təqsirləndirilən şəxs3 həyətə daxil olmuşlar. Bundan sonra Bəyaz Cabbarovu divara dirəmişlər, daha sonra Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovun arxa tərəfinə keçib əli ilə ağız nahiyəsini tutmuş, ardınca isə Bəyaz Cabbarovu evin birinci mərtəbəsində olan otağa aparmışlar. Orada olan zaman Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovla birlikdə yerə yıxılmış, həmin vaxt o, Bəyaz Cabbarova 7 bıçaq zərbəsi vurmuş, bu zaman Təqsirləndirilən şəxs2 da Bəyaz Cabbarova bıçaq zərbəsi endirmiş, daha sonra o, həmin otağı tərk edən zaman Təqsirləndirilən şəxs2 yenidən Bəyaz Cabbarova bıçaqla zərbə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs3, ardınca isə o, 2-ci mərtəbəyə qalxan zaman Təqsirləndirilən şəxs3 orada qadın cinsli şəxsin olduğunu demiş və aşağı düşdükdən sonra Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarova bıçaqla zərbələr vurmuşdur. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3lə aralarında üzləşdirmə aparılan zaman bildirmişdir ki, evin işıqlarını sonuncu söndürmüş, Bəyaz Cabbarov evin qapısını açdıqdan sonra həyətə daxil olub sonuncunu divara dirəmişlər, daha sonra isə Bəyaz Cabbarovu evin 2-ci mərtəbəsinə aparmışlar. Orada olan zaman Təqsirləndirilən şəxs2 və Bəyaz Cabbarov bir-birindən tutaraq yerə yıxılmışlar, bundan sonra isə o, Bəyaz Cabbarova bıçaqla zərbə vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 X23 üzərinə çıxmış və sakit dayanması üçün sonuncunun ağız nahiyəsindən tutmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 sol tərəfində o, onun da sol tərəfində Təqsirləndirilən şəxs3 dayanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 pulun yerini deməsi üçün bıçaqla Bəyaz Cabbarovu hədələmişlər. Bu zaman Bəyaz Cabbarov yerdə uzanmış vəziyyətdə olarkən o, Bəyaz Cabbarova bıçaqla zərbə vurmuş, daha sonra isə Təqsirləndirilən şəxs2 da Bəyaz Cabbarova bıçaqla zərbələr endirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 də üzərində bıçaq olmuş və sonuncu 2-ci mərtəbəyə qalxmamışdan əvvəl bıçaqla Bəyaz Cabbarova zərbələr vurmuşdur. Sonradan Təqsirləndirilən şəxs3, ardınca isə o, evin 2-ci mərtəbəsinə qalxmışlar və bu zaman Təqsirləndirilən şəxs3 qadın cinsli şəxsin polisə məlumat verdiyini dediyi üçün evi tərk etmişlər. Evdən telefonu ya Təqsirləndirilən şəxs3, ya da Təqsirləndirilən şəxs2 götürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək və CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ona və Təqsirləndirilən şəxs2 Bəyaz Cabarovun yaşadığı evdə 5000-10000 manat məbləğində pulun olduğunu demiş və həmin evə oğurluq etmək məqsədi ilə daxil olmalarını təklif etmişdir. Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evinə gedən zaman onların məqsədi oğurluq etmək olmuş, oraya Bəyaz Cabbarovu öldürmək niyyəti ilə getməmişlər. Oraya gedən zaman bıçağı Təqsirləndirilən şəxs1 almış, sonuncu isə bıçağı onun yaşadığı evdən götürmüşdür. Oraya gedən zaman onda və Təqsirləndirilən şəxs1 bıçaq olmuş, Təqsirləndirilən şəxs3 hər hansı kəsici alətin olduğunu görməmiş və bıçağı Bəyaz Cabbarovun yaşadığı evin həyətində it olduğu üçün götürmüşdür. Həmin fərdi yaşayış evinə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarovu evin 1-ci mərtəbəsində olan otağa aparan zaman it hürdüyü üçün o, həmin istiqamətdə hərəkət etmiş, Bəyaz Cabbarovun aparıldığı otağa isə sonradan getmişdir. Evin həyətində olan zaman Bəyaz Cabbarovdan pul tələb etmişlər, lakin sonuncu pulun olmadığını dediyi üçün o, həmin yeri tərk etmişdir. O, Bəyaz Cabbarovun aparıldığı otağa daxil olan kimi əvvəlcə Təqsirləndirilən şəxs3, ardınca isə Təqsirləndirilən şəxs1 otağı tərk etmişlər və sonradan Təqsirləndirilən şəxs3 göstərilən otağa daxil olmamışdır. Bəyaz Cabbarov öldürülən vaxt həyətdə olduğu üçün sonuncuya bıçaqla zərbələrin vurulduğunu görməmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarova bıçaq zərbələri vurmasının şahidi olmamışdır. Bəyaz Cabbarov qeyd olunan otağa aparılana qədər bıçaqla zərbələr vurulmamış və sonuncuya bıçaq zərbələri yalnız göstərilən otaqda endirilmişdir. O, Bəyaz Cabbarova bıçaqla zərbə vurmamış, sonradan yolda olan zaman Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarova bıçaq zərbələri vurduğunu ona dedikdən sonra bu barədə məlumatı olmuşdur. İbtidai istintaq zamanı təsir-təzyiqlərə məruz qaldığı üçün məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli ifadə vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 10 yanvar 2023-cü il tarixdə axşam saat 19 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə Yevlax şəhəri, Neft kəmərində yerləşən yaşadığı həyət evində görüşmüşlər. Onlar həmin vaxt yemək yemişlər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə həmçinin araq içmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 ona və Təqsirləndirilən şəxs1 Yevlax Rayon Vərəm Dispanserinin rəisi olan qonşusu Bəyaz Cabbarovun yaşadığı evdə xeyli miqdarda pul və qızıl-ziynət əşyaları olmasını bildirmiş, bundan sonra onlar X22 şəhərində yaşadığı ünvana getməyi planlaşdırmışlar. Daha sonra o, həmin ünvana Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə piyada Yevlax şəhərində yerləşən dəmir yolunun kənarları boyunca getmiş və həmin vaxt onun başında tor formalı maska, əlində əlcək olmuş, habelə Təqsirləndirilən şəxs1 onun yaşadığı evdən iki ədəd mətbəx bıçağını götürmüş, bıçaqlardan birini ona vermiş, digər bıçağı isə Təqsirləndirilən şəxs1 özündə saxlamışdır. Təqsirləndirilən şəxs1 onun yaşadığı evdə olarkən Bəyaz Cabbarovun evindən pul götürəcəkləri təqdirdə həmin pulları yığması üçün orada olan qara rəngli idman çantasını götürmüşdür. Həmin çantanı o, Təqsirləndirilən şəxs1 almış, narkomaniya xəstəliyi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə müalicəyə gedən zaman həmin çantaya paltarlarını yığmışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarovun yaşadığı evin qarşısında olarkən oradan markasını və nömrəsini xatırlamadığı avtomobil ötüb keçmiş, bu səbəbdən həmin vaxt o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yerə oturmuşlar. Bəyaz Cabbarovun yaşadığı ünvana çatdıqda Təqsirləndirilən şəxs3 yaşayış evinin elektrik sayğacından evə gedən elektriki dayandırmış və evin işıqları sönmüşdür. Daha sonra Bəyaz Cabbarov evin həyət qapısını açıb çölə çıxmaq istəyərkən o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə qapıdan həyətə daxil olmuşlar. Bundan sonra o, Bəyaz Cabbarovun arxa tərəfinə keçib əli ilə sonuncunun ağız nahiyəsindən tutmuş, daha sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarovu divara dirəmişlər. Bundan sonra o, səs çıxarmaması üçün Bəyaz Cabbarovun ağız nahiyəsini əli ilə tutsa da həmin vaxt sonuncuya hər hansı xəsarət yetirməmiş və bıçaqla da zərbə vurmamışdır. Bu zaman Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs1 əllərində olan bıçaqlarla Bəyaz Cabbarovun bədəninin sol nahiyələrinə zərbələr endirməyə başlamışlar, lakin o, zərbələrin sayını görməmişdir. Sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarovu götürüb evin birinci mərtəbəsində sağ tərəfdə yerləşən mətbəxə aparmışlar. Orada olan zaman o, Təqsirləndirilən şəxs1 və Fəxrid X2ra pul verməsini tələb etmişlər, sonuncu isə onlara pul verəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ona Bəyaz Cabbarovun yanında qalmasını tapşırmış və özlərinin isə evin ikinci mərtəbəsinə çıxacaqlarını bildirmişlər. İlk öncə Təqsirləndirilən şəxs3 evin ikinci mərtəbəsinə çıxmış, bu zaman Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs3 arxasınca qalxmaq istəmiş, lakin sonuncu aşağı düşərək yuxarıda qadın cinsli şəxsin olduğunu və həmin qadın cinsli şəxsin polis əməkdaşlarına zəng edib məlumat verdiyini bildirmişdir. Daha sonra ilk öncə Təqsirləndirilən şəxs3, sonra Təqsirləndirilən şəxs1, ardınca isə o, evdən çölə çıxıb yaxınlıqdan keçən dəmir yolu istiqamətində qaçmışlar və bu zaman Təqsirləndirilən şəxs1 evdən 01 ədəd “Samsung” markalı mobil telefonu götürmüşdür. O, Bəyaz Cabbarova hər hansı xəsarət yetirməmiş, yalnız sonuncunun ağız nahiyəsindən tutub sakit olmasını demişdir. Dəmir yolunun kənarı ilə gedərkən mobil telefona zəng gəldiyi üçün Təqsirləndirilən şəxs1 mobil telefonu sındırmasını bildirmiş, daha sonra sonuncu mobil telefonun batareyasını çıxarmış, ardınca isə mobil telefonun digər hissəsini dəmir yolunun kənarında otluq əraziyə doğru atmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la aralarında üzləşdirmə aparılan zaman bildirmişdir ki, hadisə vaxtı o, Bəyaz Cabbarova bıçaqla zərbələr vurmamışdır və hadisədən sonra Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarova çoxsaylı bıçaq zərbələri vurduğunu ona demişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3lə aralarında üzləşdirmə aparılan zaman bildirmişdir ki, Bəyaz Məmmədova yalnız Təqsirləndirilən şəxs1 bıçaqla zərbələr vurmuş, Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarova bıçaqla zərbələr vurmamış və sonradan Təqsirləndirilən şəxs1 özü də Bəyaz Cabbarova bıçaqla zərbələr vurduğunu ona demişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək və CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 181.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovun yaşadığı evdə 5000-10000 manat məbləğində pulun olduğunu demiş və həmin evə oğurluq etmək məqsədi ilə daxil olmalarını təklif etmişdir. Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evinə gedən zaman üzərində hər hansı kəsici alət olmamış, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində isə kəsici alət olmuşdur. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Bəyaz Cabbarovu 1-ci mərtəbədə olan otağa aparmışlar. Bundan sonra o, həmin otağı tərk etdiyi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarova bıçaqla zərbə vurduqlarını görməmişdir. Bundan sonra o, həmin otağı tərk edib ikinci mərtəbəyə qalxmış, dəhlizlə hərəkətdə olan zaman orada Şahid1 olduğunu görmüş və dərhal pilləkənlərlə aşağı düşən zaman Təqsirləndirilən şəxs1la rastlaşmışdır. O, Təqsirləndirilən şəxs1 polisin gələcəyini və evdən qaçmalı olduqlarını demiş, o, evin çöl qapısından çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 çağırmağa getmiş, ardınca isə adları qeyd olunan şəxslər də onun arxası ilə hərəkət etməyə başlamışlar. Yol ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarova bıçaqla zərbələr vurduğunu ona demiş, Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evində olan zaman Təqsirləndirilən şəxs2 iti sakitləşdirmək üçün getməsinin şahidi olmamışdır. İbtidai istintaq zamanı işgəncəyə məruz qalmış, nəticədə bədənində xəsarətlər yaranmışdır. Penitensiar müəssisəyə daxil olan zaman xəsarətlərlə bağlı məlumat vermiş, lakin müəssisənin əməkdaşları həmin xəsarətləri qeyd etməmişlər. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 uzun müddətdir tanıyır, sonuncu onunla qonşuluqda yaşayır. X28 Rayon Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində işlədiyi üçün evində xeyli miqdarda pulun olduğunu fikirləşmiş, bu səbəbdən də Bəyaz Cabbarovun evinə daxil olaraq quldurluq etmək qərarına gəlmişdir. Bu fikrini reallaşdırmaq üçün o, baş vermiş hadisədən bir neçə gün əvvəl dostu Rauf Məmmədov ilə Bəyaz Cabbarovun yaşadığı evin yaxınlığına gəlmiş, məqsədləri evin elektrikini kəsdikdən sonra sonuncu evin darvasını açdıqda üzərinə hücum edərək əlqolunu bağlamaq və pul tələb etmək olmuşdur. O, həmin vaxt evin işıqlarını söndürmüş, lakin evə girməyə cəsarəti çatmadığı üçün Rauf Məmmədovla birlikdə oradan uzaqlaşmışlar. 10 yanvar 2023-cü il tarxidə təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evə getdikdə sonuncu ilə Təqsirləndirilən şəxs1 spirtli içki qəbul etdiklərini görmüşdür. Orada olan zaman Bəyaz Cabbarovun yaşadığı evdə xeyli miqdarda pul olduğunu və həmin evdən oğurluq etmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da razılaşmışlar. Daha sonra üzərlərinə quldurluq zamanı üzlərini bağlamaq üçün qara maskalar götürmüşlər, habelə Təqsirləndirilən şəxs2 qatlanan bıçaq, Təqsirləndirilən şəxs1 isə qara rəngli bıçaq götürmüş, lakin onun üzərində hər hansı alət olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 evdə olan pulları yığmaq üçün qara rəngli idman çantasını da özü ilə götürmüşdür. Sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 evindən çıxaraq dəmir yolundan aşağı düşmüşlər, sol tərəf istiqamətinə dönmüşlər və Bəyaz Cabbarovun evinə doğru hərəkət etmişlər. O, Bəyaz Cabbarovun evinə gəlməmişdən öncə küçədə harada kamera olduğunu öyrənmiş və əvvəlcədən plan qurmuşdur. Onlar küçəyə daxil olduqda 01 ədəd “VAZ 2107” markalı avtomobil küçədən çıxmış, avtomobildə olan şəxslərin onu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görməməsi üçün yerə oturaraq üzlərini örtmüşlər. X25 evinə yaxınlaşan kimi üzərlərində olan maskaları taxmışlar, sonra Təqsirləndirilən şəxs1 elektrik sayğacından evə gedən elektrik xəttini dayandırmışdır. Həmin vaxt o, darvazanın bir tərəfində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə digər tərəfində olmuşdur. Bundan sonra Bəyaz Cabbarov darvazanı açıb küçəyə çıxmaq istəyən zaman Təqsirləndirilən şəxs2 dərhal evin həyətinə daxil olaraq sağ əli ilə Bəyaz Cabbarovun ağız nahiyəsindən, sol əli ilə isə başının arxa nahiyəsindən tutmuş, daha sonra isə o, Təqsirləndirilən şəxs1la birlikdə evin həyətinə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu sol tərəfdə olan divara söykəmiş, o, Bəyaz Cabbarovun sağ qolundan, Təqsirləndirilən şəxs1 isə sol qolundan tutmuş, daha sonra Təqsirləndirilən şəxs2 belindən bıçağı çıxararaq Bəyaz Cabbarovu öldürməklə hədələmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Bəyaz Cabbarovu evin birinci mərtəbəsində sağ tərəfdə yerləşən mətbəx otağına aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 da belində olan bıçağı çıxarmış, daha sonra Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu yerə yıxmış və dizini yerə qoyub bir əli ilə sonuncunun yaxasından tutmuş, bir əlində isə bıçaq olmuşdur. Bəyaz Cabbarovun ayaqları girişdən sağ tərəf istiqamətində, baş tərəfi isə girişdən sol tərəf istiqamətində olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu hədələyərək pulların yerini deməsini bildirmiş, əks təqdirdə isə öldürəcəyini qeyd etmiş, o isə həmin otağın girişində dayanmışdır. Bəyaz Cabbarov çox pulunun olmadığını, yalnız xərclik pulunun olduğunu, icazə vermələrini və pulu gedib gətirəcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs2 razılaşmamış və Bəyaz Cabbarova pulun yerini deməsini və gedib pulu götürəcəyini bildirmişdir. Həmin vaxt o, Bəyaz Cabbarova zərbə vurmamış, sonuncuya zərbələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 endirmişlər. Bundan sonra o, evin 2-ci mərtəbəsini yoxlamaq üçün pilləkənlərlə yuxarı qalxmış, lakin Təqsirləndirilən şəxs1 onunla birlikdə getməmiş və ondan başqa 2-ci mərtəbəyə heç kim qalxmamışdır. Daha sonra o, dəhlizə daxil olmuş, bu zaman dəhlizdə olan otaqlardan birində Bəyaz Cabbarovun gəlininin və sonucunun əlində mobil telefonun olduğunu görmüş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərxoş olduqları üçün qadın cinsli şəxsə xəsarət yetirmələrindən qorxduğuna görə həmin qadın cinsli şəxsə təhlükəsizliyi üçün çölə çıxmamasını bildirmişdir. Bundan sonra o, aşağı düşərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçmalarını bildirmiş və o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evdən çıxaraq dəmir yolu reyslərinin olduğu sol tərəf istiqamətində qaçmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 öndə, o, sonuncunun arxası ilə, Təqsirləndirilən şəxs2 isə ən arxada olmuşdur. Dəmir yoluna çatan zaman Təqsirləndirilən şəxs1 ona Bəyaz Cabbarovu öldürdüyünü və 30-a yaxın bıçaq zərbələri vurduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 cibindən 01 ədəd mobil telefonu çıxararaq Bəyaz Cabbarovun mobil telefonunu götürdüyünü bildirmiş və həmin vaxt mobil telefona zəng gəldiyi üçün Təqsirləndirilən şəxs1 mobil telefonu yerə vuraraq sındırmışdır. Sonradan o, hadisə vaxtı üzərində olan maskanı yaşadığı evin sanitar qovşağına, qara rəngli gödəkcəni isə dəmir yolunun yanında olan kolluğa tullamışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrılıb öz evinə getmiş və hadisə barədə heç kəsə deməmişdir. 11 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Ağdam rayonunda təhsil aldığı kollecə, oradan da Ağcabədi rayonuna gedərək özünə məxsus mobil telefonu orada satmış, daha sonra Gəncə şəhərinə getmiş və sonradan polis əməkdaşları onu saxlayaraq Yevlax RPŞyə aparmışlar. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə aparılan zaman bildirmişdir ki, Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evinə gedən zaman onda bıçaq olmamış və bıçaq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. Oraya çatdıqdan sonra Təqsirləndirilən şəxs1 işıqları söndürmüş, Bəyaz Cabbarov qapını açdıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs2 həyətə daxil olub əli ilə Bəyaz Cabbarovun ağız nahiyəsini tutmuş, daha sonra Təqsirləndirilən şəxs1, ardınca isə o, həyətə daxil olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu divara dirəmiş və bıçağı çıxarıb sakit dayanmasını demiş, əks halda isə öldürəcəyi ilə hədələmişdir. Bundan sonra birlikdə Bəyaz Cabbarovu evin birinci mərtəbəsində olan otağa aparmışlar və orada olan zaman Təqsirləndirilən şəxs2 badalaq fəndi işlədib Bəyaz Cabbarovu yerə yıxıb bıçağı çıxararaq pulların yerini deməsini Bəyaz Cabbarovdan tələb etmişdir. Daha sonra o, ikinci mərtəbəyə çıxdığı üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarova bıçaqla zərbə vurub-vurmadığını görməmiş, sonradan Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarova 30 bıçaq zərbəsi vurduğunu ona demiş, Təqsirləndirilən şəxs2 isə bu barədə heç nə bildirməmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la aralarında üzləşdirmə aparılan zaman bildirmişdir ki, Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evinə getdikdən sonra Təqsirləndirilən şəxs1 işıqları söndürmüş, Bəyaz Cabbarov qapını açdıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs2, daha sonra Təqsirləndirilən şəxs1, ardınca isə o, həyətə daxil olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs2 bıçağı çıxarıb səsini çıxarmaması üçün Bəyaz Cabbarovu hədələmiş və bundan sonra birlikdə Bəyaz Cabbarovu evin birinci mərtəbəsində olan otağa aparmışlar. Orada olan zaman Təqsirləndirilən şəxs2 badalaq fəndi işlədib Bəyaz Cabbarovu yerə yıxmış, Təqsirləndirilən şəxs1 isə bıçağı çıxarıb Bəyaz Cabbarova öldürəcəyini demiş və pulların yerini deməsini tələb etmişdir. Daha sonra o, ikinci mərtəbəyə çıxmış və oradan düşəndə Təqsirləndirilən şəxs1 görmüş, qadın cinsli şəxsin polisə məlumat verdiyini Təqsirləndirilən şəxs1 demiş və bundan sonra isə həmin yeri tərk etmişlər. Sonradan Təqsirləndirilən şəxs1 telefonu sındırmış və Bəyaz Cabbarova 30 bıçaq zərbəsi vurduğunu ona demişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum Bəyaz Cabbarov onun atasıdır. Təqsirləndirilən şəxs3 onun qonşusu olmuş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamışdır. X12 və onun arvadı Şahid1 ilə birlikdə ünvan 5 ünvanında yaşamış, 2000-ci ildən vəfat edənədək “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Vərəm şöbəsinin müdiri vəzifəsində işləmişdir. 10 yanvar 2023-cü il tarixdə səhər saat 09 radələrində Yevlax şəhərində yerləşən işlədiyi aptekə getmiş və orada olan zaman saat 21:50 radələrində arvadı Şahid1 ona zəng edərək yaşadığı evdə tanımadığı şəxslərin olduğunu və X31la dava etdiklərini demişdir. O da dərhal yaşadığı evə getdikdə evin işıqlarının yanmadığını, evin birinci mərtəbəsində sağda yerləşən mətbəx tərəfdən telefonun işığının yandığını görmüş və mətbəxə daxil olduqda arvadı Şahid1 mətbəxdə olması ona məlum olmuşdur. Şahid1 ona mətbəxdə X31un yerdə uzanmış vəziyyətdə olduğunu bildirmiş və o da dərhal evin sayğacının işıqlarını yandırmışdır. Mətbəxə geri qayıtdıqda X31un qana bulaşmış halda mətbəxdə yerdə uzanmış vəziyyətdə olduğunu və bədəni üzərində çoxlu sayda kəsici-deşici alətlərlə yetirilmiş xəsarətlərin olduğunu görmüşdür. Bundan təxminən 5 dəqiqə sonra təcili tibbi yardım stansiyasının əməkdaşları evə gəlmiş və onlar birlikdə atası X26 Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sonradan aparılmış araşdırma zamanı qonşuluqda yaşayan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə X31u öldürmələri ona məlum olmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə barışmamışdır və adları qeyd edilən şəxslərin qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalarını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum Bəyaz Cabbarov onun qayınatasıdır. O, əri Fərid Cabbarlı və X17 ilə birlikdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. 05 yanvar və ya 06 yanvar 2023-cü il tarixdə onların elektriki sönsə də qonşularının elektriki yanmağa davam etmiş və həmin vaxt Bəyaz Cabbarov çölə çıxaraq işıqları yandırmışdır. X17 10 yanvar 2023-cü il tarixdə saat 16:10-da işdən gəlmişdir. Həmin tarixdə saat 20:50 radələrindən saat 21:10 radələrinədək anası ilə telefonla danışan zaman evin bütün işıqları sönmüş, bundan təxminən 2 dəqiqə sonra evin mətbəxindən səs-küy gəlməyə başlamış, həmin vaxt Bəyaz Cabbarovun bilmədiyi şəxslərlə dava etdiyini və sonuncunun nə üçün öldürülmək istəməsinin səbəbini soruşduğunu eşitmişdir. Bundan sonra isə o, bilmədiyi şəxsin evin pilləkənlərindən 2-ci mərtəbəyə doğru qalxdığını eşidib olduğu otağın qapısını açaraq aşağı düşmək istəmiş, lakin bu zaman qaranlıqda arıq, boyu təxminən 170 sm olan, üzünə maska keçirmiş 1 nəfər şəxslə qarşılaşmış, aralarında təxminən 3 metr məsafə olmuş və həmin şəxs onu gördükdə təhlükəsizliyi üçün heç kimə zəng etməməsini deyib evin giriş qapısından çıxaraq pilləkənlərlə aşağı hərəkət etmişdir. O, həmin vaxt qorxduğu üçün zalın qapısını açarla arxadan bağlamış, təxminən bir dəqiqədən sonra X17 onun adını çəkərək onu səsləməyə başlamışdır. O, həmin vaxt zalın qapısını açarla açıb çölə çıxmış və qarşılaşdığı qeyd olunan şəxsin evin darvazasından çölə doğru qaçdığını görmüş, lakin başqa şəxsləri görməmişdir. O, pilləkənlərlə aşağı düşdükdə mətbəxin qapısının açıq olduğunu görmüş və həmin vaxt X17 mobil telefonunun işığı ilə olduğu yeri ona işarə etmişdir. O, evin mətbəxinə daxil olmuş, bu zaman X17un divanın yanında yan tərəfi üstə uzanmış vəziyyətdə olduğunu, qayınatasının köynəyinin qana bulaşmış halda olduğunu və bədənində çoxlu xəsarətlərin olduğunu görmüşdür. Həmin vaxt X17un təklifi ilə o, təcili tibbi yardım stansiyasına zəng edib məlumat vermiş, daha sonra isə əri Fərid Cabbarlıya zəng edib bilmədiyi şəxslərin evə daxil olaraq X17a bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Təxminən 4-5 dəqiqədən sonra əri Fərid Cabbarlı yaşadığı ünvana gəlmiş və öz avtomobili ilə atası X26 Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Bəyaz Cabbarov onların ailə həkimi olmuşdur. 10 yanvar 2023-cü il tarixdə saat 22 radələrində anası Siyasət İbrahimovanın səhhəti pisləşdiyi üçün mülkiyyətində olan “VAZ 2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə anasını Bəyaz Cabbarovun yaşadığı evə aparmış və orada sonuncu tərəfindən anasına tibbi yardım göstərilmişdir. Bundan sonra həmin evi tərk etmişlər və bu zaman o, Bəyaz Cabbarovun evinin darvazasının qapısının açıq vəziyyətdə qalıb-qalmamasını və ya sonuncunun həmin qapını bağlayıb-bağlamamasını bilməmişdir. Daha sonra o, idarə etdiyi avtomobillə “Ərəb” marketə tərəf hərəkət etməyə başlamış və hərəkətdə olan zaman Bəyaz Cabbarovun yaşadığı evdən təxminən 40 metr məsafədə yolun sol tərəfində 3 nəfər tanımadıqları cavan oğlanların əyilərək yerdə oturduqlarını görmüşdür. Həmin 3 nəfər şəxsin hər birinin başında qış papağı olmuş və qeyd olunan şəxslər əyinlərində olan gödəkcələri sifətlərinə tərəf tutaraq sanki sifətlərini gizlətmişlər. O, avtomobillə hərəkətə davam etmiş və həmin şəxslərin yanından keçərək yaşadığı ünvana tərəf getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun nəvəsidir, Bəyaz Cabbarov onun qonşusu olmuşdur, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımamışdır. Təqsirləndirilən şəxs3 anası X13 və bacısı X19 ilə birlikdə onun evində yaşamış və Ağdam rayonunda yerləşən kollecdə aqronomluq ixtisası üzrə sonuncu kursda təhsilini davam etdirmişdir. Nəvəsi Təqsirləndirilən şəxs3 10 yanvar 2023-cü il tarixdə günorta saat təxminən 15-16 radələrinədək evdə olmuş və arvadı Nazilə Vahabovanın vəziyyəti pisləşdiyi üçün Təqsirləndirilən şəxs3 axşam vaxtı evdən çıxıb getməsini görməmişdir. Qeyd olunan tarixdə nəvəsi Təqsirləndirilən şəxs3 ona və ya ailənin digər üzvlərinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə Bəyaz Cabbarovun evinə daxil olub sonuncunu öldürəcəkləri barədə heç nə bildirməmişdir və o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun yaşadığı küçəyə gəldiklərini və ya həmin şəxslərin onun nəvəsi Təqsirləndirilən şəxs3lə görüşdüklərini görməmişdir. Həmin tarixdə saat təxminən 21-22 radələrində nəvəsi Təqsirləndirilən şəxs3 evə daxil olaraq qonşuları Bəyaz Cabbarovun yaşadığı evdə səs-küy olmasını bildirmiş və nə baş verdiyini öyrənmək üçün həmin ünvana getmələrini xahiş etmişdir. Bundan sonra o, arvadı Nazilə Vahabova və Təqsirləndirilən şəxs3 birlikdə küçəyə çıxdıqda küçədə olan qonşular naməlum şəxs və ya şəxslərin Bəyaz Cabbarova yaşadığı evdə bıçaqla zərbələr vurub xəsarət yetirdiyini və buna görə də sonuncunun xəstəxanaya aparıldığını bildirmişlər. Sonra o, arvadı Nazilə Vahabova və Təqsirləndirilən şəxs3lə birlikdə evə qayıtmış, bir müddət sonra isə küçəyə çıxdıqda küçədə olan şəxslər Bəyaz Cabbarovun xəstəxanaya aparılarkən yolda öldüyünü bildirmişlər. 11 yanvar 2023-cü il saat təxminən 09 radələrində Təqsirləndirilən şəxs3 Ağdam rayonunda yerləşən kollecə gedəcəyini bildirərək evdən çıxıb getmiş, lakin həmin tarixdə sonuncu evə qayıtmamışdır. Həmin tarixdə axşam radələrində Elgiz ona zəng edib Bəyaz Cabbarovu qətlə yetirən 2 nəfər şəxsin yaxalandığını, 3-cü şəxsin isə onun nəvəsi Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Bundan sonra Samux rayonunda yaşayan qızı Aytac ona zəng edib Təqsirləndirilən şəxs3 onların evinə gəldiyini demiş, O da qızına Təqsirləndirilən şəxs3 heç nə deməməsini və səhəri gün özünün gəlib sonuncunu oradan aparacağını demişdir. 12 yanvar 2023-cü il tarixdə səhər saatlarında Yevlax Rayon Polis şöbəsinə Təqsirləndirilən şəxs3 olduğu yerlə bağlı məlumat verilmiş və həmin şöbənin əməkdaşları ilə birlikdə qızı Aytacın Samux rayonunda yaşadığı evə getmişlər. Orada olan zaman o, Təqsirləndirilən şəxs3 qonşusunu öldürdüyünü demiş, sonuncu isə Bəyaz Cabbarovu özünün deyil, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bıçaqla zərbə vuraraq öldürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşları onun nəvəsi Təqsirləndirilən şəxs3 Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğludur. 10 yanvar 2023-cü il tarixdə saat təxminən 18 radələrində evə daxil olduqda oğlu Təqsirləndirilən şəxs1 evdə olmadığını görüb axtarsa da sonuncunu tapa bilməmişdir. Daha sonra 11 yanvar 2023-cü il saat təxminən 01 radələrində oğlu Təqsirləndirilən şəxs1 evə gəlmiş, dostları ilə oyun oynadığını bildirmiş və həmin vaxt sonuncunun fikirli və həyəcanlı olduğunu görmüşdür. 11 yanvar 2023-cü il tarixdə axşam 18 radələrində yas mərasimində iştirak edib saat 20 radələrində evə qayıtdıqda oğlu Təqsirləndirilən şəxs1 evdə olmadığını görmüş, lakin axtarmasına baxmayaraq sonuncunu tapa bilməmişdir. Həmin tarixdə saat 22 radələrində qonşusunun xatırlamadığı azyaşlı uşağı onun yaşadığı ünvana gəlib polis əməkdaşlarının oğlu Təqsirləndirilən şəxs1 polis şöbəsinə apardıqlarını bildirmiş, daha sonra isə oğlu Ramil Məmmədov ona Təqsirləndirilən şəxs1 Yevlax Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulması barədə məlumat vermişdir. 12 yanvar 2023-cü il tarixdə səhər saatlarında Yevlax Rayon Polis Şöbəsinə getmiş və orada olan zaman ona oğlu Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə Bəyaz Cabbarovun yaşadığı evə gedib orada sonuncunu öldürdüklərini bildirmişlər. Oğlu Təqsirləndirilən şəxs1 ona hadisə barədə hər hansı məlumat verməmişdir və o, hadisə barədə Yevlax RPŞ-də olarkən öyrənmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər üzərində dəstəyi qara rəngli yapışqan lentli cib bıçağını gəzdirmişdir, lakin hadisədən sonra gecə vaxtı evə gələn Təqsirləndirilən şəxs1 üzərində bıçağın olub-olmamasına fikir vermədiyi üçün həmin cib bıçağını görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. O, Bakı şəhərində tikinti sahəsində işləyən zaman havalar soyuq olanda sifətinin soyuqdan qorunması məqsədilə qara rəngli maska almış və işdən çıxdıqdan sonra həmin maskanı Yevlax şəhərində yerləşən yaşadığı evə qoymuşdur. 10 yanvar 2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs1 ondan həmin maskanı istəmiş, o da maskanı qardaşı Təqsirləndirilən şəxs1 versə də sonuncudan hansı səbəbdən maskanı istədiyini soruşmamışdır. 11 yanvar 2023-cü il tarixdə axşam saatlarında xatırlamadığı mobil telefon nömrəsindən ona zəng olunaraq qardaşı Təqsirləndirilən şəxs1 cinayət törətməsi və hazırda Yevlax RPŞ-də saxlanılması barədə məlumat verilmiş, o da anası Şahid4 zəng edərək bu barədə demişdir. Səhəri gün anası ona zəng edərək qardaşı Təqsirləndirilən şəxs1 qonşuları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə X26 şəhərində yaşadığı evdə öldürdüklərini bildirmişdir. Bundan başqa, sosial şəbəkələrdə hadisə zamanı Bəyaz Cabbarovun yaşadığı küçədə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntüləri izləmiş, həmin vaxt Bəyaz Cabbarovun yaşadığı evdən qatar yolu istiqamətinə qaçan 3 nəfər şəxsin olduğunu görmüş, Təqsirləndirilən şəxs1 uşaq vaxtlarında hündürlükdən yıxılaraq sağ qolu sındığı və əyri birləşdiyi üçün həmin şəxslərdən sağ qolu əyilmiş vəziyyətdə olan şəxsin qardaşı Təqsirləndirilən şəxs1 olduğunu tanımışdır. Qardaşı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 hadisədən öncə tərkibində spirt olan “Go” enerji içkisi, sonra da Təqsirləndirilən şəxs2 yaşadığı evdə olan zaman araq içdiklərini eşitmişdir. Qardaşı Təqsirləndirilən şəxs1 ona hadisə ilə bağlı hər hansı məlumat verməmiş, Yevlax Rayon Polis Şöbəsindən ona zəng ediləndən sonra qardaşı Təqsirləndirilən şəxs1 cinayət törətdiyini öyrənmişdir. O, bir neçə dəfə qardaşı Təqsirləndirilən şəxs1 üzərində dəstəyi qara rəngli yapışqan lentli cib bıçağının olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur. 10 yanvar 2023-cü il tarixdə o və oğlu Təqsirləndirilən şəxs2 evdə olmuşlar və həmin tarixdə Təqsirləndirilən şəxs2 evdə spirtli içki qəbul etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 da həmin evə gəlmiş və Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 araq içməyə başlamışlar. Həmin tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs3 də həmin evə gəlmişdir. Bundan sonra o, qonşuluqda yaşayan bacısıgilə gedib qayıtdıqdan sonra oğlu Təqsirləndirilən şəxs2, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 evdə olmadığını görmüşdür. Bundan təxminən bir saat sonra Təqsirləndirilən şəxs2 evə qayıtmış, sonuncunun yanında Təqsirləndirilən şəxs1 da olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 adətən onun həyətində saxlanılan mətbəx bıçaqlarından bir ədədini ona təqdim edərək mətbəxə qoymasını bildirmiş, o da Təqsirləndirilən şəxs1 həmin bıçağı yaşadığı evin həyətindən tapdığı üçün ona qaytardığını düşünmüşdür. Sonradan Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən həmin bıçağın cinayətin törədilməsində istifadə olunan alət olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs1 bıçağı ona verdikdən sonra həmin yeri tərk edib yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs2 isə yatmışdır. 11 yanvar 2023-cü il tarixdə axşam radələrində o, evdə olarkən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı evə gəlmişlər və Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparmışlar. Sonradan araşdırma zamanı oğlu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarovun yaşadığı evə gedib orada sonuncunu öldürmələri ona məlum olmuşdur. Oğlu Təqsirləndirilən şəxs2 ona hadisə ilə bağlı hər hansı məlumat verməmiş və oğlu Təqsirləndirilən şəxs2 Yevlax RPŞ-yə aparıldıqdan sonra hadisə barədə öyrənmişdir. Oğlu Təqsirləndirilən şəxs2 əvvəllər üzərində bıçaq gəzdirdiyini görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 yanvar 2023-cü il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 22:30 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasından Yevlax Rayon Prokurorluğuna zəng edilərək X4 çoxsaylı kəsilmiş-deşilmiş yara xəsarətləri ilə həmin xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 10 yanvar 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 22:05-də Yevlax Rayon Mərkəzi Xəstəxanasından Yevlax Rayon Polis Şöbəsinə zəng edilərək X4 çoxsaylı bıçaq xəsarətləri ilə həmin xəstəxanaya daxil olması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri X23 yaşamış olduğu ünvan 11 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evidir. Evin həyətinə 2 taylı dəmir darvazadan daxil olunur. Həyətə daxil olduqda 3,5 metr irəlidə sol tərəf istiqamətində 01 ədəd üzərinə “puma” yazılmış başmağın sol tayı, həmin başmaqdan 3 metr sağ tərəf istiqamətində isə 01 ədəd siqaret kötüyü aşkar edilmişdir. Həyətə daxil olduqda 7 metr irəlidə sağ tərəfdə taxtadan ibarət kiçik çəpəri olan açıq eyvan yerləşir. Eyvana daxil olduqda sol tərəfdə mətbəx otağı yerləşir. Eyvanda, döşəmə üzərində mətbəxə giriş hissə ilə qarşı-qarşıya 01 ədəd tibbi maska aşkar edilmişdir. Mətbəxə daxil olduqda stuldan sağ tərəf istiqamətində taxta döşəmə üzərində 01 ədəd idman çantası vardır. Çantaya baxış keçirilən zaman ön hissəsində yerləşən cibinin içərisində olan 01 ədəd kişi alt paltarı aşkar edilmişdir. Çantadan sağ tərəf istiqamətində 40 sm məsafədə üzərinə “puma” yazılmış rezin başmağın sol tayı aşkar edilmişdir. Mətbəxə daxil olduqda giriş hissədə döşəmə üzərində irəliyə doğru müəyyən məsafədə səpələnmiş 02, 03, 04 və 05 nömrəli qanabənzər ləkələr aşkar olunmuşdur. Mətbəxə girişdən sol tərəfdə yerləşən qonaq otağına daxil olduqda girişdən solda olan stolun üzərində dəftər və vərəqlər vardır. Dəftərə baxış keçirilən zaman arasından 5 manatlıq pul əskinası aşkar edilmişdir. Həmin otaqdan sağ tərəf istiqamətində X23 yataq otağı yerləşir. Yataq otağına daxil olduqda orada olan mebel şkafı dəstinə baxış keçirilən zaman şkafın üst hissəsindən 01 ədəd qara rəngli əl çantası aşkar edilmişdir. Çantanın içərisinə baxış keçirilən zaman 18,014 manat məbləğində pul və 01 ədəd dərman preparatı aşkar edilmişdir. Evin həyətinə giriş hissədən sağ tərəfdə yerləşən su hovuzunun üzərindən mərhum Bəyaz Cabbarova məxsus 01 ədəd qara rəngli papaq aşkar edilmişdir. Evin həyətinə giriş hissənin ətrafına baxış keçirilən zaman həyətə giriş darvazasından sağ tərəf istiqamətində, divarın qarşısında 01 ədəd üzəri qanabənzər ləkələrlə çirklənmiş dəsmal aşkar edilmiş və yuxarıda qeyd olunan predmetlər iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, mərhum X4 meyitinə baxış keçirilmişdir. Meyitin əynində tünd göy rəngli idman şalvarı və boz rəngli tuman vardır. Paltarlar qanabənzər ləkələrlə çirklənmişdir. Dəri və görünən selikli qişaları soğundur. Burun dəliklərində ağız yarığının kənarlarında qan izi vardır. Meyitə baxış keçirilən zaman aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sol aşağı-tış hissəsində, qarınüstü nahiyənin sol tış hissəsində və qarının yuxarı şöbəsinin sol yan hissəsində istiqaməti müxtəlif yerləşmiş, aralarındakı məsafə 2-5 sm olmaqla ellepsəbənzər formalı, bir ucu iti, digər ucu küt, hamar kənarlı 1,8x0,5 m-dən 2,2x0,5 smdək ölçülü 21 (iyirmi bir ədəd yara kanalının istiqaməti müxtəlif olan deşilmiş-kəsilmiş yaralar (yumşaq zondla təftiş etdikdə qeyd olunan yaralardan 17 (on yeddi) ədədinin döş və qarın boşluğuna nüfuz etdiyi aşkar edildi), sol alın qabarında, sol gicgah nahiyəsində, sol tərəf təpə nahiyəsində və sol baldırın yuxarı 1/3-nin ön səthində xəttəbənzər və qeyri müəyyən formalı, solğun qırmızımtıl rəngdə, ətraf dəri səviyyəsindən nisbətən yuxarı 1x1 sm-dən 4x0,3 sm-dək ölçülü sıyrıqlar. Bədən səthində başqa xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Baxış keçirilən zaman 01 ədəd tünd göy rəngli klassik şalvar, 01 ədəd boz rəngli kişi pencəyi. 01 ədəd göy rəngli uzunqol kişi köynəyi, 01 ədəd boz rəngli pejama dəsti, 01 ədəd tünd göy rəngli pejama dəstinin şalvarı, 01 ədəd ağ rəngli mayka, 01 ədəd boz rəngli tuman və 01 ədəd boz rəngli sviter müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 01 ədəd tünd göy rəngli klassik şalvarın üzərində qanabənzər ləkələr vardır. 01 ədəd boz rəngli kişi pencəyinin sol ətraf nahiyəsində müxtəlif ölçülü zədələr və pencəyin üzərində qanabənzər ləkələr vardır. 01 ədəd göy rəngli uzunqol kişi köynəyinin üzərində qanabənzər ləkələr və zədələr vardır. 01 ədəd boz rəngli pejama dəstinin köynəyinin üzərində qanabənzər ləkələr və zədələr vardır. 01 ədəd tünd göy rəngli pejama dəstinin şalvarının bel nahiyəsində qanabənzər ləkələr vardır. 01 ədəd ağ rəngli mayka cırılmışdır (tibbi müdaxilə zamanı), üzərində qanabənzər ləkələr və zədələr vardır. 01 ədəd boz rəngli tumanın bel nahiyəsində qanabənzər ləkələr vardır. 01 ədəd boz rəngli sviterin üzərində qanabənzər ləkələr və zədələr vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, X23 yaşamış olduğu ünvan 11 ünvanının sağ hissəsində 100 metr məsafədə yerləşən dəmir yolunun sol yan hissəsinə baxış keçirilmişdir. Bu zaman dəmir yolunun sağ hissəsində dəmir yoluna qalxan hissədə yerdə 01 ədəd “Samsung” markalı mobil telefonun ağ rəngli arxa korpus hissəsi və batareyası, habelə dəmir yolu xəttinin sol kənarında olan otluq ərazidə 01 ədəd üzərinə “Мэр” yazılmış 0.7 litr həcmində araq butulkası və 01 ədəd qara rəngli kurtka aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı mərhum X22 şəhəri, Əhməd Ağayev küçəsi, ev 33 ünvanında yerləşən fərdi yaşayış evinin qonşuluğunda quraşdırılmış videomüşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntünün əks olunduğu 01 ədəd diskə baxış keçirilmişdir. Bu zaman 10 yanvar 2023-cü il tarixdə saat 21:43-də videogörüntüdə 3 nəfər şəxsin müşahidə olunması, küçənin sol tərəfindən sağ tərəf istiqamətində hərəkətdə olan 1 nömrəli şəxsin, sonra onun ardınca hərəkətdə olan 2 nömrəli şəxsin və 2 nömrəli şəxsin ardı ilə 3 nömrəli şəxsin videmüşahidə kamerasının quraşdırıldığı yerdən sağ tərəf istiqamətində qaçdıqları müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs1 üzərində olmuş 01 ədəd kapşonlu idman koftası, 01 ədəd qara rəngli maska, 01 ədəd boz rəngli cins şalvar və 01 cüt qara rəngli idman ayaqqabısı qablaşdırılaraq götürülmüş və həmin paltarlara vizual baxdıqda gözlə görünən qana bənzər ləkə və zədə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş bıçaqlara baxış keçirilməsi haqqında 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı istifadə etdiyi 01 ədəd bıçaq tiyə və dəstək hissələrdən ibarətdir, açıq vəziyyətdə bıçağın uzunluğu 221 mmdir. Bıçağın tiyəsi boz rəngli metaldandır, tiyənin üst tərəfi küt, aşağı tərəfi kəsici, ucu isə deşici xassəyə malikdir, tiyənin hər iki kəsər hissəsi itilənmişdir. Tiyənin uzunluğu 100 mm, maksimal qalınlığı 2,2 mm-dir. Bıçağın dəstəyi boz rəngli metaldandır, tiyənin davamı deyildir. Dəstək iki ədəd bir-birinə paralel olan metaldan hazırlanmış düzxətli formalı hissələrdən ibarət olub, tiyəyə iki ədəd metal bərkidici vasitəsilə pərçimlənmişdir. Bıçağın açıq vəziyyətində, qeyd edilən dəstək hissələri bir-birinə qara rəngli yapışqan lentlə sarınmışdır. Dəstəyin uzunluğu 112 mm, qalınlığı isə 8,4 mmdir. Təqsirləndirilən şəxs2 hadisə vaxtı istifadə etdiyi 01 ədəd bıçaq tiyə və dəstək hissələrdən ibarətdir. Bıçağın ümumi uzunluğu 243 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi (küpü) küt, digər tərəfi (ağzı) kəsici, ucu deşici xassəyə malikdir. Kəsər hissə hər iki tərəfdən itilənmişdir. Tiyənin üzərində “Sanliu 666” zavod işarələri həkk edilmişdir. Tiyənin uzunluğu 125 mm, maksimal qalınlığı isə 1 mm-dir. Dəstəyin əsası tiyənin davamıdır və üzərinə qara rəngli plastmasa oxşar materialdan hazırlanmış üzlüklər 3 ədəd metal bərkidici ilə pərçimlənmişdir. Bıçağın dəstəyinin uzunluğu 120 mm-dir, dəstəyin maksimal qalınlığı isə 14,3 mm-dir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 12 yanvar 2023-cü il tarixli 03 nömrəli rəyindən görünür ki, X4 meyitində “qöş qəfəsinin sol aşağı-tış hissəsində, qarının yuxarı şöbəsinin sol yan hissəsində istiqaməti müxtəlif yerləşmiş, aralarındakı məsafə 2-5 sm olmaqla ellepsəbənzər formalı, bir ucu iti, digər ucu küt, hamar kənarlı 1,8x0,5 m-dən 2,2x0,5 smdək ölçülü 21 (iyirmi bir) ədəd yara kanalının istiqaməti müxtəlif olan deşilmiş-kəsilmiş yaralar (yumşaq zondla təftiş etdikdə qeyd olunan yaralardan 17 (on yeddi) ədədinin döş və qarın boşluğuna nüfuz etdiyi aşkar edildi), sol alın qabarında, sol gicgah nahiyəsində, sol tərəf təpə nahiyəsində və sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları” diaqnozu ilə, deşilmiş-kəsilmiş, deşici-kəsici alətin-alətlərin (əşyanın), ola bilsin ki, ekspertizaya təqdim edilmiş 02 (iki) ədəd və ya onlara bənzər digər bıçaqların təsirindən törənmiş, həyati, ölümlə birbaşa səbəbli əlaqəsi olan, ölüm baş verməmişdən az əvvəl yetirilmiş, ağırlıq dərəcəsinə görə döş qəfəsinin və qarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları (on yeddi ədəd) sağlamlığa ağır zərər vuran, döş qəfəsinin və qarının daxilə nüfuz etməyən (dörd ədəd) deşilmiş-kəsilmiş yaraları sağlamlığa yüngül zərər vuran xəsarətlər aşkar edilmişdir. Sıyrıqlar məhdud təsir səthinə malik küt alətin təsirindən törənmişdir, həyatidir, adətən dərəcəsi təyin edilməyən xəsarətlər kimi qiymətləndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə əməlin CM-in digər maddəsinə tövsif edilməsi haqqında 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 10 yanvar 2023-cü il tarixdə saat 21:43 dəqiqədə qeydə alınmış videogörüntüdə küçənin sol tərəf istiqamətində hərəkətdə olan 01 nömrəli şəxsin özünün olduğunu, sonra onun ardınca sağ tərəf istiqamətində hərəkətdə olan 02 nömrəli şəxsin Təqsirləndirilən şəxs3 olmasını, 03 nömrəli şəxsin isə Təqsirləndirilən şəxs2 olmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs2 10 yanvar 2023-cü il tarixdə saat 21:43 dəqiqədə qeydə alınmış videogörüntüdə küçənin sol tərəf istiqamətində hərəkətdə olan 01 nömrəli şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, sonra onun ardınca sağ tərəf istiqamətində hərəkətdə olan 02 nömrəli şəxsin Təqsirləndirilən şəxs3 olmasını, 03 nömrəli şəxsin isə özünün olmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs3 10 yanvar 2023-cü il tarixdə saat 21:43 dəqiqədə qeydə alınmış videogörüntüdə küçənin sol tərəf istiqamətində hərəkətdə olan 01 nömrəli şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, sonra onun ardınca sağ tərəf istiqamətində hərəkətdə olan 02 nömrəli şəxsin özünün olmasını, 03 nömrəli şəxsin isə Təqsirləndirilən şəxs2 olmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş idman çantasına baxış keçirilməsi haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 hadisə vaxtı mərhum X4 ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evində hadisə baş vermiş mətbəx otağında döşəmə üzərindən aşkar edilmiş 01 ədəd idman çantasını təqdim edərək həmin çantanın özünə məxsus olmasını, qeyd olunan çantanı hadisədən əvvəl Təqsirləndirilən şəxs2 üzərindən götürdüyünü, hadisə yerindən qaçarkən həmin çantanı X23 yaşadığı ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəxində qoyub qaçdıqlarını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 həmin çantanın ön hissəsində yerləşən cibinin içərisində olan 01 ədəd kişi alt paltarını təqdim edib qeyd olunan alt paltarının Təqsirləndirilən şəxs2 məxsus olduğunu və hadisədən bir müddət əvvəl göstərilən çantanı Təqsirləndirilən şəxs2 aldığı üçün sonuncuya məxsus olan qeyd olunan alt paltarının orada qaldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş idman çantasına baxış keçirilməsi haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs2 hadisə vaxtı mərhum X4 ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evində hadisə baş vermiş mətbəx otağında döşəmə üzərindən aşkar edilmiş 01 ədəd idman çantasını təqdim edərək həmin çantanın Təqsirləndirilən şəxs1 məxsus olmasını, qeyd olunan çantanı hadisədən əvvəl öz üzərlərində götürdüklərini, hadisə yerindən qaçarkən qeyd olunan çantanı X23 yaşadığı ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin mətbəxində qoyub qaçdıqlarını bildirmişdir. Daha sonra o, həmin çantanın ön hissəsində yerləşən cibinin içərisində olan 01 ədəd kişi alt paltarını təqdim edib həmin alt paltarının özünə məxsus olduğunu və hadisədən bir müddət əvvəl Təqsirləndirilən şəxs1 çantanı öz istifadəsi üçün aldığı vaxt göstərilən alt paltarını idman çantasının cibinə qoyduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-daktiloskopik ekspertizasının 26 yanvar 2023-cü il tarixli 23/50R nömrəli rəyindən görünür ki, 02, 04, 05 rəqəmləri ilə işarələnmiş 03 ədəd tampon üzərində qanabənzər maddələr, 01 ədəd açıq-çəhrayı rəngli dəsmal üzərində aşkar edilmiş şərti olaraq 01, 02, 03 və 04 rəqəmləri ilə işarələnmiş qanabənzər ləkələr və 02, 03, 04 və 05 rəqəmləri ilə işarələnmiş taxta qırıntıları üzərində olan qanabənzər ləkələr insan qanıdır. 01 (bir) ədəd açıq-çəhrayı rəngli dəsmal üzərində aşkar edilmiş şərti olaraq 01, 02, 03, 04 rəqəmləri ilə işarələnmiş qan nümunələri, 02, 04, 05 rəqəmləri ilə işarələnmiş 03 (üç) ədəd tampon üzərində olan qan nümunələri, taxta qırıntıları üzərində 02, 03, 04 və 05 rəqəmləri ilə işarələnmiş qan nümunələri və Bəyaz Cabbarova məxsus dırnaq nümunələri altında olan bioloji mənşəli materiallar X7 məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 08 fevral 2023-cü il tarixli 03 nömrəli rəyindən görünür ki, X4 meyitində “qöş qəfəsinin sol aşağı-tış hissəsində, qarının yuxarı şöbəsinin sol yan hissəsində istiqaməti müxtəlif yerləşmiş, aralarındakı məsafə 2-5 sm olmaqla ellepsəbənzər formalı, bir ucu iti, digər ucu küt, hamar kənarlı 1,8x0,5 m-dən 2,2x0,5 smdək ölçülü, 21 (iyirmi bir) ədəd, yara kanalının istiqaməti müxtəlif olan deşilmiş-kəsilmiş yaralar (yumşaq zondla təftiş etdikdə qeyd olunan yaralardan 17 (on yeddi) ədədinin döş və qarın boşluğuna nüfuz etdiyi aşkar edildi), sol alın qabarında, sol gicgah nahiyəsində, sol tərəf təpə nahiyəsində və sol baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları” diaqnozu ilə, deşilmiş-kəsilmiş, deşici-kəsici alətin-alətlərin (əşyanın) təsirindən törənmiş, həyati, ölümlə birbaşa səbəbli əlaqəsi olan, ölüm baş verməmişdən az əvvəl yetirilmiş, ağırlıq dərəcəsinə görə döş qəfəsinin və qarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları sağlamlığa ağır zərər vuran, döş qəfəsinin və qarının daxilə nüfuz etməyən (dörd ədəd) deşilmiş-kəsilmiş yaraları sağlamlığa yüngül zərər vuran xəsarətlər aşkar edilmişdir. Sıyrıqlar adətən dərəcəsi təyin edilməyən xəsarətlər kimi qiymətləndirilir. Mərhumun əynində olan paltarlarda aşkar edilmiş zədələrin sayı və lokalizasiyası meyitdə aşkar edilmiş xəsarətlərin yerləşdiyi nahiyələrlə cüzi fərqlə üst-üstə düşür. Xəsarətlərin xarateri, yerləşdiyi nahiyələrə əsasən demək olur ki, qeyd olunan xəsarətləri aldıqdan sonra zərərçəkmiş hər hansı iradi hərəkət edə bilərdi. Mərhumun daxili üzvlərində, dayaq hərəkət sistemində onun köməksiz vəziyyətdə ola bilməsini göstərən (anadangəlmə və ya qazanılma) hər hansı xəstəlik və ya gözlə görünən defekt əlamətləri yoxdur. Xəsarətlərin xarakteri, yerləşdiyi nahiyələrə əsasən güman etmək olar ki, xəsarət yetirilərkən xəsarət alanla xəsarət yetirən qarşı qarşıya olmuşlar. Zərərçəkənin uzanmış vəziyyətdə olması da istisna edilmir. Məhkəmə-kimyəvi şöbədə tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli 304/K nömrəli aktdan görünür ki, mərhum X4 meyitindən götürülmüş duru qanın məhkəməkimyavi tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və digər güclü təsiredici preparatlar aşkar edilməmişdir. X1 bilavasitə ölümünə səbəb daxili üzvlərin zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan döş qəfəsinin və qarının daxilə nüfuz edən çoxsaylı deşilmişkəsilmiş yaraları olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-2 saat əvvəl baş verdiyini göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 fevral 2023-cü il tarixli 101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. O, təsvir olunmuş cinayət hadisəsini törədərkən anlaqlı olmuşdur. O, hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. O, təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. O, cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 fevral 2023-cü il tarixli 102 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. O, hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. O, təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. O, cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 14 fevral 2023-cü il tarixli 103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. O, təsvir olunmuş cinayət hadisəsini törədərkən anlaqlı olmuşdur. O, hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. O, təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. O, cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 fevral 2023-cü il tarixli 316 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 23 fevral 2023-cü il tarixli, 7/116 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 cüt üzərində “NONONO Sports” yazılan ayaqqabının, 01 cüt üzərində dəmir predmet olan qara rəngli ayaqqabının və 01 cüt üzərində ip yerləri olan qara rəngli ayaqqabının alt hissəsində torpaq mənşəli maddə hissəcikləri vardır və üzərində “X23 yaşadığı evin qarşısından götürülmüş torpaq nümunəsi” yazılan kağız zərfdəki torpaq nümunəsi ilə qrup və cins əlamətinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 03 mart 2023-cü il tarixli 6/585 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 nömrəli cədvəldə gösətirilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında Bəyaz Cabbarovun pencəyinin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 idman gödəkçəsinin tərkib liflərinə və bozumtul-göy rəngli poliaktilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs3 köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Bəyaz Cabbarovun şalvarının üzərindən aşkar edilmiş qara rəngli hamar-poliester, kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs1 idman gödəkçəsinin və Təqsirləndirilən şəxs2 gödəkçəsinin üzərlərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Bəyaz Cabbarovun pencəyinin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs3 şalvarının üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Bəyaz Cabbarovun şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 mart 2023-cü il tarixli 388 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 mart 2023-cü il tarixli 389 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə daktiloskopik-ballistik və trasoloji ekspertizasının 17 mart 2023-cü il tarixli 3/180- 3/256-3/257 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd bıçağın səthində əl-barmaq və papilyar naxış izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəf kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı düzəliş edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd pencəyin, bir ədəd jaketin, bir ədəd köynəyin, bir ədəd alt köynəyinin və bir ədəd maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd pencəyin, bir ədəd jaketin, bir ədəd köynəyin, bir ədəd alt köynəyinin və bir ədəd maykanın səthində olan zədələrin təqdim edilmiş iki ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş iki ədəd bıçaq ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd pencəyin, bir ədəd jaketin, bir ədəd köynəyin, bir ədəd alt köynəyinin və bir ədəd maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Təqdim edilmiş bir ədəd pencəyin, bir ədəd jaketin, bir ədəd köynəyin, bir ədəd alt köynəyinin və bir ədəd maykanın səthində olan və yuxarıda təsvir edilmiş zədələr X4 barəsində verilmiş tibbi rəydə qeyd olunmuş bədənində olan xəsarətlərlə qismən üstüstə düşürlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 03 aprel 2023-cü il tarixli 193/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X4 ABO sistemi üzrə qan qrupu 0-alfa, beta/l/-dir. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu O/l/-dir. Təqsirləndirilən şəxs3 ABO sistemi üzrə qan qrupu A/ll/-dir. Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qan qrupu O/l/-dir (sonuncuların şəxsiyyətini təsdiq edən sənədlər üzrə portal axtarış vərəqələrinin kserosurətlərinə əsasən). Ekspertizaya təqdim edilən mərhum X7 məxsus pencək, şalvar, belinə keçirilmiş kəmər, köynək, mayka, gödəkcə tipli jaket, alt köynəyi, alt şalvarı, trusik, sağ tay başmaq, Təqsirləndirilən şəxs2 məxsus gödəkcə üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri 0-alfa, beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X7 məxsus ola bilər. Ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanlarının olması da ABO sistemi ilə inkar olunmur (əgər onlarda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Göstərilən ləkələrdə A/ll/ qruplu Təqsirləndirilən şəxs3 qanı ABO sitemi ilə inkar olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 157.1, 157.2 və 120.2.5-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işindən digər cinayət işinin ayrılması haqqında 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işinin materiallarından CM-in 162-1.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 fevral 2023-cü il tarixli PHŞ-842/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxananın Psixi-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 fevral 2023-cü il tarixli PHŞ-844/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin xəstəxananın Psixi-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 fevral 2023-cü il tarixli PHŞ-845/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın Psixi-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Narkoloji Dispanserinin Yevlax Rayon Narkoloji Kabinetindən daxil olmuş 10 noyabr 2023-cü il tarixli 258 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserin Narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Narkoloji Dispanserinin Yevlax Rayon Narkoloji Kabinetindən daxil olmuş 10 noyabr 2023-cü il tarixli 259 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin dispanserin Narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Narkoloji Dispanserinin Yevlax Rayon Narkoloji Kabinetindən daxil olmuş 10 noyabr 2023-cü il tarixli 260 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan başqa, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 5-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-in 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Bu Qərarın 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Bu Qərarın 15-ci bəndinə əsasən quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-in 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-in 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-in 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Bundan əlavə, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005ci il tarixli 01 nömrəli Qərarının (bundan sonra – Qərar) 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Bu Qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Bu Qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Bu Qərarın 11-ci bəndinə əsasən CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Bu Qərarın 15-ci bəndinə əsasən qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-in 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Bu Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bu Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bu Qərarın 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-in 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Bu Qərarın 23-cü bəndinə əsasən quldurluq basqını zamanı özgə əmlakı ələ keçirilərkən, zərərçəkmişin sağlamlığına ağır zərər vurularsa və bu ehtiyatsızlıqdan onun ölümünə səbəb olarsa, əməl cinayətlərin məcmusu qaydasında CM-in 181.3.3 və 126.3cü maddələri ilə tövsif edilməlidir. Bu Qərarın 24-cü bəndinə əsasən şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli CM-in 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. Bu Qərarın 25-ci bəndinə əsasən silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla qəsdən quldurluq etmiş, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etməklə əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində hadisəni Təqsirləndirilən şəxs3 planlaşdırdığını, daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə görəcəkləri işləri böldüklərini, Təqsirləndirilən şəxs3 ona və Təqsirləndirilən şəxs2 evə daxil olmaq üçün maska taxmalarını, evin işıqlarını söndürmələrini, Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu tutacağını, özünün də evi axtaracağını bildirdiyini, qabaqcadan əlbir olaraq həmin hadisəni və Bəyaz Cabbarov onlara pulları verməyəcəyi təqdirdə öldürməyi planlaşdırdıqlarını, həmin vaxt onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əlində bıçağın olduğunu, Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evinə çatdıqdan sonra Təqsirləndirilən şəxs3 həmin evin elektrik sayğacından evin işıqlarını söndürdüyünü, buna görə də Bəyaz Cabbarovun evin həyətinin qapısını açdığını, onlar həyətə daxil olduqdan sonra Bəyaz Cabbarovun qışqırmağa başladığını, Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovun arxasına keçib əli ilə sonuncunun ağız nahiyəsindən tutduğunu, bundan sonra Bəyaz Cabbarovu evin birinci mərtəbəsində yerləşən qaranlıq otağa apardıqlarını, orada olan zaman Təqsirləndirilən şəxs2 sol əli ilə Bəyaz Cabbarovun ağız nahiyəsindən tutduğunu, Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarova pul və ya qızıl zinət əşyalarını verməsini dediyini, Bəyaz Cabbarovun isə yalnız xərclik pulu olduğunu və həmin pulu verə biləcəyini bildirdiyini, lakin Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarovdan pul və qızıl-ziynət əşyaları gətirməsini tələb etdiyini, bundan sonra Təqsirləndirilən şəxs2 bir dəfə sağ əlində olan bıçaqla Bəyaz Cabbarovun bədəninin sol nahiyəsinə zərbə vurduğunu, daha sonra həmin nahiyələrə onun, ardınca isə Təqsirləndirilən şəxs3 bir neçə dəfə bıçaq zərbəsi endirdiyini, daha sonra Təqsirləndirilən şəxs2 təkrarən sol əli ilə Bəyaz Cabbarovun ağız nahiyəsindən tutaraq sağ əlində olan bıçaqla Bəyaz Cabbarova bir neçə zərbə endirdiyini, onun sağ əlində olan bıçaqla Bəyaz Cabbarova təxminən 7-8 bıçaq zərbəsi, Təqsirləndirilən şəxs3 sağ əlində olan bıçaqla 2-3 bıçaq zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs2 da Bəyaz Cabbarovu yerə yıxıb həmin nahiyələrinə bıçaqla zərbə vurduğunu desə də, Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə aparılan zaman onun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əlində bıçaq olduğunu, Bəyaz Cabbarovun yaşadığı evin qapısını açdıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs2, daha sonra onun, ardınca isə Təqsirləndirilən şəxs3 həyətə daxil olduğunu, bundan sonra Bəyaz Cabbarovu divara dirədiklərini, daha sonra Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovun arxa tərəfinə keçib əli ilə ağız nahiyəsini tutduğunu, ardınca Bəyaz Cabbarovu evin birinci mərtəbəsində olan otağa apardıqlarını, orada olan zaman Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovla birlikdə yerə yıxıldığını, həmin vaxt Bəyaz Cabbarova 7 bıçaq zərbəsi vurduğunu, bu zaman Təqsirləndirilən şəxs2 da Bəyaz Cabbbarova bıçaq zərbəsi vurduğunu, daha sonra o, həmin otağı tərk edən zaman Təqsirləndirilən şəxs2 yenidən Bəyaz Cabbarova bıçaqla zərbə vurduğunu, daha sonra Təqsirləndirilən şəxs3, ardınca isə onun 2-ci mərtəbəyə qalxan zaman Təqsirləndirilən şəxs3 orada qadının olduğunu dediyini və aşağı düşdükdən sonra Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarova bıçaqla zərbələr vurduğunu Təqsirləndirilən şəxs2 üzünə desə də, Təqsirləndirilən şəxs3lə aralarında üzləşdirmə aparılan zaman Bəyaz Cabbarov evin qapısını açdıqdan sonra həyətə daxil olub sonuncunu divara dirədiklərini, daha sonra Bəyaz Cabbarovu evin 2-ci mərtəbəsinə apardıqlarını, orada olan zaman Təqsirləndirilən şəxs2 və Bəyaz Cabbarovun bir-birindən tutaraq yerə yıxıldıqlarını, bundan sonra isə Bəyaz Cabbarova bıçaqla zərbə vurduğunu, həmin vaxt Təqsirləndirilən şəxs2 X23 üzərinə çıxaraq sakit dayanması üçün sonuncunun ağız nahiyəsindən tutduğunu, həmin vaxt Təqsirləndirilən şəxs2 sol tərəfində onun, onun da sol tərəfində Təqsirləndirilən şəxs3 dayandığını, həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 pulun yerini deməsi üçün bıçaqla Bəyaz Cabbarovu hədələdiklərini, bu zaman Bəyaz Cabbarov yerdə uzanmış vəziyyətdə olarkən sonuncuya bıçaqla zərbə vurduğunu, daha sonra Təqsirləndirilən şəxs2 da Bəyaz Cabbarova bıçaqla zərbələr endirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs3 də üzərində bıçağın olduğunu və sonuncunun 2-ci mərtəbəyə qalxmamışdan əvvəl bıçaqla Bəyaz Cabbarova zərbələr vurduğunu Təqsirləndirilən şəxs3 üzünə desə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evinə oğurluq məqsədi ilə daxil olduqlarını, oraya getməmişdən əvvəl meşəlik ərazidə qarşılarına it və ya digər heyvanın çıxmaq ehtimalı olduğuna görə özünə məxsus olan bıçağı Təqsirləndirilən şəxs2 verdiyini, sonuncunun yaşadığı evdən mətbəx bıçağını götürdüyünü, Təqsirləndirilən şəxs3 üzərində bıçağın olmasının şahidi olmadığını, Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə Bəyaz Cabbarovu 1-ci mərtəbədə olan otağa apardıqlarını, orada olan zaman o və Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu yerə yıxdıqlarını, daha sonra Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovun üzərinə çıxıb sonuncunu tutduğunu, Təqsirləndirilən şəxs3 həmin vaxt çölə çıxdığını, bundan sonra Bəyaz Cabbarova bıçaqla xəsarət yetirən zaman Təqsirləndirilən şəxs2 hərəkət etməməsi üçün Bəyaz Cabbarovu tutduğunu, sonuncuya xəsarət yetirən zaman otaqda o və Təqsirləndirilən şəxs2 olduğunu, Bəyaz Cabbarova bıçaqla zərbələr vurmasını Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 görmədiyini, həmin vaxt Təqsirləndirilən şəxs2 orada olsa Bəyaz Cabbarovu tutduğu vaxt sifəti digər tərəfə olduğu üçün onun Bəyaz Cabbarova bıçaq zərbələri vurduğunu Təqsirləndirilən şəxs2 görmədiyini, Bəyaz Cabbarova bıçaq zərbəsinin ancaq həmin otaqda vurulduğunu, Bəyaz Cabbarova xəsarət yetirdikdən sonra çölə çıxdığını, Təqsirləndirilən şəxs3 2-ci mərtəbəyə qalxıb-düşdükdən sonra Bəyaz Cabbarovun olduğu otağa daxil olmadığını, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarova bıçaq zərbələri vurduğunu görmədiyini, tutulduqdan sonra müstəntiq tərəfindən döyüldüyü üçün sonuncunun istədiyi kimi ifadə verdiyini, ibtidai istintiaq zamanı müdafiəçisinə bu barədə məlumat verdiyini, lakin müdafiəçi tərəfindən hər hansı reaksiyanın göstərilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs3 təklifi ilə Bəyaz Cabbarovun yaşadığı evə xeyli miqdarda pul və qızıl-ziynət əşyalarını götürmək üçün getdiklərini, bu zaman Təqsirləndirilən şəxs1 onun yaşadığı evdən iki ədəd mətbəx bıçağı götürdüyünü, bıçaqlardan birini ona verdiyini, digər bıçağı isə Təqsirləndirilən şəxs1 özündə saxladığını, Bəyaz Cabbarovun yaşadığı ünvana çatdıqda Təqsirləndirilən şəxs3 yaşayış evinin elektrik sayğacından evə gedən elektriki dayandırdığını, nəticədə evin işıqlarının söndüyünü, daha sonra Bəyaz Cabbarov evin həyət qapısını açıb çölə çıxmaq istəyərkən o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə qapıdan həyətə daxil olduqlarını, bundan sonra Bəyaz Cabbarovun arxasına keçib əli ilə sonuncunun ağız nahiyəsindən tutduğunu, daha sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarovu divara dirədiklərini, bundan sonra səs çıxarmaması üçün Bəyaz Cabbarovun ağız nahiyəsini əli ilə tutduğunu, lakin həmin vaxt sonuncuya hər hansı xəsarət yetirmədiyini və bıçaqla zərbə vurmadığını, bu zaman Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs1 əllərində olan bıçaqlarla Bəyaz Cabbarovun bədəninin sol nahiyələrinə zərbələr endirməyə başladıqlarını, zərbələrin sayını görmədiyini, sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarovu götürüb evin birinci mərtəbəsində sağ tərəfdə yerləşən mətbəxə apardıqlarını, orada olan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə Bəyaz Cabbarovdan pul verməsini tələb etdiklərini, sonuncunun isə onlara pul verəcəyini bildirdiyini, sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ona Bəyaz Cabbarovun yanında qalmasını tapşırdıqlarını, adları qeyd olunan şəxslərin evin ikinci mərtəbəsinə çıxacaqlarını bildirdiklərini, ilk öncə Təqsirləndirilən şəxs3 evin ikinci mərtəbəsinə qalxdıqda Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs3 arxasınca qalxmaq istədiyini, lakin sonuncu aşağı düşərək yuxarıda qadın cinsli şəxsin olduğunu və həmin qadın cinsli şəxsin polis əməkdaşlarına zəng edib məlumat verdiyini bildirdiyi üçün evi tərk etdiklərini, hadisə vaxtı Bəyaz Cabbarova hər hansı xəsarət yetirmədiyini, yalnız sonuncunun ağız nahiyəsindən tutub sakit olmasını dediyini qeyd etsə də, Təqsirləndirilən şəxs1la aralarında üzləşdirmə aparılan zaman hadisə vaxtı Bəyaz Cabbarova bıçaqla zərbələr vurmadığını və hadisədən sonra Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarova çoxsaylı bıçaq zərbələri vurduğunu Təqsirləndirilən şəxs1 üzünə dediyini, habelə Təqsirləndirilən şəxs3lə aralarında üzləşdirmə aparılan zaman Bəyaz Cabbarova yalnız Təqsirləndirilən şəxs1 bıçaqla zərbələr vurduğunu, Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarova bıçaqla zərbələr vurmadığını və sonradan Təqsirləndirilən şəxs1 özünün də Bəyaz Cabbarova bıçaqla zərbələr vurduğunu ona dediyini Təqsirləndirilən şəxs3 üzünə desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Bəyaz Cabarovun yaşadığı evə oğurluq məqsədi ilə daxil olduqlarını, oraya Bəyaz Cabbarovu öldürmək niyyəti ilə getmədiklərini, oraya gedən zaman bıçağı Təqsirləndirilən şəxs1 aldığını, sonuncunun isə bıçağı onun yaşadığı evdən götürdüyünü, oraya gedən zaman onda və Təqsirləndirilən şəxs1 bıçağın olduğunu, Təqsirləndirilən şəxs3 hər hansı kəsici alətin olduğunu görmədiyini, bıçağı Bəyaz Cabbarovun yaşadığı evin həyətində it olduğu üçün götürdüyünü, həmin fərdi yaşayış evinə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarovu evin 1-ci mərtəbəsində olan otağa aparan zaman it hürdüyü üçün həmin istiqamətdə hərəkət etmədiyini, Bəyaz Cabbarovun aparıldığı otağa isə sonradan getdiyini, evin həyətində olan zaman Bəyaz Cabbarovdan pul tələb etdiklərini, lakin sonuncu pulun olmadığını dediyi üçün həmin yeri tərk etdiyini, Bəyaz Cabbarovun aparıldığı otağa daxil olan kimi əvvəlcə Təqsirləndirilən şəxs3, ardınca isə Təqsirləndirilən şəxs1 otağı tərk etdiklərini və sonradan Təqsirləndirilən şəxs3 göstərilən otağa daxil olmadığını, Bəyaz Cabbarov öldürülən vaxt həyətdə olduğu üçün sonuncuya bıçaqla zərbələrin vurulduğunu görmədiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Bəyaz Cabbarova bıçaq zərbələri vurmasının şahidi olmadığını, Bəyaz Cabbarov qeyd olunan otağa aparılana qədər bıçaqla zərbələr vurulmadığını, sonuncuya bıçaq zərbələrinin yalnız göstərilən otaqda vurulduğunu, Bəyaz Cabbarova bıçaqla zərbə vurmadığını, sonradan yol ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarova bıçaq zərbələr vurduğunu ona deməsindən sonra bu barədə məlumatının olduğunu və ibtidai istintaq zamanı təsirtəzyiqlərə məruz qaldığı üçün məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs3 isə ibtidai istintaq zamanı verdiyi ifadələrində qonşusu olan Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evində xeyli miqdarda pulun olduğunu fikirləşdiyini, bu səbəbdən də oraya daxil olub quldurluq etmək qərarına gəldiyini, daha sonra bu barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la danışıb adları qeyd olunan şəxslərlə razılaşdırdığını, oraya gedən zaman Təqsirləndirilən şəxs2 qatlanan bıçağı, Təqsirləndirilən şəxs1 isə qara rəngli bıçağı götürdüyünü, onun üzərində hər hansı alətin olmadığını, oraya çatdıqdan sonra Təqsirləndirilən şəxs1 elektrik sayğacından evə gedən elektrik xəttini dayandırdığını, həmin vaxt Bəyaz Cabbarov darvazanı açıb küçəyə çıxmaq istəyən zaman Təqsirləndirilən şəxs2 dərhal evin həyətinə daxil olaraq sağ əli ilə Bəyaz Cabbarovun ağız nahiyəsindən, sol əli ilə isə başının arxa nahiyəsindən tutduğunu, daha sonra isə Təqsirləndirilən şəxs1la birlikdə evin həyətinə daxil olduqlarını, Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu sol tərəfdə olan divara söykədiyini, özünün Bəyaz Cabbarovun sağ qolundan, Təqsirləndirilən şəxs1 isə sol qolundan tutduğunu, daha sonra Təqsirləndirilən şəxs2 belindən bıçağı çıxararaq Bəyaz Cabbarovu öldürməklə hədələdiyini, bundan sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarovu evin birinci mərtəbəsində sağ tərəfdə yerləşən mətbəx otağına apardıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs1 belində olan bıçağı çıxardığını, daha sonra Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu yerə yıxdığını və dizini yerə qoyub bir əli ilə sonuncunun yaxasından tutduğunu, bir əlində isə bıçağın olduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu hədələyərək pulların yerini deməsini tələb etdiyini, əks təqdirdə isə öldürəcəyini dediyini, həmin vaxt özünün otağın girişində dayandığını, Bəyaz Cabbarovun çox pulunun olmadığını, yalnız xərclik pulunun olduğunu, icazə vermələrini və pulu gedib gətirəcəyini bildirdiyini, lakin Təqsirləndirilən şəxs2 bununla razılaşmadığını və Bəyaz Cabbarova pulun yerini deməsini, Təqsirləndirilən şəxs2 gedib pulu götürəcəyini bildirdiyini, həmin vaxt Bəyaz Cabbarova zərbə vurmadığını, sonuncuya zərbələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurduğunu, bundan sonra evin 2-ci mərtəbəsini yoxlamaq üçün pilləkənlərlə yuxarı qalxdığını, Təqsirləndirilən şəxs1 onunla birlikdə getmədiyini və ondan başqa 2-ci mərtəbəyə heç kəsin qalxmadığını, daha sonra 2-ci mərtəbədə olan zaman Şahid1 olduğunu görüb aşağı düşərək bu barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məlumat verdiyini və evi tərk etdiklərini, yol ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs1 ona Bəyaz Cabbarovu öldürdüyünü və 30-a yaxın bıçaq zərbələri endirdiyini bildirdiyini desə də, Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə aparılan zaman Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evinə gedən zaman onda bıçağın olmadığını, bıçağın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu, oraya çatdıqdan sonra Təqsirləndirilən şəxs1 işıqları söndürdüyünü, Bəyaz Cabbarov qapını açdıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs2 həyətə daxil olub əli ilə Bəyaz Cabbarovun ağız nahiyəsini tutduğunu, daha sonra Təqsirləndirilən şəxs1, ardınca isə onun həyətə daxil olduğunu, bundan sonra Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarovu divara dirədiyini və bıçağı çıxarıb sakit dayanmasını dediyini, əks halda isə öldürəcəyi ilə hədələdiyini, bundan sonra birlikdə Bəyaz Cabbarovu evin birinci mərtəbəsində olan otağa apardıqlarını, orada olan zaman Təqsirləndirilən şəxs2 badalaq fəndi işlədib Bəyaz Cabbarovu yerə yıxıb bıçağı çıxararaq pulların yerini deməsini Bəyaz Cabbarovdan tələb etdiyini, daha sonra ikinci mərtəbəyə çıxdığı üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarova bıçaqla zərbə vurub-vurmadığını görmədiyini, sonradan Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarova 30 bıçaq zərbəsi vurduğunu ona dediyini, Təqsirləndirilən şəxs2 isə bu barədə heç nə bildirmədiyini Təqsirləndirilən şəxs2 üzünə desə də, habelə Təqsirləndirilən şəxs1la aralarında üzləşdirmə aparılan zaman Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evinə getdikdən sonra Təqsirləndirilən şəxs1 işıqları söndürdüyünü, Bəyaz Cabbarov qapını açdıqdan sonra əvvəlcə Təqsirləndirilən şəxs2, daha sonra Təqsirləndirilən şəxs1, ardınca isə özünün həyətə daxil olduğunu, bundan sonra Təqsirləndirilən şəxs2 bıçağı çıxarıb səsini çıxarmaması üçün Bəyaz Cabbarovu hədələdiyini, bundan sonra birlikdə Bəyaz Cabbarovu evin birinci mərtəbəsində olan otağa apardıqlarını, orada olan zaman Təqsirləndirilən şəxs2 badalaq fəndi işlədib Bəyaz Cabbarovu yerə yıxdığını, Təqsirləndirilən şəxs1 isə bıçağı çıxarıb Bəyaz Cabbarova öldürəcəyini dediyini və pulların yerini deməsini tələb etdiyini, daha sonra ikinci mərtəbəyə çıxdığını və oradan düşəndə Təqsirləndirilən şəxs1 gördüyünü, qadının polisə məlumat verdiyini Təqsirləndirilən şəxs1 dediyini və bundan sonra isə həmin yeri tərk etdiklərini Təqsirləndirilən şəxs1 üzünə desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Bəyaz Cabbarovun yaşadığı evə oğurluq etmək məqsədilə gedən zaman üzərində hər hansı kəsici alətin olmadığını, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində kəsici alətin olduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə Bəyaz Cabbarovu 1-ci mərtəbədə olan otağa apardıqlarını, bundan sonra həmin otağı tərk etdiyi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bəyaz Cabbarova bıçaqla zərbə vurduqlarını görmədiyini, bundan sonra həmin otağı tərk edib ikinci mərtəbəyə qalxdığını, dəhlizlə hərəkətdə olan zaman orada Şahid1 olduğunu görüb dərhal pilləkənlərlə aşağı düşən zaman Təqsirləndirilən şəxs1la rastlaşdığını və onun təklifi ilə evin çöl qapısından çıxdıqlarını, daha sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 çağırmağa getdiyini, ardınca isə adları qeyd olunan şəxslərin də onun arxası ilə hərəkət etməyə başladıqlarını, yol ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs1 Bəyaz Cabbarova bıçaqla zərbələr vurduğunu ona dediyini, Bəyaz Cabbarovun yaşadığı fərdi yaşayış evində olan zaman Təqsirləndirilən şəxs2 iti sakitləşdirmək üçün getməsinin şahidi olmadığını, ibtidai istintaq zamanı işgəncəyə məruz qaldığını, nəticədə bədənində xəsarətlərin yarandığını, penitensiar müəssisəyə daxil olan zaman xəsarətlərlə bağlı məlumat verdiyini, lakin müəssisənin əməkdaşlarının həmin xəsarətləri qeyd etmədiyini göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə aralarında üzləşdirmə aparılan hadisənin baş verdiyi şəraiti ilə bağlı qeyd etdiyi bəzi xüsusatları sonradan məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təkzib etmişdir. Digər Təqsirləndirilən şəxs2 da ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində hadisənin baş verdiyi şəraiti ilə bağlı qeyd etdiyi bəzi xüsusatları sonradan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə aralarında üzləşdirmə aparılan zaman, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təkzib etmişdir. Təqsirləndirilən şəxs3 isə ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində hadisənin baş verdiyi şəraiti ilə bağlı qeyd etdiyi bəzi xüsusatları sonradan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə aparılan zaman, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təkzib etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə aralarında üzləşdirmə aparılan zaman, habelə məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə aparılan zaman, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, cinayət işinin materiallarında olan sübutlar onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, videoçəkilişdən istifadə edilməklə dindirmə, üzləşdirmə və ifadənin yerində yoxlanılması aparılan zaman orada müdafiəçilər də iştirak etmişlər. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçilər dərhal buna reaksiya verərdilər. Halbuki müdafiəçilər tərəfindən keçirilən prosessual hərəkətlərlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14 yanvar 2023-cü il tarixli 12 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14 yanvar 2023-cü il tarixli 13 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14 yanvar 2023-cü il tarixli 16 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədən səthində “sağ budun arxa səthinin yuxarı 1/3-nin, hər iki sağrının qançırları, sağ diz oynağının ön səthinin sıyrığı” diaqnozu ilə, müayinədən 5-7 gün əvvəl küt alətin (alətlərin, əşyanın) təsirindən əmələ gəlməyə uyğun, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 şəxsi işindən surəti çıxarılaraq cinayət işinin materiallarına əlavə olunmuş izahatından görünür ki, o, 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlərin 10 yanvar 2023-cü il tarixdə yaşadığı mənzildə ehtiyatsızlığından yıxılması nəticəsində yarandığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun hər hansı xəsarət aşkar olunmamış, müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəl özünün ehtiyatsızlığı nəticəsində aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sağ budun arxa səthinin yuxarı 1/3nin, hər iki sağrının qançırları, sağ diz oynağının ön səthinin sıyrığı” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə aralarında üzləşdirmə aparılan zaman, habelə məhkəmə istintaqı zamanı, digər Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə aparılan zaman, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətlərini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadələr hesab edir. Əksinə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinin, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə aralarında üzləşdirmə aparılan zaman, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməllərinin CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsifi düzgün hesab edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onların tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxslər cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrində göstərilən cinayət əməlləri xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növlərinə və həddlərinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayonunun Ləki kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 14 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X3 şəhəri, Ə.Baxşıyev küçəsi, ev 33 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Yevlax Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 03 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş və 26 oktyabr 2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs3 əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətlərini, təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxslər həmin cəzaları real olaraq çəkməklə islah oluna bilərlər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrində göstərilən cinayət əməlləri xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 12 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 12 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2023-cü il tarixdən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların başlanğıcı isə onların şübhəli şəxs qismində tutulduqları 12 yanvar 2023-cü il tarixdən hesablanmalı və onların həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefonun batareyası, üzərində qanabənzər ləkələr olan 01 ədəd ağ rəngli hamam dəsmalı, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş “yanaq epiteli qaşıntısı” nümunələri, 01 ədəd ağ rəngli mobil telefonun arxa qapağı, 01 ədəd telefonun palatası, ünvan 11 ünvanında yerləşən evin həyətindən götürülmüş 01 ədəd “want” markalı siqaret kötüyü, 02, 04, 05 nömrələr ilə işarələnmiş, habelə çöplər vasitəsi ilə hopdurulub götürülmüş qanabənzər nümunələr və 04 ədəd zərfdə qanabənzər ləkə nümunələri, hadisə yerindən götürülmüş 01 ədəd gigiyenik tibbi maska, 01 ədəd qara və içərisi boz rəngli kurtka, 01 ədəd üzərinə “Мэр” yazılmış 0.7 litr həcmində araq butulkası, Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olmuş 01 cüt qara rəngli üzəri süni dəri materiallı idman ayaqqabısı, Təqsirləndirilən şəxs2 hadisə vaxtı üzərində olmuş 01 cüt üzəri parça materiallı idman ayaqqabısı və Təqsirləndirilən şəxs3 hadisə vaxtı üzərində olmuş 01 cüt ayaqqabı, habelə X23 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından götürülmüş torpaq nümunəsi, ünvan 5 ünvanında hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd idman çantası və onun içərisində Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd kişi alt paltarı, mərhum Bəyaz Cabbarova məxsus bir cüt başmaq, Bəyaz Cabbarova məxsus 01 ədəd tünd göy rəngli papaq, X23 hadisə vaxtı üzərində olmuş 01 ədəd tünd göy rəngli klassik şalvar, həmin şalvarın üzərində olan 01 ədəd kəmər, 01 ədəd boz rəngli kişi pencəyi, 01 ədəd göy rəngli uzunqol kişi köynəyi, 01 ədəd boz rəngli pejama dəstinin köynəyi, 01 ədəd tünd göy rəngli pejama dəstinin şalvarı, 01 ədəd ağ rəngli mayka, 01 ədəd boz rəngli alt paltarı, 01 ədəd boz rəngli sviter, hadisə vaxtı Təqsirləndirilən şəxs3 üzərində olmuş 01 ədəd qara rəngli idman şalvarı və 01 ədəd göy rəngli köynək, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd hörmə papaq, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd boz rəngli sviter və 01 ədəd qara rəngli gödəkcə, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd kapşonlu idman koftası, 01 ədəd qara rəngli maska, 01 ədəd boz rəngli cins şalvar, habelə hadisə vaxtı Təqsirləndirilən şəxs2 üzərində olmuş 01 ədəd bıçaq və Təqsirləndirilən şəxs1 üzərində olmuş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs1, mərhum zərərçəkmiş şəxs X7 məxsus olan “Samsung” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X14 qaytarılmalı, 17 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 412 (dörd yüz on iki) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 412 (dörd yüz on iki) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 138 (yüz otuz səkkiz) manat, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 137 (yüz otuz yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə isə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə isə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə isə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefonun batareyası, üzərində qanabənzər ləkələr olan 01 ədəd ağ rəngli hamam dəsmalı, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş “yanaq epiteli qaşıntısı” nümunələri, 01 ədəd ağ rəngli mobil telefonun arxa qapağı, 01 ədəd telefonun palatası, ünvan 11 ünvanında yerləşən evin həyətindən götürülmüş 01 ədəd “want” markalı siqaret kötüyü, 02, 04, 05 nömrələr ilə işarələnmiş, habelə çöplər vasitəsi ilə hopdurulub götürülmüş qanabənzər nümunələr və 04 ədəd zərfdə qanabənzər ləkə nümunələri, hadisə yerindən götürülmüş 01 ədəd gigiyenik tibbi maska, 01 ədəd qara və içərisi boz rəngli kurtka, 01 ədəd üzərinə “Мэр” yazılmış 0.7 litr həcmində araq butulkası, Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olmuş 01 cüt qara rəngli üzəri süni dəri materiallı idman ayaqqabısı, Təqsirləndirilən şəxs2 hadisə vaxtı üzərində olmuş 01 cüt üzəri parça materiallı idman ayaqqabısı və Təqsirləndirilən şəxs3 hadisə vaxtı üzərində olmuş 01 cüt ayaqqabı, habelə X23 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından götürülmüş torpaq nümunəsi, ünvan 5 ünvanında hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd idman çantası və onun içərisində Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd kişi alt paltarı, mərhum Bəyaz Cabbarova məxsus bir cüt başmaq, 01 ədəd tünd göy rəngli papaq, X23 hadisə vaxtı üzərində olmuş 01 ədəd tünd göy rəngli klassik şalvar, həmin şalvarın üzərində olan 01 ədəd kəmər, 01 ədəd boz rəngli kişi pencəyi, 01 ədəd göy rəngli uzunqol kişi köynəyi, 01 ədəd boz rəngli pejama dəstinin köynəyi, 01 ədəd tünd göy rəngli pejama dəstinin şalvarı, 01 ədəd ağ rəngli mayka, 01 ədəd boz rəngli alt paltarı, 01 ədəd boz rəngli sviter, hadisə vaxtı Təqsirləndirilən şəxs3 üzərində olmuş 01 ədəd qara rəngli idman şalvarı və 01 ədəd göy rəngli köynək, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd hörmə papaq, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd boz rəngli sviter və 01 ədəd qara rəngli gödəkcə, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd kapşonlu idman koftası, 01 ədəd qara rəngli maska, 01 ədəd boz rəngli cins şalvar, habelə hadisə vaxtı Təqsirləndirilən şəxs2 üzərində olmuş 01 ədəd bıçaq və Təqsirləndirilən şəxs1 üzərində olmuş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs1, mərhum zərərçəkmiş şəxs X7 məxsus olan “Samsung” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X14 qaytarılsın, 17 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 412 (dörd yüz on iki) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 138 (yüz otuz səkkiz) manat, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 137 (yüz otuz yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar